17.06.2020

"Oqtay Əsədov dedi ki, Ramiz Mehdiyev və Siyavuş Novruzov sizin əleyhinizədir" - Sabiq icra başçısı

YAP-ın qurucu üzvlərindən biri, keçmiş deputat və icra başçısı Musa Musayevin “feysbukda” böyük marağa səbəb olan yazısı belə başlanır. M.Musayevin yazısı 15 il əvvəlin parlament seçkisi günlərindən bəhs edir.
Tanınmış YAP-çı hakim partiyanın rəsmi namizədi kimi iştirak etdiyi həmin seçkilər dövründə üzləşdiyi hadisələrlə bağlı çox maraqlı xatirələrini paylaşıb. M.Musayev yazır: “2005-ci il parlament seçkilərində namizədliyim Binəqədi rayonu 8-saylı dairədən YAP-ın namizədi kimi irəli sürülmüşdü. Sənədlərimi Dairə Seçki Komissiyasına (DSK) apardım ki, imza vərəqələri götürüm. DSK-nın sədri Rafiq Ağamaliyev adlı bir nəfər idi. Biləndə ki, mən YAP-ın deputatlığa namizədiyəm, kefi pozuldu. Soruşdum ki, nə olub? Cavab verdi ki, bəs buradan namizəd Azərbaycan Beynəlxalq Universitetinin rektoru, professor Elşad Abdullayevdir və mən ona söz vermişəm. Bildirdim ki, siz nə danışırsınız, YAP mənim namizədliyimi irəli sürüb, siz sənədləri qəbul edin və mənə imza vərəqələri verin. DSK sədri də əslən Qərbi Azərbaycandan olduğundan, həm də əmilərini tanıyırdım, çəkinmədən dedi ki, onun 100 min manat borcu var. Elşad ona söz verib və beh alıb ki, seçkidən sonra qalan pullarını da verəcək...
O zaman söhbətlər eşitmişdim ki, Elşad Abdullayev 2 milyon pul xərcləyib ki, deputat olsun. Buna məhəl qoymadım və imza vərəqələrimi aldım. İki gündən sonra imza vərəqələrini doldurub DSK-ya təqdim etdim. Bir neçə gündən sonra Rafiq mənə zəng edib dedi ki, bəs imza vərəqələrində səhvlər var və biz namizədliyinizi qeydə ala bilmirik. Artıq vəziyyətin nə yerdə olduğunu anladım. Banka gedib lazım olan depoziti ödədim və sənədləri gətirib DSK-ya təhvil verdim. Bir sözlə, namizədliyim qeydə alındı və namizədlik vəsiqəsini aldım”.
M.Musayev davamında yazır ki, bundan sonra Binəqədinin icra başçısı ilə görüşüb. Sitat: “Sonra gedib Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevlə kabinetində görüşərək real vəziyyəti öyrənmək istədim. Alı Qocayev mənə dedi ki, baxmayaraq sizin namizədliyiniz YAP tərəfindən irəli sürülüb, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev sənin əleyhinədir. O istəmir ki, siz deputat seçiləsiniz. Mən də bildirdim ki, partiyamızın sədri, cənab Prezident namizədliyimi irəli sürübsə, kimin bunu istəyib-istəməməsindən asılı olmayaraq, seçkilərə gedirəm. Bunu deyib icra başçısının kabinetini tərk etdim”.
YAP-çı daha sonra yazır ki, bu hadisənin səhərisi günü Alı Qocayevin qudası, “Azərsu”nun prezidenti və eyni zamanda Abşerondan deputatlığa namizəd Oqtay Əsədovla onun 20 Yanvarda yerləşən ofisində görüşüb: “Oqtay Əsədov YAP Siyasi Şurasının üzvü idi və 2000-2005-ci illərdə deputat həmkarım olmuşdu. Oqtay Əsədov mənə dedi ki, cənab Prezident, partiyamızın sədri istəyir ki, siz deputat seçiləsiniz, lakin Ramiz Mehdiyev və Siyavuş Novruzov əleyhinizədir. Cavab verdim ki, Oqtay müəllim, əgər YAP mənim namizədliyimi irəli sürübsə, cənab sədr də istəyirsə ki, mən seçilim, onda burada nə problem var? Oqtay müəllim bildirdi ki, real vəziyyəti deyir”.
Fikirlərini davam etdirən Musa Musayev seçki günü baş verənlərdən, Elşad Abdullayevin qalib elan olunmasından yazır: “YAP, Binəqədi icra başçısı, hüquq-mühafizə orqanları Elşad Abdullayevin xeyrinə çalışdılar. Bütün bunlara baxmayaraq, məntəqələrin əksəriyyətində mən birinci, Müsavat Partiyasının namizədi Arzu Səmədbəyli ikinci, Elşad Abdullayev isə üçüncü oldu. Hətta “Exit-poll”un nəticələrinə görə, mən birinci yerə çıxmışdım. Bütün bunlara baxmayaraq, axşam saat 24-də MSK Elşadı qalib elan etdi. Elşad Abudllayev səhəri günü böyük restoranların birində 500 nəfərlik qonaqlıq verdi. Orada vəzifəli və bəzi hörmətli insanlar da iştirak etmişdi. Mən “Şərq” qəzetində müsahibə verdim, seçkilərdə qanun pozuntuları, eyni zamanda YAP rəhbərliyində pozuntular və çirkin əməllər barədə məlumat verdim. Bu çirkin oyunlarda iştirak etməyəcəyimi bildirdim. Bir neçə gündən sonra 8 saylı DSK-nın 12 məntəqəsinin nəticələri ləğv edildi və müsavatçı Arzu Səmədbəyli qalib elan olundu...”
Musa Musayev xatırladır ki, deputat mandatını itirəndən sonra - 2006-cı ilin 24 martında cənab Prezidentin sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib: “Prezident Aparatında ilk öncə Ərazi idarəetmə şöbəsinin müdri Zeynal Nağdəliyevlə görüşməli oldum. Onunla tanış oldum və onun mənə ilk sualı belə oldu: “Alqış Musayev sənin nəyindir?” Mən də cavab verdim ki, əmioğlumdur. Nağdəliyev dedi ki, bilirsən, o 2005-ci ildə Lənkəranda başçı işləyəndə mənim barəmdə “Yeni Azərbaycan” qəzetində məqalə yazmışdı. Mən də cavab verdim ki, qəzetçinin peşəsi yazı yazmaqdır, Alqış Ramiz Mehdiyev barədə və digər vəzifəlilər haqqında da “Yeni Azərbaycan” qəzetində yazı yazıb. Nə olar məqalə yazanda? Cavab verdi ki, dedim biləsən... Sonra mən YAP-ın yaranması, mənim partiyadakı fəaliyyətim haqqında danışmağa başladım. Zeynal müəllim mənim danışmağımı yarımçıq kəsib dedi ki, sizə böyük hörmətim var, amma xahiş edirəm YAP barədə danışma, orda qaragüruhçular yığışıb. Məndən əvvəlki şöbə müdiri Yusif Humbətov şöbəyə bir neçə YAP-çı götürmüşdü, mən onları qovdum. Bir nəfər - Habil Əzəmətov qalıb, onu da qovmaq istəyirəm, Siyavuşla Mübariz yalvarır ki, onunla işin olmasın, o azsaylı xalqın nümayəndəsidir. Artıq hər şey mənə bəlli oldu və gələcəkdə mən bunun acısını yaşadım... Oradan çıxıb Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin kabinetinə getdim. Xeyli söhbətdən sonra ayağa qalxıb vidalaşmaq istəyəndə dedim ki, Ramiz müəllim, məni narahat edən bir məsələni Sizə demək istəyirəm. Ramiz Mehdiyev də dedi “buyur, Musa”. Dedim Ramiz müəllim, 2005-ci il parlament seçkisində Oqtay Əsədov və Alı Qocayev mənə dedilər ki, partiyanın sədri cənab Prezident istəyir ki, sən deputat seçiləsən, lakin Ramiz Mehdiyev bunu istəmir. Bunu dedim və əlimi kabinetdə olan hökumət telefonuna uzadaraq bildirdim ki, istəyirsiniz yanınızda zəng edib, özlərinə deyim. Ramiz müəllim dedi ki, mən sənə inanıram. “Görürsən ki, bu yaramazlar qələt edirlər. 2000-ci ildə mən Heydər Əliyevə dedim ki, Musanın YAP-ın yaranmasında böyük xidmətləri olub, onun namizədliyini vermək lazımdır. 2005-ci ildə Prezident İlham Əliyevə dedim ki, Musa parlamentdə bizim etimadımızı doğruldub, onun namizədliyini verək”. Bir qədər söhbətdən sonra mən sərəncamı götürüb cənab Prezidentin qəbuluna getdim...”(azpolitika.info)

Кадыров предупредил Грузию и Украину: Придёт время – обязательно предъявим счёт

Глава Чеченской республики Рамзан Кадыров прокомментировал прозвучавшие из Грузии и Украины обвинения в свой адрес якобы о засылке в Тбилиси задержанного накануне киллера, который должен был ликвидировать телеведущего Георгия Габуния, оскорбившего в эфире президента РФ Владимира Путина.
«Сегодняшняя грузинская политика пустая, ровным счетом так же, как и украинская. Некогда успешно развивающиеся страны управляются людьми, которые вместо того чтобы думать о реальных проблемах народа, делают глупые заявления. На этот раз говорят, что поймали киллера, намеревавшегося по заказу Кадырова совершить покушение на грузинского горе-журналиста. Господа, поверьте, если кто-то действует по моему поручению, он его выполнит, а если задание надо исполнить тихо, то никто, и уж тем более находящиеся в глубоком застое ваши страны об этом не узнают. Да и словоблуд ваш, позиционируюший себя как представитель СМИ, и без того еле живой, страдает манией величия. Все серьезные СМИ пинками гонят его из своих редакций.
Но я подчеркиваю, что мы не забыли про то, как он оскорбил наше Государство, наш Народ, а значит, и лично меня. Георгию Габунию, как я ранее говорил, лучше встать на колени и попросить прощения, извиниться за случившееся. Он оскорбил не одного человека, а всех россиян. Обращаюсь к грузинским властям, чтобы приняли меры, способствующие перевоспитанию этого гражданина. Рекомендую ему сделать правильные выводы и привести свой разум в порядок. В противном случае, повторяю, он останется моим врагом.⠀
Ну а что касается украинской стороны, которая, как утверждается, передала информацию о заказчике покушения, хочу посоветовать на будущее вести себя более серьезно, а не на потеху публике. Подобные весточки запускайте хотя бы с доказательной базой. Вы и так последние годы только пиаритесь благодаря моему имени. Не получается у вас никак работать со своим народом, в итоге периодически напоминаете о себе с использованием моего имени. За этот пиар вы мне, кстати, обязаны. Запомните это!
Придёт время, счет предъявим. Непременно!» – предостерёг Кадыров.

Грозный, Михаил Рябов       politnavigator.net

16.06.2020

Bundan sonra hansı müsəlman dövlətindən yardım gözləyirsən?

Afiq Əliyev

Dünəndən baxıram, bu haqda neçə dənə status yazıblar, bəh-bəhlə İsraildən "alınan" raketdən danışırlar.
Gəmidən də atılırmış, deyirlər.
Gəmidən, sahildən kimə atacayıq ki, o raketi? Ümumiyyətlə ata biləcəyik, kiməsə?))) Bir dənə gölün sahilindəyik və bu gölə müştərəklərmizlə də müharibə etmirik.
Böyründə son dövrlərdə raketin kitabını yazan İranı qoyub da, hoppanıb gedib İsraildən raket alırıq. Sonra da İslamdan, şəhidlikdən danışırıq, qarşılıqsız umu-küsü edirik ki, bizə yardım etmirlər.
Sən pulla İsraildən silah alırsan- bundan sonra da hansısa müsəlman dövlətindən yardım gözləyirsən?!
Ümumiyyətlə biz nə iş görürük, niyə görürük, bir bilən var? Belə də torpaq azad etmək olar?
94-cü ilin avqust ayından İsrailin ətəyindən yapışmışıq, amma indiyə kimi "lazım gələrsə" ultimatumunu deməkdən başqa bir addım da irəli getməmişik. İndən sonra da çətin irəli gedərik.
Ancaq yadınızdan çıxartmayın ki, İsraildən alınan bu silah-sursatlar onlara satdığımız neftin ödəmə haqq-hesabıdır. Nəğd pul əvəzinə bax belə silah-sursat zad soxuşdururlar.
Yoxsa cuhud adama pul verər?
"Lox" tapıblar də özlərinə...

