24.07.2020

Ermənistan hökuməti vahhabi terrorçularını silahla təmin edib

Paşinyanın silah maxinasiyası ilə bağlı sensasion faktlar üzə çıxdı

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı korrupsiya ittihamları kampaniyasında əsas fiqur keçmiş prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyandır.
Videomüraciətlərində Minasyan Paşinyanı, ailə üzvlərini və yaxın ətrafını Ermənistan iqtisadiyyatının yüksək gəlirli sahələrində (metallurgiya və qiymətli metallar kimi) korrupsiya sxemləri həyata keçirməkdə ittiham edir.
Bununla yanaşı, söhbət həm də, cinayətkar fəaliyyətlərdən gedir. Məsələn, tütün məhsullarının qaçaqmalçılığı və silah ticarəti. Sonuncu ittiham, yəni silahların təkrar satışında dələduzluq Ermənistanın əsas hərbi-siyasi müttəfiqi olan Rusiyanın maraqlarına birbaşa toxunur.
Ermənistandakı daxili proseslərdən kifayət qədər məlumatlı olan Minasyan Paşinyanın silah biznesində David Qalstyanın roluna diqqət çəkir.
Minasyanın sözlərinə görə, Qalstyan məlum əməliyyatların aparılması ilə bağlı səlahiyyəti şəxsən Paşinyandan alıb: “Ermənistanın baş naziri Nikol Paşinyan David Qalstyana Müdafiə Nazirliyi vasitəsilə səlahiyyət verir və ona Ermənistan Respublikası adından tutalım, 100 ədəd silah sifariş vermək imkanı yaradır. Sonra Ermənistan David Qalstyanın offşorundan məsələn, bu 100 silahdan 60-nı alır. Ödənişi edilən 60 silah Ermənistana gətirilir. Sənəd üzərində hər şey qaydasındadır. Lakin bir istisna var. Əvvəlcədən sifariş edilmiş, lakin pulu ödənilməmiş 40 silahı Qalstyan Rusiyadan birbaşa üçüncü ölkəyə göndərir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə. Bu üçüncü ölkənin əli ilə də silahlar dördüncü ölkəyə gedib çıxır”.
“Royalsys Engineering” şirkətinin sahibi David Qalstyanın adı münaqişə zonalarında silahların qanunsuz daşınması və satışı ilə bağlı yayılan xəbərlərdə çoxdan yer alıb. Qalstyan və onun çoxsaylı şirkətləri BMT Təhlükəsizlik Şurasının hesabatlarından birində Liviyaya və daha sonra Suriyaya (Əsəd hökumətinə qarşı çıxan adı açıqlanmayan qruplara) silah tədarük edən, Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun offşor şirkətinin hesabına ödəmələr edən tərəf kimi düşüb.
Açıq mənbələrdə Qalstyanın adı “Mosstone Engineering”, “Armenian DG Arms”, “Ayk Avia” kimi şirkətlərlə də qoşa çəkilir. Bu şirkətlərin Suriya, Liviya, Cənubi Sudan və Somaliyə silah göndərdiyi bildirilir.
Lakin biznesmenin qaranlıq keçmişi demokrat Paşinyanın onunla bir neçə dəfə görüşməsinə və onun biznesinin Ermənistanda inkişafını müzakirə etməsinə mane olmadı.
Beləliklə, Rusiya tərəfindən verilən endirimlərdən istifadə edən Qalstyan yeni hakimiyyətin himayəsi altında hərbi məhsulları üçüncü tərəfə satır. Rusiya Ermənistana silahları daxili qiymətlərlə verdiyi üçün endirim qiyməti ilə dünya qiymətləri arasındakı fərq 15-40 faizə çatır...
Lakin keçmiş prezidentin kürəkəni güzəştli Rusiya silahlarının qanunsuz satışının qayınatasının dövründə də həyata keçirildiyinə toxunmaq belə, istəməyib. Bu sxem S.Sarkisyanın ortağı, erməni əsilli rusiyalı iş adamı Vahram Simonyanın və “South Airlines”, “Skiva Air”, “V-Berd Avia” kimi, aviaşirkətlərin iştirakı ilə həyata keçirilirdi.
Yeri gəlmişkən, “Skiva Air”in qaranlıq sxemlərdə iştirakı üzə çıxandan sonra lisenziyası o vaxtkı Ermənistan hakimiyyəti tərəfindən ləğv edilmişdi. Daha sonra – 2014-2015-ci illərdə Cənubi Sudana silah və sursat tədarükündə milli aviasiya kampaniyası “Air Armenia” iştirak etmişdi. Lakin görünən odur ki, Paşinyanın sələflərin “işinə” icazəsiz basqın edərək, Rusiya maraqlarına parazitlik etməsi işləri korlayıb.
Baş nazirin büdcədənkənar iş sxemlərinə olan ehtirası onunla nəticələndi ki, 2019-cu ildə sirli David Qalstyan Rusiyada 10 illiyinə persona non-qrata elan edildi. Üstəlik, Ermənistan elitasının silahlarla bağlı məlum əməliyyatı mətbuata sızdı.
Ermənistandakı yeni hökumət məlum əməliyyatlara aidiyyəti ilə bağlı iddiaları qətiyyətlə rədd edir. “Belədirsə, Qalstyan məsələsini həll etmək üçün Paşinyan hərbi müşaviri Arşak Karapetyanı niyə gizli şəkildə Moskvaya göndərdi?”, – deyə Minasyan sual edir.
Ermənistan Hesablama Palatasının 2019-cu il üçün rəsmi hesabatına görə, ölkədə qeydiyyata alınan 28 təyyarədən 10-u (!) hava yüklərinin daşınmasını həyata keçirmək üçün Cənubi Sudan və Çadda olub. Daimi qarşıdurma şəraitidə olan bu Afrika ölkələrinə erməni təyyarələrinin ərik və şaftalı daşımadığı aydındır.
Elə həmin il daha bir erməni aviaşirkəti – “Mars Avia” da Moqadişu hava limanına təcili eniş edib. Çox güman ki, söhbət, məhz belə “sürprizlər”in adı altında tez-tez həyata keçirilən silah və ya döyüş sursatı satışından gedib.
Ölkənin məlumatlı adamlarından olan Ermənistan xüsusi xidmət orqanlarının keçmiş rəisi David Şahnazaryan da silah alverində “boz sxemlərin” davam etdiyinə işarə edib.
Rusiyadan qovulan Qalstyan bu yaxınlarda Ermənistan hökuməti tərəfindən açılan (səhmdarı “Royalsys Engineering” olan), “Kalaşnikov” avtomatları istehsalı edən ortaq bir zavodun təqdimat mərasimində Paşinyanın yanında peyda oldu.
Bütün bunlar kompleks şəkildə yalnız bir şeyi göstərə bilər – Paşinyan mövcud sxemə nəzarəti ələ alıb və indi rus müttəfiqi qarşısında öz “cekpotunu” qanuniləşdirməyə çalışır.
Ermənistanın yeni hökumətinin həm tərəfdaşı, həm də müştərini düzgün seçmək məsələsində yetkin olmadığını nəzərə alsaq, bu, Rusiya silahlarının planetin müxtəlif yerlərində Kremlin maraqlarına qarşı çıxanların əlinə keçməsi təhlükəsi deməkdir. Hərbi-texniki əməkdaşlıq sahəsində özfəaliyyətə və tərəfdaşların sərbəst seçilməsinə yer yoxdur. Belə tərəfdaşı olanın təminatı da yoxdur. Məsələn, problemli Yaxın Şərqdə müttəfiqə satılan silahların Rusiya hərbçilərinə qarşı istifadə edilməyəcəyinə kim zəmanət verə bilər?!
Daha bir maraqlı məqam son zamanlar Paşinyan hökumətinin korrupsiyaya qarşı mübarizə adı altında (ordunun maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə) yerli oliqarxiyadan onmilyonlarla dollar pul almasıdır. Məsələn, bu məqsədlə İordaniyadan modernləşdirilmiş 35 Osa-AKM zenit raket sistemi alındı. Səs-küylə təqdim olunan bu müqavilənin qiyməti diqqətdən yayınmadı. Eyni zamanda keyfiyyəti də bir çox sual doğurdu. Və onun Rusiyanın hava hücumundan müdafiə sistemlərinin analoqu olmadığı qeyd olundu…”

