Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
30.08.2012
29.08.2012
Dövlət müstəqilliyimizin bərpası gününü niyə qeyd etmirik?
1991-ci ilin 30 avqust günü Azərbaycan tarixində ən önəmli, tarixi günlərdən biridir. Həmin gün o dövrdəki Ali Sovetin növbədənkənar sesiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Bəyannamə qəbul edilərək Azərbaycan Respublikası 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisi elan olundu. Əslində bu müstəqilliyin elan edilməsi demək idi. Hesab edirəm ki, indiki müstəqilliyimiz məhz Bəyannamə günündən – 30 avqust 1991-ci ildən başlayır. Inanıram ki, belə düşünən tək mən deyiləm.
Keçmiş SSRİ-də sovet respublikalarının müstəqillik “paradı” qəbul edilmiş bəyannamədən on gün əvvəl, 1991-ci ilin 19-22 avqustunda baş vermiş QKÇP “tamaşası” ilə başlanmışdı. Avqustun 20-də Estoniya, 24-də Ukrayna, 27-də Moldova öz müstəqilliklərini elan etdilər.
28.08.2012
Verənlər və alanlar
Nədənsə xalqın sevdiklərinə xalqın adı ilə bağlı adlar verilmir. Türkün məsəli, veriləndə də çox gec verilir. Elə verirlər ki, iraq olsun, heç verməsələr bundan yaxşıdır. İndi durub ağzıgöyçəklər, göyçək olmayan ağızlarından selik axıda-axıda haqqımda xoş olmayan ifadələr işlədə bilər, məni paxıllıqda qınaya bilərlər ki, guya bunlara verilənlərə mənim qısqanclıqla yanaşmağım gözü götürməzlikdən yanadır. Əstəğfürullah, əlbəttə, bu belə deyil. Mənim dediklərimin, türkün məsəli, haqqa söykəndiyini elə o adamlar özləridə yaxşı bilir. Söhbətin bəzi “sənət adamlarının”, “tez-bazar” xalq artisti, əməkdar artist, nə bilim daha hansı adların verilməsindən getdiyini qədirbilən oxucuların diqqətinə çatdırıbda bir olmuş söhbəti çatdırım.
Deyilənlərə görə sənətə “Ay qız, keçmə bizim məhlədən!” deyərək hədə-qorxu ilə gələn Ədalət Şükürov bir-neçə il bundan əvvəl Respublikanın Əməkdar Artisti adını aldıqdan sonra başını, türkün məsəli, başlara qoşmaq istəyində bulunur. Və tədbirlərin birində özünü Respublikanın azman sənətçiləri oturan masaya pərçimləyir.
Bilinməyən Hitler. I yazı
Adolf Hitler, statisiklərə görə İsa Məsihdən sonra haqqinda ən çox kitab nəşr edilmiş bir adamdi. Hitlerlə əlaqədar 50 mindən cox kitab nəşr edilmişdi. Bu vəziyyətdə ''yeni'' və ''bilinməyən'' nə qalmişdir deyə soruşula bilər. Hitlerlə bağli sənədlərin çoxu xüsusilə 1991- cil ildən sonra açiqlanmağa başlandi və tarixçilər illərdir doğru qəbul etdikləri bir çox məlumatlarin gərəksiz olduğunu dərk etdilər. Bir sira məxfi məlumatlarla taniş oldular. Bu məlumatlardan aydin gorunur ki, Hitleri siyasət səhnəsinə heç də təsadüfən daxil olmamişdi. Hitleri hakimiyyətə gətirən ''Okült'' təşkilati olmuşdur. Okultizim (Gizli elmlər) Nasistlərin hakimiyyətə qəlməsində çox önəmli bir rol oynamişdi. Yaxin zamana qədər Nasizimin bu yönü tarixçilər tərəfindən ya heç bilinməmiş yada sükutla üstündən keçilmişdi. Hitleri tarix əshnəsinə çixardan gizli Okult təşkilatinin adi Thule Gesellschaf və onun qurucusu tarixçilərin ''Əsrarəngiz Baron'' deyə anlatdiqlari Baron Rudolf von Sebottendorff adli bir adamdir.
