27.06.2016

Türkiyə həlak olmuş pilota görə 100 min, təyyarəyə görə isə 30 milyon dollar verəcək

Türkiyə dövləti Suriya səmasında vurulmuş Su-24 təyyarəsinə və həlak olmuş pilot Oleq Peşkova görə Rusiyaya kompensasiya ödəyəcək.
Rusdialog.ru saytının verdiyi xəbərə görə, hal-hazırda Rusiya-Türkiyə müştərək komissiyası həlak olmuş pilota görə Rusiyaya dəymiş ziyanı hesablayır. Ödəniləcək məbləğə pilotun ölümünə görə Rusiya tərəfinin itkiləri, onun cəsədinin vətənə göndərilməsi və dəfn xərcləri, eləcə də pilotun ailəsinə dəymiş mənəvi ziyanın kompensasiyası daxildir. Türkiyə tərəfi pilotun ailəsinə 100 min dollar, vurulmuş təyyarəyə görə isə 30 milyon dollar pul ödəyəcək.
Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Vladimir Putinə məktub göndərərək üzr istəmişdir. Məktubda deyilir: "Mən bir daha ölmüş pilotun doğmalarına dərin hüznlü başsağlığı verirəm və "bağışlayın" deyirəm. Bütün qəlbimlə onların acısını bölüşürəm. Rusiyalı pilotun ailəsi- elə türk ailəsidir. Ailənin acısını yüngülləşdirmək üçün və dəymiş ziyanın ciddiliyini nəzərə alaraq biz istənilən təşəbbüsə hazırıq". Məktubda həmçinin bildirilir ki, olay ilə bağlı cinayət işi açılmışdır və təyyarənin vurulmasında günahkar olan Türkiyə vətəndaşı cəzalandılıcaqdır.

Laçının İcra başçısının diplomu və hərbi bileti saxtadır?

Laçın rayonundan məcburi köçkün, məşhur tənqidçi Müqabil Baxışov politika.az xəbər portalına şikayət məktubu ilə müraciət edib. politika.az həmin məktubun oxucular üçün maraqlı olacağını nəzərə alıb, olduğu kimi yayımlayır.

Hörmətli Redaksiya! 2012-ci ilin mart ayından başlayaraq bu günə kimi Laçın rayonunda baş verən qanun pozuntularından yazmadığım dövlət orqanı və KİV qalmayıb. Həmin tarixdən hal-hazıracan iki icra başçısı cənab Prezidentimiz tərəfindən cəzalandırılaraq görəvindən götürülsə də, rayonumuzdakı bərbad durum düzəlmək əvəzinə daha da biabırçı forma alır. Belə ki, rayonumuza təyinat alan icra başçıları hazırda Sumqayıt şəhərinin başçısı işləyən Z.Fərəcovun xeyir-duası ilə təyin olunduğu üçün təhsili, bacarığı, nifuzu nəzərə alınmır.
Rayonumuza yeni İcra Başçısı təyin olunmuş Aqil Nəzərlinin vikipediyasında göstərilir ki, 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir.
1999-cu ildən Laçın rayonu İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışmış, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləmişdir.
3 mart 2016-cı ildən Laçın rayonu İcra Hakimiyyətinin başçısının vəzifəsini icra etmiş, 16 iyun 2016-cı ildə isə Laçın rayonu İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədri, Ehtiyatda olan zabitdir.
Mən bir vətəndaş olaraq iddia edirəm ki, A.Nəzərli dolayı yollarla Ali məktəbə qəbul olunub və TQDK-nın bazasında hər hansı məktəbə qəbul olması haqda heç bir məlumat yoxdur. Və eyni zamanda A.Nəzərli həqiqi hərbi xidmətdə də olmayıb. O sənədlərini saxtalaşdıraraq özünü ehtiyatda olan zabit kimi təqdim edib. Odur ki, sizin portalınız vastəsi ilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Z.Qaralova müraciət edərək Laçın rayon İcra Hakimiyyətinin Başçısı A.Nəzərlinin baza təhsilinin saxta olub-olmamasını, hansı balla ali məktəbə qəbul olunmasını və xüsusən həqiqi hərbi xidməti borcunu verməkdən qorxaraq yararsız hərbi bilet almasına baxmayaraq necə ehtiyatda olan zabit olmasını araşdırmaqa dair aidiyyatı qurumlara göstəriş verməsini böyük ümüdlərlə xahiş edirəm.
Mən inanıram ki, bundan öncəki kimi Azərbaycan hökuməti bu məsələnin araşdırılmasına maraqlı olacaq və sonda ədalətli qərar qəbul ediləcək.

Yazıda adları çəkilən şəxslərin mövqeyini yayımlamağa hazırıq...

politika.az

“Unibank”ın qoçuları - “BOA Kollektor” agentliyi

Ölkə başçısı İlham Əliyev çıxışlarında hər zaman ölkə vətəndaşlarına nə qədər dəyərli olduqlarını belə gözəl cümləylə çatdırır: “Hər bir Azərbaycan vətəndaşının arxasında Azərbaycan boyda dövlət dayanır”. Amma prezidentin bu çıxışına əhəmiyyət verməyən və özünü ölkənin ağası kimi aparanlar nədənsə maddi maraqlarını və öz qaydalarını dövlətdən və dövlətin qanunlarından üstün tutur.
Son günlər ölkədə baş verən devolvasiyadan sonra bir çox vətəndaşlar zərər çəkdi və dolayısı ilə bu zərər banklara da yansıdı. Banka olan borclarını ödəməkdə çətinlik çəkən vətəndaşlar çarəsizlikdən banklarla üz-göz oldu. Bəzi banklar hüquqi qanunları rəhbər tutaraq müştərilərini məhkəməyə verdi, “Unibank” kimi reketlərin yazılmamış qanunları ilə hərəkət etməyi üstün tutdu. Görəsən niyə?
Azərbaycanda fəaliyyət göstərib, lakin qanunlarına mı etibar etmirlər? Yoxsa Azərbaycanın qanunlarınımı tanımırlar? Hər halda müştərilərlə davranma və fəaliyyət istiqamətləri ikincini deməyə əsas verir.
Belə olduğu halda öz qanunlarını konstitusiyadan, hüquqdan üstün tutan, fəaliyyətinə görə “reket” qanunları ilə hərəkət edən “BOA Kollektor” adlanan Agentliyik ilə müqavilə bağlayıb.
Deməli Bank, hüquqa müraciət etməyi üstün tutmur, qol gücünə, yəni müasir kollektor, amma əslində reketçiliklə məşğul olan şirkəti seçib. 
Nə üçün reket deyirik, çünki daha əvvəl də mətbuatdan izlədiyiniz kimi “BOA” adlanan bu kollektor agentliyin səsyazması yayılmışdı və vətəndaşla danışıq tərzi, onu böyrəyini satmağa məcbur etməyi reketçilik fəaliyyəti sayılır. 

Kimdir “BOA” kollektor?

Rəsmi qeydlərdə sahibi Samir Mustafayevdir. Qeydiyyatdan keçməsinə baxmayaraq əməkdaşlarının Azərbaycan Respublikasının qanunlarına riayət etməməsi, vətəndaşlarla ünsiyyət bacarığı və mədəniyyətinə sahib olmamaları, əslində heç müştəriləri olmayan vətəndaşlarla davranış və danışıq tərzlərinə görə belə təəssürat yaranır ki, kollektorun əməkdaşları sadəcə Samir Mustafayevə yox, həm də daha kimlərəsə güvənirlər. Kimdir güc nümayişi etdirən? Nə üçün Belə şirkətlər hələ də fəaliyyətini davam etdirir? Bu kollektorun əməkdaşlarına vətəndaşın böyrəyini satması göstərişini verən güçün qaynağı kimdir? Suallar çoxdur əslində…
Agentlik fəaliyyətə başlayan zamandan işi ancaq məddahlıq edib, pul qoparmaq olan bəzi üzdəniraq saytlar da bu kollektorun “uğurlu fəaliyyətindən” yazdılar. Amma bir az keçdikdən sonra “BOA Kollektor Agentliyi” nin “reketlik” fəaliyyəti ortaya çıxandan sonra nədənsə qurbağa gölünə daş atıldı.

“BOA Kollektor Agentliyi” – niyə görə BOA

Beləliklə, adını Hindistan, Cənubi Amerika, və Afrikanın tropik yağmur ormanlarında yaşayan “Boa” ilanından götürən agentlik əlinə keçən müştəriləri boğmağa başladı. Adətən, tutduğu ovunu bədəni ilə boğulub ölənə qədər sıxan boa ilanı kimi “BOA Kollektor Agentliyi”nin əməkdaşları da bankların onlara satdığı müştəriləri nəfəsi kəsilənə qədər, hətta intihar edənə qədər boğur.
Qeyd edək ki, “BOA Kollektor Agentliyi”nin təsisçilərindən biri də poker yarışında 1 milyon udan “Unibank”ın prezidenti Eldar Qəribovun oğlu, poker oyunçusu İlkin Qəriblidir.
O, 3 il öncə Vergilər Nazirliyində qeydiyyatdan keçmiş və Azərbaycanın tarixində ilk borc agentliyi olan Baku Collecting Agency (BOA) MMC-ni yaradıb, lakin “Unibank”ın əsas təsisçisi Eldar Qəriblinin oğlu ilə bağlı xəbərin digər maraqlı tərəfi onun ortağı ilə əlaqəlidir. Belə ki, ölkədə fəaliyyət göstərən yeganə kollektor şirkəti olan BOA agentliyinin həmtəsisçisi Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin oğlu Rüstəm Hacıyevdir.
“BOA Kollektor Agentliyi”nin boğduğu müştərilərin səsini isə KİV-i çox az hallarda eşitdi.
İş o yerə çatdı ki, “BOA”nın işçiləri banklardan hesabını bağlatdırıb, öz “şotlarına” keçirdikləri müştərilərə “Pul tapmırsan, get böyrəyini sat” əmrini verdi. 
Bəli, BOA” Unibank-a borcu olan vətəndaşa böyrəyini satıb kreditini qaytarmaq əmri verib.
Həmin vətəndaş- 38 yaşlı Mübariz Bayramov “BOA Kollektor Agentliyi”nin qanunsuz əməlləri ilə mübarizə aparan “Antikollektor”a müraciət edib. Dediyinə görə, onun Unibanka təxminən 3000 manat borcu qalıb. Unibankın adından ona dəfələrlə zənglər və hədələr olub. Dəvət edib bir neçə saat da saxlayıblar. Cibində olanları da boşaldıb əlindən alıblar. Qohumlarına da zəng vurdurublar ki, gəlin Mübarizin pulunu ödəyin. Lakin görünən odur ki, Mübarizin Unibankın işçisi hesab etdiyi şəxslər əslində “BOA Kollektor Agentliyi” MMC-nin işçiləri olub. Bunu Mübariz adlı vətəndaşa bildirməyiblər.
Çünki Mübariz Bayramov “BOA Kollektor Agentliyi”i üçün Azərbaycan vətəndaşı deyil, sadəcə əllərinə düşən ovdur və onu nəfəsi kəsilənə qədər sıxmaq, boğmaq lazımdır. Nə qədər çox sıxsan, o qədər çox qanı çıxacaq ki, bu da qaniçən “BOA Kollektor Agentliyi” üçün əsl qidadır.
Əslində Unibank müştərisini cansız əşya kimi “BOA Kollektor Agentliyi”nə satmazdan öncə ona xəbərdarlıq etməliydi. Amma görünür, alan məmnun, satan məmnun. Müştəri müştəri kimdir ki?!
Amma unutduqları bir məqam var. Onlar üçün heç kim sayılan, əzilib, təhqir edilib, boğulan insanlar Azərbaycan vətəndaşıdır. Və Azərbaycan vətəndaşının da arxasında onun dövləti və prezidenti dayanır. 
Əslində bu kollektorda işləyən əməkdaşlar özəl və dövlət müəssisələrin fərqini, özəl bankla vətəndaş arasında yaranan çətinlikdə hansı formada vasitəçilik etdiklərini bilmir və vətəndaşları dövlət adı ilə hədələyirlər. Ölkədən çıxış üçün “STOP” qoyulacağı ilə təhdid edirlər. 

