Qüzey Kıbrıs - Şimali Kipri “Xocalıya ədalət!” kampaniyası silkələdi "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi Qüzey Kıbrıs Türk Cümhuriyyətinin çüxtəlif şəhərlərində Xocalı soyqırımının 21-ci il dönümü ilə bağlı geniş Beynəlxalq kapmaniyaya keçirib.
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
26.02.2013
Şimali Kiprdə "Xocalıya Ədalət!" geniş kampaniyası: kreativcəsinə
Qüzey Kıbrıs - Şimali Kipri “Xocalıya ədalət!” kampaniyası silkələdi "Kreativ Gənclər" Xaricdə Təhsil Alan Azərbaycanlı Tələbələrə Yardım İctimai Birliyi Qüzey Kıbrıs Türk Cümhuriyyətinin çüxtəlif şəhərlərində Xocalı soyqırımının 21-ci il dönümü ilə bağlı geniş Beynəlxalq kapmaniyaya keçirib.
İnsan alveri bazarları Bakının mərkəzi küçələrində
Qırmızı işıqlı küçələr. Hansı ki, bəzi ölkələrdə kişilər öz həyat yoldaşlarını işləmək üçün buraya könüllü gətirirlər. Çılpaq şəkildə qadınların seçilmək üçün düzüldüyü bu vitrinli seks bazarına qadın bazarı da demək olar. Bu onlar tərəfindən adi hal kimi qarşılanır. Buradakı bir çox insanın qeyrət, namus anlayışını bir dəyər kimi tanımamasından buna təbii baxdığını söyləmək olar. Yaxşı olar ki, bəşəriyyətdə insanın qiyməti, hər bir şeyin insan üçün yaradıldığı halda insanın özünün satılıb alına bilməsi, eləcə də qadının özünün pulla alına bilməsi sualları haqqında düşünək.
XOCALIYA HÖRMƏT KOMPANİYASI, 20 MANAT VER, CANINI QURTAR,YOXSA...
Hər dəfə şəhərə çıxanda bir macəra ilə rastlaşıram. Bu dəfə çox qəribə bir macəra rast gəldi mənə…
Səhər işə gəldikdə dedilər ki, Sabunçu rayon icra hakimiyyətindən deyiblər ki,hami bu gün kollektivlə birlikdə Ana heykəlini (Xocalı soyqırımı) ziyarət etməlidir. Düzü mən Vətənə, torpağa məhəbbət hissini gözə soxmağı sevmirəm. Amma siyasi don geyindirəcəklərini bilib, bir neçə xanım iş yoldaşlarımı da maşınımla götürüb, deyilən ünvana getdim. Şəhərdə bu gun, hər gün olduğündan da daha qarma-qarşıqlıq idi. Bir polis serjantı maşınımı yolun kənarında bir yerdə saxlamağı məsləhət gördu.
HÜSEYN ABDULLAYEV PREZİDENTƏ MÜRACİƏT ETDİ
Sabiq millət vəkili ABŞ elçiliyinə səfirlik binası tikmək üçün satmaq istədiyi torpaq sahəsinə sənəd ala bilmədiyini, bu işdə ona əsasən prezidentin köməkçisi Əli Əsədovun mane olduğunu deyir: keçmiş deputat dövlət başçısından xahiş edir ki, bu duruma müdaxilə etsin...
Sabiq millət vəkili, iş adamı Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib. H.Abdullayevin müraciətinin bir nüsxəsi də “Yeni Müsavat”ın redaksiyasına göndərilib. Müraciəti olduğu kimi dərc edirik.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Sabiq millət vəkili, iş adamı Hüseyn Abbas oğlu Abdullayev tərəfindən
MÜRACİƏT
Sabiq millət vəkili, iş adamı Hüseyn Abdullayev prezident İlham Əliyevə müraciət edib. H.Abdullayevin müraciətinin bir nüsxəsi də “Yeni Müsavat”ın redaksiyasına göndərilib. Müraciəti olduğu kimi dərc edirik.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Sabiq millət vəkili, iş adamı Hüseyn Abbas oğlu Abdullayev tərəfindən
MÜRACİƏT
HEYVANLARI ÇIXARTDILAR, İNSANLARI YOX
Azərbaycanlı jurnalist Eynulla Fətullayevin “Qarabağ gündəliyi” məqaləsinin bir parçası
Xocalını görəndə, təəccübümü gizlədə bilmədim. Tamamilə məhv edilmiş bu azəri qəsəbəsi bütünlüklə bərpa edilib, və simasını dəyişdirilərək, həmin qəsəbənin işğalında fəal iştirak eliyən, erməni generalın şərəfinə İvanovka şəhəri adlandırılıb.
