25.05.2016

Kainatın sərhədləri və ya Cingiz xanın ölümsüzlük arzusu

Mətləb Ağa

Hər kəsdə belədir yəqin. Müəyyən yaş dövrünə qədər adama elə gəlir ki, hər şey, özü də, ətrafındakılar da daimidir, əbədidir, zaman keçsə də, heç nə dəyişməyəcək, hər şey olduğutək qalacaq. Buna görə də, məchul gələcək adama maraqlı və əlçatmaz görünür. Uşaqsansa, böyümək istəyirsən, böyüklərə həsədlə, maraqla baxırsan. Və bir gün böyüyürsən, sonra, təbii ki, qocalırsan və bu dəfə ötüb keçmiş həyatın arxasınca ümidsizcəsinə baxmalı olursan. Baxırsan və başa düşürsən ki, nahaq tələsirdin. Amma, aydındır ki, əlindən ümumiyyətlə  heç nə gəlmir...
Nədən əmələ gəlir bu? Bəlkə, insan qocalıqca ölümə yaxınlaşdığındandır? Bəlkə, elə buna görə insan heç vaxt yaşadığı həyatın ölümlü olması ilə barışmır və bu onda bütün ömrü boyu əbədi var olmaq arzusunun (heç olmasa, arzusunun)  hakim olmasına gətirib çıxarır, bunun mümkün olmayacağını özlüyündə anlayır, ölümünə inanmasa da bir gün öləcəyini bilir, amma daimi həyatı, var olmanı şiddətli bir ehtirasla arzulayır. Dünya mədəniyyətlərində, dinlərində də bu istəyin ifadəsinə, müxtəlif variasiyalarda təzahürünə hər addımda rast gəlinir, müxtəlif adət-ənənələr, mədəniyyətlər, incəsənətlər, ədəbiyyatlar həm də bunun göstəricisidir ki, insan heç vaxt öləri olmağı ilə barışmır, barışmaq istəmir... 
Kəndimizi qonşu kəndlə birləşdirən bir yol var. Uşaqlıqda buradan o qədər keçib o qonşu kənddə, Xocalıda yaşayan Münəvvər bibimgilə getmişəm ki. Ancaq, bu yaxınlarda yenə də, o yolla keçib gedəndə, birdən fikir verib gördüm ki, sən demə, Salyan- Neftçala asfalt yolu bu kənd yolunun lap yaxınlığından keçirmiş, heç beş yüz metr uzaqlıqda da deyilmiş. Bəs necə olmuşdu ki, bu uzun illər boyu bunu görməmişdim? Bu yerlərdə həm də uşaqlıqda o qədər mal-qara otarmışdım ki. Ancaq yenə də, o yolun bu qədər yaxınlıqdan keçməsi heç vaxt diqqətimi çəkməyib. Elə bilmişəm ki, o yol çox-çox uzaqlardan keçir, gərək bir xeyli gedəsən ki, o asfalt  yola çatasan. 
Necə olub? Yəqin ki, bu sualın cavabı elə yuxarıdakı abzaslardadır. Uşaqlıqda hər şey insana uzaq, heç vaxt çatmayacağı məsafədə görünür. Ancaq, sonra bir gün aydın olur ki, o əlçatmaz bildiyi uzaqlıq əslində elə burada, yaxınlarda, burnunun ucundaymış. Çox yox, beş yüz metrlik uzaqlıqda.
***
Bu günlərdə baxdığım, National Geographic Channelin “Kainatın sərhədinə yolçuluq” adlı sənədli filmində deyilir ki, bizim Yer planeti kainatda qum dənəsindən də xırdadır. Lakin National Geographic Channelin bu iddiasına şübhəylə yanaşmaq olar. Hər halda, mən elə fikirləşirəm. Nədən ki, ölçüsü haqqında heç bir anlayışımızın olmadığı Yer bəlkə qum dənəsindən də kiçikdir və yaxud bu ölçü-zaman anlaşılmazlığında hər hansı müqayisə üçün qum dənəsi, meyvə çəyirdəyi, futbol topu ölçülərindən danışmaq belə yersiz görünmürmü? Filmin iddia etdiyi kimi, əgər kainatın sərhədi varsa, onda bu sərhədin mövcudluğu  hara qədərdir? Kainat bizim bildiyimiz, dərk etdiyimiz bir məkan ölçüsündədirmi ki, bir sərhədi də olsun? Bəlkə elə bizim Tanrı dediyimiz o İlahi də elə bu Kainatın özüdür?
***
Prosmer Merimenin “Tamanqo” povestini oxuyanlar bilir. Müstəsna gücə, ağla, başqalarını öz arxasınca aparmaq qabiliyyətinə, möhkəm xarakterə malik olan Tamanqo tamahı ucbatından öz zənci həmvətənlərini qul alverçisi, “Esperans” ikidorlu yelkənli gəmisinin kapitanı fransız Löduya dəyər-dəyməzinə satır, lakin sonradan iş elə gətirir ki, özü də satdığı zəncilərlə eyni taleyi paylaşmalı olur və Lödunun “Esperans”ının göyərtisinə düşür. İndi də yalnız özünü, öz mənafelərini düşünən Tamanqo xilas olmaqdan ötrü, satılmaq üçün aparılan (özü satdığı) qulları üsyana təhrik edir və bu dəfə könüllü Tamanqonun arxasınca gedən zəncilər Lödu başda olmaqla briqin (19-cu əsrdə ekspedisiya, ticarət və döyüş təyinatlı ikidorlu yelkənli gəmi) ekipajını büsbütün öldürüb gəmidəki hakimiyyəti ələ keçirirlər. Lakin bu zaman  hamıya aydın olur ki, zənciləri satılmaqdan, bir qarın çörəyə işləməkdən də betər bir gələcək gözləyir, (bilmirəm, “azadlıq hər şeydən üstündür, azad ölmək qul kimi yaşamaqdan min dəfə əfzəldir, filan” kimi şüarlar burada bir işə yarayırmı?) belə ki, bu qullardan heç biri bu fransız gəmisini idarə etməyi bacarmır, buna görə də, yenə də Tamanqonun təhrikiylə ağılsızcasına gəmidəki qayıqlara doluşub ucsuz-bucaqsız okeanda xilas olmağa can atır, ancaq bu dəfə də okeanda  boğulacaqlarını görüb yenidən  gəmiyə dönürlər. Əlbəttə ki, Tamanqonun bu avantürası zamanı da çoxlu ölənlər olur. 
Sonra da aclıq və susuzluqdan hamı bir-bir qırılır: ”Bir neçə gündən sonra “Esperans” gəmisindəki keçmiş heyətdən Tamanqoyla Aişədən başqa heç kim qalmamışdı”. Daha sonra Aişə də ölür, axıra tək qalmış Tamanqonu bir ingilis gəmisi xilas edir. Məhz ingilislərin fransızlarla düşmənçiliyi qiyamçı Tamanqonun boğazını dar ağacından qurtarır, çünki Lödu  və ekipajı fransızdı, biz artıq bunu bilirik. Nəhayətdə, hərbi orkestrdə simbal (zərb çalğı aləti)  çalan olan Tamanqonu çox içmək və sətəlcəm öldürür. İbrətamiz əhvalatdır. 
Yeri gəlmişkən, 1960-cı ildə “Azərbaycanfilm”də Prosper Merimenin “Matteo Falkone” adlı novellası əsasında qısametrajlı film də çəkilib ki, baş rolda da rəhmətlik Nodar Şaşıqoğlu oynayıb.
***
Deməli, insanın bacarığından və xarakterindən danışırıq.
Bir də, yuxarıda dediyim kimi, insanın ölümsüzlük, daima var olmaq, bu mümkün olmadıqca isə, həmişə xatırlanmaq, yadda qalmaq arzusu var. 
Buna assosiativ olaraq, çoxumuzun  bildiyi bir əhvalatı burda yazmazdan əvvəl, maraq üçün deyim ki, sən demə, dünya tarixində adı bilinən ilk terrorçu bu yazacağım əhvalatın baş qəhrəmanı Efesli Herostrat hesab olunur. Onun bu cəhətdən dünya tarixinin birincisi olmasınısa bu yaxında öyrənib bilmişəm. Yəni, tarixdə terrorçu adını ilk dəfə Herostrata yaraşdırmışlar. 
Ümumilikdəsə, Herostratla bağlı əhvalatı çoxdan oxumuşam. Yadınıza gəlirsə, Herostratla bağlı  həmin o məşhur əhvalatda deyilir ki, bu adam bizim eradan əvvəl 356-cı ildə dünyanın yeddi möcüzəsindən biri kimi tanınan, Efesdə yerləşən Artemida (Diana) məbədini yandırır ki, adı tarixə düşsün, insanların yaddaşında həmişə yaşasın, şöhrətlənsin və deməli, bununla  bir növ ölümsüzlük istəyi reallaşsın. 
Reallaşır da. Elə, ya belə. Necə də olsa,  biz bu gün Herostratı xatırlayırıq və onun istədiyi də bu deyildimi? Lakin, düzdür, bəzi tarixi mənbələr həm də bunu  iddia edirlər ki, əslində heç də bu cür olmayıb, yəni, məsələ çoxumuzun bildiyimiz o məşhur əhvalatdakı kimi deyil. 
Belə ki, Artemida məbədinin dələduz və tamahkar kahinləri xalqın məbədə verdiyi var-dövləti öz mənafeləri, ciblərinin xeyri üçün xərcləyiblər, ancaq bir gün işin üstü açılacağından qorxduqları üçün məbədi yandırıb cinayəti günahsız Efesli gənc Herostratın boynuna atıblar... Ola bilər...
***
Bir başqası da, ayrı yolla ölümsüzlük qazanmaq xəyalına düşüb ki, bunun haqqında da yazım.
Tarixçi və səyyah yazıçı, britaniyalı Con Men özünün məşhur “Çingiz xan” adlı tarixi romanında bu böyük fatehin həyatı, döyüşləri, arzuları və ölümü haqqında ətraflı danışıb. Düzdür, öyrəşdiyimiz tarixi romanlardan fərqli olaraq kitab çətin oxunur, bu da yəqin ki, görünür, müəllifin daha çox tarixi faktlara istinad etməsindən, çoxlu arxiv materiallarından faydalanmasından, dil sadəliyinin də əsərdə məhz bu arxiv faktlarının gölgəsində itib-batmasından irəli gəlir. 
Kitabı oxuyanda  fikirləşirsən ki, müəllifi, Koreya yarımadasından Macarıstana qədər uzanan nəhəng imperiyadan, bu imperiyanın qurulmasını şərtləndirən əzəmətli döyüşlərdən, ziddiyyətli şəxsiyyətlərdən, qarmaqarışıq hadisələrdən daha çox  məhz Çingiz xanın qəbrinin harada olması maraqlandırır.
Lakin nə qədər araşdırsa da, təxminən 500 səhifəlik kitabda belə, müəllif  bu sualla dəqiq cavab verə bilmir, baxmayaraq ki, Çingiz xanın adı keçən coğrafi yerləri müəllif özü şəxsən qarış-qarış gəzərək bu suala cavab axtarır. Doğrudan da, maraqlı məsələdir. Çingiz xanın qəbri harada yerləşir, necə olub? Əgər imperatorun qəbri bu gün də heç cür tapılmırsa və bu yüzilliklər boyu heç cür mümkün olmayıbsa, onda belə çıxmırmı ki, bu  mübhəmlik elə Çingiz xanın öz istəyilə yaranıb, yəni, məzarının yerinin heç kimin bilməməsini böyük Xan özü istəyib?
Bu vəziyyəti  Çingiz xanın ölümsüzlük arzusu ilə bağlamaq olarmı?
Başqa cür olduğunu fikirləşə bilmirəm..
Con Men özü də kitabında təsdiq edir ki, böyük hökmdar Çingiz, “Tsyunçen” (“Tam kamillik”) adlı bir daosizm təriqətinin başçısı, müdrik qoca Tsyançunu (qocanın bu adı “Əbədi Bahar” mənasındadır) elə-belə, boş yerə axtarıb görüşə dəvət etmirdi, ondan ölümsüzlüyün, heç olmasa, uzun ömürlülüyün sirrini öyrənmək istəyirdi. Təriqətin məşhurluğunun və Çingiz xanın diqqətini də cəlb etməsinin səbəbi məhz insan ömrünü uzatmaq ideyasını özünün əsas fəaliyyətinə daxil etməsi deyildisə, bəs nədəydi?!
Lakin, 10 min kilometrlik məsafədən, 4 illik  yolçuluqdan sonra Çingiz xanla görüşən (bu vaxt Çingiz xanın 62, Tsyançunun 73 yaşının olduğu deyilir) Tsyançundan uzun ömür üçün ona dərman gətirib-gətirməməsini soruşan imperator, müdrik qocadan “məndə həyatı qorumaq üçün dərman var, ancaq onu uzatmaq üçün yoxdur” cavabını eşidir və bu səbəbdən görüş məyusluqla bitir.
Onda, həyatını uzatmağa nail ola bilməyən Çingiz xanın, heç olmasa, öləndən sonra, məzarının yerini gizlətməklə özünə bir növ ölümsüzlük qazanmaq istəyi təbii görünmürmü? Mən məhz belə olduğuna inanıram. Görünən, ortada olan  bir qəbrin mövcudluğu, insanlara Çingiz xanın faniliyini, ölümlülüyünü xatırlatmayacaqdımı? Qəbir yoxdur və Çingiz xan ölümsüzdür, məkansızdır, göylərə çəkilib. İmperator öz ölümünə sirr qatmaqla özünü təkcə zamanının insanları yox, gələcək nəsillər üçün də ölümsüzləşdirəcəyini düşünüb, yəni, qoy gələcəkdə də insanlar elə fikirləşsinlər ki, Çingiz xan ölməyib, bir gün geri dönə və yenidən onlar üzərində hökmranlığa sahiblənə bilər.
Çingiz xan haqqında uydurulmuş Monqol nağıllarından birində əbəs yerə deyilmir ki, “Çingiz xan haradadır? O ölməyib... ağır yaralanmış Çingiz xan yuxuya gedir və bir daha oyanmır. Məgər Müqəddəs Çingiz özünü sağalda bilməz?! Bir gün o sağalanda ayılacaq və öz xalqını xilas edəcək.”
Yəqin elə bunun nəticəsidir ki, bu gün Monqolustanda Çingiz xanı müqəddəs ruh hesab edirlər. Ruhsa, əlbəttə ölməzdir. Deməli, Çingiz xan öz məqsədinə nail olub, özünü insanlar üçün ölümsüzləşdirməyi bacarıb.
***
Ancaq, mən başqa cür fikirləşirəm.
Ölümsüzlük insanın xarakterindən yaranan istəklərində və əməllərindədir.
Baxır ki, o nə düşünür və nə edir...
Baxmayaraq ki, fransız yazıçısı Andre Moruanın (1885 – 1967) təbirincə desək, insanın xarakteri elə bir şeydir ki, onu dəyişmək mümkün deyildir, ancaq ona təsir etmək mümkündür, lakin bu təsiretmə də əslində nəticəsiz bir şeydir, yəni, insan onu başqa cür olmağa məcbur edən mövcud şərait dəyişdikdən sonra, yenə də öz əvvəlki xarakterinə qayıdır.
Vəssəlam. 

