27.01.2017

Бакинские армяне возвращаются в Азербайджан: и Лида Баласанян приехала в Баку

Мечта многих бакинских армян, проживающих за пределами Азербайджана, особенно в Армении, начинает сбываться: они возвращаются в город, который покинули более 20 лет назад. Порой в СМИ и соцсетях многие из покинувших Азербайджан в первые годы карабахского конфликта с глубокой ностальгией и чувством сожаления вспоминают о своей былой жизни в Азербайджане. Ведь многие из них, как и подавляющее большинство жителей Армении, попавшие под власть хунты карабахских полевых командиров во главе с Кочаряном и Саргсяном, ежедневно сталкиваются с социальной несправедливостью и лишены элементарных политических, гражданских прав.
Одна из них — Лида Ервандовна Баласанян — в самое ближайшее время получит документы о восстановлении азербайджанского гражданства. Лида Баласанян вернулась в Баку. И сразу же вместе с родственниками посетила редакцию haqqin.az.
В нашей редакции бакинскую армянку Л.Баласанян встречали сотрудники отдела Армении во главе с ереванской журналисткой Сюзан Джагинян.
Родилась Лида Баласанян 20 сентября 1940 года в Баку. Ее родители были родом из Шамкира (отец, к примеру, работал там пожарным).
Уехала бабушка Лида из Баку в начале 1990-х, оставив здесь многочисленных родственников. Сейчас у нее четверо детей, семь внуков и четыре правнука. Практически все они живут в Баку, за исключением внучки и правнуков.
Жизнь у 77-летней женщины была насыщенная и сложная. Ее супруг, Микаил Гасанов, скончался в 1976 году после тяжелой болезни. Сама Лида проработала 40 лет. Трудилась и на ткацкой фабрике, и в министерстве социального обеспечения Азербайджанской ССР.
После приезда в Ереван Лида Баласанян нигде не работала, получала нищенскую пенсию, питалась от случая к случаю в столовых для бездомных. И это несмотря на то, что в Ереване живет ее брат Маис Баласанян, с которым у нее отношения не сложились.
Оставшиеся же в Баку ее дети много лет ничего не слышали про свою мать. Сын работает мастером, делает ремонт, две дочери до сих пор трудятся в детском саду нянечками, третья дочь сейчас не работает.
В 2009 году семья случайно узнала о том, что Лида Баласанян жива и нищенствует в Ереване, впрочем, как и большинство армянских пенсионеров. Было принято решение перевезти ее в Грузию. В городе Рустави на съемной квартире бабушка Лида прожила до декабря 2016 года. После приезда армянских гражданских активистов в Баку и создания армяно-азербайджанской миротворческой платформы, особенно после переезда в Азербайджан армянской активистки Сюзан Джагинян на семейном совете семьи Гасановых-Баласанян постановили: надо забрать пожилую родственницу в Баку, где за ней легче ухаживать.
Как рассказывают родные бабушки Лиды, они оповестили госорганы Азербайджана, которые не только не воспрепятствовали, но даже оказали помощь в переезде пожилой женщины в Баку.
«Мы все очень обрадовались ее приезду в Баку. Это стало возможным благодаря политике президента Ильхама Алиева, направленной на поддержание миротворческих усилий гражданского общества. Мы всей семьей поддерживаем эту платформу и хотим вступить в ряды азербайджанских и армянских миротворцев. Скоро из Лондона прилетят ее правнуки. Что касается паспорта, то мы уже подали документы на восстановление гражданства», — рассказывает дочь Баласанян, Севиль Гасанова.
За месяц проживания в Баку Лида Баласанян успела побывать в гостях у своих многочисленных родственников, посмотреть город.
«В Баку раньше я жила на улице Советской. Сейчас здесь совсем мало знакомых мест осталось. Но, тем не менее, город мне очень нравится. В Ереване живут много бакинских армян, мечта которых — вернуться в Баку. Будь прокляты Саргсян и другие националисты, начавшие карабахский конфликт. Ведь азербайджанский народ всегда был терпимым и добрым. Мы веками жили на этой земле в мире и согласии. Я уверена, и карабахцы устали от этих фашистов. И они все хотят вернуться в состав Азербайджана», — рассказывает бабушка.
Что касается дальнейших планов, то, по словам Лиды Баласанян, они простые: «Жить и наслаждаться окружением родных и близких в родном Баку». /haqqin.az/

NAXÇIVAN - DÖVLƏT İÇİNDƏ DÖVLƏT?!

Sərdar Cəlaloğlu: “Ora verilən status ləğv edilməli, bu bölgə Azərbaycanın qalan ərazisi kimi idarə olunmalıdır”

Naxçıvanın təhsil və gömrük qurumlarının Azərbaycanın vahid idarəetmə sistemindən qoparılaraq muxtar respublikanın Ali Məclisinə tabe etdirilməsi birmənalı qarşılanmır. ADP sədri Sərdar Cəlaloğlu “Media forum” saytına açıqlamasında deyib ki, bu cür təşəbbüslər Dağlıq Qarabağ bölgəsinə veriləcək statusa zəmin hazırlamaq deməkdir: "Çox təhlükəlidir, separatizmə aparır. Unitar dövlətlərdə ümumiyyətlə regionlara yüksək status verilmir. Xüsusi qanun qəbul edilə, Azərbaycan rayonları necə idarə olunursa, Naxçıvan da o cür idarə oluna bilər. Naxçıvan ölkənin əsas ərazisindən ayrı düşüb deyə ona muxtariyyət verilməlidir? Muxtariyyət o halda verilə bilər ki, müəyyən bir azlıq öz mədəniyyəti, digər xüsusiyyətləri ilə fərqlənsin. Məsələn, Alyaska ABŞ-ın əsas ərazisindən aralıda yerləşir. Niyə Alyaskaya muxtariyyət verilməyib? Naxçıvanın nazirliklərini Azərbaycanın nazirliklərindən təcrid edərək dövlət içində dövlət yaradırlar. Dağlıq Qarabağ üçün belə bir nümunə hazırlanır. Bu, çox təhlükəli, separatçı hərəkətdir. Hesab edirik ki, Naxçıvana verilən status ləğv edilməli, bu bölgə Azərbaycanın qalan ərazisi kimi idarə olunmalıdır".
YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə isə modern.az-a bildirib ki, S.Cəlaloğlunun bu mövqeyi kökündən yanlışdır: "Naxçıvan Azərbaycanın muxtar bir bölgəsidir. Bu gün muxtar respublikaya aid olan bütün statuslar Naxçıvana verilib. Eyni zamanda nəzərdən qaçırmayaq ki, Naxçıvan anklavdır. Aramızda tarixi Azərbaycan torpaqları hesabına qurulmuş Ermənistan var. Orada bir çox məsələləri yerindəcə, operativ həll etmək imkanı duyulur. Bu gün hansısa qurumun Naxçıvanda yaradılması onun Azərbaycandan ayrılması demək deyil. Əksinə, məsələlərin muxtar respublika statusuna uyğun olaraq yerindəcə həll edilməsi üçündür. İndiyə qədər də atılan addımların düzgün olduğu görünür. Naxçıvanda dövlətçilik naminə çox böyük işlər görülür. Eyni zamanda muxtariyyətin Naxçıvan modeli göstərir ki, gələcəkdə Dağlıq Qarabağa da yüksək muxtariyyət veriləcək".
Məsələyə siyasi bağlılığı olmayan müstəqil ekspertin yanaşmasını öyrəndik. Müstəqil ekspert, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri bildirdi ki, S.Cəlaloğlunun qeyd etdiyi fikirlərin, arqumentlərin əksəriyyəti əsaslıdır. Çünki həqiqətən də Naxçıvana verilən bəzi statuslar, səlahiyyətlər bilavasitə dövlət atributlarıdır: “Xüsusilə gömrük qurumlarının Azərbaycanın vahid idarəetmə sistemindən qoparılaraq muxtar respublikanın Ali Məclisinə tabe etdirilməsi sanki müstəqil dövlət səlahiyyətinin verilməsidir. Əgər məqsəd Naxçıvanın nisbətən müstəqilləşdirilməsidirsə, bunun özü yanlış addımdır. Ona görə ki, Naxçıvanı daha da gücləndirmək istəyiriksə, Azərbaycanın digər rayonları, bölgələrinin idarəçiliyi, tabeçiliyi necədirsə, Naxçıvan da elə olmalıdır. İnternet əsridir, informasiya texnologiyaları vasitəsilə istənilən məsələni Azərbaycanın mərkəzi hakimiyyət qurumları ilə anında həll etmək mümkündür. Necə ki, Azərbaycanın ən ucqar rayonları mərkəzlə bu şəkildə işləyirlər və heç bir problem ortaya çıxmır. Naxçıvana verilən bəzi statuslar Dağlıq Qarabağ üçün cızılan model rolunu oynaya bilər. YAP-dan olan deputat Aydın Mirzəzadənin açıqlamasında əslində bu fikir təsdiqlənib”. 
Ekspert vurğuladı ki, Naxçıvanda onsuz da bir mütləq hakimiyyət mövcuddur. Əlavə səlahiyyətlərin verilməsi mütləq hakimiyyəti bir qədər də müstəqilləşdirə, arxayınlaşdıra və Naxçıvanı bir az da uzaqlaşdıra, ayrı sala bilər: “Naxçıvan isə Azərbaycanla bir yerdə güclüdür, digər bölgələrimiz kimi mərkəzə daha çox tabe olduqda Naxçıvan daha təhlükəsizlik çətiri altında olmuş olur. Naxçıvan Azərbaycanın mərkəzi hakimiyyət strukturlarına nə qədər çox bağlı olsa, bu, həmin bölgənin özünün xeyrinədir”. 
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası 1924-cü ildə yaradılıb. Azərbaycan Respublikasının Konstitusiyasına görə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkibində muxtar dövlətdir.

Etibar SEYİDAĞA                musavat.com

Diktator bütün vətəndaşları izləmək istədi və…Kumar ona 1.5 milyon “atdı”

Mavritaniya diktatoru ölkənin bütün vətəndaşlarını onların mobil telefonlarına cəsus proqram yüklətmək yolu ilə izləmək istəyib və bu məqsədlə İtaliya şirkətindən gizli yollarla cəsus proqram əldə etməyə çalışıb. Lakin italyanlar ona “atıblar” və 1,5 milyon dollar pulunu alıb aradan çıxıblar. Əvəzində bu işə dəxli olmayan başqa İtaliya vətəndaşı Mavritaniyada girov götürülüb.Virtualaz.org xəbər verir ki, bu əhvalat haqda lenta.ru yazır. Həmin məqaləni sizə təqdim edirik.

