29.05.2012

Təbriz bu gün

Sezen Aksu - Kolay Olmayacak


Əl-Cəzirə xəbərləri təhrif edir

"Kim Əl-Cəzirəyə və Əl- Ərəbiyəyə maddi yardım göstərirsə onun əqidəsinə uyğunda işlər görülür"


Azadxeber.az saytı Sana saytına istinadən bildirir ki, Qətər Ərəb Dövlətinin Əl-Cəzirə telekanalı və Əl-Ərəbiyə telekanalı artıq nüfuzdan düşmə ərəfəsindədirlər. Əl-Cəzirənin bu yaxınlarda bir neçə ərəb əməkdaşı istefa ərizəsi təqdim edərək kanalda daha işləməyəcəklərini bildiriblər. Onlardan biri livan ofisinin əməkdaşı Əli Haşimidir. Əli Haşiminin sözlərinə əsasən, Əl-Cəzirə və Əl-Ərəbiyə maddi yardım göstərilən istənilən şəxsin əqidəsinə uyğun xəbərləri təhrif edir.

ABŞ YƏHUDİ-MASON RUHUNUN KRİSTALLAŞMASI

Yəhudi-mason sivilizasiyasının avanqardı və episentri Amerika birləşmiş ştatları idi. ABŞ-ın siyasi təşkilatlanmasının təməlini qədim İudeyanın təşkili prinsipi təşkil etdi. Yəhudilər Misirdən Fələstinə qayıtdıqdan sonra onun ərazisi 12 hissəyə bölündü və püşkatma yolu ilə İsrailin 12 şəcərəsinə verildi. Hər bir hissə yerli elita tərəfindən öz qanun və ən᾽ənələri əsasında idarə edilirdi və ümumi Sinedriona tabe olmurdu. ABŞ-ın əsasını qoyanlar da (onların demək olar ki, hamısı yəhudilərdən ibarət olan mason lojalarının üzvi idi) bu prinsipdən yararlandılar. Öz yerli qanun və ən᾽ənələri olan 13 ştat birləşdirildi. Lakin onların hamısı vahid federal mərkəzə tabe edilirdi. Həmin mərkəz isə ABŞ-ın yarandığı ilk gündən masonlar tərəfindən formalaşdırılmışdı və onların tam nəzarəti altında idi.

BBC-nin daha bir yalanı ortaya çıxdı

BBC Suriyadakı Hula qırğınıyla əlaqədar xəbərə yerləşdirdiyi müxalifətin göndərdiyi bir fotoşəkilin 2003-cü ildə İraqda baş verən bir qırğına aid olduğu ortaya çıxdı


Xeberlent informasiya agentliyi verdiyi məlumata görə, Suriyada Cümə günü baş verən  və 100-dən çox insanın öldürüldüyü Hula qətliyamını işıqlandıran BBC, xəbərdə 2003-cü ildə İraqda reallaşan bir qırğının fotoşəkilindən istifadə etdiyi ortaya çıxdı. BBC-nin tuduğu iş adi bir səhv olmadığı aydın olur, çünki fotoşəkilin altında kı yazıda, fotonun bir "fəal" tərəfindən çəkildiyi və "Hulada basdırılmağı  gözləyən uşaqların cəsədlərini göstərdiyi" açıqca qeyd olunub.

Məhkumlarla yazarların görüşü oldu


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmət, Azərbaycan Yazıçılar Birliyi, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı ilə bu gün - mayın 29-da Bakıda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində istedadlı gənc yazarlarla məhkumların görüşü, eyni zamanda maralı ədəbi məclis və təqdimat keçirildi...
YYSQ-nin XII Bakı Kitab Bayramı - Milli Kulturoloji Müsabiqənin silsilə tədbirlərini davam kimi keçirilən məclisi cəzaçəkmə müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik leyttenantı Elxan Bəylərov açdı, görüşün əsas məramı-məqsədi barədə məlumatları çatdırdı.

