31.05.2022

Türkmən əsilli iraqlı deyirdi: “2 aya yaxın İŞİD Amirli məntəqəsini mühasirədə saxladı. Son günlərdə ailəmin qadınlarını bir otağa topladım. Pəncərəyə 2 qumbara qoydum. Hamısına dedim ki, atışmanı lap yaxında eşidən kimi bu otağa toplaşın, mən çatmasam, bu qumbaraları partladın ki, İŞİD-ə əsir düşməyəsiz. Qasim Süleymani gəlməsəydi, İŞİD Amirlidəki 200 min türkmənə divan tutacaqdı. Hacı Qasim 200 min şiə türkmənin namusunu xilas elədi!
Adam həmin səhnəni təsəvvür belə eləməkdə çətinlik çəkir. Ailənin əziz xanımlarını bir yerə yığıb deyəsən ki, mən çatmasam özünüzü öldürün! Çatsam, özüm öldürəcəm sizi!
Yalnız bu dəhşəti təsəvvür eləyə bilən, namusu, şərəfi hər şeydən üstün tutan şəxs Hacı Qasim Süleymaninin ümumbəşəri dəyər olduğunu anlaya bilər!
Heç kimdən, heç nədən çəkinməyərək küçədə şəhid olmuş əsgərinin anasının qarşısında diz çökən, onun ayağından öpən bir General tanıyırsızmı?!

Fidan Quluzadə

«По независимым оценкам агенства Блумберг, Путина хотели бы видеть президентом своей страны жители 133 стран мира! Включая 12 стран ЕС! Великий мировой лидер и президент красивого народа России Владимир Путин! Абсолютное большенство населения мира с вами. Если провести исследование, то оно подтвердит, что не только гражданское население, но и часть военных вооруженных сил этих стран, чьи президенты продают свою родину и склонны к неолиберальному нацифашистскому капитализму, американскому империализму – тоже симпатизируют России и Путину. США – самая ненавистная страна на планете. У сербов есть известная пословица: «На небе Бог, на земле Россия». Народы миру уже начали определять и понимать истину. Сила в правде!
Мы любим Путина и считаем его своим лидером. Россия была возрождена под его руководством и завоевала сердце планеты. Да здравствует Президент России Владимир Путин!!! Да здравствует Россия и ее союзники!!!»

Ибрагим Гумбатов,
Евразийское Движение Азербайджана

Sabiq polis rəisindən Zakir Qaralovla Rüstəm Usubova sərt ittihamlar — Generalın işində şok ifadə

