24.07.2014

Qanlı Ramazan həftəsi

 Yola saldığımız həftə dünyada terror, qanlı olaylar və bəşəri cinayətlərlə yadda qaldı

Bu həftə dünya qanlı olaylarla şahidlik etdi. Həftənin mənzərəsi isə yenə dəyişmədi. Ukraynanın şərqində separatçılarla hökumət qüvvələri arasında toqquşmalar davam etdi, Fələstində İsrail Qəzza bombalamaqda davam etdi və nəhayət, İraq və Suriyada döyüşlər, qəddar cinayətlər dayanmadı.
İyulun 7-dən etibarən Qəzzanı bombalayan İsrail həftənin əvvəlində və sonunda əraziyə quru qüvvələri yeritdi. Sürəkli olaraq Qəzza zolağının bombalanması nəticəsində dünyanın ən sıx məskunlaşmış ərazisi hesab olunan Qəzzada ölənlərin sayı 260 nəfəri keçdi, 2 min nəfərə yaxın insan isə yaralandı. Döyüşlər isə davam edir. İsrailin Qəzzaya növbəti hücumu bir sıra məqamlarla yadda qaldı.

Taleh Ağsulu - DÜNYA

Kasıbın başına zopa, dəyənək
Varlının başına sığaldı dünya.
Kasıba kiflənmiş, qurumuş çörək.
Varlıya fətirdi, qoğaldı dünya.

Günah nə yaxşıda, nə də pissəymiş.
Bu həyat əslində qəmmiş, qüssəymiş,
İnsan yarananda dünya xəstəymış,
İnsan yeyə-yeyə sağaldı dünya

Əyriylə dost olur, düzlə dolanmır,
Verdiyini alır, zərrə utanmır,
Bu qədər qan içir doymur-dolanmır,
Min dərddi, bəladı, zavaldı dünya.


Yəhudi din xadimindən şok fətva: Qəzzada uşaq, qadın və yaşlıları öldürün

Yəhudu din adamını faşistsayağı fətvası dünyanı şoka salıb.  

Qəzzada bütün anaların öldürülməsini istəyən irqçı vəkil Şekedə, yəhudu din adamı Dov Liordan dəstək gəlib. Tövratı qaynaq olaraq göstərən Lior Qəzzada yaşayan uşaq, qadın və yaşlılara fərq qoymadan öldürülməsinin vacibliyini bildirib.   
Dov Lior Tövratı qaynaq göstərərək deyib: "Tövrat müharibə vaxtı necə davranmağı, əxlaqi ölçüləri neçə qorumağımızı bizə göstərir. Bütün müharibələrdə yəhudilərə hücum edən düşmən xalqına ayrı-seçkilik qoymadan (qadın, uşaq) hücum etmək haqqına sahibik. Müharibə vaxtı hücuma məruz qalan yəhudilər düşmənlərə hər cür hücumla cavab verə bilər. Təkcə düşmən əsgərlərini öldürməməlidir, düşməni azdıran, yox edən bütün addımları atmalıdır".    

Azərbaycanda “Koka-kola”ya qadağa qoyuldu


Azərbaycanda mağaza sahibindən maraqlı addım. Publika.az-ın məlumatına görə, artıq ölkədə bəzi marketlərdə sərinləşdirici içkilər satılan bölümdə maraqlı elan yerləşdirilib. Elanda İsrailə etiraz olaraq “Koka-kola” məhsulları satmadıqlarını bəyan ediblər. Elanda “1 Kola-1güllə, 1güllə-1həyat. Fələstinə dəstək, Kola satılmır”,- deyə qeyd edilib. Xatırladaq ki,  bir neçə gün əvvəl Türkiyədə də bəzi marketlərdə “Koka-kola”məhsullarına etiraz olaraq “İsrail malı satılmır” adlı elanlar vurulmuşdu.

Türkiyənin İsrailə qırıcı təyyarə yanacağı satışının sənədi üzə çıxdı


Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanın Qəzzada davam etməkdə olan hərbi əməliyyatlara görə hər gün İsraili lənətlədiyi bir vaxtda bu ölkənin yəhudi dövlətinə qırıcı təyyarələr üçün yanacaq satdığının sənədi ortaya çıxıb.
Türkiyə mənbələrinə istinadən xəbər verilir ki, ölkənin Statistika Təşkilatının (TÜİK) rəsmi məlumatlarına əsasən İsrail bu ilin mart və aprel aylarında Türkiyədən 124 ton 562 litr həcmində qırıcı təyyarə yanacağı idxal edib.

