06.03.2015

Suriya müftisi İŞİD-i İslam düşməni adlandırıb

“7 il öncə Avropa Parlamentinin toplantısına qatılmışdım. Bu qurumda aralarında 2 dəfə dünya savaşı olan, fərqli mədəniyyətlərə sahib ölkələr belə birləşib. Onların bu savaşları, düşmənçiliyi unutmasına səbəb vətəndaşlarının rifahını, ölkələrinin iqtisadi maraqlarını düşünmələridir. Suriya və Türkiyə vətəndaşları eyni torpağın insanlarıdır, eyni imanın övladlarıdır, ortaq dəyərlərimiz çoxdur, tarixin heç bir dönəmində Suriya ilə Türkiyə arasında münaqişə olmayıb. Mən o zaman düşündüm ki, nədən biz öz coğrafiyamızda Avropa Birliyi modelində bir qurum yaratmırıq? İnşallah biz torpaqlarımızda xaricdən qidalanan terrorun kökünü kəsib xalqlarımızın birgə gələcəyi haqqında düşünməliyik”.
Bu sözləri Suriya müftisi Əhməd Bədrəddin Hassun Dəməşqə səfər edən Türkiyə nümayəndə heyəti ilə görüşdə deyib.

04.03.2015

Не словом, а делом

Прошу тех из вас кто дал свободу крепостным поднять руку. Если таковые имеются, дело в отношении их будет прекращено....

Вот такая речь Бенкендорфа на следствии по делу декабристов. Просто совершенно новый угол зрения на эту историческую личность.
На следствии по делу «декабристов» — Александр Христофорович Бенкендорф на первый допрос собрал всех обвиняемых и сказал им следующее:
«Вы утверждаете, что поднялись за свободу для крепостных и Конституцию? Похвально. Прошу тех из вас, кто дал эту самую свободу крепостным — да не выгнал их на улицу, чтобы те помирали, как бездомные собаки, с голоду под забором, а отпустил с землёй, подъёмными и посильной помощью — поднять руку. Если таковые имеются, дело в их отношении будет прекращено, так как они действительно поступают согласно собственной совести. Я жду. Нет никого?
Как странно... Я-то своих крепостных отпустил в Лифляндии в 1816-м, а в Тамбовской губернии в 1818-м. Все вышли с землёй, с начальными средствами. Я заплатил за каждого из них податей за пять лет вперёд в государственную казну.

Türk tarixçi: “Osmanlının şərq hissəsi Azərbaycan torpağıdır”

Türkiyənin Habertürk kanalında yayımlanan “Tarixin arxa otağı” (“Tarihin arka odası”) verilişində Azərbaycan türkləri ilə bağlı maraqlı fikirlər müzakirə olunub. Axar.az xəbər verir ki, Erhan Afyoncu və professor Nurhan Atasoyun birlikdə hazırladıqları verilişin qonağı olan türkoloq, professor Ahmet Bican Ərcilasun Azərbaycan türklərini Oğuzların orta qolu, hətta ortada qalan qolu adlandırıb.
Professor Azərbaycan türklərinin tam təşəkkülünün Qaraqoyunlu və Ağqoyunlu zamanın başlandığını iddia edib: “İndiki şərqi Anadolu, cənub-şərqi Anadolu – Diyarbəkir, Kərkük də daxil olmaqla Şimali İraq, Cənubi Azərbaycan – İranın şimal-qərbi və indiki Şimali Azərbaycan. Yəni Azərbaycan bölgəsi bu idi. Yalnız Yavuzun dönəmində (Sultan Səlim) şərqi və cənub-şərqi Anadolu Osmanlı ərazilərinə daxil oldu. O zamana qədər buralar Qaraqoyunlu-Ağqoyunlu torpağı idi. Bugünkü ərzurumlu, vanlı, bitlisli, qarslı XV əsrdə toqatlı, aydınlı və izmirli ilə eyni dövlətin vətəndaşı deyil, Azərbaycan dövlətinin vətəndaşları idilər”.

MTN-dən vahabilərə qarşı əməliyyat, saxlanılanlar var

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasında terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları – Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılıblar.
MTN-in İctimai Əlaqələr İdarəsindən İnterAz-a verilən məlumata görə, keçirilmiş baxış nəticəsində onların üzərindən və yaşadıqları mənzillərdən 4 ədəd “Makarov” tipli tapança, 1 ədəd “TT” tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd “RQD-5” tipli əl qumbarası aşkar edilərək götürülmüşdür.

Söyün Sadıqov: "Biz Rusiyalıyıq və eyni zamanda biz azərbaycanlıyıq!"

Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatı (AzərRos FMMM) məhv olmaq üzərədir və ciddi islahatlara ehtiyacı var. Moderator.az xəbər verir ki, martın 3-də “Aleksandr House” mərkəzində “AzərRos" FMMM: konsolidasiya problemləri və böhrandan çıxış yollarının axtarışı” mövzusunda keçirilmiş dəyirmi masanın iştirakçıları məhz bu qərara gəliblər. 
Strateji İnkişafın Yönəldilməsi Mərkəzi (SİYM) tərəfindən təşkil olunmuş tədbirə 80 nəfərdən çox iştirakçı qatılmış, bunların arasında “AzərRos”un Federal Şurasının üzvləri, 30-dan çox regional və yerli milli-mədəni muxtariyyatların rəhbərləri, Azərbaycan ictimai təşkilatlarının başçıları, gənclər, həmçinin RF Ədliyyə Nazirliyinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Dəyirmi masa ilə yanaşı Tahir Hacıyevin rəhbərliyi altında “AzərRos” FMMM-in hesabat-seçkili qurultayının təşkili üzrə hazırlıq işlərini həyata keçirəcək Təşkilat Komitəsinin də iclası keçirilib. 

Suriyalı general azərbaycanlı valideynlərə səsləndi

Vəlid Abaza: “Övladlarınızı Suriyaya göndərməyin – öldürəcəyik”

“4 gün öncə Türkiyə-Suriya sərhədini keçən 2 min nəfər İŞİD-ə qoşulub. Kəşfiyyat məlumatlarına görə, onların sırasında  Çeçenistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan vətəndaşları da var. Onlar Türkiyə-Suriya sərhədindəki ərazilərdə qurulan düşərgələrdə bir neçə ay hərbi təlim keçib, yaxşı silahlanıblar”.
İnterAz xəbər verir ki, bu sözləri Suriya ordusunun generalı Vəlid Abaza “Yeni Müsavat”a açıqlamasında deyib.
2 gün öncə döyüş bölgəsindən Suriya ordusunun Silahlı Qüvvələrinin Baş Qərargahında keçiriləcək toplantıda iştirak üçün dönən Vəlid Abaza deyir ki, İŞİD-ə qoşulanlar çox gənc insanlardır: “Ötən həftə mənim tabeliyimdə olan ordu qüvvələri İŞİD mövqelərinə hücum zamanı Azərbaycan vətəndaşı olan dəstə başçısını öldürdü. Üzərində Azərbaycan pasportu və Türkiyə telefonları vardı. Həmin döyüşdə bir neçə İŞİD-çini də əsir götürmüşük. Onlar bildirdilər ki, öldürdüyümüz başçı Pankis  dərəsində təlim keçib.

