12.07.2017

Qulu Məhərrəmli: sırf plagiat, abırsız əqli oğurluq və kor-koranə tərcümənin bariz təcəssümü

İlhamə Novruzova

Nə zamana qədər ləyaqətsiz ləyaqətdən, insafsız comərdlikdən, oğru doğrudan danışacaq?

Qulu Məhərrəmli Azərbaycan elminə oğurluq faktlarından başqa nə fayda verib?

Bir neçə il əvvəlin söhbətidir: “Şərq” qəzetində Qulu Məhərrəmlinin bu fikirlərinə rast gəldim: “Mənim fikrimcə, bizim bugünkü jurnalistika mühitimizdə plagiat da mümkündür, ümumiyyətlə, hər şey mümkündür. Çünki biz faktiki olaraq çox əxlaqsız və səviyyəsiz jurnalistika mühitindəyik. Başlığı, sərlövhəni, sonluğu dəyişdirirlər, bəzən də yazını hazır götürürlər, adları dəyişdirirlər, struktur qalır və s. Baxın bizim bugünkü jurnalistikamızın təmsilçilərinə. Əgər o yerdə ki peşəkarlıq kriteriya deyil, o yerdə ki ləyaqət jurnalistikanın ayrılmaz atributu deyil, orada hər şey mümkündür”.
Söz vaxtına çəkər, deyirlər. Elə bu odlu-alovlu yazıdan bir qədər sonra Q. Məhərrəmlinin Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün “qələmə aldığı” sanballı (həcm etibarilə) bir “əsəri”ilə rastlaşdım. Bu sahədə təlimçi olduğumdan yeni metodikalara, media sahəsində müxtəlif baxış bucaqlarına həmişə həvəs göstərirəm. Xüsusən də rusiyalı jurnalistlərin, pedaqoqların dərsliklərini imkan daxilində oxumağa və müvafiq qeydlər götürməyə çalışıram. Bu baxımdan Qulu müəllimin “Televiziya jurnalistikasının əsasları” adlanan mühazirələr toplusu məndə xeyli suallar doğurdu. Çünki… plagiata, yəni əqli mülkiyyət oğurluğuna qaşı belə sərt mövqedə duran professorun fəxarət hissi ilə vurğuladığı bu əsərinin bir çox hissələrinin el dili ilə desək, adi “çırpışdırma” olduğunun fərqinə vardım.
Çox danışmayacagam. Necə deyərlər, “kor-kor, gör-gör”… Aşağıdakılar Q. Məhərrəmlinin şah “əsərinin” “Televiziyа və cəmiyyət. Televiziyаnın ictimаi funкsiyаlаrı” bölümündən bəzi seçmələrdir:
“İnfоrmаsiyа funksiyаsı. Bütün kütləvi infоrmаsiyа vаsitələ­ri kimi televiziyаnın dа ilkin və bаşlıcа funksiyаsı əhаliyə sоsiаl-ictimаi əhəmiyyəti оlаn infоrmаsiyа verməkdir. Bu mənаdа televiziyа hər bir fərdin, cəmiyyətin və dövlətin infоr­mаsiyа ehtiyаclаrını təmin edə biləcək çevik vаsitədir. Tele­viziyа hər hаnsı infоrmаsiyаnı öz sələflərinə nisbətən dаhа оperаtiv, mötəbər, dоlğun, emоsiоnаl və inаndırıcı şəkildə yаy­mаq imkаnınа mаliкdir. Əlbəttə, “infоrmаsiyа” аnlаyışının rəngа­rəng izаhlаrını nəzərə аlmаdаn biz burаdа həmin аnlаyışı ən коnкret mənаdа işlədirik: tаmаşаçılаrı ölkədə və dünyаdа bаş verən hаdisələrdən хəbərdаr etmək, yenilikləri göstərmək”.
İndi isə başqa bir dərslikdən götürdüyüm bu parçaya diqqət yetirin. Amma elə fikirləşməyin ki, bu sətirlər Q. Məhərrəmlinin mediatik fikirlərinin rusca tərcüməsidir. Xeyr, tam başqa ölkə və müəlliflərdir. 

ТЕЛЕВИЗИОННАЯ ЖУРНАЛИСТИКА.
Редакционная коллегия. Г. В. Кузнецов, В. Л. Цвик, А.Я. Юровский.
Рекомендовано Министерством образования Российской Федерации в качестве учебника для студентов высших учебных заведений, обучающихся по направлению и специальности «Журналистика».
Kuznetsov, Tsvik, Yurovskiy: “Информационная функция. Все средства массовой информации потому и называются так, что первым и главным их качеством  была способность удовлетворить информационные потребности индивида, общества, государства. Телевидение распространяет информацию полнее и быстрее, достовернее и эмоциональнее своих предшественников. Из общетеоретических курсов по журналистике известно разнообразие толкований понятия «информация». Здесь мы употребляем его в самом узком и конкретном смысле: осведомление людей о событиях в стране и мире, показ новостей”.

Məhərrəmli: “Bizi əhаtə edən mühitə dаir sоsiаl infоrmаsiyаnın yаyıl­mаsı müаsir ictimаi həyаtdа mükəmməl iştirаkın zəruri şər­tinə çevrilib. Təsаdüfi deyildir ki, hаzırdа ən mühüm hаdisələr bаrə­də оperаtiv repоrtаjlаrdаn və şifаhi хəbərlərdən ibаrət оlаn infоrmаsiyа burахılışlаrı müаsir televiziyаlаrın ən çох tаmаşаçı tоplаyаn verilişləridir. Аdətən хəbərlər burахılışının efirdə ənə­nəvi yeri оlur və оnun vахtının dəyişdirilməsi fövqəlаdə hаdisə sаyılır”.
Kuznetsov, Tsvik, Yurovskiy: “Регулярное получение социальной информации стало необходимым условием полноценного участия в современной жизни. Информационные выпуски, состоящие из репортажей и устных сообщений, составляют опорные точки ежедневной сетки вещания. Сдвиг выпуска новостей с традиционного места и времени в эфире- событие чрезвычайное”.

Məhərrəmli: “Bir qаydа оlаrаq infоrmаsiyа burахılışlаrındа cəmiyyət hə­yа­tındаn, siyаsət sаhəsindən dаhа mühüm fаktlаr, eləcə də həyаtın аdi, nоrmаl ахаrındаn kəskin şəкildə fərqlənən hаdi­sələr, cəmiyyət və insаn həyаtını dəyişə bilən prоseslər, təbii fəlаkətlər, qəzаlаr və s. bаrədə məlumаt çаtdırıldıqdаn sоnrа tibb, mədəniyyət, elm sаhələrinə аid sоn yeniliklər verilir. Burаdа idmаn хəbərlərinin də хüsusi yeri vаr. İnsаnlа təbiətin təmаsı, yахud оnlаrın аrаsın­dа əbədi dаvаm edən qаrşıdurmа ilə bаğlı hаdisələr- heyvаnаt аləmi, hаnsısа zirvəyə yürüş, uzаq məsаfələrə uçuş, səhrаlаrı кeçid, qütbə yürüş həmişə tаmаşаçı üçün cəlbedicidir. Bəzi studiyаlаr birjа хəbərləri burахılışlаrı, eləcə də mоdа yenilikləri (dəbdə оlаn pаltаrlаr, mənzillərin tərtibаtındа dəb, üslub və s.), həmçinin idmаnа, mədəniyyətə, iqtisаdiyyаtа аid аyrıcа, хüsusi infоrmаsiyа bülletenləri hаzırlаyırlаr. Dün­yа təcrübəsi belədir: хəbərlər burахılışı аdаmlаrdа əlаcsızlıq, bədbinliк və ruh düşкünlüyü оyаtmаmаlı, heç bir şey оnlаrı qıcıq­lаndırmа­mаlı və mənfi оvqаt yаrаtmаmаlıdır”.
Kuznetsov, Tsvik, Yurovskiy: “В выпусках новостей принято сообщать о наиболее существенных фактах из сферы политики, а также о событиях, резко отклоняющихся от обычного, нормального течения жизни. И уже затем идут новости из области медицины, культуры, науки. Особое место занимают новости спорта. Всегда привлекательны события вечно длящегося противостояния человека и природы: восхождения, перелеты, глубинные погружения, походы через пустыни, к полюсу. Некоторые студии организуют выпуски биржевых новостей, а также новостей моды (модной одежды, модного стиля в оформлении жилищ и т. п.). Мировая практика такова: выпуск новостей не должен оставлять у людей чувства безысходности и подавленности”. 

