Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
28.06.2012
MƏXFİ CƏMİYYƏT (MASON ŞİFRƏSİ)
Bu kəskinsüjetli detektiv əsər müəllifin yaradıcı təxəyyülünün məhsulu sayılır. Romanda təsvir edilən hadisələr, ədəbi surətlərin adları, məkan, eləcə də başqa cəhətlər həyatda və reallıqdakılarla üst-üstə düşməsi istisna olunmur. Belə hallarda yazıçı milli qanunvericilik, ayrı-ayrı fərd, eləcə də rəsmi qurumların qarşısında heç bir məsuliyyət daşımadığını bəri başdan bəyan edir...
İş elanları ilə bağlı daha bir yazı
Vasif Əlihüseyn
Sizi
inandırım ki, interneti ələk-vələk eləmişəm işlə bağlı. Gənc yazar olmağıma
baxmayaraq, çörəyimi bu sahədən yox,
restoran sahəsindən qazanıram. Yəni, hal-hazırda restoranda çalışıram. Amma bu işdə də irəliləyiş olmadığından
turizim sahəsində daha irəli getməyə çalışıram.
Amma
bizim sahibkarların da işi dəhşətdi. Adamın qabağında o qədər şərt qoyurlar ki,
adam bilmir nə desin. İşə götürdükləri adamın ən azından 1 və ya 3 il iş
təcrübəsi olmalıdı. Belə bir sual yaranır ki, -Bəs bu
yeni kadrlar hara getməlidi?
Amma bəzi sahibkarların iş elanları ilə,
əməlləri heç də düz gəlmir. Bu yaxınlarda “Nurgün” şirkəti məni iş üçün öz
ofisinə dəvət etdi. Bu istidə mən yazıq “Ulduz” metrosundan çıxıb “Çinar”
soyuducu zavotu ilə üzbəüz ofisə getdim.
Günün adamı: İntiqam Rüstəmov
Rusiyanın NTV televiziyasının ASTARA rayonunun ARÇON kəndində "TALIŞ TOYU"nda
ETİRAM və İNTİQAM qardaşlarının populyar "TI KTO TAKOY, DAVAY DOSVİDANİYA"
meyxanası alqışlarla qarşılandı.
Bircə dənəsən
İxtiyar İsmayılov. Gənclik xatirələrim
Yüz gözəl
içində gözəl bildiyim,
Xəyalımda qalan
bircə dənəsən!
Dünya gözəlisən, budur dediyim,
Məni dərdə
salan bircə dənəsən!
Tanrı vermiş sənə hər bir nemətin,
Var incə
gülüşün , şirin söhbətin,
Gözəldir yerişin, qəddi - qamətin,
Can verib can alan bircə dənəsən!
Ürəkdən gülməyin ayrı aləmdir,
Sağlamlığa, ruha gözəl
məlhəmdir,
Həmişə dediyim əsas kəlməmdir!
Dərdə dərman olan bircə dənəsən!
ALNINA YAZILAN ZAMAN AZALIR
BU DƏNİZ NƏ YAMAN ÇIRPINIR BELƏ
Bu dəniz nə yaman çırpınır belə...
Dağlarmı çəkilib sinəsi üstə...
Bu dəniz nə yaman çırpınır belə...
Bəlkə tənhalıqdan bezibdir dəniz,
bəlkə təkliyindən əsəbləşibdir.
Çırpına-çırpına dözübdür dəniz,
çırpına-çırpına gözəlləşibdir.
Nə isə danışır, söyləyir bizə,
dalğa ləhcəsiylə, külək diliylə.
Qovuşmaq istəyir sahil dənizə,
qovuşmaq istəyir dəniz sahilə.
ELÇİBƏY

Candan artıq
sevdin yurdu, Vətəni,
Kama çatdın istiqlala yetəni,
Fələk nə tez ruhsuz qoydu o təni?
Həyatını
haqqa verdin, Elçibəy,
Bu torpağa sən
ki, ərdin, Elçibəy.
Ürəyində Vətən
eşqi gurladı,
Ocaq oldu, atəş
oldu qorladı,
Millət
necə unudar o pak adı?
Sən ki,
vətən daşı idin, Elçibəy.
Yurdun Vətədaşı idin, Elçibəy.
Mahnısız və tablosuz
Kiyan Xiyav
səni bir mahnıda gördüm, yanılmasam
səni bir rəsim tablosunda eşitdim .
bir fərman kimi deşirdin qulağımı
gözümdə qatillər kimi yürüyərkən .
