22.07.2016

“Şakro”nun generallar və azərbaycanlı milyarderlərlə sensasion işbirliyi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu günlərdə həbs edilən məşhur kriminal avtoritet, “Ded Xasan”dan sonra kriminal aləmin kralı statusunu alan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun işi üzrə sensasion detallar açıqlayıb.
Virtualaz.org xəbər verir ki, FTX müstəntiqləri “Şakro Molodoy”un Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirov qardaşlarına “krışalıq” etdiyini, onların formalaşdırdıqları mütəşəkkil qruplaşmanın güc qanadı olduğu qənaətinə gəliblər.
Life.ru-nun xəbərinə görə FTX əmindir ki, Rusiya İstintaq Komitəsinin bir sıra korrupsioner müstəntiqləri “Şakro Molodoy”la əlbir olub. Öz növbəsində “Şakro Molodoy” Moskvadakı “Şirvan qruplaşması”nın liderləri hesab olunan Roman və Solomon Manaşirovlarla bağlıdır, onların “krışası” və bir növ güc qanadı idi.
Xatırladaq ki, Roman Manaşirov ötən il həbs olunub. O, Azərbaycan əsilli digər yəhudi milyoner Januko Rafailovu həbsdən buraxdırmaq üçün İstintaq Komitəsinin müstəntiqlərin iri məbləğdə rüşvət verdiyi üçün həbs edilib. Rafailov isə hazırda müflis olan Telman İsmayılovun keçmiş ortağıdır, “AST Cargo” şirkətinin rəhbəri olub və Moskvada yüzlərlə vyetnamlını qul kimi istismar etdiyi üçün həbs edilmişdi.
Solomon Manaşirov isə iri məbləğdə vergidən yayınmaqda ittiham olunur. Lakin o, İsrailə qaçdığından həbsdən yayına bilib. Manaşirov qardaşları Moskvanın daşınmaz əmlak krallarıdır və onların çoxsaylı ticarət mərkəzləri, digər kommersiya daşınmaz əmlakları var. Eyni zamanda Manaşirov qardaşları iri biznesmenlərin hüquq-mühafizə orqanları ilə problemlərini “həll etmək” üzrə ixtisaslaşıblar.
Bildirilir ki, Manaşirovlar iri biznesmenlərə əvvəl problem yaradır, sonra isə problemi həll edirmiş. “DİN və İstintaq Komitəsindən olan güc strukturları əməkdaşlarının köməyi ilə biznesmenlərə qarşı yoxlamalar təşkil olunurdu, yaxud onlara qarşı cinayət işləri qaldırılırdı. Güc strukturlarının əməkdaşları bundan sonra biznesmenləri həbs edirdi, sonra Manaşirovlar onlarla əlaqəyə girirdi və kömək təklif edirdi. Problemi pulla həll edə biləcəyini deyirdi. Qalanı isə ancaq texniki iş idi. Manaşirovlar deyirdi ki, onların DİN və İstintaq Komitəsində güclü əlaqələri var, iri məbləğdə rüşvət verib məsələni həll etmək olar”- FTX-dəki mənbə deyib.
Əgər Manaşirovların partnyorlarla hansısa münaqişəsi yaranırdısa və qurban təklif olunan məbləği ödəmək istəmirdisə, problemi güc strukturlarındakı tanışların köməyi ilə həll etmək mümkün olmurdusa işə “Şakro” qarışırdı.
“Şakro Molodoy” iyulun 12-də həbs olunub. Onun Jukovka qəsəbəsindəki dəbdəbəli malikanəsində məxsusi olaraq pul saxlamaq üçün otaq aşkarlanıb. Otaqda 5 min rublluq kupyurlardan və avrolardan ibarət pul bağlamalarının yığıldığı rəflər olub. Otaqda tapılan pullardan təkcə avronun bir neçə milyon olduğu bildirilir. Daha sonra bu iş üzrə İstintaq Komitəsinin yüksək rütbəli əməkdaşları general Denis Nikandrov, Mixail Maksimenko, habelə onun müavini Aleksandra Limonova həbs ediliblər. FTX müəyyən edib ki, “Şakro”nun adamı italiyalı biznesmeni həbsdən buraxdırmaq üçün onlara 1 milyon dollar rüşvət verib.
Məlumata görə hazırda FTX Manaşirovların işini “Şakro Molodoy”un işi ilə birləşdirməyi nəzərdən keçirirlər. Gözlənilir ki, Manaşirovlara qarşı mütəşəkkil cinayətkar qruplaşma yaratmaq ittihamı da irəli sürüləcək.
Manaşirov qardaşları, “Şakro” və Rusiya güc strukturlarının generalları arasında bu cinayətkar iş birliyi Azərbaycanda fəaliyyətinə xitam verilmiş MTN rəhbərliyinin- Eldar Mahmudov və qruplaşmasının dəst-xəttinə xeyli oxşardır. Xatırladaq ki, Mahmudovun və Akif Çovdarovun “Akula Akif” ləqəbli ortaqları əvvəlcə biznesmenlər arasından qurbanı müəyyənləşdirir, onun barəsində məlumatları toplayıb MTN-ə verirdi. Sonra MTN-in qara maskalıları qurbana hücum edir və onu ağlasığmaz ittihamlarla həbs edirdi, yaxud oğurlayırdı. Bu zaman “Akula” işə qarışır və qurbanla təmasa girərək onun məsələsini “həll etməyi” təklif edirdi. Nəticədə biznesmenlərin talanan əmlakları, milyonlarla dolları “Akula”nın əliylə Mahmudov-Çovdarov qruplaşmasının əlinə keçirdi. “Akula Akif” hazırda beynəlxalq axtarışdadır. O, Mahmudovun vəzifədən uzaqlaşdırıldığı günün ertəsi Bakıdan qaçıb.

virtualaz.org

Pərvin Cəfərzadə - Bezar oldum

Yatır zindanda salimlər,
Çoxalmış saxta alimlər,
Cavabsız qaldı zalimlər,
Ədalətdən bezar oldum.

Əlim bağlı, qolum bağlı,
Sağım bağlı, solum bağlı,
Şücaətli yolum bağlı,
Sədaqətdən bezar oldum.

Yetimlər oldu biçarə,
Kiçik qəlblər parəm-parə.
Əlimdən gəlməyir çarə,
Səxavətdən bezar oldum.

İmamdan sorsalar nəyçün
Zühur vaxtı gecikmişdir?
Bizi nişan verib söylər:
Xəyanətdən bezar oldum

O vəd olmuş zaman gəlsin!
Fəqirlərçün aman gəlsin!
Xuda, nə olar İmam gəlsin!
Ədavətdən bezar oldun.

Məni səndən soran yarə
Nəzakətlə cavab qaytar.
De ki, Pərvin deyib getdi:
Məhəbbətdən bezar oldum.

21.07.2016

Türkiyədə Antiamerikan Hərəkatı yaradıldı

Türkiyədə baş verən son hadisələrdən sonra Gənclər Birliyi adlı milli antiamerikan qrupu daha aktiv şəkildə fəaliyyətə keçmişdir. 2006-cı ildə yaradılmış Birliyin sıralarına Türkiyənin müxtəlif şəhərlərində kütləvi axın olmuş və təşkilat artıq gənclər hərəkatı halına gəlmişdir. Hərəkat üzvləri Türkiyənin üzləşdiyi bütün problemlərin səbəbkarı kimi məhz ABŞ-ı görürlər. Onlar Türkiyənin Avropa İttifaqına girməsinə qarşı çıxır və Qərbi əsas düşmən hesab edirlər.
Hərəkat üzvləri Türkiyənin böyük şəhərlərində ABŞ-a qarşı aksiyalar keçirməkdədirlər. Artıq bir çox yerlərdə Amerika vətəndaşlarına fiziki xəsarətlər yetirilməsi qeydə alınmışdır. Əsasən Türkiyədəki hərbi bazalarda qulluq edən amerikan hərbçiləri hərəkat üzvlərinin hücumlarına məruz qalmışlar. Aktivistlər ələ keçirdikləri ABŞ hərbçilərinin başına kisə keçirir və küçələrdə "Yankilər, rədd olun!" şüarları səsləndirirlər.
Hərəkatın rəhbəri Çağdaş Cengiz bildirmişdir ki, əhalinin amerikanlara nifrətinə səbəb Türkiyədə çevriliş etmək cəhdi olmuşdur. Onun fikrincə, "ABŞ-ın bu əməliyyatda məqsədi Türkiyəni parçalamaq idi".

20.07.2016

Bomı tikəy vətəniku qəp bıjən

Vüqar Həmati

Ğürbətədəm, dılım rohət bedəni,
Erəxedəm bə ro, vətən çidəni.
Valla, boli, tıkum hiçi pidəni,
Bomı tikəy vətəniku qəp bıjən!

Çiç heste, çiç ni vətəni boğədə?
Otəş vəşdə çı Zərdüsti noğədə?
Çımı dıli, boy, oməğət doğədə,
Bomı tikəy vətəniku qəp bıjən!

Məsəme ki, havzə vişon sütedən,
Zoon beşən çı vətəno vitedən.
Tınən bıvot, diyəkəm, düz votedən,
Bomı tikəy vətəniku qəp bıjən!

Çokonəye çı tolışi vəziyət?
İjən doydən zolımon bəy əziyət?
Sırı hesbu, bıkə bəmı vəsiyət,
Bomı tikəy vətəniku qəp bıjən!

Zoon mərdə merdon bə yod vardedən?
Bo milləti çı dılo ko kardedən?
Çəmə bıyon ijən yəndı hardedən?
Bomı tikəy vətəniku qəp bıjən!

Çı vətəni həvəs heste bəməku,
Jıqo həvəs bənine çı həməku.
Çəy bandiku, çəy marziku, təpəku,
Bomı tikəy vətəniku qəp bıjən!

Dıven kardən, hıtedəon darzisə?
İjənən ğarz omedə çı ğarzisə?
Beşedəon hiç vətəni marzisə?
Bomı tikəy vətəniku qəp bıjən!

Bə nomerdon bıvot bəmə dard nıdən,
Çəmə rüjon dı coəti şəv bedən.
Tınə Xıdo, bə yod dənə, tojədən,
Bomı tikəy vətəniku qəp bıjən!

Rusiya Avrasiya ordusu yaradır

Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində regional ordu qrupu yaratmaq barədə qərar qəbul edib. Bu barədə prezident Vladimir Putin Kremldə yüksək çinli zabitlərə hərbi rütbələrin verilməsi mərasimi zamanı etdiyi çıxışında bildirib. 
Rusiya Müdafiə Nazirliyi həm də vahid Hava Hücumundan Müdafiə (HHM) sistemi qurmağı hazırlaşır. Putinin sözlərinə görə, Moskva daim hərbi dairələrin, strateji qüvvələrin döyüş hazırlığının yoxlanılmasını davam etdirir: "Ənənəvi tərəfdaşlarımızla və müttəfiqlərimizlə əməkdaşlığımızı genişləndircəyik" - deyə o, bildirib.
Rusiya prezidenti qeyd edib ki, belə əməkdaşlıq Rusiyanın və onun tərəfdaşlarının müdafiə potensialını yüksəldəcək: "Bu addımlar Avrasiya məkanında sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".
V.Putin həmçinin əks-kəşfiyyat fəaliyyətinin Federal Təhlükəsizlik Xidməti (FTX) üçün prioritet istiqamət kimi qaldığını deyərək dövlət sərhədinin qorunmasının xüsusi əhəmiyyəti olduğunu bildirib. O, milli təhlükəsizliyin möhkəmlənməsində xarici kəşfiyyat xidmətinin xüsusi rol oynadığını deyi: "Ölkəmizin ətrafında hansı potensial təhlükələrin olduğunu və bunun bizə təsir imkanlarını araşdırmaq üçün xarici kəşfiyyatın materialları mühüm əhəmiyyət daşıyır".

RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ

 ABŞ-ın Türkiyədə çevriliş etmək planı barədə Rusiya kəşfiyyatının hələ 9 ay qabaq məlumatı vardı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əvvəlcə Ərdoğanın uçduğu təyyarəni vurmaq, bunu İŞİD-in boynuna yıxmaq, sonra isə Fətullahın adamlarını hakimiyyətə gətirmək istəyirdi. Amma Ərdoğan 2 həftə qabaq Rusiyadan vurulmuş təyyarəyə görə üzr istədi və münasibətlərin normallaşmasına çalışdı, buna görə də Rusiya Müdafiə Nazirliyi qərara gəldi ki, Ərdoğanı qorusun və çevrilişin qarşısını alsın. Bu məqsədlə QRU (Qlavnoe Razvedıvatelnoe Upravlenie – Baş Kəşfiyyat İdarəsi) speçnazının 25-ci polku təcili surətdə Ankaraya göndərildi.
 Ərdoğanın artıq Rus QRU-su tərəfindən qorunduğu haqda məlumat alan Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri tezləşdirmək qərarına gəldi. Türkiyə ordusu əsgərləri Mərkəzi Kəşfiyyat İdarəsi işçilərinin rəhbərliyi altında “Grand Yazici Club Turban” otelinə hücum edən zaman Ərdoğan artıq Rus speçnazı tərəfindən oteldən çıxarılıb başqa yerə aparılmışdı. Hücum zamanı oteli qoruyan polislər ilə əsgərlər arasında şiddətli döyüş oldu, çoxlu polis işçisi öldü, amma hücum edənlər bilmirdilər ki, Ərdoğan artıq oteldə yoxdur. QRU zabitləri Ərdoğanı “Casa De Maris” otelinə aparıb orda müdafiə mövqeyi tutmuşdular.
 Hücum zamanı Türkiyə ordusu əsgərlərinin çoxu məhv edildi, sağ qalanlar qaçaraq vertolyota doluşdular və təcili dənizin üstü ilə uçaraq özlərini Yunanıstana çatdırdılar. Amma yaxınlarda Putinlə dostluq münasibəti qurmuş Yunanıstanın baş naziri Aleksis Çipras onları həbs etdirib Türkiyəyə təhvil verdi.
 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədə 1960, 1971, 1980, 1997-ci illərdə də çevriliş törətmiş, qanuni hökuməti devirərək öz marionetkalarını hakimiyyyətə oturtmuşdur. Hər çevrilişdən sonra hərbi xunta 10 minlərlə türk aktivistini qətlə yetirmişdir. Odur ki öldürülən türk hərbçilərinin qanı halaldır. Onlar hakimiyyətə yiyələnsəydilər, heç kimə rəhm etməyəcəkdilər, arxayın olun, qan su yerinə axacaqdı.
 Türkiyə ordusunun idarəedici zabit heyəti ABŞ və İsrailin hazırladığı kadrlardan təşkil olunmuşdur. Hələ mühasirə altındakı Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə Aralıq dənizindəki hücumdan sonra Ərdoğan İsrail ilə əlaqələri kəsərkən ordu komandanlığının qəzəbinə tuş gəlmişdi. Türkiyə hərbçiləri üçün həm də millətçilik və şiəliyə qarşı düşmənçilik xarakterikdir. Türkiyənin yaxın qonşusu olan İranla münasibətləri normallaşdırmaq cəhdləri də Ərdoğanı NATO-çu generalların hədəfinə çevirmişdi. Ardınca Türkiyə hökuməti İncirlik bazasının ABŞ aviasiyası tərəfindən istifadəsindən imtina etdi. Vurulmuş təyyarəyə görə Ərdoğanın Rusiyadan üzr istəməsi isə xuntaçıların səbr kasasını dolduran son damla oldu.
 Ərdoğan fəaliyyəti dövründə get-gedə daha çox antiQərb mövqe tutmaqdaydı və bu tez-tez Ağ Evin narazılığını açıq-aşkar ifadə etməsinə səbəb olurdu. Ağ Evi narahat edən həm də o idi ki, Türkiyə Suriyada vuruşan təfkirçi qruplara kifayət qədər dəstək vermirdi. Yaxın Şərqi idarəolunan xaos vəziyyətinə sürükləmək üçün öz marionetkası Türkiyənin səylərini ABŞ yetərincə hesab etmirdi. Buna görə də Türkiyə hökuməti qarşısında Suriyada vuruşan vahhabi terrorçularına tam dəstək vermək tələbi qoyulmuşdu. Türkiyə tərəfi son zamanlar İŞİD terrorçularının maliyyələşdirilməsini tam dayandırmışdı.
 Çevrilişi həyata keçirməkdə məqsəd hakimiyyət başına sözəbaxan və müti ABŞ cəsuslarını gətirmək idi. Danışıqlar belə olmuşdu ki, çevrilişdən sonra ABŞ Türkiyə-Suriya sərhədində yeni hərbi baza açacaqdı ki, bu bazadan İŞİD-ə tutarlı dəstək verə bilsin. O cümlədən, çevrilişdən sonra Türkiyədən Rusiyaya qarşı iqtisadi və hərbi təcavüz meydanı kimi istifadə edilməsi planlaşdırılmışdı. ABŞ-a Rusiya-Türkiyə münasibətlərinin kəskin pisləşməsi lazımdır ki, regionda gözlənilən böyük müharibənin təməlini qoysun. İŞİD mövqelərini bombalayan Rus təyyarəsinin vurulması da məhz bu məqsədlə planlaşdırılmış provokasiya idi. Vaşinqton ümid edirdi ki, bu konflikt silahlı toqquşmaya gətirib çıxaracaq və regionda böyük müharibə başlayacaq. Ancaq Moskvanın səbrli siyasəti və ölçülü-biçili gedişatları region xalqlarını böyük fəlakətdən qurtardı.
 Həyatı təhlükə qarşısında qalan, ölüm-dirim dilemması qarşısında duran Ərdoğan Rusiyaya üz tutmalı oldu. Rusiya ilə münasibətlərin normallaşmasından narahatlıq keçirən ABŞ kəşfiyyatı riskə getdi və çevrilişi tezləşdirmək qərarına gəldi. Məlumdur ki, çevriliş baş verən gündən bir neçə gün sonra vacib bir hadisə gözlənilird. Ali Hərbi Şuranın toplantısında Ərdoğan ölkə prezidenti kimi Gülənlə əlaqədə şübhəli bilinən generalların hamısını öz vəzifəsindən azad etməyi planlaşdırmışdı. Bu barədə çevrilişdə iştirak edən generallar da məlumatlı idilər.
 Mətbuatın verdiyi məlumata görə, Amerika generallarının rəbhərliyi ilə İncirlikdə çevriliş üçün 12 həftəlik gizli təlim keçirilmişdir. “ABŞ qiyam baş tutmadığı halda türk generalları qaçırmağa söz vermişdi”- bu sözləri könüllü olaraq hökumət qüvvələrinə təslim olmuş Hatay bölgəsindəki ordu komandanı sorğu zamanı söyləmişdir. General bildirmişdir ki, qiyamın gələcək iştirakçıları çevrilişə rəhbərlik etmək məqsədilə xüsusi olaraq Vaşinqtondan gəlmiş generalların rəhbərliyi ilə 12 həftəlik məxfi instruktaj keçiblər. Yüksək rütbəli türk hərbçisi NATO-nun İncirlik hərbi-hava qüvvələri bazasında çevriliş planlaşdıran amerikalı həmkarlarının onu aldatmasından sonra MİT-in Killis şəhərindəki bölməsinə gəlmişdir. General deyir ki, Amerika nümayəndələri bazada çevrilişə hazırlıq keçən bütün türk generallara qiyamın baş tutmayacağı halda onları ailələri ilə birgə ABŞ-a qaçıracaqlarını vəd edibmişlər. Ancaq amerikalı generallar öz vədlərinə əməl etməyiblər. Öncədən razılaşdırıldığı kimi, baş tutmamış qiyamdan sonra mülki paltar geyinmiş general İncirlik bazasına gəlib. Lakin bütün cəhdlərinə rəğmən onu içəri buraxmayıblar. Yalnız bundan sonra general cəzasının yüngülləşdiriləcəyi ümidi ilə Türkiyə xüsusi xidmət orqanlarına müraciət edib. Qiyamın vacib fiqurlarından biri kimi onu dərhal Killisdən İstanbula gətiriblər. ABŞ hərbi çevriliş cəhdində şübhəli bilinən İncirlik bazasının komandanı general Bekir Erkan Vana da siyasi sığınacaq verməkdən imtina edib.
 Türkiyədə həyata keçirilən bu əməliyyat zamanı Rusiya Müdafiə Nazirliyinin əsas narahatlığı İncirlik hərbi bazası ilə əlaqədar idi. İncirlik hərbi bazasında 90 ədəd V61 tipli atom bombası vardır. Onlardan 50-si ABŞ təyyarələrinin, 40-ı isə Türkiyə təyyarələrinin atması üçün nəzərdə tutulmuşdur (bombalar 1980-ci illərdə SSRİ şəhərlərinə, o cümlədən biri Bakıya atılmaq üçün gətirilmişdir). Hadisələrdən bir müddət qabaq ABŞ hərbçiləri tam döyüş hazırlığı vəziyyətində bazanı qorusalar da, baza tez bir zamanda tam nəzarət altına alındı. İncirlik hərbi bazasına rəhbərlik edən general Bekir Erkan Van həbs edildi. İncirlik Rus speçnazının ixtiyarına keçdi.
 Beləliklə, Rusiyanın əfsanəvi QRU-sunun zabitləri Ərdoğanı qorudular. Ərdoğan həyatını xilas etdiyinə görə Rusiya Federasiyasına minnətdarlığını bildirdi. Türkiyə hökuməti Rus ordusunu ölkəyə dəvət etdi. Xarici İşlər Naziri Çavuşoğlu bildirdi ki, Türkiyə İncirlik hərbi bazasını Rusiyaya verir. Rusiya və Türkiyə Müdafiə Nazirlikləri İŞİD və Əl-Nusra terror quplaşmalarını məhv etmək üçün birgə plan hazırladılar. Türkiyədə amerikan hegemonluğuna son qoyuldu.
 Qedək ki, çevriliş zamanı Türkiyə və Azərbaycan nurçularının mənəvi atası, Fətullah Gülənin MKİ-dəki kuratoru Qrexem Fuller İstanbul yaxınlındakı Böyükadada yığışmış koordinasiya mərkəzinə rəhbərlik edirdi. ABŞ kəşfiyyatının Yaxın Şərq üzrə aparıcı simalarından ibarət olan həmin koordinasiya mərkəzinin işi həm də mətbuatı istiqamətləndirmək idi. Çevriliş cəhdinin ilk saatlarından ABŞ kəşfiyyatının nəzarətində olan media orqanları, o cümlədən ABŞ səfirliyi tərəfindən maliyyələşən Azərbaycan telekanalları Türkiyənin qanuni hökumətini qaralamağa çalışdılar. Elə indinin özündə də Qərbin ölkəmizdəki təsir agentləri çevrilişin guya Ərdoğanın özü tərəfindən təşkil olunduğu və şou xarakteri dağışdığı haqqında rəy formalaşdırmağa cəhd edirlər. ABŞ kəşfiyyatı bu yolla törətdiyi cinayəti ört-badır etmək və amerikan izini gizlətmək istəyir. Çevrilişin Ərdoğanın öz şousu olması mifini ABŞ kəşfiyyatı həm də ona görə tirajlayır ki, Ərdoğan ictimaiyyətə qara fonda göstərilsin, o cümlədən ona kömək etmiş Rusiya prezidenti Putinin mənfi obrazı yaradılsın.
 Türkiyə ordusunun neytrallaşdırılması NATO-nun Yaxın Şərqdə zəifləməsi deməkdir. Artıq baş tutmayan çevrilişə görə Türkiyədə 10 minlərlə agent həbs olunmuşdur. Onların arasında 126 general da vardır. Ölkədə NATO-nun agentura şəbəkəsi demək olar ki tamamilə sıradan çıxarılmışdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədəki vacib fiqurları olan polkovnik Ali Yazıcı (Ərdoğanın baş yavəri), general İshak Dayıoğlu (Balıkesir aviazasının komandiri) və general Akın Öztürk (hərbi hava qüvvələri komandanı) həbs edilmişlər.
 Çevrilişin başında ABŞ ordusunun generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri komandanı Con Frensis Kempbell dururdu. Kempbell son 8 ay ərzində dəfələrlə Türkiyəyə gəlib getmiş, lazımi hazırlıqlar həyata keçirmişdi. Kempbellin rəhbərliyi altında Türkiyədə 80 MKİ agenti fəaliyyət göstərirdi. Onlar FETÖ üzvləri ilə birgə Türkiyə ordusunu ölkədə çevriliş etməyə yönəldirdilər. Maliyyə problemi də həll edilmişdi- ABŞ hökuməti çevriliş üçün 2 milyard dollar pul ayırmışdı. Qiyama bir neçə gün qalmış Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə Nigeriyada fəaliyyət göstərən “Yunayted Bank of Afrika” şöbəsindən Türkiyəyə külli miqdarda pul transfer edilmişdi. Pullar Mərkəzi Kəşfiyyat İdarəsində yaradılan kiçik qrup vasitəsi ilə 80 nəfərin hesabına yatırılmışdı.
 General Kempbell tez-tez Ərzurum və İncirlikdəki hərbi bazalarda gizli toplantılar keçirirdi. Ordudakı mənbələrin məlumatına görə, bu bazalardakı zabitlərə hərbi rütbə verilməsi və onların vəzifə pillələrində yüksəlmələri məsələləri şəxsən Kempbellin ixtiyarında olmuşdur. Gülənçi zabitlər karyerə pillələrində daha sürətlə irəli gedirmişlər, daha yüksək maaş alırmışlar və imtiyazlara sahiblənirmişlər. Kempbell türkiyəli generallarla söhbətində çevrilişin alınacağı təqdirdə qısa müddət ərzində Türkiyəyə yenidən gələcəyini deyirmiş. İncirlikdəki bazada axtarışlar zamanı gülənçilərin öz agentura üzvlərini siyahıya aldıqları arxiv də ələ keçdi. Kempbellin əsas icraçıları olan türk generalları Cahit Bakır və Şener Topçu ölkədən qaçmaq istəyərkən aeroportda yaxalandılar. Onlar Kempbellə NATO kontingentinin tərkibində Əfqanıstanda xidmət edərkən tanış olmuşdular. Üzə çıxdı ki, amerikanlar Əfqanıstanda türk hərbçiləri arasında aktiv iş aparırmışlar, onları Gülən örgütündə yer almağa dəvət edirmişlər, gülənçiliyi qəbul etmək istəməyən hərbçiləri isə öldürüb bu əməli taliblərin üzərinə yıxırmışlar.
 Vaxtilə “Ergenekonçu” adı altında həbs edilmiş, terrorçu Abdullah Öcalanı məhkəmə qarşısına çıxaran hərbçi kimi tanınmış polkovnik Hasan Atilla Uğur FETÖ-çuların Türkiyədə dövlət əhəmiyyətli qurumlara ABŞ-ın dəstəyi ilə 30-35 ildir yerləşdirildiyini bildirərək demişdir: “Çevrilişə cəhd edilən gün təyyarələr havaya qalxanda ordudakı dostlarımız mənə zəng edərək bildirdilər ki, bu ABŞ-ın əli ilə başlanmış bir işğal cəhdidir. İyulun 15-indən bir gün əvvəl Qaziantep və Kilisdəki sərhəddən ABŞ, İŞİD və PYD silahlılarının qərar tutduğu yerə keçən əsgərlər olub. Türkiyəyə girmək üçün Kiprə 10 min ingilis əsgəri gətirilmişdi. Məqsəd dövlət çevrilişi cəhdində Türkiyəni işğal etmək idi. Ölkəni işğal edərkən “Vətəndaş müharibəsinin qarşısını almaq üçün köməyə gəlmişik” deyəcəkdilər”. Xatırladaq ki, Kiprdə İngiltərəyə məxsus iki hərbi baza yerləşir: “Dikel” və “Akrotiri”. İngiltərə bazaları 1960-cı ildə qəbul edilmiş Kipr Respublikasının Konstitusiyasına və müqavilələrinə əsasən “Müstəqil Dövlət” statusundadır. Yaxın Şərq ölkələrinə qarşı həyata keçirilən hər bir hava hücumunda bu bazalar həm ABŞ, həm də İngiltərə tərəfindən istifadə edilir. Hərbi bazada 3 min nəfər əsgər daim hazır vəziyyətdə gözlədilir.
 Uğursuz çevriliş təşəbbüsü ilə Türkiyənin böyük faciəni geridə qoyduğunu bildirən Hasan Atilla Uğur Gülən camaatının pərdələnmək üçün Atatürkçülükdən geniş istifadə etdiyini də bildirmişdir: “1984-cü ildən üzü bəri hər yerə sızmağa başlayan FETÖ-çularla bağlı apardığımız kəşfiyyat işlərində çox çətinliklərimiz oldu. Evlərinə gedirik, qapıda Mustafa Kamal Atatürk portretləri var. Baxırsan spirtli içkilər qəbul edirlər. Bu halda isə fərq edilmələri çox çətin idi. İnanılmaz təhlükəli bir təşkilatdır”.
 Terror təşkilatları PKK və FETÖ-nun birgə hərəkət etdiyini vurğulayan Uğur ölkənin hazırki vəziyyətini analiz edərək demişdir: “PKK terrorçuları 15 iyulda hər hansı bir terror hadisəsi törətmədilər. PKK və FETÖ-nun eyni əl tərəfindən idarə edildiyini bilməliyik. FETÖ ilə mübarizə çərçivəsində elan edilmiş 3 aylıq fövqəladə vəziyyət sona çatanda nələr olduğunu daha yaxşı görəcəyik. Türk ordusunun genetikası pozulmaq üzrədir. İndiki vəziyyətdə əlbəttə ki müəyyən yanlışlıqlar olacaq, necə deyərlər, qurunun yanında yaş da yanacaq. Ancaq Türkiyə böyük təhlükə altındadır, xaotik vəziyyət yaranma ehtimalı var. FETÖ hələ ki bitməyib, ABŞ-ın ikinci bir planı da var. Bu mənada rus-türk münasibətlərinin yaxşılaşması çox əhəmiyyətlidir. Artıq NATO və ABŞ ilə münasibətləri müzakirə etməyin vaxtıdır”.
 Qiyamçıların PKK terror təşkilatı ilə bağlı olduğunu bildirən Hasan Atilla Uğur demişdir ki, onlar bir-biri ilə ən yüksək səviyyədə əlaqə saxlayırlar. Buna misal olaraq Abdullah Öcalanın “İmralı qeydləri” kitabındakı məlumatları göstərən Uğur bu iki təşkilatın strateji tərəfdaş olduğunu ifadə etmişdir. Polkovnik çevrilişçilərin PKK rəhbərliyinin oturduğu Kandil ilə əlaqə saxlaması və PKK-çıların Türkiyədə FETÖ-nu dəstəkləyən aksiyalar keçirməsini də söyləmişdir.
 Hərbi çevrilişin 16 iyul səhər saatlarında törədilməsinin planlaşdırıldığını, ancaq məlumat sızandan sonra erkən vaxta çəkmək məcburiyyətində qalındığını bildirən Uğur FETÖ-çuların hakimiyyəti ələ keçirəcəkləri təqdirdə Türkiyə-İran münasibələrinin mənfi məcraya yönələcəyini demişdir: “İranla qəti olaraq bütün diplomatik, iqtisadi, siyasi əlaqələri kəsəcəkdilər. O cümlədən Rusiya ilə də bənzər vəziyyət yaradacaqdılar. Tamamilə Qərb imperializminin əmri ilə hərəkət edəcəkdilər. Çünki Fətullah Gülən terror təşkilatının ən böyük məqsədlərindən biri Böyük Yaxın Şərq Layihəsinin reallaşdırılmasına yönəlik işlər aparmaq idi. Bu qlobal bir ağılın məhsuludur. Çevriliş uğurlu olsaydı, daxili siyasətdə də ciddi qırılmalar olacaqdı. İçəridə bir qırğın başladacaqdılar. Bu qırğının hədəfində növbə ilə dünyəvilər, Mustafa Kamal Atatürkün izindən gedənlər, millətçilər, ülkücülər də olacaqdı”.
 İyulun 18-ində Suruçda saxlanılan PKK-nın Suriya qolu PYD-yə aid bir terrorçu istintaqa verdiyi ifadəsində 15 iyul gecəsi PYD-nin Türkiyəyə girmək üçün hazırlıq gördüyünü, ancaq çevriliş cəhdi baş tutmadıqda bu planın fiaskoya uğradığını demişdir. Bu barədə Şanlıurfanın Ceylanpinar rayonunun bələdiyyə başqanı məlumat vermişdir. O çevriliş cəhdi gecəsi Şanlıurfa-Suriya sərhədinə PYD-yə aid zirehli maşınların cəmləşdiyini və silahlı terrorçuların hazırlıq gördüklərini sərhəddən müşahidə etdiklərini bildirmişdir: “Çevriliş cəhdinin olduğu gecə sərhəd xəttində PYD-yə aid çox sayda zirehli maşının sərhədə cəmləşdiyini müşahidə edirdik. O gecə PYD-nin hərbi qolu YPG-yə məxsus ağır silahlar daşıyan çox sayda maşın gözləyirdi. Bu məlumatı içəridəki mənbələr də təsdiq edir. 18 iyulda sərhəddə yaxalanan bir terrorçu da ifadəsində bu məlumatları təsdiqləyir. 15 iyul gecəsi hazırlıq aparıldığını və Türkiyəyə girmək istədiklərini deyən bu terrorçu yalnız polis və mülki vətəndaşlara atəş açacaqları, əsgərlərə isə atəş açılmaması istiqamətində tapşırıq aldıqlarını bildirir. Bundan başqa iyulun 22-sində yaxalanan Diyarbəkir qeydiyyatlı bir terrorçu da oxşar ifadələr verib. Əslində o gecə təkcə Resulayn və Kobani istiqamətindən deyil, PYD-nin nəzarətindəki bütün nöqtələrdə Türkiyəyə girmək üçün hazırlıqlar görülmüşdü. Ancaq çevriliş cəhdi uğurlu olmayınca bu planları fiaskoya uğradı”.
 Xatırladaq ki, bu açıqlamadan bir neçə gün qabaq əslən Şanlıurfadan olan Türkiyə hökumətində nazir vəzifəsi tutan F.Çelik də belə bir bəyanatla çıxış etmişdi. Türkiyəli siyasi şərhçilər diqqəti çevriliş cəhdindən bir müddət qabaq ABŞ-ın PYD-yə 50 min ton silah-sursat yardımı etməsinə yönəldirlər. Qeyd edək ki, region dövlətlərinin bütün narazılıqlarına baxmayaraq, ABŞ rəsmən PKK-nın Suriya qolunu hərtərəfli dəstəkləyirdi. ABŞ-ın kürdlərin əli ilə Türkiyəyə qarşı müharibəyə başlamaq istəyi barədə tanınmış “Rand” analitik mərkəzinin hesabatı da maraq doğurur. Mərkəzin “ABŞ-ın Yaxın Şərqdəki strateji mənfəəti və ABŞ ordusu üçün nəticələri” başlığı ilə dərc olunmuş hesabatında Türkiyənin PYD/YPG qruplaşmalarına qarşı hərbi əməliyyatları artıracağı halda bunun iki dövlət arasında silahlı qarşıdurmaya çevriləcəyi göstərilib. Hesabatda müharibə barədə “ehtimal edilməsə də, tamamilə imkansız da deyil” ifadələri yer alıb.
 Xarakterikdir ki, uğursuz çevrilişdən sonra PKK terror təşkilatının Türkiyə dövlətçiliyinə qarşı hücumlarının intensivləşdiyi müşahidə olundu. İstanbulda təhlükəsizlik qüvvələri tərəfindən böyük qətliama səbəb olacaq terror hücumun qarşısı alındı. Bahçelievlərdə park halında olan avtobusda 60 kiloqram bomba tapıldı. Məlum oldu ki, PKK terrorçuları bombanı E-5 avtomobil yolunda, polislərin olduğu avtobusun yanında partlatmağı planlaşdırmışdılar. Təhlükəsizlik qüvvələri terror aktları ilə bağlı Bağçılar və Esenyurt daxil olmaqla 4 ərazinin 5 nöqtəsində də əməliyyat keçirdilər, nəticədə 3-ü qadın olmaqla 8 terrorçu tutuldu. İlkin araşdırmalardan sonra bombaların RDX, PENT və HMX tipli olduğu müəyyən edildi. NATO arsenalında olan bu bombaların PKK-nın əlinə necə keçməsi suallar doğurdu.