General Süleymani 5000 nəfərlik ordu ilə Tikritə daxil oldu!

Müqavimət qüvvələri tərəfindən Tikritin azadlıq əməliyyatı o qədər qəfil və şiddətli olub ki, İŞİD özü məğlubiyyəti qəbul edərək onu general Süleymaninin başçılığı ilə idarə edildiyini iddia edib. Bu gözlənilməz müvəffəqiyyət İŞİD və eləcə də, vəhhabi havadarlarına çox ağır gəldiyindən informasiya vasitələri və internet səhifələrində cənab Süleymaninin fotoşəkilini yerləşdirməklə məğlubiyyəti İranın məntəqəyə hərbi müdaxiləsi ilə əlaqələndirməyə çalışıblar. Lakin cəbhə zonasından verilən məlumatlar İraq qoşunlarının Tikritə ilkin hücumundan sonra terrorist qüvvələrin vahimə içində geri çəkildiyindən xəbər verir.
Bu arada həmin informasiya vasitələri hədsiz həyasızlıqla özlərini əhli-sünnənin nümayəndəsi, İŞİD-i isə onların xilaskarı adlandırmaq üçün hər dona girirlər.

03.03.2015

Mürsəlov Mirşamil və ailəsi nə oyunlardan çıxır?

"Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışlar. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı vəziyyətlə rastlaşmışlar. Göytəpə sakinləri düşdükləri acınacaqlı durumdan şikayətlənmiş və rayonda bir ailənin onların başına gətirdikləri oyunlardan danışmışlar. Aydın olmuşdur ki, Göytəpə sahibkarları özlərinə məxsus olan ərazidə ticarət obyektləri tikərkən rayonun baş üzəduranı kimi tanınmış Mürsəlov Mirşamil Miradil oğlu həmin əraziyə gəlir və tikinti yerinə Heydər Əliyevin şəkli olan plakatları vuraraq həmin ərazinin ona məxsus olduğunu bildirir.
Araşdırma zamanı üzə çıxmışdır ki, Mirsəlov Mirşamil belə hərəkətləri həmin yeri zəbt etmək məqsədilə edir. Saxta sənədlərlə məşğul olan, pozğunluqla ad çıxarmış, dələduz işlərə bulaşmış bu qondarma seyidin tamahkarlığı haqqında rayon sakinləri fantastik əhvalatlar söyləmişlər. "Geniş meydan" media qurumunun Mirşamil MÜrsəlovun macəralarından bəhs edən süjeti elə belə də adlanır: "Göytəpə macəraları".

Mürsəlov Mirşamil və ailəsi Cəlilabadda nə oyunlardan çıxır?

Mürsəlov Mirşamil Miradil oğlunun Cəlilabadda çıxardığı oyunlar

"Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışlar. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı vəziyyətlə rastlaşmışlar. Göytəpə sakinləri düşdükləri acınacaqlı durumdan şikayətlənmiş və rayonda bir ailənin onların başına gətirdikləri oyunlardan danışmışlar. Aydın olmuşdur ki, Göytəpə sahibkarları özlərinə məxsus olan ərazidə ticarət obyektləri tikərkən rayonun baş üzəduranı kimi tanınmış Mürsəlov Mirşamil Miradil oğlu həmin əraziyə gəlir və tikinti yerinə Heydər Əliyevin şəkli olan plakatları vuraraq həmin ərazinin ona məxsus olduğunu bildirir. 
Araşdırma zamanı üzə çıxmışdır ki, Mirsəlov Mirşamil belə hərəkətləri həmin yeri zəbt etmək məqsədilə edir. Saxta sənədlərlə məşğul olan, pozğunluqla ad çıxarmış, dələduz işlərə bulaşmış bu qondarma seyidin tamahkarlığı haqqında rayon sakinləri fantastik əhvalatlar söyləmişlər. "Geniş meydan" media qurumunun Mirşamil MÜrsəlovun macəralarından bəhs edən süjeti elə belə də adlanır: "Göytəpə macəraları".

Fars körfəsində güc nümayişi: İran ABŞ-ı hədələdi

İran İslam İnqilabı Keşikçiləri Qvardiyası Hörmüz boğazında genişmiqyaslı hərbi-dəniz və hava təlimləri keçirir.
ANS TV-nin İran bürosunun məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının Fars korfəzində və Hörmüz boğazında artıq üç gündür keçirdiyi genişmiqyaslı hərbi-dəniz və hava təlimləri davam edir. “Dahi Peyğəmbər - 9” adlı hərbi təlimlər zamanı ABŞ-a məxsus təyarə daşıyan gəminin maketi hədəf olaraq seçilib. Bu maket gəminin real ölçülərinə uyğun hazırlanıb. İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin komandiri Sərdar Fədəvi bildirib ki, ABŞ-ın bu təyyarə daşıyan gəmisi uzun müdətdir ki, regiondadır: “Əlbəttə ki, bu gəmi regionun bütün ölkələrinə zərərdir. Bu cəhətdən onlar gərək başa düşsünlər ki, əgər beynəlxalq qaydalara riayət etməsələr gəmi ciddi xəsarət alacaq”.

Dollarla verilən kreditlər haqda – Ali Məhkəmədən şərh

Mərkəzi Bankın fevralın 21-də manatın məzənnəsinin devalvasiyası ilə bağlı verdiyi qərardan sonra kredit götürən hər kəsi indi bir sual maraqlandırır – Kredit borcu hansı kursla qaytarılmalıdır? 
Vətəndaşların banklardan dollarla götürdüyü kreditin ödənilməsi ilə bağlı cəmiyyətdə fikir ayrılığı yaranıb. Bir qisim kredit borcunu kreditin götürüldüyü vaxtkı məzənnə ilə, ikinci qisim isə aylıq ödəniş günü qüvvədə olan məzənnə ilə ödənilməsini iddia edir.
Amma bu gün banklara müraciət edən vətəndaşlardan kredit borclarını hazırkı məzənnə ilə ödənilməsi tələb olunur.
Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasının hakimi Əsəd Mirzəliyev Publika.az-a bildirib ki, Mülki Məcəllənin 439.7-ci maddəsi bu problemi birbaşa həll edir. Belə ki, həmin maddədə qeyd olunur ki, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, kredit müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclu ödənişi öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Gigiyena məsələsi


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -12

Əsgər Fərdi: Axı bunlara niyə öyrətmirsiniz ki Şah İsmayılın ancaq türkcə şeiri olmayıb, sadəcə Qafqazda bir az türk dilini oxuya bildikləri üçün onun ancaq türkcə şeirləri nəşr olunub, gərçi Həmid Araslı Şah Xətayinin farsca şeirlərini də nəşr etdirib, ancaq bunlar o kitabın və bütün ata-babalarının əlifbasını bilmədikləri üçün sadəcə dərsliklərdə olan türkcə şeirlərini görüblər (oxumayıblar, görüblər, çünki oxusaydılar o şeirlərin də nə qədər türkcə olduğunu anlayardılar). Şah Xətayinin bir divan farsca şeiri vardır. Bütün Nəsimi, Füzuli və digər şairlər kimi.

