27.03.2016

Hacıbala Abutalıbovun keçmiş müavinindən sensasion açıqlamalar

Bakı Şəhər İcra hakimiyyətinin Nəzarət Şöbəsinin keçmiş müdiri Arzu Məmmədov «Bizim Yol» qəzetinə geniş müsahibə verib. O, işlədiyi dövrdə rastlaşdığı qanunsuzluqlar haqqında sensasiyalı informasiyalar açıqlayıb. O, dövlət əmlakının mənimsənilməsi, qanunsuz sərəncamlar, ev yıxma əməliyyatları və s. haqqında detallı bilgilər verib. Müsahibəni təqdim edirik.

-Arzu müəllim, necə oldu ki Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət Şöbəsinin müdiri vəzifəsində işlədiniz?
-Bakı Şəhər İcra Hakimiyyətində Nəzarət şöbəsi ümumiyyətlə nəyə lazımdır? Bolşevizmin rəhbəri Lenin də ötən əsrin əvvəlində “nə üçün qeydiyyat və nəzarət” sualını verirdi? Ona görə ki, qeydiyyat və nəzarət iqtisadiyyatın şəffaflığı deməkdir. Hacıbala Abdutalıbov 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə ayağını qoyan kimi bu idarəni ləğv etdirdi. Məqsədi də şəffaflığı aradan qaldırmaq idi. Təsəvvür edin ki, 2001-2011-ci illər arasında paytaxtın abadlaşdırılmasına 800 milyon manat ayrılıb, idarə ləğv olunanda isə həmin vəsaiti asanca mənimsəmək olur. Beləliklə, həmin idarə ləğv edildi, əvəzində Nəzarət Şöbəsi yaradıldı və məni də şöbənin müdiri vəzifəsinə dəvət etdilər. Mən o vaxta qədər Fizika İnstitutunda çalışırdım. Güman ki, icra başçısı düşünürmüş ki, bu, fizikdir, şöbənin səlahiyyətlərini bilməyən bir adamdır da, oturar orda. İşə başlayandan sonra gördüm ki, şöbənin 4 işçisi var, ikisi işə gəlmir, onlardan biri saatsazdır, digəri isə icra başçısının katibəsi Nailə xanımın həyat yoldaşıdır. Qalır iki nəfər, onlar isə maliyyə-təsərrüfat fəaliyyətini dərinliyinə qədər bilmirlər. Qısa müddətdə şöbənin mühasibat hesabatlarını oxuyub öyrəndim və Novxanı çimərliyində iş vardı, tapşırdılar, araşdırıb hesabat təqdim etdim. Gördülər ki, hesabatda mənimsəmələr də daxil olmaqla, hər şey araşdırılıb. Bundan sonra Hacıbala Abutalıbov və Aparat rəhbəri Əli Hacıyev məni sıxmağa başladılar. 

-Necə oldu ki, Hacıbala Abutalıov Sizi özü həmin vəzifəyə təyin etmişdi və sonra da təzyiqlərə başladı?
-Ona görə ki, o, mənim bu işləri tez bir zamanda öyrənəcəyimi təsəvvür etmirdi. 

-Bəlkə o, Sizi icra hakimiyyətinə ona görə gətirmişdi ki, yaxın adam kimi bu işləri yola verəsiniz?
-Məni o məqsədlə gətirmişdi ki, fizik olduğum üçün bu işlərdən anlayışım yoxdur, halbuki, mənim yerimə Prezident Administrasiyasından bir maliyyəçi göndərsəydilər, Abutalıbov üçün xoş olmayan günlər başlayacaqdı. İkinci, məni icra hakimiyyətinə gətirməklə hörmət etmək istəyirdi. Çünki onun oğlu və qardaşı qızı institutda imtahanda kəsiləndə, atamın sinif yoldaşı olan akademik Fərəməz Maqsudovdan xahiş edib problemlərini təmənnasız aradan qaldırmışam. 

-Hansı təhsil ocağından söhbət gedir?
-Oğlunu Ali Diplomatiya Kollecinə, qardaşı qızını isə Odlar Yurdu Universitetinə düzəltmişdim. Odlar Yurdu o zaman Sabunçu dairəsində yerləşirdi. Ona görə icra başçısı hörmət əlaməti olaraq məni həmin şöbəyə müdir təyin etmişdi, yəqin düşünmüşdü ki, “mal” kimi oturub onun üzünə baxacam. Ancaq mən şöbənin səlahiyyətlərini öyrənəndən sonra icra başçısının təzyiqləri ilə rastlaşdım. Çünki sərəncamları araşdıranda gördüm ki, icra başçısı İnqilab küçəsində fərdi yaşayış evlərinin tikintisinə sərəncamlar verib. Yəni 20-25 kvadrat metrlik “rus domikləri” var idi, MİS-dən böyük bir sxem alırdılar və bunun əsasında bütün dövlət torpaqlarını satırdılar. Məsələni qaldırdım ki, aparılan iş cinayətdir, heç olmasa «İnterservis»lə müqavilə bağlansın ki, buna görə pul köçürülsün. Ondan sonra icra başçısı tapşırdı ki, Arzu Məmmədova sərəncam verməyin, sadəcə, işə gəlib maaşını alıb getsin. Təsəvvür edin ki, mənim təqdimat yazmağıma imkan vermirdilər.

-Nəyə görə?
-Bilirdilər ki, mən iş tələb edirəm, yəni araşdırmaq üçün sərəncamları verin. Məsələ ondaydı ki, mən yarım ildən sonra səlahiyyətlərimi detallarına qədər tam öyrənmişdim, istənilən idarəyə yoxlamaya bu gün də göndərsələr, ağıllarına gəlməyən çatışmazlıqları üzə çıxardaram. 

-Şöbənin müdiri kimi səlahiyyətləriniz nədən ibarət idi?
-Əsas vəzifəm Abutalıbovun sərəncamlarının icra intizamına nəzarət etmək idi. İcra intizamında da ayrılan pulların necə istifadə olunması əsas yer tuturdu. Yuxarıda dedim, təkcə 2001-ci ildən 2011-ci ilə qədər abadlaşdırma üçün 800 milyona yaxın vəsait ayrılıb, halbuki, bu pula yeni bir Paris tikmək olardı. 

-Deyirsiniz ki, şöbə müdiri kimi verilən sərəncamların icra intizamına nəzarət etmək idi, belə olanda icra başçısının sərəncamlarını təftiş etmək səlahiyyətiniz var idimi?
-Mən sərəncamları təftiş etmirdim, sərəncamların icrasına nəzarət edəndə görürdüm ki, 20 kvadrat metrlik yeri hansı əsasla veriblər. İstər-istəməz cinayətlə rastlaşırdın, axı ərazini MİS müdirinin verdiyi bir sxemlə satmaq olmazdı.

-Başqa hansı maxinasiyalar olurdu?
-Asfalt çəkilişi, abadlıq işləri, hamısında maxinasiya yetərincəydi. Məsələn, asfaltın tərkibi, sıxlığı, asfaltın altının düzəldilməsi, smetaların tərtibi, bu prosesdə mənimsəmə saysızdır. Mənə verilən sərəncamlarda asfaltı icra hakimiyyəti çəkirdi, o zaman Nəqliyyat Nazirliyi bu işlərlə məşğul olmurdu. Hətta yol nişanlarını da icra hakimiyyəti çəkirdi. Yol nişanlarının 1 metrinə nə qədər rəngin getməsini araşdıranda başqa mənzərə ilə rastlaşdım. Və bir dəfə yağışın yağması ilə həmin rənglər sıradan çıxırdı. Beləliklə, vəsaitin mənimsənilməsini sübut etməyə ehtiyac yox idi, bu, açıq görünürdü. Ancaq etirazlarımı gündəmə gətirəndən sonra tədricən məni sıxmağa başladılar və işləməyə imkan vermədilər. Belə olanda, hər yarım ildən bir məndən plan tələb edəndə təqdimatda rastlaşdığım özbaşınalıqları yazıb qeydiyyatdan keçirmişəm. Bunu görəndə isə dedilər ki, sənin təqdimatlarını oxumadan qeydiyyatdan keçirməyəcəyik. Sadaladıqlarımı 1 saylı İnzibati-İqtisadi Məhkəməyə təqdim etmişəm. İşlədiyim zaman təqdimatlarımı qeydiyyatdan keçirməyəndə dedim ki, prezidentdə müraciət edəcəyəm, bunu eşidən icra başçısı başladı mənə “torba tikməyə”. Müraciətlərimdə icra hakimiyyətində korrupsiyanın baş alıb getdiyini, Hacıbala Abutalıbovun yaxın qohumlarını vəzifəyə təyin etdiyini qeyd etmişdim. 

-İcra başçısının qohumları kimlər idi?
-Məsələn, Reklam İdarəsinin rəhbəri Əli Əsgərov, Qanunsuz tikintiyə qarşı idarəsinin rəhbəri Qafar Əhmədov, yaxud qardaşının kürəkəni Vüqar Seyidov şöbə müdiri idi. Əsas işləri bu adamlar görürlər. Əslində kölgə idarəetməsini Azərbaycanda birinci dəfə Abutalıbov gətirib və bu özbaşınalığı Suraxanı rayonuna tətbiq edib. Bu rayonda Natiq Mehdiyevi oturdublar ki, bax divara, idarəetməni isə Vüqar Seyidov aparacaq. 

-İndiyə qədər Bakı Şəhər İcra Hakimiyyətindəki korrupsiya halları barədə müxtəlif səpkilərdə danışmışınız. Bəs icra hakimiyyəti Sizin haqqınızda məhkəmə iddiası qaldırıbmı?
-Mən Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə böhtan atmıram. Əgər yalan və böhtan desəydim, icra başçısı o dəqiqə məni məhkəməyə verərdi. O, məni nəyə görə məhkəməyə verməlidir? Əksinə, 11 il mənə işləməyə imkan vermədiyi üçün iddianı özüm qaldırmalıyam. Mən Abutalıbovun evində, yaxud atasının kooperativində yox, dövlət müəssisəsində işləmişəm. 

-Bakı Şəhər icra hakimiyyətini məhkəməyə verməkdə məqsədiniz işinizə bərpa olunmaqdır?
-Məqsədim prinsiplərimi qorumaq və göstərməkdir ki, iş adamı Maqsud Mahmudovdan başqa da Abutalıbovun qanunsuz əməllərinə qarşı çıxa bilən insanlar var. Nəhayət, məhkəmə vasitəsilə sübut etmək istəyirəm ki, insanların evlərini qanunsuzcasına başlarına uçurmaq yetər, bu adama dayan deməyin zamanıdır. 

-Məhkəmə uzanırsa, prosesdən razısınızmı?
-Xeyr. Çünki proses Avropa Konvensiyası ilə daban-dabana zidd keçirilir, birinci, iclaslarda fikir azadlığı boğulur. Məsələn, şahid Nəsrulla Bayramov iclasda söz demək istəyir, hakim imkan vermir. Mən Abutalıbovun şəxsiyyətini təhqir etmirəm, sadəcə, onun paroniadal şizofreniya xəstəliyindən əziyyət çəkdiyini xatırladıb bildirirəm ki, bu xəstəliyin kəskinləşmə dövrləri olur və bu proses başlayanda ətrafındakılar icra başçısının durumundan istifadə edib qanunsuz əməllər edir. Təəssüf ki, hakim bu barədə danışanda, imkan vermədi. Halbuki, bu məsələ şəxsiyyətin təhqiri ola bilməz, əgər Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının tərəfdarıyamsa, hansı təhqirdən söhbət gedə bilər?! 

-İcra başçısının durumundan istifadə edən məmurlar kimlərdir?
-İcra başçısının hazırkı aparat rəhbəri Rasim Quliyev, ümumi şöbənin müdiri Namiq Məmmədov və katibələri. Onlar paroniadal şizofreniyanın nə olduğunu bildiklərindən icra başçısına təsir göstərmək imkanındadırlar.c Beləliklə, Abutalıbov insanların evini başlarına uçurdur və vətəndaşlarda qanunlara inamı darmadağın edir. Bu mənada mən onun paytaxtın icra başçısı olmasının qəti əleyhinəyəm. Halbuki, vaxtilə o, icra başçısı təyin olunanda küçələrin təmizlənməsinə, alverçiləri yığışdırmasına, yəni bir nizam-intizam yaratmasına sevinirdim. Ancaq görəndə ki, alverçiləri Yaşıl və Keşlə bazarlarına yığıb özünə pul qazanır, o zaman bunların məqsədli edildiyini anladım. 

-Onlar iddia edir ki, Siz Qüdrət İsaqova məlumatlar ötürmüsünüz, bu doğrudurmu?
-Əvvəla, məni Abdutalıbovla İsaqov tanış edib, 1993-cü ildə. Onlar ötən əsrin 90-cı illərin əvvəlində xalq hərəkatında bir yerdə olublar. Yazı məsələsinə gəldikdə, İsakov prezidentliyə namizədliyini verən zaman proqramında məmur özbaşınalığına qarşı mübarizəni də qeyd etmişdi. Məsələ ondaydı ki, o, özü mətbuatda bu barədə danışırdı və Abutalıbovu sərt tənqid edirdi. Hətta Cəfər Hüseynovun iştirakı ilə bir dəfə dedi ki, Abutalıova çatdırın ki, məni qəbul etsin, onu siyasi səhnəyə mən çıxartmışam. Ondan sonra İsakov məqalə yazdı ki, Rasim Quliyev özünə dissertasiya yazdırır, amma bu məsələni ona Qəbul Otağının müdiri Tahir Məsimov danışıb. Tahir Məsimov deyirdi ki, kəndçisi, Fəlsəfə İnstitutunun işçisi Vahid Ömərov Rasim Quliyevə və onun qardaşı, “Səs” qəzetinin redaktoru Bəhruz Quliyevə pulla dissertasiya yazıb. Ondan sonra Tahir Məsimov bildirmişdi ki, 2011-ci ilin 29 yanvarında Ramiz Mehdiyevin yanında toplantı olub, iclasda Abutalıbov sərt tənqid edilib və bu hadisədən sonra Nərminə İsakova daha icra hakimiyyətinə gəlmir. Bir daha deyirəm, bunların hamısını Tahir Məsimov Qüdrət İsakova danışıb. Məni icra başçısı anonim məktub yazmaqda ittiham edir, axı anonim məktub o zaman yazılır ki, o idarədə fikir azadlığı boğulur. “Vətəndaşların müraciətinə baxılması haqqında” qanunun 7-ci maddəsində yazılıb ki, anonim məktublara baxılmır. O zaman icra başçısı qanunsuz addımda hansı qanuniliyi axtarır? Mən 2011-ci ilin sonunda Beynəlxalq Bankdan maaş pul dövriyyəsi olan hesabat kartımı çıxartmışam, təsəvvür edin ki, il ərzində 5 dəfə pul mükafatı almışam. Sual yaranır, etik davranış normalarını pozan, işlədiyi qurumun nüfuzunu aşağı salan işçiyə pul mükafatını niyə verirlər? 

-Əgər Sizi özünüz dediyiniz kimi sıxırdılarsa, bu qədər pul mükafatını niyə verirdilər?
-10 il ərzində onlarla bu cür mükafatlar veriblər ki, susum, danışmayım. Hətta “konvert”də təklif ediblər, amma imtina etmişəm, bundan sonra icra başçısı hər yerdə deyirmiş ki, Arzu Məmmədova ayda 2500 manat pul verirmiş. Sonra mənə çatdı ki, icra başçısı kimə hesabat verirsə, orda mənim adımın qarşısına həmin rəqəmi yazır. 

bizimyolinfo.com

26.03.2016

O böyük azərbaycanlıda zənci qarışığı varmış

Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ildə böyük Azərbaycan mütəfəkkiri Mirzə Fətəli Axundovun 200 illik yubileyinin 2012-ci ildə keçirilməsi barədə sərəncam verdi. Sərəncamı rəhbər tutaraq atılan addımlardan biri də Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Axundov haqqında kitabın ərsəyə gətirilməsi oldu. "Axunzadə şəxsiyyəti" adlı kitabın müəllifi tanınmış tənqidçi Nərgiz Cabbarlıdır.
Kitab Axundov şəxsiyyəti ilə bağlı həddindən artıq dəyərli mənbədir.
Moderator.az maraqlı olduğunu nəzərə alaraq kitabdan Axundovun əsli-nəsli ilə bağlı ilginc faktları təqdim edir.
"...Axunzadənin dünyaya gəlişi və əsli-nəsli ilə bağlı danışdıqda qarşıya çıxan ilk "niyə?" sualı onun özünü fars kökənli adlandırması ilə bağlıdır və bu məqamda həmin maraqlı nüansa toxunmadan keçə bilmirəm. O nə üçün belə edib? Və nə üçün onun arxivində eyni məsələ ilə bağlı iki fərqli fikir "yaşayır"?! Məsələn, bir yerdə o yazır: "Mənim atam Mirzə Məhəmmədtəqi Hacı Əhməd oğlunun ulu babaları fars qəbilələrindən olmuşdur...
...Başqa bir məktubunda yazıçı yenə də bu məsələ ilə bağlı "söyləyir": "Qoy bütün iranlılar bir həqiqəti başa düşərək bilsinlər ki, bir parsların övladlarıyıq, İran bizim vətənimizdir... Mən özüm zahirən türk olsam da, əslim parslar nəslindəndir. Ulu babam Hacı Əhməd Rəştdən gəlib Azərbaycanda vətən tapmışdır. Atam Mirzə Məhəmmədtəqi və özüm Azərbaycanda doğulub böyümüşük".
...Xamnə qəsəbəsi nə dərəcədə türk əsilli bir yer olsa da orda əslən türklərin yaşadığı bildirilsə də, yazıçının öz qələmindən çıxan faktı diqqətə almamaq doğru deyil. Halbuki yenə də onun özünün əldə etdiyi başqa bir sənəddə (bu sənədin yazıçının İrana rəsmi səfərdə olarkən əldə etdiyi bildirilir. Amma Mirzə Fətəlinin "Xidmət dəftərçəsi"ndə onun İrana 1848-ci ildə rəsmi səfərə getdiyi qeyd edilir. Sənəd isə 1845-ci ildə tərtib edilib) onun babalarının türk tayfasından olduğu söylənilir: "Onun nəsli türk tayfasındandır. Bu nəsil uzun zamanlar Azərbaycanda yaşayıb, ölkənin nəcib adamlarından sayılıb, həmişə xalq arasında əziz tutulmuşlar. Onun atası şəniyüksək Mirzə Məhəmmədtəqi Əhmədağa övladından olub, təxminən 30 il bundan əvvəl Xamnə qəsəbəsinin kətxudası idi".
...Onun kökü ilə bağlı nəvəsi Mahmənzər Qacar da öz xatirələrində maraqlı bir fakta toxunub və nənəsinin dediklərinə əsaslanaraq yazıçının ana tərəfdən babasının qanında zənci qanı olmasını yazıb: "Mənim anam Nisə xanım Qacar Mirzə Fətəli Axundovun qızı idi. O, çox tez-tez məşhur atasını xatırlayır, onun haqqında bir çox əhvalatlar nəql edirdi. Anamın dediyinə görə, bizim şairimizin də rus şairi Puşkin kimi qanında zənci (qara qul) qarışığı varmış; onun anasının ulu babası Nadir şahın zamanında İrandan Nuxa şəhərinə vergi toplamaq üçün göndərilmiş Müzəffər adlı bir zənci imiş.
Mirzə Fətəlinin kürəkəni Xanbaba xanla qohum olan, daha dəqiq desək, Xanbala xanın qardaşı nəvəsi, alim Çingiz Qacarın isə əsasən nənəsinin xatirələrinə əsaslanaraq yazdığı "Tiflis, Vorontsovskaya 53, 55" kitabında deyilir: "Mirzə Fətəli Puşkin kimi onun da qanında həbəş qanı olması ilə bağlı zarafat etməyi xoşlayırmış. Həqiqətən də onun anası Nanə xanımın ulu babası həbəşistanlı olub və adı Müzəffər idi".
Beləliklə, yazılanlar və deyilənlər bir tərəfdən fars, digər tərəfdən isə zənci qarışığına işarə edir". /moderator.az/

Çimərlik qumundan milyonlar qazanan MTN generalı

Moderator.az-a ləğv edilən MTN - nin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general Nizaməddin Həmidovla bağlı maraqlı informasiya daxil olub.
Etibarlı mənbədən daxil olan informasiyada deyilir ki, Mahmudov komandasına mənsub general Goradil - Novxanı çimərliyi ərazisində dənizkənari zolaq və yaxın bağ massivlərindən tonlarla qum daşıtdıraraq Bakı və ətraf tikinti məntəqələrinə göndərib. İşin qəribə tərəfi isə odur ki, N.Həmidov bu işə cəlb edilən ağır texnikaların üzərinə “MTN” sözü yazdıraraq onların maneəsiz hərəkətini təmin edib: “N. Həmidov Goradil çimərliyində sahibi olduğu “Abşeron-Marina” restoranının yaxınlığındakı ərazilərdən tikinti məqsədi ilə traktorların köməyi ilə yüz tonlarla qum çıxararaq çoxsaylı “Kamaz”ların vasitəsi ilə Bakı və ətrafındakı tikinti meydançalarına daşıdaraq bundan külli miqdarda qazanc əldə edib. Sabiq MTN generalı qanunsuz qum çıxarılmasına cəlb edilən texnikaya müvafiq qurumların müdaxilə etməsini əngəlləmək, prosesə qanuni don geyindirmək üçün traktor və “Kamaz”ların parpresinə “MTN” sözü yazılan xəbərdaredici kağız yapışdırıb ki, bu da məlum mənzərəyə şahid olan insanların təəccübünə səbəb olub.
Ölkənin təhlükəsizliyinin qorunmasına məsul olan nazirliyin təmir - tikinti prosesinə cəlb edilməsinin, traktorların və avtomobillərin üzərinə güc orqanının adının yapışdırılmasının arxasındakı məntiqi heç cür anlaya bilməyən sadə vətəndaşlar o zaman bunu Azərbaycan reallığına məxsus çoxsaylı qəribəliklərdən biri kimi qəbul edib”.
Mənbənin sözlərinə görə, “MTN” yarlıqlı ağır texnika MTN-dəki məlum "yarpaq tökümü"ndən cəmi bir müddət öncə qəfil peyda olduğu kimi qəfil də yoxa çıxıb... /moderator.az/

25.03.2016

Əlixan Musayev gəncləri belə İŞİD-çi edir

Azərbaycanlı sələfi lideri Əlixan Musayevin İŞİD-i dəstəkləməsi, öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın “din”i baxımdan vacib olmasına dair səs yazısı yayılıb.
Qərb dövlətlərinin və Bəşər Əsəd hökümətinin devrilməsində maraqlı olan beynəlxalq güclərin bir neçə il bundan öncə Suriyada vəhhabi İŞİD terrorçuları vasitəsilə başlatdığı müharibə hələ də davam etməkdədir. Himayədarlarının dəstəyi ilə İŞİD terrorçuları bu günə qədər Suriyada törətdiyi cinayətlər nəticəsində minlərlə insan öldürülüb, milyonlarla dinc sakin yaşadığı vətənlərindən didərgin düşüblər. Lakin baş verənlərin Azərbaycanla bağlı pis tərəfi isə gənclərimizin ölkədə təkfriçi və radikal cərəyanları yayan şəxslər tərəfindən “cihad”, “din” adı altında aldadılaraq İŞİD-ə qoşulmasıdır. Artıq bu proses nəticəsində qeyri-rəsmi məlumatlara görə, indiyə qədər Azərbaycandan İŞİD-ə qoşulanların sayı mindən çoxdur. Eyni halda “İŞİD”çi azərbaycanlılar arasında öldürülənlərin sayı isə yüz nəfərdən yuxarıdır.
Bütün bunlara baxmayaraq sözügedən cərəyan üzvləri ölkənin müxtəlif ərazilərində fəaliyyətlərini açıq-aşkar formada davam etdirirlər. Həmin sələfi və vəhhabi liderlərindən biri də adı bu günə qədər bir neçə dəfə İŞİD-ə dətək verməkdə hallandırılan Əlixan Musayevdir. İslaminSesi Moderator.az saytına istinadən xəbər verir ki, Əlixan Musayevin İŞİD-i dəstəkləməsi, öldürülən terrorçuların şəhid sayılması və onlara qoşulmağın “din”i baxımdan vacib olmasına dair səs yazısı yayılıb. Həmin səs yazısını sizlərə təqdim edirik.

24.03.2016

Крупнейший университет Ирана открыл в Москве свой филиал

В Москве состоялось торжественное открытие представительства иранского университета АЗАД в Москве. Это совместный проект одного из крупнейших университетов на Ближнем Востоке и российского Университета «Синергия», реализуемый в рамках программы развития гуманитарного сотрудничества между Россией и Ираном.
Как заявил НСН посол Ирана в РФ Мехди Санаи, он «видит большой потенциал сотрудничества между Россией и Ираном в сфере науки, образования и культуры». Посол напомнил, что на протяжении последних лет отношения Ирана и России развиваются во всех направлениях.
Сотрудничество с Университетом «Синергия» подразумевает совместные проекты в области научной деятельности, технологий и инноваций, а также в области обмена студентами и преподавателями. Особую торжественность подписанию соглашения о сотрудничестве, по мнению посла, придает тот факт, что оно происходит сразу же после праздника Навруз- в первые дни иранского нового года.
Университет АЗАД является крупнейшим и одним из самых авторитетных негосударственных высших учебных заведений в Иране и на Ближнем Востоке. В вузе обучается свыше 1,7 млн. человек. Университет имеет более 400 кампусов и образовательных центров как внутри страны, так и за рубежом, в которых работает более 40 тыс. человек. /nsn.fm/

Əlif Məmmədovun 83 yaşı tamam oldu

El ağsaqqalı, Azərbaycanın tanınmış riyaziyyatçılarından biri, ali məktəb auditoriyasının 50 illik müəllimi professor Əlif Məmmədovun 83 yaşı tamam olur. O, özünün savadı, əxlaqı, ən başlıcası isə Azərbaycan təhsilində uzun illərdir hökmranlıq edən "tələbə və rüşvət" kombinasiyasini heç bir vaxt yaxına buraxmayan, Azərbaycan müəllimi adını şərəflə daşıyan nadir insanlardan biridir. Mən Əlif müəllimin tələbələrinin onun haqqında ağız dolusu danışmaqlarının şahidiyəm...
Əlif müəllimin bu ilki təvəllüd gününü iki qat sevinclə qeyd edir. Onun şərlənərək həbs olunan alim övladlarından biri Hilal Məmmədov bu gün onun yanındadır. Son dörd ildə Əlif müəllim hansı mənəvi sarsıntılardan, əzab və əziyyətlərdən keçməsini sözlə ifadə etmək mümkün deyil. Onu bir Allah bilir, bir də özü. Amma hamımız üçün bir şey məlumdur ki, Əlif müəllim yaşının bu vaxtında bütün bu məhrumiyyətlərdən üzü ağ çıxmağı bacardı...
Xalqımız üçün əziz olan bu gündə Əlif müəllimə ilk növbədə can sağlığı, uzun ömür və bir də son dörd ilin acılarını heç bir vaxt yaşamamasını arzu edirəm.

