29.10.2012

ABŞ narkotik ticarətini dəstəkləyir


Narkotik tacirləri ABŞ bank sistemi ilə ciddi əməkdaşlıq edir

ABŞ Əfqanıstanı işğal etdikdən sonra dünyada narkotik ticarəti və dövriyyəsi xeyli artıb.
ABŞ-ın rəsmi xarici siyasətinə görə ABŞ narkotik ticarətinə və dövriyyəsinə qarşı mübarizə aparır.
Hətta ABŞ-ın Əfqanıstana təcavüzü də guya narkotik ticarətinin və dövriyyəsinin qarşısını almaq və "terrora qarşı müharibə" bəhanəsi ilə həyata keçmişdi. Lakin son 11 ildə narkotik ticarəti və dövriyyəsi azalmaq əvəzinə xeyli artmışdır.
Beləliklə, ABŞ-ın narkotika əleyhinə yönələn xarici siyasəti reallıqda narkotikanı dəstəkləyən siyasətə çevrilib.
"globalresearch.ca" strateji tədqiqatlar portalının verdiyi məlumatlara görə, narkotik tacirləri ABŞ bank sistemi ilə ciddi əməkdaşlıq edir.

Azərbaycanın mason təşkilatları

Orda müxalifət liderləri təmsil olunurmu?

Azərbaycan masonlarının başında duran məmur və müxalifətə ayrılan 30 milyon dollar

Dünyanı idarə edən gizli qüvvələrin olması və onların mason lojalarında birləşməsi ilə bağlı məlumatlar yeni deyil. Amma Azərbaycanda masonların fəaliyyəti, müxtəlif ölkələri, prosesləri, bütövlükdə dünyanı necə yönləndirməsi ilə bağlı məlumatlar ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, əsasən də son illərdə yayılmağa başlayıb.
Zaman-zaman müəyyən dairələrdə Azərbaycanda çox tanınmış və nüfuzlu bəzi şəxslərin mason lojalarının üzvü olması barədə müzakirələr gedib. Ancaq bununla bağlı söhbətlər digər ölkələrdəki masson lojalarının fəaliyyətləri qədər təffərrüatlı olmayıb.

BAXIŞ QURŞAĞI

Xosrov Barışan

AXŞAMLA SƏHƏR

Axşam çağıdır yenə...
Çalır
  Gecənin məktəbinin zəngi!
Ağzımı zəncirləmişəm susmaqla!
Tummağın dolabında
    Donubdur baxışlarım
                               Donub...
                                  Donub...
Zindan olubdur həsrətin!
Ah...
  Ah...
    Çəkirəm ah...
Ahımsa
 Barmaqlıqlarıdır zindanımın.
Yapışıb
  Onlara sarılaraq
      Baxıram ufuqlara

Qadınım üçün sentimental şeir

Əli Şirin Şükürlü

payız öncəsi
oğlumun toyunda
profildən çəkdirdim şəklimi
üzüm tam görünməsin deyə

profildən çəkilən bu cür fotolar
“tədricən yoxaçıxmanın” şəklidi əslində

gələn payız...yox
gələn payızdan sonra qışda
doğum günümdə gələrsən – yaxşı?
gələrsən ilk görüşə gəldiyin tək –
üzündə təbəssüm


Televiziya “Mədəniyyət”i


Elçin Bayramlı

Televiziyanın kəşfini cəsarətlə minilliyin ən böyük ixtirası adlandırmaq olar. “Sehrli güzgü”nün kəşfi nağılları gerçəkliyə çevirməyin mümkünlüyünü göstərdi. Bəşəriyyət yeni bir aləmlə tanış oldu. Lakin bu texnologiyanı tezliklə ideoloji silaha çevirdilər. Onunla müsbət ideyaları da, mənfi ideyaları da təbliğ edib insanların şüurunu dəyişmək olur.
Azərbaycanda televiziya 1956-cı il fevralın 14-də ilk dəfə efirə çıxıb. Bakı Televiziya Studiyasının fəaliyyəti xalqımızın mədəniyyətinin təbliğinə və inkişafına, insanların elmə, təhsilə marağının artmasına, ölkədə və dünyada baş verənlərdən tez xəbər tutmasına səbəb oldu.

28.10.2012

Elxan Zal - Moskvada bir axşam


V... üçün

Tverskoy bulvarında bürkü və barış,
Çıxmışdıq biz şərab axtarışına.
Sən mənə bir az da sevgidən danış,
Bəlkə içimdəki yalnızlıq sına.

