Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
26.09.2012
ABŞ DEMOKRATİYANI BELƏ QORUYUR
Metro stansiyalara yerləşdirilən reklam lövhəsinə etiraz edən amerikalı köşə yazarı Mona Eltahavy polis bölməsinə aparılıb
FaktXeber.com-un verdiyi məlumata görə, əslən misirli olan ABŞ vətəndaşı Mona Eltahavy Nyu-York ştatının metro stansiyalarının birində İslam əleyhinə yerləşdirilən reklam lövhəsinə etiraz etdiyi üçün həbs olunub. Amerika Azadlıq Qoruyucuları Təşkilatı (AFDI) tərəfindən metro stansiyalara yerləşdirilən reklam lövhəsinə etiraz edən amerikalı köşə yazarı Mona Eltahavy artıq polis bölməsinə aparılıb.
Reklam lövhəsində bu sözlər yazılıb: "Müharibə vaxtı mədəni insan ilə vəhşi insan arasında seçim edərkən mədəni insanı dəstəklə. İsraili dəstəklə, cihada qalib gəl."
FaktXeber.com-un verdiyi məlumata görə, əslən misirli olan ABŞ vətəndaşı Mona Eltahavy Nyu-York ştatının metro stansiyalarının birində İslam əleyhinə yerləşdirilən reklam lövhəsinə etiraz etdiyi üçün həbs olunub. Amerika Azadlıq Qoruyucuları Təşkilatı (AFDI) tərəfindən metro stansiyalara yerləşdirilən reklam lövhəsinə etiraz edən amerikalı köşə yazarı Mona Eltahavy artıq polis bölməsinə aparılıb.
Molladan ödənişli qəza namazları
Sizi inandırım ki, belə getsə şadlıq sarayları kimi, şəhərimizdə yas saraylarının da sayı günü-gündən artacaq. Məsələn, “Qismət şadlıq sarayı” olduğu kimi, “Təzə Pir yas sarayları” olacaq. Bu yaxınlarda, kəndə yas yerindəydim, baxmayaraq ki, məclis elə də böyük deyildi, amma molla mikrafonla elə danışırdı ki, bunu nəyin ki, məclis əhli hətta, bütün kənd eşidirdi. Artıq hiss olunur ki, mollalar da “ulduz” xəstəliyinə tutulub.
Məhrəm duyğularını bizimlə bölüşdüyü üçün...
Abbasa təşəkkür edirəm
Bir neçə gündür ki, Facebook səhifələrində İran rejissoru Abbas Kiarostaminin Bakıya gələcəyi haqda xəbərlər yayılır. Rejissoru ölkəmizə Fehruz Şamıyevin rəhbəri olduğu “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi dəvət edir.
Keçən yazılarımdan birində qeyd etmişdim və yenə də xatırlatmağı vacib sayıram: Azərbaycanda bir neçə təşkilat var ki, onlar kinomuz üçün, bu sahəyə məsul olan rəsmi şəxslərdən daha çox iş görür. Ən azından nəyisə yerindən tərpətmək, canlandırmaq istəyirlər.
Yaxın və uzaq
Saat ikiyə qalırdı. Doğulub boya- başa çatdığı kəndə getməyə hazırlaşırdı. Orta məktəbdə müəllimə işləyən həyat yoldaşı hələ məktəbdən qayıtmamışdı. Fikirləşirdi ki, gözləməyinə gözləyib, bir az da dözsün. Son günlər yeknəsəqlikdən darıxırdı, amma səbəbini bilə bilmirdi. Yaş öz işini görürdü, ortada isə hələ bir şey yox idi. Zövq alacağı məşğuliyyət qalmamışdı. İşi vardı, əmək haqqı alırdı, kollektivdə başı qarışırdı, ancaq di gəl nəsə kefi açılmırdı, səbəbini özü də anlamırdı. Ona görə dünəndən beyninə bu fikir hakim kəsilmişdi: bir az gəzişmək, mühiti dəyişmək lazımdır, yaxın qonşu kənddə yaşayan atası evinə baş çəkər, hal-əhval tutar.
