27.07.2017

Naxçıvanda baş verənlər hakimiyyətin bir əldə cəmlənməsinə xidmət edir

Bir müddət əvvəl Naxçıvanda bəzi nazirlərin, məmurların vurulacağı anonsunu vermişdik. Verdiymiz məlumat təsdiqini tapır.
MR Vergilər nazirinin ardınca adı bu günə qədər bir çox çirkin, çirkli və qalmaqallı işlərdə hallanan Sədərək Gömrük məntəqəsinin rəisi Mirməhəmməd Seyidovun İşdən çıxarılması ilə bağlı məlumat yayılıb. Güman ediəm ki, yaxın zamanlarda öz layiqli cəzasını da alacaq. Xatırladım ki, Mirməhəmməd Seyidov və bandası 2012-ci ilin dekabrında mənim və jurnalist dostum İlqar Nəsibovun üzərinə hücum etmişdi, eləcə də iş adamı Məhəmməd Qurbanov və kürəkənləri vəşicəsinə döyülmüşdü. Biz jurnalistlər saat yarım girovluqda saxlanmışdıq. Şəxsən ABŞ səfiri və Prezident Aparatı işə qarışmasından sonra bizi buraxsalar da Məhəmməd Qurbanov və kürəkəni Nadir Məmmədovu həbs etdilər. Hələ də 2 filip kameramız və bir diktafonumuz özümüzə qaytarılmayıb. Ötən il həbs olunan AXCP fəalı Nazim Mahmudovun şərlənib həbs olunmasında da M.Seyidovun müstəsna xidmətləri olmuşdu. Habelə, bir neçə il əvvəl jurnalist Həkimeldostu Mehdiyev də gömrükdə onun təşkilatçılığı ilə döyülmüşdü. Vətəndaşlara da zülm edirdi. Ətrafında 15-20 nəfərlik qoçu dəstəsi saxlayırdı. Bu qoçular hər gün gömrükdən Türkiyəyə siqaret, viski, araq, çay və s. keçirir, ona haqq verir, istənilən zaman M. Seyidovun bir “fiti” ilə toplaşır, haqqını tələb, itaətsizlik edənləri döyür, sonra vətəndaşın dövlət məmuruna “əl qaldırması”na yalançı şahidlik edirdilər. Bu baş verən hadisələr həqiqətən də Naxçıvan rəhbərliyinə qarşı bir təxribat idi. 
Düz bir il sonra, 2013-cü il dekabrın 17-də Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı M.Seyidov həbs olundu. Onun qaçaqmalçılıq və rüşvət alması sübuta yetirilsə də, nədənsə müəmmalı şəkildə M.Seyidov bir neçə aylıq həbsdən sonra- 04 iyul 2014-cü ildə azadlığa çıxdı. Və nə qədər qəribə də olsa, bu həbsdən sonra işinin başına qayıtdı.
Bu arada MR Daxili işlər naziri Əhməd Əhmədovun da başı üzərində qara buludların dolaşması ilə bağlı məlumatlar yayılmaqdadır. Onu hətta həbs olması,bütün əmlakına əl, MR-dən çıxışına qadağa qoyulması, sonradan həbsdən buraxılması ilə bağlı məlumatlar daxil olur. Başqa bir mənbənin məlumatına görə isə Ə.Əhmədov hazırda sərəncama göndərilib. Gömrük rəisinin işdən çıxarılması Ə.Əhmədovla bağlı dolaşan söz-söhbətlərin həqiqətə uyğun olduğunu təsdiq etməyə əsas verir. Çünki Sədərək Gömrük Məntəqəsinin əsas işçilərinin çoxu Ə.Əhmədovun qohumlarıdır. Məsələn, ən gəlirli sahələrdən biri olan yük bölməsinin Namiq adlı rəisi Ə.Əhmədovun çox yaxın qohumudur. Hazırda onun bu postda qalması ilə bağlı dəqiq məlumatım yoxdur.
Bir məsələni də qeyd edim ki, bəzi istisnalar olmaqla Naxçıvanda baş verən qalmaqallı hadisələr əsasən ilin sonunda, noyabr və dekabr aylarında baş verirdi. Bu isə təsadüfü deyildi və özəl səbəbləri var. Bu barədə sonra geniş şəkildə yazacağıq.
Naxçıvanda aparılan kadır islahatları hakimiyyətin bir əldə möhkəmlənməsinə, nəzarətin daha da güclənməsinə xidmət edir. Son vaxtlara qədər mərkəzi hakimiyyətin yuxarı eşalonunda hansısa qrupa, klana arxalanan, əllərində müəyyən qədər iqtisadi və siyasi rıçaqlar cəmləyən bəzi Naxçıvan nazirlərinin müstəqil fəaliyyətə can atdıqları, daha yuxarı postlara iddialı olmaları sezilirdi. Özlərindən süni şəkildə problemlər yaradır, problemləri şişirdir və daha çox krminallaşdırır, sonra “həll edir”, “işləyirəm”, “biz olmasaq baxın görün nələr olar?” mesajı verirdilər. Talıbova daha sədaqətli olduqlarını göstərməyə çalışsalar da, əslində gizli şəkildə hakimiyyət uğurunda mübarizə aparırdılar. Məlum qalmaqallı MTN hadisələrindən sonar vəziyyət tamam dəyişdi. Keçmiş Naxçıvan Milli Təhlükəsizlik naziri Vəli Əsgərov həbs olundu, ətrafı təmizləndi. Nisbətən müstəqil, sərbəst və ərköyün imici qazanan daha biri, Kərəm Mustafayev cəzalandırılıdı, V.Talıbova daha yaxın olan Fizuli Ələkbərov DTX-ya rəis təyin edildi. Görünən odur ki, "islahatlar davam etdirilir".

Elman Abbasov           xeberdar.net

Sədərək gömrüyünün şefi ilə bağlı ŞOK İDDİALAR

Araz.az saytı Sədərək Gömrük İdarəsi rəhbərinin qeyri-qanuni əməlləri haqqında və burada baş verən qanunsuzluqlar barədə bir neçə yazı verib. Şok yaradacaq daha bir məlumatı isə, bu günlərdə almışıq. Naxçıvan Dövlət Təhlükəsizlik Xidmətinin narkotik tərkibli dərman əməliyyatının uğurla baş tutması haqqında olan bu məlumatın "əsas qəhrəmanları" da həmin şəxslərdir.
Məlumatda bildirilir ki, DTX Naxçıvan Dövlət Gömrük Komitəsi tərəfindən Hava Nəqliyyatında Gömrük İdarəsi vasitəsi ilə qanunsuz buraxılan 1200 000 min ədəd, ümumi çəkisi 700 kq olan narkotik tərkibli dərmanları saxlayıb. Məlum olub ki, narkotik tərkibli dərmanları Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov sifariş veribmiş. Hindistandan Türkiyəyə gətirilən narkotikləri Atatürk Hava Limanında endirmək mümkün olmadığı üçün, M. Seyidov Türkiyədəki biznes şəriki, Gülokut Daşıma Şirkətinin sahibi Bahadurla danışaraq, dərmanları narkotranzit yolla Naxçıvana gətizdirib və buradan da Sədərək Gömrük İdarəsi vasitəsi ilə qaçaq yolla PKK-ya göndərməyi planlaşdırıblar. Mirməhəmməd Seyidov və onun uzun müddət müavini işləmiş Arzu Babayev istintaqa cəlb ediliblər. Məlum olub ki, Hava Nəqliyyatı Gömrüyünə yeni rəis təyin olunan gün dərmanlar saxlanılıb. Yeni rəis təyin olunan günədək rəis vəzifəsini Arzu Babayev müvəqqəti icra edirmiş. Narkotik tərkibli psixatrop dərmanların buraxılması haqqında Mirməhəmməd Seyidovla Arzu Babayevin telefon danışıqları da üzə çıxıb. DTX Mirməhəmməd Seyidovu narkotik qaçaqçılığı və PKK terror təşkilatına kömək və ona himəyadarlıq etməkdə ittiham edir. Arzu Babayev işdən azad olunaraq sərəncama götürülüb. Seyidovun cinayət əməlləri haqqında mediada silsilə yazılar getməsinə baxmayaraq o bundan çəkinməyib. 
Qeyd etmişik ki, onların 3 saatlıq görüşündən sonra, Hamidin Türkiyəyə qayıtmağı mümkün olmayıb və o Seyidova sığınıb. Hamidin Şərur rayon stadionunun hotelində yerləşdirildiyi məlum olub. 
Xatırladaq ki Sədərək Gömrük İdarəsinin rəisi Mirməhəmməd Seyidov bir müddət öncəTürkiyənin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən də saxlanılıbmış. Həmin vaxt Dilucu Sərhəd Keçid Məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 nəfər gömrük işçisi, 10 daşıma şirkətinin sahibi də daxil olmaqla, 17 nəfər saxlanılıb. Onlar cinayət törətmək məqsədilə təşkilat qurmaq, rüşvət alıb-vermək, maye yanacaq, narkotik və dövriyyəsi qadağan olunan bir çox malların qaçaqçılığı, terrora yardım etməkdə günahkar və s. maddələrlə şübhəli biliniblər. Seyidovla həbs olunanlardan biri də Türk vətəndaşı Hamid Küləkidi. Həmin Hamidlə Seyidov 9 ay Ərzurum ağır cəza evində həbsdə birgə yatıblar. Bu cəza evindən 5 000 000 dollar verərək hər ikisinin də zaminə buraxılmasında FETÖ və PKK rerror təşkilatlarının rolu böyük olub. Onların Türkiyədəki cinayət işi isə hələ də açıq qalıb. Seyidov sonralar məhkəməyə çağırılsa da o bundan imtina edib və zaminlik üçün verdiyi pulları silib.
Mirməhəmməd Seyidov Hamid Küləyi Naxçıvanda gizlədib qorumaqla və Sədərək gömrüyündə FETÖ, PKK və digər qaragüclərin maraqlarına uyğun şərait yaratmaqla Türkiyədəki əmlakını da qorumuş olur. Hamid Külək Mirməhəmməd Seyidovun bir neçə mülkünü nəzarətdə saxlayır və şirkətini idarə edir. 
Mirməhəmməd Seyidovun Türkiyədəki mülk və şirkətlərindən bəziləri haqqında əvvəlki yazılarımızda da məlumat vermişik. Onun İğdır və Ərzurumdan bizə məlum olan 4 yanacaqdoldurma məntəqəsi, bu "zaprafkalardakı" ərzaq və avtomobil ehtiyat hissələri satışı dukanları, hotelləri, "moykaları", 2 ədəd tikinti mallarının topdan satış mağazası, İstanbulda AVM, mebel fabriki, bir neçə villası, Bodrumda dəniz kənarında villası, bir neçə daşıma şirkəti, bu şirkətlərdə olan yük nəqliyyat vasitələrinin sayının artıq 227-yə çatması barədə də yazmışıq. Azərbaycanda olan mülklərinin bəziləri haqqında da, -gözqamaşdırıcı şəkilləri qarışıq,- yazılarımız gedib.
Seyidovun başqa ölkələrdə mülklərinin olmasının istisna edilmədiyini də qeyd etmişik. Bakı şəhərində bir neçə divar kağızı, santexnika malları, mebel satışı mağazalarının, tikinti materiallarının topdan satış dükanının, böyük meyvə-tərəvəz istixanalarının, bəziləri kirayədə olan bir neçə ofisinin, "Gənclik"də 20 sot torpaq sahəsinin, Novxanıda 7 milyonluq villasının, "Portbaku" deyilən binada 3 evinin olduğu da bizə məlumdur. Bu gün tək "Portbaku" deyilən binada 1 evi almaq bir çox nazirlər üçün belə mümkünsüzdür. Seyidovun burda 3 evi alıb birləşdirməsi, onun nə qədər sərvət sahibi olmasını bir daha ortaya qoyur.
Mirməhəmməd Seyidov bir neçə media rəhbərlərini ölümlə təhdid etməkdən belə çəkinmir. Seyidov bilməlidir ki media və söz azadlığının qarantı möhtərəm prezidentimiz İlham Əliyev cənablarıdır.
Dövlətimizə, Naxçıvana bağışlanmaz cinayət əməlləriylə ağır maddi zərbə vuran Mirməhəmməd Seyidovun arxası kimə bağlıdır və qoruyucusu kimdir? Türk məhkəməsindən pul və terrorun təzyiq gücü ilə buraxılan Məhəmməd Seyidovun cinayət əməlləri niyə dayandırılmır? Bu və digər suallar ətrafında araşdırmalarımız davam edir.

