20.06.2015

Севиндж Аскерова: Есть несколько способов улучшения плохого зрения

Севиндж Аскерова - действительный член многих международных и российских офтальмологических обществ. На ее счету более 100 научных публикаций, выступлений на международных конференциях. За более чем 20 лет работы она выполнила около 20 тыс. операций. С 2013 года доктор Аскерова является профессором кафедры глазных болезней национального Медико-хирургического центра Н.И. Пирогова.

- Скажите, почему вы выбрали офтальмологию?
- Мой профессиональный путь начался с желания быть полезной родным, близким, нуждающимся в медицинской помощи. Наставнические слова мамы, любимых педагогов определили выбор. Моим любимым предметом в школе была математика, я с хорошими результатами участвовала в районных, городских, республиканских олимпиадах. Успеваемость и по другим предметам благодаря моим школьным учителям была достаточно хорошей, поэтому не составляло особого труда подготовиться к вступительным экзаменам в медицинский вуз.

ƏJDƏR TAĞIZADƏ İLƏ BAĞLI ŞOK AÇIQLAMA – “O, 10 İL “KQB”-YƏ İŞLƏYİB”

Bu günlərdə Əjdər Tağızadə yenidən bazara çıxıb. Yenidən özünü birilərinə satmaq üçün birilərinə mesaj göndərir. Açığı bu dəfə onun DAK-la bağlı dediklərinə zərrə qədər reaksiya verməyəcəm. Ona görə yox ki, hər sözündə həqiqət var. Ona görə ki, DAK-da dəstə-dəstə adam varkən, bizə söz demək düşməz. Çünki DAK-la bağlı illərdən bəri bir məsələ olduğunda hamı cavab vermək üçün bizə baxır, ancaq sular durulandan sonra dar məqamda Sabir Rüstəmxanlını müdafiə etməkdə yetərsiz qalanlar bizə dərs vermək, ağıl öyrətmək fikrinə düşürlər, hətta arxamızca danışırlar. Ona görə də o DAK, o Əjdər Tağızadə…
Diqqət ediləsi məsələ Əbülfəz Elçibəyi örnək saydığını iddia edən birisinin hər hansı bir xanım deyil, Tənzilə Rüstəmxanlı haqqında danışdıqlarıdır…
İllərlə evində çörək yediyi bir insana qarşı bu münasibət ancaq Əjdər Tağızadəyə yaraşar…

Əsrarəngiz Şəki

Hafiz Mirzə - Masonluq

İCTİMAİ ŞÜURA MASON EKSPANSİYASI. KİV ölkədə ictimai-siyasi şüura çox güclü təsir edə bilmək gücünə malikdir. Şablon məqalələr və yalan məlumatlar toplusu sayılan Sovet mətbuatına qarşı da maraq və diqqət az deyildi. İnsanlar “Kommunist” almaqdan ötrü səhər tezdən qəzet köşklərinin qarşısında növbəyə düzür, axşamlar “Günün ekranı” və “Vremya” proqramına maraqla  baxırdılar. Müstəqil mətbuatın çiçəkləndiyi mövcud zamanda  məlumat bolluğu və informasiyanın sensasion qaydada çatdırılmasında rəqabət insanları KİV-dən asılı duruma salmışdır. İnsanların müstəqil düşünmək və qərar çıxartmaq hissi korşalaşdırılır. Ona görə də müasir dövrdə xüsusi biznes və siyasət dairələri KİV-ə çox böyük önəm verir, onun inhisara alınmasına çalışırlar. KİV-lə daha çox işləyən isə qara qüvvələrdir. Elə qüvvələrdən ən qüdrətlisi mason təşkilatı sayılır. Mason barədə materiallar bütün KİV-lərdə çox böyük maraq kəsb edir. Qəzetdə publisist təxəyyülünə istinad edərək çox uzağa getməyə nə var ki! Burada canlı süjetə ehtiyac duyulmur. Publisistlər hissiyata qapılıb bəzən masonun elə bir obrazını yaradırlar ki, masonların özü də heyrət edər. Onun gücünün-qüdrətinin həddən artıq şişirdilməsi  masonun işinə çox yarayır. Ona bağlılığı hiss edilən hər hansı bir məsələ qarşısında çoxlarının dizi əsir.

О жидовском происхождении династии саудитов

Члены семьи ибн Саудов прекрасно знают, что уже всем известно их еврейское происхождение. Мусульманам известно все их кровавые деяния в прошлом и безжалостная, деспотичная жестокость в настоящем. В настоящее время, они всячески пытаются скрыть свое еврейское происхождение и прикрываясь религией Ислам начинают выдумывать свою генеалогию, пытаясь привести ее к нашему Пророку Мухаммаду.
Они совсем позабыли или всячески игнорируют тот факт, что Ислам никогда не придавал значения генеалогии или «Фамильному древу. Любой, кто несправедлив и алчен не может быть близким к Пророку, даже если он будет являться близким родственником ему. 
Билял, абиссинский раб, который был истинным мусульманином, имеет гораздо больше уважение в Исламе, нежели язычник Абу Ляхаб, который был кровным родственником (дядей) Пророку. В Исламе нет предпочтения людям.

Hafiz Mirzə - Vəhhabilik

ƏHMƏD İBN TEYMİYYƏNİN KAFİR İDEYALARI. Əslində əks-fikirlik İslamın inkişafı üçün stimul olaraq çox əhəmiyyətlidir. Yoxsa inkişaf və yeni təfsirlər, dini kitablar yaranmaz. Əvvəllər daha çox yəhudilər fəal idi. Amma indi onlar ingilisləri önə verib, arxasında gizlənmişlər. Xaric-məzhəbləri ən çox  müsəlmanların birliyi, vəhdəti  qorxudurdu. Yüzlərlə, minlərlə insanın hər gün 5 dəfə bir yerə – məscidə toplaşaraq  Allaha birlikdə ibadət etməsi onların cəlalını və qüdrətini artırır, bu dini daha uzaqlara  yayırdı. Peyğəmbərin sağlığında elə təfriqələr çox oldu. Lakin Rəsuli-Əkrəm bunun qarşısını ala bilirdi. Çünki peyğəmbərin sözünün üstünə söz yox idi, o Allahın Rəsulu olduğu üçün onu heç düşünmədən  qəbul edirdilər.Onun həyatdan köçməsindən sonra da  hər cür təfriqəçiliyin qarşısını almaq olardı. Lakin şeytan bəzi səhabələrin də qəlbinə yol tapdı və onlar ölümündən sonra peyğəmbərin vəsiyyətlərinə əməl etməkdən imtina elədilər. Nəticədə tezliklə İslam dinində 73 firqə (ayrıcı dini cərəyan, təriqət, məzhəb, məktəb, partiya və sair) yarandı. Bunu sağlığında Rəsuli-Əkrəm də bildirmişdi.