24.05.2016

Sabir Nəsiroğlu - GÖYTƏPƏ MAHALI

Muğanın dağətəyi və meşəlik ərazilərində salınmış kənd və obaların da özünəməxsus zəngin tarixi vardır. Muğanın cənub şərq hissəsində ən bərəkətli və gözəl təbiətə malik olan torpaqlarda ta qədim zamanlardan salınmış kəndlərdən biri də indiki Gözbulaq kəndidir.
Bu kəndə qədimdə «Göytəpə» deyərlərmiş ki, bu da orada yerləşən böyük təpənin adı ilə əlaqədardır. Türkmənçay müqaviləsindən sonra bu kəndin üstündə yerləşdirilmiş rus kazaklarının xüsusi alayının düşərgə saldığı Göytəpənin adını sonralar özləri ilə təzə bir əraziyə- Prişib və Privolnoye kəndlərinin cənub hissəsindəki yaşayış düşərgəsinə- rus polkunun qərargahının yerləşdiyi «şəhərciyə» qoymuşlar. Araşdırmalar zamanı bu fikri təsdiqləyən müxtəlif sənədlərə rast gəlmək olur. Sənədlərdə göstərilir ki, Göytəpə kəndi Hasıllı kəndinin cənubunda, təxminən 8-10 verst aralı məsafədə yerləşmiş hündür bir təpənin ətrafında yerləşir. Həmin təpənin yaxınlığından, meşənin dərin qatlarındakı bulaqdan mənbəyini götürən eyni adlı çay kəndin cənub hissəsindən axaraq Xəzər dənizinin yaxınlığındakı qamışlığa tökülür. Çayın sahilində Ağdaş, Privolnoye, Prişib, Mixaylovskaya, Kazımabad, Ləngan və s. kəndlər yerləşir. 
Sənədlərdə daha sonra qeyd olunur ki, qədim Göytəpə kəndində yaşayan əhalinin tərkibi bir neçə tirədən və nəsildən ibarətdir. Cəmi 7 obada məskunlaşmış bu əhali 1830-1832-ci illərdə bir ailədən ibarət olub. Əhalinin sayı isə belə göstərilir - cəmi 83 nəfər. Onlardan 47-si kişi, 36 nəfəri qadınlardır. 15 yaşına çatan uşaqların sayı 24 nəfərdir.
İlk dəfə 1578-ci ilə aid mənbədə adı çəkilən Ağdaş toponiminin mənşəyi, mənası, yaranma tarixçəsini aydıınlaşdırmaq bir sıra cəhətlərinə görə çətin və dolaşıqdır. İndiki Ağdaşın (söhbət Cəlilabad rayonundakı Ağdaş kəndindən gedir - S.N.)  yaşayış məntəqəsinin yerləşdiyi  coğrafi mövqeyini, relyefini nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, «daş» komponenti «çöl, açıq şəhra, sahə, düzənlik» mənasında, «Ağ» isə doğma ana dilimizdə «ağımtıl (torpaqlı) çöl, boz (torpaqlı) səhra» sözlərinin birləşməsindən əməl gəlmişdir.
Onu da qeyd etmək istəyirəm ki, qədim Göytəpə kəndinin ən böyük məhəllələrindən biri Ağdaş olmuşdur. Qaradaş məhəlləsi isə  həmin kəndin şimal-qərb hissəsində yerləşmişdir. Nəci bulağının axarının əmələ gətirdiyi kiçik çayın vasitəsilə  indiki Gözbulaqdan ayrılmış qədim Ağdaş məhəlləsinin ərazisi hal-hazırda «Yurd yeri» adı ilə tanınır. 
Həmişə işıq, gün düşən, açıq sahə sayılan qədim Ağdaş məhəlləsinin evlərinin qalıqları və s. etnoqrafik əşyaların tapıntıları bunları sübut edir. Qaldı ki, Qaradaş (Qaraağac)  oykoniminə  bunu da əlavə etmək istədim ki, bu da «güney» və «quzey» sözlərinin azərbaycan dilində işlədilən formasıdır. Qara və yaxud qaramtıl dağın arxasında, gün düşməyən ərazini bildirən bu söz türk dillərində ən çox aşağıdakı mənalarda işlənir: a) «qara», qaranlıq, zülmət, tutqun; b) «sərt», qəmli, kədərli, bədbəxt; v) «mal-qara»- yığım-dəstə, xalq, camaat, qoşun; q) «Quru»-torpaq, təpə, hündür təpə və s.
İndiki Gözbulaq kəndinin tarixi və coğrafiyasını, onun etnoqrafiyasını tədqiq edərkən bizə məlum olur ki, həmin yaşayış məntəqsinin ətraf  torpaqlarında Ağdaş, Qaradaş, Sarıtorpaq, Ağbulaq, Qarasu, Sarıdərə adlarında toponimilər mövcuddur. Buna Gözbulağ kəndinin mərkəzində ucalan qədim yaşayış məntəqəsi Göytəpənin adını daşıyan hündür təpənin, möhtəşəm zirvənin adını da əlavə etmək olar.
Möhtəşəm adını indiyə qədər qoruyub saxlayan qədim Göytəpənin qoynunda, yaşıllıqlar arasında salınmış, gözəl mənzrəsi olan, təmiz təbiəti və qonaqpərvər, mehriban sakinləri ilə tanınmış bu günkü Gözbulaq kəndində 240 evdən ibarət kəndli təsərrüfatı, gözəl və yaraşıqlı məscid binası, geniş və işıqlı sinif otaqları ilə təmin olunmuş orta məktəb fəaliyyət göstərir. Gözbulaq kəndində hal-hazırda 1150 nəfərə yaxın əhali yaşayır. Kənddə əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Tarixi qaynaqlar xəbər verir ki, Muğan düzündə, ümumiyyətlə Azərbaycanın müxtəlif ərazilərində yaşamış tayfalar əsasən heyvandarlıqla məşğul olduqları üçün yaylaq və qışlaqlarda yaşamışlar. Yayda yaxşı otlaq yerləri axtarmaq üçün onlar dağlarda, qış mövsümündə isə ucu-bucağı görünməyən Muğan düzünə səpələnmişlər. Həmin ərazilərdə onlar yeni salınmış obalarda və yurd yerlərində təzə qonşu tayfalarla qaynayıb qarışmışlar. Buna misal olaraq göstərmək olar ki, Əcirli tayfasının tirələrindən olan Əmirxanlı və Bədirlilərin övladları artdıqca özləri yeni bir tayfa kimi arenaya çıxmışdılar. Əcirlilərin qız övladları ilə ailə qurmuş Əmirxanlılar  sadəcə olaraq özlərini Əcirli adlandıraraq Muğanın müxtəlif otlaq sahələrində məskunlaşırlar. Bədirlilər isə yuxarıda adını çəkdiyimiz digər Şahsevən tayfaları ilə qaynayıb-qarışaraq təzə əmələ gəlmiş  ailə və qəbilələri bəzən ayrıca tayfa kimi qələmə vermişlər. Məsələn, Cavadlı, Cəfərxanlı, Ramazanlı, Rüstəmxanlı, İsmayıllı, Alışbəyli, Bəndəlibəyli, Muradlı, Tahirbəyli, Curuğlu, Bünyadəlibəyli, Şıxlı və s.
Elə vaxtlar da olurdu ki, bu tayfa başçılarının oğullarından birinin övladları iki-üç nəsildən sonra doğulmuş övladlarına öz ata-babalarının və qardaş-bacılarının adlarını qoymuşlar. Nəticədə isə bu böyük ailələr yeni yaranmış «tayfa ittifaqlarına» müstəqil bir tayfa kimi  daxil olunublar.
Bu haqda F.Engels yazırdı: «Tayfalar bir neçə, əsasən iki tirəyə bölünürdülər. Əvvəlki tirələr  əhalinin sayı artdıqca bir neçə qəbilələrə də bölünməyə başlayırlar». (F.Engels. Proisxojdeniye semyi, çastnoy sobstvennosti i qosudarstva, M.1976, str.176).  
Bildiyimiz kimi, qədim və zəngin tarixə malik olan Muğanın karvan yolları boyunca bu günlərə kimi gəlib çatan süni torpaq  təpələr ulu xalqımızın zəngin keçmişinin yadigarlarıdır. Bu təpələr, necə deyərlər, dağlardan dağlaradək səpələnmişdir. Dağlar olmayan yerlərdə isə ulu babalarımız bu təpələri öz əlləri ilə qurmuşlar. Belə yüksəkliklərə qədim zamanlarda «gözçü yerləri» deyərlərmiş. Bu qədim təpələrdə bir-birlərinə mühüm xəbərlər ötürən «ocaq qalaları» olmuşdur. Deyilənlərə görə bu təpələrdə yandırılan ocağın işığı çox-çox uzaqlardan görünərmiş. Ocaqlar «parol» kimi bir-birləri ilə əlaqə saxlayırmışlar. Tək yananda-«əmin-amanlıqdır, amma ayıq olun», cüt yananda «dost gəlir, qarşılayın», yanıb-sönəndə-«düşmən əlindəyəm, özünü qoru, məni də qurtar»…
Karvan yolu boyunca uzanan bu təpələrdə poçt stansiyaları (çaparxanalar), xüsusi dayanacaqlar, karvansaralar, məscidlər və s. tikililər fəaliyyət göstərirdi.
Hər bir qalada və yaxud çaparxanada qorxmaz və cəsur igidlərdən ibarət «gözçülər dəstəsi» qoyardılar. Onlar gecə-gündüz at belində kənd və obalarla, qala və digər  yurd yerlərinin yaxınlığında olan çaparxanalarla əlaqə saxlayır, hər birindən  xəbər tutur, xəbər göndərirdilər. Belə «gözçü»  məntəqələrindən biri də «Xəlilabad» adlanırdı. 
Xəlilabad çaparxanası XIX əsrin ortalarında bir-birindən azacıq aralı məsafədə yerləşən qoşa «gözətçi təpələri»nin günbatan hissəsində salınmışdır. 1887-ci ilin kameral siyahıya alınmasına görə Xəlilabadda 45 ev olmuşdur. Əhalinin sayı isə 233 nəfər idi. 
Qədim diyarımızın tarixindən, onun əhalisinin həyat tərzindən ətraflı məlumat verən «Gündəlik»də müəllif L.Muğanlı ağsaqqalların və yaşlı ruhanilərin söhbətlərinə istinad edərək qeyd edir ki, 1839-1840-cı illərdə Göytəpədən rus qoşunları Hasıllıya hücum edərək onu darmadağın etmək istədilər. Lakin kəndin bütün əhalisi, qocalar və qadınlar, uşaqlar, hətta əlil olanlar belə, öz doğma ocaqlarının müdafiəsinə qalxdılar. Əhalinin günahsız olaraq qırılmaması üçün Seyid Xəlil Ağa düşmən qoşununun rəhbəri  ilə danışığa yollandı. Lakin bu zaman naməlum istiqamətdən gələn kazak atlıları Seyidə hücum etdilər. Onların arasında güclü döyüş başlandı. Seyid və onun Sadıq adlı bir Qaraağaclı faytonçusu ağır yaralandıqdan sonra həlak oldular. Kazak dəstəsindən isə 15-16 nəfər qətlə yetirilmişdi.
Sonralar Seyid Xəlilin döyüşdüyü və həlak olduğu yerdə, onun dəfn mərasimi keçirildi. Şəhid olmuş bu müqəddəs seyidin məzarı sitayiş yerinə çevrildi. Məzarın ətrafında bir neçə ailədən ibarət sakinlər üçün evlər tikildi və karvansara salındı. Deyilənlərə görə bu ailələrin arasında Seyid Xəlilin Savalan ətrafındakı yurdundan köçüb gələnlər də var idi. Elə bu səbəbdən yeni salınmış bu kəndə Xəlilabad adı verildi.  Xəlilabadın eləcə də digər yaxın kəndlərin salınmasında əsas rol oynamış Xəlilli toponimii haqqında bir az ətraflı məlumat toplamaq üçün arxiv sənədlərinə müraciət etdik. Araşdırmalar zamanı zəngin tarixi faktlarla və statistik qeydlərlə tanış ola bildik.
Tarixi məlumatlardan görünür ki, Hamarqışlaq, Albalan, (Qarabağ), Xəlilabad, Badamağacı, İncilli və s. kəndlərin sakinləri Xəlilli tayfasından ayrılmış tirə və nəsillərə mənsubdurlar. Onların da, digər Şahsevən tayfaları kimi çox maraqlı tarixi vardır. 
XIX əsrin axırlarına aid olan tarixi sənədlərdə qeyd olunur ki, demoqrafik siyahıyaalınmaya əsasən Xəlillilər hər iki cinsdən 1579 nəfər olmuş, 719 təsərrüfatda birləşmişlər. Onlar bu ərazidə 20-dən yuxarı kiçik oba və qışlaq şəkilində yurd salmış, ayrı-ayrı nəsil və yaxud tirə halında  alaçıqlarda yaşamışlar. Onlar yüz ildən çox bir dövr ərzində yarımköçəri maldar həyatı keçirmişlər. Həmin vaxta aid başqa bir sənəddə deyilir ki, Xəlillilər uzun zaman Qaradağ və Meşkin mahallarında yaşamış, yarımköçəri maldar olmuşlar. XIX əsrin əvvəllərində  həmişəlik Bolqarçayın  sag tərəfinə köçəndən sonra əkinçiliklə də məşğul olmuşlar. Onlar təzə məskunlaşmış obalarda, qonşuluqlarda yaşayan tayfalarla qohumluq əlaqəsinə girərək birgə təsərrüfatlarda çalışmışlar.
Tədqiqatçı-alim M.H.Vəliyev «Azərbaycan» (Bakı, 1925) kitabında qeyd edir ki, Azərbaycanın bütün ərazisində, o cümlədən Ağsu, Dəvəçi, İsmayıllı və Naxçıvanda mövcud olan Xəlilli  kəndləri də eyni adlı etnik qrupun miqrasiyası nəticəsində yaranan toponimilərdir. Müəllifin fikrincə, Qərbi Türküstandan XIII əsrdə Azərbaycana gəlmiş Xəlilli və digər tayfalar ağ Hunların «Qay adı ilə məhşur olmuş xüsusi  dəstəsinə aid  olmuşdur. («Azərbaycan» kitabı, səh. 398) N.A.Abelov onların XIX əsrdə köçəri həyat keçirən icmalardan ibarət olduğunu qeyd etmişdir.
Xəlillilərin çürükpapaqlılar tirəsinə mənsub olan ailələr keçən əsrdə baş vermiş rus-müsəlman hərbi toqquşmaları zamanı Ərdəbil ərazisinə köçərək, orada yeni yaşayış məntəqəsi bina etmişlər. Onların məskunlaşdığı bu kənd «Xəlilabad» adıyla indiyə kimi mövcuddur. Bu kənddə yaşayan xəlillilər qonşu kəndlərin əhalisi tərəfindən yeni adla «Oruslular», yəni «Rusiya» ərazisindən köçüb gələnlər» kimi adlandırılırlar.
Çürükpapaqlıların (onlar aşılanmamış qoyun dərisindən papaq geyərlərmiş, elə buna görə də onlara bu ad verilib) bir hissəsi hal-hazırda indiki Xəlilabad kəndində yığcam halda yaşayırlar, eyni adlı məhəllə indiyə qədər mövcuddur.
Gözbulağın cənub-şərqində olan Vənlik kəndi XIX əsrin ikinci yarısında salınmışdır. Əhalinin əsas məşğuliyyəti maldarlıqdır. Ağacan bəy Şirinbəy oğlu adlı bir şəxs tərəfindən salınmış bu kəndin əhalisi demək olar ki, bir ailənin övladlarından əmələ gəlmişdir. 1907-ci ildə vəfat etmiş Ağacan bəy öz vəsiyyətinə görə bu kəndin mərkəzində yerləşən doğma mülkünün həyətində dəfn olunmuşdur. Ailənin digər üzvlərinin məzarları isə Pirhəsən və Ağdaş qəbristanlığındadır. Vənliyə yaxın olan Fətullahqışlaq da elə həmin tirədən əmələ gələn yeni nəslin saldığı obadan yaranmış bir yaşayış məntəqəsidir. Əvvəllər bu kənd Oğrubulaq kəndi ilə yanaşı Abışabad kənd ərazi vahidinin tərkibində olub. Ona görə ki, bu kəndlərin əhalisi eləcə də Ağacan bəyin əcdadları qədim zamanlarda Sufidəşt mahalında birgə yaşayıblar. Eyni tayfadan ayrılan bu yeni tirələr və nəsillər özləri üçün obalar, yurd yerləri, yaylaq və qışlaqlar salmaq üçün Muğanın ərazisində səpələniblər.
Yuxarıda adlarını çəkdiyimiz Vənlik, Fətullahqışlaq və Oğrubulaq kənd torpaqlarının sahibi Ağacan bəy Kərbəlayi Şirin oğlu XVIII əsrin ortalarında Sufidəşt mahalına köçüb gəlmiş İraq türkmanlarından çıxmış bayat tayfasının Məhəmmədi tirəsindəndir. L.Muğanlının yazdığına görə Məhəmməd və İbrahim qardaşları Sufidəştə gələndə hər ikisi  subay idilər. Nadir şahın ordusunda xidmətə yazılan Məhəmmədin böyük qardaşı İbrahim anadangəlmə şikəst olduğu üçün ailə qura bilməyib və ömrünün axırına qədər subay qalaraq sonsuz, yəni övladsız olub. Onların bir öküzü var idi. Onlar bu öküzü kəndlərdə əkin əkmək üçün icarəyə verirdilər və ondan alınan qazanc ilə dolanırdılar. Lakin həmin öküz iş vaxtı zədələnir və daha iş qabiliyyətində olmur. Məhəmməd isə Nadir şahın ordusunda xidmət edirdi. Elə buna görə də şahın şəxsi əmri ilə Seyid Abbas Xan (Talış xanı) bu qardaşların məskunlaşdığı ərazini onlara bağışlayır. Həmin kəndə, vergi tutulmasın deyə «xüsusi status» sərəncamı verilir. Elə buna görə də həmin kənd  «Şiləvəngə», yəni «Şil, əlil öküzün kəndi» adı ilə tanınır.
