19.01.2020

Abgül Süleymanov: Amerika bəşəriyyəti məhvə aparır

Amerika höküməti cahil, təkəbbürlü və qeyri demokratik ölkədir. Özünü böyük sayır, amma böyük apara bilmir. Terrora xərclədiyi pulları bəşərə xərcləsə idi, dünyada bir nəfər yoxsul qalmazdı.
Amerika böyüklüyü bəşərə xidmətdə deyil, əksinə özünə nökər etməkdə görür. Bu gün həmin nökərçilikdən qurtarmaq istəyən bir sıra dövlətlər var. Belə dövlətlərdən biri də İran islam respublikasıdır.
İranın fikri və siyasəti bəşəri nökərçilikdən çıxarıb, azad etməkdir. Bu, Peyğəmbərlərin göndərilməsi kimi müqəddəs bir missiyadır.
Amerikanın fikri və siyasəti isə bəşəri özünə tabe edib, nökər etməkdir.
Ümumiyyətlə demokratik hökümət məntiqlə götürəndə o hökümətdir ki, İslam və islamçılar ilə savaşmasın. Demokratik dövlət ölkədə İslam dini azad olan dövlətdir. Çünki İslam bəşərin hidayətini, xoşbəxtliyini azadlığını istəyən İlahi səmavi bir dindir. Quran buyurur: "Ey iman gətirənlər! Allahın və peyğəmbərin gətirdiyini qəbul edin ki, bu dəvətin içində HƏYAT var".
İslam dini insanları elmə, təqvaya, yaxşı əməllərə və həqiqi həyata dəvət edir. Amerikanın dəvəti isə bəşəri məhvə aparır.
Qasim Süleymaninin qisası hər hansı bir Amerika generalını öldürməklə bitməz. Süleymaninin qisası Amerika hökümətinin İran və digər ölkələr üzərindən sanksiyalarını götürmək və həmin ölkələrin işlərinə müdaxilə etməsinin qarşısını almaq ilə alına bilər.
Bu gün Qasım Süleymaninin qətli dünyanı oyadıb, ayağa qaldırıb. Sanksiya və müdaxilələr bitməyincə əyləşmək olmaz.
Qisas yalnız o zaman alınacaq.

Abgül Süleymanov

17.01.2020

Böyük Britaniyanın “The Daily Mail” xəbər dərgisinin yazdığına görə, bir müddət əvvəl aparılan araşdırmadan məlum olub ki, dünyanın ən məşhur yəhudi əleyhdarı Adolf Hitlerin özü yəhudi əsillidir. Haploqrupu öyrənilərkən Hitlerin dünyanın hər yerinə səpələnmiş yaxın qohumlarından DNT - dezoksiribonuklein turşusu (tüpürcək vasitəsilə) nümunələri götürülüb. Alimlər iddia edir ki, Hitlerin bütün qohumlarında DNT səviyyəsində E1b1b (Y-DNK) haploqrup aşkarlanıb ki, bu da alman və ümumiyyətlə, Qərbi Avropanın yerli sakinləri üçün yad bir qrupdur. Sözügedən E1b1b (Y-DNT) haploqrupu əsasən afrikalı (Livan, Tunis və Əlcəzairin yerli əhalisi), daha çox Şərqi Avropada məskunlaşan və dağ yəhudiləri qrupuna adi edilən aşkenazi yəhudilərinə məxsusdur.

Xatırladaq ki, Hitlerin yəhudi əsilli olduğu barədə çox yazılıb.

Sahibkarlığa mane olan məmurlar həbs oluna bilər – Prezidentdən xəbərdarlıq

Sahibkarlıq fəaliyyətinə mane olan məmurlar sərt şəkildə cəzalandırılacaq. 
yenisabah.az xəbər verir ki, yaxın günlərdə xüsusilə bölgələrdə bu istiqamətdə prosesə start veriləcək. Cəzalandırma yalnız işdən çıxarılmaqla məhdudlaşmayacaq. Bəzi məmurlar hətta həbs oluna bilər. 
Ölkə başçısı İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən bu məslənin üzərində xüsusi dayanması da deyilənlərin təsdiqi sayıla bilər.
"Biz çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz də çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, müdaxiləsindən azad olsun", -deyə İlham Əliyev bildirib.
Prezident daha sonra vurğulayıb ki, sahibkarlara yönəlmiş o çirkin əllər kəsilməlidir: "Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, belə hallara yol verilməsin, əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz".
Göründüyü kimi ölkə başçısı sahibkarlıq fəaliyyətinə müdaxilə edən, maneə törədən məmurların cəzalandırılacağını açıq mətnlə bəyan edir. Deməli, problem kifayət qədər ciddidir və qartıq buna qarşı sərt mübarizə aparmağın vaxtı çatıb. Prezident artıq bununla bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verdiyini deyib. Bu isə prosesin həbslərlə müşaiyət olunacağını deməyə əsas verir.

İraqda İŞİD şeyxi yaxalandı

eastnews.org-un verdiyi xəbərə görə, ötən gün İraq ordusunun xüsusi təyinatlıları Neynəva vilayətində yerləşən Mosul şəhərində İŞİD terrorçularının Şifu Naim adlı müftisini yaxalayıblar.
Məlumata əsasən, İŞİD-in şəriət hakimi və müftisi olan Şifa ən-Nima, Əbu Əbd əl-Bari adı ilə məşhur olan terrorçu yerli sakinlərin dəstəyi ilə yaxalanıb.
Yaxalanan terrorçu Mosul məscidlərində təkfirçi idealların yayılmasında və İŞİD-in fitvalar idarəsində fəaliyyət göstərərək, müsəlman alimlərin qətlə yetirilməsinə fitva verib. Onun fitvası ilə Yunus peyğəmbərin Mosulda yerləşən ziyarətgahı 2014-cü ildə partladılıb. Bundan əlavə o öz xütbələrində İraq güc strukturlarının məhv edilməsinə çağırışlarla tanınıb.

Rusiyada yeni qərar: ilk uşağa görə 12 min, ikinci uşağa görə 17 min manat veriləcək

Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində analıq müavinəti proqramının 31 dekabr 2026-cı ilə qədər uzadılması barədə göstəriş verib.
baku.ws xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb. Nəşrin yazdığına əsasən, dövlət başçısı analıq müavinətinin ilk doğuş zamanı veriləcəyini söyləyib.
Birinci uşaq üçün analar 466 417 rubl (12 min 879 AZN) pul alacaqlar. İkinci uşaq üçün isə müavinət 150 min rubl (4100 AZN) artırılacaq.
Vladimir Putinin aydınlaşdırdığı kimi, iki uşağı olan ailələr üçün vəsaitin ümumi həcmi 616 min rubldan (17 min AZN) çox olacaq və indeksləşdiriləcək.
Üç uşağı olan ailələr üçün dövlət əlavə olaraq 450 min rubl həcmində ipoteka krediti ödəyəcək.
Qeyd edək ki, ikinci və üçüncü uşağın doğuşunda və ya övladlığa götürülməsində ailələrə dövlət dəstəyi 2007-ci ilin yanvar ayından verilməyə başlanıb.

