29.12.2016

Palanı kötəkləmək

Müttəqi Bərməki

Bu şəkli “Ruhani əlləri müsəlman qanına bulaşmıış Sarkisyanla görüşür, İraqa, Suriyaya kömək edən İran niyə bizə kömək etmir” deyən qıcqırmış təfəkkürlü insanlar üçün paylaşıram..
İran prezidentləri 3-4 ildən bir Ermənistan prezidentləri ilə görüşürsə, sənin prezidentin hər il Ermənistan prezidenti ilə görüşür, xizək surur, şaxmat oynayır, stəkan stəkana vurub vodka icir... İranı qınamağa nə haqqın?
Əgər sənin evini kimsə zəbt edibsə və ailən təcavüz təhlükəsindədirsə, ona gücün çatmırsa, o şərəfsizi öldürməkdən ötrü qonşunu da köməyə çağırmırsansa, hətta qonşunun sənə etdiyi kömək təklifini də rədd edirsənsə, deməli burda 1 məqsəd var: özün bu vəziyyəti arzulayırsan- bu vəziyyətlə razısan. Odur ki bu biabırçılığa görə qonşunu deyil, özünü təqsirkar bilməlisən.
Suriya hökuməti İranı rəsmi şəkildə dəvət edib ki, onun torpaqlarını terrorçulardan təmizləsin. Eynilə Rusiyanı da dəvət etdiyi kimi. Vaxt ilə Qarabağ müharibəsi zamaını İran hərbi və humanitar yardım etmişdi... Sonradan isə Azərbaycan İranın göndərdiyi hərbi yardımı və hərbiçiləri İsrailin tapşırığı ilə geri qaytardı! İndinin özündə də razı deyil İran Azərbaycana müharibədə hərbi yardım göstərsin. Sənin hökumətin əvəzində Türkiyənin cındır təyyarələrini dəvət edir və onlarla hərbi manevr keçirir.
Arifə bir işarədə bəs edər, amma nadana Quran oxusan da anlayan deyil. Odur ki onun özü dilində danışmaq lazımdır.
İndi isə İran, Ermənistan və Azərbaycan münasibətləri müqayisə ilə. İran Ermənistanla qonşuluq əlaqələrini saxlayır və düz edir. Bilirsən niyə? Çünki:
- Ermənilər səni kimi, İranın çörəyini yeyib "sağ ol" əvəzinə - "İran niyə belə etdi?" demirlər. 
- Ermənilər öz ərazilərində nə ABŞ-a, nə də İsrailə İrana qarşı fəaliyyət aparmalarına icazə vermirlər.
- Ermənilər ingilisləri öz gəmilərinə əyləşdirib İranın ərazilərindən neft oğurlamağa gəlmirlər.
- Ermənilər trotskist bolşeviklərin irəli sürdüyü "Cənubi Azərbaycan" adlı axmaq ideyanı əsas götürüb İrana qarşı ərazi iddiası etmirlər.
- Ermənilər öz ərazilərində anasının əmcəyini kəsənlər və haramzadələrdən ibarət sionist dalını yalayanlar qrupuna "GünAz" adlı İrana qarşı düşmənçilik edən separeatçı TV açmaq icazəsi vermirlər.
- Ermənilər İrana yalvarırlar ki, gəl bizim ölkədəki nəhəng proyeklərdə iştirak elə. Azərbaycan isə İranın qulağının dibində "Əsrin müqaviləsi" adlı Azərbaycanı eşşək yerinə qoyan kontrakt bağlayır, amma İrana demir ki, sənin ərazilərində neft çıxarırıq, gəl sən də iştirak elə. Və s.
P.S. Bakıda 30 min erməninin yaşadığı halda, sənin dövlətinin başında ermənidən əmələ gələnlər, arvadı erməni olanlar, erməni ilə kabab yeyib xizək sürənlər oturduğu halda İrana qarşı cuşa gəlmək- "eşşəyə gücü çatmayıb palanı kötəkləmək" deməkdir.
P.P.S. Əgər öz evin şüşüədəndirsə başqasının evinə daş atma!..

27.12.2016

Əfrahim Hüseynli - Dünyayla söhbət

BABAM DA YARIMÇIQ ÖMÜR YAŞADI

Gündüzün ömürü quruba qədər.
gecənin ömrü də bitməmiş qalır.
yarımçıq qalıbdı
neçə şeirlər,
nəğmələr...
Babam da yarımçıq ömür yaşadı,
atamı nəvə-nəticəli,
məni oğul-uşaqlı görmək istədi...
ürəyində nə qədər arzu daşıdı!..
birini gördü, birinisə yox. 
Arzuladıqlarından başqa 
heç nə yadına düşmürdü.
birini görüb birini görməsə də,
gözü tox idi, gözü tox.
dərd çəkirdi, filankəs, filakəs... nə yaşadı ki?-
bütün ömrü boyu dərd daşıdı ki...
Babam da yarımçıq ömür yaşadı,
papirosların ən ucuzunu çəkdi,
çox vaxt atamın nimdaş paltarını geyindi.
bu nimdaş paltarlarda 
dünyanın ən xoşbəxti idi...
özü də deyirdi.
Qohum-qonşu dərdindən də uzaq ola bilmədi
ölumun qaçılmaqzlığı kimi.
ömrü-günü belə idi,
əlindəki tikəsini də bölə bilirdi.
...Əllərim uzun olmadı,
ona hər şeyin yaxşısını,
təzəsini ala bilmədim.
...Elə bil hər şey yuxuydu...
babamın yarımçıq ömrü
arzumu ürəyimdə qoydu.
babamsız bacım, qardaşım
yaşa doldular.
babamsız baba oldum,
babamsız böyüdü nəvələrim,
babamsız məktəbli oldular...
Yaddaşımdan slinmir ki, silinmir;
çiynində çox yük daşıdı
düz yüz il ömür sürsə də,
babam da yarımçıq ömür yaşadı...

SONU ÇATIR BİR DASTANIN, NƏ YAZAQ

Kim deyirdi mənzil uzaq, yol uzaq?
Sonu çatır bir dastanın, nə yazaq?..
Heç bilməzdim ömrü gün-gün uduzaq,
Qayalara yoldaş imiş bir il də.
 
Çox aradım bir gümanı mən nahaq,
Uzaq düşdü əvəzində məndən haqq?!
Gecəsindən çıxmaq olmur üzüağ,
Günü, ayı dağ-daş imiş bir il də.
 
Bir mətləbə qaldısa da bir addım...
Bəxtə düşən yazı bilib yaşadım.
Gecəsini, gündüzünü sınadım,
Çovğun-boran, qar-qış imiş bir il də.
 
Günlərimi bir-bir içib bir yuxu,
Yaddaşıma gün-gün köçüb bir yuxu,
Bu ömürdən gün-gün keçib bir yuxu...
Uzaq düşən bir yuxuymuş bir il də.
 
Uca Tanrım, boş qalmadı əlim də,
Zeynəb - Zəhram yapışıbdı əlimdən;
Baba, düşsün giley-güzar dilindən!..
Necə deyim qəlbidaşmış bir il də?

BU KƏNDİN ADAMI BELƏ DEYİLDI

Bu kəndin adamı belə deyildi, - 
Ayırmaq çətindi ağı qaradan. 
Əyildi dümbədüz yollar, əyildi,
Beləmi yazmışdı bizi yaradan. 

Hanı o xoş günlər, o muştuluqçu?
Uyuyur uzaqda Gülüstan xala. 
Hanı Dərgah kişi, kəhər atını 
Çapa kənd yolunda, çapa dördnala.

Ağamalı dayı görünə gözə,
Yandıra siqaret əllərimizi... 
Bu kəndin böyüyü, kiçiyi kimdi? 
Qarışıq salmışıq öz yerimizi. 

Yerişi, duruşu nəsihət idi 
Mənim Bəbir babam, Balabəy dayım. 
Böldülər, böldülər el-oba ilə 
Ömür günlərinə yazılan payı. 

Bəlkə hamı bilmir babalarımız 
Nəcəfqulu bəydi, mərd Alıbəydi?.. 
Çətinə düşəntək baxıb görürsən 
Nökər oğlu nökər, bəy oğlu bəydi. 

Bizi imtahana çəkdi bu dünya, 
Gör dərdi çəkən kim, sevinc tapan kim. 
Torpağın altında yatır ərənlər, 
Üstündə atını indi çapan kim.

Anam bişirdiyi isti çörəyin 
Beşi bizim idi, beşi qonşunun. 
Kim saldı görəsən çəpəri dəbə, 
Itdi şirinliyi kişi qonşunun. 

Bu kəndin səsini duya bilməyən 
Bu elə hay-harayda varı axtarır. 
Sel yuyub aparıb əkilənləri, 
Yatan yuxusunda barı axtarır. 

Bulud arxasınca bulud gətirir, 
Açılmaz görünür gecəsi belə. 
Sağında, solunda tikan bitirir 
O doğma cığırı, küçəsi belə. 