Ədəbi mühitin problemlərini sadaladılar
Millət vəkili, yazıçı Aqil Abbas:
“Ədəbi mühit inkişaf edir, cavan və yaşlı nəsil yazır. Arada bir-biri ilə mübahisə də edir, diskussiya da aparırlar. Bunlar ədəbiyyatımızın inkişafına xeyirdir, çünki mübahisə olmayan yerdə inkişafın baş verməsi qeyri-mümkündür. Bu dəqiqə ədəbi mühitdə inkişaf var, kitab oxuyanların sayı artıb, həmçinin çox istedadlı bir ədəbi gənclik yetişir. Arada məəttəl qalıram ki, belə gənclər varmış. Yenə deyirəm: Məni narahat edən elə bir məsələ yoxdur”.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəyli isə bədbindir:
“İdeoloji və mənəvi boşluq, stimulsuzluq, saxta, qondarma dəyərlərin təntənəsi, mənəvi nihilizm, ən gözəl, dəyərli sözlərin, deyimlərin edam edilməsi və ədəbi aləmin ölü sözlər qəbiristanlığına çevrilməsi, mənəvi boşluq... Bütün bunlar günümüzün problemləridir”.
Müəmmər Qəzzafi - Yaşıl Kitab
Demokratiya (Xalqın hakimiyyəti)Üçüncü Dünya Nəzəriyyəsinin siyasi əsası. İdarəetmə aləti
-İnsan cəmiyyətlərinin qarşısında duran başlıca problem idarəetmə aləti problemidir.
-Ailə ixtilafları belə çox vaxt həmin problemlə əlaqədar yaranır.
-Müasir cəmiyyətlərin təşəkkül tapdığı andan bu problem olduqca ciddi səciyyə kəsb etmişdir.
-Hazırda xalqlar bu mütəmadi problemlə qarşılaşır, cəmiyyətlər onunla bağlı bir çox təhlükələrə məruz qalır, onun doğruduğu ağır nəticələrin əziyyətini çəkir. Hələ də bu problemin qəti və demokratik həlli tapılmamışdır. Yaşıl kitab idarəetmə probleminin qəti həllini verir. Həqiqətən hazırda dünyanın bütün siyasi sistemləri idarəetmə alətlərinin hakimiyyət uğrunda istər dinc, istərsə də silahlı mübarizəsinin nəticəsidir.
"Məncə ciddi ədəbiyyatçılar ədəbiyyat haqqında fikir söyləməkdən daha çox ciddi ədəbiyyat yaratmağa üstünlük verənlərdi"
Əyyub bəyə ilk sualı verməzdən əvvəl qeyd etmək istəyirəm ki, onun son illərdə qələmə aldğı “QARA İŞIQ”, “SONUNCU BÜT” və “KÖPƏK BÜRCÜ” romanları haqqında mətbuatda az söz deyilməyib və deyilən sözlər də birmənalı olmayıb...
-Ədəbiyyatın içindən imzası keçən yüzlərlə müəllifin, ədəbiyyat adamının ədəbiyyat haqqında dediyi müxtəlif fikirlər var. Bəs sizinçün ədəbiyyat nədir?
-Mənim yadıma o imzaların və o fikirlərin bəziləri düşdü və bir daha əmin oldum ki, ədəbiyyat haqqında ən sanballı fikirləri ədəbiyyatda heç bir iş görə bilməyənlər deyiblər, amma ədəbuyyatda ciddi işlər görənlər ədəbiyyat nədir kimi suallara çox bəsit cavablar veriblər. Mənəcə ciddi ədəbiyyatçılar ədəbiyyat haqqında fikir söyləməkdən daha çox ciddi ədəbiyyat yaratmağa üstümlük verənlərdi...
27.08.2012
Rusiya uşaqları qurtuldu. Qaldı bizimkilər.
Sentyabrın 1-dən Rusiyada “Uşaqların psixologiyasına, sağlamlığına və inkişafına zərər gətirən proqramlardan müdafiə” haqında qanun qüvvəyə minir. Bu qanun Rusiyada hələ 2010-cu ildə qəbul olunub. Qanunun ortaya çıxmasının səbəbi uşaqların zor, aqressiya, bir-birini öldürmək kimi hallar aşılayan cizgi filmlərinin, proqramların, filmlərin həddini aşmasıdır.