...2015-ci ilin avqustunda İtaliyanın “Vigilar” mühafizə şirkətinin əməkdaşı Kristian Provissionato çoxdan həsrətində olduğu məzuniyyətə çıxaraq doğma şəhəri Genuya yaxınlığındakı villada istirahət edirdi. Bu vaxt şirkətin top-meneceri Devid Kastronun telefon zəngi onun istirahətini yarımçıq qoyur. “Şef” deyir ki, Provissionato təcili olaraq Mavritaniyanın paytaxtı Nuakşota uçmalıdır. Və onun vəzifəsi vacib adamı yerli hakimiyyətlə danışıqlarda müşaiyət etmək, hər şeyin yolunda getməsini təmin etməkdir.
İlk baxışdan bu vəzifə Provissionato üçün adi görünürdü. Üstəlik boss ona bir həftəlik məzuniyyət üçün 1500 avro ezamiyyət pulu və işlər yaxşı alınsa, 3 min avro mükafat da verirdi. Provissionato tərəddüd etmir, ona qısaca izah edirlər ki, həmin vacib adam “Wolf Intelligence” şirkətində işləyir və Mavritaniya hakimiyyətinə hansısa kibersilah satmaq istəyir.
Nuakşot aeroportunda Provissionatonu yerli məmur qarşılayır və onu şəhərin ətrafında mənzilə yerləşdirir. Məlum olur ki, “Vigilar” şirkətinin daha bir əməkdaşı Leonid Reitano da həmin mənzildə qalır. Həmin gün Provissionatı Mavritaniya hakimiyyətinə kibersilah satmaq istəyən vacib şəxslə- “Wolf Intelligence”in əməkdaşı ilə görüşməli imiş. Lakin həmin şəxs görüşə gəlmir. Ertəsi gün də ondan xəbər çıxmır. Leonid Reitano ona deyir ki, bu şirkətin Əhməd adlı yeganə işçisi Mavritaniyanı iki həftə əvvəl tərk edib. Və Reinato da tələsik Mavritaniyanı tərk edəndə Provissionato başa düşür ki, ortada nəsə müəmma var.
O, təlaş içərisində İtaliyaya, işlədiyi şirkətə və rəhbərliyinə zəng vurur. Ancaq Provissionatonu inandırırlar ki, narahat olmasın. Lakin ertəsi gün onun qaldığı evə gözlənilmədən silahlı adamlar hücum çəkir və italiyanı qəddarcasına döyür. “Sən həmin şeyi bizə verirsən, yoxsa heç vaxt evə qayıtmayacaqsan”-silahlıların Hmeyda adlı komandiri ona qışqırır. İtaliyalı isə ancaq gözlərini döyür, onun sifəti qan içində olduğundan heç danışa bilmir, ikincisi isə “həmin şeyin” nədən ibarət olduğu haqda anlayışı belə yox idi. Bir neçə saat sonra Provissionatonoya icazə verirlər ki, öz bossu Kastro ilə telefon əlaqəsi saxlasın. Lakin bu telefon zəngi də məsələyə aydınlıq gətirmir. Boss ancaq onu deyir ki, hansısa Kumarla danışıb məsələni yoluna qoyacaq. Silahlılar Povissionatonu maşına basıb aparırlar və təkadamlıq kameraya oxşayan yerə salıb qapını bağlayırlar. Yalnız iki gün sonra italiyalı başa düşür ki, yerli xüsusi xidmət orqanlarının bazasında saxlanılır.
Bəs Provissionatonun həmin gizli həbsxanaya salınmasına kim baiskar idi? Məlum olur ki, işin əsli Maniş Kumar adlı hindistanlıdadır. O, Hindistanın Radcasthan ştatında anadan olub, hələ yeniyetməlik dövründən kompüter arxasına keçib və youtube-dəki roliklərin, habelə kasıblar məhəlləsində yaşayan dostlarının köməyi ilə virus proqramlar yazmağı, serverləri sındırmağı öyrənib.
Bir neçə il ərzində bu iş Kumara stabil gəlir gətirirdi. Lakin gənc hindistanlı həmişə daha çoxuna can atırdı. O, iri şirkətlərin serverlərində həssas nöqtələri axtarıb tapır, buna görə Google və Yahoo kimi nəhənglərdən iri məbləğlərdə qonorarlar alırdı. Sonra o, özünün veb-dizayn studiyasını qurdu və tezliklə “yandı”.
21 yaşında Kumar “Hakerin sirləri” kitabını yazmışdı və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər arasında tanınmışdı. O, yerli universitetdə kurs aparırdı, tələblər arasından özünə işçilər seçirdi. İnternet üzərindən İsrail, İtaliya, Yaxın Şərqdə yeni işgüzar əlaqələr qururdu.
2014-cü ildə isə “Wolf Intelligence” şirkətini qurub. Lakin müştərilər onun şirkətinə sifariş verməyə həvəs göstərmirdilər, bazarın liderlərinə italyan şirkəti “Hacking Team”-ə, Almaniyanın FinFisher şirkətinə və İsrailin NSO Group şirkəti kimi aparıcı şirkətlərə sifariş verirdilər. Bu şirkətlər həm də xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdilər.
Lakin başqa cür müştərilər də var-bunlar cəsus proqramlarını alıb satanlar, kölgə biznesmenləri, Afrika və Mərkəzi Asiyanın avtoritar rejimləri və digərləridir. Hansı ki, iri şirkətlər onlara cəsus proqramları satıb başlarını ağrıtmaq istəməzdilər.
Belə bir vaxtda dostları “Wolf Intelligence” şirkətinin rəhbərinə dedilər ki, Mavritaniya prezidenti general Muhammed uld Abdel-Əziz özünün gizli polisindən Amerikanın Milli Təhlükəsizlik Agentliyinin bənzərini düzəltmək istəyir. Texnologiyalara xüsusi sevgisi ilə fəxr edən dövlət başçısı Edvard Snoudenin sızdırdığı sirlərdən çox ilhamlanmışdı və qərara almışdı ki, o da Amerika kimi bütün vətəndaşları total şəkildə izləsin.
Onun ideyası heç də abusrd görünmürdü. Mavritaniyanın əhalisi 4 milyon nəfərə yaxındır, onlardan 700 mindən çoxu internetdən istifadə edir. Bundan əlavə 2013-cü ildə Dünya Bankı ölkədə internetin və mobil rabitənin inkişafı üçün Mavritaniyaya qrant ayırıb.
Total izləmə proqramı işləyib hazırlayan İT-şirkətləri Mavritaniya kimi ölkəyə belə proqram satmaqdan imtina edirlər. Kumar başa düşür ki, onun əlinə yaxşı şans düşüb və İT-sərgilərdən birində Abdel-Əzizin müşaviri Əhməd Bah dit Hmeidlə tanış olur. Hansı ki, il yarımdan sonra həmin Hmeidin başçılıq etdiyi dəstə Provissionatonu oğurlayacaqdı.
Kumarı Mavritaniyaya danışıqlara dəvət edirlər. Prezident sarayında keçirilən görüşdə o, Hmeidə danışır ki, yerli xüsusi xidmət orqanlarının ölkədəki bütün mobil telefonları xüsusi göndərilmiş SMS-lə yüklənən proqramın köməyi ilə hamını izləməsinə imkan verən proqramı verməyə hazırdır. Hindistanlı əmin edir ki, telefonların sahiblərinin izlənildiklərindən heç xəbəri də olmayacaq. Smartfon sahiblərini izləmək isə daha asan olacaq, xüsusi proqram onların videogörüntülərini və səsini də qeydə alacaq.
İdeya Mavritaniya prezidentinin müşavirinin xoşuna gəlir. O, həmin proqrama görə 2,5 milyon dollar ödəməyə razılaşır, ancaq bəzi şərtlər irəli sürür. Kumar özünün etibarlı adamı, proqramçı Nafiz Əhmədi Mavritaniyada qoymalıdır. Pullar isə hissə-hissə ödəniləcək. 500 min bəribaşdan, daha bir milyon dollar sistemin işçi versiyasının quraşdırılmasından sonra, yerdə qalanı isə sistem tam işə düşəndə. “Əgər sən gələn dəfə proqramın demo-versiyasını gətirməsən, heç vaxt Mavritaniyanı tərk edə bilməyəcəksən”- Hmeida onu xəbərdar edir.
Mavritaniyadan qayıdan Kumar həmin “Vigilar Group” şirkəti ilə mühafizə üçün müqavilə bağlayır, özü isə bütün gücü ilə ona lazım olan texnologiyanı axtarmağa başlayır. Tanışları vasitəsilə İsraildə cəsus proqramlarının alveri ilə məşğul olan “Dudi” ləqəbli Devid Sternberqi tapır. O, 1 milyon dollara lazım olan sistemi Kumara satmağa razılaşır və dərhal 100 min bəribaşdan ödəmə tələb edir. Şərtə görə sistemi nümayiş etdirən rolik hazır olanda Kumar “Dudi”yə daha 400 min dollar ödəməli idi. Qalan pulu isə bir ay sonra veməliydi.
O tərəfdən isə mavritaniyalılar tələsdirirdi və Kumardan proqramı nümayiş etdirməyi tələb edirdilər. Kumar Afrikaya uçur, Hmeida və şəxsən prezident Abdel Əzizə bir-iki haker tryuku nümayiş etdirir, otaqda oturmuş hansısa məmurun kompüterini sındırır. Bu, riskli addım idi, ancaq işə yarayır və Mavritaniya prezidenti inanır. Kumara imkan verir ki, “Dudi”dən vəd olunan sistemi almaq üçün lazım olan vaxtı uzada bilsin. Beləliklə, vaxt tamam olur, “Dudi” vəd etdiyi sistemi Kumara satır. Kumar hesablayır ki, Mavritaniyalılardan alacağı 2,5 milyon dollardan isə ona cəmi 700 min dollar qalır. Çünki 300 min dollar da onu Mavritaniya hakimiyyətinə calaşdıran Bomiya adlı vasitəçi almışdı. Elə həmin Bomiya xəlvətcə Kumara çatdırır ki, sistem quraşdırılıb işə salınandan sonra mavritaniyalılar qalan 1 milyon dolları ona verməyəcəklər.
Hindistanlı başa düşür ki, belə olsa o, ziyanda qalacaq. Çünki Mavritaniya hakimiyyətindən aldığı 1,5 milyon dolların 1 milyonunu “Dudi”yə, 300 minini vasitəçiyə vermişdi. Və o, mavritaniyalılara atmaq qərarına gəlir, öz proqramçısını tələsik Mavritaniyadan çıxarır. İnandırır ki, onun yerisinə təzəsini göndərəcək. Və həmin adam işə heç bir dəxli olmayan Provissionato olur.
Kumarın hesablaması sadə idi- yəqin mavritaniyalılar avropalını oğurlayıb öldürməyə risk etməzlər, o, İtaliya konsulluğu ilə əlaqə yaradıb ölkədən qaçar. Lakin Kumar bu planını Provissionatonun Mavritaniyada oğurlanmasından iki gün sonra “Vigilar”ın rəhbərinə çatdırır. Həmin vaxt Provissionato ilə əlaqə kəsilmişdi. Yarım il sonra isə onun şirkətlə müqaviləsinin vaxtı bitir və “Vigilar” öz keçmiş əməkdaşının axtarışını dayandırır.
Provissionatonun sevgilisi Alessandra Qullo və onun qardaşı Maurisio bir il boyu İtaliya hakimiyyət orqanlarının qapısını döyür, adamın itkin düşdüyünü deyir və tələb edirlər ki, Mavritaniya hakimiyyətinə rəsmi sorğu göndərilsin. Nəhayət ötən ilin noyabrında İtaliyanın Mərakeşdəki səfiri Mavritaniyadan rəsmi məktub alır. Orada qısaca deyilirdi ki, Provissionato həbsdədir, dələduzluqda və pul yumada ittiham olunur.
Qohumlarına Provissionato ilə görüşə icazə verirlər. O, bərk arıqlamışdı, səhhətində problemlər yaranmışdı. Ancaq tibbi yardım almırdı. Provissionato inanırdı ki, rəisi özü dostu Leonid Reinatonu Mavritaniyadan çıxarmaq üçün onu tələyə salıb və ora göndərib. Və İtaliya hakimiyyətindən xahiş edir ki, ona kömək etsin.
Məsələ BMT Baş Assambleyasının sessiyası zamanı Mavritaniya nümayəndə heyəti ilə müzakirə olunur. Lakin razılıq əldə edilmir. Mavritaniyalılar tələb edirlər ki, İtaliya Kumara ödənilmiş həmin 1,5 milyon dolları qaytarsın. İtalyanlar isə bu pulu ödəmək istəmirlər. Pulu alıb aradan çıxan Kumar isə sudan quru çıxan yeganə adam olur. İtaliya hakimiyyətinin onun Mavritaniya ilə sövdələşməsinə dair heç bir sübutu yoxdur. 
Kumarın işləri hazırda yaxşı gedir, onun şirkəti yarım illik danışıqlardan sonra Misir hökuməti ilə 500 min dollarlıq müqavilə də bağlayıb. Müqaviləni tez də bağlamaq olardı, ancaq Kumar iş dalınca Qahirəyə getməkdən qəti imtina edir. Misir hakimiyyəti pulun yarısını köçürüb və o, qara bazarda smartfornları izləmək üşün cəsus proqram axtarmaqdadır...