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Demokrat.az-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa da əvvəlkilər kimi jurnalistlər buraxılmayıb.
Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.
Əldə etdiyimiz məlumata görə, bu gün baş tutan iclasda zərərçəkmiş şəxs qismində sabiq polis rəisi Əfsəl Həsəməliyev ifadə verib. Onun sözlərinə görə, qarşılaşdığı dövləti cinayətdən danışmazdan əvvəl prosessual qaydalarla bağlı fikrini bildirmək istəyib: “Prezident 13 fevral 2014-cü ildə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncam imzalayıb. Həmin sərəncamın 2.6-cı bəndində deyilir ki, məhkəmə proseslərinin audio, video və digər yazan texniki vasitələrdən istifadə etməklə qeydə alınmasını və onları onlayn rejimdə müşahidə etmək imkanı yaradılmalıdır. Möhtərəm Prezidentin bu sərəncamı 7 il əvvəl verərkən məhz bu günləri nəzərə alıb. Mən, prezidentin həmin sərəncamına uyğun olaraq prosesin audio-video yazılışını aparacağam. Bunu özüm üçün edirəm. Məhkəmədən xahiş edirəm ki, Prezidentin sərəncamına əməl etsin. Prezidentin bu sərəncamından sonra məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması üçün bir neçə fərman da verib. Hər birində də məhkəmə proseslərinin məhz audio-video yazılışı ilə bağlı bənd var. Hörmətli hakim, siz, cənab prezidentin iradəsindən kənara çıxacaqsınızsa, məsuliyyət məsələsinin həll edilməsini tələb edəcəm. Biləsiz ki, bu gün bu salonda təkcə biz zərərçəkənlərin deyil, Azərbaycandakı bütün millətin, sahibkarların taleyi həll olunur. Bu adamlara qanununun ən sərt üzü göstərilməlidir ki, bir daha Azərbaycanda Eldar Mahmudovlar, Zakir Qaralovlar, Rüstəm Usubovlar, Mövlam Şıxəliyevlər, Yasin Məmmədovlar, Təhsin Ağayevlər ortaya çıxmasınlar. Mən 35 il hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə işləmişəm. Sonuncu iş yerim Nəqliyyatda Baş Polis İdarəsi olub. Hüquq-mühafizə orqanlarında çalışdığım dövrdə dəfələrlə təltif edilmişəm, xidmətlərim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilib. Dövlətimə, xalqıma vicdanla xidmət etmişəm. Təqaüdə çıxandan sonra isə bizneslə məşğul olmuşam, ailəmin, nəvələrimin rifahı üçün çalışmışam. Yatıb yuxuma da gəlməzdi ki, Eldar Mahmudov başına bir sürü quldur yığıb iş adamlarına qarşı amansız divan tutur, iş adamlarını girov götürərək ailələri başsız qoymaqla özlərinə var-dövlət toplayarlar. 2013-cü ildə məni MTN-ə dəvət edəndə ağlıma belə gəlməzdi ki, tam qanuni  bir fəaliyyətə görə məni həbs edərlər. Həmin ilin sentyabrın 3-də yaşadığım evin qarşısında olarkən tanışım Məcid Anqubazov mənə zəng elədi. Dedi ki, Tbilisidə malları var, həmin malları Bakı şəhərinə gətirmək lazımdır. Mən də Cahangir Məmmədovla danışdım, həmin yükü onun ağır tonnajlı maşını ilə Bakı şəhərinə gətirməyi təklif etdim. Allah Cahangir Məmmədova rəhmət eləsin. Mövlam Şıxəliyevlə Yasin Məmmədov birləşərək ondan külli miqdarda rüşvət aldılar, onun başına müsibət açdılar, özünü öldürmə həddinə çatdırdılar. Bu gün Cahangir Məmmədovun 2 övladı, ailəsi evsiz-eşiksiz, səfil gündədirlər. Onun qanı Mövlam Şıxəliyevlə Yasin Məmmədovun vicdanındadır. Xahiş edirəm ki, Cahangir Məmmədovun özünü öldürmə həddinə çatdırılması epizodu üzrə xüsusi qərardad çıxarıb, araşdırılması üçün Baş Prokurorluğa göndərilsin”.
Əfsəl Həsənəliyev daha sonra ifadəsində qeyd edib: “Məcid sonrakı zənglərində xahiş etdi ki, Cahangirdən bu iş üçün nə qədər pul alacağını da soruşum. Cahangirlə əlaqə saxlayanda dedi ki, Tbilisi şəhərindədir, Məcidin təklifi ilə bağlı heç bir problem yoxdur. Yükü 2500 manat müqabilində Bakı şəhərinə gətirə bilər. Bundan sonra Məcidlə əlaqə saxladım, mənimlə Gürcüstana getməyi təklif etdi. Mən də razılaşdım. Məni Balakənə, evinə dəvət etdi. Sentyabrın 4-də Balakənə getdim. Gecəni Məcidgildə qaldım. Sentyabrın 5-də Məcidlə “Balakən” kafesinə getdik. Orda Məcid məni Elmanla tanış elədi. Elman Orxan və Sərdarı da çağırdı, onlara dedi ki, gedirsiniz Tbilisi şəhərinə, Arifi taparaq Məcidlə görüşdürüsünüz, sizin daha heç nə ilə işiniz yoxdur. Bundan sonra mənə məxsus “Nissan Altima” markalı avtomobilim ilə Tbilisi şəhərinə getdik. Orda Arif adlı azərbaycanlı ilə görüşdük. Arif bizi Gömrük Terminalının bazasına apardı. Burda kardon qutuları göstərdi, dedi ki, bunlar “skoçlar”dır, qalanları isə pirotexniki vasitələrdir. Uzun müddət polis orqanlarında işlədiyim üçün pirotexniki vasitələrin Azərbaycana aparmağın qadağan olduğunu bilirdim. Buna görə də Məcidi bayıra çıxardım, bu barədə dedim. Məcid isə dedi ki, narahat olma, Cahangir bilər, mən bilərəm. Bir qədər sonra Cahangir zəng elədi, 3 nəfərlə birlikdə terminala gəldi. Cahangir də Məcidə dedi ki, pirotexniki vasitələrin Azərbaycana aparılması qadağandır. Bunun üçün mütələq şəkildə FHN-dən lisenziya alınmalıdır. Bu yerdə bir qədər haşiyə çıxaraq bildirmək istəyirəm ki, mütəşəkkil cinayətkar quldur dəstənin üzvləri “Sədərək” bazarından ölkəyə pirotexniki vasitələr gətirələcəyini xəbər alıblar. Buna uyğun da əməliyyat qurublar. Lakin, mən və mərhum Cahangir Məmmədovun pirotexniki vasitələrin Azərbaycana deyil, İrana aparılması təklifini irəli sürdük, malların məhz İrana aparılması üçün hazırladıq, sənədləşdirdik. Orda müştəri tapmağımızdan dolayı bunların əməliyyat planı pozuldu”.
Əfsəl Həsənəliyev bildirib ki, Mövlam Şıxəliyev və onun mütəşəkkil dəstəsinin üzvləri onların pirotexniki vasitələri Azərbaycan deyil, İrana aparmalarını öyrəniblər: “Əsilində vəziyyətin belə olduğunu öyrənəndə bu şəxslər nə etməli idilər? Bir raport yazaraq açdıqları işin içinə qoymalı idilər ki, pirotexniki vasitələr Gürcüstandan Azərbaycana deyil, İrana aparıldığından iş üzrə əməliyyat-istintaq hərəkətləri dayandırılır. Bunlar nə ediblər? Azərbaycan ərazisindən tranzitlə keçən, müvafiq gömrük sənədləşməsi aparılan, 2 gömrük maşının, gömrükçülərin nəzarəti ilə İrana aparılan yükü saxlayıblar. Gömrükçülərlə əlbəyaxa olub, zor tətbiq etməklə həyasızcasına yük maşının onlardan alıb və MTN-in müvəqqəti saxlanc yerinə aparıblar. Hansı ki həmin mallar ölkə ərazisindən sadəcə tranzit qaydada keçirilib. Bununla bağlı gömrük orqanlarında bütün rəsmi sənədləşmələr aparılıb. Bunu Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayevin o zaman MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyevə ünvanlandığı 25 sentyabr 2013-cü il tarixli məktubu da təsdiqləyir”.
Əfsəl Həsənəliyev həmin məktubun mətnini məhkəmədə elan edib və tədqiq olunması üçün hakimə təqdim edib: “Mövlam Şıxəliyev bu məktubu alandan sonra nə etməli idi? Mən, Məcid Anqubazov, Elman Məsimov, Orxan Abdullayev, Sərdar İsmayılov və Cahangir Məmmədovu dərhal həbsdən azad etməli, üzr istəməli idi. Çünki Mövlam Şıxəliyevə aydın olmuşdu ki, bizlər tam qanuni şəkildə Gürcüstandan aldığımız fişəngləri Azərbaycan qanunları çərçivəsində, Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq yük daşımaları ilə bağlı müqavilələrə uyğun olaraq, tranzit haqqını ödəməklə İrana aparıb, orada satmaq niyyətində olmuşuq. Bizim bu hərəkətlərimizi adı cinayət yox, ticarət olub. Başda Mövlam Şəxəliyev olmaqla başına yığdığı mütəşəkkil cinayətkar quldur dəstə bunu biləndən sonra nə ediblər? İlk növbədə 1 yük maşını pirotexniki vasitəni ələ keçirməklə İranda satılması nəzərdə tutulan yükü Azərbaycan ərazisində satdırıblar. Bu gün də 660 min manat dəyəri olan yükün harda olması sualı açıqdır. Xahiş edərəm ki, bizdən zorla alınan mallarımızın harda olmasının müəyyən edilməsi üçün xüsusi qərardad çıxarmaqla aparışdırılması üçün Baş Prokurorluğa göndərilsin. Bizim malımız qaytarılsın”.
Zərərçəkmişin sözlərinə görə, onlara qarşı cinayət bununla yekunlaşmayıb, bu adamlar (Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunanları göstərir – red.) cinayətlərini davam etdirirlər: “Bizlərin barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə qondarma 1041 saylı saxta, uydurma cinayət işi başladılar. Mövlam Şıxəliyev ibtidai istintaqın aparılmasını dəstənin üzvü Yasin Məmmədova həvalə etdi. Bu qanlı cinayətə Zakir Qaralovla Rüstəm Usubov da əl qoydular. Mən “qanlı cinayət” ifadəsini elə belə işlətmədim. Çünki bu adamların hərəkətləri nəticəsində heç bir günahı olmayan Cahangir Məmmədovun qanı axdı, dünyadan köçdü. Yasin Məmmədov Məcid Anqubazovu da qanına qəltan eləmişdi. Zakir Qaralovla Rüstəm Usubov Mövlam Şıxəliyevin qanunsuzluğuna qol qoymasaydı, bizə qarşı cinayət baş tutmayacaqdı. Ona görə də Zakir Qaralovla Rüstəm Usubovun da bu işə qismində bu məhkəmədə dindirilməsini tələb edirəm. Bu adamlar da tamahları üzündən bizə qarşı cinayət törədiblər. Bundan başqa Zakir Qaralovla Rüstəm Usubovun barəsində xüsusi qərardad çıxarılmasını və tədbir görülməsi üçün baş prokurora göndərilməsinin təmin edilməsini istəyirəm. Bir daha qeyd edirəm ki, Zakir Qaralovla Rüstəm Usubovun qolu olmasaydı, təqdimata qol çəkməsəydilər, 21 sentyabr 2-13-cü ildə Səbail rayon Məhkəməsi barəmizdə həbs qərarı seçə bilməzdi”.
Əfsəl Həsənəliyev deyib ki, həbsə alınandan sonra MTN-in İstintaq Baş İdarəsinin rəisi olan Mövlam Şıxəliyev onu dəfələrlə saxlanıldığı təcridxanadan xidməti kabinetinə, həmçinin mütəşəkkil dəstənin üzvü Yasin Məmmədovun vasitəsi ilə onun xidməti kabinetinə çağırıb: “Təhsin Ağayev, Yasin Məmmədov və Nadir Mustafayev hər dəfə Mövlam Şıxəliyevin adından həbsdə saxlanılacağımı, ən ciddi həddə azadlıqdan məhrum ediləcəyimi, ağır cəzaya məhkum olunacağımı, istintaq təcridxanasında və gələcəkdə cəza çəkmə müəssisəsində ciddi fiziki təzyiqlərə məruz qalacağımı deyirdilər. Mövlam Şıxəliyevin adından məndən 100 min manat istəyirdilər. Deyirdim ki, məndə o qədər pul yoxdur. Bu adamlar MTN-i cinayət, alver yuvasına çevirmişdilər. Mən özümü ermənilərin əlində olan girov hesab edirdim. 5 ay həbsdə başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara endilər. O zaman Yasin Məmmədov öz xidməti otağında mənə bir sirr açdı. Dedi ki, sizin barənizdəki təqdimatı Zakir Qaralovla Rüstəm Usubov qol çəkib. Ona görə də pul verməsən, səni buradan heç kim buraxmayacaq. Onların hesabları çatmasa, burda çürüyəcəksən. Yasin Məmmədov mənə deyirdi ki, pulu özün verə bilmirsənsə, bir pullu iş adamının adını çək, nişan ver, onu tutaq, iki saata pulunu alaq, səndən də əl çəkək. Bunların xisləti, mahiyyətləri budur. Təki pul alsınlar deyə hər cür naxələfliyə hazır idilər. Bu adamlar məni də, bütün zərərçəkənlər kimi xəstəlik adı ilə azad ediblər. Bunu üçün nə etdilər. Yasin Məmmədov Nadir Mustafayevlə vəkil Xavər Həsənovun vasitəçiliyi ilə ailəmdən 7 min manat aldılar. Bundan sonra Yasin Məmmədov məni Təhsin Ağayevin yanına apardı. Təhsin Ağayevlə birgə Mövlam Şıxəliyevin yanına getdik. Orda Mövlam Şıxəliyev dedi ki, 7 min manat vermisən, 28 min manatı da həbsdən azad ediləndən sonrakı 10 gün ərzində çatdırmalısan. Məni 5 ay müddətində məhkəməyə, ekspertizaya başımda qara torba gəzdirirdilər. Sanki Bin Laden idim. Psixoloji basqı edirdilər ki, məndən pul qoparsınlar. O zaman Təhsin Ağayev Mövlam Şıxəliyevə barəmdəki ekspertizanın hansı şəkildə həll ediləcəyini soruşdu. Mövlam Şıxəliyev də dedi ki, ekspertiza məsələsini özü həll edəcək. Belə də oldu. Mövlam Şıxəliyevin tapşırığı əsasında məhkəmə-tibbi ekspertizasından 12 fevral 2014-cü il tarixli rəy alındı. Yazdılar ki, təcridxana şəraitində saxlanılmağımı istisna edən ağır xəstəlikdən əziyyət çəkirəm. Yasin Məmmədov həmin rəyə istinad edərək 19 fevral 2014-cü ildə barəmdəki həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdi”.
Əfsəl Həsənəliyevin sözlərinə görə, həbsdən azad olunduqdan sonra da ondan əl çəkilməyib: “Burda özünü məsum uşaq kimi aparan Yasin Məmmədov mənim həyatımı qaraladı. Gündə 5-10 dəfə zəng etdi, pul tələb edirdi. Pulu düzəldə bilmirdim. MTN-ə çağırdılar, dedilər həbs edəcəyik, pulu gətir. Mən məcbur evimi banka girov qoydum, pul aldım. Aprelin 5-ində Yasin Məmmədova xidməti otağında 28 min manatı da verdim. Bu gün də ağır, çətin vəziyyətdəyəm. Mənə vurdurları maddi, mənəvi ziyana görə Mövlam Şıxəliyevin, Yasin Məmmədovun çox sərt şəkildə cəzalandırılmasını tələb edirəm”.
Prosesdə Əfsəl Həsənəliyev prokurorun və digər proses iştitrakçılarının suallarını cavablandırıb.
Təqsirləndirilən Mövlam Şıxəliyev səslənən ittihamlara heç bir reaksiya verməyib. Lakin Yasin Məmmədov bildirib ki, o zərərçəkmiş Əfsəl Həsənəliyevdən heç vaxt pul almayıb.
Daha sonra prosesdə vaxti ilə Əfsəl Həsənəliyevin vəkili olmuş Xavət Hüseynov ifadə verib. O Əfsəl Həsənəliyevin ailəsi arasında vasitəçi olmaqla, 7 min manatı Yasin Məmmədova çatdırması ilə bağlı danışıb.
Əfsəl Həsənəliyev Xavər Hüseynovun ifadəsinə etiraz edib.
Bundan sonra bir neçə şahid ifadə verib.
İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərərçəkiblər.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.