Рабочую группу по редактированию Конституции возглавит Александр Дугин

Главой рабочей группы по внесению поправок в Конституцию Российской Федерации станет политический аналитик, философ и социолог Александр Гельевич Дугин. В прошлом он возглавлял кафедру социологии международных отношений в МГУ и был советником вице-премьера Италии Маттео Сальвини.
По его словам, на новом посту он намерен «скоординировать движение векторов в единое русло, выходящее из циклической парадигмы глобальной истории».
«Преодоление архаичных догматов заключается не в варьировании форм этатизма, а в формировании институциональных структур, отвергающих онтологию постмодерна как таковую. Нам нужна новая эсхатология, новая эпистема. Униформизация социальных, религиозных и государственных процессов на наднациональном уровне наряду с новой цивилизационной идентичностью Империи — это та синкретическая концепция, из которой мы будем исходить», – разъяснил Дугин.
Рабочая группа планирует приступить к разработке проекта правок уже в ближайшее время. Для этого готовятся базисные тезисы, определяющие основной вектор документа. До конца месяца будут проведены встречи участников группы и публичные конференции на эту тему. /panorama.pub/

Əli İnsanovun tələbələri “sandığı açıb, pambığı tökdülər”: “Qiyməti kefinə görə yazırdı…”

Həbsdən çıxdıqdan sonra bir vaxtlar təhqir etdiyi müxalifətin ön cərgələrinə qoşulan sabiq səhiyyə naziri Əli İnsanovla bağlı maraqlı məlumatlar yayılıb. sfera.az xəbər verir ki, vaxtilə onun tələbələri olmuş şəxslər ictimaiyyətə məlum olmayan elə nüansları xatırlayıblar ki, həmin nüanslar indi mələk cildinə girmiş Əli İnsanovu tanımaqda yardımçı ola bilər. Öncə Əli İnsanovun keçmiş tələbəsi, hazırda məhkəmə tibb eksperti olan Rüstəm Səfərovun facebookdakı son paylaşımına diqqət yetirək.
"Əli İnsanov mənə dərs deyib. Nədənsə qrup nümayəndələrindən imtahanı şəxsən özü, həm də xüsusi amansızlıqla özü götürürdü. İmtahanı səhv etmirəmsə 4-cü kursda idi. 4-cü kursa qədər əlaçı idim. O vaxt qiymətlər 5 ballıq sistemlə idi. Bildirim ki, 3-cü kursda ümumi cərrahlıq imtahanında yaxşı cavab verə bilmədim, əlaçılıqdan düşürdüm deyə, imtahanda müəllimdən xahiş elədim iki yazsın, yayda yenidən hazırlaşım payızda təkrar imtahanda 5 alacam. Elə də oldu. Sağ olsun Çərkəz müəllim, yaxşı hazırlaşıb gəldim, o da bir ilk elədi və yayda imtahandan kəsilən tələbəyə payızda yazılmayan qanunlara əks gedərək 5 yazdı. Yuxarıda yazdığım kimi, 1 il sonra Əli İnsanovun imtahanı idi və məndən şəxsən özü imtahan götürdü. Biletimdəki suallara cavab verdim, dedi 3 yazıram. Dedim Əli müəllim, 3 sualla tələbənin biliyini qiymətləndirməyin, əlaçıyam və qırmızı diploma gedirəm. Əlavə istənilən sualı verin, heç olmasa 4 yazın. Çünki qırmızı diplom üçün bir neçə dənə 4 limitinin olduğunu bilirdim. Amma 3-ü olan tələbəyə qırmızı diplom düşmürdü. "Vaxtımı alma” deyib, əlavə sual vermədi. Bu yerdə yayda mükəmməl hazırlaşıb təkrar imtahanda yaxşı qiymət alaram ümüdiylə xahiş elədim ki, 2 yazsın. Dedi yox, mən sənə 2 yaza bilmərəm. Sən 2-lik tələbə deyilsən, qiymətin elə 3-dür. Beləcə, 4-cü kursa qədər əlaçı gələn məni əlaçılıqdan və həvəsdən saldı. Pisliyi cavabsız qalmadı, üstündən çox keçmədən vəzifədən azad olunaraq həbs edildi, həbsxanda da kifayət qədər vaxtı getdi. Həyatımda baş verən, şahidi olduğum çox şeyə görə ilahi ədalətin mövcudluğuna inanıram”.
Rüstəm Səfərovun bu statusunun rəy yerində isə Əli İnsanovun digər tələbəsi, tanınmış müxalifətçi yazar Günel Mövludun həyat yoldaşı Haji Nadir Hajiyev (Hacı Nadir Hacıyev) isə bu qeydilə sabiq səhiyyə nazirini belə xarakteristika edib: "Elədir. Qiyməti kefinə görə yazırdı. Bütün kurs ərzində bircə dəfə mühazirə oxuyurdu, onu da öz çırpışdırma dərmanı olan "İnsanovin”i reklam eləmək üçün. Bir də imtahana gəlirdi. Tələbələri saatlarla karidorda gözlədəndən sonra kral ədasıyla, asta yerişlə gəlirdi imtahana. Mənim qrup yoldaşıma biletdə silikozlar düşmüşdü. Elə ilk cümlədən kəsdi uşağı. Səbəb də Əli İnsanovun öz savadsızlığı idi. Qrup yoldaşıma biletdə silikozlar düşmüşdü. Silikozların da əsas etioloji faktoru qumdu da, SiO2. Silisium 4 oksid. Rus kitablarında bu dvuokis kremniya gedir. Bizim nomenklaturaya görə isə Silisium 4 oksid, çünki burda Silisiumun valenti 4-dü. Sən silisuum di oksid deyə bilərsən, amma silisium iki oksid demək olmaz. Bu isə kitabında silisium 2 oksid yazıb - yəni hərfi tərcümə edib. Uşaq da silisium 4 oksid dedi. İndi dirəşib uşağnan ki, yox sən savadsızsan. Maddənin adını düz de. Bu da deyir ay müəllim, axı burda Silisiumun valenti 4-dü zad. Götürdü kəsdi uşağı ki, sən savadsızsan. Deməli, hamı kimi bu da yazdığı kitabı rus müəlliflərindən tərcümə etdirmişdi, sadəcə üstünə öz adını və bilavasitə tərcümə edənin adını yazmışdı”.

16.01.2020

Putin: Ölkənin internet xidmətləri pulsuz təmin edilməlidir

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ölkənin internet xidmətlərinə pulsuz girişin təmin edilməsini tələb edib.
ted.az xəbər verir ki, bu haqda  Putin Federal Məclisin iclasında deyib.
Putin bildirib ki, ölkə vətəndaşları üçün daxili internet xidmətləri ödənişsiz olmalıdır: “İnsanlar İnternet trafikinə görə pul ödəməli deyillər. İnternetin ödənişsiz olması Rusiya Federasiyasını dünyada üstün ölkəyə çevirəcək”.
"Сталина обвиняют в репрессиях, но представителей моей фамилии – Хугаевых – почти 10 тысяч. Я не слышал ни про одного репрессированного среди них. А сейчас процентов 30-40 нуждается в репрессиях. Сталин выселял нечестных, подлецов и предателей родины. Согласно раскрытым архивам, не Сталин был виноват, а первые секретари, которые сами были расстреляны после того, как про их преступления стало известно".

Спартак Хугаев

Хугаев: "Сталин выселял подлецов и предателей родины"

В Осетии производят бюсты Сталину, которые потом ставят по всей стране. В республике памятников советскому лидеру почти тридцать. И их количество продолжает расти. Последний установили в минувшем декабре – в селении Комгарон Пригородного района (у здания администрации).