Hazırladı: F.Məmmədov                  virtualaz.org

Bakı erməniləri geri qayıdır: Lida Balasanyan da gəldi...

Hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayan Bakı ermənilərinin arzuları çin olur. Onlar 27 il əvvəl tərk etdikləri şəhərə geri dönməyə başlayırlar. Hərdən KİV-lərdə və sosial şəbəkələrdə Qarabağ münaqişəsinin ilk illərində Azərbaycanı tərk etmiş ermənilər burada yaşadıqları günlər haqda nostaljilərini bölüşürlər. Axı onların çoxu Köçəryan və Sərkisyan kimi keçmiş səhra komandirlərinin yaratdığı xuntanın idarəçiliyi altında hər gün sosial ədalətsizliklərlə üzləşirlər, elementar hüquqlardan məhrumdurlar.
Belələrindən biri- Lida Ervandovna Balasanyan ən yaxın günlərdə Azərbaycan vətəndaşlığını bərpa etmək üçün sənədləri alacaq. Lida Balasanyan artıq Bakıya qayıdıb. Və dərhal qohumları ilə birlikdə haqqin.az saytının redaksiyasına təşrif buyurub. Onu redaksiyada irəvanlı jurnalist Syuzan Caqinyanın başçılıq etdiyi Ermənistan şöbəsi qarşılayıb.
Lida Balasanyan 1940-cı il sentyabrın 20-də Bakıda anadan olub. Onun valideyinləri Şəmkirdəndir, atası orada yanğınsöndürən işləyib. Lida nənə Bakıdan 90-cı illərin əvvəllərində gedib, burada onun çoxsaylı qohumları qalıb. Hazırda onun dörd uşağı, yeddi nəvəsi və 4 nəticəsi var. Praktiki olaraq onların hamısı Bakıda yaşayır, bir nəvəsi və 4 nəticəsi istisna olmaqla.
77 yaşlı qadının həyatı zəngin və mürəkkəbdir. Onun əri Mixail Həsənov 1976-cı ildə ağır xəstəlikdən ölüb. Lida özü 40 il müxtəlif işlərdə işləyib. Tikiş fabrikində, Azərbaycan SSR-in sosial təminat Nazirliyində çalışıb. İrəvana gedəndən sonra Lida Balasanyan heç yerdə işləməyib, dilənçi pensiyası alıb, vaxtaşırı olaraq “bomj”ların yeməkxanalarında qalan artıqla qidalanıb. Və İrəvanda onun qardaşı Mais Balasanyanı yaşamasına baxmayaraq Lidanın onunla münasibətləri alınmayıb.
Lidanın Bakıda qalan uşaqları uzun illər ərzində analarından məlumat ala bilməyiblər. Onun oğlu usta işləyir, təmir işləri ilə məşğuldur. İki qızı isə hələ də uşaq bağçasında tərbiyəçidir. Üçüncü qızı işləmir.
2009-cu ildə ailə təsadüfən öyrənib ki, Lida Balasanyan sağdır və İrəvanda dilənçilik edir, erməni pensiyaçıların bir çoxu kimi. Qərara alınır ki, onu Gürcüstana köçürsünlər. Rustavidə kirayə mənzildə Lida nənə 2016-cı ilin dekabrına kimi yaşayır. Erməni vətəndaş cəmiyyəti fəallarının, xüsusən Syuzan Caqinyanın Bakıya gəlməyə başlamasından sonra Həsənov-Balasanyan ailəsində qərara alırlar: yaşlı qadını Gürcüstandan götürüb Bakıya gətirsinlər, ona qulluq etsinlər.
Lida nənənin qohumlarının dediyinə görə onlar bu haqda Azərbaycanın dövlət orqanlarını məlumatlandırıblar. Həmin orqanlar Lida Balasanyanın Bakıya gətirilməsinə dəstək veriblər, bu işdə kömək göstəriblər.
“Biz hamımız onun Bakıya gəlişindən şadıq. Bu, prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin sülhməramlı təşəbbüslərinin dəstəklənməsinə yönəlmiş siyasəti sayəsində baş tutur. Biz bütün ailəmizlə bu platformanı dəstəkləyirik və azərbaycanlı, erməni sülhpərvərlərinin sıralarına qoşulmaq istəyirik. Tezliklə Lidanın nəticələri də Londondan Bakıya gələcək. Pasporta gəldikdə biz artıq vətəndaşlığın bərpası üçün ərizə vermişik”- Balasanyanın qızı Sevil Həsənova bildirir.
Bakıda olduğu bir ay müddətində Lida Balasanyan öz qohumlarında qonaq olub, şəhəri gəzib. “Mən Bakıda, Sovetski küçəsində yaşayırdım. İndi burada mənə tanış yerlər tamam az qalıb. Bununla belə şəhər çox xoşuma gəlir. İrəvanda çoxlu Bakı erməniləri yaşayır, onlar Bakıya dönməyi arzu edirlər. Sərkisyana və Qarabağ münaqişəsini başladan digər millətçilərə Allah lənət eləsin. Axı azərbaycanlılar və ermənilər bu torpaqlarda sülh şəraitində yaşayırdı. Azərbaycan xalqı həmişə xeyirxah və dözümlü xalq olub. Mən əminəm ki, qarabağlılar da bu faşistlərin əlindən beziblər. Və onların hamısı Azərbaycanın tərkibinə qayıtmaq istəyir”- Lida Balasanyan deyir.
Sonrakı planlara gəldiksə isə Lida Balasanyan bildirir ki, doğma Bakıda yaxınlarının, əzizlərinin əhatəsində yaşayıb həyatdan ləzzət almaqdan başqa arzusu yoxdur...