İveroalienlərin Liviya siyasəti

Professional Oxucu Liqası
Vətəndaş müharibəsi, yoxsa “natəmiz Qərbin çirkin təxribatı”
Hadisələrə şərh verməzdən əvvəl, ilk növbədə,
onu qeyd etmək lazımdır ki, Liviyada heç də vətəndaş müharibəsi baş
vermədi. Sadəcə, maraqlı qüvvələr bunu vətəndaş müharibəsi adlandırdı.
Əslində, isə bəzi narazı qüvvələr nümayişlərə
çıxdı, müxalifət bundan istifadə edərək silahlandı, NATO-nun birləşmiş
koalisiya qüvvələri isə üsyançılara kömək edərək hərbi texnikanıı
ölkənin içərilərinə yeritdi, aviasiya zərbələri ilə Qəddafi qüvvələrini
sarsıtdı və hakimiyyəti devirdi. Müharibənin qısaca xülasəsi
budur.
İndi isə təfərrüatı ilə şərhlərə keçək.
26.08.2012
Ramil Əhmədov - SEVGİLİMİN MƏKTUBU
pəncərə şüşəsinə çırpır özünü,
Bir isti evə can atır yağış.
Bir kimsə də yoxdur ki,
açıb pəncərəni deyə:
Xoş gəlmisən, yağış.
Evdəkilər
bağlayır qapını, pəncərəni,
Küçədəkilər
açır çətirlərini -
yağışdan qorunur hamı.
Siz bilməzsiniz bu yağışın dilini,
Bu yağış deyil ee!..
Sevgilimin göndərdiyi məktubdur,
yenə görüşə çağırır məni.
PƏRAKƏNDƏ OT SATIŞI
Sayuz müəllim başqa qaçqınlardan fərqli olaraq Sallabaş kəndinə qaçqın kimi yox, yerli kimi gəlmişdi. O özü bu kənddə böyüyüb başa çatmış, gedib oxuyandan sonra təyinatnan qonşu rayonun Qaranlıqdərə kənd orta məktəbində müəllim işləmiş və taleyini də o kəndə bağlamışdı. Amma axıra qədər bağlaya bilməmişdi taleyini Qaranlıqdərəyə Sayuz müəllim. Qaranlıqdərə erməninin əlinə keçəndə o da qaçqın olmuşdu. Sayuz müəllim özünün bu Sallabaş kəndində ata yurdu olduğundan o biri qaçqınlar kimi daha məktəbdə, xəstəxanada, bağçada və s. bu kimi yerlərdə məskunlşmamış, öz ata yurdunun çırağını yandırmışdı. Yoldaşı da müəllimə idi və hər ikisi o qaçqına hörmət qoyulan vaxtlarda Sallabaş kənd orta məktəbində işə düzəldilər.
Asif Hacılının “Qurani Kərim Rus ədəbiyyatında” kitabını oxumusunuzmu?
Bakı Slavyan Universitetinin “Yaradıcılıq” fakulitəsində təhsil aldığımdan, bu il bir çox tələbələr kimi, mənə də professor Asif Hacılının “Qurani Kərim Rus Ədəbiyyatında” kitabı təmənnasız hədiyyə olunmuşdu. Sadəcə əlimdə başqa kitablar olduğundan, bu kitabı oxumağı bir az yubatdım. Miqel De Servantes Savedranın “Don Ki Xot” əsərini oxumayan jurnalistə müsahibə verməyən və hamımıza bu kitabı oxumağı mələhət görən, B.S.U-nin rektoru, yazıçı Kamal Abdullanın məsləhətindən sonra, “Don Ki Xotu”-da oxudum. Fürsətdən istifadə edib, bizim üçün “Yaradıcılıq” fakulitəsini yaradan, universitetin rektoru, yazıçı K. Abdullaya öz dərin təşəkkürümü bildirirəm!
25.08.2012
QUM EVCİK
Dəniz sahilində kiçik bir uşaq
ağlayır səsizcə, sakit,
Harayını içində boğaraq.
