22.04.2015

Евразийский банк развития объявляет Первый открытый творческий конкурс на лучшую публикацию в СМИ «Евразийская интеграция и развитие — XXI век»

С началом 2015 года, когда вступил в силу Договор о Евразийском Экономическом Союзе, тема евразийской интеграции приобрела качественно новое звучание. Вопросы создания единого экономического пространства на территории Евразии вышли за рамки сугубо экспертного теоретического обсуждения — сегодня эта уже основная тема новостей и телесюжетов, поскольку речь идет о практической реализации масштабных проектов и создании геополитических союзов, о путях развития — о будущем стран региона.
Являясь активным участником процесса региональной интеграции, понимая важность и масштабность данного исторического события, Евразийский банк развития объявляет об организации для СМИ государств-участников Банка Первого открытого конкурса на лучшую творческую работу по евразийской интеграции. ЕАБР исходит из того, что данный конкурс способен придать дополнительный импульс центростремительным интеграционным силам на евразийском пространстве, послужит развитию и укреплению как межкультурных, так и экономических связей между народами и странами региона.

«Мы самая исключительная страна в мире»


Американские политики о божественной избранности

Мы уже привыкли к тому, что любое упоминание с высоких трибун о том, что Россия – православная страна у прогрессивной российской общественности вызывает стойкое отторжение. Особое негодование традиционно вызывают слова об уникальности российской цивилизации, «русском мире» и внешнеполитических задачах России. Любая апелляция к Богу и напоминания о великом прошлом и больших задачах, стоящих перед страной, воспринимаются не иначе как проявление сектантства.

Эксперт: "Армия США не готова воевать с серьезным противником"

Недавно опубликованные результаты исследования Military Times показывают, что большинство военнослужащих США не одобряют политику Барака Обамы и не готовы воевать с серьезными противниками, сообщает LifeNews. Армия США не готова воевать с серьезным противником, утверждает военный обозреватель ТАСС, эксперт Виктор Литовкин.
"Победоносный дух у американской армии был, когда она воевала с Ираком, с Афганистаном, когда она вторгалась в Сомали и ее самолеты бомбили Ливию. Сегодня же американская армия все ближе и ближе подходит к конфликту с такими государствами, как Китай или Россия. Воевать с серьезным противником американские войска не готовы. В попытках выбить из конгресса, сената и президента побольше денег на развитие ВС, командиры рассказывают в СМИ о том, как российская и китайская армии почти приблизились к уровню развития американской армии" - цитирует слова эксперта агентство.

Без объявления войны: за шесть лет США подвергли бомбардировкам семь стран


Несмотря на то, что Соединённые Штаты официально не объявляли войны другим странам с 1942 года, а президент Барак Обама является лауреатом Нобелевской премии мира, за последние шесть лет американские войска нанесли удары по территориям семи государств. Сирия оказалась последней в списке стран, которую США бомбили без какого-либо согласия властей этого суверенного государства.

20.04.2015

Niyə mən olmadım sənə bənd axı!

Ağlım dumanlanıb, qəlbim qaralıb
Ruhum da cismim tək solub saralıb
Bu zülmət gecədə yenə tək qalıb.
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!

Qəlb evim soyuqdur məzar daşı tək
Səbirsiz bədəndə iman nə gərək
İndisə  qalmışam yetim uşaq tək
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!

Zillətə salmışam özüm-özümü
Ruhumun qalmayıb daha dözümü
Günahlar pərdə tək tutub gözümü
Niyə mən olmadım sənə bənd axı,
Nəfsimlə Şeytana qul oldum axı!


Мединский, Рогозин и Михалков предложили создать патриотический интернет

Российское военно-историческое общество в лице министра культуры Владимира Мединского, вице-премьера Дмитрия Рогозина и ряда других ученых, политиков и деятелей культуры выступили за создание патриотического интернета. Они считают, что в условиях ведущейся «войны за умы» нельзя «проспать» молодежь.

Несколько российских ученых, политиков и деятелей культуры, в числе которых министр культуры Владимир Мединский, вице-премьер правительства Дмитрий Рогозин, режиссер Никита Михалков обратились с открытым заявлением, в котором призвали создать в России «патриотический интернет», «патриотическое радио» и «патриотическое ТВ». Текст заявления опубликован на сайте российского военно-исторического общества.
Авторы обращения считают, что в XXI веке ведется «новая война – война за умы», которая «ведется с той же беспощадностью, как приходилось драться нашим дедам в Севастополе, под Сталинградом и в битве за Берлин».

19.04.2015

Access Bank Azərbaycan xalqının qanını içir

Redaksiyanın poçtundan

Hoffmann kimi yadelli işğalçılar hətta ölən kreditorların ailələrinə belə rəhm etmirlər

Hörmətli redaksiya! Yazıb Sizə bildirirəm ki, “Access Bank” Qeyri-Bank kredit təşkilatı yeznəmə nə az, nə çox -29 faizə 7000 manat kredit vermişdir. Onun 5 ayını ödədikdən sonra yeznəm qəflətən yol avtoqəzasına düşərək vəfat etdi. Vəfat etdikdən sonra da üstündə yığılan puldan kreditin 3 ayı ödənmişdir. 3 körpə uşaqları qaldı. İndi Bankın “işgüzar” işçiləri yaxamızdan yapışıb qalan pulu tələb edirlər. Xahiş edirik kömək edin, bizi, o cümlədən sələm altında inildəyən Azərbaycan xalqının digər zavallı nümayəndələrini bank zülmündən qurtarın. Hökumət bacarmırsa, açıq desin, Rusiya prezidenti Putinə müraciət edək. O Azərbaycan xalqını bu bəladan qurtarar. Onsuz da xalqın son ümid yeri Rusiyadır.

17.04.2015

Пишут из Парижа - об уроке истории в местной средней школе...

"У моего ребёнка изучают войну Наполеона. А до этого они говорили про великие открытия, в том числе про Аляску. В учебнике даже не сказано, что Аляска была открыта русскими и им принадлежала. Когда мой ребёнок (русский мальчик 12 лет) решил восстановить справедливость и напомнить этот исторический факт, то учитель УДИВИЛСЯ и НЕ ПОВЕРИЛ. На что ребёнок ему подсказал посмотреть Википедию.
Про Россию:
В учебнике написано: Наполеон был демократом, принёсшим равенство в другие страны. Про войну с Россией 1812 года - НИЧЕГО. Устно учитель говорил про победы Наполеона. Мой ребёнок тогда спросил про военную кампанию на Россию. Пришлось учителю рассказать про этот факт. Вот что он рассказал:

15.04.2015

Информационные войска США готовы к вторжению в соцсети России

Власти США будут вести борьбу с Россией с помощью социальных сетей. Информационные войска вторгнутся в сети "ВКонтакте", "Одноклассники", русскоязычные сегменты Facebook и Twitter. За год на эти цели будет выделено более 15 миллионов долларов, сообщает РИА Новости. Для сравнения, на борьбу с террористами из "Исламского государства" власти США выделили в два с половиной раза меньше — 6,1 миллиона долларов.
На базе чешского офиса Radio Free Europe планируется создать цифровой департамент — киберштаб, сотрудники которого, как заявляется, будут противостоять "дезинформации в российской медиасфере", используя для этого вышеперечисленные соцсети и мессенджер WhatsApp.