virtualaz.org

Naxçıvan sakini İnternetdən görüşə çağırdığı qızları... - DƏHŞƏT

Dələduzluq və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Naxçıvan şəhər sakini, 1989-cu il təvəllüdlü Fərid Cəfərxanlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Fərid Cəfərxanlı sosial şəbəkələrdə tanış olduğu qızlara qarşı dələduzluq edib. O, iki il ərzində "gecə.az", "alo.az", "saytım.az, "yataq.az", saytlarında 5 qızla tanış olub. O, həmin qızlarla mütəmadi olaraq internet və telefon vasitəsilə əlaqə saxlayıb, hər birinə qarşı evlilik təklifi edərək etibarlarını qazanıb.
Fərid Cəfərxanlı 2012-ci ilin sentyabr ayında "gecə.az tanışlıq saytında Aytən Ədilova (cinayət işində adı keçən bütün zərərçəkmişlərin ad və soyadları şərti göstərilib) ilə tanış olub.
O, Aytənlə həm tanışlıq saytında, həm də telefon vasitəsi ilə danışıb. Fərid qızı evlilik adı ilə aldadaraq onun etibarını qazanıb.
Hətta Fərid bir neçə dəfə Aytənlə Nərimanov parkında görüşüb. Sonuncu dəfə qızı yaşadığı Nərimanov rayonu, Ə.Rəcəbli küçəsindəki evinə qədər yola salıb.
Evlərinin yaxınlığında qızdan ümumi dəyəri 300 manat olan bir ədəd qızıl saatı, bir ədəd qızıl klonunu alıb. Həmin qızılları Fərid Cəfərxanlı sonradan sataraq şəxsi ehtiyaclarına xərcləyib.
Fərid Cəfərxanlının növbəti hədəfə aldığı qız "alo.az" saytında tanış olduğu 18 yaşlı Nahidə Məmmədova olub. O, 2012-ci ilin noyabr-dekabr aylarında həmin tanışlıq saytında Nahidə ilə danışıb, onunla da ailə quracağını deyib.
Bu adla Nahidəni aldadan Fərid Cəfərxanlı bir neçə dəfə paytaxtın ayrı-ayrı yerlərində yerləşən parklarda görüşüb. Fərid qızı onunla evlənəcəyinə inandırıb. Amma elçi göndərmək üçün imkanı olmadığını qıza deyib. Bu adla qızdan ümumi dəyəri min manat olan bir cüt qızıl sırğanı, üç ədəd qızıl boyunbağını, iki ədəd qızıl üzüyü lombarda qoyaraq kredit götürüb.
O, yenə də pulu düzəlmədiyini deyib və qızdan əlavə olaraq 400 manat alıb. Fərid Cəfərxanlı "sevgilisi"ndən aldığı pulları paytaxtın mərkəzində yerləşən əyləncə yerlərində xərcləyib.
Bundan başqa, Fərid Cəfərxanlı 2012-ci ilin dekabr ayında "saytım.az" tanışlıq saytında Fərqanə Əliyeva ilə tanış olub və o, qızın yaşadığı Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinə gəlib. Orada qızla görüşüb və ona evlilik təklif edib. Sonra Fərid Cəfərxanlı Fərqanədən qulağındakı 150 manatlıq qızıl sırğanı aldatma yolu ilə alaraq ələ keçirib.
Bundan başqa o, 2013-cü ilin yanvar ayının əvvəllərində "big.az" saytında Mingəçevir şəhər sakini Samirə Əhmədova ilə tanış olub. O, tanışlıq zamanı qızla evlənəcəyini bildirib. Fərid Cəfərxanlı Bakıda yaşadığını, qızla evlənmək istədiyini, amma elçi göndərməyə imkanı olmadığını deyib. Bu zaman Samirə Fəridə onu evlənmək məqsədilə qaçırmasını təklif edib. Fərid isə Mingəçevirə gəlməyə yol pulu olmadığını deyib. Qız yol pulu əvəzi olaraq Fərid Cəfərxanlıya anasına məxsus 80 manat dəyərində olan qızıl qolbağı göndərib. Fərid qızılı alsa da, vədinə əməl etməyib.
2013-cü ilin yanvar ayının sonlarında Cəlalə Mehdiyeva ilə sosial şəbəkədə tanış olan Fərid onunla evlənəcəyini vəd edib. O, Cəlalənin yaşadığı Xətai rayonu, X.Məmmədov küçəsinə gəlib. Orada qızla bir daha yaxından tanış olan Fərid evlilik məsələsində israrlı olduğunu deyib.
O, qızın boynundakı 720 manatlıq qızıl boyunbağını istəyib. Fərid Cəlaləyə deyib ki, boyunbağını anasına göstərəcək, eynisindən evlənəndə ona alacaq. Bu adla boyunbağını ələ keçirib.
Fərid Cəfərxanlı Qaradağ rayonu Müşviqabad qəsəbəsində yaşayan Sevda Vəliyeva ilə "yataq.az" saytında tanış olub. O, Sevda Vəliyeva ilə ailə quracağını deyib və bu adla onu aldadıb.
Fərid görüş zamanı Sevdadan barmağındakı təxminən 80 manatlıq qızıl üzüyünü istəyib. Bildirib ki, həmin üzüyü qızıl satana göstərəcək, eyni ölçüdə olan nişan üzüyü alacaq. Bu adla da o, qızdan üzüyü alıb.
2013-cü ildə Fərid Cəfərxanlı sosial şəbəkədə Mehri Babayeva ilə tanış olub. Tanışlıq zamanı Mehri ona ailəsindən ayrıldığını deyib. Fərid Cəfərxanlı Mehri Babayeva ilə dəfələrlə intim əlaqədə olub və bu zaman video çəkiliş edib. Sonra Fərid Mehrinin ailəli olduğunu bilib və bundan sonra o, qadını video çəkilişlə şantaj etməyə başlayıb.
Fərid Cəfərxanlı hər ay Mehri Babayevadan 300 manat verməsini tələb edib və vermədiyi halda həmin çəkilişləri sosial şəbəkədə yayacağını, ailəsinin dağılacağını deyib. Qadın qızıllarını sataraq bir neçə ay ərzində Fərid Cəfərxanlıya hər ay 300 manat verib. Sonradan qadın ərinin cibindən də oğurluq edərək Fərid Cəfərxanlıya "haqq" ödəyib.
Sonradan Fərid Cəfərxanlının şantajından bezən Mehri Babayeva polisə şikayət edib. Onun şikayəti əsasında Fərid Cəfərxanlı həbs edilib və bundan sonra aldanan digər qızlar da valideynləri vasitəsi ilə hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Fərid Cəfərxanlı Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham edilib.
Səbail rayon Məhkəməsinin hökmü ilə Fərid Cəfərxanlının barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 5 il sınaq müddəti müəyyən edilməklə 5 il 8 ay 10 gün müddətinə şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bu hökmdən prokurorluq apelyasiya protesti verib. Prokurorluq protestində Fərid Cəfərxanlının barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini, onun həbs edilməsini istəyib.
Prokurorluğun protesti Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun protesti təmin edilib və Fərid Cəfərxanlının barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsi hökmdən xaric edilib.
Məhkəmə Fərid Cəfərxanlının barəsində 3 il 2 ay 10 gün azadlıqdan məhrumetmə cəzası saxlayıb. Onun barəsində həbs qəti imkan tədbiri seçilib və məhkəmə zalında həbs edilib.

teleqraf.com

26.01.2017

Gülən Trampı hədələdi: ““Məni Türkiyəyə təslim etsəniz…”- Şok məktub

Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Gülənin ABŞ-ın yeni prezidenti Donald Trampa məktub ünvanlandığı ortaya çıxıb

“Türkiyə” qəzetinin köşə yazarı Fuat Uğur Gülənin məktubunda nələrin olduğunu yazıb.
Trampın andiçmə mərasimindən öncə ünvanlanan məktubda F.Gülən ABŞ-a etdiyi xidmətlərdən, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Federal Tədqiqatlar Bürosuna (FTB) işləməsindən bəhs edib.
“Məni Türkiyəyə təslim etsəniz, hər şeyi danışaram”, – deyə Gülən məktubunda Trampı təhdid edib.
Məktubda deyilir: “Türkiyə və bütün dünyada ABŞ-la birlikdə hərəkət etdik. Heç bir tərəfdə deyiləm. Amma haqqımdakı iddialar məni dindirmək üçün ələ keçirmək istəyənlər tərəfindən ortaya atılır. Əgər bizə sahib çıxsanız, sizinlə daha aktiv şəkildə işləyərik. Dünyanın dörd bir yanındakı adamlarımız xidmət etməyə hazırdır”. /publika.az/

“RÜŞVƏTƏ SON QOYMAĞI TƏLƏB EDİRƏM” – Ramiz Mehdiyev müşavirədə icra başçılarına nə deyib?

İcra başçıları ilə bağlı ŞOK məxfi hesabat: bir çoxu içkiyə meyillidir, bəziləri vaxtını eyş-işrətdə keçirir…

2016-cı ilin son günlərində – dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə keçirdiyi müşavirədən yeni xəbərlər var.
azpolitika.info-ya daxil olan məlumata görə, qapalı müşavirə kifayət qədər gərgin atmosferdə keçirilib – PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib. R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.
Məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib. R.Mehdiyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevi əlavə olaraq vaxtının çox hissəsini Bakıda keçirdiyinə görə də danlayıb. Ə.Əbiyev isə bunun qarşılığında “siz də mənim yerimi Bakıya dəyişin” replikasını ataraq, Bakının rayonlarından birində başçı olmaq iddiasını ortaya qoyub.
Müşavirə zamanı yerli başçıların işə münasibəti ilə bağlı daxili araşdırmanın nəticələri də müzakirə olunub. Bu araşdırmaya görə, rayonların başçılarının əksəriyyəti işdə çox az vaxt keçirir, əhali ilə işini düzgün qura bilmir, bir çoxu içkiyə həddən artıq meyillidir, bəziləri isə hətta vaxtını eyş-işrətdə keçirir. Bizə verilən məlumata görə, PA rəhbəri bu kimi hallara son qoymağı, işə məsuliyyətlə yanaşmağı tələb edib, nəticə çıxarmayanlar barəsində sərt ölçü götürüləcəyinə dair xəbərdarlıq edib.
PA rəhbərinin bu xəbərdarlığının ciddi nəticəsi olacaqmı, demək çətindir. Lakin bir məsələ tam aydındır ki, belə tərkibdə icra başçıları ilə əhalinin artan narazılığının qarşısını almaq çox çətin olacaq. Əksəriyyəti tükənmiş, yenilik etmək, dövrün tələblərinə cavab vermək iqtidarında olmayan, tamamilə korrupsiyalaşmış bu heyətlə irəliyə getmək, rüşvət və korrupsiya ilə yerlərdə mübarizə aparmaq, elan olunan islahatları həyata keçirmək mümkün deyil. Çünkü korrupsiya, süründürməçilik, insanların problemlərinə laqeyd münasibət, şəxsi maraqların ön planda tutulması kimi “keyfiyyətlər” cəzasızlıq mühitində bu insanların həyat tərzinə çevrilib. Onu asanlıqla dəyişmək mümkün deyil.

