26.09.2016

OLİQARXLARIN SOYĞUNÇULUĞU FAKTLARLA - Su qiymətinə gətirib, od qiymətinə satırlar

Ölkəyə idxal olunan əsas ərzaq məhsullarının gömrükdə qeydə alınan dəyərini, onların istehlakçıya çatdırılma qiymətini, yeri məhsullarla müqayisəsini aparmışıq. İdxal, satış, yerli istehsal məhsullarının qiymətləri arasında dərin bir uçurum var.

İdxal olunan ətin kilosu bazardan dəfələrlə ucuzdur

Ölkəyə ən çox idxal edilənlərlə, yerli istehsal olan, gömrük rüsumu ödəməyə məruz qalmayan məhsulların qiymətinin müqayisəli təhlil maraqlı mənzərə ortaya çıxarır. Belə ki, bu il ölkəyə 820 647,83 min dollarlıq yeyinti məhsulları gətirilib. Keçən ilin eyni dövründə idxal olunan yeyinti məhsullarının həcmi bundan az – 666 829,01 min dollar təşkil edib. Bunlardan dəyəri 20 375,73 min dollar olan 16 898,38 ton ətin 1 tona görə orta qiyməti 1 205 780 dollar, 1 kq üçün 1.20 dollar təşkil edib. Söhbət yəqin mal ətindən gedir, çünki qoyun və quş əti əsasən daxili istehsaldır. Bazarda ət ən yaxşı halda 8-10 manatdır. Yəni, idxal olunandan 4-5 dəfə baha. Əvvəlki ilin müvafiq dövründə bundan iki dəfəyə yaxın az – 11 976,97 min dollarlıq 8 470,60 ton məhsul gətirilib. Keçən il ətin tonu 1 413 945, kiloqramı 1.41 dollara idxal edilib. Demək ötən ildən bəri xaricdə hər kiloqrama 21 sentlik bir ucuzlaşma var. Başqa ölkələrdə qiymətlər enir, bizdə isə durmadan üzüyuxarı qalxır.

Süd də “su qiyməti”nə gətirilir

Bu dövrdə 3 478,58 dollar dəyərində 5 193,17 min ton süd idxal edilib. Südün bir tonu orta hesabla 669 837 dollar, litri 67 sent olub. Keçən ilin müvafiq dövründə 3 851,09 min dollar dəyərində 5 572,47 ton süd idxal edilib. Bir ton 691 092 dollar, bir litri 69 sentə daxil olub. Yerli südlə idxal olunan arasında ət qədər prinsipial fərq olmasa da yenə xaricdən gətirilən bizdəkindən 50-60 qəpik ucuzdur.

1.86 dollarlıq kərə yağını istehlakçı 10-12 manata alır

238408Ölkəyə gətirilən 9 718,91 ton kərə yağı və süddən hazırlanmış digər yağların ümumi dəyəri 33 358,86 min dollar təşkil edir. Bu isə 1 ton məhsul üçün 3 432 366, 1 kiloqrama 3,43 dollar deməkdir. Bu, orta qiymətdir. Yerli marektlərdə normal kərə yağlarının qiyməti 9-12 manatdan başlayır. Buraya həm yerli, həm də idxal məhsulları daxildir. Keçən il 14 282,48 min dollarlıq 7 676,76 ton belə məhsullar gətirilib. Kərə yağının tonu orta hesabla 1 860 482, kiloqramı 1,86 dollar olub. Həcmdə çox dəyişiklik olmasa da müqayisədə bu il qiymət artımı az qala iki dəfədir, halbuki xarici ölkələrdə bu qədər artım müşahidə edilməyib. Digər məhsulların qiyməti də deməyə əsas verir ki, əksinə, iki il arasında bir xeyli ucuzlaşma var. Kiloqram üçün 1,86 dollar alıcıya əlçatan rəqəmdir, amma təəssüf ki, biz keçən il də bu ucuzluqdan faydalana bilməmişik. Sahibkarlar yenə də xərclədiklərindən bir neçə dəfə artıq qazanmağa üstünlük veriblər.

Sitrus meyvələri 26 sentə gətirilib, 3-5 manata satılır

85 650,40 min dollar dəyərində 203 941,55 ton meyvə-tərəvəzin qiymətindəki fərq də təəccüb doğurur. Dəyəri həcmə böldükdə meyvə-tərəvəzin bir tonu 419 975 dollar, kiloqramı isə 42 sentə başa gəlir. Bazarlarda 3-5 manatdan aşağı “xarici” meyvə yoxdur. O da baxır mövsümə. Qalan vaxtlar bundan da bahadır. Hələ təzə çıxan meyvələri demirik, tropik ölkələrdə bizdəkindən tez yetişən nübar meyvələri 15-20 manata satılır. Burada qiymət fərqini dəqiq demək çətindir. Orta hesabla ən az 5-6 dəfə fərq var. Keçən il 40 900,48 min dollarlıq 155 365,20 ton meyvə-tərəvəzin tonu 263 253 dollara, kiloqramı 26 sentə daxil olub. Bizim bundan da xəbərimiz olmayıb, çünki, o qiymətə heç yerli meyvə satılmır.

Kilosu 2.21 dollara çay idxal olunub

Bu ilin yanvar-avqust aylarında ölkəyə 26 687,85 min dollar dəyərində 7 886,51 ton çay gətirilib. Tonu 3 383 987, kilosu 3.38 dollardan düşür. “Azersun” istehsalı olan yerli çaylar bundan bahadır.
Keçən il də 9 356,66 min dollarlıq 4 228,66 ton çay idxal olunub ki, bunun da tonu 2 212 67, kilosu 2.21 dollara gətirilib. Göründüyü kimi, ötən illə müqayisədə 1.17 dolarlıq fərq yaranıb.

Buğda 19 sentə gəlir

Dəyəri 178 980,97 min dollar olan 953 597,42 ton buğdanın tonu 187 690 dollar, kilosu 19 sentə başa gəlib. 216 262,44 min dollarlıq 936 359,55 ton buğdanın tonu isə keçən il 230 360 dollar, kiloqramı 24 sent olub. Dövlət Material Ehtiyatları Agentliyi bu il iyun ayının 21-dən etibarən Taxıl Fondu üçün buğda qəbuluna başlayıb. İlk mərhələdə bir ton üçün 270 manat qiymət qoyulub. Yəni kiloqrama 27 qəpik. Digər məhsullarla müqayisədə yerli və idxal məhsulu arasında qiymət fərqi prinsipial deyil.

64 sentlik bitki yağı 90 sent olub, amma yenə ucuzdur

Bitki yağlarının idxal qiymətləri istehlakçı üçün maraqlıdır, çünki son vaxtlar yerli istehsal olan bitki yağları heç bir səbəb olmadan bahalanıb. Araşdırmalarımız da göstərdi ki, xaricdə bitki yağlarının qiyməti “Azersun”-un istehsalı olan yağlardan xeyli ucuzdur. Bunu idxal məhsullarının gömrük qiyməti də bir daha təsdiqləyir. Bu ilin 8 ayında idxal olunan 82 809,98 min dollar dəyərində 91 190,60 ton bitki və heyvan mənşəli piylər və yağların tonu 908 097 dollar, litri (və ya kilosu) 90 sent təşkil edib. Ötən il 53 950,51 min dollarlıq 84 302,18 ton bitki yağı isə tonu 639 965 dollara, litri 64 sentə başa gəlib. “Azersun”-n qarğıdalı yağı artıq 3,67 manat olub. Qiymətdə heç olmasa 4-5 dəfə fərq var.

Şəkər xaricdə ucuzlaşır, bəs bizdə onun qiymətini artıran nədir?

Bu il hələlik 105 289,73 min dollar dəyərində 255 349,92 ton şəkər gətirilib. Şəkərin tonu 412 335 dollar, kilosu 41 sentdir. Ötən il gətirilən 81 096,87 min dollarlıq 183 471,33 ton şəkərin tonu 442 013 dollar, kilosu isə 44 sentə idxal olunub. Bizdə bildiyiniz kimi bir aydan artıqdır “Azersun Holding” gömrük rüsumu, daşınma pulu ödəmədiyi şəkərin pərakəndə satış qiymətini 1.22-1.25 manat edib. Amma fərq təkcə yerli və xarici istehsalın qiymətləri arasında deyil, həmçinin idxal olunan məhsulun bu il ucuzlaşmasındadır. Belə ki, indi şəkər 3 sent də aşağı qiymətə gətirilib. Xaricdə ərzaq məhsullarında ucuzlaşma gedir, bizdə əksinə, bahalaşma.

Dərman idxalı iki dəfə azalsa da qiyməti qalxıb

Dərmanın qiymətində də maraqlı “dəyişikliklər” müşahidə olunur. 8 ayda ölkəyə 117 568,15 min dollar dəyərində 5 421,15 ton həcmdə əczaçılıq məhsulları gətirlib. Bunun kilosunumu hesablayaq, yoxsa ədəd olaraq, bilmədik. Amma gömrükdə tonla göstərilir, “ştuçnıy” deyil. O zaman dərmanın tonu 21 686 939, “kilosu” da 21,68 dollara başa gəlib. Bizdə “ortabab” dərmanın qiyməti elə belədir, buna baxanda kilo ilə gətirilənin qiyməti o qədər baha deyilmiş. Ötən ilin müvafiq dövründə 185 025,49 min dollarlıq 10 117,18 ton əczaçılıq məhsulunun tonu 18 288 247, yenə “kilosu” 18,28 dollar olub. Keçən illə müqayisədə bu il ölkəyə dərman iki dəfəyə yaxın az gətirilib, amma Tarif Şurasının qiymət tənzimləməsinə baxmayaraq əvvəlkilərdən baha qeydə alınıb. Araşdırmalarımızda ölkədə faktiki dərman satışının qiymət tənzimləməsindən sonrakı müqayisəli təhlilindən ortaya çıxartmışdıq ki, əksər preparatlar dəyərindən 10 dəfə baha təklif olunur. Bu isə o deməkdir ki, dərmanın kilosunu 18 dollara gətirib, bizə 180 dollara satırlar.

