XVI hissə: Gəl ey gözsüz, mənə bir sirə söylə…
Azərbaycan dövlətinin əcnəbi dövlətləri ilə yazışması da Azərbaycan türkcəsində aparılırmış. İki məktubu macar alimi Fakofi-Layoş İstanbul Universiteti ədəbiyyat Fakultəsinin «Türkiyə məcmuəsi»ndə 1936-ci ildə nəşr etdirmişdir. Onlardan biri şah Səfinin (1629-1649) Avstriya imperatoru və Macarıstan kralı II Ferdenando, ikincisi isə şah Sultan Hüseynin (1694-17290 Polşa kralı Fridrix Avqusta göndərdiyi məktublar idi.
Üçüncü sənəd I Təhmasibin (1524-1576) türk şahzadəsi II Soltan Səlimə məktubu idi. Sonradan doqquz məktub da aşkar edilib. Ümumiyyətlə, Səfəvi şahlarının əyalətlərə göndərdiyi fərmanlar da türk dilində idi.
*****
Şah İsmayıl böyük bahadır olduğu bir halda, çox həssas bir şair idi. Türk və fars dilində şeirlər yazardı. Onun zamanında türk dili də fars dili ilə yanaşı rəsmi yazı dili idi. Ordu və dərbarın dili türkcə idi. Şeirdə Xətai təxəllüsünü seçmişdi. «Divani Xətai» Azəri ədəbiyyatının məşhur əsərlərindəndir. Şeirlərinin mühüm qismi Həzrət Əli və imamların eşqilə söylənmişdir.
Xətai şiə əqidəsini xalq arasında yaymaq üçün xalq şeirinin qoşma şəklini seçmiş, xalq şairləri (aşıqlar) onun şeirlərini təqlid və iqtibas etmişlər.
Səfəvi dövləti qurulandan sonra çoxlu türk elləri Türkiyədən Azərbaycana gəldilər. Bu dövrdə aşıqlar tərəfindən çoxlu xalq dastanları düzəldi. Aşıqlar bu dastanları şeir və nəsrlə sazda çalıb oxuyurdular. Bu dastanlardan ən mühümləri «Koroğlu», «Əsli və Kərəm», «Qəmbər və Arzu» «Şah İsmayıl və aşıq Qərib», «Aşıq Abbas Tufarqanlı» dastanlarıdır.
İslam dövründə min ilə yaxın türklər İranda hökumət etmişlər, bu müddətdə İranın sərhədlərini qorumaq üçün qonşu olan türklərlə də savaşıb, canlarını fəda etmişlər.
Ayrıca fars dili və ədəbiyyatını təşviq edib yayaraq, İran və islam maarifinin inkişafına var qüdrətləri ilə çalışmışlar.
MƏDƏNİYYƏT VƏ ƏDƏBİYYAT. Şifahi xalq yaradıcığı bütünlüklə xalqın yaradıcılıq məhsulu olub, onun istək və arzularını, kədər və sevincini, məişət tərzi, adət və ənənələrini, zövq, inam və etiqadlarını, dünya görüşlərini əks etdirməkdədir. Bu səbəbdən şifahi xalq ədəbiyyatı tarixini tədqiq edərkən, xalqımızın keçmişdəki adət, ənənə və bütün xüsusiyyətləri, müxtəlif tarixi dövrlərdə keçirtdiyi inkişaf mərhələləri ilə tanış oluruq. Bu ədəbiyyatın dili sadə və təmiz türkcədir. Xalq ədəbiyyatımızın rişəsi Orta Asiyaya gedib çıxır. Türklər islam dinini qəbul edib Qərb ölkələrinə, yəni İran, Rum və Orta Şərqə mühacirət etdikdən sonra da yaşadıqları yeni ölkələrdə əski adət, ənənə və folklorlarını mühafizə və inkişaf etdirməyə çalışmışlar. Xalq şairləri yeni-yeni dastanlar və mahnılar yaratmış, bir tərəfdən də əcdadlarından qalan mirası genişləndirərək inkişaf etdirmişlər. Azərbaycan və İnanın digər yerlərində, hətta Anadoluda daha çox oğuz türkləri yerləşdikləri üçün buralarda oğuz türkcəsi yayılmış, 13-cü əsrdən sonra Azəri və Anadolu ləhcə və ya türkcələri meydana çıxmışdır.
