22.04.2013

İçin, arkadaşlarım, için!

Ramin Cahangirzadə

Hər həftə;
Bir neçə kilo quzu əti!
Bir şüşə içki!
Yeyirsiz…
İçirsiz…
Və sonra yazıqlardan danışıb
miting qurmağınız,
Nə gözəl olur!
Nə gözəl!

Sağ olun qədeşlərim!
İşiz düzdür
Xirtdəyəcən yeyin!
Xirtdəyəcən için!

"ABŞ təyyarələri PKK-ya yardım paylayır" dedi və öldürüldü

Türkiyənin gündəmini tutan əsas mövzulardan biri də keçmiş prezident Turqut Özalın öldürülməsi ilə bağlı iddialardır. Ümumilikdə, son iki onillik Türkiyənin gündəmi müəmmalı sui-qəsdlərlə zəngin olub. Onların bəzilərinin arxasında gizlənən əsl məqamlar üzə çıxsa da, bəziləri hələ də sadəcə “qəza” olaraq qalır. Diqqətçəkən əsas məqam isə həmin şəxslərin “öldüyü”ndən bir neçə gün əvvəl konkret hədəflərə ünvanlanan bəyanatlar verməsidir. Həmin bəyanatların əksəriyyətidə isə ABŞ-ın ittiham olunması diqqətdən qaça bilməz.
Türkiyə mətbuatına istinadən həmin şəxslərin bəzilərini və ölümündən bir neçə gün əvvəl verdiyi bəyanatları təqdim edirik.
Keçmiş maliyyə naziri Adnan Kahveci: “Bizim müstəqil olmağımız üçün ABŞ və Beynəlxalq Valyuta Fondundan xilas olmağımız lazımdır”.

Zaman Paşazadə - Qar

Qar
Qara yağır
Qara qar yağır
Qar üzərində ağ qarğa...
Iqlim dəyişib ağlım
Yanır cebimin buz dolabina soxulmuş əlim
Yanır dodağımda mahnını dəyişdir sicaqlığında üşüyürəm içəridəki sobanın
Baxanda pəncərədən nə gözəldir içəri, qar yağanda

Bir gözəl oturmuş mahnı işığında kitab toxuyur başa qoymalı
Qardan qorunmalı bir kitab.
Baxanda pəncərədən nə gözəldir içəri, qaranlıqda
Yox bir görüntü ilə qəhvə falının fincanında içildiyində
Oyan məni
Yasdığını çevirib basdır məni yuxunda
Hovuxur ərisin qara basmalı yuxunun dibinə çıxmış qar dənələri.

Belçika şaxtaçıları


Şəkil 1900-cu ildə Belçikada çəkilib. Şaxtaçıları toyuq kimi qəfəs-liftlərə alt-üst yığıb şaxtaya işləməyə endirirlər.
Sağ və liberal düşərgə kapitalizmin gözəl bir quruluş olduğunu təbliğ edir. Təbii ki, indiki Avro-atlantik məkanın ölkələrinin simasında... Halbuki bu ölkələrdə rifah sadəcə 60-70-ci illərdən başladı. O da SSRİ ilə yarışma əsnasında, kommunizmin onların ölkələrinə sıçrayacağı qorxusundan fəhlələrin həyat səviyyəsini qaldırdılar. Və təbii ki, öz imperialist siyasətinin iqtisadi dividendlərindən və üstünlüyündən yararlanaraq. Amma bu rifaha qədər onlar bax bu şəkildə gördüyünüzdən də ağır günlərdən keçiblər. Orada işçi 12-13 saat işləyirdisə, Bakıda neçə saat işlədiyini heç bir tarixi bilginiz olmadan təsəvvür edin. Onların necə yaşadığını, hansı istismara və alçaltmalara məruz qaldığını təxmin edin. Bundan ötrü heç bir dərin tarixi biliklərə ehtiyac yoxdur, az-maz düşünməyə bacarmağınız kifayət edir. İndi özünüzü qoyun bu qəfəsdəki fəhlələrin yerinə və əlinizi vicdanınıza qoyub deyin: sizi istismar edən kapitalistə nə edərdiniz? O kapitalistin də həyat tərzini təsəvvür etməyi unutmayın. Sonra o hadisələrin hamısını proyeksiya edin bu günümüzə.
Və unutmayın! Artıq SSRİ yoxdur, kimdənsə çəkinib heç kim Azərbaycan işçilərinə gün ağlamayacaq. Azərbaycan balaca və zəif ölkədir, onun imperialist siyasət yürüdüb öz əhalisinin rifahını artırmaq imkanı yoxdur. Heç fərasətləri də yoxdur. Əslində buna ehtiyac da yoxdur, ölkənin imkanları sosial ədalətə riayət olunduğu təqdirdə bütün əhalinin yaxşı yaşamasını təmin edə bilər.

Azərbaycan ekososialistləri - Eco-socialists of Azerbaijan

21.04.2013

Mərdanovun gedişi nəyisə dəyişəcəkmi?

Günel Eyvazlı

Bu yaxınlarda gündəmdə olan əsas mövzulardan biri, Misir Mərdanovun postdan gedişi xəbəri oldu.
Misir getdi, bəs illərdə yaradılan təhsil, müəyyən çərçivələrdə təlim alan şagirdlərin sonucu necə olacaq? Ağırlıqdan ələ götürülməsi qeyri-mümkün olan çantaların aqibəti necə olacaq? Guya kitablar pulsuzdur, amma, alınan iş dəftərlərinin sorumlusu kim olacaq? Eksperimentlərə məruz qalmış gəncliyin sualllarına kim cavab verəcək?
Yazıq millətim, bir məmurun postdan gedişinə o qədər öyrəşməyib ki, Misir Mərdanovun taxtından gedişi əməlli başlı səs-küy yaratdı. İnsanların çoxu bu xəbərin gerçəkliyinə inanmadı.