moscow-post.su              Tərcümə strateq.az-ındır

PREZİDENTDƏN BƏZİ QURUMLARA SƏRT TƏNQİD: NƏ QƏDƏR BUNA DÖZMƏLİYİK?

"Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır..."

"Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik. Su həm həyatdır, həm inkişafdır, həm təhlükəsizlikdir. Ona görə bu məsələlərə laqeyd yanaşmaq olmaz. Açıq deməliyəm, bu iş başlı-başına buraxılıb, heç kim bu məsələ ilə məşğul olmayıb. Aidiyyəti qurumların hər biri öz işləri ilə məşğul idi, koordinasiya aparılmamışdır".
Bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
"Azərsu, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşırdılar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq deyildi. Sadəcə olaraq görürdüm ki, burada məqsəd dövlət vəsaiti götürüb ondan istifadə etməkdir. Amma ondan sonra bu layihələrin səmərəliliyinə kimsə baxıb? Kimsə bunu təhlil edib? Yox. Ona görə bəzi böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Necə ola bilər ki, suyun mənbəyi düzgün təhlil edilmir? O qədər böyük xərc çəkilir, boru xətləri çəkilir, vətəndaşlar buna sevinir. Sonradan min dənə bəhanə gətirirlər ki, belə oldu, elə oldu, su çatmadı, yeni mənbə axtarmalıyıq, yenə vəsait verin, yeni mənbə axtaracağıq. Buna son qoyulmalıdır. Ona görə mən bütün bu işləri mütəşəkkil qaydada tənzimləyəcəyəm. Aidiyyəti qurumlara göstərişlər verilib. Ciddi nəzarət mexanizmi olmalıdır. İlk növbədə, xərclərə ciddi nəzarət mexanizmi olmalıdır. Yoxsa Azərsudan, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyətindən sifariş gəlir, mənə bu qədər pul lazımdır ki, bunu edim. Amma sonra baxıb görürlər ki, bunun texniki-iqtisadi əsaslandırması yoxdur. Bu rəqəmlər haradan götürülüb? Havadan", - dövlət başçısı bildirib.
Dövlət başçısı deyib: "İnvestisiya proqramına ciddi nəzarət yox idi, nəyi sifariş edirdilər, onu da verirdilər. Bəs sonra necə xərclənirdi? Buna son qoyulmalıdır. Ona görə bugünkü müşavirədə mən giriş sözümdə deyirəm hansı işlər görülüb. Amma bu işlərin görülməsi nəticəsində daha böyük səmərə əldə oluna bilərdi. Əfsuslar olsun ki, bu, belə deyil. Bundan sonra bu işlər yalnız koordinasiya şəklində aparılmalıdır. İndi mənə məlumat verilir ki, bizdə heç vaxt su balansı tərtib edilməmişdir. Necə ola bilər? Bizim enerji balansımız tərtib olunur. Buna görə biz bilirik ilboyu bu sahədə nə etmək lazımdır. Hansı quruma nə qədər yanacaq lazımdır. Məgər su balansını tərtib etməyi Prezidentmi deməlidir?! Bunu aidiyyəti qurumlar etməlidirlər. Bizim yeraltı, yerüstü su ehtiyatlarımız qiymətləndirilməyib. Son dəfə sovet vaxtında qiymətləndirilib, ondan sonra qiymətləndirilməyib. İndi artezian quyularının qazılması prosesi gedir. Amma baxmaq lazımdır, harada qazılmalıdır, necə qazılmalıdır? Yeraltı su mənbələrinə bunun təsiri necə olacaq? Düzgün yerlər seçilməlidir. Çünki mən deyirəm, burada əsas məqsədi bu qurumlar onda görürlər ki, pul ver artezian qazım, pul ver su çəkim, pul ver nə bilim bunu edim. Yaxşı, bunu veririk, amma sonra? Bir çox hallarda səmərəsiz olur. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Dediyim kimi, indi mənə hər gün 10-dan çox məktub gəlir. Mən Prezident Administrasiyasına, Nazirlər Kabinetinə tapşırıq verirəm. Onlar baxırlar, operativ şəkildə həll edirlər. Axı, bu, onların demək olar ki, əsas işi deyil. Bunu aidiyyəti qurumlar etməlidirlər. Nə üçün bu məktublar mənə yazılır? Ona görə ki, aidiyyəti qurumlara yazılanda onlar əhəmiyyət vermirlər, başdan edirlər. Nə qədər belə faktlar var. Biz nə qədər buna dözməliyik?".
Zaur İmanov: “Bakıda orduya dəstək mitinqindən erməni mətbuatı qışqıranları çəkib. Belə qışqırırlar: “Rus -fars-erməni Bunlar türkün düşməni”. Ermənilər bunu ruslara və iranlılara göstərib deyir ki, azərbaycanlılar tək bizi yox, sizi də düşmən sayır. Nə qədər düşüncəsiz olmaq lazımdır ki, bu iki qonşu dövləti özünə məcbur düşmən edəsən! Əl çəkin, a bədbaxtlar. Hərə gedib öz işi ilə məşğul olsun. Savadsız yazı yazmağı zorla bilir, gəlib xalqa politikadan dərs keçir, xalq nə etməlidi onu öyrədir. Ağzını açanda da tərbiyəsizlik, əxlaqsızlıq tökülür bu küçə uşaqlarından”.