DÜNYAYLA SÖHBƏTİMDƏN

Dünya, düz söyləyim mən,
Deyirdilər şirinsən... 
Nə çoxmuş umub-küsən,
Daş olub - daşa dönən
Ürəyini qınadıq. 

Körpülər kəsən də biz, 
Yolda zülmət, çən də biz, 
Günah gördük səndə biz,
Küləyini... qınadıq. 

Dərdin var qaçılmayan,
Çox oldu ulduz sayan.
Səhəri açılmayan 
Hər gününü qınadıq. 

Yol göstər, tapım güman,
Torpağı yudu leysan,
Baharda açılmayan 
Çiçəyini qınadıq. 

Ömür-gün qoymuşuq biz, 
«Şirin»dən doymuşuq biz. 
Yüz ağrı duymuşuq biz, 
Köynəyini qınadıq.

Gördük ki, qışlı yoldu,
Mərd yolu daşlı yoldu...
Namərdə yaxın oldu,
Çörəyini qınadıq.

Arzuya yol, yön nədi?
Yollar bizə dönmədi.
Yaxşı, pis ələnmədi,
Ələyini qınadıq.

26.12.2016

Türkiyədə 1 həftədə mindən çox gülənçi tutuldu

Təhlükəsizlik qüvvələri 220 terror əleyhinə əməliyyat keçirib. İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə hökuməti ötən həftə 1096 nəfəri tutub. Onlar FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinirlər. Onlardan 426-sı həbs edilib. Bu haqda məlumatı Türkiyə DİN-dən veriblər.
Dekabr ayının 19-dan 26-nadək Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən 1096 nəfər tutulub. Onlardan 426-sı həbs edilib. PKK tərəfdarlarına qarşı olan əməliyyatlarda isə 508 nəfər tutulub, onlardan da 78-i həbs edilib. Bu şəxslər isə PKK terror təşkilatına dəstək verməkdə şübhəli bilinirlər.
İŞİD-lə əlaqəli olmaqda şübhəli bilinən 78 nəfər də saxlanılıb ki, onlardan da 12 həbs edilib.
Qeyd edilir ki, Türkiyə təhlükəsizlik qüvvələri həftə ərzində 220 terror əleyhinə əməliyyat keçirib. Əməliyyatlar zamanı 4 terrorçu məhv edilib, 5-i isə zərərsizləşdirilib.
1960 qeyri-qanuni miqrant tutulub. Onlardan 419-u dənizdə tutulub. Miqrantların qeyri-qanuni daşınması ilə məşğul olan 29 təşkilatçı tutulub. Onlardan da 12 həbs edilib.

Yeddi yaşlı qızını kamikadze kimi ölümə göndərən terrorçu məhv edildi

Bir müddət öncə "Nusra cəbhəsi" terror qruplaşmasının üzvlərindən birinin 7 yaşlı qızına bomba bağlayaraq terror aktında istifadə etməsini əks etdirən video yayılmışdı. İslamazeri.az xəbər verirki, bu şəxslə bağlı təfərrüatlar məlum olub. Bir həftə öncə Şamın Midan məhəlləsində polis idarəsində qızının üzərindəki partlayıcı işə salmaqla 3 nəfərin yaralanmasına səbəb olan şəxs Əbu Nimr ləqəbli Əbdürrəhman Şəddaddır. O Şamın Ruknəddin məhəlləsində dünyaya gəlib və vəhhabiliyi qəbul edib. Sednaya həbsxanasında vəhhabi "Cunduş Şam" qruplaşmasına üzv olma ittihamı ilə bir neçə il həbsdə olub. Həbsdən çıxan Əbdürrəhman islah olmaq əvəzinə terror qruplaşmaları ilə sıx əlaqəyə keçir.  Bundan sonra o "Əl Qaidə"yə bağlı qruplaşmalarda  terror aktları və terror əməliyyatlarında iştirak edir. Terror aktlarından birini öz məhəlləsi Ruknəddində həyata keçirir. O siyasi təhlükəsizlik binasında həyata keçirilən terror aktında əli olduğuna görə axtarışa verildiyinə görə  Şamın Bərzə bölgəsinə qaçır. Qara işlər görən bu qaniçən cani dünən öz dostları tərəfindən məhv edilib.
"Nusra cəbhəsi"nin üzvləri sosial şəbəkələr vasitəsilə bildiriblər ki, bu şəxs dünən Şamın Teşrin bölgəsində "Nusra cəbhəsi"nin digər terrorçuları tərəfindən öldürülüb.

İŞİD-in mühasirəsinə düşən oğulun anasıyla son yazışması

Faktxeber.com-un verdiyi məlumata görə, İraq ordusu bir neçə ay öncə İŞİD terrorçuları tərəfindən ələ keçirilən Rəmadi şəhərini geri almaq ərəfəsindədir. Şəhərin 70 faizini geri alan ordu və könüllü qüvvələr ilə İŞİD-çilər arasında qızğın döyüşlər getməkdədir.
Bu arada Rəmadi şəhərində döyüşlərdə iştirak edən əsgərlərdən birinin anası ilə son yazışması sosial şəbəkələrdə geniş marağa səbəb olub. Əsgər İŞİD mühasirəsinə düşdükdən sonra anasına belə yazıb: “Ana, biz hazırda Rəmadidə mühasirəyə düşmüşük. Gülləmiz də qurtarıb. Bir saatdan sonra əlaqə saxlamasam, məni halal et. Zeynəb və Səccaddan da muğayat ol”.
Ana isə oğlunun cavabında belə yazıb: “Allah sənə yar olsun. Onları (Zeynəb və Səccadı) gözlərim üstə saxlayacağam, sən narahat qalma. Şəhadətin sənə nuş olsun”.

Deputat Astan Şahverdiyev: Rusiyaya gedənlər bizim cəmiyyətin “otxodları”dır

Dekabrın 24-də bir qrup rəsmi Biləsuvarda məskunlaşan məcburi köçkünlərlə görüşüb. Görüşə “Azərişıq” ASC-nin müavinləri, Cəbrayil rayon icra hakimiyyətinin başçısı və 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev qatılıb. Millət vəkilinin AzadlıqRadiosuna verdiyi bilgiyə görə, tərəflər razılığa gəliblər.
“Problem həll olunub. Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb. Mən gəldim yerində araşdırdım məsələni. “Azərişıq”-ın müavinləri, Cəbrayılın icra başçısı da burda idi. Danışıb konsensusa gəldik. Məcburi köçkünlərə güzəştlər olacaq. Borc silinəcək. Təzə məsələlər qaldırmışıq. Camaatın kerosinlə təmin edilməsini istədik. Bu, evlərın qızdırılmasından ötrü lazımdır. Bu qış çox sərt qışdır. Əhaliyə kömək etmək lazımdır. Bu rayonun ətraf kəndləri də hələ qazlaşdırılmayıb, ona görə birdən-birə, birbaşa… Qazlaşdırma o kəndlərdən başlanmalıdır. Azərbaycanda məcburi köçkünlərin yaşadığı hər yer qazlaşdırılıb, bir bura qalıb. Burda əhalinin də günahı var. Ayda adambaşına limit qoyulub. Bunlar da limiti keçirlər. Limiti də keçəndə aydındır ki, dövlətin pulu ödənməlidir. Burda hakimiyyətin günahı yoxdur. Günah əhalidədir. Bu gün konsensusa gəldik. “Azərişıq”ın müavinləri gəlmişdi. Orda uzun söhbətlər getdi, qərara gəlindi ki, insanlar işıqsız qalmamalıdır. Burda 11 qəsəbə var, 22 min də əhali. Onların istilik mənbəyi işıqdır.”
-Bir də dediniz ki, bir qrup nəşəli, içkili adam etirazlara qalxıb…
-Mən nəşəli deməzdim, onların içində sərxoşlar da var, cəmiyyətin tör-töküntüsü də. Azərbaycan cəmiyyəti haqda Rusiyada çox pis fikir formalaşıb, səbəbi bilirsiniz nədir? Mən bunun səbəbini araşdırmışam. Rusiyaya gedənlər kimlərdir? Bizim cəmiyyətin “otxodları”dır. Gedib bazarda işləyənlər. İndi burda baş qaldıranlar da… Hər yerdə belə tör-töküntülər var. Amma bütünlükdə cəbrayıllılar, burda 11 qəsəbədə yaşayan 22 min cəbrayıllı dövlətə, dövlətçiliyə sadiq insanlardır, prezidentə sadiq insanlardır. Prezidentin sosial dayağı əsas bu insanlardır.
-Bəs etirazlar zamanı saxlanılanlarla maraqlandınızmı? Onların aqibəti necə olacaq?
-O saxlanılanlar ən “yarıy” (ruscadan tərcümədə “azğın”, “qudurğan” deməkdir – red.) adamlardır, mən bir az rus təhsilliyəm, Azərbaycan dilində qarşılığını tapa bilmirəm. Bunlar həddən artıq aktivdirlər bu işlərdə, cəmiyyəti dövlətçiliyə qarşı çağırıblar. Bu adamlar saxlanılıblar. Onlarla bağlı qaldırılan iş davam edəcək. Dövlətə qarşı şüarlarla çıxış edənlər öz cəzalarını alacaqlar. Dövlətə, dövlətçiliyə qarşı çıxış etmək olmaz. Azərbaycan cəmiyyətinin qüvvəsi bilirsiniz nədədir? Dövlətə xidmət etməkdə.
-Etirazçılar arasında yaralanan olubmu? Rəsmi məlumatda ancaq polislərin yaralandığı bildirilir.
-Olub. Amma əksər zərərçəkən, yaralananlar polislərdir. Mən bura gəldim nələr gördüm. Azğınlaşmış kütlə bir polis postunu keçib, iki polis postunu keçib… Onların içində hər cür adam olub.
Qeyd edək ki, dekabrın 22-də axşam saatlarında Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsinə etiraz ediblər. Əraziyə polis qüvvələri cəlb olunub.
Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı bildirilir.
Aksiyada fəallıq edən şəxslər saxlanıblar, onlar barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi-ndə Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri əsasında cinayət işi açılıb. /faktor.az/