18.07.2016

80 yaşlı cəlilabadlı: 3-4 polis işçisi məni yerlə sürüklədi

Hələ də evə həkim gəlir, iynə vurur. Qolu sarıqdadır, tərpədə bilmir. 80 yaşlı bir qocanın növbədənkənar içəri keçmək istəyi bu qədər polis işçisini niyə şirə döndərsin, çox maraqlıdır.
“Bilirsiz dərdimiz nədir? Bizim polislər hələ də xalqla rəftarı bacarmır. Elə bil bu xalqdan yaranmayıblar, bu xalqın içində yaşamırlar”. Cəlilabadın Məlikqasımlı kəndində yaşayan 80 yaşlı Həmdulla Kərimov birinci qrup əlildir. AzadlıqRadiosuna danışır ki, ötən ayın 23-də polis əməkdaşları tərəfindən döyülüb. Özü də hadisə Cəlilabad rayonu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) inzibati binasının qarşısında baş verib. 80 yaşlı ahıl ora sanatoriyalardan birinə müalicə üçün göndəriş əldə etməyə gedibmiş:
“”Putyovka” üçün rayon mərkəzinə - VTEK-ə getmişdim. Növbədə 50-60 adam vardı. Ürəyim xəstə, özüm təngnəfəs oluram. Yaşıma, xəstəliyimə görə növbə gözləməməliyəm. Növbədənkənar keçmək istəyəndə polis işçiləri qollarımdan yapışdılar ki, “olmaz”. Dedim, “a bala, mənim 80 yaşım var, bu qədər adamın arasında növbə gözləməyə səhhətim də yol vermir”. Məni necə sürüdülərsə, növbədə dayanan adamlar əllərindən zorla aldılar. Bilirsiz niyə? Çünki 10 manat verməmişdim. Orada işləri-gücləri adamlardan 10 manat alıb növbəsiz buraxmaqdan ibarətdir”.
Həmdulla Kərimovun sözlərinə görə, elə həmin gün rayon polis şöbəsinə dəvət olunub:
“Gəldilər ki, “rəis səni şöbəyə dəvət eləyib”. Mən də getdim. Dedi, “ayıb olsun, sən qocalıqda kişiyə əl qaldırıblar”. Söz verdi ki, “ağsaqqal, narahat olma, tədbir görəcəyəm”.
Ancaq deyir, polislər qollarından tutub onu sürüklədikləri üçün qollarında kəskin ağrılar olub. Bu ağrılar polis rəisinin təsəllisindən daha güclü olduğundan o, başına gələnlərdən Cəlilabad rayon prokurorluğuna ərizə ilə müraciət edib:
“Prokurorluqda yazdığım ərizədə hər şeyi olduğu kimi göstərmişəm. Məni yerlə bir sürümələrindən, qollarımı sıxmaqlarından... izləri hələ də qollarımda qalıb. Bu, nəinki polisə, heç insanlığa sığmır. Məni onların əlindən növbədəki adamlar qurtardılar. Xəstə, qoca adamam, bəlkə də köməyimə çatmasaydılar, ürəyim elə orda dayanardı”. /azadliq.org/

Активисты ТОРФ Талышии дали интервью иранскому телеканалу IRIB 1

Вчера 17 июля 2016 года в Москве активисты ТОРФ Талышии дали интервью репортерам иранского государственного телеканала IRIB 1.
В ходе интервью молодые активисты рассказали об условиях жизни, возможностях для развития талышей и в целом мусульман в России. Журналистами из Ирана были затронуты актуальные вопросы повседневной жизни, политики и религии, на которые, каждый из присутствующих активистов высказывал свою особенную точку зрения.
В ходе объемного интервью, активисты ТОРФ Талышии с большим интересом и искренностью ответили на все прозвучавшие вопросы, интересовавшие репортеров.
После интервью иранские журналисты пожелали удачи молодым талышским активистам и выразили надежду на дальнейшую встречу.
По традиции, в завершение встречи, репортеры телеканала IRIB 1 и активисты ТОРФ Талышии сделали общее памятное фото на фоне талышского флага.
Ближе к выпуску, ТалышИнфо, заранее сообщит всем своим читателям точную дату репортажа. /talish.info/