Prezidentə qarşı danışması AST Telmanı bitirə bilər

Telman İsmayılov adı təkcə Rusiyada deyil, vətəni Azərbaycanda da olduqca məşhurdur. Biznesmenin özü də dəfələrlə qeyd edib ki, milliyətcə yəhudi olsa da, özünü azərbaycanlı sayır. Moskvalı biznesmenlərlə təmaslar zamanı onlar birmənalı olaraq, söyləyirlər ki, Telman İsmayılov qeyri-ordinar biznesmen və bacarıqlı idarəçidir.
Uzun müddət bu biznesmenin adı Moskvada fəaliyyət göstərən Çerkizov bazarı ilə birgə çəkilirdi. Bu gün həmin bazar yoxdur, elə Telman İsmayılov da Rusiya biznesində demək olar ki, görünmür. Rusiya mətbuatı yazır ki, «Mardan Palace» otelinə dəbdəbəli açılış keçirən biznesmen bu gün borcun içində itib-batır.
İyunda məlum oldu ki, AST şirkətlər qrupuna daxil olan KBF «AST» Moskvanın Arbat küçəsində yerləşən məşhur «Praqa» restoranını sata bilər. Satılıq siyahısına Krasna Presnadakı «Tropikano» biznes mərkəzi və Moskvanın şərqi İzmaylovo rayonunda yerləşən binalar kompleksi də əlavə edilib. Mənbə iddia edir ki, bununla Telman İsmayılov «Bank Moskvadan» götürdüyü 4 milyard rubl krediti ödəmək istəyir.

Suriyada iki oğlunu itirən azərbaycanlı ata gizlinləri açdı

Suriyanın Əl Rakka şəhərində Əsəd qüvvələrinə qarşı döyüşlərdə azərbaycanlı Babək Azəri adlı vəhhabi həlak olub. Qardaşı Emin Azəri isə kürd peşmərgələrlə toqquşmada ayağından yaralanıb.
Bu məlumat yayılandan sonra onların barəsində hadisənin təfərrüatları aydınlaşmayıb.
Axar.az xəbər verir ki, azərbaycanlı ailəsi, yəni 21 yaşlı Babək, onun həyat yoldaşı Kristina (Xədicə) və qardaşı 22 yaşlı Emin ötən ilin noyabrında Rusiyanın Noyabrsk şəhərindən dini təhsil almaq üçün Türkiyəyə, oradan isə Suriyaya gedib.
Babək dünyasını dəyişəndən sonra Emin onun həyat yoldaşı ilə birlikdə Suriyada qalıb, döyüşü davam etdirməyi qərarlaşdırıblar.

Azərbaycanlı iş adamı müflis oldu, indi taksi sürür

Türkiyədə özünə normal biznes quran, qəzet açan, sonradan müflis olan Azərbaycan əsilli biznesmen Turan Ababəy indi taksi sürür. Virtualaz.org saytı xəbər verir ki, “Hürriyet” qəzeti azərbaycanlı iş adamının başına gələnləri işıqlandırıb. Qəzet yazır ki, 2014-cü il, fevralın 9-da “Yalana qarşı həqiqətin qəzeti” şüarı ilə fəaliyyətə başlayan “Karşı” qəzeti 65 gün sonra — aprelin 14-də fəaliyyətini dayandırıb. Turan Ababəy bundan sonra müflis olub. Hər kəs ondan üz döndərib. Səbəb kimi isə Türkiyə hökumətinin “paralel dövlət” adlandırdığı, terrorçuluqda ittiham etdiyi Fətullah Gülən camaatına yaxın olması göstərilib. Lakin o, bu ittihamları rədd edir.
T.Ababəy başına gələn bu hadisədən sonra bir müddət hər kəsdən gizlənib. Sonradan isə işsizlikdən taksi sürücülüyünə başlayıb.

ПОДОПЛЁКА БИТВЫ ЗА КРЫМ

В сети то и дело раздаются голоса, что Крым не стоил тех издержек, которые мы несем. Коллега убедительно доказывает, что полуостров, и прежде всего база Черноморского флота, которая на нем расположена, является ключом к безопасности европейской части России.
Убеждать друг друга можно до хрипоты, но военные люди привыкли смотреть на карты. И нам полезно взглянуть на мир их глазами. А заодно ответить на несколько волнующих блогосферу вопросов. Можно ли запереть наш флот в Черном море?
С того момента, как Крым окончательно перешел под юрисдикцию РФ, такой возможности ни у кого не стало.
1. «Комплексы «Искандер» полностью контролируют побережье всего Черного моря, включая пролив Босфор», — поясняет уважаемый art201045. Они автоматически превратили Россию в хозяина Черного моря. Если бы комплексы находились даже поблизости, в Краснодарском крае, до Босфора ракеты долететь бы не смогли.
Контролировать Дарданеллы не так важно — пролив слишком широк, чтобы быть преградой для наших военных кораблей. А вот уложить мины на дно узкого Босфора и тем самым перекрыть проход через него, вполне реально. Но турки, разумеется, никогда не станут так рисковать. Потому что ракеты «Искандер» способны не только расчистить пролив, попутно разрушив мосты, но и превратить в руины пол-Стамбула.

Rövşən Novruzoğlu ilə Əfqanıstan gizlinləri

Keçmiş SSRİ DTK-sının polkovniki, hazırda araşdırmaçı-politoloq kimi tanınan Rövşən Novruzoğlu ilə “Dəyirman”da budəfəki görüşümüzdə əsasən 35 il öncə bu günlərdə başlanmış, aralarında 7500 azərbaycanlının da olduğu (onlardan 208-i həlak olub, 7-si isə itkin düşüb) 620 min sovet hərbçisinin apardığı 10 illik Əfqanıstan müharibəsini “üyüdəcəkdik”. Çünki onun həmin savaş dövründə 7 ilə yaxın o regionda olduğunu bilirdik. Nə edək ki, usta “keqebeşnik” “Dəyirman”ımızı tərsinə fırlatmağı bacardı və söhbəti bir az fərqli məcraya yönəltdi. Nəticədə biz ABŞ-ın dəstək verdiyi əfqan mücahidlərilə sovet hərbçilərinin qarşıdurmalarından deyil, bu qədim Şərq ölkəsinin sinəsində gizlənən mfik-mistik sirlər dünyasından bəhs edəsi olduq. O sirlərdən ki, həmsöhbətimizin sözlərinə görə, 1979-cu ildə SSRİ-nin də, 2001-ci ildə ABŞ-ın da Əfqanıstana müdaxiləsində onların da böyük rolu olub. Doğrusunu Allah bilir. Amma ortalıqda AMEA İnsan Haqları İnstitutunun departament rəhbəri, araşdırmaçı-politoloq kimi ciddi statuslu adlar var. Həm də cahanın sirləri bitib-tükənirmi?.. 

