31.07.2013

Mətbuat tariximizdən səhifələr: “Yeni həyat”

Nurəddin ƏDİLOĞLU

XX əsrin 30-cu illərinin əvvəllərində Masallıda “Yeni həyat” qəzetinin nəşrə başlaması rayonun ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri sayılır. Yaxın keçmişimizdən bu günümüzə körpü olan bu qəzetin Masallının inkişafında, mədəni həyatında çox dəyərli rolu olmuşdur.
1932-ci ilin may ayının 31-də rayon firqə və icraiyyə komitələrinin orqanı kimi ilk sayı çapdan çıxan “Yeni həyat” bu gün 81 yaşındadır.
Qəzetin ilk sayları Masallıda mətbəə olmadığından Lənkəranda - “Qızıl Talış” qəzetinin mətbəəsində 600-800 tirajla çap olunmuşdur.

Что прикрыли татаро-монгольским игом?

Что прикрыли татаро-монгольским игом?Игорь Тищенков

Что прикрыли татаро-монгольским игом? Уже давно не секрет, что «татаро-монгольского ига» не было, и никакие татары с монголами Русь не покоряли. Но кто и для чего сфальсифицировал историю? Что было спрятано за татаро-монгольским игом? Кровавая христианизация Руси...
Существует большое количество фактов, которые не только однозначно опровергают гипотезу о татаро-монгольском иге, но и говорят о том, что история была искажена преднамеренно, и, что делалось это с вполне определённой целью… Но кто и зачем умышленно исказил историю? Какие реальные события они хотели скрыть и почему?
Если проанализировать исторические факты, становится очевидно, что «татаро-монгольское иго» было придумано для того, чтобы скрыть последствия от «крещения» Киевской Руси.

Məryəmin intiqamı

Aybəniz Əliyar

Ya Rəbbim! Səni, eləcə də kimi sevirsənsə onu sevməyim üçün mənə məhəbbət bağışla; elə et ki, mən sənin məhəbbətinlə işlər görə bilim: elə et ki, sənin məhəbbətin mənə özümdən, ailəmdən və var-dövlətimdən daha qiymətli olsun. (Məhəmməd Peyğəmbər s.ə.s.)
*  *  *
Arzu günəşi doğdu bu səhər, göyərtdi hər tərəfi. İncə duyğulara bələnmiş sarı qızılgüllər suçlu-suçlu boylandı rəngindəki günəşə. Ləçəklərində puçur şehlər qurudu nur sahibinin alovlu baxışlarıyla. Yeni həyat başladı bu səhər. Təzə-tər, duyğusal-romantik, çəkingən-utancaq sevgilərlə. Bu zalım dünyaya səpələnmiş, hələ də ağızlarından çiy süd qoxusu getməyən, hələ də kiçik beyinləri ilə normal düşünməyi bacarmayan üzüdönük insanların içərisində doğulan yaxşı cəhətdən seçilənlərin acı taleyindən bixəbər yeni dan yeri söküldü yepyeni bir ümid işığında. 

11 yaşlı qəddar

Mərdan Əzimov

Bir neçə gün bundan qabaq (halbuki mən bu bir neçə günü dünən və yaxud da bu gün kimi də qələmə verə bilərdim, amma mən heç oxucuları aldadarmıyam) Astaranın Pensər kəndindəydim. Məqsədimiz isə istirahət deyil sadəcə iş görüşməsi (el dilində və işi tamı-tamına, olduğu kimi, ən əsas da oxucuları aldatmadan, desək niyyətimiz alver) idi.
Astaranı bir-iki sözlə ifadə etmək şansı qazansam əgər (və qazanıram da) iki söz sözlə bütün rayonun gözəlliklərini və çirkinliklərini: “Cəhənnəmli Cənnət” adı ilə qeyd edərəm və edirəm. Əslində gözəl qoxulu, təmiz havalı, meşəli, bağlı-bağatlı, limonlu, bananlı bir rayon olan Astara paytaxt Bakıdan çox-çox uzaqdır. Hələ onun Pensər kəndi, ən əsasda bizim getdiyimiz hissə lap uzaqdır. Nəyisə keçək əsas məsələyə...