Söyün Sadıqovdan açıqlama: Abbas Abbasov çox qorxulu adamdır

Xəbər verildiyi kimi, dünən Moskva şəhərində Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FMMM) "Azərros"un növbədənkənar keçirilən VI qurultayında Söyün Sadıqov bu qurumun yeni prezidenti seçilib.
Söyün Sadıqov bundan sonrakı fəaliyyəti və qurumda baş verən qalmaqallarla bağlı fikirlərini AzNews.az-la bölüşüb: “Öncə mənə etibar etdiyinə görə Azərbaycan diasporunun nümayəndələrinə minnətdarlığımı bildirirəm. Bundan sonra fəaliyyətimizi daha gücləndirəcəyik və Azərbaycana xəyanət edən şəxslərin bu təşkilatda fəallaşmasına imkan verməyəcəyik. Bu təşkilatda indiyə qədər bəziləri xalq üçün deyil, ayrı-ayrı insanlar üçün çalışdılar. Bu da düzgün deyildi, çünki burda çalışanların hər birinin vəzifəsi yalnız təşkilat üçün işləmək idi”.

Abbasov tam iflasa uğradı - “Azərros”un yeni prezidenti bəlli oldu

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un növbədənkənar VI Qurultayı keçirilib. 
AzNews.az APA-ya istinadən xəbər verir ki, qurultayda quruma yeni prezidenti, Federal Şuranın sədri və üzvləri seçilib.
Rusiya Federasiyasının regionlarından 87 nəfər nümayəndə heyəti iştirak edib. Qurultayı idarə etmək üçün Nizami Bəşirov sədr, Yusif Xıdırov isə katib seçilib. Qurultayın Rəyasət Heyətində isə akademik Heydər İmanov, Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal və "Azərros"un fəxri prezidenti Söyün Sadıxov təmsil olunublar.

İsmail Şabanovun 50 yaşı tamam olur

Əziz İsmail Şabanov, Sizi anadan olmağınızın 50 illiyi münasibətilə təbrik edirəm. 50 yaş hər bir insanın həyatında keşmişin hesabatını vermə və gələcəyə daha müdrikcəsinə addımla məsuliyyətidir. Bu mühüm yubileydir.
Rusiyada Talış diasporu təşkilatının rəhbəri olaraq Sizin Vətənimiz Azərbaycanın mənafeyinin qorunması və nümayəndəsi olduğunuz talış xalqının tarixi-mədəni dəyərlərin saxlanılıb, gələcək nəsillərə ötürülməsi istiqamətindəki fəaliyyətiniz əvəzsizdir. Sizin Rusiyada talış xalqını təmsil etməyiniz məzmunca Azərbaycanın və onun bütün xalqların təmsilçiliyi deməkdir. Çox aydın görsənir ki, Siz bəzilərin bu məsələlər arasında həvəslə ziddiyyət axtarışını puça çıxartmısınız və bunu özünüzün həyat və fəaliyyətinizin əsas məqsədinə çevirmisiniz. Bu mənada Sizin son illərdəki fəaliyyətinizi Azərbaycanın maraqları ilə talış xalqının mənafeyini süni şəkildə üz-üzə qoymaq istəyən qüvvələrə ən yaxşı cavab da adlandırmaq olar. Prinsipial məqamlarda Siz həqiqətin və ədalətin yanında olmağı bacarırsınız. Şübhə etmirəm ki, bu Sizin ilahi mükafatınızdır.

Abbas Abbasov həbs edilə bilər - Söyün Sadıqov "Azərros"un qurultayında Polad Bülbüloğlunu tənqid etdi

Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un VI hesabat-seçki birləşdirici qurultayının yekun hissəsi keçirilib.
Dia.az APA-ya istinadən xəbər verir ki, qurultayın işində Rusiyanın 43 regionundan 87 nümayəndə iştirak edib.
Onların arasında 14 regional təşkilat, Rusiya azərbaycanlılarının regional təşkilat hüququna malik 19 yerli milli-mədəni muxtariyyəti, habelə Rusiyanın müxtəlif regionlarını təmsil edən Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri olub.
Xatırladaq ki, qurultay yanvarın 17-də başlasa da, nümayəndələrin və iştirakçıların əksəriyyətinin qəbul etdiyi qərara əsasən onun işində fasilə elan olunub. Məqsəd Tver və Nijni Novqorod vilayətlərinin regional milli-mədəni muxtariyyətlərinin rəhbərlərinin birləşdirici qurultayda iştirak etmələri üçün onlarla dialoq qurmaq olub. Bəlli olduğu kimi sözügedən vilayətlərin Azərbaycan diaspor rəhbərləri qurumun əksər üzvlərinə qoşulmaq istəməyiblər və Abbas Abbasovun dəstəyi və rəhbərliyi altında fevralın 20-də öz “qurultayı”nı keçiriblər. Həmin “qurultay”a qurumun əksər üzvləri buraxılmayıb.

14.04.2015

RASİMLƏ AYDIN ÜZ-ÜZƏ

Akif ABBASOV

(“Acı xatirələr” romanından)

Aydınla Rasim zəngləşib görüşdülər. Moskvanın mərkəzində Maroseyka küçəsində yerləşən “Brusnika” (“Mərsin”) adlanan kafedə əyləşmişdilər. Rasim həm adını eşidib üzünü görmədiyi Aydınla tanış olmaq, həm də Sima əhvalatı ilə bağlı məsləhət-məşvərət, lazım gələrsə birgə hərəkət etmək üçün onu çağırmışdı. Rasim hal-əhval tutub, Azərbaycanla, Bakı ilə maraqlanıb sonra:
-Arağı nə ilə içəcəyik? – deyə soruşdu.
Aydın da öz növbəsində:
-Tanışlığımızı qeyd eləmək yerinə düşərdi, amma... Araq olmayacaq, ona görə də sifariş də verilməyəcək, - dedi.

MİRZƏ CƏFƏR LƏNKƏRANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Azəraycanın İrandakı tanınmış alimlərindən biri olan Böyük din xadimi Ayətullah Hacı Şeyx Cəfər Lənkərani 1904-cü ildə Lənkəranda dünyaya göz açıb. Atası Molla Rəcəb Lənkəran şəhərinin tanınmış alimlərindən biri idi. Mirzə Cəfər 15 yaşına qədər atasının elmindən istifadə eərək islam dininin müqəddimə elmlərinə sahib olmuşdur. İbtidai dini təhsilini atasından aldıqdan sonra yeniyetmə vaxtı, 1920-ci ildə İrana gedir. Tehranda orta və ali səviyyədə dini elmləri öyrənir. 1927-ci ildə təhsilini artırmaq üçün Quma gələrək tanınmış din xadimlərindən, o cümlədən Hacı Şeyx Əbdül Kərim Hairi Yəzdinin elmindən bəhrələnir. Daha sonra min il yaşı olan Nəcəfi-Əşrəf elm ocağına üz tutur. Bu elmi mərkəzdə Ayətullah Mirzə Hüseyn Naini, Ayətullah Seyyid Əbul Həsən İsfahani, Ayətullah Mirzə Əli Ağa İrəvani və s. kimi alimlərdən elmi bəhrələr alıb, həm elmi, həm də əməli və mənəvi cəhətdən yüksək məqama yetişir.

