27.11.2012

“Cin” surəsinin rəsmi

Yaşı az deyil. Bir neçə ay öncə 65 yaşı tamam olub. Əsas qəribəlik odur ki, müraciət etdiyi mövzu “Quran” surələridir. Əsas
problemi, əsas düşüncələri isə... Bax, bunlarla yazı boyu tanış olacaqsınız.
Yazımızın qəhrəmanı Astara rayonunda yaşayıb-yaradan, Azərbaycan Rəssamlar İttifaqının üzvü Firudin Quliyevdir. Sovet dövründə onun əsas qazançı rəhbərlərin, necə deyərlər, “politbüro” üzvlərinin böyük portretlərini çəkməkdən ibarət olub. Bu yolla yaxşı pul qazansa da, özünün bildirdiyinə görə, eyni işlərlə məşğul olmaq onu bezdirirmiş.

26.11.2012

AYB-nin Kamal Abdulla dövriyyəsi

Tehran Əlişanoğlu

Hə, bu başqa məsələ. Ən nəhayət, AYB də ədəbi gedişatın yeni, şərtən deyək: “müsabiqələr epoxası”na girdi; yazarlar üçün “ədəbi mükafatlar ” təsis edib, 2013-cü  ilə müsabiqə elan etdi…
Tək-tək suvenir-təzahürləri nəzərə almasaq (YeniSi-nin ProzaN, Kultazın Nəsimi müsabiqəsini və s.), yadınıza salıram: müsabiqələr epoxası bizdə lap təzədir, bu onilin hadisəsidir. Nigar xanım Köçərlinin Milli Kitab Mükafatı (MKM) müsabiqəsi ilə başlanır (2009-dan), sonra bura “amerikan demokratiyası”nın dəstəyi ilə Azadlığın Oxu zalının hekayə (2010-dan) və şeir (2012-dən) müsabiqəsi də qoşulur; və eləcə tədricən sistemli, ardıcıl (iki ildən bir, illik) şəkil alır.

Fələstinli qız İsrail əsgərinə qarşı…


Fələstinli qızın İsrail əsgərlərinə reaksiyası internetdə böyük əks-səda doğurub.
Atasının nəzarətə alınmasına əsəbləşən 10 yaşlı fələstinli qız, İsrail əsgərinə təpki göstərib.
Fələstinli qız, qarşısına çıxan İsrail əsgərinə, “ərəbcə danışdığını bilirəm, onu hara apardınız?” deyə soruşur. İsrail əsgərinin cavab verməməsi qızcığazı əsəbləşdirib.
İsrail əsgərini vuran kiçik qıza, digər fələstinli balacaların də dəstəyi maraqlı bir görüntüyə səbəb olub.

Aydın Xan (Əbilov). Evimdəki - içimdəki düşmənlər

Birinci bölüm: Sevgidən nifrətə

...Brauzerin e-pəncərəciyinə “f” hərfini yazan kimi sosial şəbəkədəki profili avtomatik yükləndi, sonra tezbazar əsas səhifəyə keçdi, çat bölümündə onu tapdı, qarşısında yaşıl işıq yanırdı: həmişəki tək, sanki gül kimi feysbukda əkiblər yeni virtual dostunu...
Tanış olduqları bir ayda ilk dəfə idi ona tam səmimi, ürəkdən, ərklə yazırdı:
“–  Sənə təcili ehtiyacım var...”
“–  Salamını udmusanmı?!”
“–  Zarafatın hayında deyiləm, gəl məni qurat burdan!..”
“–  Nə olub, ürək?!”
“–  Sual vermə, ya indi, ya da heç vaxt!..”
“–  Yaxşı– yaxşı, sinirlənmə, quzum, ünvanı yaz, bir yarım saata gəlirəm...”

Uşаq əti nеçəyədir?