Bu iki türk ləhcəsi əslində bir dildən törədikləri halda, sonralar bir-birindən ayrı xüsusiyyətlər kəsb edib, iki ayrı ədəbiyyata sahib olmuşlar. Bununla belə ellər arasındakı dil ayrılığı və ləhcə fərqi şəhərlilərin dili və ədəbiyyatı qədər çox olmamış, bir çox dastanlar («Dədə Qorqud» dastanları, «Koroğlu» və s.), atalar sözü və şifahi ədəbiyyatın digər növləri bu ölkələrdə yaşayan xalqlarda müştərək qalmış, ya kiçik fərqlərlə yaşamışdır.
Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyatdan daha əski olduğu halda, daha gec, yəni XVI əsrdən sonra yazıya alınmışdır. Bu xüsusda «Dədə Qorqud» dastanları bir istisna təşkil etməkdədir.
«Dədə Qorqud» dastanlarının kökü Orta Asiyaya bağlı olub, bugünkü şəkildə oğuzlar Azərbaycana gələndən sonra, böyük ehtimala görə, XII əsrdə yarandığı halda, XV əsrdə yazıya alınmışdır.
Şifahi xalq ədəbiyyatının mühüm qismini şeir və dastan təşkil edir. Hər ikisi xalq şairi olan, əski şamanların davamı olub tarixdə ozan, baksı adı ilə tanınan, XVI əsrdən sonra aşıq deyilən saz şarləri tərəfindən qoşulub oxunurdu. Saz şairləri əllərində sazları (qopuz), xalqın toy və qonaqlıqlarında, bayram və digər mərasimlərində saz çalır, şeir oxuyur, boy (dastan) söylərdilər. Aşıq şeiri qədim türk şeirinin davamı olub, dördlük şəklində və heca vəzni ilə söylənilir. Bunlardan ən çox söylənən və seviləni bayatılar, gəraylılar və qoşmalardır. Bayatılar yeddi, gəraylılar səkkiz, qoşmalar isə on bir hecalıdır.
*****
İranda türk hakimiyyəti zamanında da yazı dili fars dili olduğu üçün türk ədəbiyyatı fars ədəbiyyatı qədər rəğbət görməmiş, hökumətlər tərəfindən təşviq və dəstək edilməmişdir. Bir tərəfdən də fars dilinin təsiri ilə türk şairləri əsərlərini fars dilində yazmış, ana dillərində yaradıcılığa az təşəbbüs etmişlər. Bununla belə, artıq neçə yüzilliklərdir ki, azəri türkcəsi ilə şeirlər yazılır və zamanla zəngin ədəbiyyat meydana gəlmişdir.
*****
HƏSƏNOĞLU. Azəri türkcəsilə ilk dəfə şeir yazan və bizə məlum olan şair Əsfərainli Həsənoğludur. Bu şair Xorasan türklərindəndir, türk və fars dilində şeir divanları yazmışdır. Farsca adı Pur Həsəndir. O, XIII əsrin sonlarında- XIV əsrin başlarında yaşamış, şeirləri Xarəzmdən Anadoluya qədər yayılmış, Misir məmlük şairi Seyf Sərayi və Anadolu şairi Əhməd Dai onun qəzəlinə nəzirələr yazmışlar.
NƏSİR BAKUYİ. Sultan Ölcaytu zamanında yaşamışdır. Bakı səfəri münasibətilə yazdığı bir şeiri günlərimizə gəlib çatmışdır.
NƏSİMİ. XIV əsrin ən mümtaz Azəri şairi İmadəddin Nəsimidir. O, ilk dəfə Azəri tükcəsində şeir divanı yaratmışdır. Ayrıca farsca və ərəbcə də divanı varmış, lakin ərəbcə divanı məhv olmuşdur. Nəsiminin şeirləri qənayi şeirin (musiqili şeir) ən gözəl nümuənələridir və Azərbaycan şeirinə ədəbi şəkil verən odur. Onun 1369-cu ildə Şirvan mahalında, Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. Nəsimi hürufi təriqətinin qurucusu olan Təbrizli Fəzlullah Nəimi ilə Şirvanda tanış olub, onun şagirdi, sonra da xəlifəsi və təbliğatçısı olmuşdur.