02.03.2015

Obamanın qan udduran siyasəti


ABŞ Prezidenti Barak Obama güclü hegemonluq və despotizm əlamətləri nümayiş etdirir. Öz milli hüquqlarını qorumaq, müstəqilliyini gücləndirmək, Amerikadan fərqli yanaşma nümayiş etdirmək istəyən dövlətlər, xüsusilə də müsəlman ölkələri ciddi təzyiqlərə məruz qalır. Həmin ölkələrdə hakimiyyət çevrilişləri həyata keçirilir, vətəndaş qarşıdurması stimullaşdırılır, bütün bunlar nəticə vermədikdə isə onlara qarşı birbaşa hərbi təcavüz edilir. Bu gün Əfqanıstan, İraq, Liviya, Suriya, Misir və digər ölkələrin xalqları “demokratiya” və “rifah” adı altında yürüdülən siyasətin fəlakətli nəticələrinə görə cənab Obamaya “minnətdar” olmalıdırlar.

İndi niyə o dəlilikləri etmirsən?

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -11

Ədalət Abdinov: Milli iradənin təmsilçisi sayılan millət vəkilliyi pulla satılan, seçim imkanları saxtalaşdırılan, bayrağı neft şirkətində işləyən hansısa ingilis tərəfindən tapdalanan, torpağının 20 faizi işğal altında olduğu halda Milli Qəhrəman ünvanı hərraca çıxarılan, ordusu müəmmalı əsgər ölümləriylə çalxalanan, şəhid ailəsinin, pensiyaçısının dilənçi payı qədər az təqaüdü mənimsənən, korrupsiyanın, rüşvətin tüğyan etdiyi ölkənin hansı dövlət müstəqilliyindən danışılır, anlaya bilmirəm.
Orxan Həbibaşvili: Ermənıstanı Azərbaycanla lənətə gəlmiş osmanlı höküməti düşmən etdi.
Ceyhun Salahov: Rusiyada azərbaycanlıların bir-birlərinə verdikləri ən məhşur nəsihət: “Millətdən uzağ dur!”
Məhəmməd Əsgərov: Hərdən elə bilirəm ki, sovet ölkəsini müvəqqəti tərk etmişəm... Həyatım- uşaqlığım və yeniyetməliyimin ilk illəri bu dövrdə keçib, çox şeyləri həsrətlə arzulayıram.

Abbasağa - QƏDƏH

Daşlara çaldığım ey büllur qədəh,
Bir anın içində mən qırdım səni.
Xeyrini görübdür hansı bir əbləh?
Nə əcəb vaxtında sındırdım səni!

Üzünü görəndə deyirdim: Bəh, bəh!
Ey dolu qədəhli dünya, mənimsən!
Mən sonra anlayıb bildim, ey qədəh,
Abır düşmənisən, ömrə qənimsən.

Girdinmi birinin qılığına sən,
Atarsan-tutarsan onu şar kimi.
Bəzən cılızların sağlığına da 
Qədəh qaldırmışam saxtakar kimi.

Ermənistanlı Aslan Aslanov şəmkirlilərin baçşına nə oyunlar açıb?

"Lamiyə işi" Şəmkirdə baş verən, lakin indiyədək araşdırılmamış bir çox cinayətləri, qanunsuzluqları ortaya çıxarıb. Şəmkirə növbəti səfərimiz zamanı Aslan Aslanovun qətlindən əvvəl və sonra rayonda baş verənləri araşdırmağa çalışdıq.
Rayonda bu gün də Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlini unutmayıblar. Sakinlər o günləri xatırlayarkən deyirlər ki, 2003-cü ildə yaşanmış bu hadisənin bir qədər əvvəl, bir qədər sonra baş verəcəyi gözlənilən idi. Sadəcə, bu iş Lamiyə ilə Vüqarın başında çatlayıb. Aslanovun cavan oğlu öldürülüb, oğlu əlindən gedib. Amma həmin günlərdə Şəmkirdə yaşayanlar bilir ki, o uşaq rayonda maşını ilə hansı oyunlardan çıxırdı.
Sakinlər belə deyir və oğul Aslanova atasına görə heç kimin dinib-danışa bilmədiyini vurğulayırlar. Qeyd edirlər ki, o dövrdə icra başçısı olan Aslan Aslanov heç kəsə qulaq asan adam olmayıb.

Elman Rüstəmov və qohumlarının bir gecədə qazandığı milyonlar - "Gecə əməliyyatı"

Mərkəzi Bankın 21 fevral tarixində Azərbaycanda vilyuta məzənnələri ilə bağlı gözlənilməz qəfil qərarı hələ də cəmiyyətin əsas müzakirə mövzusudur. Əhali dollar-manat münasibətlərinin bazara göstərdiyi kəskin bahalaşma təsirinin qayğısını çəkir, banklardan dollarla kredit alanlar isə həyəcanla prosesləri izləyirlər. Cəmiyyətin "beyin mərkəzləri” isə bu qərardan bir neçə gün əvvəl iş adamları və vəzifəli məmurların manatla saxladıqları çox böyük pullarını müxtəlif yollarla dollara dəyişərək, bir gecədə qazanılan milyonlarla bağlı gəzən söhbətlərin necə meydana çıxmasını araşdırırlar. 
Mia.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı «Reytinq»i məlumatlandıran informasiyalı qaynağın sözlərinə görə, devalvasiya qərarının əvvəlcədən kənara sızdırlmasında Mərkəzi Bankın sədri Elman Rüstəmov və onun yaxın ətrafı da çox böyük rol oynayıb. Hətta Rüstəmov və onun çevrəsinin bununla çox böyük pullar qazandığı da iddia olunur «Bildiyiniz kimi, hələ ötən ilin oktyabr ayından etibarən, Azərbaycanda valyuta məzənnələrinin kəskin dəyişəcəyi barədə söz-söhbət vardı.

AXCP-nin ağası Gözəl Bayramlı imiş!