Önündə bir yığın qum təpəsi,
Göz yaşının hər damlası
sanki bir üzüm giləsi.
Yanında oturdum,
Sığalladım başını.
Dupduru gözlərindən sel tək süzülən göz yaşını
yumruğuyla silərək,
anlatdı balaca ürəyini deşən
böyük dərdini bir-bir, tək -tək
Sən demə sahilin qumundan
bu xırdaca əllər
bir evcik qurmuş.
Narıngül - YOLDA
Küçənin ortasındakı yoldaşlarından bir qədər aralıda
dayanmış, maşınına söykənərək hərdənbir müştəri haraylayan sürücüyə birdən-birə
iki nəfər yaxınlaşdı və bu sürücü üçün bir qədər gözlənilməz, eyni zamanda, göydəndüşmə
oldu.
Yaxınlaşanlardan biri 30-35 yaşlarında qadındı, bahalı
olmasa da, əyninə son dəbə uyğun paltar geyinmişdi, saçlarının rəngi paltarının
rənginə uyğun idi. İncə mütənasib bədəni vardı ki, bu da qadını yaşından xeyli
cavan göstərirdi. Qadının bir əlində üstü incə naxışlı əl sumkası, o biri əlində
xeyi ağır olduğu kənardan hiss olunan iri yol çantası vardı.
O biri sərnişin üz-gözündən sevinc və gəncliyə xas ərköyünlük
yağan, idmançıbədənli, yaraşıqlı oğlandı. Yəqin ki, yaşı 25-dən çox olmazdı.
Oğlanın da əlində yolçu olduğunu uzaqdan bəlli edən yük çantası vardı.
"500 şeirimə mahnı yazılıb"
Avqustun 25-də Azərbaycanın xalq şairi Fikrət Qocanın 77 yaşı tamam olur. Doğum günündə onunla Ramilə Qurbanlı söhbətləşib.
- 2 il əvvəlki söhbətimizdə ədəbiyyatın vəziyyəti ilə bağlı sualıma cavab vermişdiniz ki, bu gün ədəbiyyatda diversiya var. Davam edir həmin prosses yoxsa?
- Artıq bir az səngimə prosesi gedir. Dəniz çox dalğalananda necə ki, altında olan bulanıqlıq üzə çıxır, dalğaların qoynunda sahilə çırpılır, hər yeri çirkab edir, sonra dalğalar yatır, həmin çirkab da dənizin dibinə çökür. İndi ədəbiyyatda həmin çökmə prosesi gedir.
Ququşun Azərbaycanca yazdığı status «Facebook»da şərh fırtınası qoparır
«Qardaş, bacı, bu sözlər bizim ölkəmizdə gedib lap dağların dalına. Sənə qurban olum. Mən özüm azəriyəm, bu sözlərə inansan, bilərsən ki, ürəyim yanır...» kimi təsirli sözlərinə fars, ingilis və Azərbaycan dillərində ziddiyyətli şərhlər gəlir. Ona rəğbət sözləri ilə yanaşı, kinayə və ittihamlar da yazırlar.
Nə yazır Ququş, Ququşa nə yazırlar?
Verilişin qonaqları müğənni Aybəniz Haşımova və şair Sayman Aruz olub.
- Ququşu bu statusu yazmağa vadar edən səbəb nə idi?
Dahilərin böyük axmaqlıqları
Dahi kimi tanıdığımız adamların da inanılmaz nöqsanları və səhvləri var... 10 məşhur şəxsiyyət haqqında maraqlı faktları təqdim edirik.10-cu yer: Araşdırmaları ilə İsaak Nyutona ümumdünya ağırlıq nəzəriyyəsini kəşf etməkdə kömək etmiş XVI əsr astronomu Tixo Braqe ona görə həyatını vaxtsız itirib ki, vaxtında tualetə getməyib. Həmin dövrdə ziyafət bitənə qədər stolu tərk etmək ev sahibinə ağır təhqir idi. Nəzakətli adam olan Braqe stoldan qalxmağa icazə istəmir. Sidik kisəsi partlayır və 11 günlük əzabdan sonra astronom vəfat edir.