Hürufilər bütün kainatı zat əzəlinin mücəssiməsi bilir, əlifba hərflərinə əsrarəngiz bir məna verir və ehtiram edirdilər.
Nəsiminin mürşidi Miranşah tərəfindən öldürüldükdən sonra, o Bakıdan Anadoluya getmiş, orada şeir və fəlsəfi qəzəllərilə öz məktəbini təbliğ etmişdir. Bir müddət sonra Anadoludan Hələbə getməyə məcbur qalmış, fəqət orada müftinin fitvası və sultanın əmrilə dərisi soyularaq öldürülmüşdür.
Nəsimi idealistik, ürfani fikirlərini qəzəl, qəsidə, məsnəvi, müstəzad və təcribəndlərində bəyan etmişdir. Onun fəlsəfi rübailəri Azərbaycan türkcəsilə yazılan ilk rübailərdir.
*****
Nəsimidən sonra şeyx Qasim Ənvar, şeyx Əlvan Şirazi, Həqiqi (Cahanşah Qaraqoyunlu) və Həbibi XV əsrdə Azərbaycan şeirinin məşhur nümayəndələri sayılırlar. Lakin XIV əsrdə şah İsmayıl Xətai və Füzulinin meydana çıxması ilə Azərbaycan şeir və ədəbiyyatında yeni və parlaq bir dövr başlanmışdır.
QAZİ BÜRHANƏDDİN. Bu şair XIV əsrdə Anadoluda yaşamış, Sivas əmiri olmuş və Ağqoyunlularla savaşda şəhid olmuşdur. Salur elindən olub, şeirlərini Azəri türkcəsi ilə yazmışdır.
*****
NƏSR. XIII əsrdən sonra Azəri türkcəsində nəsr nümunələri də yazılmış və bəziləri bizim əlimizə keçmişdir. Bunlardan ən mühümləri: Hinduşah Naxçivaninin (Fəxrəddin) «Səhahu-l-Əcəm» adında lüğət və qrammatika kitabı, Ərzurumlu Zəririn «Sirətu-Nəbi» kitabı və «Fütuhu-ş-Şam» tarixi tərcüməsidir.
XIII əsrin ikinci- XIV əsrin birinci yarısında yaşayan, Səfəvi xanədanının böyük cəddi və mürşidi olan şeyx Səfiəddin Ərdəbilinin (vəfatı 1334) müridlərinin irşadı üçün turk və fars dillərində yazdığı «Qara məcmuə», ya «Seyru-s-Sufiyyə» və ya «Məqamət və məqalət şeyx Səfi əd-Din» əlimizə keçmədiyinə görə, ondan nümuənə verə bilmirik.
1617-ci ildə Fəzli İsfahani tərəfindən yazılan «Əfzəlu t-təvarix»də, Minorskinin nəql etdiyi «Təzkirət əl-muluk», Şardenin «Səfərnamə»sində, həmçinin «Daneşməndani-Azərbaycan»da (Məhəmmədəli Tərbiyət) bu məcmuədən bəhs edilmişdir. Bəqayi ilə Qəribi yazdıqları farsca-türkcə təzkirələrində bu kitabdan bəhs etdikdən sonra, «Qara məcmuə»nin yalnız Səltənəti kitabxanada saxlandığını qeyd etmişlər. Qəribi öz təzkirəsində bu məcmuədən bəzi parçaları da vermişdir.
Səfəvilərin son dövründə İrana səyahət edən Şardenin yazdığına görə, Səfəvi şahları hərbə gedəndə ruhanilər bu kitaba müraciət edərmişlər.
*****
SƏHAHU-L-ƏCƏM. «Səhahu-l-Əcəm» dörd dilin (ərəb, fars, türk və pəhləvi) lüğət kutabıdır, azərbaycanlılara farscanı öyrətmək üçün yazılmışdır. Bu kitabın əlyazma nüsxəsini mərhum professor Həsən Zərinəzadə Çexoslovakiyada Bratislava kitabxanasında tapmış, professor Q. Beqdeli tərəfindən araşdırılaraq inqilabdan sonra İranda çap etdirmişdir.