Ataxan Əbilov: "Yaxşı əsər sərhəd tanımır"
“Burada “Əli və Nino” romanı hamıya tanışdır”
“Soydaş” rubrikası dünyada yaşayan soydaşlarımızın üzünə işıq tutub, onların öz yurdunda da unudulmadığını xatırlatmaqla bərabər, dünya adlı evimizin tanımadığımız qapılarını üzümüzə açır. Növbəti qonağımız Niderland Krallığında yaşayan soydaşımız Ataxan Əbilovdur.
“Soydaş” rubrikası dünyada yaşayan soydaşlarımızın üzünə işıq tutub, onların öz yurdunda da unudulmadığını xatırlatmaqla bərabər, dünya adlı evimizin tanımadığımız qapılarını üzümüzə açır. Növbəti qonağımız Niderland Krallığında yaşayan soydaşımız Ataxan Əbilovdur.
Əli Muradov - Əziz şəhər
Xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Samir Cəfərov və Rusiyada yaşayan həmyerlimiz 11 yaşlı vokal və skripka ifaçısı Əli Muradov birgə yeni layihə hazırlayıblar. Layihə, Rauf Hacıyevin bəstələdiyi “Əziz şəhər” mahnısıdır!
Qeyd edək ki, Rusiyanın Novosibirsk şəhərində yaşayan Əli Muradov beynəlxalq müsabiqələr laureatı və Qrand-pri mükafatları laureatıdır. O, Türkiyə, İspaniya, Sankt-Peterburq, Krasnoyarsk və Moskvada keçirilən beynəlxalq müsabiqələrdə və qala-konsertlərdə iştirak edib.
İLQAR MİKAYILOĞLU BACISININ MÜDAFİƏSİNƏ QALXDI
"Tüpürüm siyasətə də. Əgər özünüzü belə kişi sayırsızsa, gəlin söhbət eləyək "
Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayevin deputat Gülər Əhmədova ilə bağlı yayımladığı video sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Facebook istifadəçiləri millət vəkili Gülər Əhmdovanı ölkədə korrupsiyanı yaymaq, vəzifəsindən sui-istifadə edərək universitet rekotoruna təzyiq etmək və ən əsası seçkilərdə qalib gəlməklə bağlı sözlərini tənqid atəşinə tutublar. Məlum hadisədən sonra sosial şəbəkələr və xəbər portallarında bacısı Gülər Əhmədovanın tənqid olunduğunu görən ANS kanalının əməkdaşı İlqar Mikayıloğlu onun müdafiəsinə qalxıb.
"Onların həyatını cəhənnəmə çevirmeliyiz"
PAME üzvü olan işçilər Afinada böyük bir mitinq təşkil etdi. “Onları dayandıra! Bizim kimsəyə borcumuz yoxdur, kəllə verginizi ödemeyeceğiz!” çağırışına qulaq asan minlərlə əməkçi və gənc dünən Sintagma Meydanı’nı doldu. “Bu ağır vergilər yeni vergilər gətirən, ödənişləri dramatik bir şəkildə bir dəfə daha salan, təqaüdçü aylıklarını yüzdə 50-ə çatan nisbətlərdə azaldan və 30 mini dərhal olmaq üzrə 200 min dövlət emekçisinin işdən atılmasını nəzərdə tutan paketin üzərinə əlavə edildikdə işçi sinifi və xalq, kütləvi bir yoxsulluq və iflasla karşılacak “deyildi.
Mitinqdə çıxış edən Yunanıstan Kommunist Partiyası Baş katibi Aleka Papariga, “Onların həyatını cəhənnəmə çevirmeliyiz” dedi.
Mitinqde Fələstinin tanınması çağırışı səsləndi.
kommunist.biz
Mitinqdə çıxış edən Yunanıstan Kommunist Partiyası Baş katibi Aleka Papariga, “Onların həyatını cəhənnəmə çevirmeliyiz” dedi.