Açığı, bu faktları aşkar edərkən, əvvəlcə bir az duruxdum. Dedim, əcəba, bəlkə məhz rusiyalı həmkarları Qulu müəllimin “dühasından” belə nöqtə-vergülünədək bəhrələniblər? Tarixlərə baxdım. Bu rus nəşri: "ИЗДАТЕЛЬСТВО МОСКОВСКОГО УНИВЕРСИТЕТА «ВЫСШАЯ  ШКОЛА» 2002". Bu isə bizim milli “şedevr”: "f.e.d. prоf.Q.M.Məhərrəmli. Bаkı-2008".
Deyərsiniz təsadüfdür? İnsanlar cüt doğulur, cüt fikirləşir? Razıyam, təsadüflər olur. Amma o ən çoxu istinadlar, hansısa 1-2 cümləlik rəy və təəssüratlarla eyniləşə bilər. Yuxarıdakı mənzərə isə sırf plagiat faktının, abırsız əqli oğurluğun və kor-koranə tərcümənin bariz təcəssümüdür. Yəni heç kəs 3 rusiyalı müəllifin müştərək işinin məhsulunun hansısa möcüzə ilə Q. Məhərrəmlinin beynində inikas olunması kimi absurd fikri müdafiə etməyə qalxmaz məncə! Hər ehtimala qarşı Qulu müəllimin fitri alimlik istedadına və yüksək mənəvi dəyərlərə sadiqliyinə hələ də inananlar üçün keçək təzə xanəyə… 

Məhərrəmli: “Mааrifləndirmə funksiyаsı. Tаmаşаçını bu və yа digər dərəcədə mədəniyyətə sövq etməк Qərb televiziyаlаrındа klаssiк vəzifə кimi qəbul оlunur. Ekrаndа göstərilən bütün verilişlərdə, о cümlədən infоrmаsiyа burахılışlаrındа dа göstə­rilən аdаmlаrın simаsı, ünsiyyət və dаnışıq tərzi, sаvаd dərəcəsi tаmаşаçılаrın düşüncəsinə təsir göstərir. Bəzən ekrаndа görünən diкtоr və аpаrıcılаrı hаnsısа bir etаlоn кimi qəbul edirdilər. Təsаdüfi deyil кi, sоn dövrlərdə хüsusən özəl televiziyаlаrdа mədəniyyətdən uzаq, özündən rаzı, ədəbsiz, həmsöhbətinin sözünü nəzаkətsiz şəkildə kəsən, təkəbbürlü аpаrıcılаr mətbuаtdа ciddi tənqid оlunurlаr”. 
Kuznetsov, Tsvik, Yurovskiy: “Культурно-просветительская функция. Любая телевизионная передача в той или иной мере приобщает зрителя к культуре. Даже в информационных выпусках сам облик показываемых людей, их манера общения, степень грамотности оказывают влияние на зрительские установки. Ведущие информационных и других программ воспринимаются как некие эталоны. Не случайно телекритика в газетах и журналах забила тревогу при появлении на экране – множества малокультурных, маргинальных ведущих – самодовольных, высокомерных, бесцеремонно перебивающих собеседника”.

Nə oxucuları, nə də Q. Məhərrəmli “istedadına” və “peşəkarlığına” kor-koranə pərəstiş edənləri uzun-uzadı sitat-nümunələrlə yormaq istəməzdim. Sadəcə onu deyim ki, eyni plagiat “dəst-xətti” professorun digər kitablarında da yetərincədir. Elə konkret bu faktlar Qulu Məhərrəmlinin 2012-ci ildə nəşr edilən “Jurnalistikanın əsasları” adlı dərsliyində də yer alıb. Maraqlıdır ki, istər bu, istərsə də digər kitablara redaktorluq edən və rəy verən heyət kifayət qədər nüfuzlu elm adamlarıdır. Amma zənnimcə, bu aşkar faktlarla artıq mən ya başqa birisi deyil, müvafiq qurumlar maraqlanmalı və ölçü götürməlidirlər. Ən azından onun dərs dediyi Bakı Dövlət Universitetinin rəhbərliyi, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi! Çünki Q. Məhərrəmlinin bütün yazılı təqdimatlarında onun 30-a yaxın elmi tədqiqat və dərslik müəllifi olduğu vurğulanır. Əcəba bu başabəla kitabların hansısa dünyadan köçmüş, ya azərbaycanlı plagiatorun mövcudluğundan bixəbər sakitcə yaşayan bir əcnəbinin beyninin və təcrübəsinin məhsulu olduğu nə zamansa üzə çıxacaqmı?       
Əslində gizlətməyəcəyəm, bəlkə də nə bu plagiat, nə də öncəki yazımdakı “vətənpərvərlik” faktlarını ictimailəşdirməzdim. Amma zaman-zaman Q. Məhərrəmlinin mediamızda ictimai qınaq, jurnalist prinsipiallığı, obyektivliyi, vicdan və ləyaqət haqda bitib-tükənməyən müsahibələrindən, çox şeyə və çox kəsə həvəslə ünvanladığı tənqidlərdən artıq usandığım üçün bunu etdim. Nə üçün məhz indi? Niyə məhz AzTV ilə Q. Məhərrəmli arasında soyuq-isti ruzgarların əsdiyi və bəzi həmkarlarımın Qulu müəllimi az qala “haqsız əzilən xalq qəhrəmanı” səviyyəsinə çıxardığı zamanda? Üstəlik bir çoxlarının “Çəkilin, indi Makedonla Namiq dalaşacaq”- mövqeyini tutduğu vaxtda…
Dediyim kimi, 2011-ci ildə ölkədə nurçuluqla bağlı olduqca “əlverişli” şərait vardı. Kifayət qədər media qurumu dolayısı ilə bu cərəyanın yerli başbilənlərinin təsiri və himayəsi altında idilər. Bu “bomba” partlasaydı, indi olduğu kimi mediada ikitərəlik düşəcək, bu məsələ o vaxtın ciddi siyasi-sosial qayğılarının bir kənara çəkib, media virusu rolunu oynayacaqdı. Xatırlayırsınızsa, məhz həmin ilin mart-aprel aylarında vəziyyət olduqca gərgin idi. Mən ictimai qınaq yolunu seçdim. Səfər zamanı da mövqeyimi ifadə edib, etirazımı bildirdim, dönəndən sonra da ən azı çevrəmdəki hər kəsə bu olayı danışdım və onları uyardım. Ancaq görünür “Cəbiş müəllimin şilləsinin” vaxtı indi gəlibmiş. Çünki insan hansısa televiziyanın, qurumun ya fərdin fəaliyyətini tənqid, indiki situasiyada isə təhqir edəndə, öz gözündəki “taxta-şalbanlarını” da unutmamalıdır.
Nə zamana qədər ləyaqətsiz ləyaqətdən, insafsız comərdlikdən, oğru doğrudan danışacaq? Biz də bildiklərimizi “ayıbdır, jurnalist etikası, həmrəyliyi”- deyə  gizlədəcək, seyr edəcəyik kor-koranə? Yayılan videonu Q. Məhərrəmlinin izzəti-nəfsinə toxunan material kimi səciyyələndirən həmkarlarım, bəs sözügedən “AzTV zavallıları” bizim kolleqalarımız, üstəlik Q. Məhərrəmlidən də bəlkə artıq peşəkar olan və danışıq haqqı olan insanlar deyilmi? Nədən işdən atılan və əli yağ-baldan məhrum olan birinin fikirləri “haqq səsi”, qarşı tərəfinki isə “yaltaqlıq” kimi qiymətləndirilir? Bəli, mən media daxilində bu cür qarşıdurmaların, çəkişmələrin qəti əleyhinəyəm. Elə buna görə də neçə il susdum! Amma bu davanı indi siz başladınız, Qulu Məhərrəmli! Öz çeşidli günahlarınızı unudub, əlinizə daşı birinci siz götürdünüz… Elmə hazırda 1 qəpiklik fayda vermədiyiniz bu vaxtda, yalnız zamanlarını çalıb, əsəblərini gəriltdiniz insanların… Bəlkə yetər? Bu müsahibələr əvəzinə öz “əsərləriniz” üzərində daha detallı işləyib, Azərbaycan elminə bu oğurluq faktlarından başqa həqiqətən nəsə fayda verəsiniz?
Sonda isə, Qulu müəllim, mən də sizdən sitat gətirim. Amma sizdən fərqli olaraq bunu istinadla edirəm: “Biz çox əxlaqsız və səviyyəsiz jurnalistika mühitindəyik. Başlığı, sərlövhəni, sonluğu dəyişdirirlər, bəzən də yazını hazır götürürlər, adları dəyişdirirlər struktur qalır və s. Əgər o yerdə ki, peşəkarlıq kriteriya deyil, o yerdə ki, ləyaqət jurnalistikanın ayrılmaz atributu deyil, orada hər şey mümkündür”.
Bu fikirlərinizi də haradansa əxz edib-etmədiyinizi düzü bilmirəm, Q.Məhərrəmli… Amma burada sizinlə 100 faiz razıyam! Yəni plagiatçının əxlaqsız, səviyyəsiz, qeyri-peşəkar və ləyaqət kanonlarından kənar hərəkət etməsini əla vurğulamısınız! Daha deyə bilmərəm, bəlkə də bununla hər dəfə rəflərdə boy-boy düzülmüş “müəllif kitablarınıza” baxanda içinizdə qeyri-ixtiyari baş qaldıran vicdan əzabınızı azacıq yüngülləşdirmək istəmisiniz… Bu arada deyəsən sizin kitabınız bağlandı axı!

Materialdakı faktlara görə məhsuliyyəti müəllif daşıyır. Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

realmedia.az

Qulu Məhərrəmli və Fətulla Gülən əlaqələri

İlhamə Novruzova

Xüsusi xidmət orqanlarında Qulu Məhərrəmlini ciddi-cəhdlə himayə edən, qoruyan və hətta anti-Azərbaycan, anti-dövlətçilik ruhunda təşviqləndirən kimlər idi?

