26.08.2016

Müxalifət Əli İnsanovdan necə Mandella düzəldir: yaxud “ağ atlı həkim”

İnsanov vəzifədə olduğu dövrdə bircə dəfə olsun müsbət rəy qazana bilməyib

Keçmiş səhiyyə naziri Əli İnsanov Nelson Mandela ola bilməyəcək. Korrupsioner eks-nazir olsa-olsa hikkəli, xidmət etdiyi iqtidarın onu cəzalandırmasına görə sınmayan, prinsipial biri kimi tarixdə qala bilər.
Və o da bəllidir ki, Ə.İnsanov həbsdə olmasa və nazir postunda bu gün də qalsaydı, özünə qarşı nifrətin həddi-hüdudu ölçülməzdi. Zamanında medianı aşağılayan, kobud rəftarı ilə seçilən acıdil nazir səhiyyə sistemini ölümcül hala salmışdı. Bəli, Ə.İnsanov elədiyi əməllərin cəzasını yetərincə çəkib və məhkəməsində müxalifət liderlərindən də üzr istəyib. Doğrudur! Lakin… lakin kim zəmanət verə bilər ki Ə.İnsanov həbsdə yox, nazir postunda indi özünü necə aparacaqdı?!
Heç şübhəsiz ki, səhiyyə sahəsinin məhvində işini davam etdirəcək, korrupsiya fontan vuracaq, büdcə talanı, milyonların yeyintisi, xəstəxanalarda ölüm halları, şəxsi mal-mülklərini sayını artırmaq və s… Eynilə indiki səhiyyə naziri Oqtay Şirəliyevdən fərqli bir nazir olacağını gözləmək olmazdı. İctimaiyyət nazir İnsanovu da görüb, məhbus İnsanovu da…
Bu ayrı məsələdir ki, günahlarının yuyulması üçün tövbələr edib, səhvlərini etiraf edib, müxalifətə və mətbuata qarşı hərəkətlərindəki yanlışlığı anlayıb, məhkumluğu dövründə dustaqlara tibbi yardım göstərib, 11 il ərzində hakimiyyətə qarşı qətiyyətli, məğrur və yenilməz dayanıb, əfv yazmaqdan imtina edib və korrupsioner nazir şəxsi keyifyyətlərinə görə müsbət imic formalaşdıra bilib. Bu keyfiyyətləri həbsxanalarda müxtəlif dustaqlarda da tapmaq olar, qanuni oğru dünyasındakı nüfuzlu avtoritetlərdə də.
Ancaq müxalifət partiyalarının canfəşanlığı, dəridən-qabıqdan çıxması anlaşılan deyil. Sabiq nazir az qala liderə çevrilib, sanki azadlıqda olarkən düşərgəni pat vəziyyətindən çıxaracaq. Ömrünün 27 ilini həbsdə keçirən “dünyanın vicdanı” – Mandela ölkəsində ədalət və azadlığın bərqərar edilməsinə üçün aparteid rejiminə qarşı xalqla birgə mübarizə aparmışdı.
Onun təmiz bioqrafiyası, İnsanovdan fərqli olaraq xalq arasında nüfuzu, hörməti var idi və Mandela Cənubi Afrika Respublikasının prezidenti olur, qitənin inkişaf etmiş dövlətinə çevirir. Yəni vəzifə başında ikən ölkəsini talamır, korrupsiyanın çiçəkləndirmir, xalqa zülm etmir. Nazir İnsanov isə səhiyyəni uçuruma aparıb, xalqın narazı hakimiyyətinə xidmət edib, nənki qitənin, dünyanın ən geridəqalmış səhiyyə ölkələri siyahısında Azərbaycanı salmağa nail olub.
Belədirsə müxalifət İnsanovdan niyə qəhrəman düzədir? Müxalifət onun xalqın pullarına sahibləndiyi villalarını, obyektlərini, banklardakı hesablarını unudubmu? O Azərbaycan səhiyyəsinin onurğa sütununu qırıb, ölkə səhiyyəsini bərbad günə qoyub. Məhz korrupsioner fəaliyyətinə görə də həbs olunub. Müxalifət iqtidarın “vurulmuş”, nimdaş siyasətçilərinə bel bağlamaqdan yorulmadımı? Gültəkin Hacıbəyli, Rəsul Quliyev, Rüstəm İbrahimbəyov və indi də Əli İnsanov…
Təbii ki, İnsanova açılan yeni cinayət işi onun həbsdə saxlanmasına hesablanıb və sabiq nazirin hüquqları pozulub, qondarma ittihamla üzləşib. Onu həbsdə görmək arzusu da yoxdur. Hər halda 11 il cəza çəkmiş eks-nazir evinə getməli, ömrünün ahıl dövrünü ailəsinin yanında istirahət etməklə keçirməlidir. Amma heç bir halda müxalifətin lideri olmağa mənəvi haqqı yoxdur.
İndi düşərgənin tamamı gözünü 13 saylı cəzaçəkmə müəssisəsinə dikib: ən odioz fiqurlarından biri olan Əli İnsanov oradan çıxacaq və müxalifəti uğursuzluq zolağından çıxaracaq. Müxalifətin bir-biri ilə rəqabət aparan əsas komponentləri Əli İnsanovu öz yanlarında görmək üçün hər şeyə hazırdırlar. AXCP və Müsavatın Əli İnsanov uğrunda mübarizəsi xeyli əvvəldən başlayıb. Kənardan görünən isə budur ki, bu mübarizədə Müsavat Partiyası daha avantajlıdır – Müsavatın bir neçə rəhbər şəxsi Əli İnsanovla eyni müəssisədə cəza çəkib və onların yaxın dostluq münasibətləri var. Bu aspektdən yanaşanda Əli İnsanovun cəza evindən çıxandan sonra Müsavat Partiyasına qatılacağı ehtimalı daha yüksək görünür. Lakin məsələlər bəzən göründüyü kimi olmur…
Ümidləri çox şeydən üzülmüş, ənənəvi siyasət və manevrlərlə heç bir uğur qazanmayan müxalif elektorat bu dəfə də Əli İnsanov faktoruna ümidlənib. Düşərgənin bir sıra funksionerləri nə qədər desələr ki, onlarda lider problemi yoxdur.
Lakin görünən budur ki, belə bir problem var. Məhz bu səbəbdən də zaman-zaman kənar dalğalanmalar bütün düşərgəni həyəcanlandırır, ümidləndirir, yeni arzular yaradır. Əli İnsanov möhkəm və köhnə kişidir, yolundan dönmür, sınmır. Lakin onun başında hansı planların olduğunu kimsə bilmir.
İnsanovu tanıyanlar iddia edirlər ki, o, düşündüklərini, planlarını kənardan bəlli edən biri deyil və qəfil qərarlarla hər kəsi təəccübləndirə bilər. Eləcə də müxalifəti gözləntilərin sonunda məyus edəcəyi istisna deyil.
Xatırladaq ki, Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində, dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq, 2007-ci ilin aprel ayında əmlakı müsadirə və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum olunub. Allah qapısını açsın!!!

Çingiz Coşqun             cumhuriyyet.az

Çarın varisi SSRİ-də necə hakimiyyətə gəldi?

Rusiyanın sonuncu çar ailəsi olan Romanovlar sülaləsinin taxtdan salınması ilə bütöv bir ailənin üzvlərinin güllələndiyi barədə xəbərlər zaman-zaman təkzib olunub. Kimi Romanovların nümayəndələrinin başqa adla xarici ölkələrdə yaşadıqlarını, kimisi də elə Rusiyada qalaraq normal həyatına davam etdiyini iddia edib. Belə bir zamanda arxiv materialları bu və ya digər fikirlərin təsdiqi, yaxud təkzibi üçün əsas vasitə hesab olunur.
Rusiyada tarixə aid bir çox materialların, sənədlərin saxlandığı Arxiv İdarəsi əvvəl Mədəniyyət Nazirliyinin tabeliyində olsa da, sonradan birbaşa dövlət başçısına tabe etdirilib. Statusun dəyişdirilməsini orda xüsusi dövlət əhəmiyyətli sənədlərin qorunması ilə izah ediblər. Ekspertlər bu dəyişikliyi əlaqələndirmək üçün daha başqa məqamlar axtardığı bir zamanda Prezident Administrasiyası platformasında qeydiyyata alınan “Prezident” qəzetində tarixi araşdırma diqqətləri cəlb etdi. Araşdırmada iddia olunurdu ki, çar ailəsindən heç kəs güllələnməyib. Ailə üzvlərinin bəziləri hətta uzun ömür yaşayıblar. Onlardan biri - Aleksey isə hətta SSRİ dönəmində karyera da qurmağa nail olub. İddia əlbəttə ki, diqqətləri çəkməyə bilməzdi. Alekseyin SSRİ dönəmində doğrudan da bu ölkədə yaşaması və hətta vəzifə pilləsində irəliləməsinin mümkünlüyünə inanlar az idi. Amma iddia elə bir mətbu orqanda dərc olunmuşdu ki, onun ciddiliyinə çətin ki, şübhə edənlər çox olaydı.
Üstəlik də, nəzərə alsaq ki, buna bənər informasiyalar ara-sıra bəzi tarixçilərin də dilindən səslənirdi. Çar ailəsinin gənc üzvü olan Aleksey Nikolayeviç Romanovun Nazirlər Kabinetinin sədri Aleksey Nikolayeviç Kosiqinə çevrildiyi iddiaları gündəmə bomba kimi düşəndə hələ yenidənqurmanın ilk illəri idi. O zamanlar SSRİ tarixinin gizli səhifələrinin açıldığı söylənilərək bir sıra iddialar ortaya atılırdı. Bunlardan biri də Kosiqinə bağlı iddia idi. Deyilənə görə, xəbərin mənbəyi partiya arxivi idi, ordan onu hansısa xəbər mənbəyi “uçurmuşdu”. Hətta bu məlumatı “tarixi lətifə” adlandıranlar vardı. İlk şübhələr də məhz o zaman yarandı. Axı çar ailəsinin üzvlərinin cəsədlərini, harda dəfn olunduqlarını kimsə bilmirdi. Möcüzəvi qurtuluşla bağlı söz-söhbət isə hər zaman səslənirdi. Sonralar isə birdən-birə dəhlizlərdə pıçıltıyla söylənilən, yaxud hansısa tarixçinin naməlum mənbələrə dayanaraq iddia etdiyi bu xəbər nəhayət ki, mətbuata çıxdı. Həm də elə bir mətbu orqanında ki, onu əsl sensassiya adlandırmaq olardı. Qəzet bu suala cavab axtarırdı: Çar ailəsinin bu üzvü saxlandıqları evdən qaça, yaxud qaçırıla bilərdimi?
“Prezident” qəzetində müəllif Sergey Jelenkov yazırdı ki, Romanovlar ailəsinin saxlandığı evin yaxınlığında fabrik yerləşirdi. 1905-ci ildə fabrikin sahibi inqilabçıların ora gələ biləcəyini nəzərə alaraq yeraltı tunel qazmışdı. Siyasi Büro sözügedən evin sökülməsi barədə qərar verəndən və Boris Yeltsin bu barədə qərarın icrasını tapşırdıqdan sonra buldozer söküntü işləri zamanı həmin tuneli aşkarlamışdı.
Tədqiqatçı Tom Manqold və Entoni Sammers 1979-cu ildə nəşr etdirdikləri “Romanovların işi, yaxud olmayan güllələnmə” adlı kitabda bir sıra məqamlara toxunmuşdular. Onlar vurğulayırdılar ki, 1978-ci ildə Brest sülh müqaviləsinə qoyulan 60 illik məxfilik müddəti bitir. Buna görə də arxiv materiallarına baxmaq olduqca maraqlı olardı. İlk növbədə üzə çıxarılan sənəd ingilis səfirinin teleqramı idi. Söhbət o teleqramdan gedirdi ki, səfir orda çar ailəsinin Yekaterinburqdan Permə aparılmasından bəhs edirdi. Ordudakı Britaniya kəşfiyyatının casusu Aleksandr Kolçakın məlumatına görə, 1918-ci il 25 iyulda admiral güllələnən çar ailəsi barədə dərhal araşdırma tələb edib. 3 ay sonra kapitan Namyotkin onun masasının üstünə bir hesabat qoyub. Həmin hesabatda bildirilirdi ki, çar ailəsinin güllələnməsi əvəzinə güllələnmə oyunu oynanılıb. Kolçak buna inanmayıb və ikinci araşdırma tələb edib. Bu dəfə iş tədqiqatçı Sergeyevə tapşırılıb. Onun da nəticələri birincini təsdiqləyib. Onlarla parallel olaraq kapitan Malinovskinin komissiyası da işləyirdi. 1919-cu ildə sözügedən komissiya da belə bir rəy hazırladı: “Mənim işlərimin nəticəsi olaraq belə söyləməyə əsas var ki, ailə sağdır. Tədqiqat zamanı əldə edilən bütün faktlar güllələnmənin görüntü olduğunu söyləməyə əsas verir”. /cebhe.info/

“Rövşənə “oğru” deməyə dilim gəlmir” – Polis polkovniki

"Nə Rövşənin, nə də onun ətrafının heç bir quldurluqda, soyğunçuluqda, narkotik işində əlləri olub"