Toy gününün havası

 Ülvi Məmmədli
Professional Oxucu Liqası

Deyəsən bu xəbəri oxuyandan sonra gəlinin "çortu" pozulacaq, yapışacaq nişanlısının yaxasından

 Böyük Britaniya şahzadəsi Uilyam nişanlısı Keyt Middltonla evlənməsi münasibətilə İngiltərədə istirahət günü elan olundu. Bax belə məşhur gündə belə dünyanın ən sayılan personalarından biri, ABŞ prezidenti Barak müəllimi toya çağırmadılar. Ay əlinə dönüm a! Allahın futbolçusu Bekhemi arvadı ilə çağırdılar, Barak muəllimi çağırmadılar...

Şəbnəm Karslının təqdimat və imza gününə dəvətlisiniz

Lənkəran mayı

Gələcəyin lideri: Samir Əsədli

Məhəmməd peyğəmbəri təhqir edən erməni jurnalist bıçaqlandı

haberMoskvada “Exo Moskvı” radiosunun şərhçisi və Mayak radiosunun eksperti Sergey Aslanyan bıçaqlanıb


“İzvestia.ru” saytının verdiyi məlumata görə, jurnalistə 20 bıçaq zərbəsi vurulub, beyni silkələnib.
Sergey Aslanyan Moskvanın Çertanovskiy küçəsində evinin girişində bir neçə nəfərin hücumuna məruz qalıb. O, huşsuz vəziyyətdə aşkarlanıb və xəstəxanaya aparılıb. Əməliyyat edilən Sergey Aslanyan hələ də huşsuz vəziyyətdədir.
Qeyd edək ki, mayın 14-də Sergey Aslanyan Exo Moskvı radiosunun efirində Məhəmməd peyğəmbəri təhqir edib, onun zibillikdən knyazlığa gəldiyini söyləyib. Bu, müsəlman icmalarının sərt reaksiyasına səbəb olub. Kazan məscidinin imamı və digər müsəlman icmaları Rusiya Baş Prokurorluğuna müraciət edərək müsəlmanları təhqir etdiyi üçün jurnalistin cəzalandırılmasını istəyiblər.

“Amerika itirdiyi 120 kq nüvə maddəsinin taleyindən danışsın”

haberSəid Cəlili, Bağdad müzakirələri 5+1-in mövqeyinin yumşaltdığını bildirib


İslamazeri.az-ın "Fars" xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İran ilə 5+1 arasında Bağdadda təşkil edilən müzakirələri qiymətləndirən İran İslam Respublikasının Milli Təhlükəsizlik məsələləri üzrə Ali Şurasının katibi Cəlili, Qərbin mövqeyi Bağdad müzakirələrində və xüsusilə ikinci günündə böyük miqyasda yumşaldığını deyib.
Amerikanın İranda %20 zənginləşdirilmiş uranla əlaqədar narahat olması ilə bağlı danışan Cəlili deyib: "Amerikanın birinci öz torpaqlarında 40 ildir yoxa çıxan 120 kiloqram nüvə maddəsinin taleyindən narahat olmalısı lazımdır. Amerika bundan danışsın. Amerika rəhbərliyi 40 ildir bu mövzu ilə əlaqədar heç bir açıqlama verməyib. İtən nüvə maddələrlə İsraildə peyda olan nüvə başlıqlar arasında əlaqələrin olub olmamasına aydınlıq gətirsin."
Xatırladaq ki, 5+1 müzakirələri 18-19 iyunda Moskvada davam edəcək.

Süt

Haksızlığın önündə eğilmeyin!

Günün fotosu


Artıq 31-ci ildir ki məhz bu gün - 28 mayda qrup tələbələrimiz (3028 qrup, mex.riy-t fakultesi (1976-1981)) Bakıda yığışıb ən şirin tələbəlik günlərimizi xatırlayırıq...Bu gün nədənsə cəmi 6 nəfərimiz bu görüşdə iştirak etdi...Qocalırıq yəqin...