Xarici sement 0,045 dollar, yerli sement 0,14 manat

Sement idxalı ötən illə müqayisədə aşağı düşüb. Bu, ölkədə tikinti bumunun səngiməsi ilə xeyli dərəcədə bağlıdır. Bu dövrdə 14 663,64 min dollarlıq 322 790,01 ton, keçən ilin eyni dövründə 22 426,74 min dollarlıq 386 169,56 ton sement idxal olunub. Bu il gətirilən sementin hər tonunun orta qiyməti 45 427, kilosu 0,045 dollar, keçən il uyğun olaraq 58 074 və 0,058 dollar təşkil edib. Nə qədər ucuz! Bu ilin yanvarın 1-nə olan məlumata “Qaradağ Sement” Zavodunun 40 kiloqramlıq məhsulu 5.50 manat olub ki, bu da hər kiloqram üçün təxminən 14 qəpiyə bərabərdir. Nəzərə alaq ki, yenə bu məhsul üçün nə gömrük rüsumu ödənir, nə də beynəlxalq daşınma xərci, amma qiymətləri xarici məhsulun xeyrinə bir “0” da ayırır. /bizimyol/

Yəhudi kapitalist 11 Sentyabrdan nə qədər qazandı?

Yəqin ABŞ-da 11 sentyabrda Ümumdünya Ticarət Mərkəzi binalarının prezident Buş və, belə deyək, ABŞ-ın "dərin dövləti" tərəfindən partladıldığını bilirsiz. Bu hadisənin bəsit terror aktı olmadığını artıq sadə abş-lılar da anlayırlar. Gün gələcək, bu hadisə haqda daha çox şey öyrənəcəyik, bəlkə də hər şeyi biləcəyik.
Yeni məlum olan bir fakt.
Şəkildə gördüyünüz kapitalistin adı Larri Silverstayn. Həmin teraktdan ay yarım əvvəl Ticarət Mərkəzinin bütün kompleksini 3,2 milyard dollara 99 illik arendaya götürür. Şərtlərə görə icarə haqqını aybaay verməli idi. Beləliklə, cəmi ay yarımın icarəsini verir - 14 milyon dollar. Gerisinə diqqət.
TM kompleksini terror aktından sığortalayır. Məlum hadisədən sonra ikiqat sığorta ödənişi alır - 8,05 milyard dollar. Çünki vəkilləri məhkəmədə sübut edirlər ki, iki təyyarə iki terakt deməkdir. Uğurlu iş adamı uğurlu iş görür: 14 milyon qoyub, 8,05 milyard götürür. Çünki arxasında Buş, MKİ və ABŞ-ın maliyyə elitası vardı və əlində müəyyən məlumatlar vardı. Şübhəsiz, 8,05 milyardın həqiqi sahibi o deyil, hər halda bütün məbləğin sahibi deyil. Yedirtməzlər ona.

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/?hc_ref=PAGES_TIMELINE&fref=nf

25.09.2016

Proxanov: Putinin nəzərinə: SSRİ-ni məhz Qarabağ münaqişəsi dağıtdı

“SSRİ-nin dağılması İttifaq məkanında Qarabağda ilk qanlı münaqişə ilə başladı”,- virtualaz.org-a eksklüziv müsahibəsində rusiyalı politoloq Aleksandr Proxanov deyib. Bunu o, Rusiya prezidenti Vladimir Putinin “SSRİ-ni dağıtmaq yox, demokratik islahatlar aparmaq lazım idi” sözlərini şərh edərkən bildirib.
“Rusiya prezidentinin nəzərinə çatdırıram ki, keçmişdə SSRİ-də müxtəlif xarakterli münaqişələr baş verirdi, lakin ölkə rəhbərliyi məsuliyyəti öz üzərinə götürərək, əlindən gələni edirdi ki, qarşıdurmanı yatırsın. Fəqət azərbaycanlılarla ermənilərin silahlı toqquşmasına dair Moskvada bildirdilər ki, regionlar qarşılıqlı münasibətlərini özləri həll etməlidirlər. Hamı anladı ki, mərkəz Qarabağdakı münaqişəni tənzimləmək iqtidarında deyil, yaxud da bunu etməyi arzulamır. Halbuki bu problemin bütün SSRİ-yə aidiyyatı var idi və Kremldəki hakimiyyət millətlərarası yanğını söndürməyə borclu idi. Mərkəz bu problemin həllindən özünü təcrid edəndən sonra Qarabağ münaqişəsi qorxulu xarakter aldı. Ermənistanda və Azərbaycanda yerləşən, maaşsız və təminatsız qalmış Sovet ordusu hissələri könüllüləri Qarabağ müharibəsinə yollayırdılar. Bu, SSRİ-də ümummilli vətəndaş müharibəsinin ilk döyüşü idi. Həmin andan başlayaraq dağıntı prosesinin müxtəlif mexanizmləri işə düşdü və hazırda biz bir vaxtların nəhəng dövlətinin tör-töküntüsü üzərində yaşayırıq”,- Proxanov deyib.
Politoloq qeyd edib ki, məhz Qarabağ münaqişəsi SSRİ-nin bədənində ilk çat oldu və Moskvanın bu çatı yamamaq iqtidarında olmaması üzündən o dərinləşdi və dövlətin tam süqutuna gətirib çıxardı. /virtualaz.org/

O potensialla normal inkişafa malik ola bilərdik

Deyirlər Azərbaycan balaca ölkədir. Amma mən belə deməzdim. Bəli bizim Qazaxıstan boyda ərazimiz yoxdur, amma dünyada 80 ölkədən böyük ərazimiz var. Vikipediyaya görə Azərbaycan ərazisinə görə 113-cü yerdədir. Cəmi 86,600 kv. km. Avropada isə demək olar ki Portuqaliyadan biraz kiçik ərazimiz var. Bu az deyil. Azərbaycan ərazisinə görə Avstriya, Belçika, Hollandiya, İsveçrə, Serbiya, Xorvatiya, Bosniya və Herseqovina, Sloveniya, Çernoqoriya, Çexiya, Slovakiya, Danimarka, və digər inkişaf etmiş və inkişaf edən ölkələrdən böyükdür.
Deməli, inkişaf etmək üçün kifayət qədər ərazimiz var. Allah bu ölkəyə böyük neft yataqları, qaz yataqları, qızıl və gümuş yataqları və digər yataqları verib. Elektrik enerjisi əldə etmək üçün hər cür vasitələr verib. Çaylar, küləkli ərazilər, hətta dənizimiz də var. Dənizdə balığımız da var, ikramız da var. Pambıq, tütün, qoz, fındıq əkmək üçün şəraitimiz də var. Allah bu ölkəyə gözəl təbiyət də verib. Dağlar, çaylar, meşələr, düzənliklər və s. Bir sözlə istirahət və turizm üçün hər şəraitimiz var. Ərazimiz həm də strateji əhəmiyyətli yerdədir. Biz tranzit ölkəyik və bu da gəlir mənbəyidir.
SSRİ dağılandan sonra və müstəqilliymiz bizə, demək olar ki, hədiyə olandan sonra Azərbaycanda SSRİ ordusunun beş diviziyasının silah sürsatı qalmışdır. Hərbi gəmilər də qalmışdır, başqa müxtəliv növ gəmilər də qalmışdır. Böyük liman da qalmışdır. Azərbaycan Respublikasına SSRİ-dən zavodlar, fabriklər, müəssisələr, yüksək səviyyəli təhsil ocaqları və ümumiyyətlə böyük bir əmlak qalmışdır. İnkişaf etmiş kənd təsərrüfatı qalmışdır. Kolxozlar və sovxozlar işləyirdi.
Ən əsası isə savadlı əhali qalmışdır. Məsələn, 1975-ci ildə Azərbaycan ən intellektual müsəlman ölkəsi sayılırdı.
Bu ölkənin hər şeyi var idi. Avropa ölkələrinin içində heç olmasa Avstriyaya yaxın bir inkişafa malik ola bilərdik. Bu ərazi ilə, bu potensialla, bu neftlə, qazla, torpağın altı ilə və üstü ilə...
Olmadı... Realda əhalimiz azaldı, savadlı kadrlar çıxdı getdi, təhsil səviyyəsi düşdü, ərazilərimiz zəbt olundu, zavodlar və fabriklər dağıdıldı, kolxozlar və sovxozlar dağıdıldı. Bu ölkənin əmlakı bir qrup tərəfindən ələ keçirildi.
Allah bu xalqa hər şey verdi... Nə oldu? Bu xalq Allahla beyyətinin bərpa etmədiyinə görə hər şey alt-üst oldu! Allahla beyyətimizi bərpa etməsək, bəlalar davam edəcək!