“BOA Kollektor Agentliyi”nin fəaliyyəti qanunsuzdur

Antikollektor Şirkətinin rəhbəri vəkil Əkrəm Həsənov ona müraciət edən Mübariz adlı vətəndaş, onu hədələyənlərdən birinin Mübarizə böyrəyini satmağı əmr edib. Mübariz də buna razı olub. Başlayıb xəstəxanaları gəzməyə ki, “böyrəyimi alın, borcumu ödəyim”. Təbii, heç bir xəstəxana onun təklifi ilə razılaşmayıb.
Buna görə də təklifi verən kollektordan telefonla xahiş edib ki, ona böyrəyini ala biləcək xəstəxananın yerini desin, gedib böyrəyini satsın.
Vətəndaşı bu qədər dəhşətli duruma salan agentlik isə öz rəzil əməlindən utanmaq əvəzinə, onu daha da boğmağa başlayıb və Mübariz Bayramovu yenə qorxudular ki, onun işi artıq məhkəmədədir, (bu, yalandır!), “axtarışdasan, səni tutacaqlar”. Mübariz yenə xəstəxana barədə soruşanda kollektorun əməkdaşı “sən tez gəl, mən səni yönləndirərəm ora” deyib (Həmin telefon danışığının audioyazısı). 

Antikollektorun rəhbəri Əkrəm Həsənov İnterpress.az-a açıqlamasında bildirdi ki, kollektorların fəaliyyəti xarici ölkələrdə tənzimlənir, yəni lisenziyalaşdırılır. Onunla hər kəs məşğul ola bilməz. Bizdə isə kollektor fəaliyyəti ilə bağlı qanun yoxdur və bu qanun olmadığından da əslində onların fəaliyyəti tamamilə qanunsuzdur.
Vergilər Nazirliyin analtik informasiya şöbəsinin İnterpress.az-a verdiyi məlumata görə, “BOA Kollektor Agentliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti 19.12.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb: “Qanuni təmsilçisi də Samir Mustafayevdir. Vergi ödəyicisi kimi vergilərini ödəyir. Amma onun kollektor fəaliyyəti, borclu şəxslərlə işin aparılması ilə bağlı bir şey deyə bilmərik, çünki, müvafiq sahənin tənzimlənməsi bizim səlahiyyətlərimizə daxil deyil”.
Azərbaycanda ilk kollektor agentliyi “BOA Kollektor Agentliyi”nin təsisçisi İlkin Qəribov isə münbit meşələrdə ov etməyi xoşlayan boa ilanının adını götürən agentliyi Azərbaycanda ilk kollektor agentliyi olduğunu deyir və fəaliyyətləri üçün münbit şəraitin olmasından rahatlığını ifadə eir: “Bazar iqtisadiyyatı inkişaf etdikcə və rəqabət artdıqca, hissə-hissə ödənilmək üçün təqdim edilən malların və xidmətlərin sayı artacaqdır və müvafiq olaraq, pis borcların miqdarı, təəssüf ki, artacaqdır. 
Biz bunu, Böyük Britaniya, Almaniya və Fransa kimi inkişaf etmiş ölkələrin timsalında görə bilərik. Özü də bazarların ölçüsü çox böyükdür. Məsələn, ötən il üçün ABŞ-ın kollektor şirkətlərinin qazancı 12 milyard dollar təşkil etmişdir. Rusiyada ötən il üçün ən iri şirkətin dövriyyəsi 450 milyon dollar təşkil etmişdir”.
Yeri gəlmişkən bu Rusiyanın Çelyabnski rayonunda da kollektor vətəndaşa “Bank borcunu ödəyə bilmirsənsə, get böyrəyini sat” əmrini vermişdi. Lakin bu əxlaqsız davranış bütün Rusiyanı ayağa qaldırdı və bank efirdə vətəndaşdan üzr istədi. Görünür, Boa üçün münbit şərait var, onlar borclu vətəndaşlara orqanlarını satdıracaq və ya gəlirləri artdıqdan sonra orqan alveri ilə məşğul olan klinika da açacaqlar ki, vətəndaşlar əziyyət çəkib iç orqanlarını satmaq üçün xəstəxana axtarmasınlar. 
Yəni ki, “BOA Kollektor Agentliyi” “get böyrəyini sat” təhdidini də elə rusiyalı həmkarlarından öyrəniblər. Amma Azərbaycanda vətəndaş cəmiyyəti elə bir durumdadır ki, belə qaniçənlərə üzr istətmək gücünü çoxdan itirib. Yəni sözün bütün mənalarında “BOA Kollektor” Agentliyinin təsisçisi demişkən, “münbit şərait var”. Bu münbit şəraitdə istədiyiniz qədər ov edə bilərsiz, istədiyiniz qədər insanları ayaqlaya bilərsiz “BOA Kollektor” Agentliyi! Amma… 

“Vətəndaşın imkanı varsa, borcu ödəyəcək, yoxdursa, ödəməyəcək!”

Əkrəm Həsənov deyir ki, vətəndaşa bankın ultimatum qoymağa hüququ yoxdur. Vətəndaş ödəmirsə, məhkəməyə verilməlidir:“Vətəndaşın imkanı varsa, borcu ödəyəcək. Yoxdursa, ödəməyəcək! Kollektora gəldikdə bizdə onların fəaliyyəti tənzimlənmir. Ümumiyyətlə bank borcun qaytarılmasını kollektora tapşıra bilər ki, onun adından hərəkət etsin. Amma vətəndaş kollektordan danışmaqdan imtina edə bilər. Bankın vətəndaşa ultimatum qoymağa hüququ yoxdur. Çünki, bu bank sirridir və kollektor isə bank deyil. Yəni vətəndaş kollektorun zənglərini, çağırışlarını və s. rədd edə bilər. Kreditin bank tərəfindən satılmasına gəldikdə isə, kredit bir bank tərəfindən ancaq digər bir banka satıla bilər. Yəni bank fəaliyyəti haqqında lisenziyası olan quruma. “BOA kollektor”un isə bu lisenziyası yoxdur. Yəni bank borcu kollektora və ya digər bank fəaliyyəti haqqında lisenziyası olmayan fiziki vəya hüquqi şəxsə satıla bilməz. Kollektora kreditin satılması isə kollektorun qanunsuz bank fəaliyyəti ilə məşğul olması deməkdir. Bu isə ümumiyyətlə cinayətdir”.

BOA Kollektor Agentliyi” vətəndaşların ölkədən çıxışına qadağa qoyur?

Banklara borcu olan müştəriləri kollektorun əməkdaşları “ölkədən çıxışına qadağa qoyduq” yalanı ilə aldadırlar. Ümumiyyətlə, bu agentliyin vətəndaşın ölkədən çıxışına qadağa qoymaq hüququ yoxdur. Lakin, “müasir” reketliklə məşğul olan kollektor agentliyinin “stop”la hədələdiyi bir neçə şəxslə bağlı Dövlət Sərhəd Xidməti ilə əlaqə saxladıq. Bəlli oldu ki, “BOA Kollektor” Agentliyi bu vətəndaşları aldadıb və onların heç birinin ölkədən çıxışına qadağa qoyulmayıb.

Hansı halda vətəndaşın ölkədən çıxışına qadağa qoyula bilər?

Hüquqşünas Müzəffər Baxış deyir ki, qanuna görə, şəxs barəsində cinayət işi başlananda ölkədən çıxışına qadağa qoyula bilər. Əgər şəxsin hər hansı bir öhdəlikləri varsa, belə hallarda da qadağa qoyula bilər. Bundan əlavə, “Miqrasiya haqqında” Qanunun tələblərinə görə, şəxs həbs edildikdə, barəsində həbs-qətimkan tədbiri seçildikdə, əsas cəzasını məhkum çəkənə qədər bu qərar qüvvədə saxlanılır. Müddətli hərbi xidmətdə də belə qərar nəzərdə tutulur”.

Arzu Abdulla                   interpress.az

26.06.2016

ОБРАЩЕНИЕ к Президенту России от гражданина Грузии об отмене визового режима

Случается что самые близкие люди порою из-за обстоятельств, плохого окружения или длинных языков отстраняются друг от друга - кто-то недальновидно, а кто и вовсе с умыслом подначивает их, кто-то как ворон ищет выгоду, кто-то глупо треплет языком, по большому счету же, проигрывают лишь эти, некогда самые близкие люди, вставшие в позу - окружение же уходит, появляются новые персонажи, но они уже фон - импровизация того или иного режиссера-проходимца, но никак не то, что вложено гениальным драматургом в сценарий изначально - любые последующие отношения лишь жалкое подобие того что было, и помнят они лишь плохое (таков механизм вытеснения дабы оправдать выбор). Остаются травмы, образы, сравнения и разбитая жизнь, побеждают “доброжелатели” - а некогда самые близкие друг к другу люди теряют то вечное и светлое что когда-то свело их ради чего-то третьесортного и мишуры - бывает поздно, но бывает что, опомнившись и удалив из жизни всех ненужных, они возвращаются к тому вечному что было, есть и будет ценностью во все времена, растят детей, строят дом и разбивают сад...
Государства и народы, проживающие в них, как и отдельные личности - также подвержены вышеописанному механизму отчуждения - и чем ближе они, тем сильнее аналогия. Порою, самые близкие в ментальном отношении нации не прощают друг-другу элементарных слабостей - не прощают потому-что в их представлении близкий должен быть совершенен, стоять над - не слушать тех, кто треплет языком, не искать выгоды.., но природа человека явно говорит об обратном, поэтому не только отдельные и близкие друг-другу индивиды, но и народы, прежде чем осуждать - должны понять что двигало, и откуда вдруг начались конфликты, вина ли это окружения, быта, или языков ...
Самые близкие в культорологическом плане народы - россияне и грузины на данный момент помнят лишь плохое, ведь таков механизм вытеснения оправдывающий рефлективный выбор. Сколько “стран-доброжелателей”, ангажированных СМИ, ищущих от нашей соры выгоду соседей, пытаются воткнуть клин - теми же способами как это происходит между самыми близкими людьми, и мы на уровне народов также пытаемся забыть все хорошее, и опереться на плохое, но что тогда делать с заветами тех великих учителей коих множество, как с российской так и грузинской сторон.
Как можно грузину забыть слова Ильи Чавчавадзе (Святой Илья Праведный): “С этого памятного дня (дня входа русских войск на грузинскую землю в 1793) Грузия обрела покой. Утихомирилась давно уже не видевшая покоя, усталая страна, отдохнула от разорения и опустошения, от вечных войн и борьбы. Наступило новое время, время покоя и безопасной жизни для обескровленной и распятой на кресте Грузии, которую господь создал земным раем для человека, но которая едва не обратилась в братскую могилу для ее самоотверженных сынов, погибавших без помощи и надежды, в одиночестве и вдали от всех, во имя величия христианства и сохранения своего национального лица. Была заложена грань мирной жизни. С этого дня никто не осмелился переступить эту грань с огнем и мечом”.
Как можно россиянину не знать, и тем более не руководствоваться словами Серафима Саровского; “Как отнесешься к Грузии, так к тебе отнесется Богородица - Грузия её удел”.
Мы все, являемся больше жертвами обстоятельств - нежели жнецами плодов, от собственного свободного выбора, которого в 90-х не было ни у вас, ни у нас!.. Но неужели такие культурные народы как наши не более как кости домино подверженные эффекту первого удара и мы не способны проявить волю и великодушие, взглянуть на проблему со стороны - за круглым столом обсудить накопившееся и развязать этот узел? Неужели ни в России, ни в Грузии не найдется сил и государственников - кто, не смотря на прошлые обиды и злоупотребления с той или иной стороны способны сделать правильные выводы и наметить пути выхода?
И разве первым, не должен сделать шаг более сильный?
И этим первым шагом может стать отмена визового режима, посему именно с этой просьбой и учётом духа вышенаписанного обращаюсь я к президенту России, господину Владимиру Владимировичу Путину - тем самым инициируя сбор подписей к петиции, с надеждой, что за этим жестом доброй воли со стороны России непременно последуют и те шаги, что логически исходят из нашей общей славной истории, и будут достойны заветов наших предков.