xeberdar.net

25.07.2017

Dövlət qəzeti bu dəfə baltanı dövlətə vurdu: "Məmurlar şəxsi obyektlərində xalqı soyur"

Rəsmi dövlət qəzeti olan “Azərbaycan” çimərliklərdən və plyajlarda obyekt açıb vətəndaşları soyan, hüquqlarını pozan, qanunsuzluq edən şəxslərdən yazıb. ulus.az-ın məlumatına görə, qəzet çimərliklərdəki vəziyyəti tənqid edib və özbaşınalıqları yazıb. Sitat: “Dəniz sahilinin zəbti, keyfiyyətsiz xidmət, digər tərəfdən də çimərliklərə girişin ödənişli olması haqlı olaraq istirahətə gələnlərin narazılığına səbəb olur. Belə ərazilərdən biri də Bakının “Şıx” çimərliyidir.  Bu ərazinin ümumiyyətlə, çimmək üçün yararlı olmadığını hələ demirik. Bu, məsələnin ikinci tərəfidir. Söhbət dəniz sahilinin hasarlanmasından və dənizi görmək istəyənlərdən pul alınmasından gedir”. 
Qəzet yazır ki, hara yaxınlaşıblarsa “giriş 2 manatdır”, “giriş 10 manatdır”, “giriş 15 manatdır”, “giriş 25 manatdır” və s. sözlərlə qarşılaşdıq: “Girişi 2 manat olan çimərliklər sizə elə də ucuz görünməsin. İçəri girəndən sonra stol, stul, çətir və uzanmaq üçün günlük təqdim olunur. Çətirlə birgə stolun qiyməti 10, günlüyün qiyməti isə 3 manatdır. Bu kimi hallara “Qızıl balıq”, “Balıq Evi”, “Eldorado” və s. adlı çimərliklərdə rast gəlinir.  “Şıx” Aqua Parka giriş 12, “Dostluq” adlı çimərliyə 5, “Mambo” beach club-a 15, “Ramada Baku”ya isə 25 manatdır. Bəzi obyektlərdə isə avtomobil parkinqinə görə əlavə 50 qəpik və ya 1 manat ödəniş tələb olunur. “Crazy beach” adlı məkana isə maşınla və ya maşınsız daxil olmaq üçün 5 manat ödəməlisən. Hər bir çimərlik obyektində stol və stuldan ötrü də əlavə vəsait- bəzisində 5, bəzisində isə 10 manat tələb olunur. Maraqlı məqamlardan biri də bu obyektlərin çoxunda ödənişlə bağlı heç bir qəbzin verilməməsidir. Bu isə şübhəsiz ki, vergidən yayınma hallarına dəlalət edir. Digər tərəfdən, baxmayaraq ki, mövsümün əvvəlində müvafiq qurumlar Xəzər dənizinin Səbail və Qaradağ sahil zolaqlarında suyun tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yarada bilən bakteriyaların olduğunu bəyan edib, insanlar yenə də həmin yerlərə üz tuturlar”.
ulus.az-ın məlumatına görə, hakimiyyət qəzetinin tənqid etdiyi obyektlər məmurlara məxsusdur. Təbii ki, həmin yerlər sadə insanların və ya sahibkarların deyil. Həmin məşhur yerlər ayrı-ayrı məmurların nəzarətindədir. 
Qəzet yazır: “Bakı Şəhər İcra Hakimiyyəti qərar verib ki, bütün çimərliklərə giriş pulsuzdur. Amma pulsuz heç dənizə də baxa bilməzsən. Hər tərəfi hasarlayıblar”.
Məsələ ilə bağlı BŞİH-lə telefon əlaqəsi yaratmağa çalışdıq. Lakin cəhdlərimiz uğursuz oldu. Görünən isə odur ki, isti yay fəslində Xəzərin Bakı sahilindən, xüsusən də “Şıx” zolağından pulsuz istifadə etmək mümkün deyil. 
Özü də söhbət təkcə çimməkdən getmir, dəniz sahilində gəzməyin, yaxud dənizə baxmağın da qarşısı alınır. Onsuz da Xəzər dənizinin “Şıx” sahil zolağının suyu çimmək üçün zərərlidir! 
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, vətəndaşların rahat istirahəti üçün heç bir maneə olmamalıdır. Dövlət başçısı Azərbaycanda torpaq sahələrini özbaşına zəbt edən şəxslərə qarşı cəzaların sərtləşdirilməsi ilə bağlı iki il əvvəl müvafiq sərəncam da imzalayıb. Sərəncamda Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlarda tikinti işləri aparanların cinayət məsuliyyətinə cəlb olunacaqları hüquqi əksini tapır.
Odur ki, bundan sonra Xəzər sahilboyunda hər hansı bir tikinti, yaxud hasarlama işləri aparılmayacaq. 
Qaldı ki, buna qədərki əngəllərə, vətəndaşlar öz hüquqlarını bilməli və onu tələb etməlidirlər. Hazırkı qanunvericiliyə və müvafiq qərarlara görə, heç kim onların dənizlə təmasını məhdudlaşdıra bilməz.

Evsiz jurnalist adı ilə katibəyə, məmura, sürücüyə, evi olanlara verilən mənzillər [siyahı]

İyulun 21-də prezident İlham Əliyev jurnalistlərin sosial təminatının yaxşılaşdırılması məqsədi ilə 255 jurnalistə ev təqdim etdi. Ev verilən şəxslərin siyahısı mətbuata çıxandan sonra məsələ ilə bağlı narazılıqlar yaranmağa başladı. 
İlk olaraq siyahıya adlarının düşmədiyindən şikayətlənən bir neçə jurnalist prezidentə açıq müraciətlər yazmağa başladılar. Onlar gileylənirdilər ki, sosial vəziyyətləri yaxşı deyil, evsizdirlər, övladları kirayədə böyüyür, ev verilənlər şəxslərin müəyyənləşdirilməsinə ədalətsizliklər olub və s...
Bundan sonra mətbuatda başqa iddialar çıxmağa dərc olunmağa başladı. Müsabiqənin əvvəldən elan olunmuş prinsiplər çərçivəsində edilmədiyi bildirildi. Evlərin verilməsinin əsas prioriteti jurnalistika sahəsində ən azı 10 təcrübəsi olan və şəxsi mülkü, evi olmayan jurnalistlər olmalıdır.
Amma yayımlanan məlumatlarda bir qrup şəxsin ümumiyyətlə jurnalist olmadığı, katibə, sürücü, texniki işçi olduğu, böyük bir qrupun ikinci, üçüncü, yaxud dördüncü evini əldə etdiyi, bəzilərinin 10 ildən daha az jurnalistika ilə məşğul olduğu iddia edilir.
Ev verilənlərin bir hissəsinin isə Prezident Administrasiyasında, nazirliklərdə, Milli Məclisdə çalışdıqları, yəni məmur olduqları, jurnalistika fəaliyyəti ilə məşğul olmadıqları məlumdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bildirmişdi ki, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və digər texniki işçilər jurnalistlər üçün tikilən binalardan ev əldə edə bilməzlər.
24saat.org saytının araşdırmasına görə, Vüqar Səfərlinin dediklərinin əksinə olaraq ən azı 15 nəfər texniki işçiyə jurnalist adı ilə mənzil verilib.
Jurnalist olmayıb ev alanların siyahısını təqdim edirik. 

1. Tağıyeva İradə Abutalıb qızı (AZƏRTAC – Mühəndis-proqramlaşdırıcı).
2. Bağırov Mamed Abbas oğlu (“Səs” İnformasiya Agentliyi – Texniki işçi).
3. Yusifzadə Rasim Elxan oğlu (AR Prezidentinin Mətbuat Xidməti).
4. Yaqubova Təhminə Davud qızı (KİVDF – Vüqar Səfərlinin katibəsi).
5. Rüstəmov Əvəz Cahangir oğlu (Mətbuat Şurası – 4 vəzifəsi var).
6. Nəsirov Akif Təvəkkül oğlu (Milli Məclisin Mətbuat Xidməti).
7. Miraləm Elşad Mircavad oğlu (Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidməti – bir neçə evi var).
8. Məmmədova Səmayə Tofiq qızı (Gənclər və İdman Nazirliyi Mətbuat xidməti – evi var).
9. Məhərrəmova Günay Novruz qızı (Prezidentin Mətbuat Xidməti).
10. İbrahimova İradə Tahir qızı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat Xidməti).
11. Həsənov Bəhruz İmran oğlu (PA İctimai-siyasi şöbə – Əli Həsənovun işçisi).
12. Fərzəliyev Zülfüqar İslam oğlu (Milli Elmlər Akademiyası İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsi).
13. Əliyev Yusif Lətif oğlu (haqqin.az saytı – sürücü).
14. Eminbəyli Şakir Vəfa oğlu (“Rossiya – 24” telekanalının Azərbaycandakı nümayəndəsi).
15. Cəfərova Səriyyə Müslüm qızı (Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi).
16. Ağalarov Əfsələddin (azxeber.com – 1991-ci il olduğuna görə 10 illik iş stajının olması mümkün deyil).

Almaniyada yaşayan bloqqer Həbib Müntəzir isə evi olub, amma bu müsabiqəyə müraciət edən və dövlət komissiyasından naməlum şəkildə ev alanların siyahısını təqdim edib: “Bu qədər həngamə, sabunluqdan sonra qərara gəldim ki, kiçik bir siyahı hazırlayım. Bu hökümətin növbəti saxtakatlığını sizlərlə paylaşım”.
Həbib Müntəzir bildirib ki, hökümətin medianı ələ alma prosesində evi qohumunun adına keçirib ev alan kim, tez-bazar arvadından boşanıb alan kim, katibəsinə, sürücüsünə, texniki işçisinə alan kim, evi ola-ola ikincisin, üçüncüsün alan kim, biləcəksiniz: “Əminəm ki, siyahıda daha çox adamın evi var, sadəcə mən ortaya çıxarıqlarımı yazdım. Siyahını Əflatun Amaşovdan tələsik aldım deyə belə alındı. Bu da sizə bayram hədiyyəsi olsun, evcik-evcik oyununuz mübarək.