15.06.2020

İlham Əliyevin çıxışına dair

İlham Əliyevin Cümhuriyyətə qarşı çıxışı sıradan bir bəyanət deyil. İlham Əliyev indiyə kimi bir neçə dəfə bu tarixi faktı dilə gətirib. Amma 1918-1920-ci illərin müsavat hökumətini cinayətkar adlandırmamışdı. Bu bəyanata hələ də yetərincə qiymət verməyib siyasi dairələr.
İlk növbədə prezident uzun müddətdir ki siyasi həyatında Məmməd Əmin Rəsulzadə üzərindən siyasətbazlıq yürüdən, onu və o vaxtın müsavat hökumətini ideallaşdıran neo-qərbçi sağ və liberal müxalifəti məhv etdi. Sözün əsl mənasında məhv etdi. Axı onlar özlərini o "cinayətkar rejimin" davamçısı kimi qələmə verirdilər. Onların reaksiyası gözlənilən idi: cığal uşaqlar kimi başladılar virtual üz cırmaqlamağa.
İ.Əliyevin bəyanatı sağ-liberal müxalifəti xəyal qırıqlığına uğratdı. Nə deyəcəklərini bilmirlər. Prezident bir kəlmə sözlə müstəqillik dövründə KİV-lərdən, ləyaqətsiz, şərəfsiz, satlıq tarixçilərin ağızlarından tökülən miqdarsız yalanları yaraladı. Sağ müxalifətin ən dinamik təşkilatı Real bəyanat verdi. Ərinmədim, oxudum. Boş, mənasız, ziddiyyətlərlə dolu bəyanat. Məsələn, deyirlər ki, biz o hökumətə minnətdar olmalıyıq, onlar gəlib Bakını “daşnak-bolşevik” işğalından azad ediblər. Bax bu 25 ildir yayılan yalanlardan biridir. Adama deyərlər, müsavat hökumətinin elə bir gücü var idisə, niyə elə Tiflisdən keçib İrəvanı daşnaklardan təmizləmədilər? Bax, soruşarlar onu adamdan. Keçərdilər, İrəvanı daşnaklardan təmizləyərdilər. Onun əvəzinə rəsman İrəvanı yeni yaranan Ermənistan ölkəsinin paytaxtı qəbul etdilər. Niyə? Çünki müsavat hökumətinin heç bir qüvvəsi yox idi, müstəqil hərəkət etmirdi. Bunu müsavat hökumətinə kömək edən Osmanlı istədi, Rusiya ilə öz arasında bir tampon bölgədə maraqlı idi. Osmanlı Bakını “daşnak-bolşevik” işğalından azad edincə, elə birinci İrəvandan təmizləyərdi daşnakları. Bu, daha məntiqli deyilmi? Söhbət ondan gedir ki, Osmanlı və onun müttəfiqi Almaniyaya Bakı, Bakı nefti lazım idi. Onları Bakını azad etmirdilər, işğal edirdilər.
Qıvrılmağa yer yoxdur, müsavat hökuməti İrəvan xanlığını ermənilərə verdi.

eco-socialistsofazerbaijan.blogspot.com

Немного о Героях

За всю историю войны в Афганистане всего трое человек из рядового и сержантского состава были награждены Тремя Орденами Красной Звезды. Это Александр Сынурович Серендеев (173 ООСпН), Сергей Чеголя (173 ООСпН), Корнукаев Саид-Магомед Докаевич (56 ДШБ). Русский, украинец и чеченец.
АЛЕКСАНДР СЕРЕНДЕЕВ. кавалер трёх орденов Красной Звезды, разведрота 173 отряд СпН ГРУ, военнослужащий срочной службы, Афганистан, 1987 г.
Люди сведущие скажут: «Это почти невозможно, чтоб простой солдат…», и будут правы, ведь очень немногие удостоены даже одной такой награды.
Александр Серендеев служил в разведроте, выполнял сложные операции по захвату караванов душманов, имеет три ранения, после последнего не один год провёл в госпиталях. Несмотря на героическое прошлое, Саша человек очень скромный. Про свои награды говорит так: «Они не мои, это всех наших ребят, с которыми мне довелось служить».
В том страшном бою под Кандагаром, после которого началась эпопея с госпиталями, он потерял своего друга Андрея Горячева и ещё нескольких боевых товарищей.

Не пролита их кровь,
Ребята, даром.
И пусть пройдет
Немало лет и зим.
Убитые в боях
Под Кандагаром,
Вас в памяти
Навеки сохраним.

24 октября 1987 года стал черным днем для 173-го отдельного отряда специального назначения ГРУ. 9 убитых и 17 раненых – это немыслимо для легендарного кандагарского спецназа. Отряд не только занимал ведущие места в 40-й армии по результативности, но и нес небольшие, по сравнению с другими частями спецназа, потери. В кишлаке Кобай боевая удача отвернулась от спецназовцев, хотя «духи» потеряли в 4 раза больше. Но разве это утешение?
Вспоминает участник того боя Самир Усманов:
- Незадолго перед боем в кишлаке Кобай у спецназовцев пришёл строптивый комбат, заносчивый штабной офицер. Невзирая на отсутствие боевого опыта, он сам принимал решения, ни с кем не советуясь. Как рассказывают ветераны 173 отряда, именно он не перепроверил информацию из ХАДа (афганская служба безопасности), отправив в ловушку отряд 3-й роты. Старшим назначили майора Удовиченко (позывной «Удав»).
- При подходе к кишлаку Кобай наша группа разделилась – старший лейтенант Саша Тур закрепился на соседней горке. Мы оказались в заброшенном загоне для скота, с глиняными стенами толщиной в метр. На рассвете «тихо» сняли первый духовский дозор, затем второй, третий. Четвёртый дозор ехал на велосипедах. Здесь и произошла осечка, один из велосипедистов поднял стрельбу, которая стала сигналом к атаке основных сил.
Как потом оказалось, душманы засели в саду, и «зелёнка» открыла шквальный огонь. С криками «Аллах Акбар» 300 духов ринулись в атаку. В этой мясорубке спецназовцы не успевали прицеливаться, и просто поливали свинцом по беснующейся толпе в 20 метрах.
Спецназовцы дрались с фантастической обречённостью, зная, что их ждёт в плену (в 1986 году бойцам асадабадского батальона душманы выкололи глаза, отрезали нос и уши, мотыгами разбили головы).
- Пришлось стрелять в окна, под потолком конюшни, подняв автомат на вытянутых выше головы руках. По стенам, душманы долбили из гранатомётов. Одному бойцу граната попала в затылок, снесла полголовы. Остались лишь челюсти с зубами…
Разрывом гранаты оторвало руку пулемётчику сержанту Горобцу. Слава, в агонии, продолжал стрелять, пока не умер от потери крови. Сержант Андрей Горячев отдал свой автомат командиру, взяв его заклинивший, вскрыл банку тушёнки и смазал оружие. Через час его подстрелил снайпер. Рискуя жизнью, командир затащил Андрея в дом. Вскоре началась новая атака, в которой Андрей Горячев погиб.
Особенно было плохо в группе майора Удовиченко. Стены саманного загона для скота душманы разрушили. «Удава» ранило двумя пулями, он умирал… А духи подкатывали к дувалу орудия.
Не могла помочь и группа прикрытия лейтенанта Саши Тура. В разгар боя подъехала «барбухайка» (афганский грузовик) с подкреплением к «духам». Спецназовцы в упор расстреляли «барбухайку» с тремя десятками душманов.
- Нас, оставшихся вчетвером из десяти в живых, стали засыпать «лимонками», которые прыгали как мячики на глиняном полу конюшни. Душманы кричали в мегафон: «Русские, сдавайтесь». А мы их поливали свинцом с отборным матом. От сильного удара в спину падаю. Осколки посекли спину, кровь стекает на живот. И страшный жар… Я помню, что стрелял по духам, как во сне.
Сержант Самир Асанов уже не видел, как «сушки» ударили ракетами по духам, вблизи их позиции. Правда, по «грачу», уходившему с боевого курса, ударил вражеский «Стингер». Лётчик смог посадить самолёт в Кандагаре. Как выяснилось, вернувшись с Афгана, он ушёл в монастырь.
К пятому часу боя подошла наша бронегруппа. С опозданием, но пришла. На войне, как на войне, а в армии, как в армии: от подвига до разгильдяйства – один шаг. Поступившие из Союза новенькие БТР-80 стояли на базе спецназа – в смазке, без боекомплекта. Пока то да сё… Говорят, что «новый комбат» дослужился до полковника. А майор Удовиченко получил от Родины клочок земли на сельском кладбище.
Вот так закончился бой в кишлаке Кобай, в котором Кандагарский спецназ потерял 9 бойцов, 11 были тяжело ранены. Но и более 100 душманов в этом бою отправились к Аллаху.
«По нам «духи» работали со всего оружия: кроме автоматов использовали гранатометы и безоткатные орудия, - описывал подробности боя Саша Серендеев в письме Станиславу Сергеевичу (отцу Андрея Горячева) в декабре 1987 года. – Последний раз Андрея видели, когда он, расстреляв свой боезапас к автомату, пришел в другую комнату за пулеметом, который взял у погибшего товарища. По коротким очередям было ясно, что они еще живы, но потом все стихло». В том бою Александр был ранен и контужен. О смерти Андрея он узнал только в госпитале.
Сегодня инвалид афганской войны, кавалер трех орденов Красной Звезды Александр Серендеев проживает в Самарской области. Еще до разделения групп и начала боя он вместе с Андреем два часа находился в охранении. «Помню, была тихая октябрьская лунная ночь. Перед нами лежал кишлак и «зеленка», - вспоминает он. – Мы тихо разговаривали с Андреем. У обоих было нехорошее предчувствие беды, хотя Андрей оставался, как всегда, спокойным и сосредоточенным. Мы знали, что у него родилась дочь, радовались за него. Человек он был справедливый и открытый, не обижал и оберегал молодых солдат. Будучи старшим разведчиком-гранатометчиком, подвергался наибольшей опасности, поскольку гранатомет АГС-17 являлся самым мощным огневым средством спецназа и «духи» стремились в первую очередь уничтожить его расчет".
Надо сказать, что инвалидность не мешает Александру Серендееву жить активной жизнью. Более 12 лет он отработал в родном колхозе механизатором. На протяжении последних восьми лет в отопительный сезон он работает машинистом тягача в Ханты-Мансийском автономном округе. Весной и летом занимается обработкой земельного участка в 90 га, на котором выращивает зерновые культуры, разводит коров, кроликов и кур.
С 2002 года Александр Сынурович - активный участник зональных и областных паралимпийских игр. Занимает призовые места по легкой атлетике, пулевой стрельбе, армрестлингу и пауэр-лифтингу.
В 2009 г Александру Серендееву была вручена медаль "За службу в спецназе".
СЕРГЕЙ ЧЕГОЛЯ. В свое время Сергею Чеголе, как и многим его сверстникам, пришла повестка из военкомата. Парень из маленького поселка в Кировоградской области и не думал «косить» от армии, наоборот, упорно готовился к службе — подтягивался на турнике, бегал кроссы, прыгал через «козла». Но и не думал, что после дополнительной подготовки в Узбекистане попадет в Афган. Там спецназовец Сергей Чеголя, нередко рискуя собственной жизнью, прикрывал своих молодых сослуживцев, «желторотиков».
Об Афганистане он не любит вспоминать — слишком больно и страшно. Один случай врезался в память: группа получила задание и вылетела на операцию из Кабула двумя «вертушками». Сергей должен был лететь в первой, но, сам того не желая, очутился во второй. На подлете к Кандагару «духи» сбили первый вертолет «стингером» и он сгорел в горах. Не спасся никто...
О своих подвигах на горящей афганской земле Сергей Чеголя предпочитает не распространяться. Но когда, наконец, закончилась та кровавая бессмысленная война, грудь Сергея украшали три (!) ордена Красной Звезды.
САИД-МАГОМЕД КОРНУКАЕВ. Родился в 1965 году в с. Катыр-Юрт Ачхой-Мертановского района Чечено-Ингушской АССР. Закончив школу-интернат, поступил в Грозненский политехнический техникум и окончил его с отличием. В 1986 году стал студентом Московского института управления им. С. Орджоникидзе. Действительную военную службу проходил в составе ограниченного контингента советских войск в Демократической Республике Афганистан. Был ранен. За проявленное мужество и героизм при выполнении воинского долга сержант Сайд-Магомед Корнукаев награжден тремя орденами Красной Звезды.
Все Три Ордена получил уже в союзе. Он был комисован в феврале 1987 года. Саид был дважды контужен. А в феврале 1987 тяжело ранен в ногу на караване. Старшину ему не успели присвоить. Первые два Ордена он получил дома в 1987 году, третий в 1988 году. В 1995 году у него диагностировали рак мозга. После лечения в Швейцарии (помог герой СССР Аушев Р.) он прожил еще два года. Успел сделать сына немного его понянчить. Последний год жизни у него были постоянные приступы с жуткой головной болью. С потерей речи и памяти. Умер Саид в конце 1997 года.


