29.03.2022

Удалено сайт азербайджанских евразийцев avrasiya.info


Как оказалось, с жалобой обратилось Национальный Центр Кибербезопасности и Интеграции Коммуникаций (NCCİC) США, сославшись на то, что сайт
«угрожает нацбезопасности США».

Значит бьем прямо в точку!
Удалено сайт азербайджанских евразийцев avrasiya.info


Как оказалось, с жалобой обратилось Национальный Центр Кибербезопасности и Интеграции Коммуникаций (NCCİC) США, сославшись на то, что сайт «угрожает нацбезопасности США».

Значит бьем прямо в точку!

27.03.2022

Sahib Məmmədov: "Rusiyanı söyməyə nə var ki? ABŞ və Fransa barədə bir kəlmə yazmağa cürətiniz çatmaz"


"Rusiyanı söyməyə nə var ki? Görüm ABŞ və Fransa barədə bir kəlmə yazmağa cürətiniz çatacaq? Çatmaz. Çünki şərəfinizi ABŞ səfirliyində nağd pula dəyişmisiz".
Bunu hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.
S.Məmmədov qeyd edib ki, dünya dağılır, amma ABŞ və Fransa Azərbaycan əsgərinin öz ərazisində, öz mövqeyində kiçik yerdəyişməsinə görə bəyanat verir.

21.03.2022

Kürdistanın kənd-kəssəklərindən Bakıya doluşublar.
Maşallah Azərbaycan xalqına nə lazım olduğunu onun özündən də yaxşı bilirlər.


İndilərdə bizə hansı ölkənin dost, hansı ölkənin düşmən olduğunu
bu hərşeyşünas qaqalar öyrədirlər.

19.03.2022

Bizim mediamız ABŞ tərəfindən idarə olunur - bunu bazara çeviriblər

Aydın Məmmədov

Əgər Rusiya Meksikada hərbi baza qurarsa ABŞ Meksikanın külünü göyə sovurar! Sovurar, ya sovurmaz? Deyin.
Həmin şey indi Ukraynada baş verir.
ABŞ əvvəlki razılaşmaları pozaraq öz müstəmləkələrinin sayını şərqə doğru genişləndirir.
Ukrayna müharibəsi Rusiya-Ukrayna arasında getmir, Rusiya-ABŞ arasında gedir. Sadəcə ABŞ bu müharibəni Ukrayna ərazisində aparır.
ABŞ qalib gəlsə bütün dünya ölkələri onun müstəmləkəsinə çevriləcəkdir.
Burda bizim üçün sevinəsi bir şey yoxdur - biz daha çox müstəmləkə olacayıq!
Rusiyanın məğlubiyyətini arzulayan azərbaycanlılar belə şeyləri başa düşmürlər.
Doğrudanmı onlar bilmirlər ki, əgər Rusiya olmasaydı bu gün Azərbaycan adlı respublika da olmazdı və bu ərazi hal-hazırda İranın tərkibində idi?
Doğrudanmı onlar bilmirlər ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qarantiyasıdır və Rusiyaya görə heç bir dövlət Azərbaycanı işğal edə bilməz?
Doğrudanmı onlar bilmirlər ki, Şuşaya qədər geri aldığımıza görə Rusiyaya minnətdar olmalıyıq və onların mələk kimi gördükləri ABŞ və Qərb həmin ərazilərin ermənilərdə qalmasına çalışırdı?
Doğrudanmı Azərbaycan xalqı bu qədər zombiləşib, düşünmə qabiliyyətini bu qədər itirib və ABŞ necə istəyirsə yalnız elə düşünə bilir?
Yox, Azərbaycan xalqı heç də zombiləşməyib, düşünmə qabiliyyəti də normaldır. Sadəcə bizim mediamız ABŞ tərəfindən idarə olunur, bunu bazara çeviriblər.
Bəli, rəsmi şəkildə Azərbaycan mediası bazardır və jurnalist isə yalnız alverlə, ticarətlə məşğul olmalıdır.
Bu elə Milli Məclisin qəbul etdiyi, Prezidentin imzaladığı Media haqqında qanunda da təsdiqini tapmışdır...

XANKƏNDİYƏ GİRSƏYDİK AXIRIMIZ NƏ OLACAQDI? BU GUN GÖRÜRÜK!

Aydın Əlizadə

Qarabağın erməni hissəsini ruslar qoymadı azad edək deyənlər indi də başa düşmür, ya da daha doğrusu başa düşmək istəmir ki, bunun axırı nə olacaqdı. O zaman ağıllı adamlar bunlara zənni olaraq başa salırdılar ki, erməniləri bütün dünya dəstəkləyir. Biz o əraziləri alsaydıq bizi erməni "soyqırımında" ittiham edib Kosovanın gününə salacaqdılar. Birincisi bütün "mədəni" Qərb dünyasının KİV-ləri həyayızlıq, iftira kampaniyası aparacaq, sonra siyasətçilər girişəcək, sonra iqtisadi sanksiyalar və nəhayət NATO-nun hərbi müdaxiləsi, Qarabağın Qərb ölkələri tərəfindən dövlət kimi tanınması olacaqdı.
İndi gözümüzün qabağında Rusiyadır. Hamı görür ki, Amerika və Avropa birləşib onu yıxmaq istəyir. Bunun üçün hər üsuldan istifadə edir - lüt həyasız qadınların ekran qarşısında porno şəkil etirazından başlamış Rusiyaya qarşı ən ağır iqtisadi sanksiyalara qədər. Üstəlik ruslarla müharibəyə muzdlu döyüşçüləri yollarır, ukraynalılara silah göndərilir, sərhədlərdə təxribata əl atılır.
İndi bu oyunu bizdən dəfələrlə güclü olan Rusiyaya qarşı edirsə, bizim axırımız nə olacaqdı? Həmin şeyləri bizimlə edib tamamilə məhv edərdilər. 
İndi hər şey göz qabağındadır. Yenə də başa düşmək istəmirlər, "rus qoşunu bizə Qarabağı azad etməyə mane oldu" mənasız sözləri təkrar edirlər. Ya da "Rusiyadan fərqli olaraq biz öz ərazilərimizi azad edirik" sözlərini deyirlər. Yenə başa düşmək istəmirlər ki, Amerika-Avropa üçün sən heç kim və heç nəsən. Sənin ərazin onun üçün yoxdur. Onun üçün ancaq onun öz siyasi məqsədləri var. Bu məqsədlər də bizim yox, ermənilərin maraqlarına uyğundur. Buna görə də bizi məhv edəcəklər. Suriya, İraq, Əfqanıstanı örnək gətirirəm bunlar üçün yenə dediklərində dururlar.
Yəni o zaman bunu zənni olaraq deyirdim bu adamlara, onlar da mənimlə mübahisə edirdi. İndi hər şey göz qabağında, yenə inadkarlıq edib həmin şeyi təkrar edirlər. Ağıl işlətmirlər, anlamaq istəmirlər ki, dünya onların zənn etdiklərindən çox mürəkkəbdir.
Elə Elçibəyin vaxtında da bu düşünülməmiş addımlar, popullist şüarlar az qala ölkəmizi dağıtmışdı. O zamanın olayları bu adamlar üçün bu gün də dərs olmur. Yaxşıdır ki, Elçibəyin dövründən fərqli olaraq Azərbaycan rəhbərliyində bunlar ağılda adamlar yoxdur. Yoxsa ölkəmizi məhv edərdilər. Necə deyərlər Yaxşı niyyətlərin yolu cəhənnəmə aparır!