29.05.2022

İngiltərə kraliçasına at göndərilməsinin mənə nə xeyri olduğunu anlamaqda acizəm


Qərbin adamı olan Əli Kərimlinin sahib olduğu az-maz siyasi nüfuz və reytinq İlham Əliyevin sərt tənqidi üzərində qurulub. Amma fikir vermisinizsə, hakimiyyəti Qərbə, ofşorlara pul daşımaqda suçlayan Kərimli heç vaxt qarşı tərəfdən, yəni Qərbdə bizim hakimiyyətə lobbiçilik, himayədarlıq edənlərdən kimsənin adını çəkmir. Elə bilirsiniz bilmir, bal kimi də bilir. Onda xoruz səsi eşitməyən məlumatlar var...
Məsələn, Rusiya ilə ticarət dövriyyəsinin cəmi 6 faiz artdığını ağzı köpüklənə-köpüklənə tənqid edən Əli, nədənsə İngiltərə kraliçasına bağışlanan Qarabağ atı haqqında "mıqq" eləmədi. Halbuki ikincinin nə anlama gəldiyi, xalqa hansı faydasının olduğu kimsəyə bəlli deyil. Yəni Rusiya ilə ticarət dövriyyəsi artırsa, ən azından kiminsə pomidoru gedib satılır və ən azından o pomidoru toplayan fəhlə maaşını vaxtında alır. Amma Yelizavetaya at göndərilməsinin şəxsən mənə nə xeyri olduğunu anlamaqda acizəm. Hə, İngiltərə Ermənistan-Azərbaycan münaqişəsində bizə tərəf baxa bilər. Bir at şəklində verilmiş rüşvət müqabilindəmi? Nə isə, bu başqa mövzudur...
Qayıdaq Əliyə. Qərbin adamı olan Əlinin bu ölkədə ən nüfuzlu müxalifət olması hakimiyyətin özünə sərf edir. O mənada ki baxın, misterlər, sizin adamınızı ana müxalifət etmişik. Daha nə istəyirsiniz? Son zamanlar hətta geylərin şüar qaldırdığı aksiyalarına da icazə verdik, məhbusları da buraxdıq. Əli Kərimlinin düz 2 ay durmadan təbliğ etdiyi Saleh Rüstəmli də həbsdən çıxan kimi cinsi azlığın nümayəndəsi ilə şəkil çəkdirib paylaşdı, daha nə istəyirsiniz? Bundan artıq nə edək sizin üçün? Onlar da "ol rayt" deyib, razılıqla başlarını tərpədirlər.
Baxın, nə hakimiyyətin öz müxalifəti - Fazil Mustafa, Qüdrət Həsənquliyev, nə Türkiyəyə yaxın müxalifət (Tural Abbaslı), nə İranyönlü müxalifət (İslam partiyası), nə də Rusiyayönlü müxalifət (kommunistlər, avrasiyaçılar) xalq arasında Əli Kərimli qədər nüfuzlu deyil. Yalnız ona görə ki, Əli daha ütülü danışır? Xeyr, ona görə ki, onun İlham Əliyevi tənqid etmək icazəsi var. Amma qalanlarının yoxdur. Ona görə ki, Əli daha cəsarətlidir? Yox! Əksinə, Əli ən qorxağıdır. Bunu aksiyada hamı gördü. Baxın, Əli Əliyev onun "bazarına" girən kimi, qulaqburması verdilər yerini bil. Sənə olmaz! Bu ölkədə siyasi situasiya tam olaraq hakimiyyətin nəzarətindədir. Bütün siyasi qüvvələr, siyasi təfəkkürlü hər kəs ciddi nəzarət altındadır, kimin harda olmasına yüksək səviyyədə qərar verilir və təmin olunur.
Bu situasiyada kiməsə müxalifət demək, kiminsə hakimiyyətə gələcəyinə ümid etmək axmaqlıqdır. Biz hələ ki bir toplum, xalq olaraq o situasiyanı, şəraiti yaratmamışıq. Bizdə hakimiyyət xalqa yox, bir qrupa məxsusdur. Mən heç də ƏIi Kərimli kimi bu situasiyanı yaratmağı hakimiyyətdən ummur və gözləmirəm. Onlar bunu heç vaxt yaratmazlar. Ancaq məcbur ola bilərlər. Bunun üçün cəmiyyətlə hesablaşmalıdırlar. Cəmiyyətimizdə isə yetərli siyasi şüur, təpər yoxdur. 
Əslində Əli də bunu bilir. Ancaq camaatı aldadır və əbləhlər də ona inanır. Malik olduğu status, təminat Əlini tam qane edir. Ona hakimiyyət lazım deyil. Bunun ağır yük olduğunu bilir. Tutaq ki İlham Əliyev hakimiyyəti atasının tövsiyəsi ilə götürdü. Heydər Əliyev ona demişdi ki, götürməsən, nəslimizi yer üzündən silərlər. Əli niyə götürsün, niyə başını cəncələ salsın? Gül kimi yaşayır da özüyçün, hər gün də lider rolu oynayaraq, özünü qəhrəman olduğuna müvəqqəti inandırır...
Geopolitik proseslər də Azərbaycan xalqına yaxşı nəsə vəd etmir. Dünyada gedən proseslər nəticəsində Azərbaycanda baş verə biləcək dəyişikliklərdən ancaq hansısa məhdud qrup faydalana bilər. Tutaq ki Əliyevləri Vəliyevlər əvəz edər. Ancaq mahiyyət dəyişməz. Mahiyyətin dəyişməsi üçün cəmiyyətdə keyfiyyət dəyişiklikləri olmalıdır. İnsanımızn dünyagörüşündə, şüurunda dəyişiklik olmalıdır. O düşünməyi öyrənməlidir. Yoxsa bir-birinin ağzına baxıb Məmmədçilik, Əliçilik, Vəliçilik etməməlidir. Bir yandan erməni faşizmini lənətləyib, o biri yandan alman faşistləri ilə əməkdaşlıq edəni "ulu öndər" adlandıranlar bu ölkəni dəyişə bilməzlər...


Nadir Qocabəyli

27.05.2022

Saxta demokratiya, müstəqillik, insan haqları şüarları ilə silahlanmış satqınların əli ilə Azərbaycanı "qarğa bazarına" döndərdilər

Nadir Qocabəyli

"Hicran" tamaşasında Dadaşbala Qızbacıya hər kəlməbaşı "bizim arvad olub, boşamışam" dediyi kimi, Əli Kərimli də hər ağzını açanda "rus qoşununu ölkədən çıxarmışıq" deyir...
Qızbacı Dadaşbalaya cavab verir ki, "nə boşamışam-boşamışam salmısan, guya məni boşayıb vərəzan günə çıxmısan?!"
İndi ay Əli əfəndi, rus qoşununu çıxarmağınızla kimin qarnı doydu, kimin ailəsi xoşbəxt oldu, kimin xəstəliyi sağaldı, kimin maaşı artdı? Əksinə, torpaqları itirdik, nə qədər insan həlak oldu, nə qədəri yurd-yuvasından dərbədər düşdü, nə qədər ev-eşik dağıldı, nə qədər ailə bədbəxt oldu... 
Mən hələ bunun fonunda Bakıdan, Sumqayıtdan, Mingəçevirdən, Gəncədən, digər şəhər və rayonlardan nə qədər rusun və rusdilli əhalinin köçüb getdiyini demirəm. Onlar Azərbaycanın sənayesinə, təhsilinə, mədəniyyətinə, hüquq-mühafizə sisteminə böyük töhfə verirdilər. Onları burdan qaçırmaqla mono-etnik ölkə yaratdınız və bu gün vaxtilə dünyanın mədəni mərkəzlərindən sayılan Bakıda adi növbə mədəniyyəti belə yoxdur. Hər yerdə rüşvət, qanunsuzluq, özbaşınalıq tüğyan edir və bunlara qarşı ictimai etiraz, müqavimət yoxdur. Amma sovet dövründə cəmiyyət daha fəal, daha passionar olduğundan qayda-qanunlara daha yaxşı əməl olunurdu. Bunun əsas səbəblərindən biri də çoxmillətlilik, beynəlmiləlçilik idi...
Siz bununlamı fəxr edirsiniz, Əli Kərimli? Azərbaycanın hər yerinin "qarğa bazarına" dönməsində göstərdiyiniz əvəzsiz xidmətə görəmi?..
Digər tərəfdən. Məgər Rusiya qoşunlarını burdan güc tətbiq edərək qovub çıxartdınız? Əgər onlar özü getməsəydi, bunu bacarardınız? Siz həmişəki kimi bu məsələdə də ağ yalan danışırsınız. Çünki Rusiya qoşunlarının çıxması prosesinin səbəbləri tamamilə başqadır, ruslar özləri buna qərar veriblər və istəməyən respublikalardan qoşunları çıxarıblar. Çünki onların içində də sizin kimi Qərb agentləri vardı və belə təəssürat yaradırdılar ki, qoşunları müttəfiq respublikalarda saxlamağa vəsait yoxdur. Yerli hökümətlər isə bunu təmin etmək istəmirlər. Bəli, bu əslində böyük təxribat idi, hamımıza ciddi ziyan vurdu. Bu bütün təxribatlar kimi, Amerika planı idi və saxta demokratiya, müstəqillik, insan haqları şüarları ilə silahlanmış satqınların əliylə həyata keçirildi...