ŞƏXSİ İŞİNDƏN TAM MƏXFİ.
Məhərrəmov Allahqulu (Qulu) Məmmədqulu oğlu.
XARAKTERİSTİKA (müəllifin şəxsi qənaətinə əsasən).
Etnik tipi: qarışıq alpinid, görünüşü – endomorfdur.
Xaraktercə olduqca hiyləgərdir. Kütlə içində özünü sakit və təmkinli göstərməyə çalışır.
Naturaca paxıl və xudpəsənddir. İstedadlı və uğurlu kəslərə nifrət edir.
İnsanlarla rahat ünsiyyətə girir və müxtəlif fəndlərlə tez zamanda onların etimadını qazanmağa və təsiri altına salmağa müvəffəq olur.
Nurçu şəbəkəsinin lideri Fətullah Gülənlə yaxın əlaqələri var.
Azərbaycan dövlətçiliyinə təhlükə ola biləcək bir sıra müxalif qüvvələrlə isti münasibət saxlayır.
Müəllifi olduğunu iddia etdiyi 30 kitab və dərsliyin plagiat olmasına dair ciddi şübhələr var.
Vikipediyadan: “Media problemlərinə həsr edilmiş beynəlxalq toplantılarda, media forumlarında Azərbaycan jurnalistikasını təmsil etmişdir. “Azərbaycana namus və sevgiylə” filminin ssenari müəllifidir”.
O zaman elə bundan başlayaq. Q. Məhərrəmli namusu saydığı Azərbaycana sevgisini xarici tribunalarda necə büruzə verib? Namusunu qoruya bilibmi ümumiyyətlə?
Bunun üçün cox uzaq keçmişə ekskurs etməyə, ya başqasını sorğuya çəkməyə belə ehtiyacım yoxdur.
2011-ci ilin fevralı və ABŞ səfəri! O səfər ki, orada mən də təmsil olunmuşdum. Qulu Məhərrəmli ilə ilk “möhtəşəm” tanışlığım məhz burada baş verdi.
17 fevral. Səhər saat 11 radələri. ABŞ Dövlət Departamentində Avrasiya və Avropa Məsələləri Bürosunun Azərbaycan Masası Məmuru Piter Kaufman və İctimai Diplomatiya üzrə masa məmuru Rut Enn Stivens-Klitzlə görüş zamanı Q. Məhərrəmli söz alaraq, ayağa qalxır: “Biz ölkəsinin başında xalqının qanına susamış yırtıcı hakim sülalənin nümayəndəsi duran bir ölkədən gəlmişik!”- fikri ilə çıxışına başlayır. Açığı, əvvəlcə qulaqlarıma inanmadım. Təəccüb qarışıq hiddətlə bu cümləni unutmamaq üçün bloknotuma yazdım. İnsan müxalifətçi də ola bilər, iqtdar aşiqi də. Bu ayıb deyil. Ayıb və əcaib olan televiziyada siyasi şərhçi kimi çalışan birisinin hər həftə nüfuzlu iqtidar yetkililərini verilişininə çağırıb, hökümətin kursuna dair çeşidli ləbbeyklər, difiramblar söyləməsi və indiki hərəkəti idi… “Özünü prezentasiyasının” növbəti “inciləri” ölkədə korrupsiyanın ifrat həddə çatması, medianın total manqurtlaşdırılmasına həsr olunmuşdu.
Eyni səpkili çıxışı Q. Məhərrəmli ABŞ Dövlət Departamentinin Xarici Mətbuat Mərkəzində çıxışı zamanı da etdi… Daha sonra ABŞ Konqresinin Mətbuat Xidmətindəki görüş zamanı da… Ən acınacaqlısı isə müxtəlif universitetlərdə jurnalistika fakültəsinin tələbələri ilə keçirdiyimiz demək olar ki, hər görüş zamanı Q. Məhərrəmlinin Azərbaycandakı durumla bağlı yağdırdığı hədyanlar idi.
Təsəvvür edin -maraq dolu nəzərləri bizə tikilmiş- 100-150 nəfərlik auditoriya… Onu da qeyd edim ki, gənclərin əksəriyyəti ölkəmizin mövcudluğundan belə xəbərdar deyildi. Gələcəyin diplomatları, beynəlxalq şərhçiləri, jurnalistləri olacaq bu gənclər bizi, ölkəmizi tanımağa hazır və həvəsli idilər. Onlara uğurlarımızı vurğulamağa və başlıca problemimiz olan Qarabağ dərdindən kiçik də olsa nəsə demək, yönləndirmək şansımız var idi. Amma səd heyf ki, bu amerikali gənclərdə  Azərbaycan haqqında doğan ilk təsvir Q.Məhərrəmlinin bizi qələmə erdiyi kimi, “vəhşi qanunların hökm sürdüyü, insanların davamlı əzildiyi, bütün hüquqların pozulduğu” barbar ölkədən ibarət oldu. Yəqin razılaşarsınız ki, ilk təəssürat həmişə daha sirayətedici və yaddaqalan olur. Zatən bu sözlərdən sonra hansısa trubunalardan dönə-dönə Dağlıq Qarabağdan  danışmaq lazımi effekti verərmi görəsən? Məntiqlə mən də əcnəbi olsaydım, belə sual doğardı içimdə: “Siz öz azərbaycanlı vətəndaşlarınıza belə zülm ediriniz, sabah Dağlıq Qarabağ sizə qayıtdıqdan sonra erməniləri qılıncdan keçirməzsinizmi?”.
Bəli, ölkədə problemlər var! Bunu heç kəs inkar etmir. Zaman-zaman danışılır, müzakirə də olunur. Amma siz hər bir ölkədə rast gələ bilinəcək bu narazılıqlardan fil düzəldərək, Azərbaycanın əleyhinə bu cür güclü təbliğat vasitəsinə çevirməyinizlə kimin dəyirmanına su tökürdünüz? Axı siz ağlı heç nə kəsməyən çağa deyil, jurnalistsiniz. Və bilirdiniz ki, ölkəmiz haqda kifayət qədər böyük auditoriyada belə idbar rəy formalaşdırmağınız mütləq gələcəkdə əleyhimizə işləyə bilər. Azərbaycanı heç bir qanunların işləmədiyi dağınıq bir ölkə kimi qələmə verməniz bizim fədakarlıqla, erməni təbliğat maşını ilə döş-döşə gərgin müzakirə aparan vətəndaşlarımızın, diaspor təşkilatlarımızın, ya ABŞ-dakı səfirliyimizin əməkdaşlarının əməyinə kölgə salmırmı?    
Qulu Məhərrəmli, əcəba bu idimi sizin “Azərbaycana namus və sevgiylə” ssenariniz? Bu “etiraflarınızdan” sonra bütün səfər boyu məni bu məsələ düşündürürdü: Siz bu xəyanət tapşırığını haradan almışdınız? Axı Dövlət Departamentində sizə bu xüsusda kəskin etirazımı bildirdikdən sonra, bayıra çıxan kimi məni ərkyana qucaqlayaraq, “Ay İlhamə, niyə məndən küsürsən, biz əslində səninlə eyni qayıqdayıq, özü də burada belə danışmalıyıq”- demişdiniz. Niyə? Kimə QULuluq edirdiniz siz?
Yaxşı, əgər iddia etdiyiniz kimi, ölkədə müxalif fikirlərə qarşı “dözülməz təzyiq mexanizmi” olsa idi, vətənə dönəndən sonra kefi kök, damağı çağ vəziyyətdə siyasi tok-şounu necə davam etdirdiniz? Axı sizin “amerikanski” məntiqinizlə ayağınız təyyarədən yerə dəyən kimi ən azından ifadəniz alınmalıydı… İstənilən halda aydındır ki, Məhərrəmlinin bu əməlləri ən azından xüsusi xidmət orqanlarında kimlərəsə yaxşı bəlli idi. Çünki professorun ifşaedici materialları bəzi Amerika KİV və bloqlarında yer almışdı. Hətta çıxışlarından birində Misir baharının Azərbaycana ixrac olunması zərurətindən danışması böyük maraqla qarşılanmışdı. Bəs görəsən xüsusi xidmət orqanlarında Q. Məhərrəmlini belə ciddi-cəhdlə himayə edən, qoruyan və hətta anti-Azərbaycan, anti-dövlətçilik ruhunda təşviqləndirən kimlər idi 2011-ci ildə? Bəlkə o zaman bu məsələ yəqin elə həmin şəxslər tərəfindən məharətlə ört-basdır olunsa da, ən azından indi araşdırma mövzusuna çevrilər?
Ümumiyyətlə o zamankı hadisənin təfərrüatlarını tədqiq edərkən ortaya qalmaqallı bir fiqur və ona Q. Məhərrəmlinin duyduğu sonsuz sevgi və sədaqət çıxır – bu adam Fətullah Güləndir! Türkiyə hakimiyyətinin nəinki qonşuluğumuzda, hətta bizim dövlətin öz içində də vəzifə tutan və heç nədən çəkinmədən “məxməri” çevriliş üçün açıq iş aparan mütəşəkkil bir dəstəyə başçılıq etməkdə suçladığı Hocaəfəndi! Səfərdə olduğumuz müddətdə Q. Məhərrəmli böyük həyəcanla onunla nə zaman görüşəcəyini gözləyirdi. Nəhayət o “nurlu” gün gəlib çatdı və professor Pleyşner, pardon professor Məhərrəmov əlində Ebru TV-nin qalloqraması olan çantası ilə şad-xürrəm otelə döndü (Qeyd: Ebru TV Gülən media imperiyasının bir qoludur). Maraqlı nüansdır ki, adətən söhbətcil olan professor bir günə yaxın bütün proqram görüşlərini niyə təxirə salmasının təfərrüatlarını heç kəslə bölüşmədi. Sadəcə “Gülənlə müsahibəyə getmişdim” dedi. Əcəba hocaəfəndisi ilə efirə getməyən intervyüsu zamanı Q. Məhərrəmliyə nə təlimatlar verilmişdi? Və niyə görə o, bu görüşdən dönən kimi ABŞ Konqresinin erməni tapdağı altında olan Qondarma Dağlıq Qarabağ  Respublikasına ayırdığı illik maliyyə yardımına görə dərin təşəkkürünü məhz belə əcaib formada ifadə etdi?: “Bu humanitar yardım erməni tərəfi üçün zəruridir. Çünki onlar da Qarabağ münaqişəsində kifayət qədər itki verib, zərər görüblər və yardımdan istifadəyə tam haqları var!”
Professor, əcaba ermənilərə gələndə siz necə də tolerant, humanist, “ürəyiyuxa” olurmuşsunuz… Heyf  ki bu məziyyətləriniz Azərbaycanla bağlı məsələlərin müzakirəsində yerini kin-kidurət və böhtana verir… İroniya bir yana qalsın, Q. Məhərrəmlinin absurd məntiqi burada da özünü göstərdi: “Biz bura Amerika vergi ödəyicilərinin pulu ilə gəlmişik. Onlar da ermənilərə bu yardımların verilməsi üçün lobbiçilik edirlər. Belə danışmaq lazımdır burada, sən bilmirsən, İlhamə, mənə deyiblər!”
Məhərrəmliyə bu “vətənpərvər” çıxış təlimatının kim tərəfindən verilməsini yəqin QULu özü dəqiq bilir, QULu yiyələri, bir də bu yazımın içindəki bir çox mətləbləri anlayanlar… Axı bu onun öz sözləridir: “Fətullah Gülənlə iki dəfə görüşmüşəm. İlk dəfə 1998-ci ildə Türkiyədə, ikinci dəfə isə 2011-ci ildə ABŞ-da… Görünür bu mübarək insanla görüşmək qismətimizdə var imiş. Mən dar gündə Azərbaycana əl uzadan, onun dərdlərini dünyaya çatdıran, sülh və barış carçısı olan bir hərəkata və onun mənəvi liderinə rəğbətimi heç vaxt gizlətmirəm. Nankörler her zaman var ve olacak da. Umudumuzu kaybetmemeliyiz. Ben bu okulların (Çağ Öyrətimdən söhbət gedir – İ.N.) öğretmenlerini, mezunlarını görüyorum. Onlar çok fedakâr insanlar ve onlardan Azerbaycan adına istifade etmemiz gerek”.
İstifadə edin, Q. Məhərrəmli… Necə ki sizdən Azərbaycanın üstünə çamur atmaq üçün istifadə edirlər… Edin, qoy amerikalı gənclər bizi qəddar sadist, ölkəmizi qanunların heç işləmədiyi barbar məmləkət kimi tanısınlar… Qoy ermənilər Konqresin yardımı ilə bir az da ətə-qana doyub, bizi qana boyasınlar… Əsas odur ki, siz ABŞ vergi ödəyicilərinin pulu ilə bir də yolunuzu okeanın o tayından salasınız, yenə də mübarək Hocaəfəndinizin “nurlu” əllərindən öpüb, aldığınız müvafiq təlimat əsasında yeni bir xəyanət tarixçənizi yazasınız! Nə edəsiniz, əsərlərinizi özünüz yaza bilmirsiniz axı…