Məni baxışınla keflədirirsən,
Sən mənə şərabsan, neynirəm çaxır.
Hər dəfə əlimə toxunduqca sən,
Sevda vulkanları içimi yaxır.

Odlu baxışların almaz bıçaqdır,
Moskvadan Bakıya gəl, köksümü yar.
Bilirəm aramız xeyli uzaqdır,
Bir öpüş duası göndər, nə olar!

Günün adamı

Kəpəz

Şəhəryeri


8000 illik Şəhəryeri alanı "Xiyav"ın (Meşginşəhrin) 28 KMliyində, və quzeyin 38 dərəcə 33 dəqiqəliyində, və doğunun 47 dərəcə 55 dəqiqəliyində, "Qərəsu"yun quzeyə döndüyü yerin batısında, Pirazmayanın quzeybatısında, bir böyük qayanın üstündə yerləşubdir.


Günün adamı

Frans Kafka - Oxuyan Gitaralar

Namiq Hüseynlinin tərcümələri

Maks Brod, 1966-cı ildə deyirdi: “Necə oldusa bu eybəcər “kafkasayağı”lığı dəbə mindirdilər. Fəqət, Kafka özü məhz bu “kafkasayağı” lığa hər şeydən çox nifrət edir və silib atmağa çalışırdı. Kafkasağılıq – Kafkanın özünə də yad idi. Kafka təbiini, toxunulmazı, böyüklüyü, xeyirxahlığı, yaradıcılığı sevirdi. Çarəsizliyi deyil, dəli tutmaları deyil, qəribəliyi deyil, lakin o təkrar-təkrar bunların hamısını gerçəklikdə mövcud olduğunu görürdü, yazırdı, təsnif edirdi, acı istehzası ilə sistemləşdirirdi ancaq heç bir halda gətirib baş uca çıxartmırdı. Onun həm zərif, həm də polad kimi möhkəm təbiəti dağıtmağa deyil, yaratmağa, çiçəkləndirməyə meyl edirdi.

Günün fotosu

Mircəfər Bağırovun MK-ya cavab məktubu

“Ermənistan Kommunist (bolşeviklər) Partiyası MK-nın katibi Arutyunov yoldaşın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-nin tərkibinə daxil edilməsi haqqında təklifi ilə əlaqədar Sizin teleqramınıza cavab olaraq məlumat verirəm:
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi qədim zamanlardan, mərkəzi 1747-ci ildə Qarabağı Pənah xan tərəfindən qala kimi tikdirilmiş Pənahabad şəhəri olan Qarabağ xanlığının tərkibində olmuşdur.
1826-cı ildə Qarabağ çar Rusiyasına birləşdirilmişdir. Sonralar indiki Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi Yelizavetpol quberniyasının Şuşa, Cavanşir, Qaryagin və Qubadlı qəzalarının tərkibində olmuşdur.
1918-1920-ci illərdə müsavatçıların Azərbaycanda və daşnakların Ermənistanda ağalığı dövründə müsavat hökuməti tərəfindən mərkəzi Şuşa (keçmiş Pənahabad) şəhəri olan general – qubernatorluq təşkil edilmişdir.

Günün fotosu

Ədəbi müstəvidə ölüm - Narıngül

...Başqa bir savaş meydanı da var. Meydan  deyəndə ki, eləcə müstəvidir, yəni simvolik proyeksiya. Amma döyüş sözü hər mənada öz ampulasındadır. Bu müstəvidə əsəblər gərginləşir, üz əzələləri tarima çəkilir, hiss və emosiyalar qəzəb paltarını geyinir, alov uzaqdan adamı qarsıyıb yandırır. Əsəbi barmaqlar diyircəkli qələmin, yaxud klavşinin quzu kimi yumrulanıb yan-yana uzanmış düymələrinin üstünə uzanır:    “Qələm barmaqların altında tətik”.
Uzaqdan döyüş səsləri eşidilir. Amma güllə gözə dəymir, qurğuşun iyi, kükürd filan da yoxdur. Burda tərəflər bir-birinə güllə əvəzinə söz atırlar. Burda yazar-yazara qarşı vuruşur. Yazar-yazarı axtarıb  tapır, ən yaxın hədəf kimi, ən uyğun nişangah kimi... lap elə doğması kimi. Bir-birlərini yaxşı tanıyırlar axı... Bilirlər ki, cəzası yoxdur.