Mitinqde Fələstinin tanınması çağırışı səsləndi.
kommunist.biz
Ağstafada assurların yadigarları
Bu haqda mənim xeyli əvvəldən məlumatım vardı. Amma sözün doğrusu elə bilirdim bu insanlar daha assimilyasiya olunublar, adətlərini, dinlərini, dillərini, adlarını itirmiş olallar. Elə özümüzdən götürsək belədi vəziyyət-baxın adlarımızı-necə ərəbləşib bizim adlar. Amma heyrət olunacaq dərəcədə qoruyub bu adamlar öz keçmişlərini.
25.09.2012
Moskva metrosunda
15-i əlində telefon və ya planşet qurdalayır,
4-ü kitab oxuyur
7-si qəzet, jurnal,
2 nəfər işlə əlaqəli kağızları araşdırır,
5 nəfər qulaqcıqla nəyəsə qulaq asır,
16 nəfər mürgüləyir,
2 nəfər buterbrod yeyir və ya nə isə içir,
2 nəfər öz aralarında bərkdən söhbət edir,
2 nəfər isə sevgi-məhəbbət eliyir.
Yerdə qalan qismi isə gözlərini bir nöqtəyə zilləyib durur.
Ceyhun Salahov
AÇIQLAMALARLA BİZİM DƏ QARNIMIZI DOLDURUN
Bu yaxınlarda hamımız Təbriz yaxınlığında baş verən zəlzələ ilə sarsıldıq, zəlzələnin fəsadlarından narahat olduq. Çadır şəhərciklərindəkilərin acılarını dərk etməkdən isə heç danışmıram. Təbii ki, bu təbii fəlakətdən sonra kimimiz duamızla, kimimiz pulumuzla əlimizdə olan imkanlardan istifadə edib, İranda yaşayan azərbaycanlılara kömək etmək istədik. Çünki hər şeydən öncə bizdən bunu vicdanımız tələb edirdi. Fərq etməz İrandakı zərərdidələr türk olsun, fars olsun, önəmlisi odur ki, onlar da Allahın yaratdığı Adəm övladlarıdır.
Daha ayıq-sayıq olmalı!
Öz dinlərinin müqəddəslərinə heç bir hörmət qoymayan Qərb ölkələri əlbəttə İslam dininin müqəddəsatına hörmət qoya bilməz.
Yəhudi soyqrımını inkar edənləri cəzalandıran Avropa ölkələrinin Peyğəmbərimizi təhqir edəndə susaraq baxmaları onların mahiyyətini göstərir. Bununla öz çirkin niyyətlərinə çatmağı planlaşdıran sionistləşmiş Avropa ölkələri başçıları Müsəlmanları lazımsız aqresiya nümayiş etdirməyə həvəsləndirirlər. Belə fitnələr baş verərkən müsəlmanlar daha ayıq-sayıq olmalıdırlar.
Əlbəttə gərəkli yerlərdə etiraz aksiyalarının keçirilməsi aqresiya yox insan haqqı kimi təhvil alınmalıdır. Bəzən də bu ən optimal yol olur.
Menevi Dircelish
Sevr müqaviləsi: Gizli bəndlər və şifrələr
Elmar Həsənov1918-ci ildə I Dünya müharibəsi bitdi. Həmin ilin 30 oktyabrında Montro müqaviləsi imzalandi. Bu müqavilənin şərtləri Osmanli torpaqlarinin qalib dövlətlər tərəfindən işğal olunması üçün başlanğıc idi. Müqavilə imzalanandan sonra Osmanlını savaşa girməyə məcbur edən ''İttihat və Tərəqqi'' firqəsinin üç önəmli isimi Tələt, Ənvər, və Camal paşalar ölkədən qaçdilar. Mason olan İttihatçıların ölkədən qaçması Qərbin və ABŞ-in Osmanli imperiyasını çökdürmək üçün hazırladıqları gizli planın tərkib hissəsi idi.