17.07.2016

Mənə belə müstəqillik lazım deyil

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -42

Ağalar Qut: Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Sultan Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi. Şah İsmayıl isə Çaldıranda şəxsən döyüşə girmiş, güllə yarası alıb yaralananadək vuruşa-vuruşa Səlimin çadırına yaxınlaşmışdı. Əvvəllər osmanilər, indi də türkiyəlilər, onlara gecə ikən hücum etməyən, səhərəcən yatıb dincəlsinlər deyə vaxt verən Şah İsmayılın- bu igid adamın qılınc-qalxanlı atlılar ordusunu top-tüfəng atəşinə tutmaqla qalib gəlməyə məcbur olmaqlarını və ən əsası da Səlimin öz çadırından çıxıb Şahla vuruşmaqdan boyun qaçırmasını Şaha (qəribədir, Səlimə yox, Şaha!) bağışlaya bilmirlər.
Zahid Mikayılov: Mənə belə müstəqillik lazım deyil.
Elmir Səfəvi: Liseylərdən desəm ürəyiniz ağrıyar. Liseylərdə əməlli-başlı nurçuluq və türkçülük təbliğ olunur, oranı bitirən uşaqların əksəriyyəti vətəninin Azərbaycan yox, Türkiyə olduğunu qəbul edir. Danışdıqca problemlərimiz qurtarmır, bir sözlə türklər Azərbaycanın mədəni surətdə işğalını davam etdirirlər. Dilimizdə olan zəngin sözləri demək olar ki yaddaşımızdan silib öz geydirmə sözlərini bizə yeridirlər. Məsələn, bizim dildə olan anadan olduğum gün sözünü azərbaycanlılar artıq doğum günü sözü ilə əvəz ediblər. Millət dərk eləmir ki, kişinin doğum günü necə ola bilər, kişi necə doğa bilər? Utanıram səviyyəsiz, düşük özlərini başqa millətin ayaqlarının tozu bilən millətimin əksər insanlarından.
Eko Politikan: Yerlibazlıq barədə bir-iki fikrimi yazmaq istərdim. Bu xəstəlik adətən ölkəmizin qərb və cənub-qərb regionlarında daha çox yayılıb və sonra qismən digər bölgələrə də az-maz yoluxub. Bunun da səbəbi odur ki, həmin o xəstəlik daşıyıcı regionlar tarix boyu digər millətlərin hücumlarına məruz qalıb və sakinləri də torpağını atıb, qaçıb digər regionlara sığınıb. Qərib rayonda öz kəndlisini, qonşu kəndlisini görən adam da o dəqiqə “ooooo yerrriiiiii”... O “yerri”, bu “yerri” o vaxtdan Azərbaycanda yerlibazlıq yaranıb. Yoxsa ki siz nə Aranda, nə Şəkidə, nə Qubada, nə də Lənkəranda, hətta Bakıda da yerlibazlığa rast gələ bilmərsiz.
Həsən bəy Zərbabi: “Bir erməni Mkrtıçda olan qeyrət bütün Qarabağ bəylərində yoxdur”.
Anar Eyyub Musayev: Sora da gəlib o... basırlar ki, Türkiyədə əsgər getməyənə qız vermirlər, Türkiyədə əsgəri belə sevirlər, elə sevirlər… Türkiyədə Bulənt Ersoya da qız verirlər, əsgərin də başını kəsib dənizə atırlar.
Kərim Əli: Bir az da demoqoqluqla məşğul olaq. Ata, oğul bizdə işləyirlər. Fizuli köçkünləridir. Bir yerdə 1300-1450 manat qazanırlar. Kişi cavan olsa da, özünə 270, arvadına 145 manatlıq pensiya düzəltdirib. Adambaşına hökumət (5 baş) bunlara 16 manat pul və digər yardımlar da edir. Üstəlik qaz, işıq pulsuzdur. Qaçan ərəfədə Xırdalandan yarım hektar yer zəbt ediblər. İndi özlərinin ikimərtəbəli villaları, yanında qızının ayrıca evi, 4 ədəd kirayənişinlər üçün ayrı-ayrı evləri var (hamısını da kirayəyə verib). Təzə “elantra” maşınları və s. Uşaqlarını məktəbə və baxçaya xüsusi taksilər aparıb gətirir. Sözümün canı ondadır ki, o günü görürəm ərizə yazır ki, elektroset mənə 900 manat pul borcludur, görüm geri ala bilərəmmi? Yəni işıq bunlara pulsuz olduğu üçün guya ekonomiya eləyiblər. Heç zad, bizdə Şamaxıdan Zakir adlı biri də işləyir, 21 ildir Xırdalanda yaşayır, yaşı 50-ni ötüb, 3 uşaqla bunların evində kirayənişindir. Görəsən dünyada bizdəki qədər ədalətsizliklərlə dolu bir ölkə varmı?
Fərhad Həsənzadə: Sovetin vaxtında mənim qaynatam ispolkom idi, köhnə kommunist, amma qapısını açarlayıb içəridə namazını qılırdı. Mən qızına evlənəndə mənə Quran kitabını bağışladı, dedi görünən yerdə qoyma). İndiki hakimiyyət belə deyil, bunlar əsil kafirdilər.
Sərxan Sasa Aminli: Mən ayın biri milli ordunun sıralarından ehtiyyata buraxılmışam. Məzuniyyətə gələndə internetdə baxdığım ilk şey Çingiz Mustafayevin Laçında çəkdiyi kadrlar olub. Orda birinə deyir hara gedirsən, niyə vuruşmursan, deyir silahım yoxdu, gəl mən sənə silah verəcəm deyir milli qəhrəman, o dılğır da qayıdıb deyir ki gözlə qoyunlarımı yerbəyer eləyim... Boynu yoğun boyun qaçırıb vuruşmaqdan, silah yox, adam yoxuydu. Gördüyüm budu, eşitdiklərim də rəvayətlər, nağıllar.
Vüsal Sadıxov: İstanbul aeroportundakı terrorçuların Özbəkistan və Qırğızıstandan olduğunu biləndən sonra bir daha əmin oldum ki, türkün türkdən başqa dostu yoxdur.
Təranə Əliyeva: Ən gəlirli sahələrdə kürd klanı... Pul kimdədirsə, ağa da odur. Kürdlərin Azərbaycana vurduğu ziyanın altını hələ 100 il çəkəcəyik.
Fariz Babayev:  Sonra da Kələkidən samolyota qoyub gətirdilər! Narazıları üzə çıxartdırıb döydürdü! Həbslər başlandı! Mühacirətlər başlandı! Ölkənin yükü azaldı... Elə bir zaman idi ki, müəllimlər, həkimlər 3 aylarla maaş almırdı! Camaat evinin əşyalarını elə səkidə satırdı! Əbülqozun silahdaşları isə türmələrdə çürüyürdü.
Martin Lüter: Feyzbukda görkəmli elm xadimi peyda olub. Adı Yalçın İslamzadədir. İqbal Ağazadənin qohumudur. Tərtəmiz kürddür. Füzuli klanı tərəfindən (başda Zamin Hacı olmaqla) dəstəklənir. Qacqınların mədəniyyət və incəsənət saytı olan kultura az tərəfindən sevilir. Ölkə rəsmən qalıb qaşqınların ümidinə. Günel mövlud deyir ölkədə iki ziyalı xanım var: xaliseşahaverdi və Aygün Aslanova. Keçən səfər meydan tv-də Əmin Aslan adında bir qaçqını elə təqdim etmişdilər ki, siftə elə bildim Çexov səhnəye çıxır. Açdım oxudum, işəməyim gəldi. İki bakal pivəyə daldan verib jurnalist adına yiyələnən cırıqların sayında da statistika qarabağlıların xeyrinədir. Həmid Elnur Astanbəylini qazaxlı olduğuna görə sevirdi (əlbəttə, vaxtilə), hətta ona şair deyib şeirlərində adını çəkirdi. Həmidin qələmi itidir, amma bu yerliçilik bütün Azərbaycanı öz ağuşuna alıb. Cəlilabad şairlərinin bir-birinə tərifini görəndə adamın qusmağı gəlir. Ən yetim Bakılılardı. Qazax, Tovuz, Ayrımstan bir soydur, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur bunlar bir boydur, yerazlar ədəbiyyatın bədxassəlı şişi, bu ayrımlar isə xoşxassəli şişidir). Ədəbiyyatımızın sağlam hüceyrələri idarəsiz və anormal şəkildə böyüməkdə davam edir.
Səttar Məmmədov: Tarixə baxsaq, 3 dəfə Rus-Türk savaşı olub və hər dəfə azəriu əsgər, zabit və generallar Rusiyanın yanında olub. Gerneral Hüseyn xan Gəngərli, Cəfərqulu xan Bakıxanov (Abbasqulu xanın oğlu) Həsən bəy Ağayev, Hüseyn xan Naxçıvanski (Cəmşid Naxçıvanskinin oğlu), saysaq qurtarmaz.
Ruslan Əzimzadə: Çox ərəblərdə olmayan qeyrət Putində və ordusunda var. Putin və Bəşər Əsədi tarix unuymayacaq. Rəbbim onları qorusun.
‎Rafiq Eyyubov: Dünən uzaqdan bir dostum gəlmişdi. Nahar vaxtı götürüb apardım onu restorana. Doğrusu, elə də çox şey yemədik. Amma ofisantı çağırıb yeməklərin pulunu verəndən sonra gördüm ki, cibimdə daha pul qalmadı. Başladım fikirləşməyə.Elə fikirləşə-fikirləşə də ömrümün keçən günlərindən bir neçə hadisələr gəlib düşdü yadıma. Sizin bəyənmədiyiniz Sovetlər dönəmi idi. Xarici ölkəyə gedirdim. Yolum Moskvadan keçirdi. Nahar vaxtı özümü verdim məşhur bir restorana, yanımda da bir rus dostum. O ki var yedik, rus dostum bir butulka arağı da dibinə kimi içdi. Düz üç saat əyləndik orda. Üç saatdan sonra ofisantı çağırıb pulunu hesablamağı xahiş etdim. Dedi, 6 manat. Altı manatı verib çıxandan sonra Çexiyaya yola düşdüm, sonra da Almaniyaya. Bu iki ölkəni düz 20 gün gəzdim, cibimdə də cəmi 320 manat pul, çünkü onda xarici ölkəyə ondan artıq pul aparmağa icazə vermirdilər. Sizə desəm, bəlkə də inanmayacaqsınız- həmin pulla qayıdanda evə düz 3 çamadan şey gətirdim. O şeylərin arasında əzəmətli bir lüstür də var idi ki, həmin lüstr indi də evimin bəzəyidir.
Ceyhun Salahov: Putin 16 ildi 3 milyondan çox azərbaycanlıya öz ölkəsində dolanışıq verir, uşaqlarına pulsuz təhsil verir, xəstəxanalarda pulsuz müayinə elətdirir. Azərbaycanda isə kor millət haqqını belə tələb eləyə bilmir.
Uçan Peraşki: İstənilən halda heç bir millət hansısa üstünlüyə malik deyil. Bu gün BDU-dakı professorların 90%-i ayrımlardir. Rus eşşəklə cinsi elaqəde olanlardan professor düzlətməklə bütün bəşərə sübut etdi ki, insanı yetişdirən mühitdir!
Rəcəb Hüseynov: Bizdə müxalifət yoxdu. Bir yığın Amerika və Qərbin bir yerini yalayan qurumlar var. Əsasən də İsrail maraqlarına uyğun hərəkət edirlər- yəni türkçülük və irqçilik.
Truth-ngo Thr: 2008-ci illdə italiyalı bir qız dünyaya sülh mesajı çatdırmaqdan ötrü toy gününün səhəri gəlin paltarında Dünya turuna çıxdı. Hər bir ölkənin kücə və meydanlarını gəzərək insanları sülhə çağırırdı. Nəhayət gəlib Türkiyəyə çatdı və yoxa çıxdı. 1 həftədən sonra məlum oldu ki, Türkiyədə onu bir şəhərdən digərinə aparan taksi şoferi yolda əvvəl qızı zorlayıb, sonra isə qətlə yetirib...
Elxan Zaman: Amerika, Avropa, İsrail və Türkiyə bizə “qohum” (bu son 20 ildə qohum olmayacağımız nöqtə qoymayıblar qalsın) olsa da, yaxın qonşularımız İran və Rusiyadır... Atalar demişkən, uzaq qohumdansa, yaxın qonşu yaxşıdır. Onlar oppp eləyib gəlincə, qonşularımız 100 dəfə özlərini bizə yetirə bilərlər). Tak çto, yaxın qonşularınızın qədrlərini bilin...
Tosif Həsənli: Bayrağına baxıb qürur duyduğunuz ölkənin vətəndaşları kücədə zadda görəndə ağzı sulana-sulana arvadınızın, bacınızın, nişanlınızin dalına baxıb yatağa salmaq üçün yollar fikirləşir. Xəbəriniz yoxdu.
Şaban Şahverdiyev: Qərb, onun hər regiondakı müttəfiqləri (sukaları) etibarlı deyil. Qərbə güvənmək olmaz. Rusiya isə dünyada ən etibarlı dövlətdi, heç kimi yarıyolda qoymayıb, bir addım yaxınlaşsan o sənə beş addım yaxınlaşacaq. Neft də tükənir, siyasi kursu üzü şimala dəyişmək lazımdı.
Qoşqar Əhmədov: Elçibəy guya xalqın lideri olub. Marqaret Tetçer deyif ki, mən Elçibəy kimi xalqını sevən ikinci adam görməmişəm). Allah bilir nə qədər mırt vururmuşlar onnan, ona 200-300 qram içirdəndən sonra. Belə baxanda elə ayıq vaxtında onun üstünda bir butulka var idi.
Günel Treu: Sovet dağılan kimi mollabaşlar üzə cıxdı, təhsil sıfıra düşdü, universitetlər demək olar cöküb, iş yerləri yox, camaat müflisləşib.