Преступления Хунты

Стогний: Узнав еще более циничные и шокирующие истории, Вы просто возненавидите нашего Президента!

Украинский публицист и журналист, полковник милиции в отставке, автор многих проектов и, в определенное время — сторонник нынешней власти опубликовал публичное письмо к Петру Порошенко на своей странице в Facebook:

"Петр Алексеевич!
Мы знакомы не один год. Вы знаете меня, как вполне адекватного человека, который всегда готов отстаивать справедливость. Даже в ущерб многим личным выгодам.

Понятия Майдана


ʺТеррористʺ — человек, мешающий украм одурить всю Украину.
ʺСепаратистʺ — человек, не понимающий как хорошо быть пидорасом.
ʺКолорадʺ — человек, выражающий острое возмущение, когда его хотят убить.
ʺМирные митингювальникиʺ — восторженные люди, которые с битами, булыжниками и коктейлями молотова демонстрируют преимущество европейских ценностях.

23.07.2014

SOCAR - Qızınmadıq istisinə, kor olduq tüstüsünə


Bu şirkət Allahın Azərbaycan xalqına bəxş etdiyi sərvətin hesabına başqa xalqları yemləyir, necə deyərlər "adı bizim, dadı isə başqalarının"

Bu günlərdə Türkiyənin ən nüfuzlu media orqanları Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin Qalatasaray futbol klubuna 20 milyonluq yardımından yazdı. Bu barədə Türkiyənin Qalatasaray Futbol klubunun prezidenti Ünal Aysal mediaya açıqlama verdi.

22.07.2014

Tatev Monastery, Armenia


avrasiya.info

Əbu Bəkr əl-Baqdadi ABŞ agentidir


İŞİD-in hələ də ABŞ-ın İsraili müdafiə planının bir hissəsi olmasına inanmırsız? Bu günlərdə qaçaq ABŞ agenti Edvard Snouden maraqlı informasiya paylaşıb. Onun sözlərinə görə İŞİD-in xəlifəsi kimi tanınan Əbu Bəkr əl Baqdadi (əsl adı İbrahim al Badri) ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agentidir və İsrailin Kəşfiyyat oqranı olan Mossadın poliqonlarında dəfələrlə təlimlər alıb.
Snouden bildirib ki, İŞİD terror təşkilatını MOSSAD, Britaniya və ABŞ kəşfiyyatı tərəfindən yaradılıb. Kod adı “Arı Yuvası” olan plana əsasən dünyanın müxtəlif ölkələrindən terrorçuların İŞİD-ə cəlb edilməsi üçün zəmin yaradılıb.
Əsas hədəflərinin isə İsrailin qorunması olduğunu bildirən Snouden İsrailin qorunması üçün yeganə həll yolunu bu üsulda gördüklərini vurğulayıb.
Əbu Bəkr əl-Bağdadinin isə MOSSAD tərəfindən intensiv hərbi və natiqlik təlimləri aldığını qeyd edib.

İŞİD Suriyada SOCAR-ın daha bir avtomobilini ələ keçirib


Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) – SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar.

21.07.2014

Kasıba

Elnur Rəsuloğlu (Əliyev)

Əylənmək xətrinə araya qoyub
Varlılar çaldılar çəpik kasıba.
Üzünə söydülər, təhqir etdilər,
Varlılar vurdular təpik kasıba.

Qara çörək yedi lavaş yerinə.
Hər gün şorba içdi bozbaş yerinə.
Zəhmətlə işlədi, maaş yerinə
Minnətlə verdilər qəpik kasıba.

Bir qız sevdi. Nə qız? Güllər butası.
Amma bu sevginin çıxdı xətası.
Elçiləri qovdu qızın atası,
Sevgisi olmadı şərik kasıba.


Qarabalanın “qara qutudakı” sirri

Zahir Əliyev

Lap uzaqdan başlamayaq- sionistlərin qədim dünyadan, onların mənfur  xislətlərinə dərindən bələd olan və onlarla münasibətdə son dərəcə diqqətli olan şərqdən təcrid olub, yanki torpağına ayaq basmasından, dişi beyinləri ilə ABŞ sənayesinə, elitasına kök salıb özlərinin, bir tərəfdən həqiqət, bir tərəfdən mistik, digər tərəfdən isə propoqanda kimi görünən ideyalarına o boyda dövləti alət etmək (əslində öz dövlətləri olaraq) bacarıqlarından, “soyuq müharibə”dən və sairədən kifayət qədər ciddi təhlillər edilib. Vicdanı ilə idrakının vəhdətinə nail olan hər bir ağıllı insan, bir az təhlildən sonra, bu çılpaq həqiqətləri  fəhm etmək iqtidarındadır, zənnimcə. Şimali Amerika torpağına daha əvvəl köçən avropalılar, yerli tayfaların soyqırımı, hindu sərvətlərini  talan edərkən onların özlərini və köçkün fəhlə sinfinin amansızcasına istismarı, vətəndaş müharibəsinin su yerinə axan qanı ilə, onsuz da, vəhşi kapitalizmin doğulması üçün kifayət qədər ciddi bir zəmin yaratmışdılar. Özünə “Vəhşi qərb” mifini qazandıran bir cəmiyyətdə, daha mötədil bir siyasi-iqtisadi sistemin qurulması qeyri-mümkün idi.