Tərəfdar.az xəbər verir ki, bunu tanınmış hüquqşünas, sabiq polis işçisi, polkovnik Mahmud Hacıyev Rövşən Moderator.az-a geniş müsahibəsində Lənkəranskinin qətlinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Lənkəranski sözün yaxşı mənasında lotu olub:
“Rövən Lənkəranskiyə “qanuni oğru” deməyə dilim gəlmir. Öncə bir şeyə diqqət çəkim ki, II Dünya müharibəsindən sonra iqtisadi baxımdan ağır vəziyyətə düşən, ayrı-ayrı oğru və qrupların fəaliyyətini əngəlləyə bilməyən SSRİ-də oğurluq geniş yayılmışdı. Mənzillər, banklar qarət edilirdi. Həmin ərəfədə Stalin hətta Cinayət Məcəlləsində profilaktik tədbir kimi maddələrin cəza hissəsinin çəkisini də artırdı. Məqsəd oğurluq, quldurluq, soyğunçuluq hallarının azalmasına nail olmaq idi. Həmin ərəfədə bir neçə dəfə yatıb çıxanlara, oğurluqla çox məşğul olanlara “qanuni oğru” adı qoydular. II Dünya müharibəsindən sonrakı dövrdə, 50-ci illərdə çıxan bir adı indiki şəraitdə kriminal aləmin bir avtoritetinə, Rövşən Lənkəranski kimi bir adama tətbiq etmək, fikrimcə, düzgün deyil.
İş ondadır ki, II Dünya müharibəsi sonrakı meydana çıxan bu adı yeni şərait və şərtlərə uyğun olaraq başqa ifadə ilə əvəz etmək kriminal aləmin yadına düşmür və yəqin ki, bu gündən sonra da bununla məşğul olmayacaqlar, bu proses davam edəcək. Lənkəranski sözün tam, yaxşı mənasında lotu idi. O, kriminal aləmdə sözü keçən hörmətli şəxs idi. Nə Rövşənin, nə də onun ətrafının heç bir quldurluqda, soyğunçuluqda, narkotik işində əlləri olub. Kiminsə mənzilini qarət etsinlər, kiminsə nəyinisə oğurlasınlar, hansısa narkotik alqı-satqısı təşkil etsinlər – belə bir şey olmayıb. Bu işlərlə məşğul olmayan şəxsə qanuni oğru demək, zənnimcə, düzgün deyil. Lənkəranski sözü keçən hörmətli bir lotu idi”.
Sabiq polis rəisinin sözlərinə görə, Rövşən qürbətdə yaşayan həmyerlilərimizə hər zaman dayaq olub:
“Rövşən Ukrayna, Rusiya və Türkiyədə böyük nüfuz sahibi idi. O, bu nüfuzundən həm böyük bizneslə, həm pərakəndə alverlə məşğul olan, həm də bir qarın çörəyə işləyən azərbaycanlıların himayə edilməsində istifadə edirdi. Onun nüfuzu bu üç ölkədə yaşayıb işləyən soydaşlarımız üçün böyük bir çətir idi.
Bu ölkədə yaşayan azərbaycanlıların başına hər hansı bir hadisə gələn zaman onlar hüquq-mühafizə orqanlarına müraciət edəndə, çox vaxt həmin hüquq-mühafizə orqanları gəlmə azərbaycanlıların problemini həll etmir, buna maraq göstərmirdi. Yaxud Azərbaycanın bu dövlətlərdəki səfirliyinə, konsulluğuna müraciət edəndə hardasa bürokratiya, hardasa başdansovduluq bu problemin həllinə mane olurdu. Hətta bu problemin həllinə kimsə ürəkdən can yandırsa belə, məsələnin həlli üçün bir qədər zaman tələb olunurdu. Yəni həmin azərbaycanlıların hüquqlarının bərpası ciddi problemə çevrilirdi. Belə məsələləri azərbaycanlılar üçün Rövşən kimi oğullar həll edirdi. Onlar sözün həqiqi mənasında bu kimi problemləri 5 dəqiqəyə həll edirdi. Ona görə də onlar bu qədər böyük hörmət və nüfuz əldə edirdilər.
Polkovnik Lənkəranskinin bir neçə dəfə həbs olunduğunu da xatırladıb. O, Rövşənin “oğru” maddələri ilə həbs yaşamadığını bildirib:
“Onun bir neçə dəfə yatıb çıxması heç vaxt soyğunçuluqla, oğurluqla, narkotiklə bağlı olmayıb. O, həmişə qeyrətli maddələrlə yatıb. Mən məsələyə bu nöqteyi-nəzərdən yanaşıram.
Bəzi millət vəkillərinin, siyasilərin ona hörmətlə yanaşmasına gəlincə, mən onları alqışlayıram. Onlar hardasa mənim sizə dediklərimi başa düşürlər, məsələyə oğurluq kontektsindən yanaşmırlar. Rövşənə azərbaycanlıların qeyrətini, təəsübünü, qayğısını çəkən bir oğlan kimi yanaşırlar. Sizə elementar bir misal çəkim. 15 il bundan öncə yaxın bir dostum mənə bir söhbət elədi. Bu, Rövşən kimi böyük nüfuza sahib olan Hikmət haqqındadır. Dostum deyir ki, o, Moskva aeroportundan Bakıya uçmaq ərəfəsində ayaqyoluna dəyir. Bu zaman rus kriminal aləminin iki iricüssəli şəxsi ayaqyolunda bunun cibindəki 7 min dollar məbləğindəki pulu götürür. O, nəhənc cüssəli iki rusa müqavimət göstərə bilməyib və pulu əlindən çıxıb. Dostum deyir ki, mən çox gərgin, sarsılmış halda çöldə məni gözləyən qohumumun yanına gəldim. O, nə baş verdiyini soruşub. Dostum isə başına gələnləri danışıb və sonra soruşub ki, hüquq-mühafizə orqanlarına müraciət edim? Qohumu isə bildirib ki, bunu güc orqanları həll edən deyil.
Dostum deyir ki, qohumum elə aeroportdan Hikmətin yaxın bir dostuna zəng etdi. Hikmətin dostu isə soruşdu ki, aeroportun hansı hissəsindəsiz? Harda oturmusunuzsa, orada da qalın, indi məsələ həll olunacaq.
Dostum deyir ki, heç 20 dəqiqə keçmədi ki, yoxa çıxan ruslar qəfildən peyda oldular və məndən aldıqları 7 min dollar pulu geri qaytardılar. Həmin pul Hikmətin hörmətinə, sözünə görə qayıtdı. Biz Rövşənə də, Hikmətə də bu kontekstdən yanaşmalıyıq. Mənim hər ikisinə polis zabiti, polkovnik, keçmiş polis işçisi kimi böyük simpatiyam var”.

Həyat yoldaşını evləndirən qadın

Həlimə xanım: “Həyat yoldaşımı da götürüb, maşınla getdik qızın atasıgilə. Ərim üçün bəyəndiyim qızı maşına əyləşdirib gətirdik evimizə”.

Həyat qəribəliklərlə doludur. Bu qəribəliklərin də çoxu elə ailə münasibətləri ilə bağlıdır. Hər dövrün, zamanın özünə görə ailə dəyərləri, necə deyərlər, namus ölçüləri olub. Vaxt olub, şahların, sultanların və digər hökmdarların yüzlərlə qadından ibarət hərəmxanaları olub. İslam dini bərqərar olandan sonra isə hər kişinin evlənəcəyi qadınların sayı 4 rəqəmi ilə məhdudlaşıb. Son 100 illlikdə isə tək arvadlılıq psixologiyası elə güclü bərqərar oldu ki, nəinki 10-15, nəinki 4, heç 2-ci arvadla yaşamağı da cəmiyyət normal saymayıb və bunu faciə, fəlakət kimi dəyərləndirib. Bu istiqamətdə kişilər üçün ancaq kiçik bir pəncərə saxlayıb - əgər arvadın ölsə, ya boşansa, sən 2-ci dəfə evlənə bilərsən.
Düzdür, qeyri-rəsmi formada bu sədləri aşanlar çox olsa da, rəsmiyyətdə kişilərin əksəriyyəti tək arvadlıdır. İki və daha çox arvad saxlayanlar isə nəinki rəsmi həyat yoldaşları, eləcə də yaxınlar, dostlar tərəfindən top-tüfənglə qarşılaşırlar.
Yazıya belə uzun giriş verməyim isə təsadüfü deyil.
Bu yaxınlarda maraqlı, yaşı 60-ı haqlamış bir qadınla qarşılaşdım. Həmin qadın təxminən 20 il öncə həyat yoldaşını, necə deyələr, “öz əli” ilə evləndirib, elçiliyini də özü edib, “gəlini maşına” da özü əyləşdirib.
İndi isə, televiziya aparıcılarının dili ilə desək, daha ətraflı.
Həlimə İbadovanın dediklərindən: 
-Eyni kənddə yaşayırdıq. Bir-birimizi də istəyib evlənmişdik. Aramızda bir qədər yaş fərqi var idi. Mən ondan 7-8 il böyük idim. Lakin bu yaş fərqi ailədəki səmimiyyətimizə, mehribançılığımıza heç bir xələl gətirmirdi. Çox xoş günlər keçirirdik – mən uşaq bağçasında işləyirdim, o, da ustalıq edirdi. İki dəfə ana olmaq şansı qazandım. Lakin tale elə gətirdi ki, həmin uşaqları böyütmək qismətim olmadı, elə dünyaya gəldiyi saatlarda həyatları ilə vidalaşdılar. Nəinki dünyalarını dəyişdilər, nəinki övladlarımı itirdim, 2-ci uşaq dünyaya gələndə həyatımı xilas etmək üçün həkimlər məni ağır əməliyyat etdilər və bir daha ana olmaq imkanlarımı da itirdim. Hər şey göz önündə idi – bir daha övladım olmayacaq və bu şanssızlıq mənimlə bağlı idi – nə həkimlikdi, nə mollalıq. Amma övladsızlıq da ailədəki mehribançılığımıza xələl gətirmirdi. Hər şey var idi – ev-eşik, normal dolanışıq, səmimiyyət – bircə övlad yox idi. Hər dəfə qohum-qonşu, əzizlərimiz uşaqları ilə bizə gələndə içimdən bir inilti keçirdi. Elə bilirdim, həyat yoldaşım daxilən ağrıyır, bəlkə də məni qınayır ki, sənin ucbatından övladsız qaldım. Üzümə vurmasa da görürdüm ki, çox qayğılı, üzüntülü gəzir. Hətta şadlıq məclislərində belə qəmginliyi sifətindən çəkilmirdi.
Qeyd: Bütün bunları sakitcə qələmə alsam da, Həlimə xanım danışdıqca gah kövrəlir, gah xəyallanır, baxışları elə uşaqlara ünvanlanırdı kı, sanki itirilmiş bəxtəvərlikləri haradansa tutub geri qaytarmaq istəyirdi. Bir az toxtayan kimi isə yenidən söhbətinə davam etməyə başladı.
Həlimə xanım:
-Həyat bir günlük, beş günlük deyil ki. Nə vaxta qədər bu qaydada yaşamalı idik. Həyat yoldaşımın nisgilli, pərişan baxışları məni əzir, ürəyimi göynədirdi. Ona görə daha qəti addım atmağa qərar verdim. Ürəyimə daş bağlayıb, həya yoldaşıma dedim ki, səni evləndirəcəyəm. Düzdü, kəndimizdə və qonşu kəndlərdə belə hallar olmuşdu. Amma, adətən uşağı olmayan qadınlar öz ərləri üçün bir az çirkin və eybəcər qız alırdılar ki, onlar ailə üçün ancaq uşaq doğsunlar, amma həmin qızın həyat yoldaşları ilə, necə deyərlər, sevib-sevilməyə, bir-birinə heyran olmağa şansları olmasın. Mən isə əksinə, həyat yoldaşıma dedim ki, sənin üçün kəndin ən gözəl, yaraşıqlı qızlarından birini alacam. Açıq deyirəm, həyat yoldaşım çox etiraz elədi. Lakin faydası olmadı. Fikrim qəti idi. Hələ həyat yoldaşım üçün qız da gözaltı eləmişdim. Bir az ağzını da aramışdım. Əvvəl çox hay-həşir saldı, təəccübləndi, etiraz etdi-filan, sonra razılığa gətirdim. Dedim, mən kişidən də yaşlıyam, səndən də. Ona arvad, mənə də köməkçi olarsan, balam olarsan. Həm anan olaram, həm qaynanan. Bu qız məndən kiçik olsa da, həyat yoldaşımla təxminən yaşıd idi. Belə ki, həyat yoldaşımı evləndirəndə mənim 30, həyat yoldaşım üçün aldığım qızın isə 22-23 yaşı var idi. Həm cavan, həm də qəşəng qız idi. Bir də həyat yoldaşımla təxminən həmyaşıd idilər. Beləliklə, bütün işləri düzüb, qoşandan sonra, günlərin bir günü əyləşdik həyat yoldaşımın maşınına, getdik qızın atasıgilə. Axşam təxminən 9-10 olardı. Kamali-ədəblə həmin qızın xeyir-duasını alıb gətirdim evimizə.
Haşiyə. Necə deyərlər, söhbətimizin bu məqamında yadıma qədim bir əhvalat düşdü. Deməli, keçmiş zamanda da buna bənzər hadisə olur. Qadın uşağı olmadığı üçün ərini evləndirmək istəyir. Kişi deyir, ay arvad, evə başqasını gətirsəm, dözməszən, arvad deyir, dözərəm, heç halıma zərrə qədər də təsir eləməz. Qısası, qızı gətirib salırlar kişinin otağına. Kişi həmin gecə qızı gəlin otağında qoyub, işığı söndürüb pəncərədən həyətə tullanır ki, görsün 1-ci arvadı neyləyir. Nə görsə yaxşıdır? 1-ci arvadı saçın yola-yola, sinəsinə döyə-döyə həyətə düşüb inəyə bir təpik vurur ki, mələsənə inəklərim Şah Hüseyn axşamıdır, toyuq hininə bir təpik vurur ki, banlasana xoruzlarım, vay Hüseyn axşamıdır. Və sair, və ilaxır.
Bu əhvalatı Həlimə xanıma danışıb dedim ki, ilk axşam, yəni əri üçün qız gətirən axşam o da belə həyəcanlı anlar keçiribmi?
Həlimə xanım: 
-Bala canı, bu vəziyyətə özümü elə hazırlamışdım ki, həmin axşam təsəvvürümdə dünya tamam başqa cür idi - elə bil öz övladımı, öz qardaşımı evləndirirdim. Onu da deyim ki, həmin vaxtlar atam vəfat etdiyi, anam tək yaşadığı üçün biz onlarda yaşayırdıq. Ərim üçün həyat yoldaşını da elə mənim ata evimə, anam yaşadığı evə gətirdik. Həmin axşam həyat yoldaşım onun üçün gətirdiyim qadınla bir otaqda, mən isə anamla başqa bir otaqda yatdıq. Səhərisi gün həyat yoldaşım, mən və o qadın üçlükdə Bakıya, baldızımgilə getdik. Mən bütün gücümlə çalışırdım ki, həyat yoldaşımla o qız bir-birlərinə daha yaxın, daha mehriban olsunlar, daha çox doğmalaşsınlar. Buna görə həyat yoldaşıma dedim ki, Siz Bakıda qalın, mən rayona, öz evimizə qayıdım. Razılaşmadı. Dedi, sən də bizimlə qal, getsən, biz də səninlə gedəcəyik. Dilucu razılıq versəm də, sonra bir bəhanə ilə evdən çıxıb rayona qayıtdım ki, onlar bir-birinə daha məhrəm olsunlar. Sonra onlar da rayona qayıtdılar, təxminən 8 il birgə yaşadıq. Ailədə daim mehribançılıq hökm sürürdü. Həyat yoldaşım üçün gətirdiyim qadın nəinki həyat yoldaşıma, nəinki balalarına, nəinki mənim özümə, eləcə də anama necə lazımdırsa qulluq edir, qayğımıza qalır, mehribançılıq göstərirdi. Onların 1 qızı və 1 oğlu oldu. Onlar deyəndə, əslində biz bir idik - hər mənada. Evimizdə sənin, mənim yox idi. Bizim evə ayaq basan qonaq bilmirdi bu evdə kim-kimdir. Yəni, ögeylikdən, doğmalıqdan söhbət belə gedə bilməzdi. Bir müddət sonra həyat yoldaşımın valideynləri rəhmətə getdi. Onların ata yurdları boş qaldı. Razılaşdıq ki, onlar həyat yoldaşımın ata yurduna köçsünlər, əvvəldən mənimlə qalan ilk övladları, oğlu isə mənimlə qalsın. Elə də oldu. İndi həyat yoldaşımdan olan oğlanı mən saxlayıram. Hazırda 11-ci sinifdə oxuyur. Mənsiz bir an da qalmır. Kənarda olanda zəng çalır, hər gün kefimi soruşur. Eləcə də həyat yoldaşım üçün aldığım qadın daim mənə diqqətlidir, hər vaxt mehribançılığını, qayğısını hiss edirəm. Əgər soruşsalar ki, həyatda ən əlamətdar günlərin, hadisən nə olub? Düşünmədən deyərəm ki, həyat yoldaşımı evləndirdiyim gün, ona aldığım qızın dünyaya övlad gətirdiyi gün və “HALAY” da keçirtdiyim unudulmaz günlər.
Həlimə xanımın qəribə taleyi ilə yanaşı 2-ci bir dünyası da var. Bu da onun dünyaca məşhur – Masallının “Halay” folklor ansamlında keçirtdiyi günlərdir.
Yenə də sözü Həlimə xanıma verək:
-Təxminən 12-13 yaşım olardı. Təvəzökarlıqdan kənar da olsa, gözəl-göyçək, uzun hörüklü, yaraşıqlı bir qız idim. Məşhur “Halay” ansamblının rəhbəri, rəhmətlik Ünbulbanu Cəbiyeva məktəbimizə gəlmişdi. Ansambl üçün qız seçmək istəyirdi. Elə ilk baxışdan gözü məni tutdu. Beləliklə, “Halay” yeniyetmə üzvünə çevrildim. Əvvəlcə bura bir yeniyetmə kimi qoşuldum. “Lo-lo-lo“ mahnısının sədaları altında konsertlərdə iştirak etdim. Daha sonra bütün gəncliyim “Halay”la bağlı oldu. İndi də “Halay” veteranlar ansamblında çıxış edirəm. 500-dən artıq mahnı bilirəm. Onlarla ölkədə olmuşam – İran, İraq, Gürcüstan, Rusiyanın bir neçə şəhərində günlərlə konsertlər vermişik, mükafatlarımızın, təltiflərimizin sayı-hesabı yoxdur. Bu yolda rəhmətlik Unbulbanı Cəbiyevanın zəhmətləri çoxdur. Hazırda onun yolunu davam etdirən, “Halay”a rəhbərlik edən Natəvan Əliyeva da minnətdarlığa layiqdir. Natəvan xanım o qədər qayğıkeş və xeyirxah insandır ki, bəzən pis, ağır günlərimizdə öz əmək haqqını götürməyib, mənə verib, işçilər üçün ev tikilməsinə, həyətlərində quyu qazılmasına yardımçı olub. Bütün dövrlərdə isə Masallı Mədəniyyət və Turizm Şöbəsinin müdiri Lətifə xanım Mövsümova bizim həm anamız, həm bacımız, həm rəhbərimiz, həm sirdaşımız olub. İndi ömrün ixtiyar yaşındayam. Maddi vəziyyətə görə Masallı bazarında xırdavat alveri ilə məşğulam. 60 yaşlı qadın üçün hər gün 20 kilometrlik yolu gedib-gəlmək çətindir. Lakin ruhdan düşmürəm. Birincisi, bilirəm ki, məni evdə ciyərparam, həyat yoldaşım üçün aldığım qadından olan oğlum, 16 yaşlı Murad gözləyir. Qismət olsa, 2-3 ilə toyunu edərəm.
Söhbətin sonunda soruşdum:
-Sənin kimi övladsızlıq, sonsuzluq problemi yaşayan qadınlar az deyil. Onlara nə tövsiyə edərdin? İstərdinmi, onlar da sənin kimi addım atsınlar.
Həlimə xanım bu sualdan sonra xeyli xəyala daldı:
-Nə deyim, vallah. Hərə öz taleyini yaşayır. Kimi həkim filanla bunu həll edir, kimi qohum-qardaşın uşağını himayəsinə götürür, kimi də taleyi ilə barışıb, ömür boyu övladsız yaşayır. Eşitdiyimə görə Türklərin böyüyü var e, Atatürk. Onun da övladı olmayıb. Amma 100 imkansız, atasız, anasız, kimsəsiz uşağı öhdəsinə götürüb, öz övladı kimi böyüdüb, adlı-sanlı, varlı-karlı adam edib, ölkənin tanınmışına çevirib. Amma bircə onu deyə bilərəm ki, bu bir tale qismətidir. Allah belə məsləhət bilib, onunla davaya çıxmayacağıq ki. O da ye, bir çox xarici ölkələrdə zorla da olsa, oğul, uşaq istəmirlər. Yaxşı olar ki, insanlar bunu böyük dərdə çevirməsinlər. Bir-birinə güzəşt etməyi bacarsınlar. Hamı bilir ki, kişiləri zəncirdə saxlamaq olmaz. Onsuz da onlar istəyəndə hər yerdə şuluq sala bilirlər. Amma belə olanda nə şiş yanır, nə kabab. Gün o gün olsun ki, bu sonsuzluğa da bir əlac tapılsın. Hər kəsin evindən bir neçə körpə səsi gəlsin.

