31.10.2013

"Tarixi-Nadir" Azərbaycanda


"Tarixi-Nadir".... Bu kitab Bədəlan kəndində saxlanılırdı. - "Axundun dediyinə görə onun qoruduğu "Tarixi Nadir" kitabını bu ailəyə qonşu Bədəlan kəndindən olan yaşlı kitab təmirçisi hədiyyə edib. 157 yaşı olan bu kitab hicri qəməri tarixi ilə 1272-ci il, şaban ayının 9 da çapdan çıxıb. 143 səhifədən ibarətdir. Fars dilində, şikəsti xətlə yazıldığından oxunuşu olduqca çətindir. Kitab əsasən Şah Nadirin zəmanəsində onun öz başına gələn hadisələr, onun etdiyi və onun dövründə ətraf ölkələrdə olan müharibələr və qəribə hadisələr haqqında məlumatlar toplusudur. Çox gözəl olar ki, bu kitab Azərbaycan dilinə tərcümə edilsin".

Mutteqi Bermeki

30.10.2013

Sadiq Babazadə. Sevmə məni

Bi cəfayəm dedi yar vermə cəfa sevmə məni,
Dəhridə eşq ilə olmaz ki, səfa, sevmə məni..

Dedim: ey yar, sənin bir gülüşündür nəfəsim,
Dedi: hər vəxt edərəm ahu-nəva, sevmə məni.

Dedim: ey gül, mələyimsən, sənə qurban bu can,
Dedi: yox! yoxdu sənə zərrə vəfa sevmə məni

28.10.2013

«Цивилизованная» Европа: они не люди

«Цивилизованная» Европа: они не людиПередача шла на днях по телевизионным каналам скандинавских государств. Показывали, очевидно, Бельгию. Разговор был на французском с субтитрами. Сначала я решил, что отмечают день рождение. К лежащей в постели женщине, возрастом чуть более 70 лет, подносили цветы. Ее обнимали, целовали мужчины и женщины. Атмосфера была праздничной. Лицо женщины выражало искреннюю радость, какая бывает именно в такой день — раз в году.
«Ты точно решила умереть сегодня? Не передумала?» — спросила, улыбаясь, подруга лежащей, подойдя к ней.
«Нет, что ты. Не передумала. Поставь, пожалуйста, мою любимую музыку. Я хочу, чтобы она звучала. Только музыка может вызвать у меня слезы. Я готова», — сказала та и оживленно стала переговариваться с присутствующими.
Женщина собрала родственников, друзей для того, чтобы в этот день уйти из жизни. Решение приняла в связи протекающей длительное время болезнью, которая не давала ей возможность самостоятельно передвигаться и возрастом. Полагая, что прожила достаточно.

26.10.2013

Günün adamı

Традиционализм занимается изучением вечных принципов


Традиционализм как движение изначально находился в оппозиции к современному миру и, по словам Марка Сэджвика, представлял собой не религиозное, а скорее философское явление, которое, тем не менее, значительно отличалось от всех прочих уже по той причине, что традиционалисты любили мудрость (философия как «любовь к мудрости») особого рода. Они знали ее под именем Philosophia Perennis (Вечная Философия), или просто Sophia Perennis. Здесь мы встречаем фигуру Софии, важнейшую и для русской мысли.

Италия без гламура

Удачно поработав на виноградниках Корсики, я решил съездить в Италию и помотреть, наконец, на «вечный город». Жить в путешествиях я привык неприхотливо, а потому особых расходов не предвиделось.
Осторожно, паразиты! В Рим я добрался вечером, поселился в дешёвом хостеле. Постояльцы – в основном иностранцы со всего мира. Белоснежное выглаженное бельё на кровати в многоместном номере. Сухо, тепло, «удобства» на этаже, что еще надо для странника?

"Alman mətbuatı ABŞ-ın maraqlarını təbliğ edir"

Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin telefonların dinlənməsi, elektron poçtların və sosial şəbəkələrin izlənməsi haqda bəyanatı neçə aydır ki, skandala səbəb olub. Snouden bəyanatlarına münasibət birmənalı deyildi. Amma zaman keçdikcə daha çox hökumət başçıları bu bəyanatlara fərqli yanaşmağa başladılar və Amerika Milli Təhlükəsizlik Agentinin 35 dünya liderinin telefon danışıqlarını dinləməsi haqda informasiya yayıldıqdan sonra ABŞ və Avropa dövlətləri arasındakı münasibətlər gərginləşdi. Snoudenin bəyanatı sübut etdi ki, kapitalizm sistemi daxilində “demokratiya”, “müstəqillik” kimi anlayışlar işləmir.