Qədim Gözbulağın ətrafında meşəliklərdə salınmış Axtaxana, Darılıq, Ağbulaq, Qaraağac, İncilli, Qoşabulaq, Çünzəli, və s. kəndlər tariximizin dünənki günündən, əcdadlarımızın məşğul olduqları maldarlıq həyatından xəbər verirlər. 
Əmiralılar – tayfasının məskunlaşdığı yaşayış məntəqələrindən biri indiki Qaraağac kəndidir. Kəndin bünövrəsini qoyan Əmiralılar nəsli bu əraziyə 1828-ci ilin ortalarında köçüb gəliblər. Əmiralılar əslən Qaradağ mahalından çıxmış və zadəgan təbəqəsinə mənsub ailələrdən ibarət olublar. Qaradağ mahalının Arazboyu torpaqlarında yerləşən Aslandüz nahiyəsində uzun müddət məskunlaşmış Əmiralılar 9 qardaş və 3 bacıdan ibarət olmuşdur. Bu ailənin kiçik oğlu Məhəmməd bəy Əmiralıbəy oğlu və onun həyat yoldaşı Bədircahan xanım, iki oğlu - Əlixan və Qaraxanla indiki Qaraağac kəndinin ərazisində ilk ev - binə qurmuş ailələrdən biri olmuşdur. L.Muğanlı 1910-15-ci illərdə tərtib etdiyi «Gündəlik»də qeyd edir ki, o zamanlar bu ərazidə məskunlaşan hər bir ailənin qurduğu obada «nəsil ağacı» deyilən köklü bir ağac əkilərmiş və adət-ənənəyə görə bu mərasim ailənin kiçik oğlan övladının adı ilə bağlayarmışlar. Bununla da həmin yurd yerinə adı çəkilən şəxsin adını qoyarmışlar. Məhəmməd bəy Əmralı bəy oğlunun məskunlaşdığı bu binə Qaraxanın əkdiyi ağacla adlandırılaraq Qaraağac, yəni «Qaraxanın əkdiyi ağacın binəsi» - həyəti, ocağı, pələdi və s. adlarla tanınmağa başlayıb. Kameral xidmətinin və Yer quruluşu komitəsinin Lənkəran qəzası üzrə Vergitutma reyestr kitabına istinad edərək Leyla xanım Muğanlı özünün tərtib etdiyi «Gündəlik»də yazır ki, «Qaraxanın oğlu Əlizamin Burovardan olan Həmzəbəyin nəvəsi Badisəbah xanımla ailə həyatı qurur. Onların bu izdivacdan bir oğlu və bir qızı olur. Əlizamin cavan yaşlarında dünyasını dəyişir. Onun dul qalmış həyat yoldaşı Badisəbah xanım 5 yaşlı oğlu Ramazanı qayınatasının evində saxlayaraq 3 yaşlı qızı Cahannisəni götürüb, ata evinə qayıdır. Yaşlı sakinlərin məlumatına görə Cahannisə xanım ömrünün son günlərinə kimi Zəhrada yaşayıb. (Zəhra kəndi onların baba yurdu olub)
Əlizamin bəyin oğlu Ramazan isə Qaraağacda babasının himayəsində tərbiyə alır. Ramazan 12 yaşında olarkən onu ana babasının yaşadığı Zəhra kəndindəki mədrəsədə dini təhsil almağa göndərirlər. Molla məktəbini bitirmiş Ramazan bacısının təkidi ilə Zəhra kəndində daimi olaraq yaşamağa qərar verir. Kəndin axundu Seyid Hüseyn ağanın yeganə övladı olan Fatmanisə xanımla ailə həyatı qurur. Onların ilk övladı olur. Axundun şərəfinə bu uşağın adını Qulamhüseyn qoyurlar. Ramazan Səttərxan hərəkatının iştirakçısı olduğu üçün Şah rejimi tərəfindən həbs olunur və ailəsi ilə birlikdə İranın şimal-şərqində olan Dərəgəz mahalına sürgün olunur. 1943-cü ildə Dərəgəzdə vəfat edir. Onun oğlu Qulamhüseyn isə Tudə partiyasının fəal üzvü idi. 1947-ci ildə həbs olunmasından ehtiyyat edərək İran-SSRİ sərhəd xəttinin yaxınlığında yerləşən Lütfabad kəndində yaşayan dostlarının köməyi ilə dövlət sərhəddini gecə vaxtı keçərək Türkmənistan ərazisinə qaçır. Sərhədə yaxın Artık dəmiryol stansiyasına gəlir və sərhəd keşikçiləri olan Sovet əsgərlərinə könüllü olaraq təslim olur. Sovetlər ölkəsinə pənah gətirən Qulamhüseyn Ramazan oğlu Qazaxıstanın Cambul vilayətindəki Merke rayonunda ailə həyatı qurur və ömrünün sonuna kimi orada yaşayır. 1988-ci ildə vəfat edir. Məzarı Merke kəndində yerləşən «iranlılar» qəbristanlığındadır.
Məhəmməd bəyin digər oğlu Əlixanın da cəmi bir oğlu olub. Onun adını Mirəli qoyublar. Doğum günü Həzrət Əlinin təvəllüd gününə təsadüf etdiyi üçün Əlixan bəy yeganə övladını onun şərəfinə adlandırmışdır. O zamanlar nəsil, tayfa, tirə öz söyköklərini unutmamaq üçün valideynlər çalışırdılar ki, öz övladlarına ata-babalarının, yaxın qohumlarının və müqəddəslərin adlarını qoysunlar. Elə bu səbəbdən də bu uşaq Əli xan bəyin adını daşımalı olur. Kameral xidmətinin Vergitutma kitablarına əsasən bu nəslin davamçısı olan Məhəmmədin ailəsində 1877-ci ildə 2 ekiz oğlan dünyaya göz açır. Onlardan birinin adı Ağamalı, digərinin isə Əmiralı qoyulur.
Qeyd olunur ki, yeni doğulmuş Əmiralını el arasında babasının şərəfinə Mirəli bəy deyə çağırırdılar. Rus-İran sərhəddində keşik çəkən polkun zabit və əsgərləri isə Mirəli bəyə «Qaraxan» ləqəbini vermişdilər. 1913-18-ci illərə aid sənədlərdə qeyd olunur ki, Əmiralı bəy bir neçə il Qaradağlı (Soltankənd) kəndində kətta vəzifəsini (starosta-S.N.) daşımışdır. Mirəli bəy əslən seyidlərdən olan Ucarud mahalındakı Mirixanlı kəndinin kətdasının yeganə övladı olan Hüsniyyə adlı bir xanımla ailə həyatı qurur.
1898-ci ildə onların ilk övladı olur. Uşağın adını Məhəmmədəli qoyurlar. O, 1924-cü ildə Düymə adlı bir xanımla ailə həyatı qurur. Sadəcə olaraq Məmməd adı ilə tanınan bu şəxsin övladları Əmiralılar nəslinin son davamçıları kimi bu günə qədər indiki Qaraağac və ona yaxın olan kəndlərdə yaşayırlar. Mirəli bəyin digər qardaşı Ağamalı bəy və onun oğlu Əmiraslan bəy 1921-ci ildə faciəli surətdə vəfat etmişdir. Onun digər 2 oğlu Qasım və Zeynalabdin və bir qızı Gülcahan Germi yaxınlığındakı Zəhra kəndində məskunlaşmışlar.
Qeyd etmək lazımdır ki, Əmiralılar tayfasının törəmələri- nəvə və nəticələri, kötücələri Lənkəran, Masallı, Biləsuvar, Sabirabad və Neftçala rayonlarında digər tayfa və tirələrlə qohumluq əlaqəsinə girərək birgə yaşayırlar. 
Burovar dağlarının yaşıl yamaclarında məskunlaşmış Badamağacı və Burovar kəndlərinin əhalisinin tərkibində  Tahirlilər xüsusi yer tuturlar. Tahirlilər də Cəfərlilər ilə yanaşı seyid ailələrinə mənsubdurlar.
Tədqiqatçı-alim M.Vəliyev (Baharlı) «Azərbaycan» (B., 1925) kitabında yazır ki, Seyidlər adı ilə tanınan bu adamlar türkləşmiş ərəblərin  nəslindəndirlər. Ərəbistanda yaşamış Qüreyş  qəbiləsinə mənsub olmuş və Azərbaycana Səfəvilər hakimiyyəti dövründə gəlmişlər. Əvvəllər cənubi Azərbaycan, sonralar isə Şimali Azərbaycanın ərazisinə yayılmışlar. Tahirlilər digər seyid ailələri kimi Cəlilabad rayonunun müxtəlif kənd və obalarında məskunlaşmışlar. Tahirlilərdən ayrılan bir neçə göbəy və yaxud nəsil rayonun bir neçə yaşayış məntəqəsinin bünövrəsini qoymuşlar (Uzuntəpə kəndinin bir hissəsi vaxtı ilə  Tahirkəndi adlanıb. Ondan bir az aralı, kəndin şimal hissəsində İsmayıl obası yerləşirdi). İkinci göbəyə isə Hacı Cavadlı tirəsi deyirlər. Vaxtı ilə onlar  Vənlik, Fətullahqışlaq və Oğrubulaq ərazisində yaşayıblar. Hacı Cavadın həmin yerlərdə qışlaqları, oba yerləri olub. Sonradan  o, həmin obaları daimi olaraq öz dayısı Ağacan bəyə bağışlayır. Hacı Cavad öz ailəsi və böyük oğlu Fətullahın ailəsi ilə birlikdə İbrahim bəyin obasına pənah gətirir. İbrahim bəyin Vərgədüz mahalındakı  doğma yurdlarında vəfatından sonra onun oğlanları bu torpaqları daimi istifadə üçün Seyid nəslindən olan Hacı Cavadlı ailəsinə ərməğan edirlər. Beləliklə, İbrahim obası yeni adla «Hacı Cavadlı obası (kəndi)» kimi tanınır. Yuxarıda adların çəkdiyimiz kəndlərdə Hacı Cavadın övladları  Fətullah və Cəbrayılın nəslindən olanlar hal-hazırda da yaşayırlar.
Bu kəndlərdən çox da uzaq olmayan Komanlı kəndi  öz adını XII-XIII əsrlərdə  Azərbaycana yürüş etmiş Monqol qoşunlarının tərkibində olan tayfaların yadigarı kimi saxlayır. Lakin, bu günə kimi tarixdə öz adını qoruyub saxlamış Komanlı kəndinin hazırkı əhalisinin əsas tərkibi Cəfərli tirəsinə mənsubdurlar. Buna baxmayaraq, onlardan əmələ gəlmiş bir neçə ailə və nəsil yeni adla, tayfa və tirə kimi adlanırlar. Misal üçün, qeyd etmək lazımdır ki, hal-hazırda Komanlıda Kəlbə Əsgərli tirəsi kimi tanınan ailələr bütövlükdə cəfərlilərə məxsusdurlar. Kəndin digər sakinləri isə Komanlıya köçməmişdən əvvəl yaşadıqları yurd  yerlərinin  və yaxud ailə başçılarının adı ilə müxtəlif göbəylərə bölünürlər. Məsələn, Soruslu, Rəhimli, Dinili və s.
Komanlıya yaxın olan ən məhşur kəndlərdən biri olan Bəcirəvan iki böyük köçdən - yurd yerindən ibarətdir. Aralarında təxminən 2-3 km məsafə olan bu yaşayış məntəqələri  Böyük Bəcirəvan və kiçik Bəcirəvan haqqında kifayət qədər məlumat əldə etmişik. Bizə aydın olmuşdur ki,  Bəcirəvan kəndi əsasən bu yerlərə köçüb gəlmiş qədim Bəcirəvan şəhərinin sakinləri  tərəfindən salınmışdır.
Belə rəvayət olunur ki, guya qədim Bəcirəvan şəhərinin əhalisi ilanların hücumuna məruz qalaraq öz doğma ocaqlarını ataraq Muğan düzünə səpələnmişlər. Hal-hazırda Muğanda mövcud olan Bəcirəvan kəndlərinin əhalisinin demək olar ki, bir-birləri ilə qohumdurlar.
Həmdullah Qəzvini özünün «Nüzxət əl-klub» əsərində qeyd edir ki, Bəcirəvan Muğanın ən böyük şəhərlərindən olmuşdur. XIII əsrdə isə monqolların hücumu nəticəsində viran edilmiş və sonralar abadlaşaraq kəndə çevrilmişdir. Daha sonra H.Qəzvini qeyd edir ki, Bəcirəvanın içərisindən keçən çay Biləsuvarın içərisindən də keçir. Bəcirəvan şəhərinin əhalisi mənbəyini dağların qoynundakı bulaqlardan alan çayın suyu ilə təmin olunur, əhalisi əkinçiliklə, əsasən dənli bitkilər əkməklə məşğul olurdular. İbn Əl-Əsirin verdiyi məlumatlardan aydın olur ki, Bəcirəvan Araz çayının cənubunda yerləşirmiş. Digər ərəb tarixçisi Əl-İstəxri də öz əsəri «Kitabi masalik və əl-mamalik»də Bəcirəvan şəhərini Azərbaycanın Təbriz, Bərzənd, Muğan və digər şəhərləri ilə bərabər sayaraq qeyd edir ki, Bəcirəvan şəhəri böyüklüyünə görə yuxarıda adları çəkilən şəhərlərə «bənzəyir».
«Tarixi-Dərbəndnamə»nin müəllifi Bəcirəvanın Muğanda ən böyük şəhər olduğunu göstərir. A.Bakıxanov məşhur «Gülüstani - İrəm» əsərində qədim mənbələrə əsaslanaraq Muğanda olan bir çox şəhərlərin, o cümlədən Həməşara, Muğan, Bərzənd, Bəcirəvan, Biləsuvar və s. adlarını çəkir. Rayonumuzun ərazisində olan Bəcirəvan kəndi, eləcə də Muğanın şimal-şərq hissəsində yerləşən eyni adlı kəndlər vaxtilə qədim Bəcirəvan şəhərindən köçüb gəlmiş əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin qalıqlarıdır. Yəqin ki, hal-hazırda bu kəndlərdə yaşayan sakinlərin müəyyən bir hissəsi o zamankı əhalinin övladlarındandırlar.
Bəcirəvandan bir az aralı, təxminən 1831-1833-cü ildə əsası qoyulmuş Rus kazak qvardiya polkunun qərargahının yerləşməsi nəticəsində kiçik bir rus pravoslav kəndi əmələ gəlir. 1838-1841-ci illərdə isə Rusiyanın daxili rayonlarından Muğana rus kəndlərinin «köçürülməsi» başlanır. 
Tarixçilər qeyd edirlər ki, «Hasıllı kəndinin günçıxan hissəsində  «Russkiy Asul» və Petrovka deyilən  məhəllələr salındı. Lənkəranda, Astarada, Qızılağacda və Biləsuvarada rus istehkamları  (postları) quruldu. Elə həmin ərəfələrdə  «mərkəz» tərəfindən Talış-Muğan əyalətində «rusların yerləşdirilməsi» planı tərtib olundu. Azərbaycanın Talış xanlığında ilk rus kəndləri - Privolnoye, Vel, Prişib, Nikolayevka, Novoqolovka, Alekseyevka, Mixaylovskaya və s. yaşayış məntəqələri yarandı (Bax: «Sehrli diyarın sirri», Həmşəhri, 1976, s.41).
Rus İmperiyasının cənubunda Muğanın ucqar torpaqlarında yerləşən bu kiçik kənd və digər yaşayış məntəqələri haqqında o vaxtın mətbuatında verilmiş bəzi yazılarda və arxiv materiallarında belə qeyd olunur: «Muğan Rus imperiyasının nəzarəti altına düşür. İmperiyanın hüdudlarında Azərbaycan, xüsusən onun Xəzərboyu cənub əyalətləri həm siyasi, həm də iqtisadi əhəmiyyət kəsb edirdi. Bununla da Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi nəticəsində böyük və qüdrətli Azərbaycan xalqı öz dövlət bütövlüyünü itirərək zorla iki hissəyə bölündü. Azərbaycanın bir parçası olan Muğan diyarı Çar Rusiyasının zadəganlarının və sənaye sahiblərinin ticarət yarmarkasına, onların xammal bazasına çevrildi. Qədim Muğan diyarında az bir vaxtda rus kəndləri inşa olundu.
Ruslarla yanaşı, ukraynalılar, polyaklar, yəhudilər, almanlar, estonlar, latışlar, və s.   avropamənşəli millətlər məskunlaşırlar. 1920-ci ilin inzibati-ərazi bölgüsində göstərilir ki, Muğanda 57 rus kəndi olmuşdur. Göytəpə sərhədi qoruma idarəsinin kameral-xidmətinin məlumatında qeyd olunur ki, «1914-cü il yanvar və fevral aylarında Muğanda ən böyük yaşayış məntəqələri sayılan Privolnoye, Pokrovka, Nikolayevka, Qriqoryevka, Arxangelovka, Andreyevka, Novoqolka və Konstantinovka kəndlərinin əhalisi Muğanın cənubunda olan yararlı torpaq sahələrini tamamilə öz əllərinə keçirmişlər. (Bax: İQAMO, fond 413, d.52,p.13)
Bu hərbi-siyasi «planlar» Muğan diyarının yeni tarixinin səhifələrinin «şəcərə»sinə həkk olunmuşdu.