Ataxan Əbilov

Rus vertolyotunu vuranlar ələ keçdilər


20 martda Cebel Kalyat yüksəkliyi uğunda gedən döyüşlər zamanı Suriya ordusunun döyüşçüləri Rus vertolyotunu vuran 4 terrorçunu ələ keçiriblər.
Vertolyot 24 noyabr 2015-ci ildə Türkiyə hərbi-hava qüvvələri tərəfindən vurulmuş rus təyyarəsinin katapult etmiş pilotunu götürmək üçün gedərkən vurulmuşdu. Terrorçular öz əməllərini videokameraya çəkib youtube kanalına qoymuşdular və vahhabi cihadçılarına məxsus sosial şəbəkələrdə yaymışdılar. Onlar təyyarəni amerikan istehsalı olan, tankları məhv etmək üçün nəzərdə tutulmuş TOW silahı ilə vurmuşdular. 
Suriyanın xüsusi təyinatlı 48-ci polkunun əsgərləri ələ keçən terrorçular arasında rus vertolyotunun vurulmasında şəxsən iştirak edən dörd terrorçunu üzdən tanımışlar. Onların Cəbhət ən-Nusra qruplaşmasına mənsub olduqları bildirilir.

23.03.2016

Skiflər, saklar, massagetlər, talışlar və azərilər

Tofiq Əzizov (Əzizbəyli),
tarixçi, arxeoloq

XIX əsrin 80-cı illərində Lənkəran qəzasında olmuş D.A.Kistenyev qəzada yaşayan talışları etnoqrafik xüsusiyyətlərinə görə, talışlara, pornaimlərə, alarlara, orandlılara (oratlılara) və zuvandlılara bölmüşdü (Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 43). İndiyədək aparılmış tədqiqatlar göstərir ki, D. A. Kistenyevin bu bölgüsündə müəyyən çatışmamazlıqlar olmuşdur. Belə ki, alarlar əslində qonşu olduqları oratlıların dilini bilən türklərdir (Bax: Tofiq Əzizov. Alarların mənşəyi haqqında. avrasiya.info saytı). Üstəlik də, D.A.Kistenyev həmin vaxt qəzada yaşayan və etnoqrafik xüsusiyyətlərinə görə, adları sadalanan bu tayfalardan fərqlənən irandilli qaleşlərin (qolışların), xələclərin, təngərudluların, çərojinlərin varlığından bəhs etməmişdir. 
Azərbaycan Respublikasının əsasən Tüli, Coni, Hamarat, Siov, Bradi, Veri, Çayrud, Anzoli, Rvarud, Bırsılım, Biləsər, Daştatük, Razano, Rvo, Miyanku kəndlərində yaşayan qolışlar buraya on-on bir nəsil əvvəl İran Talışından gəlmiş qaleşlərdir (Bax: Vüqar Mirzazodə. Qalışlar (Qolışon). "Tolışon Sədo" qəzeti, 01 iyul 2015 – ci il). Bəzi alimlərin fikrincə, qaleşlər ayrıca irandilli xalqdır (Bax: Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı – 1993, s. 11) və etnik mənsubiyyətcə talışlardan çox giləklərə yaxındırlar (Bax: В. И. Савина. Этнонимы в топонимии Ирана. Сб: Ономастика Востока. М,. 1980, с. 143). Anlaşılmazlıq olmasın deyə, qeyd etməliyəm ki, qaleşlər əslində skif tayfalarından olan gellərin bir hissəsi olmuş və Gilana e. ə. I əsrın ikinci yarısında Dərbənd keçidi vasitəsilə Şimali Qafqazdan gəlmişlər. Sarmat tayfalarından olan Oran tayfası (oratlıların əcdadı) da Talışa güman ki, onlarla birlikdə eyni yerdən gəlmişdir (Bax: Tofiq Əzizov. Azərbaycanın etnik tarixindən. Bakı – 1997, s. 29 – 33). Talış dilində Qafqaz dillərinə məxsus çoxlu sözlərin olması da onların eramızdan əvvəl uzun müddət qafqazdillilərlə birlikdə yaşaması ilə bağlıdır. Bu faktı əsas götürən akademik N.Y.Marr talışların Qafqazmənşəli olması haqqında mülahizə də irəli sürmüşdü (Bax: А. Г. Балаев. К проблеме происхождения талышей. Археологическое и Етнографические изыскания в Азербайджане (1985). Баку – 1986, с. 115). 
Cərojeylər Astara rayonunun Sərək kəndində yaşayırlar. İshaq Axundzadə yazır ki, onlar buraya 250 il əvvəl Talış-Dolabdan gəlmişlər. O, Cərojey dilindəki 170 sözün Talış dilindəki qarşılığını da vermişdir (Bax: İshaq Axundzadə. Azərbaycan incisi. Bakı – 1992, səh. 154 – 158). 
B.Millerin verdiyi məlumata görə, 30 ailədən ibarət olan derijeylər Lənkəranın rayonu ərazisinə İranın Kerqanrud vilayətinin Lisar bölgəsindən gəlmişlər və Talış dilinin xüsusi ləhcəsində danışırlar (Bax: Qəmərşah Cavadov. Talışlar... s. 62). 
Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Xələclər haqqında ilk dəfə V. F. Minorski məlumat vermiş, sonralar Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir (Bax: "Azərbaycan gəncləri" qəz., 12. XII. 1989). Kənd sakini Nəzər kişinin verdiyi məlumata görə, xələclər buraya Şandermandan gəlmişlər (Bax: İshaq Axundzadə. Azərbaycan... s. 133 – 134). 
Filologiya elmləri doktoru Əbülfəz Rəcəbov yazır ki, Astara rayonunun Təngərud kənd sakinlərinin dili istər leksik, istərsə də qrammatik cəhətdən Talış dilinin digər şivələrindən müəyyən qədər fərqlənir (Talışlar. "Tolışİ Sədo" qəz., 7. III. 1992). 
Hazırda İran ərazisinin əsasən Xəzər dənizindən cənub-qərb tərəfindəki hissəsində dilləri Talış və Tat dillərinə yaxın olan, bəzilərinin Talış, digərlərinin Tat hesab etdikləri Qozarxanlı, İştehradi, Alviri, Vidari, Xuruş Rüstəmi, Razacerdi, Rudbari, Şahrudi, Tarmi, Takestani, Kerinqani və Kajali adlı etnik qruplar da yaşayır (Bax: Talışlar – Vikipediya). 
Göründüyü kimi, Talış adı altında tanınan bu tayfalar min illər boyu qarışıq şəkildə yaşasalar da, hətta öz aralarında belə qaynayıb-qarışmamış, öz etnik xüsusiyyətlərini bugünədək qoruyub saxlamışlar. Məhz bu fakt Əhməd Kəsrəvinin və onu müdafiə edənlərin Cənubi Azərbaycanda yaşamış azərilərin irandilli olması və Səlcuq türklərinin gəlişindən sonra türkləşməsi haqqındakı fikirlərinin nə qədər əsassız olduğunu bir daha təsdiq edir. 
İndiyədək aparılmış tədqiqatların nəticələri göstərir ki, X əsr Ərəb müəlliflərinin (ibn Havqəl (977), Məsudi (943), Maqdisi və b.) haqqında bəhs etdikləri Azəri dili əslində XI əsrdə Səlcuq türklərnin gəlişinə qədərki dövrdə Azərbaycanda yaşamış türklərin dilidir. Cənubi Azərbaycan ərazisində Azəri Türk dilində danışmış ən böyük tayfalar antik dövrdə (e. ə. IV – b. e.-nın III əsrləri) Kaspi və Kadusı adı ilə məlum olan, Erkən Orta əsrlərdəki Xəzər və Suvar türk tayfaları olmuşdur. Onların daha qədimdə Şərqi Anadoluda və Cənuubi Azərbaycanın qərbində yaşamış əcdadları assurlarla sıx ünsiyyətdə olmuş Kassi və Subar tayfalarıdır. Mövcud faktlar göstərir ki, Kaspi və Kadusi tayfaları təxminən e. ə. VI əsrin əvvəllərindən Talikanda (Talakan, Taleqan) və Gılanda da yaşamağa başlamış yəhudilərlərin (Bax: Tofiq Əzizov. Kadusilər kimdir: Yəhudi Gil, Skif Gel, yoxsa Türk Suvar tayfası. avrasiya.info saytı) də təsirinə məruz qalmışdır. Tədqiqatçılardan bəziləri belə bir nəticəyə gəlmişdir ki, Kaspi və Kadusi tayfalarının daha sonrakı nəsilləri Dış (kənar) oğuzlardır (Bax: Əjdər Fərzəli. Dədə Qorqud yurdu. Bakı – 1989, s. 79, 147). 
Ə. Kəsrəvinin Azəri dilinin nümunələri kimi təqdim etdiyi materiallar əslində hazırda Cənubi Azərbaycanın Qaradağ adlanan hissəsində yaşayan kerinqanilərin dilindədir. Kerinqanilər Qaradağa güman ki XIV-XVI əsrlərdə Xəzərin sahillərindən- indiki Astara şəhərinin də yerləşdiyi Kerqanruddan Səfəvilər sülaləsinin əli (dəstəyi) ilə getmişlər. Lənkəranlı tədqiqatçı K. A. Əhmədov yazır ki, Kerqanrud əslində Qorqanruddur (Bax: Kərbəlayi Ayaz Əhmədov. Qədim Azərbaycan və onun cənub bölgəsi. Bakı – 2011, s. 116). Qorqan fars dilində canavarlar yaşayan yer deməkdir. Kerinqanilərin dili təbii ki, X əsrdə digər farsdilli tayfalar üçün də asanlıqla anlaşılan dil olmuşdur. 
SKİFLƏR, SAKLAR VƏ MASSAGETLƏR. E.ə. II minilliyin ortalarında Dunay çayını keçərək Qara və Xəzər dənizlərinin şimal sahilləri ilə şərqə doğru hərəkət edən irandilli tayfalara Qara dənizdən şimalda yaşayan Skif tayfaları də qoşuldular. Q. Qeybullayev yazır ki, Biruninin verdiyi məlumata görə, e. ə. 1200-cü ildə Xəzər dənizindən şərqdəki əraziyə gələn irandillilər burada yaşayan turanlılara- massagetlərə qalib gəldilər (Bax: Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 38). Skif adı daşıyanların yalnız irandillilərdən ibarət olduğunu iddia edən iranşünaslara maksimum dərəcədə güzəştə gedərək bunu həqiqət kimi qəbul etsək, məhz bu hadisədən sonra, artıq Skif adını onlarla oxşar həyat tərzi keçirən və qarışıq şəkildə yaşayan türkdilli tayfalar da daşımağa başlamışdır. Bunu Herodotun massagetlərin etnik mənsubiyyəti ilə bağlı verdiyi aşağıdakı məlumatlar da təsdiq edir: "...massagetlər çoxsaylı və igid tayfadır. Bəziləri onları da Skif qəbiləsi hesab edirlər" (Tarix. I. 201). "Massagetlər də skiflər kimi geyinirlər və skiflərə oxşar həyat sürürlər" (Tarix. I. 215). Göründüyü kimi, Herodot da çoxları kimi aydın şəkildə bildirir ki, massagetlər mənşəcə skif deyildir. 
Herodotun verdiyi məlumatlara (Tarix. I. 201; I. 204) görə, massagetlər eyni vaxtda Kaspi dənizindən həm qərb, həm də, şərq tərəfdəki ərazilərdə yaşamışdır. Roma tarixçisi Dion Kassi II əsrin ortalarında baş vermiş hadisələrdən bəhs edərkən göstərirdi ki, albanların ölkəsi onlarla eyni mənşəli olan massagetlərin hücumuna məruz qaldı (Roma tarixi. 69, 15). Ammian Marsellin yazır ki, Pompey indi Alan adlandırdığımız Alban və massagetləri əzərək onların ölkəsindən keçib Kaspi gölünü gördü (Bax: Кемал Алиев. Античная Кавказская Албания. Баку – 1992, с. 73). 
Bəxtiyar Tuncay apardığı tədqiqatlar əsasında belə bir düzgün nəticəyə gəlmişdir ki, mənşəcə Massaget olan Alban tayfasının dili elmdə səhvən !erməni qıpçaqcası" adlandırılan Qıpçaq türkcəsidir (Bax: Bəxtiyar Tuncay. Azərbaycan türklərinin İslamaqədərki dili və ədəbiyyatı. Bakı – 2015, səh. 208 – 216).
Bəs massagetlər kimdir? Tədqiqatlar göstərir ki, massagetlər (maskutlar) yazılı mənbələrdə Cənubi Azərbaycan ərazisində də e.ə. III minillikdən yaşaması haqqında məlumatlar olan Kuti tayfalarının bir hissəsidir. E.ə. I minilliyin əvvəllərindən başlayaraq irandilli tayfaların Turandan müasir İran ərazisinə köçü kutilərin və digər türkdilli tayfaların müəyyən hissəsinin Turanda yaşayan soydaşlarının yanına sürgünü ilə nəticələndi (Bax: Tofiq Əzizov. Assimilyasiya, yoxsa sürgün? "Ekspress" qəz., 11. IX. 2001). Bu qüvvələr nisbətini tədricən massagetlərin xeyrinə dəyişdi. Yaranmış vəziyyətdən istifadə edən massagetlər irandilli tayfaları, o cümlədən skifləri Xəzər dənizindən şərq tərəfdəki yaşadıqları ərazidən sıxışdırıb çıxardılar (Bax: Herodot. Tarix. IV, 11 ). Bu hadisə təxminən e.ə. VII əsrin başlanğıcında baş vermişdir (Bax: Herodot. Tarix. Bakı – 1998, s. 323).
Yazılı mənbələrdə verilmiş məlumatlara görə, Kuti – Massaget – Qıpçaq – Alban tayfalarının üzvləri xarici görünüşcə ucaboylu, ağbəniz (sarıbəniz), sarışışın (boz) saçlı, mavi (boz) gözlü insanlar olmuşdur (Bax: Azərbaycan tarixi. Bakı – 1994, s. 82 ; Strabon. XI. 4, 4; Q. Y. Solin. Diqqətəlayiq hadisələr toplusu. XV. 5). Müasir Azərbaycan türkləri arasında bu fiziki görünüşün ən məşhur nümayəndəsi Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevdir. Antropoloji tədqiqatlara görə, massagetlər də Azərbaycan türkləri kimi Kaspi tipinə mənsub olmuşdur (Bax: Xəliyəddin Xəlilli. Azərbaycan türklərinin etnogenezi və milli inkişaf tarixi. Bakı – 2007, s.53). Vaxtilə R. Q. Latam da massagetlərin Koman (Kuman – Kuti) skifləri olması nəticəsinə gəlmişdi (Bax: Mahmud İsmayıl. Azərbaycan xalqının yaranması. Bakı – 1995, s. 15).
Şimal-qərbə doğru qovulan irandilli skiflərin (onlar artıq türklərin ciddi təsirinə məruz qalmışdılar və aralarında təbii ki, türk tayfaları da vardı) əsas hissəsi Xəzər dənizinin şimal sahili ilə Qara dənizdən şimalda yaşayan Kimmer tayfalarının üzərinə getdilər və sonra da onları təqib edə-edə Ön Asiyaya gəldilər (Bax: Tofiq Əzizov. Kadusilər kimdir: Yəhudi Gil, Skif Gel, yoxsa Suvar Türk tayfası. avrasiya.info saytı). 
Farslar skifləri Sak adlandırırdılar (Herodot. Tarix. VII, 64; Qay Yuli Solin. "Diqqətəlayiq hadisələr toplusu". XLIX, 6). F. e. d. Kamil Hüseynoğlu yazır ki, farslar bu adı onlara göndərdikləri Bratarvahşa adlı casusun Bəlxdə yaşayan Zərdüşt peyğəmbəri öldürdükdən sonra təhqir mənasında vermişlər (Bax: Kərbəlayi Ayaz Əhmədov. Qədim... s. 134). 
ŞİŞPAPAQ SAKLAR VƏ AMARDLAR. E. ə. 522-ci ildə midiyalı maq Qaumata hakimiyyəti ələ keçirib Əhəmənilər imperiyasında yaşayan xalqların xeyrinə bir sıra işlər görərək onların rəğbətini qazanmışdı. Buna görə də, I Daranın başçılığı ilə farslar sui-qəsd təşkil edərək Qaumatanı öldürüb hakimiyyəti yenidən ələ keçirəndə digər xalqlar kimi, Şişpapaq saklar da üsyan qaldırdılar. Şişpapaq sakların üsyanını yatırmaq üçün I Dara onların üzərinə hərbi yürüş etdi və bu yürüşü haqqında Bisütun kitabəsinə aşağıdakı məlumatı yazdırdı: "Bundan sonra mən ordu ilə sak ölkəsinə, ucu şiş papaq qoyan saklara qarşı getdim. Çaya çatdım, onu ordu ilə keçdim. Bundan sonra sakları darmadağın etdim, qalanlarını əsir tutdum. Skunxa adlı başçılarını tutub mənim yanıma gətirdilər. Mən başqasını onlara başçı təyin etdim, öz bildiyim kimi. Bundan sonra ölkə mənim oldu" (Azərbaycan tarixi. Bakı – 1994, s. 127). Onlar bəlkə də, qaldırdıqları məhz bu üsyana görə, sonralar farslar tərəfindən Amard adlandırılmış, orta əsrlərdə isə tarix səhnəsinə Talış tayfası adı altında çıxmışlar. Təsadüfi deyil ki, Amard adı "ziyan gətirən", "xarab edən" kimi mənalandırılır (Bax: Əli Əbdoli. Kadusların tarixi. Tehran – 2002, s. 41).
MARDLAR VƏ AMARDLAR. Bəzi tarixçilər kimi İrar Əliyev də heç bir əsas olmadan amardları Mard adlı fars tayfası (Herodot. Tarix. I. 125) ilə eyniləşdirmişdir (Bax: Azərbaycan tarixi. Bakı – 2007, s. 285). Halbuki Strabon aydın şəkildə mardların və amardların tamamilə başqa-başqa tayfalar olduğunu göstərmişdir (Strabon. XI. 13. 3). İran tədiqatçısı Əli Əbdoli bununla əlaqədar yazmışdır: "Mard adının amard sözünə oxşar olması nəticəsində Həxamənişi (Əhəməni- T. Ə.) ordusunda müxtəlif müharibələrdə iştirak etmiş, Makedoniya hücumları qarşısında igidliklər göstərmiş, Pars qəbilələrindən olan bu tayfanın adı indiki Gilan və Mazandaranda yaşamış, Həxamənişilərə tabeçiliyi isbat edilməmiş amardlar adı ilə səhv və qarışıq salınmış, birincinin nailiyyətləri digərinə aid edilmişdir". (Əli. Əbdoli. Kadusların tarixi. Tehran – 2002, s. 43). 
Bütün bunlardan belə bir nəticə çıxır ki, mardlardan fərqli olaraq amardlar farsların Sak adlandırdığı Skiflərin irandilli hissəsindən olan tayfalardandir.
Ə.KƏSRƏVİNİN VƏ B.V.MİLLERİN "AZƏRİ DİLİ"NİN AÇARI. Tədqiqatlar göstərir ki, Talış tayfasının əcdadı antik dövrdə Talikanda da məskunlaşmış Şişpapaq sakların bir hissəsi olan amardlardır. Talış sözünün yozumları da bunu bir daha təsdiq edir (Bax: Tofiq Əzizov. Talış sözünün mənası haqqında yeni yozumlar. avrasiya.info saytı). Buradaca qeyd etmək lazımdır ki, Talış tayfasının istifadə etdiyi şiş papaqlardan talışlarla bərabər onlarla qarışıq şəkildə yaşayan və qonşu olan Azərbaycan türkləri də istifadə etmişdir. Mən hətta XX əsrin 60-cı illərinin əvvəllərində belə bu hadisənin şahidi olmuşam. 1886-cı ildə aparılmış siyahıyaalmaya görə, Lənkəran qəzasında 47 min talış yaşadığı halda, 1897-ci ildə siyahıyaalma ana dili əsasında aparıldıqda onların sayının 35 minə enməsinin (Bax: Qəmərşah Cavadov. Talışlar... s. 25) səbəblərindən biri də görünür eyni formalı paltarlardan istifadə edilməsi olmuşdur. Bu, həm də o deməkdir ki, iranşünasların sakların yalnız irandillilərdən ibarət olması haqqındakı iddiası tarixi həqiqətdən çox-çox uzaqdır.
Talış sözünün Talış dilindəki mənası Tallı (Bax: Musarza Mirzəyev. Talış ... s. 10 ), yəni Talikandan olanlar deməkdir. İran alımlərindən Ə. Rəzmara da talışların vaxtilə Talikana daxil olmuş Marağa ilə Mahabad arasındakı ərazidə yaşadığını yazmışdır (Bax: Abdulla Fazili. Azərbaycanın qədim və ilk orta əsrlər tarixi İran tarixşünaslığında. Bakı – 1984, s. 130). Astaralı Əsgərov Ağakişi Kərbəlayi Bəyiş oğlunun verdiyi məlumata görə, Talış tayfası Xəxami və Mahabadi (mahabadlı) adlı iki hissəyə bölünür (Bax: İshaq Axundzadə. Azərbaycan incisi. Bakı – 1992, s. 131, 135, 136). Mahabadilər Amard tayfasından olanlardır (Bax: Tofiq Əzizov. Talış sözünün mənası haqqında yeni yozumlar. avrasiya.info). Xəxamilərə gəldikdə isə, onlar Hirkaniyada (sonrakı Qorqan, Gürgan) yaşayarkən tatlaşmış, Gilanda və Talışda yaşayarkən, həm də, talışlaşmış türklər- xərzanilərdir. Xərzani və kerinqanilər Massaget tayfalarından olan hirlərin – sonrakı Xorasan türklərinin Dax (Day) tayfalarının təsiri altında tatlaşmış və Gilanda yaşayarkən müəyyən qədər də talışlaşmış, lakin türk dilini də unutmamış hissəsidir. İran tarixçisi Səid Nəfisi məhz buna görə yazırdı ki, talışlar türk tayfasıdır (Bax: Musarza Mirzəyev. Talış... s. 9; "Azərbaycan müəllimi" qəzeti, 13 iyun 1990). B. V. Miller də güman edirdi ki, talışlaşmış türklər sünni talışlardır (Bax: Qəmərşah Cavadov. Talışlar... s. 29 – 30). Dinşünas tədqiqatçı Firudin Gilar bəg bu sıradan olan insanlarlara Azəri Türk Seyid Bəgləri deyir. Maraqlı burasıdır ki, Qaradağdakı Kirinqani (Kerinqani) kəndində olmuş Urmiyalı tədqiqatçı Fərhad Cavadi də yazır ki, kəndin bu tayfadan olan sakinləri öz aralarında Talış dilinə oxşayan dildə danışır, seyid olduqlarını iddia edirlər. 
Beləliklə, Ə.Kəsrəvinin azəriləri türkləşləşmiş irandillilər deyil, irandilliləşmiş, lakin ana dilini də heç vaxt unutmamış türklərdir. Azərilərlə bağlı bəzi sirlərin açarı, həm də hazırda Cənubi Azərbaycanın Muğan hissəsində və Yardımlının Perimbel kəndində yaşayan Perimbel seyidlərinin kimliyi ilə bağlı sualın cavabındadır.

22.03.2016

Elşad Xaqan - MÖVLA ƏLİ

Zülmün evin ey eləyən tarmar,
Zalimə düşmən, həmi məzlumə yar,
Ey çəkən Haqq eşqi ilə Zülfüqar,
La fəta illa Əli, Mövla Əli!

Ram elədin nəfsivi, qüdrətlisən,
Cəngdə ən güclü və qüvvətlisən,
Yox sənə həmtay, şücaətlisən,
Şiri-Təala Əli, Mövla Əli!

Şiələrin gör necə zillət çəkir,
Ağlayır hər gün, gözü qan-yaş tökür,
Namus, həya, həm abır, ismət itir,
Dadə yetiş, ya Əli, Mövla Əli!

Kim ki yolun Ali-Əbanın gedər,
Məhşərə izzətlə, üzü ağ gələr,
İzn ver, olsun sənə Xaqan nökər,
Ya Əli, Mövla Əli, Mövla Əli!

SOYULMAĞA ÖYRƏŞMİŞİK

Şirin Xanım Kərimbəyli Şadiman

Nə gərəkdir ahu-fəğan eyləmək,
Ağrımızı aləmlərə söyləmək,
Olanlara oldu deyib neyləmək?
Bizimki də belə gəlmiş, a millət
Soyulmağa öyrəşmişik, a millət.

Cibimiz boş, xoş güzəran ararıq, 
Özümüzü qəm bağrına sararıq,
Bir-birini qürbətlərdə sorarıq,
Dərdimizlə birləşmişik, a millət. 
Soyulmağa öyrəşmişik, a millət.

Neftimizin pulu axdı sel kimi,
Keçdi getdi yanımızdan yel kimi,
Diləyimiz ayaqlandı bel kimi,
Ah içində yerləşmişik, a millət.
Soyulmağa öyrəşmişik, a millət.

Divarımız, hasarımız bəzəndi,
Yollarımız neçə kərə düzəndi,
Aldadanın aldanana çox fəndi,
Özümüzü nə bilmişik, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

Biz paranı yuxularda görərik,
Borcla, xərclə müti ömür sürərik,
Borc dəftərlə süfrəmizi sərərik,
Zənn edirlər lap ölmüşük, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

Biz hələ də fil qulağın xoşlarıq,
Xəyallarla xor-xor yatıb huşlarıq,
Arx gəlməmiş çırmanmağa başlarıq, 
Əzilmişik, döyülmüşük, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

Yenə bankda öldü, batdı pulumuz,
Özümüzə məlum yazıq halımız,
İtə atsan it yeməyən yalımız,
Gözümüzdən qan silmişik, a millət,
Soyulmağa öyrəşmişik, a millət.

Şadimanı qınayırsız qınayın,
Sözlərini sac üstündə sınayın,
Qəribliyə heç salmayın hay-hayın,
Kətan təki üzülmüşük, a millət,
Soyulmağa öyrəşmişik, a millət.
Soyulmağa öyrəşmişik, a millət.

İlahiyyatçı “nurçular”ı öz kitabları ilə susdurdu

Novruz  haqqında verdiyim müsahibəyə (Adı: “Quran deyir Novruz var bəs siz nə deyirsiniz?”) bir sıra yersiz iradlar oldu. Yersiz ona görə deyirəm ki,  çünki nə əqli, nə nəqli və nə də məntiqi heç bir şey yox idi. Sadə bir misal çəkim. Mənə deyirlər ki, “filan ayə ki yazmısan orada heç “Novruz” sözü yoxdur.”  Bu cümlə özü qarşı tərəfin elmsizliyinə dəlalət edən ən böyük bir dəlildir. Hər şey ayənin zahiri tərcüməsində var idisə bəs onda təfsir elmi, ayələrin nazil olma səbəbi bütün bunlar nəyə lazım idi? Müsahibədə qeyd edib demişik ki, TƏFSİRƏ BAXIN. Siz hələ də təfsir ilə tərcümə arasındakı fərqi bilmirsiniz? Eybi yox. Bilməmək eyib deyil, öyrənməmək eyibdir.

Öyrənib gələrsiz...

Bu müsahibəmə həm şiələr, həm əhli sünnələr və nurçular etiraz etdi. Etiraz və qınaqdan heç vaxt çəkinməmişəm. Əksinə o etirazlar məni daha da gücləndirib və araşdırmaya sövq edib. İstəyirəm bu gün nurçulara Novruzu öz alimlərinin dili ilə isbat edim. Qurana imanınız yoxdursa, ən azından aliminizin sözünü dinləyin ki, zahirdə də olsa sizə rahat şəkildə “nurçu” deyə bilək.