Aşıq Haşım Qubalı - BİZİM

Sovetlər adlanan dövlət dağıldı,
Ümidimiz onda yıxıldı bizim.
Müstəqil olmamış Qarabağ getdi,
Olan-olmazımız dağıldı bizim.

Hərə yabısını sürdü ortaya,
Yaratdı qondarma yeni partiya.
Birlik, dostluq sözü keçdi arxaya,
Əlimiz-qolumuz yığıldı bizim.

On beş qardaş idi böyük bir dövlət,
Yığılıb bölərdik bərabər sərvət.
Başlandı sökhasök, məqsədlər xəlvət,
Guya aclarımız tox oldu bizim.

Şikayət yazırsan cavab gəlməyir,
Arzular, ümidlər dözür, ölməyir.
Hamı bir "Ağ atlı" oğlan gözləyir,
Yaşadıqlarımız nağıldı bizim.

Aşıq Haşım dözdü, bir gün görmədi,
Küçəyə çıxmaq da indi cərmədi.
Müstəqillik bizə nələr vermədi-
Yediyimiz şəkər, noğuldu bizim.
Antisovetçi-rusofob-faşist qruplaşmaya daxil olan tarixçi “alim” Dilavər Əzimli bildirib ki, 1920-ci ildə Şəmkirin Müskürlü kəndində Sovet hökumətinə qarşı üsyan qaldıran Namaz kişi qələbə çalsaydı və Azərbaycan müstəqil olsaydı, bu gün İsveçrə səviyyəsində yaşayacaqdıq.

23.07.2020

Рамзан Кадыров о 5-й колонне: «Предательство своего отечества, родины, государства вообще стоит в особом ряду, и должно быть наказуемо в самой жесткой и суровой форме».

22.07.2020

Bu qatarın yanınca

Nuhəmməd Cəfərov

Sözlərinə sahib dur, ucuz tutma onu sən,
Yox geriyə dönüşü qopsa ox tək yayından.
Həyatda hər enişin vardır bir yüksəlişi,
Gözəl görülən işin mükafatı, alqışı,
Sənə qol-qanad verər, uçurar səmalara.

Yaşadığın bu həyat, başdan-başa səninki,
Hər fürsətdən yararlan, hər anından sevin ki,
Gedib-gələn nəfəsin bəxş etdiyi sevinci
Duymağın özü belə lütfüdür Yaradanın,
Bəxti nataraz olar, fürsəti qaçıranın.

Ömür sürətlə keçir, ötür aylar, fəsillər,
Üzü keçmişə doğru, qaçır qanadlı illər.
Keçərək bu "cığırdan'" yaşadı, keçdi kimlər?!
Geriyə dönməz daha ha səsləsən dalınca,
Qaçarsan bir acıyla bu qatarın yanınca...

Zaman şahdır biləsən, insan onun nökəri,
O əbədi silsilə, bizlər gəldi-gedərik,
Zaman adlı qatardan nə vaxtsa qalsan geri
Off deyib ümüdini küləyə, yelə vermə,
Əllərini sallayıb, yağmura, selə vermə...