XIX əsrin axırlarında Privolnoye kəndində fəaliyyət göstərən ibtidai məktəbin direktoru D.İ.İvanovun 1878-1880-cı illərdə hazırladığı «Vətənşünaslıq» («Rodinovedeniye») dərsliyində deyilir: «Prişib kəndi Rusiya imperiyasının cənub sərhədlərində rusların ən böyük yaşayış məntəqələrindən biridir. O, Göytəpə çayının sol sahilində  yerləşir.183 həyətdən ibarət olan bu kənddə 900 nəfərə yaxın əhali yaşayır. Əhalinin tərkibi molokanlardan ibarətdir. Həştərxan quberniyasındakı eyni adlı Prişib kəndindən sürgün olunublar. Buna görə də onlar öz doğma kəndlərinin adını Muğanda məskunlaşdıqları əraziyə - indiki kəndə veriblər.
Hazırda Prişibdə molokanların iki ibadətxanası (Molebnya) və bir dini məhəllə məktəbi vardır. Kəndin ərazisində  poçt-rabitə stansiyası, kömürkxana, qonaq evi və xəstəxana fəaliyyət göstərir». 
1876-cı ildə Peterburq şəhərində nəşr olunmuş «Qafqaz-general-qubernatorunun siyasi-inzibati-məlumatı» kitabında oxuyuruq: «Türkmənçay» müqaviləsindən sonra Prişibə köçmüş müsəlman kəndliləri Şipovun nəzarət qalasının (post) cənub-şərq hissəsində   Göytəpə çayının sahilindəki düzənlik yerdə məskən salmışlar. Onların içərisində üç savadlı molla, iki sınıqçı və bir neçə təbib vardır. Uzuntəpə, Biləsuvar, Germi, Şəhriyar və Sədəbazar kəndlərindən köçüb gəlmiş bu kəndlilərin  yaxşı «cümə bazarı» olmasına baxmayaraq, onlar Prişib bazarına da gəlib ruslarla alver edirlər».
İndiki Göytəpə (Prişib) şəhərində memarlıq cəhətdən maraqlı bir abidə vardır. «Müqəddəs Olqa kilsəsi» adını daşıyan bu abidə 1868-ci ildə Prişibin cənubunda yerləşən Mixaylovskaya kəndində salınmışdır. Bu kilsə inşa edildikdən sonra, kənd sadəcə olaraq Pravoslavnoye kimi adlandırılmışdır. (Rəsmi sənədlərdə isə Mixaylovskaya adını daşıyırdı-S.N.)
Yuxarıda adını çəkdiyimiz  «Vətənşünaslıq» dərsliyinin tərtibçisi D.İ.İvanov yazırdı: «Pravoslavnoye kəndi 1864-cü ildə 33-cü qvardiya polkunun bura gəlməsi nəticəsində yaranmışdır. Kəndin əhalisi polkun zabitlərindən ibarət olmuşdur. Kəndə əvvəl Mixaylovskaya deyirdilər ki, orada birinci «müqəddəs ata» Mixail adında bir keşiş idi. Kənddə elə həmin il bir rus kilsəsi fəaliyyətə  başlamışdır. Kilsə Talış meşəsindən kəsilib gətirilmiş xüsusi ağaclardan  tikilmüşdür. Sonralar, yəni 1868-ci ildə pasxa bayramı günü həmin kilsənin yerində yenisi Qırmızı kərpicdən tikilməyə başlanmışdır».
Bu gözəl abidə haqqında rəsmi sənədlərdən aşağıdakı qeydləri oxuyuruq: «Prişibin qarşısında, yəni Göytəpə çayının sağ sahilində 1864-cü ildə salınmış Pravoslavnoye kəndi yerləşir. İndi həmin bu kənddə Muğanda yeganə olaraq pravoslav məzhəbinə mənsub olan kilsə yerləşir. Qırmızı kərpicdən hörülmüş bu kilsənin əsası 30 aprel 1868-ci ildə qoyulmuşdur. Kilsənin tikintisində Qafqazın general qubernatoru Böyük knyaz İ.İ. və knyaginya Olqa Fyodrovnanın böyük rolu olmuşdur. Hazırda Pravoslavnoye kəndində ruslardan ibarət 351 nəfərlik əhali yaşayır. Bundan başqa orada 350-yə yaxın müsəlmanlardan ibarət əhali məskunlaşmışdır (yəni azərbaycanlılar). Müsəlmanlar bura əsasən qədim Göytəpə kəndindən köçürülmüşlər. Həmin kənddə indi 33-cü polkun ştabı yerləşir. Pravoslavnoye kəndində indi Sebidaş polis  pristavının qərargahı, aptek, şəriət məhkəməsi və bir neçə dükan var. Bundan başqa burada 10 çarpayılıq xəstəxana, uşaq evi, iki siniflik ibtidai məktəb və mədrəsə açılıb. Kənd zəlzələdən sonra korluq çəkir».
1898-ci ilin əvvəlində Moskvada nəşr olunan «Din və həyat» (Bu jurnalın əvvəlki 9 nömrəsi «Din və Azadlıq» adı altında nəşr olunmuşdur-S.N.) jurnalında balaca bir məqalə dərc olunmuşdur. Bu məqalə bütün Avropada kiçik Pravoslavnoye kəndinin şöhrətini daha da artırmışdır. Jurnalda çap olunmuş bu yazıda qeyd olunurdu: «Lənkəran uyezdində Göytəpə çayının sağ sahilində təpədə tikilmiş pravoslav kilsəsinin ətrafında salınmış Mixaylovskaya kəndi Pravoslavnoye adını daşıyır. Burada yaşayan yerli tatarlar (azərbaycanlılar-S.N.) və Prişib kəndində yaşayan molokanlar kəndin əsas əhalisi sayılan pravoslav rusları ilə olduqca mehriban və səmimidirlər. 1898-ci ildə Prişib və Mixaylovskaya birləşərək «beynəlmiləl şəhərciyə» çevrilmişdir. Həmin il çayın sahilində, bazarın yanında müsəlmanlar üçün hamam və karvansara binaları tikilib istifadəyə verilmişdir».
1898-ci il 8 iyun. Həmin gün molokanların Prişib və pravoslav məzhəbil rusların Mixaylovskaya kəndləri rəsmən birləşirlər. Bu yaşayış məntəqəsi əvvəllər Prişib-Pravoslavnoye, sonralar isə ona öz doğma yurdlarının adına - «Göytəpə» deyirdilər. 1811 nəfərdən ibarət olan bu beynəlmiləl şəhərdə 3 xəstəxana, (ikisi şəxsi, biri isə dövlət xəstəxanası), 2 şəxsi aptek, 2 bazar, karvansara, baytarlıq məntəqəsi, qonaq evi, 2 qiraətxana, 2 poçt idarəsi, hamam, şəriət məhkəməsi, polis idarəsi, bir neçə ərzaq dükanı, yeməkxana, 1 şəxsi mədrəsə, molokanların ibadətxanası, subbotniklərin dini mərasimlər keçirmək üçün icma-xeyriyyə evləri və s. var idi. Prişibin günbatan səmtində, ondan təxminən 2-3 km aralıda, Muğanın cənub torpaqlarında rusların məskunlaşdıqları  ən böyük yaşayış məntəqəsi yerləşir. Bir neçə xırda rus yaşayış məntəqələrinin-xutorların birləşməsi nəticəsində  yaranmış bu kəndə Privolnoye deyirlər. Yaşlı sakinlərin söylədiklərinə görə bu kəndin bünövrəsi 1838-ci ildə qoyulmuşdur. Balakleya, Balaşovskaya, Çerkesskaya və Mazonskaya məhəllələrindən ibarət olan Privolnoye kəndinin əhalisinin tərkibi subbotnik məzhəbli ruslardan ibarətdir. Onlar buraya Tersk vilayətinin Qizlyər, Stavropol  quberniyasının Praskoveya, Həştərxan quberniyasının Prişib və Balakleya, Yenisey quberniyasının Yudino, Saratov quberniyasının Mazon və Dubrovki, habelə Balaşov qəzasının müxtəlif  kənd və digər yaşayış məntəqələrindən köçürülmüşlər.
Rusiyanın torpaqlarında kilsəyə itaət etməkdən boyun qaçıran subbotnik məzhəbli bu kəndlilər Muğanda düşərgə salmış, geniş otlaq sahələrinə, yaraşıqlı mənzərəsinə və gözəl təbiətinə malik olan yeni yurdlarına  Privolnoye kəndi (yəni «azadlıqda olma», «firavanlıqda yaşamaq» deməkdir)   adını verirlər. Privolnoye əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və  əkinçilik idi.
XIX əsrin ikinci yarısında Rus imperiyasının cənub torpaqlarında ən çox inkişaf etmiş bu kənddə yerli sənaye obyektləri, o cümlədən 11 kərpic zavodu, hər birisi dördqəbuledici  sexdən ibarət olan 4 su dəyirmanı, yağ emalı zavodu, kürəxanalar, kənd təsərrüfatı üçün müxtəlif çeşidli dəzgahlar hazırlayan emalatxanalar və s. fəaliyyəət göstərirdi.
Privolnoye kəndində yaşayan sənətkarlar- dəmirçilər, çəkməçilər, araba təkərləri düzəldən ustalar, taxta çəllək düzəldənlər, dülgərlər, ev tikən ustalar bütün Muğanda şöhrət qazanmışdılar.
Privolnoye kəndində subbotniklərin 4 sinoqoqu və 4 dini məhəlli məktəbləri fəaliyyət göstərirdi. Kənd əhalisinin (1873-cü ilin statistik məlumatlarına əsasən) demək olar ki, 94%-i qədim yəhudi (ivrit) dilində yazıb oxumağı bacarırdılar. 
Maraqlıdır, 1873-cü ildə Privolnoye kəndində Rus imperiyasının Maarif Nazirliyi rəsmi olaraq məktəb açmışdır. Əvvəllər iki sinifdən (oğlanlar və qızlar ayrı-ayrılıqda) ibarət olan bu məktəb 1885-ci ildə «zemskoe normalnoe uçilişe» statusunu alır. O zaman bu məktəbdə 500 addan ibarət olan 10 000 nüsxə kitab fondu olan 2 kitabxana fəaliyyət göstərirdi. Kitabxananın biri şagirdlər üçün, digəri isə kütləvi oxucular üçün idi.
Tarixi mənbələrdə qeyd edilir ki, XIX əsrin axırlarında və XX əsrin əvvəllərində müxtəlif  vaxtlarda məktəbin bu zəngin kitab xəzinəsində  Rus imperiyası Akademiyasının alimləri, Sankt-Peterburq və Kazan Universitetlərinin müəllimləri tədqiqat aparmış və Muğan torpağının qədim tarixi, coğrafiyası və etnoqrafiyası ilə yaxından tanış olmuşlar. 
Məktəbin direktoru, Rus imperiyası Maarif Nazirliyinin «yüksək dərəcəli pedaqoqu» sayılan, təcrübəli müəllim D.İ.İvanov familiyalı bir şəxs idi. Məhz onun səyləri nəticəsində fəaliyyət göstərən Muğanın bu ilk təhsil ocağında dərslər cəmi 4 ay - oktyabr ayının 15-dən, dekabr ayının 15-ə qədər, bir ay fasilədən sonra yenə yanvar ayının 15-dən mart ayının 15-ə qədər keçirilirdi. Mənbələrdə göstərilir ki, 1889-cu ildə kənd icması tərəfindən məktəb üçün yeni bir tədris binası tikilib istifadəyə verilmişdi. Həmin dərs ilində məktəbdə təhsil alan şagirdlərin sayı 450 nəfəri ötüb keçmişdi. XX əsrin əvvəllərində bu məktəb yeni salınmış xutorlarda siniflər açmağa başladı. Bunlardan biri  «Privolnenskiye xutora» deyilən ərazidə (indiki Səttərxan küçəsi, Sovet hakimiyyəti dövründə əvvəllər Nərimanovka, sonralar isə «Kirovka kəndi»  adı ilə mövcud  idi-S.N.), digəri isə Yeni Petrovka kəndində (Tolstoy küçəsi) yerləşirdi. Subbotniklərin (Privolnoyedən çıxmış əhalinin) məskunlaşdıqları Sviridovka və Naftuluq kəndlərində  isə əhalinin təhsili ancaq dini icmalar tərəfindən müəyyənləşdirilirdi. 
Privolnoye kəndində 1904-cü il yanvarın 1-ə olan statistik  məlumata əsasən 490 tüstü çıxan (dım) təsərrüfat var idi ki, burada cəmisi 2589 nəfər əhali yaşayırdı. Onlardan 1195 nəfəri kişi, 1394 nəfər isə qadın idi. 
Muğanın cənuubunda yerləşən digər rus yaşaış məntəqələrində  isə əhalinin sayı  belə göstərilir. 1904-cü ildə tərtib olunmuş vergitutma sənədlərində  qeyd olunur ki, yanvarın 1-ə kimi Petrovka kəndində  64 təsərrüfatda yaşayan 752 nəfər əhalidən 374 nəfəri kişi, 378-i qadın, Pokrovka kəndində  249 təsərrüfatda yaşayan 1621 nəfər əhalidən  912 nəfəri kişi, 709-u qadın, Qriqoryevka kəndində  (indiki Üçtəpə kəndi) 177 evdə yaşayan əhalidən 500 nəfəri kişi, 425 nəfəri qadın (cəmisi 925), Andreyevka kəndində 148 evdə yaşayan 421 nəfərdən 216-sı kişi, 205-i qadın, Astraxanka kəndində 66 evdə yaşayan 330 nəfərdən 160-ı kişi, 170-i qadın; Novoqolovka kəndində 181 evdə yaşayan 1260 nəfərdən 645-i kişi, 615-i qadın, Pravoslavnoye kəndində 175 evdə yaşayan 660 nəfər əhalidən 340 nəfəri kişi, 320 nəfəri qadın, Prişib kəndində  223 evdə yaşayan 1221 nəfər əhalidən 554 nəfəri kişi, 670 nəfəri isə qadındır. 
Ümumiyyətlə, Muğanın cənubunda yerləşən Astraxanbazar rayonun ərazisində 1904-cü ildə yaşayan əhalinin sayı milli tərkibinə görə belə idi. 9 rus kəndində 1773 təsərrüfat formalaşmışdı ki, burada da cəmi 9782 nəfər əhali yaşayırdı. Onlardan 4896 nəfəri kişi, 4886 nəfəri isə qadın olub.
Milli azlıq kimi sayılan talışların kütləvi halda yaşadıqları 2 kənddə 150 təsərrüfat olmuşdur. Onların əhalisinin sayı isə belə göstərilmişdir. Cəmisi: 1390 nəfər  (870 nəfər kişi, 520 nəfər qadın).
Tatarlar adı ilə qələmə alınmış azərbaycanlıların isə cəm halda məskunlaşdıqları 120 yaşayış məntəqəsində 3150 təsərrüfat mövcud idi. Bu kənd və obalarda məskunlaşmış 25644 nəfər əhalidən 13598 nəfəri kişi, 12046 nəfəri isə qadından ibarət olub.
Əsasən əkinçiliklə və heyvandarlıqla məşğul olan azərbaycanlıların yaşadıqları ən böyük yaşayış məntəqəsi Hasıllı, ikinci böyük kənd Alar idi. O zamanlar Aların əhalisi 1390 nəfər, ən kiçik yaşayış məntəqəsi olan Oğrubulaq kəndinin əhalisi isə cəmisi 19 nəfər olmuşdur.
Yuxarıda adlarını çəkdiyimiz bütün kənd və obalar rəsmiləşdirilmiş qaydada 22 inzibati ərazi bölgüsünə daxil olan xüsusi sahələrdə idarə olunurdular. Mahalın bütün ərazisi Prişib polis dairəsinin pristavına tabe idi. Dövlət əhəmiyyətli bütün idarələrin nümayəndələrinin Prişib kəndində kontorları (idarələri) fəaliyyət göstərirdi.
***
Hələ orta əsrlərdən biri karvan yolunun üstündə yerləşən Göytəpə mahalına növbəti səyahətimizi belə tamamladıq.
Xalqımızın qədimliyini, ata-babalarımızın min illərlə bu torpağa bağlılığını təsdiq edən dəlil və sübutların əsasında, sadəcə olaraq onların əziz xatirəsinə hörmət əlaməti olaraq, Ağayar Şükürov yazır ki, «Əsl məna məzmununa malik olan yeganə tarix varsa, o da mifdir. Ənənəvi mədəniyyət nöqteyi-nəzərinə görə biz nə ediriksə, miflərdə təsvir olunanlardan başqa bir şey deyildir».
Yeri gəlmişkən qeyd etməliyik ki,  məi yüzilliklər keçdikdən sonra bu günkü tariximiz gələcək nəsil üçün mif ola bilər. Mifi, tarixi yaradan məhz xalqdır».
Bəli, tarix millətin keçmişinin, bu gününün, dastançısıdır. Tarix millətin varlığını əks etdirən güzgüdür. Tarix xalqların  müqəddəs kitabı olmalıdır. Onların məişətinin, fəaliyyətinin güzgüsü, əcdadlarının sonrakı nəsillərə vəsiyyəti olmalıdır. Qoy bizim bu kitabımız da Azərbaycan xalqına öz tarixinin başlanğıcını tapmaqda  yardımçı olsun. 
Hörmətli oxucu, sizin nəzərinizə Qafqazın görkəmli  bir aliminin bu müdrik kəlamını çatdırmaq pis olmazdı: «Millətin süqutu o zaman başlayır ki, o öz tarixini unudur… Öz tarixini unudan millət  də millət sayıla bilməz». Elə bunu nəzərə alaraq mən bu yazını görkəmli xalq şairimiz, Azərbaycan torpağını qarış-qarış gəzmiş, onun tarixini, etnoqrafiyası və adət-ənənələrini dərindən bilən Bəxtiyar Vahabzadənin sözləri ilə bitirirəm:

Xalqın tarixini bilməyən insan, 
Özünü tanımaz, sözünü bilməz.
Bulaq çeşməsindən su içən heyvan,
İçdiyi çeşmənin gözünü bilməz.

"Gizli Həqiqət: Nurçuluq və Səid Nursi gerçəkliyi" kitabının yazılma səbəbi

Cavid Cabbarlı

XX əsr özündən əvvəkli dövrlərlə müqayisədə çox fərqlidir. Tarixidə  XX əsrdə olduğu qədər inkişaf  müşahidə olunmayıb və XX əsrdə baş verən cinayət hadisələri əvvəlki on doqquz əsrdəki cinayətlərdən təqribən iki dəfə çoxdur. Nəticə etibarı ilə texniki inkişaf cinayət faktlarının sayını çoxaldıb. Deməli, ümumi şəkildə inkişaf bəşəri xilas etmək iqtidarında deyil. Elmi və texniki inkişafla bərabər, mənəvi və ruhi təkamül də lazımdır ki, bəşər, ən böyük düşməni hesab olunan cəhalətdən qurtula bilsin.
Təbii ki, cəhalət bütün sahələrdə olduğu kimi dində də öz mənfi təsirini göstərir. Məhz cəhalət səbəbindən dində yüzlərlə cərəyan və hərəkat peyda olub. Belə cərəyanlardan biri də nurçuluqdur.
Nurçuluq günümüzün çox təhlükəli hərəkatlarından hesab olunur. Biz bu kitab vasitəsilə oxuculara nurçuluq barəsində geniş məlumat verməyə çalışacağıq. Amma əvvəlcə Allah-Təalanın Müqəddəs Kitabında qeyd olunan ayəni diqqətinizə çatdırmaq istəyirəm.
Ulu Tanrım Ali-İmran surəsində insanları birliyə, vəhdətə səsləyir. Vəhdət müqəddəs bir dəyərin ətrafında baş tutarsa bəşərin xilası, əks halda zəlaləti olar. Ayədə göstərilir ki, Allahın ipindən (Quran və sonuncu din olan İslam) möhkəm yapışın. Eyni zamanda xüsusi vurğu ilə “ayrılmayın” deyir. Nədən və kimdən ayrılmamaq isə açıq şəkildə başa düşülür.
Vəhdət bəşərin səadəti üçün çox zəruri göstərişdir. Bəs günümüzdə bu mövzunun yeri hardadır? Heç bir şübhə etmədən deyə bilərik ki, vəhdət günümüzün əsas ehtiyacıdır. Quran, Məhəmməd (s), Qiblə və Əhli-beytə sevgi vəhdətin əsas mənbəyidir.
İslamla əkiz olan, Həzrət Məhəmmədin (s) möcüzələrindən sayılan Qurani-Kərim dönə-dönə müsəlmanları birliyə, qardaşlığa və anlaşmaya dəvət edir. Hucurat surəsinin 10-cu ayəsində bu fikir daha da qüvvətləndirilib: “Həqiqətən möminlər qardaşdırlar. Elə isə iki qardaşınızı bir-biri ilə mehriban edin və Allahdan qorxun; bəlkə rəhm olunasınız”.
Ali-İmran surəsinin 105-ci ayəsində isə müsəlmanlar arasında qərəzli şəkildə ixtilaf və düşmənçilik yaradan şəxslər ilahi əzabla qorxudulurlar: “Açıq-aşkar dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar”.
Bu mövzuda kifayət qədər ayə göstərmək olar ki, bəşəri qardaşlığa səsləyir, ixtilafdan və məntiqsiz ayrı-seçkilikdən uzaqlaşdırır.
Quranda ən gözəl ülgü kimi göstərilən və İslam dininin dərkində yeganə nümunə olduğu qeyd olunan Əziz İslam Peyğəmbərinin və bütün nöqsanlardan uzaq tutulan məsum Əhli-Beytin (ə) davranışlarında vəhdətə meyl daim müşahidə olunub. Bu pak zatlar bütün əməl və sözlərində vəhdət məsələsini xüsusi vurğulayıb, ixtilafdan çəkinməyi isə təkidlə tapşırıblar. Misal olaraq göstərə bilərəm ki, Əziz Peyğəmbərimizin (s) Məkkədən Yəsribə hicrət edəndən sonra gördüyü ilk işlərdən biri də mühacirlərlə (Məkkədən Peyğəmbərlə Yəsribə köçən müsəlmanlar)  ənsarlar (Yəsribdə həzrət Məhəmmədə və onunla gələn müsəlmanlara yardım edən müsəlmanlar) arasında qardaşlıq əqdini bağlamaq oldu (Sireyi-ibn Hişam, I cild, səh. 337-338).
Həzrət Məhəmməd (s) bütün fəaliyyəti dövründə yalnız Allahı inkar edən şəxslərlə (kafirlər və müşriklərlə) mübarizə aparmışdı. Həzrət hədislərinin birində buyurur: “Kim “La ilahə illəllah” deyib Allahdan başqa tanrıları rədd etsə, Allah onun malını və qanını başqalarına haram edər. Bu adamın hesabı da yalnız Allaha aiddir” (Səhihi-Muslim, İman, 37).
Başqa bir yerdə isə belə buyurur: “Hər kim “Allahdan başqa tanrı yoxdur; o, təkdir və şəriksizdir. Məhəmməd (s) Allahın bəndəsi və elçisidir”- desə, heç kimin ona toxunmağa haqqı yoxdur. Yalnız həddi pozarsa (günah edərsə), haqqında cəza tətbiq olunmalıdır” (Sünəni-İbn Macə, 2539).
İndi isə Əhli-beytin (ə) davranışına baxaq; 
Həzrəti Əli (ə) məşhur “Şiqşiqiyyə” xütbəsində Peyğəmbərdən sonrakı vəziyyətini belə şərh edir: “Fikirləşəndən sonra bu nəticəyə gəldim ki, səbir etmək ağla daha uyğundur. Ona görə də gözünə tikan batmış, boğazında sümük qalmış adam kimi səbr etdim...”
Başqa xutbəsində isə belə deyir: “Mən gördüm ki, səbir etmək müsəlmanlar arasında təfriqə salıb qan tökməkdən daha yaxşıdır. Çünki camaat İslam dinini yenicə qəbul etmişdi. Din, qaynayıb üzünə köpük çıxmış südə bənzəyirdi. Azacıq diqqətsizlik və tərpəniş nəticəsində korlana bilərdi” (İbn Əbil-Hədid - Nəhcul-bəlağənin şərhi, 8-ci cild).
Həzrət (ə) misirlilərə yazdığı məktubda ürəkağrısı ilə qeyd edir: “Gördüm ki, bəziləri dindən dönüb, Peyğəmbərin dinini məhv etmək üçün çalışırlar. Belə bir şəraitdə qorxdum ki, əgər Allahın dininə yardım etməsəm, İslam küfrə məğlub olar, ya da tamam məhv olar. Bunu görmək mənim üçün sizin üzərinizdə hakimliyi itirməkdən daha ağırdır...”
İmam Əli (ə) firqələrə parçalanan, siyasi qruplaşmalara qoşulub bir-birinə qarşı silah çəkən müsəlmanları birləşdirməyə çalışır: “Cammat, fitnə dalğalarını nicat gəmisi ilə yarıb parçalayın! İxtilaf və nifrət törətməkdən əl çəkin! Fəxr və lovğalıq tacını kənara qoyun!”
Yaranmış ixtilafların səbəbi;
Quran insanları birliyə çağırdığı, Əziz Peyğəmbərimiz (s) və Əhli-Beyt (ə) bütün fəaliyyətləri dövründə vəhdət yaratmağa çalışdıqları halda ixtilaf və qarşıdurmaların səbəbi nə ola bilər? Bu sualın cavabını araşdırmazdan əvvəl bir neçə sual da əlavə edim. Çünki, suallar müxtəlif olsa, zaman və məkan baxımından fərqli yerlərdə, fərqli zamanlarda deyilsə də cavablar eynidir. Peyğəmbərdən (s) sonra İlahi göstərişə niyə əməl olunmadı? Həzrət Hüseyn (ə) niyə şəhid edildi? Zamanın sahibi, sonuncu İlahi Höccət (ə.f) niyə qeybdədir?
Bu suallara cavab olaraq və bu vaxta qədər müsəlmanlar arasında vəhdətə mane olan səbəblər aşağıdakılardan ibarətdir:
Cahillik; 
Müsəlmanların vəhdətinə mane olan birinci səbəb cahillik və məlumatsızlıqdır. Məzhəblər arası qarşıdurma məhz bu səbəbdən alovlanır. Tərəflərin kifayət qədər elmə sahib olmamaları, qarşı tərəfin əqidə və əhkam məsələləri haqqında məlumatsızlıq sonda ixtilafa səbəb olur.
İnadkarlıq;
İnadkarlıq cəhalətdən yaranan xasiyyətdir. Həqiqəti dərk etməkdə insana mane olur. İnsan həqiqəti anlasa da inadkarlıqdan onu qəbul etmir.
Təəssübkeşlik;
Adətən yersiz təəssübkeşlik insanı həqiqətdən xeyli uzaq salır. Buna misal olaraq Məkkə müşriklərini göstərə bilərəm. Onlar ata-babalarının dininin təəssübünü çəkib İslamı qəbul etməkdən imtina edirdilər.
Uzun arzular və nəfsi istəklərin əsiri olmaq;
Uzun və reallıqdan xeyli uzaq olan arzular, eyni zamanda nəfsi istəklərin əsiri olmaq insanla həqiqət arasında qalın pərdə yaradar. İnsan həqiqətdən uzaq olduqca dini dəyərlərin mahiyyətini də anlamaz. Uzun arzuları, şeytana əsir olması ona batili həqiqət, həqiqəti də batil simasında göstərər. Bu zaman nə İslamın çox önəm verdiyi vəhdət mövzusu, nə də digər dəyərlərin mahiyyəti qalmaz. 
Siyasi amillər;
Birləşməyin qarşısında dayanan əsas səbəblərdən biri də özünü supergüc hesab edən dövlətlərin siyasi maraqlarıdır.
Bu dövlətlər İslam dünyasında idarəçiliyə nəzarət eləmək üçün müsəlman dövlətləri arasında süni ixtilaflar yaratmaqla, siyasi maraqlarını təmin edirlər. Yuxarıda qeyd etdiyim səbəbləri görmədiklərindən müsəlman rəhbərləri İslam dünyasını imperialist Qərbin siyasi maraqlarına qurban verirlər.
Qərb və Avropa ölkələri çox yaxşı anlayır ki, İslam dünyasında ixtilaf olmasa müsəlmanlar bütün dünyada rəhbərliyi ələ alacaqlar. Quranda qeyd olunur ki, “Allah yanında ən kamil din İslamdır”. Qərb ölkələri bu həqiqəti çox yaxşı anlayır. Ona görə də məzhəblər arası ayrı-seçkilik salır, yaxud yeni cərəyanlar yaradıb dəstəkləyirlər.
Kiçik araşdırma aparsaq görərik ki, son iki-üç əsrdə İslamda yaranan bütün cərəyanların arxasında Qərb imperializminin barmağı var. Əsas məqsəd isə İslam dünyasında vəhdətə mane olmaq və müsəlmanları daim təzyiq altında saxlamaqdır.
İslam dünyasının görkəmli alimləri Qərbin bu hiyləsini başa düşüb və gərəkən addımlar atıblar. Xüsusən, XX əsrdə məzhəblər arası dostluq və qardaşlığın yaranması istiqamətində ciddi fəaliyyətə rast gəlmək mümkündür. Əl-Əhzər Universitetinin rektoru Şeyx Səlim Bişri Seyyid Şərafuddin Amili ilə bir qədər məktublaşandan sonra etiraf edir: 
“Mən təəssübkeş və zalım şəxslərin töhmətlərinə uyaraq şiələr haqqında yanlış təsəvvürdə idim. Çox şükür olsun ki, Allah bizim birləşməyimiz üçün şərait yaratdı, mən sizin bələdçiliyiniz altında elm çırağınızın nurundan bəhrələndim. Bunun üçün aləmlərin rəbbi olan Allaha həmd edirəm” (Əl-Muraciat – Seyyid Şərafuddin).
Təəssüflər olsun ki, islam mütəfəkkirlərinin səyinə baxmayaraq, Qərb öz məkrli siyasətindən əl çəkmir. Hər il milyonlarla vəsait ayrılır. Sirr deyil ki, bu vəsait ancaq müsəlmanlar arasında qarşıdurma yaratmağa və islam dünyasını parçalamağa sərf olunur. Batil əqidə ilə yüklənmiş “cahil müsəlman”lar Qərbin əlində islama qarşı ən kəsici silahdır.
Yaxın və Orta Şərq Qərb, xüsusən ABŞ üçün çox əhəmiyyətli region hesab olunur. Bu region həm enerji ehtiyatlarına və quru sahələrinin çoxluğuna, həm də əhalisinin böyük əksəriyyətinin müsəlman olduğuna görə,  Qərbin diqqət mərkəzindədir. Şərq insanını idarə etmək üçün “Qərb demokratiyası” yetərli deyil. On dörd əsr zatı, varlığı islam qaydaları ilə yoğrulan millətləri Avropa dəyərləri ram edə bilməz.
Qərb də istədiyi vaxt bu cür cərəyanları çox asanlıqla və peşəkarcasına ortaya çıxara bilir. 
Belə cərəyanlardan biri və dövrümüz üçün ən təhlükəlisi Nurçuluqdur. Bu cərəyan bir tәriqәt kimi fәаliyyәt göstәrdiyini iddia eləsə də siyasi hərəkat görüntüsünü gizlədə bilmir. Tez bir zamanda dünya miqyasında yayılması və cəmiyyətə nüfuz etmə səbəbləri müxtəlifdir. Təhsil, elm, kreativ düşüncə, müasirlik və modern islam adı ilə olunan təqdimat nurçuluğu tez ayaq üstə qoydu. Seçilmiş taktika uğurlu olduğu üçün Qərbin dəstəyi də özünü çox gözlətmədi. Nəticədə digər cərəyanlardan fərqli olaraq hələ ki, həqiqətlə toqquşduğunu ört-basdır etməyə nail olan nurçuluq insanlarda dinlə bağlı ciddi şübhələr yarada bilib. Xüsusən bir əsrə yaxın dini maarifdən uzaq qalan Azərbaycan vətəndaşının nurçuluğun zəhərli təbliğatına daha tez uya biləcəyi ehtimalındayam.
17 dekabr 2013-cü il tarixdə Türkiyədə kütləvi həbslər nurçuluq mövzusunu bir daha gündəmə gətirdi. O vaxtdan etibarən nurçuluğun təhlükəli cərəyan olduğunu iddia edənlər iddialarını daha açıq şəkildə bəyan edə bildilər. Bu da, insanlar arasında nurçuluğa qarşı ən azı şübhələr yaratdı.
Nurçu Hərəkatı çox yeni cərəyan olduğu üçün onun barəsində geniş və əhatəli ədəbiyyat qıtlığı yaşanır. Buna görə də Nurçuluğun yaranması, məqsədi və fəaliyyət istiqamətləri barədə etibarlı mənbələrə istinad edərək bəzi məlumatları kitab formasında oxucuların ixtiyarına qoymağı özümə borc bildim. Çox ümid edirəm ki, bu işim həqiqi dinə xidmət olaraq, Uca Yaradanım tərəfindən qəbul ediləcək!

Hacı Fərman Azançı - ALLAHIN QAPISIN DÖY!

Allah sənə əcir versin,
Bəndədən pay umma, Şair.
Qələminlə heyrətləndir,
Sən'ətindən soyma, Şair.

Yatmışları sözlə oyat,
Saf eşq ilə yaz, qoş, yarat
Hər ötən il, ay, gün, saat
Mərufundan doyma, Şair.

Günəş yanar, göz qamaşar,
Ay gecələr işıq saçar.
Bismillah de, şeytan qaçar,
Kor şeytana uyma, Şair.

124 min Peyqəmbər,
14 məsum həqqı söylər,
Hər gün tazə tər şeirlər,
Yaz, həq sözdən qalma, Şair.

İncil, Tövrat, Zəbur, Qur'an,
Heç sınarmı mömin olan?
Qarnına daş bağla dolan,
Zallimnən pay alma, Şair.

Xələtini Rəhmandan al,
Əhli beytin yolunda qal,
Get Allahın qapısın çal,
Başqa qapı çalma, Şair.

Həqdən gözəl bir söz hanı,
Həqdə sevər həqq yazanı,
Azançısan, ver azanı,
Çox xəyala dalma, Şair.