18.03.2022

Necə olur ki, sizin gözünüzdə ABŞ həmişə demokratik və haqlı olur?!

Fidan Əhmədova

Maraqlıdır ki, Ukrayna şüvənlər ürəyi istədiyi kimi Ukraynanı müdafiə edən yazılar yazır, Ukrayna bayrağını rahat şəkildə paylaşırlar. Amma biri çıxıb Ukraynanın haqsız olduğunu sübut edən faktlar qoyanda təhqirə keçirlər. Özü də deyirlər ki, Rusiya üçün niyə bu qədər özünü həlak edirsən?!
Bəs sizlər nöşün özünüzü Ukrayna üçün, Zelenski üçün bu qədər həlak edirsiz?
Deyirsiz ki, Rusiyaya kim haqq verir Ukraynaya girsin? Yaxşı bəs, Ukraynaya kim haqq verir ki, qonşusu üçün təxribat hazırlayıb, qonşusunun düşməni ilə iş birliyi etsin, qonşusunun ərazi bütövlüyünü təhlükəyə atan fəaliyyətlər görsün?
İran Ermənistana kömək edəndə acığımız gəlirdi ki, sən mənim qonşum və din qardaşım, durub mənim düşmənimə kömək edirsən!
Ukrayna da sizin dediyiniz İran kimi davrandı eyniylə.
Nətəər olur, İran öz din qardaşının əleyhinə Ermənistana hər cür kömək edəndə pis olur, amma Ukrayna öz din qardaşının əleyhinə ABŞ-a kömək edəndə yaxşı olur?
Deməli yenə də eyni hadisəyə müxtəlif reaksiya verirsiz. Deməli yenə riyakarlıq edirsiz...
Deyirsiz ki, Rusiya xaxolları öldürür. Yaxşı, bəs Amerika Əfqanıstana girmək üçün, dinc əfqan əhalisini illərlə bombalamaq üçün öz binalarını partladıb, öz vətəndaşlarını öldürdü - bundan niyə danışmadız?
Necə olur ki, sizin gözünüzdə ABŞ həmişə demokratik və haqlı olur?!
ABŞ-ı sizin gözünüzdə bu dərəcədə haqlı edən nədir, bilmək olar?
Nəsə, yaşasın Rusiya! Putin demişkən: Нравится, не нравится — терпи, моя красавица!

Britni Spirs Aslan Ismayılovdan qeyrətli çıxdı


Dünyaca məşhur amerikalı müğənni instagram hesabında belə bir paylaşım edib:
“Mən inanıram ki, Qərb mediasının Ukrayna böhranını ört-basdır etməsi müharibənin əsas səbəbidir... Qərb hegemonluğundan və mediamızı idarə eden kapitalist oliqarxlardan azad olaq! Dünən mən spaya getmişdim ve bilirsiniz nə düşündüm? S*****sin İMPERIALIZM! Nəyə görə Yəmən bombalananda indiki reaksiyaları vermirdiz?! 2014-cü ildən bu vaxta qədər Ukrayna Donbası bombalayır və heç kim buna heç nə demədi! S*****sin NATO! Bu müharibə yalnız bir tərəfdən gəlməyib”.

Qeyd: Bu paylaşımına görə İnstagram müğənninin hesabını blok elədi.

17.03.2022


“Azov” batalyonu mühasirəyə düşüb və dünyaya müraciət edib ki,
küçələrə çıxsınlar və onları müdafiə etsinlər.

"Dünyanın ən qorxulu snayperi” adlandırılan kanadalı hərbçi mühasirəyə düşmüş “Azov” batalyonuna kömək üçün Mariupola paraşütlə atıldıqdan 20 dəqiqə sonra kadırovçular tərəfindən öldürülüb. Qərb mətbuatının sutkaya 60-70 rus öldürəcəyini proqnozlaşdırdığı snayper
bircə güllə belə atmağa
macal tapmayıb.

Cənubi Koreyadan olan muzdlu əsgər ona və qrupuna Ukraynadan qaçmaqda kömək edilməsini istəyir. Li Geun öz qrupu ilə Kiyevə gəlib və burda şiddətli döyüşlər səbəbindən həyatı üçün təhlükə hiss edib. Polşaya keçmək istəsələr də onlara rədd cavabı verilib.

Hüseyn Mirzə adlı istifadəçi bu barədə yazıb:
“Ukraynaya kabab iyinə gələn muzdlular gəlib gördülər eşşək dağlayırlar”.

16.03.2022

Müxalifətin hakimiyyət siyahısı


2013-cü ildə müxalifət siyahı hazırlamışdı ki, qələbə çalacaq və bu adamlar qeyd olunan dövlət postlarına oturacaqlar.
Bu siyahıya diqqətlə baxın, görün çoxu öz ailəsini idarə edə bilməyənlər, arvadın əlindən pultu almaq iqtidarında olmayanlar, uşağına əmr verməyə duxu çatmayanlar, gözü ilə gözənlər, şam tutanlar olan bu adamlar hakimiyyətə gəlsəydilər, nə olardı? Aqibətiniz necə olardı, təsəvvür edirsiz? Belələri ilə nə Qarabağı ala bilməzdik, indiyə Ermənistandan da, Ukraynadan da rəzil kökə qalardıq.