20.10.2013

Günün fotosu

Блеф и реальность. Американский авианосец типа "Нимиц"

Неужели Иран знает какой-то секрет, что позволяет себе так легкомысленно реагировать на присутствие американских авианосных кораблей?

Заблуждение №1. Подгоним к побережью пять «Нимицев» и…
И американские летчики умоются кровью. Все рассуждения о мощи палубной авиации ВМС США - «проецирование силы», «500 самолетов», «в любой момент, в любой точке Земного шара» - на деле являются фантазиями впечатлительных обывателей.
Заблуждение №2. Пять сотен самолетов! Это не фунт изюма!

18.10.2013

İlahiyyatçı İlqar Kamilin İlahiyyatçı Seyyid Fəramizə həsr etdiyi şeir

Məni zindanlamı qorxudursunuz?
onsuz da bu dünya zindandı mənə.
Həqiqət uğrunda məhkumamsa mən,
o zindan ən gözəl ünvandı mənə!

Tutaq ki, həyatdan sildiniz məni,
könüldən bəs necə siləcəksiniz?
Məhkum ola - ola hakim də mənəm,
gec ya tez siz bunu biləcəksiniz!

Zindanlar dilimi susdura bilməz,
gəzdirin Zindandan zindana məni!
Məndən kölə olmaz, Allahınam mən,
öldürün, qərq edin al qana məni!


17.10.2013

Sevinmək növbəsi

Qoşqar Əhmədov

Moskvada, Biryulyovoda baş verən son hadisələrə səbəb olan qətldən şübhəli qismində saxlanılan Orxan Zeynalovun atası danışdı. Müəllimdi. Savadlı danışdı. Nə qədər olmasa sovet müəllimidir... İki vacib məqamı qeyd etdi: 1. Oğlumun günahı sübut olunarsa, üzr istəyirəm bir valideyn kimi. 2. Oğlum lap günahkardırsa, onunla hüquq çərçivəsində davranılmalıdır, bu işə hüquq müstəvisində baxılmalıdır.
Tamamilə doğrudur.
İndi o valideyndir, Rusiya telekanalına bunları deməkləri çox doğrudur, bu cür də lazımdır, elə biz də bunları deyərdik...

Армянский боец и бабушка-азербайджанка

armenian soldier and turkish woman
"Сказали – мы уходим, а за вами пришлем вертолеты"

Шейха-ханум призналась, что ее сын – начальник полиции Карвачара, сбежал, оставив свою мать

Недавно мое внимание в Интернете привлекла одна любопытная фотография: пожилая женщина с умилением обнимает молодого мужчину в военной форме, а внизу надпись: «Бабушка-азербайджанка и армянский боец». Я разослала ее по сети Facebook и попросила всех, кому что-либо известно, сообщить мне сведения о запечатленных на ней людях. На мой призыв вскоре откликнулся преподаватель Стамбульского университета, армянин по национальности Альбер Кешиш. Он сообщил, что боец – его одноклассник Саргис Ацпанян, участник Арцахской (Карабахской – ред.) войны.

14.10.2013

«AZƏRBAYCAN ŞEİR ANTOLOGİYASI»NA TƏBRİKLƏRİM

Şirinxanım Kərimbəyli Şadiman

Bir neçə gün bundan öncənin sözüdür. Litparad.og və digər ədəbi saytlarından yaradıcılığına bələd olduğum və bu saytların nizamlayıcılarından olan İbrahim Seldən elektron poçtuma məktub gəldi. Məktubda yenicə işıq üzü görmüş «Azərbaycan şeir antologiyası»nın xoş xəbəri idi. Diləkçədə mənim də iki şeirimin yayınlanması haqqında müjdə verirdi. Yeni çıxan kitabın metronun «Elmlər Akademiyası» stansiyasının girişində satışı haqqında məlumat da öz yerini almışdı. Bu həftənin birinci günü həmin kitabı deyilən yerdən aldım və kitab sevərlərə, həmçinin həmkarlara da bu kitabı əldə etmələrini tövsiyyə edərdim.