Hilal Mamedov

28.05.2012

Mənəvi bağlılıq

Asim Məmmədov


90-ci illərdə Az Tv-ni mütəmadi izləyən insanlar yəgin ki, mərhum Əbülfəz Elçibəyin Dağlıq-Qarabağ müharibəsinin qızğın çağında canlı yayımda etdiyi bəyanatı xatırlayarlar: "Əgər mən bilsəm ki, Qarabağ İranın köməyilə azad olunub, mən öz əllərimlə bu torpaqları ermənilərə verəcəm!" Bu çıxışdan məlum olur ki, o vaxtkı hökümət üçün ermənilərin zərbəsi, İranın köməyindən daha şirin idi. Belə olan halda nəinki İranı sevən, heç sadəcə bu ölkəni söymək istəməyən insanlara "Molla rejiminin casusu" damğasının yapışdırılması heç də təccüblü deyil. Baxmayaraq ki, Elçibəy çoxdan ölüb və milliyyətçilər hakimiyyətdən gediblər, onları əvəz etmiş Əliyevlər İran məsələsində fərqli mövqe göstərməyiblər. Hərçənd ilk vaxtlarda, xüsusən də mərhum Heydər Əliyev Naxçıvanda Ali Məclisin sədri olanda, İrana qarşı olduqca yaxşı münasibət bəslənilirdi.

Карабах (1992) - Уничтожение Армянского батальона "АРАБО"за 3 часа



"Geyləri döyün" məqaləsinə görə ilahiyyatçını həbs etdilər

Fəlsəfə doktoru, ilahiyyatçı Füzulİ Şəfiyevə 10 sutka həbs cəzası verilib


İlahiyyatçı, fəlsəfə doktoru Füzuli Şəfiyev Sumqayıt polisi tərəfindən saxlanılıb. Sumqayıt şəhər məhkəməsi Füzuli Şəfiyev barəsində 10 sutkalıq həbs qərarı verib. Bu barədə qəzetimizə birlik.az saytının redaktoru Vüsal Hətəmov məlumat verib. Onun sözlərinə görə, həbsi ilə bağlı məlumatı F.Şəfiyev özü ona bildirib: “Bir qədər əvvəl özü zəng edib dedi ki, 12-ci mikrorayonda yerləşən evində axtarış aparılıb. Ona məxsus kompüter isə polis tərəfindən götürülüb. Özünə isə 10 sutka həbs cəzası verilib. Onun sözlərinə görə, həbsi bu gün birlik.az saytında yerləşdirilən “İbn Sina “geyləri döyün” deyir” adlı məqaləsi olub”.                                                                                                                        

Səsin düşəndə yada

Xatirə Xatun

HALIMA YANAN GƏRƏK SƏSİN DÜŞƏNDƏ YADA... (V. SƏMƏDOĞLU)

Yenə bu yaz gecəsi yamanca kövrəlmişəm,
Yenə səni düşünüb anmaqdı işim, peşəm.
Görsəydin soruşardın:,,Nolub, a qəlbi şüşəm?"
Bir yelkənsiz qayığam elə bil ki dəryada.
Halıma yanan gərək səsin düşəndə yada...

Nədir səndən ötəri çəkiyim bu məşəqqət,
Belə sevgi olarmı? Bəs bu necə məhəbbət?
Nola bir yuxu ola bu intizar, bu həsrət,
Biri gələ, kaş məni bu yuxudan oyada,
Halıma yanan gərək səsin düşəndə yada...


Mən necə cihadçı oldum


Mən İyadam… Ulu babalarım kimi mən də gözümü Fələstində açmışam. Bu artıq mənim alın yazımdır ki, burada doğuldum. Bunu heç kim dəyişə bilməz. Mənim evim Qüds şəhərinin şərqində yerləşən Əqsa məscidinin yanında yerləşir. Atamdan qalan ərzaq dükanını idarə edirdim. Küçəmizdə sırf müsləmanlar yaşayırdı. Əvvəlcə bura haqqında danışmaq istəyirəm:

KƏSİK-KƏSİK

Aliya Əsədova

OVUC-OVUC

Ovuc-ovuc...
Günəşin nuru, Ay işığı...
taleyin bir xoşbəxt günü
ömrün naxışı ....
qışın qarı
buz kimi dondurucu,
əriyəndə
yağış olur , dolur əllərimə
isladır,
ağladır adamı qədərincə
hıçqırıq , göz yaşı.....
ovuc-ovuc...... ovuc-ovuc....
              