Qeyd: Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir. Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
realmedia.az

Bakının mərkəzində daha bir biabırçı görüntü - Ərəb yaxınlaşıb bu qızlarla tanış olur

Ərəblər Bakı küçələrində azərbaycanlı qızlarla tanış olmağa can atırlar

Ərəb ölkələrindən Azərbaycana səfər edən turistlərin ən çox ziyarət etdiyi Nizami küçəsində açıq-aydın insan alveri gedir.
Bakının mərkəzi Nizami küçəsində artıq görməyə öyrəşdiyimiz görüntülər vətəndaşlar arasında da ciddi narazılığa səbəb olur.
Bu ölkələrdən gələn turistlər öncələr Bakının ara küçələrində yerləşən barlara və gecə klublarına üz tuturdular.
İndi isə keçmiş "Fəvvarələr Meydanı" adlanan ərazilərdə insan alveri ilə məşğul olurlar.
Belə görüntülərdən daha birisi ərazidəki vətəndaşlar tərəfindən lentə alınıb.
Videoda turistləri görərək dayanan iki qız onlarla tanış olurlar və qiymət danışmağa başlayırlar.

Qasim Süleymani bir daha Moskvaya getdi

İslamazeri.az-ın "Radikal"a istinadən verdiyi məlumata görə, Qasim Süleymaninin ikinci dəfə Moskvaya getdiyi və bir görüş keçirdiyi bildirilir. Süleymaninin iyulda da Rusiyaya getdiyi və rusiyalı liderlərlə bir araya gəldiyi iddia edilmişdi. Livan qəzeti olan "Əs-Səfir"in yazdığına görə BMT-nin xaricəçıxma qadağaları siyahısında olan Süleymaninin bu dəfə kimlərlə görüşdüyü bilinmir. Qəzet Süleymaninin danışıqlarının Suriyada Rusiya-İran əməkdaşlığını gücləndirmək məqsədi daşıdığını yazıb. Xatırladaq ki, Süleymani iyul ayında təşkil olunan Rusiya səfəri zamanı prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqu ilə görüşlər keçirmişdi.

İŞİD əsirliyindən azad edilən susuz körpə

Qərbi Mosulda uzun müddət İŞİD əsirliyində olan qadın və uşaqlar terrorçulardan azad edilib

İraq ordusu və Haşdi Şabi döyüşçüləri Qərbi Mosulda növbəti əməliyyat aparıblar.
İnterAz İraq mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində uzun müddət İŞİD əsirliyində olan Mosul sakinləri azad edilib. Əksəriyyəti qadın və uşaqlardan ibarət sakinlər aclıq və susuzluqdan əziyyət çəkiblər. Onlara tibbi və digər yardımlar edilib.
Məlumata görə, azad edilənlər arasında bir körpə daha çox diqqəti çəkib. Aclıq və susuzluqdan son anlarını yaşayan körpə əsgərlərin müdaxiləsindən sonra həyata qayıdıb.
Sakinlərin sözlərinə əsasən, bu vaxta qədər İŞİD terrorçularının əsirliyində bir çox körpə aclıq və susuzluqdan həyatını itirib. Terrorçular hətta körpələrə rəhm etməyib və onlara yardım göstərməyiblər.

Qasim Süleymani: İraq xalqının bütün bəşəriyyət üzərində haqqı var

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) Qüds batalyonu komandanı general Qasim Süleymani Mosulun İŞİD terrorçularından azad olunmasına münasibət bildirib.
İnterAz “Tasnim”-ə istinadən xəbər verir ki, general Qasim Süleymani yaxın Şərqdə baş verən hadisələrə, xüsusən Mosulda İŞİD-in məğlubiyyətinə dair çıxışında deyib: “İŞİD adlı cinayətkar bir təşkilat islam aləminə, eləcədə müsəlman ölkələrinə müsəllət olub. Onların islam və müsəlmanlara vurduğu zərərlər ölçüyə gəlməz. Onların cinayətlərinə qəlblər tab gətirə bilmir. İŞİD təkfirçiləri o qədər acımasızdırlar ki, bir günün içində 1200 gənc tələbənin başını kəsdilər, iki min qadını qul olaraq satdılar. Onlar ananın qucağından körpəsini alaraq od üstündə qızardıb anasına qaytardılar. İraq xalqı, eləcə də, Suriya xalqı neçə illərdir ki, belə bir cinayətkarlarla üz-üzədir. Onlar İraqın ərazi bütövlüyünü aradan aparmağa çalışsalar da, buna nail ola bilmədilər”.
O, həmçinin İŞİD-in Mosulda məğlubiyyətinə toxunaraq deyib: “Mosulda qazanılan qələbə bütün bəşəriyyətin qələbəsidir. İraq xalqının bütün bəşəriyyət üzərində haqqı var”.
General Qasim Süleymani çıxışının davamında Ayətullah Sistaninin Mosulda qazanılan qələbədə önəmli rolu olduğunu qeyd edərək bildirib: “Bu qələbə kiçik bir evdə yaşayan böyük fəqih Ayətullah Əli Sistaninin təqvasının nəticəsidir. O böyük alim İraq xalqına nicat verdi. Bu gün istər sünnü olsun istər şiə, bütün İraqlılar O böyük şəxsiyyətin bütün İraq xalqına verdiyi töhfəni görməkdədir”.
O, həmçinin Haşdi Şabi könüllü döyüşçülərinin yaranmasına və uğurlu fəaliyyətinə toxunaraq bildirib: “Haşdi Şabi Ayətullah Sistaninin fətvası ilə təsis olunub. Hər kəs Haşdi Şabinin İŞİD-lə mübarizədə rolunu gördü. Onlar İraq ordu qüvvələri və Federal Polis qüvvələri ilə çiyin-çiyinə İŞİD terrorçularına qarşı mübarizə apardılar”.

Vüsal Həsənəli - Qoydu

Soydu məmur bu yetim xalqı tumançağ qoydu,
Talayıb, qarət edib zatını çılpaq qoydu.

Gəzir Avropanı məmur dayı neftin puluna,
Kasıb övladlarının boynuna torpaq qoydu.

Plana saldı neçə Şəhid bulağın sökdü,
Ağlayan doğmasının ovcuna bayraq qoydu.

Qazımız kilsə isindirsə də Allaha şükür,
Bizi öldürmədi, qışdan çıxarıb sağ qoydu.

Mənə "qanunla danış" deyildi, haqqım sordum,
Demoqoqsan deyibən adımı yaltaq qoydu.

Neçə Zəhra qanının istisi yandırdı məni,
Qarabağ dağlarını dağladı çıldağ qoydu.

Sus, Vüsal, çün üzü dönmüş fələyin fitnəsi var,
Çoxunun bardağına sirkə-sarımsağ qoydu.