23.05.2016

İbrahim Sel - Mənim mübarizəm

FORMADA OLMAQ ÜÇÜN OXUMALI

 Azərbaycanda mütaliə etməyin də istirahət etmək üçün vasitə olmasıyla çox az adam razılaşar. İlk növbədə mən bu adamları salamlayıram. Borxesin gözəl bir sözü var: Çoxları yazdığı kitablarla fəxr edir, mən isə oxuduqlarımla. Demək olar ki, 6-cı sinifdən başlayaraq mütəmadı mütaliə edirəm. Hal-azırda bəzi arakəsmələri çıxmaq şərti ilə, 20 ilə yaxındır ki, aya təxminən 3 kitabın materialını oxuyuram. Mütaliə həm də formada olmağa kömək edir. Ən böyük nailiyyətim odur ki, Riqvedada məbudların tərif və mədhinə həsr olunmuş 1017 nəğmənin hamısını oxumuşam. Odur ki fəaliyyətimin ritorikası nəğməyə köklənib. Son illər demək olar ki azərbaycanca oxumuram, geniş materialları rus dilində internetdən oxuyuram. Əgər əvvəl tutaq ki, aya bir kitabın materialını oxuyurdumsa, indi arada internet kəsilərsə, özümdə aya bir kitab yazmağa qadir güc hiss edirəm. Çünki oxu yaradıcılığa aparır. İnternet imkan vermir, sosial şəbəkələrdəki fəaliyyət və sayt işləri vaxt alır. Mən əyalətdə yaşayıram, bizdə adətən güclü yağış, ya külək olanda internet kəsilir. Bax kitablarımı da elə onda yazıram. Sadəcə illərlə topladığım və nişanladığım materiallardan eyni mövzuda olanlarını qruplaşdırıb formaya salıram. Olur kitab. Deyim ki, bu iş mənə həddən artıq zövq verir. Sosial şəbəkələrdəki fəaliyyət isə əlbəttə ki, əsəb gərginliyi gətirir. Xalqımız informasiya blokadasına alınıb, bir çox məsələlər haqda yanlış təsəvvürə malikdir. Bəziləri yapışdığını zəli kimi tutub buraxmır. İnformasiya boşluğu var. Çalışırıq ki, imkanlarımız daxilində o boşluğu dolduraq. Öyrənməliyik və başqalarına da öyrətməliyik. Hal-hazırda xalqımız altevnativ xəbər mənbələri axtarır. Müəyyən aclıq hiss olunur. Rəsmi və müxalifət mediası eyni dirijorun çubuğundan çıxan yalanları yeritməkdədir. Həqiqətsə dərinliklərdədir. Həqiqəti axtaranlar internet dərinliklərinə baş vurmalıdırlar!

YARADICILIQ AXTARIŞLARININ GƏTİRDİYİ HƏZZ

 Ari-slavyan sivilizasiyalarının tədqiqi deməzdim ki, mənim hobbimdir, bu bəlkə də mənim ikinci həyatımdır. O qədər elektron kitablar, materiallar toplamışam ki, nəinki onları tədqiq etməyə, təkcə oxumağa yeddi ömür bəs etməz. Bundan sonra oxumalı olacağım kitablar haqqında fikirləşəndə özümü xoşbəxt adam hesab edirəm. Allahdan ömür diləməyim də məhz buna görədir; toplanan materialları sortirovka etmək, kitab halına salmaq, xalqa, gələcək nəsillərə çatdırmaq lazımdır. Öyrəniləsi şeylər həddindən artıq çox, insan həyatı isə olduqca qısadır. Jül Renar deyirdi: “Ömrün birini rəssamlıq naminə, digərini musiqi naminə və i.a. sürməkdən ötrü yenidən dünyaya gəlmək lazımdır. Beləliklə, bizə çatışmayan biliyə üç yüz-dörd yüz il ərzində yiyələnmək mümkün olar”. Oxumaqdan aldığım həzzi heç nədən almıram. Öz sevimli tədqiqat sahələrim var və özümü tanıyandan həmin sahələri araşdırmaqla məşğul olmuşam. İrəliləyişlər var. Adəm və Həvvanın almaya qədərki dövrünü bilməsəm də, Nuh əyyamından sonrakı dövr haqqında müəyyən təsəvvürə malikəm. Birinci mogikan haqqında olmasa da, sonuncu mogikan haqqında kifayət qədər məlumat əldə etmişəm. Zəhmətimin bəhrələrindən biri qədim Allahlar haqqında yazdığım kitabdır, lakin yəqin ki onu heç vaxt çap etdirməyəcəm, çünki bizim şiə teologiyası ilə uyğun gəlmir. İşım tələsik gedir. Şablon da olsa deyim ki, gələcək nəsillər üçün işləyirəm. Ömrü boyu axtarışlarda olan adamın axtardığını tapdığı anları təsvir etmək üçün nə dərəcədə güclü yazar qələminə malik olmalısan, bilmirəm. Maraqlandığın detalları bəzən trivial hipotezlərdə axtarırsan, qədim miflərdə tapırsan və ya lap hansısa bir toponimikada, deyilişdə də tutursan. Axtarışın hədəfi hansısa elmi monoqrafiya da ola bilər, sosial şəbəkədə adi bir tarixçinin çəkib paylaşdığı bir şəkil də. Qeyri-şüuri şəkildə ötüb keçsən də, beyin siqnalı götürür və yenidən həmin mətnə qayıdıb alt qatına baxmalı, internetdə həmin istiqamətdə yenidən eşələnməli olursan. Jül Renar deyirdi: “Həqiqət onu bir neçə il axtarıb tapmamağımıza dəyər”. Əlbəttə, ərsəyə gələn əsərlərin hamısı gərgin əməyin, arasıkəsilməz axtarışların nəticəsidir. Bu məsələlərlə maraqlanmaq istəyənlər üçün deyim ki, cəmiyyətdəki Gizli Xazariyyanı araşdırmaq və tanımaq Pаsаrqаdın, Tәхti-Cәmşidin vә Şuşun kitаbә vә divаr rәsmlәrini şәrh еtmәkdәn dаhа zәruridir. Çünki Gizli Xazariyyanı tanımaq bu gün ölüm-dirim məsələsidir.

DİSTANSİYA QAYDASI

 Hərdən tanımadığımız adamlar dostluq atır, izah etməli olursan ki, anonim profillərdən gələn dostluğu qəbul etmirsən. Daha doğrusu tanımadıqlarını qəbul edirsən, amma real olmayanları qəbul etmirsən. Görüşməyə can atırlar, amma elə qəliz suallar verirlər, fikirləşirsən ki, həmin məsələlər axı onun nəyinə lazımdır və onu niyə maraqlandırmalıdır ki? Hər kəs ona lazım olan həddə bilməlidir. Bizimlə yalnız vizual tanışlıq mümkündür, amma axıra kimi dərk etməyə çalışmaq bizi sizdən uzaqlaşdırar. Dərin kommunikasiyaya girməyə ehtiyac yoxdur. İkincisi də qayda belədir: qoy heç kəs sənin imkanlarının həddini bilməsin, əks halda onları məyus etmiş olarsan. Mənim fikrimcə, biz kalibrdə adamlar daxili aləmlərinin görünməsinə heç vaxt imkan verməməlidirlər. Hər halda buna çalışmaq lazımdır. Adama onun bütün bacarığı və qüvvəsi göz qabağında olduqda deyil, o tanınmadıqda və şübhə yaratdıqda daha çox hörmət edirlər. Hörmət qıtlığından şikayətlənmirik, amma hər kəs nə qədər lazımdır, o həddə də bilməlidir, artıq yox! Bir də, bilirsinizmi bu məsələlərdə əsas nədir? İnsan gərək özü özünə hörmət qoysun. İnsan ki özünə hörmət qoymadı, ona heç kəs hörmətlə yanaşmaz. 

RİTORİK AYDINLIQ

 Mənim siyasi fəaliyyət sferam elədir ki, cəmiyyətimizin aktiv insanları tərəfindən birmənalı qarşılanmır. Oppenentlərim haqqımda ara-sıra həqiqətə uyğun olmayan yalanlar uydurur, düşmənçilik əhvalına köklənmiş fikir formalaşdırmağa çalışırlar. Odur ki arada bu tip ritorik yazılara vaxt sərf edərək, dəyərli oxucularımıza koordinatlarımızın aydınlığını, eləcə də niyyətimizin dürüstlüyünü göstərmək lazım gəlir. Hiss olunur ki, fəaliyyət sferamıza daxil olan insanlar mənim şəxsi kriteriyalarım haqda da bilməyə can atırlar. Düzdür mən özümü məşhur adam hesab etmirəm, amma hesab edirəm ki, cəmiyyətimiz üçün vacib insanlardanam. Mən daim kölgədə qalmağa üstünlük vermişəm. Karl Qustav Yunq özünün “Qırmızı kitab”ında yazır: “İnsanlar da bitkilər kimi boy atırlar: bəziləri günəş işığında, bəziləri kölgədə. Çoxları var ki, onlara günəş işığı yox, məhz kölgə lazımdır”. Bizim şöhrətdən də çox, kölgəyə ehtiyacımız vardır. Günəş işığı çox olsa, bizi söndürər. Əqli potensialımız yerində sayar, irəli getməz. Aqillərdən kimsə deyib: Şöhrət alovsuz tüstüdür. Bizə tüstü yox, alov lazımdır. Sükut olanda mən öz fikirlərimi eşidirəm. Quru sükut mənə bəzi insanların üzünü görməkdən daha xoşdur. Hərçənd mənim kimi qapalı və qaramat adamın məkan və zamandan keçməklə harasa uzağa getməsi şübhəlidir, amma xalqımızın mənim kimi insanlara ehtiyacı vardır. Düşünürəm ki, mənim necə insan olduğumu bilmək istəyənlər, xüsusən haqqımdakı söz-söhbətlərə, yaxud heç olmasa zəif şayiələrə aydınlıq gətirmək istəyənlər hökmən yazılarımı oxumalıdırlar. Yaradıcı insanın kim olduğunu müəyyənləşdirmək üçün onun əsərlərini oxumaq kifayətdir. Təbiidir ki, adamların barəmdəki mühakiməsi müxtəlif olacaq, çünki demək olar hər kəs həqiqətin deyil, istəyinin təlqin etdiyi kimi danışır. Nə tərifin, nə də təhqirin ölçüsünün olmadığı vaxtlar olub. Amma indi efirdə sakitlikdir, mən bunun səbəbini bilirəm, amma deməyəcəyəm. Əgər düşmənlərimizə bu qədər ciddi münasibət bəsləsəydik, onlar bizə dost olandan sonra bu qədər zəif görünməzdilər. Onu deyim ki, mən də sizinlə bir soydan olub, nə bir elə yüksək, nə də aşağı mənşəli olmayan sıradanbir Allah bəndəsiyəm. Mənim nəslim udinlərin sözü ilə desək, qədimdir. Təbiətim etibarilə qəlbim nə səmimilik, nə də sadəlikdən xali deyildir; cəmiyyətimizi indilərdə başına götürmüş yoluxucu mənəvi viruslar onu korlaya bilməz. Allahım məni güclü immun sistemi ilə mükafatlandırmışdır.

MAQ RUHUNU ÖZÜMDƏ YAŞADIRAM

 Mən Rusun informasiya speçnazıyam. Sionistlərin qoy adlandırdığı kütlədən novoqoy yaratmaqla məşğulam. Mənə diqqət yetirin, axı mən sizə həmin o iveroloq professor Stoleşnikovun dediyi Novoqoy olmağı öyrədə bilərəm; o sizin böyük nifrətinizi özündə əridən dənizdir. Bax indi mənim durduğum yer, hardan ki yazıram, qədim Muğan şəhərinin xarabalıqları üstündədir. Mən muğanlıyam. Mən bununla həmişə fəxr etmişəm. Maq ruhu bizdədir. Düz qədim dünyanın episentrində yaşayıram. Qədim Upanişadlarda mənim kimilər haqqında sanskrit dilində “tet tom isi” ifadəsi yer almışdır ki, bu da “sən odsan” deməkdir. Mən od parçasıyam. Maq ruhunu özümdə yaşadıram. “Mən sizə düşüncələrimi yox, düşünməyi öyrətməyə çalışıram”- deyirdi dahi Əli Şəriəti. Qəlbimin içindəki ruh məni məcbur edir ki, haqqın yanında olum. Qəlimdəki ruh mənçün yerdən-göydən böyük, səmadan və bütün dinlərdən əzəmətlidir. Bu mənim qəlbimin daxilində olan brahmadır. Qədim Muğan maqlarının etiqadına əsasən insan murdar və pis əməllər törətməsə, öldükdən sonra ruhu brahmana qovuşur və xoşbəxtliyə çatır. Əgər çirkin və yaramaz əməl- karma törətmiş olsa, yaxud gələcəkdə belə işlər görsə, onun ruhu heyvan və ya insanların cisminə, ya da digər əşyalara keçərək yenidən həyat sürür. İxtiyari deyil, icbari olan bu yeni həyat insanın bir daha əzab-əziyyətləri, müsibətləri yenidən təcrübədən keçirməsinə səbəb olur. Bu proses terminologiyada “samsara”, tənasüx və ya hülul adlanır. Karma prinsipi əsasında, insan ruhu onun törətdiyi əmələ uyğun olaraq ölümündən sonra özündən yuxarı və ya aşağı cəsədə keçir, nəticədə öz əməlinin bəhrəsini görür. Upanişadlar bu barədə deyirlər: “Həyatlarında gözəl və bəyənilən əməl sahibi olanların ruhları ölümdən sonra pak bir brahmanın, bəyənilən bir kşatriyanın və ya vayşanın bətnində özünə yer tapır. Amma şər işlər görən şəxslərin ruhları çox bəyənilməz bətnlərdə yerləşir”. Samsara prinsipinə uyğun olaraq, qeyd etdiyimiz üslubda olan keçid, tənasüx və nəsil artımı ardıcıl surətdə insan əməlinə münasib şəkildə təkrar olunur. Necə ki cəmiyyətin aşağı təbəqəsindən yaxşı əməl sahibi olan insanın ruhunun ölümündən sonra brahmanın, yaxud cəmiyyətin yüksək təbəqəsindən olan bir şəxsin bədəninə keçməsi mümkündür, bunun əksi də ola bilər.
 Ancaq bilmək lazımdır ki, çoxluq aləminə yenidən qayıdış hər halda əzab-əziyyətlə müşayiət olunacaqdır. Çünki həmin aləmin xüsusiyyətləri bunu tələb edir. Buna görə də nə saleh, nə də çirkin əməl nicat və qurtuluşa səbəb olmur. Brahmanların nəzərinə görə nicat və qurtuluş yalnız mukşanın vasitəsilə mümkündür. Mukşa maddi meylləri tərk edib fəna yoluna qədəm qoymaqdan ibarətdir. İnsan var-dövlət sevgisi və dünyəvi istəklərdən əl çəksə, brahmana qovuşacaq və əbədi rahatlıq tapacaqdır.
 Qədim Muğan kahinlərinin etiqadına görə, insan dünyada çirkin əməllərlə məşğul və şeytan xislətli olarsa, hökmən öz həyatının yeni dövrünü daha aşağı bir varlığın bədənində başlamalı, daha ağır əzab-əziyyət və müsibətlərə dözməlidir. Yaxşı əməl sahibləri isə öz həyatlarını daha üstün bir varlığın bədənində davam etdirəcəklər. Həmin gözəl maq brahmanlarının ruhu indi mənim bətnimə köçmüşdür. Adımın İbrahim qoyulması da düşünürəm ki, təsadüfdən olmayıb, Allahın bir nişanəsidir. Çoxları elə bilir ki, İbrahim adı yəhudi peyğəmbərinin adı ilə bağlıdır, amma belə deyil. Bu ad qədim hind-ariya brahmalarına gedib çıxır. Yəhudi dini formulirovkalarının şərqdən, ariyanlardan plagiat edilməsi elm aləminə çoxdan məlumdur. Mən özümdə Brahman eşqi yaşadıram. 
 “Sən, ey dövrün İbrahimi ə.s! İbrahimin məqamında durmuş, İbrahimin yolu ilə gedən və İbrahimin Rəbbinə beyət əlini uzatmış kəs. İbrahim kimi yaşa. Öz dövründə iman kəbəsinin memarı ol! Yatmış qövmünü rahatlıqdan, ölü həyat, zillət, zəlalət və cəhalətin zülmətindən xilas edərək hərəkətə gətir. Onlara yol göstər. Həcə, təvafa dəvət et...”- Doktor Əli Şəriəti deyirdi.