Cinsəllik qoxusu

Səhər Əhməd

Postmodernizm yeni, daha təsirli resept təklif eləyirdi. Ədəbiyyat ondan soyumaqda olan oxucunun qarşısına yeni imicdə-daha çılpaq, daha seksual, daha real şəkildə çıxırdı. Bu metod işə yaramalıydı və yaradı da.
***
Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının kökləri qədim dövrə dayansa da, təkamül dövrü orta əsrlər hesab olunur. Bu mərhələnin sonunu həm də romantizm ədəbi cərəyanının kulminasiya nöqtəsi kimi qəbul edə bilərik.
Artıq romantizmin bütün imkanlarından çox böyük ustalıq və qəddarlıqla ( Məhəmməd Füzuli) istifadə olunmuş, sonrakı bir neçə ədəbi nəslə bu priyomları  uğursuz şəkildə təkrarlamaqdan başqa çıxış yolu qalmamışdı. Bütün sirli nöqtələri kəşf olunmuş, zirvəsi zəbt edilmiş romantizmin “razvyazka”sı qaçılmaz idi.

Kral ola bilmədi


Hər bir ingilis şahzadəyə 18 yaşı tamam olanda mason olmaq təklif edilir. Şahzadə Charles 18 yaşı tamam olanda bu təklifi rədd etdi. 36 yaşı olanda Stephen Knightin "Brotherhood" (Qardaşlıq) kitabında, təxminən, bu cür ifadə var:
"Şahzadə Charles 18 ildir ki, hər il təklif olunan mason təklifi rədd edir. Onu heç vaxt kral etməyəcəklər."
Stephen Knight bir il sonra dayanacaqda başında süngü/bıçaq olan çətirlə öldürüldü.
Şahzadə Charles kral ola bilmədi. 86 yaşlı anası hələ də kraliçadır. Əgər mason olsaydı, anası çoxdan kraliçalığı tərk edərdi. Hətta vəliəhd olaraq Şahzadə Charlesi yox, oğlunu elan etdilər.

Mexfi.info

Mountain Village in Rougon, France

Tilsimli dünya

Sima Ənnağı

Əsər necə yaranır? Nədən bir gün xeyli misra yazıb xöşbəxtlikdən dəli olmaq dərəcəsinə çatırsan, dünya sənin olur, qarşına çıxan hər kəsi bağrına basıb öpmək istəyirsən; hərdən də günlərlə özünü oda-közə vurursan, yuxusuz qalırsan, qələmin/vərəqin yataqda da əlindən düşmür, amma ecazla dolu, şeir ətirli sözlər gəlmir ki, gəlmir? Nədən?
Yaradıcılıqda istedadla yanaşı intuisiya, bəzən şüur axını, yəni, izahedilməz, lakin sənətkarın yaxşı fərqləndirdiyi halət mühümdür. Bəs o halətə necə düşəsən, ram edilməyən sözləri necə əhliləşdirəsən ki, görünməyən dünyada məskən salmış sözlər səninki olsun?..
Hərdən aglına elə maraqlı, elə qəribə, gözəl, sehirli fikirlər gəlir ki... Özün də mat qalırsan. Axı bu haqda düşünmürdün, söz, ideya özü səni tapır. Sənətkar üçün əsas – elə ideyadır, amma bu ideyanın yaranması, agla gəlməsinin özü bir sirdir. İdeya hardan, necə yaranır?  

Əlixan Qaya. Bu dünyanın

Gecələr ayın yerinə
Günəş çıxıb gündüz olsa
Bu qüssədən dünyamızın
Yaraları köz-köz olsa
Kim bağlayar yarasını
Bu dünyanın
Bu dünyanın
Tapar dərman çarəsinə
Bu dünyanın
Bu dünyanın
Qəhər boğur boğazını
Dünyanı-
Gündüz əlində
Dünyanı qorxu öldürür
Gündüzdəki söz əlində
Bu dünyanın gündüzündən
Lap dumduru göy üzündən
Günəş kimi ulduzundan

Kim yazıb, nə yazıb?!

Nuray Nur

Kim yazıb  ilk  dəfə şeiri?
Kim düzüb ard-arda misranı, sətiri?
Kim yazıb, nə yazıb ilk dəfə,
Kim nail oubdur ürəyi şeirlə ilk fəthə?
Kimi vəsf eyləyib o şair görəsən,
Sevincdən yazıbdır, yoxsa ki, kədərdən?
Dünyanı  sevgiylə yaradıb Yaradan,
Əminəm  onu da yazdırıb sevgidən.

Kim yazıb ilk dəfə şeiri?
Qadınmı, kişimi, qocamı, ya gəncmi?
Görəsən çatdıra bilibmi,
İlk şeir içində könlündən keçəni?


Habil Yaşar - Ölüm

Ölümün də ruhunu,
Çəkib aparacaqlar.
Bir ölümsüz dünyada,
Ölüm yaradacaqlar.

Ölüm dəbə minəcək,
Ölüm dəbdən düşəcək.
Bu ölümsüz dünyada,
Ölümsüzlər güləcək.

Ölümün öz adından,
Kimlər nələr danışır.
Ölümsə özlüyündə,
Yanır-yanır alışır.


Nilufər Muğantürk - Unut məni

Unut, unutgınan məni.
Gəl, ölən ümidlərçün bir yasin oxutduraq,
bir dəqiqəlik sükutnan yad edək keçənləri,
gözünü gizlətməkçün üzünü yana çevir,
sil gözünün yaşını, unut,
                                   unutgınan məni...

Yaman çətin olacaq gözlərimi unutmaq,
az deyil, bəlkə hər gün min kərə ağlatmısan.
Mənim nə yaşım varee, sayəndə, gülə-gülə;
ən çılğın günlərimə qara lent bağlatmısan.
Toz silən tək beyindən silək xatirələri,
könüllü amneziya ol, unut,
                                  unutgınan məni...