Zahir Əmənov          cenubxeberleri.com

Частный диверсант. Все что известно о таинственном Вагнере

"Страна" рассказывает о командире самой известной частной военной кампании России, который, по слухам, стоял за ликвидацией полевых командиров сепаратистов, а сейчас воюет в Сирии

В СМИ снова всплыло имя загадочного Вагнера – бывшего российского офицера, который, создал крупнейшую частную военную компанию (ЧВК) России. Именно этой ЧВК приписывают уничтожение ряда вышедших из под контроля полевых командиров ДНР/ЛНР. А сейчас Вагнер якобы отошел от донецких дел и решает вопросы в Сирии. "Страна" рассказывает все, что известно о загадочном российском командире.
Как пишет российский сайт "Фонтанка", Вагнер – это подполковник запаса Дмитрий Уткин. Ему 46 лет.
"Профессиональный военный, до 2013 года – командир дислоцированного в Печорах Псковской области 700-го отдельного отряда спецназа ГРУ Минобороны. После увольнения в запас работал в Moran Security Group, частной компании, специализирующейся на охране морских судов в пиратоопасных районах. Когда менеджеры MSG в 2013 году организовали «Славянский корпус» и отправили его в Сирию защищать Башара Асада, участвовал в этой экспедиции. С 2014 года – командир собственного подразделения, которое по его позывному получило условное наименование ЧВК "Вагнер", - пишет сайт.
Российское националистическое издание "Спутник и Погром", утверждает, что деятельность Вагнера началась еще в Крыму.
"Их группы работали совместно с армейскими частями — разоружали украинскую армию и брали под контроль объекты на территории полуострова. ЧВК (частная военная компания. – "Страна") идеально подходила для новой гибридной войны — вышколенные бойцы, никак при этом формально не связанные с ВС РФ", - пишет СиП.
Утверждать, что информация достоверна, нельзя. Нардеп Юлий Мамчур, который был непосредственным участником крымских событий, в комментарии "Стране" сказал, что никогда не слышал о деятельности Вагнера в Крыму.
Но если по Крыму еще могут быть сомнения, то про участие бойцов Вагнера на Донбассе говорят все, в том числе и источники "Страны".
"После почти бескровного Крыма вагнеровцам быстро нашлась работа в Донбассе. Наемники организовывали повстанческие отряды и усиливали их. Несколько десятков профессиональных бойцов не могли переломить ход конфликта, но стали стержнем для множества поначалу неопытных ополченцев. Благодаря этой поддержке повстанцы сумели стремительно дестабилизировать украинские силовые структуры на территории двух областей, парализовать работу местной власти, захватить арсеналы и получить полный контроль над улицей", - пишет "Спутник и Погром".
Но с начала 2015 года пошли слухи о том, что именно группа Вагнера стоит за ликвидацией ряда известных, но вышедших из под контроля, деятелей сепаратистского движения, а также так называемых "диких ополченцы" - банд отморозков, занимавшихся грабежами. Среди прочих упоминалась ликвидация группы Бэтмена и операция против казаков атамана Козицына.
А украинский журналист Юрий Бутусов добавляет к этому списку еще и Алексея Мозгового, и Павла Дремова. Естественно, наверняка это утверждать нельзя, но версия о том, что именно российские спецслужбы ЧВК зачищали "республики" от дерзких и неуправляемых командиров и просто беспредельщиков, изначально была весьма распространена по обе стороны линии фронта.
Как выяснила "Страна", в группу Вагнера входят не только россияне, но и украинцы. Большая часть последних – уроженцы Донбасса. Как говорят источники "Страны" в рядах сепаратистов, Вагнер платит неплохую зарплату – все зависит от сложности операции и выслуги лет. Но цена, в любом случае, измеряется в тысячах долларов. "Точную сумму называть не буду, но она явно больше, чем зарплата у министра обороны Украины. Но многим, кто там воюет, неважно, сколько денег. Это люди, которые просто любят воевать. После войны людям очень сложно социализироваться. Некоторые уходят в запой, некоторые кончают с собой. Поэтому когда им предлагают заниматься привычным делом в ЧВК, многие соглашаются", - сказал нам источник в сепаратистских кругах.
ЧВК Вагнера - структура, c одной стороны, связанная с государством, с другой стороны, получает и частные пожертвования. "Вагнер с одной стороны интегрирован в ГРУ, а с другой – в него вливают деньги и частные структуры", - говорит собеседник "Страны" и добавляет, что ЧВК вступает в дело там, где регулярные российские войска нельзя использовать.
"Это очень подготовленные люди, с крепкой идеологической основой, - продолжает наш собеседник. - Случайный доброволец туда не попадет. Какая идеологическая основа? Русский мир. Там и граждане Украины, и белорусы и, конечно, русские. Большое число украинцев не должно удивлять - на 90 год 80% офицеров в спецназе и ВДВ были украинцы. Еще там есть и осетины, и абхазы. Но костяк - это русские и украинцы".
По данным нашего источника, перечень задач ЧВК обширный. Речь идет как о "зачистке" от неугодных и распоясавшихся полевых командиров, так и о чисто военных операциях. По данным собеседника "Страны", группа Вагнера принимала участие и в "закрытии" Дебальцевского котла. Там он действовал не один – на Донбассе работает несколько таких ЧВК.
Правда, причастность Вагнера к убийству Мозгового наш источник категорически отрицает. «Вагнер к этому вопросу никакого отношения не имеет. Это 100%», - сказал он "Стране".
Сейчас Вагнер якобы работает в Сирии. Об этом пишет, в частности, "Фонтанка" и российский оппозиционный журналист Аркадий Бабченко.
"Судя по тому, что о подразделении Вагнера написала «Фонтанка», это, уже наоборот - ЧВК лишь по форме, а не по сути. Частные военные компании все же не армия. Они больше заточены на выполнение узкопрофессиональных задач, чем на штурм городов. Эти их задачи ближе к задачам диверсионно-разведывательных групп", - говорит Бабченко.
Российские СМИ пишут, что группа Вагнера стала первой, кто начал набирать бойцов для войны в Сирии. По данным Газета.ру под Пальмирой могли погибнуть несколько бойцов этой ЧВК.
Сайт «Фонтанка» утверждает, что база подготовки бойцов Вагнера сейчас находится в Краснодарском крае возле хутора Молькино. Эту же информацию подтверждает и "Газета.ру", добавляя, что перед началом сирийской кампании полигон был серьезно модернизирован, а на учебную площадку поставлено новое оборудование на сумму более 50 млн. рублей.
Периодически в России поднимается вопрос о легализации ЧВК, однако до практической реализации дело так и не дошло. Не так давно в правительстве РФ заявили о недопустимости узаконивания частных военных подразделений, указав, что существование таковых запрещено Конституцией. Впрочем, что то подсказывает: это вряд ли как то повлияет на дальнейшие творческие планы товарища Вагнера.