Burada nümunə üçün qrammatika fəslindən bir neçə sətir göstəriririk: «Bil gil məsadirə ərəbi necə kim əslidir. Ondan sadir olur əsma və əfal ancilən (eləcə) məsadire parsi əslidir, ondan münşəyib olur qalan avzan və əmsal və ğeyrə. Ol məsadire parsi iki durlü (növ) dur. Amma bir lazım, biri mütəddidur…»
*****
ZƏRİR. Qazi Mustafa Zərir Ərzrumlu olub, anadangəlmə kor olduğu üçün Zərir təxəllüsünü seçmişdir. Kor olmağına baxmayaraq islam elmində ustad olmuş və qazi rütbəsinə çatmışdır.
Zərir eyni zamanda istedadlı şair olduğu üçün «Sirat-i Nəbi»ni şeir və nəsrlə qarışıq yazmışdır. O, «Qısseyi Yusif» məsnəvisini də yazmışdır. «Sirəti-i Nəbi»ni Misirə getdiyi zaman, Misir türk padşahı Məlik Mənsur Əlinin istəyi ilə yazmışdır və özü kitabın müqəddiməsində belə deyir: «Bu kitab, kim rəsulun sirəti ktabıdır, ərəb dilindən türk dilinə nə səbəbdən tərcümə olduğunu bildirir. Zərir aydur (söyləyir): Ol yıl içində kim rəsulun hicrətinə yeddi yüz yetmiş doqquz olmuş idi, Zərirə Misir səfəri ruzi oldı, çün Misir şəhrinə gəldi, diləgi ol idi, kim Misir mələkinə yetişə, Muluk həzrətinə yol bula, ya sultanlar söhbətinə layiq ola… Miskin Zərirə fəqire həqir, ol səadətlu məlikun söhbətinə söz söyləmək səbəbindən yol buldi. Kəlimat bərəkatından ol həzrəte təqərrüb hasil oldu. Zira gözsüz kişinin əgər çe gözü yoxdur və gör ki əskükdür, amma hafizə qatı olur. Sözü könlündə cəm eyləməgə qüvvəti olur. Zərir söz söyləyəcək datlu söylərdi, qüvvətlu, mərifətlu söylərdi. Nəzm və nəsr söyləməkdə ibarəti xubdi, Xəlayiq anun sözünü dinləməkdə əzim rəğbət edərlərdi. Biş yıl ol padşahın həzrətində Zərir hər gecə məclis eylədi. Sonra padşahın dilindən belə deyir:
Gəl ey gözsüz, mənə bir sirə söylə,
Kim onda surət- o həm sirət olsun.
Həm anda elm anılsun, ədl anılsun,
İçində məniyo mərifət olsun.
Bizə əkləncə olsun dinləməkdə.
Yürəgümüzə dəxi qüvvət olsun.
*****
XV əsr nəsr nümunələrindən «Kitabe ixtiyarate qavaide külliyye» və ya «Dayireyi cahanüma», ondan sonra «Kitabe kəvamele ət-təbire Bəvazici»ni göstərə bilərik.
Birincisi astroloji ulduzların hərəkətindən, vaxtların təyini barədə İbri Xoca ibn Adili tərəfindən 1459-60-cı illərdə yazılmışdır. Bu kitabın əlyazması Bakıda vaxtilə professor Rüstəm Əliyev tərəfindən tədqiq edilərək çap olunmuşdur.
KİTABE KƏVAMİLE ƏT-TƏBİRE BƏVAZİCİ. Yuxu təbirində Xızı bin Əbdülhadi Bəvazici tərəfindən 16-cı əsrin birinci yarısında yazılıb, sultan Süleyman Qanuniyə təqdim edilmişdir. Bəvazici İraq türklərindən olub, Bəvazicdə anadan olmuş və Mosulda yaşamışdır. Kitabın dili XV əsr Azəri türkcəsidir və eyni zamanda zəngin lüğət kitabıdır. Bu kitabın da əlyazma nüsxəsi Bakıda professor Rüstəm Əliyev tərəfindən tədqiq olunub, lakin çap edilməmişdir.
(Ardı var)

Комментариев нет:
Отправить комментарий