С уважением, публицист Давид Чхартишвили (Грузия, г. Батуми)

http://russia-armenia.info/node/28866

Ни один телеканал в России не сообщил о победе российского спецназа в США

Мне часто задают вопрос: какое место среди ведущих спецподразделений занимает «Альфа»? На него нет буквального ответа, поскольку деятельность спецназа не может быть оценена по шкале рейтинговых агентств. Однако некоторые критерии все-таки существуют, и я могу утверждать, что российская «Альфа» является одной из лучших боевых единиц в мире.
Зримым подтверждением моих слов стал 29-й Super SWAT International Round-Up — 2011, проходивший в США. Город Орландо, штат Флорида. Это открытый Чемпионат мира среди полицейских (преимущественно) спецподразделений. В этом году его сенсацией стало выступление команды Управления «А» Центра специального назначения ФСБ России. Команда насчитывала одиннадцать человек, включая двух снайперов.
После того, как сотрудники «Альфы» показали высочайшие результаты, к ним подходили специалисты из других стран, и задавали вопросы: откуда вы появились, ребята?! Хотя поначалу американцы в частных разговорах кривили губы: вы, дескать, должны быть рады уже одним фактом своего приезда на такой престижный турнир. И, соответственно, не помышлять о каких-то призовых местах.
И вот- сенсация!
В зачетной копилке нашей дружины первое и второе места по Super SWATу, серебро в «Remington super sniper». И звание «Лучшей международной команды».
На старте заявили о себе семьдесят две команды, а до финиша дошли только пятьдесят девять. Несколько было дисквалифицировано, кто-то уехал по собственной инициативе- были большие претензии к судейству.
Как отмечают наши товарищи, американцы откровенно засуживали конкурентов. Расскажу об одном характерном эпизоде. Упражнение- «Спасение раненого сотрудника SWATа».
Снайпер и четыре штурмовика по команде подбегают к траверсу, над водой преодолевают препятствие с помощью роликов, затем стену или трубу, подбегают к огневой позиции и, надев противогазы, открывают огонь из автоматов по бумажным мишеням с дистанции 15-20 метров, правда, на соревнованиях все считали в ярдах. Четыре выстрела в зону поражения.
После этого новая пробежка, преодоление препятствия и стрельба из пистолета по металлическим мишеням, тоже четыре выстрела. Затем, когда команда достигает отведенной зоны, ей назначается «раненый», которого эвакуируют до места преодоления водной преграды.
В это время снайпер работает с наклонной крыши по двум маленьким белым тарелочкам диаметром десять сантиметров. Дистанция - двести метров. Можно произвести всего два выстрела.
После этого снайпер надевает противогаз и бежит к огневой позиции, где делает из пистолета четыре выстрела. Дистанция десять метров, тарелочки такие же. Затем подбегает к штурмовой команде и в обратном порядке преодолевает траверс, возвращаясь на финиш.
Поскольку наших товарищей откровенно засудили на первом упражнении, бездоказательно прибавив им время, руководитель команды специально взял фотоаппарат и видеокамеру, и отснял все пораженные мишени, чтобы со стороны организаторов не возникло никаких вольных трактовок.
Время было одно из лучших - 3 минуты 40 секунд. Когда же вывесили общий результат, то оказалось, что «Альфе» добавили четыре минуты, т.е. стало 7 минут 40 секунд! Можно себе представить возмущение людей, которые четко выполнили упражнение, а у них жульнически крадут победу.
Однако все попытки добиться справедливости оказались тщетны. Протест был отклонен. Мотивация? Она потрясает: по условиям соревнований фото и видео-кино-документирование не является доказательством! Критерием является только мнение судей.
Столкнувшись с таким откровенным хамством, руководитель нашей команды попросил принести пораженные мишени- тогда все будет очевидно! Через час ему было сообщено, что мишени… уничтожены!
Ребята были возмущены и удручены одновременно. Связались с руководством в Москве, там говорят: собирайте вещи и- домой! И тогда офицеры «Альфы», собравшись и обсудив ситуацию, решили остаться. Из принципа! «Альфа» не привыкла отступать. Сотрудники, как они рассказывали потом, вспоминали о наших героических предках, о «гене победителя».
Стало быть, предстояло не просто победить, но сделать это по высшему разряду- чтобы при всем желании организаторы не смогли вывернуть результат наизнанку.
Упражнение на звание Чемпиона по Super SWATу включало в себя бег. В военной амуниции «наматываешь» одну милю с преодолением водной преграды, полосы препятствий, в том числе естественных (лесных или рельефных). Достигнув огневого рубежа, стреляешь из любого вида оружия (пистолета, автомата или ружья) в 10-сантиметровый круг.
Система подсчета такая. Ноль штрафных очков- ноль минут добавляют, диаметр чуть больше на пять сантиметров- одну минуту, диаметр десять сантиметров-круг- добавляют две минуты. Промах в мишень означает три минуты. После чего участник снимает противогаз и бежит вторую милю. Отстрелявшись, бежишь еще милю- такую же, с водными преградами, с полосой препятствий. Потом работает из автомата.
С самого начала четверо сотрудников «Альфы», отобранных на это упражнение, задали фантастический темп, двое сразу ушли в отрыв. Что тут скажешь: отступать некуда- позади Москва!
Когда наши ребята финишировали, вокруг никто не мог поверить: «Что, русские?!». Они успели обняться, сфотографироваться, умыться, переодеться- и только тогда на финиш подтянулась вся основная группа.
А дальше начался торг. Организаторы пытались уломать наших, чтобы те отдали первое место американцу, который пришел вторым с большим числом промахов. Потом хотели задним числом ввести две возрастные группы, чтобы, опять же, получить заветное первое место. Но как можно оспорить очевидное? В итоге правда восторжествовала.
Бразилец, который по общему времени должен был стать вторым, оказался на третьей позиции. И очень расстроился, сказав, что больше на эти соревнования не поедет. А руководитель венгерской команды (мадьяры лет десять ездят во Флориду) в сердцах констатировал: «Да, я понял, что все-таки американцы - с у к и !»
…На торжественной церемонии нашему сотруднику Михаилу Н., ставшему Чемпионом мира по Super SWATу, вручили сертификат на право бесплатного выбора «Глока» любой модели. В любом магазине. И опять «американские нюансы»: иностранцу оружие никто не продаст. И вывезти его не представляется возможным. Тогда зачем эти красивые жесты?..
Как бы там не было, офицеры «Альфы» проявили мужество, собранность и потрясающую волю к победе. Они взяли верх не только умением, но и силой духа. На одном из упражнений наш товарищ, получив солнечный удар (температура была +35°), дошел до финиша и там потерял сознание.
Мы гордимся ребятами, честь им и слава! Однако ни один официальный телеканал не сообщил о феерической победе российского спецназа в США. Я восполняю этот пробел. Страна должна знать своих героев. Пусть и не в лицо.

ruspravda.info

Томас де Ваал: Армянская ССР и была создана как раз для того, чтобы стать для армян новой родиной

В XIX веке, после того как метрополия направила сюда на поселение тысячи семей армянских иммигрантов из Турции и Персии, Ереван стал более армянским городом. И, тем не менее, еще в 1870-х годах в нем насчитывалось всего двенадцать тысяч жителей, то есть он был даже меньше Шуши, и армянские переселенцы предпочитали искать работу в Баку (Lourie, Yerevan’s Phenomenon, p. 177-178).
Таким, как сейчас, Ереван стал благодаря очередной, намного более интенсивной волне иммиграции…
В 1918-1920 годах Ереван был столицей первой республики Армении, некоторое время сохранявшей независимость, и единственным убежищем для сотен тысяч армянских беженцев из Анатолии. В 1920 году город стал столицей советской Армении. Когда в 1932 году Ереван посетил писатель Артур Кестлер, ему, еврею, городские кварталы напомнили тогдашние еврейские поселения в Палестине: «…значительная часть населения состояла из беженцев и иммигрантов из Турции, Европы и Америки. Часто бывало, когда я спрашивал у прохожего дорогу на ломаном русском языке, мне отвечали на прекрасном немецком или французском…” (Koestler. The InvisibleWriting, р. 109).
…нация лишенная государства, была разбросана по всему миру. Армянская Советская Социалистическая Республика и была создана как раз для того, чтобы стать для армян новой родиной.

Томас де Ваал                 news.bbc.co.uk

"Azad istehlakçılar" İctimai Birliyi və "Əl-ələ" valideyn Cəmiyyətinin imza toplama aksiyasina sizdə qoşulun!

"Azad istehlakçılar" İctimai Birliyi və "Əl-ələ" valideyn Cəmiyyətinin imza toplama aksiyasina sizdə qoşulun! Dövlət təminatında olan məktəbə qədər təhsil müəssələri ilə bağlı valideynlər dövlət başçısına müraciət hazırlayıblar.
Təşkilatımız hələ çox cavan olmasına baxmayaraq, son vaxtlar valideynlərdən bizə çoxlu şikayətlər gəlməkdədir. Bu şikayətlər əsasən əhalının az təminatlı və işci təbəqəsinin sıx yaşadıgı yerlərdə dövlət himayəsində olan uşaq bağçalarının azlığındandır. Daha dəqiq desək bağçalar var, lakin onlara qəbul yerləri çox məhduddur. Buna səbəb isə həmin bağçaların binalarında bu günə qədər də insanların məskunlaşmasıdır. Bu gün artıq heç kim deyə bilməz ki, Azərbaycan iqtisadi cəhətdən zəif bir ölkədir və öz gələcəyi olan uşaqlara lazımı qayğı göstərə bilmir. Bu əsla belə deyil. Biz bir Vətəndaş cəmiyyəti kimi buna təm əminik ki, Azərbaycanda dövlət tərəfindən uşaq bağçalarına lazımı diqqət yetirilir. Lakin bəzi yerli məmurların günahından dövlətin himayəsində olan məktəbə qədər təhsil ocaqları bilərəkdən çökdürülür ki, həmin o məmurlara və ya gizli sponsorlara məxsus özəl tədris müəssələri və uşaq bağçalarına tələbat çoxalsın. Məşhur bir filmimizdə deyilən kimi “buna sabotaj deyirlər, Kərbəlayı, yəni hökümətin təməlini qazmaq”dan başqa ad vermək olmaz. Hər bir vətandaş bu gün müvafiq vergiləri, istehlak etdiyi elektrik enerjisinin, qazın, suyun, təhsil xidmətlərinin və tibbi xidmətlərin haqqını ödəməklə, eləcədə gənclər hərbi mükəlləfiyyətə əməl etməklə vətəndaşlıq vəzifələrini yerinə yetirirsə, dəməli onun bir İstehlakçı kimi bu dövlətin ona verdiyi hüquqlardan istifadə etmək imkanı olmalıdır. 
Odur ki elə biz də bu şikayətlərin iziylə, “Əl–Ələ“ Valideyn cəmiyyəti İB-nin könüllüləri ilə birgə, bu sahədə daha ağır vəziyyət yaranmış Bakı şəhərində yerləşən bəzi uşaq bağçalarına qeyri-rəsmi olsa da istimai baxiş keçirdik. Həqiqətən də Nəsimi rayonunda yerləşən 146, 14, 95 saylı uşaq bağçalarında uşaq yerlərinə növbə 100 nəfərdən çox olmasına baxmayaraq, bağçaların bir hissəsindən yaşayış yeri kimi istifadə olunur. Ən acınacaqlı vəziyyət isə Bakının Nizamı rayonu Keşlə qəsəbəsindədir. Belə ki, qəsəbədə uşaqlı ailələrin çoxluğuna və eləcə də mərkəzdən aralı olduğuna baxmayaraq, qəsəbədə cəmi 2 uşaq bağçası var. Onlardan biri, daha doğrusu 278 saylı uşaq bağçasında valideyn növbəsinin artıq 200 nəfəri keçməsinə baxmayaraq, bağçanın demək olar ki 2/3 hissəsindən yaşayış sahəsi kimi istifadə olunur. Bu isə tək məktəbə qədər təhsildən məhrum olunmuş uşaqların yox, eləcə də uşağını imkansızlıq üzündən Bakının bu başindan o başına özəl bağçaya apara bilmədiyi üçün evdə oturmağa məcbur olan valideynin və artıq 25 ilə yaxındır ki, özünə ev, yurd qura bilmədiyi üçün keçən əsrin ortalarında tikilmiş bağça otaqlarında məskunlaşmış insanların hüquqlarının tapdanmasıdır. Dövlətimiz təkcə elə Bakı ətrafında Qarabağ və Ermənistandan doğma yurdunu tərk etməyə məcbur olub Bakıya pənah gətirən insanlar ücün şəhərciklər saldıgı halda, axı nə üçün uşaq bağçalarında məskunlaşmış insanlara həmin şəhərciklərdə yer ayrılmır? Yox, əgər ayrılırsa, bəs onda bağçaların binalarının boşaldılmaması və bu insanların ağır həyat keçirməsi kimə xeyirdir?
Valideynlərin bütün bu şikayətlərini nəzərə alaraq, biz, bir İctimai təşkilat kimi iyun ayının 15-dən etibarən bir ay müddətinə təşkilatımızın baş ofisində və eləcə də yaxın dost münasibətlərimiz olan “Əl-Ələ Valideynlər Cəmiyyəti” İctimai Birliyinin Günəşli qəsəbəsindəki ofisində imza toplama aksiyasına start vermək fikrindəyik. İmza toplamanın əsas məqsədi, Azərbaycanda dövlət himayəsində və Təhsil nazirliyinin tabeçiliyində olan məktəbə qədər təhsil müəssələrində məskunlaşan qaçqın və məcburi köçkün ailələrinin müvafiq məskunlaşma yerlərinə köçürülməsinə və yenidən uşaqlara verilməsinə nail olmaqdır. Bu səbəbdən də üzümüzü hələ ki ancaq Bakı şəhər sakinlərinə və valideynlərə tutaraq və Dövlət Başçımızın İctimai nəzarət barəsində söylədiklərini əldə rəhbər edərək, bizim imza toplama aksiyamıza qoşulmağa dəvət edirik. 
Hazırladığımız müraciətin tam forması ilə tanış olmaq və onu imzalamaq ücün aşagıdaki ünvanlara yaxınlaşa bilərsiniz. Eləcə də aşagıdaki elektron ünvanlara öz adınızı, soyadınızı və əlaqə nömrənizi göndərməklə, bizimlə əlaqə saxlayıb, müraciəti imzalaya bilərsiniz.