Günün fotosu

“Üzdəniraq”ların hamısı homoseksual deyil”

Suallara ədliyyə mayoru, yazıçı Rövşən Yerfi cavab verir

- Həbsxana mövzusu və bu mövzuda yazan yazıçılar haqda danışın…
- Həbsxana mövzusu sovet dövründə qadağan olunmuşdu. Bu mövzuda yazmağa icazə verilmirdi. Qadağa SSRİ-nin süqutundan sonra götürüldü. 1992-ci ildə Çingiz Ələkbərzadənin “Zindan” romanı və Qənimət Əlisaoğlunun “Lənət qapısı” sənədli romanları işıq üzü gördü. Onlar həbsxanada başlarına gələnləri qələmə alıblar. 90-ci illərin ortalarında “oğru dünyası”ndan bəhs edən kitablar buraxıldı. Bu kitablar kimisə mədh etmək üçün yazılırdı. Həmin kitablar daha çox satış üçün nəzərdə tutulmuşdu. Artıq həmin kitablar unudulub. Son dövrlərdə həbsxana mövzusunda Faiq Balabəylinin “Lənətlənmiş həyat” povesti, Əyyub Qiyasın “Zindan həyatından şeirlər” əsərləri çap olunub.


Günün fotosu

27.10.2012

Mən qayıdacam!


Mən qayıdacam! Dəmir əzələlərim, qaralmış dərim və parlaq gözlərimlə: Üzümə baxıb ali irqdən sanacaqlar. Çoxlu pulum olacaq, xəsis və kobud olacağam. Qadınlar tropik ölkədən qayıtmış bu qəddar topalın qeydinə qalacaq. Mən siyasi fırıldaqlara qarışacam. Xilas olacam.
İndi mən lənətlənmişəm, vətənimdən iyrənirəm. Ən yaxşısı dənizin sahilində sərxoş yuxudur.

Artur Rembo

Günün fotosu

NAXÇIVANDAKI "CIRIQ OTELİ"NİN SAHİBİ

Şahvələd Çobanoğlu

Naxçıvanlılara zülm edən siyasətə pulla qulluq edir, amma onların folklorundan pulsuz istifadə edir

Elçibəy hakimiyyəti dövründə - Prezident Aparatında işlədiyi dövrdə bu adam orada bir otelə sahib olmuşdu, həmin otelə qədim bölgənin sahibləri nədənsə “cırıq oteli” adı vermişdilər

“Yeni Müsavat” qəzetində Fazil Mustafa isterik bir məqalə ilə çıxış edib, dalınca da özündən razılıqla bizi darmadağın etdiyini elan edib. Hətta onu da yazıb ki, Naxçıvanda Şahvələd Çobanoğlu, Zamin Hacı və Elnur Astanbəyli kimi adamlara “cırıq üçlük” deyirlər. Elə bilib ki, biz çox sarsılacağıq. Guya biz bu hakimiyyətin arsenalında jurnalistləri söyən, şərləyən adamların nə qədər çox olduğunu bilmirik.

Günün fotosu

Ağlasığmaz sirlər

РигведаFirudin Gilar Bəg

Son araşdırmalardan çıxan nəticəyə görə, bütün qədim ədəbiyyatın zahiri mənalarından başqa batini mənaları da vardır. Zahiri məna adi insanlar üçün, batini məna isə sufilər (sofi), yəni qədim sirləri bilən müdriklər üçün nəzərdə tutulmuşdur. İslamın zahiri mənası - müsəlmanların naməlum Allaha və onun elçisinə, göndərdiyi kitaba və s. inancıdırsa, batini mənada İslam – Əman (Amon) adlanan türk xanının (pir) insanı və göydə ruhlar dünyasını yaratması, insanlara ölümsüzlük verməsi üçün onlarla bağladığı müqavilədir.

Rafiq Tağı - FƏRQANƏ

Gi Debor mükafatı almış əsərlər

Hər yеrdən küləyin səsi еşidilir. Qulаqlаrımızа qum dоlur. Hərdən külək Fərqаnənin pаltаrını yuхаrı qаldırır və оndа qаrаbuğdаyı, dоlu qıçlаrı görünür.
Çimərliyin qumu bəzi yеrlərdə nəmdir. Dаlğаlаr güclü оlduğundаn, sаhilə iri bаlıqlаr kimi аtılır və хеyli vахt diri qаlır.
- Külək də bizi gördü… - dеyə Fərqаnə üzünü turşudur.
Mən də buludlu göydə günəbахаn kimi sаrаlаn Günəşə аcıqlаnırаm:

Mənfəət, yoxsa gəlir vergisi?