Ləbbeyk Ya Huseyn!

«Amerikalılar bizdən "Ya Huseyn" sözünü eşidiblər. Amma hələ mənasını bilmirlər. Uşağının döyüş meydanında başı kəsilirsə, anası onu aparar evə, üzündən qanı və torpağı silər və deyər: Allah sənin üzünü ağ etsin. Və ya bir bacı və ya bir ana, və ya bir həyat yoldaşı öz qardaşlarını, oğullarını, ərlərini döyüşə göndərəndə şəhid qiyafəsi geyindirər və şəhadətə yola salar. Bununla fəxr edər ki, Xanım Zəhraya hədiyyə göndərir. Budur "Ya Huseyn" kəlməsinin mənası. Və bunu bütün dünya müsəlmanları bilsin. Bizə harda ehtiyac olsa, biz orda olacağıq. Amma təkcə kəfənlə gəlməyəcəyik. Kəfənimizlə birlikdə silahımızla gələcəyik. Ən sonda da bunu deyəcəyik: Ləbbeyk Ya Huseyn!»
Seyyid Həsən Nəsrallah

ÇOVDAROV GİZLİ AGENTİN ADINI AÇIQLADI – “Məcbur edirsiniz ki, belə şeyləri deyim”

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.
İclasın birinci hissəsi cəmi yarım saat sürdü. Saat 10-a təyin olunmuş proses 1 saat 45 dəqiqəlik gecikmə ilə başladı və bu dəfə iclasın başlamasına nəinki vəkillər və təqsirləndirilənlər, həm də məhkəmə heyəti gecikdi.
Cinayət işinin Şahmar Qurbanovun şikayəti əsasında baxılan epizoduna artıq yekun vurulsa da, Akif Çovdarovun vəkillərinin Vergilər Nazirliyindən zərərçəkmişin qazancı və ödənişləri ilə əlaqədar sorğularına aldıqları cavabları aydınlaşdırmaq üçün bu gün yenidən həmin məsələyə qayıtdılar.
Xatırladaq ki, Şahmar Qurbanov Akif Çovdarovun ondan 500 min dollar pul və 280 min dollarlıq qiymətli daşlar aldığını iddia edir. Bu qədər pulu toplamaq üçün zərərçəkmiş direktoru işlədiyi “Riyad Prodakşn” MMC-nin zərgərlik sexini, avtomobillərini və mənzilini satıb, müflisləşdikdən sonra yenicə evləndiyi həyat yoldaşından boşanıb, Türkiyəyə qaçmağa məcbur olub.
Çovdarovun vəkilləri sorğularına aldıqları cavablarda müəyyən ediblər ki, 2007-ci ildə zərgərlik sexini Şahmar Qurbanov, özünün dediyi kimi, 470 min dollara deyil, iki hissədən ibarət olmaqla cəmi 100 min manata yaxın məbləğə satıb. Eyni zamanda, vergi orqanlarının məlumatına görə, “Riyad Prodakşn” MMC heç vaxt qeydiyyatda olmayıb.
Bütün bu deyilənlərə cavab olaraq Şahmar Qurbanov bildirdi ki, istənilən vaxt bütün sənədləri təqdim edə bilər: “Hansı sənəd lazımdırsa, gətirə bilərəm. Vergimi də vermişəm, lisenziyam da olub. O ki qaldı sexin satış qiymətinə, onu rüsumu az ödmək üçün az göstərmişdilər. Bir də mən anlamıram, bura vergi idarəsidir? Hər şeyimi əlimdən alıblar, hələ məndən sənəd də istəyirlər”.
Hakim Şahmar Qurbanovdan növbəti iclasda vəkillərin maraqlandıqları sənədləri təqdim etməsini istədi.
Bundan sonra müzakirə olunan işlə bağlı Akif Çovdarovun fikri öyrənildi. General vəkilləri ilə məsləhətləşirmiş kimi, göz-gözə gəldi.
Vəkil Şahin Rəfiyev: “Akif müəllim, sonra, axırda danışarsınız” deyəndən sonra general vəkilinin sözünü təkrarladı.
Dövlət ittihamçısı Akif Çovdarovun ötən dəfə söz verdiyi kimi, “Metak” MMC epizodu üzrə ifadə verməsini istədi. Təqsirləndirilən çıxışa hazır olduğunu bildirdi.
Plastik boru istehsalı ilə məşğul olan “METAK” MMC-nin üç vəzifəli şəxsinin təqsirləndirilən Akif Əliyevə qarşı şikayətinə bir müddət öncə baxılmışdı.
Zərərçəkmiş, şirkətin maliyyə direktoru Fuad Zülfüqarov ifadəsində demişdi ki, 2015-ci ilin fevral ayında onun telefonuna MTN-dən zəng daxil olub. Zəng edən şəxs MMC-nin fəaliyyəti ilə bağlı məsələnin araşdırılması üçün onun xüsusi xidmət orqanına təşrif buyurmasının zəruri olmasını bildirib.
F.Zülfüqarov qeyd etmişdi ki, MTN-in nəzarət-buraxılış məntəqəsinə getdikdən sonra onu düz 10 saat sorğu-sual ediblər və təzyiqlər göstəriblər. Səbəb isə belə izah olunub: “Qazanırsınız, bizi görmürsünüz”. Xeyli dindirmədən sonra idarə rəisi Akif Əliyev zərərçəkmişi başa salıb ki, “söhbəti” 50 min manat gətirməklə bağlamaq mümkündür.
Şirkətin təsisçisi ilə məsləhətləşdikdən sonra maliyyə direktoru Fuad Zülfüqarov 10 min manatı Akif Əliyevə verib və “söhbət” doğrudan da bağlanıb. Hətta sonradan şirkətin əməkdaşı ilə MTN-də idarə rəisi işləmiş Akif Əliyev arasında mehriban münasibət yaranıb və yaranmış bir sıra problemlərlə bağlı “METAK” MMC-nin rəhbər şəxslərindən biri onunla dəfələrlə əlaqə saxlayaraq görüşüb. Keçmiş MTN-lə bağlı həmin iş hələlik istintaq mərhələsindədir və bu məhkəmə baxışının predmeti deyil.
“Metak” MMC işi ilə bağlı Akif Çovdarov ifadə verdi. Onun sözlərinə görə, MTN-ə bu şirkətin ofşor hesablarına külli miqdarda pul köçürməsi barədə məlumat daxil olmuşdu. “Şirkətin əməkdaşını dəvət etdik və o, bizə MMC-nin rəhbərliyi barədə məlumat verdi. Ad çəkmək istəmirəm, aləm qarışar bir-birinə. Bu məlumatı nazirliyin rəhbərliyinə çatdırdım. Təxminən 1 saatdan sonra mənə bildirildi ki, işi dayandırım və həmin məsələ ilə bağlı araşdırmanı yekunlaşdırım”,- A.Çovdarov bildirdi.
A.Çovdarov konkret adlar çəkmək istəməməsinin səbəbini də açıqladı: “Bilirsiniz, elə şeylər var ki, onlar demək olmur. Mən indi burda ad çəksəm, iki dəqiqədən sonra Eynulla Fətuillayev bunu yazacaq. Olmaz belə şeyləri demək. Qapalı bir görüş təşkil edin, mən olum, iki prokuror və üç hakim, hər şeyi olduğu kimi danışım”.
Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov bildirdi ki, məhkəmə prosesinin dövlət sirlərinin açıla biləcəyi bəzi hissələri qapalı keçiriləcək, lakin qanuna görə, zərərçəkmişlərin baş verənlərdən xəbərdar olmasını məhdudlaşdırmaq olmaz. Buna görə də, belə “dar çərçivədə” görüş və araşdırma mümkün deyil.
Akif Çovdarov ifadəsini davam etdirdi: “Gəlin sizə bir hadisə danışım, kefiniz açılsın. “Nəriman Nərimanov” metro stansiyasının yaxınlığında bir “Kəpəz” kababxanası var idi. Bakıda ilk kababxanalardan idi. Orada bir aşıq vardı. Bir gün oturmuşuq həmin kababxanada, bu aşıq gəldi ki, bəs sizə mahnı çalacağam. İstəmədik. 2-3 dəfə də cəhd edəndən sonra gəldi ki, yox e, çalmalıyam. O vaxt da “Feliçita” adlı italyan mahnısı dəbdə idi. Dedik onu çal. Aşıq da başladı ki, “nənəm sənə qurban, ay Feliçita”. İndi burda da hər şeyi fırladıb mənim üstümə gətirirlər ki, günah Çovdarovdadır. Bu işin necə qurtaracağını yaxşı bilirəm. Amma bu uşaqların günahı yoxdur, onları buraxın getsinlər”.
Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti zərərçəkmişin dindiriləcəyini bildirəndə Akif Çovdarovun vəkilləri təşvişə düşdülər. Vəkil Sadiq Rəsulov bildirdi ki, onlar bu işə hazır deyillər: “Mən 59 cildlik cinayət işini maşınımda gəzdirə bilmərəm ki. Bizə əvvəlcədən hansı epizod üzrə iclasın keçiriləcəyi deyilməyib ki, hazırlaşaq. Heç olmasa, icazə verin, ofisə gedib həmin epizodla bağlı sənədləri gətirim”.
Qısa mübahisədən sonra hakim saat 14:00-a qədər fasilə elan etdi.
Məhkəmədə zərərçəkmiş Fikrət İbrahimovun şikayəti əsasında baxılmış epizod üzrə şahid Vidadi Hüseynov ifadə verdi. Xatırladaq ki, “Süleyman Transport” nəqliyyat şirkətinin sahibi Fikrət İbrahimov MTN-ə 62 min manat verdiyini iddia edir. Almaniya vətəndaşı olan azərbaycanlı Vidadi Hüseynov bildirib ki, Fikrət İbrahimovla müəyyən müddət ərzində şərik olub. Günlərin birində zərərçəkmiş V.Hüseynova zəng edərək, MTN-ə çağırıldığını və ondan 30 min manat alındığını deyir və şərik kimi bunun 15 min manatını şahidin ödəməli olduğunu qeyd edir. Şahidin sözlərinə görə, onun özünü də sonradan MTN-ə dəvət ediblər və orada məlum olub ki, F.İbrahimov heç kimə pul verməyib. Bunu zərərçəkmiş MTN-dəki üzləşmə vaxtı da etiraf edib.
Lakin F.İbrahimov məsələnin bu cür olmadığını, əslində MTN-ə pul versə də, bunu həmin an etiraf etmək istəmədiyini deyib.
İş üzrə təqsirləndirilən, MTN-in idarə rəisi işləmiş Orxan Osmanov söz alaraq, bu işdə əsas motivin heç də hansısa şərikin o biri şərikinə borcunun olmadığını göstərib. O.Osmanov deyib ki, “Süleyman Transport” şirkətinin Fətullah Gülən tərəfdarları ilə əlaqələri, FETÖ-yə pul köçürmələri araşdırılırdı. Konkret olaraq, MMC-nin əməkdaşı Rəşad Babazadənin nurçularla əlaqələrinin yoxlanması tapşırılmışdı.
Bu yerdə təqsirləndirilən Akif Çovdarov ifadə vermək istədiyini bildirdi. Onun ifadəsini kiçik ixtisarla diqqətinizə çatdırırıq: “Bu elə bir işdir ki, işin mexanizmini bilmirsiniz, amma ittiham edirsiniz. 2013-2014-cü illərdə bizə tapşırıq gəlmişdi ki, şirkətlərdə, təşkilatlarda, təhsil müəssisələrində nurçuları müəyyən edib təmizləyək. MTN-in işi isə elədir ki, bir nəfəri dindirmək üçün, şübhə yaranmasın deyə, həmin təşkilatdan, yaxud da şirkətdən 5-10 nəfəri dəvət edirik. Çünki burda “verbovka” söhbəti ola bilər, sonradan heç kim kimdənsə şübhələnməsin. Sorğu-sualı uzadırsınız, mən indi ad çəkməliyəm. “Süleyman Transport”da işləmiş Rəşad Babazadə MTN-in gizli agenti olub. Məni məcbur edirsiniz ki, belə şeyləri deyim”.
Xatırladaq ki, sözügedən Rəşad Babazadə “Süleyman Transport”da ştatdankənar çalışıb və şirkət üçün müştəri axtarmaqla məşğul olub.
Məhkəmənin baxdığı növbəti epizod bu cinayət işinin ən səs-küylü hissələrindən biri- Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayət ərizəsi üzrə iş oldu. Hamı T.Əhmədovun məhkəməyə gəlişini gözləsə də, Bakı metrosuna uzun illər rəhbərlik etmiş keçmiş məmur gəlib çıxmadı və onun ifadəsi növbəti iclasa qaldı.
Həmin iş üzrə digər zərərçəkmişlər Tağı Əhmədovun qardaşı oğlu, “Qara Qarayev” stansiyasında rəis müavini işləmiş Şövqü Əhmədov və “Koroğlu” stansiyasında ticarət mərkəzini çalışdırmış Elşən Tağıyev ifadə verdilər.
Zərəçəkmişlər eyni gündə MTN-ə çağırıldıqlarını, təzyiqlərlə üzləşərək, döyülərək, metrodakı ticarət obyektlərindən yığdıqları pulları Tağı Əhmədova verdikləri barədə izahata imza atmağa məcbur edildiklərini bildirdilər.
Qeyd edək ki, Elşən Tağıyev, bütün hədə-qorxulara və təzyiqlərə baxmayaraq, izahata qol çəkməyib. Şövqü Əhmədov isə yaşadığı təhqirlərə dözməyərək, bunu edib.
Zərərçəkmişlər dövlət ittihamçılarının və vəkillərin suallarına cavab verdilər. Məhkəmənin növbəti iclası çərşənbə günü, dekabrın 28-də keçiriləcək. /azpolitika.info/

Onları bu pilləyə gətirib çıxaran bizlərik

Zeynəb Cəfərli

Bir neçə gündü gündəmdən düşməyən hadisələrə diqqət kəsilib, fikir verirəm. Hər kəs olanı öz bildiyi səmtə çəkir, öz prizmasından baxır, səbəkarları söyür... Beynimdə bir fikir formalaşır yavaş-yavaş... Deyirəm, görəsən bu sözləri Astan Şahverdiyev yox, mən, ya da mənim kimi sadə bir insan desə, belə hay-küyə səbəb olardımı? Əsla! Mən buna inanmıram! Səbəbi nədi, bilirsinizmi?..
Çünki biz sadə, cəmiyyət üçün öndə olmayan, və nəhayət səsi eşidilməyən, sözü sayılmayan insanlarıq. Yəni, heç kimik! Bəs cəmiyyəti heçə sayıb, "Burda mənəm, Bağdadda kor xəlifə" iddiası ilə yaşayan Astan Şahverdiyev kimdi? Həəə, bax burda bütün günahlar bizimdi...
Çünki "onları" bu pilləyə gətirib çıxaran bizlərik. Yəni millət. Moşu demişkən, "narod"! Kor-koranə arxasınca sürünüb, hər kəlməsini Quran ayəsi bilib, ayaqqabısını belə diliylə yalamağa hazır olan bəzi simasızlardı bu ilanları boynumuza dolayan... Vaxtilə onları da haça diliylə yoldan çıxarıb, nələrsə vəd verib, arxasında dayanmağı üçün...
Amma inanıram ki, heç də çoxunun istədiyi alınmayıb, necə deyərlər "Xəccə bəzəkdə qalıb". Sonra isə əks tərəfə keçib, hücuma başlayıblar. Bəsit və işlənmiş siyasət! Nə yazıq ki çoxumuz bu siyasətin qurbanı oluruq!
Görəsən bu sözləri deyən, Allahlıq iddiasında olan, pul gözünü tutan bu məmur qırıqları insan deyilmi?! Onların nəyi bu millətdən artıqdı? Yəqin ki bicliyi! Elə bir az dərindən axtarsaq, hamısının gerçəkdən bic olduğunu görərik bəlkə də... Bax onda niyə bu hallara düşdüyümüzü dərk etməyə başlayarıq... Axı, onları o kürsülərdə oturdub, bu gün bizə lağ eləməsinin günahkarı da elə özümüzük. Əməllərinə göz yuma-yuma, "əşşi, nəyimə lazım ey özümü zibilə salım" deyə-deyə qudurduruq bu məmur qırıqlarını. Beş-on nəfər deyəni də bu gün öz qanımızı tökməyə hazır olan polislərimiz məhv edir... Niyə?! Siz də bizdən deyilsinizmi?
Bir anlıq təsəvvür edin ki, heç nəyiniz yoxdu, sadə birisiniz və bizə etdiklərinizi sizə edirlər. Neyniyərsiniz?! Yaradan insanı bütün canlılardan ona görə fərqləndirib ki, ona əql, şüur, düşüncə deyilən bir əvəzsiz nemət verib, əziz insanlar! Siz də Allahın bizlərə lütf etdiyi bu nemətdən azca da olsa faydalanın və düşünün! Düşünün və özünüzə "MƏN KİMƏM?" sualını verin. Bax onda mən deyənləri dərk edəcəksiniz, sevgili məmurlarımız!
Düşünün, nə qədər ki, gec deyil, düşünün! Elə düşünün ki, sonunuz dar ağacında bitməsin!