04.10.2013

Bir qədər eksperimental, bir qədər də intellektual

Bilal Alarlı

Ələddin Əzimlinin “Altmışa doğru” kitabı haqqında

Ələddin Əzimlinin şeirləri bir qədər eksperimental, bir qədər də intellektual çalarları ilə seçilir. Yeddinci sinifdə oxuduğu vaxtlardan şeir yazır və maraqlıdır ki, onun ilk şeirinin deyim tərzi ilə altmış yaşı ərəfəsində yazdığı şeirlərin üslubu arasında elə bir fərq yoxdur. Ələddin Əzimlinin yeddinci sinifdə oxuyarkən yazdığı şeir həyat hadisələrinə münasibət baxımından elə altmış yaşlı Ələddin müəllimin dünyagörüşü ilə üst-üstə düşür. Adamı heyrətləndirən budur!

02.10.2013

Mənim tanıdığım Cəmil müəllim

Kamil Vəli Nərimanoğlu

Daş qəlbli insanları neylərdin ilahi?!
Birdə bu soyuq qanları neylərdin, ilahi?!
Artdıqca həyasızlıq olur el mütəhəmmil,
Hər zülmə dözən canları neylərdin, ilahi?!
(Sabir)

Bizdə haqqı deyən və haqq uğrunda savaşan, şəhid olan və mücadiləsini ölümündən sonra da sürdürən Mirzə Cəlillər, Sabirlər, Üzeyir bəylər, Müşfiqlər, Cavidlər... az olmayıb.

Jurnalist Anar Niftəliyev prezidentə MÜRACİƏT etdi: "İki körpə qızımı yetim qoyanlar..."

Jurnalist Anar Niftəliyev həyat yoldaşı Elnarə Niftəliyevanın (Tofiqqızı) sentyabrın 20-də “Medi Sina” klinikasında əməliyyat zamanı həkim səhlənkarlığı və məsuliyyətsizliyi nəticəsində həyatını itirməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş prokuror Zakir Qaralova və səhiyyə naziri Oqtay Şirəliyevə müraciət ünvanlayıb. Modern.az saytının məlumatına görə, A.Niftəliyevin müraciətində deyilir:

-Hörmətli Cənab Prezident!

“MANDAT ALVERİ”NDƏ YENİ TƏFƏRRÜAT – Sevinc Babayeva ilə söhbət

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev “Azadlıq.TV”-nin redaksiyasına mandat alveri ilə bağlı yeni videoyazı təqdim edib. E. Abdullayevin ofisində qeydə alınan videolentdə, rektorla Türkiyədə qətlə yetirilən Sevinc Babayevanın danışıqları öz əksini tapır. Söhbətin əvvəlində E. Abdullayev qeyd edir ki, deputatlıq məsələsinə görə, onu Ramiz Mehdiyev yaxud Milli Məclisin spikeri Oqtay Əsədov qəbul etməlidir: “Sən qız uşağısan. Söhbət alınmasa sən ortalıqda qalmamalısan”.


5000 manata qədər olan kredit borcları bağışlanacaq

Cəmil Həsənli kəndlilərin dərdindən, bank və gömrük talançılığından danışdı

"Bunlar təkcə avtomobil idxalından hər il 2 milyard təmiz gəlir götürürlər"

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada növbəti çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışına seçiciləri ilə keçirəcəyi görüşlərin vaxtını açıqlamaqla başladı:

01.10.2013

Həmid Herisçi gənc yazıçıları və köşə yazarlarını topa tutdu

Həmid Herisçi gənc yazıçıları və köşə yazarlarını topa tutdu  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir214/img1497439.JPG' target='_blank'>Yüklə</a>
“Postmodernizm dünəndə qaldı”

“Bu ”köşəçi”lər 10-15 ildir ki, elə eyni üslubda, eyni mövzularda yazırlar... Onlar sanki tuncdan tökülüblər - yəni əsla dəyişmirlər”

Tanınmış yazar Həmid Herisçi ilə müsahibə

- Bugünkü Azərbaycan postmodern ədəbiyyatı barədə nə deyərdiz?
- Bir-iki həftə öncə öz FB profilimə “Müasir ədəbiyyat necə olmalı?” mövzusunda bir status yazdım. Fikirlərim FB-də, digər şəbəkələrdə xeyli hallandı deyə onu indi diqqətinizə çatdırardım. Verdiyiniz sualın da cavabı təxminən burdadır: 