POETİKA HƏR YERDƏ

 Mən var-dövlətə onu arzulamamaq üçün deyil, onun ayrılmaz yoldaşları olan zəhmət və qayğılara ikrah etdiymə görə həmişə dərindən nifrət etmişəm. Sərvət hesabına təmtəraqlı yeyib-içmək imkanı qazanmağa çalışmamışam, kasıb qida və sadə yeməklə kifayətlənmişəm. Lakin opponentlərimizin düşərgəsində olan kriptokürdlərin nəfis naharlı bütün ardıcıllarından daha şən yaşamışam. Biz öz kasıblığımızla belə onların varlılarından daha aristokrat olmuşuq. Necə deyərlər, hay-küylü məclislər, sadəliyə və xoş niyyətə düşmən olan içki stolları məni heç vaxt özünə çəkməyib; bu məqsədlə başqalarını çağırmaq, bir o qədər də özümün dəvətləri qəbul etməyim mənə məşəqqətli və faydasız görünüb. Amma yeməyi dostlarla birlikdə yemək elə xoşdur ki, heç bir şey onların gözlənilməz gəlişi qədər mənə məmnunluq gətirməyib. Yeməyi həmsüfrəsiz yeməkdə ləzzət görməmişəm. Təmtərağa hər şeydən artıq nifrət etmişəm; yalnız ona görə yox ki o iyrəncdir və solçuluğa ziddir, həm də ona görə ki sıxıntılı və rahatlığa düşməndir. Həm özlüyündə ziyanlı olduğu və sadəliklə uyuşmadığından, həm də ahəngli və rahat həyata düşmən olduğundan hər növ şirniklənmədən uzaq dayanmağa çalışmışam.
 Bütün mənəvi təkamüllərə rəğmən, yaşımın bu çağında özümdə kifayət qədər enerji və güc hiss edərkən mən nəinki bütün çirkin işlərdən, həm də onun işartılarından tamamilə üz döndərdim, hər halda buna çalışdım. Bəlkə də bunu ən böyük xoşbəxtliyim sanıram və Allaha minnətdaram ki, sağlamlıq və qüvvəmin çiçəkləndiyi indiki dönəmdə mən xaraktercə ideal adam olmasam da, əsl mənəvi çiçəklənmənin nə olduğunu başa düşdüm. Mən qürurlu adamlara neytral yanaşsam da, heç vaxt qürurlu olmamışam. Mən qüruru yalnız başqalarında görmüşəm, özümdə yox; nə qədər kiçik olsam da, özümü daha aşağı sanmışam. Cəsarətlə deyə bilərəm təbiətimin müəyyən tündməcazlığına baxmayaraq, pisliyi tez unutmuşam, xeyirxahlığı isə möhkəm yadda saxlamışam. Mənim doğulduğum rus kəndində kin saxlamazdılar. Ta uşaqlıqdan nəcib dostluğa münasibətdə yüksək səviyyədə xəsis olmuşam və onu böyük sədaqətlə qorumağa çalışmışam.
 Mənə hər cür xoş və nicatlı bilikləri mənimsəməyə qabil, amma əsasən əxlaqi fəlsəfəyə və poeziyaya meylli, bəsirətdən artıq rəvan ağıl bəxş edilmişdir. Zaman keçdikcə ədəbiyyatdan soyudum, vaxtilə etina etmədiyim, indi gizli şirinliyini duyduğum geopolitikaya meylləndim, amma poeziya mənim üçün ziynət vasitəsi olaraq qaldı. Çünki poeziya hər yerdə var- siyasətdə də, təbiətdə də, hətta türmə divarları arasında da! Daha böyük şövqlə qədim sivilizasiyaları öyrənməyə qapıldım; bəlkə ona görə ki yaşadığımız zaman heç vaxt ürəyimdən olmayıb. Haqq-ədalət dünyada yalnız arilərin hökmranlıq etdiyi dövrlərdə olub. İndiki dövr iudaların dövrüdür.

NEYTRALLIQ VƏ SEVGİ

 Bizim üçün Avrasiya ideologiyasını başa düşən insanlar deyil, bu ideologiyaya sevgisi olan insanlar daha maraqlıdır. Çünki sevgi əsas şərtdir. Mənimçün Rusiyaya sevgi- insanın ruhi yüksəlişinin göstəricisidir. Avrasiyaçılığa meylli insanlar daxilən güclü, intellektual və yüksək ruhani hala malik insanlardır. Liberalizmin zəhərlədiyi indiki deqredasiyaya uğramış cəmiyyətdə avrasiyaçılığa meyllənmə ruhun təntənəsinin ifadəsidir. Hər hansı insanla normal kontakta girməmiz üçün əsas amil həmin insanın Rusiyaya heç olmasa neytral münasibətini hiss etməyimizdir. Belə insanlar potensiallı insanlardır. Mən həmişə inanmışam ki, avrasiyaçılıq insanı ruhaniləşdirmək, yəni mənən saflaşdırmaq iqtidarındadır. Elə bizim də avrasiyaçılıq üzərində dayanmağımız, bu ideologiyanın daşıyıcılarına və təbliğatçılarına çevrilməyimiz də məhz kamil insan tipi axtarışları, ruhi kamilləşmə və ruhun nəfs, vücud üzərində qələbəsi məsələləri ilə bağlı olmuşdur.

HƏQİQƏT ÜÇÜN İNTERNETDƏ QURDALANMALI

 Daha bir popıtka elə, yaxınlaş, ola bilsin uzaqlardasan, bəli, amma azca səylə tədricən hədəfə yaxınlaşman mümkündür. Əsas maraqdır. Həqiqət dərinlikdədir, amma onu tapmaq üçün çox da uzağa getmək lazım deyil- internetdə bir az qurdalanmağın kifayətdir. Real vəziyyət belədir. Təkcə Googledə rus dilində reptiloid yazsanız, kifayət qədər məlumat ala bilərsiz. Hərə bir şey yazır, düzgün olanı da var, düzgün olmayanı da. Gec-tez bütün bu həqiqət bəşəriyyətə açılacaq.
 Siz məndən nə Qlobal Hakimiyyətin koridorlarında hazırlanmış trafaret şüarlar, nə də qrant hesabına başa gəlmiş şirpotreb mətnlər gözləməyin. Həmin şüarlara müxalifətin mitinqlərində gen-bol rast gələ bilərsiniz, şirpotreb məqalələr isə “Yeni müsavat”ın səhifələrində palaz-palaz dərc olunur. Mənimçün onların uyuşdurucudan heç bir fərqi yoxdur. Xalqı yatızdırmaq, əsas məsələlərdən kənarda qoymaq onların bir nömrəli vəzifəsidir. Qarğanı tovuzquşu lələkləri ilə bəzəyir, zəncini ağartmağa çalışır, ya qarışqadan fil düzəldirlər. Bu axmaqlığın hətta həmin işlərə qatılanların özlərinə nə qədər mənfi energetika və yamanlıq gətirdiyi də məlumdur. Mənim isə tək mövzum var, o da həqiqətin özüdür. Real xalq hərəkatı bizik. Azadlıq meydanında “Azadlıq!” yox, “Moskva!” qışqırmaq lazımdı. Kürd məmur cameəsinin eşşəyi onda öləcək. Onların qorxduğu yalnız bir güc var: Kreml. Xalqı xilas edəcək yalnız bir qüvvə var: Rusiya! Bu gün haqdan danışan və xalqının həqiqi xoşbəxtliyini istəyən hər bir şəxs bizim yanımızda- Avrasiyaçı Hərəkatda olmalıdır.

CƏMİYYƏTƏ STİMUL

 Bəzən bizi passivlikdə də qınayanlar tapılır. Biz cəmiyyətə stimul verdik,- elə bu kifayətdir. Şöhrətdən faydalanmağa haqq qazandırmaqla yanaşı bizimçün təmiz ad qazanmaq da qiymətli idi. Ətraf və fəaliyyət trayektoriyamız üçün yox, məhz öz şəxsi kriteriyalarımız üçün qiymətli idi. Şəxsiyyəti mədəniyyət yaradır və şəxsiyyətin böyüklüyü mədəniyyətin yüksəklişindən asılıdır! Buna görə də biz biliyimiz artırmaqla yanaşı mədəni yüksəlişimizin də qayğısına qalmalıydıq. Dünya mədəniyyəti ilə tanış olan Abasqulu ağa Bakıxanov yazırdı: “Mən ürək və ağıl üçün maraqlı olan çox şey gördüm və onlardan faydalanmağa çalışdım”. Şiəçi camiədəki dostlarımıza dərin təşəkkürlər ki, bir çox mədəni və əxlaqi məsələlərdə formalaşmağımızda onlardan yararlandıq. Mən bu gün, həyatımın indiki dönəmində əminəm ki, Allah bu vaxta kimi mənim etdiyim bir para günahlarımı bağışlayacaq. Hökmən bağışlayacaq. Peyğəmbərimiz buyurur: “Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən”.
 Biz o təmiz adı qazandıq. İndi o təmiz adı qoruyub saxlamaq asandır. Yaranmış şəraitdə lap asandır, çünki dövran artıq bizim dövrandır. Artıq hər yerdə bizimkilərdir. Özü də təmiz ad mövqedən asılı deyil. Biz elə bir şəraitdəyik ki, istənilən küncdən və məsafədən vurduğumuz top qapıdan keçəcək. Meydan bizimdir... Amma Ələddinin sehrli çırağı da bizdə deyil. Ölçüb-biçə bilmədiyimiz, qabaqcadan planlamağı bacarmadığımız çox məsələlər var. Odur ki diqqətli olmaq lazım gəlir. Onsuz da tezliklə böyük təmizləmə işlərinə start veriləcək, orta tam qaydasına düşəcək. Onda xalqımız daha rahat nəfəs alacaq.

ÜMİDLƏRİ QİDALANDIRMAQ

 Ümidləri yorulmadan qidalandırmaq lazımdır. Xalqın ümidləri qırılmışdı, əli hər şeydən üzülüb depressiyaya qapılmışdı. Biz dirilişə start verdik. Cəmiyyətimiz öz oyanış çağına qədəm qoydu. Biz ötkəmlik və mətinlik atmosferi yaratdıq. İlk növbədə real imkanlar daxilində toxunulmaz hesab edilən bütləri dağıtdıq. Vaxt vardı çoxları bizim proqnozlara inanmırdı. Bizi dəli hesab edənlər də vardı. Biz isə onlara sözün əsl mənasında bədbəxt kimi baxırdıq. Liberal diskursun at oynatdığı dönəmlərdə qanunlara uyğun hərəkət etdik, qüvvələrimizi və birliyimizi qoruduq, situasiyanın düzgün analizini apardıq. Biz hər zaman ümidləri qabaqlamağı bacardıq. Lazım olanda ekspertlərlə, avtoritet bildiyimiz adamlarla, məşğul olduğumuz sahənin mütəxəssislərilə məsləhətləşdik, vəziyyəti götür-qoy etdik. Müdrik sözə hər zaman hava və su kimi ehtiyac var, çünki ağıl hər şeydə gərəkdir. Axı biz məhz ağıla əsaslanaraq o dediyimiz yeganə düzgün yolu seçmişdik. Bu işi axıradək də dərrakə və məntiqlə aparmalıydıq. Torpedaçılıq bizlik deyil. Bizim dövrümüzdə çoxları televiziyalar tərəfindən zombiləşdirilmişdir və liberal mətbuat tərəfindən beyin yuyulmasına məruz qoyulmuşdur. Biz bu beyinləri yenidən format etdik. Öz ölkəmizin vətənpərvəri kimi lazım bildiyimiz işlə məşğul olduq. Lazım bildiyimiz iş isə xalqa həqiqətləri çatdırmaq və düzgün yola yönəltməkdir. Artıq biz ictimai sektorda liberalların infeksiyalarla zəhərləmədiyi təmiz sferalar yaratmışıq. Opponentlərimizdən fərqli olaraq biz tam səmimiyik. Xalqımızın üzləşdiyi problemləri dərk edir, onun çəkdiyi əzabları bölüşürük. Əsas odur ki, biz xeyirlə şərin nə olduğunu bilirik. Mən bir az da irəli gedərək deyə bilərəm ki, xalqa nə lazım olduğunu onun özündən də yaxşı bilirik.

STALİN QAYIDACAQ

 Mənim dövlət və onun mexanizmləri barədə öz baxışlarım var. Mən demokratiya və insan hüquqlarına sionist oyunları kimi baxıram. Demokratlar insanları ac saxlayır, amma geniş hüquqlar vəd edirlər. Pulsuz, ac insanın hansı hüquqları ola bilər? Oğurlardığınız nefti qaytarın, demokratiyanız lazım deyil! Azadlıq geylərin televiziyaya çıxmağıdırsa, tüpürüm o azadlığa! Azərbaycan hökumətinin maaşları qaldırması üçün Azərbaycan xalqı ABŞ Konqresinə məktub yazıb icazə istəməlidir. Qul bazarı- iudeyanın bizə bəxş etdiyi azadlıq atributu budur! Söydüyünüz rusların vaxtında insanlar qul deyildi, amma indi quldur. Ruslar gedəndə burda 99 faiz sapsağlam azərbaycanlı qoyub getmişdi. İndi hər 2 nəfərdən biri rakdır. Ya da bu simptomun daşıyıcıdır. Budur müstəqillik?! Türkiyədəki yəhudi şirkəti neftin litrini bizdən 10 qəpiyə alıb emal etdikdən sonra onu geri bizim özümüzə litrini 10 dollardan satır- budur qapazaltı müstəqilliyin formulası! Elə bilirsiz demokratiya sizə azadlıq gətirir? Xeyr, o sizin uşaqlarınızı yeyir. Mədənlərimizdən çıxarılan qızılın İsrailə daşınmasına nə vaxt son qoyulacaq, bilmirsiz? İsrailin enerji tələbatını gecə-gündüz biz ödəyirik, amma nədənsə “Azadlıq” və “Yeni müsavat”ın köşə yazarları bu barədə yazmağı sevmir. Azadlıq deyil bu, Azaloyldur, neftin zəbt olunmasıdır, demokratiya deyil, dermokratiyadır, insan hüquqları deyil, gey hüquqlarıdır. Stalin deyirdi: “Müstəqillik- yalançı görüntüdən başqa bir şey deyil. Müstəqillik adı altında ölkənin imperialistlərdən tam asılılığı gizlədilib”. Təbii sərvətlərin nə qədər çox və tükənməz olsa da, onları gözü doymayan sionist canavarları basıb yeyəcək, xalqa xırda tikəsi belə çatmayacaq. Nə vaxt Azərbaycan müstəqil olacaq, onun nefti-qazı avtomatik İsrailin əlinə keçəcək. Gələcək nəsillər bundan nəticə çıxarmalıdırlar. Bu ölkənin var-dövləti, sərvəti axsın Çuxursaəd kürdlərinin cibinə, azərbaycanlılar aclıq və səfalət ucbatından sirkə içib intihar etsin- bununçün lazımdır müstəqillik! Biz bunu gördük, bizdən əvvəlki nəsillər gördü- siz gələcək nəsillər bir daha Azərbaycanda Kərbəla müsibətinin yaşanmasına imkan verməməlisiniz. Nə qədər ki müstəqillik var, Kürdistan, Çuxusəd bölgəsinin iudaları, İsrailin ölkəmizdəki sadiq kürd kolonu qanımızı içməkdə davam edəcək- bilin və agah olun! Özünü “sülhsevər”, “mədəni”, “insan hüquqlarını qoruyan”, dünyaya “demokratiya” gətirən kimi göstərən, daima insanların qayğısına qalmaq görüntüsü yaradan, əslində isə vəhşi, insan qanına susamış, heyvanları belə özlərindən olmayan digər xalqlardan üstün tutan Beynəlxana Sionist Sindikat heç bir xalqa müstəqil yaşamağa imkan verməyəcək. Bunu yaxşıca yadınızda saxlayın. İnsanlığı səfilliyə, aclığa, susuzluğa, qətliamlara, soyqırımlara məruz qoyan vəhşilər- ABŞ, İngiltərə və İsrail nə qədər Yer üzündə var, heç bir müstəqillikdən söhbət gedə bilməz. Güc birlikdədir. Müstəqil olmaq- xalqın kürd-yəhudi yırtıcılarına qarşı meydanda tək qalması deməkdir. Xalqımızı reptiliya təcavüzündən rus qoruyurdu. Xalqımızın xilası böyük Rus xalqı ilə birləşməsindən keçir. “Bu Avropa demokratiyasıdır” deyib gözümüzə soxurlar- Avropada cəmi bir azadlıq var, o da petux olmaq azadlığıdır! Tanınmış amerikan iqtisadçısı və politoloqu Pol Kreyq Roberts deyir: “Avropa İttifaqı- heç bir demokratiyası olmayan diktaturadır. Orada gəlişigözəl parlament var, amma onun heç bir səlahiyyəti yoxdur- bu xalqın seçmədiyi qərar qəbul edən bir komissiyadır. Odur ki Avropa İttifaqı hökuməti xalqdan çox uzaqdır”. Çoxları bilmir ki ABŞ-da təkpartiyalı sistemdir; fərqi yoxdur siz respublikaçılara səs verirsiniz, ya demokratlara, ya da yaşıllara- siz sionistlərə səs verirsiniz! Amerikan demokratiyasında polisə zənciyə zənci deməyə icazə verilmir, amma onu öldürməyə icazə verilir- budur demokratiyanın mahiyyəti! Bizdəki kimi yüksək bank faizləri dünyanın heç bir ölkəsində yoxdur. Bəli, sionistlər adama belə azadlıq bəxş edirlər! Böyük iş görüblər: Azərbaycanı Beynəlxalq Aren(d)aya çıxardıblar. Azərbaycan nefti və ikrası uzun illərdir ki, İsrailə pulsuz daşınır, amma nədənsə Azərbaycan müxalifəti heç vaxt bundan danışmır. Ölkənin, xalqın təbii sərvətlərinin 80%-nin yəhudilərə peşkəş edilməsidir müstəqillik?! Bizim donqili müxalifət fəxr edir ki, Tetçer Elçibəyi sevir və onunla öyünürdü! Bəli, mason öz nökərini sevər də, öyər də, daha tələbəyə 1500 dollar maaş verən Qəddafini sevməyəcək ki! Brejnevin danışıq diksiyasını lağa qoyurlar. Amma Brejnev təkcə 9-cu beşillik ərzində 1700 nəhəng zavod tikmişdi. Saytlar yazır ki: “Azərbaycanda yediyimiz kolbasa peyindən hazılanır”. Müstəqillik sizə peyin də yedizdirdi, yenə də ayılmadınız. Qısası, mən Stalinin yaratdığı diktatura üsul-idarəsi tərəfdarıyam. Yalnız despotlar bütün xeyirli potensialı dövlət mexanizmləri arasında bərabər paylaşdıra bilər. Həmin formula qədim müdrik və dini kitablarda da göstərilib. Liberalizmin tərəfdarları cəmiyyətə bunu təlqin etməyə çalışırlar ki, vətəndaş cəmiyyəti təşkilatları dövlətin vəzifələrinin çoxunu öz üzərinə götürə bilərlər. Əlbəttə, bu qoy xalqların məhvinə hesablanmış aldadıcı bir şirmadır. Liberastlar nə deyirlər-desinlər, onlar öz baxışlarını əsaslandırmaq üçün nə qədər çalışsalar da, qoy xalqların güclü dövlətə və müxtəlif növ anarxistlərin “qırmızı xətti” keçmələrinə imkan verməyən güclü hakimiyyətə ehtiyacı vardır. Hər hansı bir ölkəni təkcə bir halda uğurla idarə etmək mümkündür: bütün idarəçilik xalqçı liderin dəmir əlində cəmləşmiş olsun! Mən Putin, Xamneyi, Bəşər Əsəd kimi ağıllı liderləri alqışlayıram. Mədəniyyət mütləq despotizmdən kənarda inkişaf edə bilməz. Yaşayış səviyyəsi demokratiya və insan hüquqları sayəsində yüksəlmir, birdəfəlik başa düşün, başdakı ağıllı liderin əzmi sayəsində yüksəlir. Stalin despotizmi sayəsində SSRİ kotandan atom dövlətinə çevrilmişdi. Novruzəlidən kərim kərimov qayıran Stalin idi. Stalin diktaturası dövründə SSRİ-də hər 6 saatdan bir yeni sənaye müəssisəsi işə düşürdü. Stalin deyirdi: “Heç bir kapitalist heç vaxt razı olmaz ki, işsizlik tam aradan qaldırılsın. İşsizlər ordusu onların əmək bazarını ucuz işçi qüvvəsi ilə təmin etmək üçün gərəkdir”. Diktator Stalinin vaxtında ərzaq məhsullarının qiyməti hər il iki dəfə aşağı salınırdı. Qaniçən Stalin əmr vermişdi, fəhlə 5 saatdan artıq işləyə bilməzdi. Fəhləni 5 saatdan artıq işlədən müdiri Sibirdə çürüdərdilər. 35 faizə sələm verən bank müdirinin gülləni alnının ortasına vurardılar. Stalin istəyirdi ki, fəhlənin iş gününü 2 saata salsın, zəhərləyib öldürdülər, imkan vermədilər. O deyirdi ki, fəhlə gün ərzində 2 saat işləsə, bizə bəs edir. Stalin istismara son qoymuşdu. Sorosun Azərbaycandakı dölləri buna görə Stalini sevmir. Yeri gəlmişkən, Stalinin oğlu müharibədə ön cərgədə vuruşurdu. Stalinin oğlu almanlara əsir düşdü, dedilər, əsir düşmüş generalımızı ver oğlunu qaytaraq, Stalin cavab verdi mən generalı əsgərə dəyişmirəm! Belə şeyləri xalqdan ciddi-cəhdlə gizlədirlər. Çünki sərf eləmir. Bir quru şineldə öldü Stalin, ondan sonra var-dövləti qalmadı, həyatını xalqa sərf etdi. Stalinin vaxtında indiki kimi vəzifəyə yerlibazlıq prinsipi ilə qoymurdular, layiqlilik kriteriyası əsasında götürürdülər. Stalin deyirdi ki, kadrlar hər şeyi həll edir. Ona görə də mən həmişə deyirəm ki, ziyalı üçün əsas məsələ Stalin fenomenini başa düşməkdir. Stalin fenomenini başa düşməyənlərin könüllü olaraq qul taleyinə boyun əyməsi təbiidir.