“Dedim, Eldar Mahmudova cib xərcliyi lazımdırsa, 10 min verim”

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. qafqazinfo xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Bahəddin Sultanovun qaldırdığı mülki iddia qəbul edib.
Vüsal Ələkbərovun barəsində olan həbs qətimkan tədbirinin başqa yerə getməmək qərarı ilə əvəzlənməsi haqda vəsatəti təmin edilməyib.
Dövlət ittihamçısı İlqar Quliyev bildirib ki, Vüsal Ələkbərova mütəşəkkil dəstə tərkibində ittiham verilib: "Dəstənin digər üzvləri bu gün azadlıqdadırlar. Vüsal Ələkbərov həmin şəxslərlə əlaqə saxlayıb zərərçəkmişlərə, şahidlərə təsir göstərər, sübutları saxtalaşdıra bilər".
V.Ələkbərov "Texnikabank"ın Bakı filialının rəhbəri Zal Yusifovun ittiham olunduğu cinayət işinin məhkəmədə tədqiq edilməsini istəyib.
Dövlət ittihamçısı bildirib ki, həmin cinayət işinə ibtidai istintaq zamanı baxış keçirilərkən müdafiə tərəfi hər hansı vəsatət verməyib: "O cinayət işi 50 cilddən çoxdur, baxış keçirilməsinə ehtiyac görmürəm".
Bundan sonra V.Ələkbərov dövlət ittihamçısı İlqar Quliyevə etiraz edib və onun prosesdən uzaqlaşdırılmasını istəyib: "Mən hərbi qulluqçuyam, hərbi rütbəm var. Buna görə də mənim işimə hərbi məhkəmədə baxılır. İşə çıxan prokuror isə Hərbi Prokurorluğun yox, Baş Prokurorluğun prokurordur. Bu şəxsin mənim işim üzrə prosesdə çıxış etmək səlahiyyəti yoxdur".
Məhkəmə kollegiyası etirazın əsassız olduğunu bildirib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib, V.Ələkbərov özünü təqsirli bilmədiyini deyib və əlavə edib ki, zərərçəkmişlərlə şahidlər dindirildikdən sonra ifadə verəcək.
V.Ələkbərov zərərçəkən Akif Qurbanovun epizodunun qapalı keçirilməsini istəyib və bildirib ki, həmin şəxs dövlət əleyhinə çıxışlar edib. Vəsatət təmin edilməyib.
A.Qurbanov ifadə verərək deyib ki, MTN-nin baş istintaq idarəsinin sabiq rəisi Mövlam Şıxəliyevi 1992-ci ildən tanıyır: "Bir toyda Mövlamdan “Texnikabank”ın rəhbəri Etibar Əliyevin istintaq işi ilə maraqlandım. Səhəri gün məni MTN-ə çağırdılar. Bir nəfər mənə dedi ki, sən dövlətçilik əleyhinə çıxışlar edirsən, hökumətə qarşı çıxırsan. Ona dedim ki, YAP-ın üzvüyəm. Partiyanın üzvlük vəsiqəsini də onlara göstərdim. Bundan sonra Vüsal Ələkbərov yanıma gəlib tikinti şirkətlərimi saymağa başladı. Dedim əziyyət çəkmə, özüm sayaram. Sonra dedi sabah tikintiyə icazə verilən sənədlərlə nazirliyə gəl. Həmin sənədlər üçün KAMAZ lazım olduğunu dedim. Mən Mövlam Şıxəliyevlə görüşmək istədiyimi dedim. Məni onun müavini Təhsin Ağayevlə görüşdürdülər. Təhsinlə birgə Mövlamın yanına getdik. Ona salam vermədim, səbəbini soruşdu. Dedim dünən toyda salam verdim, bura gətirtdin, indi salam versəm yəqin asarsan. Mövlam dedi ki, tikinti işi ilə məşğul olursan, 10 milyon manat ver. Dedim sən məndən çox bu işlə məşğulsan. Sonra dedi ki, həbs olunmağını istəmirsənsə, 1 milyon ver. Dedim başa düşürəm şefiniz Eldar Mahmudov toy edir, cib xərcliyi lazımdırsa, 10 min verim. Təhsin dedi boş-boş danışma, deyilən pulu gətir. Məni buraxdılar, ölkədən çıxışıma qadağa qoydular. Oğlanlarımı, məni həbs edəcəkləri ilə hədələdilər. Mən də istədikləri 1 milyon manatı Vüsal Ələkbərova verdim. Vüsal dedi ki, pulu Mövlama verəcək. Mən pulumu Vüsaldan tələb edirəm, o da kimə veribsə, getsin ondan alsın. MTN belə edəndən sonra Bakıda işləməyin mümkün olmadığını gördüm, biznesimi Rusiyaya köçürdüm".
Digər zərərçəkən Nizami Kazımov ifadə verərək deyib ki, onu Texnika banka əmanət qoyduğu üçün tutub 3 milyon manat tələb ediblər: “Pulu vermədiyim üçün 3 ay həbsdə qaldım. Sonra mənimlə MTN-də alver başladı. 2005-ci ilə kimi Hacı Məmmədov insanları evində olan bunkerlərdə saxlayırdı, pul alırdı. Amma bunlar Hacı Məmmədovan fərqli olaraq bir qədər işlərini qanuni görməyə başladılar. İnsanları MTN-də saxlayıb, pul alaraq buraxırdılar. Mən axırda təzyiqlərə dözməyib 2 milyon dollar verəndən sonra buraxıldım“.
“Texnikabank”ın əmanətçisi olan zərərçəkənlərdən biri olan Hüseyn Səfərov ifadə verərək deyib ki, MTN-ə çağırılıb və şantaj olunaraq 2 milyon manatını və 2 kiloqram qızılını ələ keçiriblər: “Əvvəl pul verməyəcəyimi dedim, 3 aylıq həbs verdilər. Mövlam Şıxəliyev dedi ki, bu nazir Eldar Mahmudovun tapşırığıdır. 2 milyon istədilər, yarısını verəndən sonra həbsdən buraxdılar, qalanını da verəndən sonra cinayət işinə xitam verdilər. Pulumu Vüsal Ələkbərovdan tələb edirəm”.
Digər zərərçəkənlər Elşən Mədətov və Mehrac Qurbanov da eyni qayda ilə saxlanılaraq həbslə hədələndiklərini deyiblər. E.Mədətov 250 min dollar, M.Qurbanov isə 200 min dollar verdiyini deyib.
Məhkəmə prosesi fevralın 2-də davam etdiriləcək.

FAZİL MUSTAFA: AZƏRBAYCANA ELÇİBƏY ƏXLAQI QAYITMAYINCA, İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZI VƏ MƏNƏVİYYATIMIZI QAYTARA BİLMƏYƏCƏYİK

Bu gün Şah İsmayıl Xətaiyə qarşı ciddi savaş açan deputat illər öncə yazılarını onun fikirləriylə bəzəyib

xeber.info Deputat Fazil Mustafanın 2005-ci ilə qədər yazdıqlarını araşdırmaqda davam edir. Olduqca maraqlı və cəmiyyətin bir daha bilməsi vacib olan məqamlar üzə çıxır. Həmin məqamlardan biri də Şah İsmayıl Xətainin yazdığı şeir parçalarından birini nümunə göstərməsidir. F.Mustafa “Əxlaq davası” başlıqlı məqaləsində  mərhum prezident Heydər Əliyevlə Elçibəy arasında əxlaq paralelliyi aparır. Həmin məqalənin qısaldılmış formasını təqdim edirik.

 “... Əslində bu gün cəmiyyətimizdə hər kəsin anladığı şəkildə hakimiyyət davası deyil, əxlaq davası gedir. Bir tərəfdə mövcud iqtidarın yuxarıda gözəl inciləriylə tanış olduğunuz əxlaq, o biri tərəfdə də Elçibəy və onun tərəfdarlarının cəmiyyətə qazandırmaq istədiyi əxlaq qarşı-qarşıyadır. Elçibəy əxlaqından sizə bəzi nümunələr verək. Əlbəttə bunun qətiyyən indiki iqtidar sahiblərinə isti-soyuğu yoxdur. Sadəcə, məmləkət əhlinə aid bir xatirlatmadır ki, bu əxlaq anlayışına diqqət yetirməyəndə onları idarə edənlərin hərəkətlərindən uzun illər əzab çəkirlər. Vəzirovla Elçibəyin münasibətləri bəllidir. Vəzirovun anası rəhmətə gedərkən Elçibəy telefon açaraq onun gəlişinin təhlükəsizliyi üçün təminat verdiyini söylədi və yas yerində də gedib iştirak etdi. Mütəllibovun atasının incidilməsi faktına birinci reaksiya vermiş və o zamanın daxili işlər nazirinə onun qəlbinə dəyəcək bir hərəkətə yol verilməməsini xüsusi olaraq tapşırmışdı. Elə H.Əliyevin özünə münasibəti xatırladaq. Qardaşının dəfninə gəlməkdən çəkinən H.Əliyevin Bakıya gəlməsinə hər cür imkan yaradıb, onu hörmətlə qarşılayıb və yas yerində belə iştirak edib. Bu bizim prezidentimizin əxlaqıdır. Və mən varlığımla əminəm ki, Elçibəy dünyanın sonu olsa belə, H.Əliyevə qarşı rəqabətini heç vaxt onun qohumlarından qisas almaqla və ya onun maşınını yarı yolda saxlayaraq taksiylə evinə yola salmaqla etməzdi. Mən əminəm ki, bu işi icra edənlərin özləri də yüz dəfə rejimə lənət oxuyaraq belə hörmətsizliyi sinirə biliblər. Ancaq soruşulanda “bir tikə çörəyin nəyiyik”deyəcəklər. Cənab poqonlu mikrofon aşiqləri! “Bir tikə çörəyin nəyi”ndən asan və ləyaqətli yol var: sabah boğazınızdan saplanacaq çörəyin deyil, sadəcə Allahın qulu olmaq yetərlidir.
Qaldı Elçibəyin şəxsiyyətinə  qarşı hörmətsizliyə, Şah İsmayılın sözləriylə desək: “Şahü-Mərdanın yolunda çox kişi vardır, vəli, Afərin ol başə kim, min başı bir baş oynadır”. İllərdir ilan başları kimi cücərən minlərlə KQB başlarına qarşı bir mücahid başıyla öz şəxsiyytini qarşı qoyan bu böyük insanın əxlaq anlayışını hava-su kimi axtaracaqsınız. Qarabağı itirəndən sonra axtardığımız kimi. Azərbaycana Elçibəy əxlaqı qayıtmayınca, işğal olunmuş torpaqlarımızı və işğal olunmuş mənəviyyatımızı qaytara bilməyəcəyik. Bunu anlamayanlar buyurub indiki rejimin mübarək əxlaq qaydalarına səcdəni davam etdirə bilərlər”.

