25.06.2017

Milli darvinizm


Azərbaycan insanı kolxozlaşdıqca türkçüləşir, intellektuallaşdıqca Rusiyayönümlü olur. Ətalətləşdikcə türkləşmək, savadlandıqca ruslaşmaq- Azərbaycan ziyalılığının tale xətti budur. Millətçilik kiflənmənin, avrasiyaçılıq isə mükəmməlləşmənin təzahürüdür.

Türkçülüyün ənkə böyüyü kəhər atın belində


İnsandan ən az intellekt tələb edən siyasi platforma millətçilikdir- bu aksiomadır. Monqol olmaq üçün xüsusi istedad tələb olunmur, ari olmaq üçün isə baş lazımdır. Mal bazarında dəllal, Kamaz şoferi, baytar həkimi, Sədərək bazarında lifçiksatan, qarpız-badımcan optovoyçusu qalmayıb, hamısı türkçü olub. Tərtər-Kəlbəcər çobanlarının hamısı siyasi karyeraya burdan start götürüb. 90-cı illərdən, yəni ölkəmiz müstəqil olandan hakimiyyət kreslolarında əyləşənlərin çoxu filoloqlardır. İdarəedici rıçaqlara yiyələnənlərin əksəri qandığı qrafa olmayan, Türkiyədən ixrac edilən rasist ədəbiyyatdan başqa heç bir elmi ədəbiyyat oxumayan donqili zümrədir. Tarixin ən az intellekt tələb edən sahəsi millətçilik (bizim coğrafiyada türkçülük) olduğundan, bizim əksər tarixçi alimlərin də zəngulələri hindkinoizm-motalizm janrındadır.

24.06.2017

Gürcüstanda sionizmə qarşı aksiya

Gürcüstanın Marneuli şəhərində yerləşən İvane Cavaxişvili Parkında dinc etiraz aksiyası keçirilmişdir.
Aksiya iştirakçıları əllərində Fələstin və Gürcüstan bayraqları, həmçinin azəri, gürcü və ingilis dilində plakatlar tutmuşlar.
"Fələstinə azadlıq!", "Qüdsə azadlıq!", "Qüds bizimdir, bizim olacaq!", "Müsəlmanlar oyaqdı, Fələstinə dayaqdı!" "Fələstin abad olacaq, İsrail viran olacaq!", "İsrailə ölüm!", "Məhv olsun İsrail!" plakatları və şüarları ilə müşayiət olunan aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar keçirilmişdir.
Polis müdaxiləsi olmamış, aksiya insidentsiz şəkildə başa çatmışdır.

Vadiyi-eşq icrə buldum...

Sevda Karahanlı

Vadiyi-eşq icrə buldum Xosrovi-xubanı mən,
Sübhədək gözlər gözüm, könlüm sevən sultanı mən.

Aşiqi-dilxəstədən öyrəndim hicran cəkməyi,
Gözlərimdən qovmuşam cismim yaxan röyanı mən.

Hüsnünün nuri günəş tək zülməti nurlandirar,
Bulmuşam Məcnunə nisbət bir dəli sevdanı mən.

Vəslini dərman bilib üz qoymuşam dərgahına,
Sevmişəm evlər yıxan bir gözləri şəhlanı mən.

Surətin görmək nə xoşdur vəslini görmək qədər,
Qəbul etdim, istərəm könlüm verən fərmanı mən.

Tanrının bir lütfüdür, həm lütfi-yarımdir mənim,
Ey xudam, dərk etmişəm bu sirr dolu mənanı mən.

Firqəti faş eylədi aləmlərə sirrim mənim,
Vəslini lütf eyləsə tərk etmərəm dunyanı mən.

Eşqinə qurban gedər, vallahi Sevda inciməz,
Qadir Allah aşkar etdi gizlini, pünhanı mən.

Naxçıvan hara gedir?