Moskvada gey-parada dindarlar hücum etdi

Əzilən xalq

Türkiyədə Azərbaycan naminə aksiya

Urmiye - Elə küs ki barışaq (Türkce Şeir)

KARTOF VƏ GÖY-GÖYƏRTİ

Akif Abbasov

Əlikram ayağını soyunmaq istəyəndə Qızxanım onun başının üstünü aldı:
-Əliş, başına dönüm, bir dəstə göy soğan, vəzəri, reyhan, bir də  turp al, qayıt.
Qızxanım adət etmişdi. Əlikrama Əliş deyirdi,  elə Əlikram da onu Xanım  çağırardı.
Əlikram: “Xanım... “
O nəsə demək, narazılığını bildirmək istədi, Qızxanım imkan vermədi, şirin dilini işə saldı:

МЕЙХАНА НА РУССКОМ)))

Жить буду только воровской

Günün fotosu


Alexandr Dugin rossia3.ru adlı istifadəçinin şəkilində işarələndi.

Türk tarixi -13

XIII hissə: Öküz gönü geyən… qısa boylu və qıvraq… qanunları yoxdur… dinclik nədir bilməzlər…

 TEYMUR İMPERATORLUĞU. Teymur (Dəmir) 1335-ci ildə Səmərqənd yaxınlığında Yaşılşəhərdə (Kiş və ya Şəhrisəbz) anadan olmuşdu. Atası Barlas türk qəbiləsi bəylərindən idi. Bu zaman Türküstan Cığatay xanlığının əlində idi.
 Teymur bir müddət qaynı əmir Hüseyn ilə birlikdə çalışdı və onlar monqollara qarşı üsyan etdilər. Sonra əmir Hüseyn ilə arası pozuldu və onunla savaşdılar. Əmir Hüseyn Bəlxdə hakim idi.

BİRİNCİ HAL

 Əsəd Qaraqaplan

“Üçüncü hissə” hekayəsinin halı

Qapının zəngi çalınanda, Me, yeni hekayəsinin üçüncü hissəsini yazmağa hazırlaşırdı, gələn həmin qadınıydı,  buna əmindi.
Men son vaxtlar bütün dost-tanışlarından, yaxınlarından uzaqlaşıb, tək, çoxlarına yeknəsək görünəcək həyat yaşayır, öz düşüncələrinin, xəyallarının arxasıyca getməyə çalışırdı...

27.05.2012

Petrol və demokratiya

Dərilim, sərilim o yuxuya mən

 Qalib Şəfahət

Yuxu

Nə xəbəri olsun, nə gözü görsün,
Dəfn olum o qızın yuxusuna mən.
Nə məzar gərəkdir, nə də başdaşı,
Burunum ətrinə, qoxusuna mən.

Gözdən, könüldən də uzaq olum mən,
Ölüyəm, diriyəm, görən olmasın.
Nə o yuxularda can verən olsun,
Nə də o yuxunu dərən olmasın.


Deyil

Vədud Dusti


Gedibdi; günlərimiz güzgülü, qəzəlli deyil,
Gedibdi, gəlməsi də şerə taydı, bəlli deyil.


Gedibdi, qış bürüyüb dağ–daşı; ağaclarda,
Daha bahardakı tək arxalıqlı – yəlli deyil.


Onu yaratdığı gündən gözü qalıb yerdə,
Göyün beheşti də artıq belə gözəlli deyil.


Deyirdim öldürəcək ayrılıq, mən ölmədim ah!
Ürəkdə olmaya sevgim də düz əməlli deyil!


Düş eşqə düşsən ölüm yoxdu, hey həyatdı daha,
Daha ömür dediyin əlli, yüz, yüz əllı deyil.