24.09.2016

Azərbaycanda Hizmət Hərəkatı tərəfdarlarına 53 milyon dollar ayrılıb

Fətulla Gülənin başçılıq etdiyi Hizmət Hərəkatı 2013-cü ildə Azərbaycan Respublikasında öz tərəfdarlarına 53 milyon dollar ayırıb.
Azərbaycan Respublikası məsələləri üzrə ekspert Zahirəddin İbrahimov sərhədaşırı bölmənin talışca radiosuna verdiyi müsahibədə deyib: Hizmət Hərəkatı 2013-cü ildə Azərbaycan Respublikasında öz tərəfdarlarına 53 milyon dollar xərcləyib. Bu vəsaitin 3 milyon 565 min dolları dövlət məmurlarına çatıb.
İbrahimov əlavə edib: 2009-cu ilə qədər yayımlanan sənədlərə əsasən, təkcə Bakı şəhərində 2 min 775 ev Hizmət Hərəkatına bağlı evlərin icarəsində olub və onlar sərbəst şəkildə fəaliyyət göstəriblər.
İbrahimov bildirib: Gülən tərəfdarlarının Azərbaycanın Qafqaz Universitetində nüfuzu heç kimə gizli deyildir. Amma Türkiyədə uğursuz çevrilişdən sonra bu ölkə hökuməti rəsmi Bakıdan Azərbaycanda Gülən tərəfdarlarını təqib etməsini istəyib.
Türkiyə hökuməti 15 iyul uğursuz çevrilişdə Fətulla Güləni suçlayıb. /azeri.sahartv.ir/

Şad xəbər! Hökumət bu həftə kredit borclarını ləğv edəcək

Azərbaycan hökuməti vətəndaşların kredit borclarının bağışlanılmasına hazırlaşır. Etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, hökumət bununla jest etməyi planlaşdırır. Belə ki, ölkədə baş verən ağır iqtisadi böhran şəraitində kreditlərin ödənilməsi mümkünsüz hala gəlib. Əhali bank kreditlərini ödəməkdə çətinlik çəkir. Bu baxımdan da problemli kreditlərin həcmi son 8 ayda sürətlə artıb və demək olar ki, banklara heç bir ödəniş olunmur. Bu da həm əhalinin sosial vəziyyətinin ağırlığından, həm də iqtisadi göstəricilərin xeyli aşağı düşməsindən xəbər verir.
Qeyd edək ki, Azərbaycanda əhalinin borclarının bağışlanması təcrübəsi var. Bir neçə il əvvəl prezidentin sərəncamına uyğun olaraq əhalinin elektrik borcları tamamilə silinmişdi. Mənbə qeyd edir ki, hökumətinin kreditləri bağışlamaq fikri uzun zamandır müzakirə olunur. Artıq məsələnin bütün istiqamətləri həll olunub və ciddi problem çıxmayacağı təqdirdə sentyabr ayının son həftəsində bu qərarın verilməsi planlaşdırılır. /cebhe.info/

Azərbaycan nurçularının rəhbəri Əli Həsənovdur? - Mətbu xülasə

10 Aprel 2006
Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" Platformasının VII toplantısı başa çatıb

Aprelin 6-dan 10-dək Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" Platformasının VII toplantısı keçirilib. Trend in məlumatına görə, Avrasiya ölkələri arasındakı dialoqu inkişaf etdirmək məqsədi ilə 1998-ci ildə fəaliyyətə başlayan "Dialoq Avrasiya" (DA) Platformasının bu toplantısında birgə media qurumunun yaradılması ideyası müzakirə olunub.
Təşkil olunacaq həmin media qurumu vasitəsilə tərəfsiz və obyektiv verilişlərin efirə veriləcəyini bildirən tədbir nümayəndələri xəbərlərin bir neçə dildə hazırlanmasını təklif ediblər. Tədbirdə millət vəkillərindən Nizami Cəfərov, Rəbiyyət Aslanova, Azər Əmiraslanov, Fəttah Heydərov, dövlət rəsmilərindən baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Aparatı ictimai-siyasi şöbənin müdiri Əli Həsənov və digər şəxslər müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, konfrans müddətində ayrı-ayrı sahələr və mövzular üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. /az.trend.az/
12 Noyabr 2008
Sabah Antalyada “Dialoq Avrasiya” Platformasının 8-ci toplantısı başlayır

Bakı - APA. Sabah Türkiyənin Antalya şəhərində “Dialoq Avrasiya” Platformasının 8-ci toplantısı başlayacaq. APA-nın məlumatına görə, Avrasiya ölkələrindən nümayəndə heyətlərinin dəvətli olduğu tədbir 4 gün davam edəcək. Açılış tədbirindən sonra toplantı müxtəlif seksiyalarda davam etdiriləcək. Tədbir çərçivəsində Türkiyənin təhsil naziri Hüseyn Çelikin iştirakı ilə “Təhsildə tolerantlıq və ayrı-seçkilik” mövzusunda ikigünlük konfrans da keçiriləcək.
Azərbaycan toplantıda geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq. Nümayəndə heyətinə Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, “Dialoq Avrasiya” Platformasının Azərbaycan redaksiyasının rəhbəri, millət vəkili Nizami Cəfərov, millət vəkilləri Qənirə Paşayeva, Rəbiyyət Aslanova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, telejurnalist Qulu Məhərrəmli, APA-nın baş direktoru Vüsalə Mahirqızı, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri İdarəsinin müdiri Adəm Önal, “Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansever, “Xəzər” TV-nin təmsilçisi Hüseyn Dinləməz və bir çox media nümayəndəsi daxildir.
Azərbaycan nümayəndə heyətindən Q. Məhərrəmli, Q. Paşayeva və İ. Babayev xüsusi məruzələrlə çıxış edəcəklər. /apa.az/
14.11.2008
ANTALYADA AVRASİYA DİALOQ PLATFORMU BAŞ ŞURASININ 8-Cİ İCLASI KEÇİRİLİR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 14-də Türkiyənin Antalya şəhərindəki “Rixon” hotelində Avrasiya Dialoq Platformu Baş Şurasının 8-ci iclası işə başlamışdır.
Noyabrın 16-dək davam edəcək iclasın açılışında Baş nazirin müavini Elçin Əfəndiyev, Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdirü Əli Həsənov, Milli Məclisin deputatları və hökumət nümayəndələrinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Türkiyə Gürcüstan, Qazaxıstan, Rusiya, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan və Ukraynadan gəlmiş 160 hökumət nümayəndəsi və ziyalı “Sülh şəraitində təhsildə xoş niyyət və ayrı-seçkilik” mövzusu ətrafında müzakirələr aparacaqdır.
Türkiyənin milli təhsil naziri Hüseyn Çelik açılış nitqində Avrasiya məkanında təhsilin xalqları yaxınlaşdırdığını, hazırda bir çox ölkənin bu sahədə tələbə mübadiləsi də daxil olmaqla sıx əməkdaşlıq etdiyini söyləmişdir.
İclasda Şuranın 2006-2008-ci illərdəki fəaliyyəti ilə bağlı hesabat dinləniləcək, 2008-2010-cu illər üçün fəaliyyət planı təsdiq olunacaqdır.
İndiyədək Azərbaycanın xalq yazıçısı Anar və türkiyəli professor İlber Ortaylının sədrlik etdikləri Avrasiya Dialoq Platformu Baş Şurasının yeni rəhbərliyi də seçiləcəkdir. Toplantıda mədəniyyətlərarası dialoqun inkişafı, insanların sülh və əmin-amanlıq şəraitində yaşamalarının əsas prinsipləri və digər məsələlər ətrafında müzakirələr aparılır.
Avrasiya Dialoq Platformu 1998-ci ildə yaradılmışdır və Baş Şuranın indiyədək elm və təhsil məsələlərinə həsr olunmuş 7 iclası keçirilmişdir. /azertag.az/
azadliq.info  26 avqust 2016
"Gülüstan" sarayına gülənçiləri kim yığmışdı?

...Bütün faktlar bunu göstərir ki, ən böyük “gülənçi” bu şəbəkəyə maliyyə yardımı edənlər, Fətullah Gülən haqqında mədhiyyələr söyləyənlər bu hökumətin təmsilçiləridi.
AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin həbsi isə hökuməti tamam rüsvay etdi. Onun maşınına atılmış Gülən kitablarının redaktoru baş prokurur Zakir Qaralovun əmisi, ön söz yazanı isə İlham Əliyevin vəkili Rəşad Məciddir. Amma sonradan başqa faktlar da ortaya çıxdı. Mərhum prezident Heydər Əliyevdən tutmuş, bu gün də parlamentdə oturan deputatlara qədər xeyli adamın Gülənə rəğbət bəslədiyi məlum oldu. Xeyli sayda fotolar, video görüntülər də bunun sübutudur. Bu gün də hökumət komandasının yuxarı başında oturanların bu şəbəkəylə ciddi əlaqələri var. Əliyev hökuməti isə həqiqi “gülənçi”ləri qorumaq üçün, müxalifəti “gülənçi” adıyla təqdim etməyə başlayıb.
Amma hökumətin qatı sözçüləri, mandat verib parlamentə buraxdıqları adamlar da etiraf edir ki, Gülən tərəfdarları komandanın içindədir. Məsələn, hökumətin deputatı Qüdrət Həsənquliyev müsahibəsində deyir: “2009-cu ildə Atatürk Mərkəzinin dəvəti ilə ”Gülüstan” sarayına Heydər Əliyevlə bağlı tədbirə dəvət almışdım. Orda 1000-ə yaxın adam vardı.  Ölkənin bütün siyasi elitası, gənclər təşkilatları, aparıcı mətbuat orqanları, din xadimləri iştirak edirdi. Tədbitə gələn hər kəsə qovluq verilirdi. Qovluğun içində “Dialoq Avrasiya” jurnalı var idi. Tədbir Heydər Əliyevə həsr olunduğu halda jurnalın üz qabığında Fətullah Gülənin şəkli var idi. Baxdım ki, içəridəki məqalənin cəmi ikisi Heydər Əliyev haqqındadır, qalan bütün məqalələr Gülənin təbliğinə həsr edilmişdi. Heydər Əliyevə həsr olunmuş tədbirdə Gülənin təbliği nə deməkdir? Bu, bütün əndazə, etika və əxlaq prinsiplərinin pozulması idi”.
Göründüyü kimi, hökumətin deputatı da Gülənin ən yüksək səviyyədə təbliğini, bunun arxasında iri məmurların durduğunu etiraf edir. Deputat onu da bildirir ki, Gülənin təbliğinə etiraz etdiyi üçün ona qarşı kampaniya başlanıb, deputat həmkarları ona yol göstərməyə çalışıb, hətta Pensilvaniyaya dəvət edilib...