Səid Nursi: “Novruz bayramı şirk deyil”

Özlərini Səid Nursinin ardıcılı kimi qələmə verənlər sən demə heç Səid Nursinin həyatını belə mütaliə etməyiblər. Əgər öz aliminizdən xəbərdar olsaydınız onda görəcəkdiniz ki o sizin kimi bədbin deyil. O Novruz haqqında çox nikbin danışır. O sözlərə keçməzdən öncə bunu da qeyd etmək yerinə düşərdi. Səid Nursinin rəsmi internet saytında maraqlı bir nüansla rastlaşdım. Sayta oxucular tərəfindən 24.08.2010 –cu ildə bir sual daxil olub.
Sual: “Səid Nursinin Novruzu qeyd etdiyi söylənilir...  Nə dərəcədə doğrudur? Ustadın Novruzu qeyd edib etmədiyi barədə məlumat varmı?”
Sualda və verilən cavabda xüsusi bir məqam var ki,onu tam yazmadım və  onu ayrıca qeyd edəcəyik. Verilən cavabda bu hissəyə diqqət yetirin. “Novruz bir zamanlar məcusilik bayramı kimi bilindiyi üçün o dönəm alimləri avam camaatı bu işdən çəkindirmək üçün Novruzu qadağan etmişlər. Amma daha sonralar bu müstəqil bayram şəklinə çevrilmişdir.  Novruz zatında şirk olduğu üçün deyil, məcusiliyə oxşadılıdığı üçün qadağan edilmişdir. Və sonra bu hökm ləğv olunmuşdur...” (Səid Nursinin rəsmi sual-cavab bölməsindən bunu özünüz də izləyə bilərsiniz. Link: http://www.bediuzzamansaidnursi.org/merakedilenler/uestadin-nevruz-bayrami-kutladigi-soyleniyor-ve-imami-gazali-der-ki-kim-nevruz-ya-da-)

Novruz bayramı Səid Nursinin dili ilə

İndi keçək əsas mətləbə. Səid Nursi haqqında bir kitab yazılıb. Kitabın adı “Son şahidlər”dir. 1977-ci ildən ilk cildi çap olmaqla sonuncu, 6-cı cildi isə 2007-də çap olunmuşdur. Səid Nursini yaxından tanıyan və daim yanında olan şəxslər Səid Nursi haqqında öz xatirələrini qeyd ediblər. Onlardan biri Muhsin Alev adlı şəxsdir ki daim Səid Nursi ilə birgə olan şəxslərdən olub. O yazır: “Ustad gəzməyi xüsusən bahar fəslində yaz aylarında təbiət qoynunda gəzməyi çox xoşlayardı. Məxluqatla, mövcudatla baş-başa qalıb dərin təfəkkürə dalardı. İstanbulda Novruz günü (21 Mart) çölə gəzməyə gedərkən bizi də yanında apardı. Bu gün məxluqatın bayramıdır deyib, Novruzun önəmini bizə anlatdı. Çöldəki itlərə çörək qırıntıları atdı. Bu Novruz bayramında bir köpəyin belə qisməti vardır dedi. Bahar məxluqatın bayramıdır. Biz də onların bayramında iştirak edək. Novruz günü çox sevincli halda idi...” (Son Şahitler 4-cü cild)
Ay nurçular! Buna cavabınız nədir? Sizin ardıcılı olduğunuz Səid Nursi bayram edir amma siz deyirsiniz ki, bayram edən kafirdir, olmaz filan.  Deməli Səid Nursi kafirdir? 
Biz sizə öz kitabınızdan dəlil gətirdik. Əgər sizdə doğru dediyinizi iddia edirsinizsə onda Quran deyən kimi dəlil və sübutla irad bildirin.
“De: Əgər doğru danışansınızsa, dəlil və sübutlarınızı gətirin.” (Bəqərə 111)

İlahiyyatçı yazar Mahir Şəkərov

Ramin Cahangirzadə - Gəl, dostum, gəl!

Tormuz

sən dünyanı bir balaca 
Təbletin içində gəzdirdin
söndürmə gözlərini
qatarlar aldadır
dəmirlər yuxularımızı pasladar
ən gözəl səsləri qatarlar oğurlayır
bir azdan
gəmilər yola düşəcək
və dəniz quldurları
dalğaları oğurlayanda
kəndin gün batan çağından
şəhərin gün çıxan yerinə qədər 
qoyunların sürüsü çəkiləcək
bir azdan
hər nəyin içinə girəcəklər qoyunlar
şerimdə mələşəcək quzular
heç bilmirəm
şerimin başına nə oyun gələcək
onu it qapanda
pişiklər xoruzları sarıdı
sıçanlara heç kim bir söz demədi
bəlkə də qarışqalar dondurma yeyəndə
hər nə dəyişdi
dəyişməsin ürəyindəki üsyan
bilmirəm hara gedirsən belə
bəlkə də özünü
özünə çatdırmaq üçün
bir an
hamı yatanda
qatarın tormuzunu çəkdin
mən özüm çəkərəm şerimin tormuzunu
sən birdən yıxılarsan şerimdə

Bu günlər hamı oğru olub

Bu günlər hamı oğru olub
Biri gözlərimi oğurlayır
Sonra yarı yolda qoyub qaçır
Gözlərim yolda qalır

Biri ayaqlarımı oğurlayır
Butun şəhərin küçələrini sümsünür
Ayaqlarım işdən düşür
Başmaqlarım ayaqsız qalır
Daha şəhərə ayaq basa bilmirəm

Biri burnumu oğurlayır
Hər yerə burnumu soxub iyləyir
Daha heç yerə burnumu soxa bilmirəm

Biri dodaqlarımı oğurlayır
Dodaqlarım züyüyür 
Düşür çayın içinə
Dodaqlarım qırmızı balıq olur
İlişir balıq tutanların qırmağına

Biri ürəyimi oğurlayır
Atır alkolla dolu şişənin içinə
Otağındakı taxçaya qoyub
Hərdən götürüb 
Şişəni oyan buyan edərkən
Baxır ürəyimə
Bir az gülümsəyir
Bir az da oxuyur öz-özünə

Hər nəyimi oğurladılar
Heç nə edə bilmədim
Təki mənə qalan 
Bu keybordun üstündə
Çak-ha-çuk salan 
Barmaqlarımdır
Həm bu barmaqlarımla görürəm
Həm addımlayıram
Həm iyləyirəm
Həm tamsınıram
Həm də ki ürəyimin döyüntüsünü 
Eşidirəm ondan
Qorxuram 
O qədər qorxuram kı
Barmaqlarımı basıram bağrıma
Qorxuram bəlkə biri
Mən yuxuya gedərkən
Barmaqlarımı kəsib apardı

Gəl dostum gəl!

O yenə də meydan oxuyur
O bilmirki meydanlardakı Daş Tanrıları
Yenə də ayağa qalxacaqlar
21-ci əsrdə günəşin rəngi metalikdir
Ulduzların rəngi meyit sufatına çevrilib
Ayın başına hava gəlib
Gecənin içində yaşayan otaqlar
Şəhərin qısır çağını sayaqlayırlar
Daha tənhalığımızı daşıyan
Heç bir küçə doğulmayacaq bu şəhərdə
Mənə parazet buraxan dostum bilmirki
Ferkanslarım daha işdən düşüb
Beynimin qapağı atandan sonra
Daha öz qınımda qala bilmirəm
Əllərim bədənimdən ayrılıb gedib
Əl çatmaz yerlərə
Əllərim gedəndən sonra
Ayaqlarım balansını itirib
Dodaqlarım qaçır
Dişlərimin dibinə yıxılır sözlərim
Gəl dostum gəl!
Boğazından sallanım
Düşüm içinə
Məni bir az içində gəzdir
Məni bir az əzdir
Ürəyinə yol tapa bilmirəm
Heç ürəyini tapa bilmirəm
Bəlkə gözlərində əyləşib
Qıçlarımı salladım gözlərindən
Lənət olsun başmaqlarıma
Başmaqlarım qanad çıxardıb uçub getdilər
Qondular işıq dirək tellərinə
Gəl dostum gəl!
Əllərini borc ver mənə
Ayaqlarımın balansı olsun
Qoy yenə də bu şəhəri gəzim
Bəlkə yenə də tənhalığımı özündə daşıyan
Bir küçə doğdu bu şəhər…

Yenə də dəlilər

Yenə də dəlilər, işə düşübdür,
Deşirlər gəmini, batırmaq üçün.
Deyirlər gedirik, dərinliklərə,
Dənizin dibində, oturmaq üçün.

Gedirik danəşaq, balıqlar ilə,
Dost olub onlarla, deyib danışaq.
Qoysalar bizi də, qanad çıxardıb
Qoşulaq onlara, biz də qarışaq.

Somurulmaq

Bu dönə qolundakı saata baxma
Gözlərimdəki əqrəbələr
O qədər dal - dalı fırlanır kı
Mən öz içimə somuruluram
Bax! nə qədər maraqlıdır bu anlar
İlk öncə başım gözümün içinə keçir
Sonra boynum, Çiynağım
Qarnım və əllərim
Qıçlarım....
Və sonunda Dırnaqlarım
Demək yaşamaq
Təpədən dıranağacaq
Öz içimizə hər an somurulmaqdır
)

Bizi qınamayın

Bizi qınamayın
Bizdən adam olmaz
Biz Kərtənkələ olmaq istəyirik
Hay bərk gələndə 
quyruğumuzu qoyub qaçarıq sakit səhralara
Günəşin qızmar çağında
Bir – birimizi içərik
İlanlara söz atarıq
O qədər qaqqıldarıq kı
Ilanlar bizi udar
Ilanların qarnında oturub yenə də qaqqıldarıq
Sonra qıçımızı uzadıb
Şeir yazarıq
O qədər şeir yazarıq kı
Bizi udan ilanın qarnı partayar
Hamı qaqqıldayar
Hamı bilər ki
Bizi qınamaq olmaq
Hamı bilər ki bizdən adam olmaz
Adam olmaz

“Mənim naylon darağım var”

Mənim naylon darağım var
Məndən küsüb
Başımın tükünü daramır
Onun rəngi mavidir
O mənim sol cibimdədir
O yuxu görür
Mən onun yuxularını görürəm
O kəhkəşanlarda olan süd yolundan
Gəlib gedən ulduzların saçlarını darayır
Ulduzların saçları pırpızaqlıdır
O özünü çıxarda bilmir 
ulduzların pırpızaqlı saçlarından
Ulduzlar yuyunmaqdan çəkinərlər
Ulduzlar saçlarını yumazlar
Göydə bir neçə güzgü gəzir
Ulduzlar güzgülərdən qorxarlar
Güzgülərin qoyruğu var
Güzgülərin bığı var
Mən qorxuram
Naylon darağımın yuxularından qorxuram
Sol cibim ağırlaşır
Kəhkəşanları cibimdə gəzdirmək istəmirəm
Kəhkəşanlarda qara quyular var
Hər nəyi somurar