strana.ua

Rusiya Vaqnerin ordusunu Qarabağa göndərir

Rusiya Müdafiə Nazirliyinin Baş qərargahına bağlı Baş Kəşfiyyat İdarəsi (QRU) dünyada vəziyyətin kəskinləşməsindən, münaqişə ocaqlarının sayının artmasından sonra muzdlulardan ibarət xüsusi ordu yaradıb.
Virtualaz.org xəbər verir ki, bu haqda RBC-nın sensasion araşdırmasında deyilir.
Araşdırmada bildirilir ki, “Vaqnerin qrupu” adlı muzdlu ordunu QRU kurasiya edir. Bu haqda Müdafiə Nazirliyindəki və FTX-dəki mənbələr deyiblər. “Vaqnerin qrupu”nun düşərgəsi Krasnodar vilayətinin Molkino xutorunda yerləşir. QRU-nun 10-cu əlahiddə xüsusi təyinatlı briqadası da orada dislokasiya olunub. Muzdluların bazası 2015-ci ilin ortalarından etibarən fəaliyyət göstərməyə başlayıb. “Vaqnerin qrupu”nun məskunlaşdığı ərazinin sahibi haqda açıq mənbələrdə məlumat yoxdur, lakin qonşuluqdakı ərazilər Müdafiə Nazirliyinin meşə təsərrüfatına məxsusdur.
Bildirilir ki, 2015-2016-cı illərdə Müdafiə Nazirliyi “Vaqnerin ordusu”una 14.7 milyon rubl xərcləyib. Bura muzdlularla bağlanmış məxfi müqavilələr daxil deyil. Açıq tenderlərin bəzilərini Peterburqdan olan biznesmen-restorançı Yevgeni Priqojin udub. Son iki ildə “Vaqner” Rusiyada Priqojinin adamlarının müşaiyəti ilə hərəkət edib. Biznesmen Rusiya Müdafiə Nazirliyinin sifarişlərini yerinə yetirən firmaların sahibidir. Bununla belə “Vaqnerin ordusu”nun həmin firmalar tərəfindən maliyyələşdirildiyinə dair sübutlar tapmaq mümkün olub.
“Vaqnerin qrupu”nun fəaliyyəti barədə ilk dəfə Suriyada eşidilib. Ötən ilin yayında, Rusiyanın Suriyaya hərbi qüvvələr göndərməsi ərəfəsində Latakiya və Hələb ətrafında muzdlulardan ibarət 2,5 min nəfərlik qruplar yerləşdirilib. Əməliyyata QRU və FTX rəhbərlik edib. 2016-cı ildə isə özəl hərbi şirkətlərin 1000 nəfərdən 1600 nəfərə qədər döyüşçüsü vəziyyətdən asılı olaraq Suriyada olub. Elə Rusiyanın Suriyada verdiyi itkilərin çoxu da muzdlularda ibarətdir. Mənbələr deyirlər ki, indiyədək azı 100 muzdlu həlak olub. Palmiranın azad edilməsində də əsas rol muzdlular oynayıb.
“Vaqnerin qrupu”unun əsgərlərinə pulu nəğd verirlər, onlar rəsmən heç yerdə işə götürülməyiblər, silahların və təchizatın alınması isə məxfiləşdirilib. RBC bildirir ki, həmin xərcləri dövlət və adları açıqlanmayan “yüksək rütbəli biznesmenlər” üzərlərinə götürüb. Suriya döyüşlərində iştirak edən muzdlulara ayda 400-500 min rubl ödənilir. Ölən zabitə görə 1 milyon rubl, əsgərə görə 500 min rubl kompensasiya nəzərdə tutulub. Bunu Müdafiə Nazirliyindəki mənbə deyib.
Araşdırmada daha bir sensasion məlumat yer alır və bildirilir ki, “Vaqnerin ordusu” haqda informasiyaların KİV-lərə sızmasından sonra Müdafiə Nazirliyi Molkinodakı düşərgəni başqa yerlərə, məsələn, Tacikistana, Dağlıq Qarabağa və ya Abxaziyaya köçürməyi nəzərdən keçirir. Müdafiə Nazirliyindəki mənbə deyib ki, istənilən halda “Vaqnerin ordusu”nu ləğv etməyəcəklər.

F.Məmmədov         virtualaz.org

25.08.2016

Şəhid Hacı Əli Camal Cəşinin vəsiyyətnaməsi

Sabah Suriyanın Deraya bölgəsində olan terrorçular silahlarını təhvil verərək bölgəni tərk edəcəklər. Deraya ilk məntəqələrdəndir ki, Suriyada münaqişə başlayandan döyüşlər gedir. Bir neçə dəfə terrorçulardan təmizlənsə də, yenidən işğal edilmişdir.
Hizbullah bütünlüklə Suriyada döyüşlərə qoşulmamışdan öncə bir neçə nəfər təcrübəli döyüşçüsünü Xanım Zeynəbin (s.ə) və Xanım Səkinənin (s.ə) ziyarətgahlarını müdafiə etmək üçün Suriyaya ezam etmişdi. Onlardan biri də Hacı Əli Camal Cəşi idi. Sionistlərlə 33 günlük müharibənin veteranı olan Şəhid Əli Camal 2013-cü ilin əvvəllərində Xanım Səkinənin (s.ə) hərəminin müdafiəsi zamanı şəhid oldu. Bir neçə gün öncə Şəhid Hacı Əli Camal Cəşinin vəsiyyətnaməsindən bu sözləri üzə çıxmışdır: "Siz mənə qibtə edirsiz ki, mən şəhadətə qovuşmuşam. Bilin, mən sizə qibtə edirəm ki, Allah yolunda cihad edirsiz".

"Qanuni oğrular" niyə qan tökür? - Dəhşətli sirrin üstü açıldı

Rəsmi statistikadı: Moskvada hər il 6 min ton göyərti, daha dəqiqi şüyüd və keşniş istehlak edilir. Göyərtinin bir kiloqramı isə topdansatış bazarlarında 200 rubldan bahadır. Adi riyazi hesablama eləsək, Moskvada təkcə şüyüd və keşnişdən gələn gəlir 20 milyon dolları ötür. Və bu yağlı tikə, daha doğrusu milyonlarla "göy” gətirən göyərti bazarı uğrunda illərdir ki, Rusiya paytaxtında qanlı müharibələr gedir: "Göyərti müharibələri…”.
Son illər Moskvada bazarlar dalbadal bağlanır. Ona görə yox ki, moskvalılar daha bazara getmirlər. Bütün günü restoran və kafelərdədirlər. Əsla, bazarları indi iri supermarketlər, ucu-bucağı görünməyən hipermarketlər əvəz edib. Daha, ucarlıların, daha dəqiqi doğrusu Sarıyev qardaşlarının nəzarət etdiyi tozlu-torpaqlı "Vıxino” bazarına gedən yoxdur. Elə "Xlebnikov”dakı meyvə-tərəvəz bazarına da az adam ayaq basır. Naxçıvanlıların nəzarətində olan "Moskvoreçski” və "Çeryomuşinskaya” bazarına da həmçinin. Şəmkirlilərin "Pokrovski” bazarı isə Orxan Zeynalov qalmaqallından sonra tamamilə bağlanıb. İndi moskvalılar bayaq dediyim kimi, əl-ayağı təmiz və çəkidə aldanmayacaqlarına əminliklə böyük marketlərdən alırlar mer-meyvəni, tərəvəzi və əlbəttə ki göyərtini.
...Amma bütün bunlara rəğmən, Moskva-bazar-azərbaycanlı "üçlüyü” hələ ki öz mahiyyətini və varlığını qoruyub saxlamaqdadır. Və hələ də Moskva bazarları azərbaycanlıların əsas qazanc mənbələridir. Və nəhayət, hələ də bu bazarlar uğrunda qanlı savaşlar gedir. Bir qədər əvvəl Rövşən Lənkəranskinin qətlə yetirilməsindən sonra isə bu müharibənin qızışacağı da heç kimə sirr deyil.
Hə, məhz Lənkəranskinin qətli yeni qovğalara, payların yenidən bölünməsinə səbəb olacaq. Xüsusi ilə də göyərti bazarının...
Bir qədər əvvəl Moskvanın "göyərti kralı” kimi tanınan Cambulat Şamiloğlu evinin qarşısında güllələnəndə, çoxları bunu kriminal "razborka”yla əlaqələndirdi. Bu həmin Canbulat Şamiloğludur ki, "Ded Xasan” qruplaşmasının üzvü idi. "Ded”in varisi "Şakro Molodoy”un qanadı altındı çalışırdı. "Şakro” ilə isə onu azərbaycanlı qanuni oğru "Vaqif Bakinski” tanış etmişdi.
Canbulat qətlə yetiriləndə çoxları onun sifarişini məhz Lənkəranski tərəfindən verildiyi qənaətindəydi. Çünki Canbulat məhz "Şakro” və "Vaqif Bakinsiki”nin diqtəsiylə Rövşən Lənkəranskinin nəzarət etdiyi bazarlara göyərti təminatını həyata keçirməkdən imtina etmişdi. Amma bütün bunlar versiyalardır, elə biz də versiya kimi yazırıq. Həqiqət isə odur ki, Lənkəranski və "Şakro Molodoy” məhz "Ded Xasan”ın qətlinə görə qanlı düşmən idi. "Vaqif Bakinski” də həmyerlisinin yox, "Şakro”nun yanındaydı.
Və nəhayət bir həqiqət də var: rusiyalı kriminal yazarı Andrey Konstantinovun dediyi kimi, Moskvanın meyvə-tərəvəz, göyərtiylə təmin edən iri bazarlara, məsələn "Pokrovski”, sonradan "Domodedovo kimi topdansatış bazalarına məhz Lənkəranski nəzarət edirdi. "Onun adamları Moskvaya gətirilən və gələn meyvə-tərəvəzlə dolu iri yük maşınlarını öz nəzarətində olan anbarlara istiqamətləndirirdi. Oradan isə bazarlara və piştaxtalara paylanırdı”.
Təxminən iki il əvvəl Rusiyada yaşayan azərbaycanlı milyarderlər Qod Nisanov və Zarah İlieyv yeni topdansatış bazası açdılar: "Food Sity”. 360 min kvadratmetr ticarət, 300 min kvadratmetr anbar sahəsinə malik olan "Food City”ni açılanda topdansatışla məşğul olan satıcıları bu bazara cəmləmək lazım gəlirdi.
Amma Moskvada tərəvəzin, meyvənin, göyərtinin topdansatışını Lənkəranskinin adamları həyata keçirirdi və heç kim, necə deyərlər ağrımaz başına dəsmal bağlamaq istəmirdi. "Food City”yə özbaşına keçmək topdansatışla məşğul olan meyvə-tərəvəz və göyərti alverçilərinin başını bəlaya sala bilərdi.
Rusiyanın tanımış kriminal saytlarından olan "Russkaya mafiya” (rumafia.com) həmin vaxt yazırdı. "Nisanov və İliyev problemi həll etmək üçün "Vaqif Bakinski”ylə əlaqəyə girdilər. "Vaqif Bakinski” isə məsələni "Şakro Molodoy”la müzakirə edir. Nəyin bahasına olursa olsun, satıcıları "Food City” gətirmək qərarın gəlinir. Amma Lənkərənski amili də göz önünə alınır. Heç kim Rövşənlə problem də yaratmaq istəmir”.
Bu arada "Bakinski” bir nəfərlə görüşmək qərarına gəlir: Moskvada hamının Şəmkirli Məhərrəm kimi tanıdığı şəxslə. "Pokrovski” bağlanandan sonra "Domodedovo” bazarını idarə edən Şəmkirli Məhərrəmə "Food Stiy”ə keçmək təklif olunur. Bazar idarəçiliyini yaxşı bacaran Məhərrəm əvvəl Rövşənin qorxusundan bu təklifə "yox” deyir. Amma azərbaycanlı milyarderlər "Vaqif Bakinski” vasitəsi ilə ona törətdiyi bir əməli xatırladırlar. Söhbət keçmiş MTN naziri Eldar Mahmudovun yaxın adamlarından olan "Akula Akif”dən gedirdi. Yadınızdadırsa, bir neçə ay əvvəl "Akula Akif”in məhz Məhərrəm tərəfindən Avropaya qaçırılması barədə Azərbaycan KİV-də çeşidli xəbərlər getmişdi. Məhərrəm sonradan öz hərəkətindən çox peşman olmuşdu. Amma artıq gec idi. Hə, məhz bu məqamı Məhərrəmin yadına salırlar. Əlacsız qalan "bazarkom” təkliflə razılaşır.
Biz Şəmkirli Məhərrəmlə bağlı məqamlara qayıdacağıq. İndilikdə isə "Food Sity”yə qayıdaq.
"Food Siti”yə satıcı yığmaq planı əslində böyük pullar demək idi. Amma bunun qansız ötüşməyəcəyi də heç kimə sirr deyildi. Belə olan halda "Şakro Molodoy” Vaqifə tapşırıq verir ki, heç bir halda silaha əl atılmasın. Qan tökülməsin.
Amma qan tökülür. Bu ilin martında Moskvada “göyərti kralı” kimi tanınan Canbulat Şamil oğlu evinin qarşısında öldürülür. Ona 3 güllə vurmuşdular. Canbulatın qətlindən sonra göyərti biznesinin kimin əlinə keçəcəyi Moskvadakı bazarlarda əməlli müzakirə mövzusu idi. Heç kim risk edib Rusiya paytaxtının göyərti ilə təminat məsələsini boynuna götürmək istəmirdi. Tək bir səbəbə görə: ortada Rövşən Lənkəranski amili vardı.
Həmin vaxt Moskvadakı bazarlarda azərbaycanlılar arasında bir narazılıq da vardı. Söhbət ondan gedir ki, Orxan Zeynalov olayından sonra bağlanan -əslində bunun özü də bir oyun idi- “Pokrovsk” bazasının necə deyərlər satıcı kontingenti “Domodedovo” bazarına üz tutmuşdular. Moskvanın eyni adlı rayonunda, eyni adlı məşhur aeroporta yaxın ərazidə yerləşən bu bazarı baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun açdığı da deyilirdi. Abbasov heç bir tərəddüd etmədən özünə yaxın, əslən Şəmkirdən olan Məhərrəmi “Domodedovo” bazarına rəhbər qoyur. İlk narazılıqlar da bundan sonra başlayır. Məhərrəm Abbasovun köməkliyi ilə bəzi inzibati rıçaqlardan istifadə edərək Moskvaya gətirilən meyvə-tərəvəz və göyərtini məhz öz bazarında satdırmaq üçün hər şeyə əl atır. Təsəvvür edin, Azərbaycandan gedən və Moskvaya kənd təsərrüfatı malları aparan soydaşlarımız adətən Moskva Dairəvi yolunun yaxınlığındakı “41” adlanan bazara getməyə üz tuturdular. Burada həmin rəsmi, həm də qeyri-rəsmi rüsum az idi, həm də rəhbərlik satıcıları incitmirdi.
Amma bir daha qeyd edək, inzibati yollarla Moskvaya Azərbaycandan gətirilən meyvə-tərəvəz dolu maşınların zorla “Domodedovo”ya aparılmasına başlanır. Orada isə Şəmkirli Məhərrəmin qoçuları bir maşının bazara daxil olması üçün onlardan 1200-1500 dollar almağa başlayır. Kütləvi narazılıq yaranır. Narazı azərbaycanlılar Rövşən Lənkəranskinin adamlarına kömək üçün müraciət edirlər. Lənkəranskinin müdaxiləsindən sonra qeyri-rəsmi rüsum azaldılır. Hələ bu harasıdır, Lənkəranski ümumiyyətlə bazarın özünə əl qoyur. Göyərtidən tutmuş, başqa mallara qədər topdansatışa məhz onun adamları nəzarət etməyə başlayır. Məhərrəm isə ciddi cəzalandırılır.
Xatırladaq ki, Şəmkirli Məhərrəmin adı Azərbaycanda bir neçə qalmaqallı məsələdə hallanıb. O, Şəmkir şəhər stadionunu alıb, oranı sökdürərək torpağına sahib çıxmaq istəyində ittiham edilirdi. Amma son anda buna nail ola bilməmişdi.
Lənkəranski Türkiyədə yaşasa da, bütün Moskva regionunun meyvə-tərəvəzin topdansatışı ilə məşğul olan bazarları birbaşa onun nəzarətindəydi. Bazarlara məsul isə Lənkəranskiyə yaxın “qanuni oğru” Levan Canqveladze sayılırdı...
2013-cü ildə “Pokrovsk” bazarı məlum səbəbdən bağlanandan sonra əslən Qubanın Qırmızı Qəsəbəsindən olan yəhudi əsilli iş adamları Zarah İliyev və Qod Nisanov yeni sahəyə, ərzaq biznesinə girişmək qərarına gəldilər. Rusiyada daşınmaz əmlak biznesindən milyardlar qazanan cütlük üçün meyvə-tərəvəz bazarı yeni sahəydi. Söhbət həm də ondan gedir ki, bu sahə artıq tutulmuşdu. İliyev və Nisanov əvvəlcə Moskva dairəvi yolunun bir neçə yüz metr kənarında yerləşən “Lotos” ticarət mərkəzini nə az, nə çox 1 milyard dollara satın aldılar. Həmin ərazidə isə Moskvanın kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan ən böyük bazasını - “Food city”ni inşa etdilər. “Food City”nin sahiblərinin əsas məqsədi Moskvanın bütün topdansatış meyvə-tərəvəz və ərzaq bazarını əllərində cəmləşdirmək idi. Bir daha təkrar edirik, bütün topdan satış mərkəzlərini. Bazaya maraq o qədər böyük idi ki, onun açılışına hətta Moskva meri Sergey Sobyanin də gəlmişdi. Açılış zamanı S.Sobyanin bildirmişdi ki, bundan sonra Moskvada cəmi 4 belə iri bazanın yaradılması planlaşdırılır. Bazanın sahiblərindən olan Qod Nisanov isə qeyd etmişdi ki, artıq baza Azərbaycan və Türkiyədən meyvə-tərəvəz təchizatçıları ilə razılaşmalar əldə edib. Bu ölkələrdən topdansatış bazasına ərzaq malları daşınır. O, satıcılara öz mallarını satmaq üçün bütün şəraitin yaradıldığını da bildirmişdi.
Amma heç bir razılaşmadan söhbət gedə bilməzdi. Hələ bu bazaya satıcılar, iri yük maşınları, bir sözlə kontingent cəlb etmək lazım idi. Məhz belə bir vaxtda “Ded Xasan”ın varisi, Lənkəranskinin qatı düşməni “Şakro Molodoy” və onun yaxın adamı “Vaqif Bakinski” yada düşür. Lənkəranskinin və ətrafının əlində olan bazarları bir-bir almaq, necə deyərlər, hamını bura yığmaq isə müşkülə dönmüşdü. Düzdür Lənkəranski həmin vaxt Türkiyədəydi, ona təsir dairəsindəkiləri qorumaq çətin idi. Bir sözlə, mövqelərini saxlamaqda çətinlik çəkirdi. Amma bununla belə, yenə də heç kim onunla açıq müharibəyə getmək həvəsində deyildi.
Ancaq “Şakro”yla danışıqlar və “Vaqif Bakinski”nin də onu dəstəkləməsi getdikcə artan münaqişəni daha da dərinləşdirirdi. Bu arada “Şakro Molodoy”un qvardiyasında olan və “Vaqif Bakinski”nin “qanadı altında” işləyən Canbulatın qətli aranı yenidən qızışdırdı. Bundan sonra Moskvada Rövşənə yaxın iki nəfər öldürüldü. Bir sözlə, müharibə yenidən alovlandı.
İndi Rövşən yoxdur. Və Rövşənin yerinə bu müharibəni kimin aparması da məlum deyil. İndi “Şakro” da yoxdu. Daha doğrusu, ortada yoxdu. Bir qədər əvvəl o, yenidən həbs edildi. Yaxın günlərdə azadlığa çıxması da mümkün deyil. Bazar, xüsusən göyərti biznesi isə “Vaqif Bakinski”nin adamlarının və həm də “Food city”nin inhisarına keçir.
İlk baxışda müharibənin başa çatdığı qənaətinə gəlirsən. Amma yox, səhv edirsiniz. Bu - bazar savaşıdır. Və hər an kimsə bu savaşa atılır. Çünki burada milyonlar fırlanır. Həm də adamlar…