9-cu yer: XVI əsrin dahi dövlət xadimi və filosofu Frensis Bekon içalatı çıxarılmış toyuğun içinə qar doldurduğu üçün vəfat edir. O fikirləşir ki, ətin saxlanılması üçün duzun əvəzinə qar istifadə etmək olar və bu nəzəriyyəsini yoxlamağa çalışır. Təcrübənin nəticəsində toyuq deyil Bekon özü donur.
Ala-dəymiş
Qarpız yaşıl tağların arasından boylanıb:
- Özümdən yoxdu! – dedi. – Kürəşəkilliyəm. Günəş də mənə bənzəyir.
Günəş hirsindən qızararaq alov püskürdü. İsti nəfəsi külək olub Yer səthində əsdi. Bostanın oynatdı, tağları araladı. İsti küləklər çətirsiz qarpızı çatlatdı.
Yemiş:
- Nə oldu, Günəbənzər! – dedi.
Qarpız özünü sındırmadı.
- Nə olacaq ki! Şirinliyimdən çatladım. Niyə istehza edirsən! Kainat da mənə bənzəyir.
- Sənə yox, kürəyə.
- Kürə də məndədi, sfera da. – Çatını göstərdi. – Qabığım sfera, daxilim kürədi. – Şişərək iki yerə bölündü. Qırmızımtıl, kalımsoy idi. – Kəsiyim isə dairədir. Diqqətlə baxsan dairənin kənarındakı çevrəni də görərsən.
Yemiş gülərək söylədi:
- Tamamilə həndəsi fiqurlarmışsan ki!
- Sənsə, uzaqbaşı ellips ola bilərsən...
24.08.2012
Faiq Balabəyli - Burda haqq nazilir...və üzülür
Həbsxana həyatı ilə bağlı çoxlu kitablar oxusam da, əslində bu kitablar sonradan mənə gerçək həbsxana həyatını yaşadıqdan sonra çox maraqsız görünmüşdü. Həyatının müəyyən hissəsini bağlı qapılar arxasında keçirən adamlar da vardı ki, çox əvvəllər onlarla söhbətlərim mənə daha maraqlı, dinamik görünərdi. Açığı deyim ki, heç kəsə arzulamadığım bu həyatda, sonralar danışılası, xatırlanası, misallar göstəriləsi ibrətamiz hadisələr o qədər olub ki. Bəzən bu günləri yaşamağına heç heyfslənmirsən də. Baxmayaraq ki, ömrün bu anları həyatın qara zolağıdır. Bəzən həbsxananın da bir məktəb olduğu deyilir. Bu, doğrudur.
Qalib Şəfahət - İÇİMİ YEYİB GƏLMİŞƏM
Susuzluğum,aclığım yox
Içimi yeyib gəlmişəm.
Əl-ayağım dil açandan
Başıma döyüb gəlmişəm.
Bu dünyaya nə gətirdim,
Bu dünyadan nə götürdüm.
Nə qazandım,nə itirdim
Yerində qoyub gəlmişəm.
Suda batmaz odum,közüm.
Deyilib deyiləsi sözüm.
Dünyada mənim nə gözüm?
Dünyaya doyub gəlmişəm.
Bizə mütəxəssis lazımdı, yoxsa əjdaha!
İstənilən bir sahədən danışdıqda, yaxud da bu barədə müzakirə getdikdə mütəxəssis qıtlığı dərhal vurğulanır. Söhbət yaşadığımız respublikadan gedir. Sonra adam məcbur qalır düşünsün ki, yaxşı bəs, xarici ölkələrdə bu mütəxəssislər hardan peyda olur. Bəlkə Allah onları göydən bir-bir tullayır yerə? (Allahın göydə olduğuna inanalar üçün ağlabatandır (!).
Günel Eyvazlı. Barnaba İncili
Bildirmək istəyirəm ki, xristian dünyasının təəssübkeşlik buludlarına büründüyü qara günlərdə ən üstün qüvvə hesab edilən rahib sinfi, Müqəddəs kitab olan “İncili”i təhrif etmək üçün böyük bir yarışma içində idi.