Qulamhüseyn Saidi - ATAMIN YUXULARI

Cümə günüdür. Atam neçə dəftərlə neçə qucaq kağız gətirib, öz önündə, oturma otağında sərələyibdir. Taxcalar xərc sənədləri, müxtəlif dəftərlərlə əməkdaşların aylıq [əmək haqqı] listələri ilə qalanıbdır. Atam vergi idarəsinin muhasibidir. Anam deyinərək otaqdan eyəşigə çıxıb, pillələrdə oturub, işarə ilə məni öz yanına çağırır: 
"görüsən nə xəbərdi? Görüsn başıma nə kul ələnib, buda cümələrimizdən. Axırda mən getəməsm, bu həyatdan qurtulmaram. Bilirəm gecə yarısınadək davamı var, yol getəməyin, danışmayın, o nəydi düşdü? Daha yavaş danış, mənim dəfətərim harada?... Hələ otaqları süpürməmişəm. Qıda bişirməmişəm. Tərpənməkdə olmur, dəli olur, gəl, gəl bax".

DAİŞ-in növbəti hədəfi: Azərbaycan!

Olsun İŞİD, fərqi nədi?! Əsas odu ki, Bakı qapı arasında qalıb. Eynən Dəməşq kimi. Bakı ilə Dəməşq arasında çox oxşarlıq var. 
Əvvəlcə Bəşar ya Bəşşar. Əsəd Müsəlman Qardaşlarının simasında İslama balta çalan sabiq Suriya prezidenti Hafiz Əsədin oğludur. İxtisasca oftalmoloqdur. Əsəd 1965-ci ildə Dəməşqdə anadan olub. Dəməşqdə fransız təmayüllü “əl-Hürriyyə” liseyində orta təhsilini bitirən Bəşar sonra Dəməşq universitetinin Oftalmologiya fakültəsinə daxil olur və 1992-ci ildə təcrübə üçün Londona gedir. 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra Suriya tacını alır. Maraqlı və Azərbaycan politrasına doğma bir boya: Hafiz Əsədin ölümündən sonra təcili toplanan parlamentin prezident seçiləcək şəxsə qoyulan 40 yaş məhdudiyyətini 34 yaş ilə dəyişməsindən sonra gənc Bəşar Əsəd rəqibsiz keçirilən seçkilərdə 97% səslə ölkənin yeni prezidenti seçilir. 

Quran və əhlibeytlə özünü təribyə metodu

Rəşid Hacızadə

Bəşər özünü tərbiyə etmə üslubunda Quran və Əhlibeytdən yararlanmalıdir. İnsan dünyaya göz açmamışdan tərbiyənməlidir. Bu vəzifə isə əllbətdəki valideyinin üstünə düşür. İmam Səccad (ə) buyurub: “Övladin, sənin boynunda olan haqqi budur ki, sən onun hərəkətlərində  məsuliyyət daşıyırsan.Onu gözəl tərbiyə etməli və onun Rəbbinə tərəf  istiqamətləndirməlisən”. Bu hədisdən belə məlum olur ki, insan övladını uşağ çağında ikən onun tərbiyəsi ilk növbədə valideyinə düşür. Valideyn əlbətdəki quran və əhlibeytdən nümunə götürməli, Allah və cəmiyyət üçün faydalı və yararli övlad böyütməlidir. İnsan övladi artıq yetgin çağina çatanda, yolunu azmamasın deyə  nə etməli? Oxumağa daha meyilli olmalı, elimə yiyələnməli, və namaz ilə ruhunu paklaşdırmalıdır. “Əhlibeyt və Qurani kərim” - bu əsas iki əmanət sizin tərbiyənizdə, əxlaqınızda, paklaşmağınızda çox kömək olacaq.