20.07.2020

Пашинян снабжает ваххабитских террористов оружием

Оружейный «базар» Никола Пашиняна

Первую скрипку в кампании обвинений премьер-министра в коррупции занимает зять бывшего президента Сержа Саргсяна Микаэль Минасян. В своих видео-обращениях, Минасян обвиняет Пашиняна, членов его семьи и близкое окружение в реализации коррупционных схем в таких высокодоходных и традиционно важных сферах армянской экономики как металлургия и драгоценные металлы. Кроме того, речь идет и конкретно о криминальных видах деятельности, например, контрабанде табачной продукции и… торговле оружием. Последнее, а именно - обвинения в махинациях с перепродажей вооружений - напрямую затрагивают интересы главного военно-политического союзника Армении - России...
Хорошо информированный о внутри-армянских процессах Минасян акцентирует на роли в этом бизнесе некоего Давида Галстяна. По словам Минасяна, последний получил полномочия на ведение такого рода операций лично от Пашиняна: «Премьер-министр Армении Никол Пашинян уполномочивает Давида Галстяна через министерство обороны и предоставляет ему привилегию, чтобы он от имени Республики Армения заказал, назовем условно, 100 единиц оружия. Затем Республика Армения покупает с оффшора Давида Галстяна, допустим, 60 из этих 100 видов. Платит за эти 60 единиц оружия и эти 60 единиц оружия поступают в Армению. С документами все в порядке, но есть одно исключение: те 40 единиц, которые были изначально заказаны, но не оплачены, Давид Галстян, у которого уже были договоренности с третьими странами, прямо из России отправляет в третью страну. Например, в Объединенные Арабские Эмираты. Из этой третьей страны оружие оказывается в четвертой стране», говорит Минасян.
Имя Давида Гластяна – собственника фирмы Royalsys Engineering давно фигурирует в сводках о незаконной транспортировке и продаже вооружений в конфликтны зонах. Так, Галстян и его многочисленные компании упоминаются и в одном из отчетов Совбеза ООН, в связи с поставками оружия в Ливию и дальше в Сирию - к оппозиционным правительству Асада неназванным группировкам, выплатами на счет оффшорной компании президента Украины Петра Порошенко и в многочисленных судебных документах в самой Армении. В открытых источниках, на того же Галстяна, указывают названия таких компаний, задействованных в сфере ВПК как Mosstone Engineering, Armenian DG Arms, Ayk Avia, и при занимающихся поставками вооружений в Сирию, Ливию, Южный Судан и Сомали.
Однако темное прошлое «серого бизнесмена» не стало препятствием для демократа Пашиняна несколько раз встретиться с ним и обсудить развитие его бизнеса в Армении, в частности, открытие предприятия по производству автоматов и другого легкого вооружения.
То есть при покровительстве новых властей, Галстян реализует продукцию военного назначения третьим сторонам, при этом используя скидки, предоставляемые Россией, согласно союзническим обязательствам. С учетом того, что Россия поставляет в Армению оружие по внутренним ценам, в зависимости от вида вооружения, такая скидка достигает до 40 процентов от мировых цен...
Зять экс-президента лукавит не указывая, что незаконная торговля скидочным российским оружием велась еще при его тесте. Данная схема реализовывалась с участием принадлежащих партнеру С.Саргсяна, российскому бизнесмену армянского происхождения Ваграму Симоняну и таких авиаперевозчиков как South Airlines, Skiva Air, V-Berd Avia. (Кстати, Skiva Air, после того как ее участие в серых схемах стало известно, была поспешно лишена тогдашними армянскими властями лицензии на авиаперевозки, а после - в поставках вооружений и боеприпасов в Южный Судан в 2014-2015 годах «засветилась» уже национальная авиа-кампания - Air Armenia).
Но похоже, именно попытка Пашиняна добиться фактической легитимации в глазах Кремля путем несанкционированного рейдарского захвата «серого бизнеса» предшественников, и вызвала сбой в налаженной схеме. В частности, страсть премьера к вне-бюджетным бизнес схемам была остужена тем, что в 2019 г. таинственный Давид Гластян был объявлен в России персоной нон-грата на 10 лет, а информация об оружейных преференциях армянской элиты стала сливаться в СМИ.
Новая власть в Армении вовсю отрицает причастность к махинациям предшественников. Однако непонятно почему, тогда для урегулирования вопроса с выдворением Галстяна, Пашинян, по утверждению Минасяна, тайно направил в Москву своего советника по военным вопросам Аршака Карапетяна.
Согласно официальному отчету Аудиторской Палаты Армении за 2019 год, из 28 самолетов зарегистрированных в стране 10 (!) находились в Южном Судане и Чаде с целью осуществления грузовых авиаперевозок. Ясно, что в эти африканские страны, являющиеся территорией перманентных конфликтов, армянские самолеты не персики с абрикосами возили. Заметим – происходит это в 2019 году - т.е. после «Бархатной революции».
В этом же году, еще одна авиакомпания Армении, Mars Avia, также была засвечена в истории с аварийной посадкой в аэропорту Могадишо. Скорее всего, речь шла о «левой» отгрузке оружия или боеприпасов, что нередко делается именно под прикрытием такого рода «неожиданностей».
На продолжение серых схем в торговле оружием указывает и бывший шеф спецслужб Армении Давид Шахназарян – не самый мало-информированный в стране человек.
А выдворенный из России Галстян недавно всплыл рядом с «народным премьером» на торжественном открытии властями Армении совместного завода по производству автоматов Калашникова, пайщиком которого является Royalsys Engineering LTD.
Все это в комплексе может указывать лишь на одно -  Пашинян взял под контроль существующую схему и теперь пытается легитимировать свой куш перед российским союзником. При этом не поступаясь не только анти-российской внутренней повесткой, но и – без всяких гарантий и отчётности того, в каком внешнеполитическом раскладе будет использовано оружие союзника. А с учетом того, что новая власть Армении не разборчива как в выборе партнеров, так и клиентов, это означает угрозу попадания российского оружия в руки потенциальных противников российских интересов в разных уголках планеты. В сфере военно-технического сотрудничества нет места самодеятельности и свободного выбора партнеров. Ведь при таком партнере где нет гарантии, что где то на неспокойном Ближнем Востоке проданное союзнику оружие не будет использовано против российских же военнослужащих.
Не менее интересна и своеобразная форма диверсификации каналов покупок вооружений, недавно взятая на вооружение Ереваном. Так, правительство Пашиняна, под прикрытием борьбы с коррупцией выбило у местной олигархии несколько десятков миллионов долларов - якобы на цели усовершенствования материально-технической базы армии.
С этой целью, были закуплены 35 модернизированных зенитно-ракетных комплексов Оса-АКМ в… Иордании. Данная сделка, преподнесенная рев. официозом как несомненная выгода по фактору цена - качество, вызвала немало вопросов. Эксперты, с которыми нам удалось пообщаться, указывают, что что Иордания априори не может обладать аналогами современных российских ЗРК. Если Иордания что-то и продает, то отслужившее свой срок оборудование. А потому данные схемы, преподносимые как прорыв «российской монополии на армянском рынке вооружений», укладываются лишь в логику коррупционных схем по отмыванию конфискованного старорежимного капитала. С другой стороны, бывшими в употреблении иорданскими зенитками заполняется брешь – разница между общим объемом вооружения, полученным от России по линии сотрудничества в рамках ОДКБ, и фактически перепроданным на «черном рынке». /moscow-post.su/i

Сын азербайджанского депутата вложил в курортный бизнес в Грузии $50 млн

Сын депутата парламента Азербайджана Агалара Велиева Первиз Велиев вложил в маленький курортный город у побережья Черного моря в Грузии Кобулети 50 миллионов долларов.
Как передает Gazeta.Az, об этом сообщил проживающий в Европе журналист-исследователь Джаваншир Гасанли. По утверждению журналиста, П.Велиев построил в Кобулети три здания.
В целом вложение отпрыска депутата в соседнюю страну составляет 50 миллионов долларов. Строительство пятизвездочной отели в Кобулети началось три года назад. Стоимость проекта составляет 200 млн. грузинских лари (примерно 65 млн. долларов).
Инвестором отеля является "Kristal Building" LTD, а Первиз Велиев - совладелец этой компании. /gazeta.az/

Эксперт задается вопросом, что такое количество американских дипломатов делает в столице Армении

Посольство США в Ереване - cамое большое посольство США в мире

Военный эксперт Игорь Коротченко возмутился запредельным количеством американских дипломатов в посольстве США в Ереване. "Это же полный альбац, товарищи!" - негодует специалист.