Qayıtdıq quldarlığa

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -41

Ağalar Qut: Maraqlıdır ki, osmanilər Əmir Teymura basılıblar, Şah İsmayılı isə udublar, ancaq buna baxmayaraq, Teymura yox, İsmayıla nifrət edirlər, özü də 500 il keçməsinə baxmayaraq hələ də. Görəsən, nə üçün?
Etibar Qaramanoğlu: Kim deyir ki biz Sovet vaxtı müstəqil deyildik? Biz Sovet vaxtı müstəqil olmuşuq. Bayrağımız, sərhədimiz, himnimiz və birlikdə güclü pulumuz, birlikdə güclü ordumuz var idi. ABŞ yəhudiləri burunlarını bizim işimizə soxa bilmirdilər. Onlar ki donuz burunlarını bizim işimizə soxdular, biz də bu hala düşdük. O şeytanları buralardan qova bilsək, Qafqaz xalqları əmin-amanlıq içində rahat yaşayar. Suriya, İraq onların iç üzüdür. Kimlər ki ABŞ, Qərb tərafdarıdır, baxsın Suriya və İraqa. Allah ABŞ şeytanlarına lənət eləsin!
Elmir Səfəvi: Mən illərdir bunlar haqqında əhaliyə deyirəm, amma heç kim mənə qulaq asmaq istəmir. Türkiyəlilər 25 ildir qızlarımızı daşıyıb fahişə kimi istifadə edirlər, onlardan övladları olur və sonra da iti qovan kimi qovurlar. Bakıya gələn türklər burda təhsil aldığı və ya işlədiyi müddətdə evlənmək adı ilə qızlarımızı özlərinə kölə edir, bicbalaları olur, təhsili və ya iş müddəti qurtarandan sonra isə atıb öz ölkələrinə qayıdırlar. 
Vüqar Aslanov: Stalin kommunistdir! O oğlanlarının ikisini də cəbhəyə göndərib! Dövlətin, xalqın malından bircə qəpik də yeməyib! İki dəst hərbi forma və bir dənə əsgər krovatindan başqa heç bir sərvəti olmayıb! Londonda, Dubayda villası olmayıb! Oğulları, qohumları ölkədə at oynatmayıb! Bu adam dünya müharibəsini udub! Xarabalıq ölkəni bir neçə ilə kosmos ölkəsinə çevirib! Bu adamın xidmətləri sayəsində sənin atan, əmilərin ali təhsil alib! 99 faizi hərf tanımayan ölkəni 100 faiz elmli ölkəyə çevirib! Onun vaxtında bomjlar, küçə uşaqları, işsizlər ordusu olmayıb! Bəs eliyər, yoxsa əlavə eləyim?
Vüqar Məmmədov: Biz kommunizmdə yaşamısıq. Sovet vaxtı qayda-qanun var idi. Hamı sərbəst dolanırdı. Əsgərlikdən gələndən bir ay sonra hökumət adamı zavodda işə düzəldirdi. Fəhlələrə ev- eşik verirdilər. Heç kəsin banka borcu yox idi. Hamı bir-birinə əl tuturdu. 1000 manat verirdi, deyirdi haçan olsa qaytararsan. İndi qardaş qardaşa 100 manat vermir. Hamı qəmgin, hamı dərd-sər içindədir. Qan içən murdarlar xalqa qan uddurur. Qiymətlər günü-gündən qalxır. Polislər narkotikdən pul qazanır. Haram baş alıb gedir. Kimə kimdən şikayət edəsən, o vaxtı Moskvadan qorxurdular. Güllərimiz soldu. Şadlığımız söndü. Günlərimiz qaraldı. Yaşamağa, inkişafa heç bir umid yoxdu, günü gündən pisliyə gedir. 80 faiz demək olar ki sürünür. Biz düzələn deyilik. Müstəqillik bizə düşmədi.
Surət Hüseynov: Sizə bir şey deyim, onu da mütləq yazın. Yazın ki, bunu xalq da bilsin. Vaxtilə hamımız Cəbhəçi olmuşuq. Mən ön cəbhədə olmuşam, vuruşmuşam. Bu Cəbhə hakimiyyətə gələndə mən də demişəm ki, qoy gəlsinlər, cavandırlar, bunlarda demokratik təfəkkür çox inkişaf etmiş olar. Sonradan bunlar elə hərəkətlər elədilər ki, mən özüm indiyədək də onlara etdiyim köməkliyə görə, özümü bağışlaya bilmirəm. Gör kimlərə köməklik etmişəm…
Çoxbilmişlər: Biləcəridə bir mağaza var. Bu tərəfləri tanıyanlar yaxşı bilər. Mağazanın sahibi qaçqındı. İllər əvvəl müharibə başlayanda bacısı və özü xilas olub Bakıya qaça bilsə də, atası öldürülüb, anası isə əsir düşüb. Bakıya qaçdıqdan sonra dayıları (analarının qardaşı) tərəfindən himayə olunan uşaqlar dövlət sayəsində qaçqın adıyla xeyli pul qazanırlar. Dayıları da mağaza açır, işi böyüdürlər. Qardaş və dayı bir yerdə varlanırlar. Və bir gün bir məktub gəlir. Gözlənilməz bir məktub. Möcüzə. Anaları sağdı. Erməni əsirliyində hansısa bir ailədə qul kimi yaşıyır. Məktubda yaşadığı ailənin olduqca kasıb və imkansız olduğunu yazır. Deyilənə görə, əgər min manat pul göndərilsə, qarşılığında qadın sərbəst buraxılacaq. Bizim oğul və qardaş birlikdə oturub düşünürlər və sonunda gəldikləri qərar bu olur ki, o qadın bunlara lazım deyil. Nə də olsa, orda namusu ləkələnib. Bura gəlsə, Biləcəri qəqeşlərinin üzünə necə baxarlar sonra? Və pulu göndərmirlər. Qadınısa bilmirəm, yəqin ki doğduğunu adam bilirmiş, ölənə kimi də gözləmiş olar. Mənim fikrimi soruşsanız, namusu ləkələnən o qadın deyil. Doğduğu oğuldu. Həm də sonradan gələn bir ləkə deyil bu, doğuşdan gələn namussuzluqdu.
Ruslan Əzimzadə: Çox ərəb ölkələrində, çox müsəlmanlarda olmayan qeyrət var Putində. Rəbbim onu qorusun. Neçə yüz il sonra bilinəcək Putinin qədri.
Sahib Novruz: Dünyanın heç bir yerində bizim kimi “100 il kölə kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdır” şüarını deyə-deyə kölə kimi yaşamağına şükür edən millət yoxdur.
Xəqani Əhli-beyt Aşiqi: Hələ də anlamirlar, türkdən başqa zibil xalq yoxdur, onlar üzdən dost, içdən düşməndirlər. Buna əmin olun, bəzi qeyrətliləri çıxmaq şərti ilə türklər müsəlmanlar üçün bir təhlükədir. Onların köməyi istədiyini əldə edənə qədərdir. Belə getsə, vəziyyət pisləşəcək. Allah bu xalqı qorusun.
Nizami Məmmədov: Dünyanı məhv eləməyə çalışan anqlosaks maraqlarıdır.
Samir Rimas: Ruslar gəlmələrin- erməni, özbək, tacik, azərbaycanlı, moldovan və başqalarının bu qədər özbaşınalığına necə dözür, məətələm. Biz burda öz millətimizdən olan bəzi gəlmələrə dözə bilmirik hələ.
Təranə Əliyeva: 70 il sovet öyrətdi, çalışdı ki alim olaq. Amma 25 ildə adam olmağımızı unutduq!.. Qayıtdıq quldarlığa.
Fərhad Həsənzadə: Sovet vaxtı osetrin 3 manata idi, bilgə balığı 1,5 manata idi, uzun burun (sevryuqa) 3-5 manata (kababı pors 3 manat idi). Qara nərə kürüsünü mən 8 manatdan (optovoy 20 kq), 25 manata (kilo ilə) alardım. Soyuducuda qalıb xarab olurdu, çünki heç kim məndən başqa yemirdi murdar balığı da, kürüsünü də. Aparıb Moskvada, Tiflisdə 100 manata optovoy verərdim. İndi gedin 0,5 kq alın, görüm başınızdan necə tüstü çıxır).
Səttar Məmmədov: Biləsuvar Puşkin, Beyləqan Jdanov, Gəncə Kirovabad olanda oralar daha yaxşı yaşayırdı, zavod-fabriklər vardı, hamı işləyib dolanırdı. Milli olandan sonra oralarda gənclər ya Bakıya, ya Rusiyaya axışıb, qocalar isə qırılıb qurtarıb.
Mətləb Dadaşov: Elçibəy hakimiyyətə gələn kimi vaxtı ilə siyasi baxışlarına görə həbs olunduğu zaman həbsxanada Astaralı Dədə ləqəbli talışla kritik şəxsi münasibətləri üzündən, ondan qisas almaq qərarına gəlmişdi. Sabiq DİN-i İskəndər Həmidova əmr verib, qoşun hissələri ilə Astarada yaşayan Dədənin evinə hücum təşkil etdi. Dədənin evi mühasirəyə alındıqdan sonra qumbara atanlarla evi atəşə tutub, yerlə yeksan edildi. Evin içində iki İran vətəndaşı olmaqla azyaşlı bir uğaq da güllələnib məhv edildi. Həmin vaxtda isə Astaranın igid oğulları Qarabağda, eləcə də İsgəndər Həmidovun doğulduğu Kəlbəcəri erməni qəsbkarlarından müdafiə edirdilər. Astara əməliyyatını “uğurla” başa çatdırandan sonra qoşun hissələri Lənkəran, Masallı və Cəlilabada yönəldildi. Bu rayonlarda maddi imkanı yaxşı olan insanların eviləri qarət edildi, üz qoyuldu paytaxt Bakıya tərəf. Bu “varvar” olaylar barədə ölkə mətbuatı bu günə kimi bir kəlmə də yazmadı.
Həmzə Hüseyni: Türkiyədə partlayış olandan sonra türk taksiləri aeroportdan uzaqlaşmaq istəyənlərə 100-200 dollar qiymət oxuyub. Üstəlik turist görəndə, öz ölkəsinin vətəndaşını ciddiyə almayıb, turistə tərəf qaçıb. Parisdə isə terror hadisəsi olanda Fransa taksiləri insanları pulsuz hadisə yerindən uzaqlaşdırırdı.
Hacı Qüdsi: Para türkün namusudur- 82-ci il çevrilişinden sonra Turqutun gətirdiyi şüar.
Sabir Şindani: Əbülfeyz bəyə rəhmətlik ikiqat düşür. Şuşa, Xankəndi, Qarabağ, ətraf rayonları çox gözəl şəkildə “əldən verdi” öz komandası ilə. Biz ki onlardan bu torpaqları soruşmuruq, heç soruşanlara da oxşamırıq. Veriblər, veriblər də, necə veriblər belə də alacaqlar, hesab edin ki, kirayəyə verdilər, əvəzində dividendlər qazandılar.
Rəhim Həsənli: Buddizimin banisi Siddharta Qautama bir əncir ağacının altında oturaraq 49 günlük meditasiyadan sonra nurlanır və Buddaya çevrilir. Biz nəinki 49 dəqiqə, hətta 49 saniyə əncir ağacının altında otursaq, ağcaqanadlar nəinki bədənimizi, hətta ruhumuzu da fəth edər.
Qoşqar Əhmədov: Nəsə Azərbaycan mətbuatı Yaxın Şərqdə Rusiyanın uğurlu antiterror əməliyyatlarından yazmır. Amma vahhabilər bir məhəllə tutan kimi car çəkirlər. “İŞİD İraqda, Suriyada filan yeri aldı, Əsəd rejimi əsgərləri filan qədər itki verdi, filan neft yatağı tutuldu”... Elə bil vahhabilərdə qəsdən ruh yüksəkliyi oyadır bizim mətbuat.
Gamlo Ali: Azərbaycanı ancaq Türkiyəni sevmək vasitəsi ilə sevə bilərsən, Qarabağı ancaq Türkiyənin yardımı ilə istəyə bilərsən, Azərbaycanın inkişafını ancaq Türkiyənin inkişafı ilə istəyə bilərsən. Türkiyə, Türkiyə və yalnız Türkiyəni sevərək Azərbaycan vətənpərvəri sayılırsan. Qarabağda 10 il döyüşsən də, vuruşsan da, əlil olsan da Türkiyəni sevməsən, tənqid eləsən, sən Azərbaycan düşmənisən! Olimpiya çempionu olub Azərbaycan bayrağını qaldırsan da, Türkiyəsiz sayılmır. Türkiyənin pis işinə sus. Səhv eləsə də düz eləsə də biz onu dəstəkləməliyik. Səhv işinə, cinayətinə ən azından susub durmalıyıq. Budur Azərbaycan millətçi türkçülüyünün pis gizlədilmiş mahiyyəti. Azərbaycan bunların beyinlərində Türkiyənin əyalətidir.
Martin Lüter: Eşitmişəm apteklərdən ucuz ağrıkəsici dərmanlar yığışdırılır. Bu mənzərəni canlı seyr etmək üçün neçə il gözləmişəm, axır ki bu baş verdi... Bu ucuz, hamının əliçatan dərmanlar Rusiyanın ideyası idi. Rus gedibsə, onun ideyası yaşamamalıdır. Necə ki bunu hər yerdə müşahidə edirik. Ucuz kitab, ucuz dərman, ucuz siqaret, pulsuz ev, ucuz kommunal xərclər (qiymətlər hələ ki qalxmayıb, amma qalxacaq), ucuz xoşbəxtlik, ucuz Moskva...
Ağababa İbrahimov: Bilirsinizmi kimlələr reklam edilirlər? Ara müğənniləri, yalançı jurnalistləri və “hüquq müdafiəçiləri” adı ilə milləti satanları... Sizcə niyə?
Aydın Hüseyni: Amerikanı sevənlərə deyin ki, Amerika əsgərləri İraqda Fəllucəyə girəndə qız-gəlinləri zorlayr, anaların gözü qabağında gənc övladları öldürür, insanlığın qəbul etmədiyi nə varsa edirdilər. Amerika sevənlərə deyin ki, İran və Livan Hizbullahı Suriyada, İraqda ona görə ABŞ, İzrail, Səud və Türkiyənin qurduğu planı pozub kafir sələfiləri öldürərək qəsb edilmiş torpaqlardan çıxarır ki, onlar daha sonra İrana, Bəhreynə, Azərbaycana və digər Şiə yaşayan ölkələrə hücum edib hökmranlıq etməsinlər. Amerika sevənlərə deyin ki, bütün davalar Şiəliyə qarşıdır. Amerika sevənlərə deyin ki, Hizbullahın tək Livanda deyil, İran inqilabından sonra bütün dünyada toxumu əkilib. Və Amerika sevənlərə deyin ki, Biz də Onlardanıq!

“Eldar İbrahimov Naxçıvanda qatıq satırdı”

virtualaz.org və haqqin.az saytlarının daimi oxucusu Səbuhi Hüseynov deputat Eldar İbrahimovun kobudluğundan prezidentə şikayət edib. O, müraciətinin bir nüsxəsini də virtualaz.org saytının redaksiyasına göndərib. Həmin məktubu təqdim edirik.