11.07.2017

Gürcüstan nağılı

Gürcüstan nağılı mif imiş. Avropaya viza ləğv olunsa da, əhalinin vəziyyəti heç qonşu şəhərə getməyə imkan vermir. Yollar bərbad (50-60 km Batumiyə çatmamışdan başqa), əhali gileyli-güzarlı. Yerli sakinlərlə söhbət zamanı onların yoxsul həddə yaşadığı məlum olurdu. Düzdü ucuzluqdu, amma qazancları gündəlik tələbatlarını yenə də ödəmir. Azərbaycanlıları isə az qala oliqarx zənn edirlər. Bizi görəndə sanki pul kisəsi görürlər. Bilmirlər necə etsinlər ki çox qopartsınlar. Bir sözlə, Gürcüstanda Allahın yaratdığı gözəl təbiətdən başqa yaxşı heç nə görmədik... Yeri gəlmişkən gömrüyü Gürcüstan tərəfə keçəndə birimizin (iki nəfər idik) maşından düşüb ayaqla keçməyimizi tələb etdilər. Azərbaycan tərəfi də bu tələbi etmişdi, amma birimizin özünü pis hiss etdiyini söylədikdən sonra sərhədçilərimiz bizi buraxdılar. Gürcüstan polisi isə rüşvətə ehyam vurdu. Mən ona deyəndə ki gözəl dövlətiniz var, sizə hər şəraiti yaradıb, ironik baxışlarla sanki “Nə nağıl danışırsan?” söyləyib, boş maşınımızı hər dəlmə-deşiyinə qədər yoxladı, kişi kimi bizi yubatdı. Bir sözlə, ilk dəfə Gürcüstanda bu qədər uzun yol qət edib, demək olar ki hər yerini gəzdikdən sonra Çiçəklənən Gürcüstanın bizdən azı 15-20 il geridə qaldığı aydın oldu.

Alik Bakinskiy

Türkiyədə məscid biznesi

Hamı Türkiyədə addım başı məscidin olmağından danışır və Azərbaycanda məscidin az olmağından gileylənir. Türkiyə sərhədini Batumidən keçən kimi ilk olaraq gözə dəyən məscid oldu. Namazı qılmaq üçün məscidə getdik. Üzr istəyirəm, dəstəmaz almaq üçün təharətə daxil olmaq istədik. Dedilər təharət 1 lirədi. Dedik namaz qılanlar üçün də? Dedilər fərqi yoxdu. Çarəsiz qalıb ödədik. Maraq üçün soruşdum gündə neçə adam bu təharətdən istifadə edir? Cavab verdi uç min olar. Pis pul deyil. 3000 lirə- təxminən 1500 manat. İstanbulda (Çarşı Bazarda) məscidə gedəndə ilk olaraq məni təharət maraqlandırdı. Görəsən burda da təharət pulladırmı? Burda da eyni mənzərənin şahidi oldum. Qiymət də həmin qiymət- bir lirə. Marağım məni yenə statistikaya yönəltdi. Amcadan gündə bu təharətdən neçə nəfərin istifadə etdiyi ilə maraqlandım. Amca günə beş min nəfər istifadəçi olduğunu söylədi. Məscidə daxil olanda isə beş-on nəfər ola, ya olmayaydı. Qısası Türkiyədə ən gözəl biznesin məscid olduğunu başa düşdüm. Əgər bizdə də məscidin təharəti pulla olsaydı, Fantanlar bağındakı Erməni kilsəsi çoxdan məscid olardı. Hələ bulvarda da 3-4 məscid tikərdilər. Günə 3-4 min pis pul deyil. Düşünməyə dəyər).
Məscidlərdən təharət kimi istifadə olunması çox üzücüdü. Türkiyədəki kimi on minlərlə məscidin olmağındansa, Allah bizim barmaqla sayılası məscidlərimizə bərəkət versin.

Alik Bakinskiy

Kəmaləddin Heydərovun mediadakı kapitanları - Aynur Camalqızı kimdir?

Fövqalədə hallar haziri Kəmaləddin Heydərovun gizli fəaliyyəti ilə bağlı ölkə mediasında bir sıra məlumatlar verilib. bakunews.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilir ki, fövqəlnazir son dövrlər dördüncü hakimiyyəti əlində saxlamaq üçün yeni üsula əl atıb. K.Heydərovun planına görə ölkə mediasının tanınmış qələm sahibləri onun kurasiyasına daxil olmalı və zamanı gələndə gizli tapşırıqları həyata keçirməlidirlər.
bakunews.az-ın araşdırması göstərir ki, son illər ölkə mediasında bir sıra qəzet və saytlar fövqəlnazirin nəzarətinə keçmiş və onun gizli sifarişlərini həyata keçirməkdədirlər. Bunlara nəzarəti və Kəmaləddin Heydərovun gizli tapşırıqlarını həyata keçirən Aynur Camalqızıdır. Aynur Camalqızının keçmişinə nəzər salmazdan öncə onun nəzarət etdiyi saytlara diqqət edək:

axar.az – Aynur Camalqızının rəhbərliyi altında fəaliyyət göstərir. K.Heydərovun xüsusi sifarişlərini həyata keçirir. Mediada izlənilən saytlar sırasındadır fövqəlnazirin təbliğatı ilə məşğul olur.
teleqraf.com – Aynur Camalqızının rəhbərliyi altında fəaliyyət göstərir. axar.az kimi fövqəlnazirə xidmət edir və K.Heydərovun maliyyəsi ilə ictimaiyyəti məlumatlandırır.
apa.az – Vüsalə Mahirqızının rəhbərliyi altında fəaliyyət göstərir. K.Heydərovun nəzarəti altında mediada önəmli yer tutur.
lent.az - Vüsalə Mahirqızının rəhbərliyi altında fəaliyyət göstərir. Fövqəl nazirin nəzarəti ilə və maliyəsi ilə mediada önəmli yer tutmaqdadır.

Bu kimi saytların və media qurumlarının adlarını çox sadalamaq olar. Bütün bunlara nəzarəti həyata keçirən Aynur Camalqızı təsadüfən K.Heydərovun şərtləri altında işləmir. bakunews.az-ın araşdırmasına görə, Kəmaləddin Heydərov ölkə mediasında söz sahibi olmaq üçün ayda 150 min dollar pul xərcləyir. Bu pullar Aynur Camalqızı və Vüsalə Mahirqızı vasitəsi ilə medianın bir sıra nümayəndələrinə ötürülür. Dövlətin deyil, fövqəlnazirin maraqlarını icra edən saytların maddi təminatını ödəyən, məmurun tələbləri bakunews.az-a məlumdur. Bununla yanaşı A.Camalqızının keçmiş fəaliyyətinə nəzər salsaq, məlum olur ki, K.Heydərov Dövlətin və Prezidentin deyil, öz şəxsi maraqlarını və qonşu ölkənin sifarişlərini icra etmək üçün ölkə mediasına böyük vəsait xərcləyir.
Sual oluna bilər: Aynur Camalqızı kimdir? Vaxtı ilə Ümumilli Liderə qarşı cəbhədə yer alan və yazıları ilə iqtidarda təmsil olunanların şərəf və ləyaqətinə toxunan A.Camalqızının Kəmaləddin Heydərov tərəfindən qiymətləndirilərək himayə altına alınmasına və medianın idarə olunmasının ona tapşırılmasına nə ad verək?
bakunews.az saytı mövzu ilə bağlı geniş araşdırmalar aparıb. Növbəti yazıda Kəmaləddin Heydərovun himayəsində olan və onların vasitəsi ilə nəzarətə keçən saytların tam siyahısını və dövlətə qarşı olan fəaliyyətləri, eləcədə Aynur Camalqızının bu istiqamətdə oynadığı roldan bəhs edəcəyik. Bu şəxslərin vətənə xəyanətinin arxasında dayanan gizli təşkilatların adıda sizə məlum olacaq.
Bizi İzləyin...

bakunews.az

Oğlunun arvadını zorladı - "Atam və gəlinimizi o halda görüncə..."

Kayseridə dəhşətli qətlin iştirakçısı olan Osman Tüzenə hökm oxunub.
Bacısına, qardaşı arvadına və xalasına təcavüz etdiyi iddiasıyla atası 50 yaşlı Ömər Tüzeni tüfənglə vuraraq öldürməkdən mühakimə olunan 26 yaşlı Osman 16 il 8 ay azadlıqdan məhrum edilib.
Hadisə keçən ilin 25 dekabrında baş qeydə alınıb. Ömər Tüzen ilə oğlu Osman Tüzen arasında mübahisə yaşanıb. Mübahisə zamanı Osman Tüzen iddiaya görə, divarda asılı olan tüfəngi götürüb, atasına istiqamətləndirərək atəş açıb. Tüzen hadisə yerində dünyasını dəyişib.
İddialara görə, atası Ömər Tüzeni əmisi arvadı ilə birlikdə olarkən gördüyünü və buna görə də dəliyə döndüyünü söyləyib. Osman Tüzen məhkəmədə etdiyi müdafiə çıxışında: "Atamı evə gedəndə böyük qardaşımın arvadı ilə birlikdə olarkən gördüm. Onları o halda görüncə dəliyə döndüm. Hadisəni bacıma və xalama danışdım. Onlar da atam Ömər Tüzenin onları zorladığını, ancaq bu zamana kimi heç kimə demədiklərini söyləyiblər. Mən də eşitdiklərimdən sinirlərimə hakim ola bilmədim və bu qətl hadisəsi baş verdi", - deyib.