Gözəl Bayramlı Əli Kərimlinin "suka"sıdır

AXCP sədri tərəfindən porno-kasetlə şantaj olunaraq susmağı tələb olunan keçmiş müşavir Zərifə Məhəddinova Əli Kərimliyə qarşı sərt ittihamlar irəli sürüb. Z. Məhəddinova Əli Kərimlinin həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovu müdafiə etməsinə etiraz edəndən sonra müşavirlikdən çıxarılıb: "Əli İnsanov kimi bir insanın məhkəməsinə getdi, onu müdafiə etdi. Az qala müqəddəs vicdan heykəlinə döndərdilər. Buna etiraz etdim. Cinayətkarın kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməli olduğunu dedim. Bildirdim ki, bir partiya sədrinin onu müdafiə etməsi ayıbdır. Məni müşavirlikdən azad edib üstümə satqın adı qoydu. Halbuki mənə müşavir olacağımı demişdilər. Bütpərəst olacağımı desəydilər razı olmazdım. Sonda qovulmazdım da". 
Z. Məhəddinova AXCP-də yaltaqlığın, şəxsiyyətsizliyin, saxtakarlığın hökm sürdüyünü bildirib.

İŞİD-dən vəhşilik: 10 min tarixi kitab yandırıldı

İŞİD terrorçuları İraqın Mosul şəhərində mərkəzi kitabxananı partladıb.
Birlik.az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində on minə yaxın kitab yanıb.
Kitabxananın direktoru deyib ki, partlayış üç mərtəbəli binanı əhatə edib:
"Kitabxananın həyətində terrorçular İraqın mədəni irsi olan əlyazmalar və kitablardan tonqal qalayıblar. Məhv edilən kitablar arasında mədəniyyət, fəlsəfə və tarix üzrə nadir kitablar var. İŞİD terorroçuları bildirib ki, guya bu əlyazma və kitablarda İslama aid olmayan yad fikirlər yazılıb".
Ənbar əyalət şurasının üzvü Ədal əl-Fahdainin sözlərinə görə, son həftə ərzində radikallar yüz mindən artıq kitab olan daha bir neçə kitabxananı dağıdıblar.

birlik.az

Kəlbəcər qaçqını Bakıda torpaq satır

Bakının Buzovna qəsəbəsəsində torpaq möhtəkirliyi ilə məşğul olan Kəlbəcər rayonundan qaçqın Rövşən adlı şəxs aldatmadığı adam qoymayıb.
Cəbhə bölgəsinin N saylı  hərbi hissəsində müddətdən artıq xidmətdə olan Elvin Muradovu  Kəlbərcər qaçqını Bakıda torpaq sataraq aldadıb.
"Asiya-fakt" a müraciət edən Yardaımlı rayon sakini Seymur Muradov
bir dəstə dələduz tərəfindən aldadıldığı haqda məlumat verib. Belə ki, 2014-cü il tarixdə Buzovna qəsəbəsində yaşayan Kəlbəcər rayonundan qaçqın Rövşən adlı şəxsdən Seymur Məmmədova 3 sot torpaq satmaq adı ilə 99 illik müqavilə ilə Kamal adlı şəxsə aid olan torpaq sahəsinin 300 kv.m.sahəsini ayıraraq ona verib. Elə həngamədə bundan sonra başlayıb. Araşdırmalarımız zamanı məlum olmuşdur ki, bu ərazidə bir qrup torpaq dəllalları Xəzər rayonuna aid torpaq sahələrini 99 illiyə icarəyə götürərək sonradan müxtəlif şəxslərə ev tikmək məqsədi ilə satırlar. Özü də notarial qaydada. Maraqlısı isə odur ki, həmin dövlət notariusu heç bir torpaq alan vətəndaşın iştirakı olmadan ona etibarnamə verir. Özü də  bir torpağa 3 etibarnamə müxtəlif adamların adına.
Aldadılmış Seymur və Elvin Muradovlar hal-hazırda bu dələduz dəstənin əlində qalıb. Dələduz dəstə dəfələrlə həbs yatmış, lakin islah olunmamışlar.
Mövzu ilə bağlı geniş açıqlama veriləcək.

Aynur İsrafilqızı                    "Asiya-fakt"

Hər kəs öz əməlinə görə cavab verəcək


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -10

Sevil İsmayılova: 20 ildən çoxdur burdayam Moskvada. Buradan göndərdiyim pulla anam dolanıb, bacım və hətta qardaşıma da yeri gələndə əl yetirmişəm (dövlət işində işləyirəm). İnanın bura olmasa, Azərbaycanda əhalinin 70 faizi dilənçi vəziyyətinə düşər. Türkiyə deyirsiz, onların güzaranı yaxşı olsaydı, burda gəlib tikintilərdə işləməzdilər ki! Mən günü sabah gəlim Azərbaycana, orda iş tapa biləcəmmi? Yox. Oğullarım bu gün-sabah qurtaracaq ali məktəbləri, iş varmı gedək? Yox, pafosdan danışmaq lazım deyil, həqiqəti görün, bilin. Reallıq budur.

Əlixan Qaya - Çiynimdə həyatın dərdi

YOL GEDİRƏM

Bu şəhər beynimdə dar ola-ola
Şəhərin darısqal küçələrində
O yana bu yana
Bir tikə çörək arxasınca
Piyada yol gedirəm!
Çiynimdə yüküm həyatın dərdi
Ürəyimdə həyatın ağrıları
Qorxulu fikrimlə
Addım-addım yol gedirəm
Ümidsiz uzun yollarda
Həyatın bir quru gülüşünə
Ürək bağlamışam
Gündüz ayaqlarımla
Gecə fikrimlə
Yol gedirəm
Yol gedirəm
Dayanıb durmaqdan qorxuram axı!

İsmixan Kazımov - SƏNİ

Nakam eşqin alovunda alışsan,
O çəkər illərlə hesaba səni.
Gözü yaşlı qalan bu yetim eşqin
Dolu xatirəsi ağladar səni.

Ağlar, qəm dünyasın tutar başında
Yanıb yaxılarsan göz yaşlarında.
Hicran həlak eylər cavan yaşında
Məhkum don içində sızladar səni.

Sevinc qapıların bağlar üzünə
Dolanar duman tək dünya gözündə.
Təbəssüm çəkilər, gülməz üzün də
Xəyal dünyasına aparar səni.

Çəkər göz özünə saf duyğuların,
Pərişan eyləyər ömür yolların.
İsmixan bu odda yanan ürəyin
Yandıqca o yanıb kül eylər səni.

Ölkənin baş metroçusu “Şərurlu İsfəndiyar”dan niyə ehtiyat edir?

