20.07.2012

İbrahim Sel. Dembel boyatıları

Военные приколы_Прикольные фото_Романтические фото-обои на рабочий стол_Качественные веселые фото с военными приколами Dembel boyatıları -1
Upuzun gecə


Bir balış altda
bir balış üstdə
başımı soxub yatsam da
açılmır sabah, yata bilmirəm
ikimərtəbəli çarpayının
üst hissəsində uzanıb
saatlarımı sayıram
kazarmanın yarıqaranlıq küncündəsə
dembellər yığışıb
nəsə oxuyurlar pıqqıldaşaraq
Xeyr
onlar poeziya çələngi oxumurlar
nədə dembel bloknotu
yenə də qadının cinsi orqanının
taktiki-texniki xüsusiyyətlərindən
bəhs edən kitab düşüb əllərinə
qırışmalların

Neyləmək olar,
ta Əliağa Şıxlinski dönəmindən
qara deşik cəzbindədir
püskürən artilleriya
Nədən ki biz duyğyların
maqnit sahəsində yarıməsirik
sevgi ilahəsinin hökmündədir
topçu yazıq da
başqa məxluqlar kimi
mən də
səhərin gözü açılmamış
yanına gəlmək istəyirəm
Darıxmışam, Sara
Yanını istəyirəm
Dembel qardaşlarım çağırsalar da
məni o kitab maraqlandırmır, Sara
Onlar bilməsələr də
sən ki bilirsən
yanını istəyirəm.
“Bura çox dardır,
bəlkə qabağa keçəsən” deyərsən
”Sənə guya ləzzət eləmir ki”
deyə işə başlaram astaca
Gah yalvararsan çıxart,
gah yalvararsan sal
sən də qəribə qızsan, Sara
mənim dar gözəlçəm
Orqazmo da soyuq kimidir
adamın iliyinə işləyir
adamın sümükləri gizildəyir
Heyf, bundan sonra
sevmək qorxusu yaşayırsan
sən demə sevməkçün
ayrılıq da lazımmış
həllini bilmədiyimiz həyat tənliyində
ayrılmaq əslində sevməyin
asan həlliymiş sən demə
Mülkidə indi hamı kefdədir
kimsə yol gedir
kimsə yol gəlir…
içi boş otağın qapısı döyülür
“Dostlardır”-
kimsə gözlükdən baxıb gülümsənir
hardasa stolun üstündə kolbasa, şprot
və rus arağı…
və mənim sevdiyim xiyar turşusu
bəzən kölgələr görərsiniz
pərdə ardında gəzinən
bəzən də incə qəhqəhələr eşidərsiniz
Kimsə hardasa ad gün günündə
durmadan konyak qovur
saat on ikidən sonra içilən
bütün içkilərsə adamı uydurur
Kimsə kimisə haradasa gözlətdirir
oblom eyləyərək
kimsə kimisə razborkaya çağırır
kiminsə bu gün
köşəsi var, şantajı var
hansısa qəzet səhifəsinə
Hansı kişininsə ürəyi çırpınır
nəfəsindən bilinir
qaça-qaça
Hansı qadınısa ağlamaq tutur
ehtiraslı orqazmdan sonra
Üstündəki kişininsə xorultusu
başına alır evi…
Mənimsə ürəyimin antennası
yalnız səni tutur
Çox pisliklər gördün məndən, Sara
Sevdiyim və ya bilmirəm
bəlkə sevmədiyim üçün
səni söyərdim
hər təhqirin ardından
bədənimizin qovuşması
ehtirasların başlanğıcına dönüşərdi…
Amma indi sənin bədənin
kimin xəyalıyla isinir
onu bilmirəm…
Mənim əsəbi gözəlçəm
mənim şeytancığım
bilmirəm nədən səni görən kimi
gözlərim parıldayır
hə-hə, sanki gözlərimdə şam yanır…
İndi ürəyimdən qatar relsləri keçir
Daha on günüm qaldı, Sara
ütülə qırışmış kostyumumu
Tozsoranla süpür tulla oynaşlarının
xatirə tör töküntülərini otağından
bir az da pul tap papandan
Hərdən pis yuxular görürəm, Sara
Görürəm ki, lümpenlər inqilab edirlər
Bəlkə də dağınıq yaddaşımın
səhifələrindən gəlir bu inqilab havası
səpələnmiş, parakəndə duyğularım
yenə sola, sola, sola!
Siz burjuyları qırırlar yenə
qaça-qaça tez özümü
qapınıza yetirirəm
-Ey insanlar!
Bu nə həngamədir?!
Mən yoxam…
Yox olmuşam!
Dəli olmusunuz- nədir?
Mənim Saramı…
Çıxın çölə
Bu mənzildə yuvası yox
axmaq hörümçəklərin
Bir sən varsan, bir mən
Sənsən gözəl- Etalon…
Və sən başını söykədin köksümə
əynində pantalon
güclü qollarımla
çəlimsiz çiyinlərini
mən də basıram bağrıma
Elə bu dəm
işığı yandırdılar:
-1-ci, 2-ci batareya,
Qalx!..