RUS- QƏLBİN HALI

 Dostum İbrahim Fərhadoğlu deyir, rus dilini bilmək azdır, rus dili gərək adamın qanında-qrafasında olsun. Rus millət deyil, qəlbin halıdır. Azərbaycan insanı kolxozlaşdıqca türkləşir, ziyalılaşdıqca ruslaşır. Ətalətdə vurnuxan qrup Türkiyəyönümlü, intellektual qrup isə Rusiyayönümlüdür. Millətçilik kiflənmənin, avrasiyaçılıq isə mükəmməlləşmənin məhsuludur. Rusçuluq proqressə, türkçülük reqressə aparır. Belə bir anlayış da var dünyada: rus ponyatkası. Söydüyünüz ruslar sukalığa zapadlo baxırdılar. Türkiyəlilərə baxın, sukalığa adi şey kimi baxırlar. Gedin türklərlə işləmiş yoldaşlardan soruşun, sizə desinlər. Adamı üzünə gülə-gülə 5 qəpiyə satırlar, burda qəbahətli heç nə görmürlər də. Dünyanın bütün mütəfəkkir insanları rusları insanlıq kriteriyalarına görə sevir, fərqləndirir və bəyənirlər. Mən çox istərdim ki, uşaqlarımız məktəblərdə rusca təhsil alsınlar. Nə qədər professional tərcüməçi olsan da, ruscadan tərcümə edəndə məna itir, rus dili sakral dildir. Adi “Komsomolskaya pravda” qəzetinin bir manşet başlığındakı ikicə kəlməni bizim dildə başa salmaq üçün gərək bir səhifə yazı yazasan. Dilimiz kasaddır və bu dildə fikirləri tam ifadə etmək çətindir. Beyində bir fikir olur, ancaq dilə gətirəndə alınmır, izah edəndə dağılır. Bir-birimizi anlamamağımızın səbəblərindən biri də budur. Ruslarda bir söz var, “s poluslova”, yəni yarım kəlmədən. Mən Azərbaycanda bir-birini yarımkəlmədən başa düşən adamlara heç rast gəlmədim. Bu təkcə mənim fikrim deyil, dilçilərimiz də qeyd edirlər ki, Azərbaycan dilində konseptual lay yoxdur. Dilin bir təbəqəsi olmalıdır ki, orada terminlərin mənaları səliqəli şəkildə rəfə düzülə bilsin. İstənilən vaxt lazım olanı düşüncənlə götürə biləsən. Azərbaycan dilində terminoloji lüğətlərin yoxluğu da faktdır, bu da söhbət edən iki nəfəri bir-birindən uzaqlaşdırmağa xidmət edir. Bizim terminsiz danışmağımızdandır ki, ünsiyyət alınmır. Qarşılıqlı monoloq baş tutur, dialoq yox. Ona görə də Azərbaycan cəmiyyətində insanları təəccübləndirmək olmur. Təzə nəsə demək, üfiqdlər açmaq hər gün bir az da mümkünsüzləşir. 
 Rusca elə sözlər var ki, onların tərcüməyə ehtiyacı yoxdur. Rus dili gələcəyin dilidir və artıq müxtəlif ölkələrdə milyonlarla insan rus dilini öyrənməkdədir. Eduard Snouden deyir: “Rusiya haqqında ağızlarına gələn hədyanları danışırlar, amma... Rusiya ecazkar ölkədir!”. Rusiyanın gələcəyi var. Rusları məhv edib, cəmi bir kənd saxlasalar, yenə də bu kosmik rasa artıb dünyaya şəfəq saçacaq. Planetar xilas ruslarla bağlıdır. Məlumatınız olsun ki, bir müddət sonra dünyada yalnız bir valyuta işləyəcək- rus enerqomanatı. Rus dilini bilənlər xoşbəxtdirlər. İkinci öyrəniləsi vacib dil isə fars dilidir. Çünki gələcəyin dili bu iki dil olacaq.

TÜRKÜN YOX, TÜRKİYƏNİN DÜŞMƏNİ

 Türkiyənin düşməni olmaq nəyə görə türkün düşməni olmaq sayılmalıdır? Bu cür kriteriyaları bizim ölkəyə kimlər sırıyıb? Yazıram ki, Türkiyə Azərbaycanın bir nömrəli düşmənidir. O tərəfdən reaksiya verirlər ki, Türkiyə hökuməti yaz, Türkiyə yox! Yazıram ki, türklər, rədd olun Azərbaycandan! Deyirlər ki, osmanlı türkləri yaz, türklər yox. Mənim o orta səviyyəli natiqlər kimi fikirlərimi dəqiq ümumiləşdirmələrlə, ya təsnifatlarla təqdim etməyimi heç kim gözləməsin. Çünki nə qədər ağıllı olsan da, Allahın sonsuz genişlik bəxş etdiyi bir şey haqqında fikir yürüdüb onu məhdud bir çevrəyə sığışdıra bilməzsən. Mənim cümlələrimin yayı həmişə tarıma çəkilmişdir. Osmanlılar Azərbaycana petuxluğu gətirmişlər. Məhz petuxluğu! Mənim yaşadığım rus kəndində istər ruslar, istərsə də azərbaycanlılar petuxa petux deyirdilər. İndilərdə isə petuxa gey deyirlər, homoseksualist deyirlər! Petux elə petuxdur! Sovet türkləri həmişə Türkiyə türklərinə nifrət ediblər! Bu təbiidir. İsrailə nə qədər yaxındırsa, demək düşmən olma ehtimalı daha çoxdur- qayda belədir! Deyirəm ki müsəlman dünyasında bütün murdarlıqlar Türkiyədən axır. Türkiyə- virus mənbəyidir. Baxın, kimyəvi silah məsələsində də Türkiyənin əli var. Osmanlılar Azərbaycanı gizli bakterioloji mikroblarla doldurublar. Bilirəm bu sözlərdən sonra türkistançıların düşərgəsində yenə çaxnaşma başlayacaq, türk çadırlarının dəriləri silkələnəcək yenə! Şərhlər yazacaqlar, satqın adlandıracaqlar, türk düşməni deyəcəklər. Yenə də deyirəm, Türkiyənin düşməni olmaq niyə türkün düşməni olmaq sayılmalıdır? Azərbaycana qanunları bəyəm siz qoyursunuz? Siz kimsiniz axı, Azərbaycana qanunlar qoyursınız? Dünənə kimi türk yox idi, əskiyimiz gəlirdi? Əksinə, Azərbaycan xalqı şad-xürrəm dolanırdı. Azərbaycanı elə məhz Türkiyə çökürtdü. Azərbaycanın 1 nömrəli düşməni elə Türkiyədir. Məğzə baxın, tembrə yox! Türkiyə şikəstdir, amma yaxşı avazı var. Türkiyədə Nursi kimi 4-5 kürdün ortaya gətirdiyi təriqəti az qala bütöv bir respublikanın ibadət obyektinə çevirmək istəyirdilər, sən bundan danış! Bu işlər Azərbaycanın şiəlikdən təmizlənib “nurlaşdırılması” ilə bitməliydi. Arzuları ürəklərində qaldı. Qarşıda onları qara günlər gözləyir. Onların hamısına siyasi klizma qoyulacaq, arxayın ol(s)un(lar). İndi pas vəziyyətinə düşüblər. Sürünmək halına yaxın olanlar özlərini yeriyən kimi göstərməyə çalışanda gülməli görünür. Ayaqda qalmağa çalışırlar. Oseçka verdi. Zaman onların ziyanına işləyir. Tezliklə bu viruslu tarakanların hamısını An-26 təyyarələrinə doldurub Sibirə daşıyacaqlar. Beteerlərin səsi gəlir. Hökumət qayıdır.

ƏDƏBİYYAT DÖNƏMİ DEYİL

 Ədəbiyyat istirahətimiz və əsəblərimizin sakitləşməsinə kömək üçün olmalıdır. Başqa nəyə yarayar ki? Düzdür leksikonun artmasına kömək edir. Ədəbiyyat sənə öz həyatını xilas etmək üçün yox, yaşadığın ağır gündən canını qurtarmaq üçün lazımdır. Günlərsə həmişə ağırdır, ağır. Normal musiqinin dinləyiciləri sağaltdığı artıq təsdiq edilib. Azərbaycanda isə heç normal ədəbiyyat yoxdur. Lakin biz incəsənətin müalicəvi gücünə inandığımız kimi, ədəbiyyatın da dünyanı xilas edəcəyinə inanmaqda davam etməliyik. Çünki Azərbaycanda yaradılan badyaqanın heç bir müalicəvi gücü mühaşidə olunmasa da, hər halda dünyanın hansı guşələrindəsə normal ədəbiyyat nümunələri yaradılır. Ümumiyyətlə, indi tarixin ədəbiyyat dönəmi deyil. Rusların bir sözü var; toplar danışanda ilham pərisi susur. Bizim yaşadığımız zaman ziyalıdan hücum mövqeyində dayanmağı tələb edir, o ancaq bu yolla öz dünyasının tamlığını qoruya bilər. Ona görə də müasir cəmiyyətdə hekayə və şeir mistifikasiya və yumordan başqa bir məna daşımır. İnsanların yaşam uğrunda mübarizədə daha üstün tutduğu silahları var. Üçüncü dünya müharibəsi ərəfəsində şeir-hekayə oxumazlar. Ona görə də mən yalnız siyasət və din haqqında danışmağı təklif edirəm. Ədəbiyyat haqqında laqqırtı vurmağı isə boş və mənasız hesab edirəm. Könül Səid feysbukda yazmışdı: “İndi esq-meşq zamanı yox, xalqa dəstək və güc vermək zamanıdır”. Axır ki biri bunu yazdı! Facebook isə doludur eşqi-məhəbbət şeirləri ilə.

POSTMODERN VİRUSU

 Postmodernizm zəfər çalmağa can atan satanist mədəniyyətinin bir komponentidir. Millətləri əsl mədəniyyətdən uzaqlaşdırıb yadplanetli klonun yaratdığı sistemə uyğunlaşdırmaq üçün ortaya atılmış bir proyektdir. “Millətləri elm və sənətdə çaş-baş, iflic bir şəklə salmaq lazımdır”- Apostolos Qrozos Qramos postmodernizmi belə xarakterizə etmişdi. Postmodernistlər deyir: Arxadakı körpüləri yandırın! Niyə, xeyirdirmi? Postmodernizmin əsl tərifini bəlkə də Adolf Hitler vermişdir. Özünün məşhur “Mayn kampf” əsərində o postmodernizmi qısa və aydın şəkildə belə açmışdır: “Yəhudi mədəniyyətə də əl uzadır. Sənəti və ədəbiyyatı pisləyir, təbii duyğuları aldadır. Bütün gözəllik, soyluluq, əsilzadəlik, qürur və yardım anlayışlarını bir göz qırpımında alt-üst edir. İnsanları, özünün də içində olduğu o bayağılıq və alçaqlıq aləminə dartıb aparır. Nəticədə yəhudi dini və əxlaqı gülünc və bəsit bir hala gətirib çıxarır. Adət-ənənələri ölü, dəbdən düşmüş və köhnəlmiş şeylər kimi qələmə verir. Beləcə, bir millətin həyatı uğrunda canını verəcəyi son dəyərləri də ortadan qaldırır”. Şərhə ehtiyac yoxdur. Bu sözlər üzərində düşünməyə dəyər.

YEKUN

 Bu yazı öz kiçik hәcmi ilә sаdәcә gündəm məsələləri və sosial şəbəkələrdə müzakirə olunan mövzular bаrәdә düşüncәlәrimdәn ibаrәtdir. Yəqin ki yuxarıda danışılan mövzulаr ətrafında оnlаrcа kitаb vә mәqаlәlәr yаzmаq mümkündür. Аncаq аrtıq bu mәnim vәzifәm dеyildir. Çünki ömür vəfa edərsə, üzərində çalışdığım kitabları bitirməyə çalışacağam. Əslində yаzаcаğım kitаblаr da elə danışdığımız mövzuların konspiroloji dаvаmı vә kulturoloji tәkmillәşdiricisi оlаcаqdır. Əlbəttə, bizim tezislər indilərdə cəmiyyəti başına götürmüş liberastların uydurmаlаrı ilә tәzаd tәşkil еdir. Lakin tam ümidvaram ki, gәlәcәkdә ölkәmizin quruculuğundа böyük rоlu оlаcаq gәnclәrin irаdәsi hеsаbınа bu tаriхi mükаlimәnin mаhiyyәti başa düşüləcəkdir.

“Gündəliklər” kitabından