Qəmlo Əsədullah

Politoloq Elxan Şahinoğlunun Naxçıvan haqqında dedikləri sosial şəbəkələrdə və mətbuatda müzakirə obyektinə çevrildi. Kimsə razı oldu, kimsə tənqid elədi. Politoloqun yazdıqlarını diqqətlə oxuyun: “Zəngəzuru Azərbaycandan qopaqmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhəddi ortadan qaldırıldı. SSRİ dövründə əlaqə Ermənistan üzərindən idi, problem yox idi. Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nin süqutu ilə Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi var. Dağlıq Qarabağda müharibə təhlükəsi artdığından Naxçıvanın təhlükəsizliyinə diqqətin artırılmasına ehtiyac var. Buna görə də Naxçıvan hüququ baxımdan Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır. Bu Ermənistanı Naxçıvana qarşı hər hansı təxribatdan çəkindirməlidir. Azərbaycan ordusunun Türkiyə ordusuyla birgə Naxçıvanda hərbi təlimlərının ardından başqa xəbər gəldi. Türkiyə Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradır. Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib. Faktiki Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək. Doğru siyasətdir”.
Mənə elə gəldi ki söhbət faktiki olaraq Naxçıvanın tədricən Türkiyəyə verlməsindən gedir. Axı deyir: “Naxçıvan fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır”; “Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək. Doğru siyasətdir”.
Burda deyərlər oğru elə qışqırdı ki, doğrunu bağrı çatdadı. Bu da pantürkizm siyasətinin bir istiqamətidir. Mənə elə gəlir ki Naxçıvanı Azərbaycandan tədricən ayırırlar. Boksda fənd var, sol göstərirsən sağdan vurursan, sağ göstərirsən soldan vurursan. Başqa məsələlərlə ictimaiyyətin başını qatıb, Naxçıvanı verirlər Türkiyənin nəzarətinə. Axı belə fikirlər də səsləndi ki, Naxçıvan Türkiyənin əyaləti ola bilər. Sual yaranır ki, bu necə ola bilər? Mümkündürmü? Buna görə tarixə və hüquqi sənədlərə baxaq.
Cənab politoloq bəzi məsələlərə toxunmadı. Ola bilsin xəbəri yoxdur, ya da demək istəmir.
Əslində Sovet vaxtı Naxçıvanı Azərbaycanla bir başa bağlayan ərazi var idi. Qars müqaviləsinə görə, Zəngəzurun Mehri-Nüvədi hissəsi Azərbaycanın tərkibində qaldı. Bu, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru sahənin saxlanılması demək idi. Türkiyə həmin istiqamətdə İranla ərazi mübadiləsi edib, Türkiyəni Azərbaycanla birləşdirən torpaq zolağını əldə etmək istəyirdi. Lakin Rusiyanın sonrakı addımları bu planı pozdu. Sual yaranır. Niyə Zəngəzurun böyük hissəsi Ermənistana veriləndə bu hissə elə o vaxt verilməmişdi? Fikrimcə səbəb budur ki o vaxt Türkiyə Naxçıvanla həmsərhədd deyildi. Türkiyə Naxçıvanla, yəni Azərbaycanla həmsərhəd olmasını özünə strateji bir hədəf kimi qoymuşdu. Buna görə də 1930-cu ildən əvvəl də İranla danışıqlar aparırdı və təkliflər edirdi. Rusiya bu haqda bilirdi və buna qarşı planı var idi. Naxçıvanın Türkiyə ilə birbaşa quru əlaqəsinin yaranması Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün oldu. Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Ümumiyyətlə 1932-ci ildə Tehran konvensiyasına görə Türkiyə İranla dörd ərazini dəyişdi. İran burda Türkiyədən daha çox ərazilər aldı.
Azərbaycan üçün isə bu Mehri rayonunun ərazisini tam olaraq Ermənistana təhvil verilməsi ilə nəticələndi. Sovet dövləti bunu ona görə etdi ki Azərbaycanın Türkiyə ilə birbaşa quru sərhəddi olmasın. Türkiyənin Naxçıvanla həmsərhəd olması nəticəsində Azərbaycan Mehrini də, Naxçıvanla birbaşa əlaqəni də itirdi. Beləliklə Qars müqaviləsinə görə Azərbaycanın tərkibində olan Mehri, Nüvədi, Əldərə, Lehvaz, Astazur və digər kəndlərin Ermənistana verilməsi hesabına 1929-1931-ci illərdə Mehri rayonu yaradıldı.
Daha bir maraqlı məsələyə toxunaq. 1921-ci ildə Rusiya və Türkiyə arasında bağlanan Moskva müqaviləsində və ardıcıl olaraq o ildə Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan arasında bağlanan Qars müqaviləsində Naxçıvan heç də Azərbaycanın tərkibinə verilmədi. Və indi də həmin beynəlxalq müqavilələrə görə Naxçıvan Azərbaycanın tərkibində deyil, yalnız himayəsindədir, qəyyumluğundadır.
Azərbaycanda bu məsələni qabardılmır. Moskva (16.03.1921) və Qars (13.10.1921) müqavilələrinə görə Naxçıvan Azərbaycanın tərkibinə verilməyib. Bu müqavilələrdə Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təsbit olunub. Qars müqaviləsindən iki bənd gətirirəm ki bunu daha aydın başa düşəsiniz:
“Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır”.
Fikir verin, deyilir Naxçıvan Azərbaycanın “himayəsi altında muxtar ərazidir”. Kimsə soruşa bilər ki “nə fərqi var?”
Fərqi 6-cı maddəni oxuyub görəcəksiniz:
“Maddə 6. Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki: 1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək; ...”
Bundan sonra Gürcüstanın tərkibində Acariya Sovet Sosialist Respublikası yaradılır. Naxçıvana verilən muxtariyyət də orda yaşayan ermənilərə görə idi. Naxçıvanın muxtariyyəti heç də Azərbaycanla bir başa əlaqəsi olmamasına görə deyil. Çünki o vaxt Mehri hələ Azərbaycanın tərkibində idi. Kalininqrad vilayətinin də Rusiya ilə quru əlaqəsi yoxdur, amma muxtar respublika da deyil.
Baxın, Batumi dairəsi Gürcüstanın süverenliyinə verilir, yəni tərkibinə. Naxçıvan isə Azərbaycanın himayəsinə, qəyyumluğuna. Bir hüquqşünas kimi deyirəm ki “suverenlik”lə “himayə” arasında çox böyük fərq var. Himayədə olmaq tərkibdə olmaq demək deyil. Himayə, protektorat elə bir dövlətlərarası münasibətlərdir ki, bir dövlət öz üzərində beynəlxalq və digər müəyyən olunmuş məsələlərdə başqa dövlətin suverenliyini qəbul edir, lakin daxili məsələlərdə müstəqildir. Məsələn, təxminən Puert-Riko və ABŞ kimi. Puerto-Riko ABŞ-ın idarəçiliyindədir, amma ayrıca dövlət sayılır.
Qars müqaviləsindən öncə Moskva müqaviləsi imzalanmışdı. Eyni buna oxşar bəndlər orda da var. Moskva müqaviləsində deyilir:
“Maddə 2: Türkiyə bu Müqavilənin 1-ci maddəsində göstərilən sərhədin şimalında yerləşən və Batum dairəsinin tərkib hissəsini təşkil edən ərazilərə Batum şəhəri və limani üzərindəki suverenliyini Gürcüstana güzəştə getməyə razı olur bu şərtlə ki: “Birincisi: hazırki Müqavilənin bu maddəsində göstərilən yerlərin əhalisi inzibati cəhətdən hər bir icmanın mədəni və dini hüquqlarını təmin edən geniş yerli muxtariyyətdən istifadə edəcək və göstərilən yerlərdə əhali onun arzularına müvafiq olan torpaq qanunu müəyyən etmək imkanına malik olacaqdır”.
“Maddə 3: Razılığa gələn hər iki tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”.
Maraqlıdır ki Moskva müqaviləsində Naxçıvana aid olan bəzi sözlər Qars müqaviləsində yoxdur. “Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir” sözləri sonra imzalanan Qars müqaviləsində artıq yoxdur. Yəni prinsipçə bu ərazilər üçüncü tərəfə güzəştə gedilə bilər. Elə bundan sonra Zaqafqaziya MİK Rəyasət Heyətinin 18 fevral 1927-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi- Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir. Yenə də həmin qurumun 5 mart 1938-ci il tarixli qərarı ilə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı ərazilər Ermənistana verilir. Bununla da Naxçıvan ərazisi Türkiyə tərəfindən qorunacaq kimi nağıllar qaldı kənarda.
Burdan keçək üstdə qeyt etdiyimiz məsələyə. Deməli Naxçıvan Moskva və Qars müqavilələrinə görə Azərbaycanın tərkibinə yox, himayəsinə, qəyyumluğuna verilib. 1922-ci il mayın 22-də AK(b)P MK Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamənin və Naxçıvan SSR Konstitusiyasının layihələrinə baxdı. Əsasnamədə deyilirdi: “Naxçıvan diyarı ASSR-in qəyyumluğu altında muxtar respublika elan edilərək Naxçıvan Sovet Sosialist Respublikası adlandırılsın”.
1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini elan etdi. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi: “1. Naxçıvan ölkəsi Azərbaycan SSR-in protektoratlığında Naxçıvan SSR-ə çevrilsin”. Hələ Mehri ərazisi Azərbaycanın tərkibində idi.
Komissiyanın hazırladığı Əsasnamə 1924-cü il martın 23-də Azərbaycan MİK tərəfindən təsdiq olundu. Bununla bərabər, muxtar qurum kimi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlandı və 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayında Naxçıvan Muxtar Respublikasının ilk Konstitusiyası qəbul edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Fikir verin burda tərkibdə olmaq protektoratla, himayə ilə əsaslanır. Yəni tərkibə salınmanın əsası başqa bir əsasa bağlanıb. Burda şərt var.
Müasir dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyada “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, Azərbaycan Respublikasının ayrılmaz hissəsi” hesab edilmişdir (Maddə 134). Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanmış və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir. Bu Kostitusiyada maddədə deyilir :
I. Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.
II. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir.
Gördüyünüz kimi Azərbaycan Konstitusiyasında Naxçıvan dövlətinin Azərbaycan tərkibində bir ayrılmaz hissə kimi salınıb və bu əslində Moskva və Qars müqavilələrinə ziddir, çünki himayədə olmaq tərkibə girmək deyil. Belə çıxır ki Azərbaycan beynəlxalq razılaşmaları pozub. Lakin bu məsələ hələ ki gündəmə gətirilmir. Həm də Naxçıvan Konstitusiyası deyir: “NMR-in statusunu Azərbaycan Respublikasının Konstitusiyası, Moskva və Qars beynəlxalq müqavilələri müəyyən edir”. Moskva və Qars müqavilələri isə nəyi müəyyən edir biz artıq yazdıq. Burda da ziddiyət var.
Amma bir tarixi hadisəyə nəzər salaq. 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublika SSRİ-nin və tərkibindən çıxdığını elan etmişdir. Yəni müstəqilliyini bəyan etmişdir, sonradan isə Azərbaycan tərkibinə öz xoşu ilə qayıtmışdır. SSRİ-nin tərkibindən çıxmaq isə Azərbaycan SSRİ-nin tərkibindən çıxmaqdır. Kiməsə görə bu bu addım separatizmdir, kiməsə görə isə buna Moskva və Qars müqaviləsi əsas verir. Çünki 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (NMSSR) Ali Soveti “Moskva və Qars müqavilə”lərini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etmişdir. Əgər Naxçıvan Azərbaycanın tərkibində yox, himayəsində idisə onda bu separatizm deyil. Lakin Azərbaycanın Konstirusiyasına görə bu separatizm sayılacaqmı? Belə çıxır ki Moskva və Qars müqavilələrinə zidd olaraq sayılacaq.
Belə çıxır ki bu beynəlxalq müqavilələr Naxçıvana o hüququ verir ki hətta SSRİ-nin tərkibindən çıxsın, nəinki Azərbaycan kimi respublikanın. Hər halda hansı xoşagəlməz vəziyyət yaransa büynəlxalq arenada məhz beynəlxalq müqaviləyə üstünlük veriləcək və xalqın rəyinə. Və Naxçıvan artıq bir dəfə öz qərarı ilə SSRİ-dən və Azərbaycandan ayrılmışdı. Sonra öz qərarı ilə də Azərbaycanın tərkibinə qayıtdı. Yəni bu hərəkətlə göstərdilər ki, bu işi görmək üçün beynəlxalq müqavilələrə görə əsasları var. Türkiyə bunu bilir. 
Türkiyə artıq bu istiqamətdə yavaş-yavaş işlər görür. Türkiyə prezidenti Ərdoğan demişdir axı “Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır”. Onun partiyadaşları da bu iddiadadırlar. Hələ 1918-ci ildə 4 iyun Batumi razılaşmasına görə Naxçıvan Osmanlının tərkibinə verilirdi. Azərbaycan Cumhuriyyəti ola-ola. Sonra 22 noyabr 1918-ci ildə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə Araz Türk Cümhuriyyəti yaradılır və 26 iyun 1919-cu ilədək bu Respublika qalır. Demək olar ki Naxçıvan yeganə ərazidir ki xanlıq dövründən başlayaraq, indiyədək dövlətçiliyi və muxtariyyəti qorunub saxlanılıb və bu beynəlxalq razılşamalar ilə təmin olunub. Və bu razılaşmalara əsasən heç bir dövlətin tərkibinə də verilməyib. Yalnız himayəsinə verilib.
Yekunlaşdıraraq bir daha qeyd edirəm: 19 yanvar 1990-cu ildə Naxçıvanın Ali Sovetində "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında" məsələ müzakirə edilmiş və sessiyada Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul olunanda orda göstərilmişdi ki, muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
Belə çıxır, sabah Azərbaycanda vətəndaş qarşıdurması olsa və yaxud hansısa digər arzuolunmayan hadisələr baş versə və elə bir faciəli siyasi vəziyyət yaransa, Naxçıvan müəyyən qüvvələr tərəfindən idarə olunaraq tamamilə müstəqil mövqe tuta bilər. Məsələn, keçər Türkiyənin himayəsinə. Axı Qars müqaviləsində “Azərbaycan bu protektoratlığı (Naxçıvan üzərində) heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir” sözləri artıq yoxdur. Belə də ki hazır dövlətləri var, parlamenti, nazirləri, əlahiddə orduları da var. Belə bir himayədar dəyişikliyinin hüquqi tərəfdən mümkün olmaması haqqında biz qətiyyətlə heç nə deyə bilmərik. Qars müqaviləsinə görə bu qadağan olunmur. Hüqüqda isə heç nə qadağan olunmayıb o icazəlidir prinsipi var. Ortada beynəlxalq razılaşmalar var. Və faktiki olaraq bu artıq baş verir...
Hə, bir məqama toxunum, sonra keçərik əsas məsələyə. Yadınızdadırsa bir vaxt Naxçıvanda 5-ci ordu korpusu var idi. Sonra ona Əlahiddə Ordu statusu verdilər. 5-ci korpus oldu Ordu. Nə dəyişdi? Korpus ordu adını alandan sonra daha yaxşı vuruşur? Özü də bu ordu türk zabitlərinin himayəsindədir və hər il Naxçıvanda Türkiyə ordusu ilə birgə təlimlər keçirirlir. Deməli Naxçıvanın artıq öz ordusu da var, hansı ki Türkiyənin himayəsindədir.
Onu da deyim ki xaricdən alınan silahların ən müassirlərini Naxçıvana göndəriblər. Əlbəttə tankları, ağır texnikaları hava ilə yollamayıblar. Söydükləri İran Azərbaycana hərbi koridor verib və bu yol ilə Naxçıvana bütün lazım olan texnika və şəxsi heyyət gedir. Təsəvvür edin ki bir ruhani çıxıb deyə ki Naxçıvan fiziki baxımdan İrana bağlı olsun, alver İran rialı həyata keçirilsin, Naxçıvan İranın əyaləti olsun... Onu nə edərlər? Nə isə... “İran düşməndir” təbliğatının arxasında sən demə belə işlər də baş verirmiş... Necə deyərlər, sağı göstərib soldan vururlar... Ortaya belə politoloqları da atıb camaatın rəyini yoxlayırlar və camaatı buna hazırlayırlar. Demirəm ki yazdıqlarımın hamısı yüzə yüz həyata keçəcək. Mən sadəcə bunun mümükünlüyünü vurğuladım. Naxçıvan həm də bəzi insanlar üçün rus demişkən “zapasnoy aerodrom” da ola bilər...