Cəmil Həsənli: Novruz Məmmədova bəzi xatırlatmalar
meydan.tv   26 avqust 2016

Görünür, bu adamlar gözlərin yumub ağızlarını açanda hansı üfunətin içində olduqlarını çox asanlıqla unudurlar

...Adama deyərlər ki, sənin yerində normal ixtisas təhsili və xarici siyasətin incəliyinə bələd olan bir adam otursaydı, Gülən şəbəkəsi Azərbaycanın dövlət qurumlarına sarmaşıq kimi sirayət etməzdi. Gülən şəbəkəsi heç vaxt, heç yerdə müxalifətlə işləmir, onların strateji hədəfləri dövlət orqanları, hökumət rəsmiləri ilə sıx əlaqələr qurmaqdır. Heç şübhəsiz Gülənin Azərbaycanda ən böyük təşkilatlarından biri Qafqaz Universiteti olubsa, digəri "Dialoq Avrasiya Platforması”dır, Gülənin fəxri sədri olduğu "Qəzetçilər və Yazarlar Vəqfi”nin nəşr etdiyi "Dialoq Avrasiya” jurnalının Azərbaycan təmsilçiliyidir. Azərbaycan hökumətinin rəsmi icazəsi və dəstəyi ilə fəaliyyət göstərən bu təmsilçilik həm də Azərbaycanda Fətullah Gülənə yaxın ən mühüm rəsmi quruluş idi.
Novruz Məmmədov bir özünə sual vermir ki, bir qədər öncə Mustafa Saatçını bu qurumda əvəz etmiş yeni sədr Cəlil Ərdəm ötən ildən başlayaraq bütün görüşlərini niyə dövlət orqanlarında və KİV-lərində, hökumətin nəzarətində olan QHT və mətbuat orqanlarında keçirdi. Bircə müxalifət mediasına da yaxın düşmədi.
Novruz Məmmədov xarici siyasət məsələləri üzrə şöbənin müdiri olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavinidir. Məsələn, o, yerində olan adam olsaydı, prezidentə vaxtında məsləhət görərdi ki, Fətullah Gülənin Azərbaycanda əsas təmsilçisi, baş imamı, təhsil məsələləri üzrə əsas əlaqələndiricisi Ənvər Özərənlə birinci şəxs səviyyəsində görüş keçirmək məqbul deyildir. Ölkənin xarici əlaqələrinə məsul olan yüksək vəzifəli bir şəxs AXCP və Milli Şura daxilində gülənçi axtarmaq əvəzinə, onun izahatını verməlidir ki, zərərli dini təmayül üzərində qurulmuş bu qədər xarici təhsil müəssisələri, onların minlərlə xarici əməkdaşları dünyəvi dövlətə necə daxil olub, necə şəbəkələşib? Deyəsən Novruz Məmmədovun xəbəri yoxdur ki, bu şəbəkə onun da təmsil olunduğu dövlətin himayəsində Azərbaycanda o qədər arxayın işləyirdi ki, Orta Asiya respublikaları və Rusiyanın müsəlman muxtariyyətləri üçün imam kadrları hazırlayırdı. Əcəba, bəlkə Gülən şəbəkəsinin beyin mərkəzi hesab edilən Dialoq Avrasiya Platformasının (DAP) hər il müxtəlif yerlərdə keçirilən toplantılarına hökumət və onların “hizmətində” olan QHT, elm, ədəbiyyat və mətbuat nümayəndələrindən ibarət rəsmi heyətləri Milli Şura ilə AXCP göndərir? Bəlkə dəbdəbəli “Gülüstan” sarayını da tədbir keçirmək üçün gülənçilərə Milli Şura ilə AXCP verib? Bu adamlar bu yalanları danışanda anlamırlar ki, məlumatlar mətbuat səhifələrində, internet saytlarının yaddaşında hələ də qalır?! Hətta Bakıda beynəlxalq ictimai təşkilat kimi qələmə verilən Dialoq Avrasiya Platformasının Azərbaycanda Vektormap.az xəritələri hazırlanıb, təşkilatın məlumat mərkəzinə yerləşdirilib. Məsələn, DAP-ın tədbiri ilə Prezident Administrasiyasında yayılan bir məlumata diqqət yetirək: “Noyabrın 13-dən 17-dək Türkiyənin Antalya şəhərində "Dialoq Avrasiya" Platforması çərçivəsində beynəlxalq tədbir keçiriləcək. Prezident Administrasiyasının şöbə müdiri APA-ya açıqlamasında deyib ki, Azərbaycandan bu tədbirdə Prezident Administrasiyası, Milli Məclis, KİV və QHT təmsilçiləri iştirak edəcəkdir”. Gördüyünüz kimi, bu məlumatın ilini göstərmədim. Çünki son 15 ildə bu məlumat hər il Prezident Administrasiyası tərəfindən açıqlanıb və Azərbaycan nümayəndə heyətinə hər il Novruz Məmmədovun çalışdığı Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri başçılıq edib. Yaxud digər bir məlumata baxaq: "Dialoq Avrasiya Bakıda “Gülüstan” sarayında növbəti tədbirini keçirdi. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanda Dialoq Avrasiyanın təmsilçisi Mustafa Saatçı, "Xəzər" Televiziyası başqanı Hüseyn Dinləməz, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç tədbirdə çıxış etdilər".
Novruz Məmmədov Gülən şəbəkəsinin əsas yayım orqanarından biri kimi "Dialoq Avrasiya” dərgisinin redaksiya heyətinə də göz atsa, bəlkə oradan Azərbaycanın hökumət rəsmilərini, rektorlarını deyil, Milli Şura və AXCP üzvilərindən kimisə tapa bilər? Bəlkə Novruz Məmmədovun xəbəri yoxdur gülənçilərin əsas ideoloji ruporu olan “Xəzər” televiziyasının Azərbaycanda fəaliyyətinə, Qafqaz Universitetinin şəbəkələşməsi üçün Bakı yaxınlığında bu təhsil müəssisinə 20 hektarlıq geniş torpaq sahəsininin verilməsinə, dini təmayüllü nurçu məktəblər şəbəkəsinin yayılmasına sərəncamları da onun içində olduğu rəsmi dövlət orqanları deyil, Milli Şura və AXCP verib? Bəlkə gülənçi şəbəkənin əsas maliyyə qaynağı olan TUSİAB və İPƏK YOLU çatıları altında toplaşan fətullahçı şirkətlərinə böyük maliyyə vəsaitlərindən ibarət olan dövlət sifarişlərini rəsmi dövlət oranları deyil, Milli Şura və AXCP verib? Görünür, bu adamlar gözlərin yumub ağızlarını açanda hansı üfunətin içində olduqlarını çox asanlıqla unudurlar...

İqtidardakı “nurçu savaşı” pik həddə
azadliq.info        07 Mart 2014

Nəhayət, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov da iqtidardakı “nurçu savaşı”na münasibət bildirdi. Şöbə müdirinin danışacağı gözlənilən idi. Çünki “nurçu savaşı”nda adı hallandırılan məmurlardan biri də o idi. Hətta bəzi mülahizələrə görə, bu savaşı başladan da elə Əli Həsənovdur.
Hər halda qarşı tərəfin, yəni nurçuluqda ittiham olunan Prezident Administrasiyasının başqa bir şöbə müdiri Elnur Aslanovun və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun açıqlamaları birbaşa Əli Həsənova yönəlmişdi. Bu barədə qəzetimizin ötən saylarında yazmışıq. Ona görə də təkrarçılığa varmadan Əli Həsənovun məsələyə münasibətini oxuculara təqdim etməyi daha məqsədəuyğun bilirik.
Şöbə müdiri Mətbuat Şurasının təşkil etdiyi “Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media” mövzusunda keçirilən konfransda deyib ki, bəzi mətbuat orqanları Prezident Administrasiyasında qarşıdurma olduğunu yazır: “Yazırlar ki, bir şöbə müdiri o birisinə qarşı kompromat aparır. Bu, əsla belə deyil”. O, daha sonra bildirib ki, cəmiyyətdən gələn müəyyən siqnallar var və Prezident Adminsitrasiyasının şöbə müdirləri və digər strukturlar bunları araşdırmalıdır. Əli Həsənov əlavə edib ki, dövlət strukturunda yerləşən məmurun vəzifəsi başqadır, həmin məmurun vəzifəsini həmin strukturun əsasnaməsi, onu vəzifəyə təyin edən və ondan hesabat istəyən adam müəyyən edir: “Biz məmur olaraq Prezident Administrasiyasında yalnız Prezidentin qoyduğu vəzifələri icra etmək üçün məmuruq. Biz bu və ya digər cərəyanlara qoşuluruqsa, artıq məmurluqdan çıxırıq. Biz hər birimiz yalnız məmur olaraq öz funksiyamızın dürüst icrasına cavabdehik. Təəssüflər olsun ki, belə qarşıdurma meylləri də var, belə qarşıdurma meyllərini qızışdırmaq istəyənlər də var. Amma eyni zamanda, həqiqəti danmaq istəyənlər də var. Bu siqnalların içərisində bəzi həqiqət də var. Azərbaycan insanlarının hamısının təfəkkürü, düşüncəsi, bu və ya digər məsələlərə yanaşma meyarları eyni deyil. Bəzi insanlar var ki, sabitdir, inadkardır, qətiyyətlidir, onu doğru yoldan sapdırmaq qətiyyən mümkün deyil. Bəzi insanlar var ki, onunla müvafiq söhbət aparmaqla onun fikrini dəyişmək olar, onu bu və ya digər istiqamətdə istifadə etmək olar. Bu anlamda biz dövlət olaraq bu məsələləri görürük, nəzarətdədir və idarə edirik”.
...Ehtimal olunur ki, Mətbuat Şurasının konfransı sadəcə Əli Həsənovun rəqiblərinə cavab olaraq təşkil edilib. Və konfransa yalnız şöbə müdirinin maraqlarına cavab verən şəxslər dəvət edilib.
Indisə keçək Əli Həsənovun fikirlərinə. Əli Həsənov çox açıq danışıb və onun dediklərini “tərcümə” etməyə ehtiyac yoxdur. O, açıq şəkildə məmurlar arasında nurçuluğa meyllənmənin, hətta Prezident Administrasiyasında belə halların olduğunu təsdiqləyib. Şöbə müdiri yalnız onu inkar edib ki, heç kimə qarşı kompramat savaşı aparmır və bu məsələdə rəqiblərinin ondan şübhələnməsi əsassızdır.
Redaksiyamıza daxil olan məlumatlara görə, qarşı tərəf də Əli Həsənova qarşı ciddi hücuma hazırlaşır. Onlar rəqiblərini Dialoq Avrasiya Platforması ilə “vurmağa” çalışırlar. Bu qurum nurçuların siyasi qolu hesab edilir. Və Platformada Azərbaycandan təmsil olunanların əksəriyyəti – Nizami Cəfərov, Məlahət İbrahimqızı və digərləri Əli Həsənovun daxil olduğu qruplaşmaya yaxındır. Beləliklə, qarşı tərəf Əli Həsənov və təmsil olunduğu qrupun nurçu olduğunu sübut etmək üçün ictimaiyyətə ciddi faktlar təqdim etmək niyyətindədir.
Məlumatlarda o da deyilir ki, əslində bu Əli Həsənov – Elnur Aslanov savaşı deyil. Bu Ramiz Mehdiyevlə Paşayevlər arasında gedən savaşdır. Bu savaşdan kimin qalib çıxması isə Türkiyədəki seçkilərdən asılıdır.
“Rəşad müəllim ekstrasens idi?”
 vizual.az         22.08.2016