“Azadlıq” qəzeti, 17-18 noyabr 1998

Советник президента Клименко предложил ограничить в России интернет

Единственная возможность обеспечить информационную безопасность в России — это ограничение интернета, как в Китае, заявил советник президента по вопросам развития интернета Герман Клименко.
«Путь один — это китайский вариант. Безусловно, контроль нужен, потому что не существует ни одной возможности это предотвратить. Китай менее щепетилен к мнению общества, они оценили угрозу и ограничили интернет. Теперь у них таких проблем нет», — заявил Клименко на лекции «Информационная безопасность России», проведенной в рамках курса «Армия и общество».
Он посетовал, что иностранные компании, работающие на территории РФ, не отвечают на запросы российских правоохранительных органов: «Мы находимся в странной позиции, когда на территории РФ находится иностранная компания, зарабатывает деньги, тем не менее ни на один запрос правоохранительных органов она не отвечает. К сожалению, мы не можем написать в What’s app» и попросить отключить шифрование", — сказал Клименко.
Он подчеркнул, что если иностранные мессенджеры и соцсети не будут сотрудничать с правоохранительными органами, «любое уважающее себя государство должно их выкинуть».
Курс лекций «Армия и общество» проходит в Военной академии Генштаба ВС РФ. Цель курса — расширение универсальных и общепрофессиональных компетенций военнослужащих для организации взаимодействия армии и общества. /interfax.ru/

25.01.2017

İranla bizim fərqimiz

İran apardığı düzgün siyasət nəticəsində cəmi 2 il ərzində PKK-nın İran üçün hazırlanmış qolu olan PJAK-ın kökünü kəsdi. İran bu mənfur təşkilatdan tutduğu terrorçuları əhv etmədi, müddətli həbsxanalara salmadı, sürgün etmədi, sadəcə onların qazandıqları kəndiri boğazlarına keçirib asdı. İran ordusunun sərt hərbi əməliyyatları nəticəsində PJAK ağ bayraq qaldırdı. İran dövləti bu məlunları məclislərinə nəinki qatmadı, onlara haqq qazandıranları və havadarlarını da sərtliklə yerində oturtdu. Beləliklə, artıq İranın terror qrupları problemi yoxdur. İran kürdləri bizdəki kimi dövlət vəzifələrinə doldurmadı, bu çapqınçı xalqın dövlət işlərində fəaliyyətinə qadağa qoydu. İran parlamentinin 80 faizi Azərbaycan türkləridir. İranda varlı sahibkarların 80 faizi Ərdəbil və Təbriz türkləridir. Azərbaycanda isə parlamentin 80 faizini kürdlər və kriptokürdlər təşkil edir. Varlı sahibkarların 80 faizi kürd bölgəsindən olanlardır. İranla bizim fərqimiz də bundadır.

Əfrahim Hüseynli - Alışmağın yer yox

ÖMÜR QALDI YOLU, İZİ SEÇİMDƏ

Sellər-sular yollar üstə daşdısa,
Enişi də, yoxuşu da daşdısa,
Əvvəli də, son ucu da qışdısa,
Dağlar üstən yol aşmağın yeri yox.

Bir murazın sonu dönüb heç oldu,-
Nə aradım, nə axtardım gec oldu...
Bu ocağın külü göyə sovruldu,-
Bir də dönüb alışmağın yer yox.

Ömür qaldı yolu, izi seçimdə,
Göyün üzü buludların köçündə.
Günlər ötdü gecələrin içində,-
Daha qalıb dolaşmağın yeri yox.

Yazı yazan daş yazıbmış səbrimi,
Gec anladım günün-ayın sirrini.
Uzaq olan, yada dönən birdimi?-
Üz tutmağın,qarışmağın yeri yox.

Əlim çatmır daha sənə, ay ana!..
Gəlib düşdüm bu payızın ovuna.
Qalan günlər çox çətin ki ovuna...
Barışmışam... barışmağın yer yox.

SƏNİ SEVMƏMİŞ

Bu qış da çaşdırıb bizi deyəsən,
Tanrı yazısıdı, demə gecdi, gec!
Vegülü, nöqtəsi yadımdan çıxan
Sevdiyin şeirlər yadındamı heç?..

Dünyanı tutmuşdu yaz gözəlliyi,-
Dumanı gəlməmiş, çəni gəlməmiş.
Ayı qarşılayıb yola salırdım,
Uldüzü sevirdim səni sevməmiş.

İtmişdim günlərin şirinliyində,-
Ağlıma gəlməyən ömür sürürdüm.
Hələ harasıdır, göy dənizlərin
Bir rəngi içində min rəng görürdüm.

Heç bitmək bilmirdi gecənin ömrü
Dan yeri əlçatmaz güman kimiydi.
Bir az gecələrin qəribliyində
Göy üzü gözləri dolan kimiydi.

Buludu sevmişdim, dolan buludu,
Yağışı sevmişdim mən səndən qabaq.
Kəsəkli yolları sərt üzünədək,-
Daşları sevmişdim mən səndən qabaq.

Sarı yarpaqlar da, otlar da gözəl!..
Doldu ürəyimə nə varsa köç-köç.
Vergülü, nöqtəsi yadımdan çıxan
Yazdığım şeirlər yadındamı heç?

DİLİNİN ALTINDA SÖZÜNÜ SAXLA

Dilinin altında sözünü saxla,
Üzünə açılsın meşin qapılar. 
Biri xoşlansa da, bir-iki sözdən,
Sözü böyütməyə beşi tapılar.

Daş qoya bilməsən dilinin altda, 
Yerisən daş dəyər ayaqlarına. 
Dünyanın işləri belədi, qardaş, 
Yüzü yol gözləyər, biri barınar.

Bu dəyirmanın da daşı dəyişib, 
Buğda əvəzinə üyüdür bizi. 
Dinib kiçilirik, dinməsək çoxu, 
Zəhmətsiz-filansız böyüdür bizi.

Dünyanın üzünə bozar, ya ağ ol, 
Onsuz da bu dünya düzələn deyil. 
Az tut ətəyindən doğrunun, düzün, 
Yalanlar usanıb üzülən deyil.

Yeri «böyüklər»in getdiyi səmtə, 
Yüyürüb küləyə özünü yorma. 
Dünyanın dumanı, çəni var, belə, 
Uzanan yollarda gözünü yorma.

Sənə qalmayıbdı dar ağacları, 
Alma ağacı var, nar ağacı var.
Qılıncdan keçdilər igid ərənlər, 
Dərdin nə dərmanı, nə əlacı var.

Saxla sözlərini, küləyə vermə, 
Sözü ötürürlər bu «başbilənlər». 
Nə olsun əlçatmaz yurd yerlərində, 
Döyür ağacları ağacdələnlər.

MƏN SƏNƏ HƏR ŞEYİ DEMƏDİM, ANA

Sevinci misqalmış baxtın, bilmədim,
Nahaqdan zirvəyə çıxdım, bilmədim.
Bulanıq sularda axdım bilmədim...
Mən sənə hər şeyi demədim, ana!

Ömrü uzun imiş hər il qışın da,
Batdım saxta, yalan söz yağışında.
Bir üzü quyuymuş hər alqışın da,
Mən sənə hər şeyi demədim, ana.

Donana od oldum, od oldı getdi,
Azana yol oldum, yol aldı getdi.
Aylardan, illırdən nə qaldı?.. bitti.
Mən sənə hər şeyi demədim, ana.

Əlim açıq oldu, əlim nə qədər!-
Umanlar çoxaldı hər gün, hər səhər.
Gizlicə bu ömrü sürdüm bir təhər,
Mən sənə hər şeyi demədim, ana.

Zözüm yeriyəndə gəzən çox oldu.
Elə ki, önümdə körpü dağıldı,
Biri gözə dəydi, beşi yox oldu,-
Mən sənə hər şeyi demədim, ana!

Sirrimi aparsın... küləyə dedim,
Dilsiz daşa dedim, çiçəyə dedim.
Ağrıyır ağrısın, ürəyə dedim,
Mən sənə hər şeyi demədim, ana!

Demədim - saçların eləcə qalsın,
Demədim- gözlərin yuxusuz olsun...
Duymadım, bilirsən gizli nəyim var;-
Köksündə dərdimin yüz göynəyi var,
Qocalan anam!
Ömrü ucalıqda! -
Ucalan anam!

AXTARIŞ

Açan çiçəkləri külək aparır,
Çılpaq ağaclarda nar axtarırıq.
Doğma ürəyinə yol tapmaq olmur,
Özgə ürəyində yer axtarırıq.

Dənizə yol gəzir sellənən sular, -
Yol boyu uçurur qurulanları.
Düzlərin yaxası qışın əlində,
Dağlarsa axtarır uzaq baharı.

Mərd keçilməz qaya, dağ sorağında,
Nadanlar yaşayır taxt həsrətində
Kiminin əlləri ölümə çatmır,
Kimi ucalmağa vaxt həsrətində.

Dünya axtarışlar məngənəsimi? –
Birisi «dost» gəzir, birisi arxa.
Ağacın, çiçəyin gözləri yolda, -
Sular gəlməz olub quruyan arxa.

Gözə görünməzdi, yaxşı nə varsa,
Hamı bir-birində nöqsan axtarır.
Bölünə-bölünə torpağın, Vətən,
Unudub, çoxları ad-san axtarır.

Torpaq doğmasını, yurd yiyəsini,
Axtarıb tapmağı dönüb müşkülə.
Çoxları öyünür, «oğlunam, Vətən!», -
Vətənsə oğullar axtarır hələ.

YAXŞI KI, DÜNYANIN YAXŞILARI VAR

Yolların üstünü qar-boran alar,- 
Nə kiçik bilinər, nə böyük olar. 
Bizim çiynimizdə hər iş yük olar, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Bulanan sularda boğular adam, 
Dumanın içində yox olar adam. 
Əl tutan olmasa, yıxılar adam, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Namərdlər nə yaxşı, nə də mərd bilər,
Dinib danışanda, nə də hədd bilər. 
Beşi də bilməsə, biri dərd bilər, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Söz var öz gücüylə əridər qarı, 
Əzər yolu-izi kəsən daşları. 
Sevinc yaşı olar bu göz yaşları, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Qədrini bilməsək bu yerin-göyün, 
Dərdini çəkərik hər ötən günün. 
Sevinc də gətirməz olan toy-düyün, 
Yaxşı ki, dünyanın yaxşıları var.

Süzülər fikrimdə hər olub-olan – 
Bu gecə ötərmi, açılarmı dan?.. 
Dayan, ürəyimin ağrısı, dayan, 
Yaxşı ki, dünyanın yaxşıları var.
Bir yerdə Türkiyə türkü gördüzsə, nə onunla dost olun, nə ticarət edin, nə də onlara bel bağlayın. Şəxsən mən Sədərək bazarında 4 il türklərlə alış-veriş elədim, qardaş ölkədi deyib zərər gəlməz dedim, amma sözünü tutan, sözünün üstündə duran bir köpəyoğlu görmədim. Dedim meşə çaqqalsız olmaz, bir başqa türklə işləmək istədim, yenə də adam çıxmadı. Bu minvalla 5, ya da 6 türkdən mal aldıq, amma çi fayda, 5 manata bizi başqasına dəyişirdilər şərəfsizlər! (Bir haşiyə çıxım: o vaxtlar İrana, Rusiyaya nifrət bəslədiyim, türkləri qardaş sandığım illər idi). İndi sözüm nə pantürklərə, nə də turançılaradı -onsuz da sizə söz girmir- mənim sözüm kor-koranə bu şərəfsizləri adam bilib onların dalıyca düşənlərədi. Ey mənim saf həmvətənlərim, demirəm türkü atıb İranı, ya da Rusiyanı sevin, onları sevməsəz də olar, amma buna 100% əmin olun ki, nə türklərdən, nə pantürklərdən, nə də turançılardan sizə zərərdən başqa nəsə gəlməz!