Sima Ənnağının musiqili şeirləri

İbrahim Sel

 “Alatoran” yazar hərəkatını izləyənlər üçün Sima Ənnağının şeirlər kitabı yeni ədəbi hadisə ola bilər. Düzdür, bundan əvvəl ədəbi qəzet və jurnallarda Simanın şeirləri ara-sıra görünürdü- o əsasən təhlillər yazır və tərcümələr edirdi- lakin ara-sıra başqa şeydir, qabağında real, kağızdan və fikirlərdən dördbucaqlı şəklində yoğrulmuş kitabın olması isə başqa məsələ; artıq burda müəllifin iç dünyası ilə tanış olursan, onun sözə münasibətini aydınca sezirsən və poetik potensialını qiymətləndirmək üçün geniş imkanlar yaranır.
 Adı “Oyuncaqların üsyanı” olan kitabda məsum bir insan dünyası inikas edilib, qadın duyğularının əks-sədası yer alıb. Hər şeydən əvvəl, kitab yaxşı dizayn olunub. Mütaliədə ilk nəzərə çarpan isə Simanın səmimiliyidir. Aristokratlıq Simanın ruhundadır. İndilərdə çox yazırlar, nə gəldi yazırlar və ərsəyə gətirdikləri çeynə-tüpür maklaturanın fonunda bolluca piar da olunurlar. Aurası kəndə bağlı qalan, amma paytaxta köçüb media aslanlara çevrilən, stilini Sindi Krouforda bənzədərək oxucunun ətini tökən, min bir ciddi-cəhdlə mədəni olduğunu sübut etmək üçün rus dilinin qol-qabırğasını sındıran bir çox qadın yazarlarımız özlərini də bezdiriblər, xalqı da. Sarışın rəngə boyadıqları priçeskalarının altından Qafqazın qədim sakini- tərəkəmə cizgiləri aydınca sezilməkdədir. Simanın “Bizim qadınlarda” şeirində deyildiyi kimi: “En yerə, bizim kimi bozbaş bişir!” Sima ari qızı olmasına rəğmən moedrn ruhla çox yaxın məsafədədir.

Bakı- ovcumun içində,
Ürəyimin içində,
Gözümün içindədir…

 Bəli, modern yazmaq hər adama yaraşmır. Daha dəqiq desək, yapışmır. Simada hər fikir, hər misra tam səmimidir. Çünki o sırf duyğularını yazır, stilə uyğun nəsə qondarmır.
 Başlayaq hədəfə gələn cəhətlərdən. “Səninlə görüşəndən sonra” zəifdir, hətta zaydır deməkdən özümü zorla saxlayıram. Kitab belə bir neqativ şeirlə başlayır. Bəlkə bu da bir taktikadır? Axı AYO-çular həm də müxtəlif taktiki gedişləri ilə də yadda qalıblar. Deyə bilmərəm. İndi kitab qabağımdadır, “Məgər bu azdır?” misrası ilə bitən ikinci şeirin altına sadə karandaşla “Bəli, azdır” yazmışam.  
 Vərəqləyib mütaliəni davam etdirdikcə isə tam fərqli auraya düşürsən. Əsl zövq başlanır. “Deyirsən” şeirində verilən mesaj təbitətin qanunları ilə üst-üstə düşür. Və ardınca “Yad planet”… Bu şeir rok mahnı tipindədir. Məhz bura çatanda istirahət vaxtım üçün necə dəyərli bir tapıntı əldə etdiyini anladım. Son zamanlar elə ağır materiallarla yüklənmişəm ki… Kutzeye, Nabokov, Silvia Plathın gündəlikləri, Rinöske, Folkner, Böll… Hamısını oxuyub şərhlər yazmalı, dekonstruksiya hazırlamalı və zövqlərinə uyğun olaraq dostlara hansınısa oxumağı məsləhət görməliydim. Bir sözlə, başım şişmişdi, fayllar üst-üstə qalaqlanmışdı. Hətta məndə azca da olsa, ədəbiyyata bir “otvraşşenie” yaranmaqdaydı. Hamısı da o səbəbdən ki, istirahət vaxtımın qayğısına qalmamışdım, qarışdırmışdım bir-birinə. Məsələn, qatarda oxunmalı kitabı divanda uzanaraq oxuyursan, tənəffüslərdə oxunmalı kitabı maşının arxa oturacağında. Ondan proqram qarışır bir-birinə. “Oyuncaqların oyunu” isə ruhu cilalayır. Sakitləşdirir, səbrli olmağa çağırır, akummolyator kimi enerji ilə yükləyərək yenidən həyata desant edir. Mən bilirdim bu xüsusda kitablar var, ancaq işimə elə qapılmışdım ki, onlardan ayrı düşmüşdüm. Çoxdan fikrim vardı ki, rahat və yüngül kitablar taparaq əlimin altında saxlayım. “Oyuncaqların oyunu” vaxtında o boşluğu doldurdu.

Günəşin həlim istisi
Çöhrəmi oxşayanda,
Budaqlarda tumurcuqlar pırtlayanda,
Səhər tezdən qayğısız sərçələr
Yuxuma haram qatanda,
Anlayıram: yaz gəlibdir… 

 Kitabın öz sözündə yazır, həyəcanlıyam, ona görə ki, ilk kitabımla ədəbi mühitə qatılmağa cürət edirəm. Əlbəttə, bu təvazökarlıq nümunəsidir. Sima ədəbi camiədə kifayət qədər tanınan və sevilən müəllifdir. Xidmətləri yetərincədir, ona görə də başı ucadır. O qədər Azərbaycanda analoqu olmayan nəzəriyyələri və cərəyanları tərcümə edərək cəmiyyətə ərməğan edib ki! Bu qız ədəbiyyatşünaslığa öz töhfəsini verib. Başqaları gülə-bülbülə şeir qoşub gündəmə gəlməyə çalışdığı vaxt, ürəyinin yağını əridərək tərcümələrlə məşğul olub. Mətbuatda gedən yazılarında zərrə qədər də olsa, “çuşkalıq” komponentinə rast gəlməzsən, halbuki bayağılıq baş alıb gedir. Bakını köçlər basandan sonra öz aliliyini saxlamaq və fərqlənmək də asan iş deyil. 
 Kapitalist ölkələrində hər firmanın “üzü” olur (litso firmı), bu əsasən gənc və qəşəng qızlardan seçilir, onun çöhrəsi təşkilatının bir növ simgəsi kimi yaddaşlarda oturur. Həmin işçi həm də firmanın tərəqqiyə hesablanmış mexanizmindən kifayət qədər baş çıxarır, işgüzar və ümumi inkişafa yardımçı olur. AYO-da da “firmanın üzü” rolunu Sima Ənnağı oynayır. AYO- orda əsas tərcümə işlərini görən bu qızla assosiasiya olunur. Mənçimçün Sima Ənnağısız AYO-nu təsəvvür etmək olduqca çətindir.
 Ön sözdə yazır ki, kitabı çap etdirmək uzun əzab-əziyyətlərdən sonra başa gəldi. Bəli, hamımız bilirik ki, əgər yerlilərin hakimiyyətdə deyilsə, bu məmləkətdə geniş ictimaiyyətə öz sözünü çatdırmaq, kitab buraxmaq, hətta dərc olunmaq çətin məsələdir. Gərək bəxtin gətirə lazım olan bölgədə doğulasan- müstəqilliyin bizə bəxş etdiyi töhfələrdən biri də budur!
 Ümumilikdə götürəndə, nə anlaşılır bu kitabdan? Müəllif sırf azərbaycanlıdır, öz dilinin incəliklərinə çox gözəl bələddir, halbuki məhz bu kriteriya indi çoxlarında çatışmır. Fikri bəzi saxta pafosçulardan fərqli olaraq sadə, apaydın şəkildə oxucuya çatdırmağı bacarır. Müəllif o qədər səlisdir ki, məşhur “rus sadəliyi”ni təcəssüm etdirən obraz yaradıb. Yəqin ki burada Sima xanımın rusdilli pedaqoji təhsili az rol oynamayıb.