Azərbaycan kommunistləri Nəriman Nərimanovun doğum gününü qeyd etdilər


14 apreldə Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri, görkəmli ədib, dövlət və partiya xadimi Nəriman Nərimanovun doğun gününü 145 ili tamam olur. Bu münasibətlə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyi N. Nərimanovun ev muzeyinin əməkdaşları ilə onun möhtəşəm abidəsi önünə tər qərənfillər qoymuşlar.

Asif Həsənli: Dollarla verilən kreditlər köhnə məzənnə ilə ödənilməlidir

Avrasiya Hərəkatı Azərbaycan təşkilatının üzvü, tanınmış hüquqşünas Asif Həsənli dollarla götürülən kreditlərin qaytarılması bağlı saytımızın suallarına cavab verir.

-Asif müəllim, dolların manata məzənnəsi dəyişdikdən sonra, banklarla müştərilər arasında ciddi narazılıqlar yaranmışdır. Aidiyyatı orqanlar konkret olaraq kreditlərin hansı məzənnə ilə ödənilməsi barədə vətəndaşlara məlumat vermək istəmirlər. Vətəndaşlar da öz növbəsində çıxılmaz vəziyyətdə qalıblar. Bir hüquqşünas kimi bu məsələyə necə yanaşırsınız? Mübahisə necə tənzimlənməlidir?
-Qanunvericiliyin tələblərinə istinad etməzdən əvvəl məlumat verməyi özümə borc bilirəm ki, ilk növbədə, bu məsələ bankla müştəri arasında danışıqlar yolu ilə həll edilməli, tərəflər müəyyən razılığa gəlməlidirlər. Bu məsələ kredit müqavilələrində də öz əksini tapmışdır. Razılığın şərtləri hər iki tərəfi qane etməlidir.

-Əgər qane etməsə? Məsələn, məlumat var ki, banklar ödəniş cədvəlini dəyişdirib müqavilənin müddətini uzatmaqla məsələni həll etməyə çalşırlar. Kredit götürən şəxslərin müəyyən hissəsi bununla razılaşmır.

Mürsəlov Mirşamil və ailəsi hansı oyunlardan çıxır?

"Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı vəziyyətlə qarşılaşmışlar. Göytəpə sakinləri düşdükləri acınacaqlı durumdan şikayətlənmiş və rayonda bir ailənin onların başına gətirdikləri oyunlardan söhbət açmışlar. Aydın olmuşdur ki, Göytəpə sahibkarları özlərinə məxsus olan ərazidə ticarət obyektləri tikərkən rayonun baş üzəduranı kimi tanınmış Mürsəlov Mirşamil Miradil oğlunun təzyiqi ilə üzləşirlər. Mirşamil həmin əraziyə gəlir və tikinti yerinə Heydər Əliyevin şəkli olan plakatları vuraraq ərazinin ona məxsus olduğunu bildirir.
Araşdırma zamanı üzə çıxmışdır ki, Mirsəlov Mirşamil belə hərəkətləri həmin yeri zəbt etmək məqsədilə edir. Saxta sənədlərlə məşğul olan, pozğunluqla ad çıxarmış, dələduz işlərə bulaşmış bu qondarma seyidin tamahkarlığı haqqında rayon sakinləri fantastik əhvalatlar söyləmişlər. "Geniş meydan" media qurumunun Mirşamil MÜrsəlovun macəralarından bəhs edən süjeti elə belə də adlanır: "Göytəpə macəraları".

12.04.2015

Böyükxan Bağırlı dünyası

Həm manerası, həm də yazı mədəniyyəti etibarilə çoxlarına oxşamayan, reportajvari stildə yazılmış şirin, oxunaqlı əsərlər yaradır

Onun hekayələrində təsvir olunan mənzərələr təbii təsir bağışlayır və asan da oxunur

 Bədii yaradıcılıq istedad tələb edir və bəzən həqiqi istedad sahibi illər boyu yazıb-yaradır, daxilən zənginləşə, püxtələşə-püxtələşə əsərlərini cilalayır. Şəxsiyyətinə və bədii zövqünə hörmət bəslədiyim Böyükxan Bağırlı xarakterizə eləmək istədiyim bu cür yaradıcı şəxsdir. Böyükxan müəllimin ara-sıra qəzetlərdə, saytlarda rast gəldiyim yazılarını böyük maraqla oxuyuram. Yazı manerasında və redaktorluq fəaliyyətində maarifçilik deyilən bir ab-havanın üstün bir cəhət olduğu açıq-aydın görünməkdədir. Bir çox psixoloji əsərlərində isə insan qəlbinin dramalarını yaradıb. O, sözdən ehtiyatla, zərgər dəqiqliyi ilə istifadə edən və sözün üstündə əsim-əsim əsən lirik-psixoloji hekayələr ustasıdır.

10.04.2015

İran və ətrafdakı rəqiblər

Bu barədə yazmaya bilmərəm. Müsəlmanlar içərisində yol ayrılığı var. Ən böyük yol ayrılığı da şiə və "sünni"dir. Şiələr bir dövlətdə hakimdirlər- İranda. İraqı da daxil etmək olardı, amma, unutmamalıyıq ki, ora işğaldan azad olmayıb. 
Digər müsəlman ölkələrində hökumətlər "sünni"dir. Çox sayda dövlətdir. Həmin dövlətlərdən Körfəz monarxiyaları (Oman istisna olmaqla) İranla düşmən, Misir, Türkiyə və Pakistan İranla rəqib, Afrikada yerləşən bir çoxu da elə Körfəz monarxiyalarının sözü ilə oturub durandırlar. 

Zabil Mədoj: Məqsədimiz TMV-ni sputnik dalğalarına çıxartmaqdır

Talış Milli Hərakatında müstasna yeri olan,TMV TV yaradıcısı və rəhbəri, şair Zabil Mədoj ilə müsahibəni sizə təqdim edirik.

-Salam, Zabil müəllim, sizi oxucular adından salamlayırıq. Oxucularımızın əksəriyyətinin gənclər olduğunu nəzərə alıb özünüz haqqında ətraflı məlumat vermənizi xahiş edirik.
-Hər vaxtınız xeyir olsun, əleyküməsalam! TalyshPost-un oxucularını əziz bayramımız olan Nəvuzun daxil olmağı münasibəti ilə təbrik edir və onlara işlərində uğurlar diləyirəm. Özümün barəsində nə deyə bilərəm? 12 iyul 1962 cı Masallı rayonun Mədo (Mahmudavar) kəndində anadan olmuşam. Orta məktəbi başa vurandan sonra 1978-ci ildə Bakıda 14 nomrəli peşə məktəbində oxumuşam. Atamın xəstəliyi ali məktəbə daxil olub oxumağıma çətinlik törətdiyindən, bir müddət Nərimanov neft mədənində neft quyularının istismarı üzrə yeraltı və yerüstü operator vəzifəsində işləmişəm. 1980-cı ildə Sovet ordusu sıralarına çağrılmışam. 1982-ci ildə ordudan tərxis olunub doğma kəndimə qayıtmışam. Artıq təhsil almaq imkanım olmadığımdam içtimayi əməyə başlamışam.