Vəhhabiliyin tarixi

Tarixi mənbələr göstərir ki, vəhhabilik ingilislərin yardımı və himayəsilə güclənmişdir

Vəhhabilik tarixi zorakılıq və çoxlu ifratçılıqla dolu bir tabloya oxşayır

 Vəhhabiliyin təməlini İbni Teymiyyə qoyduğuna görə onun İslam dininə baxışına nəzər salmağı zərurət sayırıq. İbni Teymiyyə ləqəbi ilə məşhur olan Təqi Əl Din Əhməd Bin Əbdülhəlim 611-ci hicri qəməri tarixində Hənbəli məzhəbinin təlim mərkəzi olan Hərran şəhərində anadan olmuşdur. Hazırda xarabalığa çevrilmiş və Türkiyənin cənubunda yerləşən bu şəhər keçmişdə geniş mədəniyyətə malik olmuşdur.
 İbni Teymiyyə bir əsrdən çox Hənbəli məzhəbinin bayraqdarı olan bir ailədə böyümüşdür. Onun atası Şeyx Bələd ləqəbi ilə tanınan Hərranın məşhur fəqihlərindən olub; Hərran əhalisi onu xitabətçi və dini elmlərin müəllimi kimi tanımışlar. Digər tərəfdən İbni Teymiyyə monqol-tatarların İslam ölkələrinə vəhşicəsinə hücumu dövründə yaşayıb. Bu dövrdə bir çox müsəlman alimlərin dəyərli əsərləri məhv edilmişdir.

İTTİHAMLA ÜZ-ÜZӘ


ÖN SÖZ. Günəş şərqdən doğur... 14 əsr bundan öncə cəhalət və ədalətsizlik zülmətinə qərq olmuş dünyada bir günəş doğdu. Bu günəş öz şəfəqlərini Hicazdan başlayaraq İraq, İran, Azərbaycan, Afrika və nəhayət bütün dünyaya saçdı.
Yeni bir din, kamil bir kitab nazil oldu bəşəriyyətə. Mərhəmətli Allah Öz bəndələrinin hidayəti üçün son Rəsulunu göndərdi yer üzünə. Bu səma elçisi bütün varlığı ilə mübarizə aparır, insanları mə᾿nəvi saflığa, ictimai ədalətə də᾿vət edirdi. Sonsuz hikmət xəzinəsi olan müqəddəs Qur᾿ani-Kərim - «Allaha iman gətirən kəslər qardaşdırlar» - deyə, bütün bəşəriyyəti tövhid bayrağı altında dostluğa, səmimiyyətə səsləyirdi. Kimsəsizlərə, məzlumlara qardaşlıq mərhəməti, tağutlara, zalımlara qarşı barışmazlıq və qətiyyət şüarı verirdi bu şəriət.

Peyğəmbərdən (s) nəsihətlər

Həzrət Rəsuli-Əkrəmdən (s) mükəmməl sözlər, nadir və bənzərsiz hikmətli kəlamlar

◘Qur`an (bəşəriyyətin dərdinə) dərmandır. Dua ibadətin həqiqətidir. Borc zillətdir. Tədbir həyatın yarısıdır.

◘İnsanlarla xoş davranmaq əqlin yarısıdır. Qüssə qocalığın yarısıdır. Yaxşı sual soruşmaq elmin yarısıdır. Ailənin azlığı sərvət deməkdir. Salam vermək danışıqdan qabaqdır.

◘Süd xasiyyəti dəyişər. Bərəkət qocalardadır. Hər bir işin dəyəri (yaxşı və ya pis olması) onun axırından asılıdır. Dinin me`yarı pəhrizkarlıqdır (günahdan çəkinməkdir). Allahdan qorxmaq ən üstün hikmətdir.

◘Təqva (günahdan çəkinib vacibata əməl etmək) ən şərəfli əməldir. İmkan olduğu halda borcu qaytarmamaq zülmdür. İmkan olduğu halda dilənmək atəşdir. (Cəhənnəm odudur.) Allahın ne`mətlərini yada salmaq həmin ne`mətlərin şükrüdür. Fərəcin (İmam Zamanın (ə) zühuru) intizarı ibadətdir.


Готовиться к худшему? ИГ приближается к границам Таджикистана

«Исламское государство» подбирается если не к границам России, то к дружественным ей государствам Центральной Азии, которых, согласно договорам о сотрудничестве, она не сможет бросить в беде.
Вблизи таджикско-афганской границы активизировались экстремистские группировки. Согласно данным спецслужб Таджикистана, со стороны Афганистана сосредоточено несколько тысяч боевиков движения «Талибан» и бойцов джихадистской группировки «Исламское государство». Об этом накануне заявил помощник президента Таджикистана по вопросам безопасности Шерали Хайруллов в ходе встречи Совета командующих пограничными войсками стран СНГ, передает русская служба ВВС.
В Душанбе полагают, что эти и другие примкнувшие к ним экстремистские группировки представляют большую опасность для региона, в частности, исламские боевики заявляют о своем стремлении к свержению действующих правительств в странах Центральной Азии.

Путин: Всё уничтожили, Саддама повесили, дальше — ИГИЛ

Владимир Путин заявил на пленарном заседании ПМЭФ-2015 в Санкт-Петербурге, что свержение властей в отдельных странах Ближнего Востока привело к вспышке терроризма и расцвету террористической группировки ИГИЛ (организация запрещена в России по решению суда. — Прим. LifeNews).
-До того как властные структуры в Ираке не были уничтожены, там не было никаких террористов. Но никто не говорит, кто и как создал условия вспышки терроризма на этой территории… После вторжения в Ирак всех разогнали, все уничтожили, Саддама повесили, дальше -ИГИЛ, -сказал президент России. -В Ливии произошла дезинтеграция… Мы не хотим, чтобы то же самое произошло и в Сирии, поэтому мы поддерживаем правительство Асада.