''Hətta məndən də şübhələri varsa, məni də araşdırsınlar''

Beynəlxalq ictimai təşkilat olan Dialoq-Avrasiya Platforması (DAP) 15 sentyabr 1998-ci ildə Avropa və Asiyanın müxtəlif ölkələrini təmsil edən jurnalist və yazıçıların İstanbulda keçirilən toplantısında təsis edilib. 
Bu barədə 8 mart 2014-cü ildə Axar.az saytında geniş məqalə dərc edilib (http://axar.az/m/view.php?id=11040).
Məqalədə göstərilir ki, DAP Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. DAP-ın türk versiyasında qurumun Azərbaycan qolu Fətullah Gülənin Azərbaycandakı rəsmi təmsilçiliyi kimi göstərilir. Azərbaycanda bu təşkilatın təsisçisi və fəxri prezidenti sabiq millət vəkili, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir. A.Rzayev bir müddət həmçinin beynəlxalq platformanın başqanı da olub. Son vaxtlara qədər DAP-ın Azərbaycanın Milli Komitəsinə deputat Nizami Cəfərov rəhbərlik edib. DAP İdarə Heyətinin üzvləri sırasında deputat Məlahət Həsənovanın da adı yer alıb.
Meydan TV bununla bağlı Məlahət İbrahimqızıyla (Həsənova) əlaqə saxlayıb.

- Məlahət xanım, Dialoq-Avrasiya Platformasının (DAP) İdarə Heyətinin üzvü kimi təqdim olunursuz. Bu barədə nə deyə bilərsiniz?
- O saxta bir şeydir və bununla bağlı bəyanat da vermişəm.

- Xəbəriniz varmı, Mətbuat Şurası Gülənin Dialoq-Avrasiya Platformasıyla birgə "Həqiqətə xidmətlərinə görə” mükafatı da təsis edib?
- Nə vaxt?

- Bildirilir ki, sonuncu laureatlardan biri "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay olub. Bu barədə məlumatınız varmı?
- Mən bu barədə məlumatsızam. 2009-cu ildə mediada belə bir məlumat yayılıb və mən də açıqlama vermişəm. Hətta qurumun nümayəndəsi mənə telefonla SMS də göndərib, üzr istəyib ki, adımı qurumun üzvü kimi xatırladıblar.

- Respublika Prokurorluğunun (RP) Fətulla Gülənlə bağlı açdığı cinayət işindən xəbəriniz varmı?
- Mətbuatdan bu barədə oxumuşam. Bir dəqiqə, axar.az bu haqda nə zaman məlumat yayıb?

- İki il əvvəl...
- Aha, 2009-cu il, yox, deyəsən, 2013-cü ildə olub, Türkiyədə 17 dekabr hadisələri zamanı açıqlama vermişəm ki, həmin qurumla heç bir əlaqəm yoxdur.

- Bir daha əvvəlki suala qayıdaq. Açılan cinayət işindən xəbərdarsınızmı?
- Bəli, mətbuatdan oxumuşam.

- AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov və bir sıravi cəbhəçi həbs olunub, bilirsizmi?
- Onların hamısını mətbuatdan oxumuşam. Kimliyindən asılı olmayaraq FƏTO-nun ocağına kimsə su tökübsə, o, qanun qarşısında cavab verməlidir. Əgər xatırlayırsınızsa, 17 dekabr Türkiyə hadisələrindən sonra Azərbaycanda da bir neçə nəfər işindən uzaqlaşdırıldı...

- Bəli, o zaman deputat olan Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov işdən uzaqlaşdırıldı...
- Bilmirəm, bir neçə nəfər var idi. Onda mənim adımı mətbuatda yazmışdılar, açıqlama verdim və onlara sərt mesaj göndərdim. Hətta Nizami Cəfərov mənə zəng edib dedi ki, sən niyə onlara reaksiya verirsən, boş burax getsin. İndi məni belə məsələlər narahat etmir, çünki hamı nurçunun, FƏTO-çunun kim olduğunu bilir.

- Saytın məlumatına görə, Nizami Cəfərov Dialoq-Avrasiya Platforması (DAP) İdarə Heyətinin sədri, Anar Rzayev isə fəxri başqanı olub. Yazılanlar düzdürmü?
- Bilirsiniz, 2-3 il əvvəl Türkiyə rəsmiləri də həmin məktəblərə dəstək verib, bütün respublika üzrə ziyalılar onların tədbirlərinə qatılırdı.

- O zaman niyə yalnız AXCP sədri Əli Kərimlinin köməkçisinə cinayət işi açılır?Axı deputat həmkarınız Fazil Mustafanın (http://www.fgulen.com/az/metbuat/xeberler/44988-fazil-mustafa-erdogan-on-min-azerbaycanli-usagi-gulleletdi) , "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin nurçuluq haqda yazıları olub... (http://www.fgulen.com/az/metbuat/kose-yazilari/43359-nurculuq-budursa).
- Bir dəqiqə, tədbirdə iştirak etmək cinayət deyil. Mən deputatam, sabah azərbaycanlı uşaqların təhsil aldığı məktəbə dəvət etsələr, rədd etməliyəm?!

- Məlahət xanım, dünənə qədər Fətullah Gülənə tərif deyənlər haqda susurlar, amma müxalifətçini həbs edirlər. Bunu necə qiymətləndirirsiniz?
- Siz məni təxribata çəkirsiniz. Sual verirsiniz, cavab verirəm. Bir daha deyirəm, kimsə məktəbin açılışında iştirak edirsə, bu, o demək deyil ki, Fətullahçıdır. Həmin universitetlərə, məktəblərə millət vəkilləri, QHT üzvləri, siyasi xadimlər də dəvət olunur, hamı da iştirak edir. İndi o demək deyil ki, buna görə hamı tutulmalıdır. Araşdırma aparılır. Ola bilər ki, heç bir tədbirdə iştirak etməyənin məsuliyyəti var. Yəni iştirak etməyib, amma ciddi işbirliyi var. Mən yenə bir şey deyə bilmərəm. Əgər Respublika Prokurorluğu cinayət işi qaldırıbsa,hamını araşdırsın. Hətta məndən də şübhələri varsa, məni də araşdırsınlar.

- Məsələ ondadır ki, Fətullah Gülənlə bağlı sayt var və orda adlarını çəkdiyim şəxslərin yazıları dərc olunub...
- Nə saytdır?

-http://www.fgulen.com/az/ adlanır...
- İndi də varmı, Azərbaycan dilindədirmi?

- Bəli.
- Bəlkə Amerikada açıblar. Bu sayt harda qeydiyyatdan keçib, onu bilirsinizmi?

- Xeyr, bilmirəm. Hər halda cinayət işini Respublika Prokurorluğu açıb, bu qurum da araşdırmalıdır...
- Demirəm ki, siz araşdırın. İçində də məlumat varmı? Fazil Mustafa, Rəşad Məcid həmin sayta nə zaman müsahibə verib?

- Müsahibə verməyiblər, məqalələri dərc olunub.
- Nə zaman?

- 2014-cü ilin martında.
- Ona görə soruşuram ki, məlum 17 dekabr hadisələrinə qədər Fətullah Gülənin örgütüylə bağlı heç bir məlumat yox idi. Nə bilsinlər ki, belə olacaq. Rəşad müəllim ekstrasens idimi? Türkiyə dövləti 17 dekabr hadisələrindən sonra Güləni rəsmi olaraq cinayətkar şəbəkə qurmaqda ittiham etdi. Axı siz niyə Azərbaycanda ajiotaj yaradırsınız?

- Mən ajiotaj yaratmıram, sual verirəm. Soruşuram ki, Gülənlə bağlı məqalərlər yazanlar məlumdursa, niyə müxalifətçilər həbs olunmalıdır?
- Özünüz dediniz ki, Elnur Aslanovu çıxardılar.O, müxalifətçi idi?

- Çıxartmadılar, indi də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində işləyir.
- İndi çıxardıblar, o demək deyil ki, asmalıdırlar, kəsməlidirlər.