Yazıçı fantaziyası və reallıq

Elşən Cəfərov

Tarixdə yaşamış bəzi fantast yazıçılar yazdıqları fantastik sayılan əsərlərin zaman keçdikdən sonra həyata keçməsi, bəzi araşdırmaçıların məhz bu yazıçıların əsərlərini araşdırmaqlarına səbəb olmuşdu. Onlardan biri bizim Yusif bəy Çəməzəminli fantast yazıçı olmasa da, yazdığı “Gələcək şəhər” əsərində baş verənlər artıq bir çoxu həyata keçmişdi. Əsər 1933-cü ildə yazılmışdı. Əsərdə təyyarələrin on beş və daha artıq mərtəbəli binaların damına qonması, həkimlərin video görüntü ilə xəstələrə baxması, müasir liftlər, mobil video telefonlar və təbiətin idarə edilməsi, şəhərdə havanı təmizlənməsi üçün yağışın yağdırılması göstərilirdi. Sadəcə axırıncı bu təbiətin idarə edilməsi hələ ki, həyata keçməyib. Ədəbiyyatşünaslar hesablayıblar ki, məşhur fransız ədibi Jül Vernin yüz səkkiz fantastik ideyasından yalnız onu səhv və ya prinsipcə gerçəkləşməyəcək idi. 
Videonəzarət- Harri Harrison “Mən səni görürəm” (1959) əsərində hər şeyin – bütün insanlar və əşyaların bir kompüter şəbəkəsində birləşdirildiyi aləmi təsvir edib: hətta stullara da video gözlük quraşdırılır, elektron beyin isə insanların bir yerdən başqa yerə hərəkətinə nəzarət edir.

Ibrahim Quliyev - Unutdurulan müharibə və biz

“Çanaqqalada yüksələnlər” bizi bir daha özümüzə diqqətlə baxmağa vadar edir

Hansısa bir kitabda oxumuşam ki, dünyanın 5 min illik tarixinin 3 min ili müharibələrdə keçib. Hətta tarixdə yüzillik müharibələr də olub. Uzun illər sovet tarixçiləri bütün müharibələri ədalətli və ədalətsiz deyə iki qismə bölüb, nəticənin yalnız hərbi qüdrətdən, texnikanın gücündən asılı olduğunu iddia edərək məğlubiyyət və zəfərə qiymət veriblər. Amma bu şərti bölgülərə sığmayan, daha doğrusu, topun, tüfəngin, təyyarənin gücündən asılı olmayan savaşlar da tarixdə az deyil. Siyasət, hərbi strategiya bilmədən döyüş meydanına atılıb, yalın əllərlə düşmən üzərinə yürüyərək haqqa sahib olanlar bu dünya tarixinin qızıl – qırmızı səhifələrini yazıblar. Onlar haqq, əqidə, Allah rizası üçün döyüşərək qanlı köynəklərindən zəfər bayrağı yapıblar. Tanrı ruhlarını özünə qonşu etsin!

Hacı Fərman Azançı - Yatmısansa oyan!

Sən əsərsən böyük, insan, yatmısansa oyan!
Xəlq edib xaliqi-sübhan, yatmısansa oyan!

Şeytana olma nökər, ta ki bəlalar çəkəsən,
Səcdə qıl rəbbinə hər an yatmısansa oyan

Xilqətin əşrəfisən, həm cahanın sahibisən,
Şükr edır Allaha hər can, yatmısansa oyan!

Ömrü bihudə verən dəhrdə, üqbadə yanıb,
Olacaq halı pərişan, yatmısansa oyan!

Səcdə qıl Rəbbinə, dünyadə, təkəbbürdən keç,
Qıl namaz, aç oxu Qur`an,yatmısansa oyan!

Nəfsinin hakimi ol, uymaginən şeytanə,
İblisin ordusu hər yan, yatmısansa oyan!


“Talış” sözünün mənası haqqında yeni yozumlar

Tofiq Əzizov
Tarixçi, arxeoloq

Talışlar yığcam şəkildə Azərbaycan Respublikasının cənub-şərq hissəsində və İranın Gilan vilayətində yaşayırlar. Talışlar özlərini “tolış” adlandırırlar. Azərbaycan türkləri onlara “Talış” deyir. Rus ədəbiyyatında isə onlar “talışlar”, bəzən də “talışlılar” adlandırılmışdır (Bax: Б. В. Миллер. Талышский язык. Москва – 1953, s. 9). XIX əsrin 80-cı illərində Lənkəran qəzasında olmuş rus tədqiqatçısı D. A. Kistenyev talışları etnik xüsusiyyətlərinə görə, talışlara, zuvandlılara, oratlılara, pornaimlərə və alarlara bölmüşdür (Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 29; Talışlar – Vikipediya). Sonralar aparılmış tədqiqatlar nəticəsində məlum oldu ki, ana dili Azərbaycan türkcəsi olan alarlar mənşəcə talış deyil, türkdür (Bax: Tofiq Əzizov. Alarların mənşəyi haqqında, avrasiya.info). 
Talış sözünə toponim kimi məhz bu formada rast gəlinən ən qədim yazılı mənbə Həmdulla Qəzvininin (1280 – 1349) “Nüzhətül-qülub” əsəridir. Həmin əsərdəki bu məlumat belədir: “Sultaniyyə-Ərdəbil yolu... Xalxala kimi 6 fərsəxdir, sonra Talış kəndinə kimi 6 fərsəx və daha sonra Ərdəbil şəhərinə 6 fərsəxdir (Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı – 1989, s. 171).

Hüsamə bin Sərxan - Sovet adamı


Bu fikirlər Sovet İttifaqı Kommunist Partiyasının XXV qurultayına hesabat məruzəsində əksini tapmışdır: “... ötən altımış illiyin ən mühüm yekunu sovet adamıdır. Elə bir adam ki, azadlıq qazanıb onu ən ağır döyüşlərdə qoruya bilmişdir. Elə bir adam ki, qüvvəsini əsirgəmədən və heç bir fədakarlıqdan çəkinmədən  gələcək qurmuşdur. Elə bir adam ki, bütün sınaqlardan çıxaraq özü də tanınmaz dərəcədə dəyişmiş, ideya inamını  və böyük həyat əzmini , mədəniyyəti, biliyi və bunları tətbiq etmək bacarığını özündə birləşdirmişdir”.