milli.az

Onların işi Azərbaycanı parçalayıb kimlərəsə ötürməkdi

Müttəqi Bərməki

Bir sürü çaqqal yenə küçələrə çıxıb "Rus, fars, erməni- bunlar türkün düşməni!" şüarları səsləndirib, eşşək kimi anqırıblar.
Bu milli etnik zəminində ruslara farslara qarşı nifrət yaratmaq deyil?
Axı Azərbaycanda ruslar, Qafqaz farsları, yəni tatlar və onlara qohum olan digər irandilli xalqlar yaşayır.
Sonra deyirlər ki, biz titul millət olan "türklər" hamıya eyni gözlə baxırıq, Azərbaycanda isə qeyri-türklər milli-etnik zəmində münaqişə salır.
Rusları, tatları və ya qeyri-türkləri "Türklər bizim düşmənimizdir" şüarları ilə aksiya keçirən görmüsünüz? Görünən budur ki, hökümət bunlara şərait yaradır, baxmayaraq ki, bu insanlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 283 - Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına görə bir başa məsuliyyət daşıyır.
Amma dini bayraq, dini şüarlara, islam dininin təbliğatına qadağa qoyub, dindarlarımıza hər cür böhtan atıb həbs edərək zindanlara çürüdürlər.
Görəsən Qarabağda müharibə başlasa bunları tapa biləcəyik? Əlbətdə ki, yox! Bunların Qarabağda nə işləri var! Bunların işi Azərbaycanı parçalayıb kimlərəsə ötürməkdi.
Bunlar Qərbin yalını yeyib genələn adamaların muzdurlarıdırlar. Ona görə də Qərblə düşmən olan hər ölkə bunların düşmənidir. Bu külbaşlar bilmirlər ki bunları qazlayıb küçələrə tökənlər sabah Qərbin əmri ilə elə bunların özünə də düşmən olacaqlar.
Keçirilən aksiyanın videosundan görünür ki, yürüş üçün bunlara icazә veriilib. Siz tәsәvvürünüzә gәtirә bilәrsiz hәr hansı başqa bir mәqsәd üçün belә yürüşә icazә versinlәr? Bu bir dövlәt siyasәtidir! Biz bunu deyәndә bizə deyirdilәr ki, Azәrbaycanda belә şey yoxdur, siz hәr şeyi qara rәngdә görürsüz vә separatçılıq edirsiz.
İndi "ağıllıar" tapılıb deyə bilər ki, bəs Rus 20 yanvarda belə elədi, Xocalıda elə elədi. Farslar bizim əbədi düşmənimizdi və s. və i.
Onlara cavab olaraq deyirik ki, siz türkçülər özünüz sinənizə döyə-döyə deyirsiniz ki, türklər dünyanı fəth etdi və s. Tarixdən də bilirik ki türk-monqol tayfaları çox əraziləri fəth edib şəhərləri dağıdıb, qətlə yetirib, qırğınlar edib. İndi bütün o xalqlar durub desin ki türk bizim düşmənimizdir?
Axı tarix yazır ki türkmən tayfaları İrana gəldi, fəth elədi və s.
Yəni nə? Gəlib zəbt edib də. Biz burda bir tarix görürük. Bu o vaxt normal proseslər olub. İndi farslar mitinqlərdə durub desin ki türk farsın düşmənidir? Belə misallar çoxdur.
Fars türklə necə düşməndir ki, 1000 ildir bir dövlətdə yaşayırlar və dəfələrlə bir orduda xarici düşmənlərə qarşı döyüşüblər?
Farsmı gəlib türkmən elinə, yoxsa türkmən gəlib fars elinə?
Fars deyəndə ümumi irandilliləri deyirik. Bu tarixdir. Olub gedib. Rusa gəldikdə isə... Azərbaycandan 3 milyon adam Rusiyada işləyir, çalışır, vətənə pul göndərir. Azərbaycan ən müasir silahları Rusiyadan alır. Qarabağ müharibəsində ruslarla olan əməkdaşlıq haqqında dəfələrlə yazılarımız olub.
Xocalını törədənlərin bir hissəsi elə öz içimizdə idi. O 366 alayda isə hamısı erməni idi, 2-3 muzdlu rusdan başqa. Bu siyahını ANS-də oxuyublar canlı efirdə. 20 yanvar kimi hadisə isə elə Moskvanın özündə də olub. Sovet dövləti idi. O texnikalar çox şəhərlərə girmişdi. Dərinliyə getsək görərik ki bu da bir provokasiya idi. 20 yanvardan cəmi bir il keçdi, Azərbaycan əhalisinin çoxu referendumda Sovet dövlətinin saxlanmasına səs verdi.
Sonra isə ruslar Qarabağda 20 kəndi ermənilərdən boşaldıb azərbaycanlılara verdilər. "Həlqə" əməliyyatı barədə oxuyun.
Rusların bizi işğalına gəldikdə isə... Gəncə xanından başqa bütün xanlar özləri Rusiyanın tərəfinə keçdilər. Niyə? O tərəfdə Qacar deyildi? Bu tarixdir.
İmperiyalar fəth edir. Osmanlı fəth etməyib? Təbrizi Şirvanı yandırmayıb? 200 il Səfəvilər, Qacarlar, Əfşərlər Osmanlı ilə döyüşməyib? Fransa İngiltərə ilə uzun illər düşmən olmayıb? Almaniya bütün Avropa ilə düşmən olmayıb? İndi hamı çıxsın küçələrdə belə qışqırsın?
Təsəvvür edin ki İranda farslarda küçələrə çıxıb "Türklər bizim düşmənimizdir" şüarları səsləndirsəydilər, bunların ağzı dayanmayacaqdı...
Həmçinin rus millətçiləri küçələrə çıxır və azərbaycanlıları bazarlarda qabaqlarına qatırlar ki çıxın ölkəmizdən, rus sizin düşməninizdirsə, sürüşün rədd olun ölkəmizdən. Bunu niyə fikirləşmirlər?..

Rasim Musabəyov: “Mən həmişə Əliyevə qarşı işləmişəm”