1. Abbasquliyeva Fatma Asəf qızı (“Olaylar” İnformasiya Agentliyi – “İstanbul evləri”ndə evi var).
2. Seyidova Sevinc Mirsucəddin qızı (“Həftə içi” qəzeti – villası və bina evi var).
3. Zeynalov Qulu Ağsəs oğlu, Quliyeva Laura Bağdasər (Keçmiş Karl Marks heykəlinin yaxınlığında evi var).
4. Yusifzadə Anar Yusif oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti – Qara Qarayev metrosunun yaxınlığında 3 otağı, Beynəlxalq Avtovağzal Kompleksində mağazası var. 28 may metrostansiyası yaxınlığında da bir evi var. Seçki ərəfəsində İTV-nin keçmiş sədri İsmayıl Ömərov tərəfindən Şıxov ərazisində 6 sot torpaq hədiyyə alıb).
5. Salahov Elxan İsa oğlu “İki sahil” qəzeti (Məcburi köçkün kimi Masazır qəsəbəsində evlə təmin edilib).
6. Ağamirova Mətanət Mirsadiq qızı (“Lider TV və Radio Azərbaycan” MMC – bir neçə evi var).
7. Alışarlı Səfər Xəlil oğlu (QHT-lərə Dövlət Dəstəyi Şurası, “Vətəndaş cəmiyyəti” jurnalı – evi və torpaq sahəsi var).
8. Canbaxışlı Nahid Baxşəli oğlu (veteninfo.az saytı – evi var, sosial şəbəkələrdə yayılan məlumatlara görə yeni ev almaq üçün həyat yoldaşından ayrılıb).
9. Cabbarov Akif İsmayıl oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti – evləri var).
10. Dərziyevə Elnarə Bəxtiyar qızı (“Lider TV və Radio Azərbaycan” MMC – bir neçə il öncə ipoteka ilə ev alıb).
11. Eminbəyli Şakir Vəfa oğlu (Rusiyanın “Rossiya – 24” telekanalının Azərbaycandakı nümayəndəsi – evi var).
12. Əbilov Aydın Əhməd oğlu (“Ədəbiyyat” qəzeti – evi var).
13. Əliyev Namiq Həsən oğlu (“Palitra” qəzeti – evi var).
14. Əliyev Yusif Lətif oğlu (haqqin.az saytı – evi var).
15. Əliyeva Şəmsiyyə Fərhad qızı (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC – evi var).
16. Əliyeva Telli Pənah qızı (Veteran jurnalist – şəxsi mənzili var, Heydər Əliyev tərəfindən bağışlanıb).
17. Əsgərov İxtiyar Kamal oğlu (“Azəri-Press” İA (APA) – evi var).
18. Fərəcov Aqil Ələsgər oğlu (“Yeni çağ” saytı – evi var).
19. Fətullayev Eynulla Emin oğlu (haqqin.az – Sovetskidə evi var).
20. Hacıyev Hikmət Fərhad oğlu (Xarici İşlər Nazirliyi Mətbuat Xidməti – evi var).
21. Hacıyeva Gülşən Qasım qızı (APA – Sulutəpə ərazisində evi var).
22. Heydərov Hafiz Qurban oğlu (APA – Zabratda evi var).
23. Heydərov Nurəddin Əhməd oğlu (“Azərbaycan müəllimi” qəzeti – Əhmədova Aynurə Akif qızı Müstəqil jurnalist – evi var)
24. Həziquluyev Əli Səvindik oğlu (elci.az saytı – evi var).
25. Həziyev Bahəddin Musa oğlu (“Bizim yol” qəzeti – Xətai rayonu, M.HADİ KÜÇƏSİ, ev 64, 67).
26. Xəlilov Azər Nəriman oğlu (CBC TV – evi var).
27. Xəlilov İlkin Fikrət oğlu (“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası – Yasamalda evi var. ATV-nin keçmiş rəhbəri Tağı İbrahimov tərəfindən hədiyyə edilib).
28. Kazımlı Xalid Asif oğlu (“Yeni Müsavat” qəzeti – Müşfiqabadda evi var).
29. Quliyev Nurşən Ağacan oğlu (APA – Ramanada evi var, üstəlik restoranı da var).
30. Quluyev İlham Abasqulu oğlu (“Kaspi” qəzeti – evi var).
31. Quluyeva Zülfiyyə Telman qızı (“Mövqe” qəzeti – evi var).
32 . Məhəmmədov Kənan Tofiq oğlu (AR Prezidentinin Mətbuat Xidməti – Məhərrəmova Günay Novruz qızı Müstəqil jurnalist – evi var).
33. Məmmədov Elnur Xanmurad oğlu (Məmmədova Nigar İbadağa qızı - qafqazinfo.az saytı – Nərimanovda ipoteka ilə evi var, Məhəmmədi kəndində 2 mərtəbəli evi var).
34. Məmmədov Fərhad Həsən oğlu (virtualaz.org saytı – Ramanada evi var).
35. Əlibəyli Bəsti Tağı qızı (“Azərbaycan” jurnalı – Xırdalanda evi var).
36. Miraləm Elşad Mircavad oğlu (Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidməti – evi var).
37. Nəsirov Akif Təvəkkül oğlu (Milli Məclisin Mətbuat Xidməti – evləri var).
38. Paşa Elşad Əlhüseyn oğlu (“Yeni Müsavat” qəzeti – İpoteka ilə aldığı Qaraçuxurdakı evi qardaşının adına keçirib).
39. Rüstəmov Elçin Məsim oğlu (“Bizim yol” qəzeti – 2009-cu ildə ipoteka ilə ev alıb).
40. Rüstəmov Əvəz Cahangir oğlu (Mətbuat Şurası – evi var).
41. Becanov Rəfail Zəkəriyyə oğlu (cəbhə.info saytı, “Cümhuriyyət” qəzeti – evi də var, bağı da var).
42. Salmanov Hüquq Yaqub oğlu (“Kaspiy” qəzeti – evi var).
43. Vəliyev Əliəsgər Vəli oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti).
44. Qurbanəliyev Azər Rəşid oğlu (Müstəqil jurnalist – evi var).
45. Məmmədova Mehriban İbiş qızı (“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC – Köçkündür, Cocuq Mərcanlıda ev tikilir ona. Subaydır. Valideynləri ilə qalır. 4 yerdə atasının, 1-də özünün evi var).
46. Fərzullalı Zahid Səfər oğlu (“Yeni Müsavat” qəzeti – evi var, ikinci xanımına alır).
47. Məmmədova Səmayə Tofiq qızı (Gənclər və İdman Nazirliyi Mətbuat xidməti – evi var).
48. Gülməmmədov Məmməd Bəhruz oğlu (olke.az saytı – Mikrorayonda evi var).
49. Mehdiyev Qafar Qələndər oğlu (Müstəqil jurnalist – Yasamalda, Sevil kinoteatrının yanında evi var).
50. Yolçuyev Əkbər Mehdi oğlu (Atatürk Mərkəzi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi – Binəqədi rayonu, BAKI FƏHLƏSİ KÜÇ. F\EV, ev 85).
51. Həsənov Nəcəf İsmayıl oğlu (“Xəzər TV” MMC – Xətai rayonu, NOBEL PROSPEKTİ, ev 145).
52. Əsgərov Mübariz Ağali oğlu (“Qulp studio” MMC – Biləcəridə bir evi, Novxanıda 2 villası var).

abzas.net

15.07.2017

Arvadına nəcis yedirdən “nakişi”

Türkiyədə növbəti tükürpədici və iyrənc hadisə yaşanıb.
Ailə münaqişəsinin nəticəsi olaraq vətəndaş arvadına zor tətbiq edib, onu nəcis yeməyə məcbur edib. Onun arvadına ifrazat yedirtməyə çalışdığı anları telefonla videoya çəkib. Görüntülər sosial mediada yayılıb.
Türkiyənin Ağrı bölgəsində bir kürd ailəsində baş verənlər izləyənlərin qanını dondurub. Görüntülərin ortaya çıxmasının ardından prokurorluq hərəkətə keçib və cani ər həbs edilib.
2 uşaq atası Mehmet Şakir kürdcə danışdığı videoda həyat yoldaşını dəyənəklə vurub təpik ataraq uşaq bezindəki nəcisi anaya yedizdirmək istəyir. Qəddar ərin təhqir və söyüşləri qarşısında xanımı təkcə yalvararaq xilas olmağa çalışır. Şakir Ş. isə “Əgər yeməsən səni parça-parça edərəm. Al bunu ye. Al ağzına qoy. Ağacı sənin belində sındırmışam, bir hissə qaldı, indi başında qıracağam. Bunu al üzünə vur, çıx get”- deyir.