Сына Эрдогана обвинили в торговле азербайджанской нефтью с Израилем

Военная операция Израиля в секторе Газа стала очередным поводом для выступления турецкой оппозиции против премьера Эрдогана.
Премьер-министр Эрдоган в своих выступлениях традиционно выступает в защиту мусульман Газы и посылает проклятья на головы израильтян. Вместе с тем, он обвиняет оппозиционную Народно-республиканскую партию (CHP) в связях с Израилем.
В ответ на эти обвинения турецкое издание “Taraf”, известное близостью к Фетхуллаху Гюлену, обвинило Эрдогана в неискренности и в том, что его сын продает Израилю азербайджанскую нефть, поступающую по трубопроводу Баку-Тифлис-Джейхан. Газета также напоминает, что ГНКАР (SOCAR), являющаяся владельцем издания “Star”, является основным поставщиком нефти для Израиля.

Ruslan Bəşirlini vəhhabilərlə nə birləşdirir?

Ölkəmizdə gizli vəhhabi mafiyasının fəaliyyəti çoxlarına sirr deyil. Onlar öz maskalarını çoxdan yırtaraq cəmiyyət və dövlət əleyhinə işə başlamışlar.

Kompleks tədbirlərinə isə dini moizələrdən tutmuş biznes şəbəkəsinə, siyasi dayaqlara və hətta terrorçu qruplara qədər hər şey daxildir. Sələfi mollalar Youtube saytına yerləşdirdikiləri vəzlərində xalqın küfr içində olduğunu açıq-aşkar söyləyir, bəzi müftilərin namaz qılmayanların öldürülməsinə dair hökm verdiyini bildirirlər. Onların maliyyə mənbəyi əsasən multimilyoner ərəblərdir. Pul olduqdan sonra isə digər dayaqları tapmaq çox da çətin olmur. Bakı merinin oğlunun vəhhabilərə siyasi dəstək verməsi mediada kifayət qədər işıqlandırılıb. Adı Suriyaya döyüşçü yollamaqda belə hallandırılan İsrafil Abutalıbovun hansı əqidədə olması vəhhabi lideri Qamət Süleymanov tərəfindən də təsdiqlənsə də, bu barədə heç bir rəsmi tədbir görülmədi.

20.07.2014

Fələstinli uşaq

Pərviz Arif

Məni əhv eylə, Fələstinli uşaq
Bu qədər zülmə yumub göz, susuram
Gecələr fəryadımın xeyri nədir
baş əyib zalıma gündüz, susuram.
Məni əhv eylə ki, yardım yerinə
baxıram haqqsız axan qanlara acizcəsinə
qulaq adətkar olub sanki bu zülmün səsinə.
Sığınıb gizlicə bir parça çörək kölgəsinə
səni qurban verirəm özgəsinə.
Hələ tezdir, yaşayırsan nələri
sənə bəxş etdi həyat gülləri yox, güllələri
Belə qardaşlıq olar?!

Mən olaydım Zeynəbimin yanında

Ürəyi qəmlə dolub daşanda
Mən olaydım Zeynəbimin yanında
Qanlı Əsğəri Ağadan alanda
Mən olaydım Zeynəbimin yanında

Rüqəyyəni bağrına basıb ağlayanda
Mən olaydım Zeynəbimin yanında
Hüseynin başı əllərdə qalanda
Mən olaydım Zeynəbimin yanında

Köynəyi al qana qərq olanda
Mən olaydım Zeynəbimin yanında
Əbəlfəz ağam qanına qəltan olanda 
Mən olaydım Zeynəbimin yanında

ŞEYX SƏBƏR ƏLİ BADKUBEYİ


İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Ayətullah Hacı Şeyx Səbər Əli Badkubeyi on üçüncü hicri əsrinin məhşur alimlərindən biri olub. O, Bakı şəhərində dünyaya gəlmişdir. Ali təhsilini Nəcəfi-Əşrəf şəhərində alaraq yüksək, elmi məqama çatıb. Alimin Nəcəfi-Əşrəfdəki, ustadlarından Şeyx Məhəmməd Lahici, Seyyid Hüseyn Kuhkəməri və başqalarının adını qeyd etmək olar.

19.07.2014

Ağlamağa dəyərmi?