Rasim Qaraca

Ахşаmüstü işdən еvə qаyıdаrkən Natiq ət mаğаzаsının pəncərəsindən аsılmış lövhədə iri hərflərlə yаzılmış “UŞАQ ƏTI” sözlərini охudu. Bir nеçə sаniyə duruхub yеrindəcə dаyаndı. Həddən çох аdаm оlduğu üçün növbəyə dаyаnmаğı mənаsız sayıb yоlunа dаvаm еtdi. Gеtməyinə gеdir, lаkin nəyisə unutmuş bir аdаmsаyаğı özünü nаrаhаt hiss еdirdi. Аvtоbus dаyаnаcаğınа аz qаlmış birdən yаdınа düşdü: uşаq ətinin nеçəyə оlduğunu sоruşmаğı unutmuşdu. Аrtıq gеc idi. Gеriyə qаyıtmаğа tənbəllik еdirdi. Əgər mаğаzаdа uşаq ətinin sаtılmаsı dоğrudаn dа qеyri-аdi hаdisə idisə оnsuz dа bu hаqdа şəhərdə hаmı dаnışаcаqdı, istəsə də, istəməsə də, uşаq ətinin nеçəyə оlduğunu əvvəl ахır öyrənəcəkdi.
Bu yахınlаrdа хəstəхаnаdаn çıхmışdı. Əlbəttə, ət mаğаzаsındа gördüklərini kimə dаnışsаydı, təbii olaraq, оnun hələ tаm sаğаlmаdığını düşünərdi. Natiqun hаnsı хəstəlikdən yаtdığını isə indi, dеmək оlаr, оnu tаnıyаnlаrın hаmısı bilirdi.

MƏN ZAMANI SEVMİRƏM

Zaur Qəriboğlu

Mən zamanı sevmirəm!
İnsanla oynayır
Onu sevəndə.
Gəncliyə yol olur-
uçurum yolu,
əvvəl qovuşdurur
iki  ürəyi,
Sevdirir oğlana
həm qızı, həm də
Oğlanın qəlbini
Tapşırır qıza.
Aldadır,
gah  iki taleni
bağlayır üzdə,
gah Ona inanan

Shamo ft. Nobody [vocal: NoT] - Növbəni gözlə

Tarix dərsliklərimizdə yanlışlıqlar

Aqşin Kərimli

   Ötənlərdə Facebook sosial şəbəkəsində müəllim yoldaşlardan birinin paylaşdığı status diqqətimi maraqlı bir mövzuya cəlb etdi. Söhbət orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş tarix dərsliklərindən gedir. Əslində tarix dərslikləri haqqında çox danışmaq, çox yazmaq olar. Zamanla dövrü mətbuatda nəinki tarix, habelə başqa fənlərə aid dərsliklərdən yazılıb. Məsələ onda deyil ki, tarix dərslikləri yazılarkən kitabları tarixi hadisələr-döyüşlər, sülh müqavilələri, tarixi şəxsiyyətlərin fəaliyyəti, yer adları və s. ilə doldurmaq lazımdır. Çalımaq lazımdır ki, dərsliyin məzmununda ziddiyyətlər ümumiyyətlə olmasın. Bu mənada məsuliyyət təkcə müəlliflərdə yox, həmçinin dərsliyə rəy verənlərdə, korrektorlardadır. Çox uzatmadan rastlaşdığım bir neçə fakta nəzər salaq.

Bəşər tarixini Azəri türk bəgləri yazmışlar

220px-Афина_Андокида (220x312, 30Kb)Firudin Gilar Bəg

Bu gün məlum olur ki, bütün Avropa şahları və masonlar öz aralarında sufilərin “Quş dili” adlandırdığı dildə danışırmışlar və “Don, Kixot”, “İlahi komediya” və s. kimi məşhur əsərlər “Quş dili”ndə yazılmışdır. Yalnız seçilmişlərin anladığı bu dil sufi müqəddəslərinin gizli Batin elmidir və bu elmdə bizim qəbul etdiyimiz dilçilik qanunları işləmir. Bu ilkin materiyanın qanunları bazasında yaranmış elmdir və yalnız “xəbərdarlar” bunu bilmişlər. Bu məqalədə biz bu gizli elmin qanunlarının açmasını verəcəyik.