Dembel boyatıları -2
Təsir                                                                                                                                                


Vətən yolunda
göbələk oldum
Военные приколы_Прикольные фото_Музыкальные фото-обои из музыки_Красивые прикольные фото с военными приколамиözüm yox
barmaqlarımın arası.
                                  İntiş


-1-ci, 2-ci batareya,
Qalx!
bağıraraq çarpayıları təpikləyir
bu raxit növbətçi
Tumboçkanın gülü adlandırdığımız
bu Xındırıstan uşağı.
Lənət sənə, kor şeytan!
Yenə sükutdan bizi
hirsimiz oyadacaq
Dəmir şkonkalar arasında
gözlərimi ovuşdururam
buz kimi soyuq əllərimlə.
Gözlərimi deşir az qala
barmaqlarımın buz kimi soyuqluğu
Elə heç istəməzdim
duram
yalvarardım az qala
“Nolar bir azca da qalaq
yuxuda ikimizcə…”
Elə ki dolayardım
qollarımı boynuna
toxtayardım eləcə
dünyanın bütün küt ağrıları
çıxardı bədənimdən
Mənə səndən
iynənin ucu boyda ümid gərək
Hamısı yadıma gəlir, Sara…
“Vaxtdır!” kimsə mırıldanır
ayrılıq xəyallardan
üz qırxdığımız jiletdən
ayrılırıq itələnərək sıralara
zamanın sərt əliylə.
Üz gözündəki su damlası
dembelə göz yaşlarını gizlətməkçün
gözəl bir şansdı.
Siyahıdan oxuyurlar:
“Filankəs!”
Kimsə deyir “Burda!”
Qabağımda gənc əsgərlərin
üzülmüş, nazik boğazlarının
kantı vurulmuş peysərləri
yan-yana.
Oho, bu gənc zabit deyəsən
mənim də adımı çəkir.
“Tutaq ki, mən”
“Olmadı! Başa düşmədim.
Çaşmısan, əsgər?!”
“Dembeldir” sakitləşdirir onu
yanındakı baş leytenant-
mənim “ober litinant” adlandırdığım
batareya komandirimiz
Yenə gidişir çiyin-başım
qoltuğumun altından bir bit tapıb
çıxarıram ləzzətlə yenə
kayf verir mənə bu qanımızı
soran yırtıcıları qıranda
iki dırnağımın arasına qoyub
çırtaçırtla partladanda
istəyirsən birini də
tapım çıxarım
Biri də deyəsən sol çiynimin
üstündə gəzişir axı
lap mələklərin əyləşib
günahlarımızı yazdığı yerdə şoğərib
Bilmirəm günahlar yazan
sağda əyləşir, ya solda
bircə onu bilirəm ki,
savabları yazan
heç bir iş görmür dannı moment
bir şey yoxdur yazmağa
bekardır, başa düşürsən, Sara
Atan demişkən, sadəcə, havayı maaş alır.
Eh, Sara, həsrət vurdu yenə
kəllə-çarxa
unutmaq olmazmış səni
sən elə düz deyirmişsən
itirincə anladım bunu…
Oho, bit qoy gözləsin!
Böyrümdəki gənc əsgər
Yaman qımıldanır
Nə olub, bit düşüb
dünyanın orqaniziminə?
Deyəsən gənc əsgərin
fırlanma mexanizminə
kimsə barmaq eləyib.
Düzdür, əsgər?
Düz dur, əsgər!
Yoxsa şıllaq yemək istəyirsən?
Yoxsa qabağımdakı gənc əsgərin
peysərinə yumruq ilişdirim ki,
sənə də dərs olsun, hə?
Farağat!
Düz dur, gənc əsgər!
Qollarını sal yana
irəli düz bax
yoxsa deşiyindən tüstü çıxacaq
Sənin hələ dembel olmağına
çox var, mənim balam
sən hələ çox dırnağınla
yer eşəsən gərək.
Alpinist kimi düz divarlı dağa
dırmaşarsan
oçko deşiklərini hələ çox
parıldadarsan
buksirdəki topun təkərləri
az qalar çıxa üstünə,
xəşilləyə səni
odda yanmaz, suda batmazsan
çöllükdə hələ çox perlova gəmirərsən
Sən hələ çox qıy vurarsan
mənim yerimə dembel olmaq üçün
Odur ki, düz dur
vətənə xidmət elə
bir az fırlat
bir az işlə
bir az daş at
bir az düş yat
bir az öyrən
bir az diyirlən
Hər şeyə birdən yox demə
Yoxsa oçkoya basarlar
dembel qardaşlarım səni
Hər şeydən bir az
Nə az, nə çox
Bax beləcə
günlərini vur başa
Başa düşdün?
Ay çox yaşa!
Mənsə yağımı sənə verərəm
yeyərsən hər səhər
qoy gönün qalın olsun
Paqon təpiklərinə dözəsən
Qoy bədənin heyli olsun
gecəki qoqludan sonra
üzülməyəsən
Məndən sənə məsləhət
hasarın o üzündə gəzişən
yarıçılpaq xalalara az bax həsrətlə
Qardaş canı düz deyirəm
Sevirsənsə təmiz sev
mənim kimi
güclü sev
çünki güclü sevənlərin
əks tərəfə
güclü də nifrəti olur
mənim kimi
Düz demirəmmi,
xəyalımdakı çılğın Sara?
Sən ki bilirsən
Təsir əks təsirə bərabərdir…


