26.06.2013

Xosrov Barışan. ƏLCƏK


Beş barmağım vardır, nə xoş...
Ancaq ət dəyil, içi boş.
Varımdır nə xoş toxunuş...
Bildiniz mi balam nəyəm?!
Bir cüt sevməli əlcəyəm.

Bəzimiz qışın malıyıq,
İsti bir yer olmalıyıq,
Soyuq ön ün almalıyıq.
Əlinizi istidərəm,
Gözəl naxışlı əlcəyəm.

Dost olmayan mənlə hanı,
Üşüyəndə qışda canı?
Məni ələ geyər hamı,
Əllərinizə köynəyəm,
Allı-pullu bir əlcəyəm.

SEVDA KASTALARI

GÜNAY SƏMA ŞİRVAN

I
Sevdasını gəzdirənlər var,
Sevdada gəzinənlər var,
Sevdasını gəzənlər var,
Sevdasinda gəzənlər var.

II

Dəvəsi ölmüş ərəbə bənzəyir
sevdasını gəzdirənlər.

Qoşa ömrün yükünü
tək yastıqda daşıyar.

“Ölənlə ölünməz, 
Gedənlə gedilməz”—
qınasalar da...

Vəfa Mürsəlqızı - Göydən üç alma düşdü

 Daha çilik-çilik arzularımı,
 Yığıb saxlamağa,ürəyim yoxdur.
 Nə mənim ağ atlı igidim qalıb,
 Nə sənin gül üzlü, mələyin yoxdur.

 Daha aldatmayaq bir-birimizi,
 Nədir bu dünyada əbədi olan?
 Dolaşıq salamyaq taleyimizi,
 Məcnun da yalamış, Leyla da yalan.

 İxtisar olunan kəsrlər kimi,
 Cümlələr bir az da sadələşəcək,
 Səninçün ecaskar görünən biri,
 Bir səhər sadəcə adiləşəcək.


Qızlar və idman

Lənkəran şəhərinin küçə və meydanlarında hər addımda hicablı qızlara rast gəlmək olur. Məscidlərdə ibadət edən yeniyetmə qızların sayı da kifayət qədərdir. Bütün bunlara baxmayaraq idmana da maraq göstərən qızların sayı az deyil. Orta məktəbdə təhsil alan 15 yaşlı Yeganə Aslanova idmançı qızlardan biridir. O, dini ayinləri də yerinə yetirir, namaz qılır, hicab taxır: Və bununla yanaşı idmanın Taevonda növü ilə də məşğul olur
“Taekvonda idman növü ilə məşqul oluram. Nailiyyətlərim olub, respublika çempionu olmuşam. İdmana isə qardaşlarımın həvəsinə getmişəm. Onlar 5 yaşından idmanla məşğul olurdu.”
O deyir ki, idmana gəlmək istəyən qızların sayı çoxdur. Lakin qız olduqları üçün valideynləriin bir çoxu buna icazə vermir.
“Onların valideynləri qoymur. Mənim isə atam, anam, qardaşım icazə verdi, idmana getdim. Əvvəllər çətin olurdu, indi asandır . Özüm hicablıyam. Həm də idmana gedəndən sonra hicab taxmışam. Çoxu deyir ki, çətindir, hicabla. Amma heç bir çətinliyi yoxdur. Belə daha rahatdır.”

Akif ABBASOV - ÜRƏYƏ GİRMƏYİ BACARMAQ AZDIR

“Aldanma sözlərə” romanından bir parça

Ürəyə girməyi bacarmaq azdır, 
Ürəkdə qalmağı bacarmalısan
Məmməd Araz

Əzizə get-gedə haldan çıxır, tez-tez saatına baxaraq öz-özünə danışırdı: «Belə də məsuliyyətsizlik olar?» O, pəncərənin qarşısında dayanmışdı, yanında da 3-4 yaşlı qız uşağı. Hər ikisinin baxışları pəncərədən yollara dikilmişdi. Badam xanım gəlib onun yanından keçəndə:
-«Əzizə, getmirsən»?- deyə soruşdu.
Əzizə çevrilib müdirəni gördü, gülümsədi:

BIR MISRA QƏDƏRDI BİZİM EŞQİMİZ

Qalib Şəfahət

Tək bircə misralıqdı bizim eşqimiz,
Sonu şeir olmayan misra qədər…
Amma tez əzbərləmək olar,
Tez itirmək qədər…
Bir misra içində çabalayırıq,
Hələlik yol tapmırıq
Nəğmə kimi oxunmağa,
Yada ki, şeir olmağa.
Bircə misra boydadı boyumuz,
Bircə misrada boğuluruq biz.
Bircə misra 
Qazamatdan betərdi bizə.
Darlıq edir ikimizə…
Sahib ola bilmirik,
Bir misralıq eşqimizə. 