UNUDULUB...

Ramilə Qardaşxanqızı

Elə darıxmışam sənsiz,
səndə olan ürəyimi,
ürəyimdə boşluğunu,
o boşluqda nəfəsini,
nəfəsində nəfəsimi,
duya bildiyim qədər,
sənə nifrət edirəm!

Elə darıxmışam sənsiz,
əllərini tutmadığım,
gözlərinə baxmadığım,
qanına hopa,
ruhuna çökə bilmədiyim,
sənə nifrət edirəm!

Əliağa Kürçaylının bədii yaradıcılığında “Aktyor dostumun söhbətləri” silsiləsi

Elnur Rəsuloğlu (Əliyev)

 Keçən əsrin 60-cı illərindən başlayaraq bədii ədəbiyyatın dramatik növünə müraciət edib “Qoruqlar”, “Ləpələr”, “Axillesin dabanı”, üçpərdəli “Mənsiz yaşa” (1962), “Nənəmin şahlıq quşu”, “Boşanaq,evlənərik” pyesləri ilə teatr aləminə daxil olan, teatrlarla əlaqə saxlayıb aktyorlarla dostlaşan mərhum şair Əliağa Kürçaylının (1928-1980) bədii yaradıcılığında “Daşlar”, “Hər şeyi təzədən başlayaq gəlin”, qızı Ülkərə ithaf etdiyi “Düşüncələr” və s. şeir silsilələri ilə yanaşı, səkkiz şeirdən və bir poemadan ibarət “Aktyor dostumun söhbətləri” silsiləsi də əsas yerlərdən birini tutur.

Dədəkişi Solğunla bir gün

İbrahim Quliyev

Kəndə qayıdan şair bu dəfə şeirdən yox, əkindən-biçindən danışdı 

Günümüzün ağrılı problemlərini daim qabardan, bəzən hətta ictimai yaramazlıqların konkret ünvanlarına iti qələmi ilə zərbə endirən istedadlı və istedadlı olduğu qədər cəsarətli satirik şair Dədəkişi Solğunun imzası xeyli vaxtdan bəri idi ki, mətbuatda görünmürdü. Nə bir müsahibəsi dərc olunur, nə də bir şeiri işıq üzü görürdü. Şairin həyat, dolanışıq ucbatından paytaxtı tərk edərək rayona köçdüyünü bilirdik. Amma harada, nə işlə məşğul olması barədə əlimizdə heç bir məlumat yox idi. Buna görə də Cəlilabadda yaşayan istedadlı jurnalist dostumuz İbrahim Selə zəng edərək Dədəkişi Solğunu tapmasını xahiş etdik.

Özün bil neylərsən,Tanrım

Sara Selcan

Bəs xoşbəxt olacaqdıq?                

Baxışımla yığıram
Xatirən dağılanda
Ağ atlı oğlan idin
Ömrümün nağılda.

Bəs xoşbəxt olacaqdıq
Niyə bərbad alındı
Simruq quşu da yoxdur
Desin al lələk yandır.


Planetimiz işğal altındadır!

Gülnarə Rəfiq

2013-cü il 29 aprel - 3 may tarixində Kanadanın keçmiş müdafiə naziri Pol Xellye sensasiyalı etiraf etdi. Həmin tarixdə Vaşinqtonda «Sirrlərin açılması üzrə vətəndaş dinləmələri» adı altında konfrans keçirilirdi. 10 ölkəni təmsil edən tədqiqatçılar, siyasi liderlər, ictimai fəallar, keçmiş hərbçilər, cəsuslar Kalumbiya dairəsi ABŞ Konqresinin 6 keçmiş üzvünə şahid ifadələri verirdi. 30 saatdan artıq sürən bu konfrans Konqresin keçmiş üzvlərinin iştirakı ilə baş vermiş böyük ictimai hadisəyə çevrildi. Burada yerdən kənar sivilizasiyaların olması, yer üzünə dəfələrlə səfər etməsi və insanların həyatına müdaxiləsi barədə təkzibedilməz faktlar səsləndirildiyindən böyük tarixi hadisəyə çevrildi. Çünki Uçan Naməlum Obyektlər (UNO) barədə ortaya çıxarılan bütün sənədlər və faktlar ciddi sayılmır və əksəriyyəti qondarma olduğundan nüfuzlu konfranslarda səsləndirilmirdi.