Eynulla Fətullayev

Əminəm ki, elə bir gün gələcək və biz Rasim Musabəyovun dilindən “Mən həmişə Əliyevin əleyhinə işləmişəm, Xalq Cəbhəsi üçün işləmişəm” etirafını da eşidəcəyik.
O da ola bilər ki, bunu eşitməyək. Zaman imkan verməsin. Zaman və hakimiyyətin gücü...
Musabəyov yalnız böyük kollaps ərəfəsində satır. Xəyanət və satqınlıqlar dalğası bolşeviklərin oğlunu, KQB cəlladının kürəkənini, “komsomalçik” və kommunist-ideoloqu, prezident Mütəllibovun müşavirini və İsa Qəmbərin köməkçisini, Rövşən Cavadovun analitikini və Elnur Aslanovun əlaltısını, bolşevikdən müsavatçıya çevrilmiş, müsavatçıdan yaputata qədər deqradasiya etmiş bu adamı daha haralara atmadı, daha haralara aparıb çıxarmadı ki...
O, həm sosioloq, həm də politoloqdur, həm müsəlman, həm də ateistdir.
“Tərtəmiz xain və satqındır. Belələri heç güllələnməyə də layiq deyil, güllə heyifdir” - böyük Bonapart bu sözləri Musabəyov kimilər haqda deyib. Bu cür adamlar bütün dövrlərdə və bütün xalqlarda olur.
Bizim Bonapartın dövründə isə Musabəyov böyük revanşa hazırlaşırdı. Yox, elə fikirləşməyin ki, bunu ölkənin naminə edirdi. Ümumiyyətlə, belə adamlardan ötrü “ölkə” anlayışı yoxdur. O, əvvəlcə SSRİ-yə, sonra neosovet Azərbaycanına, daha sonra da Müsavat Azərbaycanına xidmət edib... Belə adamlar ölkəyə yox, yalnız özlərinə xidmət edirlər, özlərinə işləyirlər. Bunlar üçün müqəddəs heç nə yoxdur!
Mən bunu bilirsinizmi nə vaxt anlamışam? Hələ uzaq 1992-ci ildə - prezident Mütəlibov devriləndən dərhal sonra Musabəyov “Respublika” qəzetinə müsahibə verəndə. Musabəyovun həmin müsahibədə dediyi sözləri özünə hörmət qoyan heç bir kişi dilinə gətirməzdi, bunu özünə sığışdırmazdı.
Musabəyov jurnalistin Mütəllibovun müşavirinin yeni, yonulmamış, köntöy və çirkin hakimiyyətin tərəfinə necə keçməsi ilə bağlı sualına maraqlı cavab vermişdi (axı xalis “komsomalçik” Musabəyov sol əlini havaya qaldırıb yelləyən saqqallı və pis iy verən marginalların düşərgəsinə keçmişdi).
Musabəyovun soyuqqanlı şəkildə verdiyi həmin cavab belə idi: “Mən də, Bacanağım Tamerlan Qarayev də həmişə Mütəllibova qarşı və Xalq Cəbhəsi üçün işləmişik”.
Mütəllibovun dövründə prezidentin millətlərarası münasibətlər məsələləri üzrə müşaviri, Vəzirovun dövründə Bakı Şəhər Partiya Komitəsində ideoloji şöbənin müdir müavini və s. vəzifələr tutmuş bu şəxs sonradan yeni hakimiyyətdə də təmsil olundu. Özü də özü üçün təhqiramiz sayılacaq bir statusla. Musabəyov özünə Milli Məclisin sədr müavini olan bacanağı Tamerlan Qarayevin qəbul otağında yer tapdı.
Bəziləri belə hesab edir ki, ağaclar səmaya qədər yüksələ bilmədiyi kimi süqut, uçurumun dibinə yuvarlanmaq da sonsuz olmur. Musabəyov isə bunu əksini sübut etdi - eybi yox, qoy lap Milli Məclisdə məsləhətçi postu olsun, qəbul otağındakı katibə kreslosu olsun, təki bu hakimiyyətdən yapışmaq, nomenklatura üzvü kimi karyera əldə etmək imkanları olsun.
Musabəyov anlayırdı ki, hakimiyyət olmadan həyat onun üçün mənasını itirəcək. Musabəyov bütün həyatı boyunca karyera nərdivanları ilə yuxarı qalxıb, elə olub ki, bu yolda ayağı da sürüşüb, yıxılıb, amma kiminsə şalvarının balağından və ya tumanının ətəyindən yapışmağa çalışıb, lakin yenə yıxılıb, darmadağın olub, sonra yenidən yuxarı dırmaşa bilib.
Bütövlükdə isə ölkə prezidentinin keçmiş müşavirinin İsa Qəmbərin müavininin qəbul otağında katibə postundakı davranış və hərəkətlərini müşahidə edən keçmiş kommunistlər çökmüş partiyanın faciəsinin miqyasını anlayırdılar. Musabəyov kimilər təkcə öz partiyalarını yox, bütün ölkəni satmış, ona xəyanət etmişdilər. Belə adamların ucbatından ölkədə böyük faciə yaşanırdı.
Əgər siz Musabəyovun sinəsini qabağa verib saqqallı yakobinçilər diktaturasının müdafiəsinə qalxdığını və Bonapartın qayıdışına mane olmağa çalışdığını güman edirsinizsə, əlbəttə ki, yenə də ciddi şəkildə yanılırsınız. Musabəyov və onun Mütəllibova qarşı və Xalq Cəbhəsi üçün işləyən bacanağı bu vaxta qədər artıq yeni partiyanın əsasını qoymağa da macal tapmışdılar. Onlar Süleyman Dəmirəlin Doğru Yol Partiyasının eyniadlı obrazını yaratmışdılar. Bu xəyanətkar və satqın cütlük ölkədə siyasi hakimiyyəti tam şəkildə ələ keçirmək iddialarını artıq heç gizlətmirdi də.
Mütəllibov özü bir dəfə mənə demişdi ki, ölkəyə 1995-ci ilədək rəhbərlik etmək, sonra da hakimiyyəti demokratik düşərgədən olan varisinə təhvil vermək istəyirmiş. Mütəllibov öz varisik rolunda isə Tamerlan Qarayevi görürmüş.
“Mən onlara tez-tez deyirdim ki, niyə tələsirsiniz, hakimiyyətə niyə belə tez cana atırsınız. Siz ölkəni idarə etməyə hələ hazır deyilsiniz. Bir az da dözün. Mənə ölkəni müəyyən inkişaf səviyyəsinə çatdırmağa imkan verin. Sonra da hazırlaşın, mən özüm hakimiyyəti sizə verib gedəcəyəm”- deyə sabiq prezident Mütəllibov devriləndən 10 il sonra etiraz edirdi.
Lakin “varis” Qarayev Musabəyovla birgə prezidentin etimadını qazanaraq onun hakimiyyətinin dayaqlarını içəridən gəmirib laxladırdılar.
Yox, bu cür adamlar heç vaxt açıq döyüşə girmirlər. Onlar inqilab meydanlarının döyüşçüləri deyillər. Onlar həmişə hakimiyyətin yanında olur, meydanlarda barrikadalar quran döyüşçülərə sakitcə, gizli və məkrli şəkildə, xəyanətkarcasına və qəddarlıqla kömək edirlər.
Bu bacanaqlar cütlüyü əvvəlcə sovet, daha sonra isə neosovet hakimiyyətlərin ən çirkin tapşırıqlarını yerinə yetirmişdi. Onlar Ali Sovetin komissiyasında çalışarkən əvvəlcə qanlı sovet ordusunun 20 yanvar faciəsindəki izlərini, daha sonra isə 20 noyabr vertolyot qəzasına dair dəlilləri silib təmizləmişdilər.
Burada bir anlıq dayanın! Rasim Musabəyov da sonradan Qarakənd səmasında vurulmuş həmin vertolyotda uçurdu (Ayaz Mütəllibovun bütün komandası həmin qəzada həlak oldu). Ən son məqamda isə Tamerlan Qarayev bacanağı Musabəyovu Ağdamda həmin vertolyotdan düşürmüşdü. O, kimlərinsə məşum bir plan hazırlamasından xəbərdar idimi? Allah bilir...
***
Qanın acı-şirin dadı yırtıcı heyvanlar üçün nə deməkdirsə, hakimiyyətin dadı və hakimiyyət ehtirası da mənsəbpərəst adamdan ötrü odur. Həm mənsəbpərəst adam, həm də yırtıcı heyvan qanın heç vaxt qurumadığı ölkədə bu şirin dadı yenə, yenə, yenə hiss etmək üçün heç nədən çəkinmirlər.
Rasim Musabəyov 1993-cü ilin yayında özünün Doğru Yol Partiyasının simasında bir-birinə zidd olan üç bəyanatla çıxış etdi. Birinci bəyanatında Xalq Cəbhəsini dəstəklədi, ikinci bəyanatında Heydər Əliyevə qarşı çıxdı. Nəhayət, üçüncü bəyanatında - Tamerlan Qarayev Çinə səfir təyin olunandan sonra isə bu dəfə Heydər Əliyevin müdafiəsinə qalxdı.
Və ən maraqlısı: Tamerlan Qarayevi aparan təyyarə Pekin aeroportunda sağ-salamat enəndən sonra Musabəyov daha bir bəyanatla çıxış edir. Və yenə də Heydər Əliyevin əleyhinə. Bundan sonra da azsaylı partiya yoldaşları ilə birgə müxalif Müsavat Partiyasına birləşir.
Bəli, inqilabçı Qəzənfər Musabəyovun nəslindən olan bolşeviklərin törəməsi (Rasim Musabəyov sovet illərində məşhur olan bu familiyaya və öz qayınatası, Azərbaycan SSR KQB-sinin sədr müavini, 70-ci illərin ortalarında gənc romantik tələbələr nəslinə qarşı repressiyaların başlanmasına şəxsən göstəriş vermiş Abbas Zamanovun himayədarlığına minnətdar olmalıdır. Bəli, söhbət, məşhur “Elçibəy işi”ndən gedir) milli-demokratik partiya sayılan Müsavatın sıralarına daxil olur. Babalarının mübarizə apardığı Məhəmməd Əmin Rəsulzadənin portretini başı üzərinə qaldırır.
Bu, Rasim Musabəyovdan ötrü ilk belə addım deyildi. O, siyasi uzaqgörənliyini və müdrikliyini çoxdan itirmişdi. Çətini ilk addımı atmaqdır. Musabəyov isə ilk belə iyrənc addımını hələ 1991-ci ildə atmışdı. Bir dəfə satan həmişə satacaq!
Budur, həmin bu Musabəyov 1994-cü ildə Heydər Əliyevin digər şəxsi düşmənləri ilə birlikdə Rövşən Cavadovun analitik mərkəzində peyda olur. O zamankı rəsmi versiyaya görə, Cavadovun mərkəzi dövlət çevrilişi ssenarisini hazırlayırdı. Tofiq Qasımovu həbs edir, bir neçə aydan sonra isə MTN-in təcridxanasından xərəkdə çıxarırlar. Musabəyov isə canını yüngülcə töhmətləndirilməklə qurtarır. Kim bilir, o, bu dəfə hansı satqınlığına görə sudan quru çıxmağa nail olmuşdu.
Lakin 90-cı illərin ortalarında Musabəyov Azərbaycan liberalizminin atası cildində zühur edir. O, Qərbi təbliğ edir, İsa Qəmbərin seçkilərdə tezliklə qələbə çalacağından danışır, hakimiyyəti sərt tənqid edir, onun labüd iflasının baş verəcəyini vəd edir.
Bununla belə Rasim Musabəyov bu xalqçı-marginallar kütləsinin arasında özünü həmişə “özününkülər arasında yad” hesab edirdi. Sinfi simasını itirmiş ünsürlərlə mental baxımdan uyuşa bilməməsi, Azərbaycan dilində sınıq-salxaq, əyri-üyrü danışması (Məmmədyarov kimi Musabəyov də dörddə bir əsrə yaxın müddətdə ana dilini hələ də öyrənə bilməyib), anadangəlmə təkəbbürü, özünü yalandan aristokrat kimi göstərmək mərəzi Musabəyova Heydər Əliyev hakimiyyətinə qarşı mənasız hücumlarını ildən-ilə gücləndirən “qəhvəyi köynəklilər”in sıralarına tam şəkildə daxil olmaqda çox maneçilik törədirdi.
Musabəyov milli-demokratların yeni hakim iyerarxiyasında bu dəfə daha yüksək vəzifəyə - Milli Məclis sədri müavininin qəbul otağındakı vəzifədən də yüksəyinə - can atırdı. Onu bu dəfə heç nə dayandıra bilməzdi. Və o da dayanmadı. Musabəyov Elçibəyin “ilham pərisi” ilə siyasi nikah bağlayır. Və normal və abırlı adamların heç vaxt və heç bir halda öz evinin kandarından içəri buraxmayacağı adamları öz evinə buraxır. Musabəyov bundan sonra neobolşevik elitası ilə oturub son çözüm anını - 2003-cü ilin oktyabrını səbirsizliklə gözləməyə başlayır.
Müxalifətçilər “Qələbə” meydanına yüz minlərlə mitinqçi toplayır, milli-demokratların hakimiyyətə qayıdacağına bel bağlayırlar.
Mən o vaxtlar mitinq meydanındakı tribunanın yaxınlığında Musabəyovla elədiyim söhbəti heç vaxt unutmaram. Elçibəyin adamı ilə qohum olmasına baxmayaraq Musabəyovu tribunaya yaxın buraxmırdılar. O, hələ də “özününkülər arasında özgə” olaraq qalırdı.
Aramızda belə dialoq olur: “Doğrudanmı siz yenə də onların hakimiyyətə qayıtmasını istəyir, buna çalışırsınız? Yenə də Pənah Hüseyn və İsgəndər Həmidov?”
Musabəyov üzündə az qala yaxınlıqdakı qələbənin ləzzətindən doğan sevinc ifadəsi belə cavab verir: “Bu dəfə onlar olmayacaq. Başqaları olacaq”.
Əlbəttə ki, bu zaman o, özünü və milli satqınlar ordusunun yeni dəstəsinin nümayəndələrini nəzərdə tuturdu.
Sən demə, milli-demokratların tərəfdarlarından kimsə bizim aramızdakı bu dialoqun şahidi olubmuş. Musabəyovun bu etirafı onların xoşuna gəlmədi. Onlar Musabəyovu topa tutdu. O isə qorxaqcasına dərhal geri çəkildi. Bir dəqiqə əvvəl dediyi sözü dəbbələməyə, boynundan atmağa çalışdı.
“Siz bu adamların uğrunda mübarizə aparırsınızmı?”- bunu deyib özləri özlərini satmış qorxaq qisasçıların aksiyasını yeyin addımlarla tərk etdim...
Əlbəttə, Musabəyovun müsavatçılıq ideyasına sadiq qaldığını düşünmək sadəlövhlük olardı. O, elə asanlıqla, özünə əminliklə, heç nədən çəkinmədən və özünəməxsus utanmazlıqla satır ki...
Müsavatçı qılafı və kommunist keçmişi olan bu politoloq milli bolşevizmin labüd iflasını hiss edən kimi onun çaşqın baxışlı yaltaq siması simasız və kəmsavad Elnur Aslanovun nurçular dəstəsində peyda olur. Tamamilə sınmış, əyilmiş bu adam geri çəkilmək üçün ən alçaldıcı şəkildə yollar arayır, yeni hakimiyyət partiyasına soxulmaq ehtirası ilə alışıb-yanır. Musabəyovu dayandırmaq yenə mümkün olmur, o, yenə dayanmır və partiya dostlarını yenə satır. Musabəyov doğma Müsavatdan istefa verdiyini hay-küylə bəyan edir. Xoşbəxtlikdən, buna siyasi fahişənin  yararlılıq müddəti də imkan verir. Çünki Elçibəyin “ilham pərisi” də əvvəlki cazibədarlığını itirmiş, hakimiyyətin ən qatı tərəfdarına və məddahına çevrilmişdi. O, yeni hakimiyyətin adından elə danışırdı ki, hakimiyyətə sanki Müsavat gəlmişdi.
Yaxşı ki, yeni parlament konsepsiyası da Musabəyova həddən artıq əlverişli və uyğun idi. Özünü müxalifət adlandıran partiyanın simasını tam açıb göstərmək üçün parlamentin bu heyətində satqınlar üçün də müəyyən kvota ayrılmışdı.
Qırmızı mandatını alan Musabəyov yenidən Milli Məclisə qayıtdı. Bu dəfə sədr müavininin qəbul otağında oturan müşavir-katibə kimi yox, deputat kimi. Musabəyov parlamentdə Heydər Əliyevi açıq-aşkar qisas və ölümlə hədələyən digər cəbhəçi ilə - Fərəc Quliyevlə yanaşı oturdu. Riyakarlar bir yerdə idi, bir cərgədə səf tuturdu.
“Rasim bəy, bəs bu necə oldu k, siz müxalif düşərgədən çıxıb getdiniz və yenidən partnomenklatura sıralarına qayıtdınız?” - deyə 2013-cü ildə, “Qəbələ” meydanındakı söhbətimizdən 10 il sonra Fransa səfirliyinin təşkil etdiyi qəbulda deputat Musabəyovdan soruşuram.
“Doğrduanmı sənə elə gəlir ki, mən bu yaşımda mübarizə aparacağam?! Cəhənnəm olsun, nəyimə lazımdır axı?!” - Musabəyov gülüb özünəməxsus şəkildə beləcə də cavab verdi.
Pis oldum. Tarix hələ belə həyasızlıq görməmişdi.
Əgər Musabəyov sabah “Respublika” qəzetinə müsahibəsində fəxrlə “mən Əliyevə qarşı və Xalq Cəbhəsi üçün işləmişəm” desə, mən buna əsla təəccüblənmərəm. Virtuoz, mahir və mükəmməl bir satqınlıq və xəyanət! Xəyanətkarlıq hələlik heç kimdə belə mükəmməl alınmayıb! Buna heç kim nail olmayıb!
Mən deputat Musabəyovu niyə xatırladım? Parlament seçkiləri yaxınlaşır. 5 illik deputat karyerası ərzində ağzını açıb parlament tribunasından bircə dəfə də danışmayan Musabəyov və onun kimi daha neçə adam seçicilərini qəfildən yada salıb öz seçki dairələrinə cumacaqlar ki, mandatı yenə sinələrinə sıxıb əzizləsinlər. Bu mandat onlara özlərini hakimiyyətlə eyniləşdirmək imkanı verir.
Burada adamın ürəyindən bu sualı vermək keçir: sizin dövranınız nə vaxt bitəcək, yoldaş Musabəyov?