Trotskizmin mahiyyəti haqqında

L.Sokolskiy

Dünya inqilab hərəkatında opportunizmin və revizionizmin ən təhlükəli istiqamətlərindən biri trotskizmdir. O bugün dünyada geniş yayılmışdır. Təkcə bizim ölkəmizdə həmin cərəyanın onlarla sol qrupları vardır, keçmiş SSRİ ölkələrində, ilk növbədə Ukraynada, də belə qruplar az deyil. Sayları az olsa da, kommunist və işçi hərəkatına artıq indi hiss olunacaq dərəcədə zərər vururlar.
Trotskizmin populyarlaşmasında vaxtilə SSRİ-nin və trotskiçilərin həmişə ona qarşı mübarizə apardıqları sovet sosializminin məhvi də az rol oynamadı. Həqiqi marksizm-leninizmin genetik düşmənləri olduqlarından, onlar dərhal bəyan etməyə tələsdilər ki, bu hadisə onların doğruluğunu tamamilə sübut edir, sovet sosializmi həyat qabiliyyətli deyildi və guya onun məhvi qanunauyğun idi. Təəccüblü deyil ki, bu məsələdə trotskiçilər liberallarla – burjuaziya ideoloqları və işçi sinfinin açıq düşmənləri ilə tamamilə həmfikir idilər, axı bu kommunizm hərəkatı tarixində ilk hadisə deyil ki, trotskiçilər öz həqiqi burjua sifətlərini açıq şəkildə nümayiş etdirirlər.
Sovet sosializminin məhvindən öz xeyri üçün istifadə edən liberal təbliğatının və müxtəlif tip opportunistlərin təzyiqi altında dünya inqilab hərəkatında nizamsızlıq və sarsılma başladı – yeganə düzgün inqilab nəzəriyyəsinə - marksizm-leninizmə inam çox sarsıldı, kommunist və işçi partiyaları tənəzzül etməyə və ya sosial-demokratiya mövqeyinə keçməyə başladılar. Solların böyük hissəsi, xüsusilə əhalinin kiçik burjua şəhər təbəqəsi və ziyalılar, trotskiçilərin “inqilabiliyinə” inanaraq onlara birləşdi. Burjuaziya isə öz tərəfindən bu prosesi sadəcə sevinclə dəstəklədi, eləcə də maliyyə ilə dəstəklədi, çünki zəhmətkeşləri onun yeganə təhlükəli mübarizə yolundan uzaqlaşdıranların burjuaziya üçün necə qiymətsiz xidmət göstərdiklərini yaxşı başa düşürdü.
Hazırda trotskist hərəkatlar dünyada burjuaziya tərəfindən aktiv sponsorluq edilən bir neçə siyasi birliklərlə (internasionallarla) təmsil olunurlar. Onlardan ən böyüyü 4 birlikdir, onlardan ilk üçü “Avropa antikapitalist solu” təşkilatında birlikdə iştirak edir:
Birləşmiş Dördüncü İnternasional - ən böyük seksiyaları Fransada (Yeni Antikapitalist partiyası), İsveçdə (Sosialist partiyası), İtaliyada (“Kritik sol” Assosiasiyası), Danimarkada (Qırmızı-Yaşıl koalisiya), Portuqaliyada (Sol blok), Şri-Lankada (Yeni ictimai bərabərlik partiyası), Filippində (Mindanao inqilabi işçi partiyası) və Braziliyada (“Sosializm və azadlıq”) yerləşir. Liderləri – Alen Krivin, Olivye Bezansno, Erik Tussen, Alan Tornett, Fransişku Lousa və s.;
Beynəlxalq sosializm tendensiyası – Sovet İttifaqının təbiəti haqda Toni Kliffin baxışlarına tərəfdar olan beynəlxalq birlik. Ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist işçi partiyası), Yunanıstanda (Sosialist işçi partiyası) və İrlandiyada (Sosialist işçi partiyası) yerləşir. Liderləri – Aleks Kallinikos, Kris Xarman və s.;
İşçi internasionalı komiteti - ən böyük seksiyaları Böyük Britaniyada (Sosialist partiyası), İrlandiyada (Sosialist partiyası) və Almaniyada (“Sosialist alternativ” təşkilatı). Liderləri - Ted Qrant (1991-ci ilə kimi), Piter Taaf;
Beynəlxalq marksist tendensiya (BMT) – Pakistanda Pakistan xalq partiyasında böyük seksiyaya malikdir. Onlar BMT seksiyalarının fəaliyyət göstərdiyi bütün ölkələrdə neytallaşdırmaq, dağıtmaq və ya “trotskizm” mövqeyinə keçirmək məqsədilə sol kütlələrə və proqressiv partiyalara soxulmaq taktikasını istifadə edirlər. Liderləri – Ted Qrant, Alan Vuds.
Trotskistlər işçi və kommunist təşkilatlarının provokasiyası və məhvi metodlarını yaxşı mənimsəyərək bu təşkilatlara daxil olub və orada möhkəmlənib inqilabi qüvvələrə möhkəmlənmək və effektiv hərəkət etmək imkanı verməyərək istənilən inqilabi hərəkatı neytrallaşdırmağı bacararlar. Buna görə də, istənilən ölkədəki inqilabi hərəkat üçün “trotskizmi” tanımağı və onunla mübarizə aparmağı bacarmaq olduqca vacibdir.
Bu mübarizə opportunizmin bu müxtəlifliyinin tarixi vətəni, həm də Sovet İttifaqının məhvində çox təqsiri olan trotskiçilərin fəaliyyətindən ən çox zərər çəkmiş müasir Rusiyada xüsusi məna kəsb edir.
Baxmayaraq ki, əvvəlki kimi, trotskiçilər işçi hərəkatına rəhbərlik etməyi bacarmırlar, çünki işçilər öz sinfi duyğu qabiliyyətləri ilə intuitiv olaraq trotskizm ideologiyasının çürüklüyünü anlayırlar və ondan uzaq durmağa çalışırlar, amma trotskiçilər ciddi nəzəri marksist bazası olmayan xırda burjua düşüncəsi arasında asanlıqla tərəfdar tapırlar.
Trotskizm onlar üçün niyə bu qədər cəlbedicidir?
Birincisi, trotskiçilər özlərini həqiqi kommunistlər, bolşeviklər, internasionalistlər, marksist-leninçilər adlandırırlar. Onlar Trotskini Oktyabr inqilabının başçısı, Qızıl Ordunun yaradıcısı və rəhbəri, SSRİ-də sosializmin qurulması konsepsiyasının müəllifi, Marksın, Engelsin və Leninin həqiqi ardıcılı və guya opportunizmin növlərindən biri olan stalinizmə qarşı mübariz sayırlar. Trotskiçilər Trotskini SSRİ-də bürokratizmə qarşı qatı mübariz, kapitalizmin, opportunizmin, revizionizmin, millətçiliyin və şovinizmin ən məntiqli və barışmaz düşməni kimi təqdim edirlər. Siyasi cəhətdən inkişaf etməmiş ictimai təbəqələr onun real mahiyyətinə dərindən varmayaraq bu atributu trotskizmin mahiyyətinin ifadəsi kimi qəbul edirlər.
İkincisi, trotskiçilər “sol” aktivistlərin və inqilabi hərəkatın iştirakçilarının böyük hissəsi üçün xarakterik olan inqilabi dözümsüzlük təzahürlərindən öz xeyirlərinə istifadə edirlər. Onlar özlərini xalq kütlələrinə kapitalizmin bütün ölkələrdə “dərhal” devriləcəyini söz verən daha “sol” radikal köklənmiş inqilabçılar kimi göstərirlər.
Üçüncüsü,  trotskizm digər bir çox opportunist cərəyanlardan fərqli olaraq olduqca dərin və ziddiyyətli tarixə malikdir, hansı ki bəzi nüanslarda hətta mütəxəssis-tarixçilər belə baş çıxarmır. Trotski, məsələn, həm çar despotizminə qarşı mübarizə aparan, həm də mütləqiyyətə və Rusiya imperiyasında inkişaf edən kapitalizmə uyğunlaşmaq yolları axtaran insan idi. O, Oktyabr inqilabının aktiv iştirakçısı idi və eyni zamanda da onun gedişini tormozlayırdı. Leninin başçılığı ilə Kommunist partiyasının rəhbər orqanına daxil idi və eyni zamanda da ona qarşı çıxırdı, partiyanın birliyini sarsıdırdı – fraksiyalar yaradırdı, gənc Sovet respublikasının həyatı ipdən asılı olan zaman daim partiya mübahisələrinə səbəb olurdu və s. Möhkəm əqidəli opportunistlərdən heç kim marksizm-leninizm mövqeyinə bu qədər yaxınlaşa bilməmişdi və heç kim trotskiçi manevrlərin leninçi ardıcıllarda cavab doğurmadığını gördükdə bu qədər qəzəblə onun əlehinə çıxmamışdı. Bu ikili xüsusiyyət bugün də kifayət qədərdir və müasir trotskizm platformasında rast gəlinir – gah kapitalizm çox sərt tənqid edilir və az sayda qalmış sosialist ölkələrinin və dünyada aktiv fəaliyyət göstərən inqilabi təşkilatların ünvanına təriflər yağdırılır, gah da kommunistlərin hərəkətlərində trotskiçilərin psevdo-inqilabi göstərişləri ilə uyğun gəlməyən bir şey olduqda onların ünvanına qəzəbli söyüşlər yağdırılır.
Dördüncüsü, trotskizm çoxdan dünya burjuaziyasının qanadı altındadır, və o trotskizm ideyalarının və faktiki olaraq müasir antikommunizmin əsasını təşkil edən sovet tarixinin versiyalarının təbliğatına və yayılmasına böyük vəsaitlər xərcləyir. Bütün bunlar sol və inqilabi təşkilatlara və formanı məzmun kimi qəbul edən müxtəlif kateqoriyadan olan vətəndaşların düşüncəsinə trotskizm haqda yanlış təsəvvürlərin daxil olmasına səbəb olur.
Oktyabr inqilabına qədər rus və beynəlxalq işçi hərəkatında trotskizmin təsiri o qədər cüzi idi ki, B.İ.Lenin trotskizmi bir şəxsin – Trotskinin özünün və ya onun yaxın tərəfdaşlarının kiçik qrupunun ideologiyası sayırdı: “Rusiyada o – 0”. Leninin qiymətləndirməsinə görə, Trotski inqilaba qədərki dövrdə “yalnız öz şəxsi şübhələrini, başqa heç nə” ifadə edirdi. Onun bütün siyasi və nəzəri mövqeyi eklektik, təqlidçi idi. "Onun heç vaxt heç bir üzü olmayıb və yoxdur, ancaq liberallardan marksistlərə və geriyə uçuşları, rəqib tərəfə keçmələri, ora-bura dartılmış sözcükləri və gurultulu laqqırtısı var". (Lenin)
Trotski öz bioqrafik əsərlərində trotskizmin əsasına çevrilən “original” nəzəriyyələrin yaranma tarixini 1905-1907-ci illər kimi göstərir. Amma o həmin dövrə qədər də bolşevik partiyasına qarşı mübarizədə aktiv iştirak edirdi.
Marksistlərə qatılana qədər (XIX əsrin 90-cı illərində) Trotski liberal xalqçılığın təsiri altında idi, anarxistlərin bəzi fikirlərini qəbul edirdi,sonralar öz nəzəri baqajını Lassalın, Sorelin, Laqardelin və digər antimarksistlərin konsepsiyaları ilə doldurdu. Sosial-demokrat olduqdan sonra ekonomizmə və leqal marksizmə yaxın olan baxışları bölüşürdü. Mühacirətdə olarkən “İskra” ilə əməkdaşlıq edərək Akselrodun tələbəsi olmuşdu, menşevizmin digər gələcək liderləri ilə yaxınlıq edirdi. RSDİP-nin (Rusiya Sosial-Demokrat İşçi Partiyası) II qurultayında onlarla birlikdə Leninin və qatı iskraçıların əlehinə çıxışlar edirdi, bolşeviklərlə mübarizə aparmaq üçün yaradılmış menşevik partiyasının mərkəz tərkibinə daxil idi. 1917-ci ilə kimi menşevik mövqeyində qalmışdı, baxmayaraq ki, tez-tez istisna məsələlərdə özünü fraksiyadan kənar sosial-demokrat kimi göstərərək menşeviklərdən uzaqlaşırdı.
Trotskizmin özəyi “permanent inqilab nəzəriyyəsi” oldu, hansını ki, Trotski özünün marksizmə əsas qiymətli hədiyyəsi sayırdı. Ona əsasən proletariatın diktaturası inqilabın demokratik mərhələsində də qurula bilər. O isə azlığın hakimiyyəti olacağı üçün, onu yalnız proletariatın artıq demokratik çevriliş mərhələsini keçmiş daha inkişaf etmiş ölkələrdəki qələbəsi möhkəmləndirə bilər. Ona görə inkişafca geridə qalmış ölkədə vaxtından əvvəl hakimiyyətə gəlmiş “işçi hökumətinin” hədəfi daha inkişaf etmiş ölkələrdə inqilabı “itələməkdən”, həmçinin də onların daxili işlərinə hərbi müdaxilə etməklə, ibarətdir. “Rədd olsun sərhədlər”, “Müharibə inqilabın anasıdır”, “Proletariatın diktaturası - bugün və bütün ölkələrdə” – trotskiçilərin bu və digər lovğa şüarları ondan ötrü istifadə olunublar və olunurlar ki, özlərini həqiqi sol, sosializm uğrunda mübarizə aparanların inqilabi cinahı kimi göstərsinlər, öz rəqiblərini isə burjuaziyanın köməkçiləri kimi təsvir etsinlər.
Trotski kapitala qarşı mübarizədə getdikcə daha yeni geniş təbəqələri cəlb etməklə inqilab məsələlərini mərhələli həll etmək vacibliyindən irəlin gələn Leninin inqilab nəzəriyyəsini işçi sinfin gözündə məhz bu yolla nüfuzdan salırdı. V.İ.Lenin dəfələrlə “permanent inqilab nəzəriyyəsini” sadəcə geniş xalq kütlələrinin işçi sinfin partiyasından uzaqlaşdırmağa bacarıqlı avanturist nəzəriyyə kimi tənqid edirdi. O bu nəzəriyyəni “məntiqsiz sol” nəzəriyyə adlandırırdı, onun marksizmə münasibətini karikaturanın originala münasibəti kimi qəbul edirdi. Trotski isə Lenini proletariatın “özünüməhdudlaşdırma” nəzəriyyəsini inqilaba sırımağa cəhd etməkdə ittiham edirdi.