Günün fotosu


Güney Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri Sayman Aruzun Slaviyan Universitetindəki görüşündən

Güney Azərbaycan Ədəbiyyatı Şöbəsi

Kimdən miras qaldı mənə


MƏLİHƏ ƏZİZPUR

Kimdən miras qaldı mənə
Bu, varlığıma qanıq verməyən yaşam
Bu, yaşamıma qanıq verməyən varlıq?!
Taxılmışam saniyələr astanasına
Gələn keçir - gedən keçir üstümdən!
Mən, kimin artığını yaşanıram
Kimin taleini təkrarlanıram
Yoxluğa doğru,
Kimin ölümünü tamamlayıram?!

Kimdən miras qaldı mənə
Bu, ölümümə qanıq verməyən yoxluq
Bu , yoxluğuma qanıq verməyən ölüm?!
Taxılmışam saniyələr astanasına
Gələn keçir - gedən keçir üstümdən
Və mən,
Hələ yanıtlananmamışam
Bu gedişin, çiy fəlsəfəsi ilə. 

“Pafoslu sözlərdən xoşum gəlmir”

İlkin Seyidzadə “TEZ BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Təqdimatının 2 kəliməyə sığmadığını hesab edən şəxs.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Təqdim edən şəxsdən asılıdır. Pafoslu sözlərdən xoşum gəlmir.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Fərqlənməyi xoşlayan adi insan.

- Dost…
- Yaxşısını tapmaq çətindir.

Öləndə bayrağa büküləcəyəm

Sayman Aruz
AYB-nin Güney Azərbaycan şöbəsi

Şairin Ana Vətənə bağlılığı  şeirlərinin hər misrasından bizə tərəf boylanır

Sabir Rüstəmxanlı poeziyası cox güclü bir milli şüur poziyasıdır

O həssas qəlbə malik böyük imkanlar şairidir

 Xalq şairi olan Sabir Rüstəmxanlı kimi mübariz insanlarımızın yaradıcılığı haqqında yazmaq ilk addım atmaq qədər çətindir. Addımlar illəri aşıb bu günə gəlir. O uzun yolu bizlərə bir daha xatırladır. Xalqımızın yaşadığı ağrılı, kədərli günləri yenidən yada salırıq.

Güneydən Quzeyə xalı hörməyə

İlhamə Dağlı    

                 Təbrizim
 
     Səni görmək üçün yol gəlirəm mən,
     Gəlirəm sevinc və fərəh içində.
     Səni görmək üçün yol gəlirəm mən,
     Gəlirəm qəm-qüssə, kədər içində.

     Gəlirəm qoynuna, ey ana Vətən!
     Qədrini nə bilər hər yoldan ötən.
     Aç isti qucağın, girim qoynuna,
     Dolayım qolumu sənin boynuna.


26.05.2012

AZƏRBAYCAN GERÇƏKLİYİ – 1


Şirinxanim Kərimbəyli Şadiman

1991-ci ildə «Ürək niyə ağrıyırsan?!»  ilk toplum dünya işığına vəsiqə qazanandan sonra uzun  müddət ədəbi aləmdən ayrıldım. Səbəbi də o idi ki, bir həqiqəti gün kimi aydınca dərk etmişdim ki, yazar olmaq böyük bir məsuliyyətin altına girmək deməkdir. İstər şair, istər yazıçı, istərsə jurnalist  olsun  əsl həqiqəti ortaya qoymalıdır.

(The Rolling Stones) Paint It Black - Sungha Jung

DÜŞÜNMƏYƏ DƏYƏR MƏNCƏ...

 Afaq Şıxlı


Qəribə zamanda yaşayırıq, dostlar! Tarazlığı pozulmuş, yaxşısı pisinə qarışmış, doğrusuyla yalanı arasındakı sərhədləri itmiş kimi görünən bir zamanda... İnsanlar bəzən özləri də həyatdan nə istədiklərini, nə umduqlarını bilmirlər. Əlbəttə ki, bu xaos, bu natarazlıq ədəbiyyatımıza təsir etməyə bilməzdi. Ədəbiyyat böhran içərisindədir.

Ти кто такой, давай досвидания! Жестокий кавказский батл.

Utanıram, utanıram, Balaxanım!

