23.02.2017

Lomonosov elmdə xarici təcavüzə qarşı

İbrahim Sel

 Ölkə tarixini falsifikasiya etdiyinə görə alman “professor”unu döydüyü üçün tanınmış rus alimi Mixail Lomonosov zindana salındı. Lomonosov düz bir il Petropavlovsk qalasındakı zindanda ölüm hökmü altında yatmalı oldu. Ölümündən sonra isə alimin misilsiz arxivi İmperatriça Yekaterinanın favoriti qraf Orlov tərəfindən naməlum istiqamətə aparıldı. Böyük mütəfəkkirin qiymətli kitabxanası və bütün həyatını həsr etdiyi çoxsaylı əlyazmaları it-bata düşdü.
 Mixail Lomonosov öz müasirləri içində Rusiya Elmlər Akademiyasında yeganə rus mənşəli alim idi. Buna görə də daim təzyiqlərlə üz-üzə qalmışdı. 18-ci əsrdə Rusiya Elmlər Akademiyasında alman alimləri üstünlük təşkil edirdi. 1724-cü ildə Rusiya Akademiyası yaranan dövrdən Qərbyönümlü hakimiyyətin istəyinə uyğun olaraq Rus tarixşünaslığının əsasını da rusca danışa bilməyən yabançı alimlər qoymuşdular. İmperatriça Anna İoannovnanın vaxtında isə Rusiyaya xarici alimlərin daha geniş axını başladı. Həmin dövrdə Rusiya Elmlər Akademiyasının Tarix Şöbəsi iudey mahiyyətli aşağıdakı avropalı alimlərdən ibarət idi: Kol Peter (1725), Fişer İohann Eberqard (1732), Kramer Adolf Bernqard (1732), Lotter İohann Georq (1733), Lerua Pyer-Lui (1735), Merlinq Georq (1736), Brem İohann Fridrix (1737), Tauber İohann Qaspar (1738), Kruzius Xristian Qotfird (1740), Moderax Karl Fridrix (1749), Stritter İohann Qotqilf (1779), Qakman İohann Fridrix (1782), Busse İohann Qenrix (1795), Vovilye Jan-Fransua (1798), Klaprot Qenrix Yulius (1804), Qerman Karl Qotlob Melxior (1805), Kruq İohann Filipp (1805), Lerberq Avqust Xristian (1807), Keler Qenrix Karl Ernst (1817), Fren Xristian Martin (1818), Qrefe Xristian Fridrix (1820), Şmidt İssak Yakob (1829), Şenqren İohann Andreas (1829), Şarmua Frans-Bernar (1832), Fleyşer Qenrix Leberext (1835), Lenç Robert Xristianoviç (1835), Brosse Mari-Felisite (1837), Dorn İohann Albrext Bernqard (1839). Mötərizələrdə onların Akademiyaya qəbul olma illəri göstərilmişdir. Nəticədə Vatikan ideologiyası Rusiyada ayaq tutub yeriməyə başladı.
 18-ci əsrdə Qərbyönümlü hakimiyyətin istəyi ilə Sankt-Peterburqa səssiz-səmirsiz bir-birinin ardınca Qerxard Fridrix Miller, Avqust Lüdviq Şletser, Qotlib Ziqfrid Bayer kimi “tarıx yaradan” alimnümalar ixrac olunmağa başladılar ki, sonradan onların hamısı akademik adı alaraq elmi avtoritetə mindirildi. Qərb ideologiyasına uyğun olaraq onlar Rusiya tarixşünaslığını normann teoriyası üzərində köklədilər. Alman alimləri sübut etməyə çalışdılar ki, şərqi slavyanlar 9-10-cu əsrə kimi Afrika buşmenlərindən fərqlənməyən vəhşilər olmuşlar və yalnız qərbdən gələn varyaqların hesabına mədəniyyət və dövlətçilik qazanmışlar. Qotlib Ziqfrid Bayer Rusiyanın dövlət kimi formalaşmasını qərblilərə bağlayırdı. Onun Rusiyada dövriyyəyə buraxdığı normann teoriyasına görə, Rusiya minilliklər boyu cəhalət içində üzmüşdü və yalnız varyaq knyazları ölkəyə ayaq basandan sonra qısa bir müddət ərzində qaranlıq ölkədən möhtəşəm dövlətə çevrilmişdi. Qərbyönümlü hökumətin istəyinə uyğun hərəkət edən alman tarixçiləri göstərdilər ki, ruslar qədim dövrlərdə vəhşi xalq olub, yanlız Qərb mədəniyyətinin hesabına təkamül tapmışlar. Almanlar məsələni onun üzərində fokuslamağa çalışdılar ki, Asiyadan Rusiyaya həmişə bəlalar gəlib və Rus xalqının nicatı Avropa ilə bağlıdır. Məqsəd Rusiyanın gələcək ictimai-siyasi həyatını Avropa ilə inteqrasiya üzərində kökləmək idi. Həmin dövrdən Rusiya tarixçiliyinin təməli beləcə avropalılara sərf edən yanlış kontekst üzərində formalaşdı və təşəkkül tapdı.
 Rusiya tarixinin falsifikasiya olunmasına qarşı Akademiyanın yeganə rus alimi olan Mixail Lomonosov səsini ucaltdı. 1749-1750-ci illərdə Lomonosov Miller və Bayerin tarixi baxışlarına qarşı çıxaraq onların yaratdığı və dövriyyəyə buraxdığı stereotiplərə qarşı fəal mübarizəyə keçdi. İudey Kaqalına qarşı çıxmaqla o çoxluğun hədəfinə çevrildi və təzyiqlərə məruz qaldı. Alimə normal elmi yaradıcılıqla məşğul olmağa imkan vermədilər. Lomonosovun Elmlər Akademiyasında işləyən xarici kolleqaları ilə hərdən əlbəyaxa davaya da çevrilən mübahisələri düşdü. Tədricən Lomonosovun etirazlarına digər rus alimləri də qoşuldu. Tanınmış maşınqayırma mütəxəssisi A.K.Martov Rus akademik elmində gəlmələrin hegemonluğu ilə bağlı Senata şikayət ərizəsi yazdı  və həmin şikayətə İ.Qorlitskiy, D.Qrekov, M.Kovrin, V.Nosov, A.Polyakov, P.Şişkarev kimi rus alimləri də imza atdılar. O cümlədən bir çox tələbələr, tərcüməçilər, dəftərxana işçiləri də xaricilərin elmdə at oynatmasına və Rus tarixçiliyinə müdaxiləsinə qarşı etiraz səslərini ucaltdılar. Onlar Rusiya Elmlər Akademiyasının gəlmələrdən təmizlənməsi tələbini qoydular. Rusiyanın Hökumət Senatının yaratdığı komissiya yaranmış konfliktlə bağlı araşdırma apardı. Lakin komissiya etirazçıların çıxışlarını “rəhbərliyə qarşı yönəlmiş qaragüruhun qiyamı” kimi qiymətləndirdi. Etirazçıların liderləri Qərbyönümlü hakimiyyət tərəfindən qandala vurularaq zindana atıldı. Onları iki il həbsdə saxlasalar da, öz fikirlərindən dönmədilər, haqlı olduqlarını ortaya qoydular. Bir sıra çəkişmələrdən sonra etirazçılar cəzalandırıldılar, onların şikayət etdikləri əcnəbi alimlər isə mükafatlandırıldılar. Qorlitskiyə ölüm hökmü kəsildi, Qrekov, Polyakov, Nosov şallaqla döyülərək Sibirə sürgün olundular, Popov, Şişkarev və digərləri isə həbsə alındılar. Hadisələrin gedişində Lomonosov dəfələrlə Şumaxer, Taubert, Vinçqeym, Truskot, Miller kimi hökumətin dəstəklədiyi “elmi” aslarla baş-başa gəldi və həbs olunan həmfikirlərini müdafiəyə çıxdı. Hökumətin əlində olan dini dairələr Lomonosovun yandırılmasını tələb etdilər. Hökumət komissiyası gəldiyi qərarda açıq-aşkar yazdı ki, Lomonosov “həm akademiyaya, həm komissiyaya, həm də ALMAN TORPAĞIna münasibətdə dəfələrlə ədəbsiz, ləyaqətsiz və iyrənc hərəkətlərə yol vermişdir”. Nəticədə Lomonosov ölüm təhlükəsi ilə üz-üzə qaldı. İmperatriça Yelizaveta Petrovnanın fərmanı ilə görkəmli alim günahkar bilinsə də, cəza çəkməkdən azad olundu. Onun maaşını iki dəfə azaltdılar və “ədəbsizlik göstərdiyi” alman alimlərinin qarşısında üzr istəməyə məcbur etdilər.
 Amma alman alimləri bununla sakitləşmədilər, Lomonosovu və tərəfdarlarını Akademiyadan qovmaq üçün fəaliyyətə keçdilər. 1751-ci ildə Lomonosov alman tarixçilərinin qondardığı tarixdən fərqli “Qədim Rusiya tarixi” əsərini yazmağa başladı. O Rusiyanın geridəqalmış ölkə olması haqqında Bayer və Millerin tezislərini alt-üst edərək ölkə tarixinin şanlı səhifələrinə işıq salmağa çalışdı. Bundan qeyzlənən alman alimləri aktivləşərək Lomonosovu dünya elmi ictimaiyyəti qarşısında hörmətdən salmaq üçün əllərindən gələni etdilər. Lomonosov dünya miqyasında nüfuza malik bir alim idi. Onu xarici ölkələrin elmi dairələrində yaxşı tanıyırdılar. O Şved, Boloniya və digər akademiyaların üzvü idi. Miller Almaniyada Lomonosovun kəşflərini şübhə altına qoydu və onun Akademiyadan uzaqlaşdırılması məsələsini qaldırdı. Akademiyanın Rus tarixi üzrə rəhbəri təyin olunmuş Şletser isə Lomonosovu “öz əlyazmalarından başqa heç nə qanmayan kobud cahil” adlandırdı.
 2-ci Yekaterinanın şəxsən himayədarlıq etdiyi Şletserin nəinki Akademiyadakı sənədlərə, həm də İmperator Kitabxanasındakı və digər dövlət idarələrindəki materiallara da girişi vardı. Əcnəbilərin Rusiya arxivlərindəki sirlərə yiyələnməsi Lomonosovu hiddətləndirirdi. Vətənpərvər alim həmin dövrdəki qeydlərində yazırdı: “Heç nə qorunmur. Bütün mənbələr azğın Şletserin üzünə açılıb. Rusiya kitabxanasında artıq heç bir sirr yoxdur”.
 Miller və onun mənsub olduğu avropalılardan ibarət qruplaşma Peterburqdakı universitetə, eləcə də tələbə hazırlayan gimnaziyalara da tam nəzarət edirdilər. Ölkənin təhsil sistemində necə bir faciəli durumun yaranması həmin dövrə aid mənbələrin birində belə göstərilir: “Müəllimlər rus dilini, şagirdlər isə alman dilini bilmirdilər, bütün təhsil isə latın dilində aparılırdı...”. Belə acınacaqlı vəziyyət ona gətirib çıxardı ki, 30 il ərzində (1726-1755) gimnaziyalardan universitetə bircə nəfər də tələbə qəbulu olmadı. Qərbyönümlü hakimiyyət isə çıxış yolunu onda gördü ki, Almaniyadan universitetə tələbələr gətirilsin, belə ki “rusların içindən tələbə hazırlamaq mümkün deyildi”. Lomonosov bütün həyatı boyu belə yabançı siyasətə qarşı mübarizə apardı və yad elementlərə qarşı çarpışdı. Mənbələr xəbər verir ki, “Lomonosovun səyləri sayəsində akademiyaya bir neçə rus akademiki və assistenti götürüldü”.
 Xarici təcavüz vətənpərvər alimə olmazın başağrılar yaratdı. 1763-cü ildə Taubert, Miller, Ştelin, Epinuss və digər alimlərin donosları nəticəsində İmperatriça 2-ci Yekaterina Lomonosovu Akademiyadan qovdu. Amma bir müddət sonra alimin xalq arasında populyarlığını və xarici akademiyalar tərəfindən alqışlanılan elmi nailiyyətlərini nəzərə alaraq yenidən əvvəlki işinə qaytarmalı oldular. Akademiyada işləməyə davam etsə də, alim əvvəllər rəhbərlik etdiyi Coğrafiya Departamentindən kənarlaşdırıldı və həmin vəzifəyə düşməni Miller təyin olundu. Lomonosovun Rus dili və tarixi ilə məşğul olduğu materiallar isə digər düşməni Şletserin ixtiyarına verildi.
 Alimin ölümü də müəmmalı oldu və onun zəhərlənərək öldürülməsi barədə şayiələr yayıldı. Ölümündən sonra öz torpağına canı və qanı ilə bağlı olan böyük mütəfəkkirin arxivi- kitabxanası, əlyazmaları və kağızları müsadirə olundu və naməlum itiqamətdə aparıldı. Taubertin Millerə yazdığı məktubu saxlanılır ki, həmin məktubda Taubert alimin ölümündən sevindiklərini dilə gətirir və onun arxivinin “kənar əllərə” düşməsinin qarşısını almaq üçün göstərdikləri səylərdən yazır.
 Alimin ölümündən yeddi il sonra onun Rusiya tarixi ilə bağlı kitabı çıxsa da, bu artıq Miller və Şletser tərəfindən “redaktə” edilmiş- dəyişdirilmiş tam fərqli bir kitab oldu. Maraqlıdır ki, Lomonosovun həmin kitabında sərgilədiyi tarixi baxışlar Rusiyanın keçmişi barədə Millerin nəzəriyyəsi ilə tam uzlaşırdı. Guya akimin qaralamaları əsasında hazırlanaraq təqdim olunan bu kitab Millerin yazdığı Rusiya tarixindən çox az fərqlənirdi. Sual olunur: Əgər Lomonosov Milleri Rusiya tarixini saxtalaşdırmaqda günahlandırırdısa, uzun illər ona qarşı böyük əzmkarlıqla mübarizə aparırdısa, bəs onda niyə onun kitabındakı tarixi hadisələr Millerin məlum nöqteyi-nəzəri ilə bütün punktlarınadək  üst-üstə düşürdü? Həmin Miller tərəfindən ölümündən sonra çap olunmuş digər müəllif- Vasili Tatişevlə də bağlı vəziyyət eynidir. Onun da Rusiya tarixi barəsində çap olunan kitabı bütün sətirlərinədək Millerin fikirləri ilə səsləşirdi. Görkəmli tarixçi və yazıçı Nikolay Karamzinin də əsərləri ölümündən sonra Rusiya Elmlər Akademiyasında hegemonluq edən avropalı alimlər tərəfindən bu cür dəyişikliklərə məruz qaldı. Hər dəfə nəşr ediləndə yeni-yeni redaktələr olundu və həmin dövrün siyasi konyukturası ilə tam uyğunlaşdırıldı. Məsələn, 1917-ci ildə nəşr olunarkən onun kitabından Rusiyaya varyaq təcavüzü haqqında olan hissələr çıxardıldı. Beləliklə, Karamzinin də tarixi baxışları Millerin Rusiyaya sırıdığı formulirovkaya tam otuzduruldu.
 Lomonosovun elmin müxtəlif sahələrini əhatə edən digər saysız-hesabsız əsərləri isə it-bat oldu. Miller Lomonosovun tarix kitablarından yalnız özünə sərf edən hissəni saxladı, qalan cildlərini isə tulladı. Odur ki, Lomonosovun bizə gəlib çatmayaraq məhv olmuş cildlərində hansı sirlərin gizləndiyini, hansı tarixi həqiqətlərin əks olunduğunu, ötən zamanlar haqqında hansı maraqlı və vacib informasiyanın yer aldığını təsəvvür etmək çətindir. Rusiyanın cəhalət və boyunduruqdan ibarət utancverici keşmişə malik olduğunu sübuta yetirməyə çalışan Miller və Şletser kimi əcnəbilərə həqiqətlərin işıqlandırılması əlbəttə kimi sərf etmirdi.
 Beləliklə, Rusiya tarixi əzəldən- 17-ci əsrdə yazılmağa başlanandan düzgün yazılmamış, təməl prinsipləri qəsdən eybəcər hala salınmışdır. Alman tarixçilərinin ortaya atdığı normann teoriyası Rusiyada hələ də dövriyyədədir. Müasir tədqiqatçıların da fikri budur ki, Rusiya tarixi 1-ci Pyotr tərəfindən Avropadan dəvət olunmuş xarici müəlliflər tərəfindən qələmə alınmışdır və həqiqətdən çox uzaqdır. İmperatriça Yelizavetanın vaxtında ölkənin baş tarixçisi təyin olunmuş alman Miller Rusiyadakı monastırları gəzərək reallığı əks etdirən bütün tarixi sənədləri yığmış və məhv etmişdir. Miller öz yaratdığı yeni tarixdə isə hətta Rusiyanın quruculuğunda mühüm rol oynamış çar İvan Qroznını yadelli Rürikoviçlərin soyuna bağlayır. Əsas diqqət Rusiya dövlətçiliyinin Kiyevdən nəşət götürməsi üzərində fokuslanmışdır. Varyaq Rürik Rusiya dövlətçiliyinin qurucularından biri kimi göstərilir, əslində isə o Rus taxt-tacına oturmaq istəyən yadelli işğalçı olub və knyaz Svyatopolk Yaropolkoviç tərəfindən öldürülüb. Ölkənin tarixi kitablarında bir çox hallarda Qərbdən Rusiyaya yürüşə çıxan yadellilər ölkənin həqiqi sahibləri kimi təqdim olunur. Beləcə avropalı alimlər Rusiya tarixini eybəcər hala salmış, həqiqətlərin üstündən xətt çəkərək tarixi səhnəni mistifikasiya və uydurmalarla doldurmuşlar. Dünyanın bir çox ölkələrində olduğu kimi, Rusiyada da iudeylər tarixşünaslığa yaxşıca əl gəzdirmişlər. Bizə sırınan parazitik sivilizasiyanın aparıcı qüvvələri daim onlara sərf etməyən informasiyaları ört-basdır etməyə çalışır, insanları yalanlar içində çaş-baş salmaq istəyirlər. Qoy xalqlara qarşı aparılan informasiya müharibəsinin əsas cəbhələrindən biri də tarix elmidir. Əsas hədəf kimi xalqların mənşəyi və keçdiyi tarixi yol götürülüb.