23.06.2017

Ramazanda

Əbil Əbilov

Fürsətdi ki, et nəfsini islah Ramazanda.
Əhf eyləyər əlbət bizi Allah Ramazanda.

Et tövbəni peşman olub Allaha tərəf gəl,
Çün bağlı deyildir dəri-dərgah Ramazanda.

Məsciddə namaz üstə dəyib xəncər Əliyə,
Vermiş canını Rəbbinə ol şah Ramazanda.

Gəldim qapına göz yaşı ilə, məni əhf et,
Ya Rəbb elədim eşqimi izah Ramazanda.

Dünya malı dünyada qalar, dərk elə, insan,
Boğ nəfsini, qaç, eylə sən ikrah Ramazanda.

Allah ki, vurur zənciri şeytanı edir həbs,
Şeytan da çəkir nalə ilə ah Ramazanda.

Rəhmət nəzərin eyləmə əskik bu Əbildən,
Güc gəlməyə imanına iştah Ramazanda.

Bircə düdükləri çatışmır


Türkün biri Ramazanda şortik geyindiyənə görə türk kızını vurub, kızın bir dişi sınıb. Kız da eləməyib tənbəllik necə qablayıbsa, bədbəxtin 2 dışı sınıb. Oğlan qaçıb, qız qovub, yerə yıxıb, qolunu burub bağlayıb, zəng edib polis gəlib, oğlanı polisə təhvil verib. İndi məhkəmədə iddia qaldırıb ki, oğlan hökmən həbsə getməlidir.
Türkiyədə qadın yoxdur, hazır kişidirlər, bircə şeyləri çatışmır. Yəhudilər bizə 20 ildir GMO yedizdirirlər, maydanlaşma özünü biruzə verməkdədir, Türkiyədə isə 70 ildi sintetika, toksiki əvəzləyicilər yedizdirirlər ki, cins dəyişib fərqlər itib, aləm qarışıb bir-birinə. Bax buna görə də türklər öz vətənlərində evlənmirlər. Gəlib burda axırıncı fahişəni alıb arvad edirlər, amma türkə evlənmirlər. Ağlı başında olan heç kəs kişiyə evlənmək istəməz. Kraskalanıb, mazlanıb kənardan qadın görsənsələr də, hazır transgenderdirlər. O vaxt Türkiyə ilə münasibətlərin təzə-təzə qızışdığı çağlarda çaşıb türk qızına evlənələrimiz də oldu- dediklərimizə inanmırsınızsa, onlardan soruşun, deyərlər. Rəhmətlik Molla Pənah Vaqif hələ o vaxt bunların xarakteristikasını belə vermişdi: "bircə düdükləri çatışmır". GMO əsrində daha da irəli gediblər.

22.06.2017

“Səudiyyə Ərəbistanı Allah yolu ilə getmir, münafiq mövqe tutub”

İmam Hüseyn məscidinin axundu, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül moderator.az -a açıqlamasında müsəlman dünyasında baş verən son proseslərə münasibət bildirib:
-Hadisələrə ayıq gözlə baxanda İrandakı son terror olayları, Qətər ətrafındakı böhranın çox sadə bir səbəbi var: İslam düşmənləri müsəlman dünyasını tamamilə qarşı-qarşıya qoyub parçalamaq, İran, Türkiyə, Pakistan kimi güclü İslam dövlətlərini də Suriyanın, İraqın gününə salmaq niyyəti və planlı məqsədi ABŞ prezidenti Trampın Yaxın Şərqə son səfəri, Səudiyyə Ərəbistanında guya “müsəlman dövlətlərini beynəlxalq terrorizmə qarşı mübarizədə birləşdirmək” üçün keçirdiyi tədbir bunu bir daha sübut etdi. Bu işin başında da ABŞ, Britaniya, İsrail və Səudiyyə Ərəbistanı durur. Səudiyyə Ərəbistanı, təəssüf ki, İslam dövləti kimi tanınsa da, Allah yolunda deyil, münafiq bir mövqe tutub. İslam dünyasının, müsəlmanların nicatı Türkiyə və İran kimi iki güclü müsəlman dövlətinin öz güclərini bütün mənalarda birləşdirməsindədir. Yalnız o halda İslam düşmənləri öz məkrli planlarını həyata keçirə bilməz, regionda sabitlik yaranar. Düzdü, son vaxtlar Suriya, eləcə də Qətər məsələsində Türkiyə və İranın strateji yaxınlığı hiss olunur. Ancaq bu yaxınlığı digər iqtisadi, siyası bağlarla daha da dərinləşdirmək və əsl, səmimi birliyə çevirmək gərəkdir...

Kimin üçün ölürsən?


"Para Bank"ın kredit borcuna görə aprel şəhidinin ailəsinin evini əlindən almaq üçün məhkəməyə göndərdiyi iddiaya 20 iyun 2017-ci ildə saat 17:45-də Xətai rayon məhkəməsində baxılacaqdır. İddiaya görə bank şəhidin ailəsinə verdiyi 80 min manat kreditin əvəzinə (176 060.18 ABŞ dolları) təxminən 299 302 AZN istəyəcək. Əks təqdirdə şəhid ailəsinin evini və bütün əmlakını əlindən alacaq...