Dembel boyatıları -3
Hirs.
           
Bilirsən?!
Mən əslində
Səni görmək istəyirəm.
                                     Çılğın Sevinc


Səni oda atmaq
oddan qurtarmaq
sonra yenidən oda atmaq
üstünə su çiləmək
beləcə
özüm istədiyim kimi eybəcər
hala salmaq istəyirəm.


Səni suya atıb
başından basaraq
boğmaq istəyirəm
səni suda batıb
boğularkən qoynumda
sahilə çırpmaq
nəfəsinə nəfəs qatıb
oyatmaq istəyirəm
nədənsə…


Səni qatar altına
itələyib
son anda jaketindən
dartaraq yerə kolazlamaq
istəyirəm
Sonra sənə baxıb yerinə
göynəmək istəyirəm.


Səni o ipək saçlarından tutub
başını daş üzlü divara çırpmaq
sonra ayağımdakı botinkayla
əndamına döşəmək,
döşəmək, döşəmək…
Sonra dağılmış əndamını
özüm bildiyim kimi
yığaraq düzmək
bir başqa ləzzət…


Gözlərin bərəli qalır
Niyə başa düşmürsən
Mən əsgər gedərkən
Sən heç kimin əlinə düşməyəsən deyə
səni öldürmək istəyirəm
Mən gedirəm
əlləri uzalı qalıb
əllərimin
Həmişə ayrılıq vaxtı gələndə
vəhşi olur sevgi ehtiraslarım
sənin çılğınlığını, ehtiraslılığını
düşünərkən
xəyallarımın bolluğundan
hücum çəkir vahimələr…
     
Gəl içək!


Любовь… и войнаNə desəm az. (S. Ç.)