Ziba Xəlil - Yetməz mənə

Pəncərələr önündə

Ömrüm pəncərələr önündə keçdi.
Dünyanı  gördüm ordan
Beynimdəki  xəyallardan,
Payızdan,  bahardan , qardan
Tablo oldu pəncərəmdə.
Yağışla, leysanla ağladım.
İlk  baharda çırtladı
Arzularım.
Pəncərəmdən seyr etdim insanları
Pəncərəmdən sevdim
Dünyanı, həyatı, yaşamağı.
Könül  pəncərəmdən.
İçimdə bir ümid,
Bir şübhə daşımağı...

STEPNE REJİM: ƏSAS QORXU İSLAMDIR

İbrahim Sel
Professional Oxucu Liqası

Uçqun kimi böyüyən fahişəlik, pornografiya, narkotik, şiddət və cinsi pozğunluq, içki və qumar Rusiyanı yeni dünya nizamına inteqrasiya halına gətirir

Masonluq tədricən fahişəlik, narkotik, cinsi pozğunluq, anarxiya, mafiya kimi “kapitalist imkanlar”ı xalqın içərisinə yeritməyə başlayır

 MASONLAR GƏLİR. Sovetlərdə illər boyunca masonluğa qarşı saxta bir düşmənçilik siyasəti tətbiq olunurdu. “Totalitar rejimlər, diktatorlar masonluğa qarşıdır” imicinin yaradılması üçün, Sovetlərdəki lojalar Trotski dövründən etibarən rəsmi olaraq bağlanılmağa başlandı. “Rəsmi olaraq” demək lazımdır, çünki Sovetlərdə realda masonik fəaliyyətlər bütün sürətiylə davam etdirilmişdi.

25.06.2013

Masallıda Folklor Festivalı

Bu il iyunun 12-dən 16-na kimi Masallı rayonunda 2-ci Beynəlxalq Folklor Festivalı keçirilib. Festivalda 8 ölkədən (Azərbaycan da daxil olmaqla) 15 kollektiv öz ustalığını göstərib.
Tədbirə öz heyranlıqlarını ifadə edənlər də çox idi, bəzi sosial problemləri əsas gətirib dodaq büzənlər də var idi. Həmin fikirləri sizinlə paylaşmazdan öncə tədbirin gedişatı haqqında qısaca məlumat vermək istəyirik. Onu da xatırladaq ki, ötən illə müqayisədə bu ilki festivalda daha çox ölkə və daha çox yaradıcı qrup təmsil olunurdu. Öncə qonaqları sizə təqdim edirik:

КТО ТАКИЕ ВАХХАБИТЫ?

al-bani.jpgОчень долго духовные лидеры в России вообще отрицали наличие такого явления, как ваххабизм, говорили, что это выдумки СМИ, что так называют соблюдающих мусульман - их не любят, поэтому называют разными словами. Но на самом деле такой термин действительно существует - " аль-ваххабия", на арабском языке он тоже есть, за историю существования этого течения исламскими учеными написано более ста книг с опровержением их взглядов, где употребляется именно этот термин. Первую книгу, опровергающую эти взгляды, написал родной брат Мухаммада Ибн Абдуль Ваххаба, Сулейман, брат основателя этого течения (примечание: Эта книга называется "Решающая речь в опровержение Мухаммада Ибн Абдуль Ваххаба"). С этого момента это понятие существует.

Ağla


Ruslan Dost Əli

Bundan gözəl günü gözləmə gözəl,
Gözlərin gözəldi, bir gözəl ağla.
Əllər gözdən ayrı gözəldir-gözəl,
Gördün mehribandı bir göz əl, ağla...

Duzu yaram üstə yanar göz, ələ,
Əllər günah edər,yanar göz ələ.
Gözəl olan kəs də yanar gözələ,
Gördün ki, ağlayır bir gözəl, ağla.