- Mən sual verirəm ki, cinayət işi niyə müxalifətçiyə açılır?
- Siz nəyə görə bu məsələni siyasiləşdirirsiniz?..
DA - yeni insan, fədakar ruh, sevgi bəstəsi, müqəddəs vəzifə

Müəllif: Zaman Azərbaycan Tarix: 01.05.2009. Kateqoriya Xəbərlər

Milli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans da təşkil olundu.
Aprelin 30-da “Gülüstan” sarayında Dialoq Avrasiya Platforması (DA) və “Dialoq Avrasiya” dərgisinin Azərbaycanda fəaliyyətinin 10-cu ilinin tamam olması münasibətilə təntənəli tədbir keçirildi. Milli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans da təşkil olundu. Konfransda Azərbaycan, Türkiyə və Rusiyanın tanınmış ictimai xadimləri, elm adamları, Milli Məclisin üzvləri, eləcə də üç səmavi dinin icma rəhbərləri iştirak ediblər.

“DA sülh və qarşılıqlı sevgiyə xidmət edən bir platformadır”

DA-nın Azərbaycan üzrə Milli Komitəsinin (MK) sədri, millət vəkili Nizami Cəfərovun sözlərinə görə, bu qurum fəaliyyətə başladığı ilk gündən bəri dünyanın bir sıra xalqlarının ziyalılarını, dialoqsevərlərini bir araya gətirib. O dedi ki, DA qarşılıqlı sevgi üzərində qurulan, xoşmərama əsaslanan bir platformadır. “Bu platforma heç bir ölkənin və təşkilatın daxili işlərinə qarışmayan, siyasi hədəfləri olmayan, insanlar arasında ədaləti və sevgini təbliğ edən, cəmiyyətlərə və dinlərə xoş münasibət bəsləyən, sülh və qarşılıqlı sevgiyə xidmət edən bir platformadır”, - deyən N. Cəfərov bildşrşb ki, DA-nın onillik tarixi mütərəqqi və insanpərvər olub.
Platformanın eyni adlı dərgisinin olduğunu deyən komitə sədri bu dərginin 2000-ci ildə keçirilən  təqdimetmə mərasimində sabiq prezident Heydər Əliyevin də iştirak etdiyini xatırlatdı. “Bu jurnal türk və rus dillərində Avrasiyanın 16 ölkəsində nəşr olunmaqdadır. Jurnalın hər sayında Avrasiyanın qəlbi olan Azərbaycanın tarixi, mədəniyyəti, təhsili, iqtisadiyyatı ilə bağlı tanınmış şəxslərin və yazıçıların məqalələri dərc olunur”, - deyə o qeyd etdi və ümumiyyətlə, Azərbaycan DA-nın işində fəal iştirak edir: “Çünki Azərbaycan mahiyyətcə bir dialoq ölkəsidir”.

“DA-nın dünya arenasına çıxa bilməsi üçün ilk dəfə ümummilli lider Heydər Əliyev yaşıl işıq yandırdı”

DA-nın Azərbaycanda məhz Heydər Əliyevin qayğısı sayəsində fəaliyyətə başladığını deyən platformanın Azərbaycan üzrə MK-nın katibi Mustafa Saatçı: “DA-nın dünya arenasına çıxa bilməsi üçün ilk dəfə ümummilli lider Heydər Əliyev yaşıl işıq yandırdı”, - söylədi. M. Saatçı ötən illər ərzində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Demokratiyaya gedən yol” və Baş nazirin müavini Elçin Əfəndiyevin “Ədəbi düşüncələr” kitablarının türk dilinə tərcümə olunaraq yayıldığını da xatırlatdı. “Ümumilikdə isə jurnalımızın işıq üzü gördüyü on il ərzində Azərbaycan ilə bağlı 110 məqalə və müsahibə dərc olunub. Platformanın toplantılarında Azərbaycanın nümayəndə heyəti fəal iştirak edib”, - o dedi.
Sonra o, Baş nazirin müavini Elçin Əfəndiyevin konfrans iştirakçılarına təbrik məktubunu oxudu.

“DA Platforması Avropa və Asiya arasında mənəvi körpüdür”

Daha sonra söz DA-nın sabiq sədri, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri Anar Rzayevə söz verildi. DA Platformasını Avropa və Asiya arasında mənəvi körpüyə bənzədən yazıçı bu qurumun və dərginin öz missiyasını şərəflə yerinə yetirdiyini vurğuladı. O, DA çərçivəsi altında Avrasiya məkanında rus və türk dillərində danışan və ya bu dilləri anlayan xalqlar arasında dialoqun qurulması üçün cəhd göstərildiyini söylədi.
Anar sözlərini Nazim Hikmətin şeiri ilə tamamladı:
“Yaşam - bir ağac təki tək və hür / Və bir orman kimi qardaşcasına. Hər bir xalqın arzusu bu misralarda öz əksini tapıb. DA-nın məqsədi və niyyəti də budur”.

“DA Heydər Əliyev və Fəthullah Gülən arasında da bir körpü qurub”

Türkiyə Akademik Araşdırmalar Vəqfinin (AAV) başqanı Əli Bayram isə çıxışının böyük hissəsini Heydər Əliyev ilə qlobal dialoq təşəbbüskarı olan Fəthullah Gülən arasındakı münasibətlərə həsr etdi. O dedi ki, DA-nın qurduğu körpülərdən biri də məhz bu iki şəxsiyyət arasında olub. “Fəthullah Gülənin Heydər Əliyevə olan rəğbətini Türkiyədə başqa heç kimdə görmədim”, - deyən AAV rəhbəri bu rəğbətin qarşılıqlı olduğunu söylədi: “Heydər Əliyevin prezident seçilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmək üçün Bakıya gəlmişdim. Onda Heydər Əliyev əlini çiynimə qoyub dedi: “Xoca Fəthullah sadəcə Türkiyənin, Azərbaycanın, Qafqazın, Avrasiyanın deyil, bütün dünyanın qəbul edəcəyi böyük şəxsiyyət olacaq. Onun adına beynəlxalq platformalarda, böyük universitetlərdə konfranslar həyata keçiriləcək, onun ideyalarına insanlar sahib çıxacaqlar. Məndən ona çox-çox salam apar”. Mən də Fəthullah Gülənin onun haqqında fikirlərini ona çatdırdım”.

“Dialoq cəmiyyətlər arasında ortaq hərəkət yolunu müəyyənləşdirməkdir”

Azərbaycan Prezidentinin Administrasiyasının (PA) İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov DA-nın aktual məkanı və mövzunu əhatə etdiyini söylədi. “Dialoq müasir dünyada insanlara və cəmiyyətlərə indiyə qədər təklif olunan ən dəyərli fəaliyyət növüdür. Ona görə də insanlar arasında ünsiyyətin ən təkmil formasını təklif edənlər məhz dialoq tərəfdarlarıdır”, - deyən Ə. Həsənov tarix boyu öz ideologiyasını zorla başqalarına qəbul etdirmək istəyənlərin uğursuzluğa düçar olduqlarını söylədi: “Dialoq cəmiyyətlər arasında ortaq hərəkət yolunu müəyyənləşdirməkdir, ortaq tolerantlıq normalarını tapıb birgə yaşayışı təmin etməkdir”. PA rəsmisi DA-nın ortaya çıxdığı ilk gündən onun ilk dəstəkləyicilərindən birinin Heydər Əliyev, eləcə də Azərbaycan dövləti olduğunu da xatırlatdı. Ə. Həsənovun fikrincə, hərtərəfli dialoqa nail olmaq üçün cəmiyyətlər, dinlər və mədəniyyətlərarası inteqrasiyanın siyasi, iqtisadi və sosial aspektlərini bütünlüklə nəzərə almaq lazımdır.

“DA yeni bir insan modelidir”

DA-nın həmsədri Harun Tokak çıxışına Heydər Əliyevin on il əvvəl dediyi sözlərlə başladı: “Hələ on il əvvəl milli lider Heydər Əliyev demişdi ki, DA əsla siyasətə girməməlidir. Bu gün də DA onun müəyyənləşdirdiyi yolda əmin şəkildə irəliləməkdədir”. O, DA-nın fəlsəfəsini də açıqladı. “DA-da kin və nifrətə yer yoxdur. DA keçmişin acı dərslərindən ibrət alıb, gələcəyin gözəlliklərinə doğru yürüyür. DA müqəddəs bir vəzifədir. Bu hamımızın vəzifəsidir və bu vəzifə təxirə salına bilməz. Biz bu işi görməsək, keçmişdə olduğu kimi, gələcəkdə də çox acılar yaşayacağıq. DA özündə sevgi ehtiva edən bir ruhdur. DA sadəcə bizim bölgəmizi deyil, bütün dünyanı aydınladacaq bir nurdur. DA yeni bir anlayışdır. DA yeni bir insan modelidir. DA irqinə, dininə, rənginə görə heç kimə düşmən olmamaqdır. Yer üzü Allahındır. DA sinaqoq, kilsə və məsciddə insanların yan-yana ibadət etmələrini təmin edən bir ruhdur. Bir kişi və bir qadının evlənməsindən bir uşaq doğulur, xalqların bir araya gəlməsindən isə insanlıq doğulur. DA həyatını başqalarına həsr edən fədakar bir ruhdur. DA içində sevgi bəstəsi olan bir mahnıdır. Bu mahnı Xəzərdən yüksəlir. İlk dəfə bir dövlət başçısı (Heydər Əliyev nəzərdə tutulur-red.) bu işə dəstək vermişdir. Bu, bir uzaqgörənlik və bəsirətdir. Dünyada hər şey siyasətlə həll olunmur. Problemlərin həlli üçün sivil fəaliyyətlərə də ehtiyac olduğunu deyən bir dövlət adamının dəstəklədiyi bir fəaliyyətdir DA”. H. Tokak çıxışını bu sözlərlə tamamladı: “Qəbul etsək də, etməsək də, dünyaya yeni bir insan modeli gəlir və bu insanın qəlbində yalnız sevgi var. DA da bu missiyanı daşıyır. Bu yolda irəliləyərkən ayağımıza tikan batır, razıyıq. Yoxsa, bu tikanlar qəlbimizə batacaq”.