Иосиф Сталин остаётся одной из самых популярных фигур в Северной Осетии. Его 140-летний юбилей отметили в республике с размахом – с концертом, песнями, танцами и снятыми с занятий студентами.
Северная Осетия всегда относилась к т.н. "красному поясу": коммунистов здесь любят, а Сталин – так и вовсе "родной" человек, многие считают его не грузином, а осетином.
"Люди любили его, поскольку он жил так же, как и они, – объясняет 'Кавказ.Реалии' лидер осетинских 'Коммунистов России' Спартак Хугаев. – Благодаря Сталину каждый год понижались цены. Он послал своих детей на войну, а когда умер – у него на карточке осталось всего 800 рублей".
Хугаев подчеркивает: народ в Осетии – с коммунистическими взглядами. "Благодаря Ленину и Сталину простой народ спустился с гор, – убеждён он. – Во времена карательных царских операций народ был почти полностью уничтожен, а при коммунистах стали строить детские сады, школы и заводы".
Сталина поддерживают многие и люди вне партии. "У каждого Сталин свой, – говорит общественница Индира Габолаева. – У кого-то он ассоциируется с победой [во Второй мировой войне], у кого-то с репрессиями, а у кого-то с экономической защищенностью".
По мнению Габолаевой, популярность Сталина растёт со снижением ощущения социальной справедливости, которая "при нём была на высшей точке". "Для меня Сталин это практический опыт принципиально нового экономического устройства общества. Не идеального, но более совершенного и перспективного, чем основанного на рыночной экономике и капитале", – рассуждает женщина.
В Осетии производят бюсты Сталину, которые потом ставят по всей стране. В республике памятников советскому лидеру почти тридцать. И их количество продолжает расти. Последний установили в минувшем декабре – в селении Комгарон Пригородного района (у здания администрации).
В КПРФ уверяют, что этот памятник был возведён Сталину ещё при его жизни, однако после развенчания культа личности его вынесли ночью и спустили в реку. Через некоторое время директор сельской школы привёз памятник домой и закопал у себя во дворе. За попытку поставить его у себя в палисаднике его исключили из партии. Сейчас же монумент вновь водрузили на основание со всеми почестями.
"Сталина обвиняют в репрессиях, но представителей моей фамилии – Хугаевых – почти 10 тысяч. Я не слышал ни про одного репрессированного среди них, – вступается Спартак Хугаев. – А сейчас процентов 30-40 нуждается в репрессиях. Сталин выселял нечестных, подлецов и предателей родины. Согласно раскрытым архивам, не Сталин был виноват, а первые секретари, которые сами были расстреляны после того, как про их преступления стало известно".
Единственный оставшийся в живых в Осетии узник сталинских лагерей Аузби Зураев, ныне возглавляющий организацию, объединяющую политически репрессированных, Сталина тоже не проклинает. "Я уважаю Сталина как руководителя, – признаётся он. – Только в одном у него была ошибка – что репрессии в 1937-1938 гг. допустил".
В честь Иосифа Виссарионовича в декабре в Осетии прошёл брейн-ринг "Великий Генералиссимус", а в Национальной научной библиотеке – конференция "Сталин и современность".
Пресс-служба КПРФ сообщала, что весь месяц по Осетии проходили разнообразные акции: "Гвоздики для товарища Сталина", уроки-лекции "Сталинские чтения" и конкурс детского рисунка "75 лет Победы!". Кроме того, в декабре прошла выставка картин с изображением Сталина и была открыта экспозиция "Личный архив И.В. Сталина".
"Когда едешь в транспорте – часто слышишь: 'Сталина нам не хватает', - вздыхает Хугаев. – Продали нашу страну…" /kavkazr.com/
İran və Rusiya döyüşçüləri Suriya cəbhəsində

Şiə və pravoslav qardaşlığı əbədidir

Ona dua edin...

Rauf Hüseyn

Qardaşlardan bir neçəsi illər öncə Ərbəin ziyarətinə Kərbəlaya yollanmışdılar. Yollarını piyada daha çox yol getsinlər deyə Bəsrə yoluyla getmişdilər. Həmin zəvvarlardan birinin mənə nəql etdiyini sizə danışım.

Gecə vaxt idi, biz qaranlığa düşmüşdük. İlk dəfə idi gedirdik, nə edəcəyimizi bilmirdik. Vahimə də basmışdı. Bir yer axtarırdıq ki, gecəliyək. Bir də gördük ki, adamlarla dolu maşınlar gəldi. Hərbi paltarlılar və mülki geyimlilər bizə dedilər gəlirsiz biznən. Ürəyimiz həyəcanla dolu idi, bilmirdik bizi hara aparırlar. Bir az yol getdikdən sonra nəhayət qaranlıqda uzaqdan görünən işıqlı bir yerə çatdıq. Bizi bir həyətə saldılar, çox gözəl, böyük bir neçə mülk də var idi həyətdə. Mülklərdən birinə bizi apardılar və dedilər narahat olmayın, siz bizim qonağımızsınız. Bir ağ saqqal var idi, ev sahibi idi və hamı da onun xidmətində qalırdı. O isə öz əliylə bizə süfrə açır, yemək gətirirdi, bir-bir bizim qayğımıza qalırdı, az qalırdı ki, ayaqlarımızı da yusunlar. Gecəni orda qaldıq, yuyunduq, yedik-içdik, dincəldik. Səhər oyandıq, səhər yeməyimizi də verdilər. Ev yiyəsinə çox sağ ol deməkçün görüşəndə bildik ki, bu Haşdi-Şabinin komandiri və İraqın böyük rütbəli generalı imiş. Həmin adam Qasim Süleymani ilə bir yerdə şəhid olan Əbu Mühəndis idi((( Onun bizdən bir xahişi var idi: tək-tək bizimlə görüşüb deyirdi ki, mənə Hərəmdə dua edin. Belə bir generalın ölümünə necə üzülməyəsən?! İman belədir: Nə qədər yüksəlsən təvazön də bir o qədər artar. İman olmasa, güc və qüdrət əldə edəndə ayağının altını görməz insan.
Ərbəində Kərbəla zəvvarı olanlar bəlkə də bu kişinin xidmət etdiyini görüblər, amma tanımayıblar. Çünki bu cür kişilər sinələrini meydanda önə verərlər, insanlar içində yox.







Siyasi arenanın "əxlaqsız qadını"

Nicat Kazımov

Süleymaninin şəhadətindən sonra İran, terrorçu Amerikanın İraqdakı ən böyük bazasını darmadağın elədi.
Hücumdan sonra bütün dünyanın diqqəti terrorçu Amerikada idi. Çünki, terrorçu Amerika özünü dünyanın supergücü kimi göstərirdi. Trump və ətrafındakılar da bilirdilər ki, buna cavab vermək lazımdır.
İran isə hər hansı cavab olarsa, Hayfanı hədəf alacağını bildirdi. Bu isə qondarma İsrail rejiminin sonu olacaqdı.
Terrorçu Amerika çox çətin seçim qarşısında qalmışdı. Ya İranın hücumuna susmaqla dünyadakı nüfuzunu itirəcəkdi, ya da cavab verməklə qondarma İsrailin varlığını sual altına qoyacaqdı.
Həmçinin İran terrorçu Amerika obyektlərini ard-arda hədəf alacaqdı.
Düzdür, terrorçu Amerika cavab vermək üçün bir balaca cəhd göstərdi, amma İran terrorçu Amerikanın 8 ədəd pilotsuzunu sakitcə endirdi, mərkəzlə əlaqəsini kəsdi, hətta bu pilotsuzlar mərkəzə video görüntü də göndərə bilmirdilər.
Terrorçu Amerika başa düşdü ki, İran hava hücumundan müdafiəsi olduqca güclüdür.
Bəs çıxış yolu nə idi? Trump "əxlaqsız qadınların" yoluna əl ataraq çıxış yolu tapdı.
Amerikanın əsas iki məqsədi var idi.
1) İranın hücumunu ört basdır edərək gündəmi dəyişmək;
2) İran hava hücumundan müdafiəsinin qüdrətini sual altına almaq.
Çıxış yolu olaraq, terrorçu Amerika ənənəvi yoluna üz tutdu. Yenə günahsız insanlar!
Terrorçu Amerika bu dəfə Ukraynaya məxsus Boinq təyyarəsinə kiberhücum edərək, onun vurulmasına nəinki şərait yaratdı, hətta, zəruri elədi.
İran hava hücumundan müdafiəsi təyyarəni vurduqdan sonra, dərhal terrorçu Amerika bildirdi ki, təyyarəni İran vurub və bu xəbəri tirajlamağa başladılar.
Nəticədə Süleymaniyə olan terror hadisəsi, hərbi bazalarının darmadağın edilməsi ikinci plana düşdü.
Bütün dünya Ukrayna təyyarəsindən danışmağa başladı.
Terrorçu Amerikanın İrana cavab vermək üçün cəsarəti çatmadığına görə, "əxlaqsız qadınların" yoluna əl atdı.
İndi kimlər ki, təyyarə mövzusunda İranın hava hücumundan müdafiəsinin zəif olduğu fikrini irəli sürübsə, onlar bir daha fikirləşsin.
Terrorçu Amerikanın ən bahalı pilotsuzlarını endirən İran hava hücumundan müdafiəsi nəinki zəif deyil, hətta, terrorçu Amerikanın tərifli Patriotlarını dəfələrlə üstələyir.
Nəticədə belə şəxslər, bilərəkdən və ya bilməyərəkdən terrorçu Amerikanın planına kömək etmiş oldular. Terrorçu Amerikanın dünya arenasında formalaşdırmaq istədiyi fikrə dəstək verdilər və bu yalan oyunun iştirakçısına çevrildilər.
Belə şəxslərə tövsiyəmiz odur ki, nə qədər gec deyil tövbə etsinlər.
İstər möminlərdən, istər qeyri möminlərdən olsun fərq eləmir.
Əgər bu işdə terrorçu Amerikanın planına sözdə dəstək vermisizsinizsə, tövbə qapısı hələ də açıqdır.