azxeber.com                  lent.az

Fətullah Gülən MTN-dən boylanır

Bir neçə gün əvvəl Türkiyə mətbuatında adı Fətullah Gülən camaatının adamı kimi keçən “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini Samir Kərimli MTN Əks-kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Şirinovun yaxın qohumudur və məhz onun dəstəyi ilə bu vəzifəyə təyin olunub. Bu barədə “AzPolitika”ya məlumatlı mənbə bildirib.
Samir Kazımlı bugünlərdə işdən qovulan və barəsində araşdırma aparıldığı, məsuliyyətə cəlb olunacağı bildirilən general-mayor Nizami Şirinovun baldızı oğludur. S.Kərimlinin atası, cəmiyyətdə “Hacı Arif” kimi tanınan Arif Kərimov Bakının mərkəzində yerləşən “Levis” mağazalar şəbəkəsinin sahibidir.
Məlumatlı mənbə Türk liseyinin məzunu olan, daha sonra ABŞ-da təhsilini davam etdirən Samir Kərimlinin həqiqətən də Fətullah Gülən camaatının üzvü olduğunu bildirir.
Xatırladaq ki, Türkiyənin “Sabah” qəzeti bir neçə gün əvvəlki araşdırma yazısında Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini olan Samir Kərimlini hazırda AKP hökuməti tərəfindən “terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim etmişdi.
Qəzet yazır ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.
Yazıda bildirilir ki, SOCAR-dakı fətullahçılardan biri şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.
F.Yigit bir neçə ay əvvəl ABŞ-da olub və geri qayıdandan sonra SOCAR-dakı AKP tərəfdarlarının müəyyən edilməsi üçün lobbi fəaliyyətləri həyata keçirib.
Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.
“Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda “Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.
S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da “paralel dövlət”ə maddi dəstək təmin edir.
Bizi məlumatlandıran mənbə deyir ki, Samir Kərimli Fətullah Gülənin “sağ əli” və vəliəhdi kimi tanınan “Sema” klinikası Yönətim Kurulunun başqanı Mustafa Özcanla da sıx münasibətlərdədir. M.Özcan Bakıdakı “Nil” mağazalar şəbəkəsinin də sahibidir və dəfələrlə Azərbaycanda olub. Mənbə deyir ki, Samir Kərimli dəfələrlə Mustafa Özcanla Nizami Şirinovun görüşünü təşkil edib. İlk dəfə onlar 2008-ci ildə Bakıdakı otellərdən birində görüşüblər. Sonrakı illərdə bu təmaslar davam etdirilib. N.Şirinovun da fəal dəstəyi ilə Samir Kərimli “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini vəzifəsinə təyin olunmasına nail olur. S.Kərimli isə öz növbəsində yeznəsi Etibar Baloğlanovu (Ağalar) SOCAR-ın Türkiyədəki törəmə şirkətlərindən birinin başına keçirməyə nail olur.
Azərbaycanın təhlükəsizlik generalının Fətullah Gülənin vəliəhdi kimi tanınan ən yaxın adamlarından biri – Mustafa Özcanla təmasları maraq doğurur. Bu münasibətlərin biznes maraqlarına, yoxsa digər məqsədlərə söykəndiyini isə demək çətindir.

Şəkildə: Samir Kərimli və Mustafa Özcan

Rasim ƏLİYEV              azpolitika.info

24.08.2016

Fazil Mustafadan böyük əxlaqsızlıq

Milli Məclisin deputatı Fazil Mustafa “Facebook” sosial şəbəkəsində qalmaqala səbəb olacaq status paylaşıb.
Sizinyol.com xəbər verir ki, jurnalistin ona zəng vuraraq Fətullah Gülənlə bağlı sual ünvanlaması deputatı özündən çıxarıb və təhqirə yol verib.
Fazil Mustafanın həmin statusunu olduğu kimi təqdim edirik:
“Bir jurnalist zəng vurub sual verir ki, tərəfdar.az (İran kəşfiyyatı ilə bağlı saytlardan biri) saytı yazır ki, bəs Fazil Mustafa gülənçidir. Buna münasibətiniz. Cavab verdim ki, mən də iddia edirəm ki, tərəfdar.az saytının redaktoru bic doğulub və qanundankənar atası da məhz Fətullah Güləndir. Jurnalist bir də təkrar soruşur ki, siz bu iddianızı sübut edə bilərsinizmi? Deyirəm ki, mən ancaq saytın iddiasına qarşı iddia ilə çıxış etmişəm. Buyurub, onlar iddialarını sübut etsinlər, ardınca mən də iddiamı əsaslandırım. Səs çıxmadı”.
Xatırladaq ki, Fazil Mustafanın bir neçə il öncə Fətullah Gülən camaatı haqda mətbuatda vurğuladığı yüksək fikirlərdən sonra bu gün hər hansı bir jurnalistin ona belə sual ünvanlaması o qədər də təəccüblü sayılmamalıdır. Həmçinin jurnalist qeyri-peşəkar yaxud qərəzli ola bilər, ancaq onun sual ünvanladığı və cavab gözlədiyi şəxs demək olar ki, hər gün mətbuatda olan bir millət vəkilidir. Bu halda isə verilən cavabın çox uyğunsuz olduğu qənaətinə gəlmək olar. /sizinyol.com/

Astraxanbazar belə yarandı

Sabir Nəsiroğlu

"Çəkilən zəhmətlər getmədi hədər,/ Bir yanı düzənlik, bir yanı dağlar,/ Muğanda yarandı təzə bir şəhər,/ Adını qoydular Astraxanbazar". Abbasağa.