ölümdən başqa bir nəsnən yuxı
və mənim gördüyüm sevda dünyası
sənin qaranlıq əllərində sönürdü . . . .
indi hər mahnıya bir ah çəkərəm
və hər bir tablo önündə,
həsrətli bir boyun büküşüm var.
keşkə ilkinindən ağlım olsaydı
mahnıız və tablosuz yaşasaydım!
27.06.2012
Anarın fanatı
Bax, bu şəkil mənim bəlkə də ən xoşbəxt, ən sevimli fotomdur. Tanıyanlar bilir ki, uşaq yaşlarından Anarın fanatıyam, onun əsərləri ilə ədəbiyyatı sevmişəm. Bu günə qədər müxtəlif məkanlarında Anarı görsəm də, heç vaxt yaxınlaşmağa, söz deməyə cəsarət etməmişəm. Ümumiyyətlə, düşünmüşəm ki, onun kimi şəxsiyyətlər məhz bu cür - əlçatmaq olmalıdırlar. Bu gün nəhayət, ürəklənib ondan birgə şəkil çəkməyimizi xahiş etdim. Sağ olsun, etiraz etmədi. Anar kimi böyük insan, sevimli yazıçı ilə bir məkanı paylaşdığım üçün xoşbəxtəm. Uşaqlıq arzularımdan çox önəmlisi gerçəkləşdi. İndi xoşbəxt ölə bilərəm. Yooooox, hələ ondan avtoqraf almaq qalıb. Heyf ki, "Ali və Nino"da kitabı qalmamışdı, yoxsa elə orada alardım. Qarafikirli dostların nəzərinə: AYB-nin üzvü deyiləm. Başqa sözlə, kimsəyə yaltaqlanmağa ehtiyacım yoxdur. Dostlar isə onsuz da Anar sevgimdən xəbərdardırlar.
Shabnam Kheyrulla
Masonluğun tarixi və mahiyyəti -3
Maraqlıdır ki bolşevik inqilabının yəhudi olmayan rəhbərlərinin
əksəriyyətinin həyat yoldaşları yəhudi olublar
1944-cü ildə general De Qollun
rəhbərliyi altında Fransada müvəqqəti hökumətin qurulması masonların canını
ölümdən qurtarır. 18 oktyabr 1944-cü
ildə Fransanın “Böyük Şərq” və “Böyük Loja”ları birlikdə general de Qolla məktub yazaraq bildirirlər
ki, Fransa masonluğu müvəqqəti hökümətə sadiq olacaqlar. (N.Berberova, “Adamlar və lojalar”).
And olsun
And olsun beynimdə donan şeylərə
And olsun yarımçıq doğan geylərə
Boğazda inləyən son bağırtıya
Səni arzu edən o çağırtıya.
And olsun yatağa, mənə, bu lala
Yuxuda səninlə...
O ehtimala!
Getdiyin yolları bağlayacağdım
Qururum qoymadı, ağlayacağdım!
Telfonun bu tayı, bir mən, bir leşim...
Telfonun o tayı, bir sən, bir kişi...
“Yox”-deyə, “yox”-deyə bağırmaqların
Başqa barmaq ilə, o barmaqların!
Çingiz Abdullayev - Veneranın ikinci dəfə həyata gəlməsi

"Qadın bəzən öz günahlarını etiraf edə bilər, amma mən öz zəif nöqtələrini etiraf edən qadın tanımıram” - Bernard Şou
Kitabın arxa üzündən: Qadınlar hiyləgər və qeyri-adidilər. Madeyrada olan, ekspert-analitik Dronqo buna əmin oldu. Elə alındı ki, onun qaldığı otelin sakinlərinin əksəriyyəti qadınlar idi. Özü də necə qadınlar! Onların hamısı feministkaların konfransına gəlmişdilər...Konfransın bağlanma gecəsi baronessa Hilberq öz nömrəsində vəfat etmişdi. Qoca qadının ölümü heç bir şübhə doğurmazdı, əgər: həmin gecə, baronessanın, məşhur usta tərəfindən hazırlanmış kuklası itməsəydi. Oyuncağın qiyməti beş milyon dollar idi... Adanın üzərində fırtına qopur, bütün aviareyslər təxirə salınır. Dronqo işi araşdırmağa çalışır, lakin gözəl qadınların əhatəsi onu işdən yayındırır.
Elçin Mirzəbəyli: “İstedadlı əclaf haqqında roman yazacam”
“Poz bu sükutu” adlı kitabım demək olar ki, öz zəhmətimin məhsuludur”
Bu eşq hücrəsində duam yarımçıq,
Ünvanı bilinmir, adı görünmür.