Şәhid Qasim Süleymaninin ömrünün son günü

Mәşriq agentliyinin verdiyi xәbәrә görә, Fatemiyyun qruplaşmasının üzvlәrindәn biri Şәhid Qasim Süleymani terror olmamışdan qabaq son gündә baş verәnlәri öz sәhifәsindә paylaşıb. İnstagramda paylaşılan bu xәbәr islamın rәşadәtli әsgәri Şәhid General Qasim Süleymaninin son saatları ilә bağlı çox maraqlı mәqamları özündә әks etdirir. Şәhid Süleymaninin ömrünün son gününün әksәr hissәsini onunla bir yerdә keçirdәn döyüşçü yazır.

Sonuncu gün...
03.01.2020.
Sübh saat 7, Dәmәşq. Arxamca gәlәn maşınla iclasa yola düşdüm. Hava buludludur vә sәrin meh әsir...
Saat 07:45.
Yığıncaq olacaq yerә çatdım. Hәmişәki kimi Suriyada olan bütün müqavimәt hәrәkatlarının mәsulları iclasda hazırdırlar.
Saat 08:00.
Hamı bir-biri ilә söhbәt edir. Bu vaxt qapı açılır vә müqavimәt hәrәkatının baş komandanı içәri daxil olur. Hәmişәki tәbәssümlә hamıdan kef-әhval soruşur. Bir neçә dәqiqә dilxoşluqdan sonra Hacı Qasim rәsmәn iclasın açılışını elan edir. Çıxışının әvvәlindә deyir: "Hamı yazsın, nә deyirәmsә, hamısını yazın!" Hәmişә bәzi mühüm qeydlәr edәrdik, amma bu dәfә Hacı deyәcәklәrinin hamısını yazmağı tәkidlә israr etdi. Danışdı, hey danışdı... Gәlәcәk 5 illik plandan, tәk-tәk müqavimәt qruplarının hәr birinin növbәti 5 ildә görәcәklәri işlәrdәn, müqavimәt qruplarının qarşılıqlı әlaqәlәrindәn... vәrәqlәr bir-birinin ardınca doldu, amma o hey danışırdı. Әvvәllәr heç belә bir şey olmamışdı. Onlar ki Hacı ilә işlәyiblәr, bilirlәr ki, iclas zamanı çox ciddi olur vә heç vaxt sözünü kәsmәyә icazә vermir. Amma hәmin gün belә deyildi... Dәfәlәrlә sözü kәsildi, o isә aramla dedi: "Tәlәsmәyin, icazә verin sözümü sona yetirim".
Günorta saat 11:40.
Zöhr azanının vaxtı yetişdi. Hacının tapşırığı ilә qısa zamanda namaz qılındı vә nahar edildi. Dәrhal iclas yenidәn davam etdi..
Günortadan sonra saat 3.
Tәqribәn 7 saatdır iclas davam edir. Hacının ürәyindә nә var idisә, dedi vә biz yazdıq.
İclasın sonu...
Hәmişәki kimi әtrafına toplaşdıq vә danışa-danışa çıxış qapısına qәdәr müşaiyәt etdik. Çöldә bir maşın Hacını gözlәyirdi. Beyruta yola düşdü, Seyyid Nәsrullahla görüşmәk üçün.
Axşam saat 9 radәlәri.
Hacı Beyrutdan Dәmәşqә qayıtdı. Onu müşaiyәt edәn yoldaşı söylәdi ki, Seyyidlә yalnız bir saat bir yerdә oldular vә sağollaşıb ayrıldı. Hacı bu gecә Bağdada gedәcәyini bildirdi vә tapşırdı ki, hazırlıq görsünlәr. Araya sükut çökdü. Bir nәfәr sükutu pozdu: "Hacı İraqda vәziyyәtә yaxşı deyil, hәlәlik getmәyin!" Hacı gülә-gülә dedi: "Qorxursuz ki, şәhid olum!" Söhbәt açıldı, hәrә bir söz dedi: "Şәhadәt iftixardır, amma sizin getmәyiniz bizim üçün faciәdir". "Hacı, bizim sizinlә işimiz hәlә çoxdur". "..." Hacı üzünü bizә tutdu, araya yenә sükut çökdü. Çox sakit vә sözlәrini ölçә-ölçә dedi: "Meyvә yetişdisә, bağban gәrәk onu yığsın. Әgәr yığmasa, ağacda çürüyәcәk vә özü düşәcәk". Sonra gözünü orda toplaşanların içәrisindә gәzdirәrәk, әli ilә bir neçә nәfәri göstәrdi: "Bu yetişib, bu da yetişib, bu da..."
Gecә saat 12.
Tәyyarә göyә qalxdı.
Gecә saat 2.
Hacının şәhadәt xәbәri yetişdi.
Dәmәşdә hәmişә istirahәt etdiyi evә getdik. Bir kağaz tikәsi yazmışdı vә güzgünün qarşısında qoymuşdu...
Kağızda yazılmışdı: "Әlhәmdu lillahi Rәbbil Alәmin. İlahi, mәni pak qәbul et..."

15.01.2020

"...Это было нужно только чтобы спровоцировать Россию. Еще один пример – война в Грузии. Почему никто не говорит правду о том, как Саакашвили начал обстрел миротворческих сил в касках ООН, которые стояли на границе с Южной Осетией? За неделю до этого у него гостила Кондолиза Райс, которая тогда занимала пост госсекретаря США. Что вы думаете, она не знала, что через неделю он начнет обстрел и спровоцирует Россию? Я не знаю, что она ему обещала и на что надеялся этот человек. Потом еврокомиссия рассматривала все это и заключила, что войну начал Саакашвили. По поводу действий России там было только одно предложение: «Russian use excessive force» (Русские применили чрезмерную силу). Но что это значит? Если ты ударил меня, я что тебя гладить должен? Дали в ответ по зубам. Но начал войну Саакашвили. Он – провокатор".