Ürək rəsmini çəkdik dünyanın hər ölkəsində

Ramin Cahangirzadə

Sorğu və cavab

kimə heç inanmıram mən?
kimə heç inanmıram?
kime heç?
kimə?
Mən inanmıram heç kimə
mən inanmıram heç
mən inanmıram
mən
Biz milyonlar nəfər idik

biz üç nəfər deyildik
biz milyonlar nəfər idik
günəşin çıxan yerindən gəlib

30.09.2013

Очень важные высказывания Путина

Очень важные высказывания ПутинаЗа последнее время наш национальный лидер говорит очень серьёзные вещи. И многие важнейшие высказывания Путина не попадают в выпуски новостей. Нижеследующие цитаты лично я не видел по телевидению. Возможно, кому-нибудь из участников сообщества повезло больше, и он сможет сообщить где и на каком канале показали хотя бы одно из этих высказываний. 
Первая цитата взята из слов, произнесённых при посещении Еврейского музея и Центра толерантности:

Acı xəbər: Ədalət Əsgəroğlu vəfat edib

Azərbaycan Yazıçılar Birliyi Mətbuat Xidmətinin başçısı, şair Ədalət Əsgəroğlu dünən gecə vəfat edib.
Şairin dostu Sayman Arzun verdiyi xəbərə görə Ədalət Əsgəroğlu insult keçirib. Onu şəfa evinə yerləşdirsələr də, həyatını xilas etmək mümkün olmayıb.
Ə. Əsgəroğlunun dəfni bu gün (01.10.2013) saat 14.00-da Xırdalan qəbiristanlığında həyata keçiriləcək.
Şairin ailə üzvlərinə, yaxınlarına, qələm dostlarına başsağlığı veririk! Məkanı ucmaq (cənnət) olsun!
Qeyd edək ki, Ədalət Əsgəroğlu 1957-ci ildə Göyçayda doğulub.

Astara, Hamoşam kəndi

Azərbaycanlı Qanuni Oğrular: Sabirabadlı Hikmət

Bu ideyada yaşayan insanları düzgün anlayıb, başa düşmək lazımdır

 Azərbaycanda oğru dünayasının nə vaxt yarandığını heç kim birmənalı söyləyə bilməz. Belə versiyalar var ki, bu qanun Rusiyadan formalaşıb, bir çox terminlər də rus mənşəlidir. Rusiyada kriminal aləmin yaranması bir başa Stalin dövrüylə əlaqəlidir. Ancaq belə bir versiyada var, çar II Nikolayın dövründə də kriminal aftoritetlər olub. Bu versiya tam əsasını tapmasa da, inkar etmək də düzgün deyil. 
 Azərbaycanda həmin dövrlər də bu tip insanlar “qoçu” kimi tanınırdılar. Stalin bu təşkilatın yaranmasına və o illərdə həbsxanalarda bu qanunun öz təstiqin tapmasına nəinki mane olub, əksinə rəvac verib, ondan sonra “obşak” diliylə mexanizim qurulub.

Vasif Əlihüseyn - ELNARƏ MÜƏLLİMƏ ÜÇÜN


Sentyabrın 20 də bizdən ayrılan, fakulitəmizin dekanı Elnarə müəlliməmiz bu gedişlə hamımızı ağlatdı.  Onu tanıyanlar, Elnarə müəllimə haqqında xatirələrini yazdılar. Mən də xatirələrimi yaza bilərdim, amma Elnarə müəlliməmiz haqda şeir yazmaq, xatirələrimi yazmaqdan çətin idi mənim üçün. Ona görə də, mən çətin olanı seçdim və yazdığım bu şeiri əzizimiz, anamız Elnarə müəlliməmizin əbədi xatirəsinə həsr edirəm. Allah rəhmət eləsin!

Dərd yükü qırır belini,
bu acını bilənlərə.
Dünya öncə qucaq açır
bu dünyaya gələnlərə.


İÇİMDƏ BIR QADIN VAR

Adilə Nəzərova

DƏRİN BİR YUXUDUR

Bu dünyaya gəlməyim, 
zamanın axışında
enməyim, qalxmağım,
baxmağım
hər günün arxasından – 
dərin bir yuxudur.
Ən ağıllısı olmağım
xəyyallar ölkəsinin, 
fəlsəfə yazmağım,
bir gecəyə axmağım... 
qəlblər arası körpülər qurmağım
bir vüsal şeiriylə, 
ya da bir “həqiqətin nağılı”yla 

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu dünya ədəbiyyatını dəstəklədi

Yeni Yazarlar və Sənətçilər Qurumu sentyabrın sonundan başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəytəyilə  “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-akademiya” adlı kulturoloji ədəbiyyat layihəsini həyata keçirməyə başlayıb. YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xanın (Əbilov) rəhbərlik etdiyi layihə iki ay ərzində İnternet vasitəsilə və sosial şəbəkələrüstü həyata keçiriləcəkdir.