25.05.2022

Facebookda media zombiləşdirməsi barədə maraqlı diskussiya


Bəylər Paşazadə: “Bizim saytlarda yeganə düz məlumat paylaşma vaxtıdır. Qalan hər nə səhv çıxır”.

Rövşən Ağayev: “Amerika və İsrail haçan deyir bizim mətbuatda Qərbyönümlü zurnalistlərə ki hürün, onlar da başlayırlar auuuuuu və ham-ham etməyə”.

Rahim Səlimov: “Azərbaycan xəbərlərinə baxanda elə bilirəm Rusiya uje dağılıb, Putin uje intihar edib, Ukrayna ordusu Rusiyanın ordusunu qırıb çatıb, iqtisadiyyatı isə çöküb. Amma reallıqda Rusiya daha güclüdü, qüdrətlidi. Müharibə dövründə neçə-neçə təzə qanunlar verildi, gənc ailələrin, çoxuşaqlı ailələrin yaşayışı yaxşılaşdırıldı, uşaqpulu artırıldı. Nələri sayım ki bizim bu küyə düşüb yalançı təbliğata inanan savadsız kütlə Rusiyanın sıradan bir dövlət olmadığını görsün?..”

Tapdıq Orucov: “Həqiqətdə isə millətin 80%-nin (bəlkə də daha çoxunun!) beyin ölümü gerçəkləşib. Necə? Düşüncələri hərəkətə gətirən aktiv neytronlarin yerinə passiv və çox təhlükəli viruslar oturub. Adını yalnız bizim millətin bildiyi və texniki sınaqlarını yalnız bizim insanların beyni üzərində apardıqları “ABŞ İranı vuracaq”, “Rusiya artıq çöküb”, “Gəl Ərdoğan gəl”, “O rejim dağılajax”, “Güney Azərbaycana azattıx”, “Rus fars erməni bunlar türkün düşməni” kimi viruslarla xroniki beyin ölümü artıq gerçəkləşib, sadəcə xəbərləri yoxdur. İndi biz seçim qarşısındayıq: ya fişi çəkəcəyik, ya da fişimizi çəkəcəklər — a.y.e-lər demişkən, fişimizi yiyir bizim fişimizi çəkənlər!!!”

24.05.2022

Cəbhəçilər də deyir Əli bəy gələjəh!


Əli Kərimli yazıb: "Bir ölkədə ki hər il ümumi daxili məhsulun 15 faizi qədər vəsait xalqdan oğurlanaraq təkcə Böyük Britaniyaya daşınır, orda azad mətbuat ola bilməz..."
Ardınca başlayıb hakimiyyətə döşəməyə. Ancaq müstəqil bir ölkənin ümumi daxili məhsulunun daşındığı ölkə haqqında mıqq eləməyib. 
Ə, qardaş, sən bizi avam hesab edirsən, yoxsa özünü?!
Bu, Britaniya deyilən dövlət demokratikdirsə, qanunlarla idarə olunursa, bütün dünyadakı demokratiyaya, insan haqlarına, seçkilərə, nə bilim, azad mətbuata qiymət qoyursa, niyə başqa xalqların haqqına, hüququna hörmət eləmir?
Niyə o sərvəti onun sərhədlərini keçəndə, gömrüyündən içəri girəndə soruşmir ki, bu pul haradandır səndə, ay Əli, Məmməd, Hüseyn?
Niyə onlardan bir deklarasiya, bir sənəd tələb olunmur ki, bu qədər pulu hardan qazanmısan?
Niyə o dövlətin başbilənlərinə bir sorğu göndərmir ki, sənin filan vətəndaşın, məmurun bu qədər pulu hansı yolla qazanıb?
Sonra o sorğuya cavab verilib-verilməməsini, yaxud verilən cavabı ictimailəşdirmir, mətbuatda yaymır?
Niyə qalmaqallı məhkəmələr yalnız həmin vəsait ölkəyə daxil olub daşınan daşınmayan əmlaka çevrildikdən sonra qurulur? O da həmişə yox haaa, kimsə özünü yaxşı aparmayanda, yaxud kiməsə nəsə nümayiş etdirmək, təzyiq göstərmək lazım olanda! Yəni guya bunların ölkəsində haram pula yer yoxdur...
Niyə hətta o halda da müsadirə olunan vəsait İngiltərədə saxlanır, aid olduğu ölkəyə göndərilmir, sahiblərinə qaytarılmır?
Bu və digər məsələlər haqqında Əli bəyimiz balıq kimi susur!
Hakimiyyətin icazəli tənqidi ilə kifayətlənərək, aylığını alır və dövranını sürür.
Cəbhəçilər də deyir, Əli bəy gələjəh!
Buralarda olun.
Əli 3 nəslin axırına çıxıb, indən belə hələ üçünü xərcləyib yemək niyyətindədir...

Nadir Qocabəyli

22.05.2022

Xocalı qətliamı olmalı idi ki Rusiyapərəst və xalqını sevən Ayaz Mütəllibovun hakimiyyəti laxlasın, yerinə öz sadiq qulları gəlsin


Əgər fitnə vaxtı onun tüstüləri gözünüzü kor edərsə, fitnədən sonra qazanan tərəfə baxın - kim və kimlər qazanan tərəfdirsə fitnə alovunu çıxardan da məhz onlardır.
Dünən ki yazıya vaxt azlığından qısa bir yazı yazacam.
20 yanvar və Xocalı faciəsindən sonra üzdə qazanan tərəf və planlı şəkildə qurulan AXC hökuməti olsa da əslində NATO, Türkiyə və İsrail oldu.
Azərbaycanda keçid hökuməti quruldu və bütün güc strukturları hərbi NATO-nun ixtiyarına verildi.
Nato-nun ixtiyar və əmrində olan hökumət Azərbaycan xalqı üçün köməyə gələn İran əsgər və zabitlərini Azərbaycandan çıxardı, bir neçə generalı isə o vaxt ki MTN həbsxanasında İsraildən gələn müstəntiqlərə sorğulatdı.
Beləliklə qonşuları tərəfindən yalnızlaşan Azərbaycanda hakim Türkiyə və İsrail oldu.
Mən burda sizə 1992-ci il may ayında Tehranda Azərbaycan və Ermənistan tərəfindən keçrilən toplantını xatırlatdım. Həmin toplantı İranın təşəbbüsü ilə idi və Qarabağ münaqişəsini birdəfəlik həll etmək üçün konkret addımlar idi. Ancaq həmin toplantı gedən zaman qəsdlə Şuşanı verdilər və İranı hörmətdən saldılar. Bunu kimlər etdi?
Əlbəttə ki Azərbaycanda olan NATO-çu xainlər.
Bununla da mərkəzi hökumət tam zəiflədi, planlı şəkildə Azərbaycan xain və NATO, İsrail və onların əlaltıları olan Türkiyəyə təhvil verildi.
Hələ bu azmış kimi Türkiyə Əbulfəz Elçibəyə türkiyəli hərbi müşavir də təyin etdi - həqiqətdə NATO təyin etdi.
Beləliklə yeni müstəqillik əldə edən, amma istiqlaliyyəti olmayan Azərbaycanın torpaqları işğal edilərək ermənilərə təhvil verildi.
Bəziləri AXC hökumətini səriştəsiz və qeyri-ciddi olduqları üçün bu faciələr yaşandığını deyə bilər. Ancaq İran tərəfindən təklif olunan köməyi rədd etmək kimin əmri idi?
Əbulfəzin, yoxsa onun türkiyəli müşavirinin?
Bu həmin Türkiyədir ki MİT generalı Vəli Küçük Ergenekon məhkəməsində öz dili ilə "Xocalını da biz etdik, vatan üçün etdik" deyir.
Nə üçün vətən üçün etdik deyirdi?
Çünki Xocalı qətliamı olmalı idi ki Rusiyapərəst və xalqını sevən Ayaz Mütəllibovun hakimiyyəti laxlasın, yerinə öz sadiq qulları gəlsin.
Sonra da Azərbaycanda möhkəmlənərək Azərbaycan xalqinin bütün təbii sərvətlərini daşısınlar, əvəzinə Azərbaycana dönər ətləri, pozğun kinolar ixrac edərək pul qazansınlar.
Elə də oldu.
Bəs bu Qarabağ müharibəsində Ərdoğan niyə atılıb düşürdü, tribunadan Ermənistanı hədələyirdi, qışqır-bağır edirdi - səbəb nədir?
Hər bir şeyini İngiltərə və Amerikadan icazə alan Ərdoğan və Əliyev hökumətinə bu müharibə qəhramanlığını etməyə kim icazə verdi?
Niyə Amerika İngiltərə sakit idi, niyə?
Başqa vaxt bir güllə atan kimi Azərbaycanı embarqo və digər şeylər ilə hədələyənlər niyə sakit idilər?
Amerika və İngiltərənin cühud planına əsasən Qarabağ, xüsüsilə də İranla sərhəd bölgələr qayıtmalı, həmin ərazilərə NATO olmasa da Ərdoğanın Suryada olan qardaşları gəlməli idi. Bu həm İran üçün təhdid olmalı idi, həm də Rusiya üçün.
Bunu vaxtinda başa düşən Rusiya Qarabağa bir gecənin içində ordu yeritdi.
Heç kim sual etmir ki axı niyə bir gecənin içində etdi bunu? Çünki eyni zamanda Türkiyə və NATO işğalçı ordusu da girməli idi - elə buna görə də Rusiya cəld tərpəndi.
Bu gün Ukrayna hadisələrinə bənzər müharibə Rusiyanin ayıq olmasına görə Azərbaycandan başlamadı.
Azərbaycan Ərdoğanın cühud və ingilis planına uyğun olaraq yanmalı, eyni zamanda Rusiya və İran üçün cəhənnəm olmalı idi. Bunu da qeyd edim ki bu planlar, yəni Rusiya müharibəsi eyni vaxta Azərbaycan, Qazaxıstan və Ukraynada başlamalı, 3 cəbhədə getməli idi. Rusyani tam zəiflətmək, cühud ingilis və osmanlıların qabağında Yeltsin Rusiyası kimi asılı etmək üçün...
Qarabağ planı fiaskoya uğradığı üçün Qazaxıstan planı başlamalı idi - bunu başa düşən Putin hökuməti vaxtından əvvəl öz kəşfiyyatı tərəfindən hadisəni süni şəkildə başladı və tez bir zamanda yatızdıra bildi. Rusiya Qazaxıstanın da Ukrayna ilə eyni vaxtda başlanacağını bilirdi...
Əziz azərbaycanlılar! Azərbaycan xalqının 30 ildə 30 mindən çox əhalisinin qətlində əli olanlar yəqin ki sizə aydın oldu.
ABŞ, İsrail və İngiltərə!