İudeyanın itmiş qolu: Azərbaycan xazarları- qacarlar

 QACAR TƏCAVÜZÜ. Qacarlar tarixi mənbələrə görə Suriya sərhədlərinə yaxın bir yerdən, əslində isə qədim İudeyadan köç etmiş tayfa olmuşdur. Onlar Talışın Xalxal ərazisinə köçərək yerli xalqlar, eləcə də İran sivilizasiyası üçün baş bəlasına çevrilmişlər. Məlumdur ki,Tartariya imperatoru Termurləngin qacarlara münasibəti neqativ olmuşdur.
 Bəzi tarixçilər tərəfindən qacarlar 465-ci ildə Qafqazı işğal edib əsarətdə saxlayan xəzərlərə yaxın olduğu söylənilən Ağacərilərə bağlanılır. Azərbaycanda Ağacərilər sonralar Qacar adlanmış və Xalxal bölgəsində məskunlaşmışlar. Z.V.Toğanın fikrincə, Rəşidəddinin “Came ət-təvarix”inin Peterburq nüsxəsində ağacərilərdən bəhs edilərkən xüsusi bir qeyd verilmişdir: “Ağacəri adı bu gün türklərin və digərlərinin tələffüzündə Qacar şəklini almışdır. Zira qacarlara əskidən Ağacəri deyilirdi”. Abbasqulu ağa Bakıxanova görə, qacarlar Cəlairi boyuna məxsus olmuşlar və 200 min ailə Hülakü xan dövründə İrana və Azərbaycana köçürülümüşdür. Qacarların bir hissəsi Astrabad bölgəsinə, bir hissəsi isə Anadoluya və Suriyaya köçmüşdü. Əmir Teymur 50 minlik qacar ailəsini Cənubi Qafqaza köçürmüş, İrəvan, Gəncə və Qarabağda yerləşdirmişdi. M.V.Baharlının fikrincə, Cəlairilərdən olan qacarlar ilk əvvəl Kiçik Asiyada və Suriyada yaşamış, sonra Teymurləngin dövründə İrana köçmüş, Mərv, Mazandaran, Qarabağ, İrəvan, xüsusilə də Gəncə bölgələrinə yerləşmişlər. “Qızılbaşlar tarixi” müəllifinin təsdiq etdiyinə görə, qacarlar qədimdən Gəncə və Bərdədə yaşamışlar və bir qismi Şamdan gəlmişdir. Qacarlar hələ Ağqoyunlu dövründən regionda fitnələr yaradaraq böyük qanların tökülməsinə səbəb olmuşlar. Onların yürüşləri nəticəsində Tehran, Qum, Şiraz, Gilan, Qəzvin, İsfahan, Tiflis kimi qədim dünyanın mədəniyyət mərkəzləri yerli-yeksan edilərək viranə olmuş, qoy xalqların kütləvi qətliamı törədilmişdir. Qacarlar bir müddət Gəncəni öz paytaxtları elan edərək dövlət yaratmış, bir müddət isə Qarabağ bəylərbəyinə rəhbərlik etmişlər. F.Sümer yazır ki, Şah II İsmayıl və Məhəmməd Xudabəndə dövründə qacarlar yenə Qarabağ bölgəsindəki yurdlarında yaşayırdılar. İmamqulu xan Qacar 1580-ci ildə Məhəmməd şah Xudabəndə tərəfindən Şirvan bəylərbəyi təyin edilmiş, nəticədə qacarların bir hissəsi Şirvana köç etmiş və orada torpaq mülkləri almışdı. Tarixi qaynaqlar göstərir ki, 16-cı əsrin ortalarından başlayaraq Nadir şahın ölümünədək qacarlar demək olar ki, fasiləsiz olaraq Gəncə-Qarabağ ərazisində bəylərbəyi vəzifəsini tutmuşlar. Bəzi vaxtlarda Gəncə-Qarabağ bəylərbəyləri hətta Şərqi Gürcüstanın idarəsini də öz əlinə almışlar. Şah Hüseynin hakimiyyəti dövründə də (1692-1722) qacarlar Kaxetiyə hakim təyin edilmiş və 8 il oranı idarə etmişlər. Qafqaz xalqları əsrlər boyu qacarların zülmkarlığı altında inləmişlər. Qacar adlı kəndlərə Şuşa, Cəbrayıl, Yelizavetpol, Cavanşir, Göyçay, Şamaxı, Quba və Sürməli qəzalarında təsadüf olunur. Şiəliyi qəbul etmiş qacarlar Osmanlı yürüşləri zamanı vuruşmamış, Qarabağ və Şirvandan qaçaraq Ərdəbil bölgəsinə sığınmışlar. Şah II İsmayıl Qarabağ qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab edirdi. 1722-ci ildə Səfəvi dövlətinin paytaxtı İsfahan şəhəri əfqanlar tərəfindən mühasirəyə alınan zaman “Astrabad qacarlarının Aşağıbaş qoluna mənsub Şahqulu xanın oğlu Fətəli xan Qacar süvarilərinin başında Səfəvi hökmdarı Sultan Hüseynin yardımına tələssələr də, şah səltənətinin təhlükəyə düşməsindən qorxaraq onlara üz verməmişdir”. Səfəvi şahları qacarların təhlükəli bir qövm olduğu fikrindəydilər. 1726-cı ildə Fətəli xan Qacarın Nadir şah tərəfindən edam edilməsindən sonra onun yerinə oğlu Məhəmməd Həsən xan keçmişdi. Nadir şah Astrabada daxil olaraq qacarları qırıb çatmağa cəhd etmişdi. Yurdlarını dağıdaraq, var-dövlətlərini talan edərək qacarlara ciddi zərbə vurmuş, Məhəmməd Həsən xan Qacarı öldürmək istəsə də, o qaçaraq Türkmən çölünə sığınmışdı. 
1747-ci ildə Nadir şahın ölümündən sonra Məhəmməd Həsən xan Qacar Astrabadı təkrar ələ keçirə bildi. 1779-cu ildə onun oğlu Ağa Məhəmməd xan Qacar Astrabadda hakimiyyəti ələ alaraq İranda Qacariyyə sülaləsinin əsasını qoydu. Bu sülalədən olan şahlar 1925-ci ilə kimi İrana qan uddurdular, bütün yerli aristokratiyanı qırıb tarmar etdilər.
 Astrabad valisi olan zaman Hüseyn xan Qacar yerli xalqa olmazın zülmlər etmişdi. Şah Abbas 1603-cü ildə Osmanlı ordusu tərəfindən tutulmuş əraziləri geri almaq üçün hücuma keçən zaman Hüseyn xan Qacarı da Qarabağ üzərinə yürüşə göndərdi. Osmanlı idarəsində qalmış olan qacarların demək olar ki, hamısı Hüseyn xan Qacara qoşuldu. 1606-cı ildə Gəncənin azad edilməsilə Qarabağ tamamilə Osmanlı işğalından qurtardı. Lakin Hüseyn xan Qacar Qarabağ əhalisinə o qədər zülmlər vermiş, o qədər soyğunçuluq etmişdi ki, Qarabağ camaatı Şah Abbasa şikayətçi düşdü. Şah Abbas onunn edam olunmasını əmr verdi. Bundan sonra qacarlar Astrabadın idarəçiliyindən kənarlaşdırıldılar. Astrabadı Şah Abbasın qulamları Yusif, Firudin və Xosrov xan kimi əmirlər idarə etdi.
***
 II Şah Süleyman dövründə Məhəmməd Həsən xan Qacar Astrabadın sərdarı (hərbi rəhbəri) təyin olundu. Bu isə ona öz başına sağlam qüvvələr yığıb, Astrabad və Mazandaranda möhkəmlənmək imkanı verdi. Onun rəhbərliyi altında qacarlar İranda hakimiyyəti ələ keçirməkdən ötrü mübarizəyə başladılar. Boşluqdan istifadə edən Həsən xan bütün mərkəzi İranın (İraqi-Əcəm) və Azərbaycanın idarəçiliyini əlinə keçirdi və özünü İranın tacsız şahı elan etdi. Onun adından hətta pul da buraxılırdı. 1759-cu ildə Məhəmməd Həsən xan döyüşlərin birində həlak oldu və İran hakimiyyəti uğrunda mübarizə estafeti onun böyük oğlu Ağa Məhəmməd xan Qacara keçdi.
 İran hökmdarı Kərim xan Zənd Ağa Məhəmmədi əsir aldı, amma öldürmədi. Kərim xan Ağa Məhəmmədi düz on altı il “fəxri qonaq” sifəti ilə Tehranda öz yanında saxladı. Bu müddət ərzində Ağa Məhəmməd sarayda yaşadı, ona dövrün ən yaxşı ilahiyyatçı və filosofları tərəfindən təhsil və təlim-tərbiyə verildi. Ağa Məhəmməd cəmiyyət içinə çıxdı, kübarlıq ədaları öyrəndi və idarəçilik qaydaları mənimsədi. Ancaq sarayın zəifliklərini öyrənib yetişən Ağa Məhəmməd boya-başa çatdıqdan sonra İran şahlığına qarşı çıxdı.
 Kərim xan Zənd paytaxtı Şiraza köçürərkən Ağa Məhəmməd xanı da özü ilə apardı. İranın ən qədim təhsil mərkəzlərindən birinə düşən Ağa Məhəmməd təhsilini davam etdirdi və bu sahədə böyük uğurlar qazandı. O, ilahiyyat, fəlsəfə, riyaziyyat, astronomiya, astrologiya və poeziyanı öyrəndi. Özünün fenomenal yaddaşına görə, Ağa Məhəmməd sonralar Qurandan, fəlsəfi əsərlərdən iri sitatlar gətirir, hətta çox da məşhur olmayan şairlərin şeirlərini əzbərdən deyirdi. Ədəbi məclislərdə böyük hörməti qazandı, müxtəlif məsləhət və məlumatlar almaq üçün onun yanına gəlirdilər. Lakin farsların xazar oğluna etdiyi yaxşılıq sonralar onların öz başında çatladı.
 Ağa Məhəmməd xan püxtələşdikdən sonra paytaxt Şirazdan qaçıb Astrabada gəldi. Burada qacarlar onun rəhbərliyi altında qruplaşaraq ordu təşkil etdilər. Kərim xan Zənd öləndən sonra hakimiyyət boşluğu yaranmışdı və bu Ağa Məhəmməd xanın əlinə oynadı. O şah olmaq və İranı ələ keçirmək istəyirdi. Sarayın zəif cəhətlərini bildiyindən və özünə inamı olduğundan bu məsələdə çətinlik görmürdü.
 Bir məsələ vardı ki, Ağa Məhəmməh xan xacə idi. Uşaqlıqda atasının etdiyi dönüklüyə görə Adil şah onun xayalarını çıxartdırıb axta etdirmişdi. Laricanlı məlik Ağ Məhəmmədqulu xan onun haqqında deyirdi: “Mən “Şahnamə”də oxumuşam ki, qədim zamanlarda İranda dəfələrlə qadınlar şahlıq ediblər, onlardan bir neçəsi çox yaxşı olublar, xalqla ədalətli rəftar ediblər. Ancaq bu gün bizə şahlıq etmək istəyən bu adam nə kişidir, nə qadın. Əgər kişi, ya qadın olsaydı, heç vaxt əhaliyə belə zülm etməzdi. Ona görə ki hər kişidə kişilik sifəti olur və hər qadında qadınlıq sifəti olur, bu adamda nə kişilikdən, nə də qadınlıqdan bir əlamət var... Belə bir münəxxəs İran şahlığını zəbt etmək fikrindədir”. Qacar haqqında münəxxəs kəlməsini ilk dəfə Ağ Məhəmmədqulu xan işlətdi. O bu kəlməni işlədəndən sonra başqaları da ondan öyrəndilər, yazdılar, ya dilə gətirdilər. O cümlədən Lütfəli xan Zənd öz şeirində deyirdi: “Məmləkəti aldı məndən, sahib durdu münəxxəs,/ Ey Allahım, qadındırmı, kişidirmi, bilinməz!/ Ruzigarın gərdişindən aşkar olan bəllidi,/ Qılınc vuran dəf çalanla səd heyf ki eynidi”.
 Belə bir yanlış fikir formalaşıb ki, Ağa Məhəmməd xan Qacar İran şahı olub. Amma Qacar İrana şahlıq etməyib və iranlılar bu xacəni hökmdar kimi tanımayıblar. O dövrdə İranın müxtəlif bölgələrində müstəqil əmirlər vardı, onların bəzisi özünü şah adlandırırdı. Xorasanda Nadir şahın nəvəsi Şahrux şahlıq edirdi. Gürcüstanda Xosrov xan valini hökmdar kimi tanıyırdılar. İranın cənubunda Zəndiyyə sülaləsi hökmranlıq edirdi. Azərbaycanda da tayfa rəisləri müstəqil idilər. Bunların heç biri digəri ilə müttəfiq deyildi. Sadəcə qacarlar İran ərazilərinə hücum çəkərək öz xanlarını şah elan etmək fikrindəydilər. Düzdür, 1791-ci ildə Ağa Məhəmməd xan özünü İran şahənşahı elan etdi, amma bu yalnız formal xarakter daşıyırdı, hətta bu münasibətlə nəzərdə tutulan təntənəli mərasim də keçirilmədi, sonraya saxlanıldı. Qacarlar qərara gəldilər ki, İranı tamamilə tutandan sonra öz hökmdarlarını şah elan etsinlər. Bundan sonra qacarlar təcili surətdə mərkəzi hakimiyyətin ələ keçirilməsi üçün fəaliyyətə başladılar. Hücum etdikləri yerlərdə üzdə olan əyanları öldürdülər, ari idarəçiliyinin məhv edilməsi üçün əllərindən gələni etdilər, məmləkətdə əsl iudey qayda-qanunları yaratdılar.
 Ağa Məhəmməd xan Qacar İranın Səfəvilər dövründəki vəziyyətindən xəbərdar idi, eləcə də Nadir şahın dövründə İranın vəziyyəti barədə kifayət qədər məlumatı vardı. O İranı Səfəvilər və Nadir şah vaxtında olduğu kimi vəhdətdə saxlamaq, bütün məhəlli əmirləri itaətə məcbur etmək istəyirdi. Amma nəzərə almamışdı ki, Səvəfilər İran xalqının təkyəsi (müqəddəs şeyxi) sayılırdı, Nadir şah da yerli kökə bağlı idi. İran xalqı onun kimi yad qovmdən olan, özü də ki xacə bir şaha itaət etməyəcəkdi. Məmləkətin heç bir yerində xacəni şah kimi qəbul etmək istəmirdilər. İran səltənəti qanunla ari Zəndiyyə tayfasına məxsus idi. Lütfəli xan Zəndin dediyi kimi, “əgər lap İran milləti xacənin şahlığını qəbul etsə belə, Zəndiyyə tayfası o səltənəti qəbul etməyəcək”di. Qacar şahına Kürdüstan valisi Xosrov xandan başqa heç kəs könüllü itaət etmədi. Ağa Məhəmməd xan Kürdüstan xanına xələt göndərdi və onun oğlunu öz sarayında xidmətə götürdü. Xosrov xanın oğlu ölənə kimi səmimi qəlbdən Qacar şahın qulluğunda durdu. Kürd süvariləri Qacar xanın bütün yürüşlərində onu müşayiət edən əsas qüvvə oldular.
 Ağa Məhəmməd xan Qacarın əsl iud xisləti vardı. O xarici görkəmi ilə ətrafdakılardan kəskin şəkildə fərqlənirdi. Reptiliya görünüşlü bu adamı qoy insanlar arasında seçib ayırmaq o qədər də ciddi səy tələb etmirdi. Üzü uzunsovdu, qabaqdan üç dişi düşdüyündən, bir az içəri çəkilmiş kiçik ağzının ətrafında iki dərin qırış vardı. Qaşları həmişə düyünlənmiş olurdu. Bu adamları qorxudurdu, təsəvvür yaranırdı ki, Qacar xan qəzəblidir. Düyünlənmiş qaşlarının altında gözləri kədərli, eyni zamanda rəhmsiz görünürdü. O gözlərə baxan hər kəs başa düşürdü ki, onların sahibindən rəhm gözləmək faydasızdır. Hətta şərqlilərin ruhiyyəsinə bələd olmayan bir avropalı belə Qacarın şəklini qarşısına qoyub diqqətlə baxsaydı, başa düşərdi ki, bu şəklin sahibinin ciddi psixoloji problemləri var. Yaxınları bilirdilər ki, onun dodaqlarında heç vaxt həqiqi gülüş olmayıb, dünya gözündə ömrü boyu əriməyəcək zülmətdir. Başına qaxınc olan eybi ucundan, içində qövr eləyən sağalmaz yaranın, məlahət düyününün ağrısından səssiz-səmirsiz inləyir. Bir adamın onu qəzəbləndirməsi kifayətdir ki, böyük iradə gücünün cilovlayıb bir yerə yığdığı ağrı, əzab və nəhayətsiz dərd qübbəsi gurultuyla dayaqlarını tərpədən kəsin başına çöksün. Məhz bu sansıntının, pozuntunun nətəcəsi idi ki, ona sədaqətlə xidmət etmiş bir çox adamları xırda şübhələr və əsəb üstündə öldürtdürdü. Onun qələbələrinin memarı olan sərkərdə qardaşı Cəfərqulu xan Qacarı boğdurub öldürdü, məşhur topçu, Dəmavənd dağının yaxınlığında yerləşən Pazuk kəndindən olan talış Məcnun Pazukinin gözlərinə mil çəkdirib kor etdi.
 Ari zadəganlarının bir çoxu Qacariyyə hakimiyyətini tanımayacaqlarını, Zəndiyyə sülaləsinin qələbəsi üçün hər cür kömək göstərməyə hazır olduqlarını bildirdilər. Onların bir çoxu əhdlərinə sonadək vəfalı çıxdı, bəziləri bu yolda canlarını qoydular. Təbrizdə olarkən Azərbaycan zadəganları Ağa Məhəmməd xan Qacara sui-qəsd etmək istədilər, lakin içlərində olan urmiyəli bəylərləyi onları satdı. Ağa Məhəmməd xanın əmri ilə sui-qəsd təşkilatçıları Məhəmməd Əli Xan Cocuq və nəvəsi Məhəmməd Tağı xan Şambayatının başı kəsildi, digər iştirakçılar Məhəmməd xan İzzədinlu, qardaşı Məhəmməd Zaman xan və Məhəmməd Vəli ağanın isə gözləri çıxardıldı.
 Tacqoyma mərasimindən sonra qacarlar Nadir şah Əfşarın nəvəsi kor Şahruxun hökmranlıq etdiyi Xorasana hücum çəkdilər. 1796-cı ildə Məşhəd darvazalarına çatanda Şahrux özü təslimçilik nişanları ilə Qacarın qabağına çıxdı. Qacar onun qarşısında Nadir şahın məşhur xəzinəsini vermək tələbi qoydu. Şahrux əvvəl buna razılaşmadı, lakin dəhşətli işgəncələrdən, bu qocanın başına əridilmiş qurğuşun tökəndən sonra Nadir şahın xəzinəsinin yerini öyrəndilər. Məlumdur ki, bütün müsəlman aləmində müqəddəs yer sayılan İmam Rza məscidinin sərvəti də həmin xəzinədə saxlanırdı. Beləliklə, İran şahlığının qızılları və ləl-cəvahiratı qacarların əlinə keçdi. Qacarlar tərəfindən qətlə yetirilənədək Şahruxun başından qanlı su ifraz oldu.
 Qacarlar onlara qarşı çıxan mazandarlıları qırıb çatdılar, laricanlıların mülklərini ələ keçirdilər. Acından ölən türkmənləri xırda muzda toplayıb böyük bir qoşun təşkil etdilər, İranı darmadağın etməyə başladılar. Dağıdıcı genetika burda da öz rolunu oynadı. Qacar xan meydana çıxandan sonra İran xalqları asudə nəfəs almadı, müharibələr dayanmaq bilmədi. Qacarlar Dəmavənd, Firuzkah, Nur, Xar məntəqələrində əhalinin mal-qoyununu zorla əlindən aldılar, qəsb etdikləri malın pulunu vermədilər. Onlar İran əhalisinə ağır vergi və töycülər qoydular, xalqın yaşayışı dözülməz həddə çatdı. Onlar kənd və qəsəbələri talayıb camaatın var-yoxunu əlindən aldılar. Ağa Məhəmməd xanın əsgərləri bədbəxt əkinçilərin evlərinə soxulur, əllərinə keçəni götürüb aparırdılar. Qacar qoşununun keçdiyi bütün kənd və qəsəbələrdən camaat didərgin düşürdü. Kənd əhli bilirdi ki, Qacar xanın böyük qoşununun ərzağa olan ehtiyacı qurtaran deyil, vergi yığanlar gedib qayıdacaqlar, verməyə bir şeyləri olmadığına görə şallağın və tüfəng qundağının zərbələrinə məruz qalacaq, ya da öldürüləcəklər, yaxşısı budur gözdən yayınsınlar, evlərini buraxıb qaçsınlar, ara sakitləşəndə, qismət olarsa, öz ev-eşiklərinə yığışarlar. Qacar xan tabe olmayan şəhərləri uzun zaman mühasirədə saxlayır, şəhərlərdə aclıq hökm sürür, yatalaq və vəba xəstəlikləri yayılırdı. Anaların südü çəkilirdi, quru çörək tapmırdılar ki, onu suda isladıb uşaqlarına versinlər. Ana və uşaq bir-birinin qucağında acından ölürdülər. Gözləri çuxura düşmüş, dodaqları göyərmiş insanlar əllərinin dırnaqları aralanandan sonra hərəkətdən qalırdılar. Əhali aclıqdan taqətdən düşür, küçələrdə oturduqları yerdə keçinirdilər. Ölənlərin cəsədləri yol üstündə qalıb iylənirdi. Beləcə xazar hegemonluğu İran və Azərbaycanı xarabazarlığa çevirdi.
 Müqavimət göstərənlərin kəsilmiş başlarını şəhər hasarlarının hündür yerlərindən asırdılar ki, o birilərinə də dərs olsun. Ağa Məhəmməd şahın ölümündən bir neçə il sonra da Xorasan yolunun üstündə adam boyda yüz altmış iki ağ bürc nəzəri cəlb edirdi. Bu diri-diri gəcə çəkilmiş yüz altmış iki türkmənin cəsədi idi. Qacarların idarəsi altına keçməkdən imtina edən türkmən yomutlar darmadağın olundu, türkmənlərin kəllələrindən təpələr düzəldildi.
 Qacarlar onlara tabe olmayan əmirləri xüsusi amansızlıqlarla öldürürdülər. Məsələn, bir neçə nəfər yazığın üstünə atılıb əl-ayağını möhkəm tuturdular, bir nəfər ixtisaslaşmış cəllad iki şaxəli ağacı onun çənəsi arasına salıb ağzını açırdı, bükülmüş dəsmalı boğazının yoluna itələyib üstündən uzun bir ağac qoyurdu. Yazığın bərəlmiş gözlərini vecinə almadan cəkiclə vurub dəsmalı nəfəs yoluna salırdı. Bir neçə dəqiqə əl-ayağını tutub heç çabalamağına da imkan vermirdilər, hərəkətsiz düşüb qalanda buraxırdılar ki, həyatın axırıncı nişanələri də bədənindən çıxsın. Bu cür üsulla İranın və Azərbaycanın sayseçmə zadəganlarını qətlə yetirdilər.
 O dövrdə qacarların tətbiq etdiyi ən populyar edam üsulu şaqqalanmaq idi. Şaqqalanmaq ən dəhşətli cəzalardan biridir; məhkumun ayaqlarını şaquli basdırılmış iki ağaca bağlayıb başıaşağı asırdılar, sonra cəllad satur ilə ayaqlarının arasından şaqqalayıb onu iki yerə bölürdü. Bu cəza o qədər dəhşətli idi ki, tamaşaçılar ona sakit baxa bilmir, titrəyirdilər.
 Kirman şəhərinin əhalisinə daha dəhşətli divan tutuldu. Qətl-qarət üç gün çəkdi. Qacar əsgərləri evlərə soxulub istədiklərini götürür, müqavimət göstərənləri qılıncdan keçirirdilər. Bəzi evlərdə qadınları öz ərləri və qardaşları əsgərlərin əlinə düşməsin deyə öldürürdülər. Əsgərlər müqavimət göstərilən evlərə girəndə ev sakinlərinin hamısını qırırdılar. Varlı adamlar qızıl və cəvahiratların yerini demək istəməyəndə onları rəhmsizcəsinə döyüb işgəncə verirdilər. Ən kasıb adamın evində bir dənə qazan belə qalmayanda, qız-qadınlar təcavüzə məruz qaldıqdan sonra Ağa Məhəmməd xan əmr etdi ki, qətl-qarət dayandırılsın. Bundan sonra Kirman əhalisinin ucdantutma kor edilməsi başlandı. Qacar cəlladları ən yoxsul, zəlil kirmanlıya belə rəhm etməyib kor etdilər.
 Qədimdə korluğa məhkum edilənlərin gözlərinə mil çəkirdilər. Belə ki bir nazik dəmir mili odun üstündə köz kimi qızardırdılar. Qızarandan sonra cəllad onu od üstündən götürüb, məhkumun göz çuxuruna yaxınlaşdırır, bir an içərisində milin ucunu gözün bəbəyinə qoyub götürürdü. Ancaq qacar cəlladları fərqli metoddan istifadə edirdilər. Onlar gözləri barmaqları ilə çıxarırdılar, bədbəxtlərin qaşlarının altında iki dərin çüxur qalırdı. Məhkumun əl-ayağını bağlayıb arxası üstə uzadırdılar, sonra barmaqları ilə aşağı göz qapağına elə təzyiq edirdilər ki, göz alması partlayıb yerindən çıxırdı, sonra xəncər və bıçaq ilə gözün damarlarını və liflərini kəsirdilər. Bu dəhşətli əməliyyatdan sonra yazıqları əli-qolu bağlı buraxırdılar, əl-qollarını açmağa macal yox idi, növbədə çoxlu kor ediləsi adam vardı, cəlladların bu kimi xırda işlərə vaxtı çatmırdı. Gözləri kasasından çıxarılandan sonra kor edilmiş bədbəxtlər ağrının şiddətindən fəryad edib yerdə qıvrılırdılar. Meydan nalə çəkib çırpınan, üz-gözü qana bələnmiş zavallıları tutmurdu. Əl-ayağını birtəhər açanlar qalxır, gözləri görmədiyi üçün yerdəkilərə ilişib təkrar yıxılırdılar. Bu cəlladlığı, zülmkarlığı qacarlar məhkumun arvad-uşaqlarının gözləri qabağında icra edirdilər. Qacarlar onları kor etdikdən sonra yerdən qaldırıb aparmağa icazə vermirdilər, deyirdilər səbir edin işimizi qurtaraq. Bir nahiyədə işlərini qurtarandan sonra korların əl-ayağını açır, o ipləri başqa məhkumların əl-ayağına bağlayırdılar, bir məhəlləni kor etdikdən sonra başqa məhəlləyə gedirdilər. Adamlar o qədər müsibətlər çəkmişdilər ki, onların gözlərinin yaşı da qurumuşdu.
 Gözləri çıxarılmış adamların hamısı sağ qalmırdı. Bəzi adamlarda şiddətli qanaxma baş verirdi. Mühasirədə uzun müddət aclıq çəkmiş belə adam təbii ki ölürdü. Bədbəxtlərin bir çoxunun gözlərinin kasası irinləyirdi. Yaraların qanqrena olması nəticəsində qaragünlü insanlar milçək kimi qırılırdılar. Qanaxmadan, qanqrenadan qurtarıb sağ qalanlar isə ömürlərini səfalətdə başa vururdular. Kirman qətliamına qol qoymaqla xazarlar tarixin ən ağır kütləvi cinayətlərindən birini törətdilər. Bu ləkə tarixdən heç vaxt silinmədi. Ağa Məhəmməd xandan sonra qacarlar yüz əlli il İranda hökmranlıq etdilər, lakin onlar nə qədər çalışsalar da, Kirman faciəsinin qanlı ləkəsini yaddaşlardan silə bilmədilər.
 Ciroft, Qəhrud və Babək məntəqələrində farslar Qacar hökmranlığını tanımayıb qiyam etdilər. Lakin Ağa Məhəmməd xanın qardaşı oğlu Xanbaba xanın rəhbərlik etdiyi böyük qacar qoşunu qarşısanda tam gətirməyib məğlub oldular. Daha sonra qacarlar Bəm və Nərmaşir şəhərlərinə hücum edib narazı əhalini qılıncdan keçirdilər. Xanbaba Ağa Məhəmməd xana o qədər kəsilmiş baş göndərdi ki, Qacar xanı qardaşı oğluna yazdı, daha bəsdir, kəsilmiş baş göndərmə.
 Ağa Məhəmməd xan Qacar hakimiyyətini bərkidəndən kimi ərdəbillilərə ən ağır vergi təyin etdi. O deyirdi: “Ərdəbil məlikləri on ilin vergisini verməyə qadirdirlər, onların Muğanda olan əkin yerləri İranın ən böyük əkin yerləridir”. İran şahları heç vaxt Gilan və Larican aristokratlarına, onların malına və əmlakına toxunmazdılar, onlar müqəddəs hesab olunurdu. Amma qacarlar bölgəyə gəldikdən, oturuşduqdan sonra hamısını qırıb əmlakını ələ keçirdilər. Laricanlılar o vaxta kimi abırlı həyat sürmüşdülər, qacar aqressiyasından sonra yoxsulluğa ürcah olub gözdən düşdülər.
 Qacar xan dindar Talış mahalının kişilərinə saqqal vergisi təyin etdi. Vergi kişilərin, hətta qadınların belə narazılığına səbəb oldu. Uzun saqqal İran kişiləri üçün heysiyyat və vüqar əlaməti idi. Bir kişi saqqalını qırxdırsaydı, hamı ondan üz döndərərdi. İran qadınları adət etmişdilər ki, ərlərini saqqallı görsünlər, saqqalını qırxdıran kişini arvadı da təhqir edirdi. Üzündən saqqal çıxmayan iuda axtası Qacar İran kişilərini saqqallı görmək istəmirdi. Bu işi çar Pyotr səksən il qabaq Rusiyada icra etmişdi. Fərq ondaydı ki, Pyotrun fərmanı məcburi idi, amma Qacarın əmrinə görə kim saqqal saxlamaq istəsəydi, vergi ödəməliydi. İuda soyğunçu xisləti burda da rol oynamışdı. Vergi o qədər çox idi ki, az vergi verən kəndçilər də onun öhdəsindən gələ bilmirdilər. Talış ruhanilərindən bir neçə nəfər Qacara məktub yazıb qeyd etdilər ki, şəri-islamda saqqala vergi vermək söhbəti yoxdur, Allah-taala insanın bədən üzvlərinə zəkat təyin etməmişdir. Lakin Qacar verginin yığılmasında israrlı idi. Nəticədə talış camaatı üsyana qalxdılar. Qacar əsgərləri hücum edib talışların evlərinə od vurdular, mal-qaranı qovub apardılar.