QIZILBAŞ – ARİYA-SLAVYAN ORDASI

 Səfəvi və Tatarıstan əlaqələrinə tarixdə çox az diqqət yetirilib. Həmin epoxada şimalda və cənubda hərəkətverici qüvvəsinin türklər olduğu iki dövlət formalaşmışdı: biri Rusiyadakı Qızıl Orda, digəri İrandakı Qızılbaş. Hər iki dövlətin adında eyni “Qızıl” sözünün olması bizi düşündürməlidir. Bu elə eyni coğrafiyanı əhatə edən eyni subkultural ariya-slavyan imperiyası demək idi. Sadəcə hərəkətverici qüvvə türklər idi. Bura mancurların (əsl adları moğol) Çində qurduqları möhtəşəm Tsin (Çin dilində Qızıl) İmperiyasını da əlavə edək. Mənbələrdə qeyd olunur ki, mancurlar öz keçmiş dövlətlərinin xatirəsinə uyğun olaraq Çində yeni qurduqları dövlətə Qızıl adı vermişdilər. Bundan başqa bir sıra yerli hakimlərin qurduqları sultanlıq-zolotanlıqları (zoloto- rus dilində qızıl) da yada salaq. İranda Qızılbaş dövləti formalaşdığı ərəfədə Orta Asiyada faktiki olaraq Türkmənbaş dövləti də fəaliyyət göstərirdi. Diqqət edirsinizsə, yenə də hər iki dövlətin adında eynilik- “Baş” komponenti nəzərə çarpır.
 İranda Qızılbaş dövlətinin yaranması ilə paralel Misirdə Kazak-Məmlük dövləti bərqərar olub möhkəmlənmişdi. 1250-ci ildə kazaklar Misirdə hakimiyyətə yiyələnib Məmlük dövləti qurmuşdular. Həmin dövlət 1517-ci ildə İstanbul (qadim adı Çarqrad) hakimlərinin təsiri altına düşsə də, 1585-ci ildə yenidən müstəqil olub, 1798-ci ildə Napoleonun Misiri fəth etməsinə kimi ayaqda qaldı. 1811-ci ildə ingilislər kazak-məmlükləri qıraraq regionun slavyan izlərini yox etdilər. Məmlüklərin slavyan kökənli olması barədə bir sıra dəlillər vardır. Bizans tarixçisi Georgi Paximerisin (1242-1310) qeydlərindən məmlüklərin slavyan olduqları aydınlaşır. Polyak tədqiqatçısı Leopold Savaşkeviç 1846-cı ildə yazırdı ki, məmlüklər ilk əvvəl xristian olmuş, islamı sonradan qəbul etmişlər. Alman səyyahı Martin fon Baumqarten (1473-1535) də məmlüklərin xristian olduqlarını bildirir. Məmlüklərin xristian olmasını Misirin qədim abidələrindəki xristian simvolikaları da nişan verir. Misirin əsl adı Eqipt- Qipt, Qiptsaq, yəni Qıpçaq sözü ilə bağlıdır. Misir-Eqipt qədim qıpçaq-polovets slavyanlarının torpağıdır. Hadisələrin dərin analizi göstərir ki, həm Qızıl Orda, həm Türkmənbaş, həm Qızılbaş, həm də Məmlük dövlətləri eyni ariya-slavyan (tartar-moqol) qövmü tərəfindən idarə edilmiş, vaxtilə Avrasiya qitəsini əhatə edən vahid imperiyanın ayrı-ayrı subyektləri olmuşlar. Rus-pers-kazak-ari-slavyan konqlomeratının təşkil etdiyi vahid idarəçi zümrə Böyük Tartariya İmperiyasının dağılma ərəfəsində onun ayrı-ayrı subyektlərinə yiyələnərək dövlətçiliyi ayaqda saxlamış, qədim mirası ləyaqətlə daşıyaraq imperiya ənənələrini yaşatmışar.
 Tanınmış tədqiqatçılar Nosovski və Fomenko göstərirlər ki, Rusiya, Türkiyə və Polşa vaxtilə eyni imperiyanın tərkibində olmuşlar. 16-cı əsrə kimi bu ölkələr arasında düşmənçilikdən əsər-əlamət olmamışdır. Yalnız Tartariya İmperiyası dağıldıqdan sonra həmin subyektlər aralanaraq müstəqil dövlətlərə çevrilmişlər. 16-cı əsrdə Moskvada “İngilis tacirlərinin Rus cəmiyyəti”nin rəhbəri olmuş Cerom Qorsey yazırdı: “Slavyan dilində Türkiyədə, Persiyada və Hindistanın çox hissəsində danışırlar”. Hindistanda kasta ayrı-seçkiliyi sisteminin hesabına slavyanlar nəhəng qara kütlənin içində öz ilkinliklərini qoruya bildilər, mədəni ənənələrini, hətta qədim sanskrit dilini də günümüzə kimi saxladılar. Hal-hazırda Hindistanda kahin brahman və döyüşçü kşatriya kastalarına məxsus insanlar öz sarı saçları və göy gözləri ilə yerdə qalan qara əhalidən kəskin seçilirlər. Kasta ayrı-seçkiliyi sayəsində slavyanlar burada Çindən fərqli olaraq yerli əhali ilə assimilyasiya olub itmədilər. Digər bölgələrdə isə kastaçılığa riayət olunmadığından dövlət idarəçiliyi türklərin əlində cəmləşdi. Bizim regionda tədricən Daariya-Persiya mahiyyəti öz əlamətlərini Orda-İrana ötürdü. Ariya-slavyan kahinləri passionar enerjini türk-tatarlara yüklədilər. 1754-cü ilə aid “I-e Carte de lʼAsie” xəritəsində Rusiya və Türkiyə eyni rəngdə rənglənmiş, eyni imperiya kimi göstərilmişlər. Minilliklər boyu bu ərazilər slavyanların ton verdiyi ərazilər olmuşlar. Müasir türkiyəlilər qarasaç və qaragöz olsalar da, Türkiyənin qədim sakinlərinin sarısaç və göygöz olduğu hamıya aydındır. Tarixi mənbə, təsvir və artefaktların hamısında indiki Türkiyənin əsl sakinləri ucaboy, ağ dərili, sarısaç, göygöz, enli alınlı və balaca ağızlı göstərilir ki, bu daha çox slavyan fenotipinə uyğundur. İstanbulun arxeologiya muzeyində Apollonun, Veneranın, Zevsin antik heykəllərinə baxın. Bütün Türkiyə ərazisi etruskların tikdiyi antik teatr, qala, qüllə, körpü, məbəd və şəhər qalıqları ilə doludur. Arxeoloji qazıntılar zamanı Türkiyədə qara insanların yox, slavyan görünüşlü insanların sümükləri çıxır. Qara dənizin Türkiyə sahili zolaqları qədim slavyan torpaqlarıdır. Bu mülahizəni ərəb mənbələri də təsdiqləyir. Ərəb salnaməçiləri Moğol İmperiyasının pravoslav (Rusiya) hissəsini hərbi nöqteyi nəzərdən ən güclü hissəsi kimi xarakterizə edirlər.
 Osmanlı imperiyasının əsl adı Ottomanlı- kazakların sərkərdələri olan atamanların adı ilə bağlıdır. Orta əsrlərdə yazılmış “Yeniçəri məktubları” adlı sənəddə osmanlı sultanı “getmanların oğlu” adlandırılır. Həmin mətndən aydınlaşır ki, ilk türk sultanlarının ataman-ottoman kökləri kazak getmanları ilə bağlı olmuşdur. Ataman- getman, qetman, hetman kəlmələrinin digər formada deyilişidir. Osmanlı dövlətçiliyinin speçnazı sayılan əzəli qvardiyası- yeniçəri qoşunu da slavyanlardan ibarət idi. Araşdırmalar göstərir ki, əsrlər boyu Türkiyənin aparıcı qüvvələri serblər və bolqarlar olmuşlar və Osmanın adına yazılan zəfərlər də əslində slavyan döyüşçülərinə bağlı zəfərləridir. Osmanlını Osmanlı eləyən slavyan əsgərləri olmuşdur. Osmanlıda vəzirlərin, hərbi sərkərdələrin, eləcə də strateji vəzifə sahiblərinin çoxu slavyanlar idi. Rus uşaqlarına təhsil verilib vacib dövlət işlərinə irəli çəkilməsi üçün Osmanlı xüsusi məktəblər açmışdı. Osmanlı ordusu yeniçərilərin qatıldığı bütün döyüşləri udmuşdu. Yeniçərilər Varna, Kosovo kimi vacib döyüşlərdə qələbə qazanmışdılar. Konstantinopolun fəthi də məhz slavyan döyüşçülərinin əməyinin məhsuludur. Osmanlı bütün dünyada məhz rus gücünün və silahının hesabına şöhrətlənmişdi. Osmanlını İmperiya edən slavyanlar olmuşdu. Qərbyönümlü Romanovlar Rusiyada hakimiyyəti ələ keçirəndən sonra Türkiyənin də slavyan mahiyyətinə son qoyuldu. 1-ci Pyotr (1672-1725) Avropa tipli ordu yaradılmasını qarşıya məqsəd qoyaraq əsl ruslardan təşkil olunmuş strelets ordusunu məhv etdi. Streletsləri Moskvanın Qırmızı Meydanına yığıb qırdılar. Eyni qayda ilə Osmanlı sultanı 2-ci Mahmud (1785-1839) da “ordu islahatları” apararaq slavyan yeniçərilərini ippodroma yığıb qırdırdı.
 Qızılbaş İmperiyası ariya-slavyan mahiyyətli Böyük Tartariya İmperiyasının son qırıntılarından biri idi. Qızılbaşlara həm də başları sarı olduğuna görə belə deyirdilər; qızılbaşlar- Rus Qızıl Ordasının varisləridir. Qızılbaş İmperiyası- ənənəvi tarixşünaslığa Monqol İmperiyası kimi düşmüş səltənətin dublikatıdır. Mənbələrdə Monqol İmperiyasının paytaxtı Xarxorin kimi göstərilir ki, bu elə Ərdəbil yaxınlığında Şah İsmayılın doğma kəndi Kəlxuranın dublikatıdır.
 Sibir-Bolharı skif-rusları minilliklər boyu mükəmməl maddi və mənəvi mədəniyyətə, istehlak bazasına, kazakçılığın eyni olan hərbi ənənələrə malik olmuşlar; məhz onlar Avrasiya qitəsinə yiyəlik edə biləcək möhtəşəm ordu yaratmaq iqtidarında idilər. Monqol potensialı yox, məhz Rus potensialı bütün materiki nəzarətə almaq qüdrətində idi. Avrasiya qitəsinin sahibi tarixən Rus mahiyyətli Şıx-Skif-Sibir-Biləsuvar etnoqrupu olmuşdur. Avesta ənənələri üstündə köklənən Tartariya İmperiyası İbrahimi dinlərin materikə girməsindən sonra süquta uğramış və cilalanaraq meydana yeni formatlarda çıxmışdır. İslamın Şərqdə yayılmasından sonra əsl kosmoenergetik irq- şıxlar sıxışdırılmış, yerini seyidlər tutmuşlar. Süleyman (Solomon) peyğəmbərin soyundan gələnlərin özlərini Məhəmməd Əleyhüssəlamın kökündən gələnlər kimi qələmə vermələri regionun İudey nəzarətinə düşməsində açar rolu oynamışdır. Ərəb-semit-iudey qruplaşmasının islamlaşma və xristianlaşma adı altında planetar masştabda təcavüzü Böyük Tartaromoqol İmperiyasını süquta uğratmış və hissələrə parçalamışdır. Mötəşəm kontinental imperiyanın xarabalıqları üzərində Moskva Rusu, Qızıl Orda, Türkmənbaş, Qızılbaş, Məmlük, Moğol dövlətləri meydana çıxmışdır. Moskva tədricən Avrasiya mahiyyətli yeni kontinental imperiyanın mərkəzi kimi aktivləşməyə başlamış və imperiyanın digər passiv subyektlərinə passionar enerji ötürmüşdür.

İbrahim Sel, “Avrasiya tarixi”

Şəkildə: Fransız səyyahı və coğrafiyaşünası Andre Teve 1584-cü ildə çəkdiyi şəkildə Şah İsmayılı rus milli naxışları olan geyimdə göstərmişdir...

21.06.2017

İŞİD-in neftini daşıyan SOCAR maşınları


İŞİD beynəlxalq yəhudi-kürd oliqarxik mafiyasının pulu ilə ərsəyə gəlib

“Mən barmağımda Rusiyanın gerbi olan üzük daşıyıram, ona görə ki həqiqətin Rusiyada olduğunu bilirəm. Mən görürəm ki, Rusiya çiçəklənir və get-gedə qüdrətli olur”.

Co Linn Terner, tanınmış amerikan rok-musiqiçisi

Ruh da danışarmış

Ömür Yazar

Sənin gedişinə nə ağlamağım, 
İnan mənə, nə də gülməyim gəlir.
Nifərtlə dünyada yaşamaqdansa,
Elə bir dəfəlik ölməyim gəlir.

Yalanlar, doğrular qarma-qarışıq,
Görən hansı ilə barışmalıyam?
Bu çivisi çıxmış lənət həyata,
Mən sürünərəkmi alışmalıyam?

Nə gəlişim asan, nə də gedişim,
O qədər ruhsuzam ölənlər kimi. 
Sənə qayıt desəm nə dəyişəcək,
Qədir-qiymətini bilənlər kimi.

Bəxtimi qələmə alsaydım əgər,
Vərəq yırtılaraq üsyan edərdi,
Canımı Allaha tapşırsaydım mən,
Ruhum baş götürüb çıxıb gedərdi.