moderator.az

Mənzilə yığışıb İŞİD-ə biət etdilər - Sumqayıtda

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham olunan Sumqayıt şəhər sakinləri - 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.
İttihama görə, təqsirləndirilən şəxslər Fuad Rüstəmov və Ağamirzə Quliyevlə cinayət əlaqəsinə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər. Ötən il oktyabr ayının 26-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dini ləqəbi "Ömər" olan Ağamirzə Quliyevin sərnişini olduğu "Bakı-İstanbul" avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb. Avtobusda olan A.Quliyevə Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunub. Avtobusdan düşən A.Quliyev üzərindəki əl qumbarasını çıxararaq partlatmağa cəhd etdikdə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.
Həmçinin dəstənin digər üzvü Fuad Rüstəmov 27 oktyabr 2016-cı ildə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərib. Ətrafdakıların həyat və sağlamlığının qorunması üçün F.Rüstəmov xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. F.Rüstəmovun yaşadığı evə keçirilmiş baxış zamanı Beynəlxalq Millətlər Təşkilatı tərəfindən terrorçu təşkilat kimi tanınmış İŞİD terror təşkilatının bayrağı aşkar edilib.
Keçirilmiş əməliyyat-texniki tədbirləri nəticəsində müəyyən edilib ki, İŞİD terror təşkilatının üzvü Şamil Fərzəliyev Faud Rüstəmovla "WhatsApp" proqramı ilə əlaqə saxlayaraq, Azərbaycan ərazisində terrorçuluq aktları törətmək niyyətində olduğunu bildirib. Ş.Fərzəliyev F.Rüstəmova dini radikal mövqedə olan, məhkumluq həyatı yaşamamış və dindar kimi hüquq-mühafizə orqanlarının diqqətinə düşməmiş 6 nəfərdən ibarət qrupu bir araya toplayaraq aralarında əmir seçilməsinin zəruriliyini qeyd edib. F.Rüstəmovun əlində avtomat silah, digərlərinin üzünün örtülü olmaqla İŞİD terror təşkilatına biət etmələri, bu prosesin videogörüntüyə alınaraq ona göndərilməsini tapşırıb. Bundan sonra onların Azərbaycanda "İŞİD-in bir qolu" kimi qəbul olunacaqlarına dair "İŞİD rəhbərliyi" tərəfindən qərar veriləcəyini bildirib.
Təqsirləndirilən Aydın Gülməmmədov ifadəsində iki ildir İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət etdiyini, dini ləqəbi "Ömər" olan Ağamirzə, Fuad, Emin, Zaur və Əmrah adlı şəxlərlə tanış olduğunu, onlarla birlikdə namaz qılaraq ibadət etdiyini, dini mövzularda söhbətlər apardıqlarını, Fuad Rüstəmovun bu söhbətlərdə daha fəal olduğunu göstərib: "Görüş zamanı hər dəfə birimiz müxtəlif dini ayinlər oxuyaraq müzakirələr aparırdıq. Fuad mütəmadi olaraq Suriya-İraq ərazisində olan İŞİD barədə bizə məlumatlar verir, İŞİD-də Şamil adlı dostunun olduğunu, onunla facebook sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığını deyirdi".
Ötən ilin oktyabr ayının 15-də dəstə üzvləri növbəti dəfə Sumqayıtda yerləşən çayxanalardan birinə yığışıblar. Fuad Rüstəmov onlara Şamillə danışdığını, İŞİD-ə biət etməklə terrorçu təşkilatın Qafqazdakı qolu ola biləcəklərini, İŞİD-in bütün tapşırıqlarını yerinə yetirəcəklərini bildirib. Həmçinin Fuad videoçəkiliş aparmaqla İŞİD-ə sədaqət andı içməyi təklif edib. Həmin videoçəkilişi Suriyada olan dostu Şamilə göndərəcəyini deyib. Şamil isə öz növbəsində videoçəkilişi İŞİD rəhbərlərindən birinə göstərdikdən sonra onların terror qruplaşmasına qəbul olunacağını bildirib.
Oktyabrın 25-də dəstə üzvləri İŞİD-ə biət andı içmək məqsədilə Əmrah İmanovun yaşadığı mənzilə yollanıblar. Əvvəlcə dəstəmaz alıb İşa namazı qılıblar. Sonra isə çəkilişə hazırlaşıblar. Ə.İmanov bir ədəd qara mayka gətirib, maykanı iki hissəyə bölərək üzlərini bağlamaq üçün maska düzəldiblər: "Əmrah telefonunu mənə verdi, çəkməyə başladım. Çəkiliş zamanı Zaur ərəb və rus dillərində danışırdı. Bu dillərin heç birini bilmədiyim üçün nə dediklərini anlamırdım. Amma arabir rus dilində danışanda başa düşdüm ki, Zaur İŞİD-ə tabe olacaqlarından danışır. Zaurun çıxışı təxminən iki dəqiqə çəkdi. Hamımız birlikdə çəkilişə baxdıq. Əmrah "Bluetooth" vasitəsilə videonu Zaura köçürdü. Fuadla Zaur mənə videonun heç kimin əlinə düşməməsi barədə tapşırıq verdilər. İstifadəmdə olan mobil telefonu satmalı olduğum üçün telefonun yaddaşından hər şeyi, o cümlədən həmin videonu da sildim".
A.Gülməmmədov həbs olunmamışdan 15 gün əvvəl Sumqayıt şəhərində yerləşən "Ləzgi" marketə silahlı basqın planı barədə də danışıb: "Zaur bizi yığıb hamının maddi çətinliyi olduğunu, marketə hücum edib pulları ələ keçirməyi təklif etdi, razılaşdıq. Zaur deyirdi ki, market bağlandıqdan sonra gündəlik yığılan pulları orada işləyən qadın evinə aparır. Plana görə, Fuad qadına basqın etməli, yanında kimsə olarsa Zaurla Ağamirzə köməyə gəlməli idilər. Mən isə çöldə dayanaraq basqın zamanı təhlükə olarsa qrup üzvlərinə xəbər verməli idim. Basqın zamanı kimin hansı silahdan istifadə edəcəyindən məlumatım olmayıb".
Təqsirləndirilən Əmrah İmanov ifadəsində həbs olunmamışdan təxminən üç-dörd ay əvvəl "Ömər" ləqəbli Ağamirzə Quliyev onu İslam dininə dəvət etdiyini, "Ömər"in dəvəti ilə namaz qılmağa başladığını göstərib: "Fuad, Aydın, Emin və Zaur adlı şəxsləri "Ömər"in vasitəsilə tanımışam. "Ömər" idmanla məşğul olurdu, fiziki cəhətdən çox güclü idi. Aydın isə ətir alveri ilə məşğul idi. Digər şəxslərin harada işlədiklərini bilmirəm. Tez-tez çayxanaya yığışıb dini mövzuda söhbətlər aparırdıq. "Ömər" təklikdə mənə dedi ki, Zaur, Fuad, Aydınla birgə biət etmək qərarına gəliblər. Mənə də biətdə iştirak etməyi təklif etdi. Əvvəl biət etməyin nə olduğunu anlamadım. "Ömər" biət etməyin and içmək olduğunu izah etdikdən sonra razılaşdım".
Ə.İmanov ifadəsində göstərib ki, "Ömər" həmin andı din və Allah yolunda içəcəklərini, bu barədə videoçəkiliş edərək Suriyada yaşayan dostu Şamilə göndərəcəyini bildirib. And içmənin sırf dinlə bağlı olduğunu düşünərək "Ömər"lə razılaşıb: "Ertəsi gün "Ömər"ə zəng vurduqda zəng çatmadı. Sonradan məlum oldu ki, ayağı əzilib deyə biətdə iştirak edə bilməyəcək".
Axşam saatlarında dəstə üzvləri növbəti dəfə çayxaya yığışıblar. Fuad biət etmək üçün münasib yer lazım olduğunu deyib. Bir qədər müzakirə apardıqdan sonra Ə.İmanovun yaşadığı evə yollanıblar. Aydın, Emin və Fuad rus və ərəb dillərini bilmədikləri üçün biətdəki mətni Zaur oxumağa razılaşıb. Birlikdə namaz qıldıqdan sonra çəkilişə başlayıblar: "Aydın çəkilişi özünün aparmaq istədiyini dedi. Onun telefonu zəif olduğu üçün öz telefonumu Aydına verdim. Videoçəkilişdə Zaur rus və ərəb dillərində çıxış etdiyi üçün heç nə anlamadım. Aydın videonu öz telefonuna köçürdü və mənim telefonumdan sildi. İşlərimlə əlaqədar olaraq ertəsi gün Lənkərana getdim. Videonun aqibətindən xəbərim olmadı".
Təqsirləndirilən şəxslər məhkəmədə onlara elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər.
Məhkəmə prosesi davam edir.

virtualaz.org

İŞİD-çilərin murdarlıqları üzə çıxır: "İntim-kölələrin alveri ilə məşğul idilər"

İŞİD əsarətindən xilas olmuş terrorçuların arvadları həyatları barədə danışıblar.
İŞİD terrorçuları Suriyadakı “paytaxtlarını”- Raqqa şəhərini müdafiə edərək özlərində saxlamağa çalışırlar. Son günlər isə adıçəkilən şəhər uğrunda şiddətli döyüşlər gedir. Terrorçular məhz burada öz qaydalarını yaradaraq “xilafətlərinin” yayılması üçün zəmin yaratmağa çalışırdılar. Son zamanlar mühasirə altında olan şəhərdən yüzlərlə insan xilas ola bilib. Onlar arasında məhv edilimiş və ya əsir düşmüş terrorçuların arvadları da var.
islamazeri.com xəbər verir ki,  “Russia Today” telekanalı həmin qadınlardan bir neçəsi ilə söhbət edə bilib. Qadınlar onlara qarşı zülm, təzyiq, əziyyət və zorakılığın olduğunu bildiriblər.
İŞİD terror təşkilatının paytaxtı olan Raqqa şəhərində terrorçular ilə müxalif “Suriya Demokratik Qüvvələri” (SDQ) arasında şiddətli döyüşlər gedir. Üstəlik İŞİD məhz bu burada öz idarə modelini yaratmağa cəhd edərək “şəriət” qanunlarının üstünlüyünü elan edib. Şəhərin alınması üzrə əməliyyatın başlaması ilə yerli sakinlər oradan qaçmaq imkanı əldə ediblər. Onlar arasında öldürülmüş və ya əsir düşmüş terrorçuların arvadları da var. Onların əksətiyyəti xarici ölkə vətəndaşlarıdır. Terrorçuların “caynağından” xilas ola bilmiş həmin qadınlar artıq öz vətənlərinə geri qayıtmağa çalışırlar. Onların sözlərinə görə, onlar terrorçuların qanuni yoldaşları olublar, “intim cariyyələri” yox.
“İntim cariyyəsi deyilik. Hər şey qanunidir: meriyaya gedərək ərə gedirdik. Əgər ərimiz ölürdüsə, sadəcə olaraq başqa kişiyə ərə verilirdik. Bütün bunlar qohumların razılığı və şahidlərin iştirakı ilə baş verirdi”- deyə Xədicə adlı bir qız bildirib.
“Əslən Tunisdənəm. Mənim ərim öldürüldükdən sonra, ana mənə əmr etdi ki, evə geri dönüm. Lakin yerli sakinlər mənə yenidən ərə getməyi təklif etdilər. Onlar dedilər ki, burada əlil bir insan özünə arvad axtarır. Soruşdular ki, "məgər sən ər istəmirsən?". Mən də razılaşdım”- deyə Xədicə əlavə edib. Qız əlavə edib ki, onun başqa çıxış yolu yox idi: “Tunisə geri dönməyə cəhd etsəydim, məni dərhal öldürərdilər”.
Digər bir qız- livanlı Nur əl-Xuda bildirib ki, Suriyaya ərinin ardınca gedib: “Ərim məni inandırmışdı ki, İŞİD elə də pis deyil”.
“Mənim 20 yaşım var. Mən ərimlə Tripoli şəhərində tanış olmuşam. Oradakı həyat tərzi çətin idi, elə buna görə də mən tez ərə getdim. İlk uşağımı 15 yaşında olarkən dünyaya gətirdim, bir il sonra isə 2-ci övladım doğuldu. Daha sonra isə mənim ərim sələfilərə qoşuldu. Onlar ərimə “cihad” haqda danışdılar və başa saldılar ki, o, İŞİD-ə qoşulmalıdır. Ərim məni də inandırdı ki, orada pis bir şey yoxdur. Mən onun arvadı idim, onun sözlərinə inandım”- deyə qız bildirib. Onun sözlərinə görə, əri ilə birgə İŞİD-ə qoşulmaq qərarı haqda qohumlarına məlumat verməmişdi. “Mən təyyarə ilə Türkiyəyə getdim. Oradan isə məni Suriyaya göndərdilər. İŞİD terrorçuları kişiləri öldürürdülər, qadınları ilə yaşayış yerlərinə görə yerbəyer edirdilər: qızları ərli qadınlardan və kölə qızlardan ayırırdılar. Əgər mən İŞİD-in nə olduğunu bilsəydim, ərimin ardınca getməzdim”- deyə Nur əl-Xuda əlavə edib.
Xədicə də Nur əl-Xuda ilə razıdır: “İŞİD çox pis idi: zülm və zorakılıq hökmranlıq edirdi. Qadınların qaldığı yerlərdə çoxlu pisliklər vardı. Uşaqlar qotur idi, onları bit-birə basmışdı. Uşaqlar xəstə olan zaman isə, onları poliklinikalarda müalicə etmirdilər”.
Xədicə Raqqa şəhərində Um Adam adlı mərakeşli qadının da olduğunu xatırlayır: “Um Adam qadınlar üçün nəzərdə tutulmuş İŞİD yataqxanalarını çox sərt şəkildə idarə edirdi. Əgər qızlardan biri yanlış bir iş görsə idi, onu qapısı və pəncərələri olmayan otaqlara kilidləyirdi. Həmin otaqların aşağısında balaca deşiklər olurdu, həmin deşiklərdən isə otaqlara yemək verildi. O otaqlar həbsxananı xatırladırdı”- deyə qız bildirib.
Xədicə həmçinin etiraf edib ki, terrorçuların qanuni arvadları ilə yanaşı intim münasibətlər üçün nəzərdə tutulmuş kölələri də var. Terrorçular həmin kölələri alırlar, bir-biriləri ilə dəyişirlər və hədiyyə edirlər. Bu işdə ən çox yezidi qadınlara tələbat var. “Terrorçunun arvadı və köləsi ayrı-ayrı yerlərdə yaşayırlar. Terrorçu isə sıra ilə onların yanında olur: bir gün biri ilə, bir gün digəri ilə”- deyə o bildirib.
Nur əl-Xuda da Xədicənin dediklərini təkrarlayıb. O qeyd edib ki, terrorçular kölələrə xüsusi diqqət yetirirdilər, onlar bu yolla kölələri daha baha qiymətə satmağa çalışırdılar: “Kölə edilmiş qızlara çox vaxt ayrılırdı: onları 15 min dollara sata bilmək üçün qızlara kosmetika alırdılar. Bakirələri isə 30 min dollara satırdılar. Azyaşlı qız uşaqlarını da satırdılar. Məsələn, 10 yaşlı bir qızı 10 min dollara satmaq istəyirdilər”.
Nur əl-Xuda xatırladıb ki, bəzi qızlar terrorçulardan qaça bilirdilər, lakin belə olan halda qaçmağa yardım edənlər qətlə yetirilirdi.
Xədicə də, Nur əl-Huda da sonda qeyd ediblər ki, həyatlarında “ağ səhifə açaraq” vətənlərinə geri dönmək istəyərdilər.
“Ərim və mən bura gəlməklə çox böyük bir səhvə yol verdik. İŞİD-in guya ki İslam dövləti olduğunu, İslama əməl etdiyini, Quran və peyğəmbərin qanunları ilə yaşadığını iddia edən heç kəsə inanmamağı məsləhət görürəm. Hər kim terrorçulara qarşı çıxırsa, onun başını kəsirlər”- deyə Xədicə əlavə edib.
Xədicə və Nur əl-Xuda kimi qızlardan fərqli olaraq, İŞİD-dəki halından razı olanlar da var. Bu cür təəssübkeş qadınlar terrorçu ərlərindən razı olsalar da bəzən onlarla kölələrinə qarşı olan həvəslərinə görə dalaşa da bilirdilər. Belə qadınlar ərlərinin kölələrə nə qədər diqqət ayırmasından danışıblar. “Qanuni arvadlarla intim-qullar arasında çoxlu münaqişələr var. Bəzi qadınlar hətta buna görə ərlərindən boşanırlar. Kişilər kölələrinə həddən çox pul xərcləyirlər, onlar üçün ən yaxşı kosmetikalar, əşyalar və bər-bəzəklər alırlar”- deyə terrorçulardan birinin arvadı deyib. Həmin qadının sözlərinə görə, onun ərinin telefonunda xüsusi proqram vardı. Həmin proqramda kölə qızların şəkilləri və qiymətləri yazılırdı. O qeyd edir ki, elə qadınlar var ki, özlərini ancaq və ancaq Əbu Bəkr əl-Bağdadiyə uyğun görürdülər: “Belə qızlardan biri bu bəhanə ilə öz kişisindən imtina etdi. Digər qadınlar isə ona tez məsləhət verdilər ki, özünü çox da yormasın, çünki Bağdadini artıq “məşğul” ediblər”.
Qeyd edək ki, terrorçuların liderinin “pərəstişkarlarının” arzusu ürəyində qalmalı olacaq, çünki o artıq məhv edilib. Artıq terrorçuların özləri də bildiriblər ki, liderləri sağ deyil.