 Ağa Məhəmməd xan Qacar öz müharibələrinə sərf olunan xərcin pulunu varlı Talış camaatından çıxarmaq istəyirdi. O zaman Talışı Mustafa xan Talışi adlı bir nəfər qədim ari qəbilə üsulu ilə idarə edirdi. O bütün Talış camaatının böyüyü sayılır, ixtilafları kattasayağı həll edirdi, ehtiyacı olanlara öz cibində və ya başqasının kisəsindən yardım göstərirdi. Talış kişiləri həmişə silahlı idilər, hərəsinin evində heç olmasa bir tüfəng tapılırdı, bəzən evlərdə tüfəngdən əlavə qılınc və tapança da olurdu. Talış əhalisinin normal dolanışığı vardı, lakin lüzumsuz müharibələr onları ehtiyac qarşısında qoymuşdu.
 Qacar hökmranlığı dövründə talışlar bir neçə dəfə üsyan etdilər. Qacarlar həm İrəvan, həm də Astrabad istiqamətindən Talışa hücum çəkdilər. Mustafa xan güclü düşmənə müqavimət göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. İran qoşunları getdikdən sonra Lənkərana qayıdan Mustafa xan 1795-ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza, rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbəlayi Əsədulla bəyi Peterburqa göndərdi. 1796-cı il martın 12-də Kərbəlayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsinə qəbul edilməsi haqqında Mustafa xanın məktubunu II Yekaterinaya təqdim etdi.
 Talış üsyanlarından biri də Gilan hakimi Hidayətulla xanın rəhbərliyi altında baş verdi. Üsyanı yatırmaq üçün Qacar orduları hər tərəfdən Talışa basqın etdilər. Bir müddət müqavimət göstərən Hidayətulla xan adamları ilə gəmilərə minib dənizə çıxmalı oldu. Dəniz donanması olmadığına görə Qacar qoşunu onları təqib edə bilmədi, lakin bütün sahil zolağını nəzarətə götürdülər. Müqavimətçilər Ənzəli körfəzini keçib dənizə çıxdılar, oradan da Sefidrud deltasına doğru irəlilədilər. Qışın ortası idi, dənizdə güclü fırtınalar olurdu. Gəmilər Xəzərdə şərqə üzəndə tufan qalxdı. Gəmilərdə məharətli dənizçilər vardı, tufan boşalan kimi yelkənləri aşağı endirdilər ki, küləyin gəmiyə təzyiqi azalsın. Lakin şimaldan cənuba yüyürən dalğalara qarşı durmaq mümkün deyildi. Gəminin yelkəni olmadığından sükan tutmurdu, gəmilər sahildən çox aralana bilmir, güclü şimal küləyi onları qabağına qatıb cənuba doğru qovurdu. Dənizçilərin küləyə tabe olmaqdan başqa çarələri qalmadı. Dənizin ortasında dalğanın ardına düşməyin ciddi xətəri yox idi; belə hallarda gəminin yolu bir qədər uzaqdan düşsə də, tufan sakitləşəndən sonra yenə öz gediş xəttinə qayıda bilərdi. Amma gəmi sahil boyu üzürdü və dalğalar onu hər an sahilə ata bilərdi, xüsusən sahil daşlıq, qayalıq olarsa, gəmi əzilib deşilərdi. Daşlıq olmasa belə, saya oturardı. Onda yenidən gəmini açıq dənizə şıxarmaq çox çətin olacaqdı. Çox çəkmədi ki, Hidayətulla xanın bütün gəmiləri saya oturdu. Gəmi saya oturub hərəkətindən qalanda dalğaların ona təzyiqi də dəfələrlə artır, hər dalğanın təzyiqi yüz tonlara bərabər olur. Qısa müddətdə dalğalar gəmini elə darmadağın edirdi ki, hissələri tikə-tikə olub bir-birindən ayrılırdı. Dənizçilər Hidayətulla xana və digər sərnişinlərə dedilər ki, hər şeyə hazır olsunlar. Hidayətulla xan üzmək bilirdi, ancaq tufanlı dənizdə necə üzmək olar? Bunlar bir yana qalsın, qışın buz suyu onları sətəlcəm edib öldürərdi. Ona görə də gəmilərdə qalmağı üstün tutdular. Lakin tufan sakitləşmək bilmirdi. Güclü dalğaların zərbindən qısa müddətdə gəmilər darmadağın oldu, bütün sərnişinlər dənizə tökülüb batdılar. Bir neçə gündən sonra cəsədlər şişib suyun üstünə çıxdı, dalğalar da onları sahilə tulladı. Camaat cənazələri yığıb dəfn elədi. Hidayətulla xanın cəsədi də dəfn olunanlar arasındaydı. Say-seçmə talış igidləri İudaya qarşı mübarizədə beləcə şəhid oldu.
 Talış əhalisinin qacarlar tərəfindən tam məhv edilməsinin qarşısını Ağa Məhəmməd xanın onunla ixtilaf edərək Rusiyaya qaçan qardaşı Mürtəzaqulu xanın özü ilə gətirdiyi rus donanması oldu. Gilan ərazisinə daxil olan rus ordusu Qacar ordusunun əsas qüvvələrini cənuba doğru qovdu.
 Qacar xanın Tiflis yürüşü zamanı şəhərin girişində gürcü zadəgan və ağsaqqallarından 70 nəfər onun qabağına çıxdı desinlər ki, Tiflis zərərsiz bir şəhərdir və əhalisi müqavimət göstərməyəcək. Lakin qacarlar həmin 70 nəfərin başını kəsdilər. Qacar xan əsgərlərinə qətl-qarət əmri verdi. Tiflis yağmalanıb dağıdıldı, 22 min dinc sakin qul və kəniz kimi satıldı. Qacar tarixçiləri Tiflis faciəsini ətraflı yazıblar. Onlar qeyd edirlər ki, bütün kilsələr viran edildi, ruhanilər qətlə yetirildi. Məhz həmin qətliam Gürcüstanın Rusiyaya birləşməsinə səbəb oldu.
 Qacar Gürcüstanın qalan şəhərlərini də müqavimətsiz talan etdikdən sonra Arazı keçib Muğana gəldi, orada dayanıb Tiflisdə qarət olunmuş malların hesabını istədi. Məlum oldu ki, onun özünün payı dörd krür (hər krür yarım milyona bərabər idi) tümən olmuşdur. Ağa Məhəmməd xan Qacar Şirazda qaldığı illərdə Kərim xan Zənd ona dolanmaq üçün ayda üç tümən verirdi. İndi iki milyon tümən onun üçün heç nə idi.
 Qacarlar tutduqları bütün şəhərlərin əhalisini qırıb çatdılar, bircə şuşalılara toxunmadılar. İran imperiyasında yaşayan bir çox hörmətli əyanların başını kəsdilər, bəzilərinin isə gözünə mil çəkib kor etdilər ki, əl-ayağa dolaşmasınlar. Onlar İranın qədim şah nəsli, köklü aristokratiyası olan Zəndiyyə nəslini tamamilə qırdılar, son nəfərinə kimi qətl etdilər. İud genosidi nəticəsində bu qədim dinastiyanın adı İran taxt-tacı tarixindən biryolluq silindi.
 Ağa Məhəmməd xan Qacar Şirazı alandan sonra Kərim xan Zəndin cəsədini Tehrana gətirdib şahlıq ərkinin pilləkanı altında dəfn etdi ki, hər dəfə otağına girib-çıxanda ayağını Kərim xanın sümükləri üstə qoysun. Kərim xan elə bir adam idi ki, Hafiz Şirazi, Şeyx Sədi üçün məqbərə tikdirmişdi. İranda çoxlu abadlıq işləri gömüşdü.
 Uzun döyüşlərdən sonra İranın qanuni hökmdarı Lütfəli xan Zənd tutulub Qacar xanın yanına gətirildi. Ayaqlarına vurulmuş zəncirlərin ağırlığından Lütfəli xan özünü güclə çəkirdi. Onu Qacar xanın qarşısına gətirdilər. “Torpağa düş və səcdə et”- Qacar dedi. Zənd xanı cavab verdi: “Mən yalnız Allahın müqabilində səcdə edirəm!”. Qacar onun başına vurdu: “Sənə deyirəm torpağa düş!”. Lütfəli xan itaət etmədi: “Əgər əllərim açıq olsaydı, mənim başıma vurmağa cürətin çatmazdı. Sənə dedim ki, mən yalnız Allahın müqabilində səcdə edirəm”. Ağa Məhəmməd xan yaralı və yorğun əsirin başına vura-vura onu yerə yıxıb üzünü torpağa sürtdü və qışqırdı: “Lütfəli xan! Görürəm hələ də lovğalığından və təkəbbüründən əl çəkməmisən, ancaq mən indi elə edəcəyəm ki, sən daha başını qaldıra bilməyəsən!”. O əmr verdi tövlədən bir dəstə işçi gəldi. İran şahını tövləyə salıb zəncirdə saxladılar. Qızdırma içində yanır, su itəyirdi, lakin xanın qorxusundan ona su vermirdilər. O biri gün Ağa Məhəmməd xan əmr etdi ki, Lütfəli xanı hüzuruna gətirsinlər. Əsirin qollarından tutub Qacarın qabağına gətirdilər. Qacar dedi: “Lütfəli, de görüm lovğalığından əl çəkmisənmi?” Lütfəli xanın qızdırması düşməmişdi, zəiflikdən başını qaldıra bilmirdi, gözləri yarıyumulu idi. Bu sözü eşidəndə başını geri atıb göz qapaqlarını qaldırdı, qüvvəsini toplayıb Ağa Məhəmməd xanın üzünə tüpürdü: “El alçaq xacə, mən sənsən qorxmuram!”. Qacar xan əsəbdən göyərdi. Zənd xanı onun qövr eləyən yarasının közünü qoparmış, qohum-əqrəbası olan sərdarların, əyanların qarşısında qara eybini üzünə çırpmışdı. O cəllada əmr etdi ki, Lütfəlinin gözünü çıxartsın. Cəllad bir göz qırpımında İran şahını yerə yıxdı, zəncirdə olan əl-ayağını iplə çəkib möhkəm bağladı, sonra üç barmağıyla onun gözlərinin alt qapaqlarından elə basdı ki, gözlər pırtlayıb kasasından çıxdı. Cəllad işə başlayan zaman Qacar xan məhkuma yaxınlaşdı ki, bu dəhşətli əməliyyatı öz gözləri ilə görsün. İran şahının sağ gözü yerindən çıxandan sonra cəllad ağzında saxladığı bıçaqla damarlarını kəsdi, gözü tamamilə qırıb yerə atdı. Sonra Ağa Məhəmməd xanın gözü önündə sol gözü də çıxartdı. Sağ göz çıxarılanda Lütfəli xan nalə çəkdi, ancaq sol gözünü çıxaranda ondan heç bir səs eşidilmədi. Qacar xan: “İndi tüpürmək mənim növbəmdir” deyib şahın üzünə tüpürdü. Sonra dönüb əyanlarına dedi: “Mən onun ölməsini istəmirəm, qoy diri qalsın, başına noxta vurub səfərlərdə piyada dalımca aparacağam”. Ancaq Lütfəli xanın vəziyyəti o qədər ağır idi ki, dedilər əgər o müalicə almasa, öləcək. Qacar göstəriş verdi ki, çiyinlərinin və gözlərinin yarasını müalicə etsinlər. Xeyli müalicədən sonra İran şahının gözlərinin yarası sağaldı, ancaq çiyinləri sağalmadı. Əgər onu səfərlərdə aparmağa durğuzsaydılar, yolda ölərdi. Bir müddət sonra İranın qanuni şahının sağ qalması Ağa Məhəmməd xanı qane etmədi. İranlılardan eşidilən bəzi sözlər Qacar xanını rahat qoymurdu. Onlar deyirdilər ki, Lütfəli xanın şahlıq etməyə ləyaqəti var, korluq ona heç mane ola bilməz, Xorasanda Nadir şahın nəvəsi kor Şahrux da şahlıq edirdi. Bu söz-söhbət Ağa Məhəmməd xan Qacarın qulağına çatdıqca, onun fikri qətiləşdi. Tehrana təyin etdiyi hakimə göstəriş verdi ki, Lütfəli xan Zəndi qətlə yetirsin. Tehran hakimi hökmdarının göstərişini alan kimi cəlladı iki nəfərlə zindana göndərdi... İran şahının cənazəsini qüsl verməyə apardılar. Onun meyiti üzərində dəri çəkilmiş skeletə oxşayırdı. Yuyulandan sonra şahın cənazəsini Tehran yaxınlığındakı İmamzadə Zeyd məqbərəsinin yaxınlığında dəfn etdilər. Qəbrin üzərinə heç bir əlamət qoyulmadı. İranın qanuni hökmdarı, ziyalısı, heç vaxt dodaqlarından təbəssüm əskik olmayan, gözəl fars kişisi, Zənd şahriyarı xazarlar tərəfindən belə qətl olundu.
 Lütfəli xan Zəndin böyük işlərindən biri o idi ki, Şiraz-Buşehr, Şiraz-Bəndərabbas və Şiraz-Bandərlenge arasında yol salmışdı. O əsrdə belə böyük abadlıq işi həqiqətən çox diqqətəlayiq idi. Bundan başqa, Mond çayında sədd salıb, onun suyunu ətrafdakı torpaqların istifadəsinə vermişdi. Mond çayı Fars dağlarından baş alır, axıb Fars körfəzinə tökülürdü, çayın sahilləri boyunca uzanıb gedən torpaqlar dünyanın ən münbit torpaqları hesab olunurdu, bu ərazidə bəlkə bəşər yaranandan bu yana heç əkin əkilməmişdi. Qısa müddətdə xalq əmin olmuşdu ki, onun ölkə idarə etmə bacarığı özündən əvvəlkilərdən qat-qat artıqdır. Lütfəli xanın abadlıq işləri davam etsəydi, İran abadlaşar, ticarət vüsətlənib sərhədlərii aşardı, lakin qacarların regionda güc kimi peyda olması və törətdikləri qırğınlar işlərin irəli getməsinə mane oldu. Xacə Ağa Məhəmməd xan Qacar isə hökmranlıq etdiyi dövrdə heç bir abadlıq işləri görmədi, bu işə heç meyli də yox idi. Boş vaxtlarında ova çıxırdı. İranda bir neçə qoruğu vardı. Tarixçilər onu mahir ovçu kimi səciyyələndirirlər.
 Lütfəli xan Zəndin hərbi və idarəetmə qabiliyyətlərindən başqa bir gözəl keyfiyyəti də vardı. Ondan yadigar qalan bir neçə şeir göstərir ki, o həm də istedadlı şair olmuşdur. Şahlığının birinci illərində bir dəstə şair və alimə tapşırmışdı ki, Şəmsəddin Hafizin şeirlərini oxuyub, onları diqqətlə öyrənsinlər. Hafizə aid olmayan və sonradan əlavə edilən şeirləri onun divanından çıxarsınlar. Bu ilk baxışda sadə, bəlkə də bəzilərinə mənasız təsir bağışlaya bilər, amma Lütfəli xan Zənd bu göstərişi verməklə, həm də yüksək əbədi zövqə malik olduğunu sübut etmişdir.
 Lütfəli xanın qətlindən uzun əsrlər keçir. İranın cənubunda hələ də onun barəsində yazılan mərsiyyələri oxuyurlar. Lütfəli xanın ölümü ilə İranda ari hökmranlığına son verildi, iud hökmranlığının təməli qoyuldu.
 Lütfəli xanı öldürəndən sonra Ağa Məhəmməd xan özünü əsl İran şahı hiss etdi. Zəndiyyə sülaləsinin kökünü kəsməklə o yolundakı ən böyük maniəni aradan götürdü. Bundan sonra qacarlar tərəfindən yerli xalqların genosidinə start verildi. İranın ən dilbər guşələri qacar əmirləri tərəfindən zəbt olundu.
 Qacarlar 1796-cı ildən 1925-ci ilə kimi İranda şahlıq etdilər. Bu müddət ərzində xalqa olmazın zülmlər verdilər və əhalinin maddi vəziyyəti həddən artıq pisləşdi. İran xalqları Qacarlara qarşı dəfələrlə üsyan etdilər. Həmin etirazlar hər dəfə qanla yatırıldı. 1905-ci ildə İran fədailəri Məhəmmədəli şah Qacarın diktaturasına qarşı üsyana qalxdılar. Məşrutə hərəkatı adl almış bu üsyana Azərbaycanın Qaradağ vilayətinin Bişək kəndindən olan Səttarxan başçılıq edirdi. 1908-ci ilin iyun ayında Təbrizdə Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradıldı. 1909-cu ilin aprel ayında Təbriz üsyançıları verdikləri çoxsaylı itkilərə baxmayaraq, Qacar şahın silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və müavini Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görüldülər. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri Qacar qoşunlarından təmizləndi.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması qacar şahını və onun ağası İngiltərəni təşvişə saldı. Onlar Səttar xan və Bağır xanı aldadıb Təbrizdən çıxarmağa çalışdılar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri və Milli Şura Məclisi Səttar xan və Bağır xanı Tehrana dəvət etdilər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşdü. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatdı. Qurbanlar kəsildi, Tehran əhalisi onu xilaskar kimi qarşıladı. Səttar xana fədailəri ilə Atabəy parkında yer verildi. 1910-cu ilin 7 avqustunda Qacar qoşunları gecə xaincəsinə Atabəy parkına hücum etdilər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərki-silah etməyə cəhd göstərdilər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralandı. Aldığı güllə yarasından Səttar xan 1914-cü il noyabr ayının 9-da 48 yaşında vəfat etdi.
 Qacar hakimiyyətinə qarşı üsyanlardan birinə də Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq etmişdir. Dindar bir adam olan Məhəmməd bir müddət Rusiya ərazisində yaşamış, Mahaçqalada ticarətlə məşğul olan atası Hacı Əbdülhəmidin yanına getmiş və dünyəvi işləri də orada öyrənmişdir. Xiyabaninin başçılığı ilə hərəkət edən mücahidlər Təbriz, Ərdəbil, Xoy, Urmiya, Sərab, Zəncan, Marağa, Miyanə, Əhər, Xoy və s. şəhərlərdə əhalini mitinqlərə qaldırır, ingilispərəst Qacar hakimiyyətinin istefasını tələb edirdilər. Belə bir şəraitdə İngiltərə öz hərbi qüvvələrini İran Azərbaycanına yerləşdirməyə başladı. Təsadüfi deyil ki, İngiltərə ordusu İrana Türkiyə ilə sərhəddən- kürdlər yaşayan bölgədən daxil olmuşdu. Ölkənin qərbində Fransa və Amerikanın yəhudi missionerləri tərəfindən qızışdırılan kürd dəstələri Azərbaycan xalqına qarşı qanlı qırğın törətdilər. O cümlədən Almaniya ilə müttəfiq olan Osmanlı dövlətinin qoşunları şimal-qərb tərəfdən Azərbaycana soxuldular.1919-cu ildə Xiyabani və sirdaşları İsmayıl Növbəri, Hacı Məhəmmədəli Badamçı Osmanlı qoşunları tərəfindən həbsə alındılar və bir müddət zindanda saxlandılar.
 1919-cu il avqustun 9-da Qacar hökuməti ilə İngiltərənin yəhudi hakimiyyəti arasında saziş bağlandı. Sazişin şərtlərinə əsasən İran İngiltərədən asılı dövlətə çevrilirdi. 9 Avqust sazişi xalq hərəkatını daha da alovlandırdı. Bütün İran, o cümlədən Azərbaycan bu alçaldıcı sazişə qarşı ayağa qalxdı. İran Azərbaycanının hər yerində izdihamlı mitinqlər və nümayişlər başlandı.
 İngilis qoşunlarının İranı işğal etməsi ölkədə narazılığı daha da artırdı, İran Azərbaycanında milli azadlıq hərəkatını daha da qüvvətləndirdi. 1920-ci ilin may ayında Təbrizdə böyük bir mitinq keçirildi. Mitinqdə imperialistlərin və İran irticaçı qüvvələrinin əleyhinə mübarizəni daha gücləndirməyə çağırdılar. Biz az sonra xalqın tələbi ilə ingilis hərbi hissələri Təbrizdən çıxarıldı. Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də Qacar irticasından və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı.
 Mücahidlərin uğurlarından lərzəyə düşən Qacar rejimi, həmçinin İranı öz asılılığında saxlamağa çalışan və Bakı neftinə can atan ingilislər real təhlükə qarşısında qaldılar. Odur ki Qacar irticası və ona yaxından kömək edən ingilislər üsyançılara qarşı qəsd hazırlamağa başlamışdılar. 1920-ci il sentyabrın 12-də təpədən dırnağadək silahlanmış irtica qüvvələri Təbrizə hücum etdilər. Təbriz üsyançıları iki gün ərzində qəhrəmancasına müqavimət göstərdilər. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu.
***
 1614-cü ildə Qafqazda yerli xalqlar qacar (xazar) zülmünə qarşı mücadiləyə qalxdılar. Kartli-Kaxetidə baş qaldırmış üsyana Gəncə rəiyyətləri də qoşuldu və Qarabağ bəylərbəyi Məhəmməd xan Qacar öldürüldü. Bundan sonra Qarabağı Məhəmməd xanın oğlanları Mürşüdqulu və Məhəmmədqulu xan idarə etdi. Şah Abbasın hakimiyyətinin son illərində səfəvilər qacarların özbaşınalığından təngə gəldilər, onlara qarşı hərəkətə keçdilər. Məhəmmədqulu xan 1627-ci ildə Qarabağ bəylərbəyliyindən azad edildi, Ziyadoğlu nəsli Qarabağ bəylərbəyliyindən qovuldu. Qarabağ bəylərbəyi şahın qulamlarından olan sərkərdə Allahverdi xanın oğlu Davud xan təyin edildi. Lakin qacarlar təxribat törədərək ona işləməyə imkan vermədilər.
 Nadir xan şah seçildikdən sonra qacarlara divan tutdu. 1736-cı ildə Nadir şahın çağırdığı Muğan qurultayından sonra Qacar sülaləsinin həyatında böyük siyasi dəyişikliklər yarandı. Qacarların yerli xalqlara etdiyi zülm nəzərə alınaraq, Qarabağın beş məlikliyi və Mil-Qarabağ düzündəki tayfalar, eləcə də Zəngəzur ərazisi qacarların nəzarətindən çıxarıldı. Bütün bu torpaqlar Nadir şahın qardaşı, Azərbaycan sipəhsaları İbrahim xanın öhdəsinə verildi. Bu zaman Qazax və Şəmşədil tayfalarının mülkləri də Kartli çarı Teymuraza tabe edildi. Qacarların əlində təkcə Gəncə qaldı. II Uğurlu xan Ziyadoğlu Gəncə bəylərbəyi kimi yalnız Gəncə ətrafını əlində saxladı. Beləliklə, Qazax və Borçalı elləri o vaxtdan qacar əmirlərinə yox, Gürcüstan əmirlərinə tabe edildi. Cavanşir, Otuziki və Kəbirlidən ibarət olan Qarabağ elləri haqqında da icrası vacib olan fərman çıxdı ki, onları qacar asılılığından uzaqlaşdırmaq üçün köçürüb Xorasanın Sərəxs torpaqlarına aparsınlar. Bu hadisə ilə bağlı Mirzə Adıgözəl bəy yazır: “Nadir şah Xəmsə məliklərinə də əmr verdi ki, Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmüm vasitəsilə xas və avam camaatın boynundan kənar edin. Özünüzü tamamilə azad sayın... Beləliklə Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından qol-qanadları sındı və çox pərişan oldular”.
 Qacar tayfasından olan II Uğurlu xanı 1738-ci ildə Carda yerli xalqlar üsyan edərək öldürdü. Onu əvəz edən Şahverdi xan Qacar isə (məşhur Gəncə xanı Cavad xanın atası) 1743-cü ildə Şirvan camaatı üsyan edərkən Gürcüstana I Teymurazın yanına qaçdı. Bundan sonra Gəncənin hakimi Hacı xan Qacar oldu. Lakin bu qacar xanı da 1947-ci ildə etdiyi zülmlərə görə yerli camaat tərəfindən qovuldu.
 Gürcüstana qaçmış Şahverdi xan Qacar Nadir şahın ölümündən sonra gürcü qoşunlarının göməyi ilə Gəncədəki İran qarnizonunu dağıdıb müstəqil Gəncə xanlığının əsasını qoydu. Bundan sonra Qafqazda əsl xazar-qoy müharibələri başladı, qan su yerinə axdı. 1749-1750-ci illərdə Pənahəli xan hücum edərək Gəncə şəhərinin bir hissəsini tutsa da, Şahverdi xan II İrakli və I Teymurazı köməyə çağırdığı üçün, Pənahəli xan bac alaraq geri dönməyə məcbur oldu. Gürcü qoşunu geri qayıdan Qarabağ qoşunlarını məğlub etmiş və bu xidmətə görə Şahverdi xan II İrakli və I Teymuraza ildə 10 min tümən bac vermək öhdəliyi götürmüşdü. Lakin Şahverdi xan öz yerini bərkidəndən sonra sözünün üstündə durmadı. Gəncə xanlığında möhkəmlənəndən sonra o bac verməkdən imtina etdi. Qeyzlənən I Teymuraz Gəncəyə hücüm çəkdi, lakin onun qoşunları Hacı Çələbinin köməyi ilə geriyə oturduldu.
 Şahverdi xan Gəncə xanlığını yaradan kimi Osmanlı sultanına məktub yazıb onun himayəsinə girdiyini bildirdi və sultandan kömək istədi. Həmin məktubda Şahverdi xan əcdadları olan qacarların Türkiyə ilə mehriban münasibətdə olmalarını qeyd edir, Gəncə torpağının onun dədə-baba mülkü olduğunu bildirirdi. Beləliklə, Gəncə Osmanlı torpağı elan olundu. Bundan sonra Gəncə qalası möhkəmləndirilərək osmanlıların şiə torpaqlarındakı forpostuna çevrildi. Gəncədə dislokasiya olunan Osmanlı qoşunu ara-sıra ətraf məntəqələri çapıb talamaqla, şiə və xristian əhalini qılıncdan keçirməklə məşğul olurdu. Azərbaycanın mərkəzi əyalətləri bir tərəfdən osmanlı paşalarının, digər tərəfdən avar qaçaqlarının təcavüzünə məruz qaldı.
 Şahverdi xanın oğlu Məhəmmədhəsən xan (1760-1780) hakimiyyətə gəldikdən sonra gürcü çarları ona xəbər göndərib atasının verdiyi sözü yadına saldılar. Lakin Məhəmmədhəsən xan da Kartli-Kaxetiya hakiminə ildə 10 min tümən verməkdən imtina etdi. Qardaşını öldürərək hakimiyyətə gələn Məhəmməd xan da bu siyasəti davam etdirdi.
 1780-ci ildə Kartli-Kaxetiya hakimi II İrakli və Qarabağ xanı İbrahimxəlil xanın qoşunları Gəncəni işğal etdi. Məhəmməd xan kor edilərək Şuşa qalasına aparıldı. 1785-ci ilə kimi Gəncədə ikihakimiyyətlilik yarandı. Belə ki Gəncə II İraklinin nümayəndəsi Keyxosrov Andronikşvili və İbrahimxəlil xanın nümayəndəsi Hacı bəy tərəfindən idarə edilirdi. Lakin bu vəziyyət uzun çəkmədi. Gəncənin üstündə Qarabağ kürdləri ilə Gürcüstan iverləri arasında dava düşdü. Bundan istifadə edən Məhəmməd xanın qardaşı Rəhim xan İbrahimxəlil xanın nümayəndəsini qovaraq Gəncədə hakimiyyətə gəldi. P.Q.Butkov onun hakimiyyətə gəlməsini II İraklinin adı ilə bağlayaraq yazır ki, Məhəmməd xanla Şuşaya girov aparılan Rəhim bəy Qarabağdan Tiflisə qaçmış və II İraklinin köməyi ilə Gəncədə hakimiyyətə gəlmişdi. Lakin Rəhim xan hakimiyyət başında çox qala bilmədi. Tezliklə Gəncədəki Qarabağ kürdləri Rəhim xanı yıxıb onu yerinə qardaşı Cavad xanı qoydular. Gürcü mənbələrinə əsaslanan Ş.Həmidova II İraklinin öz əli ilə yazdığı məktubundan belə bir iqtibas verir: “İbrahim xan bizim istəmədiyimiz Cavad xan Ziyadoğlunu Gəncəyə xan təyin etdi”. Beləliklə Cavad xan 1786-ci ildən 1804-cü ilə kimi Gəncənin xanı oldu. Cavad xan da hakim olduğu dövrdə atasının Gürcüstan çarlarlna söz verdiyi 10 min tüməni ödəməkdən imtina etdi.
 Qacariyyə hökmdarı Ağa Məhəmməd xan Qacar 1795-ci ildə Gürcüstana hücum edərək Tiflis əhalisini qıranda Gəncə xanı Cavad xan Qacar da ona öz qoşunu ilə kömək etdi. Cavad xan bu yürüşdə əsir aldığı çoxlu sayda xristian arvad-uşağı özü ilə Gəncəyə gətirdi. Tiflisə hücum Gürcüstan əhalisində nifrət əmələ gətirdi, qətl-qarət narazılığa səbəb oldu və gürcülər Rusiya hökumətindən kömək istədilər.