Mənim ürəyimin dərinliyində
Közərən ocağın odu görünmür.
Elçin Mirzəbəylinin “Sev məni” şeirindən olan bu bir bənd yaxınlarda çoxlarının dillər əzbəri olacaq. Həzin bir musiqi kimi qəlblərimizə köç edib öz yuvasını quracaq.
Şair, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, publisist Elçin Mirzəbəyli ilə müsahibəni oxuculara təqdim edirik.
– Yeni kitabınız artıq oxuculara təqdim olunub. Mən sizin həm müəllif, həm də oxucu kimi bu kitab haqqında nə düşündüyünüzü bilmək istərdim.
– “Poz bu sükutu” adlı kitabım demək olar ki, öz zəhmətimin məhsuludur. Kitabın dizaynından başlamış ta səhifələnməsinə qədər hər bir işi özüm görmüşəm. O baxımdan əgər bu gün ürəyimə nəsə yatmırsa, deməli, günahı özümdə axtarmalıyam.
– “Poz bu sükutu” adlı kitabınız uzun bir fasilədən sonra oxucularla olan görüşünüzdü. Bu fasiləyə ehtiyac var idimi? Bəlkə, sizi ədəbiyyatdan küsdürən bir qüvvə var idi?
– “Poz bu sükutu” adlı kitabınız uzun bir fasilədən sonra oxucularla olan görüşünüzdü. Bu fasiləyə ehtiyac var idimi? Bəlkə, sizi ədəbiyyatdan küsdürən bir qüvvə var idi?
– Üçüncü kitabımla bu kitab arasında düz on il fərq var. Ədəbiyyatdan bir az uzaq düşmüşdüm və çox az hallarda olur ki, qələmi əlimə alıb şeir yazım. Əslində, heç bir incikliyim və narahatlığım yox idi. Nə poeziyadan, nə də ədəbiyyatdan küsməmişdim. Sadəcə işimin çox olması, həmçinin gündəlik qəzetin işi, məsuliyyəti var idi. Nəticə etibarilə də bütün bunların hamısı yaradıcılığıma təsir göstərə bildi. Çalışdım ki, on ildən sonra bu sükutu pozum.
Ah eylədiyim bağdakı "fontanım" üçündür
Ah eylədiyim bağdakı "fontanım" üçündür
Qan ağladıram, çünki qırıq zatım üçündür
Kontorda qovub yad yamanı rədd elədim, çün
Məmur "ştatı" yalnız əbəcdadım üçündür
Qanunları boşluqları içrə elə mindim
Qanun qayıran "çuçela" bostanım üçündür
Hər kəs ki, Vətən mülkü desə mavi-efirdən
Yol vermərəm əsla gədə "oğlanım" üçündür
26.06.2012
Şanxay Film Festivalının əsas mükafatını İran qazandı
Xosrov Məsumi əsas mükafatı 15 ci Şanxay Film Festivalında əsas mükafatı "Ayı" filminə qəbul etmişdir.Festivalın bağlanış mərasimi bazar günü keçirildi və İran kinosu Festivalın Qızıl kuboku mükafatını əldə etdi
Xosrov 2004 cü ildədə “aşiq öldürmək ənənəsi” adlı filmilə Şanxay Film Festivalının əsas qalibi olmuşdu.
Şanxay Film Festivalının 2012 ci ildəki münsiflər heyəti
Graham və Lee Byngbyng ,Terence Chang və Ying Zhang, Bəni-Etemad ,shinning Bela Tar
Ali Sharifi
“Türk”, “Türkiyə” nə deməkdir? Ağlasığmaz həqiqətlər
Firudin Gilar BəgOxuculara təqdim olunan bu məqalə türklər haqqında yazılmış ən kamil və ən dərin məqalədir. Çünki bu məqalə, mənbələrdə Misir və Xaldeya kahinləri, Midiya maqları və s. kimi adlandırılan qədim müdriklərin məntiqi ilə yazılmışdır və bu günə qədər sirr olan bir çox suallara cavab verir. Faktiki olaraq bu məqalə müəllifi olduğum “Batini-Quran” kitabından çıxan nəticələrdir.
Moskvada Hilal Məmmədovun həbsinə etiraz olaraq mitinq keçiriləcək
“Talışı Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun Bakıda həbs olunması Rusiyadakı Talış diasporunun etirazına səbəb olub. Təşkilat iyun ayının 27-də Moskva Jurnalistlər evinin kiçik zalında bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcək.