islamazeri.com

Deputat Aqil Abbas: Benzinin qalxmasını böyük sevinclə qarşıladım

“Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram”.
Bunu femida.az-a açıqlamasında millət vəkili Aqil Abbas deyib.
Deputat vətəndaşlara 15 iyul tarixini bayram kimi qeyd etməyə çağırdı: “Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə muqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər”. 
Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

13.07.2017

Atasız

Əbil Əbilov

Gecə-gündüz çəkirəm həsrəti hicran Atasız.
Ürəyim etmədədir naləvü əfğan Atasız.

İstərəm bir də camalın görüm ey kaş ki onun,
Qaldı əfsus gözüm bu dəhrdə giryan Atasız.

Onun üçün ürəyim çox darıxır, mən nə edim?
Eyləmir tab bu ürək gör necə bir an Atasız.

Kimsənin görməsini istəmədim göz yaşımı,
Hər gedəndə tökürəm qəbrinə pünhan Atasız.

Daima səslədim ol dadıma bir dəfə gələr,
Kaş onu bir də görəm, dözmür axı can Atasız.

O gedənnən neçə illərdi ki, gülməz bu üzüm,
Neçə illərdi ürək qaldı pərişan Atasız.

Məni tək qoydu atam,  yandı ürək, çəkdim əzab,
Oldu dünya Əbil üçün qara zindan Atasız.

Еще одна бакинская армянка вернулась в Азербайджан

Вслед за Эриком Хачатуровым посетить столицу Азербайджана, город, где родились, выразили желание и другие бакинские армяне. Как и обещали, им содействуют активисты «Платформы для мира между Азербайджаном и Арменией».
Очередным гостем «Платформы» в Баку стала Оксана Алтунян. Ее путешествие в город детства не обошлось без эксцессов, но удалось все урегулировать.
Первое, что ощутила Оксана в Баку, это запах родного города- запах детства, запах дома, где она жила с родителями, запах лучших лет жизни. По ее признанию, за какой-то час она вновь пережила свою юность, радость встреч и горечь расставаний, вспомнила свои тогдашние надежды и мечты.
Оксане предоставили возможность увидеть школу, где она училась, двор, где играла с подружками в детстве, дом, куда пришла, выйдя замуж.
Глаза женщины то светились радостью, то затуманивались слезами печали. Долгие годы отделяют ее от того счастливого времени, когда дружно, весело, со всеми соседями, независимо от их национальности, отмечали они праздники, гуляли на свадьбах, встречали из роддома молодых мамаш с младенцами. Все было общим, и все было радостно.
Но и сегодня Оксана Алтунян безмерно счастлива, ведь сбылась ее мечта – она в родных и дорогих сердцу местах, которые многие могла видеть только во сне. «Говорить не могу, эмоции переполняют»,- то и дело повторяла она.
Как и Эрик Хачатуров, Оксана стала желанным гостем в офисе «Платформы мира». За чашкой чая Оксана поделилась наболевшим- как хочется ей сделать хоть что-нибудь, чтобы два народа- азербайджанцы и армяне опять жили в мире.
«Никто из простых людей не хочет войны и никому не нужно, чтоб гибли их сыновья»,- уверена женщина, армянка, бакинка. Придет время, не сомневается она, и азербайджанцы, жившие в Армении, но вынужденные покинуть землю, на которой родились, смогут увидеть родные сердцу места, поклониться праху своих предков на их могилах. То есть, сделать то, что посчастливилось Оксане.
«И тогда воцарится мир между двумя обреченными на соседство народами- армянами и азербайджанцами, которые еще не так давно жили в соседних домах, делили и радость, и горе друг с другом»,- убежденно произносит Оксана Алтунян.
Немного погодя она вспоминала о своей бакинской соседке Гюльназ- женщине боевой и решительной, которая едва познакомившись с Оксаной, стала защищать ее от нападок грозной свекрови.
Гюльназ ханум нам удалось разыскать, и приятельницы долго и задушевно общались по телефону.
А еще Оксана нашла своих одноклассниц и подруг, которые услышав ее голос по телефону, начинали рыдать в трубку.
Что ж, мечта Оксаны сбылась, но чего ей это стоило, знает только она сама. Смелости и мужеству этой женщины могут позавидовать и мужчины.
И таких, как она, много, нужно лишь всем собраться и сказать свое веское слово.
А «Платформа для мира» работает именно для таких, как Эрик Хачатуров и Оксана Алтунян- самоотверженных и неравнодушных, тех, кто знает, что наши народы платят за эту войну жизнями своих сыновей.
Платформа уже ждет новых гостей. Добро пожаловать в Баку!

haqqin.az

Şamil Tağıyev: Saytlara belə mövzunu Fazil Mustafa kimi savadsızlar verir

Ümumrusiya Azərbaqycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev millət vəkili Fazil Mustafanın Azərbaycan diasporu ilə bağlı səsləndirdiyi fikirlərə  özunun rəsmi facebook səhifəsində sərt şəkildə münasibət bildirib.
diaspor.az əməkdaşı Şamil Tağıyevlə əlaqə saxlayaraq mövzuya münasibətini öyrənib. Diaspor sədri bildirib ki, son vaxtlar ağlımdan Azərbaycan mətbuatını oxumaqdan imtina etmək gəlir: "Bəzi saytlar guya ideoloji təbliğatla məşğul olurlar. Saytlara belə mövzunu Azərbaycan xalqı üçün anlaşılmaz personajlardan olan Milli Məclisin deputatı Fazil Mustafa kimi savadsızlar verir. Azərbaycan bayrağının rənglərini belə düz bilməyən millət vəkili hər kəsdə günah axtarır. ÜAK-ın bağlandıqdan sonra kim istəsə bəzi sabun saytların redaksiyasına zəng edir və və diaspor nümayəndələri haqqında şərhlər verib, ittiham edib təhqir edirlər. Belə şəxslərdən biri də özunu məlumatlı siyasətçi kimi tanıdan Fazil Mustafadır. Hərşeyşunas millət vəkili bu dəfə də Azərbaycan diasporunu məhrum Zəhra faciəsində fəaliyyətsizlikdə günahlandırıb. Fazil Mustafa məni facebook-da qara siyahıya saldığı ücün ona yaza bilmirəm, biriləri ona başa salsın ki, Azərbaycan diasporu bacardığı qədər fəal olmağa çalışır. Fazil Mustafa artıq iş bacarırsa, buyursun eləsin. Son olaraq Fazil Mustafaya bildirmək istərdim ki, diaspor sözünün mənasını, anlamını öyrənsin.

diaspor.az

Uşaqlarımız Rus dili vasitəsilə elmlərə yiyələnirlər

Nadir Qocabəyli

Biz uşaqlarımızı, qohum-qardaşımızı sizin kimi xaricə, Türkiyəyə, Avropaya, ABŞ-a oxumağa göndərə, hansısa yollarla vəzifələrə qoydura bilmirik. Rus bölməsinə göndəririk ki, gələcəkdə rus dili vasitəsilə daha çox elmi, ədəbi mənbələrə əli çatsın, iş tapmaqda çətinlik çəkməsin. Vətənində bizim kimi iş-güc tapmayanda, sıxışdırılanda, sizin kimilərə nökərçilik etməkdənsə, böyük Rusiyada sığınacaq, iş tapa bilsin.
Azərbaycan dilində ədəbiyyatın, kitabların, resursların rus dilinə nisbətdə son dərəcə kasad, hətta yox səviyyəsində olduğunu, hamımız çox gözəl bilirik. Rus dilini bilməyənlərə Azərbaycanın özündə belə iş tapmaq müşküldür.
Mənim bir qohumum iqtisadiyyat universitetini və idarəetmə akademiyasının magistraturasını əla qiymətlərlə bitirib. İngilis dilini bilir. Bir ildir iş axtarsa da, tapa bilmir. Deyir ki, iş tapmamağına əsas səbəb rus dilini bilməməsidir.
Rus dilindən dünyanın təxminən üçdə birinə bərabər bir ərazidə istifadə olunur. Rus dilinin verdiyi təhsilin keyfiyyəti də bizimkindən xeyli üstündür. Rus dili dünya dillərindən biridir. O dil olmasaydı, biz hamımız indikindən qat-qat savadsız olardıq. Bizdəki milli təhsilin keyfiyyəti artsa belə, yenə rus dilini öyrənməyə ehtiyacımız olacaq. Amma təəssüf ki, təhsilimizin keyfiyyəti aşağıdır. Ona görə də insanlar uşaqlarına heç olmasa bir dil artıq öyrətmək istəyirlər ki, o dil vasitəsilə elmlərə müstəqil şəkildə yiyələnə bilsinlər. Ana dilimizi onlar gündəlik danışıqdan, televiziyadan, valideynlərindən də öyrənirlər. Rus dili onları öz köklərindən qətiyyən ayırmır.