Axı bu mənim dünyamdır…
Mənim dünyam…

 Ruh sakitliyinə çağırış edən “Oyuncaqların oyunu”nu almaq, tapıb oxumaq qərarına gələcək oxucularımıza məsləhət görərdim ki, bu kitabı ayurveda musiqiləri sədaları altında oxusunlar. Yutub belə musiqilərlə doludur. İkiqat həzz verəcək. Ancaq o fonda Simanın stixiyasını tam anlamaq olur .
 Borxesin kitab haqqında bir yazısı var. Deyir kitablar ona görə yazılmayıb, onu başa düşsünlər, ona görə yazılıb ki, oxucu bu kitabları öz istədiyi kimi başa düşsün və düşünmək imkanı əldə etsin. Və bura “Poeziya qədimlərdə ilahidən gələn səslər olub” fikrimizi də əlavə etsək, Simanın şeirləri ayurveda mahnıları ilə təmasda riqqətəgətirən bir atmosfer yaradaraq oxucunu çuğlayır. Sima elə sənətkarlardandır ki, oxucuya özünəməxsus aura bəxş edir, oxuyla paralel kosmik musiqi notları da eşidirsən.

Ver mənə büllür kimi pak duyğularını,
Həsrətdən axan göz yaşlarını,
Qəlbinin məxfi guşəsinə baş vur,
Həqiqəti orda ara,
Qalma haqla nahaqq arasında,
Tərəddüdlər içində.

Soruş, 
Soruş könlündən,
O səadət mülkündən,
Kimdi sənin can yoldaşın
Haralardadır…

 Sezdinizmi? Poeziya elə budur. Əsl mahnı effektidir. Varmı bizdə belə sətirləri notlara kökləyəcək bəstəkarlar? Buyursunlar… İncəsənət institutunun yaradıcılıq fakultələri üçün bol eksperiment material))

Könlümün saray daşları
Yaquttək qanlı-qanlı
Danələrlə bəzəndi,
Ürəyim param-parça,
Ürəyimdə xarabalıq.

 Şeir- sırf mahnı effekti verməlidir. Şeirin musiqisi içində olmalıdır. Musiqilikdən kənar şeir ölüdür.
 Simanın “Qızcığaz” şeirini yeni nəşr etdiyimiz “Azərbaycan şeir antologiyası”na salmışıq. Doğrudan da ideal sənət nümunəsidir.
 Həmişə “sənət sənət üçündür” tendensiyasına sadiq kimi görünən Simanın kitabda sərgilədiyi “sənət xalq üçündür” mövqeyi bir antiqlobalist kimi mənim ürəyimcə oldu.
 “Döyüşkənlərə e-mail” şeiri də oxunaqlı şeirdir. Bu, bir növ mübariz insanların, qaniçən məmurlara qarşı çarpışan yoldaşların himndir. Bir dəyərli jurnalist dostum var, ona göstərəcəm, qoy oxusun, inanıram ki xoşuna gələcək.

Bəlağətli yazmışam?
Axı bu həqiqətdir.

 Onun şeirlərində maraqlı poetik tutum var:

Qayğılar daşını əritmək üçün,
Kədər buludunu dağıtmaq üçün
Bir sözün kifayətdir,
Yalnız bir sözün…

 “Fərqli dünyalar” şeirində insan yaşantılarını, bir roman səhifələrinə sığmayacaq duyğuları bir şeir parçasında vermək cəhdi:

Fani idim, varlıq verdin,
Kiçik idim, böyütdün,
Özümə düşmən idim,
Dost etdin,
Dost oldun,
Mən bunu istəmədim

-zənnimcə uğurlu alınıb. 
 “Alleqoriya” şeir deyil, bir qəlb hekayətidir. “Qəlb aynası üstündəki pərdəni…” şeiri də ecazkardır.
 Bilmirəm, milliliyi kim necə başa düşür? Çünki indilərdə bizdə bir çox anlayışlar kimi “millilik” də mutasiya olunaraq kəllə-mayallaq forma alıb. “Oyuncaqlar”da sırf azərbaycanlı ruhu duyulur (yaxşı mənada, indi bizdə tez-tez işlədilən arxaik mənada yox!). Bu cür eksperimentlər nə qədər çox olsa yaxşıdır. Sima Ənnağı qələmində azərbaycanlı olmaq prestij kimi görülür. Bu, əlbəttə ki təqdirəlayiqdir.
 Bəli, həyat heç vaxt tükənmir, hər şey yaxşı olacaq, müvəqqəti üzüntülərin izi də qalmayacaq… Simacan, bizə bu cür optimist duyğular aşıladığın üçün sənə təşəkkürlər! Ardı bəlkə oldu, hə? Kim bilir… Sənə müdrik olmağı arzulayıram.

Bizi belə böyüdüblər

NADİR ŞAHIN QALXANI


Diametri 46 sm. Sonradan üstü və arxası daş-qaşla bəzədilib. Ehtimal edilir ki, Nadir şah bu qalxandan Hindistana hücumu zamanı istifadə edib.