Бывший министр иностранных дел Латвии Янис Юрканс

Юрканс: 30 лет под «крылом» у США поставили Латвию на грань нищеты

Почти тридцать лет независимости под покровительством США поставили Латвию на грань нищеты, превратив страну в «полигон сумасшедшей антироссийской политики». О последствиях санкций, языковых ограничениях, нагнетании страха перед «оккупацией» и трезвом взгляде на крымский вопрос в интервью «ПолитЭксперту» рассказал бывший министр иностранных дел Латвии Янис Юрканс.

Прошлое, настоящее и будущее отношений Прибалтики и России обсуждали участники международного круглого стола в СПбГУ. Одним из приглашенных гостей стал известный латвийский дипломат и общественный деятель Янис Юрканс, в отличие от многих сохранивший уверенность в том, что Россия – не враг. В интервью ПЭ он рассказал, что происходит в современной Латвии и виден ли свет в конце тоннеля.

ПЭ: В одном из интервью вы сказали, что за почти 30 лет под «крылом» у США Латвию поставили на грань нищеты. Есть ли какие-то предпосылки к тому, чтобы политика республики начала меняться?
Я.Ю.: Нет. Пока нет. Потому что мы слушаем Дядю Сэма, которого не очень понимаем. Дядя Сэм закрыл наш порт в Вентспилсе. Корабли туда входить не могут, иначе попадут под санкции США. Представьте, целый город, где практически все работают в порту. Порт закрыт. Некоторые латвийские банки тоже закрыл Дядя Сэм – за то, что якобы отмывали российские деньги. Мы не знаем, что Дядя Сэм хочет сделать из Латвии. И сколько налогов на эту политику было потрачено, никого не интересует. У нас сейчас премьер – американец (Артурс Кришьянис Кариньш, премьер-министр Латвии с 23 января 2019 года, родился в Уилмингтоне, штат Делавэр, США. – Прим. ПЭ). Эти люди не знают, куда мы движемся. Так что все довольно пессимистично.

ПЭ: Санкции заметно ударили по экономике?
Я.Ю.: Ну, к примеру, наши шпроты кто покупал? В Европе не едят рыбные консервы. Мы отправляли их в Россию. Мы могли бы поставлять в Петербург и другие регионы РФ свои яблоки, картошку. Такой рынок! Сколько предприятий умерло из-за этих санкций, сколько рабочей силы потеряно. Многие начали уезжать. В 90-м году население у нас было 2,5 млн, а сейчас – 1,9 млн. Почти миллион людей мы потеряли, и, по прогнозам, этот процесс продолжится. Кто будет пожилым людям зарабатывать пенсию? Впрочем, финансисты говорят, что скоро в Латвии пенсий не будет – будут пособия. Знаете, мне больно. Я люблю Латвию и мне жалко моих детей и внуков, потому что Латвия, к сожалению, превратилась в полигон сумасшедшей, агрессивной внешней политики американцев. Мы начали не пускать русских артистов, убрали из Латвии «Новую волну», которая ежегодно проходила в Юрмале и буквально кипела. Сейчас этого нет. Мы выталкиваем все русское, к сожалению. Перед войной в Латвии можно было получить начальное образование на семи языках. Почему русский ребенок не может пойти в начальную школу, где бы его учили русскому языку? Сейчас язык используют как плетку для наказания русских. Я бы хотел рассказывать что-то оптимистичное, что будет лучше. Но откуда этому взяться? 

ПЭ: Многие видят, что происходит, и разделяют вашу позицию?
Я.Ю.: Когда я в «Фейсбуке» пишу что-нибудь политическое, это набирает 15 лайков. А когда напишу из разряда funny, – 115. Люди боятся выражать свое мнение о политике, боятся России. Россия для многих – оккупант. На 9 Мая они смотрят как на праздник оккупантов. Это хороший политический кирпич для националистических партий, которые сейчас у власти.

ПЭ: В 2015 году Вы одобрили решение крымчан о воссоединении с Россией. Много критики пришлось выслушать по этому поводу?
Я.Ю.: О, да! Меня даже на Украину не пускают, хотя виза туда не нужна. Вот говорят – события 2014 года. Но никто толком не объясняет, почему на Украине началась гражданская война. Кто виноват в этом? Прочтите книгу Бжезинского. Был такой аналитик Збигнев Бжезинский. Он в 1997 году выпустил книгу «The Grand Chessboard: American Primacy and Its Geostrategic Imperatives» («Великая шахматная доска: главенство Америки и ее геостратегические императивы». – Прим. ПЭ). В ней он пишет, что надо оторвать Украину от России, что Россия без Украины – ничто. И посмотрите: Украина никогда не была так далека от России, как сегодня. Это полностью американский проект. Недаром на Майдане бегала посол США Виктория Нуланд. Украину начали провоцировать еще в 2013-м, когда Януковича пригласили в Вильнюс подписать договор об ассоциации с Евросоюзом. Украину, которая ну так далека по всем параметрам от Евросоюза! В этом договоре ведь не только про экономику. Там большой блок о security – безопасности: членство в НАТО и так далее. Это было нужно только чтобы спровоцировать Россию. Еще один пример – война в Грузии. Почему никто не говорит правду о том, как Саакашвили начал обстрел миротворческих сил в касках ООН, которые стояли на границе с Южной Осетией? За неделю до этого у него гостила Кондолиза Райс, которая тогда занимала пост госсекретаря США. Что вы думаете, она не знала, что через неделю он начнет обстрел и спровоцирует Россию? Я не знаю, что она ему обещала и на что надеялся этот человек. Потом еврокомиссия рассматривала все это и заключила, что войну начал Саакашвили. По поводу действий России там было только одно предложение: «Russian use excessive force» (Русские применили чрезмерную силу. – Прим. ПЭ). Но что это значит? Если ты ударил меня, я что тебя гладить должен? Дали в ответ по зубам. Но начал войну Саакашвили. Он – провокатор. Все это факты. Но об этом никто не говорит. Думаю, российская дипломатия в Прибалтике могла бы быть более агрессивной, чтобы рассказывать все то, о чем я говорю.

ПЭ: Как преодолеть демонизацию России и Владимира Путина в странах Балтии?
Я.Ю.: Знаете, когда-то в моей молодости выпускалась «Литературная газета», там была рубрика «Если бы я был директор». Так вот, если бы я был «директором» Латвии, я попытался бы создать Союз балтийских государств. И этот союз выступил бы против санкций, начал политику не против России, а вместе с Россией: развивал бы экономическое сотрудничество, борьбу против военных баз Запада на нашей территории. Чтобы показать прибалтам, что Россия – не враг и не угрожает нам. Россия – наш сосед. В Латвии живут полмиллиона русских людей. Сегодня в мире другие очаги опасности. Это не Прибалтика и не Европа. Это Китай, Америка, Ближний Восток. Но Европа увеличивает военный бюджет. И нас тоже туда втянут. Спрашивается – зачем? У меня такое впечатление, что прибалтийские политики не знают, что такое современное российское оружие. Мы покупаем танки, спускаем деньги в песок, вместо того чтобы выделить их на образование. Следующие войны, если и будут, это будут кибервойны. Никто не станет бегать с Калашниковым по улицам и стрелять. Мы, прибалты, должны понять, что Россия – это наш реальный сосед, а не идеологическая кукла. Мир стал совершенно другим. США, Китай и Россия определяют все в мире. Что с Европой? Думаю, она останется на задворках, и американцы скоро станут задом от нее уходить. Для них Россия еще долго будет «врагом номер №1». А поскольку мы подчинены политике США, будем делать то, что Дядя Сэм скажет. Рисовать какие-то веселые картинки в таких условиях очень трудно. Я не вижу света в туннеле. А если кто-то и видит, то это очень длинный тоннель...