Rus imperatorluğu Elmlər Akademiyası nəzdindəki Coğrafiya Cəmiyyətinin Sankt-Peterburqda yerləşən arxivində qorunub saxlanıılmış «Kameral xidmətinin Talış əyalətində ərazi-inzibati bölgüsü» fondunda Muğan düzünə, o cümlədən Astraxanbazar, Vərgədüz (Yardımlı) və Biləsuvar rayonlarına aid yazılara, bir çox sənədlərə rast gəlmək olur.
1876-cı ildə Peterburq şəhərində nəşr olunmuş «Qafqaz general-qubernatorluğunun siyasi-inzibati məlumatı» kitabının IX cildində Bakı-Ənzəli poçt traktının üstündə, Həməşara çayının sahilində Astraxanka kəndinin salınması haqqında belə məlumat verilir. «1848-ci ilin əvvəlində qədim Həməşara şəhərinin xarabalıqlarında bir neçə rus kəndli  ailələri məskən salmışlar. İndi 82 «tüstü çıxan» (dım) evlərdən ibarətdirlər. Əhalinin sayı isə 195 kişi, 209 qadın, cəmisi 404 nəfərdir.
Bunlardan 57 ev (dım) Astraxan quderniyasının Astraxanka kəndindən, 21 ev Zaporojye vilayətinin Prişib kəndindən, 4 ev isə Stavropol quberniyasının Stepnoye kəndlərindən köçüb gəliblər. Onlar kilsəyə itaət etmirlər və özlərinin «molokan» məzhəbinə mənsub olduqlarını bildirirlər. Molokanlar Həməşara və Sadat (xalq arasında bu çaya «Cinni çay» deyirlər-S.N.) çaylarının qovuşduqları yerdə yerləşən üç böyük təpənin ətrafında bölüşdürərək  həyətyanı torpaq sahələrinə malik olublar. Astraxankadan iki verst aralı açıq düzənliyi olan ərazidə rusların subbotnik (cühud) məzhəbinə mənsub ailələri özləri üçün oba (xutor) salmışlar. Həmin oba Sviridovka adını daşıyır. Hal-hazırda (yəni 1873-ci ildə) 63 nəfər əhalisi var. Çayın sağ sahilində, Astraxanka və Sviridovka kəndlərinin cənub-qərb hissəsində «Böyük Pyotr kəndi» deyilən geniş bir ərazidə  subbotnik məzhəbinə mənsub olan ruslar yaşayırlar. Onların sayı 293 nəfərdir. Onların əsas qrupu Göytəpə  çayının sahilində yerləşən Privolnoye kəndinin sakinlərindəndir. Deyilənlərə görə, onların içərisində böyük Çarın (yəni I Pyotrun) vaxtında köçürülənlərin övladları  da vardır. Hal-hazırda  bu kəndləri birləşdirən inzibati-iqtisadi mərkəz Astranxanka kəndidir.
Astraxanka kəndində 1857-ci ildən kənd ibtidai ixtisas məktəbi (selskoe naçalnoe uçilişe) fəaliyyət göstərir. Məktəbin nəzdində böyük kütləvi kitabxana və tibb məntəqəsi işləyir. Bundan başqa kənddə  iki ibadətxana (molebnaya), aptek, qonaq evi və sanitar-karantın stansiyası vardır. Gələn qonaqlar yerli pristavın həyətində öz faytonlarını yerbəyer eləyib atlarını tövlələrdə bağlaya bilərlər».
Hasıllı o vaxtlar özünün gur bazarları ilə şan-şöhrət qazanmışdır. Bazarlarda ticarət ilə məşğul olan sövdəgərlər Azərbaycanın müxtəlif kənd və şəhərlərindən axışıb gəlirdilər. Hasıllının nurlu-bərəkətli süfrəsi həmişə dolu və açıq idi. Hasıllı evlərinin bağlı-bağatlı, güllü-çiçəkli həyətləri vardı. Muğan diyarının «çörək xəzinəsi» sayılırdı. Oradakı böyük bazara «Həməşara bazarı» deyirdilər. Bazar Hasıllını yer üzünün «cənnəti- məkani» eləmişdi.
1911-1912-ci illərdə çar hökuməti Yuxarı Hasıllı ilə rusların yaşadıqları Aşağı Hasıllı məhəllələrinin arasındakı boş əraziyə bir qrup şirvanlı ailələrini yerləşdirdi. Qərib yerlərdən gələnlərə əl tutan yerli Hasıllı əhalisi öz qonaqpərvərliyi ilə məşhurlaşdı. Bununla da şəhərin gur bazarı daha da canlandı. «Hasıllı bazarında iynə atsan yerə düşməzdi, burada çox asanlıqla və olduqca ucuz qimətə hər şey tapılırdı. Bazar Hasıllının döyünən ürəyidir… «bu sözləri Hasıllıda olmuş səyyahlar, hərbçilər və tarixçilər öz «yol qeydləri»ndə yazmışdılar. Lakin Hasıllının «döyünən ürəyini» ona çox gördülər. Onu zəhərlədilər…
1914-1915-ci illərdə Rus çarının yerlərdə  təyin etdiyi məmurların əliylə şərqin ən böyük bazarını dağıtmaq  üçün cürbəcür hiylələrə əl atıldı. Hasıllıda yerli əhali ilə gəlmələr arasında düşmənçilik toxumu səpildi. Özü də bazar vasitəsilə. Bu illərdə  bütün diyarda tanınmış şirvanlı tacirlərini Hasıllının yerli mülkədarları ilə «toqquşdurdular». Şirvanın təcrübəli tacirləri öz bacarıqları hesabına Hasıllı bazarında çox qısa müddətdə  böyük hörmət sahibi olaraq ən varlı müştərilərini öz tərəflərinə cəlb edə bilmişlər.
1915-ci ilin I yarısında şirvanlı tacirlərinin dükanları bağlandı. Hasıllının məşhur karvansaraları yüklü dəvələrlə uzaq-uzaq şəhərlərdən gəlmiş tacir və sövdəkarlara həsrət qaldı. Bazarın müştəriləri azaldı. Kəndlərdən gəlmiş, çərçilər, çarvadarlar, xırda alverçilər öz yurdlarına çəkildilər. Hasıllı bazarı ömrünü başa vurdu. Hasıllı «sağalmaz xəstəliyə» düçar oldu. Hasıllının  dərdi ağır idi… çar əlaltıları yerli əhalini, hasıllılar ilə şirvanlıları (1910-1912-ci illərdə Şamaxı, Biləsuvar və Salyandan köçüb gəlmiş ailələr), salyanlıları və iranlıları bir-birlərilə «toqquşdurmağa» can atırdılar. Nəhayət, onların səyləri nəticəsində şirvanlılar məhəlləsində «xüsusi qonaqlıq mərasimi» təşkil olunur. Bununla da Hasıllının əhalisi arasında «düşmənçilik toxumu» səpilir, nəticədə isə yerli əhali gəlmə şirvanlı ailələrinin yaşadıqları məhəllələrə  hücum çəkir və onların Hasıllıdan köçməsini tələb edirlər. Günahsız, dinc insanların qanları tökülməsin deyə, şirvanlılarla yanaşı salyanlılar və iranlılar Hasıllını tərk etməli olur. Şirvanlıların yaşadıqları məhəllə isə tamamilə darmadağın olunur. Yerli sakinlər «xarabalığa dönmüş rus məhəlləsində 100 il yurd salınmayacaq!» andını verirlər. Həmin məhəllənin yeri indi də boşdur və yerli əhali oranı xarabalıq adlandırır. («Günədlik»ə istinad olunur-S.N.)
1916-cı il aprel ayının 15-də tərtib olunmuş protokola əsasən  Çar hökuməti tərəfindən Hasıllıdan köçürülmüş əhaliyə Astraxanka kəndi ilə Əcirli obasının arasında yerləşən boş ərazini  fərdi evlər tikmək üçün Qafqaz general-qubernatorluğunun Səfidəşt (rus mənbələrində bəzən belə tələffüz olunurdu-S.N.) polis dairəsinin nəzarəti altında bölüb paylayırlar. Bu ərazidə Hasıllıdan köçüb gəlmiş şirvanlılar və salyanlılar özləri üçün evlər salırlar. Çox keçmir ki, Hasıllı və onun ətraf kəndlərindən yenə də iranlı  tayfaları, seyidlər və bir neçə talış ailələri «kiçik  Həməşara obası»na köçüb gəlirlər. Bununla da Hasıllı bazarını Astraxanka bazarı əvəz edir.
(Oxucuların nəzərinə çatdırmaq istəyirəm ki, yaşlı sakinlərin verdikləri məlumata görə, 1915-16-cı illərdə Şamaxıdan olan tanınmış el ağsaqqalı Məşhədi Məhəmməd adlı bir tacir yerli mülkədar Anikiyev oğlanlarından indiki Cəlilabadın ərazisini qızıl pul ilə satın almış və özü ilə gətirdiyi 7 ailəyə fərdi yaşayış evləri tikmək üçün bölüb vermişdir. Sonra Məşhədi Məhəmməd şəxsən özü Astraxanbazarın salınmasına rəhbərlik etmiş və Rusiyanın müxtəlif yerlərindən taxta-şalban materialları gətizdirib əhaliyə pulsuz paylamışdır. Məşhədi Məhəmmədin dəvəti ilə Muğana gəlmiş yer quruluşçusu – mühəndis Astraxanbazarın planını tərtib etmişdir. Bu söhbətlər indiyə qədər xalqın yaddaşında möhkəm iz qoymuşdur. Lakin çox təəssüflər olsun ki, keçmiş SSRİ-nin bütün arxiv və digər sənəd saxlama fondlarında bu barədə heç bir rəsmi sənədə rast gəlmək mümkün deyildir. Arxiv sənədləri Astraxanbazarın o vaxtkı dövrlərini əks etdirən tarixi sənədlərdə sübut edirlər ki, «Astraxanbazarda şəhərsalınma işləri yalnız dövlət tərəfindən görülmüşdür».) (S.N.)
Yeni yurd yerində şəhərin salınması üçün ağsaqqallardan ibarət  «məclis» çağrılır. Yığıncaqda Məşhədi Süleyman adlı birisi öz cəldliyi və rus dilini sərbəst bildiyi üçün «xeyriyyə cəmiyyəti»nin təşkilatçı-sədri təyin olunur. Ağsaqqalların seçdiyi nümayəndə Süleyman Əhəd oğlu 1917-ci ilin fevral ayında Aşqabad şəhərinə gedərək oradan Malaxov familiyalı bir mühəndisi gətirir. Mühəndis-memar Malaxovun rəhbərliyi altında Astraxanbazarın şəhərsalınma baş planı çizilir, həmin baş plan 1917-ci ilin mart ayının 25-də Prişibdə qonaq olmuş Qafqaz canişinin şəxsi imzası ilə təsdiq olunur. Abadlıq işlərinin icrasına start verilir. Məşhədi Süleyman sonralar Peterburqa, Həştərxana və Tiflisə gedir. Hal-hazırda bu şəhərlərin arxivlərində saxlanılmış çoxsaylı sənədlərdə Məşhədi Süleymanın adına rast gəlmək olar. Bu sənədlər 1916-1920-ci illərdə şəhərin abadlaşması ilə əlaqədar olan müqavilələr, layihələr və smeta göstəriciləridir. Həmin sənədlərdə tikinti işlərini həyata keçirən ustaların, memarların hətta mülk sahiblərinin adları göstərilir.
Astraxanka kəndi  ilə Əcirli obasının və Sviridovka kəndlərinin arasındakı şirvanlıların məhəlləsində salınmış «ticarət yarmarkası» «Astraxankanın bazarı» kimi tanınaraq yeni salınmış yaşayış məntəqəsinin bünövrəsini qoyur.
Mühəndis-memar Malaxovun göstərişi ilə  1917-ci il mart ayının 25-də kəndin ilk binasının təməli qoyulur. Müsəlman adət-ənənələrinə uyğun olaraq burada toplanmış bir neçə ağsaqqal kişi əllərinə bel, külüng və s. alətlər alaraq ev yerlərinin çalalarını qazırlar.
Yurdsalma mərasimində iştirak edən mahalın baş axundu Hacı Abdulla  (Hacı İsmayıllı), Məşhədi Əli Soltan axund (Hasıllı kəndi) Seyid Mir Bağır Ağa, Mir Həsən Ağa  Seyid Abbas oğlu (Qızıl-ağac kəndi) Hacı Mir Hüseyn Ağa Seyid Kazım oğlu, Məşhədi Süleyman Əhəd oğlu (Astraxanbazar kəndi), Həbi Adıgözəlbəyoğlu, Yunus bəy Kərbəlayi Bağır oğlu, Nağı bəy Museyib bəy oğlu və digər ağsaqqallar tərəfindən toplanılmış pul ilə alınmış «yeddi girvənkəlik» qızıl külçəsini xüsusi dua oxuyaraq mahalın dini rəhbəri Seyid Hacı Mir Hüseyn Ağaya verirlər. Peyğəmbərimizin əmanəti, bütün mahalın əhalisinin sevimlisi, pak əxlaq sahibi olan müqəddəs seyidin xeyir-duası ilə ilk yaşayış evi tikilir. Həmin evin təməl daşı üçün qazılmış 12 çalanın birinə yaxınlaşırlar. Seyid Hacı Mir Hüseyn Ağa külçənin üstündə həkk olunmuş ərəb dilindəki müqəddəs sözləri toplaşanlara üca səslə oxuyur: «La ilahə il-ləllah, Mühəmmədən Rəsuli-l-illah» külçəni çalaya basdırırlar. Seyid Mir Bağır Ağa və Məşhədi Əli Soltan axund əllərindəki bel ilə dəfinənin üstünü torpaqlayır.(L.Muğanlının «Xatirələrim» əlyazmasına istinad oluunur. III dəftər, səh.63).
«1917-ci ilin payızında Hasıllıdan çıxıb Ocaqlıya sarı yollandıq. Yolumuzu Əcirli obasından saldıq. Küçələrin birindən keçəndə əli xonçalı bir qadın, bir neçə yaşlı kişi və qadın, xeyli uşaq izdihamına rast gəldik. Onların hara belə yollanması ilə maraqlandım. Dedilər ki, «ev üstünə» gedirik. Təzə salınmış «Rus bazarının» cənub qapısının ağzında olan evi göstərdilər. Onun sütunlarına, hələ döşənməmiş baş dirəklərinə xeyli qırmızı, güllü-bəzəkli parça bağlanmışdı. Yağub kişi adlı tanış bir dükançıdan öyrəndim ki, bu gün şirvanlı məhəlləsində «təzə evə köçmə mərasimi» olacaq».
Daha sonra L.Muğanlı  qeydlərini davam etdirərək göstərir ki, Əcirli obası ilə Sviridovka kəndinin arasındakı ərazidə Hasıllıdan köçən şirvanlı və iranlılar üçün evlər tikirlər. Evlər seldən və yaxud sadəcə olaraq nəmlikdən mühafizə üçün palıd, nil və ya çinar ağacından düzəldilmiş dirəklərin üstündə ucaldılırdı. Bu evlər aynəbəndli, 3-4 otaqlı və geniş eyvanlı olurdular. Təzə salınmış bu məhəllələrə yaxın olan Astraxanka kəndinin günçıxanında  Həməşara  çayının yataqlarında kərpic və kirəmid örtüklər (suval) bişirmək üçün kürələr olmuşdur.
Gündəlikdə göstərilir ki, bu yerlərdə məskunlaşmış əcirlilər 1889-1890-cı illərdə  Ucarud mahalından daimi olaraq köçüb gəlmiş 7 ailədən ibarətdir. Tayfa başçısının (ruslar onlara «starosta» deyirdilər-S.N.) dediyinə görə onların əcdadlarının ta qədimdən saldıqları qışlaq obaları məhz elə bu ərazidə imiş. Rus-İran sərhədlərindən keçid qadağan olunduğu üçün onlar qərara gəliblər ki, daha Savalana qayıtmayıb Muğanda qalsınlar. Əcirli obasında əhalinin sayı 73 nəfərdir. Onların 2,5 desyatin həyətyanı sahəsi, 20 desyatin əkin və otlaq yerləri 20 iribuynuzlu iş heyvanı, 26 sağmal inəyi və 15 atı var idi. Hal-hazırda obada yaşayan əhalinin təsərrüfatlarında təxminən 15 min baş qoyun saxlanılır. Buradakı Əcirlilər oturaq  həyat keçirirlər. Kənddə heyvandarlıqla yanaşı quşçuluq da inkişaf etmişdir. Hər ailənin fərdi təsərrüfatlarında taxıl, noxud, tütün əkilir, barama bəslənilir. Bağ-bağatlı həyətyanı sahələr qamış və qaratikan kollarından qurulmuş çəpərlərlə əhatəyə alınmışdır. Çəpər yaxşı dayansın deyə, onun arasında hər yarım metrdən bir paya-dirək basdırardılar.