 Nəinki Gürcüstan, bütün Qafqaz xalqlarını əsrlər boyu bezdirən, gücdən salıb məhvə sürükləyən Osmanlı təcüvüzü idi. İskəndər bəy Münşinin dediyi kimi, əgər qızılbaş əmirləri arasında həmrəylik yaransaydı, İran Azərbaycanının və Şirvanın birlikdə sayı 50 min nəfərə çatan bütün qoşunları birləşsəydi, habelə gürcü çarları onlara qoşulsaydılar, o zaman Osmanlı ordularının bölgəyə basqını belə asan olmazdı. Lakin əmirlərin çəkişməsi, tayfalar arasındakı ədavət və təşəbbüssüzlük üzündən nəinki təkcə ölkə itirilirdi, habelə qızılbaşların nüfuzlu başçıları, eləcə də gürcülərin və digər yerli xalqların sayseçmə oğulları həlak olurdular. Azərbaycan, Gürcüstan. Ermənistan ölkələri xarabazarlığa çevrilir, bir sıra illər boyu yığılmış əmlak və ləvazimat talan edilirdi. Hələ 1585-ci ildə Dağıstan xalqlarının nümayəndələri Səfəvi sarayına gələrək Osmanlı təcavüzündən şikayətləndilər. Lakin Səfəvi dövlətində baş verən daxili ixtişaşlar İrana Qafqazda nizam-intizam yaratmağa imkan vermirdi. 18-ci əsrin axırlarında artıq İran dövləti öz ərazisindəki xalqların təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. İran şahlığı vəhşi xazarlar tərəfindən dağıdılmışdı və regiondakı qoy xalqlar iud tayfalarının əsarəti altında inləyirdi. Ona görə də xalqlar nicat yolunu Rusiyada görürdülər.
 GÜRCÜSTANA AĞQOYUNLU TƏCAVÜZÜ. Gürcüstanın Rusiyaya birləşməsinin əsas səbəbi o idi ki, əsrlər boyu davam edən ağqoyunlu, osmanlı, kürd, qacar, eləcə də avar hücumlarından xalq cana yığılmışdı. Zaman-zaman bu xristian xalq qara xalqların tapdağı altında qalmış, böyük qırğınlar törədilmişdi. Təcavüzlər ona gətirib çıxardı ki, Gürcüstanın qoy xalqlara bağlı olan ənənəvi Sakartvelo mahiyyəti öldürüldü, iudaya bağlı olan İveriya mahiyyəti üstünlük təşkil etdi. Hələ Ağqoyunluların dövründə Gürcüstan şəhərləri tamamilə dağılıb xarabazarlığa çevrildi. Ağqoyunlu tarixçisi Əbubəkr Tehrani Uzun Həsənin Gürcüstana yürüşü barədə ətraflı məlumat verir. O, yazır: “İslam qoşunun gəlməsi xəbəri o diyardakı şəhər, qala və kəndlərin əhalisinə çatanda, bəziləri qaçmağa başladı, bəziləri isə... qalaların möhkəmliyinə arxayın oldular və yerlərindən tərpənmədilər. Lakin tezliklə qorxudan və vahimədən qalaları qoyub qaçmağa başladılar. İslam qoşunu oradan keçib Xeybərdən də möhkəm olan Səmaqar qalasına çatdı və döyüşə girişdi. Qala əhalisi qalanın möhkəmliyinə arxayın olduğu üçün qışqırırdı ki, bu qala heç zaman heç kəsin əlinə keçməyib. Heç vaxt müsəlmanlar bu qalanı fəth edə bilməyib. Hətta Əmir Teymur bütün tədbirlərə əl atsa da, onu ala bilmədi”. K.Paydaş Əbubəkr Tehraninin verdiyi məlumata əsaslanaraq yazır ki, Uzun Həsən bu qalanı ələ keçirmək fikrindən əl çəkmədi. Ağqoyunlu hökmdarı tərəfindən verilən tapşırığı yerinə yetirən əsgərlər qalanın bürclərinə dırmaşmağa nail oldular. Bir neçə nəfər isə aşağı qapını ələ keçirdi. Qala bürclərinə çıxmağa nail olan Ağqoyunlu gəncləri itki versə də, qalanı ələ keçirməyə nail oldular. Çoxlu qənimət və əsir ələ keçirdilər. Gürcülərə qarşı yürüşü davam etdirən Ağqoyunlu hakimi Etrəkər adlı kəndə gəldi və buradakı gürcüləri əsir aldı, heyvanları və ərzağı qənimət kimi ələ keçirdi. Oraya öz qələbə bayrağını sancıb hərəkəti davam etdirdilər. İnhan və Tavayel məbədlərinə qədər bütün o ərazini qarət edib gürcüləri əsir götürdülər, çoxlu mal və heyvan qənimət kimi ələ keçirdilər. V.Hins yazır ki, bu yürüş nəticəsində ələ keçirilən gürcülərin bir hissəsi satıldı, bir hissəsi də müsəlmanlığı qəbul etdiyi üçün sərbəst buraxıldı, digər hissəsi isə köləyə çevrildi. Ağqoyunlular böyük qənimətlə Ərzuruma döndülər. Bu yürüşdən sonra 1459-cu ildə Uzun Həsənin Qahirəyə göndərdiyi elçisi Məmlük sultanı İnalın hüzuruna çıxaraq hökmdarının altı qalanı gürcülərdən azad etdiyi barədə xəbər verdi.
 1461-ci ildə Ağqoyunlular yenidən Gürcüstana hücum etdilər. Ağqoyunlu sərkərdələri Dərviş Kiləki və Teymur bəy Qori və Tiflis şəhərlərinə kimi irəliləyərək Kartli vilayətini qarət etdi. Bir müddət sonrs İmereti və Somxeti vilayətləri də talan edilmişdi.  Bu yürüşlə bağlı Əbubəkr Tehrani yazır: “Müzəffər ordu... Axıskaya getdi və Qara dəniz sahillərinə qədər irəlilədi. Elə yerlərə gedib çıxdı ki, heç vaxt müsəlmanlardan kimsə oralara getməmişdi. Sağ-salamat və müxtəlif mallardan və heyvanlardan ibarət çoxlu qənimətlərlə geri qayıtdı. Kafirlərin qalalarından çoxunu döyüşlə ələ keçirib həmin qalaları yerlə-yeksan etdi. Oradan Ərzincan çölünə - öz  düşərgəsinə gəldi və qışlağa getdi”. 1463-cü ildə isə Ağqoyunlu sərkərdələri Baqratilərin Somxet və Kartli vilayətlərini qarət edərək geri döndülər.
 Bir müddət sonra Samsxe Atabəyləri Ağqoyunluların onlara qoyduğu illik vergini ödəməkdən imtina etdilər, bu isə Uzun Həsənin Gürcüstana dördüncü yürüşünə səbəb oldu. 1466-cı ilin yazında Uzun Həsən Gürcüstan torpaqlarına daxil olaraq Çamakar qalasını ələ keçirdi. Əsgərlərini ətrafa göndərən Ağqoyunlu hökmdarı çoxlu qənimət ələ keçirdi. Uzun Həsənin bu yürüşdə məqsədi Axıskanı ələ keçirmək idi. Lakin ölkəsində baş verən qarışıqlıq buna imkan vermədi. Buna görə də o, gürcülərin əsir aldıqları müsəlmanları azad edərək böyük qənimətlə Ərzuruma qayıtdı.
 1472-ci ildə Ağqoyunlu hökmdarı Uzun Həsən Gürcüstana beşinci soyğunçuluq yürüşünə çıxdı. K.Paydaş yazır ki, Uzun Həsən bu yürüşə çıxmadan öncə Osmanlı şahzadəsi II Bəyazidə göndərdiyi məktubunda baharda Gürcüstan səfərinə çıxacağını, kilsələrin yerinə məscidlər tikdirəcəyini bildirmişdi. Uzun Həsən bu yürüşü zamanı Samsxeyə daxil oldu, sonra çoxlu qalanı fəth etdi və Tiflisi ələ keçirdi. O Tiflisi böyük əmirlərindən Sufi Xəlil Bəkdaşa iqta olaraq verdi. Gürcü sərhəd bölgələrinin idarəsi də ona həvalə olundu. Uzun Həsən Gürcüstanı tərk edən zaman çar Baqratın elçisi onun yanına gəldi. Elçinin əlində 19 misqal ağırlığında bir yaqut və 12 misqal ağırlığında bir ləl vardı. Baqrat bu hədiyyələri verərək əvəzində taxt-tacını geri almaq niyyətində idi. Lakin Uzun Həsən bu hədiyyələri qəbul etmədi və onları geri qaytardı. Gürcüstanı böyük qənimət və üç min əsirlə tərk etdi.
 K.Paydaşın məlumatına görə, Ağqoyunlu hökmdarı Osmanlı sultanı ilə müharibəyə yollandığı zaman ona tabe olan gürcü çarı VI Baqratdan kömək istədi. Lakin gürcü çarı bu yardımı göstərməkdən imtina etdi. Müəllifin fikrincə, bu hadisə 1477-ci ildə Uzun Həsənin Gürcüstana altıncı yürüşünə səbəb oldu. Uzun Həsən Sultan II Mehmedlə əsaslı döyüşdə məğlub olduqdan sonra hirsini gürcülərdən çıxdı, yardım ala bilmədiyi gürcü çarını cəzalandırmaq qəarına gəldi. Uzun Həsənin bu yürüşünə qatılan İosafat Barbaronun verdiyi məlumata görə, Ağqoyunlular 1477-ci ildə iyirmi minlik süvari və ona xidmət göstərən altı minlik qüvvə ilə şimal-qərb istiqamətində yürüşə başladılar. Gürcüləri duyuq salmamaq üçün Ağqoyunluların Osmanlılara qarşı yürüşə çıxması ilə bağlı xəbərlər yayıldı. Yeddi günlük yürüşdən sonra sağa- Gürcüstan istiqamətinə dönüldü. İ.Barbaronun və C.M.Anciolellonun verdiyi məlumata əsaslanan K.Paydaş yazır ki, Ağqoyunlu ordusu gürcü torpaqlarına yaxınlaşdıqca, keçidlər meşələrlə örtülü olduğundan Uzun Həsən beş minlik süvari dəstəsini ordunun hərəkətini təmin etmək üçün irəli göndərdi. Bu qüvvələr çətin keçilən bölgələrdən ordunun keçməsini təmin etdi. İki günlük yürüşdən sonra ordu Tiflisə daxil oldu. Şəhər əhali tərəfindən tərk edildiyi üçün müqavimətsiz ələ keçirildi. Bu zaman çar Baqrat ölkəsində deyildi. Gürcülər Ağqoyunluların yürüş xəbərini eşitcək meşələrə qaçmış, bir hissəsi də qalalara sığınmışdı. Tiflisdə möhkəmlənən Ağqoyunlular gürcüləri itaət altına aldılar. Burada süvari dəstə saxlayaraq Qoriyə döğru irəlilədilər. Qorinin əhalisi dağlara qaçdığı üçün Ağqoyunlular boş şəhərə daxil oldular. Beləliklə, Tiflisdən sonra Qori də Ağqoyunluların əlinə keçdi. Ağqoyunlu hökmdarı on beş gün ərzində meşələrə sığınmış gürcüləri əsir aldı. Bu zaman çar Baqrat Radşaya qaçdı. Öz qərargahını Muxranda quran Uzun Həsənin ətrafa göndərdiyi dəstələr Tiyanetiyə kimi irəlilədilər. Kaxetiya şahzadəsi I Georgi Ağqoyunlu hökmdarına hədiyyələr və kölələr göndərərək itaət edəcəyinə təminat verməyə çalışdı. Anciolello yazır ki, çar Baqrat və Kvarkvare yeddi nəfərlik elçi heyətini Uzun Həsənin yanına göndərərək ildə 16 min qızıl duka vergi vermək şərti ilə sülh bağlamağı təklif etdilər. Ağqoyunlu hökmdarı bu təklifi qəbul etdi. K.Paydaş yazır ki, Uzun Həsən Tiflisdən başqa digər gürcü torpaqlarının idarəsini Baqrata və Kvarkvareyə verərək sülh təklifi ilə razılaşdı. Uzun Həsən bu yürüşə özü ilə götürdüyü seyidlərə və alimlərə hədiyyələr payladı. O, 1477-ci ilin sonunda ələ keçirdiyi 5 min əsirlə Təbrizə qayıtdı.
 İosafat Barbaro Uzun Həsənin gürcü çarları ilə bağladığı sülh və alınan bac barədə maraqlı məlumat verir. O, yazır ki, Uzun Həsənin çar Baqrat və Kvarkvare ilə bağladığı sülhə görə onlar 24 min duka xərac verir, Ağqoyunlu hökmdarı da Tiflisdən başqa digər torpaqları onlara verməyə razı olurdu. Bu zaman çar Baqrat və Kvarkvare vergi əvəzinə dörd Bədəxşan yaqutunu elçi vasitəsilə Uzun Həsənə göndərdi. Bu daşlar Uzun Həsənə təqdim olunan zaman onun qiymətini müəyyənləşdirmək üçün İ.Barbaroya verildi. İ.Barbaro bu daşların 4 min duka dəyərində olduğunu söylədiyi zaman Uzun Həsən “Mənə daş-qaş deyil, pul lazımdır”- söyləyərək onları geri qaytardı.
 Uzun Həsənin ölümü ilə gürcü hakimləri Ağqoyunlu dövlətinə ödəniləcək bacı dayandırdılar. Buna görə Ağqoyunlu dövlətində hakimiyyətə Sultan Yaqubun keçməsi ilə gürcülər üzərinə yeni yürüşlərə başlanıldı. Fəzlullah ibn Ruzbehan Xuncinin verdiyi məlumata görə, 1482-ci ildə yaylaqdan dönən Sultan Yaqub Gürcüstana yürüş etməyə qərar verdi. Buna səbəb kimi gürcü hakimi Kvarkvarenin yaramaz hərəkətlərə yol verməsi göstərilir. Günahkarı cəzalandırmaq məqsədlə Sultan Yaqub Diyarbəkir kürdlərindən təşkil olunmuş böyük bir ordunu Axıska üzərinə göndərdi. Ağqoyunlu hökmdarı Süleyman bəyin və Gülabi bəy Bəkdaşın müşayiəti ilə Təbrizdən Eçmiədzin yolu ilə Gürcüstana hərəkət etdi. Payızın sonlarında ramazan ayında Gürcüstana daxil olan Ağqoyunlu ordusu şəhərləri ələ keçirərək qarət etməyə başladı. Bu zaman havanın soyuması və qar yağması ordunun hərəkəti üçün çətinliklər yaratdı. Bu çətinliklərə baxmayaraq Sultan Yaqub Axıska şəhərinə gəldi. Şəhərdəki kilsələr dağıdıldı, xəzinə ələ keçirildikdən sonra yüksək dağ üzərində yerləşən Axıska qalası mühasirəyə alındı. Ancaq qala gürcülər tərəfindən son dərəcə möhkəmləndirilmişdi. Onu adi döyüş silahları ilə almağın çətin olduğunu görən Ağqoyunlular qalanı şiddətli top atəşinə tutdular. Topların qala divarlarında yaratmış olduğu dağıntıları gürcülər möhkəm materiallar və dəmir parçaları ilə bərpa etməyə çalışdılar. Lakin atılan toplardan birinin taxıl anbarına düşməsi nəticəsində taxılın yanmasını gürcülər hiss etmədilər. Qalada böyük bir yanğının çıxmasından gürcülərin təşvişə düşməsi Ağqoyunlu əsgərlərinin qala divarlarına çıxmasına şərait yaratdı. Qalanın müdafiəsinin mümkünsüz olduğunu görən gürcülər qala divarlarından çəkildiyi üçün Ağqoyunlular qalaya daxil oldular. Axıska qalası ələ keçirildi. Gürcü aznaurları aman diləyərək qaladan çıxdılar. Hündür dağın zirvəsində yerləşən Axıska qalası Ağqoyunlu topçularının səyi nəticəsində fəth olundu. Gürcü aznaurlarının bir hissəsi islamı qəbul edərək bağışlandı, müqavimət göstərənlər isə qandallanaraq əsir alındı. Külli miqdarda qənimət ələ keçirildi. Sultan Yaqub gürcü çarlarının xəzinəsinin saxlandığı Xatun qalasına doğru yürüşü davam etdirdi. Bu qalada gürcü çarı Kvarkvarenin xəzinəsi və xanımının qiymətli daş-qaşı saxlanılırdı. Bu alınmaz qalanı fəth etmək hələ heç bir hökmdara nəsib olmamışdı. Bu zaman Kvarkvarenin anası da bu qalada idi. O Ağqoyunlulara qarşı müqavimət göstərməyin mümkün olmadığını nəzərə alaraq, Sultan Yaqubdan aman istəməsini baş keşişə tapşırdı. Həmin keşişin göndərdiyi elçi qalanın təslim edilməsi və içindəki hər şeyi vermək şərti ilə aman istədi. Sultan Yaqub bu təklifi qəbul etdi. Gürcü keşişi növbəti gün yanında aznaurlar olmaqla qaladan aşağı enərək Ağqoyunlu düşərgəsinə gəldilər. Sultan Yaqub aznaurların mühafizə olunması üçün əsgərlərə paylanmasını, keşişin isə digər günahkar gürcülərlə birlikdə həbs olunması barədə göstəriş verdi. Bundan sonra divan əmirləri və təvaçılar qalaya gedərək xəzinəni qəbul etdilər. Onlar arasında bütöv bir ölkənin xəracı dəyərində olan ləl-cəvahirat və yaqut var idi. Kvarkvare həyatını xilas etməyi qaçmaqda gördü. O az sonra oğlunu məktub və hədiyyələrlə Sultan Yaqubun yanına göndərərək bağışlanmasını istədi. Kvarkvare ölkəsinə dönməyə icazə verilərsə, Sultan Yaqubun müəyyən etdiyi xəracla yanaşı, 500 tuman nal-baha ödəyəcəyini və bu vəsaitin ödənməsinə kimi oğlunun girov qalacağını bildirdi. Sultan Yaqub mərhəmət göstərərək bu tələbi qəbul etdi, yürüşün başa çatdığını bildirdi və geri dönməyə qərar verdi. Sultan Yaqub 40 gün çəkən bu yürüşün nəticələrindən məmnunluq duyaraq Şörəyel yolu ilə Təbrizə qayıtdı. Sultan Yaqub Gürcüstan yürüşündən uğurla döndükdən sonra Osmanlı sultanı II Bəyazidə göndərmiş olduğu fəthnamədə Gürcüstanda həyata keçirdiyi fəthlər barədə xəbər verdi və yürüş nəticəsində çoxlu qiymətli daşı qənimət aldığını bildirdi.
 Uzun Həsənin ölümündən sonra Kaxeti çarı Konstantin Tiflisdə möhkəmlənməyə çalışdı. Bu zaman Gürcüstan sərhəddində olan Sufi Xəlil ona qarşı hücuma keçdi. Ağqoyunlularla gürcülər arasında döyüşlər başladı. Sultan Yaqub Qarabağ qışlağına gəldiyi zaman Sufi Xəlil Tiflis qalasının ələ keçirilməsi üçün görülən hazırlıqlar barədə ona məlumat verdi və yardımçı qüvvələrin göndərilməsini xahiş etdi. Sultan Yaqub yürüşə başlamaq barədə fərman verdi. Bu zaman Qara Ağac meşələrindəki Ağqoyunlu ordusu toplanmağa başlandı. Vəli Ağanın başçılığı altında Ağqoyunlu ordusu Tiflis qalası ətrafındakı Alget çayı yaxınlığında olan Sufi Xəlillə birləşdi. Ağqoyunlu ordusu Tiflisə yaxınlaşan zaman qış mövsümü olduğu üçün havalar soyumuş, hər tərəf qarla örtülmüşdü. Buna baxmayaraq onlar Tiflisi almağa qərarlı idilər. Bu məqsədlə ilk öncə Kuçir qalasını mühasirəyə aldılar. Qala Ağqoyunlular tərəfindən ciddi top atəşindən sonra fəth olundu. Ələ keçirilən əsirlər və qənimət Sultan Yaquba göndərildi. 1489-cu il yanvarın 29-da Ağqoyunlular Tiflis qalasını ələ keçirmək üçün mühasirəyə aldılar. Gürcülər şəhəri boşaldaraq qalaya sığındılar. Ağqoyulular dərhal qalanı top atəşinə tutmağa başladılar. Bu hücum qarşısında dayana bilməyən gürcülər dağlara qaçmağa başladılar. Ağqoyunlular onları təqib etdilər. Gürcülər keçidlərin birində onların yolunu kəssələr də, Ağqoyunlular şiddətlə vuruşaraq itki vermədən xilas oldular. Döyüşdə böyük igidlik göstərmiş olanlar arasında şəhid olmaq arzusu ilə bu yürüşə qatılan Qazi Azud əl-İslam Səidi də vardı. Ağqoyunlu əyanlarından Hacı bəy Mosullu bu döyüşdə böyük qəhramanlıq göstərdi. Bu hadisədən xəbər tutan Ağqoyunlu əmirləri Kür çayı sahilindəki Karqatay kəndində bir neçə gün dincəldilər və növbəti hücum üçün hazırlıq gördülrər. Bu zaman məğlubiyyətdən xilas olmağa çalışan III Konstantin anasını aman diləmək arzusu ilə Ağqoyunlu əmirlərinin yanına göndərdi. Yaşlı qadın nə qədər çalışsa da, əmirlər onun üzürxahlığını qəbul etmədilər. Buna görə o ümidsiz şəkildə, ağlaya-ağlaya oğlunun yanına qayıtdı. Bir şey əldə edə bilməyəcəyini dərk edən III Konstantin Tiflisi tərk etməyə məcbur oldu. 1489-cu il fevralın sonunda Ağqoyunlu əmirlərindən Vəli Ağa Tiflisi ələ keçirdi. Sultan Yaqubun bu yürüşdə iştirak edən hər kəsə hədiyyələr payladı. Bu yürüşdə xüsusi fəallıq göstərən Hacı bəy Mosulluya tuğ və nağara bağışlandı.
 Beləliklə, Ağqoyunlu hökmdarının Gürcüstana bu növbəti yürüşü də uğurla başa çatdı, Tiflis daxil olmaqla Şərqi Gürcüstanın mühüm hissəsi Ağqoyunlu dövlətinin nəzarəti altıa keçdi. Lakin bu vəziyyət uzun müddət davam etmədi. 1490-cı il dekabrın 24-də Sultan Yaqubun Qarabağda ölümü ilə Ağqoyunlu dövlətində taxt-tac uğrunda mübarizənin başlanması nəticəsində mərkəzi hakimiyyət zəiflədi. Bundan istifadə edən Kartli hakimləri Tiflisə daxil olaraq bölgədə öz hakimiyyətlərini yenidən bərpa edə bildilər. Lakin F.Kırzıoğlunun qeyd etdiyi kimi, Uzun Həsən və oğlu Sultan Yaqub dövründə Ağqoyunlulara tabe edilən Atabəylər yurdu ilə Açıqbaş (İmeretiya) bölgəsi Ağqoyunlu dövlətinin süqutuna kimi onların nəzarətində qaldı. 1501-ci ildə Trabzon hakimi şahzadə Səlim Gürcüstana yürüş edərək həmin bölgəni Osmanlı dövlətinə birləşdirdi.
 AZƏRBAYCANA OSMANLI TƏCAVÜZÜ. 1577-ci ilin sonlarında osmanlılar Səfəvi dövləti ilə bağlanmış müqaviləni pozaraq İranın Qafqaz torpaqlarına hücum etdilər. Şamaxını, Gəncəni, Qəbələni ələ keçirərək xaraba qoydular, dinc sakinləri soyub taladılar, qadınlara təcavüz etdilər. Bir müddət sonra İran türklərindən ibarət Qızılbaş qoşunu hücum edərək həmin qalaları osmanlılardan geri aldı. Osmanlılar qızılbaşların təzyiqini dözməyərək Dərbəndə çəkilməyə məcbur oldular. Qızılbaşlar əsir götürdükləri osmanlıları Qəzvinə gətirdilər və eşşəyə mindirib şəhərdə gəzdirdilər.
 1578-ci ildə Mustafa Lələ paşanın rəhbərliyi altında Osmanlı ordusu yenidən Azərbaycana hücum etdi. Osmanlı ordusunun Gürcüstana yolunu kəsməyə çalışan Qızılbaş ordusuna qarşı Mustafa Lələ paşa Diyarbəkir bəylərbəyi Dərviş paşanı göndərdi. Əvvəlcə osmanlı ordusunun öndə gələn hissələri ilə toqquşan qızılbaşlar qələbə qazandılar. Onlar 2-3 min nəfərə yaxın adamı məhv etdilər. Bu qələbədən ruhlanan Səfəvi döyüşçüləri qaçan düşməni təqib etməyə başladılar. Ön dəstənin məğlub olmasından xəbər tutan Mustafa paşa qızılbaşlara qarşı təcili olaraq əvvəl Özdəmiroğlu Osman paşanı, sonra isə Bəhram paşa və Mutabzadə Əhməd paşanı 20-30 min nəfərlik əlavə qoşunla yardıma göndərdi. Osmanlıları təqib edən Qızılbaş dəstəsi öz əsas qüvvələrindən aralı düşdüyü üçün darmadağın edildi.
 Oruc bəy Bayat bu hadisə ilə bağlı yazır ki, öz kəşfiyyatçılarının səhv məlumatlarına inanan Məhəmməd xan Toxmaq yanılaraq Dərviş paşa və Bəhram paşanın 40 minlik qoşununu osmanlıların əsas qüvvəsi sandı, Mustafa paşanın döyüş meydanından bir qədər uzaqda gizli saxladığı 70 min Osmanlı döyüşçüsü qəflətən qızılbaşların sağ cinahına zərbə endirəndə isə Məhəmməd xan öz səhvini başa düşdü. Ancaq artıq gec idi. Toxmaq xanın göstərdiyi sərkərdəlik məharəti və qaranlığın düşməsi nəticəsində Qızılbaş ordusu tamamilə məhv olmaqdan xilas oldu. Qızılbaşlardan 7 min nəfər öldürüldü, 3 min nəfər əsir düşdü. Məhəmməd xan qaranlıqdan istifadə edərək öz qoşunlarının bir hissəsini dağ cığırlarından və keçidlərindən keçirib xilas edə bildi. Osmanlı ordusu da döyüşdə xeyli qüvvə itirdi. Dərviş paşanın 30 ağası və 7 sançaqbəyi öldürüldü. Beləliklə, tarixə Çıldır döyüşü kimi düşmüş bu döyüşdə Özdəmiroğlu Osman paşanın əlavə qüvvələrlə özünü yetirməsi sayəsində Osmanlı ordusunun qələbəsi ilə başa çatdı. Bu qələbə Osmanlı ordusunun Gürcüstana tutaraq talamasına şərait yaratdı. Ciddi müqavimətə rast gəlməyən Osmanlı ordusu avqustun 24-də “keçilməzliyinə və əzəmətinə görə göylə bəhsə girən” Tiflis qalasını ələ keçirdi.
 Osmanlı ordusu Şirvana doğru irəlilədi. Sentyabrın 8-də Osmanlı ordusu Qanıq çayı sahilinə çatdı. Amma aclıq və üzücü yürüş işğalçı ordunun əsgərlərinin mənəvi ruhunu əsaslı surətdə sarsıtdı. Sipahilər və yeniçərilər yürüşdən imtina edərək geri qayıtmağı tələb etdilər. B.Kütükoğlu Osmanlı salnamələrinə əsaslanaraq yazır ki, bir qrup döyüşçü Mustafa paşaya yaxınlaşaraq dönməyə qərarlı olduqlarını bildirdiər: “Nə vaxtadək bu boş və yaşayış olmayan çöllərlə gedəcəksən? Sən qayıtmalısan. Biz qayıtmağa etiraz edən yoldaşlarımızı öldürərik. Bizim üçün əvvəlcə həyat, sonra isə dünya vacibdir. Biz nə Qanıqdan keçmək, nə də Şirvan ölkəsini ələ keçirmək arzusunda deyilik”. Mustafa paşa böyük çətinliklə onları dilə tutaraq sakitləşdirə bildi. Həmin yürüşdə Osmanlı ordusunun səfər katibi olmuş Asafi Dal Mehmed Çələbi “Şücaətnamə” əsərində osmanlıların Qanıq çayını böyük əziyyətlərlə keçdiyini belə qeyd edir: “Bir felaketle geçildi ol Kınık,/ Her biri uryan devan zarı-künan,/ Geçmedi kesk olmaya gönlü sınık./ Olmuş idi aglamakdan na tuvan./ Çok kişi gark oldu çıkdı başdan,/ Hasılı ol-dem cihan-giryan idi,/ Kimi oğlundan, kimi kardaşından./ Kardaşım oğlum diyü nalan idi”.
 Asafi Osmanlı ordusunun Qanıq çayı sahilində Təbriz bəylərbəyi Əmir xan tərəfindən qarşılandığı və tərəflər arasında baş verən döyüşü osmanlıların qazandığını göstərir. 1578-ci il sentyabrın 9-da Qoyun ölümü keçidi döyüşündə qələbə çalan Osmanlı ordusunu ərzaq çatışma¬mazlığı və Kür çayının azğın sularını keçmək çətin vəziyyətə saldı. Əsgərlərinin müəyyən hissəsini itirməsinə baxmayaraq, Mustafa Lələ paşa böyük çətinliklərdən sonra sentyabrın 16-da Ərəş şəhərinə gəldi.
 Asafinin məlumatına görə, Mustafa Lələ paşa fəth olunan torpaqların mühafizəsini təşkil etmək və Qızılbaş ordusunun qış hücumlarının ciddi təhlükə yaratmaması üçün bəylərbəyilərdən birini Şirvanın mühafizəsinə təyin etmək məqsədilə divan topladı. Şirvanda Оsmanlı ordusuna komandanlıq etmək təklifi almış Diyarbəkir bəylərbəyiliyi Dərviş paşa və Hələb bəylərbəyi Məhəmməd paşa dərhal bundan imtina etdilər. Mustafa paşa bu vəzifəni başdanxarab Özdəmiroğlu Osman paşaya həvalə etməyə nail oldu. 1578-ci il oktyabrın 8-də Mustafa Lələ paşa özü qorxusundan Şirvanı tərk etdi və Ərzurum qışlağına getdi. Ordu ilə Şirvanda qalan Osman paşa əsgərlərin ruhunu qaldırmaq və qənimət əldə etmək üçün Gəncəyə hücum çəkdi. Osmanlılar ətraf əraziləri qarət edərək xeyli qənimətlə geri döndülər və qadınları zorladılar.
 Bu hadisənin ardınca Osmanlı ordusu Salyanda qüvvələrini toplayan və müdafiəyə hazırlaşan Şirvan bəylərbəyi Aras xan Rumluya qarşı yürüş edi. Lakin şirvanlılar osmanlıların hücumunu dəf edə bildilər. Qızğın döyüşdə osmanlılar kifayət qədər qüvvə itirərək geri çəkilmək məcburiyyətində qaldılar. Osman paşa Şamaxıda möhkəmləndi və Krım tatarlarının gəlişini gözləməyi qərara aldı. 
 Belə bir vaxtda gəncə şiələri 15 minlik qoşunla Ərəşə hücum etdilər. Gəncəlilər osmanlıları məğlub edərək Ərəşi ələ keçirdilər. Ərəş hakimi Qaytas paşa öldürüldü. Osmanlı sərkərdələrindən Əbdürrəhman bəy əsir alındı. 