Vüqar Xəzəralı İmanov

bp nin Azərbaycanda və ondan öncə də Rusiyada yaranan problemləri təbii ki dünya iqtisadi böhranı ilə bağlıdır. Avropa və Amerikada vaxtaşırı mənfəətə olan verginin qaldırılması məsələsi müzakirə olunur. Obama ilə Romni arasında baş verən debatlarda bu əsas məsələlərdən biridir. Təsəvvür edin ki, mənfəətdən vergi 17% olduğu halda gəlirdən vergi 35%. O deməkdir ki, bir millyarder öz aktivlərindən 17%artıq vergi ödəmir, amma bir süpürgəçi mənfəəti olmadığından gəlirdən (yəni maaşından) 35% ödəyir. Mit Romni özü millyarderdir, bir dəfə ona sual verəndə ki, niyə belə haqsızlıqdır, o cavab vermişdi mənim hətta mənfəətdən verdiyim 17% faiz bir neçə million edir. Əslində isə səbəb odur ki, varlılar yüksək vergi tətbiqetmələri şəraitində sərmayələrini ölkədən çəkə bilərlər.

BİR ŞİRVANLI SONASIYAM

Aida Eyvazova

"Götürün məni Şirvana,/ İçim cənnət havasından". (Laçın Məmişov)

Şirvandan başlayan yoldur,
Süfilərə məskən oldu.
Övliyalar məkanıdır,
Sehr vardır qayəsində.

Dövlətçilik tariximdir,
Muğamımda sarı simdir,
“Heyratı”mıdır, “Şikəstə”mdir,
Aşıq Şakir havasında.

Şah Xəndanın  anasııdır,
Nəsiminin dünyasıdır.
Tariximin aynasıdır,
Çıxıb düşmən qovğasından.


Baku city rally challenge 1912 ))))

Ermənistan Müdafiə Nazirliyi "İstiqlal"a ilişdi

İşğalçı Ermənistan dövləti Azərbaycanla bağlı növbəti qarayaxma kampaniyasına başlayıb. Ermənistanın Müdafiə Nazirliyi ölkəmizin istehsal etdiyi "İstiqlal" snayperinin Cənubi Afrika Respublikasının (CAR) istehsalı olduğunu iddia edərək bu məzmundə video-rolik hazırlayacağını açıqlayıb. Bu barədə ictimaiyyətə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanissyan məlumat verib. Onun sözlərinə görə, guya Azərbaycanın ordu rəsmiləri "İstiqlal" snayperinin istehsalını CAR-dan oğurlayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat katibi Arçurun Ovanissyan Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayperi barəsində danışarkən həmçinin bildirib ki, bu silahlar lisenziyası olmayan snayperlər hesab olunur. Bu səbəbdən rəsmi Bakı rahat şəkildə CAR-dan sanyperin istehsal mexanizmini götürüb.

Yəhudilərin dünya xalqlarını genosidi davam edir

“Özümü Stalinin üstünə atdım”

Bu yaxınlarda Rusiya federal xidməti general Nikolay Vlasikin arxivlərini açdı. Arxivdə generalın gündəlikləri və xatirələri də var. Əlbəttə ki, bütün xatirələr və gündəliklər Stalinə həsr edilib.
Çünki Vlasik hər kəsdən uzun müddət (1931-1952) Stalinin cangüdənlər dəstəsinin rəisi kimi çalışıb.
Vlasik Nikolay Sidoroviç (1896-1967), general leytenant. Kasıb kəndli ailəsində, Qrodnensk quberniyasının, Babiniçi kəndində anadan olub. 1919-1920-ci illərdə dövlət təhlükəsizlik orqanlarında çalışıb. 1931-ci ildə Stalinin şəxsi cangüdəni olub. 1946-1952-ci illərdə SSRİ Milli təhlükəsizlik Nazirliyində Baş mühafizə idarəsinin rəhbəri kimi çalışıb.

26.10.2012

Səudiyyə Ərəbistanı 2-ci OPEK-in yaranacağından ehtiyatlanır

Rövşən Novruzoğlu

Ər-Riyad vəhabizminin Azərbaycana soxulması dünya bazarına çıxan Bakı neftilə bağlı olub. Azərbaycan neft strategiyasının şaxələnməsi, genişlənməsi, dünya bazarında möhkəmlənməsi, OPEK-ə üzv olan neft ölkələrinin lideri Səudiyyə Ərəbistanmı sarsıdır və qorxudur. Çünki ekspertlərin rəyincə, Səudiyyə Ərəbistanı ərazisindən çıxarılan neft XXI əsrin birinci on illiyində getdikcə tükənəcək, yanacaq dəyərini və keyfıyyətini itirəcək. ABŞ Səudiyyə Ərəbistanından neft idxalını birinci mərhələdə azaldacaq. RF-nin və Azərbaycanın neft şirkətlərilə bahalı kontraktlar imzalayacaq.