В посольстве США в Ереване трудятся несколько тысяч американских дипломатов. Об этом на своей странице в Twitter сообщил военный эксперт, главный редактор журнала "Национальная оборона" и директор Центра анализа мировой торговли оружием (ЦАМТО) Игорь Коротченко.
Специалист задаётся справедливым вопросом, что такое количество американских дипломатов делает в столице Армении. Военный эксперт отмечает, что может понять наличие ста, максимум трёхсот дипломатов. Но несколько тысяч - это явный перебор.
"Несколько тысяч - это же полный альбац, товарищи!" - пишет Игорь Коротченко в Twitter.
"Интересно, эта численность дипломатов симметрична или нет. В противном случае это напоминает Украину. В этой стране-колонии дипломатов тоже более чем достаточно. И если это так, то Армения стоит на пути к ухудшению отношений с Россией по "всем фронтам", - добавляет Суровый патриот @3lsvx3.
"Несколько тысяч американских "дипломатов" легко могут захватить телецентр, связь, аэропорт и пр. - это мягкое вторжение в суверенную страну", - отмечает Стороженко Тамара @tomastorozhenko.

AZƏRBAYCANLI USTALAR ZAPOROJYEDƏ (hekayə)

 Vannanın su borusu tutulmuşdu, su hamamın döşəməsinə axırdı. Ksyuşa və Aleksey quqlda axtarış verdilər, gördülər ki, şəhərdə qafqazlılar çilingər sexi xidməti açıblar, çağırışa gedirlər. Qiymətini danışıb ordan evlərinə çilingər çağırdılar. O gəldi.
-Bir dəqiqə,- çilingər başını vannanın altına soxdu və borunu döyəclədi. Sonra uzunsov şotka ilə onun içini təmizləyib dedi:
-İndi hər şey qaydasındadır.
 O danışılan pulu alıb getdi.
 Hər şey qaydasında idi, amma ər-arvad vannada çiməndə vanna əsməyə başladı. Başlarını aşağı əyib baxanda gördülər ki, vannanın qıçının biri yoxdur.
-Ay əclaf! Vannanın bir qıçını çıxarıb aparıb.
 Xidmətə zəng etdilər. Ordan müştəriləri nəzakətli şəkildə başa saldılar ki, Mamedin evindəki vannasının bir qıçı yoxmuş, ona görə də sizinkini qoparıb aparıb, bir müddət istifadə edib qaytaracaq. Mamed elə oğlan deyil, sadəcə telefonunun zaryadkası qurtardığından sönüb, nömrəsinə zəng çatmır. Razılaşdılar ki, bir azdan təzə çilingər vanna qıçı gətirib yerinə otuzduracaq.
 Təzəsi gəldi. Özünü təqdim etdi: Roşka. Əlində sellofanda paslı qıç vardı. Nə məsələdi soruşdu. Ksyuşa və Aleksey həmkarının onların başına nə oyun açdığını danışdılar. “Vay, vay, vay!”- Roşka başını buladı. Əyilib vannanın altına baxdı. Ər-arvad sayıq durmuşdular, arada bir-birlərinə göz-qaş eləyirdilər ki, diqqətli ol.
 Gedəndə ev sahibləri Roşkanı hamamdan heç nəyin itmədiyinə əmin olmamış buraxmadılar. Haqqını alan çilingər mehribancasına sağollaşıb getdi.
 Soyuducuya yaxınlaşıb şərəfə pivə içmək istəyirdilər ki, elə bil onları tok vurdu. Bu dəfə sürpriz onları mətbəxdə haxlamışdı.
-Radionu açıb aparıb- Aleksey ah çəkib başını tutdu.
 Divardakı köhnə Sovet radiosu yerində yox idi.
 Aleksey xidmətə zəng etdi, amma Ksyuşa onu danışmağa qoymadı, dəstəyi ondan alaraq qışqırmağa başladı. Ksyuşa çilingərləri hədələdi, polisə verəcəyini bildirdi. Xidmətdən qızı nəzakətlə başa saldılar ki, Roşka çoxdan onlarda işləmir, çirkin əməllərinə görə şirkətdə işdən qovulub, onun necə gəlib ora çıxması da müəmmalıdır, amma bir neçə saata radionu yerin deşiyində də olsa hökmən tapıb qaytaracaqlar.
 Ər-arvad əsəb içində mətbəxdə oturub pivə içə-içə gözləməyə başladılar. Bir neçə saatdan sonra yeni çilingər gəldi. İçəri girən kimi özünü təqdim etdi: Maqa. Soruşdu nə məsələdi? Ər-arvad bir-birlərinin sözünü kəsə-kəsə çilingərə nəql etdilər ki, yerliləri onların başına nə oyun açıb. Çilingər başını bulayaraq “Val vay vay, yaramazlar!” dedi. 
-Neyləmək olar? Zəmanə pisdir. Bəli, hələ də aramızda elələri var ki, gərək bir anlığa da olsa gözdən qoymayasan. Yoxsa nəyi desən əkişdirib apararlar.
 Çilingər onların dərdlərinə şərik çıxdığını, şirkət rəhbərliyinin də onlarla həmfikir olduğunu bildirdi. Məlum oldu ki, Roşkanı axtarmağa Maqanı göndəriblər. Maqa da Roşkanı yaxınlıqdakı kafelərdən birində tapıb, döyüb, radionu ondan alaraq sahiblərinə gətirib və yerinə bağlamaq fikrindədir. Ər-arvad təcili tələb etdilər ki, pasportunu göstərsin. Pasportda Məmiş yazılmışdı. Çığır-bağır qaldırdılar ki, niyə adını düz demir? Çilingər uzun-uzadı izah elədi ki, bizlərdə Məmişə qısa formada Maqa deyirlər. Ksyuşa çilingərin bütün pasport məlumatlarını kağıza köçürtdü. Aleksey səbirsizlikdən balkona çıxıb siqaret çəkində cilingər ə hərfinin rusca necə yazılmasını Ksyuşaya başa salırdı.
 Məmiş sumkasından radionu çıxarıb yerinə keçirtdi, şruplarını bağladı. Tüklü bədəni tərin içində idi, yuyunmaq üçün icazə istədi, vanna otağına keçib boyun-boğazını yaxaladı. Ksyuşa bir an da olsun onu gözdən qoymurdu.
 Aleksey onu evdən çıxmağa qoymadı. Uzun-uzadı otaqları, vannanı, mətbəxi bir-bir gəzib diqqətlə nəzərdən keçirdi, hər şeyin yerində olduğuna əminləşdi. Çilingər çıxıb qapını örtən kimi Aleksey rahat nəfəs aldı, arxası üstə divana yıxılaraq dedi:
-Allaha şükür! Heç nə itməyib, Ksyuşa. Eşidirsənmi? Yoxladım, hər şey yerindədi. Ksyuşa, sən hardasan? Ksyuşa?! Ksyuuuşa!..