19.06.2015

EL ŞAİRİ ALMAS YANARQƏLB İLƏ GÖRÜŞ

Bilal Alarlı

Müasir molla Almas Yanarqəlb kompüterində yazdığı yeni şeirləri ilə məni tanış edir. Mollanın ikinci qonağı Əlipənah Nəzərov da maraqlı adamdır. Ocaqlıda işlədiyim vaxtlarda bu kəndin folklorunu toplayır, el şairlərinin yaradıcılıq nümunələrini yazıya alırdım. Bu işə yerli ziyalıları da cəlb edə bilmişdim. Mənimlə bir məktəbdə müəllim işləyən Abbas və Əlipənah Nəzərovlar folklor nümunələrinin toplanmasına həvəslə girişdilər. Əlipənah özü də nəzmlər qoşub-düzürdü. Onun qoşduqları məhəbbət mövzusundadır:

Bir mənə rəhm eylə, zülmündən əl çək,
Dərdliyə dərman ol, məzluma kömək.
Aşiq də qarşında çarəsiz qul tək
Dursun boynu bükük, lal, qurban olum.


Adəm və Həvva haqqında ağlasığmaz həqiqətlər

Firudin Gilar Bəg

(Məqalə, qədim fəlsəfi mənbə oxumuş insanlar üçündür)

Qədim dünyanın ən sirli obrazlarından biri də Adəm və Həvva obrazlarıdır. Qəbul olunmuşdur ki, Adəm ilk kişi, Həvva isə ilk qadındır. Tövrata görə Allah, ilk kişi və qadını - öz bənzəri və obrazı kimi, «Dünya»nın yaradılışının altıncı günü yaratdı və ona hər şey üzərində ağalıq verdi. Bu kitabda, Allah «Dünya»nı yeddi günə yaratdıqdan sonra, insanın yaradılışına qədər nə ot, nə kol, nə ağac, nə yağışın olmadığı vurğulanır ki, bu da ən sadə məntiqlə düz gəlmir. Çünki insanın, heyvanların yaradılışına qədər dünyada flora və yağış olmasaydı, yerdə həyat ola bilməzdi. Deməli, burada söhbət bizim yaşadığımız fiziki dünyadan yox, qədim Misir yazılarında geniş təsvir olunan göydəki ruhlar dünyasının yaradılışından gedir. Bu yaradılışı anlamaq üçünsə biz, qədim Misirin Gel şəhəri kahinlərinin məntiqinə və onların davamçıları olan Gel (Gelati-Şiə) sufilərinin Batin elminə müraciət etməliyik.

Əmr be mə`ruf və nəhy əz münkər barəsində olan ayə və hədislər

◘“(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir dəstə olsun! Bunlar (bu dəstə) həqiqətən nicat tapmış şəxslərdir.”

◘“(Ey müsəlmanlar!) Siz insanlar üçün zahirə çıxarılmış ən yaxşı ümmətsiniz. (Onlara) yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və Allaha inanırsınız.”

◘“Oğlum! Namaz qıl, (insanlara) yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. (Bu yolda) sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu (dediklərim) vacib əməllərdəndir!”

◘“Özünüzü və ailə-uşaqlarınızı (yaxşı işlərə əmr edib pis işlərdən çəkindirməklə) elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlardır.”


ƏHMƏD SABİRİ HƏMƏDANİ - İMAM HÜSEYN (Ə)-IN ƏXLAQİ GÖRÜŞLƏRİ


AYƏTULLAH HACI ŞEYX ƏHMƏD SABİRİ HƏMƏDANİNİN HƏYATI BARƏSİNDƏ QISA MƏ`LUMAT. Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani 1302-ci ildə (=1924) Həmədanın ətraf kəndlərindən biri olan Böyükabad kəndində dünyaya gəlmişdir. Öz ibtidai təhsilini kəndin mollasının yanında öyrənmiş, 1319-cu ildə isə təhsilini davam etdirmək üçün Həmədan şəhərinə gələrək “Axund” adına elmiyyə hövzəsində dini təhsillə məşğul olmuşdur. Bu şəhərdə yaşadığı ilk vaxtlarda müttəfiq qüvvələrin Həmədana daxil olması və Rzaxanın İrandan çıxması nəticəsində qəhətlik yarandı və əmin-amanlıq aradan getdi.

Mirşamil Mürsəlov, bacısı qızı və digər ailə üzvləri Cəlilabadda hansı oyunlardan çıxırlar?

"Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı vəziyyətlə qarşılaşmışlar. Göytəpə sakinləri düşdükləri acınacaqlı durumdan şikayətlənmiş və rayonda bir ailənin onların başına gətirdikləri oyunlardan söhbət açmışlar. Aydın olmuşdur ki, Göytəpə sahibkarları özlərinə məxsus olan ərazidə ticarət obyektləri tikərkən rayonun baş üzəduranı kimi tanınmış Mürsəlov Mirşamil Miradil oğlunun təzyiqi ilə üzləşirlər. Mirşamil həmin əraziyə gəlir və tikinti yerinə Heydər Əliyevin şəkli olan plakatları vuraraq ərazinin ona məxsus olduğunu bildirir.
Araşdırma zamanı üzə çıxmışdır ki, Mirsəlov Mirşamil belə hərəkətləri həmin yeri zəbt etmək məqsədilə edir. Saxta sənədlərlə məşğul olan, pozğunluqla ad çıxarmış, dələduz işlərə bulaşmış bu qondarma seyidin tamahkarlığı haqqında rayon sakinləri fantastik əhvalatlar söyləmişlər. "Geniş meydan" media qurumunun Mirşamil Mürsəlovun macəralarından bəhs edən süjeti elə belə də adlanır: "Göytəpə macəraları".

Sabetayizm nədir?

Osmanlılar müsəlman olan hər kəsə muhtedi (hidayətə çatan) dediyi halda, bir qrupdan bu ad əsirgənilmiş; bunlar avdəti (dönmə) deyə xatırlanmışdır. Dönmələr sayca az olmaqları ilə yanaşı mövqe etibarilə Osmanlı dövlətinin ictimai-siyasi həyatında çox mühüm bir yer tutmuş, uzun illər iqtidarı əllərində tutmağa müvəffəq olmuşdular.
Osmanlı höküməti yəhudiləri bir millət olaraq tanıyırdı. Xeylisi 1492-ci ildə İspan zülmündən qaçan yəhudilər idi. Ladino deyilən İbrani və ispan dillərinin qarışığı olan bir dildə danışırlar. Selanik, İzmir və İstanbul yəhudilərin ən çox yaşadıqları şəhərlər idi.
1648-ci ildə İzmirdə yaşayan Sabetay Sevi adında bir xaxam, məsihliyini iddia etdi. Hərçənd ki, yəhudilər qiyamətə qədər məsih gözləmirdilər. Yəhudi inanclarına görə, axirətdə bir məsih gələcək və o, zamanın hökmdarını taxtdan endirib Yəhudiləri Qüdsə yığaraq “Tanrının Krallığı”nı quracaq. Ancaq Sabetay Seviyə inanan az oldu. Sevi müxtəlif şəhərləri gəzdi. Nəhayət qiyamətin başlanğıcı saydığı 1666-cı ildə məsihliyini hər kəsə elan etdi. Yəhudi dualarında dəyişikliklər etdi. İbadətlərdə padşahın adını qaldırıb öz adını qoydu.