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov metro sistemində çox pis ənənənin əsasını qoydu. Məhz onun vəzifədə olduğu illərdə metro stansiyalarının üzərində, havalandırma sistemlərinin yerləşdiyi ərazilərdə müxtəlif ticarət obyektləri tikilməyə başladı. Bu gün həqiqətən də, metro stansiyalarının həndəvərində xoşagəlməz vəziyyət yaranıb.
Bəzi, hallarda vətəndaşlar obyektlərin çoxluğu ucbatından metronun girişini tapa bilmirlər. “Bakı Metropoliteni” QSC yaradılandan və Zaur Hüseynov quruma sədr vəzifəsinə təyin olunandan sonra metronun qadağan olunmuş ərazilərində tikilən obyektlərin söküləcəyi haqda xəbərlər yayıldı. Lakin hansısa səbəblərə görə nəzərdə tutulan söküntü işləri təxirə salındı. Sonradan həmin ticarət obyektlərinin çoxunun ayrı-ayrı məmurlara məxsus olması üzə çıxdı. Görünür, QSC rəhbərliyi elə bu amilə görə söküntü işlərinə başlamaq fikrindən vaz keçiblər. İstənilən halda, metro stansiyalarına aid olan ərazilərdə tikinti işlərinin aparılması qəti qadağandır.

Üz qarası


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -9

Misir Əskərov: Bilmirəm Qənirə Paşayeva nə gözləyir ABŞ-dan Qarabağ münaqişəsi haqqında. Qənirə Paşayeva deyir təəssüflər olsun ABŞ bura çox fikir vermir. Güya ABŞ bura fikir verən təki Qarabağı bizə qaytaracaqlar.
Orxan Babayev: Türk ordusu İsraili 2006-cı ildə Hizbullahdan qorudu.
Sadiq Babazadə: Mərifət, əxlaq, qanacaq qalmayıb. Bakıya da Bulvarda öpuşməni bunlar mod saldılar, yəni türklər.

Bakıda biabırçılıq: azərbaycanlılara giriş qadağandır

Bakının mərkəzində - Tolstoy küçəsində yerləşən "Refresh" adlı "Pub-Kafe"yə azərbaycanlılar buraxılmır. Milli.Az xəbər verir ki, bu barədə jurnalist Pərviz Əzimov Facebook profilində məlumat verib.
O yazıb: "Şəhərdə "Refresh" adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlıları bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyəni qorumaq istəyirlər. Ancaq ümumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda bir pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır.
İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var və çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm". /day.az/

01.03.2015

ALARLARIN MƏNŞƏYİ HAQQINDA

Tofiq Əzizov

Alarların yaşadığı ərazi. Alar tayfası Azərbaycan Respublikasının Cənub – Şərq və İran İslam Respublikasının Muğan adlanan hissəsində, əsasən də Arazboyunda ( Bax: ,,Elat, əşirət və tayfalar” jurnalı, Tehran – 2006, № 281, s.10) yaşayan ən böyük tayfalardan biridir. İsmayıl Əmirxizi yazır ki, Arallu və ya Alarlu rəvayətlərə görə, Şahsevən tayfalarından olan elin adıdır. Öz aralarında Arallu, amma yazıda Alarlu və ya Alari yazırlar ( Bax: İsmayıl Əmirxizi. Azərbaycan qiyamı və Səttarxan. Tehran, 1379 (1980), s. 379 ; Teymur Bünyadov, Kərim Şükürov. Alarlar: Gündoğandan başlayan yol. Bakı – 2005, s. 44). Maraqlı burasıdır ki, bizim kənddə (Masallı rayonunun Tatyanoba k. - T. Ə.) yaşayan qocalar da yaxın keçmişdə Cəlilabadın Alar kəndinə Arallı deyərdilər. Bu da onların Azərbaycan ərazisinə Aral gölü ətrafından gəlməsinə bir işarədir.

Yaman yaxşı qardaşımız var imiş


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -8

Tofik Səfərzadə: Bu gun meydanda tək İran dövləti yəhudilərlə mücadilə aparır. Meydanda ASLAN təklənib, ətrafını vəhhabi, yəhudi, Amerika, Türkiyə kimi çaqqal-çuqqallar sarıyıblar. Üzümü bəzi şərəfsiz, ləyaqətsiz türkəgirənlərə tuturam: hanı sizin tükü tökülmüş qotur türk-turan ordusu? Niyə müsəlman qardaş-bacılarınıza divan tutan yəhudi, amerikan qarşısınnda mal kimi durub susurlar? Nədi, kişilikləri, cəsarətləri çatmır? Kül olsun sizin xəyanətkar, satqın, murdar simanıza! Kişilikdə sizlərin payınız yoxdur, yaxşı olardı başınıza ləçək bağlayasınız.

США начали дестабилизацию Закавказья

Заместитель госсекретаря США совершила «взрывное» турне по Закавказью

Заместитель госсекретаря США по делам Европы и Евразии, один из вашингтонских «прорабов» прошлогоднего госпереворота на Украине Виктория Нуланд совершила турне по странам Закавказья.
Как показывают события на Украине, обычно появление этой высокопоставленной американки служит «черной меткой» властям и не сулит ничего хорошего с точки зрения политической стабильности. На этот раз Виктория Нуланд едва ли захватила с собой майданные «печеньки», поскольку ей придется еще немало потрудиться для того, чтобы подготовить почву для смены правящих режимов на Южном Кавказе.

Eynulla Əli Kərimlini tülküyə bənzətdi

Vətəninfo.az xəbər verir ki, Haqqın.az və Virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev AXCP sədri Əli Kərimli ilə bağlı rəhbəri olduğu saytda geniş məqalə yayımlayıb. Yayımlanan məqalədə yazay Əli Kərimlini ciddi şəkildə tənqid edib.

Gəlin Makiavellinin bir ifadəsini təkrar edib bu sualı verək: şirlə tülkünü eyni arabaya qoşmaq olarmı?
Florensiya Respublikasının ikinci dəftərxanasının birinci katibi insanların siyasi xarakteri barədə düşünərkən siyasətçiləri şirlərə və tülkülərə bənzədirdi. Şirlər tələdən, tülkülər isə canavardan qorxurlar! Nikkolo belə düşünürdü.
Amma şirlə tülkünü eyni qoşquda təsəvvür etmək mümkün deyil. Ən azı ona görə ki, Azərbaycan siyasətinin tülküsü Əli Kərimli əsas aslanın - Heydər Əliyevin hakimiyyətə gəlişi ilə artıq Azərbaycan iqtidarının tələsinə düşmüşdü.

Nemət Pənahlının Xocalısı

Arzu Abdulla

“Bir dəqiqə, çəkirəm, ciddi, ciddi, hazırdı, durun gedin”. Aha, bitdi, çəklişi deyirəm, dağılışa bilərsiz cənablar və bəylər, siz ey “vətənpərvərlər” və “türkçülər”, “xalqsevərlər”, xalq yolunda canını “fəda edənlər”, dağılışın, lütfən, dağılışın!
Bax beləcə, daha bir Xocalı günü yaşandı. Nənələr demiş, haya-huya bir də getdi on iki aya.
Amma insafən bu ilki Xocalı günü o biri ilkilərdən daha maraqlı, dostum Sübhan demiş, daha kreativ oldu. Sanki gənclər, qocalar, hətta modellər yarışa girmişdilər. Görək kimin daha çox fotosu yayılacaq facebookda, görək kim daha çox soxacaq özünü o telekanallara, görək kim daha çox adamın anasını ağladan, gözlərini dolduran, pafosla dolu status yazacaq? Qocaman işbazlar isə (onlar artıq özlərini xalqa türkçü və qatı vətənpərvər kimi sırıya biliblər) büdcədən Xocalını dünyaya tanıtmaq üçün ayrılan pullarla ailəsini də götürüb xaricə üz tutdu, yaxşıca istirahət etdi bircə həftə. Bəs nə, bu işbazlar öz dilləri ilə desək, Xocalının dünyaya hayqıran səsidir.