25.12.2016

Hafiz Hacıyevdən sərt xəbərdarlıq: Yaxın gələcəkdə bir çox təbəqələr ayağa qalxacaq

“İnsanların işığın, qazın pulunu ödəməyə imkanları yoxdur”

Məlum olduğu kimi, dünən Biləsuvarda cəbrayıllı köçkünlər işıq pulu ilə bağlı etiraz aksiyası keçirib. Maraqlıdır, Tarif Şurasının bahalaşma siyasəti davam edəcəyi təqdirdə yaxın gələckdə digər rayonlarda da bu cür aksiyaların keçirilməsi mümkündürmü?
Politika.Az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bunun gözlənilən olduğunu qeyd edib: “Bu, gözlənilən haldır. Insanların sayğacları hələ ki, yazır. Ayın başında qazın, işığın pulunu istəyəndə gərginlik yaranacaq, qarşıdurma olacaq. İnsanların maddi imkanı yoxdur. Onlar hələ baş verənlərin əsl mahiyyətini hiss etmirlər. Hər şey ayın başında bütün çılpaqlığı ilə ortaya çıxacaq. Ayın başında vətəndaşlardan işıq, qaz pulu istəyəndə arzuedilməz vəziyyət yaranacaq. Çünki doğrudan da insanların bu pulu ödəməyə imkanı yoxdur. Ayda 150-200 manat maaş və ya pensiya alan bu qədər kommunal borcu necə versin? Bu zaman qarşıdurma yaranacaq, insanlar ayağa qalxacaq. Pensiyaçılar da, müəllimlər də, həkimlər də ayağa qalxacaq. Bu, şübhəsizdir”.

"Astan Şahverdiyevi də, arxasında dayanan adamı da məhv edərəm"

"Astan Şahverdiyev kimi adamlara mandat verəndə nəticəsi belə olmalıdır. Bu adam elementar mədəniyyətə malik deyil. Ondan başqa bir şey də gözləmirəm”.
Bu fikirləri mia.az-a verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Astan Şaherdiyev bu əməlinə görə cavab verməlidir: «Sən kimsən ki, Azərbaycan xalqını təhqir edirsən? İnsanların heysiyyatı ilə bu qədər oynamaq olmaz. Bu adamlar xalqı prezidentin üstünə qaldırmaqdan ötrü min bir oyundan çıxırlar. Cəbrayılda ləyaqətli kişilər var, ziyalılar var. Amma Astan Şahverdiyev onlardan deyil. Onun müsəlman olmasına şübhəm var. Deyir ki, ruski yazıçnıyam. Görünür, ermənilərlə qarışığı olan insanlardandır. Bu cür insanlar Cəbrayılı təmsil edə bilməz. Seçicilər bir araya gəlib onun mandatının əlindən alınması üçün müraciət hazırlamalıdırlar. Bu cür deputatlar Azərbaycan xalqına başqaxıncıdır. İnsanlar işıqsız-qazsız qalıb etiraz edirlər. Onları buna görə həbs etmək olar? Köçkünlər onsuz da hər şeylərini itiriblər. Astan Şahverdiyev kimi səviyyəsiz adamlar gəlib onları təmsil edir».
H.Hacıyev «Qaçqınkom» sədri Əli Həsənovla bağlı da sərt fikirlər səsləndirib: «Astan Şahverdiyev kimilərinə himayədarlıq edən Əli Həsənovun da təqsiri böyükdür. Vaxtilə Hedər Əliyevin ünvanına ən kəskin çıxış edənlərdən biri də Əli Həsənov idi. Qaçqınların pulu hesabına milyonlara sahib olub. Cəbrayıla da belə bir deputat seçdirib ki, öz işini rahat görə bilsin. Kor atn kor nalbəndi də olacaq. Bu cür əldəqayrma deputatlara himayə edənlər də vəzifədən kənarlaşdırılmalıdırlar. Astan Şahverdiyev insanlara «atxod» deyir, amma «atxod» onun özüdür, ətrafıdır. Kişidirsə, gəlib mənim qabağıma çıxsın. Astan Şahverdiyevi də, arxasında dayanan adamı da məhv edərəm. O cür Milli Məclisin bu cür deputatı olmalıdır. Oqtay Əsədov onu çağırıb deməlidir ki, niyə ağzına gələni danışırsan? Bir sözlə, Astan Şahverdiyev deputatlıqdan məhrum edilməlidir», - deyə partiya sədri fikrini tamamlayıb.

Гимн России

Музыка А. Александрова
Слова С. Михалкова

Россия — священная наша держава,
Россия — любимая наша страна.
Могучая воля, великая слава —
Твоё достоянье на все времена!

Славься, Отечество наше свободное,
Братских народов союз вековой,
Предками данная мудрость народная!
Славься, страна! Мы гордимся тобой!

От южных морей до полярного края
Раскинулись наши леса и поля.
Одна ты на свете! Одна ты такая —
Хранимая Богом родная земля!

Славься, Отечество наше свободное,
Братских народов союз вековой,
Предками данная мудрость народная!
Славься, страна! Мы гордимся тобой!

Широкий простор для мечты и для жизни
Грядущие нам открывают года.
Нам силу даёт наша верность Отчизне.
Так было, так есть и так будет всегда!

Славься, Отечество наше свободное,
Братских народов союз вековой,
Предками данная мудрость народная!
Славься, страна! Мы гордимся тобой!

24.12.2016

Борис Клюев: Народ устал от либеральной болтовни

Слово Борису Владимировичу Клюеву, народному артисту России (около 120 ролей в кино, более 70 ролей на сцене Малого театра), художественному руководителю двух курсов и заведующему кафедрой мастерства актёра Высшего театрального училища им. М. С. Щепкина, члену правления Гильдии актёров кино России.

Ольга Шаблинская, «АиФ»: Борис Владимирович, чуть ли не в каждом российском доме обсуждалось, кто выиграет - Трамп или Клинтон. Почему это нам было так важно?
Борис Клюев: Согласитесь, высказывание Трампа о том, что с Россией надо дружить, нежно легло на наши нервы. В Америке сегодня живёт огромное количество наших соотечественников. Плюс США являются одной из самых сильных стран мира. Агрессоров, которые стремятся развязать военные действия, очень мало. Нормальным же людям хочется жить в дружбе. Во всяком случае, нас так воспитывали, мы всегда старались жить в мире со всеми. Доброта, любовь - для нас это не пустой звук. Но я лично считаю, что не нужно было бы такого внимания уделять американским выборам, у нас своих проблем много. Взять экономику. Пора уже переходить на государственные рельсы, а не зависеть от частного капитала, который захватил всё и жирует на этом. Приятно, что мы снова становимся сильными и можем разговаривать на равных с миром. Я имею в виду возрождение военного комплекса. Да, к сожалению, на это идут огромные бюджетные деньги. Но безопасность того стоит. В советское время в оборонке работали лучшие умы. А в 90-е... На одном из кинофорумов мы выступали в Мурманске, в Северодвинске. Я видел, как моряки плакали, когда резали абсолютно новые корабли. Они говорили: «Вы там в Москве- что вы делаете, как же это можно?» А это утилизация- была такая мирная инициатива односторонняя. Хотя договорились с США о том, что будем уничтожать военную технику в одинаковом количестве. Только мы свою разрезали, а американцы- нет.

Ольга Шаблинская: А если говорить о других областях жизни страны? Например, ведётся борьба с коррупцией, государство стало больше внимания культуре уделять...
Борис Клюев: Видеть борьбу с коррупцией мне очень радостно. Единственное, надо ужесточить наказания за немыслимое воровство. Почему у батьки Лукашенко в Белоруссии казнокрадство отсутствует?! Наказывают! И наказывают так, что мало не покажется. Человек, который облечён властью, должен втройне, вдесятерне отвечать перед простым гражданином. Это моё глубокое убеждение. Если же говорить о культуре... Внимание государства есть, но результатов нет. Я не вижу новых пьес, талантливых режиссёров, которые бы сегодня рождались. Культура должна прежде всего быть нравственной, воспитывать людей. У культуры есть другие ценности и другие направления, которые, к сожалению, на сегодняшний момент потеряны. Наблюдаю, кого назначают на должности главных режиссёров, кому отдают театр и что из этого получается.

