17.09.2015

Rusiya Suriyada 20-yədək qaçqın düşərgəsi tikəcək

Avrasiya.info saytı rusvesna.su saytına əsasən xəbər verir ki, Rusiya hökuməti Suriyada qaçqın düşərgələrinin tikintisinə start verib. Suriyaya təyyarələrlə müntəzəm olaraq hərbi və humanitar yardımlar göndərilir. Ölkənin şimalında yerləşən Latakiya aeroportuna An-124 "Ruslan" təyyarələri ilə humanitar yüklər daşınır. Rusiya öz nəzarətində olan Suriya ərazilərində qaçqınlar üçün düşərgələr tikmək fikrindədir. Artıq ilk belə bir düşərgə başa çatmaq üzrədir, ora çadırlar, qab-qaçaq, məişət ləzavimatı və ərzaq gətirilmişdir. Düşərgədə 2 min adam sərbəst yaşaya biləcək. Rusiya gələcəkdə 20-yə yaxın belə bir düşərgə tikmək niyyətindədir. Düşərgələr Rusiya, o cümlədən İran hərbçiləri tərəfindən qorunacaq.

16.09.2015

“AXA MBASK” vətəndaşları necə aldadır?

Saytımızın ünvanına Yardımlı rayon sakini Rufullayev Murad müraciət edib. Həmin müraciəti olduğu kimi ixtiyarınıza veririk.

20 iyul 2015-ci ildə südüyüm “Niva-Şevrolet” maşını ilə (nömrəsi: 90 EJ 952) qəzaya düşdüm. Cəlilabad rayon sakininin sürdüyü “Niva” Rusiya istehsalı maşını mənim “Niva-Şevrolet” maşınım ilə toqquşdu. Polis gəldi, protokol yazdı. Hər ikimiz həkim müayinəsindən keçirildik, sərxoşluq olmamışdı. Məsələ burasındadır ki, həm ona məxsus “Niva”, həm də mənə məxsus “Niva-Şevrolet” maşınları “AXA MBASK” sığorta şirkətində sığortalanmışdır. Hadisə yerində dayanıb acqarına saatlarla gözlədik ki, mübarək “AXA MBASK” şirkətinin işçisi gəlib çıxacaq, bizə rəhm edib sığorta kağızı yazacaq, dəyən ziyan ödəniləcək. Şirkətin nümayəndəsi gəlib yerində vəziyyətlə tanış oldu. baxış keçirdi. Hər ikimiz bütün sənədlərimizi toplayaraq “AXA MBASK” sığorta şirkətinə təqdim etdik. 
Lakin uzun müddət keçməsinə baxmayaraq, şirkət bizə heç bir reaksiya vermir, heç bir nəticə yoxdur. Hal-hazırda mənim maşınım elə həminki əzik vəziyyətdədir, işlərim hamısı maşınsızlıq ucbatından pozulmuşdur, güclü maliyyə çətinlikləri ilə üzləşmişəm. O isə öz cibinin pulu ilə maşınını yarıyadək düzəltdirmişdir. “AXA MBASK” şirkətinə mürciətlər etsək də, şirkət bizi saya salmır. Tək biz deyilik, kimdən soruşuruq, bu şirkətin onlarda sığortalanmış maşına görə pul ödəməsi işləri hər yerdə beləcə müşkülə düşüb. Yəqin kiməsə arxayındırlar ki, xalqı açıq-aşkar aldadaraq pullarını mənimsəyirlər. 
“AXA MBASK” şirkəti bizim kimi vətəndaşları aldadaraq pulunu alır, lakin maşınlar əzilərkən pul ödəməkdən boyun qaçırır. Şirkət adətən maşının remont pulunu qarşı tərəfə, yəni qəzada günahı olana ödətdirir, ədliyyə işçiləri vasitəsilə pulu alıb öz klientlərinə verir, yəni havayı pul ciblərinə qalır. Bizim variantımızda isə elə gətirib ki, hər iki maşın məhz bu fırıldaqçıların şirkətində sığortanıb, ona görə də çıxılmaz vəziyyətdə qalıblar, bilmirlər pulu kimin boynuna qoysunlar, vəziyyətdən necə sivişib çıxsınlar.
Hüquq-mühafizə orqanlarından və Dövlət rəhbərliyindən xahiş edirəm ki, “AXA MBASK” sığrota şirkətinin əməlləri tam yoxlanılsın, bu qondarma şirkət respublikada sığorta işlərindən kənarlaşdırılsın. O cümlədən mənim məsələmə reaksiya verilsin, sığorta pullarımızın qondarma şirkətdən alınıb bizə verilməsində yardımçı olun. Media orqanlarından isə xahiş edirəm ki, “AXA MBASK” fırıldaqçı şirkətinin əməllərini açıb xalqa faş etsinlər ki, zavallı vətəndaşlarımız heç bir vəchlə bu şirkətdə sığorta olunmasınlar, pulları əllərindən çıxıb bizim kimi boş yerdə qalmasınlar.

Ukraynalıların maaşı honduraslıların maaşından 5 dəfə azdır

Ukrayna əmək haqlarının səviyyəsinə görə Afrikanın geridəqalmış ölkələri səviyyəsinə düşüb. Avrasiya.info saytı infopolk.ru saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş sosial siyasət naziri, "Müxalifət bloku"nun nümayəndəsi Natalya Korolevskaya bildirmişdir.
Ukrayna Ali Radasında çıxış edən xanım siyasətçinin sözlərinə görə, hal-hazırda Ukraynanın iqtisadi durumu Afrika ölkələrindən də aşağıdır. Belə ki, ukraynalıların orta maaşı 1200 qriven- 55 dollar təşkil edir ki, bu da Hondurasda olan orta əmək haqqından 5 dəfə azdır. "Biz hökumətə müraciət edirik. Təcili tədbirlər görmək lazımdır"- Natalya Korolevskaya demişdir.
Xatırladaq ki, bir müddət əvvəl Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili də eyni fikirləri səsləndirmişdi. "Ukraynanın ÜDM-u 184 milyard ABŞ dollarından 115 milyarda düşüb. Bu o deməkdir ki, adambaşına düşən milli gəlirə görə biz Qabonun səviyyəsinə düşmüşük. Ukrayna hazırda Qabonun vəziyyətindədir”,- deyə Saakaşvilli "Şuster-Live" proqramının efirində bildirmişdi.