Ən ma­vi də­ni­zin kənarındakılar

Aydın Dadaşov

Məqaləsinin güdazına gedən ədəbiyyatşü­nas-filosof, və 50 il əv­vəl öy­rən­di­yi xalq mah­nımızı unutmayan rus aktyoru.

1936–cı il­də Y.V.Çə­mən­zə­min­li­nin tər­cü­mə­sin­də «Ça­pa­yev» fil­mi­nin rus di­lin­dən Azər­bay­can di­li­nə çev­rilməsi ilə dublyajın əsa­sı qo­yul­du və mil­li dil­də bə­dii əsər­lə­rin sse­na­ri­ləş­di­ril­mə­si üçün zə­min ya­ran­dı. «Mos­film» və  «Azər­fil­min» bir­gə is­teh­sa­lı olan, ki­no­re­jis­sorlar; Lev Ku­le­şo­vun tə­lə­bə­si, səs­li film sa­hə­sin­də təc­rü­bə­si olan Bo­ris Bar­ne­tlə (1902-1965) ÜD­Kİ-nin be­şin­ci kurs tə­lə­bə­si, Sergey Eyzenşteynin yetirməsi, ilk azərbaycanlı peşəkar kinorejissor Səməd Mərdanovun birgə çəkdikləri «Ən ma­vi də­ni­zin kənarında» (sse­na­ri müəl­li­fi K.B.Mints. 1936) fil­mi ki­no ta­ri­xi­mi­zin ilk səs­li ek­ran əsə­ri sa­yıl­dı. Fil­m­də hadisələrin cərəyan etdiyi Azərbaycan mühitinə, personajlarına etinasızlıq bir çox ziyalılarımızı məyus etsə də,

Azərbaycan, İsmayıllı, Lahıc yolu

29.09.2013

Bir stəkan şəkər

Qoşqar Əhmədov

Bu yazı bir nümunədir - SSRİ haqda, "Stalinin repressiyaları" haqda yalanların, böhtanların necə yarandığı və yayıldığı haqda nümunəvi misal.
Rus dilini bilməyənlər üçün qısa məzmununu danışım. Bir rəssam jurnalistə "valideynlərinin 1942-ci ildə repressiya uğradığı" haqda danışır, SSRİ-ni, Stalini lənətləyir, deyir ki, "anam gündə bir stakan şəkər tozu gətirirdi mənə, anamı buna görə həbsə atdılar, düşərgələrdə çürütdülər, atamı da anama görə tutdular, ştrafbatda həlak oldu... axı mənim böyüyən orqanizmim üçün gündə bir stəkan şəkər tozu nədir ki?!.."
Jurnalist indiki jurnalistlərin əksəriyyəti kimi etmir. O, həqiqət axtarır, yəni bu işi araşdırır.

Cəmil Həsənli ona qarşı hücumlara darmadağınla cavab verdi

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada altıncı çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli çıxışında bank kreditlərin faizlərinin yuxarı olmasından tutmuş, illərdir xalqın malını talayanların gözünün doymamasına qədər bir çox məsələlərdən danışdı:

- Sevgili millət, uca xalq! Yenə görüşünüzə gəldik. Bir saat əvvəl bizim seçicilərlə görüşümüz başa çatdı. Coşqulu, gözəl bir mitinq oldu.

«ŞAH ÖLÜM» -MİLLİ DİRİLİYƏ, BİRLİYƏ VƏ QƏHRƏMANLIĞA SƏSLƏYƏN KİTAB - «ŞƏHADƏTNAMƏ...»

SAMİRƏ SƏMA (RÜSTƏMLİ)

Öncə bu kitabın özündən:
«-Günü sabah silahlanıb erməninin quduz dəymiş ağzını yandırmasaq, özümüz bu yurd-yuvadan birdəfəlik əl üzməli olacağıq! Gen gündə qoçuluq, ağa-bəylik etmək asandır, belə günün ağası, bəyi olmaq gərək, kişilər! Onsuz da Yaradana hərəmizin bir can borcumuz var! Nə qədər uzun yaşasaq da, son ucda yəhər-yüyənli bir at belindəki Ölüm gözləyir hamımızı! Amma,.. gəlin görək,.. bu Ölümə sarı kim hansı sifət, hansı şərəf, hansı cəsarətlə gedir! Gəlin, kişiliklə, ərliklə silahlanaq, bu qudurmuşlarla məsələni birdəfəlik çürüdək..!»