20.04.2013

FHN başçısının təkcə qarderobunun qiyməti milyonlarla dollarla ölçülür

«Fövqəlnazir»in taxdığı qol saatının qiyməti isə 475 min dollardır

Qərara aldıq ki, yeni bir layihəyə başlayaq. Bu layihəmizin digərlərindən fərqi isə tamam siyasətdən uzaq olmasıdır. Daha dəqiq ifadə etsək, yeni layihəmizdə məmurların hansı stildə geyindikləri, əhatə dairələri, daha çox nələrə üstünlük vermələri, imicmeykerlərin xidmətlərindən yararlanma hallarının olub-olmadığı və s. İlə maraqlandıq.
İlk olaraq Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovdan başlamaq istədik. «Fövqəlnazir»in bəzi xüsusi cəhətləri var ki, onların arasında bəstəkarlığı daha çox diqqəti çəkir. Heydərov bir zamanlar qarmon kimi musiqi alətlərində ifa etməyi bacardığından, musiqiyə olan marağı daha çoxdur. Hələ nazir olmamışdan öncə də musiqiyə həvəsi olan Heydərov bəzi mahnılar bəstələyərək, onun müğənnilər tərəfindən oxunmasına nail olur. Nazir olduqdan sonra isə onun seçim imkanları yaranıb və hazırda FHN başçısının bəstələrini hər müğənni oxuya bilməz.

Кровавая бойня в Дейр-Ясине: какая «страна», такие и «герои»…


9 апреля 1948 года в деревне Дейр-Ясин еврейскими военизированными группировками – такими как «Иргун», «Лехи» и «Хагана» - были убиты десятки палестинцев.

Лишь некоторые учёные, соблюдающие научную этику и обладающие чувством исторической справедливости, обращаются к событиям 65-летней давности, которые произошли в деревне Дейр-Ясин и унесли жизни более ста невинных палестинцев. Попытки скрыть ужасы той резни предпринимаются многими «уважаемыми историками», в том числе и «израильскими».
Даже тот нарратив, который предлагают такие учёные как Бенни Моррис — честный историк, который остался верен идеям сионизма, несмотря на ужасы и преступления этой идеологии, которые он сам открыл для себя и миру, — представляет «приглаженную» версию событий, имевших место в тот день.

Duydum qaranlıqları

Narıngül

Adamlar olanları
Yaxud əksinə,
olanlar adamları unudur.
Heç kimin bilmədiyi
Şəkildə unutdum mən.
Sən də unudacaqsan.
Unutmaq çoxdankı işdir.
Bir azca  da vərdişdir.

Mən bir kəndin saralmış
 yuxusundan doğuldum.
Və etiraflar etdim,
Və romanlar yazıldı
Bu uzaq şəhərlərdə.


Ətraf mühitin xarakterə təsiri

Rəşad Həqiqət

Səhra, yarımsəhra, çöl və ovuntulu-qayalı geolandşaftlara adaptasiya olan xalqlar ömründə bir dəfə doğur. Belə xalqların yenidən doğması çox çətindir. Yəhudilər, ermənilər, kürdlər, farslar, çinlilər 5-6 min ildir ki, necə olublarsa elə də mövcuddurlar. Yəhudi və ermənilərdən başqa heş bir etnos yalnız din amili üzərində bərqərar ola bilməmişdir. İudaizm və qriqorianlıq onlar üçün genlərdən üstündür. Ancaq tez-tez etnik özbaşınalıq edirlər və buna görə də Allah onları hər zaman cəzalandırıb, cəzalandırır və cəzalandıracaq! Tarix bizə göstərir ki, Novuxodonossor və Hitler yəhudiləri etnik formada cəzalandırıblar. İsgəndər və Əmir Teymur da ermənilərə böyük dərs veriblər! Bu etnosları yenə də böyük cəza gözləyir! Lakin ermənilərdən fərqli olaraq yəhudilərin satanik təbiəti kosmik dəlillərlə sabit və məlumdur.

Azərbaycan, Astara-Ərdəbil arası

“Səddam Hüseyn dövrünə həsrət çəkirlər”

...İnsanı öldürmək üçün onlar dünyanın ən bahalı silahlarını aldılar. İnsanı yaşatmaq üçün tüklərini belə tərpətmədilər. Və aldıqları silahlar 10 ildir ki, bu məmləkətdə xalqın həyatına zil qaranlıq çökdürüb, qorxu və vahimə gətirib, vahid dövləti parçalayıb. Zaman keçdikcə onlar üçün ölümlər, partlayışlar, terrorlar adiləşib. Beləcə, 10 ildir ölkəyə günəş doğmur.
***
Bu regiona - İraqa gedəcəyimə qərar verəndə ətrafdakıların ilk reaksiyası təxminən beləydi: “İraq olsun, ya da özündən muğayat ol”. Onlar yarıciddi, yarızarafat eyham vururdular ki, İraq riskli bir ölkədir və papağını qabağına qoyub düşün.

1940-cı il. Britaniya və Fransanın Bakını bombalamaq planı

Molotov-Ribbentrop paktının imzalamasından və Polşanın işğalı ilə 2-ci Dünya Müharibəsinin başlanmasından sonra London və Parisin rəsmi dairələrində Bakını bombalamaq planı yaranır. Bu yolla onlar Bakının neft istehsalını məhv etmək və almanların Sovet neftindən asılılığını minimuma endirmək məqsədi güdürdülər.
Bu, tarixdə az analoqu olan hallardan biridir: 2 Avropa dövləti müharibə elan etmədən başqa bir ölkənin - SSRİ-nin böyük şəhərlərindən birini bombalamağı qarşılarına məqsəd qoyurlar. Və planın reallaşdırılmasının baş tutmaması Azərbaycan paytaxtını yanğın alovunda məhv olmaqdan, əhalisini isə kütləvi qırğından xilas edir.
2-ci Dünya Müharibəsi ərəfəsində Bakı nefti SSRİ-nin ümumi neft istehsalının çox böyük hissəsini təşkil edirdi: Bakı neft sənayesi yüksək çeşidli benzinin 80 faizini, liqroin və kerosinin 90 faizini, avtomobil və traktor yağlarının 96 faizini verirdi. Həmin dövrdə şəhərdə irili-xırdalı 122-dən çox neft zavodu fəaliyyət göstərir, şəhər ətrafında 71 mədən yerləşir, yenilikcə qazolin zavodu istismara verilmişdi.