Rusiyanın yeni silahı: "Tor" 50 hədəfi birdəfəyə vurur

Nijni Taqildə keçirilən Beynəlxalq Silah Sərgisində Rusiya yeni ZRK "Tor-M2E" döyüş maşınlarını nümayiş etdirmişdir. Avrasiya.info saytı xəbər verir ki, yeni zenit-raket komlekslərinin daşıyıcıları olan bu maşınlar təyyarələri, vertolyotları, dronları, qanadlı raketləri və idarə olunan aviabombaları məhv etmək iqtidarındadır. Döyüş modulunda təyinedici aparatura- radiolokasiya və optika cihazları yerləşdirilmiş maşın hətta hərəkətdə olarkən hədəfləri tapıb müəyyən edir və saniyədə 700 metr sürətlə uçan bütün obyektləri vurub salır. Bu cür kompleks döyüş şəraitində havada olan 50-yə yaxın obyekti birdəfəyə vurub salmaq istidarındadır. İlkin mərhələdə izləmə aparatı onların içərisində ən təhlükəlisi hesab olunan 10-nu seçir, 4-nü avtomatik olaraq vurub salır. Sonra isə atəş axırıncı hədəfin göydə olmasına və kanalın təmizlənməsinə kimi davam edir.
Xatırladaq ki, 1998-cı ildə "Tor-M2U" kompleksinin prototipi olan ZRK "Tor-M1" qurğusunun, onun fransız analoqu "Ktotal-NJ" kompleksindən üstün olması üzə çıxdı. Yunanıstanda keçirilən yarışmalar isə göstərdi ki, "Tor-M1" kompleksi özünün NATO konkurentlərinin hamısından daha çox hərbi üstünlüklərə malikdir.

Suriya cəbhəsində yenilik: Rus tankları ilə amerikan tanklarının döyüşü olacaq

"Abrams" tankları rus tankları ilə müqayisədə daha çox yanacaq israf edirlər

Avrasiya.info saytı The National İnterest xəbər agentliyinə istinadən bildirir ki, Suriyada Rusiya hərbi texnikası ilə İŞİD terrorçularının əlində cəmlənmiş "Abrams" tankları arasında döyüş gözlənilir. Məsələ burasındadır ki, İŞİD İraq ərazisinə girərkən çoxlu sayda hərbi texnika terrorçuların əlinə keçmişdir. Həmin texlikanın içərisində ABŞ istehsalı olan "Abrams" tankları da vardır. Terrorçular hər an həmin tankları Suriya cəbhəsinə göndərə bilərlər. Rusiyanın Suriyaya göndərdiyi tanklar isə T-90 "Vladimir" tanklarıdır.

XOSROV BARIŞANI SORUŞSANIZ

Xosrov Barışanı soruşsanız...
Oradan getdi burasızlığa hər gün;
Yol yanğını bir yuruşu;
Ayaqları yerişinə ağır yükdür!
Ayaqları qırmızı alarm!
Yeridiyi küçə
İki nəfərlik yalqızlığı qədərdir.
Kim yazsa adresini qorxar!
Bir paradoks heykəlidir suallar bülvarında!
Eşiyi içini danar, içi eşiyini!
Qapananda qapılar
Şeirlərində qaçaq;
Addımları tarixə quylanar.

Xosrov Barışanı soruşsanız...
Səhər olsa
Yuyar
Əl-üzünü ışıqla
Və göyə sarı darar saçlarını.
Habelə ana qarnından ölümlə adaqlı;
Doğulandan şer ilə evli;
Ürəyi yumruğudur.
Sevməyi yumruğundan böyük;
Tutduğunda əli boşa gedər.
Boğular bütünlədəndə əsgik yanını!
Gönül verdiyi
Fahişələrin bakirə kraliçəsi!
Ölümdən qaçıb da şeir yazar.
Buludları quş sıçar, quşları qanad!
Qəfəsdə uçmaq ən qırcanan sevgilisi.
Eylə odlu öpüşər ki
Söndürər bütün çıraqları.
İnciyəndə küsməz,
Yarım qalar.

Xosrov Barışanı soruşsanız...
Qaranlıqdaki çığırmadır
Bu umud oyan nəfəslaqda.
Quşğuları tiğə ağzında yaşayar.
Tilfunlarının dalısında gecə pıçıltısı;
Sevgilisini qarabasmalarda oğurladılar.
Hirsində vardır tütsüsü...
Tütsüsündə böyütdü ulduzunu...
Yuxusunu qurdu hirsində...
Və bir məktəbdir yuxuları 
Oxunulsa 
Diksinib oyanar!
Bu günü dünəninə dustaqdır,
Dünəni bu gününə.
Gördükləri hər zaman yasaqdır yasaq...

Xosrov Barışanı soruşsanız...
Hər sorununu 
Şeirlə çözməyi düşünür.
Yada şeirin
Özüdür elə,
Heç bir qaliba sığışmaz,
Özünə belə,
Dərd çəkər, dərd...
Yazdıqları naşirlərin,
Qazilərin çörək ağacıdır.
Yalqızlığı yoxluğu qədərdir.
Həyatı bir filimdir,
Çəpik çalacaqsınız bitcək.