Ailə balansı

Ülviyyə Tahir

Hər bir qadında bizim valehedici qadinlıq enerjimiz yatır. Amma hər qadında səviyyə ayrıdır. Bu anadan gəlmə xüsiyyətlərimizdən və gələcək həyat yolumuzdan asılıdır. Ən önəmli məsələ isə siz içinizdəki o qadınlığı nə qədər bəsləyirsiniz və ya o qadınlığın inkişafı üçün nə edirsiniz- bax bundadır. Qadın enerjisi axıcıdır, hərəkətlidir və özünəməxsus forması yoxdur. Əgər forması yoxdursa, o bu formanı almaq üçün can atacaqdır. Formanı isə yalnız kişi verə bilər. Buradan da bizim seçimlərimiz doğur ki, öz enerjimizə uygun damarı tapa biləcəyikmi?
Ona görə də siz də seçiminizi elə şəkildə edin ki, enerjiniz dağılmaq əvəzinə tam bir dam forması alaraq komfort hiss etdirsin. Enerjiniz özünü ifadə etməli və forma almalıdır.
Bəs ardınca nə baş verir? Bu lap maraqlıdır.

Bayquşlar gəlir

İntiqam Yaşar

Bir zamanlar dünyamız bir başqa idi. (Mən dünya dediyimdə  öz dünyamızdan danışmaq istəyirəm. Öz Azərbaycan dünyamızdan. Mənə önəmli olan dünyanın burası, başqa yerlərə hələ əlim çatmaz.) Həyat tərəzisi taraz idi. Zaman ötdükcə bu tərəzinin bir gözü əyilməyə başladı. Bu əyilmə elə qorxunc səhnələr yaratdı ki, insan düşüncələrə daldığında ümidsizlik axınına qərq olmaya bilmir. Yüz desinlər ki, optimist ol, nə bilim həyata ümidlərlə bax, yaxşı olacaq hər şey. Amma nə faydası?! Olan artıq olub və olmaqdadır. Olan odur ki, bu gün kəndlərimizdəki mənzərəni görəndə adamın ürəyindən qara qanlar axmaya bilmir. Ərazi baxımından kiçik bir ölkənin -  Azərbaycanın belə bir duruma düşməsi insanı düşündürməyə, narahat etməyə bilməz. Bunları görməzdən gəlmək üçün, gərək ya kor olasan, ya da səndə zərrə qədər də olsa vicdan olmasın. Yazımın əvvəlində tərəzidən söhbət açdım.

Sözlər ot kimi bitəcək məzarımdan

Tural Sahab

Bir şeirlə öləcəm
öləcəm bir şeirlə
əxlaqsız qadınlar
tövbə edəcək
tövbə ilə silinməsə də
bədənlərindəki dodaq izləri
ruhlarındakı sisləri

öləcəm, mən
xəyallarımda
sözlər ot kimi bitəcək məzarımdan

Bəlkə ayılaq?

"Komitet-300"ün "Qızıl milyard" planı

1985-ci ilin fevralında «dünya kölgə hökuməti» özünün növbəti yığıncağına toplandı. İclasda SSRİ-nin dağıtmaq, onu 52 müstəqil cırtdan dövlətlərə bölmək və bu ölkələri aralarında münaqişə, müharibə etməsinə şərait yaratmaq barədə qərar verildi.
Nəyə görə? Mütəxəssislərin fikrincə, 2015-ci ilə kimi planetimizin bütün vəsaitləri tamamilə bitəcək. Ancaq bir anbar – Yer kürəsinin 1/6-ni təşkil edən Rusiya qalacaq.
SSRİ-nin dağılması üçün yüz milyardlarla dollar xərcləndi.