30.07.2013

Həmin o evləri qırmızı kərpicli, yağışlı şəhər budur... — Lənkəran

Sən demə, yanılmışam

İntiqam Yaşar
                                             
Bizim bu xalqın nümayəndələrini səhvən günahkar saymaq cəhdim sən demə, bir qərəz imiş. İndi, günahımıı etiraf etmək vəbu qənaatə gəlməkdə səhvə yol verdiyimi boynuma almaq istəyirəm. Siz də biləcəksiniz ki, mən bu işdə həqiqətən də səhv etmişəm. Əvvəl başlayım bizim bəzi  “igid”, “mətanətli” oğul və qızlarımız haqqında söylədiyim -“ bunlar vətənsevər gənclər deyil, hətta şəhidlərimizi də unudublar” kimi qərəzlə aşıb-daşan bir ifadədən. Bir neçə gün bundan öncə bir xarici vətəndaşın qonaq qismində ölkəmizə gəlişi və onunla bərabər şəhidlər xiyabanını ziyarət etməyim mənə bəzi doğmalarımız haqqında düzgün fikirdə olmadığımı anlatdı.

ZƏRDÜŞT

Elşən Cəfərov


Zərdüşt peyğəmbər haqda məlumatlar bizim dövrə çox az miqdarda gəlib çatmışdı. Bu məlumatların bir coxu dəqiq deyil. Guya Zərdüşt peyğəmbər atəşpərəst olub. Atəşpərəstlər Zərdüştü öz peyğəmbərləri sayırlar. Biz Zərdüşt haqda məlumatları onun əsil davamçılarından götürüb oxusaq görərik ki,onun haqda yazılanlar həqiqətə uyğun deyil. Zərdüşt tarixə bir necə ad ilə düşüb. Bəziləri onu Zərdüşt, Zorastr, Zulkifl və daha dərinə getsək onu Ulu Bağ Sar Oddaş adlandırırdılar. Quranda surə 21 ayə 85 baxaq:”İsmaili, İdrisi və Zulkifli də yad et. Onlarin hər biri səbr edən kəslərdən idi”.Əgər Zərdüşt peyğəmbər Allaha yox, onun yaratdığı oda sitayiş etsəydi, Tanri onu Quranda yad etməzdi. Bir çox islam alimləri Quranda Zulkiflin kim olduğunu deyə bilmir və onun haqda tarixdə çox az məlumat olduğunu yazırlar.

SPİRİNT

Akif Abbasov

Maaşa qədər evdə vur-tut səkkiz manat ehtiyat pul qalmışdı. Şamilin öz ailəsi ilə onlara qonaq gələcəyi xəbəri Bəkirlə Nəzakəti şok vəziyyətinə saldı. Nəzakət telefonun dəstəyini yerə qoyan kimi: “Əcəb biabır olduq! Qonaqların qarşısına nə qoyacağıq?” – deyə Bəkirə baxdı. Bəkir çiyinlərini çəkdi: “Yoxun üzü qara olsun”. Bəkir səkkiz manatı götürüb: -Gedim, görüm nə tapıram, - dedi. Nəzakət təəccübləndi: -Bazara səkkiz manatla gedirsən? Bilsələr cibində cəmi səkkiz manat pul var, heç səni bazara buraxmazlar. Bəkir əlacsız halda əllərini yanlara açdı: -Bəs nə edim? Binaya da təzə köçmüşük. Qonşuları da tanımıram ki, birisinin qapısını döyüm. Yenə söhbətləşdiyim, dərdləşdiyim birisi olsaydı, deyərdim maaşa qədər mənə bir az pul ver.