Xosrov Barışan

Rusun vaxtı xalq ağır bank sələmi altında boğulmurdu

Elxan Zaman

Rus sənin dövlətinin təməlini qoyan insanları yetişdirən məktəblər açdı burda, səhiyyə və yüksək təhsili bu xalqdan əsirgəmədi. Burda nəhəng zavodlar, ələxüsus da neft emalı və neft məhsulları istehsal edən zavodlar tikdi, halbuki bu gün sən ancaq xam neft satırsan. Rus Neft daşları kimi bir şəhərcik saldı. Yox yerdə Sumqayıt, Əli-bayramlı, Mingəçevir, Sabirabad, Neftçala kimi şəhərlər saldı. Rus sənin dilinin, milli mədəniyyətinin qorunması və inkişafı üçün gözəl şerait yaratdı. 
Bir misal. Rusun vaxtı bu millətin bəstəkarlarının bəsdələdikleri mahnarın səviyyesine baxın, indikinə baxın. Rusun vaxtının müğənnilərinin, kino-aktyorlarının, veriliş aparıcılarının, jurnalistlərinin, ədəbiyyatçılarının, mühəndislerinin, alimlərin, tələbə və şagirdlərinin, müəllim və həkimlərinin, polis və hərbçilərinin, dövlət məmurları və hökumət işçilərinin səviyyələrinə, davranış və əxlaqlarına baxın, indikilərə baxın, fərq göz qabağındadır. 

Qafar Şövqi - Başına döyənlər balaca qaldı

Çatana baş əyib minnətdar olduq,
Minnət də oturdu kürəyimizdə.
Yalançı alqışlar nəticəsində
Heykəllər böyüdü ürəyimizdə.

Heykəllər böyüyüb göyə çatdısa,
Niyə baş əyənlər balaca qaldı?
Döşünə döyənlər qabağa getdi.
Başına döyənlər balaca qaldı.

Döydük başımıza illər uzunu
Döyülən başımız heç işləmədi.
Kiçik qardaşımız işgüzar oldu.
Böyük qardaşımız heç işləmədi.

Kiçiklər əllərin göyə çatdırır.
Kiçilmək haçandan yüksəliş olub?
İşə girməyimiz böyük problem,
İşə düşməyimiz adi iş olub...

Sadiq Saleh - Anladım aşiq olan vəqt...

Ey gül ətrin gətirib canə bu mastanələri,
Guya mey bihuş edib sakini meyxanələri.

Qeysü Fərhadə hər an tə`nə edərdim,e y vah....
Anladım aşiq olan vəqt bu divanələri.

Öylə sevdim ki o yari dili-viranələrə
Agah etdi mənim eşqimdəki əfsanələri.

Nəzərin çəkmə, məni tək görübən tərk etmə...
Saqi, yar gəldi, gətir məclisə peymanələri.

Qafila, dərk eləməzsən mənim aşiqliyimi,
Cəzb edir şəm odumla, oda pərvanələri

Saleha, var nə qədər can tutaraq əldə qələm,
Düzərəm sətrə hər an kəlmeyi dürdanələri. 

Türkiyə üzərindəki böyük oyun: BOR!!

Sübhan Padarsoy

S.Aygün: “Türkiyə Amerikaya borun tonunu 140 dollara, türkiyəlilərə 240 dollara satır. Amerikalı boru alıb öz ölkələsinə aparır və eyni boru Türkiyəyə 600 dollara geri satır”

Amerikanın sabiq prezidenti Corc V.Buş hələ İraq müharibəsinə başlamazdan əvvəl “Xalqa Səsləniş” nitqində müharibəyə qarşı olan amerikalıların fikrini dilə gətirmiş, “Amerikanı neftə asılılıqdan xilas etmək üçün bora əsaslanan hidrogenlə işləyən avtomobillər layihəsinə 1.2 milyard dollar vəsait ayrılacağını” bəyan etmişdi. Yaxın Şərqə əsgər yığıb İraqı işğal etmək necə İsrailin istəyi idisə, eləcə də, hidrogenə keçib ərəbləri iqtisadi baxımdan çökdürmək də İsrailin arzusudur. Çünki həm Amerikanın, həm də İsrailin yanacağa olan tələbatının 99 faizini ərəb nefti ödəyir.

Yəhudilər Argentina prezidentinə qarşı

Argentina prezidenti Kristina Fernandes de Kirşner bildirmişdir ki, ölkə iqtisadiyyatının bütün bəlaları yəhudilərdən gəlir. Avrasiya.info saytı xəbər verir ki, ölkə prezidenti bu sözləri məktəblilər ilə görüşü zamanı səsləndirmişdir. O, yəhudilərin xüsusiyyətlərinə bələd olmaq üçün məktəblilərə Şekspirin "Venesiya taciri" əsərini oxumağı məsləhət görmüşdür. Bundan sonra Kirşner bu sözləri Twitter sosial şəbəkəsində də paylaşmışdır ki, nəticədə yüzlərlə həmrəylik və dəstək şərhləri almışdır.
Artıq uzun illərdir ki, yerli yəhudi icması ilə Argentina prezidenti Kristina Fernandes de Kirşner arasında qarşıdırma davam edir. Çe Qevaranın vətənində rəsmi olaraq 300 min yəhudi yaşayır. Rusiyada olduğu kimi, Argentina müxalifətinin də əsas özəyini yəhudilər təşkil edirlər. Yəhudilərin Kirşnerə nifrəti aydındır: ölkənin müstəqil siyasəti, ABŞ-a üz çevirmə, İran və Rusiya ilə isti münasibətlər. Son 20 ildə Kirşner ABŞ rəhbərliyinin nifrət bəslədiyi Kubaya səfər edən ilk Argentina prezidenti olmuşdur. Kristina Kirşner həm də Rusiya prezidenti Putinin yaxın dostudur. Ölkə rəhbərliyinin Kreml ilə sıx əlaqələri vardır və BRİKS təşkilatına üzv olmağa can atır. Məhz bu səbəblərə görə ölkə daxilində ABŞ və İsrail kəşfiyyatlarının əli ilə provokasiyaların sayı dayanmadan artır. İsrtailin ölkədəki 5-ci kolonu sayılan yəhudi icması Argentinadakı ictimai-siyasi vəziyyəti hər vəchlə gərginləşdirmək və çevriliş törətmək istəyir. Amma Argentina xalqı Kristina Kirşneri məhz prinspiallığına, dəmir xarakterinə, xarizmasına və ən əsası, amerikan imperializminə əyilməmək əzminə görə dəstəkləyir.