Azerbaycan Halkı Sessiz Kalmadı
Fransa'da, Peygamber efendimizin ve Müslümanların iğrenç karikatürlerle tasvir edilmesine Azerbaycan vatandaşları da tepki gösterdi.
Öfkeli Azeri vatandaşlarının Fransa Büyükelçiliği önündeki protestosuna Azerbaycan polisi orantısız güç kullanarak müdahale etti. Protestocuların da polisi karşılık vermesiyle arbede yaşandı.
Protesto gösterisinde, katılımcılar ‘Allah-u Ekber', ‘La İlahe illallah', ‘Mukaddeslere sataşanlar kahrolsun', ‘Canımız Muhammed(s.a.a)'e feda olsun', ‘Sahte Fransa medeniyeti yok olsun', ‘İslamafobya son bulsun' gibi sloganlar atarak tepkisini ortaya koydu.
http://www.on4haber.com/haber/5928/azerbaycan-halki-sessiz-kalmadi
ABŞ BƏŞƏRİYYƏTİ 3-CÜ DÜNYA MÜHARİBƏSİNƏ SÜRÜKLƏYİR!
Son vaxtlar dünya bazarlarında qeydə alınan yeniliklər cəbhə xəbərlərini xatırladır.
Həm də burada qəribə heç nə yoxdur - əksəriyyətə məlum olduğu kimi, dünya mühariəbə vəziyyətinə artıq çoxdan daxil olub! Yayılan son məlumatlar ekspertlərin bir müddət əvvəl ortaya qoyduğu proqnozların nə qədər əsaslı olduğundan xəbər verir. Amma hələlik, söhbət valyuta müharibəsindən gedir. Bəşəriyyətə qarşı bu müharibəni aparmaq missiyasını ABŞ və Avropa Birliyi (AB) öz üzərinə götürmüş kimi görsənir. Əslində, belədir ki, var.
Ata Ömrü Mərasimdir
Ocaq Günsırası (təqvimi) ilə 25 Ata Ayı, 34-cü ildə (sentyabr, 2012) Mütləqə İnam Ocağı “Ata Günü” Mərasimini həyata keçirir. Bu Mərasim Ocağın başqa tədbirlərindən fərqli olaraq ancaq Ocaq Evladlarının qatqısı ilə gerçəkləşir. Mərasim özündə konkret Ocaq məzmunu daşıyır. Bu məzmun Qurumun sınırları ilə məhdudlaşmır. Ona görə Asif Atanın yaş yubileyi keçirilmir, Ömrü, İşi, Dünyabaxışı öyrənilir və təqdim olunur. Ocaq hesab edir ki, bu “Gün” Azərbaycan və bütövlükdə türk etnosu üçün ruhani dəyərdir. Asif Atanın yaşadığı aqibəti, apardığı milli-ruhani mübarizəsi, ideyalarının bəşəri siqləti bunu deməyə əsas verir. Bu gün kürəsəlləşən dünyada istər Azərbaycanın, istər türk dünyasının hər bir gedişi əsasən özgələşmə - özünəyadlaşma xətti götürüb.
Dayaq.org – Məmləkətin 1 Nömrəli Ədəbiyyat Saytı
Dayaq.org – tam sərbəst!
Dayaq.org- öz fikirlərini paylaşmaq, uğur qazanmaq, mükəməlləşmək, həyatda yaxşılığa doğru dəyişikliklər etmək istəyən yazarlar üçün saytdır. İnsan maariflənmək, tədricən yetkinləşmək, müdrikliyə can atmaq üçün yaranıb. Əgər o buna nail ola bilmirsə, deməli günah onun özündədir.
Yazar təfəkkürünü artırmaq üçün çalışmalı, öz gələcəyini istədiyi kimi qurmaq üçün səy göstərməli, dayanmadan və davamlı olaraq inkişaf etməlidir. Özü ilə bərabər başqalarının da inkişafına nail olmalı, onların arzularının həyata keçməsinə yardım etməlidir.