“Oğuznamə”dəki Azərbaycan haqda rəvayətin elmi izahı

Firudin Gilar Bəg

“Azər”, “Azərbaycan” kəlməsinin nə demək olduğu haqqında çox yazılar yazılmışdır və mən də bu barədə öz fikirlərimi bildirmişəm. Bu məqalədə isə mən bilavasitə Fəzlullah Rəşidəddinin “Cəmi ət – Təvarix” əsərində, “Azərbaycan” adının yaranması haqqındakı rəvayətinə elmi izah verəcəyəm. Lakin öncə Şаh İsmаil Xətainin həqiqət haqqında bir sözünü yada salmaq istəyirəm. Şah babamız yazır: “Həqiqət bir gizli sirdir, açа bilirsən, gəl bəri. Küfr içində imаn vаrdır, sеçə bilirsən, gəl bəri”. Şah İsmail Xətaiyə görə, həqiqət sirdir və onu anlamaq üçün sirlər açılmalıdır. Bu sirlər isə Əflatuna görə, çox böyük və təəccübə layiq bir hadisə ilə bağlıdır. Lakin zaman keçdikcə bunlar yaddaşlardan silinmişdir və bunlar haqqında ayrıca danışırlar (Platon, «Politik», 269s).

Xatirə Xatun - BU EŞQİ

Bərəkalllah ilqarına, əhdinə,
Buza yazdın, günə qoydun bu eşqi.
Sən kiminin ilqarı nə, əhdi nə,
Yaman bərbad günə qoydun bu eşqi.

Könül sevər sevənlərin mərdini,
Xoş üzünü, bəd üzünü, sərtini.
Çəkəmmədin cəfasını, dərdini,
Axır yenə mənə qoydun bu eşqi.

And içmişdik bu sevgini qoruyaq,
Küllənməsin, soyumasın bu ocaq.
Hardan gəldi sevgimizə bu sazaq?
Qar-borana, çənə qoydun bu eşqi.


19.04.2013

"Qardaş?!"

Sahil Qənbərli
Türkiyə, Trabzon

Millətçilik artıq fiaskoya uğramış, dünyanın heç bir yerində dəstəklənməyən siyasi cərəyandır. Hələ keçən əsrin əvvəllərində Natsist Almaniyasının Böyük Sovet ordusu qarşısında rəzilliklə məğlubiyyəti bir daha sübut etmişdir ki, xalqların qardaşlığı, şofinist ideyaya hərmişə qalib gələcəkdir. Təbii bütün bunlar ötən əsrdə qaldı. Mənə təəccüblü gələn isə Azərbaycanda yeni-yeni ortaya çıxan xırda "türk-millətçi" qruplardır. Hansı ki, yaş həddi 14-25 arası dəyişir. Hesab etsək ki, Azərbaycanda onlarla xalq yaşayır, onda bunlar hansı türkçülükdən dəm vura bilər ki? Ümumən niyə məhz türkçülük?
Bu təsadüfi deyil. 14 qardaşımızı itirdikdən sonra, bizə ilk müdaxiləni "qardaşlıq" devizi ilə Türkiyə etdi. Qarabağ savaşına agentləni kəşfiyyat məqsədilə göndərərək, adını yardım qoydu.

Qalib Şəfahət - BƏHANƏ


Anası Kərəmlə  hər  telefonla danışanda  ondan yaman gileylənirdi:
- A bala, mən sənə dəyə bilmirəm, mən axtara bilmirəm, artıq o imkanlarım tükənib, taqətim qalmayıb, yerimdən zorla dururam, sənə nə olub? Belə də etibarsızlıq olar?.. Heç demirsən ki,  anam öldümü, qaldımı, acdımı, susuzdumu, bəlkə başına bir iş gəlib?!.. Bu qədər də oğul  anaya biganə ola bilərmi?!..
O, hər dəfə bir işi bəhanə gətirib  vəziyyətdən çıxmağa çalışırdı:
-Özüm də darıxmışam,vaxt edib bu gündə, sabahda sənə dəyəcəm. Elə başa düşürsən soyuğam, biganəyəm! İnan ki, belə deyil...
Gecə yatağına uzanmışdı, gözünə yuxu getmirdi. Kərəm öz-özünü danlamağa başladı:
  - Anam düz deyir, doğrudan da biganəyəm, istəsəm vaxtdan, vədədən, elə işdən-gücdən də qırıb, gedib baş çəkə bilərəm.

Şəki, Azərbaycan

Uçurum dodağında Sual

Elşən Böyükvənd

Uçurum boşluğuna doğru enəcəyimi düşündüyüm anda, sənin Tanrı barmaqları ilə yonulmuş gövdənin parıltısı və sıcaqlığını duymağa başladım. Gövdəmə sarılıb yayılan ətinin ətrini və nəmliliyini hiss etdim. Sən, qırların susuz gözlərinə qonan bulud topaları kimi incə, yumuşaq və asta-asta ruhum düzənliyi üzərinə axışırdın.
Tehranın hansısa nənə-bacısı qəhbə şərəfsizi onu zorla sikdikdən sonra başını daşla əzib, onun ruhsuz üzünün bütün cizgilərini odla yandırıb məhv etmişdi... DNA yoxlaması nəticəsi onun kimliyini təsdiqləməyə son çıxış yolumuz idi.
Sevgilimi kim öldürdü?

“Pedaqogika” dərsliyi nəşr olundu

Pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, respublikanın Əməkdar müəllimi Akif  Nurağa oğlu Abbasovun kolleclər üçün yazdığı “Pedaqogika” dərsliyi nəşr edildi. Dərslik “Mütərcim” nəşriyyatında həyata vəsiqə almışdır.
Dərsliyin elmi redaktloru pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Prezident təqaüdçüsü Əjdər Ağayev; rəyçilər akademik Hüseyn Əhmədov, professorlar Fərahim Sadıqov, Fərrux Rüstəmov və Vidadi Xəlilovdur.
Orta ixtisas məktəblərinin proqramına əzasən yazılmış dərslikdə pedaqogikanın ümumi məsələləri, əsas anlayışları, predmeti, məqsəd və vəzifələri, pedaqogika elminin sistemi və mənbələri,  pedaqogikanın digər  elmlərlə əlaqəsi, tədqiqat metodları, şəxsiyyətin inkişafına aid nəzəriyyələr, didaktikanın anlayışlar sistemi, təlimin mahiyyəti, təhsilin məzmunu anlayışı, və s. bu kimi məsələlərə diqqət yetirilir.