Elmi-texniki tərəqqi və elmi araşdırmalarla məşğul olan tədqiqatçıların çoxalması, indiyə qədər tədqiq olunmamış mənbələrin də araşdırılmasına gətirib çıxarmışdır. Lakin son dövrlərin bu tədqiqatları qəbul edilmiş konsepsiyanın səhv olması nəticəsini də ortaya qoymuşdur. Belə ki, təkcə rus akademiki A. T. Fomekonun gətirdiyi yüzlərlə sitatlara görə qəbul olunmuş tarix başdan ayağa səhvdir.

Тайное и Явное. Цели и деяния сионистов.(1973г. СССР)


Странное дело - Тайные общества [30/03/2012]

 

Vüsal HİCRANOĞLU - Təbiət

Gözəl xınalı kəklik,
Quşların şən nəğməsi,
İnsanı valeh edir,
Gur axan çayın səsi.

Böyük xalıya bənzər,
Yamyaşıldır çəmənlər.
Qəlb oxşayan naxışı,
Nərgizlər, yasəmənlər.

Gəzirəm aram-aram,
Təzələyir yaddaşı.
Sirli abidələrdir,
Burada addımbaşı.


ЭРА ТЕХНОТРОННОЙ ДИКТАТУРЫ (Тотальный контроль)



Раввин Ходос о планах "богоизбранного" народа

HAARP Климатическое оружие (часть 2)


HAARP Климатическое оружие (часть 1)


Türkiyə və Rusiyada masonluğun tarixi

İbrahim Sel
Professional Oxucu Liqası

 Masonlar öz mətbuat orqanlarında siyasətlə məşğul olmadıqlarını desələr də faktlar göstərir ki, onlar nəinki siyasətlə məşğul olur, hətta siyasi hadisələrin, müharibələrin, inqilabların, münaqişələrin, seçkilərin, sui-qəsdlərin, qiyamların, siyasi-iqtisadi böhranları və.s tam mərkəzində yer tuturlar. Belə demək mümkünsə, dəyirman daşı oxun ətrafında döndüyü kimi siyasi proseslər masonların və masonluğun ətrafında dönür.


25.11.2012

Müşfiq Cabbar: “Nəticə yaxşı olanda hamı sizi uzaqgörən adlandırır”

Müşfiq Cabbar “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Müşfiq Cabbar.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Müşfiq.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Bu sonda məlum olacaq.

- Dost…
- Bir ömür onu axtarmağa dəyər.

- İlk sevginiz?
- Bu hamıda olur.

- Əsas ixtisasınız?
- Sənətşünas
.


Lahıcın özünəməxsus küçələrindən

"İsrailin 7 təyyarəsini son döyüşdə vurduq..."

haberMahmud Zahar İsraillə son döyüşlə bağlı mətbuata açıqlanmayan açıqlamalar verib

İslamazeri.az-ın Fələstin mediasına istinadən verdiyi xəbərə görə,  HƏMAS liderlərindən olan Mahmud Zahar İsraillə son döyüşdə "İzzəddin Əl Qəssam" briqadası tərəfindən 7 İsrail qırıcısının vurulmasını önə çəkib.
"Fəcr 5" raketlərinin İsrail üçün gözlənilməz acı syurpriz olduğunu önə çəkən HƏMAS lideri, komet raketlərinin isə İsrailin quru əməliyyatını keçirməsinə mane olduğunu bildirib.
Zahar HƏMAS müqavimətinin əlində olan İran silahlarının müharibənin gedişatını dəyişdiyini də açıqlamasında qeyd edib.
Sözlərinin sonunda HƏMAS lideri 8 günlük müharibədə fələstinlilərin 170 itki verdiyini, onun da 30 nəfərinin müqavimətin döyüşçüsü olduğunu bildirib.

Rasyonal düşüncə və roman

Turqut Qaraca

Yazacağım konuda iddia yoxdur. Buddalıq etmək niyyətində də deyiləm. Sadəcə gənc bir insan olaraq bu günə qədər qazandığım  bəzi müşahidələri sizinlə paylaşmaq istəyirəm. Ümid edirəm yeni üfüqlərə açılmaq üçün bir vəsilə olar.
İntellektual olmaq düşünən və sorğulayan hər bir insanın çatmaq istədiyi şüur səviyyəsidir. Bu başqalarına yol göstərmək üçün deyil, insan olaraq öz ciddiliyini anlamaq üçün lazımdır. Amma bu bilgəlik yoluna girişmədən əvvəl bəzi suallar ortaya çıxır. Kimi oxuyacam, hardan başlayacam və ən əsas, bütün bunları nə üçün edirəm.