 Noyabrın 9-da şirvanlıların 30 minlik qoşunu Şamaxıya yaxınlaşdı. Tərəflər arasında şiddətli döyüşlər getdi. Bu zaman Abdi Çavuş özünü yetirərək Adil Gərayın rəhbərliyi altında Qazi Gəray, Mübarək Gəray, Səadət Gərayın da qatıldığı 15 minlik Krım ordusunun və Əbubəkr Mirzənin qüvvələrinin köməyə gəldiyini bildirdi. Beləliklə, noyabrın 11-də döyüşün üçüncü günü Adil Gərayın 5-6 minlik ön qüvvələrinin yetişməsi ilə üstünlüyü ələ keçirən Osmanlı ordusu Qızılbaş ordusunu məğlubiyyətə uğratdı. Aras xan Rumlu və oğlu Dədə xan əsir alındı. Qızılbaş əmirlərindən yalnız Ərdoğdu xan xilas ola bildi. 
 Şamaxı döyüşündə qələbə qazanan Osman paşa Krım ordusuna minnətdarlıq ifadəsi kimi Salyan bölgəsinin qarət olunmasını təklif etdi. Ərəş bəylərbəyi Piyalə paşanın qüvvələri də onlara qatıldı. Beləliklə, Salyan bölgəsi krımlılar və osmanlılar tərəfindən qarət edildi. Kür çayını keçməyə çalışan şiələrin xeyli hissəsi suya qərq oldu. Hər cür sərvətlərlə yüklənmiş dəvə karvanları tatarların əlinə keçdi. Hadisələri qələmə alan Osmanlı taruxçisi Asafi ramazanda tatarların həyata keçirdiyi bu böyük günahdan, onların çoxlu qadın və qızı əsir alıb zorlamasından şikayətlənir.
 Şiələrin Salyandakı qırğını barədə xəbər alan Qızılbaş ordusu Həmzə Mirzənin və Mirzə Salmanın rəhbərliyi altında təcili hərəkətə başlayaraq Şirvana daxil oldu. Noyabrın 24-də onlar Osman paşanın qüvvələrini Şamaxı şəhərində mühasirəyə aldı. Asafi qızılbaş ordusunun sayının 100 minə çatdığını, qala müdafiəçilərin isə 5-6 min nəfər olduğunu qeyd edir. Qızılbaşların Şamaxını tamamilə mühasirəyə saldığını görən Osman paşa Adil Gəraya təcili Şamaxıya dönməsi üçün xəbər göndərdi. Qızılbaş qoşunu şəhərə daxil olaraq Qalabazarı məhəlləsini ələ keçirdi. Ertəsi gün tərəflərin ciddi tələfat verməsinə baxmayaraq küçə döyüşündə üstünlük qazanan səfəvilər şəhərin yarıdan çoxunu ələ keçirdilər. Osman paşa qalada məhbus saxlanilan Aras xanı və digər Səfəvi əmirlərini edam etdirdi. Hətta əsgərləri ilə birlikdə Dağıstana qayitmağa çalışan Şamxal həbsə alındı. Adil Gərayın ertəsi gün özünü çatdıracağı barədə Osman paşaya göndərdiyi məktub qızılbaşlar tərəfindən ələ keçirildi. Buna görə də qızılbaşlar şəhərə hücumu yarımçılıq saxlayıb cənuba axışdılar. Mirzə Salman Şamaxı ətrafında Vəli Xəlifə Şamlının başçılığı altında 3 minlik dəstə qoyaraq qorçibaşı Qulu bəy Əfşar, Şahrux xan möhrdar, Məhəmməd xan Türkman, Pirə Məhəmməd xan Ustaclı, Sultan Hüseyn xan, İmamqulu xan və digər “adlı-sanlı” əmirlərlə tatarların üzərinə yeridi. Adil Gərayın rəhbərliyi altında Krım ordusu Salyandan Mollahəsənə gəlmişdi və burada eyş-işrətlə məşğul olduğu üçün qızılbaşların hücumu qarşısında öz qüvvələrini toplamağa çətinlik çəkdi. Şiddətli yağış yağdığı üçün oxdan istifadə münasib olmadı. Tatarlar Salyanda qarət etdikləri qəniməti qorumaq üçün təşvişə düşdülər. 1578-ci il noyabrın 28-də baş verən Mollahəsən döyüşü Qızılbaş ordusunun qələbəsi ilə başa çatdı. Krım xanının qardaşı Adil Gəray və Ərəş hakimi Piyalə paşa əsir alındı. Tatarlar 30-dan çox tanınmış bəy, 2 min süvari itirdilər. Tatar xanının əsir alınmasından xəbər tutan dağıstanlılar qarət etdikləri mal və qəniməti ataraq qaçdılar.
 Osman paşa tatarların darmadağın edilməsi və Adil Gərayin əsir düşməsi xəbərini eşidərək pərişan oldu. O lazımi köməkdən məhrum olduğunu, Şamaxıda qalmağın daha təhlükəli olacağını düşünərək ordusunu da götürərək şəhərdən qaçdı. Osman paşa daha etibarlı olan Dərbəndə getmək və orada pərən-pərən salınmış qoşunların qalıqlarının yolunu gözləmək qərarına gəldi. Mollahəsəndə qızılbaşlara məğlub olaraq qaçmağa məcbur qalan tatarlar özlərini Dərbəndə çatdırdılar. Onların osmanlı və tatar ordusunun tamamilə qırıldığını söyləməsi qaladakı osmanlı qarnizonunun şəhəri tərk edərək qaçmasına səbəb oldu. Bu zaman Dərbənd sakinləri osmanlılara qarşı üsyan qaldıraraq qalanı ələ keçirdi. Onlar qala qapılarını möhkəmləndirərək heç kimi şəhərə buraxmadı. Bununla bağlı məlumat əldə edən Osman paşa həmin xəbəri qoşundan gizlədərək şimala getməyə tələsdi. Asafi yazır ki, qışın sərt keçməsinə baxmayaraq, Osmanlı ordusu Dərbəndə çatmağa çalışırdı. Yollarda don vurmaqdan tələf olan əsgər saya gəlməzdi. Xəzinənin təhlükəsiz Dərbəndə yetişmə¬sinə nəzarət Asafiyə həvalə olunmuşdu. Asafi bildirir ki, Osman paşa yağlı dilini işi salaraq əhalini aldatdıqdan sonra qala sakinləri qapıları osmanlıların üzünə açdılar.
 1579-cu il oktyabrın 10-da Məhəmməd Gəray Mollahəsənli döyüşündə məğlub edilərək əsir alınan qardaşını xilas etmək üçün 100 minlik bir ordu ilə Dərbəndə gəldi. Birləşmiş Osmanlı-tatar qüvvələri Şamaxıya və Bakıya yürüş etdilər. Onlar Kürü keçərək Gəncə, Qarabağ və Muğana hücum edib viran qoydular. Bu zaman Osman paşa Bakını ələ keçirdi. Osmanlı ordusu Şirvanın içərilərinə doğru yeridi.
 Bundan sonra Osmanlı-tarar birləşmiş ordusu İranı tamamilə tar-mar etmək barədə plan qurdu. Əldə olunan razılığa görə, Osman paşa, Mustafa Lələ paşa və Məhəmməd Gərayin birləşmiş qüvvələri öncə Qəzvinin işğalını həyata keçirməli idi. Lakin bu məqsədlə yürüşə başlayan Mustafa Lələ paşa verdiyi sözə əməl etmədi, Qızılbaş ordusunun onu qarşılamağa gəldiyini eşitcək rəhbərlik etdiyi kürd süvarilərini də götürüb Ərzuruma tərəf qaçdı. Onun bu addımı Məhəmməd Gərayin Krıma geri dönməyə qərar verməsinə səbəb oldu. Osman paşa ona Şirvanda qışlamaq təklifini etsə də, o oğlanları Səadət Gəraylə Qazi Gərayin rəhbərliyi altında 2 minlik qüvvəni Şirvanda qoyaraq Krıma döndü. Bu zaman Pirə Məhəmməd xanın Şirvan üzərinə yürüşünü eşidən Səadət Gəray da qorxusundan Şirvanı tərk etdi.
 Səfəvi şahı İran Azərbaycanı türklərindən böyük bir qoşun toplayaraq Şirvan və Dərbəndi geri qaytarmaq üçün göndərdi. Salman xanın və Pirə Məhəmməd xanın rəhbərliyi altında 50-60 minlik qüvvə Bakı üzərinə gəldi. Bundan xəbər tutan Osman paşa Fərhad bəy, Kaykı bəy, Heydar paşa və Əli bəyin qatıldığı Osmanlı ordusunu onları qarşılamaq üçün Şamaxı istiqamətinə göndərdi. Şamaxı ətrafında qarşılaşan tərəflər arasında baş verən döyüşdə məğlub olan Osmanlı qoşunu geri çəkilmək məcburiyyətində qaldı. Qızılbaşlar tərəfindən Əli bəy əsir alındı. Bu zaman Səfəvi qüvvələri Bakını mühasirəyə aldı. Osmanlılar Bakı şəhərinin müdafiəsində ciddi müqavimət göstərdilər. Şəhər 40 gün mühasirədə qalsa da, əlavə Osmanlı qüvvələrinin köməyə gəlməsi ilə mühasirə dayandırıldı.
 Çox keçmədən Şirvana vali təyin edilən Peykər xanın rəhbərliyi altında 15 minlik Səfəvi ordusu Şirvana göndərildi. Osman paşa da Qazi Gərayın başçılığı altında Osmanlı ordusunu ona qarşı yolladı. Döyüş Şamaxı ilə Şabran arasında baş verdi. “Ya Hüseyn!” sədaları altında vuruşan qızılbaşlar könülsüz vuruşan düşmən əsgərlərinə qalib gəldilər. Tatarların əvvəlki uğurlarının təsiri altında özünə güvənən Qazi Gəray at belində döyüşün ən qızğın yerinə yeridi və qızılbaşlar tərəfindən əsir alındı. Tatarların və osmanlıların birləşmiş qoşunu yenidən ağır məğlubiyyətə uğradı. Səadət Gəray əsir düşmək təhlükəsi ilə üzləşdi. Sağ qalan tatarlar və osmanlılar döyüş mövqeyindən qaçdılar. Peykər xan tərəfindən əsir alınan Qazi Gəray qorçilər vasitəsilə Həmzə Mirzənin yanına göndərildi və Əlamut qalasında zindana salındı. Qızılbaşların əldə etdiyi bu qələbə Ağsuya kimi ərazilərin Səfəvilərin nəzarətinə keçməsini təmin etdi.
 Şirvan bölgəsinin Səfəvilər tərəfindən azad edilməsi xəbəri Osman paşanı qorxuya saldı. O əsgərlərinə daha etibarlı sığınacaq yeri təmin etmək məqsədilə Asafi və Qayğı bəyi dərhal Qəbələ qalasını möhkəmləndirməyə göndərdi. Bu zaman Partal oğlu Mustafa bəyin rəhbəriyi altında 4-5 minlik Səfəvi qoşunu Ərəşdən yürüş edərək Qəbələni mühasirəyə aldı. Mühasirənin 18-ci günü aclıq qala müdafiəçilərini çıxılmaz vəziyyətə saldı. Qızılbaşların əsir aldığı Qassani sancaqbəyi tərəfindən qala müdafiəçilərinə ünvanlanan məktubda III Muradın Səfəvi şahının sülh təklifini qəbul etdiyi və tərəflər arasında artıq müharibənin dayandırıldığı xəbərinin çatdırılması osmanlılar arasında qarşıdurmaya səbəb oldu. Hətta onların bir hissəsi qızılbaşların tərəfinə keçdi. Çıxılmaz vəziyyətdə qalan Asafi qalanı Partal oğlu Mustafa bəyə təslim etdi. Qızılbaşlar tərəfindən sorğu-suala çəkilən Asafi Ələmut qalasına Qazi Gərayın yanına göndərildi və Zülfüqar Abdal adlı bir məhkumla üç ilə yaxın bir quyuda saxlanıldı.
 Qızılbaşların Qəbələni alması xəbərini eşidən Osman paşa qorxusundan Dərbəndə qaçaraq vəziyyəti İstanbula çatdırdı. Şirvan bölgəsinin tamamilə itirildiyini nəhayət dərk edən Osmanlı hökuməti Dərbəndə təcili yardım göndərməyə qərar verdi. Osmanlı sultanı Krım xanlığından, eləcə də Dağıstan çeçen və avarlarından hərbi dəstələr, habelə hərbi sursat və pul göndərməklə Osman paşaya yardım göstərdi.
 Səfəvi sərkərdəsi İmamqulu xan Osmanlı ordusunun Dərbəndə çəkilməsindən xəbər tutaraq 1583-cü ilin yazına kimi lazımi qüvvə toplamağa tələsdi. O gürcü hakimi Aleksandrdan aldığı yardım nəticəsində 40-50 min nəfərə çatdırdığı ordusu ilə Kür çayını keçərək Şirvana daxil oldu. Qızılbaşlarla Osmanlı ordusu arasında baş verən Niyazabad döyüşündə qızılbaşlar mühüm qələbə qazandılar. Osmanlılar döyüşdə Mustafa bəy, Abdaloğlu, Divanə Malkoç və Yaqub bəyi itirərək, silah və sursatı ataraq Müskür meşələrinə, sonra da Dərbəndə qaçmaq məcburiyətində qaldılar.
 Niyazabad döyüşündə məğlub olub qaçan Osmanlı əsgərləri Dərbəndə çatan zaman silahdarbaşı Əli Ağanin təklifi ilə Osman paşa əsaslı ordu ilə İmamqulu xana qarşı hərəkətə başladı. Asafinin “Şücaətnamə”sində bəhs olunan ən mühüm döyüşlərdən biri də 1583-cü il mayın 8-11-də tərəflər arasında baş verən “Məşəl savaşı”dır. Müəllif yazır ki, Niyazabad döyüşündəki məğlubiyyətdən sonra əsgərlərindəki intiqam hissinin yüksək olduğunu görən Osman paşa onların təchizatını yaxşılaşdırdı və Səfəvilər üzərinə yürüşə qərar verdi. Bu zaman əldə etdiyi qələbə nəticəsində öyünən və qürurlanan İmamqulu xan Osman paşaya meydan oxuyaraq ona Dərbənddən çıxaraq döyüş meydanına gəlməsi üçün xəbər göndərdi. Osman paşa ordusunu döyüşə hazırlayaraq Samur çayını keçdi, Vilayət Harkı və ya Palasa adıyla tanınan düzün ortasındakı Baştəpə adlı yerdə öz qərargahını qurdu. Müəllif bu ərazidə vaxtı ilə Toxtamış xanla Teymur arasında döyüşün baş verdiyini xatırladır. Tərəflərin qatı duman altında dörd gün ərzində nəinki gecə, hətta gündüz belə məşəl yandıraraq vuruşduğu bu döyüş tarixə “Məşəl savaşı” adı ilə daxil olmuşdur.
 Asafi yazır ki, Osman paşa Samur çayı sahilinə çatanda düşmən ordusunun yaxınlaşdığını nəzərə alaraq döyüş mövqeyi tutdu. Cəfər paşa Rumeli və Kəfə əsgərləri ilə ordunun sol cinahında, Çərkəz Heydər paşa Sivas və Kastamonu sancaqbəyləri ilə sağ cinahda, Osman paşa isə mərkəzdə yer aldı. Osmanlı ordusunun önündə yeniçəri tüfəngçiləri və topçular yerləşdirildi. Səfəvi ordusunda isə İmamqulu xan mərkəzdə, sağ cinahda Rüstəm xanın, Mehdiqulu xan Şamlının və Əbubəkr Mirzənin, sol cinahda isə Heydər xan, Xəlifə Ənsarın iki oğlu- Mürşidqulu Sultanla Şahverdi Sultanın və aznaur Yoramın rəhbərliyi altında Kaxeti gürcüləri yer almışdı. Mayın 8-də bazar günü sübhdən başlayan döyüşün ilk günü ön qüvvələrin qarşılaşması ilə başa çatdı. Tərəflər öz mövqelərinə çəkilərək sabaha kimi gözlədilər. Növbəti gün top atəşilə başlayan döyüş gecə yarıya kimi davam etdi. Hətta tərəflər məşəllər yandıraraq gecə yarıya kimi vuruşdular. Döyüş qızılbaşların üstünlüyü şəraitində keçdi. Döyüşün üçüncü günü tərəflər bir-birinə qarşı hücum etməyərək dincəldilər. Bu zaman Osman paşa özünü geriyə çəkilməyə hazırlaşırmış kimi göstərərək əsas ehtiyatları arxaya daşıtdırdı. Qızılbaşlar osmanlıların əsas qüvvələrinin geri çəkildiyini zənn edərək onların yolunu kəsmək üçün Osmanlı ordusunun arxasına keçib Samur çayının üç fərsəxliyində mövqe tutdular. Buna görə də mayın 11-də çərşənbə günü- döyüşün dördüncü günü Qızılbaş ordusu geri çəkilən Osmanlı ordusuna mane olmaq üçün onu mühasirəyə almağa çalışsa da, güclü top atəşi ilə qarşılaşdı. Osmanlı ordusunun sol cinahına Qızılbaşlar ciddi zərbə vursa da, Köstəndil sancaqbəyi və Rumeli əsgərlərinin yardımı sayəsində Qızılbaşlar məğlubiyyətə uğradıldı. İmamqulu xan məğlubiyyətdən xilas olmaq üçün çox çalışsa da, buna nail ola bilmədi. Gürcü aznaurları Dağıstan dağlarına qaçdı. Qızılbaş ordusu ciddi təlafat verərək geri çəkilməyə başladı. Osman paşa qızılbaşları təqib etməyə icazə vermədi. Osmanlılar xeyli qənimət ələ keçirdilər.
 “Məşəl savaşı” Osmanlı ordusunu Şirvandan çıxarmaq üçün qızılbaşların həyata keçirdikləri sonuncu ən böyük hərbi əməliyyatlardan biri oldu. Bu döyüşdəki uğursuzluq Osman paşanın işğal edilmiş ərazilərdə öz mövqeyini möhkəmləndirməsinə, Şamaxını yenidən ələ keçirərək orada yeni qala tikməsinə şərait yaratdı.
 1585-ci il Osmanlı sultanı böyük ordunu Osman paşanın sərəncamına verərək onu Təbriz üzərinə göndərdi. 1585-ci il avqustun 12-də Osman paşa Ərzurumu tərk etdi və Pasinabad-Çaldıran-Xoy-Mərənd-Sufiyan-Təbriz istiqamətində hərəkətə başladı.
 1585-ci ilin yayında Səfəvi şahı və oğlu Həmzə Mirzə Qarabağ yaylaqlarında idilər və günlərini eyş-işrətdə keçirirdilər. Onlar yaylaqda ikən Osman paşanın Təbriz üzərinə yürüş xəbərini aldılar. Həmzə Mirzə 20 minlik qüvvə ilə ona qarşı göndərildi. Sentyabrın 18-də Sufiyan ərazisində Məhəmməd xan Toxmağın başçılığı ilə qızılbaşların öndə gedən dəstəsi düşmən hissələri ilə üz-üzə gəldi. Axşama kimi davam edən döyüşdə əvvəlcə qızılbaşlar osmanlıları böyük itkiyə məruz qoysa da, sonra onların böyük üstünlüyü qarşısında geri çəkilməyə məcbur qaldılar. Növbəti gün Osman paşa yürüşü davam etdirərək Təbrizin şimalından keçən Acısu çayının keçidinə yaxınlaşdı. Sentyabrın 20-də Osman paşa Təbriz şəhərinə hücuma başladı. Əsasən müdafiəsiz qalmış Təbriz çoxsaylı nizami osmanlı ordusunun hücumunu dəf edə bilmədi. Osman paşa şəhərə daxil olsa da, şəhər əhalisinin ciddi müqaviməti ilə qarşılaşdı. Pirqeyb xan və Hüseynqulu Sultan gecə basqınları təşkil edərək osmanlılardan xeyli adam qırdılar. Düşmənin Sahibabad meydanına kimi irəlilədiyini nəzərə alan Təbriz hakimi Hüseynqulu Sultan və Pirqeyb xan müqavimət göstərməyin mənasız olduğunu görüb şəhəri tərk etdilər. Öz hakimləri tərəfindən taleyin ümidinə buraxılmış təbrizlilər bir müddət şiddətli müqavimət göstərdilər. Şəhər əyanları özlərini və əmlaklarını talandan qorumaq üçün Qazi Kamran bəy Əvhədi, şeyxülislam Mövlana Məhəmməd Əli və digər adlı-sanlı şəxslərin daxil olduğu nümayəndə heyətini Osman paşanın yanına göndərdilər. Lakin bu əhalini amansız kütləvi qırğın və talanından xilas edə bilmədi. 
 B.Kütükoğlu Mustafa Alinin verdiyi məlumata əsaslanaraq yazır ki, Təbriz hamamlarından birində Osmanlı zabitinin öldürüldüyü xəbəri Osman paşaya çatdırıldıqda o əhalini qılıncdan keçirməyi əmr etdi. Osmanlı əsgərləri Təbrizin küçələrini ələk-vələk edir, qarşılarına çıxanları ucdantutma qətlə yetirirdilər. Asafinin verdiyi məlumata görə, bir gün ərzində şəhərdə 5-6 mindən artıq adam qırğının qurbanı olmuşdu. Lakin dövrün farsdilli və Osmanlı mənbələrinin təhlili qırğın qurbanlarının daha çox olduğunu- 20 minə çatdığını göstərir. O.Ə.Əfəndiyevin qeyd etdiyi kimi, Təbriz Osmanlı istilası zamanı “İslam şəhərləri arasında tayı-bərabəri olmayan, əhalisi sıx və abad bir şəhərdən əhalinin tərk etdiyi, yarımdağıdılmlş, ölü şəhərə çevrildi”.
 Asafi Təbriz yaxınlığında Osmanlı qoşunu ilə Qızılbaş ordusu arasında baş verən iki mühüm döyüş haqqında da məlumat verir. Osmanlı ordusunun Təbrizdə ərzaq qıtlığı ilə üzləşməsindən xəbər tutan Həmzə Mirzə düşmənin şəhər ətrafında yerləşən canlı qüvvəsinə zərbə vurmaq üçün qorçibaşı Qulu bəy Əfşarı göndərdi. O Fəxusfənc çayını keçərək Təbrizə yaxınlaşdı. Osman paşa Cığal oğlu Sinan paşanı ona qarşı göndərdi. Qulu bəyin göndərdiyi ön dəstə Saidabadda Sinan paşanın ön qüvvələrinə çataraq geriçəkilmə manevri ilə onları öz arxasınca, qızılbaşların pusquda duran əsas qüvvələrinə tərəf gətirdi. Öz ordusunu artilleriyanın köməyindən məhrum edən Sinan paşa Qızılbaş süvarisinin sarsıdıcı hücumuna məruz qaldı. Həmin döyüşdə Osmanlı ordusu böyük itki verdi. Mahmudi Həsən bəy, Sipahi-oğlanları katibi Mehmed Çələbi, ali divan katiblərindən Əbdürrəhman Əfəndi, Yəhya Sübaşı öldürüldü, Urmiya hakimi Boxti Xalid bəy və Harran bəyi Yusif əsir alındı.
 Qızılbaşların bu qələbəsi Həmzə Mirzəni Sinan paşa üzərinə yeni yürüşə başlamasına şərait yaratdı. Oktyabrın 25-də Fəxusfənc çayı kənarında növbəti döyüş baş verdi. Bu döyüşdə Həmzə Mirzə şəxsən iştirak etdi. Günortaya kimi tərəflər bir-birinə ox atmaqla kifayətləndilər. Bu zaman İmamqulu xanın dəstəsi çayı keçərək hücuma keçdi. Döyüş gecə qaranlığına kimi davam etdi. Həmzə Mirzənin əmri ilə Şahrux xan düşmən mərkəzinin arxasına keçdikdən sonra döyüş qızılbaşların qələbəsi ilə başa çatdı. Osmanlı qüvvələri sayca üstün olmasına baxmayaraq pərən-pərən salındı və geri çəkilməyə başladı. Osmanlı sərkərdələri Mehmed paşa öldürüldü, Murad paşa isə əsir alındı. Qızılbaşlar düşməni əsas qüvvələrinin yerləşdiyi qərargaha kimi təqib etdilər.
 Həmzə Mirzənin rəhbərliyi altında qızılbaşların aramsız hücumları, təbrizlilərin müqaviməti, ərzağın çatışmaması və Osman paşanın ağır xəstələnməsi osmanlıların vəziyyətini xeyli çətinləşdirdi. Osman paşa orduya rəhbərliyi Sinan paşaya tapşırsa da, baş verən son hadisələr ona pis təsir etmişdi. Sinan paşa oktyabrın 28-də Təbrizdə Cəfər paşanı 7 minlik hərbi hissə ilə qoyaraq şəhəri tərk etdi. Sinan paşanın rəhbərliyi altında Osmanlı ordusu Şənbi-Qazanda dincəlməyə dayandığı zaman Həmzə Mirzə onlara hücum etdi. Qızılbaşların gözlənilməz hücumu nəticəsində düşmənin qəfil yaxalanması Osmanlı ordusunda çaşqınlığa səbəb oldu. Axşama kimi davam edən döyüş zamanı Çaldıran sancaqbəyi Xosrov bəy öldürüldü. Yalnız silahdarbaşı Xürrəm ağanın rəhbərliyi altında osmanlıların əks-hücumu qızılbaşları geriyə çəkilməyə vadar etdi. Bu zaman onlar düşmənin 85 qatar yüklü dəvəsini qənimət kimi özləri ilə apardılar.
 Şənbi Qazan döyüşü başa çatdığı gecə Osman paşa vəfat etdi. Orduda çaxnaşma yaranmaması üçün bu xəbər əsgərlərdən gizlətdilər. Osman paşanın ölümündən xəbər tutan Həmzə Mirzə Osmanlı ordusunu təqib edərək ona növbəti zərbə vurmağa səy göstərdi. Həmzə Mirzə İsmailqulu xan Şamlı və Toxmaq xan Ustaclı ilə birlikdə geri çəkilməkdə olan Osmanlı ordusuna Mayan adlı yerdə növbəti dəfə hücum etdi. Düşmən xeyli itki verərək yoluna davam etdi. Həmzə Mirzə Tasuca qədər düşmənin ardınca gedərək ona tez-tez gözlənilməz zərbələr vurdu.
 Osmanlı-Səfəvi müharibəsinin növbəti mərhələsi son nəticədə qızılbaşların məğlubiyyəti ilə başa çatdı. 12 ilə yaxın davam edən müharibə 1590-cı il İstanbul sülhü ilə başa çatdı və Səfəvi dövləti əksər Azərbaycan torpaqlarından məhrum oldu. Osmanlı ordusu Cənubi Qafqazı, o cümlədən İran Azərbaycanının əksər torpaqlarını işğal etdi. Yerli xalqlar uzun müddət Osmanlı zülmü altında inlədi.
 XVI əsrin son rübündə Osmanlı-Səfəvi müharibəsinin gedişində Azərbayca¬nın əksər ərazilərinin işğal olunması nəticəsində regionun inkişafına ağır zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə kifayətlənirdilər. Lakin işğalın sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək, şəxsən varlanmaq məqsədilə indiki xanlar kimi tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin sayını artırırdılar. Nəticədə Azərbaycanın iqtisadi vəziyyəti hədən artıq ağırlaşdı. Əhalinin çox hissəsi yaşadığı ata-baba yurdlarını tərk etmək məcburiyyətində qaldı. Yurdlar boşalırdı.
 Azərbaycanda yaranmış vəziyyətin şahidi olmuş səlnaməçilərdən biri Osmanlı işğalı dövründə Təbrizdəki şəraiti belə təsvir edir: “Təbriz əhalisinin bir hissəsi şəhər işğal olunarkən qılıncdan keçirilmiş, digər bir qismi əsir kimi aparılmış, qalanları isə Əcəm İraqının şəhərlərinə qaçmışdılar”. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Osmanlı işğalı illərində “Təbriz şəhərində əhali qalmamışdı”. Zülm ucbatından Təbriz şəhərinin əhalisinin tamamilə köçməsi haqqında Osmanlı mənbələrində də məlumatlar vardır. Arakel Təbrizli yazır ki, “bu səbəbdən torpaq sahibləri və əkinçilər qorxu və dəhşətlə öz yerlərini tərk edir, qalalarda, qəsrlərdə, mağaralarda möhkəmlənir, əkinçiliklə məşğul ola bilmirdilər”.
 Osmanlı imperiyasının iqtisadi vəziyyəti zaman-zaman xeyli ağırlaş¬ırdı. Çoxsaylı ordunun saxlanması dövlət ehtiyatlarının tükənməsinə, xeyli gənc işçi qüvvəsinin ictimai istehsaldan ayrılmasına, istehlakın və məsrəflərin artmasına səbəb olurdu. İqtisadi həyatdakı böhranın təzahürləri geniş əraziyə malik olan Osmanlı imperiyasının bütün vilayətlərində nəzərə çarpırdı. Ucqar vilayətlərdə, xüsusilə fəth olunmuş ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acınacaqlı idi. Osmanlı hakim dairələri həmin ərazilərdə başlıca diqqəti istehsalın təşkilinə deyil, zəbt olunmuş ərazilərin qarət edilməsinə yönəldirdilər.
 Osmanlı hakim dairələri ağır iqtisadi vəziyyətə düşmüş Azərbay¬candan ordunun və inzibati aparatın saxlanması üçün zəruri olan vəsaiti əldə edə bilmirdilər. Uzun müddət ərzində məvaciblə təmin olunmayan Osmanlı əsgərləri arasında narazılıq yaranırdı. Başsız qalmış Osmanlı əsgərləri soyğunçuluğa baş vurur və dəhşətli dağıntılar törədirdilər. Belə bir şəraitdə regionda Rus ordusunun peyda olması və imperiya idarəçiliyinin yaranması qoy xalqları faciəli sonluqdan qurtardı.
 ÇUXURSƏD TƏCAVÜZÜNÜN SONU. Rusiya imperatriçası II Yekaterinanın vaxtında imperiyanın dövlət işlərini knyaz Qriqori Potyomkin aparırdı. Yekaterinanın xatirələrindən məlum olur ki, o hələ 1785-ci ildə rus məlaikəsinin fikrini Türkiyəyə cəlb etmişdi. İstəyirdi ki, rus qoşununu İrandan keçirib Osmanlı ölkəsinə aparsın. Əvvəlcə Yekaterina bu səfərə razılaşmadı, lakin qacarların (xazarların) Tiflisi qarət və yerli əhalini qətliam etməsindən sonra razılıq verdi. Potyomkinin iki məqsədi vardı: birincisi Osmanlı ölkəsinin şərq hissəsini işğal edərək buradakı kürd dəstələrinin yerli xalqlara basqınını durdurmaq, ikincisi isə qacarların Tiflis qətliamının əvəzini çıxmaq. Rus ordusu Xazar təzyiqi altında əzilən qoy xalqların köməyinə tələsdi.