Xocalı faciəsi , bu əzab görmüş azərbaycan torpaqında ürəyimizə vurulmuş dərin yaralar , Əskəranda keçirilmiş bütün mənim görüşlərimdə ortaya çıxırdı.
“ Axı necə ola bilər? Doğrudanmı bu adamlarda heç insaniyyət qalmayıb?”
Ədalət üçün deyəm, ki bir neçə il qabaq mən Naftalanda müvəqqəti yaşayan Xocalı qaçqınlarla görüşdüm. Onlar rus-erməni kontingentin Xocalıya hücuma keçmə ərəfəsində şəhərin dövrəvi mühasirəyə alındığını açıqca etiraf etdilər.
Qarabağ müharibəsi barədə Sepah-ın sabiq komandanından şok açıqlama
FaktXəbər-in məlumaına görə, İran İslam Respublikasının Məsləhət Şurasının katibi Möhsin Rizayi SəhərTV-yə verdiyi açıqlamasında bildirib ki, İran Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikası ordusunu silahla təchiz etməklə yanaşı, Azərbaycanın partizan qüvvələrinə də hərbi təlimlər keçib.
Ermənistan-Azərbaycan müharibəsi dönəmində İran İnqilab Keşikçiləri Korpusunun komandanı olmuş Möhsin Rzayi həmçinin qeyd edib: "Şəxsən göstəriş vermişdim ki, Qarabağ qaçqınlarının vəziyyəti dərhal araşdırılsın və Azərbaycan Respublikası ordusunun ixtiyarına hərbi təchizatlar və hərbi sursat verilsin. Hətta, Azərbaycan silahlı qüvvələrinə hərbi təlimlərin keçirilməsi haqda da göstəriş vermişdim".
AĞLADIQ BƏSDİR DƏƏ...
Hə... Bu gün də belə bitdi. Adlayırıq fevralın -27-sinə. Qurtardı, daha ağlamaya bilərik. Gün sona yetdi. Həm də axı borcumuzu artıqlaması ilə verdik. İsti , od kimi otada ayına iyirmi manat ödədiyimiz sürətli intenetin böyrünü kəsdirib hay-küylü statuslar paylaşdıq, bir iki dancı ağladıq. Hə, lap yadımdan cıxmışdı səs vermədə də iştirak etdik. Daha gedib rahat yata bilərik. Əla, vicdan borcumuzdan cıxdıq artıqlaması ilə... Bir zaman "Zəngəzur", "Vedibasar", "Göycə" adı verirdik kafelərə. Bakı-Sumqayıt yolu dolu idi mən tələbə olanda belə kafelərlə.
Xocalı qırğını- erməninin şəxsində insan yırtıcılığıdır
Mütləqə İnam Ocağının Yükümlüsü
Dünya ermənilərə qucaq açdığı dərəcədə xəyanətkarlığa, bicliyə, insansızlığa meydan verir.
Dünya siyasət oyunu oynayır, çünki həqiqətlə var olmaq istəmir. Həqiqət əsasında yaşamaq isə xalqlardan hünər tələb edir.
Asif Ata «Mütləqə İnam» kitabında insandakı şərin obrazını belə təsvir edir: «Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İnsanı vətəndən ayırmaq. Yalançı dirilik dəhşəti. Mənəvi işgəncə! Cismani işgəncə! Qorxudan işgəncə! Sarsıdan işgəncə! Xəyanət çirkabı. Süni həqiqət çirkabı.
25.02.2013
Ağlama, Xocalım, ağlama...
-Salam, Xocalı.
-Salam.
- Niyə belə kədərlisən?
- Bu gün ayın neçəsidir?
- Bu gün Fevral ayının...
- 26-dır, düzdür?
- Bunu necə bildin?
- Bunu bilməyə nə var ki... Məgər siz məni başqa vaxt xatırlayırsınız ki... Siz...
- Düz deyirsən biz unutqanıq.
- Mən elə bilirdim ki...
- Elə bilirdin gecə-gündüz sənin azadlığın haqqında düşünürük? Sənin azadlığın haqqında planlar cızırıq?
- Xeyr! Xeyr! Onsuz da mən sizə yaxşı bələdəm. Düşünürdüm ki, bu illər ərzində mənə qarşı olan laqeyid münasibətiniz az da olsa dəyişib.
Nə olar məni tez ünvana yetir...
Elşad Сan Şamil
Sən mənim həyati müəlliməmsən.