Ольга Шаблинская: Вы кого-то конкретного имеете в виду?
Борис Клюев: Я не вижу выдающихся результатов в Театре Наций, в Театре Ермоловой, в Губернском театре. Они все очень хорошие ребята и хорошие актёры. (Руководители этих театров - Евгений Миронов, Олег Меньшиков и Сергей Безруков соответственно. - Ред.) Но какое это имеет отношение к руководству театра? Во главе должна быть личность, режиссёр, который собирает вокруг себя личностей- актёров. В Советском Союзе, который так много осуждают за цензуру, они почему-то рождались. А сейчас, когда вседозволенность, почему-то не рождаются. Вы вспомните недавнее выступление Константина Райкина. О чём он говорит, о какой цензуре? А почему он тогда деньги получает от государства, а не от спонсоров, которых, кстати, у него всегда было очень много? Вы о чём, друзья?! Что, Костя плохо живёт? У него театр, у него «Райкин плаза», у него своя академия. По­слушайте, он в полном порядке. Честно сказать, я всего этого абсолютно не понимаю. Очевидно, сейчас сбой какой-то произошёл... А либералы, услышав критику в адрес государства, тут же её подхватили. Как свора собак, поднялись. Это так мило всегда- им даже неважно, по какому поводу лаять! Никто почему-то не говорит: давайте, ребята, разберёмся. У Райкина денег нет? А у других есть? В Академическом Малом театре, которому 260 лет и который является национальным достоянием, есть? Что, там актёры больше получают? Нет, меньше. Ребята, нужно быть объективными, нужно, чтобы кто-то говорил правду. Почему же не говорят?!

Ольга Шаблинская: Но сейчас вроде нет ограничений по этой части.
Борис Клюев: Это неправда. Свободы слова нет. Вернее, свобода слова есть. Но вот только выборы последние показали, что народ устал от этой либеральной болтовни. 

Ольга Шаблинская: Борис Владимирович, у меня сложилось впечатление, что вы ратуете за возврат цензуры. Но сегодня люди иначе мыслят- когда государство вмешивается в дела культуры, это вызывает протест.
Борис Клюев: Естественно, а как же по-другому? Потому что не власть должна говорить- должно звучать общественное мнение. Если бы Рихтер что-то сказал или Плисецкая, хотел бы я посмотреть, кто бы и что им ответил! А когда говорит какой-то чиновник, фамилию которого мы даже не знаем, то что получается? Всё мимо. Я считаю, что в комиссиях культурных при президенте должны быть только те люди, которых уважают коллеги. Выдающиеся мастера, которые могли бы давать объективную оценку. Раньше Министерство культуры приходило, смотрело, что-то ругало, было противостояние какое-то. Сейчас же кто как хочет, тот так и делает. Глубоко уважаемый мною режиссёр Игорь Масленников, снявший «Шерлока Холмса», как-то сказал мне: «Раньше были критика, цензура. Выхожу с этих заседаний, думаю: «Сволочи, гады, да пропадите вы пропадом!» Приду домой, ночь не сплю, думаю, думаю... И утром понимаю: что-то было хорошее в этих замечаниях». А когда процветает вседопустимость, легко заблудиться. Потому что маяки теряются.