18.04.2013

ADALARDAN BİR QIZ GƏLİR BİZLƏRƏ...

Məmməd Aslan

(Eyni misralı türküyə bənzətmə)

“Adalardan bir qız gəlir bizlərə,
Aman allah, gözlərə bax gözlərə”.
Dodaqları açılası qönçədir,
Yanaqları yanıq verir közlərə.

Adalarda bu ürəkmi, adamı?!
Ada qızı dəli elər adamı!  
Deyərsən ki, bircə dilim alovdu,
Könlüm kimi od alıbdı odamı?!

Adalardan bir qız gəlir, qıza bax,
Yerişindən yer yarılır, naza bax!
Gül əndamı  təbəssümlü bir cəmən,
Adalarda qıza dönmüş yaza bax!


Kövrəlmiş Vicdan

Allah insanı Kamil yaradib. O kamillik ki heyvanlarda rast gəlinmir. Allah insani yaratmaqla ona VICDAN vermişdir.
Bəs Vicdan nədir? Vicdanlı insan nədir?
Vicdan qeyrətin ayrılmaz hissəsidir. Son illərdə Azərbaycanda baş vermiş qadağalar , həbslər hamısı vicdanlı insanların vicdansızlara öz yerlərini göstərdiyi üçün baş vermişdir.
Əsla düşünməsinler belə həbslər sifariş olunmuş ölümler narkotik kimi iyrənc işlər vicdanlı insanları öz vicdanından döndərəkdir.
Bunu o böyük gücə 80 il Yaşayan SSRI bacarmadı.
Bu gün güvəndiyin massonlar sionistlər sifarishləri ilə əslinde sən onların hər vurduğlari havaya oynayırsan. Həbslər sonunu gətirəcək.
Hər bayramda kövrəlmiş vicdanın əsl narkomanları əfv edib saglam düşüncəli narkotikin törətdiyi fəsadları xalqa catdıranı narkobaron edib həbsə salırsan. Vicdanın buna necə yol verir deyecəkdim axı vicdan olmayandan sonra belə sualların verilməsi yersizdir.

İnsanları yalan danışarkən sevirəm

Mərdan Əzimov

Hər kəs yalan danışarkən xəyallarında olmaq istədiyi insanı təsəvvür edir. Və beləcə yalan real olmayan, amma real olmağa cəhd hadisəsinə çevrilir...
Yalançılardan birisi çıxıb “mən səni sevirəm” deyir. Əslində heç sevmir, amma vəhşi bir sevgi axtarışındadır...
Biri də gəlir, “siz çox gözəlsiniz” deyib yalan danışmaq məcburiyyətində olur. Əslində yalan danışmaq məcburiyyətində deyil. Amma qarşısındakı insanı gözəl görmək istəyir. Gözəllikdə olmur ki, olmur...
Birisi də gəlir. Özünə təsəlli verir. “Onun sevdiyi yoxdur” deyir. Onu çox sevir. Amma o bir başqasını sevir... Beynində xəyallarında onu sevgisiz, sevgilisiz, təhna biri kimi təsəvvür edir. Yalanlı təsəlli vermiş olur...
Və biri də gəlir. O gələndə hamımızın yaxşı tanıdığı iqtidar olur... Hər gün efirlərdə xalq firavan yaşayır, azaddır, mehribandır, xoşbəxtdir, toxdur deyir. Bu gün bu işi belə etdik, o birisini elə etdik deyirlər. Əslindəsə ortada nə toyuq olur nə də yumurta...

Yuxari Nüvədi kəndindəki Səydəkinə (Lənkəran)

«С широко закрытыми глазами» или кто убил Джона Кеннеди?

У Кеннеди была речь под названием «Обращение к человечеству», где он обвинил тайные общества в заговоре и желании установить контроль над миром. Эта речь, записанная на киноплёнку, так и не была показана широкому зрителю. Вскоре самого Кеннеди застрелили. Случилось это сенсационное событие 40 лет назад — в ноябре 1963 года. Убийцей был «назначен» Ли Харви Освальд, действовавший якобы в одиночку из личной неприязни к 35-му президенту США.
В деле Освальда так много нестыковок, что сами «сшиватели дела» удивлённо пожимали плечами на неудобные вопросы журналистов и экспертов.
По пути в тюрьму из полицейского участка перед телекамерами Освальда демонстративно убивают. Стрелял в него некто Джек Руби, который впоследствии умирает в тюрьме при загадочных обстоятельствах. На мертвеца можно списать всё, они, как известно, молчат! В историю бедолага Освальд, убеждённый коммунист и завербованный агент КГБ, вошёл как «убийца Кеннеди».

KredAqro sələmçi təşkilatı ölmüş şəxslərə də faiz və cərimələr hesablayır!

Dövlət orqanlarına
Surəti: Media orqanlarına

Şahin Cəbrayılov Cəmiyyətin Kredit siyasəti və prosedur qaydalarının tələbini bilə-bilə qəsdən pozur

Bədbəxt olmuş, daşınar və daşınmaz əmlakları əllərindən alınmış insanların qanı Zaur Ömərovun boynundadır

 Yazıb sizə bildirirəm ki, Azərbaycan xalqının qanını içən və qanunsuz hərəkətlərə rəvac verən sələmçi təşkilatlar biri də KredAqro Bank Olmayan Kredit Təşkilatıdır. KredAqro BOKT Cəlilabad filialının rəhbəri Şahin Cəbrayılov saxtakarlıq edərək kreditvermə planını doldurmaq məqsədi ilə çox vaxt kredit götürən müştərilərin maliyyə dövriyyəsini qəsdən şişirdərək onlara böyük məbləğdə kredit verir. Axı başlanğıcda da məlum olur ki, həmin krediti vətəndaş bir müddətdən sonra verə bilməyəcək. Planı doldurmaqdan sarı insanları bəri başdan tora salırlar, bədbəxt edirlər. 

Gözlərim yol çəkir

Məlihə Əzizpur

Gözlərim yol çəkir yenə.
yoxsa,
pəncərənimi açmısan
şəhərin üzünə?
Yoxsa,
kəkliyinimi azdırmısan azğın könlümə?!
ruhumdan kəpənək qopur əllərinə çiçək!
açıq qoy pəncərəni
bax ...
paylandıqca sənə, böyüyürəm
çəkinmə məndən
qaçındıqca
daha çox yaxınlaşırıq biz.