Hər dərsə gəlişin ucaldır məni.
Şagird tək partada əyləşim öndə
Sənə “əl qaldırım” sən qaldır məni...
Sən ömür qatarın ilk vaqonusan,
Getdiyin yerlərə gəl götür məni.
Dayanıb ard-arda, verib əl-ələ
Mən yolu göstərim, sən ötür məni...
Sən taleyimin sadiq sürücüsü
Sükanı bərk saxla “günüm qaradır”
Nə olar məni tez ünvana yetir...
Ancaq bilməyirəm yolum haradır...
Akif Abbasov. SARA
Kamalın telefon kitabçası qeydlərlə dolu idi. Bu gün işsiz-gücsüz olduğundan kitabçanı vərəqləməyə başladı. Bir-iki adama zəng edib hal-əhval tutdu. Birdən gözləri Sara adına sataşdı. Ha çalışdı yadına sala bilmədi. «Ya allah!» deyib Saranın telefon nömrəsini yığdı. İncə səs eşitdi:-Bəəli…
Kamal «tor» atdı:
-Can bəli.
Qız kim idisə Kamal onu tanıyırdı, yoxsa onun adı, telefon nömrəsi onun kitabçasında nə gəzirdi?! Sadəcə, xatırlaya bilmirdi. Qızlardan o qədər dost-tanışı vardı ki… Görünür, uzun müddət başı qarışdığından, onu yadına salmayıb ki, indi də xatırlaya bilmir. Qız isə onu dərhal tanımışdı. Odur ki, telefonun o biri başından səs gəldi:
-Eşidirəm, Kamal.
Baharın ilk günlərində kitabxana kafesində kosmopolit gənc şairlərə bir cüt söz
milli kitabxananın xudmani kafesində
mübahisə edirlər humanist gənc şairlər
sanki bütün dünyanın dərdi onlara qalıb
parklarda sevişərkən yazılmamış şeirlər
dışarda da gözəlim ağaclar çiçəkləyir
divarda bir rəsm var rəsmdə sıra dağlar
bu qış cox uzun sürüb inşallah bahardı
mən kəfəni yırtmışam çay məndəndi uşaqlar
yox şair deyiləm mən siz narahat olmayın
sizin dünyaya asi yuvasız bir dərvişəm
ömrümdən nə rüzgarlar gəlib keçib bilsəniz
mən cənnət bağlarında qızıl alma dərmişəm
Əkrəm Əylislinin Azərbaycana xəyanəti
Azərbaycan Respublikası Əczaçılar İttifaqının sədri, şair
Mən, ilk dəfə internetdə Əkrəm Əylislinin “Daş yuxular” romanını oxuyanda Avstriyanın Vyana şəhərində idim. Əvvəlcə gözümə inanmadım, fikirləşdim ki, bu ermənilərin azərbaycanlılara qarşı olan bir təxribatıdır və Bakıya telefon açıb bir çox şair və deputat dostlarımdan bunun nə olduğunu soruşdum. Onlar bunların həqiqət olduğunu mənə deyəndən sonra anladım ki, bu Əkrəm Əylislinin Azərbaycana qarşı təxribatı imiş.
Əvvəlcə inana bilmədim, ona görə ki, Əkrəm Əylisliyə xalq yazıçısı, Azərbaycan Şöhrət Ordeni, Azərbaycan İstiqlal Orderinini təltif edən ulu öndər Heydər Əliyev olmuşdur və prezident İlham Əliyevin sərəncamı ilə prezident təqaüdü alırdı.
Sulanmayan çiçəklər
Bittimi hər şeyin ən gözəli?
Nağılımız... sevdamız və o uzun dediyin yolumuz…
Ayrıldıqmı?
bəlkə də bu ayrılıq sulanmayan çiçəklərdən başladı...
o çiçəklər ki əsla sevilmədi əzizlənmədi sulanmadı...
və hər gün gətməyimlə ilgili verdiyin o qərarınla…
istəyin gerçəkləşir xəbərsiz gedirəm...
ayrılıq acı yara, o baxışlar bir məna dəyilmiş o zaman…
duyğularım kövrək uşaq kimi ovudurmuş ozunu ümidsiz boşluqda...
Səma saralıb, buludlar kirlənib.. Istanbul da get gədə sənə bənzəyir..
Uzun bir sessizlik var içində…
nə qədər də az danışar olduq son zamanlar
yadlaşdıq... uzaqlaşdıq… başqalaşdıq…..
Подписаться на:
Комментарии (Atom)