GMO məhsullar bizə qorxunc gələcək hazırlayır

Elçin Bayramlı

Bütün dünyanı cənginə almış genetik modifikasiya olunmuş (GMO) məhsullar ciddi narahatlığa səbəb olur. 
Kimya sənayesinin və genetika elminin inkişafı bəzi digər sahələrdə olduğu kimi, qidalanmada da qeyri-təbii texnologiyaya start verib. İndi bazar-dükan zavoddan çıxmış kimi standart görünüşlü, parıldayan meyvə-tərəvəzlərlə, şirniyyatlarla, süni qidalarla... xəstəxanalar isə xəstələrlə doludur.
Son vaxtlar dünyada təbii toxumlu məhsul əkin sahələrinin sayı xeyli azaldılıb. Hazırda dünya əhalisinin 70 faizindən çoxunun GMO mənşəli məhsullarla qidalandığı ehtimal olunur.

Yaroslav Semyonov ilə müsahibə


Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin 58 yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda doğulub. Sumqayıtda şəhərində dünyaya göz açıb. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Y.Semyonov Sumqayıta bir neçə mahnı bəstələyib. O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirib. "Xüsusilə də "Gəl, ey səhər" mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam", - Yaroslav deyib. 

Köhnə Bakı 100 il əvvəl

29.07.2013

Elə sus ki...

Nuray Nur

Kirpiyini eylə qələm,
Göz yaşınsa mürəkkəbin.
Deyəcəyin sözlərini
Gözünə yaz.
Nə dodağın tərpənməsin,
nə də dilin.
Sus, duymasın yad, ya tanış,
Elə sus ki, sükutunla nəsə danış!

Ürəyin də çırpınmasın,
az təlaşlan.
Nəfəsin də gedib  gəlsin
sakit, aram.
Qəhərini tutammasan səssiz ağla.

Femenizm dalğası, yoxsa..?

Günel Eyvazlı

Bu mövzu çoxdan məni narahat edirdi, yəqin qismət bugünə imiş. İlk öncə feminizm haqqında qısa arayış vermək istəyirəm.
Feminizmin ilk dalğası XIX əsrin sonu-XX əsrin birinci yarısına təsadüf edir. Onun əsas məzmunu cinslərin hüquq bərabərliyinə nail olmaq uğrunda mübarizədən ibarətdir. XX əsrin ortalarından etibarən feminizmin ikinci dalğası başladı. Onun əsasında qadınların kişilərlə faktiki bərabərliyi uğrunda mübarizə dururdu. 70-ci illərin ortalarında və sonunda Qərbdə, xüsusilə ABŞ-da hərəkat daha kütləvi xarakter aldı. 80-ci illərin ortalarında feminizmin təsiri bir qədər azalır, tədqiqatçılar bunu qərb ölkələrində neokonservativ istiqamətin möhkəmlənməsi, həmçinin feminizmin öz daxilində yaranan kəskin özünütənqidlə izah edirlər. 
Dünən seçki hüququndan, səs vermək hüququndan məhrum qadın, müəssisələrdə kişilərlə bərabər çalışmaq hüququndan məhrum qadın bu gün nə istəyir?
Yaxşı sualdır elə deyilmi. Az sonra cavablandıracağam.

Aldanmış Nobellilər

Vasif Əlihüseyn

Biz də sürücülərin, yolu keçərkən sənə yol verməsi onlardan qışda qar almaq kimi təsəvvür edilməyəcək qədər çətindi.  Bu faciəni yaşayan sakinlərdən biri də Nobel prospekti sakinləridi ki, prospektə yol qəzasından ölən və yaralananların sayı kifayət qədərdi. Yaxşı xatırlayıram iki il bundan öncə yolu keçmək istəyən Ənvər dayını “Mercedes” markalı maşın elə vurdu ki, özündən təxminən iyirmi metr uzağa tulladı. Ənvər dayı elə yerindəcə keçindi. Qaçıb Ənvər dayını qucağıma götürüb yoldan çıxarmaq istəyəndə qollarımın arasında saxlaya bilmədim. Ayaqları sınıq-sınıq idi, sallanırdı...