İbrahim Sel

19.07.2020

Зеленскому «придется извиниться» перед сыном первого президента Чечни

Глава Чечни Рамзан Кадыров потребовал извинений от президента Украины Владимира Зеленского. Если этого не произойдет, то Зеленскому придется держать ответ перед Кадыровым, следует из заявления главы Чечни в телеграм-канале.

"Посмотрел очередной ответ Владимира Зеленского на вопрос о его оскорбительном видеоролике, который несколько лет назад он разместил в украинском юмористическом шоу.
Когда-то я знал Зеленского как человека, который, признав свою вину, имел честь извиниться. Это было достойно мужчины. Но только зачем теперь, после принятых извинений, пытаться изобразить из себя нечто, юлить, вилять, пытаться возвысить себя? Теперь же Вы, получив полномочия президента Украины, каждый раз придумываете новые версии извинений. Вам придётся твёрдо определиться со своей позицией и подтвердить свои извинения. Если же нет, то Вам придётся ответить передо мной не как перед главой республики, а как перед сыном Первого Президента Чеченской Республики, Героя России Ахмата-Хаджи Кадырова, память которого Вы оскорбили!
Я сын погибшего Отца, пехотинец Великого Лидера Владимира Путина, защитник своего народа. Выберите и Вы, Владимир Александрович, наиболее подходящий для себя статус, определитесь, наконец, с тем, кто Вы есть. Вы нечестны и изворотливы не только в своих словах, но и в предвыборных обещаниях. Обещали положить конец войне, но продолжаете дело своего предшественника Порошенко.
Что мешает вам исполнить надежды двух великих народов? Что вам мешает позвонить Владимиру Владимировичу Путину и объявить, что заканчиваете с этой гражданской войной на востоке Украины? Гордыня или чужая воля?
Когда-то наши страны, наши народы не могли допустить и мысли, что война разделит нас. Но времена поменялись, теперь заокеанская воля велит нашим украинским братьям убивать русских людей в Донецке и Луганске.
Будьте мужчиной, Владимир Александрович, всегда держите своё слово! Выстройте правильные, добрососедские отношения с Великой Россией. Уверен, гарант Конституции Украины должен сделать первый шаг!"...

Bacısı ilə eyni yaşda, eyni gündə, eyni çarpayıda öldü

Ömrü boyu evlənməyən, akademik Azad Mirzəcanzadənin film kimi həyatı

Orta məktəbi 15 yaşında bitirib. Azərbaycan Sənaye İnstitutuna sənəd vermək istəsə də yaşı az olduğundan sənədləri qəbul edilmir. Gənc Azad İnstitutun rektoruna müraciət edir. Rektor, institutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayı az olduğundan, müstəsna hal kimi onun həmin fakültəyə qəbul olunmasına razılıq verib.
***
Nə bacısı, nə də özü heç vaxt ailə qurmayıb. Ona görə də alimin nəslinin davamçısı yoxdur.
***
Əbülfəz Elçibəy hakimiyyətdə olduğu illərdə iki dəfə ona Bakı Dövlət Universitetinin rektoru vəzifəsini təklif etsə də, qəbul etməyib.
***
Masasının üstü həmişə dağınıq olardı və heç kimin səliqəyə salmasından xoşu gəlmirdi. Hətta Elm Komitəsi və Ali Attestasiya Komissiyasının sədri olan zaman qulluqçuya iş masasının üstünü təmizləməyi, oranı sahmana salmağı qadağan etmişdi.
***
Hər gün fasiləsiz elmlə məşğul olan alimin gündəlik yeməyi əsasən kolbasa, pendir və "selyodka" idi.
***
Dahi bəstəkar Üzeyir Hacıbəyli onun sevdiyi şəxsiyyətlərdən olub. Hətta iş otağında və evindəki iş masasının üstündə yalnız Üzeyir Hacıbəylinin şəkli olardı.
***
Neft mütəxəssisi olsa da onun musiqimizə, folklorumuza baxışları yüksək milli koloriti ilə fərqlənirdi. Tez-tez xalq mahnılarımızı zümzümə edir, şeirlər söyləyərdi.                  Onun ədəbiyyat bilgiləri də çox dərin olub. Xüsusən rus nəsrini mütəxəssislərin çoxundan yaxşı bilib. Azad müəllim bədii ədəbiyyatı dincəlmək üçün oxuyurmuş.
***
Azad Mirzəcanzadə kitabları həddindən artıq çox sevirdi. Onun rəğbətini yalnız ona kitab bağışlamaqla qazanmaq olardı.
***
Sürətli oxunun ən yüksək həddinə yiyələnmişdi. O, səhifələri sadəcə baxıb çevirərək normal bir kitabı bir neçə saata bitirirdi.
***
Ali Attestasiya Komitəsinin sədri olan zaman savadı olmayan tanınmış məmur və biznesmenlərin, ictimai fiqurların alim adı almasına imkan vermirdi. Lakin layiq olan adamları şəxsən özü birbaşa “elmlər doktoru” elmi dərəcəsini təqdim edirdi.
***
Xüsusən məmurların haqq etmədiyi təqdirdə elmi ad almasına ciddi müqavimət göstərib. O savadsız məmurların qənimi idi. Ona-buna pulla elmi iş yazdıranların sənədləri anbarlarda qalırdı. Onun bu prinsipiallığı həqiqi elm adamları tərəfindən rəğbətlə qarşılansa da bir çoxlarının qəzəbinə səbəb olurdu. Öz şəxsi nüfuzu və vəsaiti hesabına kollec tipli orta ümumtəhsil məktəbi açdırıb və hər şənbə özü oradakı şagirdlərə dərs deyib.
***
Bacısı İradə xanımla aralarında sirli bir bağ olub. Bir-birinə həddindən artıq bağlı olan bacı-qardaşın taleyi də bənzər olub. Hər ikisi 78 yaşında dünyasını dəyişib. Ən maraqlı cəhət odur ki, Azad müəllim bacısının ölümündən iki il sonra onun öldüyü palatada, onun yatdığı çarpayıda və onun öldüyü gün - iyulun 17-də vəfat edib.