15.09.2015

Azərbaycan itirmək ABŞ üçün dünyanın yarısını itrimək deməkdir

Vüqar Məmmədov

Artıq heç kəsə sirr deyil ki, bu gün Suriyada vuruşan "saqqallı vahhabilər" Türkiyə istihbarat xidmətinin əməkdaşlarıdır

Bu gün real vəziyyət belədir. Seçkilərdən sonra Azərbaycanda qarışıqlıq salmaq. Amma düşünmürəm ki, ABŞ buna nail olsun. Baxmayaraq ki, ABŞ İŞİD-i Azərbaycana yönəltmək istəyir. Amma MTN Azərbaycanda kifayət qədər güclüdür. Bunun qarşısını ala biləcək.
İkinci variant isə sui-qəsdlər və dövlət çevrilişidir. Məncə ABŞ buna daha çox üstünlük verə bilər. Cünki hakimiyyətdə kifayət qədər insanlar var ki, ABŞ və Mason lojosı ilə "sadiqlik and" içiblər.
Amma bu da əsas vermir ki, ABŞ-ın iqitara gətirə biləcəyi yeni Lider sona kimi hakimiyyəti əlində qoruyub saxlasın. Ortada kifayət qədər Rusiya və İran faktoru var ki, hakimiyyət yenidən bunlardan birinin əlinə keçsin.

12.09.2015

Rus speçnazı Suriyaya girdi

Doğrudanmı Bəşər Əsəd qələbə çalacaq? Doğrudanmı Suriya xalqı xilas ola biləcək? Doğrudanmı Suriya bir dövlət kimi düşdüyü tam kollapsdan qurtulacaq? Dünya ictimaiyyətini düşündürən əsas məsələlər indi bunlardır.
Rusiya qoşunu Suriyaya girdi. Suriyada yerüstü əməliyyatlara start vermiş rus speçnazını aviasiya da müşayiət edir. Rus ordusu Suriyaya iki ölkə arasında olan Dostluq və Qarşılıqlı Yardım Müqaviləsinə əsasən və Dəməşq hökumətinin birbaşa dəvəti ilə girmişdir. Tartusdakı xırda təmir bazası genişləndirilmiş, o cümlədən Latakiya və Cablada Rusiya Hərbi Dəniz Flotunun və Hərbi Hava Qüvvələrinin yeni bazaları yaradılmışdır. İlk aviazərbə nəticəsində 200-dən çox İŞİD-çi məhv edilmişdir və bu ABŞ-ın açıq-aşkar qəzəbinə səbəb olmuşdur. 
Rus hərbçiləri Suriya ordusunu müntəzəm olaraq kosmik sputniklərdən çəkilmiş görüntülərlə təmin etməyə başlamışlar. Suriya aeroportlarına MİQ-31 rus qırıcı təyyarələri göndərilmişdir. Xəbər saytları artıq İŞİD-in nəzarətində olan bir sıra ərazilərin azad edildiyini bildirmişlər. Tanınmış İsrail hərbi eksperti Aleks Fişman minlərlə rus speçnazının Suriyaya gətirildiyini xəbər vermişdir. "Nəyə görə Suriyadakı proseslərə amerikanlar qarışa bilər, fransızlar qarışa bilər, amma ruslar qarışa bilməzlər?"- Suriyanın əsas aparıcı partiyası BAAS-ın rəhbəri Xiləl Əl-Xiləl hiddətini bildirmişdir. "Rusiya 1973-cü ildə İsrail ilə müharibə zamanı da bizə silahla kömək edirdi, indi də edir"- o demişdir. "Rusiyanın bu hərəkəti ötkəmliyi və şücaəti ilə Krım əməliyyatından fərqlənmir"- tanınmış publisit Şamir İsrael yazır.

11.09.2015

Postmodern çevriliş


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -36

İntiqam Əhmədli: Həqiqətən də şiələrin birliyi və mübarizə əzminin yüksəkliyi Britaniyalı millətpərəstləri çoxdan narahat etməyə başlayıb. Britaniyanın sadiq agenti olan Səudiyyə Ərəbistanının Şeyxi Suriyaya tez-tez silahlı terroristlər göndərir oradakı şiələri məhv etmək üçün. Göndərilənlərin hamısının vahhabi olduğu dəfələrlə sübut olunub.

10.09.2015

Gözünüz götürmür uğurlarımızı!


Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -35

Elçin Bayramlı: Kim özünün və ailəsinin əxlaqını qorumaq istəyirsə, Azərbaycan və türk kanallarından imtina edib rus kanallarına baxmalıdır.
Fariz Babayev: Özünü müxalifət adlandıran qurumun qrexi çoxdur, ponyatkası zəifdir. İqtidar isə bezpredeldir!

Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər

◘Sözlərin ən yaxşısı dörddür: “Sübhanəllah”, “Əl-həmdu lillah”, “La ilahə illəllah”, “Allahu əkbər.”

◘Mənim və keçmiş peyğəmbərlərin dedikləri ən yaxşı söz “la ilahə illəllah” kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, tə`zim, şirinlik və ehtiramla yanaşı tələffüz etməlidir.