Vəfa  Mürsəlqızı

Səhərdən bəri lövhə qarşısına çıxan altıncı şagirdi dinləyirdi. Amma əslində onların birinin də nə danışdığını eşitməmişdi. Yaxşı ki, "Ana dili" dərsi idi. Hər halda dinləmək danışmaqdan daha asandır. Fikrini artıq yüzüncü dəfə idi ki, cəmləşdirməyə çalışırdı, amma heç nə alınmırdı. Udqundu, boğazına dirənmiş qəhəri bir təhər udmağa çalışdı.Başını qaldırıb uşaqlara baxdı. Düz iyirmi yeddi cüt saf baxışlı, ürkək göz ona zillənmişdi. Əslində bu balacalar onu hamıdan daha yaxşı duyurdular. Kefsiz olanda sakit əyləşir, xəstə olanda onu əsəbləşdirməməyə çalışır, kefi kök olanda isə azca dəcəllik edirdilər.Böyük tənəffüsün zəngi vuruldu. Özünü bayıra atdı ki, bir az sakitləşsin. Dəhlizə çıxan kimi boğazındakı kom irəlləyib gözlərinə doldu. Göz yaşları gəlib kirpiklərinin dibinə yığıldı, başa düşdü ki, kirpik çalan çalan kimi yanaqları ilə üzü aşağı süzüləcəklər.

КПРФ ДОЛЖЕН ПРЕКРАТИТ РАСКОЛЬНИЧЕСКУЮ ПОЛИТИКУ ПО ОТНОШЕНИИ КП АЗЕРБАЙДЖАНА!

Мазаддин Эйюбов
Секретарь ЦК КП Азербайджана

На последнем Пленуме СКП – КПСС  10.07.2014 года от имени Коммунистической Партии Азербайджана выступил так называемый «председатель» Компартии Азербайджана  Рауф Курбанов.
Деятельность Рауфа Курбанова – как «председателя» Коммунистической Партии Азербайджана, не имеет ни какого отношение Коммунистической Партии Азербайджана зарегистрированной в Минюсте Азербайджанской Республики.
Возможно, Рауф Курбанов является «председателем» какой-то виртуальной партии, не имеющей ни какого отношения Компартии Азербайджана действующей на законном основании. Дело в том, что в Положении о Коммунистической Партии Азербайджана, зарегистрированной в Министерстве Юстиции Азербайджана с 1996-го года партийная должность «Председатель Партии» отсутствует. Также отсутствует так называемая структура «ЦИК – Центральный Исполнительный Комитет». По утвержденному Положению в Минюсте Азербайджана органом управлении деятельности Компартии Азербайджана является – Центральный Комитет (ЦК).

17.07.2014

O zaman ki itimiz aclıqdan ölməmişdi


Hardasa uzaqlarda duran
lopabığ kişi
azadlıq qışqırırdı,
içinə biraz ölüm,
həyat qarışdıraraq...
Hələ onda səmada ulduzlar gümüş idi,
hələ onda anamın saçları gümüşüydü,
hələ onda bizlərin qəlbləri geniş idi...


16.07.2014

İran Azərbaycanına göz dikənin gözünü çıxardarıq!

Urmiyanın İran parlamentindəki millət vəkili İraq Kürdüstanın lideri Məsud Bərzaninin – İraqın parçalanması və Azərbaycan ərazilərinin biri hissəsini əhatə edəcək bir yeni ölkənin yaradılmasına - dair xəyallarına sərt cavab verib.
İnterAz-ın Günaz TV-yə istinadən verdiyi xəbərə görə, Qərbi Azərbaycan Nümayəndələri Birliyinin üzvü, millət vəkili Nadir Qazipur reportyorlar klubunun parlament müxbiri ilə danışıqda deyib ki, “Cənab Məsud Bərzaniyə elan edirəm: İran Azərbaycanına göz dikənin gözünü çıxardarıq!”
O, əlavə edib ki, “İran Azərbaycanında müxtəlif azlıqlar səmimi bir şəkildə yaşayır. Amma Azərbaycan torpaqlarının bir hissəsi Bərzaninin xəyallarında yer tutarsa, bu qəbuledilməz və imkansızdır”.

Mossadın üzvləri dünyada necə biabır oldular?

 Mossadın ən böyük fiaskolarından biri 1998-ci ilin fevralında İsveçrə paytaxtı Berndə yaşandı. Hizbullah tərəfindən istifadə olunduğu güman edilən binaya dinləmə cihazı yerləşdirməyə çalışan cəsuslar bir-birinin ardınca uğursuzluğa düçar olunca Mossad necə deyərlər, cinayət başında yaxalandı. Tel-Əvivdəki planın Berndəki hesaba uyuşmaması ilə nəticələnən qalmaqal belə baş vermişdi.
 İsrailli cəsuslar özlərindən arxayın şəkildə eyni təyyarə ilə Sürixə gəldilər. Saxta pasportlarını bir qırağa qoyub İsrail pasportlarından istifadə etdilər. Hamısı eyni avtomobilə əyləşərək Hizbullah üzvləri tərəfindən istifadə olunduğu sanılan binaya gəldilər. Əlbəttə, belədə ən xırda hadisədə də polisə xəbər verməyə vərdiş edən avropalı qocaları oyandırmış oldular. Cəsuslardan üçü dinləmə cihazlarını yerləşdirmək üçün binaya girdi, digər ikisi isə ətrafı nəzarətdə saxlamaq üçün maşında qaldı.