Torpaq çiçəkləyib-qan düşüb qara,
Bəxtimə ağ gəzmə,qan,düşüb qara.
Son qara günümdə bəzənib qara,
Bükərsənmi məni bir gözəl ağla?..

Seksdən yazmaq harada və niyə olmaz?!

Son zamanlarda marifçilik, gəncləri məlumatlandırmaq adı altında millətimizin , ən əsası da gənclərimizin əxlaqına güclü hücümlar olur. Gənclik ağıldan daha çox hisslərə, ehtiraslara meyilli olduğu üçün bu tələyə çox tez düşür. Əxlaqsız gənc, bir ailənin yox olması, bir neçə gələcəyimiz olan uşaqların millətə xeyri dəyməyəcək şəklidə böyüməsi deməkdir.
Seksdən yazmaq, danışmaq və bu işlə məşğul olmaq, olmazmı?
Əlbəttə olar, lakin harada və necə. Bax bunları bilmək lazımdır.
Məsələyə bir neçə yöndən baxmağa çalışacam. Birincisi ədəbiyyat yönümlü baxaq. Ədəbi əsərlərdə erotikanı abartılı şəkildə vermək nə qədər düzgündür?

Məhkum güllər

Faiq Balabəyli

Bayıl türməsinin həyətini
Azadlığın könül oxşaya havasından
qoruyan
soyuq və qalın divarların boyunca
 əkilən qızılgüllər
qızıl qana boyanmışdı sanki,
 ləçəkləri qıp-qırmızı
yarpaqları isə yam-yaşıl idi...
azadlıq havasına köklənmişdi bu güllər, 
düşünürdüm.
Arada görərdim bu gülləri-
 müstəntiqlər ifadə almağa, 

24.06.2013

Bakının uşaqlarına danış 2013 (Rəşad, Pərviz, Vüqar, Orxan, İmran) Meyxana

Gözlərindən duşub dağılaram

Ramin Cahangirzadə

ögüyərəm özümü özümdən
zingildəyərəm zırvələrini zırramalığımda
lillənərəm lapdan lapa
əridərəm ərköyünlüyünü
rəsmini ruhumda rəngləyib
ilişdirərəm inıltılərini ilğımlarımda
narıltılarım neyəsanlarda naxışlanar
darağını dadıb darıxaram darılmağını
əsnəyərəm əsmər əsintini
narın - narın nargılələr
düşər döşəlrindəki düşərgəyə
ürəyin üşüyər ürəyimdə
şırım - şırım şaqhaşararaq şüşələnib şaşqınlaşarsan
uzulub, uzərsən ürəyini ürəyimdən
başım bədənimə buşaldıqca beyənim buşalar
dışımın dibinə dular darısqallıqlar

Rövşən NOVRUZOĞLU - YALAN

rovshen novruzoglu 300x222 YalanAraşdırma materiallarına görə, indiyədək dünyanın yanacaq resursları ilə zəngin ölkələrində dilimizin əzbəri olan və geniş miqyaslı “Yalan”la bağlı 356 kitab yazılıb. (Əlbəttə, bu son yüz ilin məlumatıdır.) Bu əsərlərin 193 janrına görə, bədii-sənədli, 59 pamflet, 48 publisistik, 63 sırf siyasi ədəbiyyat, qalan 3-ü isə səhnə əsəri hesabındadır. Məlumata görə, o üç səhnə əsərinin də ən dəyərlisini mərhum yazıçımız Sabit Rəhman qələmə alıb. Onun “Yalan” komediyası bu gün də öz dəyərində qalıb… O, qalsaydı, kim bilir, bəlkə bu günkü həyatımızın yeni “Yalan”larını qələmə alardı.
Düşünürəm, görən bu gün Azərbaycanda ən çox kim yalan danışır? İş adamları, məmurlar, gəlmələr, din xadimləri… qeyri-hökümət təşkilatları, qrant verənlər, qrant alanlar… yoxsa siyasətçilər?