Fərid Cəfərov

NAZIM HİKMƏT – BU VƏTƏNƏ NECƏ QIYDINIZ ?

İnsan olan vətənini satarmı,
Suyun içib, çörəyini yediniz.
Dünyada Vətəndən əziz şey varmı;
Bəylər, bu Vətənə necə qıydınız?

Onu didik-didik didiklədilər,
Saçlarından tutub sürüklədilər.
Götürüb kafirə: «Buyur»,- dedilər,
Bəylər, bu Vətənə necə qıydınız?

Əli-qolu zəncirlərə vurulmuş,
Budur, çırıl-çılpaq yerə sərilmiş.
Oturmuş köksündə texaslı çavuş,
Bəylər, bu Vətənə necə qıydınız?

Bir gün gələr, çarx düzünə çevrilər,
Bir gün gələr, qara dağlar devrilər,
Bir gün gələr, cavabınız verilər,
Bəylər, bu Vətənə necə qıydınız?

Ayda 1000 manat maaş ümidi ilə gəlib, var-yoxdan olanlar

Dünyanın ən böyük piramida şəbəkəsi hesab olunan “Quest Net LTD” şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Şirkətin mərkəzi ofisi Malaziyada yerləşir. Adı çəkilən şirkət 2007-2008-ci illərdə ölkəmizdə də fəaliyyət göstərib. 2009-cu ilin fevralında şirkətin Bakı nümayəndələri və “liderləri” barədə dələduzluq faktı ilə bağlı cinayət işi başlanıb, həmin şəxslər istintaqa cəlb olunublar, Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə müxtəlif cəzalara məhkum ediliblər. 2011-ci ildə şirkətin fəaliyyəti dayandırılıb.
“Quest Net” şirkətinə üz tutanların böyük əksəriyyəti işsiz və kasıb təbəqə olub. Gələcəkdə varlanacağına ümid edənlərin bir qismi banklardan kredit götürüb, bir qismi borc alaraq bu şirkətə üzv yazılıblar. Sonda məlum olub ki, əslində bir qrup şəxs tərəfindən aldanılıblar. Pullarını geri tələb etsələr də xeyri olmayıb. Elə bu üzdən də hüquq-mühafizə orqanlarına müraciət etməli olublar...
Şirkət “liderləri”nin əhalini aldatması, onlara maddi və mənəvi zərər vurması, məhkəmə çəkişmələri barədə kifayət qədər yazılıb. Bu dəfə məhkəmə qarşısına çıxarılan “liderlər”sə qadınlardır...
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 1973-cü il təvəllüdlü Elnarə Həsənova və 1972-ci il təvəllüdlü Xatirə Xalıqovanın cinayət işi üzrə məhkəmə istintaqı keçirilir. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edir.
İstintaq yolu ilə müəyyən edilib ki, “Quest Net LTD” şirkətinin 2011-ci ilin yanvar ayından etibarən fəaliyyətini dayandırmasına baxmayaraq, Elnarə Həsənova, Xatirə Xalıqova və başqaları (sözügedən cinayət işi üzrə təqsirləndirilən Ceyhun İbrahimov, Rasim Qəhrəmanov, Müşfiq Kazımov, Elşad Muradov və Emin Məmmədov barəsində olan cinayət işi üzrə materiallar ayrıca icraata verilib – virtualaz.org) 2011-ci ildən 2014-cü ilədək olan müddətdə Bakı şəhərinin Nizami, Yasamal, Nəsimi və Nərimanov rayonlarında ofislər təşkil edərək “Quest Net LTD” şirkətinin məhsullarını “eksklüziv” elektron ticarət adı ilə dəyərindən artıq qiymətə satmaqla yanaşı, məhsulların elektron satışı adı ilə çoxsaylı insanlara guya işə qəbul edəcəklərini vəd ediblər və onların əmlakını ələ keçirməklə dələduzluq ediblər. E.Həsənova və X.Xalıqova 2014-cü ilin iyun ayında saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən X.Xalıqova barəsində polisin nəzarəti altına vermə, E.Həsənovanın barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Xatirə Xalıqova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində 2010-cu ildə elektron ticarətlə məşğul olmaq üçün 590 dollar ödəyərək “Quest Net” şirkətinə üzv yazıldığını və məhsul kimi özünə səyahət zərfi sifariş verdiyini göstərib: “Bundan sonra öz şəbəkəmə qızımı, atamı və qardaşımı cəlb etdim. Şəbəkəyə üzv olduqdan sonra, şəbəkənin təlimatlarına əsasən, yeni cəlb olunmuş şəxslərə şəbəkə barədə məlumat verməklə maarifləndirmə işləri aparırdım. Ofisi ayda 1000 dollara icarəyə götürmüşdüm. Vergidən qeydiyyatdan keçməklə, öz adıma VÖEN almışdım, vergi ödəyirdim. İşlədiyim şəbəkənin liderləri Şirxan və Nərminə idi. Şirkətin Azərbaycan üzrə liderləri isə Furqan və Ceyhun adlı (Furqan Babayev və Ceyhun İbrahimovu nəzərdə tutur. Adları çəkilən şəxslərin hər ikisi həbs olunub – virtualaz.org) şəxslər olduğunu eşitmişdim. Xanpəri Məmmədova və onun həyat yoldaşı Qalib Məmmədovun adından üzvlük və məhsul üçün hər birindən 1350 manat alınaraq elektron kart vasitəsilə şirkətin hesabına köçürülmüş, adlarına məhsul sifariş verilmişdi. Eyni üsulla Rakuf Şabanov, Solmaz Nadirova və digərləri də e-kart vasitəsilə şirkətin hesabına pul köçürmüş, adlarına məhsul sifariş olunmuşdu”.
Təqsirləndirilən şəxs qismində dindirilən Elnarə Həsənova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində 2010-cu ilin noyabr ayından elektron ticarətlə məşğul olan “Quest Net LTD” şirkətinə şəbəkəyə üzv olduğunu, həmin şirkətin liderləri olan Ceyhun və Furqan adlı şəxslərin olduğunu eşitsə də, onları tanımadığını göstərib: “Şirkətin qaydalarına əsasən, şirkətdən özünə məhsul alan şəxs əlavə olaraq şirkətin biznes planı ilə tanış olub əlavə gəlir əldə etməsi üçün biznes planını iki nəfərə könüllü şəkildə tanıtdırır, əgər həmin iki nəfər şirkətdən hər hansı məhsul əldə edərsə, onu cəlb edən şəxsin elektron hesabına şirkət tərəfindən komisyon pul ödənilir. Cəlb edilən şəxsin qeydiyyatı üçün 30 dollar, məhsul üçün şirkət tərəfindən təqdim edilən qiymət üzrə isə 650-220 dollar arası, məhsuldan asılı olaraq, şirkətin özünə, yaxud sifarişçiyə poçtla göndərilir. Fəridə Səfərovanı şirkətə mən cəlb etməmişəm. O, öz tanışı Namiq tərəfindən şəbəkəyə üzv olub. Hüsnücahan İbadova və onu övladları Fəridə tərəfindən şəbəkəyə cəlb olunub, özləri məhsul sifariş verilib”.
Qeyd edək ki, hazırkı cinayət işi üzrə 22 nəfər zərərçəkmiş var.
Zərərçəkmiş şəxs qismində dindirilən Elnarə Hidayeva ifadəsində 2011-ci ilin may ayında şirkətə üzv yazılıb. Özünü lider kimi təqdim edən Xatirə Xalıqova əvvəllər müəllimə işlədiyini, maddi vəziyyətinin pis olduğunu, şirkətə üzv yazıldıqdan sonra müəllimlikdən çıxdığını, hazırda maddi vəziyyətinin yaxşı olduğunu, özünə ev, maşın aldığını deyib, şirkət barədə ona məlumat verib: “Şirkətin mərkəzi ofisinin Malaziyada yerləşdiyini, milyonlarla üzvünün olduğunu, paytaxtda bir neçə yerdə ofislərinin olduğunu, şirkət üzvlərinin yaxşı pul qazandıqlarını deyirdi. Şirkətə üzv olmaq üçün internet vasitəsilə 3 bal üzrə məhsullardan birini almaq, sonradan 2 nəfəri də məhsul almaq üçün şəbəkəyə qoşmaq lazım idi. İki-üç ildən sonra həmin şirkətdən külli miqdarda təqaüd alacağımı deyirdilər. 1360 manat pulu Xatirəyə verib səyahət paketi seçdim. Sonradan anam Şövkətin adından da məhsul kimi səyahət paketi seçdim və 1360 manat ödədim. Bir il mütəmadi olaraq həmin şirkətə gedib gəldim, iclaslarda iştirak etdim, dəfələrlə seçdiyim səyahət paketlərinin verilməsini Xatirədən tələb etdim. Aldanıldığımı başa düşüb Xatirədən pullarımı geri istədikdə isə o, pulların şirkətin hesabına köçürüldüyünü dedi”.
Zərərçəkmiş şəxs qismində dindirilən Fəridə Səfərova ifadəsində həmin şirkətin üzvlərinin yaxşı pul qazandığını, işin gəlirli olduğunu öyrəndikdən sonra 2011-ci ilin avqust ayında şirkətin yerləşdiyi ünvana yollanıb. Elnarə Həsənova ilə tanış olub, onun lider olduğunu öyrənib: “Bankdan 600 manat pul götürüb ertəsi gün Elnarəyə gətirib verdim. O isə həmin pula ancaq biodisk düşdüyünü dedi. İki ay şirkətə gedib-gəldim. İş yoldaşımı, qohumumu şəbəkəyə üzv yazdırdım, özüm bankdan kredit götürüb qızımı, qardaşımı şəbəkəyə qoşdum, hər biri üçün 1410 manat ödədim, səyahət zərfləri seçdim. Sonradan pulların Elnarə tərəfindən mənimsədildiyini öyrəndim, dəfələrlə pullarımın geri qaytarılmasını tələb etdim. Sonda məcbur olub hüquq-mühafizə orqanlarına müraciət etdim”.
Zərərçəkmiş şəxs qismində ifadə verən Rakif Şabanov ifadəsində təqsirləndirilən şəxslərin hər ikisi tanıdığını, şirkətə 4400 manat pul ödədiyini göstərib: “2013-cü ilin may ayında qohumum Füruzə ilə Nizami rayonuda yerləşən ofisə getdim, Xatirə ilə orada tanış oldum. Xatirə şəbəkə qurulduğunu, aya 1000 dollar, həftəyə ən azı 200 dollar qazancım olacağını dedi. İnandım, pulum olmadığını dedikdə borc götürməyi məsləhət gördü, şirkətdən alacağım pulla həm borcumu ödəyəcəyimi, həm də yaxşı qazanacağımı bildirdi. Həyat yoldaşım Xeyransa xəstə idi. Xatirənin vədinə inanıb özüm, həyat yoldaşım və qızım Aygünlə qeydiyyatdan keçdik. Ümumilikdə 4400 manat pul ödədim, üç ədəd səyahət paketi seçdim. Xatirə deyirdi ki, səyahət paketi ancaq şirkətə üzv olmaq, yaxşı pul qazanmaq üçün bir vasitədir. Bir neçə gündən sonra həyat yoldaşımın vəziyyəti ağırlaşdı. Ona görə də, Xatirədən pulumu geri istədim. Əvvəlcə qaytaracağına söz versə də, sonradan pulun hamısını Malaziyada yerləşən hesaba keçdiyini bildirdi. 2014-cü ilin yanvar ayında həmin şirkətə getdim. Verdiyim puldan cəmi 400 dollarını qaytardılar”.
Onu da qeyd edək ki, şəbəkə biznesində aldadılanlar hər biri özlərindən yuxarı mərtəbədə dayanan şəxsdən, yəni pulu verdikləri adamdan şikayətlənir. Pullar mərhələli şəkildə və pillə ilə mənimsənilib. Vətəndaşların aldadılması kütləvi şəkil alıb.