28.09.2013

İKİNCİ MƏRTƏBƏLİ DƏLİ

Sayman Aruz

“İnsanın tarixi dəliliyin tarixi qədərdir” (Foko)

Adət kimi olmuşdu mənə. Boş vaxtlarımda Təbrizin mərkəzi dəlixanasına gəzməyə gedərdim.
Dəlixananın sol tərəfində şəhərin ən böyük xəstəxanası yerləşirdi.
Mən həmin xəstəxanada iki gecə qalmağa məcbur olmuşdum. Qaldığım otağın pəncərələri dəlixananın həyətinə baxırdı. Həmin iki gecə dəlilərin səsindən səhərə kimi qorxudan yatmamışdım. Ancaq zaman keçdi və mən dəlilərlə yaxından görüşmək qərarına gəldim. Ona görə həftənin son iki gününü orada, dəlilərin yanında keçirirdim. Dəlixana xəstəxa kimi bir mərtəbəli yox, iki mərtəbəli idi. Mən heç vaxt ikinci mərtəbəyə çıxmamışdım. Deyirdilər, icazə yoxdur. Ancaq birinci mərtəbənin bütün dəlik-deşiklərini tanıyırdım. O qədər dəlilərlə qaynayıb-qarışmışdım ki, bəzən gələnlər məni də dəlilərlə səhv salırdılar. 

Azərbaycan sözünün qədim izahı tapılıb

Azərbaycan sözünün mənası ilə bağlı şok iddia

Gənc tədqiqatçı Razzaq Xansuvar "Yeni xəbər" qəzetinin saytında Azərbaycan adının kökü ilə bağlı maraqlı fikirlər səsləndirib. Qədim sivilizasiyaları tədqiq edən və tarixi abidələri araşdıran tədqiqatçı bu yaxınlarda Lerikin Ozobijon kəndində olub. Ozobijon qədim maq kahinlərinin yaşadığı kənddir. Sovet dönəmində bu kəndin adı Azərbaycan, müstəqillik illərində isə Günəşli adlandırılıb. Tədqiqatçı deyir: "Amma hec biri bu qədim Oozbijon toponiminin məntiqini dəyişdirə bilmədi. Belə ki, Günəşli də, Azərbaycan da özləri bilmədən Ozobijonun atəşpərəstlik məntiqini qoruyur".
Baxaq necə qoruyur? Razzaq Xansuvar deyir: "Ozər - Azar - Azəri. Atəş, Gunəş Tanrısı. Qədim mənbələrdə, İran miflərində və Avestada Atar-Adər-Azər-Ozər-Zər -Tanrıdır, Gunəş tanrısı. Yəni belə desək, Misir Amonu. İndi keçək Ozobijon izahına. Ozobijon -Azarbijan- Azər Becan -Ozər Bi Jan- Ozər Bi Jian- Ozəri Bi Jieye. Can-Con-Jon-Jion-Ji On-Ji sözü yerli dildə yaşamaq, yaşayış, ön şəkilçisi isə cəm şəklindədir".

Держись, родная! Против Русской Православной церкви сотоварищи создается подраздение Госдепа.

Анна Кисличенко

Сейчас, когда в русской политике стала проявляться новая политическая модель - политика настоящих человеческих ценностей, а не безумных "прав человека", самое время вспомнить слова Збигнева Бжезинского: «После разрушения коммунизма единственным врагом Америки осталось русское православие».
Государственный секретарь США Джон Керри сообщил на днях о создании во внешнеполитическом ведомстве нового подразделения, которое будет определять политику Государственного департамента по взаимодействию с религиозными общинами в зарубежных странах.
По словам госсекретаря, «более тесное сотрудничество с религиозными конфессиями нужно для решения глобальных вызовов».

Heydər Camal: "Sosial ideallarımız tələb edir ki, sələmçilərə, zülmkarlara qarşı amansız mübarizə aparılsın"

Tanınmış Rusiya politoloqu Heydər Camal yenə də qalmaqallı açıqlamaları ilə gündəmə gəlib. Vkontakte sosial şəbəkəsində yayılmış fikirlərində politoloq bunları bildirib:

"Təkcə Amerika qlobalizminə qarşı mübarizə Rusiya və İslam dünyasını birləşdirmir. Onların arasında mənəvi oxşarlıq var- islamın siyasi idealları "rus ideyası" deyilən dünyagörüşünə çox yaxındır.
Rus və islam sivilizasiyası böyük təkallahlıq adət-ənənəsindən başlayır, hansı ki bütpərəstlik tiraniyasına qarşı daim mübarizədədir.