Bolşeviklər Oktyabra qədər menşevizmin növ müxtəlifliklərindən biri kimi çıxış edən  trotskizmlə sərt ideoloji-siyasi mübarizə aparırdılar. Məhz bu mübarizə ilə əlaqədar olaraq V.İ.Lenin Trotskini ikiüzlü İuduşka (Şedrinin qəhrəmanı İuduşka Qolovlevə oxşar), öz təfriqəçi hərəkətlərini partiyanın birliyi haqda riyakar yalanları ilə gizlədən murdar intriqaçı kimi xarakterizə edirdi. Trotski “xüsusi gurultulu ifadələrlə gizlənərək menşeviklərin arxasınca sürünür”,- Lenin yazırdı.
Menşevizm öz təsirini itirdikdən, Trotskinin isə özünün opportunist partiyasını yaratmaq cəhdləri iflasa uğradıqdan sonra o digər bir çox menşevik xadimləri ilə birlikdə bolşevik bayrağı altında bolşevizmə qarşı mübarizə aparmağa davam etmək üçün bolşeviklərə qoşulmağa qərar verir. 1917-ci ildə uzun müddət bolşeviklər və menşeviklər arasında tərəddüd edən  Rayonlararası sosial-demokratiya təşkilatının tərkibində RSDİP-nin VI qurultayında iştirak etmədən bu qurultay vasitəsilə bolşevik partiyasına qəbul olunur. Bununla belə, Trotski Leninə qarşı çoxillik mübarizədə öz səhvini etiraf edəcək hər hansı bəyanat vermir. Düzdür, sonralar o qeyd edirdi ki, Lenin partiyanın təşkilatı quruluş məsələlərində menşeviklərlə (həmçinin də onunla, Trotski ilə!) mübahisə etməkdə haqlı idi. Amma trotskizmin “permanent inqilab nəzəriyyəsini” Trotski yenə də marksizm-leninizmə qarşı qoyurdu. Bundan əlavə, o iddia edirdi ki, 1914-1917-ci illərdə Lenin “fikirlərini dəyişdi”, trotskiçi mövqeyinə keçdi və bu “nəzəriyyəni” qəbul etdi, hansı ki guya 1917-ci ildə bolşeviklərin strategiyasının əsası oldu.
Lenin, partiya Trotskinin bu uydurmalarının  yalançılığını  aydın göstərdi. 1917-ci ildə öz məruzələrinin birində o deyirdi: “Trotskizm – çarsız, hökumət isə işçi hökuməti. Bu yanlışdır. Xırda burjuaziya mövcuddur, onu atmaq olmaz. Amma o iki hissədən ibarətdir. Kasıb hissə işçi siniflə birgə addımlayır”. Trotski tez-tez qeyd edirdi ki, partiya ilə mübarizədə o əsas zərbələri Leninə qarşı yönəldir. “Möhtəşəm döyüş olacaq, - və Lenin bu döyüşdə öləcək”, - Trotski 1910-cu ildə öz məsləkdaşlarına lovğalıqla yazırdı. O menşevikləri “leninizmin əsaslarını” məhv etməyə səsləyirdi. 1913-cü ildə yazırdı ki, bolşevizm binası “yalan və böhtan” üzərində qurulub. 1917-ci ilin mayında isə elan etdi: “Bolşeviklər azaldılar... Bizdən bolşevizmi qəbul etməyi tələb etmək olmaz”.
Gördüyümüz kimi, bolşevik partiyasının trotskizmə qarşı mübarizəsi hələ oktyabrdan əvvəlki dövrlərdə də aktiv idi, Böyük Oktyabr inqilabından sonra isə o daha da gərginləşdi. Kapitalizmdən sosializmə keçid dövründə bolşeviklərə qarşı çıxış edən bütün oppotunist cərəyanlardan məhz trotskizm daha təhlükəli idi.
Birincisi, onun opportunizmi gizli və maskalanmış idi, “sol” ifadəsi isə xırda burjua “inqilabçılığı” əhval-ruhiyyəsinin təsiri altına düşmüş xadimləri cəlb etmək bacarığında idi.
İkincisi, trotskizm uzun müddət təkcə Rusiya menşevizminin növ müxtəlifliyi kimi deyil, həm də daha çox kautskiançılıqla sıx bağlanaraq beynəlxalq oppotunuzmin növ müxtəlifliyi kimi mövcud oldu. Bu ona qərb burjua dairələrində dəstəyi olan Qərbi Avropanın sosial-demokrat partiyasının mərkəzi xadimləri simasında xarici himayədarların köməyinə arxalanmaq imkanı verirdi.
Üçüncüsü, trotskizm məntiqli antileninizm və antibolşevizm ilə seçilirdi ki, bu da bolşeviklərin siyasətindən narazı olan və onun dəyişməsini arzulayan insanların diqqətini cəlb edirdi.
Bolşevik partiyasının trotskizmə qarşı mübarizəsinin Oktyabr inqilabından sonrakı dövrdə əsas mərhələlərinə baxaq.
1917-ci il – partiya Trotskinin silahlı üsyanın müddətini uzatmaq və onu Sovetlərin qurultayı ilə əvəz etmək cəhdlərini aradan qaldırdı.
1918-ci il – V.İ.Leninin ölkənin imperializm müharibəsindən inqilabi çıxışının əksinə olan N.İ.Buxarinin başçılığı ilə “sol” kommunistlər fraksiyası ilə mübarizəsi. Bu “ultra-inqilabçılar” fraksiyasının mütəffiqi və ilhamvericisi Trotski idi.
1919-cu il – Partiyanın VIII  qurultayı hərbi quruculuqda Trotski tərəfindən tətbiq edilən metodları pislədi.
1920-ci il – RKP-nin IX qurultayı Trotskinin əməyin ümumi hərbiləşdirilməsi, ölkədə “kazarma kommunizminin” tətbiq edilməsi təklifini rədd etdi.
1920-1921-ci illər – ümumpartiya müzakirələri zamanı həmkarlar ittifaqları barəsində vətəndaş müharibəsinin başa çatması şəraitində kütləvi zəhmətkeşlər təşkilatlarının demokratikləşdirilməsi siyasətinə, V.İ.Lenin tərəfindən irəli sürülmüş və əsaslandırılmış kommunist partiyasının proletariat diktaturası sistemində və sosializm quruculuğunda rəhbər rolu haqda tezisə qarşı Trotskinin, onun mütəffiqi Buxarinin, digər oppotunistlərin hücumları dəf edildi. Trotskinin aktiv olaraq qarşı çıxdığı partiyanın ideoloji birliyi saxlanıldı.
1922-1923-cü illər – partiya trotskiçilərin ayrı-ayrı yerli partiya təşkilatlarında fraksiyaçı çıxışlarını pisləyir, Trotskinin və onun mütəffiqlərinin bir sıra siyasi və nəzəri məsələlərdə qaydalarını rədd edir.
1923-cü il – RKP MK XII qurultay ərəfəsində Trotskinin kənd təsərrüfatı üzərində “sənaye diktaturasının” qurulmasına yönəlmiş təklifini pislədi, hansı ki işçi siniflə kəndlilərin ittifaqının dağılmasına gətirib-çıxara bilərdi.
1923-1924-cü illər – Trotski tərəfindən başladılmış yeni ümmumpartiya müzakirəsi beynəlxalq, iqtisadi siyasət və partiya quruculuğu məsələləri üzrə trotskiçi mövqeyin məğlubiyyəti ilə yekunlaşdı. Avropa inqilabının Qızıl Ordunun Polşaya və Almaniyaya hərbi müdaxiləsi vasitəsilə “hərəkətə gətirilməsi”, kəndçiliyin sosializm sənayesinin “müstəmləkəsinə” çevrilməsi, partiya aparatının “çırpılıb təmizlənməsi”- guya termidorçu məsləkdən dönmə yolunda dayanan Lenin qvardiyası nümayəndələrinin işçilər və tələbələr arasında bolşevizm ənənələri ilə zəif tanış olan daha gənc kommunistlərlə əvəz edilməsi haqda trotskiçi təkliflər rədd edildi.
1924-cü il – Trotskinin “Oktyabr dərsləri” adlı antileninçi məqaləsinin səbəb olduğu müzakirənin gedişi zamanı partiya trotskizmin ideoloji-nəzəri platformasını, partiya və Böyük Oktyabr sosialist inqilabı tarixinin trotskiçi saxtalaşdırmasını ifşa etdi.
1925-ci il – Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XIV qurultayı trotskizmə oxşar mövqedən çıxış edən “yeni opozisiyanı” pislədi.
1926-1927-ci illər – partiyanın trotskiçi-zinovyevçi opozisiya blokuna qarşı sərt mübarizəsi.
1927-ci il - Bolşeviklərin Ümumittifaq Kommunist Partiyasının XV qurultayı blok liderlərini partiyadan çıxardı və partiyaya aid olmaqlarını partiya sıralarında dayanmaqları ilə bir araya sığmadığını qəbul etdi.
1928-1929-cu illər – antisovet mübarizəsi yolunu seçmiş gizli trotskizm qruplarının birdəfəlik ləğvi. Trotski ölkə xaricinə mühacir edilmişdi və 1932-ci ildə sovet vətəndaşlığından çıxarılmışdı.
Trotskiçi oppozisiyanın ideyalarının mahiyyəti nədədir?
1. Oktyabr inqilabının və onun doğurduğu proletar diktaturasının məntiqi-sosialist xarakteri inkar edilirdi.
2. SSRİ daxilində sosializmin qələbəsi üçün lazımi şəraitin olmaması söylənilirdi, bununla əlaqədar olaraq inqilabın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrə “eksportu” haqda avanturist istiqamət səsləndirilirdi. Digər ölkələrdə inqilabi hərəkatlara dəstək olmaq üçün öz ölkəsində maksimum mümkün olanı həyata keçirmək haqda Lenin siyasətini trotskiçilər böhtancasına milli məhdudlaşdırılmış kimi təsvir edirdilər. Lenin partiyasının guya Rusiya mütləqiyyətinin xarici siyasi kursunun davamı olan milli-konservativ kursu haqda iftira da məhz trotskiçilərə məxsusdur. Bu yalan hələ də bütün antikommunistlər tərəfindən geniş istifadə olunur.
3. İqtisadiyyatda kapitalizm elementlərinin rolu və təsiri, xırda burjuaziya təhlükəsi və dünya kapitalizminin SSRİ-yə təsir dərəcəsi istənilən vasitə ilə artdı. Müasir trotskiçilər həmçinin iddia edirlər ki, dünya proletar inqilabı qalib gəlmədən dünyanını heç bir yerində əsl sosialist iqtisadiyyat yaradıla bilməz.
4. Dünya inqilabının “qələbəsinə” kimi kapitalizm quruluşunun bərqərar olduğu dövrdə burjuaziyanın tətbiq etdiyi metodlara uyğun metodlardan istifadə edilməsi təklif edilirdi. Bununla əlaqədar olaraq partiyann sənayeləşmə, kənd təsərrüfatının kollektivləşdirilməsi, mədəni inqilab, işçi sinfin və kəndlilərin ittifaqının möhkəmləndirilməsi, sovet xalqlarının dostluğu ilə bağlı məqsədləri rədd edilirdi və ya təhrif edilirdi. Zorakılıq sosializm quruculuğunun əsas metodu elan olunurdu, amma istismarçılara qarşı yox, işçilərə, xüsusilə kəndlilərə qarşı zorakılıq.
Burjuaziya propaqandası sovet quruluşunun demokratikləşdirilməsi təşəbbüsünü trotskiçilərin ayağına yazır. Müasir trotskiçilər eyni nəzər nöqtəsini öz sələflərinin hərəkətlərində də müdafiə edirlər. Həqiqətdə isə trotskizm oppozisiyası SSRİ-də demokratikləşdirməni partiyanı və sovet dövlətini idarə etməkdə işçilərə daha geniş hüquqların verilməsi mənasında müdafiə etmirdi, əməyin hərbiləşdirilməsi, “qaykaların bərkidilməsi”, dövlət və partiya aparatının fəaliyyətinə nəzarətdə sovet xalqının iştirakının məhdudlaşdırılması və s. mənada müdafiə edirdi. Belə siyasətin nə ilə nəticələndiyini Stalinin ölümündən sonra Sov.İtKP-a rəhbərlik edən qatı trotskizm tərəfdarı N.S.Xruşovun idarəçiliyi aydın göstərdi. Sovet İttifaqının iqtisadiyyatında və siyasətində həmin “sağ dönüş”, hansı ki qanuna uyğun olaraq SSRİ-də Qorbaçovun yenidənqurması zamanı kapitalizmin tam qələbəsi ilə yekunlaşdı, məhz onun dövründə başladı.
1. Beynəlxalq siyasət sahəsində trotskiçilər partiyanı təriqətçilik və fırıldaq yoluna itələyirdilər. Onlar kapitalizmin müharibədən sonrakı stabilliyi faktını inkar edirdilər; digər ölkələrdə təcili inqilablara səsləyirdilər; vahid cəbhə taktikasını guya reformist taktika kimi lağa qoyurdular; burjua hərəkatları kimi milli-azadlıq hərəkatlarının müdafiəsinə və artan hərbi və faşizm təhlükələri ilə mübarizədə bütün demokratik qüvvələrin birliyinə qarşı çıxırdılar.
2. Trotskiçilər Leninin partiya haqqında nəzəriyyələrinin üstünə xüsusi qəzəblə düşürdülər. Onlar partiya aparatını nüfuzdan salmaq, partiyada nizam-intizamı zəiflətmək, onun birliyini dağıtmaq, fraksiyaların və qruplaşmaların azadlığına nail olmaq istəyirdilər. Onların ölkənin ən çətın vaxtlarında partiyada yaratdıqları sonsuz müzakirələr partiya qüvvələrini mühüm dövlət məsələlərinin həllindən yayındırırdı, partiya sıralarında nizamsızlıq və sarsılmalar yaratmaqla sıravi partiyaçılar çaşdırırdı.