Ali Hüseyn facebook səhifəsi

SSRİ bərpa olacaq


SSRİ-nin bərpası (hansı formada fərq eləmir) sosial sifarişdir. Qərb bunun qarşısını ala bilməyəcək. Çünki Qərb demokratiyasının saxta dəyər olduğunu, bir ovuc kapitalistə xidmət etdiyini anlamaq üçün 30 il artıqlamasıyla bəs elədi...
Demokratiya 70 illik Sovet rejimindən bezən, yorulan insanlara nicat yolu kimi təklif olunmuşdu. Ancaq çox keçmədən ağıllı insanlar bunun sadəcə afyora, fırıldaq olduğunu başa düşdülər. Əksəriyyətin anlaması üçün isə 30 il bəs elədi...
Bizim üstünlüyümüz haqlı və səmimi olmağımızdadır. Qərb SSRİ kimi güclü dövləti silahla, top-tüfənglə yox, məhz bizim gücümüzlə dağıtdı. O bizi qısamüddətli olsa da inandıra, aldada bildi. İndi bu silah onun özünə qarşı çevrilib. İnsanlar "köhnə yurdun" xiffətini çəkməyə başlayıblar və ora qayıtmaqda israrlıdırlar. Tarix öz qisasını alacaq...
Yaxşı, ya pis olacaq, bunu gələcək göstərəcək və bu həm də xeyli dərəcədə özümüzdən asılı olacaq. Əlbəttə, SSRİ-nin də çoxlu qüsurları vardı, bununla belə, yeni dövr insanların sidqini o dərəcədə sıyırdı ki, onlar tərəddüd etmədən keçmişə qayıtmağa hazırdırlar. Ancaq keçmişə qayıtsaq da, elə etməliyik ki, keçmişdəki səhvləri təkrarlamayaq. Gözüaçıq olaq, Qərbin hiylələrinə, fitnələrinə, zahiri və zəhərli parıltısına aldanmayaq. Saxtakarların, əliəyrilərin, rüşvətxorların, acgözlərin iş başına keçməsinə imkan verməyək, onlara qarşı amansız olaq...

Nadir Qocabəyli

Türkiyə jurnalist Hülyaya Gəncəyə raketin hansı vaxta və hara düşəcəyi xəbərini kim vermişdi?!


Həqiqətən sizədə qəribə gəlmir bu hadisə?
Hülya xanim hardan bilirdi ki, gecə saat 3-də Gəncə şəhərinə raket düşəcək və kamerasını həmən istiqamətə sazlamışdı?!
Türkiyənin elədiyi xəyanət bizə bir şeyi deyir. Osmanlı və ingilis planı ilə müharibə qızğın və uzun olmalı idi, uzanmalı idi ki Ukrayna müharibəsinə vaxt baxımından yaxın olsun və baş qarışıqlığından istifadə edən NATO Azərbaycana tam gücü ilə girsin. Elə bu səbəbdən də bombanı özlərinin atması istisna deyil. Uduzan Ermənistanın - Rusiya kimi müttəfiqini itirən işğalçı ölkənin sivil xalqa raket atıb müharibəni daha da şiddətli etməsi gülüncdür. Bu səbəbdən ki həmən vaxti Paşinyan bütün ölkələrə müharibəni dayandırmaq üçün yalvarırdı.
Buna görə də ağilli və təhlil etmə qabiliyyəti olan şəxslər Türkiyə-İsrail qardaşlarının bu lahiyəsinə daha çox inanır.
Müharibə vaxtı Türkiyə bir tərəfdən Azərbaycana silah satsa da digər tərəfdən öz hava sahəsini Fransadan Ermənistan üçün daşınan silahlar üçün açıq saxlamışdı.
İkili oyun.
Qarabağ müharibəsi o qədər uzanmalı idi ki Qazaxıstan, Ukrayna, o cümlədən Rusiya sərhədində olan Azərbaycan eyni zamanda NATO ilə dolmalı idi. Elə bunu başa düşən Rusiya 1 gecənin içində Azərbaycana öz ordusunu saldı və bir gecənin içində osmanlı-ingilis cühudlarının planlarını alt-üst etdi.
Rusya bunu sərhədlərində sabitlik üçün etdi və bu günü üçün edirdi.
Ancaq olan bu millətə oldu, planlı şəkildə kamerasını raketlərin hədəf yerinə tuşlanan Hülya bir gecədə qəhramana çevrildi.
Unutmayaq ki Türkiyə Suriyada əməliyyatdan öncə sərhədlərində olan teroristlər vasitəsilə öz xalqinin üstünə bomba ataraq Suriyaya girməyə rəsmi legitimlik qazanmışdı.
Eyni planı Gəncədə də etdilər.
Allah bu millətə zülm edənlərə min lənət etsin!

Şəhid Mübariz facebook səhifəsi

21.05.2022

Nəyə görə məhz Ukrayna?


Səbinə Mirzəyeva

NATO və Rusiya qarşıdurması üçün məkan nəyə görə məhz Ukrayna seçildi? Faktlara əsaslanaraq şəxsi fikirlərimi bölüşürəm.
Ukraynadan daha əvvəl bu məqsəd üçün Türkiyəni seçilmişdi. Qərb Suriyada Rusiya ilə birbaşa toqquşmadan çəkindiyi üçün Türkiyəni təhrik edirdi. Bunun üçün Davutoglu ən uyğun lider idi. Rusiya qırıcısının Suriya səmasında vurulması da buna hesablanmışdı. Amma baş tutmadı.
Türkiyə üzrxahlıq edib təzminat ödədi, pilota Antalyada heykəl qoydu və məhz Azərbaycanın vasitəçiliyi sayəsində Türkiyə-Rusiya münasibətləri düzəldi. Davutoglu isə vəzifədən uzaqlaşdırıldı...
Ehtiyat variant olan Ukraynanı Qərb 10 ilə yaxındır ki, müharibəyə hazırlayır. Müharibənin ideoloji bazası kimi neonasizm təbliğ olunurdu ki, slavyan amili nifrət və qəzəbdən çəkindirməsin.
Nəyə görə antirus mövqedə olan Pribaltika yox, məhz Ukrayna?!
Çünki Ukrayna təkcə ərazisinə görə Avropanın ən böyük dövləti deyil. Elə ordusuna görə də Avropanın ən böyük ordusudur. Müharibənin əvvəlində Ukrayna ordusu 51 briqada və milli qvardiya mövcud idi. Əlavə olaraq da 25 briqada Ərazi Özünü Müdafiə briqadaları var idi. Müqayisə üçün deyim ki, NATO-ya girmək istəyən İsveçin 2, Finlandiyanın 6 briqadası var. Zelenski isə müsahibəsində dedi ki, səfərbərlik nəticəsində 700 minlik ordu yığa bilərik. Bu isə bütün Avropa dövlətlərinin hamısının bir yerdə toplam ordusundan çoxdur.
NATO və Rusiya qarşıdurmasında geniş meydan üçün ən uyğun və əlverişli ölkə kimi Ukrayna məhz buna görə seçilmişdi...