Azərbaycanda pomidor yeyənlər palazqulaq uşaq doğacaq

“Hazırda Azərbaycanın satışda olan kənd təsərrüfatı məhsullarında dəhşətli problemlər yaşanır. Belə ki, satılan pomidorların 80, qarpızların 70, kartofların 40, qırmızı bibərlərin isə 98 faizinin geni modifikasiya olunub”.

Bunu AzNews.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. O bildirib ki, bu məhsullar uzun zamandır ki, xarici ölkələrdən gətirilərək Azərbaycanda yetişdirilir: “Onların da heç biri yoxlamadan keçmədən əkilib-biçilir. Ölkə prezidentinin bununla bağlı aydın şəkildə çıxışları və sərəncamları var. Hətta, qanunvericilikdə buna görə 7 ilə kimi həbs gözlənilir”.
E.Hüseynov vurğulayır ki, Azərbaycanda vaxtı ilə 10-a qədər pomidor növü olub: “İndi onlardan heç biri qalmayıb. Yerli pomidor növləri məhv olub. Hazırda qalan və satışda olan pomidorlar geni modifikasiya olunanlardır. Baxın, bunun göstəricilərindən biri toxumdan növbəti ilə əkdikdə bitkinin çıxmamasıdır. İstiyə-soyuğa davamlı, daş kimi pomidorlar, əlbəttə ki, gmo daşıyıcılarıdır”.

BUDDİZM


BUDDA. Hind-brahman cəmiyyətində brahmanların iki ideoloji-konseptual prinsipi tənqid və etirazla qarşılanırdı. İki prinsipdən biri karma və samsara, yaxud tənasüxdən ibarətdir ki, əhalinin ağrılı reaksiyasına səbəb olmuşdu. Bu əqidəyə görə, insanlar davamlı doğumlar və ölümlərdə əzab-əziyyətlərə, müsibətlərə dözməli idilər. Digəri isə kasta sinfi quruluşu və brahmanların daimi hökmranlığı idi. Caynizm və buddizm bu iki prinsipə reaksiya və mübarizə qismində formalaşmışdır. Bu iki ayin bir çox cəhətlərdən bir-birinə oxşar və yaxındır. Geniş yayıla və inkişaf edə bilməyən caynizmdən fərqli olaraq, buddizm daha artıq ardıcıl toplamaq yolunda uğur qazanmışdır. Bu din çox sürətlə Hindistan sərhədlərini aşmış və bu gün Hindistandan tutmuş Monqolustan, Çin, Yaponiya və Myanmar (Birma), Tailand, Kamboca və s. ölkələrdə yüz milyonlarla ardıcıla malikdir.

Babəkdən yazanlar oğluna niqodnı knijkası düzəltdirir


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -23

Sabir Şindani: Nurçu liseyləri başqa ölkələri pis günə salmaq üçündür, təhsil vermək üçün deyil. Bu liseylərdə oxuyan uşaqlarımız zombilərə çevrilirlər, özü də valideynlərin hesabına. Rusiya öz ərazisində bütün türk liseylərini ləğv etdi və müəllimlərini deportasiya etdi.
Qəhrəman Mövlanov: Misirdə olan kişilik bizdə olsaydı, Türkiyəni 94-95-də paslat eləmişdik. Vətəndaş müharibəsini məhz bu “qardaşlarımız” təşkil etmişdi.

İrşad barəsində olan ayə və hədislər


◘“(Ya Məhəmməd!) İnsanları hikmətlə (Qur`anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (İslama) də`vət et, onlarla ən gözəl surətdə (şirin) dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et.”

◘“(Ya Məhəmməd!) Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, (heç bir şey) səni (onları təbliğ etməkdən) çəkindirə bilməsin. (İnsanları) Rəbbinə (ibadətə) də`vət et.” 


Kasıbların xilaskarı, harınların qənimi


Bakının Əhmədli yaşayış massivində Stalinin portretini bağrına basan bu iş tapa bilməyən yoxsul vətəndaş beləcə də dedi: 
"Əsl rəhbər olan Stalin kasıbların xilaskarı, harınların qənimi idi".

Adalat Abdinov

Единороссы предложили оценить законность отделения Прибалтики от СССР

Депутаты Госдумы от «Единой России» Евгений Федоров и Антон Романов обратились в Генпрокуратуру с просьбой проверить легитимность создания в 1991 году Госсовета СССР, признавшего независимость республик Прибалтики. Об этом сообщает РИА Новости. По мнению парламентариев, своими решениями Госсовет нанес ущерб суверенитету страны и запустил механизм расчленения единого государства.
Депутаты направили письмо на имя генпрокурора России Юрия Чайки. В послании авторы указывают, что Госсовет был создан без внесения в установленном порядке необходимых изменений в Конституцию СССР, а значит, он являлся неконституционным органом государственной власти.
При этом, подчеркивают парламентарии, решения этого органа должны были носить обязательный характер. Так, в сентябре 1991 года прошло первое заседание Госсовета, на котором был принят ряд постановлений, признававших независимость Эстонии, Литвы и Латвии.

14.06.2015

Bizim altımızdasınız!


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -22

Aleksandr Duqin: Hal-hazırda Bakıda olduqca çox lazımsız İsrailli var. Onların hamısını deportasiya elәmәk lazımdır. Bakıda İsrail agentlәrinin çoxluğu danışıqların uğurlu keçmәsinә tәhlükә yarada bilәr.
Səidullah Zarei: İsrail İrana hətta yüz raket atsa belə, İranda bir ailə də köçkün olmayacaq. İranın dörd raketi isə 1 milyon israillini qaçqına çevirəcək.

Россию никому не переделать под свои форматы, -Путин


Россия смогла утвердиться как современная открытая и свободная страна, никому не удастся переделать ее под свои форматы, заявил президент РФ Владимир Путин.