Zorlama jurnalistikası

İradə Cəlil 

Şok!.. Şok!.. Qardaş bacılarını uzun müddətdir ki, zorlayırdı... Bakıda ata 23 yaşlı qızını zorladı... Oğul anasını zorlamaq istədi... Müəllimə 6 şagirdini zorladı!!!
Tez-tez qarşılaşırıq belə xəbərlərlə - saytlarda, qəzet səhifələrində, xəbər portallarında. Sanki heç bir dərdimiz yoxmuş kimi, bütün media belə xəbərləri işıqlandırır. Bar-bar bağırır, cəmiyyətin gözünə soxur. Səbəb isə çox sadədir - çünki oxucuları ancaq belə xəbərlər maraqlandırır, çünki reytinqi qaldırmaq üçün oxucunun zövqünü oxşamaq lazımdır. Allah canını sağ eləsin bütün sayt və qəzet rəhbərlərinin ki, belə xəbərləri tez-tez işıqlandırır, cəmiyyəti baş verən olaylarla yerindəcə tanış edir, bu qədər maraqlı xəbərləri oxucuların diqqətinə çatdırırlar. Bəli, siz qəzetçiliyinizi zamana uyğun, operativ şəkildə həyata keçirirsiniz. Buna görə reytinqiniz var, buna görə yaxşı əməkhaqqı alırsınız. Ya sonra? 
Heç düşünürsünüzmü ki, sizin xəbərləri hamı oxuyur? Bunun ağıllısı, normalı, psixi xəstəsi, səfili, əyyaşı var? 

23.06.2013

Günün fotosu

Görün rüzgar nə istəyir?

Ədalət Əsgəroğlu

Gün –güzarım pozuq düşüb,
Görün rüzgar nə istəyir?
Pərdə çəkib üz –gözünə
Özü aşkar nə istəyir?

Can istəyir, canım peşkeş,
Qəm istəyir, mənəm qəmkeş.
Versin üç-üç, alsın beş-beş,
Özgə nə var, nə istəyir?

Əsgəroğlum, ayrılıq var,
Yol bitirməz haça yollar.
Gedənə yar, gələnə yar,
Mənəm zəvvar nə istəyir?

Əlixan Qaya - SADƏ İNSAN

Qəzetlərin baş sətrində göstərdilər
Böyük titr ilə yazdılar
Məhkum olanları
Yekə-yekə yalanları
Sadə insan
Elə bildi düz yazılıb
Neçə dəfə göz dirədi
Ürəyinin sükutuna bir daş atdı
Sükut parçalandı
Yalanlar heç düzəlmədi
Küçələrin çalasını görmək üçün
Gözlüyü tax gözlərinə
Sadə insan!
Öz nəfsini, həvəsini

Elxan Zal - Sevgi manusriptləri

əlif. lam. mim

səni axtarır əlim, dua söyləyir dilim, eşqi bizə tanrı verib, bu eşq nədir, nə bilim. hər görüşdə bir sədd aşmaq, qucaqlaşmaq, qucaqlaşmaq, dünya kimi qəsqədimdir, öpüş kimi təzə-tər, ən müqəddəs dualar da
al dodaqlarda bitər, öpüşlərlə möhürlənib  sevgilərin kitabı. sözlər sözlərə açardı, dədən bədənə qapı.   əlif. lam. mim  
bilirəm, şəhər yatmayınca səhər açılmaz, bağlı qapılar ardında soyuyar həvəs, nə səs, nə motor tarıltısı
göyün yaxasından asılı minarələri tərpətməz. tanrım,tanrım mən pəs... biz burdayıq, bu sokaklarda,

ETİMAD BAŞKEÇİD - QOCA YANŞAQ

- hey zalım, acımasız qədər,
tfu sənə! –
deyə yanını yerə verdi qoca yanşaq,
bir daha yataqdan qalxmamaq üzərə
və bir daha oxumamaq üzərə.
pambıq yorğanını çəkdi üstünə…

ölüm haqdı,
gələn gedəcək,
dünya fanidi, -
yanşaq bunların hamısını bilirdi
ölüm ölümdür, fərqi nə?
amma, axı qoca yanşaq, bir Allah şahiddir,
heç yanşaq kimi ölmək istəmirdi.