12.07.2017

Qulu Məhərrəmli: “Fətullah Gülən Azərbaycanın böyük dostudur”

Qulu Məhərrəmli: “Ona olan rəğbətimi heç vaxt gizlətmirəm”

Fətullah Gülənlə görüşmüş daha bir azərbaycanlı jurnalist üzə çıxdı. Modern.az türk vaizlə görüşmüş, ondan müsahibə almış tanınmış telejurnalist Qulu Məhərrəmlinin təəssüratlarını oxuculara çatdırıb. Maraq doğuracağını nəzərə alaraq həmin təəssüratları oxuculara təqdim edirik.

-Fətullah Gülənlə iki dəfə görüşmüşəm. İlk dəfə 1998-ci ildə Türkiyədə, ikinci dəfə isə 2011-ci ildə ABŞ-da. Amma bunlardan əvvəl 1992-ci ildə də belə bir görüş imkanı yaranmışdı. O vaxt “Zaman” qəzetinin təşkilatçılığı ilə 20-yə yaxın jurnalist Türkiyəyə səfərə getmişdi. Nəzərdə tutulduğuna görə, qrup İzmirdə Gülənlə də görüşməli idi, lakin səfər proqramı bir az uzun çəkdiyinə görə AzTV-də çalışan bir həmkarımla qrupdan ayrılıb İstanbula getdik, oradan isə Naxçıvana qayıtdıq. Amma görünür, bu mübarək insanla görüşmək qismətimizdə var imiş.

-Fətullah Gülənlə ilk görüşünüzün təəssüratı necə oldu? O, həqiqətənmi sizə bir övliya təsiri bağışladı?
-Təbii ki, görüşənə qədər Gülənlə bağlı müəyyən təsəvvürüm var idi. Onun obrazı yaddaşıma daha çox Bakıda 20 Yanvar qırğınlarına üsyan edən bir din adamı kimi həkk olunmuşdu. Lakin 1998-ci ilin mayında İstanbuldakı görüşümüzdə mən qarşımda dünyanı fərqli duyan, zəngin bir fikir adamını gördüm. Mənə kifayət qədər sadə, səmimi, istiqanlı, dərin zəkaya malik, təvazökar və harizmatik insan təsiri bağışladı. Nitqi aydın, fikirləri dupduru idi. Bir də xoşuma gələn o oldu ki, əvvəlcədən razılaşdırılmış suallardan kənara çıxmağa etiraz etmədi. “Xalq qəzeti”ndən dostum Tahir Aydınoğlu ilə birlikdə verdiyimiz bütün sualları çox həvəslə cavablandırdı. Mən Xoca əfəndinin simasında bir az Osmanlı imperiyasının xiffətini çəkən, amma düşüncə etibarı ilə müasir olan bir türkçünü və böyük İslam təəssübkeşini gördüm. 2011-ci ilin martında ABŞ-da səfərdə olarkən də fürsət yarandı və Gülənlə yenidən görüşdüm. Düzdür, bir az yaşlanmışdı, xəstəhal idi, amma bu qlobal düşüncənin sahibinin ağlının itiliyi, hadisələrə həssas yanaşması nəzərimdən qaçmadı. Bu görüşümüzdə onun Füzulinin yaradıcılığını dərindən təhlil etməsinə, Yunus Əmrə ilə paralellər aparmasına heyran oldum. Azərbaycanın çətinliklərini dilə gətirməsi, uğurlarına sevinməsi, “hər cür sıxıntılardan keçəcəksiniz” deməsi məni çox duyğulandırdı. Bir daha hiss etdim ki, Gülən Azərbaycanın böyük dostudur.

-Qulu Məhərrəmlinin düşüncəsində Fətullah Gülən kimdir?
-Xoca əfəndi mənim üçün ilk növbədə bir mütəfəkkir, maarifçi filosof, barış və dialoq adamıdır. Onun fəlsəfi düşüncələri minilliklər ərzində formalaşmış Şərq fəlsəfəsindən qaynaqlanır. Mən Güləndə Qəzzalinin, Mövlanənin, Fərabinin ruhunu duyuram. Xarici mətbuatda onun “Anadolunun Mahatma Qandisi” adlandırılması da təsadüfi deyil. Gülənin ideyaları və gerçəkləşdirdiyi hərəkat üç istiqamət üzərində dayanır: insanları maarifləndirməklə cahilliyin qarşısını almaq, güzəranlarını yaxşılaşdırmaqla yoxsulluğu və fəqirliyi ləğv etmək, dialoq və xoşgörü ilə münaqişə və nifaqlara son qoymaq. Görün bu ideyalar cahillikdən, fəqirlikdən və çox vaxt nadanlıqdan doğan münaqişələrdən əziyyət çəkən İslam dünyası üçün nə qədər vacibdir! Vaxtilə Turqut Özalın da dəstək verdiyi bu ideyalar, əslində bizlər üçün yeni deyil. Ötən əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkirləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağoğlu, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli bu barədə dönə-dönə danışıblar. Ona görə də F.Gülənin könüllülər hərəkatına, onun ideyalarına bir az geniş nəzərlərlə baxmaq lazımdır.

-Gülən elmlə əxlaqın sintezini yaratmaq istəyən şəxslərdəndir. Bu gün ona qarşı getmək elmə və mənəviyyata zərbə kimi düşünülə bilərmi?
-Məsələ bir az dolaşıq qoyulur. Əslində hər şeydə, o cümlədən elmdə də əxlaq olmalıdır, yəni bu sintez labüddür. Cəmiyyətdəki yaramazlıqların çoxu Allahı və əxlaqı unutmaqdan qaynaqlanır. Mən Gülən təliminə dərindən bələd deyiləm, amma duyduğum budur ki, onun düşüncəsində kamil, imanlı və əxlaqlı insan problemi ən öndə dayanır. Bilirsiniz, dünya o ideyaları qəbul edir ki, həyatda gerçəkləşir və insanlara fayda verir. Bu mənada böyük imperiya tarixi olan, Şərqin fəlsəfi fikrinə təsir edə bilən Türkiyədə Gülən kimi bir mütəfəkkirin yetişməsi tarixi hadisədir. Onun həyatı, ictimai düşüncəsi və davranışları çox mənalarda nümunədir. Necə ola bilər ki, heç bir formal vəzifəsi olmayan bir adam dünyanın onlarca ölkəsində məktəblər, universitetlər, dialoq mərkəzləri açılmasını təşviq edir? Nədən elm, siyasət, dövlət və biznes adamları ona inanır, onunla məsləhətləşir, parlaq təşəbbüslərinə dəstək verirlər? Deməli, onun ideyaları bütün dünya üçün, bəşəriyyət üçün çox cazibədardır.

-Mümkünsə, onunla bağlı hazırladığınız proqramla bağlı məlumat verərdiniz.
-Jurnalistika fəaliyyətim dövründə çox məşhur adamlardan müsahibə almışam, çox tanınmış siyasətçilərə suallar vermişəm, o cümlədən Tetçer, Bhutto, Rabin, Yeltsin, Dəmirəl, Şevardnadze və başqa görkəmli siyasətçilərlə böyüklü-kiçikli müsahibələrim olub. Eləcə də, çoxlu elm və fikir adamları ilə görüşmüşəm. Gülənlə müsahibə bu baxımdan mənim yaddaşımda çox parlaq iz qoyub. “Gerçəklik” adlanan həmin verilişim, səhv etmirəmsə Gülənə aid saytlarda yerləşdirilib. Mən dar gündə Azərbaycana əl uzadan, onun dərdlərini dünyaya çatdıran, sülh və barış carçısı olan bir hərəkata və onun mənəvi liderinə rəğbətimi heç vaxt gizlətmirəm.

-Sizcə, Fətullah Gülən ilahi eşqin ziyasında formalaşan bir filosof, yoxsa kütlənin təbirincə desək, adi bir siyasi fiqurdur?
-Kim ona hansı gözlə baxırsa, onu elə də görür. Mənim düşüncəmə görə, Gülən ilk növbədə bir filosof, fikir adamı və mütəfəkkirdir. İçində Tanrı sevgisi olan işıqlı bir şəxsiyyət və milyonların sevdiyi mənəvi liderdir. Təbii ki, onun dəstəklədiyi hərəkat bu və ya başqa formada siyasətin də yan-yörəsindən keçir, amma o heç bir halda siyasətçi deyildir, sadəcə belə bir iddiası yoxdur. Lakin siyasətçilərin bu cür güclü dəstəyə, nüfuza və şöhrətə malik insanlardan, şəraitdən asılı olaraq çəkinməsini, onlara dost və ya düşmən olmasını da danmaq olmaz.

-Onun bir çox əsərləri Qərb rasionalizmi ilə Şərq irrasionalizminin sintezini yaratmaq yolunda bir addım sayılır. Amma bu gün Qərb və Şərq düşüncəsinin tən ortasında yerləşən Türkiyə ondan imtina edərsə, nə itirəcək?
-Güləni Şərqdə, müsəlman dünyasında ona görə sevirlər ki, o İslam ənənəsi və dəyərlərinin parlaq daşıyıcısıdır. Din və onun Peyğəmbəri haqqında dəyərli əsərlər müəllifidir. Qərbdə isə ona görə qiymətləndirirlər ki, qüdrətli islam dininin müasir simasıdır. Türkiyə onu heç vaxt itirməz, sadəcə itirə bilməz. Siz korrupsiya olayından qeyzlənmiş və impulsiv bəyanatlar verən hakimiyyət rəsmilərinə baxmayın. Türk cəmiyyəti və xalqın böyük əksəriyyəti Gülənə ehtiramla yanaşır, çünki o çoxdan insanların könüllərində özünə mənəvi abidə ucaldıb.

-Bəs əgər biz Türkiyə kimi hərəkət etsək nə itirəcəyik?
-İnsan bilmədiyi şeyin düşmənidir. Bəzən nadanlıq qaranlıqdan işığı da görməyə mane olur. Çox zaman bilgisizlikdən, eləcə də coşub daşan “vətənpərvərlik” və “dövlətçilik sevgisindən” biz çox şeyləri inkar etməyə çalışırıq. Halbuki Qərbdə çoxdan insanları gözəl danışıqlarına görə yox, gözəl əməllərinə görə qiymətləndirirlər. Bu mənada hər şey cəmiyyətin və konkret fərdlərin əxlaqından, dəyərlərə münasibətindən və şəxsiyyətlərə yanaşmasından asılıdır. Kimsə bu ölkədə keyfiyyətli təhsilə töhfələr verirsə, kimsə insanların qəlbinə Tanrı işığı salırsa, buna yalnız sevinmək lazımdır. Mən görkəmli rus şərqşünası akademik Rıbakovun “Dialoq Avrasiya” platformasının toplantılarının birində dediyi bu sözləri heç unutmuram: “Bugünkü dünyada yüksəlişin yolu bilikdən, maariflənməkdən, sülh və əmin-amanlığa xidmət edən dialoqdan keçir. Biz bu ideyaları var gücü ilə dünyaya təlqin edən Fətullah Gülənə minnətdar olmalıyıq”.

modern.az

MTN generalı Tağı Əhmədovla bağlı şok siyahı açıqladı - ƏƏƏ BİR-BİR (ÜRƏYİ XƏSTƏLƏR OXUMASINLAR)