İnarə Rafiqqızı             virtualaz.org

FAZİL MUSTAFA ƏLİYEV AİLƏSİNİN KORRUPSİYA ƏLAQƏLƏRİNDƏN YAZDI XÜSUSİ

Həmişə bölücü və parçalayıcı fikirlərlə, eyni zamanda əksəriyyətin müqəddəslərini təhqir etməklə gündəmə gələn deputat Fazil (Qəzənfəroğlu) Mustafanın YAP hakimiyyəti haqqında təhqirdolu çıxışları bitmək bilmir. F.Mustafanın keçmiş fəaliyyətinə azca nəzər salanda dedikləri və davranışı gün kimi aydın olur. Maraq doğurur ki, 2005-ci ilə qədər YAP hakimiyyətini və Azərbaycan dövlətini təmsil edən prezident mərhum Heydər Əliyevi ağır terminlərlə təhqir edən F.Mustafa Milli Məclisdə təmsil olunur və eyni təhqirləri digərlərinə yönəldir. F.Mustafa mərhum H.Əliyevin barəsində yalan və iftiralarını da gizlətmyib. O, açıq şəkildə 2003-cü ilin avqust ayında Heydər Əliyevin fəaliyyət qabiliyyətinin olmadığını, onun adından saxta fərman imzalandığını və bu saxtakarlığın gizlədilməsində Türkiyə və ABŞ-ı da ittiham edir.
F.Mustafa “Yeni Müsavat” qəzetinin №220(2147) 17 avqust 2003 sayında “Türkiyənin xarici siyasətində yeni təmayüllər və Azərbaycan” başlıqlı məqaləsində yazır: “İndi cəmiyyətin hədəfində Türkiyə və ABŞ-dır. Heydər Əliyevin xəstəlik durumunu dövlət səviyyəsində görünməmiş saxtakarlıq nümunəsi ortaya qoyaraq gizlədiblər. Fəaliyyət qabiliyyəti olmayan H.Əliyevin adından saxta fərman tərtib olunmasına şərait yaradaraq, Azərbaycanda demokratiyanın inkişafına ağır zərbə vurublar. Ancaq diqqət ediləsi bir cəhət var: Türkiyə bir dövlət olaraq, bu oyunda qurucu funksiyasına və imkanına sahib deyil. Ona görə də H.Əliyevdən əl üzüləndən dərhal sonra işi öz qurucusuna – ABŞ-a devr etməklə Türkiyə rahat nəfəs aldı. İndi yalanın himayəçisi kimi ABŞ rəsmi dairələri çıxış edir. Onların öz dövlət maraqları var, bizi də öz gələcəyimizlə bağlı məsələlər rahatsız edir. Həm də düşünürük ki, Türkiyənin gələcəyi ilə bağlı məsələlər də Azərbaycanın gələcəyini müəyyənedici əhəmiyyətə sahibdir. Axı biz “bir millət, iki dövlət” idik. Bəs indi?!”
Elə həmin məqalədə Türkiyəni bir çox məsələlərdə ittiham edir: “Bu xüsusa diqqət yetirilməlidir ki, Türkiyənin xarici siyasəti hələ də Osmanlı dönəmində olduğu kimi, millətə deyil, coğrafiyaya dayanan bir anlayış üzərində qalmaqdadır. Kipr məsələsinə də Türkiyə millət kimi deyil, torpaq kimi baxıb. İraqda da sərvət güvənliyi məsələsi türkmənlərin yaşamından və bölgədə söz sahibi olmasından daha ön planda tutulub. Azərbaycana münasibətdə də rəsmi Türkiyə torpaq və resurs məsələsi kimi baxır və heç vaxt insan məsələsi kimi baxıb, demokratiya tələb etmir. Məsələnin ən çox müşahidə olunan tərəfi budur ki, heç bir prosesə Türkiyədə mərkəzi baxış yoxdur. Azərbaycana da əsasən Rusiya ilə münasibətlər prizmasından baxır. “Kimisə qurtarım” baxış bucağı hələ də formalaşmayıb. Çox zaman “kiminsə mənə ehtiyacı olsun, mən də ondan istifadə edərək, özümü ayaqda tutum” düşüncəsi önə çıxarılır. Nümunə olaraq iqtidar partiyası AKP-nin Proqramında xarici siyasətlə bağlı maddələrdən birinə nəzər salaq: “Rusiya ilə Orta Asiya və Qafqazda rəqabətə əsaslanan deyil, işbirliyinə əsaslanan dostca münasibətlər davam edəcək”. Göründüyü kimi burada söhbət Azərbaycandan və ya Orta Asiya türk cümhuriyyətlərindən deyil, bu torpaqlar üzərində Rusiya ilə münasbətdən gedir".
“Bir millət, iki dövlət”  deyimini şübhə altına alaraq, Türkiyəni türk dövlətlərinin üzərindən Rusiya ilə işbirliyində suçlayan F.Mustafa mərhum Heydər Əliyevin Azərbaycanda demokratik dəyərlərə qarşı çıxdığını vurğulayır: “... Azərbaycanda da 1993-cü ildən sonra H.Əliyev tərəfindən sərvətin bürokratiyanın əlində cəmlənməsi istiqaməti əsas götürülüb və bilərəkdən milli burjuaziyanın formalaşmasının qarşısı alınıb”.
Həmin məqalənin davamında F.Mustafa İlham Əliyevi Qərbin dəstəyi ilə hakimiyyəti qəsb etməkdə ittiham edir: “2003-cü ildən isə Türkiyə üzünü birbaşa Avropaya tutub və bölgəyə Avropanın iç ünsürü statusunda qayıtmağı hədəfləyir. Çünki Avropa Birliyinin tələblərində yer alan “ortaq xarici siyasət və təhlükəsizlik” prinsipindən çıxış edərək, Türkiyə Ermənistana münasibətdə artıq Azərbaycan maraqlarından deyil, Avropa Birliyinin maraqlarından çıxış etməyə məhkumdur. 1995-cil ildə Ermənistana iqtisadi yaxınlaşma xəttinin qurulmasına çalışılması və başqa xüsusiyyətlərə baxmayaraq, Türkiyə bu günədək Qarabağ və digər Azərbaycan torpaqlarından çəkilmədiyi müddətdə Ermənistanla münasibətlərini normallaşdırmayacağı yönündəki rəsmi xarici siyasətində dəyişiklik etməyib. Ancaq yaxın zamanlarda bu dəyişiklikləri müşahidə edəcəyik. Kipr məsələsinin müharibəsiz həlli yollarının son mərhələyə adlaması faktı da bunun işarəsini verir. Yaxın zamanlarda bu reallığı bizə də Qarabağ məsələsi ilə bağlı qəbul etdirməyə çalışacaqlar. Azərbaycan və Orta Asiya dövlətlərinin son illərdə terrorizmlə mübarizədə, demokratiya və s. məsələlərdə ABŞ və Qərb dövlətləri ilə birbaşa təmaslarını görərək, bölgədə tərcüməçiyə ehtiyac qalmadığı qənaətinə gəliblər. H.Əliyevin Amerika ilə birbaşa əlaqələr qurma istiqamətində aktiv diplomatiyası, ABŞ və İngiltərənin neft şirkətləri ilə sıx korrupsiya əlaqələri yarada bilməsi ABŞ-ın respublikamızda mənafelərinin vasitəçisi kimi Azərbaycanda amerikan kapital qoyuluşunun həcminin artması, yerli bazarda amerikan firmalarının sayının çoxalması və s. faktorlar da göstərilə bilər. Üstəlik, amerikan və ingilis şirkətlərinin Əliyev ailəsiylə ən yüksək səviyyədə korrupsiya əlaqələrinin qurulması gerçəyini də gözardı etmək olmaz. Bu gün İlham Əliyevin hakimiyyəti qəsb etməsinə dəstək verilməsi də yuxarıdakı amillə bağlıdır”.
Hörmətli Fazil Müstafa həmin məqaləni bu fikirlə tamamlayıb: “Nəhayət, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” söyləmini “Türkiyə və Azərbaycan bir çağdaş millət, iki demokratik dövlətdir” ifadəsiylə əvəzlənməyin zamanı yetişib”.
Qeyd: Deputat Fazil Mustafanın 2003-cü ildə yazdığı məqalənin əsas hissələrini oxuculara təqdim etməkdə məqsədimiz odur ki, az müddətdə onun necə mövqe dəyişdiyini görəsiniz.  
Ziddiyyətli siyasi fəaliyyətə və keçmişə sahib olan Fazil bəy çox təəssüflər olsun ki, hələ də parçalayıcı taktikasını, təhqiredici leksikonunu unutmayıb.

xeber.info