aif.ru

23.12.2016

Bana layihəsi

 Suriya hadisələrini izləyənlərin yaxşı xatırlayır. Müharibənin ilk başladığı dövrlərdə Qərb mediasında “Dəməşqdə homoseksual qız” (A Gay Girl in Damascus) adlı təbliğat işləri başlamışdı. Amma sonradan bu dəməşqli lezbianın əslində ABŞ-da yaşayan kişi olduğu ortaya çıxmışdı. Hələbin mühasirəsi zamanı isə bu şəhərdən olduğu bildirilən Bana adlı qız Qərb və Ərəb media orqanlarının əlində təbliğat alətinə çevrildi. 7 yaşlı hələbli qızın mükəmməl ingilis dilində və guya dağıntılar altından yazdığı statuslar insanları “göz yaşları içində boğurdu”. Amma videoda danışarkən üzə çıxdı ki, qız heç ingiliscə bilmirmiş! Bananın guya statuslar yazmaqda yeganə məqsədi Hələbin Putin və Əsəd tərəfindən bombalanması barədə danışmaq və bu barədə nəsə edilməsini istəmək imiş (Bana bombardmanda dostlarını itirmişdir, ancaq nədənsə heç vaxt onların adlarını yazmır). Tvitlər demək olar ki, hər zaman bombalar, sülhün zəruriliyi, “bizim üçün dua edin” və “bizə kömək edin” mövzuları barədə idi. 7 yaşlı hələbli qızın yaşına uğyun olmayan intellektlə və mükəmməl ingilis dilində yazdığı statuslar izləyiciləri təsirləndirirdi: “Sevgili dünya, Rusiyanın və Əsədin Hələb qətliamına icazə verməkdənsə, 3-cü Dünya müharibəsini başlamaq daha yaxşıdır”; “Hələbdə müharibə bitsə, dünyada ən xoşbəxt adam olacağam”; “Burada insanlar həşəratlar kimi ölür. Nə baş verəcəyini bilmirəm. Bombalar yağış kimi yağır”; “Təyyarələrin səsini eşidəndə artıq çox qorxuram. Gecənin qaranlığında təhlükə dolu Hələbdə bu axşam etdiyim dua mənə və hər kəsə sakitləşdirici olacaq”; “Gecə və gündüz yaşadığım bu qorxunc yuxudan ayılmaq istəyirəm”. Uşağın “anası” yazırdı: “Minlərlə Əsəd qüvvəsi bizi qətliam etmək üçün Şərqi Hələbə hücum edir, sevgili dünya bizi xilas et. - Fatimə”. Onun paylaşımlarında Əsəd və Putinin müharibə cinayətlərinə görə mühakimə olunması üçün çağırışlar da vardı: “Rusya və Əsəd Beynəlxalq Cinayət Məhkəməsinə çıxarılmalıdır. Əgər çıxarılmayacaqsa, bundan sonra heç kim orada mühakimə olunmamalıdır. - Fatimə”. Maraqlıdır ki, Bananın tvitterdə hesabı açılandan cəmi 3 həftə sonra onu 51 nəfər izləyirdi ki, bunların heç birinin 7 yaşlı bir qızın seçimi olmayacağı aydın idi: istisnasız olaraq hamısı siyasətçilər, media şirkətləri, ya da sosial media fəalları! Onların çoxu Suriyadakı müharibə ilə bağlı idilər və çoxunun terrorçu qruplar ilə geniş əlaqələri var idi: Iyad əl-Bağdadi, Luiza Loveluk, Culian Roepcke, Sofiya McNeill. Bananı eyni zamanda terrorçuların himayədarı olan Suriya İnqilabı və Müxalif Qüvvələr Milli Koalisiyası, həmçinin Suriyanın uçuşa qadağan bölgə elan edilməsi tələbini səsləndirən, İngiltərə kəşfiyyatının yaratdığı saxta yardım təşkilatı “Ağ Dəbilqəlilər” izləyirdi. Bananı ilk izləyənlərindən biri də 2016-cı ilin yanvarında Madaya yalanının şişirdilməsində yardımçı olan avstraliyalı jurnalist Sofiya McNeill idi. Məsələ bu şəkildə idi: “Hökumət tərəfindən mühasirəyə alınan Madayanın xalqı aclıqdan ölür və bunun səbəbi şəhərə yardımın aparılmasının qarşısını alan Suriya hökumətidir”. Əslində isə oktyabr ayında Madayaya üç aylıq yardım göndərilmişdi, amma əsas problem terrorçuların qidaları hədsiz dərəcədə baha qiymətlərə satması olmuşdu. Bana tərəfindən izlənilən bir çox tvitter səhifələri də eyni şəkildə Suriya müharibəsinə dair yanlış məlumat yayanlar idi.
 2016-cı ilin sentyabrında ilk tvitini yazan Bananın artıq 3 oktyabrda izləyicilərinin sayı 65000-ə nəfərə çatmışdı. Tərəfdarlarının böyük bir hissəsi layihəni idarə edən şəxslər tərəfindən açılan və istifadəsiz saxta hesablar idi. Amma nəhəng media şirkətləri- “Telegraph”, “Guardian” və dünyanın önəmli televiziya kanalları təsirli məqalələri ilə Bananı bağırlarına basırdılar. İngiltərənin cari işlər və siyasət iurnalı olan “Nyu Statesman” Bananın hesabı barədə araşdırma aparan və profilin saxta olduğunu göstərən şəxslərə qarşı hücuma keçdi. Banaya son dəstək isə ona ingilis dilində “Harry Potter” elektron kitab seti göndərən müəllif JK Rovlinqdən gəldi: “Banaya sevgilərlə! Səni düşünürəm, Hələbə diqqət et. (Dostum JK Rovlinq, necəsən? Kitab üçün təşəkkürlər, Hələbdən sevgilər - Bana)”.
 “Bana” layihəsinin “Dəməşqdəki homoseksual qız” və “Ağ Dəbilqəlilər” kimi qurama olduğu məsələsində heç bir şübhə yoxdur. Çünki yazdığı tvitlər dünyadan özünü Rusiya bombalarından qorumasını istəyən suriyalı kiçik qızın düşüncələri deyil. Əksinə, Qərbin Suriyadakı işğalını haqlı çıxartmaq və hakimiyyət dəyişikliyini labüd hala gətirmək üçün Suriya və Rusiyanın əməliyyatlarına qarşı xalqın hissini formalaşdırmağa yönələn çoxşaxəli və yaxşı planlaşdırılmış əməliyyatın məhsuludur. “Bana layihəsi”ni dəstəkləyənlər elə Suriya Ərəb Ordusu, Hizbullah və Qüds briqadaları kimi müttəfiqlər tərəfindən Şərqi Hələbdən qovulmuş, Suriya xalqına qarşı genosid həyata keçirən, dinc sakinləri qıran terrorçuların himayədarlarıdır. Bana ilk günlərdən bəri Əsəd və Putini soyqırım törətməkdə, qətliam etməkdə, kasset, fosfor və termit bombaları ilə əməliyyat aparmaqda günahlandırırdı. “Cəfakeş” qız Hələb alınan günə kimi dünyanı bombardmanı durdurmağa çağırdı: “Evimizin yaxınlığına 2 fosfor və 2 çəllək bombası düşüb, evimiz zərbədən titrədi, biz ağladıq”. Fosfor bombasının nəyə qadir olduğunu söyləməyə ehtiyac yoxdur. O ki qala onun evin yanına düşməsinə və ondan sonra yazılan mesaja. Bananın ailəsindən gələn son mesaj isə bu cürdür: “Son mesaj - Hazırda ağır bombardman altındayıq, çox güman ki sağ qala bilməyəcəyik. Biz öləndə, geridə qalan 200 000 nəfər üçün danışmağa davam edin. Əlvida. - Fatimə”. Lakin sonra Bana daha bir mesaj yazır: “Bu axşam evimiz yoxdur, bombalanıb və mən də dağıntı altında qalmışam. Ölülər gördüm və az qala mən də ölürdüm. - Bana”. Mesaj ilk saatlarda 7800 nəfər tərəfindən yenidən paylaşılmışdı. Maraqlıdır ki, heç kəs düşünmürdü: Bana dağılmış evin altından mesajı necə yazırdı? Hökumət qüvvələrinin hər gün bombaladığı Hələbdə Bana interneti haradan tapıb? Amma “Bana layihəsi” susmur. 14 dekabr tarixində ailə yenidən mesaj yazır: “Əziz dünya, hazırda ağır bombardman altındayıq. Nəyə görə susursan? Nəyə görə? Nəyə görə? Nəyə görə? Qorxu məni və uşaqlarımı öldürəcək - Fatimə Hələb”.
 Suriya xalqının başına olmazın oyunlar açan, bölgəyə humanitar yardım çatmasına əngəl yaradan, 4 ildən artıqdır Hələbi əsarəti altında saxlayan terrorçular barədə isə Bana bircə kəlmə də yazmadı. “Bananın ailəsi” Rusiya aviasiyasının İdlibdə bir məktəbi bombardman etdiyinə dair şübhəli paylaşım etmişdi -sonradan bütün detalları ilə hadisənin səhnələşdirildiyi ortaya çıxdı- amma nədənsə Bana xanım Hələbdə terrorçuların artilleriya atəşlərinin yaratdığı vəhşiliyə heç bir maraq göstərmədi. “Bana layihəsi”nin məqsədi Rusiyanın və Suriyanın amansızcasına vətəndaşları bombalayaraq cinayət törətdiyinə dair görüntü yaratmaq idi. Həqiqətdə həm Rusiya, həm də Suriya Hələbi bombalamaq fikrindən vaz keçmişdilər və Suriyanın Hələbin alınması üçün böyük miqyaslı quru əməliyyatı apardığını nəzərə aldıqda, müttəfiqlərin eyni anda Hələbi bombalaması mümkün deyildi.
 Həqiqət bundan ibarətdir ki, ABŞ planetin hansı guşəsində müharibə aparırsa, həmin yerdə hökmən bu cür “Bana”lar meydana çıxır. Konspirologiyada “informasiya cəbhəsinin vəhşi ördəkləri” adını almış bu cür fiqurlardan təbliğat işində geniş istifadə olunur. Qərb poilttexnoloqları bu cür “zavallı” qızcığazları planetin bir qaynar nöqtəsindən digərinə (əslində bir divandan digər divana) sürükləyirlər. Kəşfiyyat sənədlərində belə layihələrə OSİNT (Open source intelligence) - açıq mənbə kəşfiyyatı deyilir. Açıq mənbə kəşfiyyatının vəzifəsi “gələcəkdə Haaqa tribunalında hədəf seçilmiş ölkə rəhbərliyinin məhkəməsi keçirilən zaman lazım olan sübutları ortaya qoymaqdır”. Media resurslarda qaynar nöqtələrlə, müharibə baş vermiş regionlarla bağlı xəbərləri araşdırsanız, onlarla belə “Bana”lara rast gələrsiniz. Qərb kəşfiyyatı informasiya müharibəsi apardığı İran, Şimali Koreya, Venesuela, Kuba kimi ölkələrə qarşı bu üsuldan geniş istifadə edir. Belə qrupları Qərb kəşfiyyat orqanları maliyyələşdirir: maliyyə informasiyanın sifarişçiyə lazım olan istiqamətdə deformasiya edilməsinə görə verilir. Mənbəni səhih məlumatların toplanması və ötürülməsi yox, sifarişçiyə (Qərb kəşfiyyatına) lazım olan dezinformasiyanın hazırlanması maraqlandırır. Layihənin əsas missiyası- informasiyanın fabrikasiyası yolu ilə hədəf seçilmiş ölkənin aqressor obrazını yaratmaq və dünya ictimaiyyətində həmin ölkəyə nifrət aşılamaqdır. Bana- informasiya cəbhəsinin yüngül kavaleriyasıdır. NATO internet-holdinqlərinin saytları, redaksiyaları, “analitik” mərkəzləri, insan hüquqlarının müdafiəsi təşkilatları ona kömək edən ağır kavaleriya rolunu oynayırlar və informasiya müharibəsinin zəfər qazanmasına münbit şərait yaradırlar.

Abdulla Şaiq, "Məktub yetişmədi" hekayəsindən bir parça

...-Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. Hər tərəfə dönsəm, onlar da o səmtə sürünürdülər. İndi ki, quyu dərinləşib, mənə baş olmaq istəyirlər, hər gün mənə təzə bir "ultimatum" verirlər. "Quyu dərinləşib, ölüm ayağı var. Daha nə bilim nə... nə" - deyə hər gün təzə şərt qoyurlar. Tfu, sizin kimi namərd adamlara! Sizə qırmanc lazımdır, qırmanc! 
Tanrıverdi və Səfər çəkdikləri torpağı boşaldıb yenidən dolu quyuya buraxdıqdan sonra Tanrıverdi:
-Ay ağa, - dedi, - bilirsən ki, quyunun indi çətin vaxtıdır, əjdaha kimi ağzını açıb qurban istəyir. Insaf da yaxşı şeydir. Axı... 
Səfər Tanrıverdinin sözünü kəsdi, göz işlədikcə sıra ilə düzülən neft buruqlarına əli ilə işarə eləyərək əlavə etdi: 
-Bax, bu yerlərin hər guşəsinə ayaq bassan, hər ovuc torpağına qazma vursan, işçi sümüyü görərsən, işçi fəryadı eşidərsən. Bu uca evlərdə, isti otaqlarda naz-nemət içində yaşayan... 
Hacı Qulu Səfərin sözünü kəsib, ayaqlarını yerə çırparaq, bağıra-bağıra: 
-Canınız çıxsın, - dedi, - pul qazanmaq asandır? Siz canınızdan keçirsiniz, biz də ətək-ətək pulumuzdan. 
-Səfər! Səfər! Qurban ipi tərpədir. 
Səfər və Tanrıverdi tez quyunun ağzına yüyürdülər. Başlarını aşağı dikərək baxırkən, quyu içində partlayan qazın gurultusundan diksinib çəkildilər. Hər ikisi həyəcanlı bir səslə: 
-Allah özü bağışlasın. Qurban da belə getdi, - deyə fəryad qopardılar. 
Hacı Qulu bir şey eşitmirmiş kimi, qorxa-qorxa quyunun ağzına gəldi və ehtiyatla quyunun yanına uzanıb diqqətlə baxdı. Birdən-birə gözlərində, üzündə daşqın bir sevinc qığılcımları, dodaqlarında məmnuniyyəti andıran bir təbəssüm olduğu halda uca səslə: 
-Çeşmənin başı açıldı, yavaş-yavaş neft qaynayır, - dedi. 
Tanrıverdi soyuq və laqeyd bir tövrlə: 
-Hacı, Qurbanın meyiti quyuda qalacaq? - deyə soruşdu. 
Bu sözdən Hacı Qulu şirin yuxudan oyanmış kimi oldu. Göz qapaqları iri-iri açıldı. Kisəsindən iki iyirmi beşlik çıxarıb: 
-Kim bu işi görsə, bu əlli manat onundur, - dedi. 
Tanrıverdi quyuya yaxınlaşdı və neftin qaynayıb qalxdığını görüncə: 
-Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, - dedi. 
Hacı əlli manatı onlara verib dedi: 
-Bu əlli manat sizin olsun, bölüşün, ancaq bu işi ağzınızdan qaçırmayın. 
Səfər soruşdu: 
-Ağa, bəs paltarı nə olacaq? 
Hacı əlini onun çiyninə qoyaraq, yağlı bir dil ilə: 
-Onu da buralarda bir yer qazıb basdırın, - dedi. 
Səfərlə Tanrıverdi Qurbanın paltarını yığışdırıb götürərkən, arasından yerə bir məktub düşdü. Məktubun üzərində: "Bu məktub Qurbanın uşaqlarının anasına yetişəcək" cümləsi yazılmışdı. 
Səfərlə Tanrıverdi bir müddət məktubu acı nəzərlərlə süzərək: "Yazıq Qurban, məktub yetişmədi" - deyə inlədilər.

