“Qərbin heç bir sanksiyası Rusiya iqtisadiyyatına mənfi təsir göstərə bilməz”. Bunu Rusiya Dövlət Dumasının Maliyyə məsələləri komissiyasının sədr müavini, deputat Dmitri Savelyev deyib.“Rusiya qüdrətli və güclü ölkədir. Belə üsullarla, hansısa sanksiyalarla onu sarsıdıb sındırmaq olmaz. Ələlxüsus da ona görə ki, biz Qərbin bir vaxtlar SSRİ-yə hansı üsullarla iqtisadi təzyiqlər göstərməsi faktlarını nəzərə alırıq. Bizim immunitet güclüdür və Rusiya istənilən sanksiyaların tətbiq ediləcəyi təqdirdə ayaq üstə qala bilər” - deyə Dövlət Dumasının deputatı bildirib.
D.Savelyev həmçinin ABŞ-a xitabən deyib ki, bu ölkə hansısa sanksiyalar məsələsi ilə özünü aldatmasın. Deputat ABŞ-a hədələyici tonda mesaj da göndərib. Deyib ki, dünyanın quru hissəsini 1/6-i dollardan imtina edə, bundan sonra isə dollardan imtina zəncirvari prosesə çevrilə bilər.
.jpg&container=blogger&gadget=a&rewriteMime=image%2F*)












