Gülənin Azərbaycandakı "imam"ları

Ərdoğana üçüncü dəfə məğlub olacağını və sonra baş verəcəkləri təxmin edən Gülən dostu Aydın Doğanla birləşərək, var gücləri ilə boğulmamağa çalışırlar. Əslində məsələ seçki deyil, seçkidən sonra yaşanacaq olanlardır...
Azərbaycanın hədəf seçilməsində də məqsəd seçkilər sonrası başlanacaq böyük əməliyyatların önünü kəsməkdir...
Gülən yaxşı bilir ki, içəridən çıxara bilmədiklərinin ona olan ümidləri getdikcə azalmaqdadır. Hər keçən gün etirafçıların artacağı qorxusu ilə yaşayır. Gülən Terror Örgütünün təlimatı ilə cinayətlər törədən Ali Fuat Yılmazerlər, Ramazan Akyürekler içəridən çıxa bilməsə, əsl qiyamət o zaman qopacaq. Gülənin aprel ayında özünə bağlı hakimləri riskə ataraq, Hidayət Karaca və həmin polisləri içəridən çıxarma əməliyyatının uğursuz olması həbsxanadakıların ona olan ümidini bitirib.

13.06.2015

Антироссийский Бильдербергский клуб

Элитное общество не является мировым правительством, но его влияние велико

11–14 июня в Австрии проходит заседание Бильдербергского клуба. По поводу этого форума существует множество слухов и домыслов. Часто его именуют чуть ли не мировым правительством. Основана организация в 1954 году дедом нынешнего короля Нидерландов и супругом его царственной бабки- королевы Юлианны, принцем Бернхардом Липпе-Бистерфельдским для лучшего взаимопонимания Америки и Европы после Второй мировой войны. Дочь принца, бывшая королева Юлианна, и в этом году присутствует в качестве участника встречи.

7.5 milyardlıq sərvətimiz necə ələ keçirildi - Gülənin Bakı işğalı


Bəzən böyük bir kampaniyanın əslində, üfürülmüş bir şar olduğunu görmək illər alır.
Məsələn, Gülən Şəbəkəsi illərlə bu təbliğatı apardı: “Gülən rusların zülmü altındakı Azərbaycana insanları göndərdi. Onların sayəsində bu dövlət qurtuldu”.
Necə də inanmayasan? Bu gün Azərbaycanın bir çox böyük iş adamı bunların içərisindədir. TUSKON-nun Azərbaycandakı partnyorları olan TUSİAB və “İpəkyolu”nda yüzlərlə iş adamları birləşib. Azərbaycanın ən karlı proyektləri onlara verilir.

“Gülənçi şəbəkə”yə qarşı növbəti dalğa başlayır

Avropa Oyunlarından sonra Azərbaycandakı “gülən şəbəkəsi”nə qarşı ciddi mübarizə başlaya bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, AKP-nin bir neçə gün əvvəl keçirilən parlament seçkilərində Azərbaycanda CHP-yə məğlub olması Rəcəb Tayyip Ərdoğanın yenidən ölkəmizdəki “gülənçi şəbəkə”nin zərərsizləşdirilməsi məsələsini gündəmə gətirməsinə səbəb olub.
Təsadüfi deyil ki, artıq bir neçə gündür, hakimiyyətin nəzarətində olan media orqanlarında “gülənçi şəbəkə”yə qarşı kampaniyaya start verilib. Bu həmin şəbəkənin sıradan çıxarılacağının anonsu hesab edilər bilər.
İddialara görə, “gülənçi şəbəkə”nin Azərbaycanda kifayət qədər ciddi dayaqları var. Hələ bir müddət əvvəl bu məsələ gündəmə gələndə hətta hakimiyyətdə “gülənçi şəbəkə” ilə işbirliyində olan məmurların olduğu üzə çıxdı. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov, prezident yanında strateji araşdırmalar mərkəzinin rəhbəri Fərhad Məmmədov, dini qurumlarla iş üzrə dövlət komitəsinin keçmiş sədri Elşad İsgəndərov, neft şirkətinin vitse-prezidenti Xalid Məmmədov və deputat Ceyhun Osmanlı “gülənçi şəbəkə” ilə işbirliyində ittiham olunurdu.

11.06.2015

ПУТИН СЛИЛ НЕФТЬ ИЗ ИРАНА ЗА РУБЛИ В ОБМЕН НА ТОВАРЫ ИЗ РФ

Поставки нефти из Ирана в Россию являются «не совсем бизнес-проектом», поскольку будут «происходить на грани рентабельности», сообщает газета «Коммерсантъ» со ссылкой на источник в российском правительстве во вторник, 9 июня.

По данным издания, цель сделки для Ирана в том, чтобы «застолбить свое место на рынке, сделать Россию партнером». По словам собеседника, трейдером иранской нефти выступит один из ФГУПов, подконтрольных Минэнерго. Москва же планирует закупать примерно 300 000 баррелей нефти в сутки и реализовывать ее на рынках АТР, а расчеты по сделкам будут проводиться в одном из местных банков.
8 июня российский министр энергетики Александр Новак сообщил, что в рамках сотрудничества России и Ирана Тегеран решил продавать свою нефть, а на вырученные средства сможет покупать российские товары. Он уточнял, что в России иранская нефть продаваться не будет, поскольку Россия и сама «страна производящая», писало РИА Новости.

ФИЛОСОФИЯ ЙОГИ

На учение Йоги оказало влияние множество учений, рождавшихся и развивающихся на территории Индии и современного Непала в древности и средних веках. Одним из таких учений был Джайнизм - филосовская система, из которой Йога почерпнула моральные и нравственные принципы, которые позже были изложены в Йога-сутрах Патанджали. Напомним, что Йога-сутры и по сей день являются одним из наиболее авторитетных текстов йоги, признаваемым всеми современными школами и направлениями.
Джайнизм, как религиозное движение возник в Индии около 6 века до н.э, параллельно с буддизмом. Основателем джайнизма был философ и проповедник, Джина Махавира. Он был современником Гаутамы Будды, так же как и последний, он был сыном царя, а в последствии стал аскетом, отказавшись от всех полагаемых ему по рождению богатств и власти.
Джайнизм проповедует ненанесение вреда всем живым существам в этом мире. Философия и практика джайнизма основаны, в первую очередь, на самосовершенствовании души для достижения всеведения, всесилия и вечного блаженства.