politexpert.net

Xoşqədəm Hidayətqızı sələmə pul verir? - Məhkəmə QƏRARI

Zaman-zaman müxtəlif telekanallarda yayımlanan “Səni axtarıram” proqramının müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı (Baxşəliyeva) ilə bağlı məhkəmə qərarlarından belə görünür ki, o sələmlə pul verirmiş. Qərarda X.Hidayətqızının özünün də etiraflarına istinad olunub.
yeniavaz.com xəbər verir ki, bu barədə Meydan TV-yə məlumat verən mənbənin sözlərinə görə, məhkəmə qərarı X.Hidayətqızının iddiası əsasında çıxarılıb. Aparıcı məhkəmədən əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib, sələmlə pul verdiyi Məmmədtağı İbrahimovun cinayət məsuliyyətinə cəlb olunmasını istəyib. Lakin cinayət işi başlanması rədd olunub. Bundan sonra X.Hidayətqızı Nərimanov Rayon Məhkəməsinə üz tutub.
Aparıcı bildirib ki, M.İbrahimova üç dəfəyə 49 min manat pul verib. Bunun 25 min manatını aylıq 5 faizlə 2013-cü ilin noyabrında, 20 min manatı isə aylıq 6 faiz əlavə ödəniş şərtilə, 2014-cü ilin noyabrında verib. X.Hidayətqızının sözlərinə görə, qalan 4 min manatı da sonradan 6 faizlə verib.
M.İbrahimov isə 20 min və 25 min olmaqla, ikidəfəyə 45 min manat aldığını təsdiqləsə də, X.Hidayətqızıdan 4 min manatı almadığını deyir. Bildirir ki, aldığı 45 min manatdan da 28 min 900 manat qaytarıb. M.İbrahimov qaytardığı pulun əsas borcdan çıxılmasını istəyib. Bildirib ki, onu faiz kimi yox, borcdan verib.
Lakin X.Hidayətqızı ona əsas borcdan bir manat da qaytarılmadığını iddia edib.
X.Hidayətqızı məhkəməyə müraciətində 49 min əsas borc, 2015-ci ilin mayından qətnamə icra olunduğu günə qədər aylıq 6 faizdən hesablanmaqla, hər ay üçün 2940 manat da faiz borcu tələb edib.
Nərimanov Rayon Məhkəməsi onun iddiasını qismən təmin edib. Məhkəmə belə qərara gəlib ki, X.Hidayətqızı 4 min manat verdiyini sübut edə bilməyib. Ona görə də yalnız 45 min manat əsas borcun qaytarılması barədə qətnamə çıxarıb. Aparıcının hər ay üçün 2940 manat faiz tələbi də rədd edilib.
Həmçinin M.İbrahimovun da 28 min 900 manat qaytarması barədə dedikləri də qəbul edilməyib. Hakim qərarda yazıb ki, cavabdeh bu məsələ ilə bağlı ortaya sübut qoya bilməyib.
Bakı Apelyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. M.İbrahimov sonra Ali Məhkəməyə kassasiya şikayəti vermək istəsə də, qəbul edilməyib, çünki vəkil orderi əlavə olunmayıb. M.İbrahimov vəkil tutmağa imkanı olmadığını əsas gətirib, apelyasiya məhkəməsinə müraciət edib ki, ona dövlət hesabına vəkil təyin edilsin. Bakı Apelyasiya Məhkəməsi onun ərizəsini rədd edib. Bu qərardan Ali Məhkəməyə şikayəti də təmin olunmayıb.
Bir müddət sonra M.İbrahimov 45 min manatlıq qərardan da Ali Məhkəməyə şikayət edib. Ali Məhkəmə də əvvəlki qərarları dəyişməyib.
Meydan TV məsələyə Xoşqədəm Hidayətqızının münasibətini öyrənmək istəyib. Lakin aparıcı “bu məsələ mənim üçün qapanıb” deməklə açıqlama vermək istəməyib.
Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, vətəndaşın sələmə pul vermək hüququ yoxdur. Sələm dedikdə, gəlir əldə etmək məqsədi ilə pulun birbaşa faizə verilməsi başa düşülür. Bu da ancaq bank olmayan kredit təşkilatları, banklar, və lombardlar tərəfindən müqavilə əsasında həyata keçirilir. Vətəndaşların isə faizə pul verib, müqavilə bağlamaq səlahiyyətləri yoxdur.
Hüquqşünas Məhərrəməli Həmidov femida.az-a deyib ki, verilən sələmə görə faiz tələb etmək cinayət məsuliyyətinə səbəb ola bilər: “Verilən sələmə görə sələm alandan nəinki faiz tələb etmək, əksinə, dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq tələb olunduğu halda belə razılıq almadan bu cür qanunsuz fəaliyyət göstərdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati və cinayət məsuliyyətə cəlb oluna bilərlər”.

Talış zonasında yaşayanların xərçəngə tutulması ilə bağlı maraqlı FAKT

Geologiya və Geofizika İnstitutu tərəfindən Azərbaycanın yüksək təbii radiasiya fonu olan ərazilərində yaşayan əhalinin həyat keyfiyyəti və uzunömürlük fenomeni tədqiq edilib.
İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqat zamanı Talış zonasında radiasiya səviyyəsinin monitorinqi aparılıb, ərazidə uzunömürlülüyün yaş və gender strukturu müəyyən edilib.
Tədqiqat zamanı yaşayış yerlərində radonun həcminin aktivlik səviyyəsi ilə insan ömrünün müddəti arasında əlaqənin olması ilə bağlı təhlil aparılıb.
Müəyyən edilib ki, əhali arasında ağciyər bədxassəli törəmə xəstəliyinə tutulanların sayı radonun miqdarından (˃250 Bk/mᶾ) yuksək dərəcədə asılı olub. Bu problemin optimal həlli kimi yaşayış binalarının zirzəmilərində fasiləsiz havalandırma sistemləri quraşdırmaqla radon riskinin azaldılması təklif edilib.

Tələb: "Xoşqədəmin, Zaurun, Elgizin verilişləri bağlanmalıdır"

“Üç-beş hüquqşünası, eksperti başına yığıb jurnalistlər efirlərdə hakimlik, müstəntiqlik edir!”

“Düşünürəm ki, efirlərdən cəmiyyət hadisələrinin araşdırılmasını əks etdirən verlişlər birbaşa olaraq bağlanmalıdır! Xüsusən də Xoşqədəm Hidayətqızının, Zaur Bəxşəliyevin, Amil Xəlilin, Elgiz Əkbərin aparıcısı olduğu “Səni axtarıram”, “BizimləSən” “Gəl dərdini danış”, “Elgizlə izlə” verilişləri”.
konkret.az bildirir ki, bunu AYB üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu deyib.
O bildirib ki, biz suveren ölkədə yaşayırıq və bu kimi məsələlərlə məşğul olan güc nazirliklərimiz, bu məsələlərə dair aidiyatı orqanlarımız var:
Aidiyyatı orqanlar qalıb bir kənara, telekanalların qapısı olub məhkəmə, polis qapısı. Üç-beş hüquqşünası, eksperti başına yığıb jurnalistlər efirlərdə hakimlik, müstəntiqlik edir!”.