Yenises.ru-nun talısh.org saytına istinadən verdiyi məlumata görə mətbuat konfransında Talış diasporunun rəhbəri İsmayıl Şabanov, Rusiya Strateji inkişafın modelləşdirilməsi mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk, Moskva Əhləl-Beyt müsəlman cəmiyyətinin sədri Musa Qurbanov, Moskva vəkillər palatasının üzvü Mərdan Quliyev iştirak edəcəklər.
Iki gün sonra 29 iyunda isə Hilal Məmmədovun hüququnu müdafiə təşəbbüs qrupu
Moskvada Avropa Şurasının ofisi qarşısında mitinq keçirməyi planlaşdırılır.
Yenises.ru-nun talısh.org saytına istinadən verdiyi məlumata görə mətbuat konfransında Talış diasporunun rəhbəri İsmayıl Şabanov, Rusiya Strateji inkişafın modelləşdirilməsi mərkəzinin vitse-prezidenti Qriqori Trofimçuk, Moskva Əhləl-Beyt müsəlman cəmiyyətinin sədri Musa Qurbanov, Moskva vəkillər palatasının üzvü Mərdan Quliyev iştirak edəcəklər.
Iki gün sonra 29 iyunda isə Hilal Məmmədovun hüququnu müdafiə təşəbbüs qrupu
Moskvada Avropa Şurasının ofisi qarşısında mitinq keçirməyi planlaşdırılır.
QIZ QALASI İLƏ SƏBAİL QALASI BİR ANSAMBL TƏŞKİL EDİB...
CƏMİSİ 150 İL BUNDAN QABAQ BAKI BUXTASINDA QIZ QALASI İLƏ SƏBAİL QALASI BİR ANSAMBL TƏŞKİL EDİB... ŞƏHƏR QALA DİVARLARININ DƏNİZİN İÇƏRİLƏRİNƏ DOĞRU UZANMASI ONU GÖSTƏRİR Kİ ƏVVƏLLƏR QURU OLAN ƏRAZİLƏR SONRADAN DƏNİZLƏ ƏHATƏLƏNMİŞDİR... RUS RƏSSAMI ŞEBLİKİNİN ƏSƏRİDİR...1932 -Cİ İLDƏ ÇƏKİLMİŞ BU RƏSMDƏ BAKININ 1860 -CI İLDƏKİ VƏZİYYƏTİ ƏKS OLUNUB... BAKI HAQDAKI ALBOMLARDA BU ŞƏKİL GÖSTƏRİLİR...
Qalib Quluyev
Sərvi boylum – Al yazmalım...
səni yaradan yaratdığı gözəllikdən xəbərsizdi, Sərvi boylum
sənin gözəlliyin elə həqiqətdi
sənin gözəlliyin elə Tanrı özü, Al yazmalım
sənin özün xəbərsizsən Tanrını yaratdığından
bir öpüş qədər yaxındı Tanrı bizə
bir toxunuş qədər
bir isti-doğma nəfəsdi Tanrı özü, Sərvi boylum
bir içki qoxusu qədər – bir siqaret dumanı
çiynimdən aşırdığım çanta qədər
sevgi qədər yaxındı Tanrı bizə
gecə qədər – ağac qədər – sənin qədər, Al yazmalım
Şah İsmayıl Xətai. Kərəm eylə...
Satma, qardaş, kərəm eylə!
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə!
Gördün bir yerdə aşina,
Hər nə dersən özbaşına.
Yol daşını yol quşuna
Atma, qardaş, kərəm eylə!
Gördünsə, bir yerdə rəqib,
Neylərsən üzünə baxib
Münkiri qatara çəkib
Getmə, qardaş, kərəm eylə!
Xətaim çağırır, ərə!
Dünya böylə gəlmiş zirə.
Arif oxun əbəs yerə
Tutma, qardaş, kərəm eylə!
VURULAN TÜRKİYƏ TƏYYARƏSİNİN DƏHŞƏTLİ FAKTLARI AÇIQLANDI
Plana əsasən Türkiyədən qalxan təyyarələr Laziqiyyədə yerləşən havadan müdafiə sistemini bombardıman etdikdən sonra geri dönməli, hadisənin də Suriya Hərbi Hava Qüvvələrindən Türkiyəyə qaçan bir neçə təyyarə tərəfindən törədildiyi bildirilməli idi
Suriya kəşfiyyatı bu ölkənin qaçırılan təyyarəsi və həmçinin vurulan Türkiyə qırıcısı barədə yeni faktları açıqlandı.