Partiyada Trotskinin tərəfdarları çox idimi? Brest sülhü uğrunda mübarizə dövründə trotskiçilərin və “sol” kommunistlərin xəttini partiyanın təxminən 1/4- 1/3 hissəsi dəstəkləyirdi. Həmkarlar ittifaqları haqqında müzakirələrdə trotskiçilər və digər opportunistlər öz platformalarına kommunistlərin 20%-ni tərəfdar tutmağa nail oldular. 1923-cü ildə partiya üzvlərinin təxminən 11%-i trotskiçilərə səs verdilər. XV qurultay ərəfəsindəki müzakirələrdə - 0,5%-dən az. XV qurultayın qərarlarına uyğun olaraq müxalifətçi fəaliyyətinə görə kommunistlərin 0,3%-i partiyadan çıxarıldı, onlardan çoxu sonradan öz səhvlərini qəbul etdilər və yenidən partiyaya bərpa olundular.
Trotski əhalinin hansı təbəqələrinə arxalanırdı? Trotskiçilər kommunistlər arasında deyil, partiyasızlar arasında, hər şeydən əvvəl bürokratlaşmış işçi nümayəndələri, şəhərin xırda burjuaziyası, burjua ziyalıları, tələbələrin qeyri-proletar hissəsi, həmçinin aşağı şəhər və kənd təbəqələrinin sinifsizləşmiş elementləri arasında dayaq axtarırdılar və tapırdılar.
İşçi sinif və zəhmətkeş kəndlilər, bir qayda olaraq, sözsüz trotskizmi pisləyərək bolşevik-leninçilərin xəttini dəstəkləyirdilər.
Troskiçilər qardaş kompartiyalar tərəfindən də sərt tənqid edilirdilər. Onların bütün o vaxtkı görkəmli xadimləri Trotskini və onun tərəfdarlarını tənqid edirdilər.
30-cu illərdə Trotski ölkə xaricində olarkən, beynəlxalq kommunist və işçi hərəkatına nifaq salaraq öz kapitulyant baxışlarını aktiv təbliğ edirdi. Dünya burjuaziyasının xeyrinə SSRİ-nin birinci beşillik planını, sənayeləşmə siyasətini və kənd təsrrüfatının kollektivləşdirilməsini pisləyərək SSRİ-nin tənqidi ilə çıxış edirdi. Öz tərəfdarları ilə birlikdə imperialist işğalçılarla müharibədə SSRİ-nin məğlubiyyətinin qaçılmaz olduğunu söyləyərək, bununla da faktiki olaraq faşizmlə birləşərək dünyada geniş antifaşist cəbhəsinin yaradılmasına qarşı aktiv mübarizə aparırdı.
İspaniyada vətəndaş müharibəsi zamanı trotskiçilər faşistləri hər vasitə ilə təmizə çıxarırdılar, respublikaçı hökumətin devrilməsinə çaılışırdılar və Xalq Cəbhəsi hökumətini devirmiş hərbi qiyamın təşkilində aktiv iştirak etmişdilər. Onlar Sovet İttifaqının respublikaçılara yoldaşlıq köməyini “Sovetlərin imperialist kimi Pireney yarımadasında möhkəmlənməyə can atması” kimi təqdim edirdilər. İnqilabın məğlubiyyətindən sonra ispaniyalı respublikaçılar haqlı olaraq, faşizmin köməkçisi hesab etdikləri Trotskidən qisas almağa and içmişdilər. Onlardan biri Trotskini 1940-cı ildə Mexiko yaxınlığında öldürdü.
İkinci Dünya müharibəsi illərində, trotskiçilər antihitler koalisiyasına, Müqavimət hərəkatına qarşı çıxırdılar, Almaniya ərazisinin mütəffiq qoşunları tərəfindən bombarduman edilməsini pisləyirdilər. Onlar müharibəni hər iki tərəf üçün imperialist müharibə hesab edərək Sovet İttifaqını imperialist İngiltərə, Fransa və ABŞ-ı “dəstəkləmək” mövqeyinə keçməkdə ittiham edirdilər.
Əsas faşist hərbi cinayətkarlar üzərində Nyurnberq prosesi zamanı onlar Gerinqi, Ribbentropu və digərlərini azad etməyi və müttəhimlər skamyasında antihitler koalisiyası ölkələrinin rəhbərlərinin guya İkinci dünya müharibəsinin əsas səbəbkarları kimi əyləşdirilmələrini tələb edirdilər.
Bu indiki liberallardan- qatı antisovetçilərdən eşitdiklərimizi olduqca xatırladır, düz deyil? Bu heç də təəccüblü deyil. Dünya imperializmi öz məqsədləri üçün çoxdan solçu ideya və şüarlardan istifadə edir. Bu ideya və şüarlar onun üçün heç bir təhlükə daşımır, amma dünya inqilab hərəkatına ciddi zərər vurur. Burjuaziya zəhmətkeşlərə SSRİ-nin məhvini misal göstərməklə və sosializm ölkələrinin sosializmdən kapitalizmə keçməsinin qaçılmaz olduğunu sübut etməklə sosializm inqilabı uğrunda mübarizənin tamamilə perspektivsiz olmasını  göstərmək üçün trotskiçilərin antikommunist və antisovet şablonlarını çox götürüb istifadə edir.
Trotskiçilər imperialistləri təkcə “arqumentlərlə”təmin etmirdilər və etmirlər, həm də burjua təbliğatı üçün kadrlarla təmin edirlər. Hələ keçən əsrin 40-50-ci illərdə burjua “sovetoloqları” arasında trotskizmin tanınmış ideoloqları S.Xuk, C.Kennon, İ.Doyçer və başqaları xüsusi yer tuturdular. Və trotskizmin və imperialistlərin belə həmrəyliyi qanunauyğundur, axı onların sinfi mahiyyəti eynidir.
Trotskizmin dayağı - əhalinin xırda burjua təbəqəsidir, hansılar ki cəmiyyətdə müəyyən müddətlik tutduqları yerdən və siyasi kallıqlarının gücündən nəinki solçu mövqedən immunitetə malik deyillər, həm də sanki ona meyl edirlər. Xırda burjuaziya öz sosial təbiətinə uyğun olaraq təmkinlik, təşkilatçılıq, nizamlıq, dözümlülük bacarığı göstərə bilmir və o saat vəziyyətdən uzaq yollarla, “dəli” inqilabçılıqla çıxış axtarır. “Siz öz obyektiv rolunuza görə imperializm provakasiyasının alətisiz. Sizin subyektiv “psixologiyanız” isə hirslənmiş xırda burjua psixologiyasıdır”, - Lenin trotskiçi ideologiyasının sinfi köklərini aydın və dəqiq göstərərək onlara yazırdı.
1924-cü ilin yanvar ayında baş tutmuş RKP-nin XIII  konfransında qeyd olunurdu ki, trotskizm “təkcə bolşevizmin təftiş edilməsi cəhdi, təkcə leninizmdən birbaşa kənarlaşmaq deyil, həm də aydın ifadə olunan xırda burjua meylliyidir. Heç bir şübhə yoxdur ki, bu müxalifət xırda burjuaziyanın proletar partiyasının mövqeyinə və onun siyasətinə təzyiqini obyektiv ifadə edir”.
Elə həmin zaman trotskizmin digər başlıca xüsusiyyəti də ifşa edildi – öz tezislərinin və məqsədlərinin sağ müxalifətçi məzmununu solçu frazeologiya ilə maskalamaq. “Hiyləgərlik edir, fırıldaq işlədir, özünü sol kimi göstərir, sağlara kömək edir, hələlik icazə veririk...” – Lenin Trotskinin söz ekvilibristikasının mahiyyətini belə qiymətləndirirdi. O dəfələrlə qeyd edib ki, sağ və “sol” müxalifət arasında birbaşa əlaqə var. “Sol” təmayül işçi hərəkatında sosial-demokratiyanın uğursuzluğuna reaksiya kimi meydana çıxırdı, və əksinə, solçu sıçrayışlar həmişə sağ müxalifətçi baxışlar və sosial-reformist əhval-ruhiyyə bəsləyiblər. “Sağ” və “sol” təmayüllər bir-birini doğurur. Bu bir medalın iki üzü kimidir. Üzdəki ziddiyyət arxasında hər iki cərəyanın dərin ümumiliyi gizlənir. Antikommunizm, antisovetizm və antipartiyaçılıq – müxalifətin hər iki növ müxtəlifliyinin ideologiyasının  və siyasətinin özəyi budur.
“Ultrasolçuluğa” gənc qruplar - tələbələr və təhsil alan gənclər xüsusi yüksək həssaslıq nümayiş etdirir. Müasir kapitalizmin ədalətsizliklərinə sərt reaksiya göstərərək onlar çox vaxt anlamırlar ki, ədalətsizliyə yalnız işçi siniflə birgə fəaliyyət yolu ilə son qoymaq olar və dünya imperializmi kimi belə təcrübəli, mahir və qəddar rəqiblə mübarizə bilik, həmrəylik və yüksək təşkilatlanma tələb edir.
Trotskiçilər özlərinin müasir inqilab hərəkatında avanqard rolları haqda fikirləri siyasi düşüncəsi tam inkişaf etməmiş tələbəçilik təbəqələrinə yeritməklə, məhz tələbə gənclərlə daha aktiv işləyirlər. Onlar öz mövqelərini guya işçi sinfin dəyişməsi, onun mənəvi cılızlaşması və uyğun olaraq müasir kapitalizm şəraitində müstəqil mübarizə aparmaq bacarıqsızlığı ilə sübut edirlər. Bununla da işçi sinfin bəzi təbəqələrində olan mənfi hallar trotskiçilər tərəfindən qabardılır, müsbət hallar haqda isə susurlar və ya inkar edirlər.
Bu şəkildə tələbə gəncliyi işçi sinfə qarşı yönəltməklə trotskiçilər geniş antikapitalist cəbhəsinin yaranmasına mane olurlar, irtica qüvvələrinin yalnız sosializm uğrunda mübarizədə başda əhalinin digər istismar olunan təbəqələrinin – kəndlilər, tələbələr, ziyalılar və digərləri - dəstəyi ilə işçi sinif getdiyi halda geri çəkildiklərin aydın sübut edən dünya inqilabı təcrübəsini inkar edirlər.
Trotskizmin üçün xarakterik elementlər siyasi prinsipsizlik, boş, “solçu” sözbazlıq, eklektisizm, bir tərəfdən o biri tərəfə məfkurəvi sıçrayışlar, məsuliyyətsiz avantürizmdir. Təxminən yüzillik mövcudluğu ərzində trotskizm az da olsa ardıcıl və düzgün ideologiya yetişdirməyi bacarmadı. Onun əsasını təşkil edən tezislər tez-tez biri digərinə zidd olan, orda-burdan götürülmüş utopik və yalançı ideyalardan parçalardır.
Əgər istənilən trotskist üçün olduqca xarakterik bir xüsusiyyət - antistalinizm, hansı ki buna görə keçmiş SSRİ respublikalarında onu dərhal müəyyən etmək olar, haqda qeyd etməsək, trotskizm haqda söhbət natamam olar. Bu məsələdə trotskiçilər dünya burjuaziyasının qabağına hətta doxsan doqquzluq da çıxararlar. Trotskiçilər Stalinin adı ilə bağlı olan hər şeyə - onun özünə, siyasətinə nifrət edirlər, Stalin və ya onun dövrü haqda yaxşı danışanlar isə onlar üçün 1 nömrəli düşmənə çevrilir.
Stalinin özünə  trotskiçilər burjua təbliğatçılarından və ideoloqlarından daha çox qara yaxırlar. SSRİ-də mövcud olmuş bütün mənfi hallar onun adına yazılır, onu sovet ölkəsində  20-50-ci illərdə yaşanmış bütün pisliklərin və bədbəxtliklərin səbəbkarı kimi göstərirlər. Stalin dövründəki SSRİ-nin aşkar tarixi uğurlarını inkar etmək mümkünsüz olduğu halda, trotskiçilər tez-tez öz inadkarlıqlarında axmaqlıq səviyyəsinə çataraq onun liderinin hər hansı xidmətlərini qəbul etməkdən imtina edirlər.
Özlərini həqiqi marksist-leninçi kimi təqdim edən trotskiçilər hakimiyyəti zamanı sovet sosializminin məhv edildiyi Qorbaçov haqda pis heç nə söyləməzlər, amma kimin rəhbərliyi altında ki, Sovet İttifaqı dünyada ən böyük derjavaya çevrilərək bütün insan fəaliyyəti sahələrində nəzərə çarpan nailiyyətlər əldə etmişdi, həmin şəxs onlarda vəhşi qəzəb tutması yaradır. Bundan sonra trotskiçiləri kommunist, marksist, leninçi və ümumiyyətlə - həqiqi sosializm mübarizləri hesab etmək olarmı? Əlbəttə, yox!
Trotskiçilər –dünya inqilab hərəkatında məqsədləri inqilabi hərəkatı daxildən pozmaqla onu neytrallaşdırmaq, onun birləşməsinə,təşkilatlanmasına mane olmaq olan, bütün insanlığı istismardan və zülmdən birdəfəlik azad etmək üçün zəhmətkeşlərin bütün qüvvələrini bir yumruqda toplamağa imkan verməyən burjuaziyanın seçmə dəstələridir.
Trotskiçilər Stalinə  və onun siyasətinə niyə nifrət edirlər? Çünki, Stalin siyasəti özünün ən aydın ifadəsində burjuaziyanın yaşaya bilməyəcəyi proletariatın diktaturasıdır! Trotskiçilər kimi burjuaziya əlbirlərinə onun yanında yer yoxdur!
Sosializm və kommunizm yolunda həqiqi mübariz Stalinə və onun siyasətinə nifrət edə bilməz, çünki bu məhz kommunizmə aparan yolun keçdiyi siyasətdir. İstənilən həqiqi kommunist bunu başa düşür. Başa düşmək istəməyən isə təyinatına görə kommunist deyil.
Trotskizm vaxtilə darmadağın edilmişdi. Bu Leninin, Stalinin, bolşeviklər partiyasının və Kominternin kommunist partiyalarının böyük xidməti idi. İndi, SSRİ-nin və sosializm ölkələrinin məhvindən sonra, başqa formalarda və başqa variantlarda yenidən meydana gəlmək üçün trotskizm yenidən başını qaldırıb, amma onun mahiyyəti dəyişməz olaraq qalır və onun məqsədləri yenə eynidir – dünya inqilab hərəkatını dağıtmaq, onu tərksilah etmək, sosializm uğrunda yeganə doğru yoldan döndərmək. Ona görə də hər bir kommunistin və kommunist və ya işçi partiyasının vəzifəsi mövcud cəmiyyətin inqilabi dəyişməsinə can atan zəhmətkeşlər və zülmə məruz qalanlar qarşısında trotskizmin alçaq provakator mahiyyətini ifşa etməklə trotskizmlə barışmaz mübarizə aparmaqdır.