09.04.2015

Hüsamə bin Sərxan - Mənə abi demə

İki ildi tanıyıram onu. Adı S.-dı, öz yerində, həm də təsisçisi və müəllifi olduğum xəyallarımın bankıdı.
Kənd qızıdı, şəhərdə gözəllik salonu işlədir, attestatı yoxdu, amma “Kamasutra”nı əzbər bilir, fəlsəfəsini anlayır. Hamı onu qədim peşənin müasir daşıyıcısı hesab edir. Bütün kişilər (ən azından mən tanıdığım) ondan ötrü namazdan-orucdan imtina etməyə hazırdı. Elələri var ayağını yumağa, ev-eşiyini satıb ona xərcləməyə razıdı. Zira, onun peşə fəaliyyətindəki ölçü və ülgiləri humanist əhval-ruhiyyəsindən qaynaqlanır. Gülməlidir, hə?.. Hər halda belədir.
Anasını dünyalar qədər sevir. Atasının kim olduğunu bilmir. Heç iki bacısının, iki xoşqeyrət qardaşının da atalarını tanımır. Böyük qardaşı şəhid olub.

Etibar Salmanov - Ümidlərimə

"Bir damla sən düşər/ Gecədən ümidlərimə". Tural Sahab

İstəyirəm ömrümə sən də ömür qatasan,
Közə dönən qəlbimə sən bir yağış olasan.
Bu acıya, həsrətə özün bir son qoyasan,
Gəl gülüm, gəl artıq -həyat ver ümidlərimə.

Gəl, bəlkə sənə sevməyi öyrədə bildim,
Sənsiz günlərə, gecələrə bitməz dedim.
Dualarımda onu mənə yetir, dedim,
Tək çarə Sənsən Allahım, ümidlərimə.

Hər anımda qəlbimdə- Sən, dilimdə- Sən,
Min ümidlə yazdığım hər şeirimdəsən.
Hər sətirdə Sən sevgisən, Sən həsrətsən,
Bəlkə, bir gün oxuyar, dedim, ümidlərimə.


Etibar Salmanov - Dinlə məni

ÇƏKİL, DUMAN

Çəkil duman, gəl bürümə dərələri, dağları,
Çəkil, yol ver, qoy gülsün üzümə gözəl təbiət.
Gözlərim oxşasın başı qarlı, uca dağları,
Üzəri buz bağlamış dəli, dolu çayları.

Çəkil duman, sıxma,üzmə kövrək ürəyimi,
Çəkil, qoy dillənsin incə, zərif hisslərim.
Təbiətlə həmahəng deyim nəğmələrimi,
Köksümə sığmayan odlu şeirlərimi.

Bir gözəlin sevdasından başım dumanlı,
Ona baxan gözlərim fikirli, həm xəyallı.
Çəkil başımdan, qoy açılsın tutqun gözlərim,
Məni sevəcəyinə axı qəlbim gümanlı.


Şeirləri də özü kimi səmimi şair

Balafət Səfanın şeirləri hər birimizin oxuya biləcəyi və hərəmizin özünə sirr bildiyi taleyindən soraq verən şeirlərdir

 Şair Balafət Səfanın şeirlərini uzun müddətdir ki, həm mətbuatdan oxuyur, həm də arada oturduğumuz Fuadın kafesində öz dilindən eşidirdik. Mənə hərdən elə gəlirdi ki, Balafətin şeirləri öz səsinin üstündə yazılıb və bir az ehtiyatlılıq tələb edir ki, bu şeirləri kağıza və ya başqa bir səsə köçürəndə şeirin qanadları sınmasın. Çünki qəzetlərdə oxuyurdum, ləzzət eləmirdi, elə ki öz dilindən eşidirdim, valeh olurdum, adamı öz sehrli aləminə qapayırdı. Öz şeirlərini ustalıqla ifa eləyir və onun səsi şeiri sənət əsərinə çevirir. Məsələn, yeri gələndə səsi yavaşıyır, bəzən də elə olur ki, hər hansı bir misranın üstünə səsini elə çırpır ki, az qala misra çilik-çilik olsun. Deməli, belə müəyyən etdim ki, o şeirlərdəki fikirləri yaxşı tanıdığından həyatda onları necə yaşayıbsa, o cür də misraların üstünə “qışqırır”, bəzən də yazığı gəldiyindənmi hər hansı bir həyat detalını ifadə edən bir misranın başını sığallayır, ona ürək-dirək verir.

Anekdotik ölkəm

Rauf Qubadov

Azərbayçanda sıradan bir sadə vətəndaş hər hansı kiçik bir haqqını tələb edib alması üçün gərək hökmən klan üzvü ola, ya da mafiya mənsublarına yaxınlığı ilə seçilə. Bəs onda bu qədər məmur, hüquq nuhafizə orqanları, polis nəyə lazımdı? Ölkə idarəçiliyində yer almış "seçilmiş kasta" haqqı tapdalaya-tapdalaya gedir.
Elə lap bu ASAN xidmətinin yaranması. Heç bir ölkədə belə qurum açıq-açığına fəaliyyət gostərmir. Bu da məmurların öz işlərini guya görə bilməməsi ilə əlaqələndirilir. Bəs görə bilmirsə, niyə tədbir görülmür, ağsaqqal? ASAN xidmətində qazanç şəffaf olduğundan ona üstünlük verilir. Burda bir işə görə iki yerdə əmək haqqı alınır. Bir dövlət məmurluğuna görə, bir də ASAN xidməti işciliyinə görə. Əmək haqqı isə vətəndaşların ciblərindən ödənilir. Heç də xalqın xeyrinə deyil, öz ciblərinə xidmət edirlər. Azərbaycanda demək olar ki iş adamı yoxdur. Məmurlar həm iş adamıdı, həm də məmur. Normal ölkələrdə belə deyil; bu qanuni sayılmır, yəni məmur iş adamı ola bilməz. Azərbaycanda da qanun içazə vermir, deməli qanunları elə yuxarıdan pozurlar. Belə halda adi vətəndaşın qanun pozuntusuna yol verməsinə gorə çəzalandırılması heç də ədalətli görünmür. Pafoslu gəlişigozəl sözlərin Azərbaycanda qara qəpik də dəyəri yoxdur.

Səudiyyə təcüvüzünə qarşı Moskvada həmyerlilərimizin aksiyası


8 aprel 2015-ci ildə Moskva şəhərində həmyerlilərimiz tərəfindən Səudiyyə Ərəbistanı və onunla koalisiya dövlətlərinin Yəmənə vəhşicəsinə hucumuna qarşı etiraz mitinqi keçirilmişdir.

08.04.2015

Lütfəli Həsənov - Liberal olmalısan


İstəsən ömrün uzansın, liberal olmalısan,
Qulağı kar, gözü kor, nitqi də lal olmalısan.

Birinin xidməti az, hörməti çoxdur, sənə nə?
Birinin ağzı zəhər, sözləri oxdur, sənə nə?
Birisi rüşvət alır, vicdanı yoxdur, sənə nə?
İşləri yoxsa səninlə, dili bal olmalısan.
İstərsən ömrün uzansın, liberal olmalısan.
Qulağı kar, gözü kor, dili də lal olmalısan.