Günün fotosu

Eminem Lose Yourself HD Official Music Video

Günel Eyvazlı - Nə asan məni unutmaq

Mən

Mən.
Həyatın küləyi qarşısında dayanmağı bacaran tək ağac.
Ağır yükü çiyinlərində daşıyan cəngavər
Əlini qarla isidən yoxsul.
Dünyanı qucağında daşıyan ana.
Əli boşluqlara toxunan kor.
Taleyindən edam edilmiş kəs.
Eyibsiz, əlçatmaz kölgə.
Keçmişin uşağı,
Bu günün sualı.


The blood colour of our Misfortune

Adalat Asgaroqlu

Epic poem

(15 years  passed after the Khojali slaughter)

It isn’t a sorrowful distress
for to weep bitterly,
or to squeeze out a tear
and to spit your sorrow and
brand in the thirst of your tears.
It isn’t misfortune for to be kept
and to keep in the deep of the heart,
to keep for years…
As heritage to the grandsons.
To throw it?
How to throw?

КРОВЬ ЛЮДСКАЯ, КРОВЬ ЗЕМНАЯ

 Адалет АСКЕРОГЛУ

Реквием


Памяти жителей азербайджанского села Ходжалы – жертв геноцида 26 февраля 1992 года.


Это горе не выплакать,

Это горе не выстонать.
Этой крови не вылакать
Кровопийцам неистовым.
Это горе превеликое
Не упрячешь, как реликвию,
Это горе всей тяжестью
в горле комом – не скажется,
Это горе на сердце –
уподобилось матрице.

DERTIMIZIN KAN RENKI

ADALET ASKEROGLU

(Hocali soykirimindan 15 sene gecti)

Aglanacak dert degil bu,
Inleyerek aglayasin…
Sikasin gozlerinin karasini
Su misali
Dertlerini de bin bir cefayla
Daglayasin…
Saklanacak bir dert degil ki
Saklayasin kabinin en kuytu kosesinde
Saklayasin, saklayasin
Ta ki varislere miras kalsin…

HӘSӘNOĞLUNUN DİLİ -4

Seyfəddin Altaylı
Ankara

Izzәddin Hәsәnoğlu klassik әdәbiyyatımızın önәmli şәxsiyyәtlәrindәn biridir. Birinci yazımda işarә etmişdim ki, onun cәmisi bir neçә şeiri bilinirdi, ancaq tәzә tapılan 370 vәrәqlik “Sirәtin Nәbi” adlı әlyazma әsәri hәddәn artıq maraqlıdır vә әdәbiyyatımız üçün qızıl qiymәtindәdir. Әsәrin tapılması vә xüsusiyyәti ilә bağlı mәlumatları xülasә olaraq çatdırmışdım. Bu yazımda onun göyә olan münasibәti üstündә dayanmaq istәyirәm.
Hәsәnoğlu, Sirәtin Nәbi adlı әsәrindә bunları yazıb:

Göy atamuz, yir anamuzdur yәqin
Ol ikünün oğlıyuz biz uş hәmin.


Sionist rəsmiləri etiraf etdi: Hizbullahın yüzlərlə pilotsuz təyyarəsi var

Sionist rəsmiləri etiraf etdi: Hizbullahın yüzlərlə pilotsuz təyyarəsi varƏhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Fələstin torpaqların işğal etmiş sionist rejimin “kanal-10” tv proqramı qeyd olunan rejimin hərbi təhlükəsizlik idarəsinə istinad edərək təkidlə bildirib: “Hizbullahın yüzlərlə pilotsuz təyyarələri vardır. Bu təyyarələrin bəziləri hətta partlayıcı maddələri belə yükləmək qabiliyyətinə malikdirlər”.
İşğalçı rejimin hərbi təhlükəsizılik idarəsi əlavə olaraq deyib: “Hizbulah Təşkilatının pilotsuz təyyarələrdən istifadə etməsi bu təşkilat üçün yeni bir məsələ deyildir...”
“kanal-10” daha sonra hərbi təhlükəsizlik idarəsinin dediklərinə istinad edərək bildirib: “Hal hazırda bu təyyarələrin hansı qabiliyyətlərə malik olduqların tam dəqiqləşdirə bilməmişik. Lakin təyyarələrin uzaq məsafələrə uçub geri qayıtmaq qüdrətinə malik olmaqları bizə məlumdur”.