eco-socialistsofazerbaijan.blogspot.com

QULAQ haqda həqiqət

Aleksandr Fedotov

Yağışdan çıxıb yağmura düşmək. Qorbaçovun yenidənqurmasını xalq haqlı olaraq fəlakət yenidənqurması adlandırıb. Prezident Putin Sovet İttifaqının süqutunu XX əsrin geosiyasi fəlakəti adlandırdı.
Biz dəqiqləşdirməli olacıq: süqut yox dağılma. Şərəfinə Yekaterinburqda təmtəraqlı abidə ucaldılmış cənab Yelsinin əli ilə dağılma.
Amma indi söhbət onda deyil.
Artıq neçə illərdir ki, Rusiyanın yetişən nəslini "sosializm dəhşətləri" ilə qorxudurlar. SSRİ-də sənayeləşmənin çoxmilyonlu "qul-məhbus" gücü hesabına həyata keçirilməsi haqda sonsuz isteriya ilə.
Amma dünyaca tanınmış alim Viktor Zemskovun öz məqaləsində nümunə gətirdiyi, özünün arxivlərlə iş əsasında əldə etdiyi məlumatlar bunlardır.
"Qorxunc 1937-ci ildə" QULAQ-da (Главное управление лагерей и мест заключения - Düşərgələr üzrə baş idarə) 1 196 369 insan vardi ki, bunun da 87%-ni cinayətkarlar təşkil edirdi.
1938-ci ildə QULAQ-da insanların sayı artıq 1 881 570-ə çatmışdı, yəni ora kütləvi surətdə "37-ci il qurbanları" da daxil idi. Cinayətkarlar 81% təşkil edirdilər.
39-cu ildən və müharibənin başlanğıcına kimi məhbusların sayı azalmağa başladı. Cinayətkarların ən aşağı faizi 1947-ci ildə olmuşdu: indiki liberast və tolerastların fikrincə, düşərgələrə salınmış 1,7 milyon məhbusun 40%-ni polislər, faşizm tərəfdarları və digər "günahsız qurbanlar" təşkil edirdi.
"QULAQ”-a düşmüş məhbusların maksimal sayı, 1 yanvar 1950-ci il tarixi üçün 2 561 351 insan təşkil edirdi". Onlardan 77%-i cinayətkarlar idi.
"Kütləvi repressiyaların qızğın vaxtı" 1,9 milyon məhbus - çoxdur yoxsa az?
Gəlin hal-hazırda, sülh vaxtı həbsxanalarında iki milyon yarımdan çox insan yerləşən "demokratiyanın dayağı" –ABŞ ilə müqayisə edək.
ABŞ əhalisinin sayı – təxminən 300 milyondur, həmin dövrün SSRİ-nin əhalisi – təxminən 200 milyon. Əgər SSRİ əhalisini ABŞ-a saysaq, o zaman ABŞ-da indi 1,53 milyon məhbus olardı ki, bu da "kütləvi Stalin repressiyalarının qızğın vaxtından", – 1,88 milyondan bir qədər az, "qorxunc 37-ci il repressiyalarından " bir qədər çox, və təxminən 1939-cu ildə SSRİ-də məhbusların miqdarına – 1,66 milyona bərabərdir.
Vurğulayıram – QULAQ-ın bütün məhbusları.
2000-ci ildə Rusiya həbsxanalarında yerləşən məhbusların sayı – təxminən 1,1 milyon insan idi ki, bu sayı SSRİ əhalisinin sayı üçün hesabladıqda (200 milyona nisbətdə 145 milyon) 1937-ci ildə olduğundan təxminən 25% çox, 1938-ci ildə olduğundan bir o qədər azdır... Yəni praktik olaraq heç bir fərq yoxdur.
Həm Stalinin dövründə, həm də indu həbsxanaya düşmək ehtimalı praktik olaraq eyni idi.
SSRİ-də dustaqların sayı həmişə o illərin SSRİ-nin əmək resurslarının 2%-dən az hissəsini (təxminən 120 milyon insan) təşkil edirdi, ona görə "sənayeləşmə dustaqların əliylə həyata keçirilmişdir" iddiası həyasız və abırsız yalandır. 2% heç vaxt iqtisadiyyata həlledici yox, heç nəzərə çarpacaq töhfə belə verə bilməzdi, bundan başqa, onlara yalnız xüsusi hazırlıq tələb etməyən işləri tapşırmaq olardı. Amma ən əsası budur ki, 1938-ci ilə sənayeləşmənin əsas məsələləri artıq müvəffəqiyyətlə yerinə yetirilmişdi, özünün isə təxminən 80%-i başa çatmışdı: sənayeləşmə artıq 10 il idi ki, davam edirdi, 1928-ci ildən başlamışdı, və 1939-cu ildə praktik olaraq yekunlaşmışdı.
1938-ci ilə qədər düşərgələrdə və koloniyalarda bir milyona yaxın məhbus var idi, sənayeləşmənin ən çətin illərində isə heç yarım milyon məhbus yox idi, necə ki, məsələn, 1934-cü ildə. Yəni bütün sənayeləşmə illəri boyunca, 1937-ci il də daxil olmaqla, "milyonlarla dustaq" haqqında danışmaqdan söhbət gedə bilməz. Sənayeləşmə dövründə məhbusların orta sayı SSRİ-in əmək resurslarının təxminən 0,8 faizini təşkil edirdi. Tam əsaslanmış şəkildə bildirmək olar ki, məhbusların SSRİ iqtisadiyyatının qurulmasına verdikləri töhfə əhəmiyyətsizdir.
Hansı ki, yeri gəlimşkən, bunu ciddi tədqiqatçılar şübhəsiz qəbul edir. Tutuquşu kimi abırsız yalanları təkrarlayaraq iki sayı müqayisə edə bilmədiyini göstərən həmyerlilərimizə baxmaq acınacaqlıdır.
Qəribədir, niyə ABŞ iqtisadiyyatının dövrümüzdə məhbusların qul əməyinə əsaslanması haqda səslər eşidilmir, bunun üçün daha çox əsas var, nəinki 30-cu illərin ortasında SSRİ üçün?! Və bütün bunlar yiyəsiz Vətəndaş müharibəsi nəslinin, ekstremal şəraitdə Rumıniyadan, Polşadan, Macarıstandan, Finlandiyadan, Çindən və s. ölkələrdən minlərlə başlı-başına atılmış diversantın böyüməsindən sonra baş verir. Ölkənin faktiki olaraq hərbi düşərgə, dalbadal müharibə olduğu şəraitdə: basmaçılıq, Şərq-Çin dəmir yolu, İspaniya, Həsən, Xalxin-Qol... Və bütün bunlarla bərabər adambaşı əhaliyə düşən məhbusların sayı, praktiki olaraq hazırda ABŞ-da olduğu qədər idi.
Zemskovun məqaləsi 1991-ci ilin iyununda işıq üzü gördü. Yəni yuxarıda oturan alçaqlar hər şeyi yaxşı bilirdilər və KİV-də məqsədyönlü şəkildə cəmiyyətə yalan danışırdılar! Öz xalqı qarşısında bu cinayət ona görə daha ağırdır ki, o digər böyük cinayətin- ölkəsinin məhv edilməsinin gizlədilməsi aksiyası kimi həyata keçirilirdi.
Bəlkə SSRİ-də bütün əhali mələk kimi qanuna riayət edən idi, həbsxanalarda isə tamamilə günahsızlar otururdular? Əfsuslar olsun ki, "həqiqətdə SSRİ-də 1921-ci ildən 1953-cü ilə kimi, 33 il ərzində, siyasi motivlərə ("əksinqilabi cinayətlər" üzrə) görə ittiham edilmiş insanların sayı 3,8 milyon təşkil edirdi ".
Yəni "on milyonlarla qurbana" olmamışdı və bu saya yaxın deyildi! "Siyasi motivlərə" görə ittiham edilmişlər polislər, cəzalandıranlar, basmaçılar, xarici kəşfiyyatların agentləri, diversantlar və s. hesab edilir. Həm də sürgün və mühacirət də daxil olmaqla, tamamilə müxtəlif cəzalara ittiham edilmişlər (765 180 insan).
80-ci illərin sonunda Qorbaçovun sərəncamına əsasən "bəraət üzrə komissiya" yaradılmışdı. Komissiya öz işini genişləndirilmiş şəkildə "demokratik Rusiyada" da davam etdirdi ("Siyasi repressiya qurbanlarına bəraət qazandırılması Haqqında" 18 oktyabr 1991-ci ildən Rusiya Federasiyasının qanunu). Baş prokurorluğun məlumatına görə, "Siyasi repressiya qurbanlarına bəraət qazandırılması Haqqında" qanunun qüvvədə olduğu dövr ərzində 901 127 insan barəsində 636 302 cinayət işi təkrar gözdən keçirilmişdir, bunlardan 637 614 nəfərinə bəraət qazandırılmışdır.
İcazə verin soruşaq, bəs "çox milyonlu qurbanlar" haradadır?! Axı bu cinayətkar sistemin məhv edilməsinin əsas motivi məhz bu idi. Yəni SSRİ – ölümə məhkum edilmiş ölkə, günahsız idi?!
Bu komissiyanın fəaliyyətini son dərəcədə ədalətsiz adlandırmaq çox yumşaq olardı – orada baş verənləri "tamamilə özbaşınalıq" ifadəsi ilə adlandırmaq olar”.
Hamıya toplu şəkildə haqq qazandırılırdı, tamamilə aydın cinayətkarlar bəraət qazanırdılar, "işin yenidən baxılması" ən yaxşı halda bir neçə dəqiqə çəkirdi. Yalnız veteranların kütləvi etirazına görə Vlasova bəraət qazandırılması cəhdininin baş tutmaması çox şeydən xəbər verir. Bəzi açıq cinayət işləri əllərində silahla sərhəd keçidi vaxtı tutulmuş diversantların və cəsusların "bəraət qazandırılmasının" sonsuz həyasızlığını göstərir.
Bu "komissiyanın" sədri Yakovlev idi. Onun göstərişinə əsasən, " bir halda ki bütün məhkəmədən kənar orqanlar qeyri-qanuni şəkildə formalaşmışdı, uyğun olaraq, bütün hökmlər, hansılara əsasən repressiyalar aparılırdı, etibarsız idilər, deməli ona görə də, bütün cəzalandırılmışlar istisnasız, avtomatik olaraq bəraət qazandırılmış elan edilir".
Yeri gəlmişkən, qeyri-qanuni olması yalandır, "üçlər" faktiki olaraq tribunal idi, hansılar ki sürətləndirilmiş variantda əsasən təqsirli olması şübhə doğurmayan şəxslərin, məsələn, silahlı sərhəd keçidi zamanı cinayət üstündə tutulmuşların və s. məsələlərinə baxırdılar (İqor Pıxalov, "Repressiyaların qurbanları günahsızdırmı").
Qorbaçovun dövründə təxminən 900 min insana "bəraət qazandırılmışdı". Tez-tez bura Xruşovun dövründə təxminən 700 min "bəraət qazandırılmışı" da daxil etməyə çalışırlar. Amma o zaman bəraət qazandırılmışlar, yəni siyasi günahsız elan edilmişlər, təxminən 15 min nəfər idi, yerdə qalanları sadəcə əfv etmişdilər və ya cəza müddətlərini azaltmışdılar. Yəni xruşovçuların fikrincə, "günahsız qurbanların" sayını gərəksiz olaraq, cəzalandırılmış və əhv olunmuş cinayətkarlarla artırırlar. Həmin 700 000 insan Yakovlev komissiyası tərəfindən artıq bəraət qazanmışlar, yəni bu insanlar ikinci dəfə yenidən hesablanır.
Yeri gəlmişkən, "əsassız kütləvi bəraət" altına düşmüşlərin əsl sayını tapmaq elə də asan deyil. Yakovlev komissiyanın rəsmi nəticəsi – 637 614 insandır. İcazənizlə, bəs Yakovlevin bəyan etdiyi "32 milyon günahsız qurban" hardadır?
Sovet insanlarının Stalindən və "kütləvi repressiyalardan" bərk qorxmaqları üçün əsasları vardı? İyirmi il ərzində hər cür yalançı teleekrandan və qəzetlərdə ciyildəyirlər ki, bəli, hər şey dəhşətli idi, "kütləvi repressiya ətçəkənində" sağ qalmaq böyük uğur idi və bütün xalq dəhşətdən sarsılmışdı. "Hamı” sabah səhər işə gedəcəyini və ya Daxili İşlərin Xalq Komissariatının zirzəmilərinə düşəcəklərini bilmədən gecə soyuq tərlə yatırdı. Bu halda hansısa "şahidlərin" və "həmin dövrlərdə yaşamış" nənələrin sözlərinə istinad edirlər, hansı ki guya bütün həyatlarını qorxu ilə keçiriblər.
Nənələr öz yerində, bugün xatırlayanlar və üçüncü şəxslərin sözlərindən izah edənlər azdırmı, – baş vermiş hadisələrə saylarla obyektiv baxmamaq imkanı varmı? Xüsusən də bunların əksini iddia edən xeyli sayda nənələr və qohumlar var. Düzdür, telequtuya daxil olmaq imkanı olmayan.
Var, və kifayət qədər sadə, hər kəs üçün əlçatan metodika, "risklərin müqayisəli analizi" adlanır. Stalin dövründə "repressiya" olmaq riski nə qədər idi və bu digərlərilə, qorxmalı olduğumuz, bizim adət etdiyimiz hadisələrlə müqayisədə nə qədər çoxdur?
Siz dəhşətə gələcəksiniz, amma SSRİ-nin məhv edilməsindən sonra, rəsmi statistikaya görə, quldurlar tərəfindən yarım milyonundan çox insan öldürülmüşdür, və milyondan çox insan ağır bədən xəsarətləri almışdır.
Ümumi olaraq, Rusiyanın demokratiyaya keçdiyi illər ərzində cinayətkarlar ildə təxminən 30 min insan öldürüblər. Bu 17 il ərzində yarım milyondan çox insan deməkdir.
Stalinin hakimiyyətdə olduğu 33 il ərzində təxminən 650 min insan güllələməyə məhkum edilmişdi, 50%-dən aşağı halda hökm icra olunub (S. Mironin, "Növbəti mifin ifşası"). Stalin vaxtı SSRİ-in əhalisi təxminən 200 milyon insan təşkil edirdi, indi Rusiyanın əhalisi 150 milyondan azdır ki, bunu da biz, təbii ki, qiymətləndirilmələrimizdə nəzərə alacayıq.
Stalin dövründə ölkədə 300 milyondan çox insan yaşayırdı – tam bir nəsil artmışdı və əvəz olunmuşdu.
Beləliklə, birinci beşillik illərində Daxili İşlərin Xalq Komissariatından və Stalindən qorxmaq üçün insanların heç bir əsası yox idi. Onlar heç qorxmurdular da, bunu iddia edənlər yalan danışırlar, on milyonlarla "repressiya olunmuşlar" haqqında yalan danışdıqları kimi. Sovet insanı üçün "Daxili İşlərin Xalq Komissariatının güllələnmə zirzəmisində " həlak olmaqdan qorxmağın heç bir mənası yox idi, əgər o cinayətkar və ya başdan xarab deyildisə, xüsusən onlar haqqında informasiya, yumşaq desək, elan edilmirdi.
Praktiki olaraq bütün dəlillərə görə, Xruşovun məruzəsi insanlar üçün şok idi – onlar "kütləvi repressiyalar" haqqında heç şübhələnmirdilər də. Axı bu nə "kütləvi repressiya" idi ki, insanların bundan xəbəri yox idi?! Çox milyonlu qurbanlar haqqında bilməmək – Vətəndaş müharibəsi zamanı insanların öldürürdüyü və onların aclıqdan və yatalaqdan (təxminən 7 milyon insan) öldükləri haqda bixəbər olmaq kimi bir şeydir. Eynilə müasir "Pepsi nəsilinin" səfeh nümayəndəsinin məktəb inşasında qeyd olunduğu kimi: "Soljenitsinin kitablarından Sovet insanları bildilər ki, bu ölkədə yaşamaq necə də qorxuludur..."
Bəs o vaxtlar kimlər yatmağa qorxurdu? Cinayətkarlar və onların köməkçiləri. Məsələn, istənilən ölkədə istənilən vaxtlar cəsus və ya oğru yatmağa hazırlaşarkən səhər öz yorğan-döşəyində, yoxsa ilkin həbs kamerasında oyanacağını bilmir.
Nəticə çıxır ki, Stalin vaxtı qorxudan "beşinci kolonna " və onlara çox ürəkyandıran simalar əzab çəkirdi, xalqın isə qorxmağa heç bir əsası yox idi.
O, sərt illərdə günahsızlar əzab çəkirdilərmi?
Əlbəttə, əzab çəkirdilər, necə ki indi əzab çəkirlər. Haqq-hesab çəkmək də vardı, paxıllıq edənlərin alçaq tələləri, istintaq orqanlarının səhvləri də vardı. Və nəticədə bütün bunlar – hər yerdə olan məhkəmə səhvləridir.
Əmin-aman Amerikada, məsələn, "ədalətin səhvi" ittiham edilənlərin təxminən 5%-ni təşkil edir. Bu Amerika hakimlərinin etirafına əsaslanan rəsmi məlumatlardır. Bu o deməkdir ki, ABŞ həbsxanalarında hal-hazırda yüz mindən çox günahsız insan oturur- 30 il ərzində nə qədər olacaq?
Yeri gəlmişkən, hüquq müdafiəçiləri və vəkillər assosiasiyaları 2-3 dəfə böyük rəqəmlər söyləyirlər.
Bu o deməkdir ki, bəşəriyyət ədalətdən imtina etməlidir? Əfsuslar olsun ki, istənilən cəmiyyətdə məhkəmə səhvləri – qaçılmaz şərdir. Əməliyyat vaxtı xəstələrin müəyyən faizi həyatlarını itirir deyə- bu onu bildirmir ki, əməliyyatları tamamilə ləğv etmək lazımdır. Eynilə bu qayda ilə də heç kəsin ağlına məhkəmələri və istintaq orqanlarını ləğv etmək gəlmir, onların bütün xərclərinə və çatışmazlıqlarına baxmayaraq, – onlardan imtina daha böyük ağır nəticələrə gətirib çıxaracaq. Əgər bunu etsək, cəmiyyətdə yaşamaq mümkün olmayacaq. Edilməli olan yeganə şey, periodik olaraq işlərə yenidən baxmaqdır, və bütün ölkələrdə bu da yerinə yetirilir.
Görünür, o haqda nəticə çıxartmaq olar ki, "repressiyalar ümumiyyətlə mifdir, sərt vaxtlar idi, düşmənlər çox idi, bəzən hardasa ayrı-ayrı çatışmazlıqlara rast gəlinirdi, amma qeyri-adi heç nə yox idi". Bundan başqa, Rusiyanın Baş prokuroru vəzifəsində olduğu vaxt ittiham edilmiş cinayətkarlarla bağlı məsələlərə baxan Kazannik açıq şəkildə bildirmişdi ki, "Stalin dövründə qanunilik pozulmurdu".
Bəs doğrudanmı repressiyalar olmayıb? Xeyr. Mən bunu iddia etmirdim, onu bildirirdim ki, ittiham olunanların sayında qeyri-adi heç nə yoxdur, həm də onların əksəriyyəti günahkar idilər. Repressiyaların olması haqda nəticə çıxarmaq yanlışdır. Repressiyalar baş vermişdi, amma onların miqyası anti-sovetçilərin tərəfindən olduqca şişirdilmişdir.