Prezidentə açıq məktub

Redaksiyamızın elektron poçtuna maraqlı bir müraciət daxil olub. Bu yazı  gənc yazar Orxan Bahadırsoy tərəfindən ünvanlanmışdır. Müraciəti olduğu kimi təqdim edirik.

Mən sizi başa düşürəm, möhtərəm prezident! Siz böyük kürsülərin insanısız! Bizim halımızdan anlamaq çətin gələr sizə. Bunu bilirəm. Amma yenə də dərdimizi sizə danışmaq istəyirəm.
Mən uşaq ikən kəndimizin toylarında tum satardım. Toy olmayanda bağımızdan yığdığım almanı, armudu, əzgili, xurmanı Lerik-Lənkəran yolunun kənarında bir ağac kötüyünün üstünə düzüb satardım. Meyvələrin mövsümü bitəndə çaydan balıq tutub satardım. Bəzən bir gündə beş-altı “məmməd” (beş-altı min manat), bəzən də bir-iki “şirvan” (on min-iyirmi min manat) qazancım olurdu. O pulla qənd, çay, şəkər tozu, duz, istiot, makaron, konfet, lampanı yandırmaq üçün neft və bunların hərəsindən artıqlaması ilə almaq olurdu. İki “şirvan” bizi bir həftə dolandırırdı, möhtərəm prezident! Bu təzə manat evimizi yıxdı.
İndi tum, mer-meyvə, balıq sata bilmirəm. Burda yoxdur onlar. Neyləyim? Kəndə də universitet, teatr, qəzet redaksiyaları yoxdur. İşim burdan keçir. Həm indi onları satsam da bir həftə dolandırmaz bizi, möhtərəm prezident! Bu manatın insafı, vəfası, etibarı yoxdur. Necə ki, Nizami Gəncəvi, Məhəmməd Əmin Rəsulzadə bu xalqın dərdinə hayan olmuşdu, onların adına kəsilən pullar da yanırdı dərdimizə. Onlar gedəndən sonra günümüz qaraldı.

21.02.2015

Ayətullah Xamenei: İran xalqı da sanksiya tətbiq edə bilər və bunu edəcək

Ali Lider Ayətullah Seyid Əli Xamenei bu gün Tehranda İranın Şərqi Azərbaycan əyalətindən olan minlərlə Azərbaycanlı ilə görüşüb. 
Maide.az-ın məlumatına görə, görüşdə Ayətullah Xamenei ABŞ və Avropa tərəfindən İrana qarşı tətbiq olunmuş sanskiyalar və onların naz etmələri və şərtlər irəli sürmələri haqda danışıb və deyb ki, İran xalqı həmişə göstərib ki, güclü iradəyə sahibdir və sanksiyalar məsələsində də İran xalqı onların planlarını uğursuz edəcək. 
Ayətullah Xamenei İran xalqına İslam İnqilabının 36-cı ildönümü münasibəti ilə keçirilən mitinqlərdə aktiv iştirak etdikləri üçün təşəkkürünü bildirib. “İslam İnqilabından 36 il keçməsinə baxmayaraq xalqın bu ilki mitinqdə əzəmətli iştirakı dünyada misilsiz bir mitinq idi”

General Rail Rzayevin qətlinin sensasion təfərrüatları

Fevralın 11-də müdafiə nazirinin sabiq müavini, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı, general-leytenant Rail Rzayevin öldürülməsinin 6-ci ili tamam oldu. Rzayev öldürüldü, ancaq qatil və sifarişçi bu gün də məlum deyil...
R.Rzayev üçün həmin gün adi günlərdən biri idi. O, günlərlər, aylarla, illərlə hərəkət etdiyi marşrut üzrə iş yerinə getməli idi. Qətldən sonra belə aydın oldu ki, bunu onu sifariş verən, sifarişi icra edən də bilməmiş olmayıb. Generalı güdüblər. Hərəkət trayektoriyasını müəyyən ediblər. Bəs necə olub ki, xüsusi xidmət orqanları bundan xəbərsiz olub? Sual bu gün də açıqdır...
Həmin gün general adəti üzrə evdən çıxıb Azərbaycan Müdafiə Nazirliyindəki iş yerinə getmək üçün xidməti maşına əyləşib. Generalın olduğu xidməti maşını evinin təxminən 200-300 metrliyində - İ.Qutqaşınlı küçəsi, 125 ünvanının qarşısında, S.S.Axundov adına 172 saylı orta məktəbin yaxınlığındakı zibil qutularının yanında dayanıb. Sürücü evdən götürdüyü zibil dolu torbanı yanında saxladığı zibil qutularına atmaq üçün maşından düşüb. Geri dönəndə isə generalın ağzından qan axdığını, maşının arxa şüşəsində güllə dəliklərinin olduğunu görüb. Sürücü generalı hospitala çatdırsa da, artıq gec olub...

KƏMALƏDDİN HEYDƏROV ƏKRƏM ƏYLİSLİYƏ GÖRƏ DANLANIB

Yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı və davranışlarına görə fövqəladə hallar naziri Kəmaləddin Heydərov hakimiyyətin üst qatında möhkəm danlanıb. Bu barədə bizi bilgiləndirən mənbənin dediyinə görə, Ə.Əylislinin deputatlıqdan sonra bütün maddi ehtiyaclarının ödənməsi K.Heydərova tapşırılıbmış. FHN şefi də bu tapşırığı artıqlaması ilə yerinə yetirirmiş: o, üstəlik, yazıçının oğlunu bir neçə il əvvəl Gömrük Komitəsində məsul vəzifəyə təyin etdirib.
Mənbənin sözlərinə görə, 1992-ci ildən - Müsavat Partiyası bərpa edildiyi gündən təşkilatın üzvü olan Əkrəm Əylisli məhz Heydərovlar ailəsinin təsiri ilə partiya sıralarından istefa verib. K.Heydərovun atası, Naxçıvan elitasının nüfuzlu fiqurlarından olan Fəttah Heydərov 1997-ci ildə Əkrəm Əylislini müxalifət partiyasını tərk etməsi üçün onunla danışıqlar aparıb. Danışıqlar müsbət sonluqla bitib və yazıçı Müsavat Partiyası sıralarından istefa verib və müvəqqəti olaraq doğma kəndinə köçüb.