Quşbeyin qızlarımız

Моя фотографияRəşad Həqiqət

Bu günlərdə avtobusla üzüyuxarı Şamaxinkaya tərəf gedirdim. İki qız mindi. 17-18 yaşlarında. Gənclik sərvətlərini lap açıqca nümayiş etdirir, az qala göbəkdən bir qarış yarım aşağı olan mini yubka geyinmişdilər. Əlbəttə, fiquraları və üzləri cazibədar idi. Çünki bu yaşında nəinki insanlar, hətta heyvanlar da qəşəng olurlar.
Fikirləşdim yəqin ki, hansı bir pijonunsa görüşünə – ağuşuna
gedirlər.

O yoxdu, sən də yoxsan

Kənan Hacı

İçimdə dopdolu bir boşluq var. L.M

Göylərə inanardım bəlkə,
daha mərhəmətli,
daha mülayim,
daha şən olardım,
ciyərim bu qədər tez parçalanmazdı,
gecələr sərxoş olub yatmazdım vağzallarda,
çıxmazdım adamlıqdan,
içimdəki bu boşluq olmasaydı...

İçimdəki dopdolu boşluğu
tək səninlə bölüşəndə
şərab kimi dumanlandırır beynimi kədər,
boğazımda qaynayır qəhər,
boğuluram bu boşluğun içində,
tez ol, boşalt içimi,
dolum yenə adamla,

Yalançı sevda

HENRİ MİLLER - MAKS VƏ AĞ FAQOSİTLƏR

Henri Miller alman kökənli məşhur ABŞ yazıçısı və rəssamıdır. 1891-ci ildə Nyu-Yorkda doğulub. Avtobioqrafik əsərlər yazıb. Romanları açıq-saçıqlığına görə dəfələrlə qadağan olunub. “Xərçəng tropiki”, “Oğlaq tropiki”, “Qara bahar” trilogiyasının müəllifidir.

Elə adamlar var ki, görüşdüyün andan onlara adıyla müraciət edirsən. Maks da belələrindəndir. Elələri də var ki, bəyəndiyinə görə yox, özlərinə qarşı nifrət oyatdıqlarına görə diqqətini cəlb edirlər.
Nifrət o qədər böyüyür ki, hətta maraqlı hadisələrə vəsilə olur; siz vaxtaşırı bu adamların yanına qayıdaraq, onların qəlbindəki titrəyişləri öyrənməyə, özünüzü canıyanan göstərməyə çalışırsınız. Halbuki, bu mərhəmətdən sizdə əsər-əlamət belə, yoxdur. Köməyə ehtiyacı olan adamlara, dərdlərinə şərik olduğumuza görə yox, qayğılarının, nigaranlıqlarının bizi anlaşılmaz hisslərə bürüdüyünə görə əl tuturuq.

24.11.2012

Nizami Məmmədov: “Düzlükdən böyük biclik yoxdur!”

Nizami Məmmədov “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Məmmədov Nizami Sərdar oğlu.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Nizami müəllim.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
-
İctimai problemlərə biganə qala bilməyən.

- Dost…
- Onlarsız olurmu?..

- İlk sevginiz?
-
Mənim bir sevgim olub.


Şəlalə Cavanşir - Sarmaşdı saçlarım sən gedən yola


Hava ağlar gülər
Günəşin saçı pırtlaşıq düşüb rüzgar əlində
Şəhər bütün sirləri cinayətləri gizlədib buxcasında
Qadınların tozlu aynasında anılar sevgilər axır
Acı bir irmaq kimi


Səfəvi adında dövlət olmayıb

Əkbər Nəcəf: “Son zamanlar Səfəvilər mövzusunun aktuallaşması mənfi yox, müsbət cəhətdir”