Ünvan: "Azad İstehlakcılar İctimai Birliyi" Az-1010, Bakı şəhəri, S.Rəhimov küçəsi. 201, mənzil 10. Professor11@list.ru. ahmed.rahmanov@facebook.com 

Telefon: 012 441 28 33; 012 449 89 95. 077-7104644.
“Əl-Ələ” Valideyn Cəmiyyəti İctimai birliyi : Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi. Yeni Günəşli yaylası, döngə 2, ev 31. 
Telefon. 055-347-99-51
autism_azeri@hotmail.com 

Əhməd Rəhmanov 
“Azad istehlakcilar İctimai Birliyi”nin nəznində yaradılmış “Müalicə və Bərpa müəssələrində İstehlakcı hüquqlarının müdafiə Komissiyası”.

24.06.2016

Bilgəhdə istirahətin bir gecəsi 235 manat, Kabuletidə isə 7 günü 190 manatdır

Azərbaycanlıların da yay istirahəti üçün seçimləri sırasında yer alan Türkiyənin istirahət bölgələrində vəziyyət acınacaqlıdır. "Yeni Müsavat” ordakı real mənzərəni Türkiyənin "Hürriyet” qəzetinin araşdırmasına əsasən oxucularına çatdırır.

Bu il ölkənin turizm sektoru uzun illərdən sonra bəlkə də ən ağır mövsümlərdən birini keçirir. Xüsusən də Türkiyənin  turizm şəhərlərində çətin vəziyyət dərindən hiss edilir. Bu şəhərlərdə təkcə  hotellər yox, əslində satıcılar da, yerli xalq da sayı yaribayarı azalan turistlərin ortaya çıxardığı problemlərdən nəsibini alır. Uzun müddətdir hansı hotel sahibinə soruşulsa, hansı sektor təmsilçisi ilə danışılsa, problemin böyük olduğunu, azalan turist sayının sözügedən sektoru çökdürdüyünü deyir.
"Hürriyet” Antalyadan Muğlaya qədər bir neçə bölgəni araşdıraraq ortaya maraqlı turizm dosyesi qoyub. Belə ki, Antalyada Alanya, Konaklı, Türkler, Avsallar, Okurcalar, Side, Belek, Lara, Muratpaşa, Beldibi, Kemer və Tekirovaya, Muğlada isə Fethiye, Ölüdeniz, Göcek, Dalaman, Marmaris və Bodruma baş çəkiblər. Bütün bu bölgələrdə yaşanan ortaq problem ötən illə müqayisədə turist sayının aşağı düşməsidir. Problemlər bununla da bitmir. Bir çox hotellər ötən illə müqayisədə daha az işçi işlədir. Bölgədə işsizlik artıb. Bəzi hotellər açılmayıb, hovuzlar boş, yataqlar isə hotelin lobbisində yerə düzülüb. Açıq olan hotellər isə lazımi müştərini təmin edə bilməməkdən narazıdır. Məsələn, 200 otaqlı bir hoteldə cəmi 25 otağın dolu olmasından şikayətlənir hotel rəhbərləri. Və bu müştəri qıtlığı baqqalından qarğıdalı satıcısına, taksi sürücüsündən kafe rəhbərinə qədər hər kəsə problem yaradır. 
Keçmişdə ən qabaq sıradakı şezlonqları zəbt etmək üçün yarış olduğunu deyən hotel işçiləri indi gün boyu şezlonqların boş qaldığından şikayətləniblər. Antalyaya gələn turist sayı ötən illə müqayisədə 42 faiz azalıb. Xüsusən Alanya və Kəmərdə böyük sıxıntı yaşanır. Təkcə Alanyada açılmayan turizm müəssisələrinin sayı 30-u keçib. Bir çox hotel isə açıq olmasına baxmayaraq boşdur.
Elə İstanbul Atatürk aeroportunda da bu problem özünü göstərir. Burada da Antalyaya gedən təyyarələrdə sərnişin azlığı diqqət çəkir. Antalya aeroportunda bir il əvvəl özünü göstərən qələbəlikdən indi əsər-əlamət yoxdur. Taksiyə daha tez minmək, avtobusa çatmaq cəhdləri yoxdur. Alanyanın mərkəzindəki restoranlar isə boş, taksi sürücüləri və mağaza sahibləri müştəri gözləyirlər. Əksər hotellər işçilərinin sayını azaldıb. Alanyadakı hotel sahiblərindən biri turist sayının azlığına görə 140 işçisini işdən çıxarıb. Almanların və rusların çox sevdiyi Side və Manavqatda da durum çox parlaq deyil. Bələkdəki satıcılar isə çoxdan bu krizə məğlub olublar. Bir eynək mağazası sahibi 7 ildir ki, bu bölgədə alver etdiyini, amma heç vaxt belə pis vəziyyətlə qarşılaşmadığını deyib: "Bu il bölgədəki dükanlarımızdan birini bağlayacağıq. Çünki kirayəsini ödəyə bilmirik. İllik kirayə 60 min avronu keçir. Keçən il gündə 1500 dollara yaxın mənfəətimiz olduğu halda, indi bu rəqəm 100 dolları keçmir”.
Antalyanın Lara bölgəsində isə pullu-pulsuz çimərliklərin heç birində turistə rast gəlmək mümkün deyil. 500-dən çox nömrəsi olan hotellərin sahillərindəki insanları rahatlıqla saymaq mümkündür. Bu bölgədə də ticarət obyektlərinin icarə haqqı ildə 30-100 min avro arasında dəyişir. Mağaza sahibləri gündə ən azı 2500 avro qazanmalıdır ki, kirayəni və işçilərin məvaciblərini ödəyə bilsinlər. 
Taksi dayanacağında çalışan sürücülər də vəziyyətdən şikayətçidir. Dediklərinə görə, keçən il dayanacaqda 18 taksi dayanmadan çalışırdı. İndi isə ancaq 9 taksi dayanacağa gəlir. O taksilərin sürücüləri də 1-2 müştəri ilə günü yola verirlər. 24 saat çalışan bir taksinin gündəlik gəliri 80 faizə yaxın düşüb. Kəmərdə 5 ulduzlu iki hoteli olan bir sahibkar isə hotellərindən birini açmamağa qərar verib.
Bu il azərbaycanlılar üçün də Türkiyənin istirahət bölgələri əlçatan deyil. Məlumdur ki, turizm şirkətləri turları dollarla alır və müştəriyə də dollarla satır. Dolların gündəlik kursuna əsasən isə qiymətlər heç də ürəkaçan deyil. Digər tərəfdən, Türkiyədə turizmin ölü vəziyyətdə olmasını oxuyan istənilən şəxs düşünür ki, müştəri axınına məruz qalmayan turizm obyektində xidmət də, yeməklər də, qulluq da əvvəlki kimi olmayacaq. Üstəgəl, Türkiyədə son dönəm terror faktlarının artması insanı bu ölkədən bir qədər qorxudur. Əcəba, getdiyimiz yerdə terror ehtimalı ola bilərmi?
Bu kimi problemlər isə insanı istər-istəməz bölgələrimizdəki istirahət guşələrinə yönəldir. Amma qiymətlərlə tanış olana qədər. Azərbaycanın Şəki, Qax, Quba, Qusar, Lerik, Şamaxı, Qəbələ kimi bölgələrində 4 nəfərlik ailənin istirahəti minimum 2 min AZN-ə başa gəlir. Sözügedən bölgələrdə yerləşən sıradan hotellərdən birində 1 həftə ərzində qalmaq yalnız səhər yeməyi daxil edilməklə, bir nəfər üçün 500-700 AZN məbləğindədir.
Adi bir misal. "Qafqaz Qəbələ Resort" hotelində 15 iyun - 31 avqust tarixlərində 5 gecə qalıb 4 gecə üçün 690 AZN ödəmək təklif olunur. Kampaniya 2 nəfərlik standart (double və ya twin) otaqlar üçün nəzərdə tutulub.
Qiymətə daxildir:
- 2 nəfərlik standart otaq;
- Səhər və axşam yeməyi;
- SPA mərkəzi;
- Hovuz.
Qeyd. Göstərilən qiymətlər Ramazan bayramı günlərinə (6-10 iyul tarixlərinə) şamil edilmir.
Yəni burda söhbət heç 1 həftədən də getmir. 4-cə gün üçün, hətta nahar da daxil edilmədən, 700 AZN-ə yaxın məbləğ bir nəfərə aiddir.
"Samaxi Palace" hotelində isə 1 həftə istirahət, 7 gecə, 6 gün üçün 499 AZN tələb olunur. Bura ancaq səhər yeməyi və SPA daxildir.
Hesab edək ki, çox uzağa getmək istəmirsiz. Bilgəhdə, yaxınlıqda bir hoteldə, dənizdə üzmək və təmiz hava almaqla istirahət planınız var. Çox da tələsməyin. Çünki burda yerləşən "Jumeriah hotel”də bir nəfərin bir günlük qalmasının qiyməti 235 AZN-dən başlanır, ta 410 AZN-ə qədər. Sözügedən hoteldə kral suitinin qiyməti isə... 7435 AZN-dir. Bəli, bir gecəsi... Odur ki, başqa fakta gərək varmı?
Buna görə də bir çox yerli turistlər Gürcüstan variantına üstünlük verir. Sosial şəbəkədə elanlarını yerləşdirən turizm şirkətlərindən biri Kabuletidə 7 günlük istirahət üçün cəmi 190 manata elan verib, iyul ayı üçün müştəri rezerv edir. 190 manata hoteldə 6 gecə 7 gün qalmaq, gündə üç dəfə yemək, hotelin bütün xidmətlərindən istifadə etmək daxildir. Bu isə azərbaycanlı turist üçün əlavə və daha sərfəli istirahət təklifidir.

az.baku.ws

Dövlət Dumasının sədr müavini: Rusiya ilə Azərbaycanın yaxınlaşmasında yeni mərhələ başlanıb

Rusiya Dövlət Dumasının maliyyə bazarı komitəsi sədrinin müavini Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının işi və Rusiya-Azərbaycan biznesinin planları barədə söhbət açıb.