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
enter.news xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarov ifadə verib. General ilk olaraq YAP-ın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəhbəri Tağı Əhmədovun 3 milyonunu ələ keçirilməsi epizodu üzrə danışıb.
Akif Çovdarov deyib ki, Tağı Əhmədov işdən çıxarılandan sonra quruma yeni rəis təyin olunan Zaur Həsənov ona zəng edib: “Mənə dedi ki, stansiyaların çıxışlarından sökülən obyektlərin icarədarları metroya girişi bağlayıb, askiya keçirirlər. Mən də dedim ki, bu barədə polisə məlumat vermək lazımdır. Zaur Həsənov dedi ki, polisə demişik, onlar bacarmır”.
A.Çovdarov deyib ki, bundan sonra rəhbərliyə məlumat verib: “Mən hadisə barədə nazirliyin rəhbərliyinə müraciət etdim, onlar da ölkə rəhbərliyinə məruzə etdilər. Göstəriş verildi ki, araşdırılsın. Biz də araşdırdıq və bəlli oldu ki, metrostansiyaların çıxışlarında 1200 obyekt var. Bunlar da 2007-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin, sonra isə Bakı Metropoliteninin balansında olub. Həmin obyektlərin aylıq icarə haqqı 200 dollardan 3 min dollara kimi idi. Bunlar da 3 aylıq icarə pulunu öncədən alırdılar. Tağı Əhmədov işdən çıxandan sonra da yeni rəhbərlik köşkləri ləğv etmişdi. Aksiya edənlər verdikləri icarə haqlarını tələb edirdilər”.
Çıxışında general deyib ki, sökülən obyektlər Tağı Əhmədovun hakim işləyən oğlu Rauf Əhmədovun yaxın dostları arasında bölüşdürülübmüş: “Tağı Əhmədov ötən iclasda dedi ki, ildə 120 min manat icarə pulu verib. Ona sual verilməlidir ki, 1200 köşkün icarəsi 120 min edirsə, belə çıxır ki, biri 8 manat 50 qəpik olub? Həmin vaxt icarədarlardan alınan 3 aylıq ödəniş 5 milyon dollardan artıq idi. Biz bunu da rəhbərliyə məruzə etdik. Dövlət rəhbərliyi bizi çağırıb, detallı araşdırma aparıb, Metropolitenin fəaliyyətinin yoxlanılmasını tapşırdı. Metropoliten hər il dövlətdən subsidiya alsa da, bu qədər gəlir əldə edirmiş”.
Generalın sözlərinə görə, detallı araşdırma aparılan zaman bəlli olub ki, metrostansiyalarda aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və onun pulu Tağı Əhmədovun cibinə gedirmiş: “Bütün bunları bizə Tağının qardaşı oğlu Şövqi Əhmədov dedi. Buna görə də Tağı Əhmədov öz qardaşı oğlundan imtina edib”.
Tağı Əhmədov barəsində sensasion sayılacaq açıqlamalar verən Çovdarov çıxışına bunları əlavə edib: “Bundan başqa biz agentura xəttimiz vasitəsilə müəyyən etdik ki, təzə vaqon adı ilə Moskvadan işlənmiş vaqon alıb “kraskalayıb”lar. Bununla da 11 milyondan çox dövlət vəsaiti mənimsənilib. Hər 4 jetondan birini əldə etməklə aya 300 min manat pul qazanırdılar. İşıq puluna görə “Azərenerji”yə 4 milyon manat borcları var idi. Onu da mənimsəmişdi”.
A.Çovdarov daha sonra Tağı Əhmədovun əmlakları barədə danışıb: “Bunlar üzə çıxandan sonra biz Tağı Əhmədovun əmlaklarını da müəyyən etməyə başladıq. İndi yadımda qalanları deyəcəm. “Sahil” metrosunun üstündəki binada 4 mənzil, “Yeni Həyat” yaşayış kompleksində 4 mənzil, Neft Akademiyasının əsas korpusu ilə üzbəüz 7-8 dükan, Bakıda 6-7 bağ evi, Yasamal rayon məhkəməsinin yeni binasının arxasındakı “Kolizey” və “Şəhrizad” restoranları, Dubayda elit yaşayış kompleksində yerləşən otelin bütövlükdə 3 mərtəbəsi, Dubayda bir böyük ticarət mərkəzi... Bundan başqa, Tağı Əhmədov Xarici İşlər Nazirliyində işləyən oğlu Ruslan Əhmədov vasitəsilə 17 milyon dollar pulu ofşor hesablarla ölkədən çıxarıb. Dubaydakı oteli və ticarət mərkəzini də bu pulla alıb. Moskvada metro çıxışında 5 milyona 120 kvadratmetrlik dükan alıb, arendaya verib”.
Akif Çovdarov Tağı Əhmədovun bank hesablarındakı pulları haqda da danışıb. O, bildirib ki, Tağı Əhmədovun təkcə “TexnikaBank”da 13 milyon dollar pulu olub: “Digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb ofşora yatırmışdı. Qalan 4 milyonu da Ruslan Əhmədov müxtəlif qohumlarının adına 30-50 min miqdarında köçürmüşdü. Qohumları hesablardan pulu çıxarıb əlbəəl Ruslana vermişdilər, bunun kamera görüntüləri də var idi. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi. Biz məlumatları toplayıb rəhbərliyə təqdim etdik. Bizə cavab verdilər ki, hələ gözləyin, məlumatları özünüzdə saxlayın, prokurorluq istəyəndə verərsiniz. Sonra mən prokurorluqdan yüksək vəzifəli şəxslə əlaqə saxladım və telefonda hansı məlumatlar olduğunu ona dedim. Həmin şəxs dedi ki, “Bu, bombadı, partlaya bilər, qoy özündə qalsın. Sən onu bizə göndərsən, biz gərək qeydiyyata salaq, onda da ortaya çıxacaq”.
Məhkəmədə çıxış edən prokuror isə qeyd edib ki, Tağı Əhmədov haqda prokurorluqda heç bir araşdırma aparılmayıb. A.Çovdarov isə prokurora belə cavab verib: “Sən məndən bunu soruşma, soruş ki, mən prokurorluqda yüksək vəzifəli şəxs olan kimlə danışmışam”. Amma prokuror bu sualı dinləməklə kifayətlənib.
Prosesin davamında Çovdarov Tağı Əhmədov barəsində danışmaqda davam edib: “Tağı Əhmədovun mənə pul verməsi yalandır. Bir dəfə nazirliyimizə 10-12 minlik yüngül maşınlar lazım idi, rəhbərlik məsləhət gördü ki, əməkdaşlıq etdiyimiz qurumlardan istəyək, onlar da hədiyyə etsinlər. Mən Rəsula dedim ki, get Tağıya de, lazımdısa nazir müavinin adından rəsmi məktub da yazaq. Onda Tağı demişdi ki, “3-5 min verə bilərəm, üstünü özünüz düzəldərsiz”. Mən bilirdim ki, Tağının arxasında kim var, ona görə də bu məsələnin üstünə getmədik. Tağı Əhmədov 3 milyon yox, 15 milyon da versə idi, mən onu bağlaya bilməzdim. Tağı Əhmədovun arxasında kimin olduğunu da onun daha əvvəlki işində bildik. O, metro üçün işlənmiş mikrosxemləri avtobusda xüsusi hazırlanmış gizli saxlanc yerində ölkəyə gətirirdi. Biz həmin avtobusu nəzarətə götürdük. Sürücü bizim onu izlədiyimizi bildi, onu saxlamaq istəyəndə işçimizin birini avtobusla vurdu, o, xəsarət aldı. Sumqayıt postunda sürücünü saxladıq, məsələni rəhbərliyə məruzə edəndə bizə dedilər ki, Tağı Əhmədovla işiniz olmasın”.
A.Çovdarov bildirib ki, Tağı Əhmədovun ondan şikayət etmək fikri olmayıb: “Şikayət edəndən sonra da peşman olmuşdu. 2016-cı ildə də ərizəsini geri götürmək istəyirdi, neçə yerdə də demişdi ki, bu yaşımda mənə lazım idi bu? Onu şantaj etdilər, oğlu Ruslan Əhmədov içkili vəziyyətdə qəza törətmişdi, adam ölmüşdü. Ruslan da ANS-in kamerasına düşmüşdü. Tağı da bu məsələyə görə məcbur olub mənim əleyhimə yalan ifadə verdi”.
Məhkəmə prosesi iyulun 18-də davam etdiriləcək.
Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

enter.news

“Arvadını, nəslini həbs etdirəcəm”- Eldar Mahmudovun 22 milyon istədiyi iş adamı kimdir?