“Gündəlik Teleqraf” qəzeti Səfəvilər dövləti və Şah İsmayılla bağlı silsilə yazılarını davam etdirir. Bu dəfəki müsahibimiz tarix araşdırmaçısı Əkbər Nəcəfdir. O, Türkiyənin Mərmərə və Ankara universitetlərində təhsil alıb. Vyanadakı Türkoloji Mərkəzdə çalışıb. Türkiyədə Şah İsmayıl Xətainin külliyyatını çap etdirib. Həmsöhbətimiz deyir ki, bu külliyyat indiyə qədər işıq üzü görənlərdən fərqlənir. Çünki Şah İsmayılın bu kitabda toplanan yaradıcılığı onun danışdığı və yazdığı ləhcədə - Xorasan türkcəsində verilib. Söhbətə də bu külliyyatla körpü saldıq:


Aliq Nağıoğlu - Bu dünyada bir Ağəmi vardı….

Kənd toyundan çizgilər 

 “Məğlubiyyətin oyatmadığı insan heç vaxt qalib gələ bilməz!...”

       ... Aparıcı: ”Gəlsin xeyir-dua versin İsrafil baba, Bayram baba” deyəndə ağır xatirələrdən ayıldım. İkincinin oğlu səksən yaşlı, vaxtilə “at oynadan” ağsaqqalın qoluna girib mağarın ortasına çəkir. Deyəsən, Bayram babanın xəstəlikdən, ya da başqa səbəbdən, yeriməyə taqəti- qüvvəsi qalmamışdı. Gələ bilmədi. İsarfil baba dünya görmüş, müdrik kişilərin tək-tükü idi bu kənddə... Aparıcıya çatmamış əlini şalvarının cibinə salıb pul çıxartdı, sarı beşliklərdən birini ayırdı, kişi hal əhlidir, qalanını qatlayıb yerinə qaytardı. Müsafirlərin içindən yüngül gülüş keçdi...

Günün fotosu

Nathalie Cardone Comandante Che Guevara Hasta Siempre


Tənhalıq elegiyası


Vasif Əlihüseyn

Könlüm

Sevə-sevə külə döndü,
Sənsiz tənha qalan könlüm.
Neçə kərə gözlərimlə,
Sənə dedim yalan könlüm.

Unutduğum ilk bahardı,
Bir qız sevdim, dedim yardı.
Elə şirin sözü vardı,
Etdi səni talan könlüm.

Nə üz çevir, nə də alış,
Bu qismətdi, sən də barış.
Gəzib belə qarış-qarış,
Yaşa könlüm, dolan könlüm.


Enerji içkilərində “Viaqra” tapıldı


Bu içkilər ürək-damar xəstəliyi yaradır

Türkiyənin QidaNazirliyi bəzi enerji içkilərinin tərkibində viaqra olduğunu aşkarlayıb.
Yaxa.org saytının verdiyi xəbərə görə, araşdırma zamanı bəlli olub ki, bəzi enerji içkilərinin tərkibində viqaranın əsas tərkib hissəsi olan “Sildenafil” maddəsi var.
Nazirliyin verdiyi məlumata görə, “Buzzer Plus”, “Red bull”, “Burn” markasıyla satılan enerji içkilərinin tərkibində “Sildenafil” tapılıb. Digər enerji içkilərinin isə tərkibində “Homosildenafil”, “Dimetulhomosildenafil” maddələri aşkarlanıb.
Həkimlər isə bu içkilərin gənclər arasında gün-gündən sevilməsindən narahatdırlar. Çünki enerji verən içkilər gəınclərdə ürək-damar xəstəliyi yaradır.

“Qırmayın bir-birinizi, hər kəsə yemək çatacaq...”

LAYİHƏ: "SÖZLÜ ADAM"

Dünyanın hər yerində belədir, əyalət adamları gözdən-könüldən iraq qalır, incik düşürlər. Bəzən şəhərə dözməyib, öz xoşluqları ilə əyaləti ömürlük seçənlər də olur. Ancaq qələm adamlarının səsi, harayı eşidilməz olanda cəmiyyətdən küsürlər. Belə insanların ən küsəyəni şairlərdi. Beləliklə, Kulis.az-da “Sözlü adam” adlı layihəyə start verdik. Xurcunu çiynimə atıb, rayon-rayon, kənd-kənd düşüb əyalət şairləri ilə hal-əhval tutmağı öz boynuma götürdüm. Birinci işimizin operativliyi üçün paytaxta nisbətən yaxın olan rayondan – Cəlilabaddan başlamalı oldum...