“Avrasiya tarixi” kitabından

22.02.2017

BANK FIRILDAQLARI və ya dövlət xalqla necə “məzələnir”

Rafiq Cəlilov

İki devolvasiya yaşadıq, biri də üfüqdən boylanır, amma nədənsə hakimiyyət xalqı düşünmür, xalqa bu boyda ziyan vuran iqtidar yetkililəri hələ arsız-arsız tv ekranlara çıxıb “xalqın xoş güzaranı” nağılını elə şirin-şirin bu bədbəxt xalqa danışır ki, gəl görəsən. Xalq da bu nağıla inanıb, növbəti dəfə aldanmaq üçün üz tuturlar dövlət idarələrinə, orda da onları nəyi var ələ salıb yollayırlar oppalara. Təbii ki hər bir yazı sübutsuz bəhrə verməz, maraqsız olar. Keçək sübutlardan ən kiçiyinə (böyüyünü özünüz də görürsüz).
1. Dövlət statistika komitəsi məlumat yayır ki, işsizlik 5 faiz səviyyəsindədir (Demək olar ki, dünyada bü səviyyə ancaq lider dövlətlərdə olur.)
2. Dövlət Sosial-Müdafiə Fondu elan edir ki, işsizlərə 70+ manat civarında işsizlik pulu veriləcək. 1-ci elanı “yalançının ...” söyüş-qarğışı ilə qarşılayan “işsiz”, nədənsə ikinci elanın səmimiliyinə və düzlüyünə inanaraq cum edir məşğulluq idarəsinə ki, “işsizlik müavinəti” alsın və burda onu, onun kimi sadəlövh, bu iqtidarın hər yalanını doğru bilən minlərlə işsizin yaratdığı basabas qarşılayır. Təbii ki uzun növbədən, bir neçə dəfə gedib-gələndən sonra “qəhramanımız” işsizlər siyahısına düşə bilir, amma ona müavinət verən olmur, heç olmayacaq da, çünki həmin o “5” faizlik kivota çoxdan icra hakimiyyəti, məhkəmı, prokurorluq, polis və bələdiyyə rəhbərlərinin qohum-əqrabası tərəfindən “doldurulub” və onlar illərdir hökumətdən “havayı pul” alırlar, məşğulluq idarəsi statistika komitəsinin elan etdiyi 5 faizi keçə bilməz,  keçsə çörəkvay olacaq. Beləcə günlər aylara, aylar illərə çevrilir, qərinələr dəyişir, amma bədbəxt “qəhramanımız” və onun kimi yüz minlər dəyişmirlər ki, dəyişmirlər, yenə də axşamlar tv qarşısına keçib, nədənsə “ondan başqa hamıya şamil edilən” uğurlu iqtisadi inkişaf, yeni iş yerləri, artan əmək haqqı nağıllarına şirin-şirin qulaq asır, qulaq asdıqca ağzı sulanır, ağzı sulandıqca iştahı artır, iştahı artdıqca növbəti nağılları səbirsizliklə gözləyir.
Məqsədimiz bank fırıldaqlarını ifşa etmək idi, nə isə uzaqdan başladıq. Yuxarıda bir şeyi unutduq, “qəhramanımızın” üstəlik banka da “dollar krediti” borcu var və bu krediti, dövlətin uğurlu pul siyasəti nəticəsində iki dəfədən çox ucuzlaşan manatın “bərəkətsiz” olması ucbatından ödəyə də bilmir. Təbii ki, normal dövlətlərdə elə ilk devolvasiyadan sonra, etdikləri bu qeyri-qanuniliyi aradan qaldırmaq üçün banklar bütün kredit borclarını manata çevirməli, faizləri 2 dəfəyədək aşağı salmalı idilər. (Hələ onların dollarla kredit vermə səlahiyyətlərinin olub-olmaması başqa mövzudur). Etmədilər. Çünki xalqın nağılhəris olduğunu çox gözəl bilirlər. Üstəlik ilk devolvasiyadan sonra əhali bank qarşısında götürdüyü öhdəliyi yerinə yetirməyə çalışırdı. Əslində elə ilk devolvasiyadan sonra “nağılsevər” xalq aldığı kreditin manata çevrilməsini tələb etməli idi, etmədilər, dövlətin “güzəşt” paketini gözləyəyə-gözləyə ikinci devolvasiyaya tuş gəldilər, nəticədə ikinci devolvasiyadan sonra əhali artıq maddi tükəndi, artıq əksəriyyət borcun ödənilməsi barədə yox, qarnının doyması barədə düşünməyə başladı. Təbii ki, bu vəziyyətdə banklar əhaliyə güzəştə getməli idilər, amma getmədilər, çünki onları “hifz edən” məmurlar pulu dollar ilə almalarını tələb edirlər və bu yerdə bankların köməyinə yeni bir nağıl gəldi: Siz ödənişləri 1 manat 05 qəpik ilə edin, son ayda güzəşt olacaq. Maraqlandım, son aydakı güzəşt əslində güzəşt yox, tələdir, fərz edin ki, 2000 dollar kreditiniz var və siz hər ay təqribən 190 dollar ödəməlisiz, siz, kredit tez bitsin deyə 190 dolar əvəzinə köhnə kurs ilə 200 dollar, yəni 210 manat ödəyirsiz, 210 manat isə təqribən 130 dollar edir, demək siz hər ay minimum 60 dollar banka borclu qalırsız və bu borc, ilin sonunda 720 dollar + faizləri ilə sizin ödəməli olduğunuz həmin 210 manatın üstünə gəlir, demək siz yenə də banka götürdüyünüz və artıqlaması ilə ödədiyiniz məbləğdən də çox borclu qalırsız.
Çıxış yolu nədir? Şəxsən mən çıxış yolunu bu kreditlərin manata çevriləcəyi və faizlərinin ləğv ediləyəcəyi günəcən ödənişlıərin edilməməsində görürəm, kimlərinsə varlanması, dollarla samovar qaynatması kefini yaşaması üçün xalq öz boğazından kəsməməlidir, bəsdirin bu qadər “nağılsevər” oldunuz, heç olmasa ömrünüzdə bircə gün, bircə saat realist olun, həqiqətin gözünə dik baxmağı öyrənin.
P.S. Azərbaycan qanunlarının elə də işləmədiyi Naxçıvana 1.05 manat ödəniş həsədi aparmaq lazım deyil, həmin ödənişə nail olmaq üçün hərəkətə keçmək lazımdır.

Əli Abbasovun kürəkəni rabitəçilərin üzünə durub -"MTN İŞİ"

MTN-nin dağılması nəticəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyində olan şəxslərin həbsi və məhkəmə prosesləri medianın diqqətindən düşmür. Nazirliyin rəhbərliyinə qarşı irəli sürülən korrupsiya ittihamları  nazir Əli Abbasova qarşı çevrilsə də o həbs edilmədi.
gununsesi.info sabiq rabitə və yüksək texnologilara naziri Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəni Seymur Quluzadənin ifadəsini əldə edib.
“Kapital Bank” ASC-nin Bayıl qəsəbəsində yerləşən 2 saylı şöbəsinin müdiri vəzifəsində işləyən Seymur Quluzadə istintaqa ifadəsində bildirib ki,  bununla yanaşı “Virqo” MMC-nin təsisçisidir. “Mən sabiq rabitə və yüksək texnologilara naziri Əli Abbasovun bacısı Mikayılova Südabə Məmməd qızının kürəkəniyəm”- deyən Seymru Quluzadəəlavə edib ki, “Virqo” MMC-nin əsas fəaliyyəti “TPP” markalı rabitə kabellərinin satışından ibarətdir: ” Əsasən, Belarusiya və Türkiyə Respublikasından kabel gətirirəm. Mən yalnız “Aztelekom” MMC ilə işləmişəm. Digər müəssisələrlə işləməmişəm. Hazırda firma fəaliyyət göstərir. Sonuncu dəfə 2014-cü ilin dekabr ayında kabel gətirmişəm. Kabelləri əsasən Belarusiyadan gətirirəm. Cəmi bir dəfə Türkiyə Respublikasından gətirmişəm. Belarusda zavodun adı “BelTeleKabel” adlanır. Rabirə kabellərini həmin zavoddan alıram və Azərbaycana gətirirəm. Türkiyə Respublikasından isə “ETK Kablo” zavodundan alırdım. Sonuncu dəfə 2014-cü ildən kabel gətirdiyimdə hazırda kabellərin qiymətlərini xatırlamıram. İl ərzində mən 2-3 dəfə kabel idxal etmişəm. Həmin kabelləri də “Aztelekom” MMC-yə vermişəm. Məni bu işə cəlb edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov özü olmuşdur. Vidadi Zeynalov mənə demişdi ki, mənim müəssisəmin hesabına köçürülən ƏDV-li pulu 35 faizi, ƏDV-siz məbləğin isə 40 faizi nəqd qaydada ona təqdim olunmalidir. Eyni zamanda bildirmişdi ki, bura Rabitə Nazirliyində onun tərəfindən müəyyənləşdirilmiş ümumi qaydadır. Vəsaitin isə “Aztelekom” MMC-nin hesabına keçiriləcəyini demişdi. Ona görə qeyd etdiyim kimi vəsaitlər “Aztelekom” MMc-dən köçürülürdü. “Virqo” MMC ilə “Aztelekom” MMC-nin tabeliyində olan Astara, Şəki, Tovuz, Şəmkir, Bərdə, Ağcabədi, Tərtər, Siyəzən, Lənkəran, Goranboy, Neftçala, Salyan, Qusar, Ağdam, Saatlı, Abşeron, Göyçay, Xaçmaz, Sabirabad, Ağstafa,   Mingəçevir, Zaqatala TKQ ilə podrat müqavilələri bağlamışam. Həmin müqavilələr əsasında aldığım rabitə kabellərini isə “Aztelekom” MMC-yə təqdim etmişəm. Bu işlərə görə mənə nəxsus “Virqo” MMC-nin hesabına təxminən 1 600 000 manatdan çox vəsait köçürülmüşdür. Köçürülmüş vəsaitin təxminən 760 000 manatı nağdlaşdırımışdır. Köçürülmüş pulun 35 faizini, yəni 560 000 manatını nağdlaşdıraraq, birbaşa  və ya dolayı yolla Vidadi Zeynalovun özünə vermişəm. Qalan 200 000 manatının  50 000 manatnı audit yoxlaması nəticəsində müəyyən edilmiş cərimə məqsədiylə Vergilər Nazirliyinə və digər gömrük rüsumlarının ödənilməsinə sərf etmişəm. Qalan 150 000 manat isə müəssisənin mənfəti kimi mənə qalmışdır. Vidadi Zeynalova verdiyim vəsaitdən dəqiq bilirəm ki, “Aztelekom” MMC-yə vəsait qalmamışdır. Pulu verməkdə məqsədim Rabitə Nazirlliyindən iş almaq olmuşdur. Çünki onların  dediyi qaydada pul verməsəm, mənə hər hansı iş vermirdilər. Ona görə də, köçürülmüş vəsaitin 35 faizni verməyə məcbur idim”.
Nazirin qohumu həmçinin, istintaqa gömrükdən yayınması barədə də etiraflar edib. “Rəhbərlik etdiyiniz  “Virqo” MMC ilə Belarus dövlətinə məxsus “BelTelekabel” və Türkiyə Respublikasına məxsus “ETK Kablo” zavodlarından aldığın avadanlıqların yük gömrük bəyannamələri olub-olmaması haqqında nə deyə bilərsiniz?”- sualına Seymur Quluzadə belə cavab verib: “Bildirirəm ki, aldığım kabel yük gömrük bəyanamələri yoxdur. Bələ ki, gömrüyə məxsus olan hazırda adını unutduğum firmanın adına gəlirdi və mən gedib pulumu verib kabelimi alırdım. Sonra isə aparıb “Aztelekom” MMC-yə təqdim edirdim”.
O həmçinin, “Aztelekom” MMC və struktur qurumlarının sorğuları əsasında təşkil edilmiş kotirovka və tender sorğularının açılması prosesindən də danışıb: “Mən “Aztelekom” MMC və struktur qurumları əsasında təşkil edilmiş kotirovka və tender sorğuların açılmasında iştirak etmişəm. Sadəcə, təkliflərimi kotirovka sorğusu keçirən təşkilata göndərmişəm. Çünki kotirovkalar formal olaraq təşkil olunurdi. “BelTelekabel” və Türkiyə respublikasına məxsus “ETK Kablo” zavodlarında da Zeynalovun tapşırığına görə, mən elan olunan kotirovkadan qalib çıxırdım. Sənədləri  “Aztelekoç” MMC-nin təchizat şöbəsinin rəisi Yaqub müəllimə verirdim. O da kotirovka keçirilən rayona göndərirdi. Mən kotirovka keçirən heç bir telekommunikasiya qovşağında olmamışam”.
“İfadənizdə göstərmisiniz ki, sonuncu dəfə 2014-cü ilin sonunda kabel gətirmisiniz. İş üzrə tərtib edilmiş hesabatlardan görünür ki, 2015-ci ildə  “Aztelekom” MMC-dən Ağdam, Qusar, Lənkəran, Siyəzən, Xaçmaz və Şamaxı Telekomunikasiya Qovşaqlarından sizə ümumilikdə 281 min manat vəsait daxil olmuşdur. Bu barədə nə deyə bilərsiniz?” sualna Seymur Quluzadə belə cavab verib: “Bildirirəm ki, 2015-ci ildə mən kabel avadanığı gətirməmişəm. 2015-ci ildə hesabıma köçürülən vəsait əvvəllər “Aztelekom” MMC-yə verdiyim mal-materialların pulları olmuşdur. Əvvəllər vəsaiti tam ödəmədiyinə görə, 2015-ci ildə tam ödəmişlər”.