◘Allah dörd şeyi dörd şeydə qərar verib: Elmin bərəkətini ustada ehtiramda, imanın davamlılığını Allaha tə`zimdə, həyatın ləzzətini ata-anaya yaxşılıqda və cəhənnəmdən azad olmağı camaata əziyyət etməməkdə.

◘Allah dörd kəsi özünə düşmən bilir: And içən ticarətçini, təkəbbürlü fəqihi, zinakar qocanı və zülmkar rəhbəri.

◘Hər kimdə dörd xüsusiyyət olsa, Allah-təala behiştdə onun üçün bir ev qərar verər: “La ilahə illəllah” kəlməsi onun pənahgahı olsun (ki, onun sayəsində günahdan çəkinsin.), əlinə ne`mət gələn zaman şükrünü yerinə yetirsin, günaha düşən zaman istiğfar etsin, müsibət və bəla ilə üzləşdiyi zaman “inna lillah və inna iləyhi raciun, (biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik) desin.


Çuşka şeirləri -1: De də bə…

Vitoş

Deyə bilərsənmi, a Abbas qağa,
Palıd ağajına, qoz ağajına
Nə deer dimdiyi ağajdələnin?

Töylədə, sarayda, köyüşənlikdə
Ovjunu yağışa tutan uşağın
Nə deer ovjuna siyən yağışlar?

Ehey… qulaqları darı dələnim…
Nə deer harayı qarğanın göyə?
Nə deer harayı zurnanın toya?
Nə deer torpağa eşşəyin nalı?
De də!

Günü göy əskiyə bükülüf gedən
Dolmuş bulud kimi tökülüf gedən-
Arvad ölümünə, at itkisinə
Nə deer, nə deer göz yaşlarımız?

Bir də damxamızın pənjərəsini
Küləyin əliylə kim döyür, qağa?
Hörümçək toruna düşən bu milçək
Çırpınıb dünyaya nə deer, qağa, hə?

Daha nə soruşum, nə xavar aleym?
Eh, başı taxtalı, lopabığ kişi,
Nə dedik dünyaya gəlişimizlə?
Deyə bilərsənmi, nə verəjəyik
Dünyaya- dünyadan gedişimizlə?

08.09.2015

США - РОССИИ: "НЕ СМЕТЬ ТРОГАТЬ ИГИЛ!"

Большой Брат заволновался. После официальной информации о строительстве российской военной базы в Латакии и неофициальной - о применении против ИГИЛ новых видов российского оружия и присутствия в зоне боевых действий российских военспецов, Большой Брат понял - а теперь его детище будут мочить по-взрослому.
Большому Брату обидно - столько денег вбухал в организационную структуру Исламского государства, сдал ему месторождения, банковские авуары и собственную военную технику, хранившуюся на складах иракской армии. Организовал форменный хаос на Ближнем Востоке, и тут появляется что-то этакое, и вот уже:
"Иракские СМИ сообщили, что боевики ИГИЛ в страхе покидают позиции, в связи с тем, что по ним работают "выжигающими средствами" от которых нет спасенья."

07.09.2015

Osmanlı hökmdarlarından Sultan Səlim

İlkin Əzizli

Sultan Səlim 1467 ci ildə Amasiyada anadan olmuşdur. Qeyd edim ki bu ildə noyabrın 11-də həmçinin Muş döyüşüdə baş vermişdir. Digər bir məlumata görə isə 1470-ci ildə anadan olmuşdur.
Osmanlı hökmdarı II Bəyazidin oğludur. Anasının adı Gülbahar Xatundur. Xanımının adı isə Hafizə Ayşə Sultandır. 
Süleyman adında bir oğlu da olub, sonralar bu uşaq Qanuni Sultan Süleyman deyə məhşurlaşıb. 
Sultan Səlim düvrünün ən böyük alimlərindən Həlim Çələbidən özəl dərslər almışdır. Ədəbiyyata marağı olan Səlimin biri farsca, digəri türkcə olmaqla iki divanı vardır.
Çorlu yaxınlığında Sirt kəndində Səlim xəstələnmiş, getdikcə vəziyyəti ağırlaşan Sultan Səlim elə burada da 1520-ci ildə 53 yaşında olarkən vəfat etmişdir.
Hakimiyyət illəri 1512-1520-ci illər.

06.09.2015

“CƏNUB-KİTAB” EVİ AÇILIŞ ETDİ


3 nəfər xeyriyyəçinin hər biri 200 manatlıq “Kitab ehsanı” vədi verdi

Tədbirə qatılanlar sırasında paytaxtdan gəlmiş ölkəmizin tanınmış ziyalıları Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Rafiq İsmayılov da var idi

Nəhayət, Masallı şəhərində “Cənub-kitab” Evi fəaliyyətə başladı. Bununla bağlı 2015-ci il Masallı şəhərinin mərkəzində, “Cənub xəbərləri” qəzeti redaksiyasının binasının qarşısında (Bu bina indi həm də “Cənub-kitab” Evinin binası kimi də fəaliyyət göstərir) toplantı keçirilmişdir.

Məhəmmədhüseynin özünə Şəhriyar təxəllüsünü götürməsinin tarixçəsi

İlkin Əzizli

Şəhriyarın özünə təxəllüs götürməsinin maraqlı tarixçəsi var. Şairin özünün də yazdıqlarına görə hansı təxəllüsü götürürmüşsə digər gənc şairlər sonradan həmin təxəllüsə şeirlər yazmağa başlayırlar. Məhəmmədhüseyn isə bu təxəllüslərdən əl çəkməli olurmuş. Nəhayət şair xeyli fikirləşdikdən sonra çox sevdiyi, bütün yaradıcılığı boyu dönə-dönə xatırladığı və müraciət etdiyi Şərqin böyük şairlərindən olan Hafizin divanından fal açır. Bir neçə dəfə fal açan şair hər dəfə Şəhriyar sözünə rast gəlir. Bundan sonra şair əbədi olaraq özünə Şəhriyar təxəllüsünü seçir.