Tərcümə: Günel Muradova       eco-socialistsofazerbaijan.blogspot.com

12.06.2020

Питьевая вода в нужное время максимально повышает эффективность человеческого организма

1 стакан воды после пробуждения помогает активировать внутренние органы. 
1 стакан воды за 30 минут до еды помогает пищеварению.
1 стакан воды перед душем помогает снизить кровяное давление.
1 стакан воды перед сном избегает инсульта или инфаркта.

Məshəti türkləri Türkiyənin düşmən fəaliyyəti ucbatından deportasiya edilmişlər

Akşin Sultanov

Burjua mətbuatı üçün “obyektivlik” prinsipi var və ondan ibarətdir ki, özlərinə lazım olanda və sərf eliyəndə mövzuyla bağlı ekspert rəyinə, qarşı tərəfin fikrinə də müraciət edirlər. Heç olmasa bir şeydən yazanda axırda oxucu üçün məsələnin məzmununu az da olsa açıqlayırlar.
Amma nədənsə Stalin deportasiyaları barədə danışarkən ekspert rəyinə ehtiyac durmurlar. Bircə kəlmə də bu köçürülmələrin səbəbindən yazmırlar. Məlumatsız və kəmsavad oxucu da elə anlayır ki, Stalin bekarçılıqdan və illaki kiməsə, hansısa xalqa pislik etmək naminə, elə-belə, mırta, sadist həzzi almaq üçün günahsız insanlara əzab verib.
Əlbətdə, köçürülmüş xalqların hər bir fərdi günah sahibi olmayıb, aralarında günahsız insanlar da olub. Guya bunu sovet hökuməti bilməyib? Bilib.
Əvvəla onu bilin ki, xalqları müharibə vaxtı köçürüblər. Bunu bilməyiniz çox vacibdir. Müharibədən sonra heç bir xalqı köçürməyiblər. Çünki lüzum qalmayıb. Müharibə vaxtı isə vardı.
Müharibə başlayandan sonra səfərbərlik elan edilir. Çeçenlər və inquşlar kütləvi olaraq dağlara qaçdılar, əsgər getməkdən imtina etdilər. Əlbəttə ki, çeçen və inquş gənclərini yoldan çıxaran qüvvələr var idi. Stalin elə-belə xəbərdarlıq etmirdi ki, sosializm quruculuğunda sinfi mübarizə daha da şiddətlənəcək. 1930-cu illərdə hələ də bir sürü gizli burjua ünsürləri qalmaqda idi. Səfərbərlikdən boyun qaçırmaları azmış kimi, onlar dağlarda quldur dəstələri yaradıb dövlət orqanlarına hücum, evləri və dövlət obyektlərini qarət edirdilər. Bir neçə il! Müharibənin ən qızğın vaxtında bütün bu cinayətlərdə çeçen və inquş əhalisinin az sayılmayacaq qədər hissəsi iştirak etdi. Hər halda dağlardakı cani dəstələri özbaşına hərəkət etmirdilər, onlara məlumat ötürənlər, necə deyərlər, logistik dəstək verənlər vardı. Və bütün o quldur dəstələri yaxınlaşan işğalçı-faşist ordusuyla əlaqəyə girməyə və birləşməyə hazırlaşırdılar. Bütün dediklərimə dair kifayət qədər tarixi faktlar var, həqiqət axtaranlar internetdən hər şeyi tapıb oxuya bilərlər.
Krım tatarları haqda dəfələrlə səhifədən yazmışam.
Məshəti türkləri çeçenlərdən və inquşlardan fərqli səfərbərlikdən boyun qaçırmayıblar, krım tatarlarından fərqli işğalçıların tərəfinə keçməyiblər (işğal da görməyiblər, işğal edilsəydilər özlərini necə aparacaqlarını demək çətindir), kişi kimi sovet ordusunda işğalçılara qarşı vuruşublar, 26 min şəhid veriblər; 8 məshəti türkü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər. Bəs belə bir ləyaqətli insanları niyə köçürürlər?
Bu məsələdə Türkiyənin altdan nasist Almaniyasına yardım etməsi, SSRİ ilə Türkiyə münasibətlərinin həddən artıq soyuması böyük rol oynayır. İkinci dünya müharibəsinin sonunda SSRİ az qala Türkiyə ilə müharibəyə başlayacaqdı – bax bu səviyyədə ciddi idi məsələ.
İsmet İnönü Türkiyəsi nasist Almaniyası ilə (SSRİ-yə hücum etməsindən cəmi 4 gün əvvəl) iqtisadi əməkdaşlıq haqda saziş imzalayır. Bu, Almaniyanın Fransanı asanlıqla işğal etdiyindən sonra baş verir. Buna görə Türkiyəni qınamaq da olmur. Onsuz da bütün Avropa ölkələrinin, hətta SSRİ-nin özünün Almaniya ilə bənzər məzmunlu sazişləri vardı.
Türkiyə “neytralitet” elan edir, amma bəzi əməlləri onun neytral qalmaqdan uzaq olduğunu sübut edir. Əlbəttə ki, sovet kəşfiyyatı və Stalin çox şeydən məlumatlı idi.
1941-ci ilin payızında, işğalçılar Moskvanı artıq işğal edəcəklərini zənn edən ərəfədə, Türkiyə hərbi akademiyasının rəisi general Ali Fuad Erdenin başçılığı altında Türkiyə hərbi deleqasiyası Almaniya-SSRİ cəbhəsinə, alman hərbçiləri ilə görüşə yollanır. Bu, sovet rəhbərliyinin haqlı narazılığına səbəb olur (Məlumatı Vikipediyadan götürmüşəm- hələ bunu burjua, antisovetçi Vikipediyası yazır...)
Türkiyə ilə gərginlik 1942-ci ilin yayında, Avropa faşistlərinin Stalinqrada və Qafqaza hücumu başlayanda artır. Niyə?
Türkiyədə səfərbərlik edilir və ordunun sayı bir milyon nəfərə çatdırılır. Qafqaza və Stalinqrada hücum başlayan kimi həmin ordunun 750 min əsgər və zabiti (yanı 75%) Batum bölgəsində SSRİ-Türkiyə sərhədinə yığılır. (Söhbəti tutmağı unutmayın).
1942-ci ilin iyulundan başlayaraq SSRİ-nin 1 may 1942-ci ildə formalaşdırdığı Zaqafqaziya cəbhəsinə qarşı Türkiyə 4 ordu korpusu, 16 piyada diviziyası, 2 süvari diviziya, bir motoatıcı briqada cəmləyir. SSRİ qoşunlarının sayı isə sərhəddə cəmi 200 min olur, çoxu da gənc, təcrübəsiz əsgərlər olur. SSRİ rəhbərliyində olan məlumata görə Türkiyə Stalinqrad alınan kimi Almaniyanın tərəfində müharibəyə daxil olmağa hazırlaşırdı. Lakin Qızıl Ordunun əks-hücumu bütün bu planları alt-üst etdi.
Yeri düşmüşkən, Yaponiya da eyni şeyi gözləyirdi: Stalinqrad alınan kimi Yaponiya da müharibəyə Almaniya tərəfində daxil olacaqdı.
Almaniyadan qorxan və kimin qalib gələcəyini təxmin edə bilməyən Türkiyə formal olaraq neytralitet tətbiq etsə də Almaniyanı bəzi mallarla təmin edirdi, Almaniyanın hərbi iqtisadiyyatında müəyyən rol oynayırdı. Təkcə 1943-cü ildə Türkiyə nasist Almaniyasına 46,9 milyon ton xrom filizi, 17,9 milyon ton zeytun toxumu, 17,6 milyon ton balıq, 9,5 milyon ton çuqun, 7,4 milyon ton mis göndərir. Bu, SSRİ-ni bərk qıcıqlandırırdı. Xrom Almaniya üçün çox vacib idi. Xromdan tank (zirehinin) istehsalında istifadə edirlər. Xrom filizinin nə qədər vacib olduğunu anlamaq üçün SSRİ-də xromun ancaq Qazaxstanda olduğunu bilmək lazımdır.
Türkiyənin coğrafi mövqeyi çox əlverişli idi. Ona görə, müharibənin qızğın vaxtında SSRİ, ABŞ və Britaniya rəsmiləri dəfələrlə Türkiyədən Almaniyaya qarşı müharibəyə qatılmağı istəyirlər, hər dəfə də Ankaradan “Türkiyə müharibəyə hazır deyil” cavabını eşidirdilər. Açığı, ABŞ və Britaniyanın əslində vecinə də deyildi, onların öz maraqları var idi. İş orasındadır ki, SSRİ onlardan Almaniyaya qarşı “qərb cəbhəsi” açmağı tələb edirdi, onlar isə bunu etmirdilər... Əvəzində Türkiyədən tələb edirdilər. Elə onlar da gözləmə mövqeyində idilər... Elə onlar da SSRİ-nin Stalinqradda yıxılacağını gözləyirdilər. Ona görə də 1943-cü ilə qədər “lend-liz” “kömək” layihəsi çərçivəsndə SSRİ-yə 1945-ci ilə qədər edilən “köməyin” cəmi 3-4 faizini etmişdilər. Elə onlar da SSRİ əks-hücuma keçəndən sonra, müharibənin və Avropanın gələcək taleyini tək başına SSRİ-nin həll edəcəyini görəndən sonra qərbdə Almaniyaya qarşı cəbhə açdılar.
Bir sözlə, Stalinqradda qızğın döyüşlər gedəndə ölkələr gözləmə mövqeyi sərgiləyirdilər. Türkiyə və Yaponiya Stalinqrad alınandan sonra Almaniya tərəfdə SSRİ-yə qarşı vuruşmağa başlayacaqdılar.
“Belə şey olmaz” deyənlər üçün: onsuz da Almaniyanın tərəfində bir çox Avropa ölkəsinin qoşunları vuruşurdu. Stalinqrad uğrunda döyüşlərdə Rumıniya, Macarstan, İtaliya və s. ölkələrin ordu hissələri Almaniya tərəfdə vuruşurdu.
Türkiyə Almaniyanı xromla təmin etməyə yalnız 1944-cü ilin aprelində son qoydu. Və yalnız 1944-cü ilin avqustunda Türkiyə Almaniya ilə iqtisadi və diplomatik əlaqələri kəsdi. Və yalnız 23 fevral 1945-ci ildə Türkiyə Almaniyaya formal olaraq müharibə elan edir, ancaq hərbi əməliyyatlarda iştirak etmir (Ola bilsin, buna görə SSRİ Türkiyəni bağışlayır, cəzalandırmaqdan imtina edir).
Özümün və oxucunun vaxtını alıb hadisələrin tarixi fonunu sovet rəhbərliyinin aldığı qərarların məntiqini izah etmək üçün təsvir etdim. Yekunlaşdıraq. Müharibənin qızğın, SSRİ-nin məğlub vəziyyətə düşdüyü vaxtda Türkiyə Almaniya ilə diplomatik və iqtisadi müstəvidə əməkdaşlıq edir, SSRİ-nin istəklərinə məhəl qoymur, səfərbərlik edib bir milyonluq ordu yığır, həmin ordunun mühüm hissəsini SSRİ ilə sərhədə yığır, üstəlik tez-tez sərhəddə atışmalar olur...