Milli Məclisdə kim kimin adamıdır?

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin yaydığı rüşvət videosunda maraqlı məqamlardan biri də parlamentin siyahılar əsasında formalaşdırılması barədə Gülər Əhmədovanın dedikləridir.
Videodan göründüyü kimi sabiq deputat açıq şəkildə bildirir ki, parlament hakimiyyətin yuxarı eşolonunda təmsil olunan şəxslərin siyahısı əsasında formalaşdırılır. “Adamlar var Fərhadın adamıdır. Konkret bilirlər ki, bu Fərhadın siyahısıdır. Bu Əli Insanovun siyahısıdır. Bilirlər ki, bu Kəmaləddin Heydərovluqdur, bu Ramiz Mehdiyevlikdir, bu İlham Əliyevlikdir, bu Mehriban Əliyevalıqdır...”, - deyə Gülər Əhmədova vurğulayır.
YAP-ın rəhbərliyinə daxil olan şəxslər Gülər Əhmədovanın bu dediklərini ciddi-cəhdlə təkzib etsələr də, əslində sabiq deputatın söylədikləri barədə zaman-zaman mətbuatda yazılıb. 

20.02.2015

10 ПРАВИЛ ДЛЯ ПОВЫШЕНИЯ СВОИХ ВИБРАЦИЙ

1. Контролируйте свои мысли! Наши каждодневные мысли создают нашу реальность. Мы не говорим о том, что Вы должны отслеживать каждую мысль приходящую Вам в голову. Это могло свести Вас с ума. Просто необходимо заставить себя отказаться от негативных мыслей. Поначалу это кажется неосуществимой задачей. Но со временем, Вы поймете, что все не так сложно, вы приучите свой разум фильтровать собственные мысли. Научитесь видеть не проблему, а способы ее решения. Чем больше Вы думаете о хорошем, тем больше вы повышаете Вашу вибрацию.
2. Говорите только о том чего Вы хотите! Очень часто люди с проблемами в личной жизни, видя влюбленную пару вздыхают говорят, что-то вроде: «Вот, мол, кому-то везет, только не мне!» Стоп! Так, Вы делаете еще хуже, и следовательно так Вы только понижаете собственную вибрацию. В следующий раз скажите, что-нибудь в таком роде: «Я рад за эту пару, уверен, что в скором будущем я тоже встречу свою судьбу». Тоже самое можно перевести на деньги, не стоит рассказывать всем Вашим знакомым о проблемах в финансово плане, так Вы только усугубляете и без того, сложную ситуацию. Научитесь говорить о благополучии, деньгах и счастье, хватит пересказывать всем неудачи!

Зачем Запад хочет уничтожить русскую цивилизацию?


Основная цель любой большой войны- это переформатирование культуры (программного кода) противника в своих интересах или её полное уничтожение вместе с её носителями с последующим освоением территории и ресурсов. В основе всего прочего перечня декларируемых или умалчиваемых целей войны лежит именно эта цель. Именно это мы и наблюдаем сейчас, когда снова разгорается конфликт по линии Восток-Запад и Юг-Север. Ситуация на Украине (Малороссии) полностью отражает цель войны Запада против русской цивилизации.

Akif ABBASOV - VALİDEYNİN ƏN BÖYÜK ARZUSU: OĞUL EVLƏNDİRMƏK, QIZ KÖÇÜRMƏK

(“Acı xatirələr” romanından)

Məsmə arvadın iki qızı və Siracəddin adlı bir oğlu vardı. Siracəddin boylu-buxunlu, qaraşın bənizli, kişi sifətində bir gənc idi. Kişi sifətində ona görə deyirəm ki, indi bəzi gənclərdə qadına xas əlamətlər formalaşır. Uşaqlıqda belələrinə “qız bibi”, “ana uşağı” deyirlər. Siracəddində kişi xasiyyəti vardı. Qiymətləndirməyi də, vurulmağı da, sevməyi də, özünü sevdiyi adama həsr etməyi də, qısqanmağı da bacarırdı.
Siracəddin Müjkanı yas yerinə gələndə təsadüfən görmüşdü. Onlar qonşu olsalar da, Siracəddin qızla birinci dəfə idi ki, rastlaşırdı. əvvəllər onu görməmişdi və görə də bilməzdi. Onların uşaqlığı bir yerdə keçməmişdi. Siracəddingil bir neçə il idi ki, indi yaşadıqları mənzili almış və buraya köçmüşdülər. Onda da Müjkan artıq ailə qurub ata evindən getmiş,   məlum hadisələrdən sonra isə Moskvaya yola düşmüşdü. 

Dədəkişi Solğun - Olurmu?

Gəl, gəl gözümün nuru, gözəllər gözəlim, gəl.
Gəl ki, şad elə könlümü, ey möcüzəlim, gəl.

Bir hüsnü mələk tək görükəndə gözümə sən,
Gördükdə cəmalın yanır ağzımda dilim, gəl.

Mən ki, viran olmuş o gülün bülbülüyəm tək,
Qəfəsdəyəm, ey gül, sənə çatmır bu əlim, gəl.

Sənsiz ola hər yan mənə cənnət, nəyə lazım,
Sənsiz tökülür gör necə ömür xəzəlim, gəl.

Sən, bivəfa olma, gözəlim, Solğuna qarşı,
Dörd yana edib dərdimi aşkar qəzəlim, gəl.


Vəhhabilər hansı əsasla Suriyada döyüşürlər?

Anar Xəyali

Son günlər Suriyada baş verənlər, daha doğrusu orda öldürülən azərbaycan vətəndaşlarının cəsədlərinin vətənə dönüş xəbərləri demək olar ki, gündəmdən düşmür. Nədir onların bu ölkəyə getməsinə və orda cihad adı altında maskalanaraq vətəndaş müharibəsində iştirak etmələrini doğuran səbəblər? Səbəbləri sırayla sadalamağa keçməmişdən öncə, gəlin özlərini Suriyaya “cihada” getmiş hesab edən vətəndaşlarımızın dini təmayülü haqqında bir neçə söz deyək:
Hamımıza aydındır ki, cihad bəhanəsi adı altında Suriyaya yola düşən həmyerlilərimizin hamısı birmənalı şəkildə özünu Sələfi adlandıran el dili ilə desək, Vəhhabi dini cərəyanının bu və başqa qollarına mənsub şəxslərdir. Onlar bu gün Suriyada vətəndaş müharibəsinə qoşularaq əsasən Səudiyyə Ərəbistanında yaşayan Vəhhabi ərəb şeyxlərinin, başqa sözlə mənsub olduqları dini cərəyanın alimləri tərəfindən verilən fətvalar əsasında döyüşür. Özlərini mənsub olduqları əqidənin qaydalarına görə mücahid adlandıran bu, sələfi gəncləri daşıdıqları əqidənin üsulunca daha heç nə haqqında düşünmürlər.