Bəzəyib sərçəni turac eyləyən, qoy eyləsin,
Xalqın əmlakını tarac eyləyən, qoy eyləsin,
Doğrunu oğruya möhtac eyləyən, qoy eyləsin.
Kim deyir sənə hər işdə düz, fəal olmalısan?
İstəsən ömrün uzansın liberal olmalısan.
Qulağ kar, gözü kor, nitqi də lal olmalısan.

06.04.2015

Amerikanın dəhşətli 100 yolu

Con Tirman: ABŞ dünyanı ən çox çirkləndirən ölkədir

Amerikalı məşhur alim Con Tirmanın Amerikanın 100 yolla dünyanı öz toruna salması (100 ways America screwing up the world) kitabı ona dünya şöhrəti gətirsə də, bu uğur çox böyük ittihamlar, təhdidlər bahasına başa gəldi. Doqquz elmi kitabın müəllifi olan Con Tirman Xüsusi Elmi Axtarış bürosunun direktorudur. New York Times, Vashington Post, The Nation, Uoll Strit kimi məhşur jurnal və qəzetlərdə müntəzəm çıxış edən alim Kembricin Massaçutis şəhərində yaşayır. C. Tirman təhsilini Boston Universitetində bitirib, siyasi elmlər üzrə Fəlsəfə doktoru adını alıb. 1981-ci ildə isə o, Siyasi Nəzəriyyə üzrə mütəxəssis olub.  Tirman hazırda Massaçutisin Texnologiya İnstitutunda işləyir. İslaminsesi.org saytı Amerikanın 100 yolla dünyanı öz toruna salması kitabından seçmələri oxuculara təqdim edir.

Hər hansı güclü bir dövlətin bəzi hücumları Yer kürəsində insanlara ciddi təsir edir. Bəzi hallarda nəticə gözlədiyimizdən daha dəhşətli olur, məsələn, soyqırım baş verir.
Tarix boyu qatı açılmamış və qarşısıalınmaz hücumlar çox vaxt məqsədsiz törədilsə də məhvedici olur. Müəyyən vaxtdan sonra isə mədəni müxtəlifliyin aradan qalxmasına səbəb olur. Aydın görünən bir sıra problemlərə (QİÇS - İnsan İmmundefisit Virusu) göz yumulur və beləcə məsuliyyətdən qaçılır.

02.04.2015

Akif ABBASOV - EMİLİN YAS YERİNDƏ

“Acı xatirələr” romanından

 Kənd əhli Emilin yas məclisinə  gəlmişdi. Emilin iki uşağı qalmışdı. İkisi də qız idi. Moskvada arada o nəsə alır: “Evində qız uşağı varsa, tədbirini vaxtında görməlisən ki,  sonradan gücə düşməyəsən!”   Bu, mənim qənaətimdir! Kimin  qızı varsa, dediyimə əməl eləsin. Soruşsalar bunu haradan öyrənmisiniz, kim deyib? Onda cavab verərsiniz -  özümüz bilirdik bunu”.
Emilin qızlarının biri yeddi, o biri doqquz yaşında idi. Atalarının ölümü onlara çatmırdı. Daha doğrusu, onun ölümünə heç cür inanmırdılar. Sağ-salamat Moskvaya yola salmışdılar, sağ salamat da qayıtmasını gözləyirdilər. Həm də Emil verdiyi sözə əməl eləyən idi. Söz vermişdi ki, tezliklə qayıdacaq! Qızlar nə vaxtdandır onun yolunu gözləyirdilər. Çoxdan idi atalarını görmürdülər.   Telefonda səsini eşidir, internetlə göndərdiyi şəkillərinə baxırdılar. Qızlar da ona öz şəkillərini, evdəkilərin şəkillərini göndərirdilər. 

31.03.2015

VƏHHABİLİK – SİONİZMƏ XİDMƏT EDƏN TƏRİQƏT

Təməli ingilis müstəmləkə siyasəti ilə qoyulmuş vəhhabilik islam cəmiyyətlərini daxildən gəmirən əqrəbdir

Vəhhabilik barədə müxtəlif mənbələrdə ən müxtəlif məlumatlara rast gəlinir. Bu məlumatların sistemli-məqsədli təhlili isə açıq-aydın göstərir ki, vəhhabilik cərəyanı islam cəmiyyətlərini parçalayıb zəiflətmək, onların vəhdətini pozmaq məqsədilə İslam düşmənləri tərəfindən ortaya atılıb. Maraqlıdır ki, burada düşmənlərin hədəfləri aydın olduğu qədər də, seçimi müstəsna uğurlu olub. Söhbət vəhhabiliyin «ideoloji memar»ı Məhəmməd ibn Əbdül Vəhhab Təmiminin (Nəcdi) şəxsi keyfiyyətlərindən gedir. Bu barədə aşağıda ətraflı söhbət açacam.

30.03.2015

İRANIN ELƏ BİR RƏHBƏRİ VAR Kİ, DÜNYADA TAYI-BƏRABƏRİ YOXDUR

Seyid Həsən Nəsrullahın dünənki çıxışından

1.Bəh-bəh. Ərəblərin güc və qeyrətinə baxın. 1948-ci ildən bəri Filistin qan ağlayır. Harada idi sizin şimşəyiniz?
2.Filistin 1948-ci ildən bəri əziyyət çəkir, Livan isə 1984-dən. Biz sizdən heç bir dəstək görüb, eşitmədik. Nə koalisiya (birləşmək), nə də ki heç nə.
3.Bəziləri iddia edir ki, Yəmən əleyhinə yaranmış ərəb koalisiyası sünniləri mudafiə etmək üçündür. Filistinlilər də sünnüdür, haradadır sizin müdafiəniz?
4.Siz Filistini İsrailə və Amerikaya satdınız. Siz iddia edirsiz ki ərəbləri mudafiə edirsiz? Bəs Filistinlilər ərəb deyil?
5.İsraili heç vaxt gözünüzdə düşmən hesab etməmisiniz. Bu sübut olunub.
6.Yaxşı, gəlin sizi bəhanələrinizi sadalayaq. Deyirsiz ki, Yəmənə hücum etmə səbəbiniz, bu inqilabın Səudiyyə hökümətinə zərər verməsinin qarşısını almaqdır. Budur sizin səbəbiniz?! Bu zarafat deyil, siz bu cür gülünc səbəblərlə muharibə edirsiniz. Sizin dininiz Buşun dinidir?

Elxan Zaman görün nə deyir

Elxan Zaman

Qərb vahhabini və nurçunu seçib, rus isə şiəni...