1. Qəriblik qəmi və möhnətə tab gətirə bilmirəm
   Öz şəhərinə gedib öz Şəhriyarı olmalıyam.

2. Ömrün davamını, haqqın lütf mülkündən istə, Hafiz,
   Ki, çərxi-fələk sikkəni Şəhriyarın adına döydürdü.


MUAMMER KADDAFİ'NİN TÜRKİYE'YE YAZDIĞI MEKTUP

Hiç bir hainlik bedelsiz kalmaz sevgili Türkiye...
Savaş gemilerini tüm ülkelerden önce tepemize yollayan sevgili Türkiye.
ABD uşakları ülkemizde kargaşa yaratıp binlerce insanımızı öldürdüğünde bu uşaklara silah, mühimmat ve para desteğinde bulunan Türkiye.
Siyasi karalamalar yapılırken gıkı çıkmayan üzerine hakkımızda karalama yapan aziz Türkiye.
İrak halkının başına gelenlerin Libya halkınında başına geleceğini bilen işbirlikçi Türkiye.
Müslüman'ım diyerek haçlı ordusuyla birlikte halkımızı katleden Türkiye.
ABD-ye ayak takımlıgı yapan namuslu Türkiye.
Petrolümüze, vatanımıza, namusumuza göz diken teröristlerle birlikte hareket eden şerefli Türkiye.
6 aydan bu yana 20 binden fazla insanımızın öldürülmesine destek veren delikanlı Türkiye.
Sessizliğiniz suçluluğunuzu aklamaz, hiç bir hainlik bedelsiz kalmaz sevgili Türkiye.
Kıbrıs savaşında tek destekçiniz olan beni ve ülkemi sırtımızdan vurduğunuz için, kardeş tutumunuz için teşekkür ediyor, aynı hainlikleri, acıyı ve göz yaşını yaşamamanızı diliyorum, canım Türkiye...


Отто Скорцени: «Почему мы не взяли Москву?»

Каждую весну, когда приближается День Победы, телевидение начинает показывать художественные фильмы, посвященные Великой Отечественной войне. Положа руку на сердце: большинство из них просто спекулируют на великой теме. Нужно впарить рыгающему перед телевизором обывателю с бутылкой пива в руке, что-то «интересненькое», приятное для его глазенок, осовевших от мирного житья. Вот и появляются сериалы, вроде «Истребителей», главная интрига которых — кто залезет под юбку летчице: «плохой» замполит или «хороший» сын репрессированного дореволюционного аристократа с томиком Гете на немецком под мышкой в исполнении актера Дюжева? Не воевавшие и даже не служившие рассказывают другим не воевавшим, что война — это очень интересно и эротично. Даже, мол, есть время русскому солдату Гете почитать.

05.09.2015

Импорт и санкции, любопытный факт

Многие знают то, что Россия покупает в Нидерландах цветы. Однако, немногие знают то, что эти цветы из Колумбии.
Вопрос: Зачем нам нужно платить откровенно враждебной нам стране огромный процент за то, что она просто переупакует у себя идущие из Колумбии цветы? Почему нельзя закупать цветы прямо в Колумбии?
Ответ: Так работает западная колониальная система. Именно за счёт такого паразитизма страны Запада и поддерживали у себя до последнего времени относительно высокий уровень жизни.
Сейчас Россельхознадзор весьма удачно нашёл в голландских цветах некие карантинные организмы, что, вероятно, станет поводом запретить поставки цветов из Нидерландов в Россию. При этом глава Россельхознадзора Сергей Данкверт встретился уже с послом Колумбии и предложил ему рассмотреть возможность прямых поставок цветов в Россию:
Колумбия, думаю, так и сделает: мы в итоге получим колумбийские цветы без нидерландской наценки, и эти цветы, вдобавок, будут более свежими – так как корабли с цветами пойдут в Россию напрямую, минуя лишнее звено в виде портов ЕС.

Araz Əsgərov - Azərbaycanın fəxri idmançısı


Araz Əsgərov 1982-ci il noyabrın 26-sında Lənkəranda doğulmuşdur. Qaydasız döyüş üzrə əvvəl Azərbaycan, sonra Rusiya çempionu olmuşdur. İndi isə Azərbaycan kuboku sahibi oldu. Həmyerlimizə yeni-yeni uğurlar arzulayaq!




Çarliz Darvinin "Təkamül nəzəriyyəsinə"cavab məktubum

İlkin Əzizli

Çarliz Darvin 1871 ci ildə yazmış olduğu "İnsanın Mənşəyi" adlı əsərində göstərir ki, insan- köhnə dünya meymunları gövdəsinin bir budağıdır. Onun fikrincə insan çox qədim dövrdə köhnə dünyada (Afrika, Asiya) yaşamış olan insana bənzər meymunlardan əmələ gəlmişdir.
Əvvəla bu fikirlərin kökündən səhv olmasını Qurandan ayələr gətirməklə sübuta yetirmək istəyirəm. Əl Muminin Surəsinin 12,13,14 cü Ayələrində buyrulur: "Biz həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq (Biz Adəmi torpaqdan Adəm övladını isə süzülmüş xalis palçıqdan nütfədən xəlq etdik).
"Sonra onu (Adəm övladını) möhkəm bir yerdə (ana bətnində) nütfə halına gətirdik."
"Sonra nütfəni laxtalanmış qana (rüşeymə bağlı qalan bir şeyə) çevirdik, sonra laxtalanmış qanı bir tikə (çeynənmiş) ət halına saldıq, sonra o bir tikə əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa (yeni) bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər (uca, nə qədər) uludur!".