Sviridovka kəndinin başlanğıcından Əcirli obasının axırınadək Həməşara çayının solsahili  boyunca «şərid» kimi uzanan bu ərazi Əcirli Urufun torpaq sahələri idi. Sonralar Talış əyalətinin müxtəlif kəndlərindən, hətta Ərdəbil və Sərab  vilayətlərindən bəzi qohum ailələrin-«övladların toplaşması» nəticəsində kəndin ərazisi böyüyür. Bir tərəfdən Astraxanka kəndinə, o biri tərəfdən isə Hasıllıya doğru uzanan Əcirli kəndi daha da abadlaşır. Xalqın gözəl məsəli vardır: «Abad kənd tüstüsündən bilinər». Astraxankada və Əcirli obasında salınmış yurdlar bir-birinə yaxınlaşaraq, öz sakinlərini də bir-birləri ilə mehribanlaşdırırdı. Elə bütün bunların nəticəsində kəndimiz abadlaşaraq şəhərə çevrildi.
Tarixi sənədlərdə məlumat verilir ki, 1920-ci illərin axırlarından ta 1930-cu illərin əvvəllərinə qədər  İrandan köçüb gəlmiş böyük «kəndli axını» bu yerlərə səpələndi. Bir neçə ildən sonra Azərbaycanın hər yerində olduğu kimi Astraxanbazarda da kollektiv təsərrüfatları, maşın-traktor stansiyaları, ictimai birliklər yaranmağa başladı. Bu yerlərdə təşkil olunmuş ən böyük kəndli təsərrüfatı olan «III Beynəlmiləl» kolxozu  yerli əhali ilə yanaşı Astraxankada yaşayan rusların və Sviridovka kəndinin otaqlarında obalar salmış, İrandan köçüb gəlmiş müxtəlif tayfaları birləşdirdi.
Sviridovka kəndinin əhalisi maliyyətcə rus olmalarına baxmayaraq, dini etiqadlarına görə Astraxankanın molokan məzhəbli ruslarından fərqlənirlər. Bunları nəzərə alan «İranlılar» yeni «planlar» çızmağa başladılar. Vətənə, İrana dönüb yenidən aclıq içində boğularaq və əbədi zülmətə qərq olmaqdansa «Rusiya vətəndaşlığını» qəbul etmək yaxşı idi. Yeni yaranmış Sovet hökumətinin yerli nümayəndələrinə müraciət edərək, onlara «yaşayış haqqında vərəqələr» vermək və evlər tikmək üçün torpaq sahəsi ayrılmasını xahiş etdilər. Nəhayət, öz arzularına nail oldular. Muğanda yaranmış yerli komitələrin rəhbərliyi sovet vətəndaşlığını qəbul etmiş iranlılara daimi yaşamaq haqqında razılıq verdi və onlara torpaq sahələri paylandı. Qeyd etmək yerinə düşər ki, 1920-ci ilin axırlarından 1928-ci ilin fevralına qədər Astraxanbazarda İran səfirliyinin dəftərxanası fəaliyyət göstərirdi. Bu dəftərxanaya «Konsul Həsən» adıyla tanınmış bir iranlı rəhbərlik edirdi.
Bütün bunlara qısqanclıqla yanaşan Sviridovka  kəndinin starostası 60 yaşlı Yakov Oriqoryeviç Sviridov 1936-cı ilin aprel ayının 9-da özünü zəhərləyərək öldürdü. Kəndin əsasını onun atası Qriqori qoymuşdu. O, ölümqabağı yazdığı vəsiyyətnamədə deyirdi: «Mənim qardaş və bacılarım, indi Muğanda yeni  dövrandır. Artıq hər şey əlimizdən çıxmışdır. Nə qədər gec deyil, bu diyardan çıxın. Qocalar, əlillər və imkanı olmayanlar, müvəqqəti olaraq ya Privolnoyeyə, ya da ki, Prişibə  köçün. Burada bu vəhşi tatarlar sizi qıracaqlar. Onlar mərdi diri-diri məzara basdırandırlar. Mərdiməzardan uzaqlaşın. Allah sizinlədir (L.Muğanlının «Xatirələri»nə  istinad olunur).
Sviridovun ölümündən sonra sviridovkalılar öz evlərini ataraq və yaxud aşağı qiymətə sataraq yaxın kəndlərə-Andreyevka, Novoqolovka, Prişib və Svetlaya Zarya kəndlərinə köçüb gedirdilər. Nəticədə isə onların yurdlarından və torpaq sahələrindən ibarət olan ərazi «mərdimazar» adını alır. Bu ərazi get-gedə Astraxanbazar kəndinə  qərbdən, şərqdən isə Astraxanka kəndinə birləşərək bir kənd rayonu mərkəzinin bünövrəsini qoyur. Astraxanbazar bu üç kəndin birləşməsi və əhalinin sayının artması nəticəsində inkişaf edərək böyüyür, 1952-ci ildə «şəhər» statusu alır.
Bərəkətli torpağı ilə tanınmış Astraxanbazarda böyük bir bazar salınır. Bu gur bazarda hər şey tapmaq olardı. Bazarın özünəməxsus qanunları var idi. Bazarın satıcıları ilə yanaşı, yaxşı müştəriləri, öz mollası, mirzəsi, dəllalı və carçısı var idi: Carçı Rəhim, Dərviş Dostalı və Dərviş Heydər. «Sarı Molla» ləqəbli Kərim dayı, Axund əmi kimi tanıdığımız Molla Əşrəf, böyük nəriltiylə ağır yüklü kisələri kürəyində daşıyan Hambal Balaxan, el ağsaqqalı Həbibulla dadaş, Məşhədi Mehdiqulu Nəcəf oğlu, Məşhədi Səməd və onun dabbağlıq sənətinin davamçısı Yusif kişi, dərzi Ələsgər, papaqçı Nəcəf, bazarkom Sarıbala, İspolkom Məhərrəm, Kəlbə Xalıq əmi, Ağalar ağası Seyid Kazım Ağa Mir Bağır oğlu (Allah onu min rəhmət  eləsin, qəbri nurla dolsun), «qızıl adam» ləqəbli usta  Səməd, kolxoz sədri Kamran dayı, Qalayçı  İsrafil, ləzgi Məhəmməd, Məşhədi Surxay, Məşhədi Xanış, misgar Vahabəli, dərzi Seyfulla, pinəçi Həsən, pinəçi Mösüm, dəllək Məhəmməd, dərzi Ataş, Hacı Kaləhmədli, Aşıq Məşhədi Süleyman; Məşhədi Kərim, Məşhədi Xəlil, quyuçu Bəbir, kömürçü Xuduş, Şıxlı Nəci kişi, Əcirli Nəbi dayı, şüşəsalan Rəhmət, Pobeda Abdulla, bayraqdar sürücü Rza dayı, Lotu Salman, el ağsaqqalı Şərəfxanlı Həbi kişi, Məmmədhüseyn əmi, Məşhədi Mehdiqulu Abas oğlu, Məşhədi Xanhüseyn və Kəlbihüseyn qardaşları, Molla Əhməd, Molla Həsənəli, Qoçu Məmmədəli, Şərəfxanlı kəlbə Həsən, Qızıldiş Qüdrət, kamança Balabəy, «heykəltaraş» ləqəbi ilə tanınmış məzar daşı yonan Usta Qənbər, katib Əsədulla, müəllim Rəfi, quyuçu Maşallah, Talış İsa, dəllək Ağarəhim, Pinəçi Qədir, dəllək Əvəz, Usta Əlisahib, çayçı Məmməd, Dehqan Məmmədhəsən oğlu Əliyusub kişi, Oratdı Hümbət, Hənifə dayı,  Ələkçi Mansur və s. yaddaşımıza əbədi olaraq həkk olunublar.
Qarlı-yağışlı havada, yaxud qızmar yay istisində Astraxanbazarın palçıqlı-tozlu küçələrində əlində talış zənbili tutmuş müharibə əlili Aman kişini necə unutmaq olar. Kasıb ailələrinə  hər cümə axşamı qazan asmaq üçün nisyə ət paylayan qəssab Aman həmişə deyərdi: «Ay bala, gəlin götürün payınızı, bir kilodur». Aman dayı Astraxanbazarda yaşayan bütün müştərilərini tanıyırdı. Hətta, o bilərdi ki, hansı müştəriyə nə qədər və necə ət versin. Aman kişi müştərilərindən çox razı idi və ondan da hamı razı qalardı. Bir neçə adama qəssablığı öyrətmişdi Aman dayı. Allah onu rəhmət eləsin. Astraxanbazar öz qəssabları ilə məhşur idi. Məşhədi Zahid və Həbib qardaşları, qəssab Azay (Aman kişinin qardaşı idi), qəssab İsmayıl, qəssab Murad, qəssab Zəki, Əlisahib kişi, Mirzəxan dayı, qəssab Talıb, Həmzə dayı, Məmmədəli dayı, qəssab İbi, qəssab Muxtar, qəssab Səfər, Süleyman əmi və adlarını çəkə bilmədiyimiz bir çoxları…
Astraxanbazarın gur bazarı ilə yanaşı, onun «mal meydanı»da var idi. Bu gur meydanda hamı Qəhrəman kişini yaxşı tanıyırdı. Dəlallıq edən Qəhrəman dayı çalıışırdı ki, öz «müştərilərinə» xeyir versin. Çünki mal bazarında heyvan alıb-satanların məqsədlərini də əvvəlcədən bilərdi. Bazarın da qanunlarına əməl edərdi. Astraxanbazarın bu səs küylü və basa-baslı gedişatına vərdiş edən Qəhrəman dayı bütün mahalda məşhurlaşmışdı. Onun «iş yeri» olan bu bazar Astraxanbazarla birgə addımlayırdı, inkişaf edirdi. Bazar xırda bir şəhərə bənzəyirdi. Hər yerdə olduğu kimi Astraxanbazarın da özünün bazar qoçuları, bazar oğruları, bazar lotuları olub… Qoçu Heydər, Cibgir Oruc, oğru Allahbağış, Paxan Xanhüseyn… (ona «göygöz Hüseyndə deyirdilər) və s.
Şəhərimizdə qızılçı İbiş adlı bir ağsaqqal kişi var idi. Astraxanbazarda kim oğul evləndirməyə,  qız köçürməyə və yaxud gəlin gətirməyə hazırlaşsaydı, İbiş kişini «görərdi». Şəhərdə və ətraf kəndlərdə onu hamı tanıyırdı. Elə indinin özündə də qız-gəlinlərimizdə, ana-bacılarımızda öz valideynlərindən yadigar qalmış «nişan» üzükləri, qızıl boyunbağları və qırxdüymə sırğaları «keçmiş tariximizdən»  xatirə kimi əzizlənərək qorunub saxlanılır.
Əntiq əşyalara çevrilmiş bu «sənət əsərlərində» zərgər Zəkəriyyənin əl izləri yaşayır. Onların əksəriyyəti qızılçı İbiş kişidən, Səriyyə xaladan, Mir Əyyub ağadan, bir də qızılçı Məsmə xaladan alınmışdı. Allah onların hamısını rəhmət eləsin.
Ata-babalarımızın və ağbirçək nənələrimizin məskunlaşdığı Astraxanbazar gözəl bir yurda, bərəkətli diyara çevrilir. Onun şan-şöhrəti çox qısa vaxtlarda Sovetlər ölkəsinin bütün ərazilərinə yayılır. Astraxanbazar tikilir, genişlənir, məhşurlaşır. Uzaq-uzaq el-obalara sədası yayılır doğma şəhərimizin.
Haralardan gəlməzdilər Astraxanbazar məclislərinə, yas və toy mərasimlərinə. Şeyx Həsən, şeyx Dövlətəli, Nəcəfül-Əşrəfin məşhur tələbəsi Şeyx Qüdrət axund Mikayıl oğlu, həzin avazla, şirin ləhcə ilə müqəddəs Quranı əzbər oxuyan Molla  Kamran İbişəli oğlu, Molla Nağı Qasım oğlu, Molla Muxtar Abdulla oğlu, Axund Hüseynağa Mirzə Məmmədəli oğlu çox hörmətli şəxsiyyətlər idilər. Bir də qeyd etmək istəyirəm ki, o dövrlərdə nəinki Astraxanbazarda, hətta bütün mahalda tanınmış Hacı Bağır oğlu Cahangir bəy, Bərcanlı Həsən, Adnabazarda məhşur karvansara sahibi Murtuza bəy oğlu Vəliyullah kişi, Burovarlı İsrafil bəy, Dövlətəlibəyli Kərbəlayi Allahyar kişi, Qayalıdan Hacı Mehbalı, Qoçu Ağaməmməd, Qoçu Heydər, Astanlıdan Bağır oğlu Museyib kişi, Biləsuvarlı Qoçu Hüseyn, Eynulla oğlu Qoçu Həbi, Ocaqlı Qara kişi, Qoçu Ağababa və s. böyük nüfuz sahibi idilər. Nə çar hökumətinə, nə Şura hökumətinə baş əyməyən, heç bir zaman nə kolxoz, nə də sovxoz tanımayan, ömrünün axırına qədər heç bir hökumət  tərəfindən dövlət müavinəti (pensiya) almayıb, ancaq və ancaq öz halal zəhməti ilə öz çörəyini doyunca yeyən Əcirli Yaqub kişi düz bir əsr yaşadı. Onun böyük oğlu dəmirçi Surxayı hamı tanıyırdı və deyirdilər: «Surxay gözəl və çox alicənab insandır». Dəmirçi dostları var idi dəmirçi Surxayın… Mir Cabbar Ağa, Şahmar kişi, Səfərəli əmi, dəmirçi İbrahim, Əkbəralı kişi, Yunus kişi, nalbənd Ağasalah və s.
Surxay əmi ilə daim bir yerdə oturub-duran, necə deyərlər onunla duz-çörək kəsib, daima dostluq edən arabaçı Əliheydər və Əliyusub qardaşları, cütcü Məmməd Həsən, çarvadar Rzalı, Kərbəlayi Mikayıl Cəbi oğlu, qalayçı Əjdər, anbardar Abı, dəyirmançı Eynulla və onun qardaşı anbardar Xeyrulla, İlxıçı Kəlbə Cəfər, Kəlbə Əli Həmzə oğlu, Musavat Alxan, Həmşəri Məhərrəm, Oratdı Hənifə, faytonçu Saday, şofer Əsəd, arabaçı Əlihüseyn əmi, Qulamhüseyn Hüseyn oğlu, Fərzili Hacı Abdulla oğlu Abduləli kişi, arabaçı Sərdar Tağı oğlu, Canıyarlı Məhəmməd Mirzə Vəli oğlu və s. bu halal zəhmət adamları sözün əsl mənasında «kişi» adını hər şeydən üstün tutaraq bir-birləri ilə duz-çörək kəsmişlər, bütün çətinlikləri dəf edərək qohum-qonşuya əl tutmuşlar.  
Dəmirçi Surxay öz sənəti ilə yanaşı gözəl ustalıqla hazırladığı  nalları at və qatırlara rahatca vura bilirdi. O nalbəndliklə məşğul olanda müştərilərin gözləri önündə heyvanları sakitcə  arxası üstə yerə yıxıb ayaqlarını kəndirə bağlayır, sonra isə xüsusi üsulla nallayırdı.
Günlərin  bir günü idi. Gözbulaq  kəndindən Abdul adlı bir kişi öz uzunqulağını gətirir Surxay kişinin yanına ki, o onu nallasın. Emalatxananın qabağında Surxay kişinin müştəriləri öz atları  və qatırları ilə  növbə gözləyirdilər. Abdul kişini görən Surxay «Xoş gəldin» etdikdən sonra  dedi: «Ay Abdul kişi, yaxşı oldu ki, sən bu uzunqulağı gətirdin. İndi qatırlara nal vurmaq üçün o mənə  köməklik göstərəcək». Sonra uzunqulağa yaxınlaşan Surxay əmi onun sağ ayağına bir sillə vurdu. Uzunqulaq dərhal ayağını qaldırdı və nalbənd onu nalladı. Sonra isə, o biri ayaqlarını da elə etdi. İşini qurtarandan sonra aparıb yaxındakı tut ağacına bağladı. Növbə qatırçı Xudaqulunun idi. Surxay əmi onun qatırını götürüb, ipindən tuturaq üç dəfə tut ağacının altında bağlanmış uzunqulağın başına fırlatdı. Səbəbini bilmək istəyəndə o deyirdi ki, «Qatır atın balasıdır, amma zatı uzunqulaqdır». Mən qatırın gözü qabağında Xudaqulunun uzunqulağını «növbəsiz» nalladım. Bunu öz gözləri ilə görən qatır da zatının yolu ilə hərəkət etdi. Əlimin ucu ilə qatırın dizindən aşağı, bir balaca toxunan kimi, o dərhal ayağını qaldırdı».
Bax, belə təcrübəyə  malik sənətkar idi Surxay əmi. Allah rəhmət eləsin və onun həmkarı peşəkar nalbənd Ağasalah əmini.
Yaxşı yadımdadır, dəmirçi dükanında iş olmayanda Surxay əmi, Ağasalah əmi, İsrafil əmi, Şahmar əmi, Vahabəli əmi, Əjdər əmi, arabaçı Əlihüseyn əmi və onların yaxın dostu «Qoçu bəy» ləqəbli Əzizalı kişi oturub bu şeri xorla oxuyurdular.

Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
Mən verərəm uğrunda can, Azərbaycan, Azərbaycan!
Ey vətənim, qarı düşmən bağrını al-qan elədi, 
Soydu rəzalətlə səni, zülmlə talan elədi,
Bağlarını vurdu xəzan,gör necə viran elədi,
Zülmət çöküb, döndü zaman, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
Keçmişinə baxmalıdır pirü-cavan ibrətilə, 
Hazır olub ellərimiz intiqama qeyrət ilə,
Məqsədimiz var, səni azad eyləyək sürət ilə, 
Müstəbidə yoxdur aman, Azərbaycan, Azərbaycan!
Bilməlisən, şanlı Vətən, naz ilə öz övladını, 
Mən də gərək cəhd eyləyib ərşə ucaldım adını, 
Hümmət elə, parçalayıb məhv eləyim cəlladını, 
Vəqti-səadətdir, oyan, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!
And içirəm namusuma, məsləkimə, vicdanıma,
Gün kimi dünyada müqəddəs tanınan imanıma,
Ya səni azad eyləyim, ya boyanım al qanıma,
Haqqın üzü dönməz inan, Azərbaycan, Azərbaycan!
Ey torpağı ləli-mərcan, Azərbaycan, Azərbaycan!

Bu mahnını oxuyub qurtaran kimi Surxay əmi və onun dostları bir-birlərini qucaqlayıb öpüşərdilər. Onların sevinclərinin həddi-hüdudu olmazdı.
Surxay əmi bizə həmişə şirin söhbətlər edərdi. Onun  yaxın bir dostu var idi. Keçili kəndində yaşayırdı. Nəinki öz kəndlərində, hətta Muğanın və Talış diyarının müxtəlif şəhər və kəndlərində adı hörmətlə çəkilmiş bu şəxsin adı Əzizalı olub. Onun haqqında söhbət edərkən Surxay əminin gözləri yaşla dolardı. Əzizalı kişi də bir çoxları kimi «xalq düşməni» damğası alaraq gedər-gəlməzə sürgün olundu…
Bəli, Surxay əminin belə yaxın dostları var idi. Rəhmətlik Ağasalah əmini mən şəxsən görmüşdüm. Nalbəndlik peşəsinin bütün sirlərinə bələd olan Ağasalah əmini hamı tanıyırdı. Hətta, o qoşqu heyvanların müalicəsi ilə də məşğul olurdu, amma bu işlərinə görə heç bir zaman pul götürməzdi. Qapısına gələn dilənçiləri öz evinə dəvət edər, yedizdirib-içizdirib, sonra da qənd, çay, un, buğda, mərci və yaxud pul verib yola salardı.
…Tarixin canlı şahidi, Astraxanbazarın təməl daşını öz əlləri ilə qoyanları yaxından tanıyan təklə qızı Minə nənənin adını bütün mahalda hörmətlə çəkərdilər. Yaxud həmişəcavan, xanım xatun Göyçək xalamı necə dinləməyim? Adı ilə yanaşı özü də göyçək olan mənim əziz anamın doğma bacısı olan bu mehriban qadın öz evində dəfələrlə qonaq olmuş xalq şairimiz Səməd Vurğundan şirin-şirin söhbət edərdi. Şair Astraxanbazarda olanda mütləq xalamgilin qonağı olarmış. Xalamın ömür-gün yoldaşı olan «Pobeda Abdulla» ləqəbli Zeynalov Abdulla Abış oğlu şairin ən yaxın dostu idi. Onların da birgə ovçu dostları olub Göytəpəli Xalıq kişi Sadıq oğlu, İbad kişi Əmənulla oğlu, Azay kişi Həmid bəy oğlu, Nəcəf kişi Əzizəli oğlu, Alarlı Rəzzaq kişi, Təzəxan kişi və s.
O zamanlar Biləsuvarda rayon Partiya Komitəsinin birinci katibi Adıgözəlov familiyalı bir şəxs olub. Muğana pənah gətirmiş xalq şairi onunla görüşən kimi dərhal Göytəpəyə-xalamgilə gələrmiş. Elə buradan da, dahi şairimiz Muğan düzünü və qocaman Talış diyarını seyr edərək, onun ucsuz-bucaqsız meşələri ilə, yaylaq və qışlaqları ilə yaxından tanış olmuşdur. Həmin ərəfələrdə, Şirvan və Muğan torpaqlarını qarış-qarış gəzmiş Səməd Vurğunun ünsiyyətdə olduğu adamlar sırasında kənd təsərrüfatında çalışan əmək qəhrəmanları-əkinçilər, mexanizatorlar, həkimlər və digər peşə sahibləri olmuşlar. Onlar hamısı Astrarxanbazarın tarixini «yazan» canlı qəhrəmanlardır. «Rəhman Dadaş» kimi tanıdığımız el ağsaqqalı Qasımov Rəhman Şirin oğlu, gözəl insan və əsl ziyalı Azay kişi Həmid bəy oğlu Rüstəmov, Baba dayı kimi tanıdığımız Nurullayev Nurulla (Baba) Səməd  bəy oğlu, Nağıyev Hadı Nağı bəy oğlu, Həsənov Kamran Səməd oğlu, Rəhimov Əlixan Həsən oğlu, Zeynalov Səlim Ağarəhim oğlu, Əliyev Şirnalı  Yusif oğlu və s. rayonumuzun tarixini şanlı səhifələrinə əbədi olaraq həkk olunublar.
Hal-hazırda onlar həyatda yoxdurlar. Allah onları rəhmət eləsin! Rəhmətlik Azay əmi danışırdı ki, onun babası Səmədbəy Rüstəmbəyli 1918-ci ildə Azərbaycan Demokrpatik Cumhuriyyətinin qurucularından olub. Onun dediyinə görə Səmədbəy 1919-cu ildə vəfat etmişdir. Tarixi araşdırmalardan məlum olur ki, Rüstəmbəylilər Cavad qəzasında ən nüfuzlu ailələrdən biri olub (Səməd bəy haqqında ADR arxiv fondunda saxlanılan xüsusi qovluqlar var - S.N.)
Bəli, Astraxanbazar torpağında belə kişilər yaşayıblar. Astraxanbazar bu kişilərin əməyi ilə, onların alın təri ilə nəfəs alırdı, gələcəyə inamla addımlayırdı. Bu «kiçik şəhərin böyük sahibini» xalq şairimiz Səməd Vurğun hələ  1952-ci ildə Astraxanbazar «şəhər» statusunu alanda qələmə almışdır. Böyük sənətkar «Muğanın yeni dövranı» oçerkində belə yazmışdır: «Respublikamızın ən cavan şəhəri Astraxanbazardır. Ona yalnız bu il - 1952-ci ilin 28 fevralında şəhər adı verilmişdir».
Daha sonra xalq şairi söhbətinə davm edərək yazır: «Bakıdan Astaraya uzanan aynalı yolun 210-cu kilometrliyində sağa tərəf uzanmış daş döşəməli geniş bir yol Astraxanbazar şəhərinə aparır. Yolun hər iki tərəfində köhnə və yeni əkilmiş ağaclar cərgələnmişdir. Evlərin eyvanları və pəncərələri bir-biri ilə üz-üzə dayanıb salamlaşır. Şəhərin uzunluğu 3 kilometrdən artıqdır. Biz şəhərə daxil olduğumuz zaman yeni, səliqə ilə salınmış şəhər parkı üzə gülür. Bu park, demək olar ki, şəhərin bütün mərkəz hissəsini tutmuşdur. Park bu günkü şəhərə   görə böyük nəzərə çarpır. Görünür ki, onu yaradan başlar və əllər öz doğma şəhərlərinin sabahını da düşünmüşdür... Onlar düşünmüşlər ki, Astraxanbazar şəhərinin əhalisi bu gün yeddi-səkkiz min isə də, sabah çox artacaq. Bu təsadüfi deyil. Biz bu vüsəti paytaxtımız Bakı şəhərində yaranan yeni meydançalarda, geniş küçələrdə, əzəmətli binalarda da görürük. Qurulan hər yeni  binanı, yazılan hər yeni  əsəri yalnız bu günə görə yox, bir də sabaha, həm də böyük sabaha görə yaratmaq sovet insanının geniş təbiətinin, onun yaradıcılıq qabiliyyətinin tükənməz bir çeşmə olduğunu göstərir. Yeni şəhərimizdə- Azərbaycanın balaca Ukraynasının mərkəzi Astraxanbazarda gedən tikinti və quruculuq işləri çox heyrətamizdir. Son üç-dörd il müddətində  bu yeni şəhərdə qırxdan çox mədəni, ictimai bina tikilmişdir. Məsələn, müəllimlər evi, işıqlı və yaraşıqlı partiya kabinəsi, bir neçə böyük və geniş otaqlardan ibarət müalicə evi, yay kinoteatrı, maliyyə evi, kənd təsərrüfatı idarəsi, rayon partiya komitəsinin yeni binası, aptek, mədəniyyət evi, iki artel, dörd gözdən ibarət kəndli evi, 5 otaqlı körpələr evi, 10 palatalı xəstəxana və qeyriləri… Öz  şəhərlərini isti bir ürəklə sevən yerli insanlar dövlət və partiyamızın şəhərin abadlığına buraxdıığı küllü miqdarda pul vəsaitini səmərəli xərcləyir, yerli imkanlardan da geniş surətdə istifadə edirlər. Lakin bütün bunlar görüləcək daha böyük işlərin başlanğıcıdır. Düşünən başlar dayanmır, yaradan əllər yorulmur. Bu ildən başlayaraq, şəhərin bütün daşlı yolları qırla-asfaltla döşənəcək, seyrək evlərin arasında yeni evlər, bağlar-bağçalar salınacaq, şəhər başdan-başa yaşıllığa qərq olacaq, onu isti və soyuq səhra küləklərindən qorumaq üçün ətrafında yeni meşələr, bağ-bağatlar salınacaqdır. Bu gün Atraxanbazar rayonunun yalnız 15 kəndində hamam varsa, yaxın gələcəkdə bütün kəndlərində hamam tikiləcək. Bu gün rayonun yalnız 10 kəndində elektrik işığı varsa, sabah lap yaxın gələcəkdə rayonun bütün 38 kəndi elektrik işığına qərq olacaqdır. İşıq yalnız işıq deyil, yaraşıq da deyil! İşıq qüvvətdir. Bu qüvvətlə qəhrəman kolxozçularımız əkəcək, becərəcək, məhsul toplayacaq. Xalqımız dağlarda, səhralarda, təbiətin kor qüvvələrinə elektrik gücüylə zəfər çalacaq. Hələ də həyatımızda  müvəqqəti olaraq yaşayan bəzi ağır zəhmət növləri ləğv olunacaq. İnsan zəhmətinin məhsuldarlığı qat-qat artacaq. Bu xəyal deyil, böyük bir həqiqətdir. Bu yeni dünyanın dastanıdır. Bu səadət və həyat dastanının ilk səhifələri yazılmışdır. Bu səhifələrdə qəhrəman Azərbaycan xalqının da imzası var… Lakin bu dastan qurtaran deyil… Çünki bu dastan şairlərin yazıb qurtardığı, sonuna nöqtə qoyduğu dastana bənzəməz. Bu, həyat dastanıdır,-hüdudsuz, sonsuz, daima yazılan, daima zənginləşən, daima gözəlləşən bir dastandır…
Bu  dastan zamandan-zamana, nəsildən-nəsilə yazıla-yazıla davam edəcək! Bu dastana yeni səhifələr yazılacaq, yeni imzalar qoyulacaq…
İllər keçir, Astraxanbazar yeni-yeni uğurlar qazanacaq, şan-şöhrətə malik olur. Bu şan-şöhrət onun mehriban sakinlərinin böyük bir ailədə yaşayıb və birgə təsərrüfatlarda çalışması nəticəsində qazanılırdı. Astraxanbazar bu şöhrətlə yeni adlar aldı «İkinci Ukrayna» və  yaxud  «Azərbaycan Ukraynası».
Astraxanbazar ərazisində əvvəllər yaranmış əmək artelləri sonradan əmək kooperasiyasının və kolxozların (kollektiv təsərrüfatları) əsasını təşkil etdilər. Kolxozların yaranmasında yüzlərlə ağsaqqal bir yerə toplaşıb öz yaxınlarını cəlb edərək mal-qara, at və qatır, qoyun-quzu sürülərini birləşdirib, əkin yerlərini, bağ-bostanlarını əkib-becərmək işləri ilə məşğul oldular. Astraxanbazarın mərkəzində yaranmış «Komintern» arteli ilk günlərdə 47 ailənin təsərrüfatlarını birləşdirdi. Muğanın «mərkəzinə» çevrilən Astraxanbazarda o zamanlar böyük poçt idarəsi, aerodrom, süd emalı zavodu, kənd təsərrüfatı idarəsi, maşın-traktor stansiyası və s. obyektlər fəaliyyət göstərirdi.
Bəli, unudulmaz şairimiz S.Vurğunun təbirincə desək, «Tarixlər şahidi qocaman Muğanda» salınmış Astraxanbazar sürətlə inkişaf edərək ucu-bucağı görünməyən möhtəşəm sovetlər ölkəsinin hər bir güşəsində tanınmağa başlayırdı. Astraxanbazarda doğulub boya-başa çatmış gənclər ölkənin müxtəlif şəhər və qəsəbələrində məskunlaşaraq, yeni ailələrin bünövrəsini qoymuşlar. Astraxanbazara SSRİ-nin hər bir yerindən demək olar ki, gündəlik olaraq telefon zəngləri, teleqramlar, məktublar və digər poçt göndərişləri sonda daxil olurdu. Rayon məşhurlaşırdı, şan-şöhrətə çatırdı. Doğma şəhərimizin xoş ovqatlı günlərini qələmə alan həmyerlimiz mərhum şair Abbasağanın bu misralarını da xatırlamaq  yerinə düşərdi. O,  yazmışdır:

Gənc şəhər gülürdü  gül-çiçəyiylə,
Ona bəzək idi bağlar, bağçalar.
Açıq süfrəsiylə, bol çörəyiylə
Hörmətə minirdi Astraxanbazar.