10.06.2015

CAYNİZM

Brahman ayininin bəzi ictimai-ideoloji əsaslar, o cümlədən karma qanunu, tənasüx və kasta sinfi quruluşu sonrakı dövrlərdə onların ardıcılları tərəfindən inkar edilərək ciddi narazılıq və kəskin tənqidlə qarşılaşdı. Brahmanlar məhz bunlara əsaslanaraq açıq şəkildə bildirirdilər ki, öz təbəqələrindən olanlar istisna olmaqla, heç kəs kamil mənəvi mərhələləri qət edərək nicat və qurtuluş mənzilinə, yə’ni nirvanaya nail ola bilməz. Bu etiqad brahman ayinindəki digər etiqadlardan daha artıq tənqid və etirazlara mə’ruz qaldı.
Bu əqidənin ardıcılları üçün insanlar arasında yalnız bir təbəqənin nicat əhli olaraq nirvana kimi fəna mərhələsinə çata biləcəkləri, başqalarının isə on dəfələrlə doğulub-ölməkdən, səy göstərib əzab-əziyyət çəkməkdən sonra belə, nicat və qurtuluş mərhələsinə çata bilməyəcəkləri kimi etiqadı qəbul və həzm etmək çox dözülməz idi. Buna görə də Hindistan alimlərindən bir qrupu karma və tənasüx qanununu başqa bir yolla izah etməyə çalışaraq, onu təfsir etməyə başladılar. Bu təfsirlərin ən mühümü sonralar caynizm və buddizmin yaranıb formalaşmasına səbəb olmuşdur.

Mister Hemferin xatirələri (İngilis cəsususunun etirafları)

BİRİNCİ FƏSİL. Böyük Britaniyamızın əhatə etdiyi ərazilər çox genişdir. Günəş dənizlərin üzərində doğduğu kimi, dənizlərin üzərində də batar. Dövlətimizin Hindistan, Çin və Orta Şərq hissələrində hakimlik nəzarəti nisbətən zəifdir. Bu ölkələr tam mə`nada idarəçiliyimiz altında deyil. Lakin bu ərazilərdə çevik və fəal siyasət tətbiq edirik; onların hamısı əlimizə keçmək üzrədir. Burada iki mühüm amil diqqət mərkəzindədir: İşğal etdiyimiz əraziləri əldə saxlamaq və əldə edə bilmədiyimiz yerləri işğal etmək.
Müstəmləkələrə Nəzarət Nazirliyi (MNN) bu iki vəzifəni yerinə yetirmək üzrə bu dövlətlərin hər biri üçün ayrıca komisiya təşkil etmişdir. 
MNN-ə işə götürüldükdə, nazir e`timad göstərərək mənə Şərqi Hindistan şirkətində bir vəzifə verdi. Bu birlik zahirdə bir ticarət şirkəti idi. Lakin əsl vəzifəsi Hindistanın geniş və zəngin torpaqlarına hakim olmağın yolllarını araşdırmaq idi. Hindistanda fəaliyyət göstərmək üçün hökumətimizin heç bir çətinliyi yox idi. Çünki, Hindistan müxtəlif millətlərin, ayrı-ayrı din və ziddiyyətli əqidə ardıcıllarının yaşadığı bir ölkədir.

Doktor Əli Şəriəti: “EY ATA, EY ANA, BİZ MÜTTƏHİMİK!”

BİZ MÜTTƏHİMİK. Xahiş edirəm, tünd sözlərimdə və kəskin tənqidlərimdə bir acılıq varsa, məni bağışlayın. Əlbəttə ki, bu sözlərdə həqiqət görürsünüzsə! Həvəsləndirmək və əsassız da olsa, tə᾽rif etmək şirin, həqiqət isə acıdır. Gəlin, dərdləri gizlədib özümüzü aldatmaq əvəzinə, xəstəliklərin üstünə düşüb, açıq şəkildə deyək: «Qandakı xərçəngin qol-budağı beyin və qəlbin dərinliklərinədək şaxələnib və inkişaf edib. Fürsət az, faciə isə ağır!»
Ən᾽ənəvi məzhəbi mühitlərdə bir şəxs dinin əsaslarına inanıb göstərişlərinə əməl etsə, İslamdan, şiəlikdən danışsa, cəmiyyətin diqqətini cəlb edir. Onun əlini öpür, yaşayışını tə᾽min edir, hörmətini saxlayır, ruhani alim kimi qəbul edirlər. Bu insan din vasitəsi ilə həm hörmət, həm də sərvət qazanır. 
Amma mənim bağlı olduğum ictimai mühitdə münasibət tamam başqadır. Bu mühitdə bir alim, bir tələbə, bir tərcüməçi, bir yazıçı, bir filosof, bir sosioloq dinə e᾽tiqad edirsə, bu inam həmin şəxs üçün zəiflik və nöqsan hesab olunur.
Yaşadığımız mühitdə namaz qılıb dua edən və əlavə ibadətlər yerinə yetirən şəxs həm hörmət qazanır, həm də maddi cəhətdən tə᾽min olunur. Əksinə, günün elmlərindən xəbərdar, ideoloji məktəblər və əsrin mədəniyyəti ilə tanış, dini və məzhəbi e᾽tiqadı olan müsəlman əksər imtiyazlardan məhrumdur. Onun elmi səviyyəsini inkar edə bilməsələr də, əxlaqında və şəxsiyyətində nöqsanlar tapırlar.

Yeganə Əsgərova: Bu kollektivə ailəm kimi baxıram

Artur Rasizadənin oxuduğu məktəbə 25 il rəhbərlik edən qadının düşüncələri

Yeganə Əsgərova 25 ildir ki, Lənkəran şəhərindəki V. Əliyev adına 4 saylı Humanitar təmayüllü məktəb-liseyə rəhbərlik edir. Onun rəhbərlik etdiyi, 1700-ə yaxın şagirdi, 199 müəllimi birləşdirən bu məktəbin özünəməxsus uğurları və ənənələri var.
Biz də “Qadın Gücünə Güc” layihəsi çərçivəsində hazırlayacağımız bu yazıyla bağlı Yeganə xanımla görüşüb bir sıra suallara aydınlıq gətirdik.
Yeganə xanım bildirdi ki, Lənkəranda doğulub, elə rəhbərlik etdiyi bu məktəbdə də təhsil alıb. O vaxtkı V. İ. Lenin APİ-ni bitirdikdən sonra oxuduğu məktəbə müəllim kimi qayıdıb, sonra isə bir müddət dərs hissə müdiri işləyib. Öz dili ilə desək, 58 illik ömrünün tələbəlik və uşaqlıq dövrü istisna olmaqla 46 ili bu məktəblə bağlıdır. Yeganə xanım ilə müsahibəni sizə təqdim edirik.

-Müəllim olmaq əksər qadınların arzusudur. Bəs direktor vəzifəsinə yüksəlmək necə baş verdi?