kulis.az

Uşaqlıqda azərbaycanlıların bostanını, böyüyəndə torpaqlarını işğal etdi – Sarkisyanın qanlı portreti

Həmid HERİSÇİ

Koçaryan Azərbaycan DTX-nın agenti olub; “Biz jurnalistlər həyatımızı 350 min dollara sığorta edib, Ermənistana yollandıq”

Ermənistan prezidenti Serj Sarkisyan möhkəmcə şahmat həvəskarıdır. Hələ ölkə prezidenti olmamışdan xeyli əvvəl o Ermənistan Şahmat Federasiyasının prezidenti kürsüsündə əyləşib. Prezident olunca, dinc durmayıb bu sahədə - şahmat fənnini Ermənistan təhsil proqramına daxil edib. İndi Ermənistanda 2-ci sinifdən başlayaraq 5-ci sinfə qədər bütün şagirdlər üçün şahmat dərsi məcburidir. Ölkədə habelə Şahmat Akademiyası fəaliyyət göstərir. Ermənistan ordusunda da şahmat dərsləri kütləvidir - döyüş fasilələrində əsgərlər sığınacaqlara yığılıb orda saatlarla başlarını şahmat taxtası üzərinə sallayırlar.
Yaxşı, kimdi bunun əsl səbəbkarı Serj Sarkisyan- Ermənistanın müasir prezidenti? Kimdi? Hansı məzhəbə qulluq edir o?
Gəlin aşağıdakı yazımızda bu çoxsaylı sualların qısa cavablarını axtaraq.
***
DOSYE: SARKİSYAN SERJ AZAD OĞLU. 1954-cü il 30 iyun tarixində Stepanakertdə (Xankəndidə) dünyaya göz açıb. Atası Azad kişi dəmirçi-nalbənd işləyib Stepanakertdə. Anası yerli toxuculuq fabrikində sıravi fəhlə olub. Qarabağ döyüşləri zamanı valideyn evi ciddi zədələnib. Evin aldığı yaralar ancaq ötən il təmir edilib. Serj bu yaraları öz qonaqlarına vaxtaşırı sərgiləməyi çox sevirmiş axı.
İLK HƏYAT UNİVERSİTETLƏRİ: Məhəllə dostu Suren Qriqoryanla uşaqlıq vaxtları bostan oğurluğuna çox gedib. Azərbaycanlıların şəhər kənarındakı əkin yerlərini, bağlarını qarət edib. Yaşa dolduqca bu adətini bir başqa cür davam etdirib- keçib ərazi qəsbkarlığına.
MƏTBƏX ZÖVQÜ: Mətbəx diplomatiyasına xüsusi önəm verəndi. Həyat yoldaşı Rita Sarkisyan növbəti Moskva səfəri zamanı Vladimir Putinin yeməkləri ilə maraqlanıb. Yediyi blinçiklərin reseptini öyrənib. İndi hər gün səhər 8 radələrində əri yuxudan qalxarkən o yastı tavada bu blinçikləri qızardıb gümüş sinidə ərinə ikram edir.
QORXUSU: Robert Koçaryanla bir bədəndə iki ruh olublar həmişə. Vaxtilə öz düşmənlərindən Stepanakertdəki eyni avtomobil qarajında gizləniblər.
BİZNES HƏDƏFLƏRİ: Xocalı aeroportundan Moskvaya əncir qurusu ixrac etmək. Əncir, yadda saxlayın, oğurluqdu. İşğal edilmiş ərazilərdən oğurlanıb.
ADƏTLƏRİ: Qarabağ döyüşləri zamanı “000-1 NK” nömrəli “UAZ” avtomobili güllə, mərmi yağışı altında ilan kimi qıvrılıb. Sarkisyan hərdən indi də ən vacib, həlledici məxfi əməliyyatlarına, görüşlərinə bu köhnə, sınanmış nömrəni avtomobilinə taxıb gedir.
YUMOR HİSSİ: Sovet zamanı əleyhdarları Sarkisyanı gör necə ələ salıblar. Onu özbəkcə nəşr edilən “Paxtaxor” qəzetinə illik abunə ediblər. Serj, layiqli cavab verib bu zarafata. Düşmənlərini “Donuzçuluq” jurnalına abunə yazdırıb.
MƏXFİ ÇAĞIRIŞ SİQNALI - “61”.
TAKTİKA VƏ STRATEGİYASI: Mülkü erməni əhalisinin döyüş bölgələrindən çıxarılmasına qarşı olub həmişə. Deyib, “əsgərlər gərək mütləq öz yaxınlarını müdafiə etsinlər. Əks halda səngərləri qoyub qaçacaqlar”.
ŞAHMAT HƏVƏSKARI: Masası üzərində həmişə bir yarımçıq şahmat oyunu qurulurdu. Abdullah Güllə futbol oyununa tamaşa etməyə gedərkən də o əvvəlcə özünü şahmatda sınayıb. Ağdamı alarkən əməliyyatı şahmat oyunu kimi qurub. Əməliyyatı şahmat taxtası üzərində eynən təkrarlayıb.
NOVATORLUĞA MEYLİ: 1984-cü ildə Stepanakertdəki ilk “disko klubu” məhz onun səyi ilə yaradılıb. Sonra dönüb daşnak yuvasına. Həmin vaxtdan üzü bəri Sarkisyan düşür KQB nəzarətinə. Latviyanın Yurmola kurortunda xüsusi hazırlıqdan sonra çox saylı hədiyyələrlə Qarabağa qayıdır.
İSTEDADI: Fizika müəllimi Qurgen Ayrapetyan onu 500 şagirdi içindən seçib ayırıb. Balaca Serjə partlayıcı qurğuların sirrini öyrədib.
“AT GEDİŞİ”NƏ MEYİLLİDİ. Azərbaycanın “Eurovision”dakı silsilə qələbələrini cavabsız buraxmayıb. Müsabiqənin uşaqlar üçün nəzərdə tutulan hissəsində arvadı Rita Sarkisyanla birgə bizə qarşı bir növ “ikinci cəbhə” açıb. Nəhayət, 2010-cu ildə Vladimir Arzumanyanı “Junior Eurovision Song Contest”-də qalib elan etməyə müvəffəq olub. Bunu bir növ Azərbaycan üzərində öz şəxsi, ailəvi qələbəsi hesab edir.