Ancaq bizdə oxuyun!

Sofya Sadıqlı yenə Azərbaycan şor-biznesindən yazdı!

Bahar Çiçəyi yoxsa, payızgülü?  

Bakıda ulduz olan, peyk olan müğənnilər Biləcəridən o yana keçən kimi fısları çıxır və adlarına it dəftərində də rast gəlmək olmur. O da Günel idi ki, İbonun hesabına Türkiyədə tanındı. Elə götürək, İradə İbrahimovanı. Burda şouxananın Bahar Çiçəyi ləqəbini taxan İradə Türkiyədə heç payızgülü də ola bilmədi.

BİZİM ƏJDAHALAR: Vüsalə Əlibəyli və Abbas Atilay)

CTV - Lənkəranda "Kitabı sevək" fləşmobu keçirilib

pp

Van Qoqun məhşur “Bir cüt ayaqqabı”ları

Van Gogh, Pair of Shoes
Əsərin orijinal adı: A Pair of Shoes, 1886 Müəllif: Vincent van Gogh (1853-1890)
Texnika: Kətan üzrəində yağlı boya, 37.5 X 45 cm
Yerləşmə: Amsterdam, Van Qoq Muzeyni (Vincent van Gogh Stichting)
Nömrə: F 255
Bu alçaq dabanlı ayaqqabı rəsmi insanda bir neçə psixoloji sual yaradır. Onlar yəqin ki Van Qoqun keşmə-keşli həyatından ötüb gələn bir simvol kimi görsənir.
Parisdəki dostu olan tələbələr bildirilər ki, Vinçent bu işçi ayaqqabılarını birə bazarından alıbmış və ondan adi həyatda istifadə edibmiş. Onları azcada olsa da yararlı saysada, uzun və yağışlı günlərdə gəzərkən geyərdi. Yalnız bundan sonra onlar rənglənmək üçün uygun idi.
Van Qoq könhə ayaqqabılarla bir çox rəsm əsəri yaradıb. O da bir çox dostları ilə eyni fikirdə idi ki, bu onun ən təsvirli əsərlərindən birini təşkil edir.

ÜMİDLƏRƏ SIĞINAN ÜMİD

Təranə Azəri

Milyonlardan biri kimi doğuldu o da. Hər körpə kimi ağladı. Bütün usaqlar kimi öncə iməkləməyi sonra ayaq tutub gəzməyi öyrəndi. Gəzməyinin sevincini özü də duyurdu. Sanki bu ilk addımları ilə dünyanı fəth edəcəkdi. Amma bilsəydi ki, bu həyatda onu nələr gözləyir, bu ayaqların üstündə  tək gövdəsini deyil özündən də ağır kədər daşıyacaq heç gəzməyi öyrənməzdi. Hələ sevinməsini demirəm… Gəzmək sevinci bitməmiş danışıq həvəsi ona güc gəldi. Bu dünyada ilk sözünü dedi. Həəə Balaca düşünürdün bu kəlməni bütün dünya duyacaq? Səni eşidəcək? Eh uşaqlıq uşaqlıq...

BEZARLIĞIN BU QƏDƏRİ...

Xalid Kazımlı


Bilənlər bilir, artıq üç il beş aydır ki, “Yeni Müsavat”ın veb-səhifəsinin rəhbəriyəm, köşələr yazmaqla yanaşı, bu işi sevə-sevə görürəm. Hər gün yüzlərlə müxtəlif informasiyanın içində qaynamaq, onları seçərək, oxuculara çatdırmaq, bəzən bir şəkilə iki cümləlik şəkilaltı söz yazaraq böyük bir qəzet materialının effektini yaratmaq adama ləzzət verir.
Hələ sayt işində buraxılan səhvi anındaca düzəltmək, yanlış informasiyanı ümumiyyətlə ləğv etmək, baş verən hadisəni üç saniyə sonra dünyanın o başındakı oxucuya çatdırmaq kimi üstünlüklər var. Hətta texniki və texnoloji vasitələrin imkanları çərçivəsində saytı televiziya kimi işlətmək də mümkündür.