“Gilan”-a aid tikinti obyektində insident: Türkiyəli menecerlər Azərbaycanı təhqir etdilər, dava düşdü

Azərbaycanlıların ən çox istismara və təzyiqə məruz qaldığı ölkə Azərbaycandır. Əcnəbilərin ən yaxşı yerlərdə işlədiyi, sərvətlərimizin qaymağını yediyi ölkəmizdə öz vətəndaşlarımıza qara işlərdə çalışmaq qismət olur.
Bu da azmış kimi, öz ölkəsində ən ağır işləri görən sadə vətəndaşlarımız əcnəbilərdən dəfələrlə az maaş alması bir tərəfə, həm də xarici patronları tərəfindən aşağılanırlar. Bir zamanlar Xəzər dənizində xarici şirkətlərdən birinə məxsus gəmidə Azərbaycan bayrağının təhqir olunması, yəqin ki, bir çoxlarımızın yaddaşından silinməyib. Amma deyəsən bizi öz ölkəmizdə təkcə ingilislər təhqir etmirlər. Qanı qanımızdan olan, “bir millət, iki dövlət” deyərək öyündüyümüz türk patronlar da öz ölkəmizdə qara qul kimi işlətdikdikləri azərbaycanlıllara ingilisdən fərqli yanaşmırlar.
Ovqat.com-un etibarlı mənbələrdən aldığı məlumata görə, dünən “Crescent development project”ə aid tikinti obyektlərindən birində də bənzər hadisə yaşanıb.
Bildirilir ki, iş saatını qanunsuz olaraq 1 saat artıran türk mühəndislərə yerli işçilərimiz bunun səbəbini soruşublar. Əvəzində isə ağır cavab alıblar. Onur Acıyel və Oğuz adlı menecerlər azərbaycanlı fəhlələrə “siz qudurğan millətsiniz” deyiblər. Bundan qəzəblənən fəhlələr ağzının danışığını bilməyən türk menecerləri bərk döyüblər. İnşaata rəhbərlik edən digər türkiyəlilər də öz yerlilərinin köməyinə gəliblər. Beləcə, insident döyüyüb. 3-4 nəfərin ağır xəsarət aldığı dava Onur Acıyelin üzr istəməsi ilə səngiyib. Məlumata görə, menecer öz üzrxahlığını səsgücləndirici vasitəsilə edib.
Qeyd edək ki, insident Dəniz Vağzalının yanında inşa edilən Aypara şəhərciyində baş verib. Şəhərcik Azərbaycanın ən iri tikinti layihələrindəndir. 2013-ci ildə tikintisinə başlanılan bu şəhərçikdə “Aypara Sarayı” (Crescent Palace), “Aypara şəhərciyi” (Crescent City) və “Aypara oteli”indən (Crescent Otel) ibarət iri komplekslər inşa olunur. Layihədə  həmin ərazidə yaşayış kompleksi, Azərbaycanın ən hündür mərtəbəli oteli və iri ticarət mərkəzinin inşasını nəzərdə tutulur.
Maraqlıdır ki, 2013-cü ildə inşasına başlanılan bu tikintilərin icazəsi 6 ildən sonra  - 2019-cu ildə alınıb. 26 iyul 2019-cu il tarixində Nazirlər Kabineti tərəfindən verilən icazə kağızında göstərilib ki, həmin ərazidə 41 mərtəbəli (43 201 kv. m.) ofis binası, 6 mərtəbəli alış-veriş mərkəzi, 32 mərtəbəli yaşayış binası və 29 mərtəbəli otel inşa olunacaq. Layihənin “Gilan Holding”ə aid olduğu vurğulanır. Belə görünür ki, “Gilan Holding” arxasında dayanan iri məmurların himayəsilə əvvəl tikib sonra sənəd alırmış. Bir növ işi, türklər demişkən, “oldu-bitdi”yə gətirirmişlər.
Layihə ilə bağlı verilən məlumatlara görə, şəhərçikdə inşa olunan «Aypara Sarayı»nın hündürlüyü 57,2 metr təşkil edəcək. Bu bina 32 mərtəbədən ibarət olacaq və burada 128 modern yaşayış mənzili yerləşəcək. “Aypara oteli”nin hündürlüyü isə 166,6 metr olacaq. Otel binasının 36 mərtəbəli olması nəzərdə tutulub. Bu layihədə ən yüksək mərtəbəli bina isə «Aypara şəhərciyi» olacaq - 203,8 metr. Bina 41 mərtəbəli olacaq və burada yalnız ofislər yerləşəcək. Tikintilərdə artıq son tamamlama işləri görülür.
Görünür, layihənin sahibləri bir an öncə qazanc götürmək məqsədilə işi tezləşdirməyə çalışırlar. Bunun üçün isə binəva azərbaycanlı fəhləsinə alın tərinin belə haqqını vermək istəmirlər.
Məlumatlı mənbənin dediyinə görə, Aypara şəhərçiyində əcnəbi hegemonluğu ən yüksək səviyyədədir. Şəhərçiyin bütün inşa işləri Türkiyə şirkəti olan “İlk İnşaat Taah. San. ve Tic. A.Ş”-yə verilib. O da ən yağlı işlərə Türkiyə vətəndaşlarını və şirkətlərini cəlb edib. Azərbaycan vətəndaşlarına düşən isə “qara-qura” işlərdir. Üstəlik, binəva azərbaycanlılar normal iş vaxtından daha artıq işlədilir və bunun müqabilində hər hansı ödəniş də ala bilmirlər.
Ötən gün şirkətdə baş verən insident də məhz bu səbəbdən çıxıb. Bu gün isə müftə əlavə iş vaxtı ləğv olunub.
Şəkildə: Azərbaycanın puluyla bəslənib azərbaycanlıları “qudurğan” adlandıran Onur Acıyel. /ovqat.com/

"Abadlıq adı ilə sahibkarlardan vəsait yığırlar. Belə abadlıq bizə lazım deyil"

“İcra başçısı vətəndaşlara münasibətdə yekəxanalığa yer olmamalıdır, özlərini təkəbbürlü aparmamalıdırlar, vətəndaşlara yuxarıdan aşağıya baxmamalıdırlar, vətəndaşlara xidmət etməlidirlər, vətəndaşları incitməməlidirlər, hansısa abadlıq işlərinə sahibkarlardan qanunsuz pul tələb etməməlidirlər. İndi abadlıq adı ilə bilirəm ki, sahibkarlardan vəsait yığırlar. Bu, qətiyyən qəbuledilməzdir. Belə abadlıq bizə lazım deyil”.
“Marja” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində bildirib.
Dövlət başçısı sözlərinə belə davam edib: “Rüşvət almamalıdırlar, əksinə, çalışmalıdırlar ki, investorları cəlb etsinlər. Yoxsa bəzi hallarda kimsə gəlib nəsə iş görmək istəyir, ona şərait yaratmaq əvəzinə, ondan pul tələb edirlər. İndi son vaxtların tədbirləri bunu göstərdi. Mən xəbərdarlıq etmişdim. Bəzilərinə dedim ki, hər kəs eşitsin, əyri yolla getsəniz inzibati cəza ən yüngül cəza olacaq. İnzibati cəza ilə iş məhdudlaşmayacaq. Amma bəziləri bəlkə hesab edirdilər ki, onlara aid deyil. Ona görə belə yolverilməz addımlar atdılar”.
İlham Əliyev əlavə edib ki, dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəşiblər: “Onlardan soruşsan deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə icra başçısı ilə söhbət edəndə deyirəm hansı problem var - hər şey əla. Axı belə ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm hansı məqsədi güdür. Ona görə mənim kameralar qarşısında yeni təyin edilmiş icra başçılarına dediyim sözlər onlara verilən ən ciddi tapşırıqdır və onlar bu tapşırığı yerinə yetirməlidirlər”. 