“ƏRƏB BA­HARI”NIN GÖ­RÜN­MƏ­YƏN TƏ­RƏF­LƏRİ

Asif Həsənli
Professional Oxucu Liqası

Ərəb baharının təşkilatçısı –Facebook

Əsas məq­səd ha­ki­miy­yəti de­vir­mək, döv­lət çev­ri­lişi et­mək­dir, nef­tə yi­yə­lən­mək­dir

17 de­kabr 2011-ci ildə Tu­nis­də ha­ki­miy­yətə qar­şı nü­ma­yiş­çi­lə­rin eti­raz dal­ğası «ərəb ba­harı»nın baş­lan­ğıc nöq­təsi oldu. İn­qi­lab dal­ğası Mi­sirə keçdi. Li­vi­yada və­tən­daş mü­ha­ri­bəsi baş verdi. Bəh­reyn, Su­riya, Yə­mən­də xalq üs­yanı, Əl­cəzair­də, İor­da­ni­yada, Mə­ra­keş­də və Oman­da küt­ləvi eti­raz ak­si­ya­ları, Livan, Mav­ri­ta­niya, Sudan, Səu­diy­yə Ərə­bis­tanı və Kü­veyt­də sosial bə­ra­bər­siz­liyə qar­şı eti­raz­lar baş verdi.

Tоy səyаhəti

Rasim Qaraca

Sаhildəki iri dаşlаrın аrаsındа оcаq qаlаmış iki nəfər hеç bir söz dаnışmаdаn qızаrdılmış quş əti yеyirdi. Qadın - Həvvа аyаqlаrını qumа bаsdırıb оturmuş, hələ yахşı bişməmiş tikələri dişləyib qоpаrdıqcа Аdəmə bахıb gülümsəyirdi.
- Dоyuncа yе, - Аdəm ən yахşı tikələri Həvvаyа uzаdırdı, - yаmаn аrıqlаmısаn.
Еlə bil hаqqındа tərifli bir söz dеmişdilər, Həvvа Аdəmə bахıb güldü. Nəyə görə bu qаş-qаbаqlı, üzü tüklü kişini bu qədər sеvdiyini özü də bаşа düşə bilmirdi.
İsti yаy günündən sоnrа ахşаmın düşməsi ilə birdən-birə sərinlik qоpmuşdu. Qaranlıq düşdükcə dənizdən sоyuq külək əsməyə bаşlаdı.

Qonşu arvadıyla qorxulu yuxu

Rüfət Əhmədzadə

Gözlərinə inana bilmirdi. Necə olurdu ki, qonşu olduqları bir il ərzində həmişə uzaqdan yanıb-yaxıla baxdığı, rastlaşanda isə adi salam verməyə utandığı bu qadın indi yanında idi?
Yanında deyəndə ki, üstündə. Üstündə deyəndə ki, qucağında... Qucağında deyəndə ki... Əşşi, necə izah eləsən, yenə də Kazımın düşdüyü bu vəziyyəti təsvir eləmək çətin olar.
Qonşu arvadı ilə kipə-kip birləşmişdi, böyrəkləri qadının dizləri arasında sıxıla-sıxıla qalmışdı, boynu, sinəsi və beli cırmaq-cırmaq olmuşdu... amma ağrıları həzzə qarışaraq, böyrək nədir, can nədir, dünyanı belə yadından çıxarmışdı Kazımın! İndi Kazım tamam başqa dünyanın sakini idi. Bəlkə də Kosmosda uçurdu, özünün xəbəri yox idi. Amma yox, o Yerdə, Azərbaycanda, Bakının M* kəndinin “Bələdiyyə” küçəsində idi və qonşu arvadı ilə vacib bir məsələni həll edirdi.

Bir gecə burax mənə

Aybəniz Əliyar

Bir gecə burax mənə,
gündüzdən yorğun düşən,
Səhərə diri çıxan.
Bir gecə burax mənə,
qaranlıqdan üşüyən,
ayrılıqdan darıxan.
Bir gecə burax mənə,
Aydan taxt-tacı olsun,
ulduzlardan bəzəyi.
Bir gecə burax mənə,
Qoy olsun qucağında
bol işıldaböcəyi.
Bir gecə burax mənə,
gözlərimi şəfəqli,
ömrü naxış eyləsin.

Dəfn mərasimi

Tural Sahab

-A molla, tez ol.
-A molla, başına dönüm tez ol, yağış gəlir.
-A molla, qadan alım, gör nə edirsən yağış çatdı, yağsa mərhumu məzarlığa apara bilməyəcəyik.
Molla cənazə namazını yarıda kəsməyə də, kəsməməyə də qorxurdu. Kəssə onsuz da vərəqdən oxuyub əcirni azaltdığı namazın o biri dünyada yaxasından yapışmasından, kəsməsə də yağışın yağıb ölünü dəfn etməyə mane olmasından və kənd camaatının qəzəbindən qorxurdu. Ancaq nağdı qorxu nisyə qorxuya üstün gəldi və molla namazı yarıda kəsib salam verdi. Mollanın arxasında dayananların onsuz da heç biri namaz qılmağı bilmirdi, heç abdəst almağı da bilən yoxdu.