Sionistlərin soyqırım iddiaları əslində Soyqırım sənayesidir


Bütün dünya barış, sülh həsrətində ikən, İsrail müharibə, müharibə deyə əl çırpır

Kölə olmaq istəmirəm deyənlərin isə döyüşməkdən başqa seçimləri yoxdur

Norman Finkelşteyndir milliyətcə yəhudidir. Amerikalı siyasi elm adamı, yazıçı və professor Dr Norman Finkelsteyn 8 Dekabr 1953-cü ildə doğulmuşdur. O, dünyada Holokost (yəhudi soyqırımı) və Fələstin-İsrail münaqişəsi haqdakı fikirləri, mühazirələri və əsərləri ilə məhşurdur.

15.07.2014

Qasım Səfərov - Kimə nə?

Bütün günü şeirlərində "yar"ını vəsf edib camaatı bezdirən şeir yazanlara!

Şaira, yaruvu gəl millətə reklam eləmə,
Aşiqin mə`şuqə meyli-marağından kimə nə?

Beş şeirdən üçünə "busə" sözün yazma, utan,
Öpüşündən, yanağından, dodağından kimə nə?

Leylidi, Əslidi, Culyetta, Şirindir ya acı,
Gecə-gündüz sinəvi dağlamağından kimə nə?

Xalqa sayma xalını, beşdi ya on beş dənədir,
Aydı-ulduzdu, nədir, xal-yanağından kimə nə?


İlahiyyatçı-sosioloq deputata cavab verdi

Bu gün deputat Fazil Mustafa yenə qeyri-adi fikirləri ilə gündəmdə şou yaradıb. Deputat internet saytlarının birinə bildirib ki, "İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil". Məsələ ilə əlaqədar ilahiyyatçı-sosioloq Bəhruz Əlizadə Birlik.az saytına münasibət bildirib:
"F.Mustafanın fikrincə, İŞİD-in konkret Azərbaycana qarşı müdaxiləsi və addımları müşahidə olunmadığına görə, onu terror təşkilatı elan etmək düzgün deyil. Cənab deputat, biz İŞİD-i insanlığı və bəşəriyyəti təhdid edən bir qruplaşma kimi tanıyırıq. Siz xalqımızı insan və ya bəşəriyyətdən hesab etmirsinizmi?! Deməli, sizin məntiqinizə görə kimlər bizə hücum edərsə, terrorist odur?! Azərbaycanlı sələfilərin Suriyada , İraqda, Çeçenistanda döyüşməsi sizcə, məmləkət üçün təhlükə mənbəyi və həyəcan siqnalı deyil?! Onlar artıq Azərbaycan üçün əmir də təyin edirlər, amma siz deyirsinizi ki, onlar təhlükə deyil?!

14.07.2014

Suriyanın Xəttab kəndində baş verən qətliam ifşa olundu


Həma əyalətində baş verən qətliamın təfərrüatları üzə çıxdı

“ANNA-NEWS”-a istinadən verilən  xəbərə görə, iyun ayının 12-də Suriyanın Həma vilayətinin Xəttab kəndində törədilən qətliamın təfərrüatları məlum olub.
Kütləvi qətliam nəticəsində 6 kişi, 8 qadın qətlə yetirlib. Qətlə yetirilənlərdən ən kiçiyi 14 yaşlı qız olub. Atasının qızını terrorçuların başçılarına ərə verməkdən imtina etməsi 14 yaşlı qızın kəndin ortasında zorlanaraq qətlə yetirlməsinə səbəb olub. Qətlə yetirilənlər arasında qızın atası, anası və qardaşı olub. Digər qadınlar isə işgəncə edilərək qətlə yetiriliblər. 6 nəfər kişinin başları kəsilərək qətlə yeirlib. Kişilərdən birinin dükanın üzərində Suriya bayrağı olduğu üçün öldürüldüyü bildirilir. Meyitləri Xəttab kəndində yerləşən stadiona gətirərək orada təhqir ediblər. 14 nəfəri qətlə yetirən terrorçu təşkilatlar isə “Sukur Şam” və “Feylyak Şam” təşkilatlarıdır. /islamaz.com/

Мудра усиления попутного ветра судьбы


Мудра усиления попутного ветра судьбы. Что такое судьба и существует ли она на самом деле? Даже сегодня очень сложно дать однозначный ответ на этот вопрос. Казалось бы, все в этом мире происходит в нужное время и в нужный час, но... что делать, если мы не знаем где находится нужное место?! 