Kurtlar vadisi xəstəliyi -2

Əkrəm Hacızadə

Qurtlar öz vadisinin 198-ci seriyasında  işğalçı sionizmin əmri ilə yenə qoyun beyinlərə hücuma keçmişdi. Bu seriada Azərbaycan, Rusiya, suriya və İran mövzusu üzərində xaincəsinə manevr edirdilər. Epizotların birində Poladın bir müşaviri Rusiyanı, İran ilə birləşərək bütün türkiyə və Azərbaycanın sonuna çıxmaq istəyən bir rejim kimi göstərməyə çalışır, digər bir müşaviri isə bildirir ki, "Rusiya Gomrük birliyi etməklə Azərbaycanın neftini qazını sovurmaq istəyir". Polad isə Avrasiya məsələsini faciə kimi qələmə verərək, sanki Türkiyənin bizə canı yanırmış kimi " Azərbaycanı nə Azərbaycanlılar bir kimsəyə yedirər nə də biz izn vermərik. Bunun üçün hər bir riskə girə bilərik." deyir.

Tərbiyəsiz uşaq kimidir yaşam!

Məlihə Əzizpur

Tərbiyəsiz uşaq kimidir yaşam!
"Nə dil qanır, nə də Tanrı."
Şımarıq - saymaz.
Birisinin ağzını əyir
Birisinə söyüş verir
Birisinə boğma basır
Birisini yıxıb qaçır
Birisinə tikə tutub,
Birisindən acıq açır.
Yaşam,
Tərbiyəsiz uşaq kimidir
Təmkinsiz - şıltaq.
 -Zəhləsini qaçırdır adamın-

27.09.2013

Раввин отсасывает ртом кровь после обрезания

Религиозный иудейский обряд - раввин отсасывает кровь из пениса новорождённого.

Günün fotosu


 С иранским товарищем.

"Kurtlar vadisi" xəstəliyi


Çoxlarının tutulduğu "kurtlar vadisi" xəstəliyi məndən yan keçsə də, yeni sezonda qıraqdan da olsa bu xəstəliyi seyr etmək qərarına gəldim. 
Əslində bu seriala Polat fantastikası üçün baxanlar deyil, dünya olaylarından və siyasi gedişatlardan xəbərdar olanlar bilir ki, bu serial israilin türkiyə üzərində siyasətinin aynasıdır. Bu xəstəlik bəzən həqiqətləri yansıtsa da, amma əksər hallarda isə türkiyəni olduğundan başqa cür göstərməyə (maskalanma siyasəti) çalışır. Bu serial AKP-yə, türk dünyasında və məxsusən müsəlmanlar arasında bağlılıq yaradan böyük güclərdən biridir.

26.09.2013

Ədalət Salman: "Sevgi şeiri yazdım, məktəbdən qovdular"

“Sözlü adam” layihəsi çərçivəsində yolumuzu Cəlilabaddan salmaq istəyirdik. Vətənə xitabən “Başıma düşməyə daşın müntəzir, evimə hörməyə daşın yoxdumu?” söyləyən Əlizadə Nuriyə zəng vurduq, “gəlin, gözüm üstə yeriniz var” dedi.
Öz qəbrini əvvəlcədən qazdırmış Əhməd Sipərlə də görüşmək niyyətində idik.
Cəlilabada çatanda məlum oldu ki, bir gün əvvəl yas məclisində iştirak etmiş Əlizadə Nurinin səsi batıb, özü də möhkəm xəstələnib. Müsahibə verəcək halda deyil.
O da məlum oldu ki, Əhməd Sipər daha burda yaşamır, o dünyaya köçüb.
“Axşamın xeyrindənsə, sabahın şəri yaxşıdır” deyib Cəlilabad motelə yollandıq. Qəribə bir yerdir bura.

AKADEMİYADAN MARAQLI AÇIQLAMA: Sumqayıt Avropa ərazisi imiş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu Azərbaycanın Avropa hüdudlarına daxil olan ərazilərini açıqlayıb.
İnstitutun direktor əvəzi Ramiz Məmmədov Trend-ə bildirib ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Azərbaycanın Avropaya düşən hissələri Qusar rayonu, Quba rayonunun ərazisinin çox hissəsi, Şabran və Xaçmazın ərazisinin bir hissəsi, Xızı rayonun ərazisinin yarıdan çoxu, Sumqayıt şəhəri, Novxanı daxildir. Qitənin sərhədləri Fatmayi ilə Mehdiabadın arasından keçir və buradan keçdikdən sonra Şüvəlanın ərazisinin də çox hissəsi Avropaya daxil olur.