Özünə “jurnalist” deyən bəzilərinə

haberLəman Məmmədova

Öncə onu qeyd edim ki, artıq yazmadan bilirəm, yazımı “haqq qazandırmaq” kimi dəyərləndirənlər olacaq.
Cavab verirsən, çöldə müharibə başlayır, susursansa, öz içində.
Hərdən mənə elə gəlir ki, ananın qayıtmasında əməyi olan hər kəsə təşəkkürümü ifadə edəndə “hər kəs” sözünü cümləmdən çıxarmalıydım.
İndi mətbuatı izləyirəm və bəzilərinin “birinci müsahibə alan” statusuna layiq görülmədikləri üçün incimiş qələmləriylə yazdıqları yazılara gülməkdən başqa heç nə əlimdən gəlmir.
Məsələn, on nəfəri qarşımıza düzsək, hərəsinə ayrı-ayrı müsahibə verməli olsaq, istər-istəməz “birinci müsahibə” onlardan birinə qismət olmayacaqdımı?

Həsrəti azdıran ünvan

Heydərbaba, Xoşginab həsrətiylə İrana gedən və 32 günlük övlad həsrətiylə geri dönən Xalidə Xalidlə müsahibə

Daha öncə də xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid artıq öz evində, doğmaları ilə birlikdədir. Ölkəmizin dəyərli ədibi İran İslam Respublikasına getdiyi gündən qayıtdığı günə qədər başına gələnləri İslamazeri.az İnternet Qəzetinə danışıb.Əməkdaşımızın hörmətli ziyalı ilə hazırladığı müsahibəni dəyərli oxucularımıza təqdim edirik:


QƏRBƏ ƏSAYİŞİ BƏRPA ETMƏ, ŞƏRQƏ DEMOKRATİYA DƏRSİ

Şirinxanım Kərimbəyli Şadiman

Hələ sovet vaxtında qardaşım oğlu Əqanıstana sovet qoşunları soxulan zaman, o da, o vəhşətli müharibənin iştirakçısına çevrilmişdi. Orada sovet qoşunlarının törətdikləri vəhşiliklər barədə sonralar pıçıltıyla bizə nəql edirdi. Deyirdi ki, qoşunlar günahsız, silahsız əfqan kəndlərinə gecələr tanklarla girirdi, palçıqdan hörülmüş kasıb daxmaları yerlə-yeksan edirdilər, müqavimətsiz dinc əhalinin naləsi, sərxoş rusların törətdikləri vəhşiliklər heç zaman yaddaşımdan çıxmayacaq. Onlar sonra utanmaz-utanmaz sovet bayrağını xaraba qoyduqları kəndlərin uçuq divarları üzərinə sancırdılar. Öldürdükləri insanların fəryadlarına həqarətlə gülürdülər.

22.06.2013

Özün də xəyala qarış

Elşad Can Şamil

Baxma mənim keçmişimə, keçmişimdə qaranlıq var
Gələcəkdən bir az danış...Danış ürəyim rahatlasın...
Söz et bizim sevgimizdən, evimizdən, özümüzdən
Yaşananlarla sən barış...Barış ürəyim rahatlasın...

Sual dolu nəzərlərlə baxma mənim gözlərimə
Məni anlamağa çalış...Çalış ürəyim rahatlasın...
Bilirəm ki, çox çətindir məni belə qəbul etmək
Mənim bu halıma alış...Alış ürəyim rahatlasın...


Günel Eyvazlı - Davamı yox

Kərpic, kərpic qurulmuş eşqi
Bir anda yıxmağa nə var ki...
Bünövrəsi dayaz, kərpici bahalı
İçində sən və mən
Mənasız...