Ağacda çayxana

Masallıda Maqsud Şirəliyev 35 metr hündürlükdə ağacda çay xidməti göstərir 

Fəlsəfi dəcəllik

Tural Sahab

İnsanların ən çox danışanı O-dur... Anadangəlmə lal və kar olan O... Nədənsə həmişə də bizdən danışır. Biz-yəni, iki dostla harda qarşılaşsa, mütləq “danışmağa” başlayırdı....
***
Anar:
...Dostumla mən 5-ci sinifdə oxuyuruq. Ancaq hamını bezdirməyi yaxşı bacarırıq. Eləmədiyimiz səfehlik qalmayıb. Siqaretin belə dadına baxmışıq. Deyirlər, pisdi, çəkməyin. Amma, biz hər kəsdən öncə atalarımızın əməllərinə inanırıq. Pis olsa atamız çəkməzdi ki? Hər axşam atamızın cibindən oğurladığımız iki siqaretlə qaçırıq yaxındakı boz təpəyə. Arxası üstə boz çəmənlikdə uzanıb günəşin qürubunu seyr etmək, onunla vidalaşarkən siqaretin acısını ciyərimizə çəkmək adətimizdi. Bu təpənin adda-budda bitən otları hər nə qədər sərt, möhkəm idisə, torpağı bir o qədər yumşaq idi. Yaxşı ki, coğrafiyadan aldığım “2”-ləri unutmamışdım.

Sultan Mahmud Qəznəvinin məzarı


Kənd camaatının dediyinə görə bu Sultan Mahmud Qəznəvinin məzarıdır. Kənd əhli məzarı ziyarətgaha çevirib. Rəvayətə görə döyüşlərin birində ağır yaralanan sultan burada dəfn olunmasını vəsiyyət edib. Deyilənlərə görə bu həm də sultanın dənizin o tayındakı doğma torpaqlarını görmək istəyiylə bağlıdır. 

Kurchayli Memmedov

Səni axtardım yenə

Kürçaylı Məmmədov

Yoxsan, elə uzaqsan
səhər açıla bilmir.
Daha şəkillərindən
üzümə işıq düşmür.

Dağılır yastığıma
başqa qadın saçları.
Özgə bədənə qızır
yatağımın sol yanı

Siqaret kimi çəkdim
bütün xatirələri.
Yarı sən, yarı sənsiz
tütün xatirələri.


Qalib Şəfahət. ATACAM SƏNİ


Oynadacam, oynadacam,
Hey, atıb-tutacam səni.
Əlimdən salıb itirib,
Sonra da tapacam səni.

Bağrında bir yara olub,
Qaralanıb qara olub,
Sıralanıb sıra olub,
Özümə qatacam səni.

Gözümə sığmayan gözəl,
Dilimə sığmayan gözəl,
Əlimə sığmayan gözəl,
Əlimdən atacam səni.

Gedək Ağdama

Elşad Barat

Ağdam rayonunun işğalından 20 il keçir. Allah bizə səbr verməsin.

Mənimlə kiçik bir əlaqəsi var,
Şeirimi aparır külək Ağdama.
Ən azı xəyallar yolçusu olub,
Şairlər gedələr gərək Ağdama.

Demə: olan olub, keçən də keçib.
Tarix intiqamçün bizləri seçib.
Torpaqdan şəhidin qanını içib,
Qan iyi dağıdır çiçək Ağdama.


EYVAZ ZEYNALOVUN “BƏLƏDÇI” ROMANI NƏŞR OLUNDU

"Qanun” nəşriyyatında Eyvaz Zeynalovun "Bələdçi” adlı kitabı nəşr edilib.