-Son illər Rusiya ilə Azərbaycan bir-birinə çox yaxınlaşıb: rəsmi şəxslərin səfərləri, birgə layihələrin həyata keçirilməsi barədə bəyanatların sayı artıb. Sizcə buna səbəb nədir?
-Mən sualı başqa cür qurardım. Mən deyərdim ki, hazırda Rusiya ilə Azərbaycanın yaxınlaşmasında yeni mərhələ başlanıb. Ona görə ki, ölkələrimiz arasında həmişə çox sıx, konstruktiv, qarşılıqlı hörmətə əsaslanan münasibətlər olub. Azərbaycanda rusdilli təhsil tam həcmdə qorunub saxlanıb. Postsovet məkanında bununla fəxr edə biləcək respublika çox deyil. Bizim aramızda dil baryeri yoxdur. Bizim ortaq dəyərlərimiz, ortaq tarixi yaddaşımız var. Qarşımızda ortaq məsələlər, o cümlədən müxtəlif resurslarla zəngin olan Xəzəryanı ərazinin mənimsənilməsi məsələsi durur. Rusiya onilliklər boyu Azərbaycanın aparıcı ticari tərəfdaşı olaraq qalır. Azərbaycan Rusiya Federasiyasının 85 regionundan 72-si ilə sıx iqtisadi əlaqə saxlayır. Həm də bu əlaqələr nəinki dünən, hətta iki il əvvəl də yaranmayıb.
İndi bizim əməkdaşlığımız bütün istiqamətlər üzrə daha yüksək səviyyədədir. Bu, ilk növbədə iqtisadiyyata aiddir. Hazırda dünyada yaranmış iqtisadi vəziyyət, yəni enerji daşıyıcılarının ucuzlaşması, şaxələndirmə, qeyri-neft sektorlarının inkişafı kursunu davam etdirmək zərurəti həm Rusiyaya, həm də Azərbaycana ciddi təsir göstərir. Biz qonşu və tərəfdaş ölkələr kimi bir-birimiz üçün son dərəcə faydalı ola bilərik. Qeyd etmək lazımdır ki, son vaxtlar Rusiya-Azərbaycan əməkdaşlığı ilə bağlı çoxsaylı mühüm iqtisadi və siyasi hadisələr baş verir, ciddi bəyanatlar səslənir.

-Bu yaxınlarda Sankt-Peterburqda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin görüşündə iki ölkə arasında əmtəə dövriyyəsinin azalması məsələsi müzakirə edilib.
-Elədir, Sankt-Peterburq görüşü bir daha göstərdi ki, Rusiyanın Xəzəryanı qonşusu ilə münasibətləri çox vacibdir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin keçən il təəssüf ki, azalması həmin görüşdə müzakirə edilən mövzulardan biri olub. Hərçənd, burada bir incə məqam var. 2014-cü ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 4 milyard dollara çatmışdı. 2015-ci ildə maliyyə böhranı fonunda bu göstərici azalıb, lakin həmin ildə də qarşılıqlı malgöndərmələrin fiziki həcmi cəmi 5 faiz azalıb. Bu onu göstərir ki, Rusiya-Azərbaycan iqtisadi münasibətləri çox böyük möhkəmlik ehtiyatına və inanılmaz potensiala malikdir, onu inkişaf etdirmək lazımdır. Özü də məhz indi, maliyyə konyunkturunun neft sektoru üçün əlverişsiz, lakin kənd təsərrüfatından başlamış maşınqayırmaya qədər bütün digər sahələr üçün əlverişli olduğu vaxtda inkişaf etdirmək lazımdır.

-Rusiya hökuməti bu istiqamətdə hansı addımları atır?
-Ən əvvəl Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının işini qeyd etmək lazımdır. Bu Komissiyanın işinin nəticələri artıq belə inam yaradır ki, iqtisadi əməkdaşlığa dair bütün məsələlər – gömrüklə, investisiyalarla, vergi rejimləri ilə bağlı məsələlər çox operativ şəkildə həll ediləcək.
Azərbaycandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsulları üçün “yaşıl dəhliz” yaradılması barədə razılıq əldə edilib. Bilirsinizmi, ərzaq embarqosu şəraitində ölkəmizə ekoloji, keyfiyyətli meyvə və tərəvəz göndərilməsi həyati əhəmiyyətli məsələdir və bu məsələnin həllində Azərbaycan bizim birinci köməkçimizdir. Hazırda bu sahədə göstəricilərimiz heç də pis deyil. Bir misal göstərim: keçən il Rusiyanın idxal etdiyi pomidorun ümumi həcminin yalnız bir faizi Azərbaycandan göndərilirdisə, indi bu göstərici 7,5 faizdir. Üstəlik, bu məhsulun qiyməti aşağı düşüb və zənnimcə, gələcəkdə satışın həcmi artdıqca qiymət bir qədər aşağı düşəcək.

strateq.az

23.06.2016

Ağdam “Qaçqınkom”nun oğlu atasının “qaçqın pulu” ilə krallar kimi kef edir

Necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir?
Bura Azərbaycandır. Bir tərəfdə zirzəmidə yaşayan yüzlərlə, bəlkə də minlərlə qaçqın ailəsi, bir tərəfdə isə qaçqınların pulu ilə harınlamış və dünyaya meydan oxuyan balaca bir məmurun oğlu. Bakıda zirzəmidə yaşayan qaçqının oğlu uzun illər boyu bir qurtum kola xəyalı ilə siçovullarla oynayıb vətəni qorumaq üçün cəbhə bölgəsində yağışdan islanıb, günəşdən çatlarkən, qaçqınlardan mənimsənilən vəsaitlərlə böyüyən məmur oğlu isə Bakıda kef içində əsgərliyini keçirir və üstəlik bahalı avtomobillərini sosial şəbəkələrdə paylaşaraq tanıyanlara göz dağı verir.
Söhbət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadovun oğlundan gedir. Açığı oğul İbadovun sosial şəbəkələrdə paylaşdığı şəkillərə baxdıqda adam zənn edir ki, bu gənc məcburi köçkünlərin problemləri ilə məşğul olan qaçqın məmurun oğlu yox, Hacıqabulda ov ovlayıb, quş quşlamağa gələn Dubay əmirinin oğludur.
Və bu zaman adam doğurdan əli üzündə mat qalır. Mat qalır ki, ayda təqribən 500-600 manat maaş alan bir məmur heç bir yerdə işləməyən oğluna 60-70 min dəyərində avtomobilləri necə alıb? Və işsi-gücsüz, Ağdam Dövlət İqtisadi Kollesində təhsil almış bir gənc Ağdamda, Bakıda, Qəbələdə, Oğuzda, Qaxda, Gürcüstanda kef məclislərini necə qurur? Hansı pulla dostlarını başına yığıb hər gün hesab ödəyir?
Bu sualların cavabını təbii ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ağdam rayon şöbəsinin müdiri Qabil İbadov bilir. Və böyük ehtimalla Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da bilir. Çünki bir müddət əvvəl məhz Əli Həsənovun nəvələrinin lüks həyatı da mətbuatın müzakirə obyektinə çevrilmişdi. Amma Dövlət Komitəsinin sədri nəvələrinin milyarder həyat şəraitini susmaqla izah etmişdi.
Yəqin ki, Qabil İbadov da Dövlət Komitəsinin sədri kimi oğlunun və özünün krallar kimi yaşamasını susmaqla izah edəcək. Çünki bura Azərbaycandır və susmaq belə hər şeyi izah edir. Amma birdə yuxarıda qeyd etdimiz kimi, Bakıda zirzəmilərdə siçan-siçovulların içində 20 ildir yaşayan yüzlərlə qaçqın ailəsi də var və Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər dəfə bildirir ki, həmin ailələri dözülməz şəraitdən xilas etmək üçün işlər görülür…
Bəs necə olur ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin bir rayon şöbəsinin müdiri bu qədər varlana bilir? milliyol.az apardığı araşdırmada məhz bu suala cavab tapmağa çalışıb.
milliyol.az-ın Ağdam qaçqınları arasında apardığı araşdırma nəticəsində məlum olub ki, Qabil İbadovun “qaçqın biznesinin” şaxələri genişdir və bu biznes sahəsində cənab İbadov hər il milyonlar qazanır. Misal üçün, “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdiri qaçqın olmayan ağdamlıların uşaqlarına qaçqın vəsiqəsinin birini 3000 manata satır. Bazarda təlabat isə böyükdür. Çünki qaçqın olmayan ağdamlıların “qaçqın” uşaqları bu yolla çoxlu imtiyazlardan istifadə edə bilirlər. O cümlədən ödənişli təhsil müəssisələrində pulsuz təhsil ala bilirlər. Ağdamlılar bildirirlər ki, təkcə “vəsiqə alveridən” Qabil İbadov hər il 100 min manata qədər gəlir əldə edir. Çünki qaçqın vəsiqəsi almaq istəyənlər çox olur. Bundan başqa “yeni qaçqınlara” ayrılan dövlət müavinatları da Qabil İbadova çatır. Yəni plastik kartlar “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirində qalır və bu da əvvəlcədən razılaşdırılr.
Həmçinin Qabil müəllim Bakıya köçən həqiqi qaçqınlara miqrasiya sənədini 500 manata verir. Qaçqınlara verilən hər hansı bir qanuni sənədin qiyməti isə 20 manatdır. Ağdamlı qaçqınların dediyinə görə, Qabil İbadovun gündəlik gəliri hardasa 3-4 min manat arasında dəyişir. Və bu gəlirlərə hələ bir çox maxinasiyalar da aiddir. Misal üçün, müavinətlərin verilməsi üçün sənədələrdən, qaçqınlar üçün tikilən mənzillərin satışından şöbə müdiri ciddi gəlirlər əldə edir. Yəni “Qaçqınkom”un Ağdam rayon şöbəsinin müdirinin əsas işi qaçqınlara qanuni yolla düşən imtiyaz və haqqları satmaqdır. Ki, bu adam da açıq şəkildə, hər kəsin gözü qarşısında qaçqınların imtiyaz və haqqlarını onlara satır.
Ağdamlı qaçqınlar milliyol.az-a bildiriblər ki, Qabil İbadovun Ağdamda pul yığanı bacısı oğlu Vəzir adlı şəxsdir. Vəzir sadəcə qaçqınlarla dayısının arasında “makler” rolunu oynayır və hər bir sənədin pulu Vəzirə çatmadan heç kim hər hansı bir sənəd ala bilmir. Bu “Qaçqınkom”un Ağdam rayon şöbəsində “qızıl qanundur” və bunu bütün ağdamlılar bilir. Və təbii ki, hər gün havadan minimum 2-3 min manat qazanan atanın oğlu bahalı maşınlarda gəzməyi, həmçinin hər gün kef məclisləri qurmağı “haqq” edir. Oğul İbadov atasının və məzlum qaçqınların hesabına krallar kimi yaşamağı da “haqq” edir…
Çünki yuxarıda da dediymiz kimi, bura Azərbaycandır. Yəni burda yüzlərlə ailənin üzvü zirzəmidə, siçan və siçovulların içində, dəhşətli antisanitariya vəziyyətində yaşamasına baxmayaraq, həmin məzlum ailələrin ahı üzərindən bir məmurun hər gün külli miqarda qazanc əldə etməsi adi hal kimi, hətta həmin məmurun “ata haqqı kimi” qəbul olunur…

milliyol.az

ƏDALƏT ABDİNOV: AZƏRBAYCAN KOMMUNİSTLƏRİNİN SIRASI NALAYİQ ADAMLARDAN TƏMİZLƏNİR

Azərbaycan Kommunist Partiyası quruculuğunun nəzəriyyəsi və praktikasının ümdə məsələlərindən biri partiya üzvlüyü, partiyanın tərkibini formalaşdırmaq prinsipləri və üsullarıdır. Təcrübə göstərir ki, partiyanın öz fəaliyyətində müvəffəqiyyət qazanması xeyli dərəcədə onun kimlərdən ibarət olması ilə, öz sıralarını necə artırması, öz üzvlərinin qarşısına nə kimi tələblər qoyması və onlara nə kimi hüquqlar verməsi ilə müəyyən edilir. Bu mövzuda həmsöhbətimiz Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Marksizm-Leninizm Universitetinin rektoru  Ədalət Abdinovdur.