1.Azərbaycan Respublikasının Prezidenti- Əli Kərimli (AXCP)

2.Dövlət katibi- Lalə Şövkət (ALP)

3.Prezidentin müşaviri Ərazi İdarəetmə Orqanları üzrə- İbrahim İbrahimli (Bitərəf)

4.Prezidentin müşaviri Daxili Siyasət- Cəmil Həsənli (Ziyalılar Forumu)

5.Prezidentin müşaviri Xarici Siyasət- Hikmət Hacızadə (Müsavat)

6.Prezidentin müşaviri Hüquq Siyasəti- Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası)

7.Prezident aparatı Hüquq Mühafizə Orqanları ilə iş şöbəsi- Rahim Hacıyev (AXCP)

8.Prezident aparatı Humanitar Siyasət şöbəsi- İradə Nəriman (AXCP)

9.Prezident aparatı Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsi- Rövşən Quliyev (AXCP)

10.Prezident aparatı Qanunvericilik və Hüquq Ekspertizası şöbəsi- Fuad Ağayev (AMİP)

11.Prezident aparatı İşlər idarəsinin müdiri- Qiyas Sadıqlı (AXP)

12.Prezident aparatı İqtisadiyyat şöbəsinin müdiri- Qadir İbrahimli (Aydınlar Partiyası)

13.Prezident aparatı Analitik İnformasiya şöbəsinin müdiri- Alı Rza (AXCP)

14.Prezident aparatı Mətbuat Xidmətinin rəhbəri- Natiq Ədilov (AXCP)

15.Baş Mühafizə İdarəsinin rəisi- Kərim Mehdiyev (AXCP)

16.Dövlət Nəzarəti İdarəsinin rəisi- Xaliq Bahadır (AXCP)


Nazirlər Kabineti

1.Baş Nazir- İsa Qəmbər (Müsavat )

2.Baş Nazirin 1-ci müavini- Arif Hacılı (Müsavat )

3.Baş Nazirin muavini- Əvəz Temirxan (ALP)

4.Baş Nazirin Müavini- Arzu Səmədbəyli (Müsavat )

5.Maliyyə Naziri- Pənah Hüseyn (AXP)

6.Maliyyə Nazirinin müavini- Məhəmməd Talıblı (AXCP)

7.Vergilər Naziri- Şahin Həsənli (AXCP)

8.Vergilər Nazirinin müavini- Fikrət Cəfərli (KXCP)

9.Vergilər Nazirinin müavini- Elçin Rüstəmli (AXCP)

10.Daxili İşlər Naziri-Mənsum Bayramov (AXCP)

11.Daxili işlər Nazirinin 1-ci müavini- Tural Abbaslı (Müsavat)

12.Daxili işlər Nazirinin müavini- Köçəri Nağıbəyli (Bitərəf)

13.Milli Təhlükəsizlik Naziri- Fuad Qəhramanlı (AXCP)

14.Milli Təhlükəsizlik Nazirinin müavini- İlham İsmayıl (Müsavat)

15.Baş Prokuror- Qurban Məmmədov (Bitərəf)

16.Baş Prokurorun müavini- Namizəd Səfərov (Bitərəf)

17.Baş Prokurorun müavini- Adil İsmayılov (Bitərəf)

18.Mərkəzi Bankın sədri- Eldar Hüseynov (AXCP)

19.Müdafiə Naziri- İsa Sadıqov (Bitərəf)

20.Baş Qərərgah rəisi- Hazırki Korpus komandirlərindən biri

21.Yanacaq Energetika Naziri- Sabit Bağırov (Bitərəf)

23.AR Dövlət Neft Şirkətinin Prezidenti- İlham Hüseynli (AXCP)

24.AR Dövlət Neft Şirkətinin Vitse-prezidenti- Cəmil Hacıyev (ADP)

25.Kənd Təsərrüfatı Naziri- Ədalət Yusubov (KXCP)

26.Kənd Təsərrüfatı Nazirinin müavini- Tofiq Hüseynov (Müsavat)

27.Kənd Təsərrüfatı Nazirinin müavini- Vahid Məhərrəmov (Bitərəf)

28.Səhiyyə Naziri- Yaqub Məmmədov (Bitərəf)

29.Səhiyyə Nazirinin müavini- Adil Qeybulla (Müsavat )

30.Təhsil Naziri- Nürəddin Məmmədli (AXCP)

31.Təhsil Nazirinin müavini- Nüşabə Sadıxlı (Müsavat)

32.Rabitə və İnformasiya Texnologiyaları Naziri- Rafiq Əliyev (Ziyalılar Forumu)

33.Mədəniyyət və Turizm Naziri- Rüstəm İbrahimbəyov (Ziyalılar Forumu)

34.Mədəniyyət və Turizm Nazirinin müavini- Səməd Hətəmov (Ümid)

35.Xarici İşlər Naziri- Eldar Namazov (Ziyalılar Formu)

36.Xarici İşlər Nazirinin 1-ci müavini- Razi Nurullayev (AXCP)

37.Xarici İşlər Nazirinin müavini-İlqar Məmmədov (REAL)

38.Ədliyyə Naziri- Fuad Mustafayev (Bitərəf)

39.Ədliyyə Nazirinin müavini- Erkin Qədirli (REAL)

40.ƏN Pentensiar Xidmətin rəisi- Məmməd Zeynalov (Müsavat)

41.Ekologiya və Təbii Sərvətlər Naziri- Gülağa Aslanlı (Müsavat)

42.Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini- Əli Orucov (AMİP)

43.Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini- Nürəddin İsmayılov (ADP)

44.İqtisadi İnkişaf Naziri- Qubad İbadoğlu (Müsavat)

45.Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri- Asif Yusifli (AXCP)

46.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini- Ənvər Ağazadə (Ümid)

47.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini- Həsrət Rüstəmov (ADP)

48.Müdafiə Sənayesi Naziri- Etibar Məmmədov (AMİP)

49.Müdafiə Sənayesi Nazirinin müavini- Xalid Qarayev (AXCP)

50.Müdafiə Sənayesi Nazirinin müavini- Taleh Əliyev (Ümid)

51.Su və Meliorasiya Naziri- Tofiq Yaqublu (Müsavat)

52.Su və Meliorasiya Nazirinin müavini- Bəhruz Məmmədov (ADP)

53.Nəqliyyat Naziri- Vahid Əhmədov (Bitərəf)

54.Azəravtoyol DŞ-nin rəisi- Azər İsmayıl (Müsavat)

55.Dəmir Yolu İdarəsinin rəisi- Babək Həsənov (AXCP)

56.Fövqaladə Hallar Naziri- Sərdar Cəlaloğlu (ADP)

57.Fövqəladə Hallar Naziinin 1-ci müavini- Sahib Kərimov (AXCP)

58.Fövqəladə Hallar Nazirinin müavini- Bakir Həsənbəyli (Ümid)

59.Fövqəladə Hallar Nazirinin müavini- Anar Niftəliyev (VHP)

60.Gənclər və İdman Naziri- Əbülfəz Qurbanlı (AXCP)

61.Gənclər və İdman Nazirinin müavini- Nihad Hüseyn (AXCP)