“İsrail homoseksuallar üçün cənnətdir!”

“İsrail homoseksuallar üçün cənnətdir!”Cinsi azlıqlar İsrailin fəxridir və yəhudi cəmiyyətinin ayrılmaz hissəsidir

QafqAzNews “IslamNews.ru” saytına istinadən xəbər verir ki, İsrailin ABŞ-dəki səfiri Maykl Oren öz ölkəsini “Homoseksuallar üçün cənnət” adlandırıb. O bu fikiri Filadelfiya ştatında keçirilən homoseksualların konfransında səsləndirib.
Səfir vurğulayıb ki, cinsi azlıqlar İsrailin fəxridir və yəhudi cəmiyyətinin ayrılmaz hissəsidir. Oren deyib: “Bizdə homoseksuallar həkimlər, əsgərlər, filosoflar, hüquqşünaslar, hakimlər, müəllimlər arasında da var. Ölkəmiz homoseksuallar üçün cənnətdir.”
İsrail dövlətinin homoseksuallar üçün ideal şəraiti yaratdığını deyən səfir həmçinin xatırladıb ki, sonuncu dünya gey-paradı keçən il məhz İsrailin paytaxtı Tel-Əvivdə keçirilmişdir.

Vətənin havası, dadı başqadır...

Aida Eyvazlı

Çətindir.... Vətənsizlik çox çətindir. Vətən anadan olduğun kənddir, rayondur, şəhərdir. Kəndin vətən yaddaşı lap iti olur. Kənd uşaqları başqa cür böyüyürlər. Onlar biz şəhərlilər kimi deyillər. Onlar kəndlərdə cığırların, yolların, bulaqların, daşların, ağacların da dilini bilirlər. Kəndlərdə ocaq yaddaşı,od yaddaşı, bulaq yaddaşı olur. Elə ana südü kimi bir şeydir. Hələ anadan olmamış yazılır kəndçilərin qanına bu genetik kod. Bu gün cılızlaşmağımızın bir səbəi də kəndlərimizin şəhərə inteqrasiyasıdır.
Kaş dəyişməyədi dünya. Kaş elə kənd düşüncəsiylə qalaydıq. Kaş elə kəndçi olaydıq. Onda insanlar daha saf idilər.

Səni yazdım…

Elçin Mirzəbəyli

Səni yazdım gözlərimlə, baxışlarımla,
Səni yazdım...
Alın yazım görünməz oldu...
Səni yazdım ovucuma göz yaşlarımla –
Elə yazdım...
ömür boyu silinməz oldu.

Səni yazdım xatirəmin sağ divarına...
Hələ heç nə yazılmamış ağ divarına...

Səni yazdım
Yalın əllə sərt qayalara
Əlimdəki bütün izlər itdi gözümdən...

23.11.2012

NASA-nın 21.12.2012 Açıqlaması.


Tapmaca. Açması?

Günel Eyvazlı

Yayılmış xəmir,
Əyilmiş dəmir.
El qabağında
Barmağın əmir (???)

Rəngi bozarır,
Bəzən qızarır.
Dünyada onun
Sayı azalır. (???)

Əlini öpür,
Üzünə tüpür.
Sözü cibində
Evinə ötür. (???)


Moskvada Mirzə Fətəli Axundovun heykəli qoyuldu


23 noyabr 2012-cu ildə Rusiya paytaxtında dahi Azərbaycan mütəfəkkiri, yazıçı Mirzə Fətəli Axundovun abidəsinin açılışı oldu.
Açılış mərasimi abidənin qoyulduğu M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasında keçirildi.
Dahi mütəfəkkirin 200 illik yubileyinə həsr olunan mərasimdə “Çeloveçeskiy razum, etot bojestvenniy dar” kitabının təqdimatı da oldu.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Azərbaycanın Rusiyadakı səfirliyi və M.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanasının təşkilatçılığı ilə keçirilən mərasimdə rus və Azərbaycan ədəbiyyatı korifeyləri çıxış etdilər.