Kürdlər - İsrailin Şərqdəki əsgərləridir

"Kürdlər - İsrailin Şərqdəki əsgərləridir". 
(Professor Stoleşnikov, zarubezhom.com)

Şəkillədə: İsrail kəşfiyyatının instruktorları kürd ordusunu hazırlayarkən

Oyan

Zamiq Səfa

Ey gözüm, yatma, bu qəflətdən oyan,
Ölmə axırda xəcalətdən, oyan.

Bir məsəl vardı ki, yatdın batdın,
Vermə ömrün heçə, xəlvətdən oyan.

Anbaan Rəbbini yad eyləginən,
Uyma öz nəfsinə, şəhvətdən oyan.

Azacıq ömrə gözəl nəqşə gətir,
Bəhrələn daima fürsətdən, oyan.

Mehriban davranışı vacib elə,
Feyz aparmış çoxu ülfətdən, oyan.

Tut Hüseyn-ibni-Əlinin ətəyin,
Bərk yapış cümlə o hey'ətdən, oyan.

Nə rəva toplayasan mülk və mal,
Yox səmər dam-dolu sərvətdən, oyan.

Ey könül, cəhd eliyən kama yetər,
Ayrı düşməz vəli rəhmətdən, oyan.

Ey Səfai, sənə aiddi bu söz,
Köçməmiş şəhri-viladətdən oyan.

20.06.2017

Bilinmir

İlqar Bədəlov

Fikrim dolaşır göydə gəzir yerdə, bilinmir,
Kim aşiqi salmış belə bir dərdə, bilinmir.

Nadanlıq edib nəfsimə ram oldum uşaqkən,
Şeytanmı çəkdi gözlərimə pərdə, bilinmir.

Meyl eyliyərək batilə, çirkabə bulaşdım,
Nəxşim nə verər yek, ya cahar zərdə, bilinmir.

Qurban elədim canımı nə fayda vətənçun,
Xaindi ya satqın nədi sərkərdə, bilinmir.

Qəflət dolu min arzu, kam istər dəli könlum,
Neyçun verirlər rutbəni comərdə, bilinmir.

Zənginlərə beş qiyməti məktəbdə verən çox,
Qiymətmi axır neft axan kəmərdə, bilinmir.

Minnət qoyaraq İlqara zalım demə heç vaxt,
Kimlərçun axıbdır qanı səngərdə, bilinmir.

Türkiyə torpaqları Rusiyaya aytarılmalıdır

«Müasir türkiyəlilər qarasaç və qaragöz olsalar da, Türkiyənin qədim sakinlərinin sarısaç və göygöz olduğu hamıya aydındır. Tarixi mənbə, təsvir və artefaktların hamısında indiki Türkiyənin əsl sakinləri ucaboy, ağ dərili, sarısaç, göygöz, enli alınlı və balaca ağızlı göstərilir ki, bu daha çox slavyan fenotipinə uyğundur. İstanbulun arxeologiya muzeyində Apollonun, Veneranın, Zevsin antik heykəllərinə baxın. Bütün Türkiyə ərazisi etruskların tikdiyi antik teatr, qala, qüllə, körpü, məbəd və şəhər qalıqları ilə doludur. Arxeoloji qazıntılar zamanı Türkiyədə qara insanların yox, slavyan görünüşlü insanların sümükləri çıxır. Qara dənizin Türkiyə sahili zolaqları qədim slavyan torpaqlarıdır və Rusiyaya qaytarılmalıdır».

İbrahim Sel, «Avrasiya tarixi»

19.06.2017

Həzrət Ayətullah Şeyx Bəşir Ərkivani Lənkərani

Talışın böyük ruhanilərindən olan Həzrət Ayətullah Şeyx Bəşir Ərkivani Lənkərani, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı ruhanilərindəndir.
Şeyx 1866-ci ildə Lənkəran zonasının Masallı rayonunun tabeçiliyində olan Ərkivan kəndində dünyaya göz açdı. Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində ənənəvi olaraq tədris olunan kitabları məntəqə ruhanilərindən öyrəndi. Sonra Ərdəbil və Zəncan elmi hövzəsinə yola düşdü. Bir sıra ali səthli dini dərsləri və həmçinin kəlam, hədis və təfsir elmini Ayətullah Hacı Mir Saleh Müctəhid və Ayətullah Ağa Seyid Mürtəza Xəlxalidən öyrəndi.
Sonra təhsilini təkmilləşdirmək üçün, Nəcəfi-əşrəf dini hövzəsinə səfər etdi. Orada Həzrət Ayətullahül-üzma Seyid Məhəmməd Kazım Təbətabai Yəzdi və Həzrət Ayətullahül-üzma Axund Molla Məhəmməd Kazim Xorasani kimi böyük alimlərin elm dəryasından bəhrələnərək, ali elmi-mənəvi məqamlara sahib oldu.
Şeyx 1921-ci ildə öz doğma vətəninə qayıdaraq, orada dini maarifləndirmə, moizə, təbliğlə və islam elmlərinin tədrisi ilə məşğul olmağa başladı. O, islam elmləri arasında kəlam ekminə çox həvəs göstərirdi. Şeyx o zamanlar kəlam elmində rəsmi tədris kitabı olan “Şəvariqül-ilham” kitabını xüsusi diqqətlə tədris edirdi.
Bu ilahi alim və əzəmətli ruhani 1966-ci ildə dünyadan köçərək, Haqqın rəhmətnə qovuşmuşdur. Pak vücudu Masallı şəhər qəbristanlığında dəfn edilmişdir.
Daim Allahın rəhmət sayəsində qərar tutsun!

Teymurləng kim olmuşdur?

Müasir filmlərdə Teymurləng adətən asiyalı kimi göstərilir. Ənənəvi tarixşünaslıq Teymurləngi türk hesab edir. 1240-cı ildə naməlum müəllif tərəfindən qələmə alınmış “Gizli rəvayət” adlı əsərdə deyilir ki, Teymurləngin də, Çingizxanın da türkləri görməyə gözü olmayıb. Maraqlıdır ki, Teymurləng Rusiya torpaqlarını işğal etmiş monqolların Qızıl Ordasını süquta uğratmışdır. O İran xalqlarını zinhara gətirmiş Osmanlı ordusunu da darmadağın etmiş, Sultan Bəyazidi qəfəsə salaraq yanında gəzdirmişdir. Ərəb müəlliflərinin bəziləri onu müsəlman saysa da, bir çoxları xristian sayır. Mənbələrdə göstərilir ki, Teymurləng qəzəbinə tuş gəlmiş şəhər əhalisinin qırmaq əmri verərkən xristian əhalisinə toxunmamağı tapşırmışdı. İbn Ərəbşah yazırdı ki, Teymurləng islam dini qanunları ilə yox, Çingizxan qanunları ilə yaşayırdı. 1253-cü ildə Konstantinopoldan keçərək Qızıl Orda ərazisinə gəlmiş Fransa kralının səfiri Qiyom de Rubrik yazır ki, ordaçılar Moal dininə qaillik edirdilər. Məxəzlərin bir çoxunda qeyd olunur ki, Teymurləngin ordusunda çoxlu çaxır içilirdi, özü isə araq içirdi. 1403-1406-cı illərdə Teymurləngin iqamətgahına səyahət etmiş ispan diplomatı Rui Qonsales de Klavixo göstərir ki, onun çadırları boyunca çaxır çəlləkləri düzülmüşdü. Teymurləngin spirtli içki qəbul etməsi onu görmüş Avropa səyyahlarının çoxu tərəfindən göstərilmişdir. Teymurləng döyüşdə fərqlənmiş əsgərləri adətə uyğun olaraq müxtəlif ləziz yeməklərə və içkilərə qonaq edirmiş. O da maraqlıdır ki, Teymurləngin əsgərləri içdikləri içkini ruslarda olduğu kimi “vino” adlandırırmışlar.

İbrahim Sel, "Avrasiya tarixi"