Hələ bilinmir kimin mehtəri olacaqdın


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -21

Qadir Zadə: Osmanlılar özlərinə osmanlı deyib, türk deyərkən bizi səfəviləri, bir də işğal etdikləri Doğu Anadolu torpaqlarındakı Səfəvi soylu əhalini nəzərdə tutublar... Osmanlıda ermənilərə “Milleti Sadik”- sadiq millət deyilərkən biz türklərə “Milleti Biidrak”- gerizəkalı türk deyirdilər. Bunlar hamısı Osmanlı Arxiv Belgelərində var. Ən azından Türkiyə böyük türkçülərindən Ziya Gökalpın kitabını oxuyun, orda da sübutlar və mənbələr var.

İlya Zemtsov. Oğurlanmış respublika -9

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

IX hissə: Onlar insanları dəli edir, dispanserlərə salırdılar

70-ci illərdə əhalinin yalnız 7 faizi əla yaşayırdı

“Etinasız insanların ağılsızlığı ümumbəşəri mənəvi normaları məhv edirdi”

Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb.

Azərbaycan KP MK-nın informasiya bölməsinin apardığı tədqiqatlar nəticəsində müəyyən edilmişdi ki, 1971-ci ildə ölkədə əhalinin 3,5 milyonu, yaxud 75 faizi ağır şəraitdə (yoxsulluq və ya yoxsulluq həddindən aşağı) yaşayır. Statistikaya görə, 1971-ci ildə respublikada 5 milyon nəfər əhali vardı. Əhalinin yalnız 7 faizi, yaxud 310 min nəfəri bolluq və firavanlıq şəraitində yaşayırdı.

BRAHMAN AYİNİ


VEDA AYİNİNDƏKİ DƏYİŞİKLİKLƏR. Miladdan əvvəl 8-9-cu əsrlərdə brahmanlar (veda ayininin ruhaniləri) veda ayinində çox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki əsas aspektində baş vermişdi.

Beynəlxalq Sığorta Şirkətindən biabırçı qərar: Atı öldürülən vətəndaşdan pul tələb edilir

Məlik Xəlilov: «Maşın qonşumun atını vurub öldürüb, mənim isə atımın qıçını sındırıb, indi zərəri bizə ödətdirmək istəyirlər»

Cəlilabad rayon sakini Məlik Xəlilov qəribə vəziyyətlə üzləşib. Daha doğrusu, ona qarşı irəli sürülmüş iddia Azərbaycan sığorta tarixində ən biabırçı olay kimi yadda qala bilər.
JAM.AZ-a müraciət edən Məlik Xəlilov bildirir ki, Beynəlxalq Sığorta Şirkəti onu məhkəməyə verərək pul tələb edir. Və pulun nə üçün tələb etdiyi isə həddindən artıq ilgincdir. Belə ki, hal-hazırda işi Cəlilabad rayon Məhkəməsində olan sakin qeyd edir ik, 17 may 2015-ci il tarixdə Bakı-Astara şossesində “Hunday Sonata” markalı, 90-CF-081 nömrəli avtomobil onun atını vurub. «Həmin maşın mənim atımla birgə, həmkəndlim Əzizağa adlı kişinin də atını vurub. Nəticədə onun atı ölüb, mənim atımın isə qıçı sınıb. İndi bu qondarma “Beynəlxalq Sığorta Şirkəti” adlanan təşkilat vətəndaşa sığorta pulunu özü ödəməli olduğu halda, həmin pulu mənim boynuma yükləyir».

Komik: Beynəlxalq Sığorta Şirkəti ATdan pul tələb edir

Cəlilabad rayonu sakini Məlik Xəlilovun Axar.az-a qeyri-adi sayıla biləcək hadisəni təsvir edən məktub göndərib.
Rayonun Qarazəncir kəndində yaşayan məktub müəllifi yazıb ki, Beynəlxalq Sığorta Şirkəti onu məhkəməyə verərək pul tələb edir. Şikayətçinin sözlərinə görə, hazırda iş Cəlilabad rayon Məhkəməsindədir.
M.Xəlilov bildirib ki, 17 may 2015-ci il tarixdə Bakı-Astara yolunda onun atını “Hunday Sonata” markalı, 90 CF 081 nömrəli avtomobil vurub: “Həmin maşın mənim atımla birgə həmkəndlim Əzizağa adlı kişinin də atını vurub. Nəticədə onun atı ölüb, mənim atımın isə qıçı sınıb. İndi Beynəlxalq Sığorta Şirkəti vətəndaşa sığorta pulunu özü ödəməli olduğu halda həmin pulu mənim boynuma yükləyir. Şirkətin İddialar Departamentinin direktoru Fərhad İzmayılov mənə rəsmi məktub yazıb. Bildirir ki, əzilmiş “Hunday Sonata” maşınını sən düzəltdirməlisən”.

Millət zillətdən qurtarardı


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -20

Cəmil Şirvanov: Universitetdə rus dili müəllimim deyirdi: “SSRİ dövründə biz işğal altında olmamışıq, əslində inkişaf etmişik. Təsəvvür edirsiz, 36 kosmik elmi-tədqiqat institutundan 28-i Bakıda yerləşirdi”.  Mənim bu institutların harda yerləşməsindən və hansı müəssisələri olduğundan xəbərim yox idi. Bir ay olar ki, 3 belə obyektin olduğunu bir adamdan eşitmişəm. O adamdan ki, həmin 3 obyektdə də işləyib. Nano texnologiyası səviyyəsində mikrosxemlərin hazırlanmasında iştirak edib. Hal-hazırda isə həmin adamın övladları kosmik tədqiqatlar deyəndə söhbətin nədən getdiyini bilmir. Nəvələri isə heç bilməyəcək. SSRİ-yə tüpürəcək. Tüpürəcək ki, onun babasını və ya nənəsini kosmik fırıldaqlarına qatıb. Və həmin nəvələr yenə də peyki xaricdən alıb uçuracaqlar, transfer etdikləri futbolçular kimi kosmonavtları da milliləşdirib kosmosa uçurub Azərbaycanın adını kosmosu fəth edən ölkələr siyahısına salacaqlar. Təki yaşasın müstəqillik!

Боевики ИГ сожгли старинное Евангелие весом 90 килограммов

Боевики террористической организации «Исламское государство» (ИГ) сожгли в иракском Мосуле уникальное старинное издание Евангелия, передает «Интерфакс». Отмечается, что фолиант весил около 90 килограммов.
«Священник призывал их (боевиков -прим. «Ленты.ру») продать эту книгу, но они не согласились», -пояснил верховный муфтий Сирии Ахмад Бадреддин Хассун, который в эти дни находится в России.
Он выразил обеспокоенность в связи с тем, что Сирию пытаются поделить по религиозному признаку. Верховный муфтий Сирии призвал всех, кто может, работать над тем, «чтобы эта зараза не вышла из Сирии и не поразила весь остальной мир». Хассун подчеркнул, что в мире не может быть места такому понятию, как «религиозная война».
В феврале 2015 года боевики «Исламского государства» разрушили на севере Ирака коллекцию статуй и скульптур, возраст которых превышает несколько тысяч лет. Тогда же стало известно, что они взорвали центральную библиотеку Мосула, уничтожив около 10 тысяч книг.