“DamPress” agentliyinin Suriya kəşfiyyatından aldığı məlumatları diqqətinizə çatdırırıq: “İyun ayının 21-i Suriya xalqı bu ölkənin MİQ-21 tipli təyyarəsinin təlim uçuşu zamanı əlaqəsinin kəsilməsi barədə məlumatı eşitdikdə şoka düşmüşdü. Məlumatı Suriya Kütləvi İnformasiya Vasitələri yaydı. Xalq, pilot Həsən Məri əl-Həmadəninin təyyarəni qaçırdığını, yoxsa texniki nasazlıq ucbatından İordaniyada endirdiyi barədə tərəddüddə qalmışdı.
“Euro-2012”də “Tı kto takoy, davay, do svidaniya”
"Tı kto takoy, davay, do svidaniya" qafiyəsi ilə meyxana oxuyan masallılı Rüstəmov qardaşlarının şöhrəti artıq Azərbaycan və Rusiya hüqudlarını aşaraq Ukraynaya da çatıb.
“Qafqazinfo”nun musavat.com-a istinadən verdiyi məlumata görə, bu günlərdə onları - Ehtiram və İntiqamı Ukraynanın paytaxtı Kiyevə, futbol üzrə Avropa çempionatının bağlanış mərasimində çıxış etməyə çağırıblar. Onlar Kiyevdə "Tı kto takoy, davay, do svidaniya" qafiyəsi ilə yeni bəndlər ifa edəcəklər.
25.06.2012
Xett yazısı
XETTLƏRİN XƏTTİ YAZILARI ŞUMER MƏTNLƏRİNDƏN DAHA ANLAŞIQLI OLMASINA BAXMAYARAQ NƏDƏNSƏ OXUNA BİLMİR...
Qalib Quluyev
Kosmosdan adı görülən ilk insan HAMAD
Dünyanın ən böyük nəqliyyat şirkəti sahibi, bilindiyi qədəri ilə 14 milyard dollar sərvəti olan BƏƏ vətəndaşı Sheikh Hamad Bin Hamdan Al Nahyan, adının hərflərini torpağı qazdırıb içinə su doldurdaraq, kosmosdan adı görülən ilk insan olmuşdur. Həyat tərzi ilə dünyanın qabaqda gələnlərindən olan Hamad ‘ın gördürdüyü bu işin uzunluğu 3.5 kilometrdir.
kesmekesli heyat
Bir il planlaşdırılan müsahibə
Kənan Hacıyla hər görüşümüz, hər söhbətimiz maraqlı alınır. Onun geniş mütaliəsi, ədəbiyyata ciddi münasibəti, sevə-sevə oxuduğum yazıları və şəxsi keyfiyyətləri bizi uzun müddətdir ki, doğmalaşdırıb. Bir-birimizə “abi” deyə müraciət edirik. Hər dəfə zəngləşəndə, telefonun o biri başından Kənanın “Həəə, abi...” sözünü eşidəndə xeyli kefim açılır. Yüngülvari hiss olunan ləhcəsi mənə xüsusi ləzzət eləyir. Bilirəm ki, zəng edibsə, görüşməliyik. Hər görüşümüz də xudmani bir məclisə çevrilir.
Xidmətdə heç nə dəyişməyib
Bu günlərdə yolum yenə Qazaxdan düşdü. Yaxın qohumun oğlu öz toyuna dəvət etmişdi, amma bu da bir bəhanə oldu. Deyirlər vətənə məhəbbət doğulub boya-başa çatdığın məkana sevgidən başlanır. Mən də qeyd etdiyim kimi toy bəhanəsilə Daş Salahlının indiki cah-cəlalını görmək üçün yurda baş vurmağı qərara aldım. Necə deyərlər, həm ziyarət, həm ticarət.
Nömrəsini tanışdan aldığım avtobus sürücüsünə zəng edib ön sıralardan yer sifarişi verdim. Axşamçağı işdən çıxar-çıxmaz tez-tələsik hazırlaşıb qaçdım Bakı Beynəlxalq Avtovağzalına. Çatanda gördüm avtobus tərpənmək üzrədir. Həm də lələ köçüb, yurdu qalıb. Nəinki sifarişini verdiyim ön sırada, heç arxada da yer tapılmırdı. Sürücüdən bunun nə məsələ olduğunu soruşmaq əbəs idi. Başı da o qədər qarışmışdı ki, heç sual verənlərə də doğru-dürüst cavab vermirdi.
Подписаться на:
Комментарии (Atom)
.jpg)