Türklərin işğal, qətliam və talanlarına "xilas" adı qoymaq

Bildiyiniz kimi, filosof Ağalar Qut Osmanlı-Türkiyə türklərinin Azərbaycana münasibəti mövzusunda olduqca lazımlı bir polemika açdı; lakin təəssüf ki, o, yenə öz mövqeyinə görə, siyasi-ictimai konyukturanın qurbanına çevrilmiş bir qrup insanın, Siyavuş Novruzov sayağı bir üslubda “o, ermənidir, kürddür” kimi bayağı ittihamlarına məruz qaldı.
Mənim bu məqaləmi jurnalist Dilqəm Əhmədin A.Quta ünvanladığı cavab yazısına reaksiya kimi də qəbul edə bilərsiniz. Onu da deyim ki, bir jurnalistin öz yazısında filosofu alçaltmağa çalışdığını görmək çox acınacaqlı haldır.
Mənim məqsədim D.Əhmədin hələlik sadəcə bir iddiasına, ancaq ondan fərqli olaraq arxiv materiallarına istinadən, öz münasibətimi bildirməkdir. Mən D.Əhmədin “Ehtiyac olarsa, cavab veriləcək” vədini əsas götürərək ümid edirəm ki, o, bir müəllif kimi verdiyi sözə əməl edib, mənə cavab yazacaqdır.

Əkrəm Hacızadə - Vəhhabi təhlükəsi


Azərbaycanda vəhhabi təhlükəsi var. Özü də ciddi şəkildə. Adiyyati orqanlar, "fitva" ilə nələr olacağını səndən və məndən daha yaxşı bilir. Hərçən ki, bunu gizlədirlər. Əslində elə də olmalıdır... Amma müəyyən həddə və mən elə düşünürəm ki, bacardıqları qədər əllərindən gələni etməyə çalışırlar. Ara-sıra terrorçu qruplaşmalar əleyhinə əməliyyatlar, qadağa olunmuş şiə ədəbiyyatlarının yayılmasına icazə vermək və.s işlər də bu qəbildəndir. Təbii ki, istəsələr bir gecədə böyük zərbələr vura bilərlər. Amma etmirlər. Daha doğrusu edə bilmirlər. "Niyəsi"ni xarici qüvvələrdir. Azərbaycanda bu terrorçuların axrasında duran və maliyyələrşidən sionizmə bağlı qüvvələr var. Bu gün şirkətlərdə, dövlət obyektlərində və bazarlarda kifayət qədər vəhhabi var. Ölkədə geniş miqyaslı anivəhhabi əməliyyatlar keçirilərsə, bunlar da digər tərəfdən iqtisadi və siyasi zərbələr vuracaqlar. Bəs nə etməli? Mən həmişə deyirəm, yenə də qeyd edim ki, hakimiyyətə iddialı olan və sionizimdən asılı olmayıb qrantları ilə dolanmayan birisini tanımıram. Bu baxımdan onlarda vəziyyət daha pisdir. Yenə indikilər arada bir qərbə təpik atır...

Ağadadaş Sürəyya - Ya Əli


Ey vücudi, xilqəti zati səxavət Ya Əli,
Aləmi-imkana sənsən rəhmət, Ya Əli.

Aləmi-imkan sənindir, sən vəliyyü həqqisən,
Həm Əlisən, həm Vəlisən, həm imami həqqisən,
Canişini-Mustafasan, həm vəliyyü həqqisən,
Bu ədəl vəsfində var kəşfi kəramət, Ya Əli.

Ya Əli, sənsən olan ustadi cibrili əmin,
Həm Əlisən, həm Vəlisən, həm imami Müttəgin,
İxtiyarıda olur lohi qələm ərşi bərin,
Aləmə sənsən edən ruzivi qismət, Ya Əli.

Ey bölən kahvarə iqrə tiflikən əjdəhar,
İsminə nazil olan laseyfə illa Zülfiqar,
Sureyi vənnəcmə məqsəd həl ətayə tacidir,
Yeddi hamim əliflamimimə şövkət, Ya Əli.


Şimali TOLIŞ, Lik - Ğələbın!


Mirfayaz Likməkani

31.08.2015

Terrorizmin kökünü kəsməkdə şiə müqavimət tufanı dayanmayacaq

Kərbəlada şiə təqlid mərcələrindən olan Həzrət Ayətullah Seyid Məhəmməd Təqi Müdərrisi Kərbəla şəhərində bir çox ziyarətçi və elmi hövzələrin tələbələri ilə görüşərkən, onların qarşısında çıxış edib. O İraq, Suriya və Yəməndəki terrorizmi himayə edən, silahlı qruplaşmalara yardım edən və cavanları xəsarətli müharibəyə göndərən ölkələrə xəbərdarlıq edib. Bu barədə şiələrin İslami müqavimət ordularının qələbələri və bir çox terrorçuları məhv etdiyinə işarə edib.
Regionda şiə qrupların əldə etdikləri qələbələr, habelə Suriya, İraq və Yəməndə təkfirçilərin tərpənə bilməməsi onların ruh və mallarına bir tufan kimi ağır zərbə vurdu. Bu tufan dünyada son terrorçuların məhv olacağı zamana qədər davam edəcək.
Nur-az.com-un Shia Online-a istinadlı məlumatına əsasən, o terrorçuları himayə edən ölkələrə xitab edərək deyib: Biz dəfələrlə sizə İraq, Suriya, Livan və Yəməndəki təkfirçi terrorçu qruplaşmaları himayə etmək barədə xəbərdarlıq etmişik. Dedik ki, odla oynamaqdan əl çəkin. Çünki bilirik ki bu ölkələrin əhalisi nə qədər şücaətli, cəsur və himmətlidirlər. Onlar döyüş meydanlarında şir kimi döyüşürlər.