“MTN çetesi”nın qanunsuz əməlləri barədə daha bir epizod üzə çıxıb. Bu dəfə MTN özbaşınalıqlarını ləğv edilmiş nazirliyin sabiq əməkdaşı danışıb.
Ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq vəzifəli şəxslərinin cinayət əməllərinin qurbanları olanlar haqda istintaq orqanına danışan Abbasov Emin Seyid Ağa oğlu maraqlı faktlar açıqlayıb.
Musavat.com yazır ki, Emin Abbasov Xəzər rayon icra başçısının birinci müavini olmuş Ələkbər Heydərov və Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xəzər rayon şöbəsinin rəis müavini olmuş Rauf Sultanovdan hədə-qorxu yolu ilə külli miqdarda pul alınması epizodu üzrə ifadə verib.
İş üzrə şahid qismində dindirilən Emin Abbasov kimdir? O, 1992-ci ildən 2010-cu ilin aprel ayınadək ləğv edilmiş MTN-nin Hərbi Əks Kəşfiyyat Baş İdarəsində müxtəlif vəzifələrdə işləyib, polkovnik-leytenant rütbəsində olub. Sonuncu vəzifəsi Hərbi Əks Kəşfiyyat Baş İdarəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunların və Ədliyyə Nazirliyinin hərbi qurumları üzrə şöbənin rəisi olub. Həmin vaxt Baş idarənin rəisi 2005-ci ildən general-mayor Nizami Şirinov olub.
Sabiq MTN zabiti E.Abbasov ifadəsində göstərib ki, 2007-ci ildə Nizami Şirinov öz xidməti otağında Vüqar Ağayevi iş adamı kimi ona təqdim edib və həmin şəxslə münasibət qurmağı, dostluq etməyini tapşırıb. “Vüqar Ağayevin tikinti şirkətləri və torpaq sahələri var idi. Onun iş adamı və bacarıqlı sahibkar olduğunu gördüm. Bir gün təklif etdim ki, qardaşım Elxanla bir yerdə iş qursunlar. Qardaşım Şüvəlan qəsəbəsində fiziki şəxs kimi xırda buynuzlu heyvandarlıqla məşğul olurdu. Qala qəsəbəsində 5 hektar torpaq sahəsi var idi. Həmin torpaq sahəsini qardaşım 49 ilə Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan Zirə Südçülük sovxozundan icarəyə götürmüşdü. Qardaşımla məsləhətləşib ərazidə fərdi evlər tikməyi planlaşdırdıq. Bu işdə Vüqar da bizə dəstək verdi. Sonra Vüqar torpaq sahəsinə baxış keçirən zaman həmin yerdə hündürmərtəbəli bina tikməyin mümkün olduğunu söylədi. İşə başlamaq üçün 200 min dollar verəcəyini də dedi. Bir neçə gün sonra Vüqar Ağayev qardaşım Elxana 100 min dollar verdi”- Emin Abbasov ifadəsində bildirib.
İşlərin yaxşı getdiyi vaxtda rəisi Nizami Şirinovun onu yanına çağırdığını deyən E.Abbasov gözləmədiyi vəziyyətlə qarşılaşıb: “İşlər başlamışdı. Təxminən 1 ay sonra Nizami Şirinov məni çağıraraq Vüqarın verdiyi pulun onun olduğunu dedi. İşin içində özünün olacağını bildirdi. Təxminən 10-15 gündən sonra Vüqar yenidən qardaşıma 100 min dollar verdi. Bundan sonra həmin ərazidə işlər intensiv şəkildə aparıldı, torpaq planirovka oldu, torpağın kadastr planı çıxarıldı. 2009-cu ilin aprel-may aylarında “Bakı Əyləncə Mərkəzi”ndə Vüqarla görüşdük. Dedi ki, özünə məxsus Nobel prospektində “Ağ şəhər” adlanan ərazidə torpaq sahəsini pula ehtiyacı olduğu üçün satmaq istəyir, amma nazir Eldar Mahmudov və Nizami Şirinov buna imkan vermir. Vüqar torpaq sahəsinin Eldar Mahmudova veriləcəyini, lakin ona heç bir məbləğdə pul ödəmək niyyətində olmadıqlarını bildirdi. Vüqarla axırıncı görüşüm MTN-nin Nərimanov rayon idarəsinin yanında 2009-cu ilin avqust ayında oldu. Vüqar dedi ki, Eldar Mahmudovun yanından gəlir, Nizami Şirinov da orada imiş. Vüqar dedi ki, onlara külli miqdarda borcunun olduğunu deyərək əmlaklarını özlərinə götürmək istəyirlər”.
Sabiq MTN zabiti bildirib ki, Eldar Mahmudovla Nizami Şirinov iş adamı Vüqarın əmlakını tələb edərkən qardaşı Elxanın adına olan 5 hektar torpaq sahəsini tələb ediblər: “Vüqar sonuncu görüşdə dedi ki, bir müddət burada olmayacaq. Qardaşımın olan torpağı onlara verməməyimi tapşırdı. 2009-cu ilin sentyabr ayının ortalarında Nizami Şirinov məni otağına çağırıb qışqıra-qışqıra Vüqar Ağayevin qaçdığını dedi. Onun arvadını, bütün nəslini həbs etdirəcəyini dedi. Nizami Şirinov Vüqarın onunla naziri üzbəüz qoyduğunu, Vüqarın nazirə 22 milyon manat borclu olduğunu söylədi. Vüqar Ağayevin 20 hektar torpağının sənədini, həmçinin qardaşıma verdiyi 200 min manatı tələb etdi. Nizami Şirinov bölmə rəisi işləyən Daxili Qoşunlara nəzarəti həyata keçirən Qüdsi Maniyevi yanına çağırdı. Maşınımın şüşəsini sındırıb orada olan torpağa dair sənədləri götürməyini tapşırdı. Ancaq Qüdsi Maniyev buna etiaz etdi”.
E.Abbasov Nizami Şirinovun hədələrindən sonra qardaşının torpaq sahəsini və iş görmək üçün Vüqar Ağayevin verdiyi 200 mini ona qaytardığını bildirib: “Vüqarın qardaşıma verdiyi 200 min dolların əvəzində 200 min manatı Nizami Şirinovun hədə-qorxusu nəticəsində xidməti otağında ona verdim. 150 mini qardaşımdan, qalan hissəsini isə dostum Həmid Sultanovdan almışdım. Lakin Nizami Şirinov yenə də əl çəkmədi. Polkovnik-leytenant Elman Tahirov vasitəsilə qardaşıma məxsus 20 hektar torpaq sahəsinin sənədlərini gətirməyi, əks halda həbs olunacağını bildirdi. Məcbur olub 19 noyabr 2009-cu il tarixdə Nizami Şirinovun dediyi Eldar Mahmudovun qohumu olan İmanova Billurə Məmməd qızının adına Vüqarla şərik olduğu 5 hektar torpaq sahəsi ilə bağlı baş etibarnamə verdik. Bundan bir müddət sonra Nizami Şirinov yenə təhdid etməyə başladı. Əlavə 50 min istədi. İdarə rəisi işləyən polkovnik-leytenant Elman Tahirov vasitəsilə 2009-cu ilin noyabr ayının axırlarında 50 mini Nizami Şirinova verdim. Torpaq sahəsi də Elman Tahirovun iştirakı ilə nazirin qohumu olan qadının adına etibaranmə əsasında qardaşım tərəfindən verildi”.
Eldar Mahmudov işdən çıxarıdlıqdan sonra pulunun bir hissəsini geri aldığını deyən Emin Abbasov bunları deyib: “Elman Tahirovdan aldığı 50 mini tələb etdim. 2015-ci ilin noyabr ayının ortalarında Elman Tahirovla görüşdüm və MTN-nin Akademiyasının qarşısında 3 dəfəyə, 1-ci dəfə 10 min, 2-ci dəfə 10 min, 3-cü dəfə isə Ayna Sultanova heykəlinin qarşısında 3 min manat qaytardı”.
İfadəsinin davamında Emin Abbasov MTN-dəki digər özbaşınalıqlar barədə də danışıb. Sabiq MTN zabiti bildirib ki, onda olan məlumata görə MTN-nin Anti-terror mərkəzi, Hilal Əsədovun rəhbərliyi altında Elçin Quliyev və İlqar Əliyevin iştirakı ilə Xəzər rayon icra başçısının müavini Ələkbər Heydərovun barəsində 2011-ci ildə guya saxta sənədlə bağlı əməliyyat keçiriblər. Bu zaman Ə.Heydərovdan 550 min manat alıblar. Bundan başqa həmin MTN dəstəsi Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestr idarəsinin Xəzər rayonu üzrə şöbəsini bağlatdıraraq heç bir bir rəsmiləşdirilmə aparılmadan həmin şöbənin rəisi Rauf Sultanovu saxlayıb ondan 150-200 min manat civarında pul alıblar.

İlkin Muradov        musavat.com

Qulu Məhərrəmli özünü ləyaqət mücəssəməsi kimi qələmə verməyə çalışır

İlhamə Novruzova

Qulu Məhərrəmlinin “humanizminin” arxasında sadəcə biabır olmaq qorxusu və hiyləgərlik durub

Qulu Məhərrəmlinin mənimlə bağlı şikayət ərizəsini geri götürməsi haqda məlumat yayılıb. Bəlkə də kimlərsə “Nə yaxşı, jurnalistlər məhkəmədə çəkişməməlidir, bitsin daha…” yaxud “Nə humanist addımdır” deyə fikirləşir. Haqlı ola bilərdiniz, əmmalar olmasa idi…
Məşhur “Üzrü günahından betər” məsəli bu yerdə yadıma düşür. Məhərrəmli bu addımı elə atıb ki, onun məni məhkəməyə verməsi “toya getməli olub”. Sən demə o mənim qadın və ana olaraq, cavabdeh qismində məhkəmə salonlarına ayaq döyməyimdən narahat olub. Əcəba kamali-ədəblə şikayət ərizəsini hazırlatdıranda, sonra prosesin getdiyi 4 ay ərzində o mənim qadın ya ana olduğumun fərqinə varmamışdı? Q. Məhərrəmli, indi özünüzü ləyaqət mücəssəməsi kimi qələmə verməyə çalışırsınız. Bəs nümayəndəniz Nicat Gözəlov şəxsən sizin təlimatınız əsasında məhkəmədə məni hüquq etikasına sığışmayan formada çeşidli epitetlərlə “bəzəyəndə”, məni az qala qruplaşmış mafiya dəstəsinin üzvü kimi qələmə verəndə, əlaltılarınız sayt və sosial şəbəkələrdə haqqımda böhtan və olmazın təhqir yazanda, siz də oxuyaraq, ləzzətlə “like”layanda mənim analıq hisslərimi ya keçirəcəyim sarsıntıları niyə unutmuşdunuz görəsən? Yaxşı, lap tutaq ki, Q. Məhərrəmli bu situasiyada öz təbirincə desək, vicdanlı münasibət sərgiləmək istəyib, mənim yazdıqlarımla müqayisədə “qat-qat  az günah sahibi olan” Rauf Rəcəbovu niyə bağışlamayıb? Milli Mətbuat gününün kişi-qadına nə aidiyyatı var idi ki? Media işçisi elə media işçisidir, həmkar da həmkardır…
Əslində Q. Məhərrəmli zamandan məharətlə istifadə edib. Məhz jurnalistlərin bayram günündə xanım həmkarına qarşı iddiasını geri götürməsi məsələdən bixəbər kəslər üçün çox effektli təsir bağışlaya bilərdi. Amma bu heç də belə deyil. Çünki nəzərə alsaq ki, hazırda proses hansı mərhələdədir, Q. Məhərrəmlinin bu taktik gedişinin səbəbi tam aydın olar. Nəsimi rayon Məhkəməsinin 14 iyun 2016-cı il qərardadı ilə onun əsərlərindən biri- “Televiziya jurnalistikasının əsasları” metodik vəsaiti Müəllif Hüquqları Agentliyinin mütəxəssisi cəlb olunmaqla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Rəsmi qəbul ediləcək istənilən qərara sayğı göstərəcəyəm, amma şəxsən mənim üçün sonuc bəllidir. Çünki görünən dağa bələdçi lazım deyil! Q. Məhərrəmlinin bu əsəri (yeri gəlmişkən yalnız bu deyil!) Kuznetsov, Tcvik, Yurovskinin əsərindən plagiatdır. Bu perspektivi öncədən görən Məhərrəmli çəkinib ki, bu fakt kimi açıqlansa, həm ictimaiyyət arasında böyük rezonans doğuracaq. Üstəlik indiyədək ona kor-koranə “ləbbeyk” deyib, difiramblar oxuyan, “böyük alim”, “nurlu ziyalı” epitetlərini yağdıran bəzi tələbələri, “yeyib-içmək”dostları, çevrəsi də alimlik statusunu şübhə altına alacaq.
Bunu proqnozlaşdıran Məhərrəmli əla gediş edib: məni-jurnalist qadını bağışlayıb ki, rəy hazır olmamış məhkəmə prosesi dayandırılsın! Ancaq yadından çıxarıb ki, artıq məhkəmə predmetinə çevrilən və bu mərhələyə qədər gəlib çıxan bir məsələ yalnız onun istəyi ilə sonuclana bilməz.
Görünür Q. Məhərrəmli zərgər dəqiqliyi ilə bu jestinin ona qazandıracağı plyusları götür-qoy edibmiş. Sadəcə unudub ki, əfv edən, humanist imici Tanriya və ölkə başçısına xasdır. Onun “humanizminin” arxasında isə sadəcə biabır olmaq qorxusu və hiyləgərlik durub.
Əslində Q. Məhərrəmlinin kişilik nümunəsi göstərərək məni “əfv” etməsi və gender məsələsinə gəldikdə, ilk gündən bir şey düşünürdüm: axı o mənim haqlı olduğumu gözəl bilirdi! ABŞ səfərində baş vermiş hadisələri də, yazdığı əsərlərdəki açıq-aşkar plagiat faktlarını da… Ancaq bu ona mənə qarşı oyun aparmağına, insanları üzərimə yönləndirməyinə mane olmadı.
Odur ki professor, bəlkə siz indi məni deyil, özünüzü bağışlamağa cəhd edirsiniz? Mənim şərəf-ləyaqətimə, mənə qarşı atılan böhtan və təhqirlərə görə… Bu addımı atmaqla azacıq da olsa belə vicdan əzabından (əgər varsa təbii) azad olmağa cəhd göstərirsiniz Amma çifayda… Mən sizi bağışlamıram! Çünki mən Sizin kimi nə şahmatda, nə də həyatda oyunçu deyiləm! Fərqimiz də elə budur!
P.S. Bu arada hansı tanınmış qələm sahibi, xanım həmkarlarımın və hüquq müdafiəçilərin mənimlə bağlı sizdən etdiyi acizanə təvəqqələri də açıqlasaydınız… Kimdir o mifik şəxslər?

Qeyd: Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir.
realmedia.az