396 səhifəlik kitaba yazıçının iki – "Bələdçi” və "Qisas” romanları daxildi. "Bələdçi” romanında əsasən gənc Rüstəmin çaxır zavodunda yük vaqonu bələdçisi kimi işə düzəlməsindən, Rusiyanın şəhərlərinə çaxır daşımasından və bu zaman həmin şəhərlərdə, yollarda rus qızları ilə başına gələn çoxsaylı macəralardan bəhs olunur. "Qisas” romanında isə cavan, istedadlı alim Sabir müəllimin cəmiyyətdə öz yerini tapa bilməməsindən, sevdiyi elm sahəsindən ayrı düşməsindən və onu təhqir edən polis rəisindən qisas almağa çalışmasından danışılır.
Kitab artıq kitab mağazalrında satışdadır.


8 yaşlı şairin kitabı nəşr olunub

8 yaşlı şairə Anjelika Xəyyamın şeir kitabının təqdimatı olub

Kitabın ilk təqdimatı Qusarda keçirilib. Anjelika şeir yazmağa 5 yaşından başlayıb. Hazırda 8 yaşlı qızcığazın 80-dən yuxarı şeiri var. Qusar şəhər 4 saylı orta məktəbin 2-ci sinfində
oxuyan Anjelika şeirlərinin əksəriyyətini Azərbaycan dilindədir. Bununla yanaşı onun Ləzgi dilində də bir neçə şeiri var. Saf uşaq duyğularını qələmə alan azyaşlı şair RTV və ATV-də müxtəlif mövzulu verilişlərin qonağı olub. Yaşının az olmasına baxmayaraq şeirlərilə diqqət cəlb etməyi bacaran Anjelikanın kitabı nəşr olunub.

28.07.2013

Александр Дугин: Уроки религии - это великая победа над русофобами

С первого сентября в российских школах вводятся уроки религии. Проблема этих уроков уже давно, а, пожалуй, и с самого начала дискуссии, располагалась в политической плоскости. Вот, к примеру, не так давно эксперты холдинга "Минченко консалтинг" назвали Патриарха Кирилла одним из самых успешных лоббистов в стране, безусловно намекая тем самым на пресловутое слияние Церкви с государством, которым в этом году оправдывают пляски на святынях русского оружия. Но если серьезно, что такого сумела пролоббировать Православная Церковь? Может быть, запрет абортов, за который иерархи выступают уже несколько десятилетий? Пока нет. Или может Церковь единолично "зарубила" закон о здравоохранении (с пунктом об обязательных прививках), с которым активно боролась?

Bir dar küçə

Omid Nəccari

Raana Zare üçün

Şəhərin min bir küçələrindən, bir dar küçə
Bombalar, qışqırıqlar
Raketlerin izləri qalir dar küçədə
Yenə qaça qaç
Dar küçədə birini gördüm
İstəyirdi Vinistonla şəhərə od vura
İstəyirdi geydini çixarıb yaxa bu küçədə
Birini gördüm İllər boyudur yağış altındadır
Kamiyon sürücüsüdür
Yükü nisgil Yükü qorxu
Yaralarının qanından bir fərş yapıbdır bu küçəyə
Nəfəsləri yorğun addımları ağır

"Sadəcə antik yox, postmodern Kamal mifinin də sonu çatıb”

Tənqidçi Əsəd Cahangirlə yazıçı Kamal Abdullanın polemikasına qoşulan növbəti yazar Kəramət Böyükçöl olüb. O, “Qafqazinfo”ya göndərdiyi reaksiyasında Əsəd Cahangirin ünvanına sərt ifadələr işlədib. “Qafqazinfo”ya açıqlama verən Əsəd Cahangirin də cavabı özünü çox gözlətməyib:
“Kamal Abdulla, siz mənim haqqımda yazı yazdınız, mən də sizin layiqli cavabınızı verdim.