19.02.2017

Zamiq Səfayi - Gəldi

Sənsiz xoş ömür getdi, qəm gəldi, kədər gəldi,
Vəslin aradım hər dəm, hicrinlə qəhər gəldi.

Könlüm bu pərişanı zülfündən alıb tə`lim,
Gül hüsnünü gördükdə vəsfinçün əsər gəldi.

Dən düşdü başa, gözlər tərk eylədi öz nurin,
Qəm boğdu məni-zarı, tər gəldi, betər gəldi.

Vəslin aradım yarın, Məcnun kimi çöllərdə,
Aşiqlərə gülşəndə gəldi, nə xətər gəldi.

Şirin dil ilən oldum, dərman neçə bimarə,
Bir mar çalıb getdi, dünyama zəhər gəldi.

Səbr eylə, Səfayi, gər hər qədri bəla gəlsə,
Yar gəlsə səfa görrəm, bəlkə bu səhər gəldi...

Fazil Mustafa: Ramiz Mehdiyev Allahdan qorxmur

Əziz oxucularımız, Milli Məclisin deputatı Fazil Mustafayevin (deputatlıqdan öncə- Qəzənfəroğlu-red-A.A) Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev haqqında vaxtilə səsləndirdiyi fikirləri yenidən sizlərə xatırlatmaq istədik. Məsədimiz isə hələ də cavabsız qalan sualımızın elə sual şəklində qalmasıdır.
Aşağıda Fazil Mustafanın 4 dekabr 1998-ci ildə “Azadlıq” qəzetində çıxan "Məhkəmədən qorxmayan cəsurlar" yazısını təqdim edirik.
Sual: Ölkədə hər hansı naziri tənqid edənlər həbs edildiyi halda, prezident İlham Əliyevi, mərhum prezidentimiz Heyddər Əliyevi, Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi təhqir edən Fazil Mustafaoğlu necə olur ki, 3 çağırış Milli Məclisin deputatı olur?

Fazil Qəzənfəroğlu (Mustafayev): Məhkəmədən qorxmayan cəsurlar

"Heydər Əliyevin Bakıdakı səlahiyyətli təmsilçisi Rəfael Allahverdiyev məhkəmələrdən qorxmadığını bəyan etdi. Əlbəttə, bizlər də bilirik ki, çoxlarının “mer” dediyi bu keçmiş raykom katibi siyasi partiyalardan da, üstəlik xalqdan da qorxmur. Çünki neçə illərdir Bakını eninə-uzununa yönəldir və xalqdan bircə səs də almadan özünə mer deyilməsindən məmnunluq duyur. Ola bilsin ki, cənab Allahverdiyev hüquq bilgisinin zəifliyindən konstitusiya ilə açıq-aşkar “məzələnməyin” normal demokratik cəmiyyətlərdə təhlükəli iş olduğunu dərk etmir.
Verdiyi sərəncamlarla konstitusiyanın maddələrin tükü tərpənmədən pozması bir yana, kütləvi tədbirlərin yasaqlanması arqumenti olaraq keçmiş raykom katibi ədasıyla “zəhmətkeşlərin tələbi” faktorunu önə çıxarması istehza doğurur. Bunun ardınca müxalifəti “sosialist birgəyaşayış qaydalarını pozmaqda” ittiham edəcəyi də istisna olunmur. Ötən gün ölkənin baş diplomatının Türkiyə kanallarından birinə verdiyi müsahibədə “bağımsız” əvəzinə tələffüz etdiyi “Azərbaycan baxımsız dövlətdir” ifadəsindən sonra Rəfael Allahverdiyevin hərəkətlərinin məntiqini başa düşdüm. İş burasındadır ki, eyni məntiqlə son vaxtlar məhkəmələrdən qorxmayan cəsur adamların sayı artıb. Düzü, mən Ramiz Mehdiyevin, Cəlal və Aqil Əliyevlərin başqa qohum-tanışların məhkəmələrdən qorxmadığını təqdirlə qarşılayıram. Onlar məhkəmələrdən, məhkəmələr də qanundan qorxmurlar. Adama elə gəlir ki, hamısı bir yerdə üstəlik Allahdan da qorxmurlar. Deyəsən, elə canlarına üşütmə düşən bizim müxalifət təmsilçiləri və bir də qəzetçilərdir.
...Ramiz Mehdiyev və Rəfael Allahverdiyev zəif fiqurlardır, Əliyev ailəsinin əleyhinə hər hansı qərar qəbul edə biləcək hakimi anaları doğduğuna inanmıram. İş burasındadır ki, Əliyev rejiminə qarşı canıyla, iradəsiylə müqavimət göstərən anaların doğduğu oğulları bu hakimlər cəsarətlə həbsxanalara göndərə bilirlər.
...İqtidar başçısı “heç bir şərt qoymadan dialoqa getməyə hazıram” deyir. Elə hakimiyyət məsələsində də təqribən belə deyir: “Heç bir şərtlə hakimiyyətdən getməyəcəyəm”.
Bu millət üçün problem yaratmaqdan başqa bir şey düşünməyən Əliyev iqtidarı 11 oktyabrdan sonra dialoq sözcüyünə, əlbəttə, qayıtmalıydı. Ancaq seçkidən bir qədər sonra. Seçkidə xalqın iradəsi açıq-aşkar zorlandı, hakimiyyət qəsb edildi və Azərbaycanda rejimin suyu yenə də dəyişmədi. Müxalifət hakimiyyətin legitim olmadığını bəyan etdi.
Bundan sonra H.Əliyev təşəbbüsə yiyələnərək artıq müxalifət üçün bəzi problemlər yarada bildi. İlk olaraq müxalifətin başını cəza orqanlarıyla (Azərbaycanda olduğu üçün buraya məhkəmələri də aid edirik) qatdı. Sonra müxaliət qəzetlərini məhkəmə proseslərinə cəlb edərək süni maliyyə sanksiyalarıyla sıradan çıxma təhlükəsi qarşısında qoydu. Bu gedişsə qəzetçiləri onun müdrikliyinə və arbitrliyinə pənah gətirmə vəziyyətiylə razılaşmağa məcbur etdi.
Sonda isə zorakı gücdən istifadə edərək, konstitusiyaya zidd qanunvericilik praktikasının da yardımıyla müxaliətin kütləvi tədbirlər planını alt-üst etdi. Yalnız bundan sonra çağırışını uca səslə söyləməyə başladı.
Arxayın oldu ki, artıq dialoqun predmetini hakimiyyətin legitmliyi məsələsi deyil, bundan sonra süni şəkildə yaradılmış problemlərin ortadan qaldırılması təşkil edə bilər.
Ancaq bütün hallarda şərtsiz dialoq bir az ağlabatan görünmür. Heç olmazsa, müxalifət dialoqa başlamazdan öncə bir şərti bəri başdan söyləsin. Dialoqda YAP-ın sədri öz ömür yolundan danışmasın. Biz bu ömür yolunu yaxşı bilirik. Müxaliət də rejimin millətimizə etdiyi zülmdən danışmayacaq. YAP-ın sədri özü də bunu yaxşı bilir.

“Azadlıq” qəzeti, 4 dekabr 1998             xeber.info

Bəlkə ismin yazıla

Samir Sərrafi

Bu gecə Həzrət Əlinin mehmanı oldum,
Dünyanın çəngindən alıb apardı Cənnətə.
Çəkilib bir güşədə Ayəti-Quran oxudum,
Demə hər ayəsi bir hifzi-ətadür ümmətə.

ALLAH MÜHƏMMƏD dedim aldım ələ Qurani,
Oxudum sürələrin hüsnü-Əlini gördün.
Oxşadı hər ayəsi bir-bir Nənəm ZƏHRANI,
Qiyamət sürəsində Kərbübəlani gördüm.

Ya Rəbb, bu nədir möcüzə görmüş kimiyəm,
Aldım əlimə, qoydum üzümü Quranə.
Göz açıb, röyyadə bir röyya görürəm.
Üzüm Əli üzündə, mehman Şahi-Mərdanə.

Ola kim eşqi onun, ruhuna mehmandır Əli,
Sevgisi qəlbə şəfa, dərdlərə dərmandır Əli. 
Əlini aldı şəhadət, ölüdür zənn eləmə,
Elə biznən danışan Sürəti-Qurandır Əli.

ALLAH, Əli xəlq eylədi Ənbiyayə bir gün,
Girə şövqilə can verməyə canan yerinə. 
Samir, Əlini şə'nilə vəsf eylə ki hər gün
Bəlkə ismin yazılar Ali-Əba dəftərinə.
“Allahın qanununa və tələbata görə Çex krallığında vəzifələrə ilk növbədə çexlər götürülməlidirlər. Necə ki fransızlar Fransada, almanlar Almaniyada vəzifələri tutublar, Çex krallığında da bütün vəzifələrdə qeyri-çexlər yox, çexlər özləri oturmalıdırlar”.



1369-1415-ci illərdə yaşamış Çex alimi Yan Qus bu fikirlərdən sonra yəhudi hakimiyyət tərəfindən tonqalda yandırılmışdır.