Ukraynada qanuni seçilmiş Yanukoviçi devirəndə bu olur demokratiyanın qələbəsi, Yəməndə qəsbkar və saxtakarlıqla seçilmiş prezident devrilənde bu olur qanunsuzluq?! Belə riyakarlıqla, ikiüzlülüklə kimə gəlirsiz, kimə gəlmek istəyirsiz, ay demokratiya mübarizləri?! Bəşər Əsəd asqırsın sizin demokratiyanıza, necə ki, asqırıb da...
***
Bu gün bizim kimi kiçik ölkələr mütləq bir birliyin üzvü olmalıdır, yoxsa məhv ediləcək... Qərb vahhabini və nurçunu seçib, rus isə şiəni... Ona görə bizim yerimiz Avrasiya Birliyindədir.
***
Media o qədər yalan və nahaqq danışır ki, insanlar artıq onların doğru məlumatlarına belə şübhə ilə yanaşırlar...  Fikir verirsiniz, ANS-dən tutmuş “Azadlığ”a qədər demək olar ki bütün media quruluşları Suriyadakı terrorçu vahhabiyə “müxalifet”, səud, qətər ve küveyt kimi vahhabi terror qruplaşmasına isə “koalisiya qüvvələri” deyirlər... Sizcə niyə? Niye bunlar terrorizmin dəstəklənməsində, zülmün güclənməsində iştirak edirlər?

TÜRKƏM - DEYƏN BƏYLƏRƏ

Sərdar Şəmsiyev

Sizlərdən birinə yazdığım cavabdır, amma bu hamınıza aiddir

Mən səxsən sizi yox, dalınca düşdüyünüz beyinsiz ideologiyanı tənqid də yox, təhqir edirəm. Çünki geridə qalmış, kif iyi verən ideologiyadır. Belə olmasaydı, öz vətənimizi də axmaq ideologiyanın əlində əsir-yesir edib, ailələri dağıtmaqla məşğul olmazdınız. Siz bambılılar türklüyünüzdən əl çəkmədiyiniz kimi, ləzgi də, talış da, elə qeyriləri də sizdən qeyrətsiz deyillər ki, öz köklərindən imtina etsinlər. İndi siz bambılılara görə bu millətin nümayəndələri bir-biri ilə dəfələrlə evlənib övladlar yetişdiriblərsə, artıq bir neçə nəsil belə qarışıq nikahlardan qanında türk-talış, ləzgi-avar və digər soyların qanlar axan bir fərd özünü ancaq türk hesab edə bilərmi? Edə bilməz, amma AZƏRBAYCANLI hesab edə bilər. Çünki ölkənin adı toplayıcı ad kimi hamımızı birləşdirir. Mərhum Heydər Əliyevin bütün fikirlərini qəbul etməsəm də, onun bu millətin "AZƏRBAYCANLI" adı ilə bağlı fikri ilə tam razıyam. Biz nə Türkiyə, nə Orta Asiya, nə Altay, nə də Orxon-Yenisey türkü deyilik, özü də lap çoxdan, azından Nizami Gəncəvidən də bir az o yandan, çünki məhz o vaxtlardan Türkiyə və qeyri-türkdilli məmləkətlərdən fərqli bir dildə, mədəniyyətdə formalaşmış xalqıq. 

Rusiya - məzlum xalqların son ümid yeri

Rauf Qubadov

Azərbaycanın Rusiya ilə əlaqələrinin iki əsrdən cox tarixi var. Bu illər ərzində Rusiyada təhsil, elm və texnikanin sirlərinə yiyələnmiş çoxlu elm adamlarımız, eləcə də digər sahələrdə dəyərli mutəxəssislərimiz yetişib ərsəyə gəlmişdir. 
Tarix boyu ata-babalarımızın düşünüb Rusiya yolu seçməsinə biz qətiyyən şubhə ilə yanaşmamalıyıq. Dünyada bütün sahələr üzrə birinçi yeri tutan Rusiya ilə əlaqələrimiz getdikçə genişlənməlidir. Eləçə də keçmiş SSRİ-nin tərkibində olan bütün respublikalarla hərtərəfli əlaqələr qurmalıyıq.
Son hadisələr Rusiya prezidenti Putinin haqqın carcısı olduğunu və Rusiyanın dunyada əzilən xalqların müdafiəsinə qalxdığını göstərdi. Putin öz əməlləri ilə sübut etdi ki, məzlum xalqların müdafiəçisidir. O, milli ayrı-seçkiliyin də əleyhinə çıxdı.
Putin açıq şəkildə öz tərəfdaşlaını müdafiə edəcəyini və istənilən yardımı gostərəcəyini bildirdi. Suriya və Yəmən timsalında bunu oz əməlləri ilə gostərdi. Suriyadan başlanan vəhhabi terrorizminin qarşısı da məhz Putinin köməyi ilə alındı.
Putin dünya müsəlmanlarının yaralı yeri olan Fələstin probleminə də öz obyektiv münasibətini nümayiş etdirdi. Onun Fələstinin müstəqilliyi barədə verdiyi açıqlama coğrafiyalarımıza soxularaq qanunsuz dövlət qurmuş İsrail üçün xoş olmadı. Rusiya dövlət başçısı şərqi Qüdsün paytaxt olması şərtilə Fələstin dövlətinin qurulmasına kömək edəcəklərini bildirdi. Putin bildirdi: “Fələstinlilər paytaxtı şərqi Qüds olmaqla, rahat yaşaya biləcək müstəqil bir dövlət qurmaq haqqına sahibdirlər. Rusiya tərəflərin danışıq və müzakirələr vasitəsilə bu istiqamətdə məqsədə çatmağı üçün dəstəyini əsirgəməyəcək”.

Həmid Herisçidən Əli Əkbərə cavab

HƏMİD HERİSÇİ

Qışdan sağ-salamat çıxdınmı, soyuqları arxada buraxıb baharın ilk ilıq nəfəsini xəstə ciyərlərinə çəkdinmi, hazır ol, əvvəlcə lirik duyğular, hisslər könlünü kövrəldəcək. Növbəti baharın bu şeiriyyatını mən, köhnə tanışlarımın Nardarandakı həyət evində qəfildən, birdən-birə hiss etdim. Küncə bağlanmış ”Boz” adıyla cağırdıqları vəhşi qoyun iti,  kölgəmə tərəf xeyli hürsə də axır tez də öyrəşdi mənə. Birdəfəlik susdu. Bu sakitlik əvvəlcə çox yad, qorxulu göründü mənə. Başımı özümdən ixtiyarsız aşağı sallayıb, ayaqlarım altındakı boz torpağa dikdim gözlərimi. Az sonra yuxarı, səmaya baxanda üzərimdə yanar bir ulduz aşkarlayıb buna bərk diksindim. Ulduzun reallığına bir an inanmadım.
Çox sonra inandım bu ulduzun reallığına. Bu da bəs etdi ki, evə keçib feysbuk “divar”ıma baxıb aşağıdakı lirik statusu həkk edim: “Çox təkləndim. Çox tək qaldım... Hərdən aylarla evdən küçəyə çıxmadım... Bunlar təsirsiz ötmür... Hiss edirəm ki, insanlarla təmas nöqtəsini unutmuşam... Başqalarıyla deyil, elə hey özümlə söhbət edirəm... İnanmıram daha bir başqa insanla nə vaxtsa dost olum. Bunu dərk etmək də ağırdı... Evdə tək-tənha...işdə tək-tənha...küçələrdə tək-tənha... İnsanlarmı məni itirdi, yaxud mən onları? Bilmirəm.