20.05.2022

Bakıdakı “qadın qul bazarı”


Bakıda işsiz qadınların əlacsızlıqdan üz tutduğu bir yer var: “qul bazarı”...
Paytaxtın müxtəlif ərazilərində bu “bazar”lar var.
Onlar heç də orta əsir qulları deyillər. Sadəcə çarəsizlikdən, bir qarın çörəkdən ötrü “qul bazarına” gedərək günəmuzd işləyirlər.
Həmin bazarlardan biri də Maştağa qəsəbəsində yerləşir. Bura həm avtobusların dayanacağı, həm təsərrüfat malları, həm ərzaq, həm də tikinti materiallarının satış mərkəzidir. Həmçinin bura “qadınların qul bazarı” adlanır.
Hər gün səhər saat 07:00-dan günorta saatlarına kimi onlarla işsiz qadın kiminsə qapısında günəmuzd işləmək üçün burda dayanıb gözləyir.
Onların içində yaşlısı da var, cavanı da...

Səadət Hüseynzadə


Qazaxıstan vahhabi nəzarətində


Bizim siyasətci analitiklər, blogerlər, partiya rəhbərləri Qazaxstan hadisələrində də Rusiyanı "neprav"cıxartmaq ücün  dərigən qabıqdan cıxırlar. Vahhabilik bütün dünyanı götürüb gedir, bizimkilər də millətin başını Turanla, türkcülük nagıllarıyla aldadırlar. Allah buralara açılan yollarınızı da baglasın, kimin əliylə olursa olsun.

Qazaxıstanın keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin sədri, hazırda Avropada mühacirətdə olan general A Musayevlə müsahibə

- Necə oldu ki, Nazarbayevin yaxın qohumları Milli Təhlükəsizlik Komitəsini (MTK) vahhabilərin  mənzil-qərargahını çevirdilər? Deyilənlərə görə onun bacısı oğlu Kayrat Satıbaldı MTK-nin bütün əməkdaşlarını radikal islama cəlb edib və onların vahhabilər kimi namaz qıldığına nəzarət etmək üçün iş otaqlarını dolaşır...
- 2000-ci illərin əvvəllərində Nazarbayev Kayrat Satıbaldını MTK sədrinin kadrlar üzrə müavini təyin etdi. Yeri gəlmişkən, Nazarbayevin digər yaxın qohumu Samat Abiş də MTK-nin sədr müavini vəzifəsində çalışırdı. Kayrat sələfi idi və MTK-nın bütün operativ tərkibini islamın məhz bu qolunun adeptinə çevirmək üçün böyük səylər göstərirdi. Samat Abiş da sələfi idi və həmçinin MTK-nin islamlaşmasında iştirak edirdi, düzdür, tipik major olaraq qalırdı və zəngin həyat tərzi sürməkdə davam edirdi. Onların hər ikisi çoxlu məscid tikdirib, dini mühitdə böyük nüfuzları vardı, BƏƏ və Səudiyyə Ərəbistanında çoxlu vaxt keçirirdilər... Elə oralarda da böyük biznes qurmuşdular. BƏƏ və Səudiyyə Ərəbistanı Nazarbayevin qohumlarının dini fəallığını həvəsləndirirdi. Hər ikisi təbii ki, yanvar hadisələrində iştirak edib, ancaq birbaşa yox, dini icmalardakı tərəfdarları vasitəsilə. Onların adamları xüsusilə Cambulda və Alma-Atada fəal idi.

19.05.2022

Türkiyəni adam hesab edib sözünü ciddiyə alan var ki o da kapı kapada?!


Türkiyə kanalları dayanmadan pafosla Ərdoğanın danışığını verirlər. Ərdoğan hayır dedi, Türkiyə İsveç və Finlandiyaya NATO kapılarını kapatdı Ərdoğan yumruğunu masaya vurdu masanın üzərində olan güldan aşdı dönər ustası Çavuşoğlu NATO genel Sekretarına qaşını çapıb yan bakdı kimi axmaq-axmaq pofoslu reklamlar.
Sizi adam hesab edib sözünüzü ciddiyə alan var ki siz də kapı kapadasınız?!
Siz həmən dovlət deyilmisiniz NATO üzvü ola-ola digər NATO ölkəsi Amerika generallarınızın başına un meşoku keçirib sizi biabır etdi - yadınıza gəlmir?!
Siz həmən Türkiyəsiniz ki öz ölkənizdə zabit və əsgərləriniz İncirlik hərbi bazasında Amerika əsgərlərinin tualetini təmizləyir.
Siz həmən Türkiyəsiniz Rusiya qırıcısını vurdunuz, iyi yapdık dediniz, 10 gün sonra Putin sizi Moskvada İvan Qroznunun heykəlinin qabağında sıraya düzdü.
Siz həmən Türkiyəsiniz ki dəli Tramp sizi açıq məktubla təhqir etmişdi - bəs siz nə etdiniz?! Alçaqca 1 həftə sonra Vaşinqtona 16 saat yol uçdun, sənə Trumpla verilən görüş müddəti 6 dəqiqə 40 saniyə oldu!
Sizə əsla güvən yoxdur, Azərbaycan və Somalidən başqa heç yerdə hörmətiniz yoxdur.
Azərbaycan xalqını qardaş-qardaş deyə-deyə qırğına verdin, müharibə vaxtı 1 bayraktar çəyirtgəsini idarə mərkəzi ilə 71 milyona sırıdın, sonra da gəlib qızıla əl qoydunuz - sizdən qardaş olar?!
Əvvəllər yenə İlham özü nefti qazı gizlin də olsa erməniyə satırdı - onu da aldin əlindən alveri özün edirsən!
Son olaraq deyim ki TÜRKİYƏ KİMİ QARDAŞDANSA İKİ DƏNƏ SÜD VERƏN QILLI KEÇİ DAHA YAXŞIDIR.

Ali Huseyn facebook səhifəsi

Adil Əkbər - Gərək


Bismillah. 
Əzizi-mən, qəmiylə həmqəm olmağa vəfa gərək,
Vəfalı aşinaların başında min bəla gərək.

Şəhadət istəyən könül, baxarmı fani aləmə?
Gözün cəhanda qalmasın edəndə can fəda gərək.

Pozar nizami-aləmi dilimdə qəm duaları,
Sütuni-ərşi titrədə, səmimi hər dua gərək.

Görəndə zahidin həya libasını, dedim əcəb
Libası tək, üzündə də oleydi bir həya gərək.

Məcazi aləm içrə tapmaq istəsən həqiqəti
Ürəkdə ney-nəva səsi, könüldə Kərbəla gərək.
 
Cəza günündə, Adila, xətalarında əfv üçün
Şəfaət eyləsin sənə Əliyyu Mürtəza gərək.

İndiyə qədər Türkiyənin azərbaycanlılara nəyisə pulsuz etdiyini görmüsünüz?


Türkiyə Azərbaycana və digər ölkələrə gələn suyun üzərində bənd tikərək qanunsuz olaraq suyu İstanbul kanalına yönəldir.
Bu da Azərbaycanda minlərlə kəndli, fermer və əkinçinin mallarının və məhsullarının olmaması və ya zay olmasına gətirib çıxardacaq. Nəticədə bu ildən etibarən Azərbaycanda ciddi şəkildə qiymət artımı və qıtlıq yaranacaq.
Bu Türkiyə tərəfindən ilk dəfə deyil - əgər xatırlayırsınızsa 2020-ci ilin yazından başlayaraq Türkiyə Azərbaycanı yenə susuz qoymuşdU. O vaxt İran İslam Respublikası Arazın su səviyyəsini artıraraq Azərbaycanı bu bəladan qurtarmışdı.
İndi isə vəziyyət tam fərqlidir və susuzluqdan özü əziyyət çəkən İran da Azərbaycanın köməyinə gələ bilməyəcək.
Görünən odur ki Türkiyə sahibləri olan Amerika, ingilis və cühudlarla iş birliyi quraraq, ac Azərbaycanı bir az da acığa sürüyəcək. Kəndlər boşalacaq, şəhərlər boşalacaq, 2030 proqramı öz işinə sürətlə davam edəcək.
Bəs sonra nə olacaq?
Azərbaycan əkin olmadığı üçün Azərbaycan xalqı Türkiyə və digər əkinçiliklə məşqul olan ölkələrə möhtac qalacaq - beləliklə amerikan-ingilis tərəfindən həyata keçirilən böyük oyun güc qazanacaq.
Çünki səni Türkiyə möhtac edir başqa ölkələrə - onlar nə desə etməlisən!
Azərbaycan xalqı heç bir zaman Türkiyə dövlətindən xeyir görmədi. Nəsə verdilərsə on qatı ilə daşıyıb apardılar.
Sonda özunu Türkiyə üçün cırıb dağıdanlara sual vermək istəyirəm: indiyə qədər Türkiyənin Azərbaycana nəyisə qardaş payı, ya da hədiyə etdiyini görmüsünüz?
Kasıb və əhalisinin çoxu xəstə Azərbaycan xalqı üçün bunların açdığı klinikada nəyisə ucuz qiymətə etdiklərini görmüsünüz?
Amma mən bu dediklərimin hamisini ucuz yox, pulsuz etdiyini sadəcə İranın etdiyini görmuşəm və buna dair dəlilərim çoxdur.