Hər yoldan ötən ayrıca İncil yazır və Müqəddəs kitabı öz şəxsi fikirləri əsasında dəyişirdi. Sayı bir neçə yüzə çatan və bir-birindən fərqlənən İncillərə hər gün yeniləri əlavə edilirdi. Lakin bu müəlliflərin adı ilə çağrılan həmin İncillərin sayı o qədər artdı ki, artıq onların barəsində bir tədbir görmək zərurəti yaranır.
Əli Şirin Şükürlü - SƏS KİMİ
əl gəzdirirəm evimizin kimsəsizliyinə, oyadıram səssizliyi. qapını açıram,
işığı yandırıram, otaqları gəzirəm, telefonu yoxlayıram... divardakı
şəkillərə baxıram, illərin arxasından boylanırlar üzümə; bu atamdı,
bu anam, bu bacılarım, bu da mən. zaman boyu keçmişə səyahət edirəm
xəyalən bir anlıq. atamın səsini xatırlayıram öncə, sonra üzünü,
sonra yerişini. anamı da elə.
əvvəlcə səs kimi xatırlayıram insanları həmişə, elə hadisələri də. bəlkə elə
səsə dönür hadisələr baş verdiyi andan, bəlkə elə səsdi insan
ölümdən sonra – nəyəsə çevrilməlidi də yaranan əvvəl-axır.
maddə itmir axı, hər dəyişmədə enerji yaranır, hər kütləyə enerji xasdı.
Təlxəklikdən imperatorluğa - Xruşşov
“…əgər o bu qədər böyük bir ölkənin və bu qədər güclü bir partiiyanın sədri olmasaydı… içki süfrəsinin arxasında əvəzolunmaz gözəl insandı”. Con Kennedi
“Mən əminəm ki, Amerika və Sovet donuzları bir yerdə yaşaya bilərlər”. Nikita Xruşşov
1929-cu il. İosif Stalinin arvadı Nadejda Alliluyeva Sənaye Akademiyasında təhsil alırdı. Daim onun ətrafında Ukrayna Kommunist Partiyasının birinci katibi Lazar Kaqanoviçin rəyi ilə Akadeymiyaya təhsil almağa gəlmiş Nikitka Xruşşov fırlanırdı.
Nadejda gənc partiya funksionerini ərinə təqdim edir. İlk baxışda komik adam təəssuratı yaradan Xruşşov Stalinin xoşuna gəlir. Nadya öz dostunu tez-tez evlərinə dəvət edir və Nikitka Stalinin qonaqlarını balalaykada çalaraq ədəbsiz çastuşkalarla əyləndirir.
23.08.2012
Eduard Limonov. Putin haqqında
Budur Putin haqqında bir neçə zənnim.
Xüsusi bir şey yoxdur. Belə baxanda ölkə dondurulub və tormozlanıb, siyasətçilərin bəxti bağlanıb, şikəst qoyulub. Mən də istisna deyiləm. Lakin, bundan daha betər ola bilərdi.
Kimdir bu? Adi hərbiçi-məmur. Çekistliyi zadı yoxdur!
Onun vaxtında çekistlərin artıq yerli-dibli yox idi. Çekist inqilab uğrunda intihara hazır olan od parçasıdır. Putinin vaxtında çekistlərlə dolu qatar artıq çoxdan yoxluq aləminə getmişdi.
KQB-də onun işi nə idi? Drezdendə stoldan stola kağız daşıyırdı. Darıxanda alman pivəsindən vururdu, sonra yenə darıxırdı. Müddətinin sonuna qədər işdən çıxmır, axırda özləri qovurlar, çünki heç kimə faydası yox idi. İşsiz idi, havada qalmışdı.
Zamiq Zərdabi - BƏLKƏLƏR
Mən qorxuram qaranlıqdan,
Mən qorxuram qaranlığın,
Tək adamın qorxduğunu
Hiss etdikcə
hücum edən,
öz gücüylə qürrələnən
Lal baxışlı hədəsindən.
Mən qorxuram qaranlıqda,
Agaclarin, binaların,
Cinə bənzər,
ruha bənzır kolgəsindən.
Mən qorxuram qaranlığın,
Məni atan sevgilimin
Lap ayrılıq anındaca
Hss etdiyim nəfəsi tək,
Soyuq, bum buz nəfəsindən.