“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

İbrahim Sel

 Yeni nəsil tədqiqatçıların gəldiyi nəticə budur ki, ümumiyyətlə tarixdə “monqol-tatar” adlı qövm olmamış, “moğol” və “tartar”lar isə monqolid yox, ağ irqin nümayəndələri olmuşlar. Hələlik ənənəvi tarixçilərin bunu etiraf etməyə cəsarətləri çatmır.
 Mənbələrdən aydınlaşır ki, “monqol-tatarlar” monqoloid yox, avropoid görünüşlü idilər. Tanınmış türkoloq və etnogenetik alim Lev Qumilyov “Qədim Rus və Böyük çöl” kitabında yazır: “Salnaməçilərin qeydlərindən və Mancuriyada tapılmış freskalardan qədim monqolların hündürboy, saqqallı, açıq saçlı və göygöz olduğu üzə çıxır”. Asiyaya səyahət etmiş məşhur italyan taciri Marko Polo (1254-1324) “monqol” imperiyasının paytaxtı Xanbalıkda 17 il yaşamış və xan sarayının naturadan çoxlu rəsmlərini çəkmişdir. Bu rəsmlərdə saray əhli monqol və ya çinli görünüşlü yox, üz cizgilərindən tutmuş geyimə kimi, saç-saqqaldan tutmuş yaraq-əsləhəyə kimi slavyan tiplidirlər.
 “Monqol-tatarlar” müasir dərsliklərdə qıyıqgöz göstərilsələr də, orta əsr qravürlərinin hamısında ağ insanlar kimi təsvir olunurlar. Avropalıların 17, 18 və 19-cu əsrlərdə çəkdikləri rəsmlərdə “monqol” və “tatar”lar qıyıqgöz yox, ağ irqin nümayəndələri kimi göstərilirlər. 1700-cü ilə aid qravürdə tartar şahzadəsi və onun xanımı avropoid görünüşlüdürlər. Fransız kartoqrafı və mühəndisi Allain Manesson Malletin 1719-cu ildə Frankfurtda nəşr olunmuş rəsmlərində mogol və tartarlar ağ irqin adamları kimi göstərilir. Tomas Cefrinin 1757-1772-ci illərdə Londonda 4 cilddə nəşr olunmuş “Müxtəlif qədim və müasir xalqların milli kostyumlarının kataloqu”nda, yezuit Antuan Fransua Prevostun öz səyahətlərinin bəhrəsi kimi hazırlayaraq 1760-cı ildə nəşr etdirdiyi kitabında əks olunan tartarlarda da monqoloidlik müşahidə olunmur. Holland nəşriyyatçısı və kartoqrafı İsaak Tirionun (1705-1769), şotland tarixçisi və coğrafiyaçısı Tomas Salmonun (1679-1767) rəsmlərində də tartarların “monqolluğundan” əsər-əlamət belə yoxdur. Bu rəsmlərdəki “monqol-tatar” hakimlərinin görünüş və geyimləri rus çar və boyarlarının görünüş və geyimlərini xatırladır. Avropa qravürlərinin çoxunda “monqollar” rus boyar, əsgər və kazakları obrazında təsvir edilirlər. Rus salnamələrindəki miniatürlərdən də aydın görünür ki, üz-üzə gələn rus və monqol əsgərləri arasında irqi fərqlər yoxdur; onların geyimlərində və silahlarında da kəskin fərqlər müşahidə olunmur. İvan Qroznının salnamələr külliyyatı kimi hazırlatdırdığı məşhur “Çar-kniqa”sındakı miniatürlərdə çarpışan rus və tatar əsgərləri eyni geyimdə, eyni papaqlı və eyni yaraq-əsləhə ilə silahlanmış göstərilir. Həmin miniatürlərdən kimin rus, kimin tatar olduğunu müəyyənləşdirmək çətindir. 1241-ci ilə aid tampliyerlərlə “monqol-tatarların” Leqnitsa yaxınlığında döyüşünü əks etdirən miniatürdə monqollar qıyıqgözlü yox, rus mujikləri tipində təsvir olunurlar və başlarında ənənəvi ucuşiş rus şlemləri var. 16-cı əsrə aid Buz döyüşünü əks etdirən miniatürdə də eyni mənzərənin şahidi oluruq. 17-ci əsrin ortalarında ərsəyə gəlmiş Sergey Radonejski ikonasının “Kulikov döyüşü” fraqmenti maraq doğurur. Fraqmentdən aydın görünür ki, hər iki tərəfdən eyni antropoloji tipli insanlar vuruşur, monqolluqdan burda əsər-əlamət yoxdur. Fraqmentdəki döyüş xarici təcavüzçülərlə savaşdan da çox vətəndaş müharibəsi təəssüratı yaradır. Henrix 2-ci Nabojnının (1192-1241) məqbərəsində rəsm olunmuş “tatar”ın da monqoloid görkəmi yoxdur, əksinə həm üzü, həm də geyim və silahı ilə rus kazakını xatırladır. 1240-1310-cu illərdə yaşamış erməni tarixçisi və dövlət xadimi Xetum Patmiçin “Şərq torpaqları hekayətləri toplusu”ndakı Girdxuk qalasının monqollar tərəfindən mühasirəsini əks etdirən miniatürdə qaladakılar qara rəngli göstərilsələr də, monqollar ağ xalqın nümayəndələri kimi təsvir olunmuşlar. 1488-ci ilə aid macar xronikasındakı miniatürlərdə monqollar kazak şapkası, topuğa kimi uzun kaftan və sapoqları ilə təsvir olunurlar. Onların sifətlərindən monqoloid yox, slavyan olduqları, kosa yox, sıx saqqallı olduqları aydın sezilir. Monqolların əsir aldıqları kütlə isə Qərbi Avropa geyimlərində- dizə kimi platyelərdə, başmaqlarda və s. təsvir olunurlar. Maraqlıdır ki, əsirlərin əsir götürənlərdən fərqli olaraq saqqalları yoxdur. Əlbəttə ki, həmin miniatür 1488-ci ildə yox, indi çəkilsəydi, hökmən əsir götürənlər qıyıqgöz monqollar kimi təsvir olunardı, çünki müasirlərimizə elə gəlir ki, ordaçılar qıyıqgözü olmuşlar.
 Çin mənbələri Çingizxanın “uca boylu, möhkəm bədənli, enli alınlı, sarı saçlı, uzun saqqallı, və göy gözlü” olduğunu bildirir ki, belə görünüş monqol üçün xarakterik deyildir. Atasının isə yaşıl gözlü olduğu bildirilir. 1603-1664-ci illərdə yaşamış özbək tarixçisi Abulqazi Bahadur xan yazır ki, Çingizxanın mənsub olduğu Bordjiqin tayfasının adamlarının gözləri yaşıl-mavi rəngli idi. Qızıl Orda dövründə yaşamış İran tarixçisi Rəşidəddin Fəzlullah yazır ki, Çingizxanın tayfasındakı uşaqlar “mavi gözlü və sarışın doğulurdu”. Qədim Avropa rəsmlərində, o cümlədən 13-14-cü əsrlərə aid Çin rəsmlərində Çingizxan monqollara xas cizgilərlə deyil, slavyanlara xas cizgilərlə təsvir olunur: ucaboylu, uzun saqqallı, yaşıl gözlü. Marko Polo da Çingizxanı slavyan görünüşlü çəkmişdir. Marko Polonun “Çingizxanın taclandırılması” məşhur rəsmində imperatorun əyan-əşrəfi şərqli yox, slavyan geyimindədir, onun əlində tutduğu qılınc isə adi rus qılıncıdır.
 19-cu əsrdən əvvəlki təsvirlərdə Çingizxan kimi Teymurləngin görünüşləri də monqoloidən çox slavyana uyğun gəlir. Orta əsrlərə aid italyan, holland və fransızların rəsmlərində, 16-cı əsrdə yaşamış İsveçrə rəssamı Tobias Ştimmerin qravüründə, 15-16-cı əsr İran miniatüründə Teymurləng-Timur-Tamerlan monqoloid kimi yox, rus, slavyan, kazak, ağ irqin nümayəndəsi kimi əsk olunmuşdur. Şərq mənbələrinin bir çoxunda Teymurləng slavyan görünüşlü və başında ariya-slavyan çarlarına məxsus tacla təsvir olunur. Teymurləngin qoşunları tərəfindən əsir götürülmüş, sonradan onun mədhinə şeirlər yazmış ərəb şairi İbn Ərəbşah yazır ki, Teymur monqol görünüşünə malik deyildi. Rus tarixçisi Timofey Qranovski bildirir ki, Teymurləng doğulanda qoca adamlardakı kimi ağ saçlarla doğulmuşdu. Dövrümüzə gəlib çatmış tarixi sənədlərdə Teymurləng uca boylu, göy göz, ağ dərili, kürən saçlı və sıx saqqallı göstərilir. Belə təsvir balacaboy və üzündən tük çıxmayan monqol genotipindən daha çox slavyan genotipinə uyğun gəlir. Teymurləngin mənbələrdə və rəsmlərdə təsvir edilən geyimi də rus çarlarının ənənəvi geyiminə olduqca oxşardır.
 Sovet alimləri 1941-ci ildə Teymurilər sülələsi üzvlərini dəfn olunduğu deyilən Qur-Əmirdə qazıntılar aparmışlar. Ekspedisiya üzvləri Teymurləngin, onun oğulları Şahrux və Miranşahın, nəvələri Uluqbəy və Sultan Məhəmmədin qəbirlərini açaraq tədqiq etmişlər. Teymurləngin qəbrinin tədqiqi maraqlı nüanslar üzə çıxarmışdır. Məlum olmuşdur ki, Teymurləng özbək əmirləri kimi yox, rus knyazları kimi geyinmişdir. Teymurləngin saç-saqqalının kürən, dərisinin isə bəyaz olmaşı tədqiqatçıları heyrətləndirmişdir. Teymurləng özbək və ya monqol olsaydı, saçları qara olmalı idi. Antropoloqlar Teymurləngin görünüşünü rekonstruksiya edərkən onun özbək yox, slavyan görünüşü alınmışdır. Teymurləngin qəbrini açıb antropologiyasını öyrənmiş antropoloq və skulptur, tarix elmləri doktoru Mixail Gerasimov bildirmişdir ki, Teymurləng monqollar kimi qıyıq gözə malik deyil və ucaboyludur. Alim imperatorun skulptur portretini bərpa edərkən Teymurləngin slavyan kişisi obrazı ortaya çıxmışdır. Təsüdüfi deyil ki, mənbələrdə Tamerlanın barlas (belorus) adlı slavyan tayfasından olduğu göstərilir.
 Müasir filmlərdə isə Teymurləng adətən asiyalı kimi göstərilir. Ənənəvi tarixşünaslıq Teymurləngi türk hesab edir. 1240-cı ildə naməlum müəllif tərəfindən qələmə alınmış “Gizli rəvayət” adlı əsərdə deyilir ki, Teymurləngin də, Çingizxanın da türkləri görməyə gözü olmayıb. Maraqlıdır ki, Teymurləng Rusiya torpaqlarını işğal etmiş monqolların Qızıl Ordasını süquta uğratmışdır. O İran xalqlarını zinhara gətirmiş Osmanlı ordusunu da darmadağın etmiş, Sultan Bəyazidi qəfəsə salaraq yanında gəzdirmişdir. Ərəb müəlliflərinin bəziləri onu müsəlman saysa da, bir çoxları xristian sayır. Mənbələrdə göstərilir ki, Teymurləng qəzəbinə tuş gəlmiş şəhər əhalisinin qırmaq əmri verərkən xristian əhalisinə toxunmamağı tapşırmışdı. İbn Ərəbşah yazırdı ki, Teymurləng islam dini qanunları ilə yox, Çingizxan qanunları ilə yaşayırdı. 1253-cü ildə Konstantinopoldan keçərək Qızıl Orda ərazisinə gəlmiş Fransa kralının səfiri Qiyom de Rubrik yazır ki, ordaçılar Moal dininə qaillik edirdilər. Məxəzlərin bir çoxunda qeyd olunur ki, Teymurləngin ordusunda çoxlu çaxır içilirdi, özü isə araq içirdi. 1403-1406-cı illərdə Teymurləngin iqamətgahına səyahət etmiş ispan diplomatı Rui Qonsales de Klavixo göstərir ki, onun çadırları boyunca çaxır çəlləkləri düzülmüşdü. Teymurləngin spirtli içki qəbul etməsi onu görmüş Avropa səyyahlarının çoxu tərəfindən göstərilmişdir. Teymurləng döyüşdə fərqlənmiş əsgərləri adətə uyğun olaraq müxtəlif ləziz yeməklərə və içkilərə qonaq edirmiş. O da maraqlıdır ki, Teymurləngin əsgərləri içdikləri içkini ruslarda olduğu kimi “vino” adlandırırmışlar.
 Monqol-tatar epoxasına aid olan digər sərkərdələrin antropologiyasını da araşdırarkən eyni müşahidələr üzə çıxır. Çingizxanın nəvəsi, Qızıl Orda hökmdarı Batı xan əlyazma illüstrasiyalarının çoxunda monqoloid kimi yox, slavyan kimi çəkilib. 16-cı əsrə aid “Batının 1238-ci ildə Suzdalı alması” miniatüründə onun, eləcə də əsgərlərinin sifəti monqoloid görünüşlü yox, slavyan görünüşlüdür. Batı xanın Türkiyədə qoyulmuş heykəlində belə o avropoid görünüşlüdür. Marko Polo Çingizxanın nəvəsi, “monqol” xanı Xubilayı avropoid görünüşlü rəsm edib. Polonun illüstrasiyalarında Xubilayın 4 zövcəsinin rəsmi də slavyan qadınlarını xatırladır. 13-cü əsrə aid yapon rəsmində Xubilay və əsgərləri slavyan görkəmli, qədim rus paltarında və çəkməsində əks olunub. İvan Qroznının “Çar-kniqa”sında Qızıl Orda hökmdarları Tinibəy, Canıbəy, Berdibəy xanlar monqoloid gözlü yox, slavyan sifətli və geyimli təsvir edilmişlər. 1375-ci ildə hazırlanmış Katalan atlasındakı rəsmdə də Canıbəy xan avropoid görünüşlü göstərilmişdir. 15-ci əsrdə yaşamış məşhur riyaziyyatçı, astronom, böyük alim və hökmdar Uluqbəy də babası Teymurləng, eləcə də atası Şahrux kimi özbək yox, rus görünüşünə malik idi. Mixail Gerasimov özünün “Kəllə sümüyünə əsasən üzün bərpa edilməsi” metodik əsərində Uluqbəyin üz cizgilərinin və antropoloji quruluşunun geniş təsvirini vermişdir. Termurləngin digər nəvəsi, Böyük Moğol İmperatoru Bahadur şah və onun həyat yoldaşı da qədim rəsmlərdə sarı və göygöz göstərilirlər.
 Beləliklə, monqol-tatar adı ilə tarix dərsliklərinə düşənlərin əslində avropoid irqinin tipik nümayəndələri olduğu üzə çıxır. “Monqol-tatar” elitasının bəyaz rusiçlər olduğu aydınlaşır. Avrasiya qitəsində at oynadan monqollar, eləcə də qıpçaqların antropoloji cəhətdən ruslardan fərqi olmamışdır. 
 Çingizxanın, Teymurləngin və digər  monqol-tatar hakimlərinin monqola oxşar rəsmləri 18-ci əsrə- ümumdünya tarxinin saxtalaşdırılmasının qızğın çağına təsadüf edir. Məhz həmin dövrdən Rusiya və Çində tarixin qlobal falsifikasiyasına start verilmişdir.