Dayaq.org saytında mütəmadi olaraq həyatını mənalı, maraqlı yaşamaq istəyənlər üçün seçilmiş mövzularda materiallar verilir. Onlar əsasən maarifləndirici, istiqamətləndirici funksiya daşıyır. Materiallar həm sayt administrasiyası tərəfindən yaradılır, həm də müxtəlif mənbələrdən seçilir; xüsusən bloggerlərlə əməkdaşlıq etməyə üstünlük verilir. Saytda obyektivliyi tam qorumağa çalışırıq, odur ki bizim məkanda tam sərbəst ab-hava hökm sürür.
Müqəddəs ssenari
Fəsillərin qızılı olan Payız fəsli idi. Hava küləkli, tez-tez yağışlı olurdu. Qar buludların arasından süzülərək yerə necə səpələnirdisə, küləyin ağuşuna bürünən ağacın yarpaqları da qar kimi yellənə-yellənə yerə düşür, bir yedən başqa yerə süzülürdü. Strasbourgun küçələrində gənc cütlüklər qol-qola gəzirdilər, yağış hələ təzə-təzə yağmağa başlamışdı. Buludun çox dolduğu məlum idi, tez-tez ildırım da çaxırdı. Galia küçəsində çayın sahilində iki cütlük çətirin altında yağışdan qoruna-qoruna bərk-bərk qucaqlaşıb sevişirdilər. Yəqin ki, başlarından süzülən nəmli qızıl yarpaqların altında öpüşmək onlara xoşbəxtlik verirdi.
Xiromantiya: Planetlər ovcumuzun içində
Ovucun içindəki təpəciklər haqqında
Bir-birini təkrarlayan iki əl yoxdu
Tarixin bütün dövrlərində ələ güc və qüdrət simvolu kimi baxıblar. Xiromantiya sözünün kökündəki «xeyr»(latınca əl deməkdir), «xeyrov» sözündən əmələ gəlib. «Xeyrov» tərcümədə əmr etmək, işğal eimək mənasını verir. Qədim insanlar əli insanla göy arasında, insanla cəhənnəm arasında vasitəçi sayırdılar və onun sayəsində ruhları köməyə çağırırdılar.
Sənsizlik...

Bunu sənə yazıram, aramızdakı anlaşılmazlığın uzun ömrü bitmədi deyə. Bu əslində soyuq payız gecəsində pəncərəmin daş kimi bərk üzünə dəyib yerə diyirlənən yağış damlalarına bənzəyir.
Gör, göydən yerə nə qədər yağış damlası gəlir. Amma hamısı ayrı-ayrıdır. Yəqin ona görə soyuqdular. Ayrılıq soyuq olur axı.
Əslində bu, yazın burnu görünən kimi qıy-qışqırıq salan çay sularına bənzəyir. Qışqırır, ona görə qışqırır ki, özünün gətirdiyi lildən xəbəri var.
Ona görə qışqırır ki, bu lilin onun başına gətirəcəyi bəladan xəbəri var. Lillə axan çayların dibi tez dolur. Getdikcə dayazlaşır və yolunu dəyişməyə məcbur olur.
Bu gerçəkdən yazın ilk günlərindəki dumana bənzəyir. Duman göy üzünü tutanda bax ha, bu gün hava isti olacaq deyirlər. Duman ağ donunun altında gizlətdiyi istini xəlvət gətirir və qəfil ətəyini çəkib istini canımıza salır.
Güntay Gəncalpın “Səfəvilər” kitabı küçə sözləri ilə dolu, səviyyəsiz bir cızma-qaradır
Vahid Qazinin “Səfəvi səfillər” adlı yazısı Norveçdə yaşayan iranlı yazar Güntay Gəncalpın bu il ölkəmizdə çapdan çıxan “Səfəvilər” romanı haqqında idi. Bizi izləyənlər yəqin ki, yazı ilə tanışdırlar. Xəbəri olmayanlar bilsin deyə, qeyd edim ki, Güntay Gəncalpın “Səfəvilər” kitabında Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai məqsədli şəkildə aşağılanır. Müsahibimiz tarix üzrə fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədovla bəzi qaranlıq məqamları açıqlamağa çalışdıq.