Gərək ki,
Sən mənə heç sevirəm deməmişdin
Səhvən belə anladığımçün bağışla.
Qulaqların duysun deyə söylədim
Zatən, gözlərimiz söyləmişdi bir-birinə
Sevirəm...
İndi bir otaq sən varsan,
İndi bir otaq mən varam
İki kölgəli gələcək, iki yol

Türkiyəmiz Sınaq qarşısında

Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı Türkiyənin indiki durumuna münasibət bildirir

Üstün Atalı:   Soylu bəy, istərdim bir neçə sualıma cavab verəsən. Birincisi, bu gün Azərbaycanın Türkiyə ilə münasibəti hansı səviyyədədir?            
Soylu Atalı: Burada mən bəlli siyasi detalları sadalamayacağam, yazılarımızda bu barədə çox demişik. Bu gün Azərbaycanın nəinki Türkiyə ilə, əslində bütün ətraf ölkələrlə münasibəti normal deyil. O ölkələr ki, dünya düzəni deyilən gedişata təsirləri var. Məsələn, İran, Rusiya, Ermənistan, üstəlik Avropa dövlətləri, Amerika və s. Başqa dövlətlərlə münasibətin  aşağı - yuxarı olmasına dözmək olar, ancaq Türkiyə ilə münasibətin ürək açan səviyyədə olmaması düşündürücüdür. Üzdə Türkiyə ilə münasibət normal görsənir, yəni başqa dövlətlərlə müqayisədə yumşaqdır.

Mehriban Xanımın Prezidentliyə namizədliyini irəli sürüldü

Tale düsturu

Əli Şirin Şükürlü

tale nədir – sualına
cavab olaraq bir neçə əhvalat
danışım sizə;

xəyalan çəkin rəsmini
hər mənzərənin və
tale barədə düşünərkən hər dəfə
çağırın bir parçasını yaddaşın – rəsm dəftəri kimi
içində rəsmi cızılmış o hadisələr.

1-ci əhvalat: bir uşaqlıq dostum var idi.
yaraşıqlı, ağsifət. daim üzündə təbəssüm. adama

Rəfael Həbiboğlu - SƏN MƏNDƏN ÖTRÜ


Əvvəl-əvvəl
 bir müəmmaydın,
 bir tapmacaydın,
 bir bulmacaydın məndən ötrü-
 aça, tapa, bula bilmirdim səni.
 durğu işarəsiylə ifadə etsəm,
 sual işarəsiydin,
 vəznin əruz idi,
 janrın da qəzəl idi.

 Sonra hökm oldun, əmr oldun,
 ehkam oldun, qanun oldun,
 naz oldun, işvə oldun, əda oldun,
 durğu kimi nida oldun,
 vəznin heca oldu,
 janrın dodaqdəyməz təcnis oldu.


Günün fotosu

21.06.2013

GÜNAY SƏMA ŞİRVAN - BİR ZAMANLAR ÇOX KİÇİKDİM




















Səni sevməkçün çox kiçikdim.
Nə saçlarını oxşamağı bacarırdım,
Nə əllərini tutmağı.

Söz desən,
Sevindiyimdən “uçurdum”.
Tuş gəlsə,
Baxışlarımı qaçırırdım.

Apaçi rəqsi

Rüfət Əhmədzadə

Biz səninlə dağların azad övladlarıydıq. Bizim hürr həyatımız qanunsuz da keçirdi. Biz səninlə özümüz-özümüzə ağa və əsgər idik.... “Nökər” sözü yad idi, gəlmələr gətirdilər.

Biz səninlə sevginin həzzində idik onda... Biz səninlə düşmənlik, oğruluq tanımırdıq. Çöllər bizim, dərə bizim, təpə bizim, dağ bizim... “Hasar” sözü yad idi, gəlmələr gətirdilər.

Biz səninlə o qədər xoşbəxt idik, amma ki... O zaman xoşbəxtliyin adını da bilmirdik. Çünki bədbəxtlik nədir, hələ hiss etməmişdik. “Ağrı” sözü yad idi, gəlmələr gətirdilər.

Amma yox, əslində oğruluq da var idi. Düşmənlik də, ağrı da... Hamının bədbəxtliyi biryolda kəsişirdi, sadəcə xoşbəxtlərin kinayəsi yox idi.


Azərbaycanlılar Ermənistan sərhədini keçib "Qirxlar" pirini ziyarət etdi

İyun ayının 7-si tarixində iki nəfər Azərbaycan vətəndaşı Ermənistan sərhəddini yararaq tarixi, əzəli torpaqlarımız olan Qarakilsə (Sisyan) rayonuna keçiblər. Mahir və Fazil adlı iki soydaşımız sözügedən rayonun Murxuz kəndi ərazisində yerləşən "Qirxlar" pirinə gedərək o müqəddəs yeri ziyarət ediblər.