“Hörmətli redaksiya! Milli Məclisin üzvü Eldar İbrahimovun Dövlət Yol Polisi (DYP) əməkdaşları barədə sözlər məni hiddətləndirib. Deputat Milli Məclisdəki çıxışında onun maşınının nömrəsini əzbər bilməyən DYP əməkdaşlarını “dana” adlandırmışdı.
Deputatın həmin sözlərini bir daha xatırladıram: “Serjantlardan soruşun ki, Milli Məclisin maşınlarının nömrəsi haradan başlayır, harada qurtarır. Prezident Aparatının nömrələri haradan başlayır, harada qurtarır. Məni maşına görə tanıyırsınız. Mənim alnıma yazılmayıb ki, Milli Məclisin deputatı Eldar İbrahimov. Maşın nömrəm 10 AA 409-dur. Siz bilməlisiniz ki, bu hansı orqanın maşınıdır. Bilməlidirlər ki, bunu idarə edən deputatdır. Nəzakətli şəkildə deməlidir ki, keçin. Deyirlər ki, məsələ araşdırılıb sizə deyiləcək. Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana”,- üzr istəyirəm,- haradan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir.”.
Mən buradan belə başa düşdüm ki, əgər hər hansı maşının nömrəsi serjantın cib dəftərçəsinə düşməyibsə, onda o, həmin avtomobilin sahibi ilə kobud davranmalıdırmı. İbrahimov bunu demək istəyirmi? Bəs “xalqın seçdiyi” bu adama elə gəlmirmi ki, o, bununla özünü çəkib dağ başına qoyur? Bəlkə özünü istinad nöqtəsi sayır?
Bu “deftat”ın hansısa işgüzar təklifi və ya çıxışı barədə mətbuatda heç vaxt heç nə oxumamışam. O, ümumiyyətlə heç nə ilə yadda qalmayıb. O, ümumiyyətlə, orada niyə oturur, şalvarının ütüsünü niyə pozur? Boş-boşuna maaş alır? Sənə deputat kreslosu və nişanı veriblər (məlum deyil hansı xidmətinə görə), sakitcə otur və Allahına bir ömür boyu şükür elə. Amma özünü elə çəkir ki, bunun qarşısında sanki az qala hamı təzim etməli, DYP əməkdaşları isə hərbi salam verməlidir.
Bəs sən özün kimsən? Hə, deputat! Amma yuxarılardan xeyir-dua olmasaydı, deputat ola bilərdinmi?
Bu məqamda prezidentin sadəlik və təvazökarlıq haqda dediklərini yada salmaya bilmirsən. Bizim əksər məmur və deputatlarda məhz bu iki keyfiyyət çatışmır. Deputatlar xalqın xidmətçisidir, onun başının ağası deyil.
Mən deputat İbrahimovun DYP əməkdaşlarının ünvanına dediyi həmin sözləri çap edib Prezident Administrasiyasına göndərdim ki, başqalarının mədəniyyəti, mədəni səviyyəsi barədə mülahizələr irəli sürən bu adamın “mədəniyyəti”ni orada da görsünlər.
Eldar İbrahimov, xahiş edirəm ki, bunu yadda saxlayasınız: siz özünüz də yer belləyən kəndli və fermer, mal-qara otaran çoban, yaxud köhnə ayaqqabının altlığını dəyişən çəkməçi kimi bir vətəndaşsınız. Axı siz özünüz də həyatınıza uzaq Naxçıvan kəndi Cəhridəki balaca piştaxta arxasında qatıq satmaqla başlamısınız. Yadımdadır ki, həmin illərdə mən sizdən tez-tez qatıq alırdım. Mənim də qohumlarım Naxçıvandandır...
Bütün vətəndaşların hüquqları eynidir. Deputatların məsuliyyəti isə sadə vətəndaşların məsuliyyətindən daha çox və böyükdür. Deputat imtiyazlarından məhrum olandan sonra əldə çubuq yolda dayanıb “lazımi” maşınların nömrələrini əzbərləmək kimi hallar da mümkündür...”

virtualaz.org

"Vəli Ələsgərov dedi ki, zəng vur, Allah gəlsin, görək, kişidir, ya arvad"

Naxçıvan şəhər sakini, Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlunun Naxçıvan MR-in keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov tərəfindən işgəncəyə məruz qaldığı haqda məlumat vermişdik. “Hürriyyət”in ötən saylarında qeyd etmişdik ki, V.Ələsgərovun nazirliyi dönəmində Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan N.Ağasıyev İŞİD-ə məlumat ötürməkdə ittiham edilərək, idarədə ağır işgəncələrə məruz qalıb. Son günlər isə məlum olur ki, əslində, Nizami Ağasiyev MTN-ə tamamilə başqa səbəblərdən aparılıb və “İŞİD-lə əməkdaşlıq”da ittiham olunması naməlum bir qadının müraciəti əsasında quraşdırılıb. Bu haqda dünən redaksiyamızın qonağı olan N.Ağasiyevlə söhbətimizdə məlumat əldə etdik.
Oxucuların diqqətinə çatdıraq ki, Nizami Ağasiyev 1981-ci il sentyabr ayının 11-də Naxçıvan şəhərində anadan olub. 1999-cu il oktyabr ayının 1-də Naxçıvan şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Naxçıvan MR Culfa rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edib. Hərbi qulluq zamanı könüllü olaraq Bakı şəhərində zabit heyətini təkmilləşdirmə kursunda təhsil alıb. 2001-ci ilin yanvar ayından gizir rütbəsi ilə hərbi xidmətini davam etdirib.
Bundan sonra könüllü olaraq ön cəbhəni seçərək, Ağdam rayonunun N saylı hərbi hissəsində kəşfiyyat qrup komandiri kimi xidmətə başlayıb. Son olaraq Naxçıvan MR Şahbuz rayonunun N saylı hərbi hissəsəsində minaatan batareyasının baş çavuşu kimi xidmət göstərib.
N.Ağasiyev deyir ki, 2015-ci il avqust ayının 10-dan sonra onun mobil telefonuna “Watsap” vasitəsilə çılpaq qadın və kişi şəkilləri, nalayiq mesajlar gəlib. Dediyinə görə, hər şey də bundan sonra başlayıb: “Mən bir-iki dəfə xəbərdarlıq etsəm və nörmrələrini “qara siyahı”ya salsam da, həmin mesajlar gəlməkdə davam edirdi. Yəni hər dəfə eyni adam ayrı-ayrı nömrələrdən mesajlar yazır, şəkillər göndərirdi. Bu səbəbdən avqustun 27-də Naxçıvan MR DİN-in insan alveri şöbəsinə rəsmən müraciət etdim. İdarədə bildirdim ki, mən ailəli olduğum üçün bunların əlindən evdə telefonumu açıq qoya bilmirəm. Digər tərəfdən, onu da vurğuladım ki, gecə həyacan siqnalı verilsə, mən hərbi hissəyə vaxtında çata bilməyəcəm.
Onlara mesajları və şəkilləri də göstərib dedim ki, məni bu nömrədən narahat edirlər. Bildirdilər ki, bir də belə şey təkrar olunarsa, bizə xəbər ver, tədbir görəcəyik. Dedilər, biz danışıb başa salarıq, bir də sən narahat olmazsan. 
DİN-dən çıxandan 2 saat sonra həmin nömrədən mənə qadın zəng etdi. O, gülə-gülə dedi ki, sən gedib məndən şikayət edirsən, amma bilmirsən ki, başını hansı qapıya döyürsən. Sonra təhqiredici sözlər işlədib telefonu söndürdü”.
Həmsöhbətim deyir ki, sentyabrın 1-də saat 9-da xidmət etdiyi hərbi hissədə növbəsini təhvil verərək, evə qayıdarkən MTN əməkdaşlarının hücumuna məruz qalıb: “Evimə gələndə yaşadığım binanın ətrafında MTN əməkdaşları tərəfindən saxlanıldım. 10-15 nəfər olardı. Üstümə cumduqları zaman onlara müqavimət göstərdim. Sonra mənə bildirdilər ki, biz MTN əməkdaşlarıyıq. Bundan sonra əllərimi qaldırdım, dedim ki, müqavimət göstərmirəm, nə sözünüz var, deyin. Onlar dərhal üstümə töküldülər, əllərimi qandalla bağlayıb, başıma torba keçirdilər, təpiklə, dubinka ilə vura-vura məni bir maşının “baqaj”ına qoydular”.
N.Ağayev deyir ki, MTN əməkdaşları ona hücum edən zaman onlardan nə üçün saxlanıldığının səbəbini soruşub: “Onlar mənə yaxınlaşanda sual verdim ki, nə istəyirsiniz? Dedilər, içəridə səni başa salacağıq ki, nə istəyirik. Həmin vaxt mən ancaq onu fikirləşdim ki, həmin qadına görə saxlanılmışam. Çünki həmin qadın açıq şəkildə demişdi ki, məni tanımadan gedib şikayət etdin, sənin başına oyun açdıracam. Odur ki, məni həbs edən MTN əməkdaşlarına da bildirdim ki, əgər saxlanılmam bu məsələ ilə bağlıdırsa, məlumunuz olsun ki, bununla bağlı artıq DİN-ə rəsmi müraciət etmişəm. Onlar mənə söyüşlə dedilər ki, sənin də nəslini, şikayət etdiyin polisin də...”
Nizami Ağasiyevin dediyinə görə, gözləntisinin əksinə olaraq MTN-də həmin qadınla bağlı ona heç bir söz deyən olmayıb: “Məni MTN-nin “podval”ına salandan sonra nə nömrə, nə də qadın barədə heç bir söz olmadı. Vəli Ələsgərov qabağıma bir boş vərəq, bir də qələm qoydu ki, “bura İŞİD əməkdaşına agentlik etdiyini və vəhhabilərlə əlaqədə olduğunu” yaz. Ancaq mən bu yaşıma kimi nəinki hansısa İŞİD əməkdaşı haqda, hətta heç eşitməmişəm ki, Naxçıvanda kimsə vəhhabidir. Odur ki, dediklərini yazmadığım üçün məni döyür, söyürdülər. Hər dəfə də 3-4 nəfər olurdu, hamısı da maskalı. Onlar ancaq Vəli Ələsgərovun özü ilə gəlirdilər. İçəri daxil olurdular, Vəli Ələsgərov sual verirdi ki, yazırsan? Deyirdim ki, yazmıram. Başlayırdılar məni döyməyə. Ayaq dırnaqlarımı, barmaqlarımı sıxıb qırdılar, qabırğamı vurub batırmışdılar, üz-gözüm də zərbə izlərindən qapqara idi. Dubinka ilə, dəmirlə, trosla, təpiklə, yumruqla vururdular və pis söyüşlər söyürdülər.
Vəli Ələsgərova bildirdim ki, siz məni kiminləsə səhv salırsınız. Maraqlanın, görün mən necə xidmət etmişəm, ondan sonra deyin ki, “mən vətən xaini olmuşam”. O, mənə sual verdi ki, sənin adamın kimdir ki, belə danışırsan? Dedim ki, mənim heç bir adamım yoxdur, mən ancaq Allaha güvənirəm...
Keçmiş nazir maraqlansaydı, bilərdi ki, mən 10 ilə yaxın Ağdam döyüş bölgəsində xidmət etmişəm, müəyyən döyüş tapşırıqları yerinə yetirmişəm, əsir gətirmədə, Tərtər əməliyyatında iştirak etmişəm. Bir çox əsgər və zabitlərimizi yaralı vəziyyətdə minalanmış sahədən çıxarmışam. Cənab prezident tərəfindən 4 dəfə medalla təltif olunmuşam. Bundan başqa pul mükafatı verilib. Mən bunları əsas gətirib Vəli Ələsgərova deyirdim ki, məni vətənə xəyanətdə ittiham etməklə səhvə yol verirsən”.
N.Ağasiyevin sözlərinə görə, “İŞİD agenti olması”nı yazılı etiraf etmədiyindən keçmiş nazir onu ailə üzvləri ilə hədələyib: “Vəli Ələsgərov mənə dedi ki, yazmayacaqsan? Dedim, yox. Bundan sonra dönüb yanındakı işçisinə dedi ki, gedin Təbriz 1, ev 55-dəki qadını götürüb, gəlin bura. O, mənim yaşadığım ünvanı nəzərdə tuturdu. Bu səbəbdən dedim ki, əgər mənim ailəm bura ayağını qoyarsa, həmin dəqiqə özümü öldürəcəm. Sonra ona dedim ki, Allaha and olsun səhv edirsən. Vəli Ələsgərov telefonunu mənə uzadıb dedi ki, zəng vur Allah gəlsin, görək kişidir, ya arvad”.
Nizami Ağasiyev deyir ki, 2015-ci il sentyabrın 2-də MTN-dən xidmət göstərdiyi hərbi hissəyə belə bir məlumat veriblər ki, guya o, mülki formada hansısa imkanlı qadının evində tutulub: “Bunlar məni həbs edəndə guya, bilməyiblər ki, mən hərbçiyəm. İddia ediblər ki, hərbçi olduğumu ikinci gün boynuma almışam. Bu yalanlarını da ört-basdır etmək üçün mənə dedilər ki, ya çıxandan sonra gəlib arvadını da burdan çıxaracaqsan, ya da biz hərbiyə nə məlumat vermişiksə, hamısını təsdiqləməlisən. Mən heç bir sanksiya, heç bir əsas olmadan, qanunsuz yerə həbs olunduğumu və içəridə mənə olmayan böhtanlar atıldığını nəzərə alıb, fikirləşdim ki, bunu edirlərsə, ailəmi də incidərlər... Mən ayın 2-də gecə Hərbi Polis İdarəsinin rəisi tərəfindən MTN-nin “podval”ından çıxarılmışam. Hərbi Polis İdarəsinin rəisi mənim yanımda cənab komandanımız Kərəm Mustafayevə məruzə elədi ki, Nizami Ağasıyev mülki formada deyil axı, hərbi formadadır. Telefonu yerə qoyandan sonra mən sual verdim ki, necə yəni mülki formada deyiləm?! Hərbi polisin rəisi mənə dedi ki, bizim komandana sənin mülki formada, vəzifəli bir adamın qadını ilə evdə tutulduğun haqda müraciət olunub, mən də ona görə məruzə elədim ki, axı mülki formada deyil, hərbi formadadır”.
Keçmiş hərbçi deyir ki, MTN əməkdaşları tərəfindən hədələndiyindən sözügedən informasiyanı təkzib etsə də başqa heç bir suala cavab verməyib: “Mən orda hərbi polisin rəisinə bildirdim ki, yalandır. Əlavə suallar verəndə danışmadım, çünki ailəmi MTN-ə aparacaqlarından qorxurdum. Fikirləşirdim ki, yəqin məni cənab komandanımız qəbul edər, bu zaman hər şeyi ona açıb deyərəm. Mən ondan başqa heç kimə inana bilməzdim.
Səhərisi günü hərbi polisin rəisi gəlib mənə dedi ki, Ağasiyev, sənə bəd xəbərim var. Dedim nədir? Dedi səni ordu sıralarından tərxis edirlər. Mən inanmadım. Çünki əksinə, mən belə fikirləşirdim ki, böhtanla tutulmağıma, içəridə döyülüb təzyiq altında saxlanılmağıma baxmayaraq, MTN-dən vətən xaini kimi çıxmamışamsa, yəqin komandanım məni daha çox istəyəcək. Ancaq gözlədiyimin əksinə məni Şahbuzdakı N saylı hərbi hissəyə gətirdilər. Zabit, əsgər heyətini meydanında düzdülər, məni çıxardılar qabağa və dedilər ki, zabit şərəfinə xələl gətirdiyi üçün rütbəsi alınır. Hətta əlavə olaraq onu da dedilər ki, ordu komandiri cənab Kərəm Mustafayevin əmri ilə şəxsi heyətin qabağında formanı soyunub, sonra çıxıb getməlisən. Bunun ardınca məni şəxsi heyətin qarşısında soyundurdular və o vəziyyətdə ayın 3-də ordudan tərxis etdilər”.