 Çox qısa bir müddətdə Rus qoşunu az qala döyüşsüz və müqavimətsiz Azərbaycanın demək olar ki, bütün Xəzəryanı bölgələrini tutdular. Xazar-iudey mənşəli xanların əlindən, əsasən də İran şalığı zəiflədkdən sonra regiona ayaq açmış Osmanlı istilalarından bezmiş yerli rəiyyət sülhsevər rus qoşununa məmnunuliyyətlə qucaq açırdı. Bir çox yerlərdə xalq qala qapılarını özləri açaraq rusları şəhərlərə buraxırdı. Rus qayda-qanunçuluğu sərf etməyən, özbaşınalığa öyrəşmiş bəzi xanları çıxmaq şərtilə müsəlman əhali ilə ruslar arasına münasibətlər normal idi. Əkinçiliklə məşğul olan dinc insanlara zəli kimi qan soran kürd-xazar mülkədarları yox, nizam-intizama meylli ruslar sərf edirdi. Qarabağ bəylərbəyinin mülkədarları isə yerli xalqa ən çox qəddarlıqları ilə fərqlənirdilər. Bir çox xanlar xalqın təzyiqindən qorxaraq Rusiyanın himayəsini məcburən qəbul edirdi. Qafqaz korpusu Gəncəyə 1796-cı ilin 13 dekabrında general Aleksandr Rimski-Korsakovun başçılığı ilə gəldi. Cavad xan özü şəhərdən çıxıb rus qoşununu qarşılayaraq, qalanın açarlarını şəxsən Rimski-Korsakova təqdim etdi. Rus qoşunları Qafqaza girəndən sonra müəyyən müddət əmin-amanlıq yarandı, ən əsası, Osmanlı ordusunun ayağı Qafqazdan kəsildi. Lakin II Yekaterina vəfat etdikdən sonta yerinə keçən imperator I Pavel Rus ordusunu Zaqafqaziyadan geri çağırdı.
 Rusların gedişindən dərhal sonra İranı istila etmiş, İran şahlığını ələ keçirmiş Qacariyyə hökmdarı Ağa Məhəmməd şah Qacar Azərbaycanın şimalına cəza və soyğunçuluq yürüşünə çıxdı. O, Şuşanı tutdu və Bakı xanı Hüseynqulunu silah altında buraya gətizdirdi. Cavad xan da buraya gəldi. Onlar şaha öz qalalarının müqavimət göstərmədən ruslara təslim edilmə səbəblərini izah etməli idilər. Qacar şahı qeyzləndirən o idi ki, bir neçə əsr qabaq onun tayfasından olan çoxlu sayda adam bu yerlərə köçürülmüş, həmin ərazilərin idarəçiliyi tədricən onlara keçmiş və indi qacarlar bu torpaqlara öz şəxsi mülkləri kimi baxırdılar. Bəli, o vaxtlar Qarabağ, İrəvan və Gəncə kimi ərazilər xalqın torpağı deyil, hansısa xazar qoluzorlusunun şəxsi mülkü sayılırdı. Təsadüfi deyil ki, o vaxtlar Arazın şimalında Qarabağ istiqamətindəki ərazilər Gürcüstan İveriyasına kimi Xəzran, yəni Xazariyya adlanırdı. Zəngəzurun əsl qədim tarixi adı Çuxursəddir (Çüxud, Çoxur Səd, Çuxur Səəd, Cühudsəd). Həmin səd- cühud tayfalarının İudeyadan köçərək oturuşduğu zolaq şimalda Dərbənd yaxınlığındakı Cühud-kətta məntəqəsinə (tərcüməsi Cühud vadisi deməkdir) birləşirdi, qərbdə isə Baxçasaray yaxınlığındakı Cühud-qalada qurtarırdı. Arakel Təbrizlinin mətnlərinin tədqiqi indi kürd adlandırılan iud tayfalarının yayılma coğrafiyasının “İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapıyadək olan torpaqları” əhatə etdiyini deməyə əsas verir. Cühudsəd- qədim iudeya köçünün məskənləşmə məntəqəsidir. Mistik cühud torpağı- Xazariyya məhz buradır. Professor Minorskinin fikrincə, Çuxursəd (başqa bir variantda Çuxuryurt, osmanlı mənbələrində Səd çuxur, Saat-e Çuxur) türk dilində “topağın enişi”, professor Stoleşnikovun fikrincə isə “yəhudi səddi” deməkdir. “Aləmara-ye Abbasi”də bu məkanın adı dəfələrlə çəkilir. Əllamə Qəzvini “Səd” adının izahından xəbərsiz olduğunu bildirsə də, Faruq Sumər onu “Səudlu” tayfası ilə əlaqələndirir və yazır: “Səudlu tayfası Qaraqoyunlu qəbiləsinin ətrafında cəmlənmiş və milləti həmin adla (Qaraqoyunlu) yaratmış digər tayfaların və təşkilatların başında dayanmışdı. Bu tayfa öz adını XIV əsrdə (ehtimal ki qeyd olunan əsrin ikinci yarısının ortalarında və yaxud əvvəllərində) tayfanın idarə edilməsinə məsuliyyət daşıyan tayfa başçısı və əmiri “Səd”in adından götürmüşdü. Qaraqoyunlu elinin başında həmin yəhudi tayfası dayanmışdı. İranlı müəlliflər də Səədin övladlarını qaraqoyunluların zadəganları kimi qələmə almışlar. Hafiz Əbrunun yazdığına görə, Naxçıvanın və Sürməlinin ətrafı bu tayfanın qədimdən məskəni olmuşdur. İbrahim Peçuy Əfəndi şahzadə Bayəzidin İrana qaçması barədə söhbət açarkən bu yerin adını “Saat-e Çuxur” və “Səd-e Çuxur” kimi qeyd edir. Yavuz Sultan Səlimin İranla müharibədən qayıdarkən köç saldığı mənzilgahlar arasında bu nahiyənin də adı çəkilmişdir. Məsələn: “Çuxursədin ətraflarından sayılan Hacılaləli yaxınlığında Kiçik vadi kəndi və Böyük vadi kəndindən aşağı düşdülər. Üçüncü gün Çuxursəd ətrafındakı Zəngi çaydan da keçib, Dəvəli Ömər kəndini və Keçi Vəli yurdunu arxada qoyaraq İrəvan şəhərini yaxınlığına endilər”. Mənbələrdən aydın olur ki, Şah İsmayılın Əlvənd Mirzə ağa Qaraqoyunlu ilə müharibəsi 1501-ci ildə Çuxursəddə və Şərur ətrafında baş vermişdir. Həsən bəy Rumlu Ərzurum valisi İskəndər paşanın Çuxursədə hücumunu belə şərh edir: “Sultan Süleymandan qabaq Rumun padişahı və Ərzurumun hakimi olan İskəndər paşa Hacı bəy Donbəlini qətlə yetirdi və Çuxursədə gələrək onun bazarını yandırdı”. Məhəmmədhəsən xan Müqəddəm Etimadüssəltənə yazır: “Çuxursəd həm də İrəvan Şərurunun kəndi və otlağıdır”.
 Səfəvilər dövründə mərkəzi İrəvan olan Çuxursəd əyaləti Azərbaycanın dörd əyalətindən biri olmuş və aşağıda qeyd olunan 8 inzibati hissəyə bölünmüşdü: 1. Naxçıvan- Arazın sol sahilində; 2. Maku- Arazın sağ sahilində (Çaldıran çölü də bura daxildir); 3. Zarozəbil- Göyçə gölünün cənubi-şərqi hissəsində Zər-zəbil adlı kənd; 4. Sədərək- İrəvandan Naxçıvana gedən yolun yarısındakı Şərur nahiyəsində yerləşir; 5. Bayəzid- Türkiyə torpağında Ararat dağının cənubunda yerləşir; 6. Şadilu- Ararat dağının yaxınlığında yerləşir; 7. Əkrad-e Donboli- türkdilli ilin (ərazi vahidi) yaşamısı ehtimal edilir; 8. Məğazbord- Arpaçayın qərb tərəfində, İranın şimal qərbində son nöqtə hesab olunan Əfi xarabalığının yaxınlığındadır.
 14-15-cü əsrlərdə yaşamış münşi Hafiz Əbru yazırdı: “Səadət onu aram etdiyindən, ona əvvəldən Çuxursəd adı verdilər. Əlbəttə, ad fələkdən nazil olur, bu torpaqda səbəbsiz ad olmaz. Səadət ona görə bura nəsib olub ki, bu vilayətin adına vurulub”.
 Regionun müasir geopolitik durumunu anlamaq üçün “Gizli Xazariyyarının koordinatlarını müəyyənləşdirmək” (Tatyana Qraçeva) və başa düşmək lazımdır ki, Çühudsəd tarixən problemli yer olub; kürd tayfaları İudeya ərazisindən axışıb burada oturuşandan sonra ətraf xalqlar tez-tez basqınlara məruz qalmış, təcavüz altında olmuşlar. Bölgədə rus təsirinin bərqərar olması isə həmin aqressiyanı sıfıra endirmiş, (müvəqqəti də olsa) bloklamışdır. Nəyə görə rus və fars nəzarəti itən kimi, idarəçi qövmlər regiondan gedən kimi yerli qoy xalqlar mir, seyid və kürd əmirlərin əsarəti altında düşür? Çünki İudeyadan köçmüş Çühursəd tayfaları bu regionun köksünə möhkəm oturuşmuşlar.
 Özünün “dədə-baba torpağı” adlandırdığı Qarabağ, İrəvan və Gəncə xanlıqlarının Rusiya tərkibinə keçmək istəməsini Qacar şah yerli feodalların xəyanəti və qacarların daxili işlərinə qarışmaq kimi qəbul edirdi. O çağırdığı xanları cəzalandırmaq fikrindəydi. Lakin 1797-ci ilin 5 iyun günü Qacar şahın öz qulluqçuları tərəfindən qətlə yetirilməsi xanları mühakimə olunmaqdan xilas etdi. Qacar şah gecə yatdığı yerdə gürcü Sadiq Qorci, isfahanlı fars Xodadad və mazandaranlı talış Abbas tərəfindən öldürüldü; bu da bir tarixi mesaj- yerli xalqların xazar təcavüzünə etiraz işarəsidir. Bir mülahizəyə görə, şaha qarşı sui-qəsdi digər xanlar və İranda yaşayan gürcülərlə birlikdə görkəmli Azərbaycan dövlət xadimi və sərkərdəsi Sadıq xan Şəqqaqi hazırlamışdır. Digər bir versiyaya görə isə burada əsas işi gürcü hakimlərinin əmrini yerinə yetirən Sadiq Qorci (Msxetli Andrey) görmüşdür.
 Rus qoşunları Qafqazı tərk edən kimi Gəncə xanı Cavad xan qoşunu ilə hücum edərək Şəmşəddil, Qazax və Borçalı mahallarını qırıb çapdı, bu torpaqları öz şəxsi mülkü elan edərək yerli xalqa ağır xərac qoydu. Yerli feodallar kömək üçün Rusiya dövlətinə müraciət etdilər. O vaxt həmin ərazilər Rusiya himayəsini qəbul etmiş Gürcüstan çarlığına aid olduğundan Gəncə xanlığı ilə Gürcüstan və Rusiyanın münasibətləri kəskinləşdi. Rusların Gəncəni tutmaq planı ortaya çıxdı.
 Rus hökuməti əvvəlcə Cavad xana normal təklif verdi. General Pavel Sisianov 1803-cü il 25 fevral tarixli birinci məktubunda Cavad xana iltifatla yanaşır, Rusiya himayəsinə keçməsinin onun xeyrinə olacağını bildirirdi. General təklif edirdi ki, Cavad xan oğlu Uğurlu ağanı Tiflisə oxumağa göndərsin. Uğurlu ağa rus kadrı kimi yetişdirilsin, Sisianovun dediyi kimi, “ləyaqət və hörmət sahibi olsun”. Cavad xanın oğlu həm də rus qoşununa müqavimətin olmayacağına zəmanət kimi lazım idi. Sisianov Cavad xana yazırdı: “Bu təmənnam yerinə yetirilsə, onu Gəncə ilə Gürcüstan arasında heç bir ayrı-seçkiliyin olmayacağı barədə xeyirxah vədimizin əməli timsalı kimi qəbul edəcəyəm”. Sisianov digər məktubunda Cavad xanı Şəmşəddil əyaləti əhalisini çapıb-talamaqdan, sıxışdırmaqdan çəkindirməyə çalışırdı. Lakin Cavad xan hələ 1801-ci ildə Qafqazın hərbi hakimi Knorrinqə məktubunda bildirmişdi: “700 ildir ki, Şəmşəddil torpağı mənim nəslimə mənsub olmuş və bizə qulluq etmişdir”. Ətraf elləri soyğunçuluqla yaşamağa öyrəşmiş Cavad xan belə “ağır” şərtləri yerinə yetirməkdən kobud şəkildə imtina etdi. O başa düşdü ki, rus himayəsi altına keçsə, daha əvvəlki özbaşınalıqları törədə bilməyəcəkdir.
 1803-cü il noyabrın 20-də general Sisianov Tiflis istiqamətindən Gəncəyə sarı hərəkətə başladı. Qoşun dekabr ayında Gəncə qalasına gəlib çatdı. 3 yanvar 1804-cü ildə səhər ruslar hücum edərək qalanı aldılar. Cavad xan, iki oğlu, eləcə də bir çox qacar əmirləri döyüşdə həlak oldular. Gəncə qacar zülmündə azad edildi. Ətraf ellər xazar təcavüzündən qurtuldular. Ruslar Xazariyyanın Azərbaycandakı axırıncı aktiv qalıqlarını aradan apardılar. Bundan sonra Gəncə xanlığı ləğv olundu və adı Rusiya imperatriçası Yelizavetanın şərəfinə dəyişərək Yelizavetpol qoyuldu. Qacar dövlətçiliyinin yerində Yelizavetpol dairəsi yaradıldı.
 Rusiya imperiyasının tərkibinə girəndən sonra Gəncə çiçəkləndi. Ticarət genişləndi, müxtəlif sənət sahələri inkişaf etdi. Yaşayış binaları, karvansaralar və məscidlər tikildi. Ağır töycüyə son verildi. Rəiyyət zəhmətinin bəhrəsini özü görməyə başladı. Sənətin müxtəlif sahələri inkişaf etdi. Gəncə alimlər, yazıçılar və şairlər şəhərinə çevrildi.
 Vahhabiyönümlü Osmanlı dövlətindın fərqli olaraq Rusiya dövləti öz ərazisində müsəlmanlara da xristianlarla bərabər eyni hüquqlar vermişdi. 1787-ci ildə imperatriça II Yekaterinanın əmri ilə Sankt-Peterburq Elmlər Akademiyasının tipoqrafiyası müsəlmanlara pulsuz paylanmaq üçün Quran nəşr etmişdi. Şiə və sünni ruhani təşkilatlarının yaradılması tam azad idi. 1894-cü ildə təkcə Kazan dairəsində 1474 dini məktəb və mədrəsə vardı, 1911-ci ildə onları sayı 1822-yə qalxmışdı. Həmin məktəblərdə dini dərslərlə yanaşı elmi dərslər də keçirildi və dünyəvi təhsil proqramı klassik gimnaziyalardakından qətiyyən fərqlənmirdi. Dövlət müsəlman xalqlar üçün çoxlu tarix, fəlsəfə, folklor, elmi və ədəbi kitablar nəşr edirdi. Təkcə 19-ci əsrin ikinci yarısında Rusiya şəhərlərində müsəlman millətlərin dilində 27 milyon nüsxə (3 min adda) kitab buraxılmışdı. 1901-1917-ci illər ərzində isə müsəlmanlar üçün 47 milyon (6,2 min adda) kitab çap olunmuşdu. Peterburq və Kazan şəhərlərində müsəlmanların öz qəzetləri nəşr edilirdi. 1917-ci ilə kimi Rusiya müsəlmanlarının 100-ə yaxın adda qəzet və jurnalı çıxırdı. Rusiya müsəlmanlar başqa yerlərin müsəlmanlarından intellektual və etik xüsusiyyətlərinə görə seçilirdilər. Müsəlmanlar tacirlərə alverdə xüsusi imtiyazlar verilmişdi. Çar ordusunda xidmət edən müsəlmanların öz molla, axund və ya müəzzinləri olurdu. Həmin ştatlar üçün dövlətdən ayrıca məvacib ödənilirdi. Fərqlənən müsəlman əsgərlər üçün Rusiyanın xüsusi hərbi mükafatları yaradılmışdı. 1907-ci iı seçkilərindən sonra Rusiya Dövlət Dumasında 34 müsəlman deputat yer almışdı. Müsəlman qoy xalqlar Rusiya imperiyasından başqa heç yerdə şad və xürrəm, ən əsası, sülh və sabitlik içində yaşamırdılar.
 Rusiya birləşdikdən sonra Azərbaycanın sayseçmə oğulları İmperiyaya xidmət etməyə başladılar. Tanınmış ədib Abbasqulu ağa Bakıxanov Qafqazda ordu komandanı dəftərxanasında mütərcim kimi çalışmaqla, dövrünün görkəmli şəxsiyyətləri ilə ünsiyyətdə olmuşdu, bu da onun dünyəvi mədəniyyəti mənimsəməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Onun 1833-cü ildə Peterburqa, 9 aya yaxın isə Varşavaya uzunmüddətli səfərləri, özünün qeyd etdiyi kimi, “Avropa mədəniyyəti ilə yaxından tanış olmaq” xarakteri daşıyırdı. Rus mədəniyyəti ilə tanışlığı onun “mən ürək və ağıl üçün maraqlı olan çox şey gördüm və onlardan faydalanmağa çalışdım” kimi etirafına səbəb olmuşdu. Bakıxanovun A.S.Qriboyedov, A.A.Bestujev-Marlinski, A.S.Puşkin, polyak şairi Faddey (Tadueş-Lada) Zablotski, xarici səyyahlar olan qraf Suzanne, K.Kox, F.Bodenşted, gürcü şairləri A.Çavçavadze, Q.Orbeliani, eləcə də erməni şairi X.Abovyanla münasibətləri Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya aspektindən maraqlı və əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq mədəni əlaqələrin öyrənilməsi məsələsində A.Bakıxanov proseslərin tarixiliyinin dəqiqləşdirilməsinə üstünlük verərək yazırdı: “Tarix onu doğma torpağın keyfiyyətləri ilə, onu üzərində məskunlaşmış tayfaların xarakteri ilə tanış edir və xalqların bütün qarşılıqlı əlaqələrindən nəticə çıxararaq, onun zərərini və faydasını göstərir”.
 Azərbaycanlı ziyalılar Rusiyanın ən mötəbər ali və elm ocaqlarında təhsil alır, elmi dərəcələrə yiyələnirdilər. XIX əsrdə Azərbaycanın Rusiya ilə elmi əlaqələrinin həyata keçirilməsində Kazım bəy Məhəmməd Əli Hacı Qasım oğlunun müstəsna rolu vardır. Rus təhsili alan, yaradıcılıq fəaliyyətini Kazan (1826-1849) və Peterburq (1849-1870) universitetlərində həyata keçirən bu görkəmli alim Rusiya elmi dairələrində böyük nüfuz qazanmışdı. Geniş bilik dairəsilə filologiya, tarix, din, mədəniyyət, qanunşünaslıq elmlərinə və müsəlman Şərqinin coğrafiyasına dərindən bələd olan Mirzə Kazımbəy bir çox dillərdə mükəmməl yazır, dövrün bir çox dəyərli şəxsiyyətlərilə ünsiyyət saxlayırdı. Onun N.İ.Lobaçevski, L.N.Tolstoy, N.Q.Çernışevski ilə yaradıcılıq əlaqələrindən Azərbaycan mədəniyyəti çox faydalanırdı. Onun A.S.Puşkinin “Bağçasaray fontanı” poemasının Azərbaycan dilinə edilmiş tərcümə əsəri belə faktlardandır. Görkəmli alimin kiçik qardaşı Əbdül Səttar Kazımbəy də Kazan Universitetində mühazirəçi kimi çalışırdı. Rusiya ilə mədəni əlaqələrin aparılmasında digər görkəmli şərqşünas Mirzə Cəfər Topçubaşovun da rolu vardır. O, Rusiyada çalışaraq, Azərbaycanda elmin inkişafı üçün böyük töhfələr vermişdir.
 Abşeron yarımadasında vulkanik hadisələrin öyrənilməsi üçün Qafqaz geologiyasının atası sayılan Y.V.Abix, onun ardınca isə digər rus geoloqları K.İ.Lısenko, V.İ.Arxipov və Q.B.Xalatovun Azərbaycandakı fəaliyyəti bu sahədə milli mütəxəssislərin, ümumilikdə elmi sahənin formalaşmasına təkan verdi. Artıq 1879-cu ildə Rus Texniki Cəmiyyətinin Bakı şöbəsi açıldı və M.Hacınski, İ.Rzayev, F.Rüstəmbəyov və A.Mirzəyev kimi alimlər bura cəlb olundu. Rusiya xətti ilə Strasburq Universitetində ali təhsil almış, üzvi kimya sahəsində ilk azərbaycanlı kimyaçı alim olan Mövsüm bəy Xanlarov Almaniyada Rudolf Fittiqin laboratoriyasında çalışmış, kimya doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdi.
 Elmi əməkdaşlıq sahəsində ən maraqlı tarixi fakt Həsən bəy Zərdabinin Rusiya alimləri və ziyalıları ilə əlaqələri idi. Ali təhsilini Moskvada almış milli mədəniyyətin bu görkəmli şəxsiyyəti hələ gənc ikən N.A.Dobrolyubov, D.İ.Pisarevin mütərəqqi dünyagörüşlərini mənimsəməklə yanaşı, bir çox Rusiya alimi ilə mədəni ünsiyyət saxlamış, yaradıcılıq əlaqələri qurmuşdu.
 Mütərəqqi düşüncəli ziyalılarımız Rusiya ilə mədəni əlaqələrin inkişafına, ünsiyyətin yaradılmasına hər vəchlə cəhd göstərirdilər. Bu, xüsusilə ədəbiyyatda özünü daha qabarıq şəkildə əks etdirirdi. Azərbaycanlı şair, yazıçı və dramaturqların Rusiya ədəbiyyatının görkəmli simaları ilə yaradıcılıq əlaqələri, rus müəlliflərinin əsərlərindən iqtibas, Azərbaycan dilinə edilmiş tərcümələr, qabaqcıl mədəni təcrübənin mənimsənilməsi və s. hallar XIX əsr Azərbaycan ədəbiyyatının əsas aspektlərini təşkil edir. XIX əsrin I yarısında Qasım bəy Zakir, İsmayıl bəy Qutqaşınlının rus ədəbiyyatı, mədəniyyəti ilə yaxınlığı və bu sahədə mədəni əlaqələrin vüsəti maraqlı amillərdəndir. 1835-ci ildə Qutqaşınlının hələ Varşavada hərbi xidmətdə olarkən, fransız dilində nəşr etdirdiyi “Rəşid bəy və Səadət xanım” adlı hekayəsi nəşriyyat sahəsində beynəlxalq əlaqələrin tarixi baxımından inkişafından xəbər verir. Mirzə Şəfi Vazehin Avropada məşhurlaşan poeziyası M.L.Mixaylov, Y.Markov, M.Ramişev, sonradan İ.S.Prodon tərəfindən tərcümə edilərək Rusiya oxucularına təqdim olundu. Onun şeirlərinin külliyat halında çıxması N.Eyfertin tərcüməsi nəticəsində baş verdi və kitab 1880-ci ildə Moskvada çapdan çıxdı. Görkəmli rus bəstəkarı və pianoçusu A.Q.Rubinşteynin Vazehin şeirlərinə musiqi bəstələməsi faktı da Azərbaycanın mədəniyyətinin yeni məzmunda təşəkkül tapması kontekstində maraqlı faktlardan biridir.
 XIX əsrin II yarısı artıq Azərbaycan və rus ədəbi əlaqələrinin qüvvətlənməsi baxımından yeni bir səhifənin açılması dövrü idi. Rusiya ilə mədəni əlaqələrin bu qaynar dövrü bədii ədəbiyyatın qarşısına yeni tələblər, vəzifələr qoymuş, onun real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, onda yeni ədəbi- estetik prinsiplərin, növ və janrların inkişaf tapmasına səbəb olmuşdur. Yeni yaradıcılıq metodunun- realizmin bir ədəbi metod kimi formalaşması və ədəbi prosesdə hakim mövqe tutması məhz Rusiya təsiri nəticəsində baş vermişdir. Rus ədəbiyyatından iqtibas edilən maarifçiliyin görkəmli nümaynədələri M.F.Axundov, N.Vəzirov, C.Məmmədquluzadə, S.Ə.Şirvani, Z.Marağayi və başqaları ədəbiyyata bir çox müasir ştrixlər gətirməklə Azərbaycan ədəbiyyatını daha sivil və yaddaqalan etmişlər. Bu sahədə M.F.Axundovun müstəsna xidmətləri vardır. Axundov mədəni əlaqələrin qurulması məsələsində rus dilinin öyrənilməsinə üstünlük verir, rus dilini yaxşı bildiyindən qabaqcıl rus mədəniyyəti ilə də yaxından tanış olmağa cəhd edir və müsbət nəticələr qazanırdı. O bu haqda dostlarından birinə ünvanladığı məktubda belə deyir: “Mən rus dilini yaxşı bilirəm. İndiki əsrdə rus dili elmi sahəsində və başqa sahələrdə inkişaf edir və incə fikirləri ifadə etmək üçün bu dil misilsiz bir dildir”. Onun Puşkinin ölümünə həsr etdiyi “Şərq poeması” Rus-Azərbaycan ədəbi əlaqələrinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıyırdı. XIX əsrin II yarısında Azərbaycanda ədəbi prosesin təkmilləşməsində mühüm cəhət kimi qiymətləndirilən milli komediya janrının yaranması faktının kökündə də Axundovun rus ədəbiyyatındakı dram janrına üstünlük verərək milli ədəbiyyatda onun iqtibasına çalışması faktı durur. Eyni təsirlər N.Vəzirov, C.Məmmədquluzadə, N.Nərimanov, o cümlədən, Cənubi Azərbaycan ədiblərinin yaradıcılığında da müşahidə olunur.
 Rusiya mədəniyyətini əxz etmək ideyasından bəhrələnənlər qabaqcıl ədəbi ənənələrini Azərbaycan ədəbiyyatında təzahür etdirərək, onun daha müasir olmasını təmin etdilər. Bu aspektdə fəaliyyətin təbliğatçılıq əsasında aparılmasına şərait yaradan məqamlardan biri də XIX əsrin II yarısında Azərbaycanın müxtəlif şəhərlərində təşkil olunmuş “Məclisi-Şüəra” (Bakı), “Beytüs-Səfa” (Şamaxı), “Fövcil-Füsəha” (Lənkəran), “Məclisi-Üns” (Şuşa), “Məclisi-Fəramüşan” (Qarabağ), “Əncüməni- Şüəra” (Ordubad) kimi ədəbi məclislərdə rus mədəniyyəti nailiyyətlərinə, maarifçilik ideyalarına yiyələnən şairlərdən bəhrələnmək “kampaniyası”na üstünlük verilməsi idi. “Beytüs-Səfa” məclisinin təşkilatçısı, görkəmli şair S.Ə.Şirvani mədəni inteqrasiyanın qızğın tərəfdarı olmaqla, mütərəqqi düşüncə və ideyalarının, prinsiplərinin əməllərilə üst-üstə düşdüyünü sübuta yetirmişdir. Görkəmli şair dini təhsil almış olsa da, yeni üsullu məktəblərin açılmasına üstünlük verir və burada fəaliyyət göstərirdi. Onun görkəmli rus pedaqoqu A.O.Çernyayevski ilə yaxın dostluq əlaqəsi pedaqoji fəaliyyətinə əhəmiyyətli təsir göstərmişdi.
 XIX əsrdə Azərbaycanın Rusiya ilə inteqrasiyasına, mədəni əlaqələrin inkişaf dinamikasına güclü təsir göstərən əsas amillərdən biri də ölkədə yaranmış mətbuat oldu. 1875-ci ildə H.Zərdabi tərəfindən işıq üzü görən “Əkinçi” qəzeti Şərq dünyasında müasir üslubda nəşr edilən mətbu orqanı olduğu üçün böyük əks-səda doğurdu. Qəzetin Peterburq, Moskva, Cənubi Qafqaz, Dağıstan və İran müxbirləri var idi. Qəzet səhifələrində Avrasiya xalqlarının mədəniyyətinin təbliğ edilməsinə, tərcümələrə başlıca yer verilirdi. XIX əsrin axırlarında- yəni 1879-1890-cı illərdə Tiflisdə nəşr olunan azərbaycandilli “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül” qəzetlərində rus ədiblərindən Lermontov, Krılov və Şedrin və s. əsərlərinin Azərbaycan dilinə tərcümələri dərc edilirdi. Eyni vaxtda “Kəşkül” qəzetində görkəmli klassikimiz Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri rus dilinə tərcümə olunaraq dərc edilmişdi.
 1873-cü ildə Muğan bölgəsinin Privolnoye kəndində Rus imperiyasının Maarif nazirliyi rəsmi olaraq məktəb açdı. Əvvəllər iki sinifdən (oğlanlar və qızlar ayrılıqda) ibarət olan bu məktəb 1885-ci ildə “zemskoe normalnoe uçilişe” statusu aldı. O zaman bu məktəbdə 500 addan ibarət 10 000 nüsxə kitab fondu olan 2 kitabxana fəaliyyət göstərirdi. Kitabxananın biri şagirdlər üçün, digəri isə kütləvi oxucular üçün nəzərdə tutulmuşdu. Tarixi mənbələr göstərir ki, 19-cu əsrin axırlarında və 20-ci əsrin əvvəllərində müxtəlif vaxtlarda məktəbin bu zəngin kitab xəzinəsində Rus imperiyası Akademiyasının alimləri, Sankt-Peterburq və Kazan Universitetlərinin müəllimləri tədqiqat aparmış və Muğan torpağının qədim tarixi, coğrafiyası və etnoqrafiyasını öyrənmişlər. Məktəbin direktoru Rus imperiyası Maarif Nazirliyinin “yüksək dərəcəli pedaqoqu” sayılan, təcrübəli müəllim D.İ.İvanov familiyalı şəxs idi. Məhz onun səyləri nəticəsində fəaliyyət göstərən Muğanın ilk təhsil ocağında dərslər cəmi 4 ay- oktaybr ayının 15-dən dekabr ayının 15-ə qədər, bir ay fasilədən sonra yenə yanvar ayının 15-dən mart ayının 15-ə qədər keçirilirdi. Mənbələrdə göstərilir ki, 1889-cu ildə kənd icması tərəfindən yeni tədris binası tikilib istifadəyə verilmişdi. Həmin dərs ilində məktəbdə təhsil alan şagirdlərin sayı 450 nəfəri ötüb keçmişdi. 20-ci əsrin əvvəllərində bu məktəb digər kəndlərdə də siniflər açmağa başladı.

İbrahim Sel, “Avrasiya tarixinin bəzi aspektləri” kitabından