Onlar həyatlarını böyük riskə ataraq düşmən nəzarəti altında olan torpaqlarımızı ziyarət edib və bu səfərləri boyu video çəkiliş aparıblar. 

19.06.2013

Bir qadının albomuna yazılan şeir


Ölümdü, itimdi dünya əzəldən,
Hər dərdə, ağrıya öyrəşir ürək.
Bir gün mənim üçün qəribsiyərsən,
Gedək şəklimizi qoşa çəkdirək.

Bir gövrək, bir həzin xatirə kimi,
Bu anlar yadına düşər bir axşam.
Tutar əllərindən günün bir günü,
Sən cansız saydığın o şəkil adam.

Saçını sığallar ruh əlləriynən,
Gecələr gizlicə döyər qapını.
Adını eşitsən, heyrətlənmə sən 
Şəklim pıçıldayar sənin adını. 


Peşman olan sevgi

Tural Sahab

Ayağının altında xışıldayan qar gözlərini qamaşdırır, qar dənəciklərinə enən ulduzların gözəlliyi ürəyindəki sönmüş duyğulara yenidən can veririrdi. Gecə bütün səssizliyi, qorxuducu atmosferi ilə gerçəkləşməyən xəyalların ağırlığından titrəyən kirpiklərinə enmiş, çox da uzaqda olmayan canavarların səsi artıq qorxudan deyil də, sevgidən qorxan qəlbinə acı bir sevinc verirdi. Yavaş-yavaş addımlayırdı sərt qış gecəsinin gizlətdiyi ensiz dağ cığırı ilə. Arada bir ayağı sürüşüb yıxılır və üst- başı qara qərq olurdu. Lakin tez ayağa qalxıb yoluna davam edirdi... Və etməliydi.

Əsrarəngiz Gədəbəy

ÜST “fast-food” və alkoqoldan narahatdır

Marqaret Çen: “Zərərli məhsullar istehsal edən şirkətlər qanunları pul ilə satın alırlar”

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Marqaret Çen sağlam həyat tərzinin tətbiqi üçün daha çox çalışmağın vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda xroniki xəstəliklər ölüm hallarının əsas səbəbləri sırasında yoluxucu xəstəlikləri geridə qoyub.
Marqaret Çen bu barədə sağlamlığın təməlinin möhkəmləndirilməsi barədə 8-ci ümumdünya konfransında danışıb. ÜST-ün baş direktoru Helsinkidə keçirilən tədbirdə deyib ki, əhalinin həyat şəraiti yaxşılaşdıqca xəstəliklərin yox olacağını güman etmək daha məntiqə uyğun olduğu halda əksi müşahidə edilir. Belə ki, sosial-iqtisadi sahədə tərəqqi yoluxucu olmayan xəstəliklərin miqyasının artmasına rəvac verib.

Qadın tanrıça tapınma duruşunda - Təbriz tarix muzeyi

Delfin insandan kömək istədi

Adətən delfinlərin insanları xilas etməsinin şahidi olmuşuq, onlar nadir hallarda insanlardan yardım istəyir.
Hadisə Havay adaları yaxınlığında baş verib. Bir delfin 2 dalğıca yaxınlaşır və dayanmadan onların başına fırlanmağa başlayır. Delfinin bu hərəkəti əvvəlcə dalğıclara qəribə gəlir. Sonra onlardan biri görür ki, delfinin boğazına balıqçı toru dolanıb və ona üzməyə mane olur. Dalğıc dəmirləri kəsərək delfini xilas edir.


18.06.2013

Nənəmi də belə itirdim

Vasif Əlihüseyn

İyun ayının 8-i idi. Kəndə getməyi planlaşdırmışdım və elə axşamüstü yola düşüb axşama evdə oldum. Kəndin başından babam məni qarşılayıb, maşınla evə apardı. Nənəm, babam, anam, xalalarım qəşəng bir süfrə açıb yeyib içdik. Ayın 10-u isə, Lənkəran rayon televiziyasında CTV-də qonaq olmalıydım. Səhər babam məni maşınla Lənkərana aparan da, nənəmi də götürdü ki, bəs özünü axşamdan yaxşı hiss eləmir oradan həkimə aparacam. Anamda bizimlə getdi. Mən yolda düşüb Lənkəran rayonuna yollandım, babamgil isə həkimə getdilər.