Ali Huseyn facebook səhifəsi

14.05.2022

Rusiyaya qarşı çıxanları ağıllı olmağa çağırıram


Kamal Rəhimov

Rusiyanın məhvini görmək istəyənlərə yazığım gəlir. Çünki arzuları nəinki ürəklərində qalıb, hətta o arzu onların axırına çıxır. Çox misal göstərmək olar, biri elə qonşu Ukrayna.
***
Təəssüflər olsun ki bir qrup global və lokal mafiyalar Azərbaycandan da Rusiya əleyhinə plastdarm kimi istifadə edirlər, xalqı uzun illərdi aldadırlar. Onlara daha ağıllı olmağı tövsiyyə edirəm. Rusiya dost və qardaş ölkədir. Rusiya və İran olmasa Azərbaycanı parçalayarlar.
***
Azərbaycanda faşizmə yer yoxdur, insanları türkçülük adı ilə faşizmə sürükləyirlər, nəticələr çox fatal ola bilər hər kəs üçün.
***
Rusiya milyonlarla azərbaycanlının xilas yeridir. De fakto 100 ilə yaxındır ki biz Rusiyanın hesabına mövcuduq. Ölkənin resurlarını illərlə istismar edən, oğurlayan qruplaşma xalqın başını rusafobiya ilə qatıb xalqın malını, mülkünü, pulunu və haqqını talan edir, əvəzində isə onlara rusiyaya nifrət verir. Acizliyə və ikiüzlülüyə son qoymaq lazımdır. Səsimizi indi eşitməsələr, həqiqətin gözünə indi baxmasalar sonra gec olacaq. İnsanları qərəzsiz və rasional olmağa səsləyirəm!!!
***
P.S.: Mən nə troll, nə də rus agenti deyiləm. Sadəcə həqiqəti anlayan digərləri kimi Rusiyada özünə pənah tapmış qərəzzsiz bir insanam. Rusiya və İranla dost münasibətə dəyər verən ağıllı insanlara agent, ya aftafa damğası vurmaq yalnız və yalnız fahişəlikdir!

12.05.2022


Türkcə qulağını qaşıdığına görə sol əli kəsilib qurudulub belqaşıyan, sağ əli isə kəsilib qurudulub dabankeş düzəldilən, ildə dörd dəfə İran adlanan yerin Fars adlanan Molla Rejimi tərəfindən edam edilən mərhum türk soydaşımız Şəbreyhan Çərpələngporun bu gün edam ediməyinin 69-cu ildönümüdür.
Qeyd edim ki, eyni aqibəti mərhum soydaşımız Füşəng Məmədani də yaşayıb. Yaxın qohum idilər. F. Məmədani, Ş. Çərpələngporun dayısı arvadının üçüncü ərinin qardaşı oğlunun xalası nəvəsi idi.
Tininiz uçmaq, məkanınız aeroport olsun, qəhrəman soydaşğlarımız!!!

Tutduğunuz yol xalqa yox, yalnız özünüzə, qohum-qardaşlarınıza, oğul-uşaqlarınıza nəsə qazandırdı


Nadir Qocabəyli

Fərəməz Allahverdiyevin (Elçin İlqaroglu) dəvəti ilə "Böyük Şərq" saytının açılış mərasimində iştirak edirdim.
Tədbiri açan Fərəməz bəy saytın adını "Böyük Şərq" qoymasını əqidəcə avrasiyaçı olması, liberalizmi qəbul etməməsi və sevməməsi ilə əlaqələndirdi, bildirdi ki, saytın fəaliyyətində məhz bu amilləri rəhbər tutacaq. Natiq onu da vurğuladı ki, sayt təbii olaraq həm də Azərbaycanın müstəqilliyi, dövləyçiliyi xəttinə sadiq qalacaq, ölkə prezidentinin xarici siyasətini dəstəkləyəcək, eyni zamanda, ölkə daxilindəki çoxsaylı problemlərə tənqidi yanaşacaq. 
Daha sonra o sözü məclisdə iştirak edən ağsaqqallara - Fəzail Ağamalıya, Sabir Rüstəmxanlıya və Firudin Cəlilova verdi. 
Hər üç ağsaqqal öz çıxışında avrasiyaçılığın əleyhinə olduğunu bəyan etdi. Qeyd etdilər ki, xalq azadlıq hərəkatının fəal üzvlərindən biri olan, imperiyaya qarşı mübarizə aparan Fərəməz bəyin bu mövqeyi onlar üçün anlaşılmazdır. Onların fikrincə, avrasiyaçılıq Rusiya imperiyasının yenidən dirçəldilməsinə xidmət edən ideologiyadır. Bununla belə ümid edirlər ki, Fərəməz bəy Rusiyapərəstlik etməyəcək. 
Fəzail Ağamalının fikrincə, Rusiya qəddar bir imperiyadır, hər zaman bizi əzib, bu gün Ukraynanı işğal etmək istəyir və artıq çökməkdədir. Çökən birinin yanında olmaq ağılsızlıqdır. O avrasiyaçılığa qarşı Azərbaycan dövlətçiliyini və müstəqilliyimizi qoydu. 
Rüstəmxanlı da təxminən eyni fikirlər söylədi. Yadımda qalan o oldu ki, "liberalizm iqtisadiyyatda yaxşıdır, amma mediada, televiziyada, təhsildə, əxlaqda pisdir".
Qocaman Cəlilov da eyni şeyləri söylədi və əlavə etdi ki, avrasiyaçılıq yox, turançılıq yolu tutmaq lazımdır. Səhv etmirəmsə, bu fikri Ağamalı da demişdi. Firudin müəllimin fikrincə, saytın adı "Böyük Doğu" olsaydı, daha yaxşı olardı. Biz alınma sözlərdən imtina etməliyik, çünki onlar qısırdır. Onun sonda söylədiyi bir fikir xoşuma gəldi. O dedi ki, Fərəməz Allahverdiyev heç bir ağsaqqal sözünə-zada baxan deyil. Bizə burada "yaxşı-yaxşı" deməyinə baxmayın, ancaq öz bildiyini edəcək...
Ağsaqqalların çıxışlarından sonra danışan olmadı. Hiss elədim ki, Fərəməz bəy məclisin uzanmasını, fərqli fikirlər səslənməsini, diskussiya istəmir. Doğrudur, o "kimin sözü varsa, danışa bilər" dedi, amma eyni zamanda əlavə etdi ki, salonun sol tərəfində çay, şirniyyat, meyvə masaları var, buyurub dada bilərsiniz. Bunu deyəndən sonra təbii ki atmosfer dəyişdi, kimsə çıxış etməyə həvəs göstərmədi, hətta bir neçə nəfər ayağa qalxdı. 
Şəxsən mənim çıxış etmək, ürək sözlərimi səsləndirmək, eyni zamanda ağsaqqalların bəzi fikirlərinə münasibət bildirmək niyyətim vardı. Ancaq o ab-havada bu bir az yaxşı alınmayacaqdı, üstəlik heç kəs məni dinləməyəcəkdi də. Çünki yemək-içmək olan yerdə adətən çıxışlara qulaq asan olmur. Mən bunu toy şənliklərində dəfələrlə müşahidə etmişəm. Digər tərəfdən, məclisdə iştirak edənlər arasında mənim həmfikirlərim az, olanlar da ehtiyatlı idi. 
Odur ki Fərəməz bəydən üzr istəyib çıxdım. Onun çay içmək təklifini də qəbul edə bilmədim, çünki pəhrizdəyəm və orada mənim dada biləcəyim nəsə gözümə dəymədi.
Söyləyəcəyim nitqin əsas tezislərini burada nəzərinizə çatdırmaq istəyirəm, əziz dostlar.
"Böyük Şərq" saytına böyük uğurlar, Fərəməz bəyə avrasiyaçılıq yolundan dönməməyi arzulayıram.
Ağsaqqallara demək istəyirəm ki, avrasiyaçılıq Azərbaycanın müstəqilliyinə və dövlətçiliyinə zidd deyil. Böyük Avrasiyada nəinki müstəqil, suveren keçmiş Sovet respublikalarına, hətta Türkiyəyə, İrana, Pakistana, Hindistana, Çinə də yer var. Üzümü turançılara tuturam. Aleksandr Duqinin "Avrasiya missiyası" kitabının tezisləri əsasında yazılmış və bəndənizin Azərbaycan dilinə tərcümə etdiyi "Avrasiya hərəkatının proqramı"nı oxuyun. Orda elə fikirlər görəcəksiniz ki, bundan sonra hamınız avrasiyaçı olacaqsınız. Çünki Turan ideyasını da məhz avrasiyaçılıq ideologiyası çərçivəsində reallaşdırmaq mümkündür. Yoxsa atlantistlər sizdən həmişə alət kimi istifadə edəcəklər. Kitabdan qısa bir abzası diqqətə çatdırıram.
"Turan amili. Rusiya öz slavyan kökünü məhz Turanla birləşdirərək müstəqil sivilizasiya kimi formalaşıb. Monqol-tatar dövrü irsi rus tarixində bir neçə parçalanmış şərqi slavyan əyalət knyazlığını dünya imperiyasının gövdəsinə çevirən vacib element idi. 13-cü əsrdə Kiyev Rus dövlətinin Avropa təsirinə düşmüş sektorları yavaş-yavaş onun içində əriyərək, siyasi və mədəni müstəqilliklərini itirirdilər. Ordanın tərkibinə daxil olan torpaqlar sonradan kontinental imperiyanın nüvəsinə çevrildilər. Tatarlar Moskva Çarlığında dirçələn və “Çingiz Xanın mirası”na (knyaz N.S. Trubetskoyun kitabının adı) daxil olan Qədim Rus dövlətinin mənəvi özünəməxsusluğunu qoruyub saxladılar. Avrasiyaçılar rus filosofları və tarixçiləri içərisində Turan faktorunu müsbət qaynaq kimi dəyərləndirən, rus-tatar münasibətləri dialektikasını Avrasiya dövlətçiliyinin canlı mənbəyi hesab edən ilk ideoloqlardır".
Sabir bəyə çatdırın ki, liberal iqtisadiyyat (başqa sözlə, bazar iqtisadiyyatı) dominant olan yerdə qeyri-liberal heç nə qalmır. Yəni hər yer bazar olur. Biz hazırda bunu hər yanda görür, yaşayırıq. Təhsildə də, səhiyyədə də, mediada da, elmdə də, əxlaqda da, mənəviyyatda da.
Bəlkə də bəziləri liberalizmin nə olduğunu tam anlıamır. Odur ki, yada salıram: Liberalizm – yalnız bazarın maksimal azadlığını və bütün təsərrüfat vasitələrinin özəlləşdirilməsinin iqtisadi inkişaf üçün optimal şərait yaratdığını təsdiq edən iqtisadi təlimdir. Liberalizm atlantistlərin və qlobalistlərin doqmatik iqtisadi təlimidir. 
Avrasiyaçılıq bunu inkar və iqtisadiyyatda üçüncü yolu təklif edir: “Üçüncü yol” iqtisadiyyatı – bazar iqtisadiyyatı ilə təsərrüfatın bu və ya digər fövqəl-iqtisadi meyar və prinsiplər əsasında müəyyən dərəcədə tənzimlənməsini kombinasiya edən iqtisadi təlimlərin sintezidir.
Sonda məndən nə qədər xoşları gəlməsə də, həmin ağsaqqallara xatırladacaqdım ki, onlar məğlub oldular. Çünki onların keçdiyi yol mənsub olduqları xalqa sözlərdən və şüarlardan başqa heç nə qazandırmadı. Yalnız özlərinə, qohum-qardaşlarına, oğul-uşaqlarına nəsə qazandırdı. Bunu həm Fəzail Ağamalının, həm də Sabir Rüstəmxanlının şəxsində aydın görmək olar. Firudin Cəlilov isə özü də heç nə qazanmadı. Çünki nə baş verdiyini bəlkə də dərk etmədi.
***
Anqlo-saksların məqsədi birqütblü dünya yaratmaqdır. Orda bizə yer yoxdur. Çünki Yer kürəsində cəmi 1 milyard əhali saxlamağı planlaşdırırlar. Bunun qarşısında hazırda ən böyük maneə Rusiyadır. Amerikalı politoloq Fukuyama bunu “tarixin sonu” adlandırır ki, bu həm də “geosiyasi tarixin sonu”, atlantizmlə avrasiyaçılıq arasındakı duelin finalı deməkdir. İndiki halda bu, “atlantizmin qələbəsini” və “dünyanın yenidən qurulmasını” (“yeni dünya nizamı”) nəzərdə tutur. Dünyada qlobal hegemonluq uğrunda mübarizə gedir. Bir tərəfdə ABŞ və NATO-nun başçılıq etdiyi qlobalistlər, digər tərəfdə Rusiyanın başçılıq etdiyi avrasiyaçılardır. Bu mübarizədə hamı gec-tez mövqeyini müəyyən edəcək. Bir azdan burcutmağa yer qalmayacaq. Həm liberal, həm də mühafizəkar, ənənəçi olmağa yer olmayacaq. Qərb dəyərləri universal deyil. Onlar bizə yaramır. Otuz ildə buna 3 min dəfə əmin olduq. Amma siz yenə də utanmadan eyni şeyləri təkrarlayırsınız.
***
Hər yerdə ruspərəstlik, Rusiyapərəstlik axtaran, ağızlarını imperiya ilə açıb işğalla bağlayan, durmadan millilikdən, millətçilikdən, türkçülükdən dəm vuran liberal “ağsaqqallar” bəlkə də bu ideologiyanın ingilis, amerikan mənşəli olduğunu bilmirlər. Bəlkə də xəbərləri yoxdur ki, onların ürəkdən bağlandığı, daim müdafiə etdiyi millətçilik məhz Avrasiya xalqlarını bir-birinə qarşı qoyan, qırdıran Vudro Vilson planının tərkib hissəsidir. Bilmirlərsə, bu çox pisdir. Çünki qos-qoca alim, professor, deputatdırlar. Amma bilirlərsə - birmənalı xaindirlər. Millətin, regionun, hətta qitəmizin maraqlarını öz xırda, cılız mənafeləri naminə anqlo-sakslara satan xəyanətkarlar.