62.Gənclər və İdman Nazirinin müavini- Əhəd Məmmədli (Müsavat)

63.Gömrük komitəsinin sədri- Nemət Əliyev (AXCP)

64.Gömrük komitəsi sədrinin müavini- Zöhrab İsmayıl (REAL)

65.Gömrük komitəsi sədrinin müavini- Rövşən Agayev (Bitərəf)

66.Qiymətli Kağızlar üzə Dövlət Komitəsinin sədri- Azər Mehtiyev (REAL)

67.Qiymətli Kağızlar üzə Dövlət Komitəsi sədrinin müavini- Gültəkin Hacıbəyli (ZF)

68.Azərenerji Dövlət Şirkətinin prezidenti- Yusif Bağırzadə (AMİP)

69.Azərenerji Dövlət Şirkətinin vitse-prezidenti- Şahvələd Çobanoğlu (Bitərəf)

70.Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi sədri- Namiq Şəmkirli (AXCP)

71.Xaricdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini- Samir Əsədli (VHP)

72.Qaçqınlar və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi sədri- Hüseyn Naibov (AXCP)

73.Qaçqınlar və Məcburi köçkünlərin işi üzrə DK sədrinin müavini- Nəsimi Məmmədli (Ümid)

74.Qaçqınlar və Məcburi köçkünlərin işi üzrə DK sədrinin müavini- Asif Məmmədov (Müsavat)

75.Azərsu Səhmdar Cəmiyyətinin sədri- Rafik Daşdəmirli (AXCP)

76.Dövlət Standartlaşdırma komitəsinin sədri- Seymur Həzi (AXCP)

77.Dövlət Standartlaşdırma komitəsinin sədrinin müavini- Vəfa Cümşüdlü (Müsavat)

78. AZAL Dovlət Konserninin Prezidenti- Vuqar Bayramov (Müsavat)

79.AZAL Dovlət Konserninin vitse-rezidenti- Zərifə Məhəddinova (AXCP)

80.Azərbalıq Dovlət Konserninin Prezidenti- Rafik Manaflı (VHP)

81.Azərqaz Səhmdar cəmiyyətinin sədri- Arzuman Məcidli (AXCP)

82.Satınalmalar üzrə Dövlət Agentliyinin rəisi- Məmməd İbrahim (AXCP)

83.Dövlət Əmlak Komitəsinin sədri- İbrahim Vəliyev (Bitərəf)

84.Dövlət Əmlak Komitəsinin sədrinin müavini- Səxavət Soltanlı (Müsavat)

85.Dövlət Reyestr xidmətinin rəisi- Ənnağı Hacıbəyli (Bitərəf)

86.Dövlət Reyestr xidməti rəisinin müavini- Səadət Cahangir (AXCP)

87.Dövlət Miqrasiya Xidmətinin rəisi- Əlövsət Əliyev (VHP)

88.Dövlət Miqrasiya Xidmətinin rəisinin müavini- Nigar Yaqublu (Müsavat)

89.Ali Məhkəmənin sədri- Şükur Məmmədli (AXCP)

90.Konsitusiya Məhkəməsinin sədri- İntiqam Əliyev (Bitərəf)

91.Müəllif hüquqlarınınn Qorunması Agentliyi- Kamran İmanov (hazırda həmin vəzifədədir)

92.Neft Fondunun direktoru- Şahmar Mövsümov (hazırda həmin vəzifədədir)

93.Teleradio şurasının sədri- Rauf Arifoğlu (Müsavat)

94.Az TVnin sədri- Qənimət Zahid (AXCP)

95.İctimai Televiziyanın sədri- Sücəddin Şərifov (AXCP)

96.Tələbə qəbulu üzrə Dövlət Komissiyası- Mirmahmud Mirəlioğlu (KXCP)

97.Dini Qurumlarla iş üzrə Dovlət Komitəsinin sədri- Hacı İlqar İbrahimoğlu (Bitərəf)

98.Dini Qurumlarla iş üzrə Dovlət Komitəsinin sədrinin müavini- Rəsul Mirhəşimli (AXCP)

99.Ailə qadın və uşaq problemləri komitəsinin sədri- Solmaz Hüseynova (AXCP)

100.Milli Elmlər Akademiyasının Prezidenti- Elmira Muradəliyeva (AXCP)

101.Mərkəzi Seçki Komissiyasının sədri- Aslan İsmayılov (Bitərəf)

102.Şəhərsalma və Arxitektura Komitəsinin sədri- Fuad Musayev (Bitərəf)

103.Material Ehtiyatları Komitəsinin sədri- Əsəd Əsədzadə (AXCP)


Milli Məclis

1.Milli Məclisin sədri- Rəsul Quliyev (ACP)

2.Milli Məclisin sədrinin 1-ci müavini- Gözəl Bayramlı (AXCP)

3.Milli Məclis sədrinin müavini- İqbal Ağazadə (Ümid)

4.Milli Məclis sədrinin müavini- Vurğun Əyyub (Müsavat)


1.Naxçıvan Ali Məclisinin sədri- Asəf Quliyev (AXCP)

2.Naxçıvan MR Baş Naziri- Sülhəddin Əkbər (ACP)

3.Naxçıvan MR Daxili İşlər Naziri- Mirfeyzulla Seyidov (AXCP)

4.Naxçıvan MR Səhiyyə Naziri- Səxavət Əlisoy (Müsavat)

5.Naxçıvan MR Prokuroru- Anar Qasımlı (Bitərəf)


Digər

1.Bakı Şəhər İcra Hakimiyyətinin başçısı- Həsən Kərimov (AXCP)

2.Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini- Hüseyn Məlik (Müsavat)

3.Bakı şəhər prokuroru -Vidadi İsgəndərli (Bitərəf)

4.Bakı şəhər Baş Polis İdarəsinin rəisi- Asif İsasoy (AXCP)

5.Bakı şəhər Gənclər və İdman idarəsinin rəisi- Turqut Qəmbər (NİDA)

6.Bakı Baş Gömrük İdarəsinin rəisi- Xaqani Cəfərli (Bitərəf)

7.Bakı Apellyasiya Məhkəməsinin sədri- Xalid Bağırov (REAL)

8.Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mİ-nin rəisi- Vaqif Hacıbəyli (Əhrar)

9.DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mİ- rəis- Taliyət Əliyev (ADP)

10.DİN İnsan Alverinə qarşı Mİ-nin rəisi- Elşad Abdullayev (Bitərəf)

11.DİN Narkobiznesə qarşı Mİ-nin rəisi- Etimad İsmayılov (Ədalət )

12.Daxili Qoşunların komandiri- Fəhmin Hacıyev (AXCP)