Sirr onun adıdır
O, 20-ci əsr şərq döyüş sənətlərinin Allahıdır…
Bruce ilə tanışlığım hələ o zamanlar fəaliyyət göstərən SAra kanalında olmuşdu…Günorta saat 1-də veriləcək filmin anonsunu görüb məktəbdən evə qədər bir xeyli yolu qaçaraq gəlmişdim…. Uşağlıqda hər kəs kimi mən də bir az dəcəl, bir az dəli, bir az da ağıllıydım… Nə zaman ki, evdə nasqıları bir birinə keçirib futbol oynasam dəcəl, dərslərimi oxusam ağıllı və məkktəbdə iki üzlü qızları söyüb, elə eynicür oğlanlarla dalaşırdımsa dəli olurdum)).. Döyüşmək həyatıma onun adı ilə girdi.. Onun adı ilə təpik atıb yerə yıxılmağım, qolumun sınmağı hələ də yadımdadır… Qolumun ağrısı keçib bəlkə amma içimdə Bruce sevgisi zərrə qədər də azalmayıb… O bir qəhrəman idi...
Ziba Xəlil - Yolları sər üstümə
Günəşə qar yağır yenə
Sabahdan
Əllərim üşüyür əllərində
İçin heçnə demir mənə
Üzün kimi
Boş şüşə kimisən indi
Nə məst edəcək bir şeyin
Nə özünə gətirəcək
Səmtini itirmiş gəmisən
Kompasın düşüb dənizə
Göy uçmuş altında qalmış
Yaşam həvəsin
Sığınıb köksümün dalğılarına
Qurtulmaq da istəmirsən
Əli İbrahimov - BƏLKƏ HEÇ UNUTMADIM...
Q I N A M ASoruşma gözlərim niyə nəmlidir,
Soruşma ürəyim niyə qəmlidir.
Hər şey ilk baxışdan sənə bəllidir,
Onu dəli kimi sevirəm, ana...
O, içimdə tufan qopardı getdi,
Hər şeyimi aldı, apardı getdi.
Heç bilmirəm harda yox oldu, itdi,
Mən onu hələ də sevirəm, ana.
O məni dəfn etdi eşq məzarında,
Odlanan ürəyin ahu-zarında.
Qalıb həsrətində, intizarında,
Mən onu hələ də sevirəm, ana.
Səməd Vurğun kürddürmü?
"Hamısını PKK-çı etmək olmaz"
"Hərəmiz bir yandan köçüb gəlmişik"
“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleymanın Azərbaycanın görkəmli şairi Səməd Vurğunla bağlı səsləndirdiyi “Xalq şairi Səməd Vurğunun əsli-nəsli Diyarbəkirdən gələn kürddür” sözləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı.
Publika.Az tanınmış ziyalılara müraciət edərək, bununla bağlı onların fikirlərini öyrəndi.
Xalq şairi Sabir Rüstəmxanlı bildirdi ki, T.Süleymanın sözlərinə ciddi yanaşmaq düz deyil:
“Onun başı xarabdı. Qeyri-ciddi adamın heç bir sözünə ciddi yanaşmaq lazım deyil. O özü etnik-goreşənənliklə məşğuldu. Səməd Vurğun Azərbaycan dilinin ölçülərini yaradan bir şairdir. Haradan çıxıb, hara gəlib - bunu axtarmaq alimlərin işidir.
Cızma “qara”dan uzaq
İpləri olsun və ya olmasın, səhnədə oyuncaq rolu alan hər kəs oynamağa məhkumdur!!!… Hər kəs ona verilənlə kifayətlənib, yaşadığı böyük dünyada sadəcə mağaralarla kifayələnməlidir.. “Doğul, düşün, inan, oyna və öl…”.
“Əvvəlcə torpaq parçaları vardı yaşamaq üçün. Sonra biriləri daha böyük torpaqlara sahib olmaq üçün, bütün torpaqları parçalara ayırıb, ayırdığı parçalarda fərqlər yaratdı..İnsanıq çünki fərqləri sevirik, xüsusən də digərlərindən fərqlənməyi… Sonra fərqlilik hərisi insanların əslində hərkəsin eyni olduğunu görməməsi üçün problemlər yaratdı ki baş qatışsın… Alındı…
Əmi sənə daldan…
O qara dalın ki var, dolaşır şanələrə,
Gözə dəysə gecələr, nur çilənər xanələrə.