İndi musavatçı tarixçilər deyərlər ki, bəs SSRİ Türkiyəyə hücum edəcəkdi, ona görə İsmet inönü ordunu SSRİ ilə sərhədə yığdı. Yalan! SSRİ-nin həmin bölgədə olan ordu sayını yazdım. 200 minlik orduyla, özü də əsgərliyə təzə çağırılmış, təcrübəsiz gənclərdən ibarət 200 minlik orduyla SSRİ necə Türkiyəyə hücum edəcəkdi? O biri tərəfdən, niyə Türkiyə bütün ordusunu SSRİ ilə sərhədə, Batum istiqamətinə yığmışdı? SSRİ-dən hücum gözləyirdisə, SSRİ elə İran, Cənubi Azərbaycan tərəfdən də hücum edə bilərdi. Orda SSRİ-nin zatən ordusu vardı.
Xeyr, SSRİ o vaxtlar Türkiyəyə hücum barəsində qətiyyən düşünməyib, başqa bir cəbhədə müharibə aparmağa SSRİ-nin gücü və resursları olmayıb. Bakını və Bakı neftini itirmək riski olub. Bu isə SSRİ üçün fəlakət demək idi. SSRİ Türkiyəyə yalnız müharibənin sonunda, Almaniyanın darmadağın edilməsinə şübhə qalmayanda müdaxilə etmək haqda düşünüb.
SSRİ üçün çox ağır vaxtlarda İnönü rəhbərliyinin hərəkətlərinə görə Türkiyəni cəzalandırmaq lazım idi. Bundan da imtina edilir. Baxmayaraq ki, Stalinin ətrafındakı müəyyən qüvvələr Türkiyəyə müdaxilə etməyi istəyirdilər. Mikoyan hər halda çox istəyirdi ki, Ermənistanın ərazisi Türkiyənin hesabına genişlənsin. İndi erməni millətçiləri də Stalinə Türkiyə ilə müharibə etmədiyinə görə söyürlər. Necə ki bizim musavatçılar Stalinin İrandan ordunu çıxartmaq qərarını “Stalin qoymadı Azərbaycanı birləşməyə” kimi təqdim edirlər. Bir sürü qanmaz, parabaş gədə-güdənin əlində qalıb inqilabçı Stalin. Əsl “dəhşət” budur.
Stalin qeosiyasi vəziyyəti nəzərə alaraq Türkiyəyə müdaxilə etmir və ABŞ-ın təzyiqi ilə İrandan çəkilir. Lakin Türkiyə ilə münasibətlər soyuyur, 1953-də isə Türkiyə NATO-ya qoşularaq birdəfəlik tərəfini tutur.
Nə isə... Məshəti türklərinin Türkiyənin güdazına getməsi söhbətinə qayıdaq.
Türkiyə Almaniya ilə əməkdaşlıq edir, SSRİ-nin bitdiyinin an məsələsi olduğuna inanır. Hitlerin komandası cənab Rəsulzadəgilə “müstəqil Azərbaycan”, Qareqin Njdeyə “müstəqil Ermənistan+Qarabağ+Naxçıvan” sözü vermişdisə, Ankaraya SSRİ-nin məğlub edildiyində nələrin vəd etdiyini anlamaq çətin deyil. Əslində belə məsələləri tarixçilər araşdırmalı, yazmalıdır. Mən tarixçi deyiləm, arxivlərlə işləmək imkanım da yoxdur. “SSRİ-də tarix ideologiyaya bağlı idi” gileyini eləyən tarixçilər hamısı bu gün tarix elmini musavat ideologiyasının sərəncamında saxlayır. Onlar heç vaxt Türkiyənin Qafqaz cəbhəsində Almaniya tərəfində SSRİ-yə qarşı vuruşmaq planı haqda yazmayacaqlar.
Almaniya Leninqradı blokadaya alıb, Moskvanın bir addımlığında, Stalinqradın içində, Kislovodskda, Şimali Qafqazda... Məqsəd Bakını işğal etmək... Və o şəraitdə Türkiyənin ordusu Batum istiqamətində yığışıb, özünü aqressiv aparır...
Müharibə haqda anlayışı olanlar bilir ki, kəşfiyyat və diversiya işləri müharibənin ayrılmaz hissəsidir. Ordusunu Batum istiqamətində cəmləyən Türkiyə əlbəttə ki, məshəti türkləri ilə əlaqə yaratmışdı, kəşviyyat şəbəkəsi yaratmışdı... Bunu ən azı Almaniya kəşfiyyatı üçün edirdi.
Hamı bilir ki, Stalinqrad döyüşü müharibədə dönüş nöqtəsi olur. Yüz minlərlə faşist əsgər və zabitinin əsir alınması həm də Almaniya və müttəfiqlərinə ağır mənəvi zərbə idi. Almaniyanın Stalinqradda aldığı ağır məğlubiyyət əlbəttə ki Türkiyənin mövqeyinə təsir edir. Stalinqraddan sonra Türkiyə Almaniya üçün Qafqazda ikinci cəbhə, Yaponiya isə öz istiqamətində üçüncü cəbhəni açmaq niyyətindən imtina edir. Cəbhə açılmasa da məshəti türklərinin yaşadığı bölgədə aparılmış işlər, işlərin nəticələri, kəşfiyyat və diversant şəbəkələri qalırdı.
Ərazisini işğalçıdan azad edən SSRİ bəzi xalqları köçürməyə qərar verir. Arxa cəbhədə, “kürəyinin ortasında” Almaniyanın yaratdığı kəşfiyyat və diversant şəbəkələrini zərərsizləşdirmək lazım idi. Əhalinin çox hissəsinin işğalçı qüvvələrlə əməkdaşlıq etdiyinə, işğalçıya simpatiya ilə baxdığına dair məlumatlar köçürülmə qərarlarına təsir edirdi.
Məshəti türkləri ilə bağlı qərara hər halda Gürcüstan rəhbərliyinin rəyləri, Gürcüstan kəşfiyyat orqanlarının məlumatları təsir göstərib. Bizim camaatın bütün diqqəti erməni millətçiliyinə mərkəzlənib, halbuki gürcü millətçiliyi daha qorxunc, daha təhlükəlidir. Gürcü millətçiləri də monoetnik Gürcüstan xəyalında olublar. 1990-larda onlar azərbaycanlıları da çıxartmaq istəyirdilər, abxaz və osetin separatizmi onların diqqətini yayındırdı, yoxsa dağ gürcülərini – svanları – azərbaycanlılar yaşadıqları bölgələrə köçürürdülər, onların vasitəsilə azərbaycanlılara təzyiq edirdilər. Yaxşı bəs sovet vaxtı gürcü millətçiliyi, gürcü millətçiləri varmıydı? Əlbəttə, gürcü millətçiliyi, gürcü millətçiləri o vaxtı da olub, sadəcə sovet beynəlmiləlçiliyi və sistemi onları bir çərçivəyə salmışdı, hərəkət etməyə qoymurdu. Amma necə ki erməni millətçiləri “bolşevik”, “kommunist” maskası ilə çirkin əməllərini altdan-altdan ediblər, çox guman ki, gürcü millətçiləri də sakit oturmayıblar.
Açığı, tarixçi olsaydım, maddi dəstəyim və arxivlərlə işləmək imkanım olsaydı, bütün bu mövzuları xırdalıqlarına qədər işləyərdim. Hələ ki, intuitiv səviyyədə onu deyə bilərəm ki, məshəti türklərinin düşdüyü vəziyyətdən Gürcüstan rəhbərliyindəki və xüsusi xidmət orqanlarındakı millətçilər öz istəklərinə uyğun sui-istifadə etdilər. Hər halda sovet rəhbərliyinin qarşısına məshəti türklərinin kütləvi şəkildə Türkiyəyə və Almaniyaya simpatiya bəsləməsinə dair məlumatlar, sənədlər, sübutlar qoyulub ki, köçürülmə qərarı verilir. Ciddi səbəblər olmadan müharibə vaxtı belə qərarlar verilməz. Ən azı ona görə ki on minlərlə əhalini köçürmək üçün qatarlar, icraçılar, başqa resurslar ayırmalısan, buna isə imkan yox idi. Xalqları Orta Asiya respublikalarına köçürürdülər, oralıq isə onsuz da Rusiyadan, Belorusiyadan, Ukraynadan evakuasiya edilmiş əhali ilə dolu idi.
Gürcüstan rəhbərliyi sovet rəhbərliyini məshəti türklərinin öz ölkəsinə sadiq qaldığına əmin edə bilərdi. Etmir, tam tərsi, türklərin köçürülməsinin vacibliyinə inandıra bilir.
Köçürülmələr (“repressiyalar”) 1944-cü ildə, yənı müharibənin qızğın, SSRİ-nin əks-hücuma keçdiyi vaxtda həyata keçirilir. O qədər insan, maddi və mənəvi itki vermiş SSRİ artıq risk edə bilməzdi. Mövzu on milyonlarla sovet insanının, onlarla başqa sovet xalqlarının həyatı və taleyi idisə, yüz minlik məshəti türklərinin köçürülməsi hansısa təhlükələri aradan qaldırırdısa, bunu etmək lazım idi.
Əlbəttə, bütün məshəti türkləri Almaniya və Türkiyəyə simpatiya ilə baxmırdılar, nə də onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmirdilər. Və bunu o vaxtın texnologiyası ilə (indi təkcə mobil telefon vasitəsilə adamın nə vaxt, kimlə, harda nəfəs alıb-verdiyini müəyyən etmək olur), o şəraitdə araşdırmağa nə vaxt var idi, nə də imkan.
O vaxtın şəraitini hələ də yaxşı anlamayanlara izah edim. Səfərbərliyin miqyasını 3,4 milyon əhalisi olan Azərbaycandan 681 min nəfərin Qızıl Ordu sıralarında olduğunu təsəvvür edin... Gürcüstanda da yəqin eyni vəziyyət olub. Demək olar ki, hər “başı papaqlı” cəbhədə idi. Qadınlar da bütün günü işləyirdilər ki, cəbhənin hər şeylə təmin etsinlər. 100 minlik məshəti türklərini qısa vaxtda bir-bir araşdırmaq üçün ən azı min nəfərlik istintaq qrupu lazım idi. Bu qədər istintaqçını ayırmağa SSRİ-nin resursu yox idi. Müharibə ölkəni və insanlarını taqətdən salmışdı... Uzun araşdırmağa vaxt yox idi, risk isə böyük idi. Hamı bilir ki, Bakının özündə neft sənayesinə zərbə vurmağa çalışan diversiya qrupları vardı. Xaricdəki musavatçıların köməyi ilə Bakıda diversiya və kəşfiyyat şəbəkəsi yaratmış Almaniya hər halda Türkiyə xüsusi xidmət orqanları vasitəsilə məshəti türklərinin arasında daha geniş və dərin iş aparmışdı.
(İstintaq aparılsaydı, bəlkə də minlərlə məshəti türk müharibə vaxtının sərt qanunlarına görə güllələnəcəkdi).
Yüz min məshəti türkünün SSRİ-nin bir bölgəsindən başqa bir bölgəsinə köçürülməsi dəhşətdirsə, yüz minlərlə sovet gəncinin, uşağının basabas dolu yük vaqonlarında Almaniyaya işləməyə, nasist konslaqerlərinə daşınması nədir?! Daha yüz minlərlə sovet gənc qızların, yeniyetmələrin yük vaqonlarına əşya kimi atılıb harasa aparılmasının qarşısını almağa kömək edəcəkdisə, yüz min məshəti türkünü Türkiyə ilə həmsərhəd bölgədən köçürməyə dəyərdi. Müharibə vaxtı işləyən qanun-qayda sərtliyi heç kimin göz yaşına baxmır.