-Ədalət müəllim, istərdim söhbətimizə Azərbaycan Kommunist Partiyasının tərkibinin movcud vəziyyətindən başlayaq.
-Azərbaycan Kommunist Partiyasının Nizamnaməsində təsbit edilmiş Lenin üzvlük prinsipləri partiyanın sıralarını yabançı ünsürlərlə zibilləmək təhlükəsi törədən hər cür opportunistlərə qarşı barışmaz mübarizədə meydana gəlib təkmilləşmişdir. Partiyamız Lenin prinsiplərini daim rəhbər tutaraq öz sıralarının elə bir tərkibdə olmasını təmin etmişdir ki, bu ona cəmiyyəti sosializmə doğru dəyişdirmək sahəsində ən mürəkkəb vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək imkanı verir.
Bildiyiniz kimi, hər bir partiyanın tərkibi bununla müəyyən olunur ki, həmin partiya hansı sinifin mənafeyini qoruyur, qarşısına hansı məqsədləri və onları hansı yollarla həyata keçirməyə çalışır. Buradan da partiya üzvlüyü prinsipləri irəli gəlir. Partiya üzvlüyü prinsipləri də öz növbəsində partiyanın fəaliyyətinə və siyasətinə böyük təsir göstərir.
Kommunist Partiyası bütün zəhmətkeşlərin istismara və hər cür zülmə qarşı, sosializm uğrunda mübarizənin önündə gedən insanların mənafeyini ifadə edir. Zəhmətkeşlərin qarşısında burjuaziya kimi güclü, yaxşı təşkil edilmiş, təcrübəli düşmən durur. Belə bir düşməni məğlub edib istismarsız cəmiyyət qurmaq üçün zəhmətkeşlər və onun avanqardı yüksək dərəcədə mütəşəkkil və ideya cəhətdən yekdil olmalı, mübarizədə mətanət və mərdlik göstərməlidir.
Zəhmətkeşlərin partiyası üçün ciddi siyasi mətinlik çox vacibdir. Partiya üzvlərindən tələb olunur ki, qarşıda duran məqsədi aydın başa düşsünlər, onu həyata keçirmək uğrunda fədakarcasına və qətiyyətlə mübarizə aparsınlar. Müəllimlərimiz Marks və Engels partiya üzvlüyü məsələləri haqqında öz baxışlarını “Kommunistlər İttifaqı”nın Nizamnaməsində ifadə etmişlər. Bu Nizamnaməyə görə “İttifaq”a ancaq o adam üzv ola bilərdi ki, kommunizm ideyalarına sədaqətini özünün bütün həyat tərzi ilə sübut etmiş olaydı, kommunizm ideyalarını həyata keçirmək uğrunda mübarizə aparaydı, intizama tabe olaydı. Öz-özünü daxil etmək deyil, qəbul olunmaq - üzvlüyün vacib şərti idi.
Bir sözlə, Azərbaycan Kommunist Partiyası üçün öz sıralarının say tərkibinin əhəmiyyəti çox vacibdir. Nəzərə almaq lazımdır ki, partiyanın say tərkibi onun necə partiya: kütləvi və ya qeyri-kütləvi, nüfuzlu və ya nüfuzsuz partiya olduğunu da xeyli dərəcədə əks etdirir. Həm də partiyanın hansı şəraitdə işlədiyini, mübarizənin bu və ya başqa mərhələsində onun ictimai bazasının necə olduğunu, əlbəttə, nəzərə almaq lazımdır.

-Bəs, partiya üzvlüyünün bu günkü Lenin prinsipləri barədə nə deyə bilərsiniz?
-Lenin yeni tipli partiya yaradarkən partiya üzvlüyünün elə prinsiplərini işləyib hazırlamış və qoruyub saxlamışdır ki, bunlar əsil elmi müddəalar olduğu üçün bizim dövrümüzdə də sosializm uğrunda mübarizədə partiyanın lazımi döyüş qabiliyyətini təmin edir.
İnqilabçı partiya üçün ideya səbatsızlığından, qeyri-mütəşəkkillikdən, opportunist ünsürlərlə zibilləməkdən, daha böyük təhlükə yoxdur. Beynəlxalq təcrübə göstərir ki, fəhlə partiyalarının məğlubiyyətləri, uğursuzluqları, səhvləri və nöqsanları çox zaman bu partiyaların sıralarının dağınıqlığından, onların daxilində möhkəm inqilabi baxışları, lazımi mətanəti və intizamı olmayan adamlar, bəzən hətta açıq düşmənlər də olmasından doğur. Bunun nəticəsində elə hallar olmuşdur ki, bəzi partiyalar müəyyən şəraitdə öz xarakterini dəyişmiş, özlərinin əvvəl elan etdikləri mövqelərindən kənara çıxmışlar. Satqın, şərəfsiz M.Qorbaçovun, indi də opportunist G.Zyuqanovun əməlləri buna misaldır. Buna görə də Lenin təkidlə partiyada elə üzvlük şərtləri qoyulmasına çalışırdı ki, bunlar nalayiq adamların Kommunist Partiyasının sıralarına axıb gəlməsi yolunda möhkəm bir maneə ola bilsin.
Partiyanın möhkəmliyi və saflığı uğrunda mübarizədə mühüm mərhələ olmuş RSDFP II qurultayını (1903) xatırlatmaq istəyirəm. Bu qurultayda Nizamnamə layihəsi müzakirə edilərkən partiya üzvlüyü prinsipləri məsələsində daban-dabana zidd olan iki mövqe – inqilabi mövqe ilə opportunist mövqe aşkara çıxdı. Birinci mövqeyi Lenin və onun tərəfdarları, ikinci mövqeyi isə Martov və ona tərəfdar olanlar təmsil edirdilər. Lenin və leninçilər bunu əsas tuturdular ki, partiya öz sıralarının saflığını və mətinliyini nə qədər ciddi qorusa, onun mütəşəkkilliyi və döyüş qabiliyyəti bir o qədər yüksək, kütlələrə rəhbərliyi bir o qədər güclü olar. Onlar qeyd edirdilər ki, partiya sıralarında fəhlə sinfinin ancaq sədaqətli, fəal və fədakar mübarizləri olmalıdır. Martov isə iddia edirdi ki, nə qədər çox adam özünü partiya üzvü adlandırsa, bir o qədər yaxşıdır. Opportunistlər istəyirdilər ki, partiyaya az-cox kömək etmiş hər bir tətilçi, hər bir ziyalı özünü partiya üzvü hesab edə bilsin. Onların fikrincə, nə qədər çox adam özünü partiya üzvü sayarsa, partiya bir o qədər güclü olar.
Halbuki, tətildə iştirak edən fəhlələrin heç də hamısı məqsədə doğru yönəldilmiş müntəzəm partiya işi aparmağa qabil deyildi. Məzlumlara rəğbət bəsləyən ziyalıların heç də hamısı fəhlə sinifinin ümdə mənafeyini düzgün başa düşmür və bu mənafe uğrunda fədakar, mütəşəkkil mübarizə apara bilməz. Həm də partiyanın qapıları geniş açılarsa, onun sıralarına ideya cəhətdən yabançı, düşmən ünsürlər soxula bilərlər.

-Ədalət müəllim, etiraf edək ki, sonda partiya üzvlüyünün Lenin prinsipləri özünü doğrultmadı.
-Mən belə deməzdim. Partiyamızın və beynəlxalq kommunist hərəkətının tarixi Leninin və leninçilərin haqlı olduqlarını dəfələrlə təsdiq etmişdir. Məsələn, 1905-ci il inqilabının məğlubiyyətindən sonra səbatsız adamlar partiya sıralarını tərk etməyə başlamışdılar, ümidsizləşir və gələcəkdən əllərini üzürdülər. Xırda burjua, opportunist ünsürlər Böyük Oktyabr inqilabından sonra da partiyaya çox ziyan vurdular. Sosializm uğrunda mübarizənin bütün mühüm mərhələlərində: yeni iqtisadi siyasətə keçilməsi, ölkənin sənayeləşdirilməsi, kənd təsərrüfatının kollektivləşdirilməsi dövründə onlar partiya sıralarında ya “soldan” – avantürist inqilabbazlıq mövqelərindən, ya da sağdan – inqilabi məqsədlərdən açıqdan-açığa imtina etmək mövqelərindən partiyanın proletar baş xəttinə qarşı mübarizə aparırdılar. Hazırda belə mövqeyi opportunist G.Zyuqanovun partiyası tutub.
Həyat göstərdi ki, partiya sıralarının möhkəmliyini, mətinliyini və saflığını qorumaq, partiya üzvü adını daha yüksəklərə qaldırmaq tərəqqi uğrunda, zəhmətkeşlərin mənafeyi uğrunda mübarizənin müvəffəqiyyəti üçün nə qədər vacibdir. “...Partiyanın möhkəmliyi və saflığı – mətləb bundadır”, - deyə Lenin qeyd edirdi. Bu sözlər, həm istismarçı siniflərin hökmranlığını devirmək uğrunda partiyanın mübarizəsi dövrünə, həm də yeni həyat əsaslarının qurlması dövrünə aiddir.
Lenin 1919-cu ildə qanuni iftixar hssi ilə yazırdı: “Dünyada, öz üzvlərinin sayını artırmaq qayğısına deyil, onların keyfiyyətini yüksəltmək, partiyanı onun sıralarına “soxulanlardan” təmizləmək qayğısına qalan yeganə hökumət partiyası bizim partiyamızdır – inqilabçı fəhlə sinifnin partiyasıdır”.

-Sizə elə gəlmirmi ki, mövcud vəziyyət Kommunist Partiyasının ictimai bazasına yenidən baxmağı tələb edir?
-Zəhmətkeşlər, ümumiyyətlə, cəmiyyətdə olan digər əməkçi təbəqələrin ən qabaqcıl və  fəal qüvvələri partiyamızın əsas ictimai bazası olmuş və olmaqdadır. Biz hərəkatımızın əsas gücünü bu fədakar və mübarizlərin mütəşəkkil olmasında görürük. Fəhlələrin, kəndlilərin, ziyalıların ümdə mənafeyinin ümumiliyi zəminində Azərbaycan Kommunist Partiyasının pozulmaz ictimai-siyasi və ideya birliyi mövcuddur.
Vəzifə partiyaya daxil olmaq istəyənləri ancaq fərdi qaydada seçib qəbul etmək, kommunistlərlə aparılan işi təkmilləşdirmək, Proqram və Nizamnamənin irəli sürdüyü tələblərə onların əməl etmələrinə nəzarət etmək əsasında partiyanın keyfiyyət tərkibini daim yaxşılaşdırmaqdan ibarətdir.
Azərbaycan Kommunist Partiyası öz sıralarının tərkibinin daim tənzim olunmasını təmin edir. Partiya sıraları tərkibinin tənzim olunması partiya təşkilatlarının kütlələrlə əlaqəsini möhkəmlətmək, partiya təşkilatları ətrafında bitərəf fəallardan ibarət geniş bir kütlə yaratmaq üçün görülən ideya-siyasi, tərbiyə, təşkilat xarakterli tədbirlərin bütöv kompleksidir. Partiya sıralarının tərkibini tənzim etməkdən məqsəd odur ki, əməkçi kollektivin xüsusiyyətləri nəzərə alınaraq və kommunistlərə verilən yüksək tələblərə uyğun olaraq qabaqcıl adamlar, ən əvvəl sosializm uğrunda mübarizənin həlledici sahələrində adamlar seçilib partiyaya qəbul edilsinlər.
Partiya öz tərkibində fəhlələrin başlıca mövqe tutmasını təmin etməyə yenə də birinci dərəcəli əhəmiyyət verir. Nə qədər ki, siniflər vardır, nə qədər ki, dünyada sosializm qüvvələri ilə kapitalizm qüvvələri arasında mübarizə gedir, qabaqcıl fəhlələr, Kommunist Partiyasının özəyi, partiyanın sıralarını möhkəm birləşdirən, baş xəttin varisliyini, partiyanın ideyaca möhkəmliyini və mətinliyini təmin edən bir özək olmuşlar və belə özək olaraq qalacaqlar. Partiya bunu mühüm bir müsbət fakt kimi qiymətləndirir ki, fəhlələrin xüsusi çəkisi xeyli artmışdır. Fəhlə sinfinin kommunist idealları uğrunda – zəhmətkeşlərin bütün ideya təbəqələrinin də ideallarına çevrilmiş həmin ideallar uğrunda mübarizə aparan Azərbaycan Kommunist Partiyasının bunda da marağı vardır ki, onun sıralarında həmçinin kəndlilərin və ziyalıların ən yaxşı nümayəndələri də olsun. Sosializm uğrunda mübarizədə ziyalıların rolu misilsizdir. Son illər partiyamıza gələnlərin böyük əksəriyyəti ziyalılardır. Azərbaycan Kommunist Partiyası öz sıralarını gənclər hesabına və birinci növbədə gənclərin qabaqcıl dəstəsi olan komsomolçular hesabına artırmaq qayğısına qalmış və qalmaqdadır. Partiyamız buna nəsillərin varislik və birliyinin ifadəsi, partiyanın inqilabi ruhunun təcəssümü, döyüş və əmək ənənələrinin davamı kimi baxır. Partiya gənc fəhlə və kəndlilər sırasından ən yaxşı komsomolçuların seçilib partiya sıralarına qəbul olunması işini gücləndirərkən bunu da nəzərə alır ki, tələbələr gənclərin çoxsaylı dəstəsidir və onların arasında partiyanın lazımi nüfuzu təmin edilməlidir.