13.Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair İİ-nin rəisi- Razim Əmiraslanov (Müsavat)

14.Prezident yanında korrupsiya komissiytasının sədri- Əliməmməd Nuriyev (Bitərəf)

15.İnsan Haqları üzə Omdudsman- Leyla Yunus (Bitərəf)

16.ABŞ-da səfir- Qorxmaz Əskərov (Bitərəf)

17.BMT-də nümayəndə- Elmar Şahtaxtinski (Bitərəf)

18.Böyük Britaniyada səfir- Tamerlan Qarayev(Bitərəf)

19.Fransada səfi- Elnur Majidli (Bitərəf)

20.Almaniyada səfir- Emin Milli (bitərəf)

21.Tükiyədə səfir- Aqil Səmədbəyli (bitərəf)

22.İranda səfir- Qaya Əliyev (KXCP)

23.Rusiya Fedarasiyasında səfir- Eynulla Fətullayev (Bitərəf)

24.Ukraynada səfir- Mustafa Hacıbəyli (Musavat)

25.Avropa Birliyində nümayəndə- Bəxtiyar Hacıyev (Bitərəf)

26.BDU-nun rektoru- Kamil Vəli Nərimanoğlu (AXCP)

27.APU-nun rektoru- Etibar Talıblı (AXCP)

14.03.2022

Aleksandr Duqin:

"Dünya İqtisadi Forumu (WEF) Ukraynaya qarşı davam edən “hücum” səbəbilə Rusiya hökuməti və rus oliqarxları ilə “bütün münasibətləri” dayandırdığını bəyan edib.
Bu əla xəbərdir!
Rusiya nəhayət ki, qlobalizmdən və Böyük Reset fanatiklərindən, Şvab alyansının azğın qlobal oliqarxlarından və onun tərəfdaşlarından xilas oldu. İndi hamıya aydındır ki, Moskva qlobal miqyasda Böyük Oyanışın paytaxtıdır. İndi planetdə hamı bilir ki, bu, “rusların” “ukraynalılara” qarşı çıxdığı regional münaqişə deyil, bu, bəşəriyyətin qlobal monopoliyaların liberal diktaturasından qurtulmasının başlanğıcıdır.
Ukrayna bu elitalar tərəfindən Şərqi slavyanların torpaqlarına qarşı, onların iradəsinə zidd şəkildə yaradılmış yerli mərkəzdir. Millətçilik və liberal təbliğat əhalini zombiyə çevirib.
Əsl müharibə Ukraynaya və hətta Qərbə qarşı da deyil. Əsl müharibə dünya İqtisadi Forumlarına və onların hər cür pozğunluqları, günahları və cinayətləri qanuniləşdirərək insanlığı məhv etməyə və gücü süni intellektə ötürməklə insanları robotlara və mutantlara çevirməyə yönəlmiş vəhşi planlarına qarşıdır. Səhv etməyin: Biz bu perspektivin digər ucunda oturan şeytanın özü ilə savaşırıq".

13.03.2022

Xaricdən 400 mindən çox insan Rusiya ordusunun tərkibində döyüşmək üçün Rusiya dövlətinə müraciət edib. Əksəriyyəti keçmiş Sovet respublikalarından olan bu adamların içində Serbiya, Suriya, İran, Monqolustan, Çin, Yaxın Şərq, Latın Amerikası, ABŞ, Afrika və Avropa ölkələri vətəndaşları da var. Ukrayna ordusu tərəfdə vuruşan Qərb muzdlularından fərqli olaraq onlar pul müqabilində deyil, ideya uğrunda Rusiya ordusunun tərkibinə qatılırlar - faşizmə, sionizmə, NATO-ya qarşı vuruşmaq istəyirlər. Rusiya prezidenti Putinin tapşırığı ilə ilkin mərhələdə onlardan ibarət 50 minlik 10 beynəlmiləl briqada yaradılacaq. Ardınca Rusiya ərazisindəki hərbi bazalarda 150 minlik beynəlmiləl ordu formalaşdırılacaq.


Ruslarda məşhur bir sual var: “В чем сила, брат?”
Güc nədədir, qardaş?
Cavabı belədir: “В правде”. Həqiqətdə!

08.03.2022

Amerika Ukraynada müharibə başlayandan bu günə qədər 60 milyarddan çox pul xərcləyib


Aslan Aslanov

Siz haranızla düşünürsünüz?  Rusiyada yaşayan 3 milyon azərbaycanlının vəziyyətinin pisləşməsini istəyən adamlara ar olsun! Rusiyada 3 milyondan çox azərbaycanlı yaşayır. Bilirsən hava reyslərini niyə bağladılar Rusiya ilə? Bilmirsən. Çünki bu bilgini bilmək üçün düşünmək, analiz etmək qabiliyyətin olmalıdır. O da yoxdur. Ancaq söyüş, təhqir yazmaqla Amerikadan qrant alanlara pulsuz hambal işləyirsən. Rusiyanı söyənlərin çoxu Amerikadan qrant alıb söyür. Sənin kimi adamlar isə onlara qoşulub onlara bilərəkdən, ya da reytinq xatirinə onlara kömək edir. Özünüz də ac qalırsınız.
Amerika Ukraynada müharibə başlayandan bu günə qədər 60 milyarddan çox pul xərcləyib. O puldan sənə çatmayıbsa ona buna boş-boşuna xidmət etmə. Ya da bir proyekt hazırla ver Amerika səfirliyinə qrant al. 
Feministlər bu gün qrant hesabına mitinq etdilər. Orda bir qız var idi, özünü binadan atmışdı, amma ölmədi. Onun bir videosuna baxdım. Deyirdi Nərmin Şahmarzadə və başqaları qrant alırmışlar, mən sonra bildim, məni verbovat edib öz mənafeləri üçün istifadə edirmişlər.
Yəni o qızın başa düşdüyünü sən hələ düşmürsən?
Sonda deyim ki, Rusiya bu müharibədə qalib gələcək. Bütün dünya əleyhinə olsa da.
Bir də ki sosial şəbəkədə müdafiə etməklə heç nə olmur.
Putinin heç vecinə deyil kim onu sosial şəbəkədə müdafiə edir ya yox.
O öz işindədi və işini yekunlaşdırıb. Dost olmayan ölkələrin siyahısı da hazırdır, onlarla məşğul olacaq.
Rusiya qalib gələndə bu yazdıqlarınızdan utanacaqsınız.