17.02.2017

Şəklini bağrıma sıxıram

Fəxrəddin Əli

Mənə sözbaz adı qoyandan bəri,
Sinəmdə yüz kitab söz gəzdirirəm.
Adını yazmışam hər vərəqində,
Hər gün oxuyuram, göz gəzdirirəm.

Danışıb gülürsən bir şeirimdə,
Ya bir şeirimdə lal kimi dinməz.
Səninçün o qədər şeir yazaram,
Barmağım day qələm götürə bilməz.

Darıxmağım elə darıxmaqdı ki,
Burnumun ucu da hiss edə bilmir.
Sənə hisslərimi bildirməsəm də,
Gözlərim bildirir, gizlədə bilmir.

Sən mənim ağacdan düşən yarpağım.
Sən gecə tək uçan quşumsan mənim.
Yazda xəzəlimsən, payızda qarım,
Yayda boranımsan, qışımsan mənim.

Yenə də zəngini gözləyən mənəm,
Yenə də yoluna baxıram sənin.
Hələlik sevgilim, öpürəm səni,
Şəklini bağrıma sıxıram sənin.

Türkiyəlilərin Azərbaycanda gördükləri xeyir işlər

Elxan Zaman

1. Dövlət təsisatlarımıza müxtəlif təriqət mənsublarının sızdırılması, o cümlədən də sonradan terrorçu elan olunan FETÖ;
2. Azərbaycanın qida sənayesi, bankçılıq, təhsil, səhiyyə sahələrində fəaliyyətləri;
3. Ölkədəki korrupsiyada, ölkənin talan edilərək xaricə, o cümlədən də Türkiyəyə daşınmasında iştirak;
4. Keçən əsrdə bizim hesabımıza qan, can, mal və torpaqlarımız hesabına özünün erməni problemini, müasir dövrdə isə kürd problemini həll etməsi, buna müvafiq siyasət yürütməsi;
5. Ölkəmizdə monopoliyanın saxlanmasına maraq göstərməklə, yerli istehsalın çökdürülməsi və ölkəmizin türk malı ekspansiyasına uğramasını təmin edən siyasət yürütməsi (mənim yadımdadır, 80-ci illərin axırlarında yollar təzə açılanda camaat burdan Türkiyəyə fotoaparat, drel, üzqırxan maşınka, Bakmilin mətbəx kombaynlarını, mikserlər, ətçəkən aparatlar daşıyırdı);
6. Burda zavod, texnika, texnologiya, alim, elmi əsərlər qalmadı, hətta trolleybus xətlərini, kanalizasiya lyuklarını belə Türkiyəyə daşıyıb apardılar, əvəzində bakkuş, saqqız, bir də çikolata daşıyıb gətirdilər;
7. Elçibəy 200 milyon dollar borc istədi, onu belə qıymadılar, əvəzində ermənilərə taxıl və elektrik verdilər; 
8. Mətbuatımıza qənirələri, sevilləri, raufları, siyasətimizə fazilləri, gültəkinləri, qüdrətləri və müxtəlif sortlu demoqoqları doldurub millətimizin beynini, psixikasını təxrib etdilər;
9. Socar, işə ehtiyacı olan vətəndaşlarımızı işlə təmin etmək və ildə 300-400 milyon dollarlıq sürtgü yağlarına olan ehtiyaclarımızı təmin etmək üçün burda zavod tikmək əvəzinə aparıb 20 milyard pulumuzu Türkiyədə neftayırma zavodunun tikintisinə qoydu.

Türkiyənin bizə, bizim də Türkiyəyə verdiklərimiz bax bunlar olub... Şükür Allaha ki, indi internet əsridir, istənilən informasiyanı tapmaq və analiz etmək olur... Sadəcə, bu acı həqiqətləri qəbul etmək üçün ən azından vicdanın olmalıdır ki, girib araşdırasan...

16.02.2017

Get öl orda torpağı atıb qaçanların yerinə!