“Avrasiya tarixi” kitabından

"Monqol-tatarlar" qıyıqgöz deyildilər

“Monqol-tatarlar” müasir dərsliklərdə qıyıqgöz göstərilsələr də, qədim qravürlərinin hamısında ağ insanlar kimi təsvir olunurlar. Asiyaya səyahət etmiş məşhur italyan taciri Marko Polo (1254-1324) “monqol” imperiyasının paytaxtı Xanbalıkda 17 il yaşamış və xan sarayının naturadan çoxlu rəsmlərini çəkmişdir. Bu rəsmlərdə saray əhli monqol və ya çinli görünüşlü yox, üz cizgilərindən tutmuş geyimə kimi, saç-saqqaldan tutmuş yaraq-əsləhəyə kimi slavyan tiplidirlər. Tomas Cefrinin 1757-1772-ci illərdə Londonda 4 cilddə nəşr olunmuş “Müxtəlif qədim və müasir xalqların milli kostyumlarının kataloqu”nda, yezuit Antuan Fransua Prevostun öz səyahətlərinin bəhrəsi kimi hazırlayaraq 1760-cı ildə nəşr etdirdiyi kitabında əks olunan “monqol-tatarlarda” da monqoloidlik müşahidə olunmur. Holland nəşriyyatçısı və kartoqrafı İsaak Tirionun (1705-1769), şotland tarixçisi və coğrafiyaçısı Tomas Salmonun (1679-1767) rəsmlərində də “monqol-tatarların” monqolluğundan əsər-əlamət belə yoxdur. Rus salnamələrindəki miniatürlərdən aydın görünür ki, üz-üzə gələn rus və monqol əsgərləri arasında irqi fərqlər yoxdur; onların geyimlərində və silahlarında da kəskin fərqlər müşahidə olunmur. İvan Qroznının məşhur “Çar-kniqa”sındakı miniatürlərdə çarpışan rus və tatar əsgərləri eyni geyimdə, eyni papaqlı və eyni yaraq-əsləhə ilə silahlanmış göstərilir. 1241-ci ilə aid tampliyerlərlə “monqol-tatarların” Leqnitsa yaxınlığında döyüşünü əks etdirən miniatürdə monqollar qıyıqgözlü yox, rus mujikləri tipində təsvir olunurlar və başlarında ənənəvi ucuşiş rus şlemləri var. 16-cı əsrə aid Buz döyüşünü əks etdirən miniatürdə də eyni mənzərənin şahidi oluruq. 17-ci əsrin ortalarında ərsəyə gəlmiş Sergey Radonejski ikonasının “Kulikov döyüşü” fraqmentindən aydın görünür ki, hər iki tərəfdən eyni antropoloji tipli insanlar vuruşur, monqolluqdan burda əsər-əlamət yoxdur. Henrix 2-ci Nabojnının (1192-1241) məqbərəsində rəsm olunmuş “tatar”ın da monqoloid görkəmi yoxdur, əksinə həm üzü, həm də geyim və silahı ilə rus kazakını xatırladır. 1240-1310-cu illərdə yaşamış erməni tarixçisi və dövlət xadimi Xetum Patmiçin “Şərq torpaqları hekayətləri toplusu”ndakı Girdxuk qalasının monqollar tərəfindən mühasirəsini əks etdirən miniatürdə qaladakılar qara rəngli göstərilsələr də, monqollar ağ xalqın nümayəndələri kimi təsvir olunmuşlar. 1488-ci ilə aid macar xronikasındakı miniatürlərdə monqollar kazak şapkası, topuğa kimi uzun kaftan və sapoqları ilə təsvir olunurlar. Onların sifətlərindən monqoloid yox, slavyan olduqları, kosa yox, sıx saqqallı olduqları aydın sezilir. Əlbəttə bu rəsmlər indi çəkilsəydi, "monqollar" qıyıqgöz təsvir olunardı, çünki müasirlərimizə elə gəlir ki, onlar qıyıqgöz olmuşlar.

İbrahim Sel, "Avrasiya tarixi"

"Monqol-tatar" əyanları - rusiçlər idi

Çingizxanın nəvəsi, Qızıl Orda hökmdarı Batı xan qədim əlyazma illüstrasiyalarının çoxunda monqoloid kimi yox, slavyan kimi təsvir olunub. 16-cı əsrə aid “Batının 1238-ci ildə Suzdalı alması” miniatüründə onun, eləcə də əsgərlərinin sifəti monqoloid görünüşlü yox, slavyan görünüşlüdür. Batı xanın Türkiyədə qoyulmuş heykəlində belə o avropoid görünüşlüdür. Marko Polo Çingizxanın nəvəsi, “monqol” xanı Xubilayı avropoid görünüşlü rəsm edib. Polonun illüstrasiyalarında Xubilayın 4 zövcəsinin rəsmi də slavyan qadınlarını xatırladır. 13-cü əsrə aid yapon rəsmində Xubilay və əsgərləri slavyan görkəmli, qədim rus paltarında və çəkməsində əks olunub. İvan Qroznının “Çar-kniqa”sında Qızıl Orda hökmdarları Tinibəy, Canıbəy, Berdibəy xanlar monqoloid gözlü yox, slavyan sifətli və geyimli təsvir edilmişlər. 1375-ci ildə hazırlanmış Katalan atlasındakı rəsmdə də Canıbəy xan avropoid görünüşlü göstərilmişdir. 15-ci əsrdə yaşamış məşhur riyaziyyatçı, astronom, böyük alim və hökmdar Uluqbəy də babası Teymurləng, eləcə də atası Şahrux kimi özbək yox, rus görünüşünə malik idi. Mixail Gerasimov özünün “Kəllə sümüyünə əsasən üzün bərpa edilməsi” metodik əsərində Uluqbəyin üz cizgilərinin və antropoloji quruluşunun geniş təsvirini vermişdir. Termurləngin digər nəvəsi, Böyük Moğol İmperatoru Bahadur şah və onun həyat yoldaşı da qədim rəsmlərdə sarı və göygöz təsvir olunurlar.