Nadir Qocabəyli:
“Hər yerdə ruspərəstlik, Rusiyapərəstlik axtaran, ağızlarını imperiya ilə açıb işğalla bağlayan, durmadan millilikdən, millətçilikdən, türkçülükdən dəm vuran liberal “ağsaqqallar” bəlkə də bu ideologiyanın ingilis, amerikan mənşəli olduğunu bilmirlər. Bəlkə də xəbərləri yoxdur ki, onların ürəkdən bağlandığı, daim müdafiə etdiyi millətçilik məhz Avrasiya xalqlarını bir-birinə qarşı qoyan, qırdıran Vudro Vilson planının tərkib hissəsidir. Bilmirlərsə, bu çox pisdir. Çünki qos-qoca alim, professor, deputatdırlar. Amma bilirlərsə - birmənalı xaindirlər. Millətin, regionun, hətta qitəmizin maraqlarını öz xırda, cılız mənafeləri naminə anqlo-sakslara satan xəyanətkarlar”.

Nadir Qocabəyli:
“Anqlo-saksların məqsədi birqütblü dünya yaratmaqdır. Orda bizə yer yoxdur. Çünki Yer kürəsində cəmi 1 milyard əhali saxlamağı planlaşdırırlar. Bunun qarşısında hazırda ən böyük maneə Rusiyadır. Amerikalı politoloq Fukuyama bunu “tarixin sonu” adlandırır ki, bu həm də “geosiyasi tarixin sonu”, atlantizmlə avrasiyaçılıq arasındakı duelin finalı deməkdir. İndiki halda bu, “atlantizmin qələbəsini” və “dünyanın yenidən qurulmasını” (“yeni dünya nizamı”) nəzərdə tutur. Dünyada qlobal hegemonluq uğrunda mübarizə gedir. Bir tərəfdə ABŞ və NATO-nun başçılıq etdiyi qlobalistlər, digər tərəfdə Rusiyanın başçılıq etdiyi avrasiyaçılardır. Bu mübarizədə hamı gec-tez mövqeyini müəyyən edəcək. Bir azdan burcutmağa yer qalmayacaq. Həm liberal, həm də mühafizəkar, ənənəçi olmağa yer olmayacaq. Qərb dəyərləri universal deyil. Onlar bizə yaramır. Otuz ildə buna 3 min dəfə əmin olduq. Amma siz yenə də utanmadan eyni şeyləri təkrarlayırsınız”.

Türkiyənin ailələrinizə seks-porno daşımağına imkan verməyin!


Azad Düşüncə R.R.R:

7 ya 8 Azərbaycan kanalı var. Samanlığda iynə axtarmaq ümidi ilə dedim kanalları gəzişim, bəlkə 9 Maya aid kino zad oldu, baxım.
1-cidə Ərtoğrulun arvadıdımı bilmədim, bacısıdımı bilmədim, gizlincə kimləsə sevişirdi.
İdmanda Əczacıbaşıdı nəyin başıdı bilmirəm Vakfbankla basketbol oynayır.
O birində haranınsa cuşkası yekə-yekə dəməyləri, məmələri soxub ekrana türk dilində arıqlama dərmanı reklam edir.
Birində Hande Yener bikinidə mahnı oxuyur.
Bir başqasında türk serialında türmədə lezlər razborka edir.
Atdım "QROZNIY TV"yə. Ağ saqqal, başında buxara papaq, əsil qafqazlı kişi nəsə öz dillərində şəhid məqamı və şəhidlərdən danışır. 
Sualım budu. Müstəqil kimdi?
Azad kimdi?
Kişi kimdi?
Dindar kimdi?
Bütün TV-ləri, müxalifəti, deputatları, məmurları, zurnalistləri, namusu Türkiyə tərəfindən istismar olunan, Türkiyəyə aftafa olan bizimkilərmi, yoxsa öz dilində öz kanalında öz ölkəsində öz dinindən danışan ÇEÇEN ağsaqqalımı?!
Əziz xalqım!
SİZDƏN acizənə xahiş edirəm.
Türklərin ailələrinizə seks-porno daşımağına imkan verməyin.
Axı indi babalarımız Babəkin, Şah Ismayılın, Şah Abbasın, Nadir Şahın, Qaçaq Nəbinin, Qaçaq Kərəmin qəbirləri çatlayıb, ruhları inləyir.
Bunu onlara rəva görməyək.
Türkləri yaxın buraxmayaq!
Türkiyədən qurtulaq!

05.05.2022