-Rayon partiya komitələrində partiya üzvlüyünə qəbulun təşkili barədə nə deyə bilərsiniz?
-Partiyanın rəhbər rolunun artması ilə bərabər, partiya sıralarına daxil olanlardan, bütün partiya üzvlərindən edilən tələblər də artır. Cəmiyyətin avanqardı olan Azərbaycan Kommunist Partiyası öz sıralarına yalnız yaxşıların ən yaxşılarını qəbul edir, öz tərkibinin kəmiyyətcə artmasını keyfiyyətin zərərinə olaraq sürətləndirməyə yol vermir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 29 iyun 2014-cü il tarixli plenumunda “Partiyaya qəbul və gənc kommunistlərin tərbiyəsi sahəsində Lənkəran Payon Partiya Komitəsinin fəaliyyəti” barədə məsələ müzakirə etmiş və müvafiq qərar qəbul etmişdir. Bu qərar bütün partiya təşkilatlarının diqqətini ona yönəltmişdir ki, fəhlələrin, kəndlilərin, ziyalıların nümayəndələrini daha diqqətlə seçib partiyaya qəbul etsinlər, partiya sıralarının keyfiyyət tərkibini yaxşılaşdırmaq işinə qayğını gücləndirsinlər. Hər bir dövrdə partiyanın say tərkibi bir çox amillərlə müəyyən edilir. Bu tərkibə fəhlə sinifinin və digər zəhmətkeş təbəqələrin inkişaf səviyyəsi, partiyanın kütlələrlə əlaqəsinin nə dərəcədə geniş və möhkəm olması, daxili və beynəlxalq vəziyyət, partiyanın yerinə yetirməkdə olduğu vəzifələrin xarakteri və s. təsir göstərir. Partiyamızın həyatında elə dövrlər olmuşdur ki, o, öz sıralarını daha sürətlə artırmaq üçün tədbirlər görmüşdü, lakin elə dövrlər də olmuşdu ki, partiya yeni üzvlər qəbulunu məhdudlaşdırmış və ya hətta müəyyən müddət üçün tamamilə dayandırmışdı, kütləvi təmizləmələr keçirmişdi. Hər iki halda partiya işin mənafeyini əsas tutur, öz sıralarını daha da möhkəmlətməyə, öz sıralarının mütəşəkkilliyini və döyüş qabiliyyətini yüksəltməyə çalışırdı.
Partiyamız onun sayəsində möhkəmlənir ki, zəmətkeşlərin içərisindən ən yaxşı adamları öz sıralarına qəbul edir, özünü nalayiq adamlardan təmizləyir, öz üzvlərini yüksək marksizm-leninizm ideyalılığı, sıx birlik və fəallıq ruhunda tərbiyə edir.
Partiya sıralarının saflığı qayğısına, Lenin partiyasının üzvü adını hər bir kommunistin işdə doğrultması qayğısına qalmaq partiyanın, onun bütün təşkilatlarının, hər bir kommunistin həyat qanunudur. Təcrübə və növbəti vəzifələri nəzərə almağa əsaslanaraq partiya bu qanuna riayət edilməsi üçün konkret tədbirlər görür. Məsələn, 30 mart 2014-cü il tarixli konfrans Nizamnamədə partiyaya qəbul işini daha da yaxşılaşdırmaq, bütün kommunistlərin Proqrama və Nizamnaməyə riayət etməsi üzərində nəzarəti gücləndirmək məqsədi güdən düzəlişlər etmişdir. Partiya üzvlüyünə dair Lenin prinsiplərini dönmədən həyata keçirməyi Azərbaycan Kommunist Partiyası özünün möhkəm və güclü olması üçün vacib şərt hesab edir.

Şakir Süleymanlı, "Tribuna" qəzetinin xüsusi müxbiri            mastersmi.com

Стражи исламской революции угрожают Саудовской Аравии

Власти Саудовской Аравии серьезно поплатятся за казнь известного шиитского проповедника в Саудовской Аравии шейха Нимра ан-Нимра. Соответствующее заявление было опубликовано 2 января на официальном сайте Корпуса стражей исламской революции (КСИР - элитные части иранских вооруженных сил), передает ИТАР-ТАСС.
"Саудовский режим определенно заплатит высокую цену за казнь шейха Нимра ан-Нимра, которая является бессовестным и безрассудным поступком, - говорится в сообщении КСИР, которое приводит агентство Мехр. - Международным правозащитным организациям следует избегать двойных стандартов при оценке данной ситуации и занять четкую позицию, осуждающую казнь".
Как подчеркивается в сообщении, "вне всякого сомнения, мусульмане дадут ответ жестокости и насилию укреплением единства".
"Средневековая дикость, проявленная саудовским режимом, представляет собой вопиющее нарушение неотъемлемых прав ан-Нимра на свободу выражения мнения, а также является четким свидетельством того, что такфиристская идеология, которой придерживаются в "ИГ", преобладает среди членов саудовского правительства", - говорится в заявлении КСИР. /haqqin.az

ÖLKƏNİN YARISI GÖMRÜK GENERALI SƏFƏR MEHDİYEVİNDİR... - II YAZI

Səfər Mehdiyevin gömrükdə monopoliyalara aldığı sahələr, “Gilan” Holdinqdəki fəaliyyəti barədə ətraflı məlumat vermişdik. Bu dəfə Səfər Mehtiyevin broker fəaliyyəti və daşınmaz əmlak “həvəskarı” olması barədə əldə edilən məlumatları oxucularla bölüşülür.
Səfər Mehdiyevin əksər qohumları broker işləyir və bu sistemdə ən cox əmək haqqını da məhz generalın qohumları alır.
Hazırda Dövlət Gömrük Komitəsinin tikinti işlərini Səfər Mehdiyevin İlham adlı qaynı ilə birgə yaratdığı və mərkəzi ofisi Mətbuat prospektində yerləşən tikinti şirkəti həyata keçirir. Əvvəlki yazımızda da qeyd etmişdik ki, Səfər Mehdiyevin nəzarəti altında olan bu tikinti şirkətlərinin fəaliyyəti yoxlanmalıdır. Burada maraqlı bir məqam da generalın aldığı əmək haqqının onun sahib olduğu daşınmaz və daşınar əmlakla qeyri-mütənasibliyidir. Səfər Mehdiyev nə qədər əmək haqqı alır ki, şəhərin ən müxtəlif ərazilərdə onun obyektləri var? Daşınmaz əmlaka olan böyük marağı generalı Qusarda, Şamaxıda, Bakının Şüvəlan qəsəbəsində, Naxçıvanda, Batabatda bağ evləri sahibinə çevirib.
Ölkə daxilindəki daşınmaz əmlaka yatırımlarla kifayətlənməyən general üzünü hətta Türkiyəyə də tutub. Bu ölkənin ən məşhur istirahət bölgələrindən olan Bodrumda da Səfər Mehdiyevin böyük malikanəsinin olduğu deyilir. Daha çox Badamdardakı villasını daimi yaşamaq üçün seçən general hazırda doğulduğu Nehrəm kəndinin girişində də özünə villa tikdirir. Lakin bunlar Səfər Mehdiyevin varidatının sadəcə bir hissəsidir. Bundan başqa gömrük generalı əsl iş adamı kimi də fəaliyyət göstərir.
Hazırda DGK-nin xəstəxanasının yaxınlığında, əvvəllər yaşadığı binada Səfər Mehdiyvə məxsus klinika fəaliyyət göstərir. Klinikanı Səfər Mehdiyev yaxın qohumuna, bacanağının oğluna etibar edib. Bundan başqa 28 May metrostansiyası yaxınlığında general 100 kv sahəsi olan daha bir daşınmaz əmlaka sahibdir. Mətbuat prospekti isə deyəsən Səfər Mehdiyevin şəhərin ən çox sevdiyi ərazilərindəndir. Burda generala məxsus şirkətin ofis binası ilə yanaşı supermarket, mərasim zalı fəaliyyət göstərir.
Elmlər Akademiyası metrostansiyasının yaxınlığında, “Alimlərin binası” kimi tanınan binada da bir neçə mənzilə sahib idi. Sözügedən bina söküldü və Səfər Mehdiyevin ən böyük narahatlığı da məhz bu bina söküntüsündən sonra başladı. Çünki bina söküləndə mənzil sahiblərinə ödəniş edilən zaman sənədlər çox dəqiqliklə hazırlanır və kompensasiya alan mənzil sahiblərinin siyahısı dəfələrlə incələnir.
Səfər Mehdiyev bu araşdırma nəticəsində sözügedən binada bir neçə mənzilə sahib olmasının üzə çıxacağından çəkinirdi. Onu ən çox narahat edən məsələ isə Kəmaləddin Heydrovun bundan xəbərdar olması olub. Gömrük sistemində Kəmaləddin Heydərov vasitəsilə tanınan Səfər Mehdiyev daha sonralar generalın adından kifayət qədər istifadə edərək, özü üçün təhlükəsiz mühit yaratmağa çalışıb. Hələlik isə görünən odur ki, Səfər Mehdiyev özü üçün yaratdığı bu təhlükəsizlik mühitində yaşamağa davam edir.
Araşdırmalar davam edir…

bizimxeber.az

Mahmudovun şər imperiyasının qurbanları: 300 min istədilər, vermədi, ömürlük cəza aldı