Arxan olsa nəsibim, seyr edərəm rəğbət ilə,
Çünki rəğbət qılıram arxadan dürdanələrə.
Yüz gözəl birdən əgər versə qabaqdan mənə,
Mən o dəm rədd edərəm, uymaram əfsanələrə.
Bilməyirsənmi məgər dalını ram etmək üçün
Köçürmüşəm ordan-burdan bu sözləri namələrə?
Bunca ki gecələr yatmayıram, ismini hey səsləyirəm,
Qoqludan taqətim yox, bənzərəm divanələrə.
22.08.2012
“Davay, do svidaniya”nın müəllifləri “Pryamoy efir”in qonağı olublar
“Tı kto takoy? Davay, do svidaniya” meyxanasının müəllifləri İntiqam və Ehtiram Rüstəmov qardaşları “Rossiya 1” telekanalının qonağı olub.
Gün.Az xəbər verir ki, qardaşlar “Pryamoy efir” verilişində çıxış ediblər.
Mixail Zelenskinin aparıcılığı ilə baş tutan tok-şounun mövzusu internet sayəsində məşhurlaşan adamlar haqqında olub. Meyxanaçılar verilişdə qısa zaman ərzində neçə məşhurlaşdıqlarından danışıblar.
Verilişdə həmçinin Yuli Qusman da qonaq olub.
"Tətilimi harada keçirməyimin bu insanlara nə aidiyyəti var?"
Millət vəkili Qənirə Paşayeva ilə müsahibə
- Qənirə xanım, sizə qarşı sosial şəbəkələrdə ünvanlanan ittihamlar, yəni özünüzü reklam etməyinizlə bağlı səslənən iddialar hansı məqsəd daşıyır?
- Mən bu insanlara nə deyə bilərəm?.. Allah, bu insanlara rəhm etsin, Böyük Yaradan onların könül pasını silsin deyirəm. Bu insanlar doğurdanmı belə hesab edirlər ki, mənim Somali səfərimlə reklama ehtiyacım var? Əgər doğrudan da, bu adamlar belə düşünürlərsə, mənim onlara deyiləcək sözüm yoxdur. Ünvanıma səslənən ittihamların əslində başqa niyyətlərlə deyilməsi ortadadır. Mən şəxsən bu adamları anlamıram.
- Qənirə xanım, sizə qarşı sosial şəbəkələrdə ünvanlanan ittihamlar, yəni özünüzü reklam etməyinizlə bağlı səslənən iddialar hansı məqsəd daşıyır?
- Mən bu insanlara nə deyə bilərəm?.. Allah, bu insanlara rəhm etsin, Böyük Yaradan onların könül pasını silsin deyirəm. Bu insanlar doğurdanmı belə hesab edirlər ki, mənim Somali səfərimlə reklama ehtiyacım var? Əgər doğrudan da, bu adamlar belə düşünürlərsə, mənim onlara deyiləcək sözüm yoxdur. Ünvanıma səslənən ittihamların əslində başqa niyyətlərlə deyilməsi ortadadır. Mən şəxsən bu adamları anlamıram.
Əsərlərdə hadisələr və şəxslər
Hər hansı bir ədəbi nümunənin özəyini hadisələr və şəxslər təşkil edir. Bəs görəsən bizim yazarlarımızın əsərlərində hadisələr və şəxslər hardan gəlir? Real həyatdan yoxsa, xəyali ağ atlı şahzadələrdən? Bunu özlərindən soruşduq.
Şair Əlişirin Şükürlü sualımıza sualla cavab verdi: «Yəqin nə yazdığımdan az-çox xəbəriniz var. Hətta ən abstakt elm sahəsi olan riyaziyyat belə həyatdan, gerçəklikdən faydalanır. O ki qaldı bədii yazılara, həyati müşahidələrsiz dəyərli mətnlərin yaranmasına şübhə edirəm.
Подписаться на:
Комментарии (Atom)