(Ardı var)  Ayxan İLDIRIMTÜRK, hurriyyet.org 

Musavatçı tör-töküntünün şüuraltısı

O gün özünü sağçı-milliyətçi kimi təqdim edən biri şərh yazmışdı ki, Böyük Vətən müharibəsinə azərbaycanlıları zorla aparıblar, vuruşmaq istəmirlərmiş... Digər şərhçilərin təəccübünə isə "qocalardan soruşun" dedi.
Hansı qocalardan? Şəxsən mənim əcdadlarım vuruşub, heç kim də onları cəbhəyə zorla aparmayıb. Mən heç bir qocadan belə bir şey eşitməmişəm. Ola bilsin ki, onun öz əcdadları müharibədən boyun qaçırmaq istəyirlərmiş, və hesab edirlər ki, Şura hökuməti onlara zor tətbiq edib... Yəni qocadan qocaya fərq var. Heç kim gizlətmir ki, sovet insanları eyni olmayıb, aralarında Şura hökumətini, sovet sosializmini sevməyən, qoxaq olan, xain adamlar olub... Burda qeyri-adi nə var ki!? Azərbaycanda musavatçılar, ailələri, övladları da yaşayırdı... Lap elə musavatçı olmayan da xainlik edə bilər. Və yaxud hər musavatçı xainlik etməyib... lakin bütün bu istisnalar azərbaycanlıların Böyük Vətən müharibəsində qəhrəmanlıq etməsinə kölgə sala bilməz. Adam sağçı-milliyyətçidir, amma xalqının tarixini ləkələyir... Azərbaycan xalqına bu qədər ləkə sürtmək ancaq daşnak təbliğatçıların ağlına gələ bilər. Bu, həmin "fars, rus erməni- hamısı türkün düşməni" deyən şizofrendir...
Qocalar lazım deyil, elə orta yaşlı nəsildən 1992-93-də, Əbülfəz Əliyevlə Heydər Əliyevin vaxtında Qarabağ müharibəsinə necə əsgər yığıldığını soruşun. "Oblava" deyilən əməliyyat keçirilirdi, harda gəldi, kimi gəldi tutub soxub avtobusa aparırdılar... "Müstəqil" kapitalist Azərbaycanın tərəfdarı olan birinin gərək dili olmasın Sovet vaxtı azərbaycanlıların müharibəyə necə aparılmasından danışmağa... Abır-həyaları yoxdur deyə çox uzun dilləri var....
Aşağıdakı şəkilləri bir qazax tarixçisinin müsahibəsindən götürmüşəm.
1-ci şəkil 1945-də Tuluzuda çəkilib, Tuluzanın faşistlərdən geri alınması şərəfinə partizanların paradı keçirilir. Öndə gedən partizanlara diqqət edir. Qazax araşdırmaçısı deyir ki, biri qafqazlıdır, digərlərinin arasında "türkestanlılar" (qazax, özbək, türkmən, qırğız və s.) var... Doğrudan da, diqqət etsəniz, solda və sağda addımlayan orta asiyalı partizanlardı. Ortada bayraqla addımlayanlardan biri mənə elə gəlir ki bizimkidir - azərbaycanlı. Qafqazlılardan ən çox bizə bənzəyir. Və ona bayraq götürməyi həvalə ediblər. Bu, öz-özlüyündə böyük şərəfdir.
Həmin bu azərbaycanlını kim idi orada zorla vuruşduran? Fransızların partizan dəstələrində. Orada da Stalinin hərbi komissarlığı vardı? Bu azərbaycanlılardan orada on minlərlə olub.... Hələ o qədər isimsiz qəhrəmanlar var... Bu insanların əməyini, şücayətini "azərbaycanlılar vuruşmaq istəməyib, zorla aparıblar" deyən sağçı-milliyətçi niyə bu qədər ucuzlaşdırır?
Niyəsi budur: adam başqa sağçı-milliyətçilərin bir qismi kimi daxilən faşistdir, xalqımızın övladlarının faşizmə qarşı vuruşmasını həzm edə bilmir, çox istərdi ki, bütün azərbaycanlılar dudərginskilər kimi SSRİ-yə qarşı vuruşsun... Demək istəyir ki, sovet sosializmi o qədər pis quruluş olub ki, xalqımız faşistə qarşı vuruşmaq istəməyib... Yəni? Yəni sovet sosializmi faşizmdən də pis quruluşdu... İnanın, mən bu musavatçı tör-töküntüsünün şüuraltısını oxuyuram. Sağ-liberal düşərgənin yumşaq və ədalətli görsənmək niyyətlərii adətən faşimzi sovet sosializminə, Hitleri Stalinə tay edir, yanı onları bərabərləşdirir...
Aşağıdakı şəkildə isə: əsirlikdəki türkestanlılar... Hansısa səbəbdən əsir düşüblər... Amma faşistlərin tərəfinə keçməyiblər. Qazax araşdırmaçısının sözlərinə görə, türkestanlılara (qazaxlara, özbəklərə və s..) əsirlikdə zülm edirdilər, onları uzun müddət açıq havada, ac, paltarsız, cırıq paltarda saxlayırdılar. Elə qafqazlılara da eyni münasibət göstərilirdi. Əsasən qafqazlılardan və türkestanlılardan ibarət olan 45 minlik əsir düşərgəsində qısa müddətdə 20 min əsir öldürülmüşdü. Sünnətlərini görən kimi yəhudi deyib öldürürdülər... heç nə araşdırmadan. Türkestanlılara "monqol" deyirdilər... Bunu ona görə danışıram ki, çox güman ki, indi Orta Asiya "müstəqil" kapitalist respublikalarda sağçı-milliyətçi kəsim "dədələrimiz faşistlərə qarşı vuruşmaq istəməyib, zorla aparıblar" nağılları danışırlar.... Və onlara inananlar var... Təəssüf ki, manqurt çoxdur.
Fürsətdən istifadə edib Böyük Vətən müharibəsində iştirak etmiş, planeti faşizmdən xilas etmiş əsgərlərimizin, o cümlədən qafqazlı və türkestanlı əsgərlərin qarşısında baş əyək.
İndi kiminsə dədəsi-babası dezertirlik edibsə, faşistlərin tərəfinə keçib, yaxşı payok alıb, yeyib-içib rahat yaşıyıbsa... bu, o demək deyil ki, elə hamı belə olub... Heç kimin xalqın övladlarını öz dədə-babasının əməlləri ilə ölçməsin.

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/posts/722727274531680

Şərq peripatetizimi Nəsirəddin Tusinin fəlsəfi konsepsiyasında

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə və Hüquq İnistitunun doktorantı,
ADMİU-nun redaktoru