07.03.2022

Vladimir Putin: “Döyüş zamanı həlak olan əsgərlərin ailələrinə bir dəfəlik 7 401 000 (118 600 azn) ödəniləcək. Mən bu məbləğə əlavə olaraq 5 000 000 rubl (80 200 azn) ödənilməsinə tapşırıq vermişəm və o ailələr aylıq müavinət alacaq. Döyüş zamanı yaralanan əsgərlərə 2 168 000 rubl (34 700 azn) ödəniləcək. Onlar pulsuz sığorta ilə təmin olunacaqlar və aylıq müavinət alacaqlar. Müharibədə iştirak edən hər bir zabitdən tutmuş əsgərə kimi birdəfəlik 3 000 000 rubl (47 300 manat) ödəniləcək”.


“Deyirəm bu Putin nə zalım adam imiş. Müharibə iştirakçılarına və həlak olanların ailələrinə belə zülm eləmək hansı kitabda yazılıb? Bunun heç dini, imanı yox imiş. Müharibə əlilləri aylarla qapılar gəzmədisə, küçələrdə üstünə benzin töküb yandırmadısa, müalicəsi üçün ona-buna ağız açmadısa bunun harası ədalət oldu? Şəhid anaları, müharibə əlilləri günlərlə aksiyalarda hay-haray salmadısa bunun harası ədalət oldu? Müharibə əlilləri müalicəsi üçün xirtdəyəcən borca girmədisə, bank faizlərinin altında boğulmadısa bunun harası ədalət oldu? Hələ şəhid analarının keçirdiyi aksiyaları güc tətbiq edərək dağıtmağı demirəm. Hələ müharibə əlillərinin İcra qapılarından rədd edilməsini demirəm. Çox zalım və ədalətsiz adamsanmış, Putin! Sənin heç ədalət sözünün Ə hərfindən xəbərin yoxdur”. Elsevər Hüseynov

Putin dəfələrlə NATO-un Şərqi Avropaya tərəf genişlənməsindən narahatlığını Qərbə bildirmişdi

Kənan Əsgərzadə

Putin xarakterli, prisipial və öz məqsədlərinə çatmaq üçün qətiyyəti olan bir şəxsdir. Bu da dövlət başçısı olan biri üçün çox vacib bir məqamdır. Tərif etmirəm, xarakterini yazıram. Ona görə də düşünürəm ki, Putin seçim qalmayandan sonra bu müharibəni başlatmaqda qəti idi və qalib gəlməyi də qaçılmazdır. Hətta Ukraynanın ikiyə bölünməsinə bahasına olsa belə. Çünki onun çıxışlarını izləyən bilir ki, o dəfələrlə NATO-un Şərqi Avropaya tərəf genişlənməsindən narahatlığını Qərbə bildirmişdi. Gələcəkdə NATO-nun öz ölkəsinə qarşı hər hansı həmlənin olmayacağı barədə yazılı qaranti də istəyirdi. Əlbəttə Qərb bunlara məhəl qoymadı. Hətta bir az da irəli gedərək Ukraynanı NATO-ya üzv etmək istədi. Halbuki Putin Ukraynanın artıq onun "qırmızı xətti" olduğunu da bildirmişdi. Nəticə də göz qabağındadır. Putin dediyini eləyir. İtirən isə Ukrayna xalqı olur.
Amma olmaya da bilərdi. Qərbin peşkası olan biri Qərbin maraqlarına görə öz dövlətini və xalqını təhlükəyə atıb qırğına verdi. Qərb onsuz da onlara kömək etməyəcək. Ukrayna xalqını qırğınla baş-başa qoyacaq və qoyur da. Bu onların xislətidir, zatıdır. 
Bir dövlət başçısı ki bunları bilmir, gələcəyi analız edə bilmir, xalqını qeyri-bərabər müharibəyə atır, ondan qəhraman yox, ancaq qəhhhraman ola bilər.
Ukrayna xalqı hələ Putinə çox sağ ol desin - yavaş-yavaş irəliləyir ki, sivil insanlardan az itki olsun. Yoxsa əlindəki vəhşi silahlardan bir dəfə istifadə etsəydi, (ki təzyiq olsa edə bilər) Kievdən əsir-əlamət belə qalmazdı!
Təsəvvür edin bizdə Qərbin peşkası olan müxalifət nümayəndələrindən biri prezident olur və başlayır Qərbin maraqlarına görə Rusiyaya "kəllə" atmağa. İndiki zaman üçün nəticəsini təsəvvür edin. Təsəvvür etdiz?
Zatən Ukrayna səfirliyinin qarşısında keçirilən dəstək askiyasinda Qərbin peşkalarını orda görmək bir çox məsələlərə aydınlıq gətirir.
Mən də Ukrayna xalqının öldürülməsini istəmirəm. Niyə istəyim ki? Hətta düşmənimin günahsız körpələrinin belə ölməsini istəmirəm. Bəziləri kimi yalandan humanistlik donu da geyinmirəm. Bu mənim əqidəmdir.
Yoxsa ki Fələstində, Suriyada, İraqda, Yəməndə öldürülən körpələrin ölümünə göz yum, vecinə alma, vicdanın belə sızlamasın, amma gəl Ukrayna xalqı üçün alt paltarını başına çək! Belə vicdan, belə humanistlik, ümumiyyətlə, belə insanlıq olmur. Məsələ insanların öldürülməsidirsə, məsələ hansısa xalqın və dövlətin təhlükəsizliyidirsə, məsələ işğalçılığa qarşı çıxmaqdırsa, Ukraynadan qabaq bu zülmlərə məruz qalmış ölkələr və xalqlar var. Özü də onlara olan zülm illərdi davam edir və davam etməkdədir.
Demək ki məsələ zülmə etiraz deyil!

Rusiya sionizmə və nasizmə qarşı mübarizə aparır

Anar Qurbanov

Düşünürəm ki, Rusiya Ukrayna siyasi qarşıdurmasını xalqlar arası düşmənçilik müstəvisində təqdim etmək absurddur.
Rusiya Ukrayna da daxil olmaqla bir neçə cəbhədə imperializmə, sionizmə, nasizmə və radikalizmə qarşı mübarizədədir.
Sadaladığım "izmlər" Qərbin əsrlərdir insanlığa qarşı tətbiq etdiyi düşmənçilik ideologiyalarıdır.
Şiələrin Ukraynanı, dolayısıyla Qərbi haqlı, Rusiyanı qəsbkar kimi görmələri məyusedicidir.
Təbii ki, müharibə yaxşı şey deyil.
Maraqlıdı, görəsən indi Qərbin tirajladığı harda və nə vaxt çəkildiyi bəlli olmayan şəkilləri paylaşmaqla ümumilikdə Ukraynanı məzlum kimi qələmə verənlər İkinci dünya müharibəsi dönəmi yaşasaydı həyatını itirmiş faşist Almaniyası vətəndaşlarının şəkillərin paylaşıb, onların bayrağını da öz profillərinə asardılarmı?
Axı suyun qabağını kəsdiyi üçün Yezidə lənət deyənlər, həmin hərəkəti neçə ildi Krım camaatına qarşı edənlərə necə tərəf çıxa bilər?
Demək ki, o lənət demələri də əslində nəfsdən doğan bir şeydir.
O səbəbdən hərəkəti yox, yalnız şəxsi lənətləyirlər.