- Kərəm müəllim, yəqin iranlı yazar Güntay Gəncalpın bu yaxınlarda çapdan çıxan “Səfəvilər” kitabının ətrafında gedən müzakirələrdən xəbəriniz var? Sizin bu olaylara münasibətiniz necədir?
Allahverdi Bayrami Lənkəran rayon prokurorluğuna çağırılıb
Bu gün səhər saatlarında Masallı rayon Mahmudavar kəndi üzrə sahə müvəkkili Allhverdi Bayramiyə yaxınlaşaraq, ondan Lənkəran rayon prokurorunun muavini Taleh Osmanova gedib dəyməsini tələb edib. Bu zaman sahə müvəkkili tərəfindən Allahverdi Bayramiyə heç bir çağırış vərəqəsi təqdim edilməyib.
Allahverdi Bayrami (Bayramov Allahverdi Ağaverdi oğlu) Respublika Talış Mədəniyyət Mərkəszinin İdarə Heyətinin üzvüdür. Yaradıçı adamdır. Ömrünün ağsaqqal çağlarını yaşayır, təqaüddədir və şəkər xəstəsidir. O, hüquq müdafəçisi və şərlənərək həbs edilən Hilal Məmmədovun baş redaktoru olduğu "Tolışi Sədo" qəzetində mütəmadi olaraq yazıları ilə şıxış etmişdir.
Məlumdur ki, Hilal Məmmədovun işi ilə bağlı istintaq orqanları saxta sübutlar axtarışına çıxmış və bunula əlaqədar olaraq Talış regionunda yaşayanlar, xüsusən fəal ziyalılar heç bir rəsmi sənədləşmə aparılmadan yerli hüquq-mühafizə şöbələrinə çağırılaraq qorxudulur, onlardan Hilal Məmmədovun əleyhinə ifadələr almağa səy göstərilir və çağırılanların hamısına bu barədə danışmamaq xəbərdarlığı edilir.
Bir müddət əvvəl jurnalist Mətləb Dadaşov da Taleh Osmanov tərəfindən analoji qaydada Lənkəran rayon prokurorluğuna çağırılmışdı.
ZƏHƏRLƏNMİŞ İLAN
Biz, nişanlananda mən özümü dünyanın ən xoşbəxt qadını hesab edirdim. Həyatımı bir an belə Şahinsiz təsəvvür edə bilmirdim. Şahinə olan məhəbbətim dünyanın ən bakirə məhəbbəti
idi. Xəyallarımda canlandırdığım hislərimi, arzularımı Şahində tapmışdım. Həyatımda ilk sevdiyim insan Şahin olmuşdu. Elə hiss edirdim ki, tanrı bizi, bir-birimiz üçün yaradıb.
Mənim uşaqlığım, o qədər də ürəkaçan olmayıb. Qarayanız, arıq bir qız olmuşam.
BÜTÜN CIĞIRLARDAN EYNİ BİR SƏMTƏ
Balaca bir məclis...Hamısı böyüklərdir..Yalnız bir uşaq var, iki-üç yaşlarında. Otaqda ora-bura qaçır, dincəlmir, heç kimin çağırışına, nəvazişli sözlərinə məhəl qoymur, hətta anasının da qucağına gəlmək istəmir. Gah ağlayır, gah küsür, oyuncaq verirsən, almır, yemək verirsən, yemir...
Bir azdan daha bir uşaq gəldi məclisə. Onu görən kimi bayaqkı körpənin üzü güldü, sakitləşdi, ona yaxınlaşdı və birlikdə oyuncaqlarla oynamağa başladılar.