İbrahim Sel, "Avrasiya tarixi"

Çingizxan monqolid yox, avropoid görünüşlü olub

Çin mənbələri Çingizxanın “uca boylu, möhkəm bədənli, enli alınlı, sarı saçlı, uzun saqqallı, və göy gözlü” olduğunu bildirir ki, belə görünüş monqol üçün xarakterik deyildir. Atasının isə yaşıl gözlü olduğu bildirilir. 1603-1664-ci illərdə yaşamış özbək tarixçisi Abulqazi Bahadur xan yazır ki, Çingizxanın mənsub olduğu Bordjiqin tayfasının adamlarının gözləri yaşıl-mavi rəngli idi. Qızıl Orda dövründə yaşamış İran tarixçisi Rəşidəddin Fəzlullah yazır ki, Çingizxanın tayfasındakı uşaqlar “mavi gözlü və sarışın doğulurdu”. Qədim Avropa rəsmlərində, o cümlədən 13-14-cü əsrlərə aid Çin rəsmlərində Çingizxan monqollara xas cizgilərlə deyil, slavyanlara xas cizgilərlə təsvir olunur: ucaboylu, uzun saqqallı, yaşıl gözlü. Asiyaya səyahət etmiş məşhur italyan taciri Marko Polo (1254-1324) “monqol” imperiyasının paytaxtı Xanbalıkda 17 il yaşamış və xan sarayının naturadan çoxlu rəsmlərini çəkmişdir. Marko Polo Çingizxanı slavyan görünüşlü çəkmişdir. Bu rəsmlərdə saray əhli monqol və ya çinli görünüşlü yox, üz cizgilərindən tutmuş geyimə kimi, saç-saqqaldan tutmuş yaraq-əsləhəyə kimi slavyan tiplidirlər.
Çingizxanın monqola oxşar portretləri 18-ci əsrə- ümumdünya tarxinin saxtalaşdırılmasının qızğın çağına təsadüf edir. Məhz həmin dövrdən Rusiya və Çində tarixin qlobal falsifikasiyasına start verilmişdir.

İbrahim Sel, "Avrasiya tarixi".

Teymurləng türk olubmu?

 19-cu əsrdən əvvəlki təsvirlərdə Çingizxan kimi Teymurləngin görünüşləri də monqoloidən çox slavyana uyğun gəlir. Orta əsrlərə aid italyan, holland və fransızların rəsmlərində, 16-cı əsrdə yaşamış İsveçrə rəssamı Tobias Ştimmerin qravüründə, 15-16-cı əsr İran miniatüründə Teymurləng-Timur-Tamerlan monqoloid kimi yox, rus, slavyan, kazak, ağ irqin nümayəndəsi kimi əsk olunmuşdur. Şərq mənbələrinin bir çoxunda Teymurləng slavyan görünüşlü və başında ariya-slavyan çarlarına məxsus tacla təsvir olunur. Teymurləngin qoşunları tərəfindən əsir götürülmüş, sonradan onun mədhinə şeirlər yazmış ərəb şairi İbn Ərəbşah yazır ki, Teymur monqol görünüşünə malik deyildi. Rus tarixçisi Timofey Qranovski bildirir ki, Teymurləng doğulanda qoca adamlardakı kimi ağ saçlarla doğulmuşdu. Dövrümüzə gəlib çatmış tarixi sənədlərdə Teymurləng uca boylu, göy göz, ağ dərili, kürən saçlı və sıx saqqallı göstərilir. Belə təsvir balacaboy və üzündən tük çıxmayan monqol genotipindən daha çox slavyan genotipinə uyğun gəlir. Teymurləngin mənbələrdə və rəsmlərdə təsvir edilən geyimi də rus çarlarının ənənəvi geyiminə olduqca oxşardır.
 Sovet alimləri 1941-ci ildə Teymurilər sülələsi üzvlərini dəfn olunduğu deyilən Qur-Əmirdə qazıntılar aparmışlar. Ekspedisiya üzvləri Teymurləngin, onun oğulları Şahrux və Miranşahın, nəvələri Uluqbəy və Sultan Məhəmmədin qəbirlərini açaraq tədqiq etmişlər. Teymurləngin qəbrinin tədqiqi maraqlı nüanslar üzə çıxarmışdır. Məlum olmuşdur ki, Teymurləng özbək əmirləri kimi yox, rus knyazları kimi geyinmişdir. Teymurləngin saç-saqqalının kürən, dərisinin isə bəyaz olmaşı tədqiqatçıları heyrətləndirmişdir. Teymurləng özbək və ya monqol olsaydı, saçları qara olmalı idi. Antropoloqlar Teymurləngin görünüşünü rekonstruksiya edərkən onun özbək yox, slavyan görünüşü alınmışdır. Teymurləngin qəbrini açıb antropologiyasını öyrənmiş antropoloq və skulptur, tarix elmləri doktoru Mixail Gerasimov bildirmişdir ki, Teymurləng monqollar kimi qıyıq gözə malik deyil və ucaboyludur. Alim imperatorun skulptur portretini bərpa edərkən Teymurləngin slavyan kişisi obrazı ortaya çıxmışdır. Təsüdüfi deyil ki, mənbələrdə Tamerlanın barlas (belorus) adlı slavyan tayfasından olduğu göstərilir.
 Müasir filmlərdə isə Teymurləng adətən asiyalı kimi göstərilir. Ənənəvi tarixşünaslıq Teymurləngi türk hesab edir.

İbrahim Sel, "Avrasiya tarixi"

18.06.2017

Новые статусы

Заур Байрамов,
Евразийское Движение Азербайджана

Представьте, что у нас появилась возможность полетать на машине времени. Мы садимся в кресла пилотов, набираем на пульте тот год, в который решили переместиться, например, пусть это будет 1937-й год, выбираем столицу нашей славной СССР, нажимаем кнопку, и… вот мы уже там! Выходим на улицы города и начинаем оглядываться по сторонам. В этот момент ловим себя на том, что помимо тех людей, которые нас окружают, есть ещё какая-то сущность, преследующая нас повсеместно. Это призрак отца нации. 
Всюду памятники, портреты, барельефы, на которых изображён Великий и прозорливый Иосиф Виссарионович Сталин. Везде висят транспаранты с его гениальными заветами, в каждой газете напечатаны его речи и фотографии. 
Куда ни глянь, везде чувствуешь на себе его прищуренный взгляд. Но стоит только нам на панели приборов нашей машины времени набрать 1957-й год – как мы опять на тех же самых улицах, но только этого преследующего взгляда уже не чувствуется. Как будто и не было никогда Великого отца всех времён и народов. Как же так?! Ведь прошло всего каких-то двадцать лет, живы ещё те люди, которые его помнят, но в разговорах уже боятся даже имя его назвать, как бы чего не вышло. Вот что делает с человеком система! И чему же тогда удивляться, что она сделала с памятью о наших Богах за последние тысячелетия?
***
Как же вернуть потерянные духовные ориентиры, и возможно ли это? Если и возможно, то лишь через предъявление высших духовных образцов, сохраненных нашей историей, через восстановление имен и доблестных деяний наших предков. Ведь наша нравственность, наш гуманизм, наши высокие моральные стандарты понесли за послеперестроечное время тяжелые потери. Понятия герой, героизм, героическое в нынешний супербуржуазный век не только потеряли свое первоначальное высокое и трагическое значение, но почти полностью обессмыслились. Между тем, подлинные герои наряду с религиозными пророками- это те высшие духовные образцы, те нравственные скрепы, которые сегодня хоть как-то поддерживают нашу неумолимо распадающуюся цивилизацию. Практически у каждого народа, даже у каждого племени есть свои герои. Они могут быть разными, но они обязательно есть. Герои очень древнего происхождения. Достаточно сказать, что они чуть моложе богов и имеют для своих народов почти столь же сакральное значение, как и их боги. Для каждого народа знание своих национальных героев, их жизни и их подвигов в очень большой степени есть гарантия сохранения своей идентичности, своей духовной самости.
***
Новое поколение стали воспитывать на иных ценностях, идеалах, образах. Сегодня мне жаль тех молодых людей, которые до сих пор не знают, не понимают, чем был Советский Союз на самом деле, которые до сих пор доверчиво относятся и к «100 тысяч репрессированных интеллигентов Азербайджана», к горьким воспоминаниям о всяких «репрессиях» и «вытеснениях». Я стараюсь помогать нашему молодому поколению и считаю эту работу полезной, достойной усилий всего нашего общества. Сегодня, когда нападки антисоветских идеологов поутихли, пора более трезво оценить наше недавнее прошлое.
***
Евреи живут внутри других наций, вытесняя их элиту. Хотя евреи составляют менее 5% населения, в нижних социальных слоях их почти нет. 99% людей из нижнего прямоугольника не являются евреями. Доля евреев в элите нации уже более 50%, что уже в десятки раз превышает долю евреев среди нееврейского населения. Составляя абсолютное меньшинство населения (менее 5%) они составляют большинство в элите нации. Они контролируют и манипулируют элитой нации, а значит оказывают огромное влияние. Они  управляют и всем населением, составляя всего 5%-ную часть этого населения. При всяком уважении к еврейскому народу, должен отметит, что еврейская элита решает проблемы еврейской части населения, но ей совершенно безразлично, что происходит со всей остальной частью общества. В лучшем случае их проблемы просто игнорируются.
***
Я считаю, что и сегодня в войсках быстрого реагирования должны быть подразделения, где для передвижения используются лошади. Войны последнего десятилетия, в основном, партизанские. Проходят они, как правило, в труднодоступной местности, где использование техники затруднено, а зачастую и невозможно. К тому же, организовать скрытое передвижение подразделений на технике труднодостижимо, практически из области фантастики. А сейчас зачастую выигрывает тот, кто неожиданно для противника оказался в нужном месте и в нужное время.
***
Настоящее процветание и счастье вам могут дать лишь природа, здоровье, любовь и отношения с близкими. Не идентифицируйте себя с теми материальными благами, которыми вы обладаете. Так вы только отдаляетесь от счастья, а не приближаетесь к нему!