04.03.2022

Sovet hökuməti sənin tarixini, milli kimliyini necə unutdurmuşdu?

Ağa Mirizadə

20-25 il əvvələ kimi jele zad vuran, koroçe şampunçiklik eliyən birinə, zarafatla deyəndə ki "türkə oxşayırsan" - az qala qan tökülürdü.
Ən yaxşı halda cavab "türk sənin var-yoxundur, qatığlama" zad olurdu.
İndi həmin oğlanların əksəriyyəti atasının goruna and içir ki, türk oğlu türkəm. Bunu da belə izah edirlər ki, "Sovet hökuməti bizim tariximizi gizlədirdi, milli kimliyimizi unutdurmuşdu".., koroçe Məlikməmmədin nağılını danışırlar.
Nəsə... Bir tərəfdən belə nağıllarla ya özlərini inandırırlar, ya da başqalarını inandırmaq istəyirlər. Amma "soy kökünü unudan biqeyrət olar" zad deyə biləcək qədər həyasızdırlar.
Belə çıxır ya babaları biqeyrət olub ki, türk olduğunu unudub, ya da özləri biqeyrətdilər ki, azəri olduqlarını unudurlar... Hətta sanki azəri olmaq təhqirmiş kimi "bizə azəri deməyin" deyirlər. 
Tarixi unutdurmağı, tarixin təhrif edilməsini hardasa başa düşmək olar. Amma milli kimliyini necə unutdura bilərdi axı!? Yəqin Sovet hökuməti vaxtı Kaşpirovski kimi ekstrasenslər televizordan gipnoz edib, bunların milli kimliyini unutdururmuş.
İnsan nə qədər axmaq olmalıdır ki, özünü belə gülünc vəziyyətə qoya.
Sovet hökuməti heç vaxt Türkiyə qədər milliyyətçi olmayıb. Kürdlər öz kürd olduğunu unutdumu? Sovet dövləti öz məkanında heç kimə talış, ləzgi, tatar, gürcü, çeçen - koroçe heç kimə öz milli kimliyini unutdurmadı, tək bunlara unutdurdu? Elədirsə... öl yerə gir də!
Təbii ki, elə deyil!.. Biz azərbaycanlılarıq, o cümlədən mənim-sənin anamız da azərilərdir. Azərini təhqir kimi qəbul edən özünü tanımır. Sadəcə türkdilliyik, vəssalam.

03.03.2022

Mənim üçün Ukraynanın marionet hökumətini dəstəkləyən “şiə” Ukraynada ABŞ və Qərbə qarşı vuruşan Rus əsgərinin batinkası qədər də deyil!

https://www.youtube.com/watch?v=YxYOA-Bc-Vs

Mənim üçün Ukraynanın marionet hökumətini dəstəkləyən “şiə” Ukraynada ABŞ və Qərbə qarşı vuruşan Rus əsgərinin batinkası qədər də deyil!

“Qədim Şeylər Kitabı” facebook səhifəsinin paylaşımı oxucular arasında böyük maraq yaradıb və qızğın diskussiyaya səbəb olub.
Status İraqda ABŞ əsgərlərinin məscidə hücum videosu ilə müşahidə olunur və Ukrayna hərbçiləri ABŞ əsgərlərinə köməkdə günahlandırılır.
Həmin psaylaşımı sizə təqdim edirik.

“Amerikanlar İraqda İmam Həsən Əsgərinin hərəmini belə dağıtdılar

Əziz dostlar, baxın görün bunlar kimi müdafiə edirlər!
Bunlar ABŞ əsgərləridir ki, Samira şəhərində yerləşən İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əsgəri (ə) hərəminə hücum edirlər.
Bu işğala dünya səsiz qalmışdı. Amma indi bir şərəfsiz Ukrayna prezidentinə görə şivən salıblar.
Bu işğalda Ukrayna əsgərləri də ABŞ-la bir yerdə idi. Xatırtladaq ki, Ukrayna ordusu orda 18 əsgər itirmişdir.
Mənim üçün ABŞ-ın və Avropanın dəstəklədiyi Ukraynanın marionet hökumətini dəstəkləyən “şiə” Ukraynada ABŞ və Qərbə qarşı vuruşan Rus əsgərinin batinkası qədər də deyil!
Kimin xətrinə dəydisə su içsin və dostluğu tərk edə bilər. Gedin tövbə edin. Əgər siyasi baxışınız və IQ səviyyəniz sıfırdısa, o zaman ölkədə propaqanda aparan tülkü yəhudi mediasına uymayın və fitnə zamanında sakit qalın ən azı. Qiyamətdə görüşərik...

“Qədim Şeylər Kitabı” facebook səhifəsi”

02.03.2022

Türk ölkələrində pantürkizm yaydıqları kimi Ukraynada da faşizmi yayırlar

Aftandil Babayev

Zelenski həm ata, həm də ana tərəfdən yəhudi mənşəlidi. Amma onun prezidentliyi dövründə Ukraynada faşizm ideologiyası daha da gücləndi. Hakimiyyət faşist cərəyanına o qədər güclü dəstək verir ki, onların törətdiyi ağır cinayətlər çox vaxt cəzasız qalır.
Əgər vətənpərvər gənclər yaratmaq istəyirdilərsə onda niyə təkcə Ukrayna millətçiliyini təbliğ etmirlər? Çunki Ukrayna millətçiliyi özuylə həm milli, həm dini, həm də tarixi cəhətdən eyni olan ruslara qarşı nifrəti təmin edə bilməz. Mütləqdir ki sırf ruslara qarşı nifrəti və anqlosaks şeytanının maraqlarını özundə ehtiva edən bir ideologiya yayılmalıdır ölkədə. Necə ki türk ölkələrində pantürkizm, digər müsəlman ölkələrində vahhabilik yayılır, Ukraynada da eləcə faşizm təbliğ olunur.
Bu adamlar Odessada bir qrup gənci binaya salıb diri-diri yandırır, uşaq çimərliyini bombalayır, ölkənin rus dili əhalisinə qarşı hər yerdə alçaldıcı davranıb cinayətlər törədir və bütün bunlar dövlət tərəfindən cəzasız qalır.
Axı Putin dəfələrlə demişdi ki, o faşistləri ölkədən yığışdırın, cinayətkarları cəzalandırın, bizdə onların adlarının siyahısı var, hamısını tanıyırıq...
Axı bu faşistlər vaxtı ilə sənin dədə babalarına divan tutub, ay Zelenski!
İndi sən niyə faşistlərə dəstək verirsən?
Bax karma necə özunu göstərir!
Son dəfə faşistlərin başçısı Hitler rus qoşunları Berlinə girəndə bunkerdə gizlənmişdi, indi isə sən rus qoşunları Kiyevə gəlib deyə bunkerdə gizlənmisən!