virtualaz.org

10.07.2017

Şərqin əfsanəsi: Qasim Süleymani

İqor Pankratenko

 General Qasim Süleymani bütün həyatını İranın və İslam İnqilabı ideallarının qorunmasına həsr edib. İranın əfsanəvi kəşfiyyat orqanı “Əl-Qüds”ə rəhbərlik etdiyi dövrdə bu orqanı ən mürəkkəb geopolitik məsələləri həll etməyə qadir təşkilata çevirib. Məhz onun rəhbərliyi altında Yaxın Şərqdə ABŞ-a qarşı böyük müqavimət cəbhəsi yaradılıb, Vaşinqton, Əl-Riyad və Tel-Əvivin planları alt-üst olub. ABŞ personal olaraq ona qarşı sanksiyalar tətbiq edib. Dünyanın onlarla kəşfiyyat orqanı onun haqda ən xırda informasiya üçün belə milyonlarla dollar ödəməyə hazırdırlar. İran xarici siyasətini yönləndirən şəxslər çoxdur, amma onun səsi həlledici rol oynayır. Bu gün Qasim Süleymani Yaxın Şərqdə ən hörmətli adamlardan biridir.
 Qasim Süleymani kimdir və nəyə görə amerikan strateqləri onu hədəf seçiblər? Məsələ burasındadır ki, uzun müddət kölgədə qalmış bu adam geopolitik proseslərin bir çox iplərini öz əlində saxlayır: onu gah “Yaxın Şərqin qarovulçusu”, gah da “Qara cəngavər” adlandırırlar. Onun rəhbərlik etdiyi “Əl-Qüds” kəşfiyyat orqanı MKİ-dən də effektiv orqandır, belə ki bu təşkilatın həm də qüdrətli speçnazı vardır.
 General Qasim Süleymani şəxsi keyfiyyətləri- İslam İnqilabı işinə sadiqliyi, gözütoxluğu, yüksək rütbələrə və mükafatlara laqeydliyi ilə milyonların hörmətini qazanıb. Bu gün Qasim Süleymanı Ali dini lider Əli Xameneinin ən etibarlı adamlarından biri sayılır. Bu adam 23 yaşında ikən kürd terrorçularının böyük qruplaşmasını məhv edərək İranı ciddi təhlükədən qurtarıb. İraqla müharibə dövründə kəşfiyyat-diversiya qruplarına rəhbərlik edərək düşmənə ağır zərbələr endirib. Adı İran ordusunda və düşmən ştablarında dillər əzbəri olub. Məğrur, mərd, eyni zamanda soyuqqanlı və ehtiyatlı xarakteri ilə seçilib. Göstərdiyi şücaətlərə görə cəmi 3 il ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun 41-ci briqadasına komandir təyin olunub. 2000-ci illərdən Qasim Süleymani ABŞ, İsrail və Səudiyyə Ərəbistanının ən böyük başağrısına çevrilib. Süleymani komandanlıq etdiyi “Əl-Qüds”də köklü dəyişikliklər apararaq onu kəşfiyyat və speçnazın vəhdətindən yoğrulmuş unikal qruplaşmaya çevirib. Məhz Süleymaninin fəaliyyəti nəticəsində ABŞ-ın Yaxın Şərqdəki hegemoniyasına son qoyulub, israillilərin və səudiyyəlilərin hərbi və siyasi dominasiya planları alt-üst olub.
 ABŞ İraqa müdaxilə edərkən Qasim Süleymani nəinki İraqda, bütün regionda müqavimət cəbhəsi qurmağa müvəffəq oldu. 22 dekabr 2010-cu ildə ABŞ-ın İraqdakı səfiri Ceyms Ceffri və ordu komandanı general Lloyd Ostin koalisiya hökumətinin yaradılması münasibətilə İraq xalqına təbrik notası göndərdilər. Amma bu nota ciddi ekspertlərdə gülüş doğurdu. Belə ki, o vaxtkı prezident Cəlal Tələbaninin etiraf etdiyi kimi, İraqdakı proseslərə ABŞ yox, Süleymani nəzarət edirdi. İŞİD dövləti yaradılarkən Süleymani öz briqadası ilə ön cəbhədə peyda olaraq Dəməşq və Bağdadın müdafiəsini öz üzərinə götürdü. İŞİD-in məhvi üçün Süleymani və məsləhətçiləri yeni strategiya təklif etdilər və böyük uğurlar qazandılar.
 Tanışlarından biri onun haqqında belə deyir: “O hər gün səhər saat dörddə durur, axşam saat doqquz otuzda yatır”. Hər dəfə İranın başının üstünü təhlükə aldıqda Qasim Süleymanı Tehrandakı evini tərk edir və ön cəbhəyə yollanır. Müsahibələrinin birində o belə deyir: “Adətən insanların təsəvvüründə cənnət valehedici ecazkar mənzərə, şırıltılı çaylar və gözəl qadınlardır. Amma başqa cənnət də vardır- bu döyüş meydanıdır. Və o əlavə edir: “Öz vətənin uğrunda döyüş meydanı”.

iran.ru