Müttəqi Bərməki

Bir neçə gündür Şahin Mirzəliyevin Ermənistana getməsi barəsində statuslar oxuyuram və belə qərara gəldim ki mən də bir iki söz yazım. Mən tatam, yəni Qafqaz parsilərindənəm, amma bir qrup talış qardaşlarıma və bəzi başqa həmvətənlərimə demək istədiklərim var. 
Birincisi qeyd edim ki, mən kiminsə Ermənistana getməsinin əleyhinəyəm. Bunu bəri başdan əvvəldən yazıram ki, kimsə əsas sözləri kənarda qoyub mövzunu yayındırmasın. Bir daha təkrar edirəm ki mən Azərbaycanın ərazi bütövlüyünü istəyirəm, müsəlmanaların torpaqlarının qaytarılmasını istəyirəm. İstəyirəm ki ölkə çiçəklənsin, xalq xoşbəxt olsun, xalqlar xoşbəxt olsun. Kim istəmir bunu? Lakin bu Azərbaycanda yaşayan bütün xalqalrın haqlarının verilməsindən keçir.
Talış xalqının təqib olunan nümayəndəsi Şahin Mirzəliyev Ermənistanda müvəqqəti sığınacaq aldı. Bu baş verən kimi hamı xorla başladı bu insanı günahlandırmağa. Mən hesab edirəm ki bu ədalətli yanaşma deyil. Sual verirəm onlara. Bəs Şahin Mirzəliyev təqib olunanda sizin səsiniz niyə çıxmırdı? Niyə mumlamışdız? O insan ailəsini, ağır xəstə olan həyat yoldaşını götürüb vətənindən niyə qaçmalı idi? O nə etmişdi? Onu kim məcbur etdi ki, hətta uşaqlarını da götürsün və ölkəni tərk etsin? Axı o dərhal Ermənistana getməmişdi. O əvvəl Gürcüstana getdi və orda BMT-in nüməyəndəliyində sıxınacaq tapdı. Azərbaycan hakimiyyəti hətta orda onu təzyiq altında saxladı. Bakıdan Gürcüstana gedən göstərişlərə əsasən orda gürcülər bu ailəyə təzyiqlər edirdi. Məsələn, ağır xəstə olan həyat yoldaşına heç bir yardım edilmirdi, balaları xəstələnəndə belə onlara dərman verilmirdi. Qızdırmanı salmağa belə dərman vermirdilər. Hələ bu adam Gürcüstandadır və Ermənistana getməyib. Ordan o hamıdan yardım istədi. Amma Azərbaycandan yardım gəlmədi. Ailəsinin vəziyyətini elə ağırlaşdırmışdılar ki, o ordan qayıtsın dala. Dala qayıtsaydı onu Azərbaycanda talış xalqının fəalı və ziyalısı olan Novruzəli Məmmədov kimi öldürəcəkdilər. Novruzəlinin oğullarını da öldürdülər. Kimsə deyər ki, qoy qayıdaydı, qoy onu öldürəydilər. Necə də rahatdır belə sözlər demək! Onu öldürsəydilər balalarına, kim baxacaqdı? Sən baxacaqdın?! Axı hansı kitabda yazılıb ki, bir insan hökmən özünü bu hala salmalıdır, ölməlidir?
Bir özünüzə sual verin, axı indiyə kimi niyə siz Şahin Mirzəliyevin fəryadlarına susmusunuz? O Gürcüstanda ağır vəziyyətdə həyəcan içində olanda siz heç nə demirdiniz. Gürcüstan onu artıq alıb Azərbaycana təhvil verəcəkdi. Necə rahatdır evdə oturub qəhərəmanlıqdan yazı yazmağa. Niyə axı bu adam Azərbaycanı tərk etməli idi? Şahini tənqid edənlər, ona söyüş söyənlər birinci bu hakimiyyəti söyməliydilər.
Bəziləri də yazır ki o talış xalqının üzünü qara elədi. Bu sözü hətta bəzi talışlardan oxudum. Bu nə düşüncədir? Ay talış! Sən kimin qabağında özünü müdafiə edirsən? Kimin qabağında özünə bəraət qazanmaq istəyirsən?! Sənə qarşı düşməncilik edən əclafların?!
Bunlara talış xalqınln məhvi lazımdır. Sən özünün bütün hüquqlarını həvalə etmisən bu pantürkçü dövlətə, onlar da sənə düşmən və dost təyin edirlər. Onlar sənə əmr verirlər ki, bax bununla düşmən ol, bununla qardaş ol. Mən nə dedimsə elə olmalıdır. Özləri gedib Ermənistanda şirkətlər açırlar. Moskvada erməniləlrə birgə tədbirlərdə iştirak edirlər. Erməniləri Bakiya dəvət edirlər. Nazirləri çıxıb deyir ki “ermənilərlə azərbaycanlılar düşmən deyil”. Bunu dövlət məmuru deyir, hamı susur. Azərbaycan dövləti erməni kilsələrinə pulsuz qaz verir, cəmiyyət susur, Rövnəq Abdullayevə xain demir. Xainlər sizin başınızda oturub. Torpaqları da bu xainlər öz hakimiyyətlərinə görə veriblər. Talışlar da kimlə lazım bilər onlarla əlaqə qurar, onlarla danışıq aparar.
Bir quldur yerlibaz klan gəlib qədim tarixi olan xalqa göstəriş verəcək ki sən özünü necə aparmalısan. Yalandan da Qarabağ kartından istifadə edir, “erməni, erməni” lozunqunu ortaya atır ki, hamının səsini kəssin. Əslində özləri ermənidən də pisdirlər. Onsuz da bunların hakimiyyətinin sonuna az qalıb.
Talış, sən ayrıca bir müstəqil xalqsan. Sən özün öz müqəddəratını təyin eləməlisən. Niyə sənin yerinə kimsə danışmalıdır? Məgər sən bu cinayətkar rejimin şəxsi mülkiyyətisən? Sənin vəziyyətin bilirsən nəyə oxşayır? Roma İmperiyasında fəth olunmuş xalqları orduya götürürdülər bir yardımçı kimi, qələbələr Romaya şərəf gətirirdi o xalqlara isə heç nə. Onlara çatan ancaq ölülər olurdu. Sonra Roma İmperiyası fəth olmuş xaqların ərazilərinə öz romalılarını köçürürdü. Bü gündə sənin torpaqlarına qaçqınları köçürürlər, bilərəkdən sənin əhalini qarışdırdılar, məntəqələrin adını dəyişdilər, səni türkləşdirdilər. Sənə nə televiziya, nə radio, nə qəzet- heç bir şey vermirlər. İndi sən bu xain əclafların qarşısında çıxıb deyirsən ki kimsə üzünü qara elədi. Sən niyə düşünmürsən ki, onlar sənin qarşında üzü qaradır? Sən bir bax gör hansı gündə yaşayırsan? Rejim hamıya zülm edir? Razıyam. Amma sənə ay talış, sənə hamıdan çox edir. Hamını bir millət kimi silmir, səni bir millət kimi silir. Hamıda susur!
Sənin etiraz səsin gələndə isə bunlar başlayır “talış qəhrəmandır, talış Qarabağda belə döyüşdü, belə vurdu dağıtdı, şəhid verdi”. Düzdür, olub bunlar. Yaxşı bəs əvəzində nə oldu? Ay talış, sadəlöhv avam olma, ay “gic talış”, “12-dən sonra başı işləməyən” talış, “borani vaaaar” talış, “qəndun vaaaar” talış, “limu vaaar” talış... Səni bu manıs, prezident tulaları olan “KVN”-di dir nədir, Bakı səhnəsində ələ saldılar, heç kim buna etiraz etmədi. Səhnədə dedilər Lənkəranda 12-dən sonra talışlar gecəniz xeyirə. Bu atmacalar elə belə ortaya çıxmayıb, ay sadəlöhv talış. Bu ilan siyasəti çoxdandır aparırlır.
Sən qurbanları kimə və nəyə görə vermisən? Bir nəfərini göstər ki yüksək vəzifədədir. Hanı talış nazirlərin? Hanı baş nazirin müavinləri olan talışlar? Niyə baş nazir, parlament sədri, heç olmasa müavini talış deyil? Tarixdə bir dəfə belə vəzifədə talış olub Azərbaycanda? Müharibə olanda isə buyur talış keç qabağa. Get öl orda torpağı atıb qaçanların yerinə. Niyə talış regionunda bir nəfər də talış icra başçısı yoxdur? Nə gündədir o rayonlar? Onlar istəmir ki talış xalqından bir görkəmli lider çıxsın. Bunu bilin. Vəzifəni də ya satqın, xain birinizı verəcəklər, ya da o talışı məhv etmək üçün verəcəklər.
Sənin Talış adını belə qanuni şəkildə qadağan ediblər. Biz tatları məhv elədilər, indi bizim bu tatlar düşüb ortya pantürkçülük edir. Tatları lap zombiləşdiriblər, bu manqurt tatlar düşüb ortaya Türkiyə, Türkiyə deyir. Tat xalqı lap pis gündədir. Əgər ayılmasaz, vaxt gələcək tək Yardımlı (keçmiş Vargadiz) yox, sizin bütün rayonlarınızın adını dəyişəcəklər. Necə ki Vartaşenə, Varda-şayanaya (farsca- Güllər məkanı) heç ora dəxli olmayan Oğuz adını verdilər. Udinlərin bir çoxunu erməni adı qoyub qovdular. Onların heç səsi çıxmır. Zaqatalada saxurların jurnalını bağlatdırdılar. Lənkəranda və Baki tat kəndlərində bilərəkdən narkotika yaymaqları bəs necə? Bu zalımların polisləri deyir ki siz talış dindarıların əlindən biz orda mal, narkotik sata bilmirik, əvvəl kilolarnan satırdıq. Bilirlər harda satılır narkotik, bilirlər kim satır. Niyə tutmurlar?