Unibank vətəndaşları necə tələyə salır?

unibankBir ay bundan öncə Unibankın Albalı Kart vasitəsiylə necə fırıldaqlar etdiyini, vətəndaşları altamaqları haqqında araşdırma yazısı təqdim etmişdik. Təqdim olunan faktlardan da görünürdü ki, adıçəkilən bank müxtəlif vasitələrlə insanları aldatmaqla məşğuldur. Lakin bu bank haqqında məlumatlar bitmədi. Belə ki, Elitar.Az saytına Unibank haqqında maraqlı məlumatlar daxil olub.
Belə ki, saytımıza daxil olan bir məlumatda deyilir ki, 43 min dollara qarşı 64 min pul tələb edir. Vətəndaş yazır ki, bank burada 21 min dollar sələm tutur. Adıgözəlova Gülşən Məktub qızı məktubunda adıçəkilən bankın soyğunçuluqla məşğul olduğunu vurğulayıb: “2008-ci ildə həyat yoldaşım Unibankdan kreditlə maşın almışdı. “Mersedes” markalı maşının qiyməti servisdə 35 min manat idi. Həmin maşın Unibankda girov qoyuldu, pulun 25 minini bank verdi, 10 minini isə nağd öz cibimizdən servisə ödədik. Ayda 800 manatdan 3 il müddətində bu başkəsənlərə pul ödəməliydik.

Və "şaftalı faktoru"

FotoğrafımBu yazımda cəmiyyətimizdəki fahişələrdən danışacam. Yazıda dostum Altay Əsgərovun fikirlərindən də istifadə olunub. Deməli başladıq.
Azərbaycanda fahişələr bir neçə kateqoriyaya bölünür :
1. Sürtüklər qrupu - Bunlar xarici görkəmcə çox eybəcər olub, əhalinin aşağı təbəqəsinə, seksual təcrübə yığmaq istəyən gənc oğlanlara, sürücülərə, kənddəki qoyun-quzudan bezib, bir neçə günlük Bakıya gələn əhaliyə xidmət edirlər. Çox eybəcər olurlar, təbii nisbi olaraq. Çox vaxt söhbət edəndə "semiçka" çırtlayırlar.
2. Kababxana qrupu - Bunlar əsasən bizim işğal olunmuş rayonlarımızın adını daşıdığı kababxanalarda fəaliyyət göstərirlər (Əvvəllər Bakı-Sumqayıt yolunun qırağındakıları misal çəkmək olar).

17.04.2013

Oxumayın!

Elçin Bayramlı

“Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür” Herbert Spencer

İnsanın bilikli, mədəni, ağıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Texnologiyanın sürətli inkişafı son vaxtlar bu sahədə müəyyən problemlər yaradıb. İndi insanlar televizora, internetə, telefona daha çox vaxt ayırırlar, nəinki kitab oxumağa. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Onlara keçməmişdən əvvəl mövzuya qısa bir giriş verək.
Sovet dövründə bizi böyük mütəfəkkir, tarixdə ən böyük sosialist inqilabının ideoloqu və Sovet İttifaqının banisi Vladimir İliç Leninin məşhur sözü ilə böyütdülər - Oxumaq, oxumaq, yenə də oxumaq! Bu şüar Sovet hakimiyyətinin əsas ideoloji siyasət konsepsiyası idi.
Lakin elə həmin Lenin yazırdı: “Unutmaq lazım deyil ki, oxumaq məqsəd deyil, vasitədir. Oxumağın nəticəsində insan faydalı məlumat əldə etməli, faydalı şeylər öyrənməli və onları özünün və cəmiyyətin həyatında tətbiq etməlidir”.

Nadir şahın Osmanlı sultanına hədiyyə etdiyi qızıl taxt (Hazırda Topqapı sarayında qorunur)

Obaxeyisin təlxəkləri (Əzizgirami sözlər – 2)

Feysbukda paylaşın ən qalmaqallı fikirlər

Anar Musayev: ‎15 dənə qardaşı atıb bir dənə Türkiyəyə qardaş dedik, o da ki NATO çıxdı...

Rina İşık: Siyasətə qarışmayım deyirəm, siyasət özü gəlib gəlib beynimə dolur. Bizim öndəgedən politiloqlarımız bu an Azadlıq radiosunda elə danışırlar ki, elə bil İsrail-Amerika vətəndaşlarıdır. Bizimkilərin İsrail-Amerika sevgisini anlamaqda acizəm, nə edim... Mən sadə vətəndaş bilirəm ki, Amerika-İsrail dünyaya hansı demokratiya bombaları yağdırır, bunlar bilmirmi?!
Nizami Məmmədov: Sovetlərin qayğısından ən çox yararlananlar bu gün sovetlərə qarşı çıxanların əksəriyyətini təşkil edir. Tarixi faktları araşdırsaq, elə çar Rusiyasının da xeyrini onlar daha çox görmüşdülər. Ancaq nə olsun: Sovetin çörəyinin duzu yox imiş.
Elçin Bayramlı: ABŞ-ın dünyada ən sədaqətli müstəmləkəsi Türkiyədir.

Ocağın Ruhani Mərkəzində «Ruhaniyyat və ekologiya» mövzusunda tədbir keçirilib

13 İstək günü, Çiçək ayı 35-ci ildə (13.04.2013) Mütləqə İnam Ocağının Ruhani Mərkəzində «Ruhaniyyat və ekologiya» mövzusunda tədbir keçirilib. Bu haqda Asif Ata Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.
Tədbir Mütləqə İnam Bayrağının qarşılanması ilə başlayıb. 
Yolruh Atalı «Ataya Günorta Üztutması»nı (Ricasını)» və «Təbiətdəki Mütləqlə Gündüz Təması»nı deyib. 
Ocaq Yükümlüsü İşıqlı Atalı Atanın adına səcdə edib, Ocaq Bayrağını öpüb: «Ürəyinizdə Ata Günəşi olsun! Mütləqə İnam Ocağının Ruhani Mərkəzində «Ruhaniyyat və ekologiya» mövzusunda tədbir keçirilməsi gərəkli məsələdir. Nədən danışırıqsa-danışaq, başlıca qayğımız insandır. Bu gün dünya öncəki dönəmlərdən daha pis durumdadır.