Bəhram Bağırzadə: Minnətdar olmalıyıq ki, 70 il SSRİ-də yaşadıq


"Birincisi, biz minnətdar olmalıyıq ki, 70 il SSRİ-də yaşadıq. Çarın vaxtında reallaşdıra bilmədiyimiz ideya və fikirlərimizi sovet dövründə reallaşdırdıq. Əgər 1918-ci ildə qurulmuş ADR-i qoruyub saxlaya bilsəydik, nələrin baş verəcəyi barədə mühakimə yürütməkdə çətinlik çəkirəm. Heç kəs hadisələrin hansı axarda inkişaf edəcəyi və Azərbaycanın aqibətinin necə olacağı barədə fikir yürüdə bilməz. Yaxşı da ola bilərdi, bizdən ikinci Əfqanıstan da düzəldə bilərdilər. Bizim bəxtimiz gətirdi ki, SSRİ adlı böyük güclü dövlətdə yaşayırdıq. Mən bir vaxtlar oktyabrist, pioner və komsomolçu olduğuma görə təəssüf hissi keçirmirəm. Sovet təhsilinin sayəsində biz bu gün ən azı, Azərbaycan və rus dilində oxuya bilirik, indiysə çoxları ingilis, fransız, ispan və ərəb dillərini bilir. Məhz o bazanın sayəsində Azərbaycan indi yaşayır və inkişaf edir".

BƏHRAM BAĞIRZADƏ

Seyid Əhməd Mahmudi – VƏHHABİ MƏZHƏBİ

Vəhhabi məzhəbinin banisi Məhəmməd ibn Əbdülvəhhabdır. Bu firqənin adı onun atasının adından, yəni “Əbdülvəhhab” kəlməsindən götürülmüşdür. Məhəmməd ibn Əbdülvəhhab hicri tarixi ilə 1111-ci ildə Ərəbistanın Nəcd vilayətinin Üyeynə şəhərində dünyaya gəlmiş və 1206-ci ildə, 96 yaşında dünyadan getmişdir.
Atası Şeyx Əbdülvəhhab öz dövrünün hənbəli alimlərindən biri idi və Üyeynə şəhərində qazi işləyirdi. O, camaatın çox hörmət bəslədiyi adamlardan biri idi. Məhəmməd atasının yanında hənbəli fiqhini öyrənmiş, Məkkə-Mədinə alimlərindən sair islami elmləri, o cümlədən, hədis, əqaid, təfsir elmlərini təhsil almağa başlamışdı. O, Müsəyləmə, Səccah, Əsvəd Ənəsi, Tüleyhə Əsədi və s. kimi peyğəmbərlik iddiasında olan şəxslərin tarixini oxumağa daha çox maraq göstərirdi. Cavanlığından camaatın dini əməlləri, əqidə və fikirlərinə qarşı şəkk-şübhə ilə baxır, onların qarşısında çox mənfi bir mövqe tuturdu. İş o yerə çatmışdı ki, o, camaatın əməllərindən çoxunu şirklə qarışıq hesab edirdi.

İSTEDADLAR VAR İMİŞ...


Masallı İncəsənət Məktəbi 51 il öncə yaradılıb – indiki Masallı Cümə Məscidinin arxasında, müsadirə edilmiş primitiv bir evdə yerləşib. Son 10-15 ildə isə Şəhər 1 saylı tam orta məktəbinin arxasındakı keçmiş hamam binasında yerləşir. Hazırda İncəsənət Məktəbi üçün yeni bina tikilir.

Əlniyaz Məmmədov: 10 mindən artıq əməliyyat etmişəm

Bu gün hansı şəxsinsə elmlər doktoru, yaxud professor olması ilə kimlərisə təəccübləmdirmək çətindir. Amma təəccüblüsü odur ki, bir rayonda doğulasan, ölkədə məşhur olan bir həmyerlinə yaxından bələd olmayasan.
Bu yazımızda həmin “günahımızı” yumağa çalışacağıq. 
Əlniyaz həkimlə söhbətə, necə deyərlər, qeyri-rəsmi məqamlardan başladıq. Başlanğıcda verdiyimiz suallar da elə qeyri-adi deyildi, amma bu suallara onun cavabları kifayət qədər düşündürücü idi.
Beləliklə, ölkəmizin tanınmış tibb alimlərindən biri, istedadlı cərrah,tibb elmləri doktoru, pofessor Əlniyaz Məmmədovla söhbəti sizə təqdim etməzdən öncə onun həyat yoluna qısaca nəzər salaq.
2 may 1955-ci ildə Masallı rayonunun Tatyan kəndində anadan olub. Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Cəlilabad rayonunda cərrahiyyə şöbəsinin müdiri işləyib. Daha sonra elmi fəaliyyətlə məşğul olub. Aspirantura təhsilini 2 dəfə tez, 1,6 aya başa vurub və 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib. Dövlət xətti ilə İranda və Türkiyədə həkim kimi çalışıb. Respublika Kliniki Xəstəxanada, sonralar Elmi Cərrahiyə Mərkəzində cərrahiyyə şöbələrinin rəhbəri vəzifələrində çalışıb və çalışır. Əlniyaz Məmmədov eyni zamanda Prezident Administrasiyası yanında Tibb İdarəsinin nəzdində olan Mərkəzi Kliniki xəstəxanasının baş konsultantı vəzifəsində çalışır.

Uşaqları sevindirməyin sadə yolu - onları ekskursiyaya aparmaq


İndi çoxlarının məktəblərlə bağlı gileyi ondan ibarətdir ki, uşaqları heç nə ilə maraqlandırmaq olmur. Sən demə, bunun çox sadə yolu var imiş-onları ekskursiyaya aparmaq. 
Bu günlərdə “Ilin məktəbi”, R. Əlhəsənov adına Masallı şəhər q saylı məktəbin 32 şagirdi Lənkəran və Astara rayonlarına ekskursiya ediblər. Səfər 2 dəfə “İlin məktəbi” adını qazanmış Lənkəran 4 saylı Humanitar təmayüllü məktəb-liseydən başlayıb.