İqtisadi böhran mənəvi tənəzzülün əxzidir

Sankt-Peterburqdan gələn qonaq, jurnalist Natalya Abelstva hazırda yaşanan qlobal iqtisadi böhranının əsl kökünün mənəvi tənəzzül olduğunu söylədi. “Əslində indiki vəziyyət mənəvi böhranın iqtisadiyyatdakı təzahürüdür”, - deyən rus jurnalist Fəthullah Gülənin mənəvi rəhbərliyi ilə dünyanın bir çox ölkəsində fəaliyyət göstərən liseylərin insanların bir araya gəlmələri üçün mənəvi zəmin hazırladığını vurğuladı.
Digər rusiyalı qonaq Yevgeni Dugin də dünyada yeni ideyaların daima Þərqdən gəldiyini xatırladaraq, Fəthullah Gülənin ideyalarının bu baxımdan mütərəqqi olduğunu bildirdi.

“Tolerantlıq mədəniyyətlər arasındakı oxşar tərəfləri üzə çıxarmaqdır”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov hələ də dünyada dialoq və tolerantlıq baxımından ciddi problemlərin olduğunu söylədi. O, bunu dünyada dinlərin və mədəniyyətlərin siyasiləşdirilməsi üçün ciddi cəhdlərin olması ilə əlaqələndirdi. “Tolerantlıq mədəniyyətlər arasındakı fərqlilikləri qabartmaq demək deyil, oxşar tərəfləri üzə çıxarmaqdır”, - deyən H. Orucovun fikrincə, dialoq üçün insanların ortaq dəyərlərini bir araya gətirmək lazımdır. /fgulen.com/

Zeynəb Cəfərli - Tut əlimdən

Tut əlimdən desinlər ki, arxasında dağı var,
Ocağında yanan közü, tabağında yağı var!
Ötüb keçən günlərimin qarası var, ağı var.
Tut əlimdən gedək, yarım, yorulmayaq sevgidən.
Bizə bəxtəvərdi desin haqqımızda eşidən!

Tut əlimdən birgə duyaq məhəbbətin odunu,
Tarixlərə qoşa yazaq təmiz eşqin adını.
Böyüdək biz, şövqlə dadaq, bəhrimizin dadını,
Tut əlimdən elə gedək yıxılmayaq yollarda
Yoxsa batar eşq günəşim, sənsiz gülüm solar da!

Taleyimin vaxtsız gələn yazısı sən, adı sən,
Qoyma gülsün qismətimə doğmanı sən, yadı sən!
Məzlum qalan ürəyimin kədəri sən, şadı sən.
Tut əlimdən ahəstəcə, gedək üzü günəşə
Belə qalaq, belə sevək, bir-birini həmişə!

23.09.2016

Eldar Mahmudovun müxalifətdəki şaykasının Azərbaycandakı Rusiyayönümlülərə qarşı informasiya müharibəsi

2014-cü il aprelin 28-də Azərbaycanın bir qrup siyasi partiya, vətəndaş cəmiyyəti nümayəndəsi və ziyalısı Müsavat Partiyasının mərkəzi qərargahında toplantı keçirmişdir. «Rusiya təhlükəsi»nə həsr olunmuş toplantıda Azərbaycan xalqına müraciət qəbul olunmuşdur. Müraciətdə deyilir:

«Azərbaycanın Rusiya tərəfindən 2-ci işğal günü olan 28 aprel ərəfəsində dünyada və regionda baş verən prosesləri dəyərləndirərək, bu proseslər nəticəsində Azərbaycan istiqlalı və milli təhlükəsizliyi üçün təhdidlərin kəskin şəkildə artdığından narahatlıq ifadə edərək bu müraciətlə çıxış etmək qərarına gəlinmişdir. 
 “Rus təhlükəsi” real geosiyasi hadisədir. Putin və onun Gomrük-Avrasiya İttifaqı formasında həyata keçirilən  Rusiya ekspansionizmi və Ukraynaya hərbi təcavüzü beynəlxalq təhlükəsizlik və ilk növbədə SSRİ məkanında yaranmış müstəqil dövlətlər, o cümlədən Azərbaycan Respublikasının müstəqillik və demokratik inkişafı üçün təhlükədir.
Azərbaycanı hərbi müdaxilə, federallaşma, Qarabağ problemi və analoji xarakterli digər problemlərin yaradılacağı ilə hədələmə yalnız şantaj olmayıb rus ekspansionizmi və müstəmləkəçi revanşın uğur qazanacağı halda dövlətçiliyimizin məhv edilməsini şərtləndirən perspektivdir. Azərbaycanın bu şantajlara boyun əyib Gömrük İttifaqı və Avrasiya İttifaqına qoşulması onu nəinki təhlükələrdən xilas edər, əksinə bu təhlükələri daha da dərinləşdirər.
Gömrük-Avrasiya ittifaqı Qarabağın və federallaşma adı altında digər ərazilərimizin itirilməsi, Azərbaycanın türk-islam dünyasından təcrid edilməsi, çağdaş mədəniyyətlər səviyyəsinə çatma, demokratikləşmə perspektivinin birdəfəlik və ya uzunmüddətə ləngidilməsidir.
1920-ci ildə Rusiya bütün bu əraziləri kommunizm utopiyası, bolşevik bayrağı altında işğal etmişdisə, hazırda Gomrük və Avrasiya İttifaqı ideyası SSRİ-nin bərpası olmayıb müstəmləkəçi rus imperiyasının yenidən zühuru cəhdidir. Bu günkü Rusiyada artıq kosmopolit kommunizm yox, rus şovinizmi ideologiyası hakimdir. Proletar həmrəyliyi və sinfi bərabərlik ideyaları “rusların əsrarəngiz ruhu” ideyası ilə əvəzlənmişdir. Rusiyada qeyri-ruslara qarşı açıq, gizlədilməyən  irqçi münasibət formlaşmışdır və rəsmi hakimiyyət tərəfindən himayə olunan bu proses getdikcə güclənir. Nəzərə alınmalıdır ki, müasir Rusiya bir çox ictimai-siyasi və sosial-iqtisadi inkişaf parametrlərinə görə hətta bəzi postsovet ölkələrindən, o cümlədən Azərbaycandan geri qalır. Belə bir şəraitdə Rusiyaya doğru hərəkət, Rusiyaya inteqrasiya geriyə olan hərəkətdir, faktiki olaraq unversal, ümumbəşəri və milli dəyərlərdən imtina deməkdir. Gömrük-Avrasiya İttifaqında azərbaycanlıları ikinci sort xalqa çevrilmə taleyi gözləyir.
Rus təhlükəsi Azərbaycandakı daxili ictimai- siyasi situasiyadan irəli gələn səbəblərlə qat-qat artır. Ənənvi sovet nostaljisi ölkədə aparıcı tendensiya potensialına malik olmasa da mövcud rejim və onun yeritdiyi siyasi kursdan və onun nəticələrindən- korrupsiya, kəskin sosial bərabərsizlik və ədalətsizlik, hakimiyyətin dinc seçkilərlə əvəzlənməsi və xalqın real siyasi iradəsinin siyasi hakimiyyətdə gerçəkləşməsini təmin edəcək azad seçki şəraitinin olmaması, klançılıq və avtoritar oliarxik üsulu-idarə, cəmiyyətdə məyusluğa səbəb olur, müstəqil dövlətçilik, milli kimlik şüurunu, vətəndaş ləyaqət hissini zədələyir və xarici təhlükələr qarşısında müqavimət gücünün zəifləməsinə, bəzi dairələrdə xilas yolunu xarici qüvvələrdə axtarmaq meylləri doğurur. Belə bir vəziyyət xarici güclərə xidmət edən xainlərin, kollaborasionistlərin, seperatçıların əl-qol açması üçün əlverişli şərait yaradır. 
Yaranmış situasiyada ölkədə qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsi, bunun üçün də köklü demokratik islahatların aparılması və azad ədalətli seçkilər vasitəsi ilə hakimiyyət strukturlarının formalaşdırılması milli təhlükəsizliyin zəruri məsələsinə çevrilmişdir.      
Toplantı iştirakçıları dünyada, regionda və Azərbaycanda yaranmış vəziyyəti dəyərləndirərək xalqımıza  müraciət edir:

1. Yaranmış situsiyada istər hakimiyyət, istərsə də qeyri dövlət dairələrindəki 5-ci kolon və təslimçi, kollaborasionist fəaliyyət subyektlərinə və əhval- ruhiyyəyə qarşı açıq və prinsipial  ideoloji, psixoloji, informasyon, hüquqi savaş aparılmalıdır. Ölkədə Rusiya vətəndaş pasportları paylamaq şəklində təxribatçı əməliyyatların aparılması haqqında faktlara ciddi yanaşılmalı və potensial təhlükənin neytrallaşdırılması üçün zəruri tədbirlər görülməlidir. Rus təhlükəsinin tarixən müstəqilliyimizə və ərazi bütövlüyümüzə vurduğu ziyanlara dair ictimai məlumatlandırma, bu istiqamətdə vətəndaş cəmiyyəti və medianın iştirakı ilə siyasi müzakirələr genişləndirilməlidir.
2. Mövcud xarici təhlükəyə və daxili xəyanət meyllərinə qarşı ümumxalq müqavimətinin təşkili məqsədi ilə ilk addımlardan biri olaraq siyasi mənsubiyyət, meyl və simpatiyalardan asılı olmayaraq Rusiya təhlükəsi reallığını qəbul edən qüvvələrin konsolidasiya platforması (Milli Böhran Masası, Ümummilli Müqavimət Hərəkatı və s. formalarda) yaradılmalıdır. 
3. Milli konsiolidasiya milli barışıq və daxili siyasi qarşıdurmaların mümkün olan bütün sahələrdə yumşaldılmasını tələb edir. Bunun üçün böyük siyasi amnistiyanın elan edilməsi, bütün siyasi məhbusların dərhal və şərtsiz azad edilməsi məsələsi həll edilməlidir. Sosial bərabərsizliyin aradan qaldırılması üçün sistemli və davamlı islahatlar işlənib hazırlanmalı və tətbiq edilməlidir.
4. Mövcud hakimiyyət öz legitimlik və ictimai etimad dərəcəsini yüksəltmək niyyətindədirsə, bu məqsədlə köklü demokratik dəyişiliklərə getməli, ilk növbədə azad ədalətli seçkilər həyata keçirilməsi şəraiti yaratmalıdır. Vaxtılə ictimai-siyasi qüvvələrin hazırladığı, hakimiyyətə və cəmiyyətə iki il əvvəl təqdim edilmiş  “Azərbaycanda Demokratiyaya keçidin Yol Xəritəsi” yeni şərtlərə görə nəzərdən keçirilməklə islahatlar proqramının hazılanması üçün baza sənədi kimi əsas götürülə bilər.
5. Geosiyasi orientirlər konkretləşməli və müəyyənləşməli, Azərbaycanın avroatlantik inteqrasiyası istiqamətində konkret addımlar atılmalı, beynəlxalq aləmdə rus ekspansionizminə qarşı çıxan qüvvələrlə, dövlət və qeyri dövlət subyektləri ilə təmaslar və əlaqələr intensivləşdirilməli, Rusiya təcavüzünün obyekti olan GUAM (Ukrayna, Gürcüstan, Moldova) və digər ölkələrlə birlik və həmrəylik gücləndirilməlidir.
6. Türk dünyası ilə əlaqələrin güclənməsinə diqqət artırılmalıdır. Azərbaycan Türkiyə ilə xarici təcavüzə qarşı qarşılıqlı hərbi yardım haqqında müqavilə məsələsi nəhayət həll edilməlidir.
7. Azərbaycan hakimiyyətindən tələb edilməlidir ki, xalqlar arasında sülhün qorunması və təcavüzlərin önlənməsi üçün beynəlxalq təhlükəsizlik sistemi və beynəlxalq hüququn təkmilləşdirilməsi istiqamətində səyləri daha qətiyyətlə müdafiə etsin, o cümlədən BMT Təhlükəsizlik Şurasında veto hüququnun, ATƏT-də konsensus qaydasının ləğv edilib qərarların səs çoxluğu qaydası ilə əvəzlənməsi təşəbbüslərini dəstəkləsin. /musavat.com/

Bakı, 28 aprel 2014-cü il»


Azərbaycan Demokrat Partiyası Rus təhlükəsi barədə bəyanat verdi

“Son vaxtlar rus imperiyasının bərpası istiqamətində Rusiya siyasi dairələrinin hərbi, siyasi, diplomatik və təbliğati səyləri güclənib. Xüsusən keçmiş SSRİ respublikaları ərazisində rus imperiyasının bərpasına yardım edəcək qüvvələrin formalaşdırılması və ictimai rəyin hazırlanması prosesi gedir.”
Azərbaycan Demokrat Partiyasının (ADP) yaydığı bəyanatda belə deyilir. Sənəddə daha sonra bildirilir:
“Valideynləri keçmiş SSRİ-də yaşamış insanlara asanlaşdırılmış qaydada Rusiya vətəndaşlığının verilməsi, eləcə də çar Rusiyasında imperiyanın mənafeləri uğrunda xarici qüvvələrlə mübarizədə xüsusi xidməti olan aşağı çinli döyüşçülər üçün təsis edilmiş, SSRİ dönəmində qüvvədən salınmış və 2005-ci ildə Moskvada millətçi qüvvələr tərəfindən “ikinci dünya müharibəsi veteranlarına qayğı” adı altında yenidən gündəmə gətirilmiş “Qeorqiyev lenti”nin paylanması kampaniyası həyata keçirilir.
“Qeorqiyev lenti” artıq bu gün Rusiyanın şovinist, “velikorus” və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların, ictimai xadimlərin, o cümlədən Ukraynada Avropaya inteqrasiyanı müdafiə edən meydan hərəkatının əleyhdarı olan “anti meydan” hərəkatının nümayəndələrinin, Avropaya inteqrasiya tərəfdarlarına divan tutan “Berkut”un və Şərqi Ukrayna seperatistlərinin simvolikası kimi istifadə olunur.
Son günlər Azərbaycanda Rusiya səfirliyi və Rusiya diasporunun fəal iştirakı ilə bu lentin paylanması kapaniyası başlanıb. “İrəli” gənclər təşkilatı 9 mayda “Qeorqiyev lenti”nin Azərbaycanda paylanması ilə bağlı kampaniyanı öz üzərinə götürməyi bəyan edib.
ADP Azərbaycan üçün xarici təhlükə risklərinin artdığı vəziyyətdə bu lentin paylanmasını Rusiyanın hakim dairələrinin işğalçı siyasətinə dəstək, Azərbaycanın suverenliyi və müstəqilliyinə hörmətsizlik kimi dəyərləndirir, hüquq mühafizə orqanlarını dövlətlətçiliklə bir araya sığmayan və milli maraqlarımıza zidd olan bu kampaniyanın qarşısını almağa və bu kampaniyanı təşkil edənlər barədə qanuni ölçü götürməyə çağırır”. /azpolitika.info/


“Rus təhlükəsi” xilas kəməri kimi

Azər Rəşidoğlu

Rusiyanın Krımı işğal etməsi dünyada yeni dəngələr yaratdı. Vaşinqton-Moskva qarşıdurmasının necə başa çatacağından müəyyən mənada Azərbaycanın da taleyi asılıdır. Bir çox araşdırmaçılar əmindirlər ki, Rusiya bir imperiya kimi dağılmasa, bölgədə demokratik dəyişikliklər ola bilməz. Odur ki, hamı maraqla bu savaşın sonunu gözləyir. Elə Azərbaycanda da siyasi qüvvələr ABŞ-Rusiya qarşıdurmasının nə ilə başa çatacağını müşahidə edirlər. Belə gözləntini şübhəsiz anlamaq mümkündür. Lakin “rus işğalı” qorxusu tam passiv gözləmə mövqeyinə keçməyə də səbəb olmamalıdır. Son günlər ölkədə elə proseslər baş verib ki, bütün bunlara tutarlı təpki göstərilməsə, sonu acınacaqlı ola bilər. NİDA-çıların məhkəmə prosesi, jurnalist Rauf Mirqədirovun ağır ittihamla həbs olunması deyilənlərə bir sübutdur. Hakimiyyət Vaşinqton-Moskva qarşıdurmasından məharətlə istifadə edir. Həm siyasi rəqiblərini zərərsizləşdirir, həm də ölkədəki korrupsiyanın miqyasını yüksəldir. ABŞ və Rusiya arasında yaşanan “soyuq savaş” Azərbaycan hakimiyyətinə sanki vaxt qazandırdı. Vaxt isə gözləmir. Bu savaşın nə zaman bitəcəyi də hələ bəlli deyil. Odur ki, təcili addımlar atmaq lazım gəlir. Əks təqdirdə, hakimiyyət demokratik təsisatların son adacıqlarını da məhv edə bilər. Hakimiyyət ideoloqları hesab edirlər ki, yaranmış vəziyyətdə Qərb Azərbaycana “daha çox demokratiya” tələbində bulunmayacaq. Qərb siyasi dairələri Azərbaycanın Rusiyaya doğru reverans edəcəyindən ehtiyat edirlər. Odur ki, rəsmi Bakı bundan istifadə edir və demokratiyanı daha çox boğur. Ən maraqlısı isə odur ki, son vaxtlar hakimiyyətin təqibinə məruz qalanların əksəriyyəti qərbyönümlü ictimai xadimlərdir. İki super güc arasındakı “soyuq savaş”dan istifadə edən rəsmi Bakı hakimiyyəti üçün təhlükə törədən qərbyönümlü ictimai və siyasi xadimləri zərərsizləşdirir. Burada bir incə detala da diqqət yetirmək lazım gəlir. Azərbaycan hakimiyyəti “açıq qapı” siyasəti yeritsə də, əslində Rusiyanın maraq və mənafelərinin təminatçısı qismində çıxış edir. Bu isə artıq müstəqillik ideyasının özünə təhlükə törədir. Prinsipcə, Rusiya ilə əməkdaşlıq hakimiyyətə daha çox sərf edə bilərdi. Kremlin əlində “demokratiya dəyənəyi” mövcud deyil. Bakı Kremlin tələblərinə boyun əyəcəyi təqdirdə, ölkədə istədiyi idarəetməni həyata keçirə bilər. Qərblə əməkdaşlıq isə cəmiyyətin demokratikləşməsini vacib edir. Bu baxımdan, iqtidar üçün Moskva daha cəlbedicidir. Lakin zəngin neft və qaz yataqları Qərblə əməkdaşlığı zəruri edir. Bu, böyük siyasətdən daha çox bir biznes marağıdır. Elə yalnız “enerjidaşıyıcıları” amili Azərbaycan diplomatiyasının Qərbə üz tutacağını daha çox ehtimal etməyə əsas verir. Lakin Azərbaycanın hakimiyyət dəhlizlərində kifayət qədər “beşinci kolon” nümayəndələri təmsil olunub. Azərbaycanın Qərblə münasibətlərini korlamağa hamıdan çox onlar səy göstərirlər. Hakimiyyəti qərbyönümlü siyasətçilərdən təmizləməyi də məhz onlar qarşılarına məqsəd qoyublar. Bu isə başqa bir məqalənin mövzusudur... /musavat.com/