Belə olmaq istəyirsiniz? Dövlətin mediaları deyir “Qarabağ türkün torpağıdır”, “Azərbaycan türkdür”... Ay səni... Talış, sən nədir dəli kimi qabağa düşüb Qarabağda oğullarını qurban verdin? Hanı bunun əvəzi? Elə bilirsən tək hakimiyət belədir? Bəzi dindarlar da susur. İmam Əli (ə) ədaləti hardadır? Müxalifəti də belədir. Hardadır sizin talışların və başqa xalqların hüquqlarına aid yazılarınız? Hanı bu müxalifət partiyalarının talışların və başqa xalqlarının hüquqlarına dair çixişları? Niyə talış ancaq kimsə Ermənistana keçəndə yada düşür? Heç bir müxalif partiya, heç bir lider sizin haqqınızı müdafiə etməyib. Hətta pak Əhli-Beyt dinini sizə qarşı istifadə etməyə çalışıblar. Siz talışlar sadəlöhvcəsinə “əşi müsəlmanıq, qardaşıq, şiəyik” deyib bir çox şeyə susdunuz. Bəli, siz əsl şiəsiz və şiəlik sizin bəlkədə ən güclü silahınızdır. Talış olmağınız və şiə olmağınız ən güclü silahdır. Ona görə də hakimiyyətdəkilər elə ən çox sizdən qorxurlar. Sizi sındırmaq istəyirlər. Bilməlisiniz ki, Azərbaycanda perspektivdə ən güclü potensiala siz maliksiniz. Çoxları ümidi sizə bağlayıb, lakin sizin başınızdan vurub əzmək istəyirlər.
Deyirlər ki Ermənistan talışlardan istifadə edir. Yaxşı, Onda buna cavab verin görək. Niyə Azərbaycan talışlardan istifadə etmir? Aç Talış TV-ni, istifadə elə. Ver talışa televiziya, qoy çıxsın talış dilində söysün ermənini, qazetdə, radioda. Qoy tərifləsin Heydər Əliyevi, İlham Əliyevi talış dilində. Niyə istəmirsən bu dil səslənsin? Ver də, niyə vermirsən? Deməli, səni elə talışın özü narahat edir. Deməli, sənə nə yaxşı, nə də pis talış lazım deyil. Talış xalqı bu əclaf siyasəti görmür? Ay talışlar, bu əclaf siyasət onlara üz qarası deyil? Niyə özünüzdə üz qarası axtarırsınız? Sən bu dövlət qarşısında bütün borclarını vermisən. Onlar sənə borcludurlar. İndi durub Şahin xaindir deyənlər getsinlər ən başda duran talış xalqına xəyanət edənlərə xain desinlər. Azərbaycanı bir ailənin mülkiyyətinə çevirənlərdir xain. Azərbaycanı bir dövlət kimi çökdürən, onun əhalisini didərgin salan, malını, dövlətini bir qrup insana verənlərdir xain. Azərbaycanı zəiflədən quldurlardır xain. Niyə bunu unutdunuz?
Talışlar Qarabağda azad demokratik Azərbaycan üçün döyüşüb və aldanıb. Döyüşənlər isə həbs olunub. Deyirlər, talış Qarabağda şəhid verib, flankəslər onların ruhunu incidir. Bəs bu ölkədə talışların bu günə qoyulması onların ruhlarını incitmir? Bunu niyə demirsən? İncimir bu ruhlar? Narahat olmur ki, bəs onlar can qoydular bu vətənə, axırda nə oldu? Əvəzində nə oldu? Kimsə sadəlöhv düşünür ki, bu pantürkçü müxalifət hakimiyyətə gəlsə, talışın haqlarını verəcək. Kim bu yalana inanır? Axı bunlar kimdir ki, Allahın talışlara verdiyi haqları ağalıq edib talışlara versinlər? Siz kimsiz? Talış oturub gözləməlidir ki nə vaxtsa bu xarabaxanada kimsə vicdana gəlib talışa haqqlarını verəcək? Sən nə günə düşmüsən, talış? Bunlar gəlib girib sənin qədim evinə sənə haqq verir? Bu qədər şəhidlərdən sonra? Düzdür, o talışlar erməni ilə döyüşdə şəhid olub. Amma döyüş zamanı sizin alnınızda “TALIŞ” sözü yazılmamışdı və erməni gəlib sənin Talış torpaqlarına iddia etmirdi. Sən əlində silahla ora getdin. İndi isə səni öldürən erməniyə bu dövlət Muxtar Respublika statusu verir, yalvarır, hətta polisini, ordusunu verir, amma sənə, o millətə ki Azərbaycan ərazi bütövlüyüy uğrunda bu qədər şəhid verib, sənə sıfır- heçnə vermir! Nə muxtariyyat? Kəs səsini. Erməniyə olar, sənə yox. Amma erməni gəlib talışdan qədim talış torpaqlarını istəmir, iddiası ancaq Qarabağdır. Bu həqiqətdir. Talış tanka minib gedib erməniyə qarşı. Talış ora gedib ki, müsəlman Azərbaycan xalqına dəstək olsun. Bunlar isə “qardaş, qardaş” deyə-deyə bir dəfə demirlər ki, hanı bu talışlar üçün televiziya, hanı radio, hanı dərsliklər?! Qardaş deyə deyə məhv elədilər talışları, necə ki tatları məhv etdilər. Bu qədər ikiüzlülük olmaz. Azərbaycanda talışları həqiqi sevənlər var, talışların haqq olduğunu deyənlər var. Bunların içində çoxlu türklər də var, dindar mömin qardaşlar da var. Sadə xalq talışa hörmət edir, sevir. Hərçənd susur. Başa düşmür ki bu məsələdə xalq özü talışı müdafiə etməlidir.
Vicdanınıza baxın görün siz Şahinə xain deyəndə, niyə onu və bütün talış xalqını bu günə salanlara etiraz edib xain demirsiz? Hardayadınız indiyə kimi? İllərdir Şahin Mirzəliyev Azərbaycanda etiraz edirdi, şikayət etmədiyi instansiya qalmadı. Dövlət strukturları cəhənnəmə, heç ictimai sektor ona diqqət etmədi. Hətta özlərini demokrat adlandıranlar, demokratiya pərdəsi altında gizlənənlər belə onun bircə müraciətinə cavab vermədi. Bəlkə veriblər bizim xəbərimiz yoxdur? Bəlkə Azərbaycanda Şahin Mirzəliyevin üzləşdiyi situasiya belə deyildi? Musavat partiyasında adamı döyə-döyə talış etdilər. Eşitmədiyi, ünvanına deyilməyən söyüş qalmadı. Bu adamı daha nələrdə ittiham etmədilər? Bunları Musavat partiyası təkzib edə bilərmi?
Bu adam bir neçə ay idi ki, Tiflisdəki BMT Qaçqınlar üzrə Ali Komissarlığına sığınmışdı. Kimsə Azərbaycandan buna reaksiya verdimi? Harda idi Azərbaycan mediası? Niyə bircə dəfə olsun belə bu məsələyə diqqət olmadı? Azərbaycan höküməti Tiflisidəki BMT Qaçqınlar üzrə Ali Komissarlığını pulla satın alıb. Komissarlıq ora talış kimi müraciət edənlərin işinə baxmır, onları get-gələ salır. Gürcüstan hökümət dairələrilə əlbir olub, onları Azərbaycana deportasiya elətdirmək istəyir.
Niyə o getməmişdən öncə hamı susurdu? Ermənistanda indi onun həyat yoldaşını klinikaya qoyublar pulsuz müalicə edirlər. Oğulları da təhlükəsizlikdə, orda onlara evdə veriblər, hər cür şərait veriblər. Müdafiə də edirlər. Deyirlər keçdi düşmən tərəfə. Kimdir Şahin üçün düşmən? Onu öldürmək istəyən Azərbaycan dövləti və buna susan xalq, ictimaiyət, yoxsa ona sığınacaq verən Ermənistan? Onu təqib edənlərdir onun üçün düşmən, yoxsa ona sığınacaq verənlər? İstifadə edir Ermənistan? Siyasi məqsədləri var? Azərbaycanı parçalamaq istəyir? Bunu deyəcəklər? Onda mən də deyəcəm. Niyə Azərbaycan istifadə etmir talışlardan? Niyə bu hala salır? Niyə belə etirazların olmasına gətirib çıxarır? Azərbaycanı parçalanmağa doğru aparan ən birinci bu ölkənin bivec siyasətidir, axmaq siyasətidir, məkrli siyasətidir. Gedin bax onlara bu sözləri deyin!
Talış xalqının nümayəndələri həmişə ilk öncə Azərbaycan hakimiyyətinə müraciət edib. Əməkdaşlığa çağırıb. Əvəzinə bunları heç adam yerinə qoymayıblar. Yoxdur talışlar, yoxdur problem! Nə əməkdaşlıq? Siz yoxsuz. Talış xanlığı da olmayıb, dövlətiniz olmayıb, o da türkün olub, Lənkəran xanlığı olub, siz özünz də türksüz. Yuxarıdan aşağı baxmaq, təhqir, istehza, talışı lağa qoymaq və s. Budur bunların siyasəti. Xalqın çoxusu isə susub. Və elə düşünənləri var ki onlar susubsa, hamı susmalıdır, onlar batırsa, hamı batmalıdır. Sürünə-sürünə hələ də yalanlara inanırlar və guya vətənpərvərlik edirlər, Azərbaycanın bütövlüyünü istəyirlər. Belə bütövlük olmur, olmayacaq.
Bütövlük ədalətli yanaşmadan keçir.