“Mənim oğlum casus deyil, vətənini, dövlətini sevən, ömrü boyu haram tikə yeməyən adamdır. MTN-də oğlumdan 300 min manat tələb ediblər, istədikləri məbləği ala bilmədikdə işgəncə veriblər, döyüblər, ayağını sındırıblar, boynuna narkotik vasitə, vətənə xəyanət kimi ağır ittihamlar qoyublar, ömürlük həbsə atıblar”.
Bunu virtualaz.org saytına İran kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən Hafiz Vəliyevin anası Dilzarə Vəliyeva deyib.
Söhbət 2013-cü ilin mayında MTN-in keçirdiyi səs-küylü “casus əməliyyatı” zamanı həbs olunan iki nəfərdən birindən gedir. Həmin vaxt MTN elan etmişdi ki, Hafiz Vəliyev və Müdafiə Sənayesi Nazirliyinin işçisi olan Ağamir Ağamirov İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunublar, SEPAH-ın “Qaffari” adlı əməkdaşı ilə görüşərək İranın xeyrinə casusluq etmək öhdəliyini üzərlərinə götürüblər. Sonradan qapalı keçirilən məhkəmə prosesində bu şəxslərə ən ağır cəza-ömürlük həbs cəzası verilib.
Ancaq H.Vəliyevin anası Dilzarə Vəliyeva deyir ki, oğlu əslində MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı cinayətkar qruplaşmanın çoxsaylı qurbanlarından biridir. Belə ki, MTN əməkdaşları əslində H.Vəliyevi İrana casusluq ittihamı ilə şantaj edərək ondan yüz minlərlə dollar pul qoparmaq istəyiblər. Xırda ticarətlə məşğul olan H.Vəliyevdə isə MTN-çilərə verməyə bu qədər pul olmadığına görə ona amansız işgəncələr veriblər, qurama ittihamlarla qapalı məhkəməyə çıxarıblar və ömürlük həbsə məhkum ediblər.
D.Vəliyevanın sözlərinə görə, oğlu Hafiz 20 ilə yaxın kiçik bizneslə məşğul olub, İrandan, Dubaydan gətirdiyi qab-qacaqları Mingəçevir şəhərindəki özünəməxsus mağazada satıb. Qab-qacaq mağazası ilə yanaşı Hafizin dini rəmzlərin, suvenirlərin satıldığı dükanı da olub. Növbəti dəfə İrana mal dalınca gedərkən 2013-cü ilin mayında hava limanında saxlanılıb. Üç gün onun harada olduğunu öyrənə bilməyiblər. Sonradan Hafiz Vəliyevin MTN-də saxlanıldığı bəlli olub.
Dilzarə Vəliyevanın danışdıqlarından: “Həmin gün gəlinim zəng vurub dedi ki, evimizdə axtarış aparırlar, Hafizin həbs olunduğunu deyirlər. Üç gün oğlumu axtardıq, tapa bilmədik. Evdə axtarış aparanlar bizə Hafizin harada olduğunu demirdilər. Üç gündən sonra məlum oldu ki, oğlum MTN-də saxlanılır. Bizi vəkil tutmağa da qoymurdular, dedilər dövlət tərəfindən vəkillə təmin olunub. İstintaq dövründə Hafizin dostlarını, biznes ortaqlarını bir-bir MTN-ə çağırıb, dindirdilər. Cəmi 12 nəfərə yaxın adamı istintaq adı altında MTN-ə çağırıblar, şantaj ediblər, pullarını alıb buraxıblar. Düz 1 il 3 ay oğlumun üzünü görmədim. Məhkəmə prosesi də qapalı keçirilirdi, yalnız məhkəməyə gətiriləndə Hafizi uzaqdan görə bilirdim, övladımı elə hala salmışdılar ki, tanıya bilmədim, çox  arıqlamışdı, ayağını çəkirdi. Öyrəndik ki, ona amansız işgəncələr veriblər”.
D.Vəliyeva deyir ki, oğluna əvvəlcə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxta ittiham irəli sürülüb. Onun bildirdiyinə görə, saxlanılanda Hafizə əvvəlcə deyiblər ki, guya maşınında külli miqdarda narkotik vasitə  olması barədə onlarda məlumat var. MTN-ə aparanda isə ona vətən xaini, casus damğası vurublar, deyiblər ki, guya İranın xeyrinə casusluqla məşğul olub.
“Barəsində cinayət işi başladıblar, deyiblər ki, 300 min manat versə casusluq ittihamını götürəcəklər, narkotik ittihamı ilə məhkəməyə çıxarıb yüngül cəza ilə azadlığa buraxılmasına kömək edəcəklər. Hafiz o qədər pulu haradan tapa bilərdi axı? Tələb olunan məbləği verə bilməyəndə oğluma vətənə xəyanətlə bağlı saxta ittiham irəli sürdülər”- qadın danışır.
D.Vəliyevanın bildirdiyinə görə MTN-də oğluna işgəncələr verilib, sol ayağı dizdən aşağı sındırılıb, müntəzəm olaraq döyülüb. H.Vəliyevin işinin istintaqını MTN-in İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general Mövlan Şıxəliyev şəxsən nəzarətdə saxlayıb. İş üzrə müstəntiq isə Kənan Əliyev olub.
“Oğlumdan 300 min manat tələb edən də həmin müstəntiq olub. Ona deyib ki, 300 min gətirsə məhkəməyə narkotik ittihamı ilə çıxarılacaq. Ancaq nə narkotik, nə vətənə xəyanət ittihamı mənim övladıma yaraşmır. Hafizi tanıyanlar onun necə vətənpərvər olduğunu bilir. Vətəninə, dövlətinə çox bağlı insandır. Oğlum Qərb Universitetini bitirib, bir ilə yaxın İranın Qəzvin şəhərində oxuyub, dindar, hacı adamdır. Ziyarətgahlara insanları aparırdı, köməksizlərə  əl tutur, yardım  edirdi. Mingəçevir, Bərdə camaatı Hafiziə, onun xeyirxahlığına yaxşı bələddir”- D.Vəliyeva deyir.
H.Vəliyevin anası yada salır ki, istintaq oğlunu İran vətəndaşı olan Əhməd Qəffari adlı şəxslə əməkdaşlıqda ittiham edib. Hansı ki, bu adda adamın mövcudluğunu göstərən heç bir dəlil, heç bir əlamət ortaya qoyulmadı: “MTN onun Əhməd Qəffari adlı İran vətəndaşı ilə hər hansı təmasını sübut edən heç bir dəlil göstərməyib. Yəni, belə bir adamın Hafizlə hər hansı bir əlaqəsi  üzə çıxmadı. İstintaq zamanı son 10 ildə Hafizin telefon nömrələri,  danışıqlar, evimizdə, mağazada aparılan axtarışlar, şəxsi həyatı, ticarət əlaqələri belə araşdırıldı. Bütün bu araşdırmalara baxmayaraq orada Əhməd Qaffari adlı şəxslə heç bir təmas müəyyən olunmadı. Ancaq oğlumun üzərindən bu qurama ittihamı götürmədilər”.

Hafiz Vəliyev özü barəsində çıxarılan hökmdən verdiyi apelyasiya şikayətində ona qarşı irəli sürülən ağır ittiham barədə bunları yazır:  “Onların istədiyi pulu vermədikdə düşündüm ki, yəqin casusluq ittihamının boşa çıxdığını görüb məni qurama narkotik ittihamı ilə məhkəməyə çıxaracaqlar. Çünki müstəntiq özü “pul verməsən ən azı narkotiklə içər gedəcəksən” demişdi. Ancaq  pul vermədiyimə görə bu qədər alçaqlığa gedəcəklərini, mənə vətən xaini damğası vuracaqlarını ağlıma gətirməzdim. Mən bir müsəlmanam, özümü vətənpərvər azərbaycanlı hesab edirəm. Dövlət mənə nə pislik edib ki, mən də ona xəyanət edim?”.
Hafiz Vəliyev apelyasiya müraciətində bildirir ki, Azərbaycan dövlətinə, onun qanunlarına güvənir. Azərbaycanın milli mənafelərini həmişə üstün tutub, heç bir düşmənçilik fəaliyyəti ilə məşğul olmayıb:  “İstintaq zamanı yüzə yaxın adam dindiriblər. Onlar da mənim dövlət mənafelərini qoruduğumu bildiriblər. Necə ola bilər ki, məni dövlətə xəyanətdə günahlandırsınlar?”.
D.Vəliyeva deyir ki, istintaq yekunlaşıb iş məhkəməyə göndərilən ərəfədə müstəntiq Kənan Əliyev o biri oğlu Xəyyamı çağıraraq heç olmasa 100 min manat vermələrini istəyib. Hətta bir dəfə Hafizi Xəyyamla görüşdürüb də. Xəyyam ondan soruşub ki, bəlkə şeytan aldadıb səni, bizə düzünü danış. Hafiz isə bircə kəlmə deyib ki, bu işin üstü onsuz da açılacaq, qoy nə qədər istəyirlər araşdırsınlar, heç kimə pul verməyin, mənim heç bir günahım yoxdur.
Dərdli qadının danışdıqlarından məlum olur ki, ötən ilin oktyabrında Eldar Mahmudovun işdən çıxarılmasından, onun mütəşəkkil qruplaşmasının üzvlərinin həbsindən sona Anar adlı MTN əməkdaşı 1 saylı İstintaq Təcridxanasına gələrək “bank işçisi” adı altında H.Vəliyevlə görüşüb. Görüş zamanı H.Vəliyevə məlum olub ki, həmin şəxs bank işçisi deyil, MTN əməkdaşıdır.
Həmin əməkdaş cəmi bir neçə ay əvvəl MTN-də  işgəncəyə məruz qoyduqları, saxta ittihamlarla ömürlük həbsə atdıqları Hafizə bu dəfə yalvar-yaxar edib ki, MTN-də baş verənlər barədə heç nə danışmasın, heç kimə heç nə deməsin. Bildirib ki, apellyasiya məhkəməsində ona köməklik ediləcək, bəraət veriləcək.
“Bu, bir daha sübut edir ki, mənim oğlumu günahsız həbs ediblər. Dəfələrlə bu işin yenidən araşdırılması ilə müxtəlif qurumlara şikayət etdik, xeyri olmadı. Açıq-aşkar deyirdilər ki, bizlik deyil, MTN qoymur”- D.Vəliyeva deyir.
H.Vəliyevlə eyni vaxtda onun tanışı, Müdafiə Sənaye Nazirliyinin baş məsləhətçisi Ağamir Ağamirov da eyni ittihamlarla həbs olunub və məhkəmənin hökmü ilə ömürlük cəza alıb. D.Vəliyeva deyir ki, Ağamirin atası Novruz Ağamirov oğlunun başına gələn haqsızlıqlara dözməyib, infarktdan ölüb: “Ağamir ibadət əhli olub, Hafiz onu dindar kimi tanıyıb. Ağamirin valideynləri  Ağcabədidə yaşayır, çox nüfuzlu bir ailədəndir. İş məhkəməyə gələndə oğluma deyiblər ki, Ağamirin üzünə dur, səni buraxaq. Hafiz buna razılıq verməyib”.
Qadın danışır ki, onun oğluna və Ağamirə MTN-də verdikləri zülmlər bəs etmirmiş kimi qapalı keçirilən məhkəmədə də əzab veriblər, ailə üzvləri ilə görüşməyə qoymayıblar: “Bir dəfə Ağamirin 14 yaşlı oğlu atasını görmək üçün zala girmək istəyirdi, qoymadılar, MTN icazə vermir dedilər. Uşaq isə “MTN Allah deyil, Allahdan qorxun! Mən atamın üzünü görə bilməyəcəyəm?” deyib ağlayırdı. Ağamirin atası sonuncu dəfə MTN-dən çıxanda dedi ki, bilmirəm, o günü görəcəyəm, ya yox, amma bu binada bu qədər haqsızlıq, allahsızlıq edənlər elə yerlə yeksan olacaq ki, biri də qalmayacaq. Onun dediyi kimi də oldu. Onun oğluna, mənim oğluma torba tikənlərin biri də yerində qalmadı. Mən gecə-gündüz prezidentmizə dua edirəm ki, bu zülmkarların cəzasını verdi ”.
Dilarə Vəliyevanın danışdıqlarına görə MTN-in MTN-in Antiterror Mərkəzinin rəis müavini İ.Əliyev (həbsxanada özünü asıb) də oğlunun dindirilməsində iştirak edib: “İlqar ona hədə-qorxu gəlirmiş ki, sənin telefon danışıqlarına qulaq asmışıq., casusluq edibsən, İrandan narkotik daşımısan. Hafiz də deyib ki,mən İranda da, Dubayda da ancaq tacirlərlə görüşürəm, onlarla əlaqə saxlayıram, telefonla danışdıqlarım da ancaq ticarət adamlarıdır. Hafizə məhkəmədə danışmaq, özünü müdafiə etmək imkanı da verməyiblər, həqiqəti deməyə qoymayıblar. Hətta müstəntiq  dəfələrlə hədələyib ki , danışsa vəziyyəti yaxşı olmayacaq”.
Dilzarə Vəlieva Dövlət Təhlükəsizlik Xidmətinə, Baş Prokurorluğa və ölkə başçısına müraciət edib. MTN-in quldur dəstəsinin zərərsizləşdirilməsindən sonra bu bandanın əməllərindən zərər çəkən digərləri kimi onların müracətlərinə də baxılacağını, işin yenidən araşdırılacağına ümid edir.
“Bu işə yenidən baxılmasını, dərindən araşdırılmasını xahiş edirik. Mənim oğlum da MTN qurbanıdır. Bu işin qurama olduğu gün kimi aydındır.  Haqsız yerə məhkum olunmuş övladlarımızın azadlığa buraxılmasını istəyirik. Biz dövlətimizə xəyanət edən yox, onun uğrunda özümüzü və övladlarımızı mərdliklə qurban verənlərdənik”.
Xatırladaq ki, MTN-in vəzifəli şəxslərinin sahibkarlara qarşı cinayətləri və digər əməlləri Baş Prokurorluqda araşdırılır. Araşdırma ilə bağlı H.Vəliyev özü, qardaşı və anası artıq ifadə veriblər.
D.Vəliyeva deyir ki, aprelin 15-də  baş prokuror Zakir Qaralovla görüşüb. Baş prokuror onun şikayətini dinləyib və yaxın günlərdə araşdırılacağını bildirib.
H.Vəlievin vəkili Fərid Həsənov isə virtualaz.org saytına bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncələrə məruz qalması, saxta sübutlarla ittiham olunması və qanunsuz həbs edilməsi ilə bağlı Hafiz Vəliyevin işini aparan müstəntiq K.Əliyev və digərləri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriliblər. İndi ümid ona qalır ki, hüquq-mühafizə orqanları, şəxsən Baş prokuror bu işin yenidən araşdırılmasını, ədalətin yerini tapmasını təmin edəcəklər…

m.virtualaz.org