Израильский исследователь объявил цыган потерянным коленом Израиля

О своем открытии Шмуэль Абукия рассказал на первом еврейско-цыганском форуме в Иерусалиме

В Иерусалиме состоялся первый еврейско-цыганский форум. Цель организаторов - доказать, что цыгане имеют еврейское происхождение.
Доказательством "библейской связи" цыган с евреями уже много лет занимается Шмуэль Абукия из Кохав-Яакова, который выступил одним из организаторов форума. По его мнению, цыгане – потомки потерянного колена Шимона (Симеона). "При глубоком погружении в тексты Торы открывается их глубинный смысл, - поясняет Абукия. – Так совершенно неожиданно я столкнулся с темой цыган, обнаружив свидетельства их связи с еврейским народом. Я продолжал поиски, параллельно публикуя свои заметки в своем блоге. Я получал много комментариев, а со временм решил продвинуть дело дальше, создав еврейско-цыганский форум".
На форум в Иерусалим прибыли около 60 цыган, преимущественно из Франции. На встрече Абукия представил выводы своего исследования, объявив цыган потомками евреев из колена Шимона.
Символом форума, кстати, стал знак, объединяющий Звезду Давида и чакру колесо - символ цыганского сообщества.
"Цыгане знают о своем еврейском происхождении, но у них нет доказательств, - заявил Абукия в беседе с корреспондентом Ynet. – Надеюсь, что совместно нам удастся такие доказательства получить".
По словам исследователя, впервые он обнаружил намеки на цыган в Книге бытия (Берешит).
Абукия говорит, что поддерживает связь со многими цыганскими общинами, в том числе из Франции, Финляндии, Испании, России и даже США.
- Почему вы стали искать еврейскую связь цыган, которая никогда не была доказана?
- Историческая связь между народами просматривается достаточно хорошо. Если помните, нацисты стремились уничтожить только два народа - евреев и цыган, есть и другой исторический контекст. Если есть доказательство, что мы нашли потерянное колено Израиля, то нельзя его игнорировать.
- А как относятся к вашим выводам в религиозных кругах? Есть кто-то из авторитетных раввинов, которые вас поддерживает?
- В настоящее время я работаю над видео и книгой, в которой будут представлены результаты исследования и полученные в его ходе доказательства. Далее - слово за раввинами и авторитетами в области Галахи.
- Скорее всего их ответ будет отрицательным.
- Понятно, что большинство моих выводов кажутся подозрительными. Но я следую еврейской логике - только то, что кажется невозможным, в итоге и происходит. Вспомните, например, создание Государства Израиль. Это тоже казалось неосуществимой мечтой, но вот мы здесь. Очевидно, что это длительный процесс, и мы находимся только в начале пути. Если это правда, то в конце концов все сбудется.
СПРАВКА. Согласно Торе, колен Израилевых было 12 - это потомки сыновей Яакова, образовавшие народ Израиля. Десять из них (кроме колены Иегуды и Биньямина) считаются потерянными во время ассирийского плена, в который они попали после гибели Северно-Израильского царства. Исторические сведения о потерянных коленах весьма отрывочны, и на протяжении многих веков местонахождение их потомков оставалось загадкой. Множились теории, предположения и мистификации, связанные с отождествлением потомков потерянных колен среди других народов. О колене Шимона известно меньше всего, так как считается, что еще до пленения они были ассимилированы более воинственным коленом Иегуды. Вообще сам вопрос о принадлежности потомков Шимона к потерянным коленам считается спорным. В Израиле проживает община ассимилированных цыган - преимущественно в Иудее и Самарии, а также в Газе и Восточном Иерусалиме. Они исповедуют мусульманство, хотя и говорят на одном из диалектов цыганского языка (домари). Их нередко называют цыгане-ром. Есть и в Израиле цыгане-рома, прибывшие в первые годы образования государства из Западной Европы. Нередко они выдавали себя за евреев в лагерях для перемещенных лиц. К настоящему времени эти люди практически полностью ассимилировались в еврейское окружение. С началом большой алии 1990 года в Израиле оказались и представители цыганской общины. Позже была создана Roma Virtual Network (инициатор Валерий Новосельский), которая стала крупнейшим цыганским СМИ, выходящим на ряде европейских языков. /www.vesty.co.il/

ABŞ əsgərləri: “Səddamın tikdiyi bunkerdə oturub ağlayırdıq”

İraqdakı Ayn-al-Asad amerikan bazasına İran raketlərinin zərbəsindən sonra bazada xidmət edən ABŞ və Danimarka əsgərləri yerli mətbuata açıqlamalar veribər. Onlar bildiriblər ki, raketlərin səsi onlarda qorxu və psixoloji pozğunluq yaradıb. Onlar bu hadisəni “həddən artıq qəddar hücum” adlandırıblar.
İran raket zərbəsi endirəcəyini qabaqcadan bildirib və amerikanlar da bu barədə məlumatlı olublar. İraqın baş naziri Adil Abdulmehdi deyib ki, İran hücumdan əvvəl onları məlumatlandırıb: “Hücumdan əvvəl bizə məlumat verildi, ancaq haranı vuracaqlarını bildirmədilər”. Raket atılacağını bilən hərbçilər bazadakı bunkerlərə sığınaraq orda gizləniblər. Bu bunkerlər hələ Səddam Hüseyn dövründən tikilmişdir.
Con adlı hərbçinin dediklərinə görə, onlar zərbədən iki saat yarım qabaq bunkerlərə doluşublar və orda oturaraq gözləyiblər: “Çəkisi bir ton olan raketlərlə zərbələr endirirdilər. Zərbənin təsirindən bunker titrəyir, içəri toz dolur və torpaq tökülürdü. Əsgərlərin çoxu ağlayırdı. Bunu sözlə izah etmək çətindir. Mən heç vaxt belə hiss yaşamamışam və ümudvaram ki, bundan sonra da yaşamayacağam. Bu çox amansız bir hücum idi”.
Danimarkalı serjant bildirmişdir ki, ilk raket səsini eşidən kimi amerikan əsgərləri ağlaşmağa başlamışlar. Amerikan hərbçilərindən biri bildirmişdir ki, özünü öldürmək istəmişdir: “Tapançanı başıma dirəmişdim və hazır vəziyyətdə dayanmışdım. Hər şeyin tez bir zamanda başa çatmasını istəyirdim”.
Bombardmandan sonra bazadakı hərbçilər İraqdan çıxarılaraq İordaniya və Küveytə yola salınmışlar. Danimarka hökuməti öz əsgərlərinin müalicəsi üçün psixoloqlar göndərmişdir.
Koalisiya hərbçilərinin etirafları sosial şəbəkələrdə gülüş doğurmuşdur. “Bu sizinçün ayaqyalın insanları pilotsuz təyyarələrdən bombalamaq deyil. Bax əsl demokratiya və azadlıq budur, hansını ki siz serblərə, iraqlılara və suriyalılara yaşatmısınız”- Tvitterdə @spacelordrock yazmışdır. “Qoy Səddama bu bunkerə görə sağ ol desinlər”- @QiluNwbfM7OywgN adlı nik şərhdə yazmışdır. “Əgər İran onları qabaqcadan xəbərdarlıq edəndə bu qədər qorxu çəkmişlərsə, gör indi xəbərdarlıqsız zərbə endirsə nələr olar”- publisist Boris Rojin Telegram-da yazmışdır.
Rusiya mətbuatının məlumatına görə bombardman zamanı 80 hərbçi ölmüş, 200 hərbçi isə yaralanmışdır. Yaralıları 9 amerikan vertolyotu ilə İsrail, İordaniya və Bağdad hospitallarına daşımışlar.
Ayn-al-Asad bazası ABŞ-ın Yaxın Şərqdəki ən böyük hərbi bazalarından biri idi. 280 milyon dollara başa gələn bazada ilk əvvəl 5000 hərbçi xidmət göstərirdi. CNN telekanalının hazırladığı reportajdan aydın olur ki, hal-hazırda baza xarabalığa çevrilmişdir. Ballastik raketlərin təsirindən beton divarlar aşmış, hərbçilərin yaşadığı və əmlakını saxladığı konteynerlər dağılmışdır.