ƏSİL-NƏSLİNİ unutmuşlar haqqında MANİFEST

Elnur Nəhmətov

Faiq   Balabəylinin “Lənətlənmiş həyat”  povestini iki dəfə oxumağa cəhd etmişdim. Hər dəfə də bir əmma çıxmışdı; işin çoxluğundan problemlərlə dolu həyatımızda əsər oxumağa vaxt qalıb ki...
Kaş oxumayaydım. Mənə elə gəlir ki, əsər ürəyi zəif olan insanları, sözün əsl mənasında, məhv edə bilər. Ürək parçalayan mənzərələr, reallığı əks  etdirən səhnələr insanı çox  təsirləndirir.
Həyatın mənasını namusla yaşamaqda görən baş qəhrəman namussuz insanların şikarına çevrilir.

Hollivud ulduzu İsraili itə, ABŞ-ı it sahibinə bənzətdi

“Qafqazinfo” xəbər verir ki, məşhur Hollivud ulduzu, dünya şöhrətli aktyor Robert De Niro ABŞ-ın “Fox” televiziyasına verdiyi müsahibəsində İsraili quduz itə bənzədib.
De Niro açıqlamasında İsraili dəstəklədiyi üçün Amerikanı da günahlandırıb.
Onun fikrincə, Qəzza bombardmanında baş verənlərə görə İsrail yeganı günahkar deyil. “Niyə yalnız İsraili və İsrail xalqını günahlandırırıq?” deyən De Niro əlavə edib: “Quduz bir it tərəfindən dişlənildiyiniz zaman kimi günahlandıra bilirsiniz? İti mi, sahibini mi? Şübhəsiz sahibini. İsrail kimi bir ölkəni dəstəklədiyi üçün cinayətkar Amerikadır".

Bir daha 58-ci maddə barədə

Noyabrın 22-də Yeni Azərbaycan Partiyası sədrinin müavini, saxta deputat Əli Əhmədov "Media forum” saytına açıqlamasında deyib ki, yeni yaradılan Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi haqda geniş məlumatı yoxdur. Bununla belə, Əli Əhmədov ölkədə etnik zəmində fəaliyyət göstərəcək təşkilatlara ehtiyac olmadığı vurğulayıb və hər hansı belə təşəbbüsü "separatçı meyilli" adlandırmışdır. Buna səbəb kimi o göstərmişdir ki, güya "Azərbaycan demokratik bir cəmiyyət olduğundan burada hər hansı separatçı meylin olması bütövlükdə Azərbaycanın qanunlarına, ölkənin bütövlüyünə, maraqlarına hörmətsizlikdir". Əli Əhmədovun üzərində mühakimələri qurduğu "demokratik Azərbaycan" ifadəsi nə qədər boğazdan yuxarı və yalandırsa, yeni yaradılan təşkilata YAP-ın mahiyyətinə uyğun vurulan "separatçı" damğası da o qədər böhtan və iftiradır.

Seymur Abbas: “Daşı dələn damcı olmaq”

Seymur Abbas “TEZ-BAZAR”da

- Özünüzü 2 sözlə təqdim edin.
- Allah bəndəsi.

- Sizi necə təqdim edəndə razı qalırsınız?
- Seymur Abbas.

- “Mən kiməm?” sualına necə cavab verirsiniz?
- Azad adam.

- Dost…
- Yaxşı şeydir, amma azdır, çox az.

- İlk sevginiz?
- Azadlıq.

- Əsas ixtisasınız?
- Kulturoloq.


Qaş düzəltdiyi yerdə

Akif Abbasov

Şura hökumətinin vaxtları idi. Zahid neçə müddət olardı ki, rayondan gəlib Bakıda dolaşır, burada işə düzəlmək istəyirdi. Şəhərə pasport qeydiyyatı olmadığından yaxına qoymurdular. Qohumlarından birinin telefon zəngi ilə axır ki, iş tapdı. Amma onunla şərt kəsdilər ki, qeydiyyat məsələsini təcili həll eləsin, yoxsa gərək başına çarə qıla.