https://www.facebook.com/Bermeki.Mutteqi.12/posts/1256717064364288

“Hökumət ərəblərin ölkəmizə gəlişini muştuluq kimi təqdim edir, halbuki...”

Sərdar Cəlaloğlu: “Onlar hansı ölkəyə gedirlərsə, orada terrorizm inkişaf edir”

ADP sədri Sərdar Cəlaloğlu moderator.az-a açıqlamasında ərəb turistlərinn ölkəmizə gəlişi və bunun mümkün fəsadları ilə bağlı maraqlı fikirlər səsləndirib. Partiya sədri hesab edir ki, “ərəb axını” Azərbaycana yaxşı heç nə vəd etmir: “Ərəblərin Azərbaycana gəlişini hökumət muştuluq kimi təqdim edir. Halbuki ərəblər dünyanın hansı ölkəsinə gedirlərsə, orada terrorizm inkişaf edir. Çünki gələn ərəblərin sırasında kimlərin ölkəmizə gəldiyi heç kimə bəlli deyil. Onlardan hansının terrorçu olub-olmadığı, Azərbaycanda hansı radikal qrup qurub-qurmayacağı bizə bəlli deyil. Sosial böhran şəraitində yaşayan xalq istənilən xarici gücün təsirinə düşür. Məsələn, ərəblər gəlir, əxlaqsızlıq edirlər, bazar-dükanda Azərbaycan vətəndaşının ala bilmədiyi nə varsa onları silib-süpürürlər. Onlar maddi çətinlik içərisində olan bəzi şəxslərə maddi yardım edib onları öz ideologiyalarına qoşa bilərlər. Bu isə ölkəmiz üçün arzuedilməz nəticələrə gətirib çıxara bilər”.

Seymur Əliyev

Путин заявил о постоянных попытках дестабилизировать Россию извне

Продолжаются попытки вмешательства извне во внутренние дела России с целью дестабилизировать общественно-политическую обстановку, заявил президент РФ Владимир Путин в четверг на коллегии ФСБ.
Он отметил, что активность зарубежных спецслужб в России не снижается, подчеркнув особый интерес иностранных разведок к военно-техническому потенциалу РФ. По его словам, в прошлом году была пресечена деятельность 53 кадровых сотрудников и 386 агентов иностранных спецслужб.
Президент подчеркнул, что "важно нейтрализовать попытки иностранных спецслужб получить доступ к закрытым сведениям, прежде всего в области военно-технического потенциала нашей страны". В связи с этим Путин сказал, что к органам контрразведки сегодня предъявляются повышенные требования.
Путин также заявил, что число кибератак на ресурсы официальных российских структур в 2016 году по сравнению с позапрошлым годом выросло в три раза.
Говоря о взаимоотношениях с Западом, президент отметил, что эти страны постоянно провоцируют Россию и стремятся втянуть ее в конфронтацию. Он напомнил, что на саммите НАТО в июле прошлого года в Варшаве впервые с 1989 года Россия была признана основной угрозой безопасности для альянса, а ее сдерживание официально провозглашено новой миссией НАТО.
По словам главы государства, с этой целью проводится дальнейшее расширение блока. "Собственно, и раньше проводилось, но теперь нашли другое, как им кажется, более серьезное обоснование", - сказал Путин.
Он также обратил внимание на ускорение процесса размещения стратегических и обычных вооружений за пределами национальных границ, входящих в НАТО ведущих государств.
При этом он высоко оценил работу органов безопасности РФ в 2016 году, сказав, что достигнутые ими показатели хорошие и имеют позитивную динамику. "Нашим спецслужбам удалось нанести бандитам и их пособникам ряд ощутимых ударов. Показатели прошлого года это подтверждают: число преступлений террористической направленности снизилось", - сказал Путин.
По сведениям президента, ФСБ вместе с другими силовыми структурами при координации Национального антитеррористического комитета предотвратила 45 преступлений террористической направленности, в том числе 16 терактов.
Глава государства отметил, что в дальнейшем от специальных и силовых структур, прежде всего ФСБ, потребуется особое внимание и концентрация сил в борьбе с терроризмом. Он поставил перед ФСБ задачу блокировать деятельность террористических групп, пресекать их финансовую подпитку и подрывную работу в интернете, а также пресекать деятельность эмиссаров из-за рубежа. "Необходимо пресекать каналы проникновения в Россию членов международных террористических и экстремистских группировок, жестко пресекать любые виды контрабанды от оружия до наркотиков, различных биоресурсов",- добавил президент.
По его словам, в прошлом году ситуация в мире не стала спокойнее, а многие угрозы только обострились. Так, в некоторых регионах мира сформировались "фактически террористические армии". "В ряде стран Ближнего Востока, Азии и Африки продолжаются кровавые конфликты. В них активно участвуют международные террористические группировки - а фактически это террористические армии, получающие скрытую, а то и явную поддержку со стороны некоторых государств",- сказал Путин.
Президент подчеркнул, что России необходимо восстановить диалог со спецслужбами США и других стран НАТО ради активизации антитеррористического сотрудничества.
Затронув положение дел в Донбассе, Путин обвинил Киев в стремлении сорвать минские соглашения путем обострения ситуации, подчеркивая, что киевские власти делают ставку на силовое решение конфликта.
Кроме того, по его словам, украинские власти "открыто говорят об организации подрывной работы, в том числе и в России", и Москву "это не может не беспокоить".

interfax.ru

BAŞ LEYTENANT CƏMİ 10 İLƏ GENERAL OLDU!

Azərbaycanda sözün əsl mənasında general bolluğu var. Əlimizdə rəsmi statistika olmasa da, hazırda Azərbaycanda bu rütbəni daşıyanların sayı təxminən 200 nəfər ətrafındadır. Hər il onların sayı daha 10-15 nəfər artır.
Müqayisə üçün bir maraqlı faktı qeyd etmək yerinə düşər ki, şəxsi heyəti 2 milyon 285 min nəfər təşkil edən Çin ordusunda generalların sayı cəmi 191 nəfərdir. Almaniya Ordusunda 202, Türkiyə Ordusunda isə cəmi 364 general rütbəsi daşıyan zabit var.
Azərbaycanda generalların sayının belə fantastik həddə çatması, hələ ki, 20 ildən artıqdır işğal altında olan torpaqlarımızın taleyinə zərrə qədər təsir etməsə də, ilk baxışdan gələcəyə müəyyən ümid yarada bilər. Lakin təəssüf ki, kənardan belə görünsə də ki, müharibə başlayacağı halda bu qədər generalı olan Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə zəfər qazanmaqdan başqa şansı yoxdur, reallıqlar başqa mətləblərdən – kəmiyyət hələ keyfiyyət demək deyil məntiqindən xəbər verir. Yəni ortaya sual çıxır: Hər general rütbəsi daşıyan zabit, əsl generaldırmı? Reallıqlarla tanışlıq deyir ki, əsla yox! Azərbaycanda əsl generalların sayı 10-15 nəfər olar da, olmaz da!
Bu reallıqlarla tanışlıq baxımından azpolitika.info-ya təqdim olunan bir fakt xeyli düşündürücüdür. Söhbət cəmi 10 il əvvəl baş leytenant olan bir zabitin – Abdullayev Zaur Qasım oğlunun hazırda general-mayor rütbəsini daşımasından gedir. İnternet resurslarında rəsmi tərcümeyi-halı belə tapılmayan Z.Abdullayev hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavinidir. Bu xidmətin rəisi isə general-leytenant Arzu Rəhimovdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının təltif edilməsi haqqında 15 avqust 2005-ci il tarixli Fərmanından görünür ki, Zaur Qasım oğlu Abdullayev həmin il baş leytenant rütbəsində DSX-da xidmətdə olub. 7 il sonra – 17 may 2012-ci ildə Z.Abdullayevə polkovnik rütbəsi verilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. 2014-cü ildə rəisin birinci müavini təyin edilib, 2015-ci ilin fevral ayında isə çiynindən general-mayor rütbəsi asılıb. Yəni cəmi 10 il ərzində Zaur Abdullayev baş leytenant rütbəsindən general-mayor rütbəsinədək yüksələ bilib.
Hazırda qüvvədə olan hərbi nizamnaməyə görə, baş leytenant rütbəsindən polkovnik rütbəsinə yüksəlmək üçün Zaur Abdullayevə, nə az-nə çox, düz 22 il vaxt lazım idi! Lakin göründüyü kimi, o, cəmi 10 ilə nəinki polkovnik, hətta general-mayor rütbəsini belə çiynindən asmağa nail olub. Normalda Z.Abdullayevin buna nail olmaq üçün çox ciddi uğurları, hərbi şücaəti, hətta Vətən qarşısında misilsiz xidmətləri və qəhrəmanlıqları olmalı idi (Əgər belə xidmətlər varsa, onları öyrənməyə və oxucularımıza da çatdırmaqdan şad olardıq-R.Ə).
Maraqlıdır, görəsən hörmətli generalımız DSX, Səfərbərlik Xidməti kimi döyüş bölgəsindən uzaq xidmət yerlərində hansı qəhrəmanlıqları edə bilib ki, belə fantastik uğura nail olub?
Yoxsa ona da general rütbəsi kiminsə kürəkəni, qardaşı, qardaşı oğlu və ya qudası olduğu üçün ad günü hədiyyəsi kimi verilib?