24.09.2012
AŞIQ SƏNƏTININ KAMANDAR ECAZI
Belə səs olmayıb, yoxdur. Olacaqmı?! Bilmirəm. Kaş ki, olsun, yetişsin, yetkinləsin Aşıq dünyası! Kamandarda səsin qeyri-adi məziyyətləri, başqa sözlə, ilahi sehri XX yüzilin ikinci yarısında yeni bir Aşıq Məktəbinin yaranmasına səbəb oldu. Hər şəyird öz ustadını davam edir. Ancaq O tay, Bu Tay Azərbaycanın bir çox bölgələrində Kamandarın təkcə şəyirdləri deyil, şəyirdi olmayanlar da, Aşıq nəğmələrini zümzümə edən sadə adamlar da onun səsi ilə, üslubu ilə havalanmağa can atır.
Kürecikdə ABŞ-a qarşı etiraz
Ölüm ayağında olan şəxsə həbs qəti-imkan tədbiri seçilib
Piriyev Vahid xərçəng xəstəliyinin ağır formasından əziyyət çəkir. Müalicə uğurlu nəticə vermədiyindən 19 sentyabrda Vətənə qohumları tərəfindən ağır vəziyyətdə gətirilən V.Piriyev Gürcüstan-Azərbaycan sərhəd məntəqəsində ona axtarışda olması elan edilərək həbs edilmişdir.
DGTYB CƏLİLABADDA GÖRÜŞ KEÇİRDİ
DGTYB-nin təşkilatçılığı ilə Cəlilabad rayon Mərkəzi Kitabxanasının “Oxu zal”ında Cəlilabadlı yazarlarla görüş keçirilib. Görüşdə ilk öncə Rayon Mədəniyyət və Turizim İdarəsinin müdiri İsa Allahverdiyev qonaqları salamlayıb və tədbirin aparıcılığı üçün sözü Cəlilabadda yaşayan şair Əlirza Həsrətə verib. Əlirza Həsrət qonaqlara Cəlilabaddakı çağdaş ədəbi mühit haqqında geniş bilgi verib.
Sonra DGTYB başqanı Əkbər Qoşalı bölgələrdə yazıçılarla keçirilən silsilə görüşlərin məqsəd və məramı haqqında ətraflı çıxış edib. O, Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən layihə çərçivəsində görülmüş və görüləcək işlər barədə danışıb.
Bakıda Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Xebername.az İnternet Qəzetinin xüsusi müxbirinin verdiyi xəbərə görə, inanclıların Bakıdakı Fransa səfirliyi qarşısında keçirdiyi etiraz aksiya artıq başa çatıb.
Aksiyada polisin sərt müdaxiləsindən sonra tərəflər arasında yaşanmış qarşıdurmanın nəticəsində dindarlardan bir neçəsi xəsarət alıb.
Polis 25-30 nəfəri saxlayıb, bölmələrə aparıb.
23.09.2012
Rəqəmsal yayım bizə nə verəcək?
Deməli ölkə vətəndaşlarının evlərində televizorları olması üçün ya gərək 600-700 manat verib yeni televizor alsınlar ki, buda ölkə əhalisinin böyük əksəriyyəti üçün əlçatmazdı. Vətəndaşların bir hissəsi isə televizor alması xətrinə banklardan yüksək faizlə kredit götürəcəyini proqnoz etmək olar.
Təzəxan Mirələmlinin atasına 13 il yarım iş verdilər
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin atası Məhərrəm Mirələmov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Məhərrəm Mirələmovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Ancaq məhkəmə 1 il yarım “güzəşt” edib.
Vəkil Mənsum Bayramov açıqlamasında bildirib ki, onların çoxsaylı vəsatətləri və yüngülləşdirici hallar nəzərə alınmadığı üçün hökmdən apelyasiya şikayəti verəcək: “Məhərrəm Mirələmov əvvəllər məhkum edilməyib, özü də, xanımı da yaşlı və xəstədir. Bunlar yüngülləşdirici hal kimi nəzərə alınmalı idi. Amma alınmadı. Şikayət verəcəyik”.
Подписаться на:
Комментарии (Atom)