Bəşəriyyətin birgə və mənəvi mədəniyyətinin ən dəyərli sahiblərindən biri kimi, dünyanın dərk edilməsində xüsusi rolu olan fəlsəfə elmi varlığın ümumi problemlərinə baxışlar sistemidir. Fəlsəfə insan sivizasiyasının ən böyük nailiyyəti, insan biliyinin ən qədim növlərindən biridir. Xüsusi elm kimi fəlsəfənin əsas məsələsi təfəkkürün varlığa, şüurun materiyaya münasibəti problemidir. Kainat, dünya haqqında ümumi nəzər yaradılması vacibliyindən, məntiq və idrak nəzəriyyəsinə, gerçəklik haqqında rasional şəkildə əsaslandırılmış təfəkkür metoduna tələbatdan doğmuşdur.
Bir elm kimi fəlsəfə öz inkişafının müxtəlif dövrlərində müxtəlif məsələləri şərh etməklə, öyrənməklə, təhlil və izah etməklə məşğul olmuşdur. Antik dövrdə elmlər elmi hesab olunan fəlsəfə, sonralar ayrı-ayrı xüsusi elmlərin məşğul olmağa başladığı bir sıra problem və nəzəriyyələrin tədqiqi ilə maraqlanırdı.
İlk əvvəllər fəlsəfə içərisində ehtiva olunan biliklər daha sonralar düşüncə sahibləri tərəfindən edilən elmi kəşflər və elmin sürətli tərəqqisi nəticəsində ayrı-ayrı elmlər fəlsəfədən ayrılmağa başladı. İnsanların dünyaya baxışının ən ümumi ifadəsi olan, müdriklik haqqında elm olan fəlsəfə digər elmlərdən öz univesallığı ilə fərqlənir.
Cəmiyyətin və fəlsəfə elminin inkişafı sayəsində elmlər arasında bölgü əmələ gəldi və zaman keçdikcə bu bölgü artmağa başladı. Elə bu səbəbdəndir ki, bəzi filosoflar səhv olaraq artıq fəlsəfənin bir elm kimi çoxdan bölündüyünü, predmetinin isə artıq parçalandığını qeyd edir, bu haqda öz fikirlərini irəli sürürlər.
Bu fikirlərlə ona görə razılaşmaq olmaz ki, heç bir digər elmlər fəlsəfə kimi insan və dünya haqqında ən ümumi fikir söyləyə bilməz. «Fəlsəfənin çoxsaylı tərifləri vardır ki, onların əksəriyyəti bir-birinə ziddir. Lakin, o təriflərdə ümumi cəhətlər də vardır ki, orada fəlsəfənin mahiyyəti açılır. Bir sözlə fəlsəfə insan fikrinin yaranmasını, inkişafını göstərmişdir. Fəlsəfə orjinal xüsusiyyətlərə malikdir.» (1, səh.11).
Qeyd etmək lazımdır ki, bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilə bilər. Lakin, fəlsəfə ictimai şüurun qədim formalarından biri olmaqla varlığın və idrakın ən ümumi qanunauyğunluqların inikası olmaqla yanaşı eyni zamanda həm də dünyagörüşü metodologiyasıdır. «Bilindiyi kimi ilk zamanda fəlsəfə içərisində yer alan elmlər daha sonrakı zamanlarda xüsusilə elm sahələrində edilən kəşflər, göstərilən nailiyyətlər və sürətli tərəqqi onu fəlsəfə çatısı altından ayırmışdır.» (2, səh.15).
Dünyagörgörüşünün isə mahiyyət və məna tarixdə və günümüzdə materializm və idealizm olması ilə iki qrupa ayrılır. Bu bir-birinə zidd olan iki qrup arasında sanki barışdırıcı mövqe tutan fəlsəfi cərəyanlardan da biri peripatetizm adlanır.
Mənşəyini «birinci müəllim» adlandırdıqları Aristoteldən götürən peripatetiklər fəlsəfə adlı bir elmin inkişafına bir sıra parlaq dühaların yaradıcılıq fəaliyyətlərilə güclü təkan vermişdirlər. Elladanın sonuncu nəhəng filosofu olan Aristotelin davamçıları olan peripatetik filosofların içindən daha çox zəka sahibləri, hərtərəfli düşüncə mütəffəkirləri özünü biruzə verir.
Şərq peripateizimi cərəyanının nümayəndələri qədim yunan filosoflarının yaradıcılığı ilə yaxından tanış idilər. Bu cərəyanın nümayəndələri xüsusilə Platonun və Aristotelin gerçəklik haqqında fikirlərinə böyük bir önəm verirdilər. Şərq peripateiziminin nümayəndələri Ptolemeyin astronomiya barədə söylədiklərini və Evkilidin həndəsi ideyalarını mükəmməl bilməklə yanaşı bu fikirləri dəstəkləyir. 
Bu cərəyanının nümayəndələrinim «Müəllimi-əvvəl» («Birinci müəllim») deyə adlandırdıqları ensiklopedik düha olan Aristotelin nəhəng və əvəzsiz fəlsəfi irsini islam dini nöqteyi nəzərindən izah edir, bu fəlsəfi irsə islami bir rəng verirdilər. Peripatetik məktəbi (yunanca Peripatetio-gəzişirəm, ərəbcə əl-Məşşaiyyə) e.ə. 335-ci ildə Aristotel tərəfindən yaradılmışdı, bu sözün mənşəyi isə filosofun Likey xiyabanında gəzişərək öz tələbələrəinə dərs deməsi ilə bağlı idi. Aristotelçiliyin davamı kimi meydan gəlib formalaşan peripatetizm cərəyanında digər antik filosofların müəyyən görüşləridə öz əksini tapmışdı. Bu filosoflara Platonu (e.ə.428-348) və Plotini (205-270) göstərmək olar.
Aristotel elmi-fəlsəfi yaradıcılığını insan biliyinin həqiqi ensiklopediyası adlanıran filosof Ağayar Şükürov bu barədə öz tədqiqatlarında yazırdı. «Çox vaxt orta əsrlər fəlsəfəsini Aristotel nüfuzunun bölünməz ağalığı sahəsi hesab edirlər. Bu şübhəsiz doğrudur, lakin müəyyən hədd-hüdud daxilində. Hər şeydən əvvəl, Aristotel yeganə yunan filosofu idi ki, bütün əsərləri ərəb dilinə, sonralar isə latın dilinə tərcümə olunmuşdur.» (1, səh.194).
Orta əsr Şərq fəlsəfəsində məşşaiyyə (məşşailik) adı ilə də tanınan Şərq peripatetikləri içərisində Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (801-873), Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzlağ əl-Fərah əl-Farabi (870-950), Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli İbn Sina (980-1037), Əbülhəsən Bəhmənyar ibn əl-Mərzban əl–Azərbaycani (993-1066), Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd (1126- 1198), Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198-1283), Xacə Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (1201-1274) və başqaları bu cərəyanın ən güclü nümayəndələri idi. 
Bu dövrdə dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə etdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Xacə Nəsirəddin Məhəmməd Tusi fəlsəfə tarixində möhtəşəm bir iz qoymuşdur. Bu metafizik filosofun zəngin və orijinal irsi təkcə Şərq müsəlman dünyası tədqiqatçılarının deyil, Qərb araşdırmaçılarının da diqqətini özünə cəlb edə bilmişdir.
Dünyanın bir sıra məşhur ensiklopedik filosofları ilə adı birgə çəkilən, bəşəriyyətin idrak tarixinin yaradıcılarından biri olan N.Tusi dövrünün ən parlaq simalarından biri olmuşdur. Orta əsrlərdə özünün inkişaf səviyyəsini Şərq yaradıcılığında biruzə verən fəlsəfə Azərbaycan xalqının dünyagörüşündə də müəyyən izlər buraxmışdı. Daha çox Avropasentirizm mövqeyindən çıxış edən bəzi Qərb fəlsəfə tarixçiləri Şərq fəlsəfəsinə qarşı laqeyd münasıbət göstərsələrdə Orta əsrlərdə ərəbdilli filosofların yardıcılığı özünü daha qabarıq bir şəkildə biruzə verirdi.
N.Tusi özünün çoxcəhətli yaradıcılığı, ensiklopedik zəkası, təkzibedilməz mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçmışdir. N.Tusi fəlsəfə ilə yanaşı astronomiya, riyaziyyat, optika, minerologiya, məntiq, etika və başqa elmlərə dair dünya şöhrəti qazanmış əsərlərin müəllifi olması onun tədqiqatçılarının müxtəlif elm sahələrindən olmasına səbəb olmuşdur.
Gərgin əməyin nəticəsi olan Marağa rəsədxanasını qısa müddət ərzində Şərqin elm mərkəzinə çevirməyi bacaran bu böyük alim dövrünün bir sıra məşhur elm xadimlərini buraya toplamağa müvəffəq olmuşdu. N.Tusinin rəhəbrliyi ilə elmin müxtəlif sahələrinə aid qiymətli əsərlər də yazılmışdır. Əsasən astronomiya və həndəsəni əhatə edən bir sıra mükəmməl dərslikləri isə N.Tusi şəxsən özü yazmışdı.
XIII əsrdə bu Azərbaycan filosofunun zəngin irsi tədqiq dairəsinə malikdir. Təkcə ərəb ölkələrinin, İran və Türkiyənin tədqiqatçıları deyil, bir sıra Avropa, rus və Orta Asiya tədqiqatçıları da bu işlə məsuliyyətli bit şəkildə məşğul olmuşlar və bu hərtərəfli, zəngin xəzinə öz layiqli qiymətini bütün dünyada tapmağa nail olmuşdur. Dünya fəlsəfə tarixinə dair araşdırmalar aparan bir sıra məşhur alimlər C.Zeydan, Ö.Fərrux, M.Rizəvi, H.Ziya, K.Brokkelman, İ.Y.Kraçovski, E.Braunun N.Tusi yaradıcılığına verdiyi yüksək qiymət xüsusilə təqdirə layiqdir.
Əsərlərinin orijinallığı, mövzularının elmi dərinliyi ilə seçilən bu filosofun adına dünyanın bir sıra məşhur ensiklopediyalarında, dünya kitabxanalarının kataloqunda da rast gəlmək mümkündür. N.Tusi haqqında ilk tarixi həqiqətləri şagirdlərinin yaradıcılığında ön plana çıxsa da, sonrakı dövrlərin məşhur tarixçiləri, salnaməçiləri və tərcümeyi-hal yazanları bu filosof haqqında geniş söhbət açmış, onun keçdiyi həyat yolu tarixin qaranlıq səhifələrindən işıqlandırılmışdır.
N.Tusi yaradıcılığını dəyərləndirən professor Ağabala Rzayev belə yazırdı: «N.Tusi elmin bütün sahələri ilə intensiv məşğul olan bir akademiyadır. N.Tusi hər gün hamımızın müraciət etməyə ehtiyac duyduğumuz ensiklopediyadır.» (3, səh.19.) 
Şərq peripatetiziminin ən önəmli nümayəndələrindən biri kimi məşhur olan Nəsirəddin Tusi yaşadığı dövrdə «üçüncü müəllim» kimi də tanınmışdı. Onu da qeyd edək ki, «birinci müəllim» qədim yunan filosofu və ensiklopedik alimi Aristotel (e.ə.384-322), «ikinci müəllim» isə türk mənşəli ensiklopediyaçı alimi Əbunəsr Məhəmməd ibn Məhəmməd əl-Fərabi (870-950) idi.
N.Tusi irsinin öyrənilməsinə təbii ki, öz həmvətənləri biganə qala bilməzdi. Xüsusilə Abbasqulu Ağa Bakıxanovun və Mirzə Fətəli Axundzadənin diqqət mərkəzinə dönən bu elmi irs Həmidullah Məmmədbəylinin, Ziyəddin Göyüşovun, Zakir Məmmədovun, Zümrüd Quluzadənin də diqqətini özünə cəzb etmişdir. Məşhur şərqşünas Rəhim Sultanov və tarixçi Ziya Bünyadov da N.Tusinin böyük heyranlarından idi.
800 ilə yaxındır ki, bu elm xadiminin həyatı, keçdiyi zəngin yaradıcılıq yolu dünyagörüşü, onun astronomiyaya, ilahiyyata, riyaziyyata, hüquqa, fəlsəfəyə və başqa elm sahələrinə aid yazdığı əsərləri dünyanın ən ucqar ölkələrində belə dəfələrlə nəşr olunur, geniş surətdə yayılır.
Dövrünün tanınmış adamlarını, yüzdən artıq elm fədailərini başına topladığı Marağa rəsədxənasını xüsusilə dəqiq elmlərin sahəsi ilə məşğul olan filosofun elmi traktatları haqqında «İranın Kembiric tarixi» adlı çox cildli ensiklopediyasında da məlumat verilir. A.Bauzyaninin, D.Boylun, Y.Rıpkanın adı çəkilən əsərlərdəki məqalələrində Marağa rəsədxənasının yaradlmasında və burada gedən dəqiq elmi tədqiqatların ortaya çıxmasında, dövrün bir sıra elm sahələri ilə dərindən məşğul olmasında N.Tusinin hansı rola malik olması haqqında düzgün məlumat veriblər.
Son dərəcə dəqiqliyi, universallığı və peşəkarlığı ilə bir çox tədqiqtçılarını heyran buraxmağı bacaran filosof tariximizə elmşünaslığın banisi, onun formalaşdırıcısı və inkişaf etdiricisi kimi də daxil olmuşdur.
Çox təəssuflər olsun ki, dünya alimləri tərəfindən geniş araşdırılan N.Tusi yaradıcılığı öz həmyerliləri tərəfindən 1951-ci ildən başlayaraq geniş bir surətdə tədqiq olunuşdur. Azərbaycan Elmlər Akademiyasının 2011-ci ildə çağırdığı elmi sessiyada filosofun elmi irsinin öyrənilməsi haqqında fikirlər irəli sürüldü. Bu dövrdən etibarən ciddi araşdırmalar aparan tədqiqatçılar N.Tusi fəlsəfəsi timsalında Şərq fəlsəfəsinin sadəcə ilahiyyatdan ibarət olmadığı ortaya çıxdı. Filosofun irsinə verilən bu qiymətin nəticəsində bu dünya şöhrətli alimin 780 illik yubileyi hökümətin qərarı ilə 1981-ci ildə keçirildi. Günümüzdə də mütəmadi olaraq Nəsirəddin Tusiyə həsr olunmuş beynəlxalq və respublika əhəmiyyətli konfranslar təşkil olunur. 
Zəngin yaradıcılığa, qeyri-adi istedada malik olan N.Tusi nin yaradıcılığı hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuş, yerli və xarici araşdırmaçıları özünə cəlb edə bilmişdir. Orta əsrlərin məşhur tarixçilərindən tutmuş müasir dövrümüzə qədər bütün tədqiqatçılar tərəfindən N.Tusi nin yaradıcılığı yüksək dəyərləndirilmiş, N.Tusi nin görkəmli alim və filosof olması vurğulnmışdır. Sonralar Molla Sadra adı ilə də tanınan fars ilahiyyatçısı Şihabəddin Fəzlullah Şirazinin (1571-1641) «Tarixi-Vəssaf» («Vəssafın tarixi»), ərəb sosioloqu və filosofu Əbu Zeyd-Əbd ər-Rəhmani ibn Məhəmməd İbn Xəldunun (1332-1406) məşhur «Müqəddimə» əsərində N.Tusi yə və onun yaradıcılığına böyük bir önəm vermişlər.
Azərbaycanın məşhur tarixçisi Abbasqulu Ağa Bakıxanov Qüdsinin (1794-1847) qələmə aldığı «Gülüstani İrəm» («Qızılgül bağçası») əsərində Nəsirəddin Tusi haqqında qısa da olsa məlumat verilir. Burada Tusinin Elxani xanları ilə yaxın münasibətdə olduğu, Elxani hökmdarların Tusiyə hər zaman etibar etdiyi və Marağada rəsədxana inşa etməsi barədə məlumata da rast gəlmə mümükündür. 
Nəsirəddin Tusi yaradıcılığı haqqında sovet hakimiyyəti dönəmində Fərman Eyvazov, Həbibulla Məhəmmədbəyli, Ağabala Rzayev, Zakir Məmmədov kimi tədqiqatçılar öz fikir və mülahizələrini bildirmişdir. Tanınmış şərqşünas alim Rəhim Sultanov bu dünya şöhrətli alimin məşhur «Əxlaqi-Nasiri» əsərini farscadan tərcümə etmiş, bu əsər haqqında sanballı bir rəy də yazmışdır. 
N.Tusinini 800 illiyi münasibətilə onun bir sıra əsərləri tərcümə olunmuş, zənginliyi və rəngarəngliyi ilə fərqlənən Tusi yaradıcılığı geniş tədqiqat obyektinə çevrilmişdir. Təkcə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında bu dünya şöhrətli alimin 800-illik yubileyi ilə bağlı olaraq 8 konfrans keçirilmiş, 11 kitab və 18 jurnal çap olunmuşdur.
Bu yaxınlarda da Nəsirəddin Tusinin 810-illik yubileyi ilə əlaqədar olaraq respublikamızda beynəlxalq səviyyəli konfrans keçirilmişdir. 2011-ci ilin iyun ayında təşkil olunan bu beynəlxalq konfrans möhtəşəm və sanballı olması ilə yadda qalıb. Bu ensiklopedik alimin 810 illik yubileyində Azərbaycan alimləri ilə yanaşı Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ, İngiltərə, İsveçrə, Çin, ərəb ölkələri və digər ölkələrin nümayəndələrinin iştirak edib.
Bəşəriyyətin düşüncə tarixi formalaşdığı gündən başlayaraq insanın kimliyi, onun ümumi mahiyyəti fikir sahiblərini hər zaman narahat etmiş, bu barədə müxtəlif mütəfəkkirlər tərəfindən müxtəlif izahatlar özünü biruzə vermişdir.
İnsanın mahiyyətindən bəhs edən mütəfəkkirlərin yalnız cüzi bir qismi insan barəsində bitkin bir fikir söyləyə bilmişdir. Antik dövrdə klassik yunan filosofları olan Sokrat, Platon və Aristotelin insan barəsində irəli sürdüyü fikirlər özünün dolğun və bitkin olması cəhətdən diqqət cəlb edirdi. 
Sokrat, Platon və Aristotelin insan barəsində olan bu cəlbedici ideyalar Orta əsrlərdə yaşamış türk-islam filosoflarının da diqqətini özünə cəlb edə bilmişdi. Bu dövrdə yaranmış fəlsəfi cərəyanlar və bu cərəyanların məşhur nümayəndələri insana islam dini nöqteyi-nəzərindən yanaşır və yaxud da islam dininin insan haqqında olan fikirlərini klassik yunan filosoflarının dünyagörüşü aspektindən şərh edirdilər.
XIII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan filosofu Nəsirəddin Tusi də insanın mahiyyəti haqqında bitkin və hərtərəfli fikir söyləyən nadir mütəfəkkirlərdən biridir. Tusinin zəngin milli fəlsəfi irsinin toplanılması, tədqiq edilməsi və dərindən araşdırılması həlli keçmiş Sovetlər birliyində tam həllini tapmamış, milli sərvətlərə qiymət verilməsi məsələsi arxa plana keçirilmişdir.
İnsanın müdrikləşməsi və kamilləşməsi üzərində qurulan belə milli sərvətlərə ən dəyərli nümunə olan Tusinin zəngin irsi hər zaman xalqımızın diqqət mərkəzində olmalıdır. 
Xalqımız təkcə Tusi irsinə deyil, Tusinin timsalında bütün milli-mənəvi dəyərlərimizə, zəngin mədəni-fəlsəfi irsinə diqqət göstərməlidir və Tusi irsinin təbliğ edilməsi xüsusi bir mahiyyət kəsb etməlidir.
Nəsirəddin Tusi kimi nəhəng elm korifeyi ensiklopedik səciyyə kəsb edən elmi-fəlsəfi yaradıcılığında insana yüksək dəyər verir. Nəsirəddin Tusinin məşğul olduğu bütün bilik növləri insanın mahiyyəti və onun parlaq gələcəyi üzərinə qurmuşdu.

palitranews.az