13.07.2014

BÜTÜN ANALARA REKVİYEM

Aliq Nağıoğlu

-Salam, ana... Mən qayıtdım... Sənə nə olub?- dünyada ən doğma, ən yaxın olan adamı-ananı qucaqlayacaqsan... Sənin dərbədər olduğun o illərdə elə qocaldı, elə kiçik oldu ki, deyərdin dünyanın ən aciz, köməksiz adamıdır. Səni heç olmasa hərdən görmək ümidi ilə o, artıq öz ömrünü başa vurmaqdadır. Bu dünyada nələri görmədi ki!.. Kiçicik xəbər bəs edir ki, sənin sağlıq durumun, rahatlığın haqda kişi müdafiəçi sənətindən ona sızsın, çatsın. 
Harda olmağından asılı olmayaraq, o, həmişə sonsuz həyəcan içində olub. Sakitcə qonşuluqdakı məscidin həyətinə gəlib, əllərini onun müqəddəs divarlarına qoyub, sənin canına dualar oxuyub. Məsciddən çıxanda əllərini göyə açaraq, sağ əlini üzünə çəkə-çəkə dodaqlarının aramsız pıçıltıları hələ taxta qapısının kandarınadək kəsilməyib. 
Üzünü sənin sinənə qoyub, səssiz-səssiz hönkürəcək, büzüşmüş-qısılmış çiyinləri titrəyəcək, örpəyinin qırağı ilə axan göz yaşlarını siləcək, qızarmış gözlərini sənin qıyılmış gözlərinə dikib deyəcək: 

Vəhhabi cərəyanında terrorizimin kökü

Mahir Şəkərov
                     
Son zamanlar ən çox eşitdiyimiz, və oxuduğumuz sözlər; fitnə, fəsad, öldürüldü, başları kəsildi, İŞID cihad, Fələstin, Qəzza, İraq, Suriya, sələfi, vəhhabi və s. Yaxşı, bəs bütün bu fitnə və fəsadlara səbəb olanlar kimlərdir? Və ya bunu doğuran amillər hansılardır?  Bu gün sadəcə özlərini pak bilib, müsəlmanları, sünni-şiə demədən “Allahu-Əkbər” sədaları ilə qətlə yetirən, özlərinə bomba bağlayaraq ictimai yerlərdə eyni sədalar altında özlərini partladan, və bu çirkin missiyalarının adlarını, İslama calaq etmək istəyənlər, biz CİHAD  edirik deyib, cihad məfhumundan bixəbər olanlar, müsəlman olduqlarını iddia edən, lakin müsəlmanların adına xələl gətirən bu şeytanpərəstlər kimlərdir?

12.07.2014

Sünni şeyx Ərəb ölkələrini tənqid etdi

"Ərəblərin İsrail ilə döyüşməsini istəyirsinizsə, onlara İsrailin şiə olduğunu söyləyin!"

Livanın öndər sünni alimlərindən olan Şeyx Mahir Həmmud Cümə xütbəsi zamanı Ərəb ölkələrini İsrail rejiminin Qəzzaya hücumuna susmasını qınayıb və tənqid edib. 
Şeyx Mahir Həmmud xütbəsi zamanı çox maraqlı fikir səsləndirib. "Ərəblərin İsrail ilə döyüşməsini istəyirsinizsə, onlara İsrailin şiə olduğunu söyləyin!"- deyən şeyx, ancaq bu üsulla ərəb dünyasının dinlərini və əqidələrini müdafiə edəcəklərini vurğulayıb. "Əks təqdirdə ağaları ABŞ istəmədiyi təqdirdə İsrailin varlığı onları narahat etməyəcək" - deyə şeyx əlavə edib.
Şeyx Mahir Hammudun 11 iyul xütbəsinin bir hissəsini təqdim edirik:
"Qəzza yanmağa davam edir. Qəzza xalqı müqavimətin silahından başqa bir gücə malik deyil. Üstəlik həm düşmənləri, həm də dostları tərəfindən blokada vəziyyətindədir. 