Bir söz demək istəyirəm sənə
qulağına
heç kəsə deməzsən, yaxşı?
Qoy heç kəs bilməsin-
“İstəyirəm öləsən mənimçün!”
Gülmə zarafat eləmirəm.
Bilirəm mən cığalam
Oynamaq istəmirsən
bir daha
iki xəyanətimə göz
yummusan
bir daha yummaq istəmirsən
Bilirəm bu dəfə
istəyirsən mən yumum
gözlərimi
Yox, onu görməyəcəksən!
İncimə! Mən buna dözmərəm
Mənasız illərinə
heçə paylanan
günlərinə, aylarına
ağlayan qadınlar kimi
mısmırığını sallama gəl
İçməyinəsə bir söz demirəm
İstəyirsən özüm süzüm
Yırğalanan bədənindən
əllərindən tutub
deməyəcəyəm: “bəsdir, içmə!”
Gəl lap bir yerdə içək
Sən mənim sağlığıma
Mənsə sənin saflığına…


Sənsiz ilk qar


Səni elə bil
bəmbəyaz qardan düzəltmişdilər
картинкаMənim qar oyuncağım!
İsti yatağa girəndə
gözlərimin önündəcə
ərirdin
Sənin qar soyuqluğun
Şərq baharının istisindən
bərk yandırırmış adamı
Mən bunu sənsiz ilk qar
yağarkən anladım
Elə bil bu qarda
yox oldu həyat
Kimsə bilmədi nələr
çəkdiyimi
Nələr qaldı qarlı yolda
nələr itdi
gəl
yaşamaq istəyirəm
səni yenidən
istəyirəm
olmur
Tale deyilən nəsə varmış
Elə hey dediyini deyir
qoymur adam kimi
yaşamağa
Səni itirmək bahasına
başa gəldi bu bahar
Ayrılıqlar qovğasında
tuş gəlincə həyatım
sən durdun astanada
əl yelləmək qaldı mənə
mənim qar oyuncağım.
Başımda dolaşan qar havasının
qüssəsindən daşa-daşa
sevincdən hər an
bir qarış uzaq
İztirablar yollarında
sürünürük yavaş-yavaş
Yar, yar!..
Gəl gör məni darmadağın
Tel-tel sökülüb qalmışam
Yar, yar!
Qanımın çəyirdəyində tikan,
Gözümün bəbəyində sitəm var
Hisslərimin çılğın bağırtıları
yollara çırpılır
hirsimdən öldürmük istəyirəm
qardan başqa qaramatları
Yenə qış gələcəkmiş
Səni unutmaq nə zor
qar yağırsa başına
yaraşıqlı şəhərin
Səni unutmaq nə zor
qar yağırsa başına
gur işıqlı yerlərin
Səni unutmaq nə zor
qalxa-qalxa, çökə-çökə
qar dolursa
yaş axan gözlərinə
ölmüş arzuların matəm marşını
oxuyur göz yaşlarıyla
qar suyunun inikası.
Səni unutmaq nə zor
bir qız ötüb keçirsə
sən geyən paltoda asta-asta
Bir də qar yağacaqmış…
Sakit-sakit, nazlı-nazlı
yağan qar…
Daha mən o qar adamı
görməyəcəyəm…


Ey ana Vətən!
(olduğu kimi)


картинкаBu dünyanın baş daşına
salacaqlar:
«salım başına bu dünyanın»
                                    (S. Ç.)


Kriminal xəbərlərində
“İntihar etdi!”
deyəcəklər.
Aha!
Mən də varmışam…
Nə tez anladın?!
Onda
ağlama!
Yoxluğuma ağlama!
İtirmək bu qədər asan-
hardan biləydin,
necə inanasan?!
Ağlama,
onda ağlama
Mən səninçün yaranmışdım,
səninçün də öldüm.
“Səninçün ölərəm!” deyirdim
Gördün?!


Kübar xanım
(Qul bazarında duran fəhlənin dilindən)


Nə qədər yaxında olsan da belə
O qədər uzaqsan,
kübar xanım
Sən kübar, mən qaba.
Ayaqlarımın altı qabar
Əllərimin içi
İçimdə bir qacaq qübar
Kim bilir
hansı uçurumlardan aşdı
ayrılıq mənə qədər-
daş-torpaq qoxusu
ayaqlarımda
Səninsə əllərində
milyonların əl yeri
Gendən baxan deyər
nə dərdin, nəyin çatışmır
Ancaq kim bilir,
hər şeyi qurban verərdin
bir dəli sevgiyə, kübar xanım.
Həyatda qovuşmaq şansımız yox
Sağ ikən qovuşa bilməyənləri,
bizdə derlər ölüm qovuşdurar,
kübar xanım…
Создаем в Фотошопе Картину, Коллаж - Военные на поле

Комментариев нет:

Отправить комментарий