28.03.2015

Demokratiyanın iflası, yoxsa iflasın demokratiyası?

İbrahim Quliyev

Bizdə məsəl var, hər kəs közü öz qabağına çəkər. Buna böyük siyasətdə dövlətlərin marağı deyilir. Məsələn, “İngiltərənin əbədi dostları yoxdur, əbədi maraqları  var” qanadlı ifadəsi Çörçilə məxsusdur. Tetçer isə deyirdi ki, “Siyasətdə dostluq anlayışı mənafe kimi qəbul edilməlidir”. Bütün bunlar böyük evolyusiyanın sonunda bəşəriyyətin gəldiyi yekun qənaətdirmi? 
Bunun son və yaxud yekun qənaət olub-olmadığını bilməsək  də, amma bir həqiqət var ki,  bu gün dünyanın super gücləri dünya idarəetməsində bu prinsipdən çıxış edirlər.  Balaca dövlətlərin hakimiyyət orqanları isə əksinə, közü xalqlarının əlindən alıb, öz qabaqlarına çəkməklə məşğuldurlar. Bu da əslində qlobal idarəetməni həyata keçirənlərə əlavə dəstəvuz verməkdir. “Dünya süfrəsindən kənrda qalan” və  hədsiz var-dövlət hərisi olan ikinci-üçüncü dərəcəli ölkələrin başçılarının yürütdüyü daxili siyasət onları öz xalqlarından ayırmaqla istər-istəməz vassala çevirir, asılı edir.

24.03.2015

FƏRZULLA OCAQLI - Ürəyim yanır gizlicə

Qurban

Eşitdim, sən məni tərif edirsən.
Dediyin sözlərə, dilinə qurban.
Məni bağçanıza dəvət edirsən,
Bağbanına qurban, gülünə qurban.

Cənnət maralısan yoxsa buranın?
Nə dərd-qəmi qulluğunda duranın!
Səni yaradanın, bəzək vuranın
Qələminə qurban, əlinə qurban.

Fərzullayam, düz yazmaqdır sənətim
Ona görə eldə vardır hörmətim.
Bu canım, bu malım, bu da dövlətim-
Hamısı o qara telinə qurban.


İŞİD ABŞ cinayətlərinin izlərini itirir

İraq ABŞ-ın işğalından yenicə azad olduqdan sonra, ölkə ərazisində terror təşkilatları baş qaldırdı. Qonşu Suriyada 2011-ci ildə başlanan terror hərəkatı ölkəni dağıdmağa başladı. Suriya ərazisində ABŞ-ın silah və digər dəstəyi ilə İŞİD terrorçuları Suriya ərazisindən keçərək İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ilin iyun ayında işğal etdi. Mosul İŞİD tərəfində işğal edildiyi zamandan bu günə kimi orada olan tarixi abidələr dağıdılır. İŞİD terror təşkilatı İraq ərazisində olan qədim tarixi özündə əks etdirən mədəni abidələrin dağıdılması ilə son günlər dünya mətbuatının diqqətini özünə çəkib. Bunu İŞİD terrorçuları nəyə görə edir? Bu suala cavab isə çoxlarını düşündürür. İŞİD terrorçuları bunu şirk və bidət olduğunu və ona görə dağıdıldığını deyərək, öz vəhhabi ardıcıllarını daha da bu işə həvəsləndirir. Əslində isə bu işin arxasında başqa məqamlar dayanıb. ABŞ İraqı işğal etdiyi dövrdə İraqdan xeyli sayda tarixi-mədəni abidəni oğurlayıb.  ABŞ Hərbi Hava Qüvvələri isə Mesopotamiya dövrünə aid tarixi məkanları və abidələri bombardımana məruz qoyaraq dağıdıb. İraqın və dünyanın tarixi irsi olan bu əvəzedilməz abidələr ABŞ tərəfindən talanaraq aparılıb.

23.03.2015

Ələddin Əzimov - Nura doğru

Tənhalıq

At, 
At məni.
Adaların birində,
Qərib küçələrin tinində.
Unut,
Unut məni.
Poz,
Poz beynindən
Ötüb keçənləri,
Mənim tör-töküntülərimi.
Sil,
Sil əmizlə ürəyini.
Onsuz da tənhayam
Bir yolluq tənhalaşım.
Minlərlə, 
Milyonlarla insanlara
Qaynıyıb-qarışım.

MANATA GİZLİ MƏKTUB

Şirin Xanım Kərimbəyli Şadiman

Deyirəm ki, vallahi-billahi bu dünyada inanmaqdan pis şey yoxdur. Kiməsə, nəyəsə ürəkdən inanasan, sonra o sənin inamını qəfildən vura yerə …Bütün ümidlərini itirəsən bir anın içində! Necə ki, MANAT, sən bizim ümidləri bir gecənin içində atdın ayaqlar altına. Cənab manat, mən biz deyəndə kasıb-kusub təbəqəni nəzərdə tuturam. Elə o kasıb-kusubdan biri də mən özüməm. İnanıb sənə bir-iki manat dala atmışdım yaman günüm üçün… bir də eşitdim ki, kəlləni qoymusan yerə. Mən onda xəbər tutdum ki, artıq gec idi, başına gələnlərdən tez hali olanlar necə deyərlər başının çarəsini qılmışdı. Manat hüzuruna ərz edim ki, verdiyin faizə aldanıb elə kasıb-kusub da sənin qapını döyürdü. Yoxsa varlının, imkanlının nə dərdinə qalıb ki, səninlə para bölüşsün? Etiraf edək ki, imkanlı adamların içində də sənin pulundan yararlananlar  var idi.

21 Azər hərəkatının uzaqvuran artilleriyası

İbrahim Quliyev

Cəfər Məmməd Kavianın anadan olmasının 120 illiyi münasibəti ilə

O, ömrü cəmi bir il çəkmiş, şöhrəti və nüfuzu isə təxminən 70 illik bir tarixi aşıb keçərək, bu gün də şərəf və qürur yerimiz olan Azərbaycan Demokratik Firqəsinin qurduğu hökumətin əsas liderlərindən biri olsa da, haqqında çox az yaılıb. Yaşadığı və mübarizə apardığı ölkənin saytlarını nə qədər axtarsaq da, onun haqqında, demək olar ki, heç bir tutarlı informasiya əldə edə bilmədik. Doğulduğu regionun - Mərəndin tanınmış şəxslərinə aid bloqlarda isə, onun mübarizə yolunu yox, həyatının ayrı-ayrı epizodlarını işıqlandıran bir-iki rabitəsiz informasia gördük. Halbuki o, dünyanın ən mürəkkəb dövründə Azərbaycan haqqı uğrunda mübarizə meydanına atılmışdı, millətin dövlətçilik idealını gerçəkləşdirmək üçün həyatını riskə qoymuşdu, xalqın dil, mədəniyyət özgürlüyünü özünə qaytaranlar sırasında birincilərdən olmuşdu, şah qoşunları ilə qeyri-bərabər döyüşə rəhbərlik etmişdi, bir sözlə, ömrü mübarizələrdə keçmişdi...