30.08.2015

Интриганы Севастополя принесут больше вреда России, чем санкции Америки

"ИНФОРМЕР" является современной мультимедийной площадкой, где каждый может высказать своё собственное мнение по волнующей его теме. В ежедневном формате корреспонденты интернет-издания предоставляют своим читателям достоверную информацию о самых значимых событиях регионального, федерального и международного масштаба. При сборе и обработке материалов, авторам приходится встречаться для интервью с разными людьми.
Например, на днях довелось выслушать точку зрения о ситуации в Севастополе Президента АНО "Центра моделирования стратегического развития", доверенного лица Президента РФ Владимира Путина Союна Садыкова.

Bəhruz Xəlil - Darıxmaq çox bahadır

Sən də darıxacaqsan
bir gün,
mən darıxan kimi...
sağollaşdığın adam 
qapından çıxan kimi...

Nə deyim, necə deyim,
sənsiz necə soyuqdur
günəşin şuaları...
yetim qalan arzular:
anasından yem uman,
qaranquş balaları...

Necə deyim, əllərim
üşüdür ciblərimi.
qanım da soyuqlaşıb,
sən getdiyindən bəri...
Necə deyim, darıxmaq
çox bahadır bu evdə,
Yoxluğun bahasına...
Hansı günah əvəzi,
gətirdin mən yazığı,
Allahın bəlasına?

Tələbəsindən Vahabzadə ilə bağlı xoş olmayan xatirə

Məti Osmanoğlu

Yaddaşımda dərin və ağrılı, göynəkli izi qalmış bir hadisə neçə gün idi beynimdə qığılcımlanıb öləziyirdi. Tələbə yoldaşım və əziz dostum Məhərrəm Qasımlının bir televiziya çıxışı həmin hadisənin bütün detallarını bu gün bir daha gözümün qabağına sərdi...
Məhərrəm Bəxtiyar Vahabzadənin bir müəllim kimi onun taleyində oynadığı roldan danışırdı: ikinci kursda bizə “Müasir ədəbi proses” kursunu Bəxtiyar Vahabzadə keçmişdi. Həqiqətən də fərqli bir müəllim idi: ondan ötrü proqram, mövzu məcburiyyəti və məhdudiyyəti yox idi. Sinfə girəndə ürəyi nə istəsə, necə istəsə, hansı mövzunu aktual hesab etsə, ondan danışırdı. Dərsliklərdə, kitablarda yazılmayan, rəsmi sovet ideologiyasının yasaq elədiyi məsələlərə toxunurdu. Mühazirələrinə hamı maraqla qulaq asır, bəzən də tələbələri polemikaya cəlb edirdi. Həmin polemikalara qoşulanlardan biri də mən idim və bir dəfə onun dərsində Hüseyn Arifin şeirlərini əzbərdən oxumuşdum (və indi, aradan böyük zaman keçəndən sonra, tam əminliklə olmasa da, belə düşünürəm ki, başıma gələn hadisə də bu şeirlərin yaratdığı qısqanclıqdan oldu)...

28.08.2015

«Мы самая исключительная страна в мире»: американские политики о божественной избранности США

Мы уже привыкли к тому, что любое упоминание с высоких трибун о том, что Россия – православная страна у прогрессивной российской общественности вызывает стойкое отторжение. Особое негодование традиционно вызывают слова об уникальности российской цивилизации, «русском мире» и внешнеполитических задачах России. Любая апелляция к Богу и напоминания о великом прошлом и больших задачах, стоящих перед страной, воспринимаются не иначе как проявление сектантства.
В этой связи интересно напомнить об опыте США, чьи политики на протяжении уже сотен лет формируют образ исключительности государства и его божественной избранности. Ruposters собрал 17 цитат американских политиков, уверенных в том, что задача США – «спасти мир», а жители страны «благословлены Богом».

Xosrov Barışan - PİNTİ İÇGİ

Nədir boğazımda bu pinti içgi?!
İçimdə çırpışır min bir çəlişgi!
Nədir sözlərində bu susğun hüzün?!
İçimdə bağırır o vəhşi gözün!
Nədir kirpiyində hörümcək toru?!
Açılır, yumulur, sorulur soru!
Nədir yerişində bu şor göz oyun?!
Rəhm edin ruhuma, cismimi soyun.
Nədir hesabında bu qorxunc sayı?!
Qorxudan hər gecə içirəm ayı!
Nədir bu duvarlar?! Nədir bu otaq!?
Yalqızlıq seks üçün səribdir yataq!
Nədir bu kitablar? Nədir düşüncə?!
Dostu yox düşənin bildim düşüncə!
Nədir bu xiyavan?! Eşik mi, beşik?!
Görülməz güllədən eşq dəlik-deşik!
Nədir bu qaç ha qaç, hay-küy, tut ha tut?!
Bir heçə hey sevin, dərdivi ovut!
Nədir bu nəfəslər? Hazır məzar mı?!
Əzrail gəlincə yolun azarmı?!

27.08.2015

Закат и крах Соединённых Штатов


Представьте себе, что Китай расположил бы свои военные базы вдоль американо-канадской и американо-мексиканской границы, а его военные корабли патрулировали бы в районе Багамских островов, Новой Шотландии и Ванкувера. Это помогло бы вам ощутить себя в безопасности и стабильности?

Евреи в Вермахте


В нашем справочном материале о количестве и национальном составе пленных было указано, что в числе 4 миллионов 126 тысяч 964 взятых нами пленных разных национальностей было и 10 тысяч 137 евреев (http://www.anaga.ru/plennye-nemcy.html)
Естественно, у многих читателей возникли вопросы, о том, неужели нашлись такие евреи, которые воевали на стороне Гитлера. Представьте себе, таких евреев было немало.