İran nə etməli idi ki?

Elxan Zaman

Bayaq bir qardaşla yol yoldaşı olduq. Dedi ki, Əhmədinejat o vaxt Ermənistana səfər etdiyi zaman bugün həbsdə olan Abgül Süleymanov Qumda oxuyan azərbaycanlı Qum tələbələrilə buna etiraz edirlər və Əhmədinejada məktub yazırlar. Əhmədinejat Quma ziyarətə gələrkən azərbaycanlı Qum tələbələrinə görüş keçirmək üçün müraciət edir və bir klubda onlarla görüşür. İran prezidenti azərbaycanlı tələbələrə deyir ki, biz sizin hökumətə müraciə etdik ki, bizə imkan yaratsınlar ki, sanksiyaların təsirini azaltmaq üçün Azərbaycan ərazisindən istifadə edək, Rusiyadan bizə lazım olan malları sizin ərazinizlə keçirək. Lakin sizin prezident mənə sözün əsl mənasında dirsəyini göstərdi. Biz Ermənistana müraciət etdik və ermənilər bizə bu məsələdə hər cür yardım edəcəklərini dedilər... Əziz tələbələr, baxın İranda 70 milyon adam yaşayır və bu ölkənin ehtiyacları var və bu ehtiyacları ödəmək üçün bizim xariclə əlaqəmiz lazım idi ki, onu da sizin hökumətiniz bizə çox gördü. Biz nə etməli idik? Ermənistanla da sizə görə küsüb əlaqələri kəsməli və öz dövlətimizi çətin vəziyyətlərə salmalı idik?
Bugün Ermənistanla İranın münasibətlərinin qurulmasına, yaxınlaşmasına və yaxşılaşmasına bu rejim məqsədyönlü şəkildə xidmət göstərib və göstərir də... 
Uzun illər boyu anti-İran və anti-rus propoqandası üzərində qurulmuş və bu iki qüdrətli qonşunu məhz Ermənistanla əməkdaşlıq etməyə sövq edən, təhrik edən düşünülmüş siyasət, məhz Azərbaycan hökumətində yüksək mövqelər tutmuş diversantların işidir...
İranın bizim ölkəyə istər qaçqınlara yardımlarla bağlı, istər müharibə vaxtı əfqan muzdlularının gətirilməsində, istər silah və maliyyə yardımları ilə, istərsə də Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının işğalı zamanı yerli əhaliyə Araz çayından öz ərazisinə keçməyə imkan verməklə çox böyük yaxşılıqları dəyib. Bugünün özündə də Azərbaycandan Naxçıvana və əks istiqamətdə bütün yüklər, hərbi texnika, təyyarə xətləri məhz İran vasitəsilə, İran ərazisi ilə çatdırılır. Əgər İran Azərbaycana pislik etmək istəsə idi, elə bircə Naxçıvana gedən yolu bağlamaqla bizə xeyli problemlər yaradardı.
Bütün bunların əvəzində isə bu hökumət elə siyasət yürüdür ki, İran bizdən çox erməniyə güvənsin və erməni ilə münasibətlərinin yüksək səviyyədə qalmasını bizə alternativ kimi saxlasın, çünki bizim sifətimizə, daha doğrusu bu hökumətin namərd və nankor sifətinə bələddir... 
Ona görə də bizim İranı və İran siyasətçilərini qınamağa mənəvi haqqımız yoxdur...

Azər Bandoj - Eşq

Xaneyi-dünya, bəlakeş könlümə ehsani-eşq,
Çün, tapıb aləmdə yarın oldu sərgərdani-eşq.

Ey pəri-çöhrə, sənin rüxsarını kim gördüsə,
Batdı qəm dəryasına, oldu dili-virani-eşq.

Bir günah etdim, mənə min bir cəfa qılmış rəva,
Min cəfayi-yar imiş aşiqlərə fərmani-eşq.

Kim vilayət badəsindən meyl edib xoş halına,
Çünki dərk etmiş nədir, babi-Şəhi-mərdani-eşq.

Çox bəni-adəm gəlib-getmiş bu dəhrə, namı yox,
Kim ki ad qoymuşsa, olmuş dəhrdə qurbani-eşq.

Ey könül, əfsanə bil dastani-Leyli-Məcnuni,
Ol Şəhi-Kərbübəlanın qanıdır dastani-eşq.

Aşiqin cismində dörd min yarə, yarın zikr edər,
Qan ilən gör bir necə əlvan olub meydani-eşq.

İstəməm həşdi-behişti xar zahidlər kimi,
İstərəm kuyində qul etsin məni Sultani-eşq.

Bandoja, olma giriftar fani dünya mülkünə,
Yoxsa bu hal ilə yetməzsən, gedər karvani-eşq.

Uzat əllərini sən mənə sarı

Bəxtiyar Ruşin

Mən olan yerlərdə gəzmə, dolaşma,
Qəlbində bilirəm, bir intizar var!
Yerimi tapmağa çox da çalışma,
Bizi ayıracaq bir ruzigar var,
Qəlbində bilirəm, bir intizar var!

Mənə öyrəşdirmə özünü, gülüm,
Çox çətin olacaq sonda ayrılıq!
Gətirər bəlkə də mənə bir ölüm,
Bir cəllad olacaq onda ayrılıq,
Çox çətin olacaq sonda ayrılıq!

Çox da bu sevgidən peşiman olma,
Düşünmə çox zaman gözlərin dolub!
Hicranı dərd edib pərişan olma,
Sənin ki bir sadiq sevənin olub!
Düşünmə çox zaman gözlərin dolub!

Sən harda, nə zaman olsan da, gülüm,
Bu eşqi uca tut, dağlardan uca!
Sənin ayrılığın olsa da zülüm,
Ruhum da şadlanar onda doyunca,
Bu eşqi uca tut, dağlardan uca!

İlk sevgi şərbətin çox şirin oldu,
Gördüm ki, mənimlə nə bəxtiyarsan!
Baxma ki, bu eşqin gülləri soldu,
Sən bunu hər zaman xatırlayarsan,
Gördüm ki, mənimlə nə bəxtiyarsan!

Həyat göstərməyir bəzən düz yolu,
Hislərə qul olub hərdən çaşırıq!
Sağı getməkdənsə gedirik solu,
Sonda həsrət ilə biz barışırıq,
Hislərə qul olub hərdən çaşırıq!

Mən sənin yerini öyrənmək üçün,
Baxaram durnalar köç edən səmtə!
Bir ağır dərd olar getməyin, köçün,
İtər gözlərimdə bu dünya həm də,
Baxaram durnalar köç edən səmtə!

Son dəfə çevirdim qum saatını,
Görən ayrılığa nə qədər qalır?
Göstərər o bizə hicran vaxtını,
Baxıb görürəm ki, tez-tez boşalır,
Görən ayrılığa nə qədər qalır?

Bacarsan hərdənbir yuxuma bir gir,
Uzat əllərini sən mənə sarı!
Mən onda bilərəm əlin məndədir,
Hicran əzabından ölmərəm barı!
Uzat əllərini sən mənə sarı!