01.03.2022

Rusiya deyir yediyin çörəyə təpik atma

İsmayıl Şərbətov

Azərbaycanda bir çoxları yazır ki, bəs ruslar Putinə qarşıdı.
Vallah elə deyil, billah elə deyil.
Rusiyanın 3-cü ən böyük şəhərindəyəm. Hazırda kimdən Putini dəstəkləyib dəstəkləmədiyini soruşuram, dəstəklədiklərini bildirirlər. Bu ölkədə Putini doğrudan da çox sevirlər.
Çünki SSRİ dağılandan sonra Rusiyada özbaşınalıq vardı. Vaxt vardı kim kimi gəldi güllələyirdi. Hətta azərbaycanlıları, digər millətləri əzirdilər. Putin gələndən sonra isə qanunlar qoydu, nizam-intizam yaratdı.
Ruslar Putini qanunçuluğuna görə sevdilər.
Rusiyada elə vaxt olurdu 5 min, 10 min ukraynalı çıxıb etiraz edirdi, bu videokadrları görənlər də elə bilirdi ruslar Putinə qarşı etiraz edir.
Rusiyada Putinə münasibətə görə özünü dərdə-azara salan yoldaşlaradı sözüm. Özünüzü çox şırğalamayın. Rusiyada camaat lap bomba kimi yaşayır. Və bu yaşayışa görə məhz Putinə minnətdardırlar.
Oturubsuz orda, bizim geydirmə səhifələrə inanırsız.
Özüm neçə dəfə şahidi olmuşam ki, bizim camaat feyk xəbərləri ağına-bozuna da baxmadan həzmi-rabedən keçirir.
Rusiyadan qrant almıram, eləmirəm. Yalan deyən də şərəfsizdi, şər atan da. Amma həqiqəti demək lazımdı.
Hal-hazırda Rusiya ilə hər sahədə müttəfiqik.
Elə Qarabağı da əslində Rusiyanın hesabına aldıq. Reallığa qayıdın. Göylərdə çox uçursuz, bir arada yerə də enin.
Hardaydı sizin o üzünə bir dəfə qayıtmadığınız Avropa, Amerika? 30 il bizi süründürdülər. Hamısı erməniyə dəstək vermədimi? Haqqı niyə danırsınız?
Məhz Rusiya ilə düzgün diplomatik əlaqələr qurmaq hesabına Qarabağı azad edə bildik.
Rusiya nə deyir? Deyir yediyin çörəyə təpik atma. Yanımda ol, o zaman mən səni hər kəsdən qoruyacağam. Sənə qarşı bütün təhlükələrin qarşısını alacağam.
Amerika kimi ölkələr təkcə sözdə dəstək olur.
Sizə bir söz deyim. Azərbaycan Rusiya ilə yaxın olsa, inanın ki, lap bütün NATO hücum eləsə Azərbaycana heç nə edə bilməz.
Rusiya əməldə NATO-nun üzərinə qoşun yeridir. Suriyada təyyarələrini vurub salır, Ukraynada bazalarını raketləyib partladır. NATO da bir söz deyə bilmir, Rusiyanın qarşısında geri çəkilir. Reallıq budur.
Bizə belə müttəfiq lazımdı. Rusiya kimi güclü müttəfiq, kişi kimi sözünü deyə bilən müttəfiq. Daha Amerika kimi, Avropa kimi ağzı ilə dalı bir olanlar yox.
Bilirəm indi yenə tökülüşəcəklər kommentlərə, yenə başlayacaqlar ki, 20 yanvarı nə tez unutduz?
Ona qalsa tarixdə türklərlə yüz illərlə müharibə etmişik, Azərbaycanda adam qalmayıb qırıblar. İndi niyə onlara qardaş deyirsiz?
Bir çox xalqlar arasında belə hallar olur. Onda bütün xalqlar bir-birinə düşmən kəsilsin?
İndi başqa dövdü, başa düşün.
Özümüzə Rusiyanı düşmən yox, dost qazanmalıyıq.
2014-dən əvvəlki Ukrayna yağ-bal içində yaşayırdı. Hamı ora dincəlməyə, yaşamağa gedirdi. İndiki Ukraynaya baxın. Görün narıncı inqilabdan sonra o cür ölkəni nə günə qoydular Amerikanın bicbalaları?!
Rusiya daha yaxşı mühafizə edirdi Ukraynanı, yoxsa hazırki NATO?
Türk səhifələrini izləyirəm, hətta türklər belə Rusiyanı dəstəkləyir, amma bizimkilər yəhudi Zelenskiyə dəstək verir. Türklər bizim xilaskarımız Putindi deyirlər. Niyə? Rusiya olmasa idi Amerika Türkiyəni çökdürərdi. Vallah məhv edərdi. Amma Rusiyadan qorxduğundan bunu etmir. Türkiyədə Darbenin qarşısını kim aldı? Rusiya. Türkiyəni o vaxt Rusiya səni işğal edəcək adı ilə NATO-ya soxdular. Türklər deyir NATO-ya Türkiyənin təhlükəsizliyi lazım deyil, Türkiyənin əsgəri lazımdı. Rusiya olmasa idi Amerika dünyanın başına itin oyununu açardı. Türkiyə NATO üzvü ola-ola Amerika lirəni də çökdürdü. Amerika istəyir ki, dünya bundan asılı olsun. Dollları ürəyi istədiyi qədər kağız kimi buraxır, kefi istəyəndə dəyərini artırır, bu yolla dünya ölkələrinin iqtisadiyyatları ilə istədiyini edir. Hamını da öz müstəmləkəsi kimi görür. ABŞ hegemonluğuna qarşı tutarlı mübarizə aparan yeganə kişi Putindi. And olsun Allaha, Rusiyaya nəsə olsa Amerika dünyaya qan uddurar! Kölə edər hər kəsi. Nə qədər gec deyil, siz də türkiyəlilər kimi haqqı görməyə çalışın.
Papağınızı qabağınıza qoyub yaxşı fikirləşin. Çox səhv yoldasız.
Düzəlin, yoxsa zaman özü sizi düzəldəcək.