11.07.2014

США планируют потратить $30 млрд на свержение Владимира Путина

Американские конгрессмены готовят «русский майдан». В американский Конгресс внесен законопроект, подготовленный 26 политиками-республиканцами, среди которых — ярый руссофоб сенатор Джон Маккейн.
Документ за номером 2277 размещен на официальном сайте Конгресса США, он носит название «Russian Aggression Prevention Act 2014», что можно перевести как «Акт о предотвращении агрессии со стороны России 2014».
Помимо всевозможных санкций, увеличения военного присутствия и проведения военных учений вокруг границ России, а также увеличения активности по программамобразовательно-культурныхобменов на территории бывшего СССР, он предусматривает выделение 10 млрд долларов ежегодно в период с 2015–2017 год на «развитие демократии в России».
По сути это означает смену режима в Российской Федерации и прямое вмешательство во внутренние дела России, пишет сайт Алекса Джонса infowars.com.

Прекрасная лагуна Гиола о. Тасос, Греция


avrasiya.info

Место слияния реки Амазонки и Рио Негро, Бразилия


avrasiya.info

Источник "Кургазак"


avrasiya.info

Смотровая площадка во Французских Альпах


avrasiya.info

Самые красивые фьорды Норвегии


avrasiya.info

Озера" Слез" или озера "Злых духов" Гора Келимуту. Индонезия.


avrasiya.info

Шторм у берегов Великобритании


avrasiya.info

Sibir


avrasiya.info

Fərqanə poeziyasında Allaha, Tanrıya, İlahiyə müraciət

Elnur Rəsuloğlu (Əliyev)

Mənimki dözümdən gəlib/ Üz tutdum üzü Allaha... (“Susdum, qızıla dönmədim”)

Sözünü Tanrı adında başlayan, Tanrıdan söz alıb yazan, özünü Tanrının öz adamı sayan, yerdə Allahın köməkçisi olub dünyanın dərdini çəkən, Allaha yaxın şairlərimizdən biri, ”bir kəlmə acı sözdən inciyib ağlaya-ağlaya gedərkən ağ vərəqləri Tanrıya tapşıracağını” bildirən Fərqanədir (1964).
Səhərə çıxdığı üçün Allaha min şükür edən Fərqanənin kitablarını vərəqləyib müxtəlif səpkili, müxtəlif məzmunlu şeirlərini oxuduğum zaman məndə onun (Fərqanənin – E. R.) poeziyasında Allaha, Tanrıya, İlahiyə müraciət böyük maraq doğurdu və bu sətirlərin yazılmasına səbəb oldu.

Hüseyn Vahidi - Ən qısa hekayəciklər

Divar üstündəki saat. Divar saatı bir il idi, alandan bəri, dayanmadan çalışırdı. Bir saniyə içində, batareya qurtuldu. Saat öldü.
Qulu və nəzir paylama. -Məşə qulu allah qəbul eləsin.
-Nəyi?
-Maşının içi doludu bir dəfəlik qıda qabları ilə, nəzir vermisnəmi?
-Yox canım sübəhdəndi fəqət nəzir yığıram...
Sükut. Qırovun (Noyabrın) səggiziydi. Gecə saat biri göstərirdi. Səssizlik tək başına şəhəri alt üst edirdi. Ağacdan düşən xəzəl yarpağı yerə duşrək sükutu pozədu.
Bəxtsiz oğru. Kişi başını yorğan altından çıxardaraq dedi:

Hüseyn Vahidi. İki hekayə

Göbələklər ilə Çinar

Yağış yağmaq üzərəydir. Qara buludlar hay-küy salmışdırlar. Ildırımlar çaxaraq yağışın gəlməyini qurtlayırdılar. 
Birazdan yağış yağmaya başladı. Ağaclar sevinc içındə yaşayırdılar. Hər yer islanmışdı. Balaca böcəklər,çəkirgələr, ilbizlər və... otların yarpaqlarının altına sığınmışdırlar. 
Buludlar köyənklərin sıxıb qurtulandan sonra, dum-duru mavi göy ormana gülüməsədi. Günəş isə buludların köçəməsindən sonra kefi sazalıb, göyün duruluğunda özünə baxıb saçlarını daramağa başladı. 

İsrail bütün dünyanı belə aldadır


İsraildə guya Həmasdan atılan raketlər nəticəsində yaralanan bir uşağın makiyaj edilərək hazırlanan “yaralı fotosu” gündəmi alt-üst edib. Qəzzanın İsrailə atdığı raketlər nəticəsində yaralananların əslində şəkil çəkilmədən öncə makiyaj olunduğunu sübut edən bu foto İsrail siyasətinin dünyanı necə aldatdığını bir daha gözlər önünə sərib.