Rasim ƏLİYEV             azpolitika.info

Sehri yox imiş

Əfrahim Hüseynli

BƏLKƏ XƏBƏRSİZSƏN BU GƏLƏN QIŞDAN

Bir vaxt ayağına gəldiyim ömrün,-
Hağılı qalıbdı böldüyüm ömrün.
Qızıldan qiymətli bildiyim ömrün
Qızılı yox imiş, dürrü yox imiş.

Yadıma düşmədi heç gəlim-gedim,-
Görünməz göründü bu ömrün həddi.
Hər günə, hər aya şeirdi dedim,-
Çox bəndi, misrası-sətri yox imiş.

Ha haqqı aradım, yerini tapdım?!
Daşın, çiçəyin də dilini tapdım-
Suların yol kəsən selini tapdım,
Çox şeyi deməyin yeri yox imiş.

Uzun gecələri ömrümə köçdü,
Gördüm Yer üzündə, Göyündə köçdü.
Ayın, ulduzun da tilsimi heçdi,-
Bu kəhkəşanın da sehri yox imiş.

Boran da, çovğun da dayanıb başda,-
Görünməz olubdu qaya da, daş da...
Bəlkə xəbərsizsən bu gələn qışdan?-
Bir də görəcəksən biri yox imiş.

ADAM ÖLÜMÜ QINAYIR

Bir əlimi sazaq kəsir,-
Gəzir, od-ocağı gəzir.
Bir əlim ümidi kəsir,-
Əlim əlimi qınayır.

Dağlar aşıb gələn atlı
Gəlib harda ocaq çatdı?!
Külək odu külə qatdı,-
Ocaq külünü qınayır.

Yol seçdi yollar içində,
Qaldı şaxta-qar içində.-
Ömür günahlar içində,-
Ayı-ilini qınayır.

Yol da, iz də yağış döyən,-
Oldu gümana baş əyən.
Kitab-kitab deyilməyən
Sözüm dilimi qınayır.

Günahını haqq bilən də
Günah gəzir haqq biləndə.
Ölə bilməyən öləndə
Adam ölümü qınayır.

İŞ YOLDAŞLARIMA

Başımın üstünə qar yağır belə,
Dünyanın nəbzini tuta bilmirəm.
Hamının üzünə gülənlər kimi
Yalanı, böhtanı uda bilmirəm.

Mənə qaraqabaq deyib bezməyin,
Sevinə bilmirəm dərdin önündə.
Var namərd yanında deyib-gülməyim,
Ağlamaq da olar mərdin önündə.

Bilirəm, acıdan xəbərsiz qalıb
İrişə-irişə şöhrət alan var.
Üzə gülə-gülə gölgələrə də
Tanrı əvəzinə səcdə qılan var.

Bacara bilmədim... "böyük" sözünə
Əyilə-əyilə "hə" deyən də çox.
Stollar, məclislər qurulu qalır,
Gəlməyən "şahlar"ı gözləyən də çox.

Hardan biləsiniz, ağrı-acınız
Gecələr gözümü yuxusuz qoyur...
Bəzən hirslənirəm, sizdən xəbərsiz
İşdən də, gücdən də əlim soyuyur.

Nə var dilimdədi, ürəyimdəsə
Sizə olan sevgi, məhəbbər yatır.
Saxta salamların, üzə gülməyin
Bilin, arxasında xəyanət yatır.

Bəzi adamlartək yalanmı deyim;-
"Sizin başınıza dönüm - dolanım"?
Qovun, üzümdəki buludu qovun,-
İçimdə gizlənib olub-olanım.

Ağrı-acısını çəkdiyim dünya
Mənsiz də dünyanı yola salacaq.
Deyən olmasa da, yaxşı bilirəm,
Bu kürsü, bu otaq kimə qalacaq?

DAHA BILDIM NƏSƏN, ÖLÜM 

Ömür açılmaz oyundu, 
Yaşıl donunu soyundu. 
Toyumdu, mənim toyumdu, 
Gəlmək üçün bəzən, ölüm. 

Arzu dərdsə, nə həvəsdi? –
Belə uzaqlıq əbəsdi. 
Tut yaxamdan, daha bəsdi, 
Ay uzaqda gəzən ölüm! 

İşin yoxdu «işbilən»lə,-
Qılınc altdan əyilənlə. 
Haqq gələndə, bilə-bilə, 
Yolu, izi kəsən ölüm. 

Nə çəkmişik... çəkəmməzsən, 
Hər yola göz dikəmməzsən. 
Körpü uçub, keçəmməzsən, 
Daha bildim nəsən, ölüm!

Bəs onların milliyətini niyə araşdırmırsınız?

Leyla Elxanlı

Bu haqq-hesabı mənə hörmətli Tunay Əliyeva danışmışdı. Yazım siz də bilin. 
Deməli 2000-ci illərin əvvəllərində QHT-lərin təzə moda düşdüyü vaxtlarda Helsinki Vətəndaş Assambleyasının Bakıdakı nümayəndəsi Arzu Abdullayeva, SDM rəhbəri Leyla Yunusova və Novella Cəfərova (onun QHT-sinin adını unutmuşam, səhv etmirəmsə İRHM idi) və Səidə Qocamanlı bir-birinə sən ermənisən, erməniyə işləyirsən deyibən ikidə bir saçyolduya çıxırmışdılar. "Yeni müsavat" qazeti də böyük məmnuniyyətlə bu saçyoldu səhnələrini tirajlayırdı. Sonra nə oldusa, bir ara səsləri kəsildi, başları qarışdı xarici təşkilatlardan aldıqları QRANTları xımır-xımır yeməyə. 
Erməni də yaddan çıxdı, müsəlman da!..
Elə özləri də hansının erməni, hansının müsəlman olduğunu unutdular. Əşşi, nələrinə lazım idi- əsas müftə pullardı, o da QRANT adı ilə gəlirdi... Vəssalam... Ye, gəz xarici ölkələri, kef elə, erməninin də, müsəlmanın da... düüütt... (sitatın sonu). 
İndi yazacaqlarım öz fikirlərimdir.
Azərbaycanın "orta tarixi"nə nəzər salsaq, "sən ermənisən", "erməniyə işləyirsən" söhbətlərindən zərər çəkən, yəni həbsdə yatan təkcə Leyla Yunusova oldu. Daha sonra Xədicə İsmayılı da oraya qatdılar (bu başqa mövzudur təbii ki).
Əlqərəz gələk ən yeni tarixə. Ötən həftə nə vaxtsa Azərbaycan vətəndaşı olmuş bir nəfər kefi istəyib gedib Ermənistandan vətəndaşlıq istəyib. Hə noolsun?? Nə vay nöhsə salmısız? Nə özünüzə əl qatmısız? Elə keçən il- inişil Ermənistandan Bakıya gətirilib, sığınacaq verilib, üstəlik üçüncü ölkəyə ötürülən Vaan Martirosyan və ailəsini unutmusuz?! Nə tez!
On-on iki il əvvəl Leyla Yunusa ermənipərəstsən deyən Novella Cəfəroğlu xanım erməniləri duz-buz kimi yalayırdı. Evinə aparıb çimizdirib yedirzdirəndə, març-murç öpüşlərlə şəkillərini paylaşanda niyə Novellanın əcdadlarını araşdırmadınız? Novella burdan Ermənistana haça-paça olur, erməni qadınların hüquqlarını müdafiə etməyə çalışır, amma milliyyətcə LƏZGİ olan Azərbaycan vətəndaşı bir xanım Novellanın İçərişəhərdəki ofisinə qədər gedir, onun "hüquqlarımı müdafiə edin" xahişinə Novella 500 manat qiymət oxuyur, "sənin şikayətini imzalayıb baş prokurorluğa göndərirəm" deyib aldadır- bəs onda nitə belə sərt reaksiya verib Novella Cəfəroğlunun millətini araşdırmadınız?!
İndi nə düşmüsüz ortalığa, bineyi qədimdən Azərbaycanda yaşayan qosqoca millətin adını hallandırmağa hamilə qalmısız?..
Bir ay əvvəl erməniləri Bakıya gətirib evlə, işlə təmin edənlərin, mətbuatda şirin-şirin reklam edənlərin millətini niyə araşdırmısız? Niyə? Araşdırın dəə!
Hansısa vətəndaş bezib başqa ölkədən sığınacaq istəyirsə, bunun mənsub olduğu millətə nə dəxli var?! Almaniyaya axışan azərbaycanlıların da belə araşdırılmasına razısız?!..
P.S. İlyarımdır DALlarındakı pazlı iqtisadi böhrandan tükü tərpənməyən camaatın, "yerə quyruqlu asteroid yaxınlaşır"xəbərindən əndişələnməsi kimi gülünc bir vəziyyət yəni.

https://www.facebook.com/permalink.php?story_fbid=1782443955408595&id=100009290242473