XARİCİ ƏLAQƏLƏRİ: 1990-91-ci illərdə Ümumittifaq “İnturist” təşkilatının Stepanakert şöbəsini açıb, ona başçılıq edir. Bu məxfi xətt ilə Qarabağa ASALA yaraqlılarını gətizdirir. “61” məxfi çağırış kodundan o zamandan istifadə etməyə başlayır.
Hə... Gəlin bu məxfi əməliyyatın son epizodları üzərindəki qalın pərdəni indi azca yuxarı qaldıraq. Tək deyilik. Tanınmış rus jurnalisti Aleksey Venediktov da bu qorxulu səfərdə bizi müşayiət edəcək.
***
Beş-altı ay əvvəl tanınmış “Exo Moskvı” radiosu öz qısa dalğalarında Serj Sarkisyana aid xüsusi müzakirə keçirib. Verilişin müəllifi Aleksandr Venediktovu xahiş edirəm cibinizə qoymayın – o heç vaxt sadə mövzuları gündəmə gətirmir. Nəyi, hansı nadir faktı efirdə səsləndirirsə, ayıq olun, demək burda mütləq “torbada pişik var”. Dəqiq desək, torbada pişik yox... məxfi informasiya var.
Veriliş əsnasında həmin bax bu Aleksandr Venediktov qəfil dillənib, nə dillənib... Dinləyici “Levon”un adından sensasion bir faktı geniş ictimaiyyətin diqqətinə çatdırıb. Deyib ki, məşhur beynəlxalq terrorçu Monte Melkonyan, habelə onlarla digər adı bədnam ASALA yaraqlısını Qarabağda arxadan atılan atəşlə məhz Serj Sarkisyan qətlə yetirdib.
Az sonra bu Aleksandr Venediktov, açıb sandığı, töküb pambığı. Görün bir nəyi xatırlayıb: “İsveçrə dağ kurortu Davosda Heydər Əliyevlə Robert Koçaryan arasında gərgin danışıqlar zamanı mən bir kənar müşahidəçi idim. Durmuşdum bir kənarda. Növbəti dəfə danışıq masası yaxınlığından yan ötərkən müdrik ağsaqqal Heydər Əliyev qəfil əl atıb pencəyimin ətəyini dartdı. Çəkdi məni masa arxasına. Əmr elədi, ətirli qəhvə gətirsinlər qarşıma. Sonra pıçıldadı qulağıma: “Aleksey, bax bu Robert Koçaryanın namizədliyini mən partiyaya təqdim etmişəm. Xasiyyətnaməni özüm imzalamışam”.
***
Bax, bu xırda, ancaq çox vacib detallar Serj Sarkisyan barədəki verilişdə məncə kor təsadüf nəticəsində səsləndirilməyib. Bilə-bilə səsləndirilib. Göstərilib ki, Robert Koçaryan əvvəlcə Heydər Əliyevin şəxsi agenti olub. Sonra yolunu azıb. Başlayıb gicləməyə. Serj Sarkisyan da eləcənə- əvvəlcə DTK agenti olub. Xüsusi tapşırıq alaraq əvvəlcə ASALA terrorçularını Qarabağ döyüşlərinə qatıb. Sonra arxadan açdığı atəşlə bu yaraqlıları bir-bir dənləyib. Cinayətlərin izini itirib.
Bax, budu Serj Sarkisyan-Robert Koçaryan tandeminin əsl şahmat oyunu. Yəni bu tandemin hər iki iştirakçısı vaxtilə 70-ci illərin ortalarında Bakının sanballı bir ünvanında- Bakı Ali Partiya Məktəbində təhsil alıblar. O vaxt da necə deyərlər “düşüblər siyahıya”. Heydər Əliyev bu məxfi məlumatı Davosda ikən Aleksey Venediktova üstüörtülü şəkildə çatdırıb. O da, gör neçə illərdən sonra- 2017-ci ildə bu məxfi informasiyanı efirə ötürüb.
***
Bu məqamdan sonra ta axıracan veriliş boyu Aleksey Venediktov bir daha dinc dayanmır: “1997-98-ci illərdə Levon Ter-Petrosyan ilə Heydər Əliyev artıq Qarabağ düyününü öz aralarında həll etmişdilər. Məhz həmin zaman baş nazir Robert Koçaryan, müdafiə naziri Serj Sarkisyan və başqaları bu sazişin əleyhinə çıxaraq Ter-Petrosyanı hakimiyyət kürsüsündən aşırdırlar. Sonrakı hadisələrin inkişafı dönür əsl kriminal filmə. Müəmmalı qətllər, ölümlər, cəsədlər bir-birinin üstünə qalanır”.
***
Serj Sarkisyanın məlum bioqrafiyasını yaxşıca ələk-vələk edin. Bu bioqrafiyada ağ ləkələrin sayı birdir, ikidir? Barmaqla sayılmayacaq qədər çoxdu. Bu şahmat həvəskaranın bütün bioqrafiyalarını oxuyun. Görəcəksiz orda Bakı Ali Partiya Məktəbində təhsil alma faktı nədənsə əsla göstərilmir.
Ancaq şəxsən mən bu faktı Serj Sarkisyanın öz dilindən eşitmişəm. Gəlin Aleksey Venediktovdan sonra indi mən öz xatirələrimə qapılım. Şahmat həvəskarı “Serjik” barədə bildiklərimi bitdə-bitdə diqqətinizə çatdırım.
Demək belə... 1998-ci ildə, Heydər Əliyevlə Levon Ter-Petrosyan arasındakı danışıqlar həllini tapdığı xoş məqamda, Ermənistanda hərbi çevriliş baş verir. Şərqşünas Petrosyan hərbi-səhra komandiri, başkəsən Koçaryanla əvəzlənir.
O vaxtkı Əliyev-Ter-Petrosyan danışıqlarına paralel olaraq Azərbaycan-Ermənistan jurnalistlərinin bir görüşü də gündəmdə idi. Bu görüş iştirakçılarından biri də mən idim- bu sətirlərin müəllifi.
Ermənistanda baş vermiş bu hakimiyyət çevrilişi zamanı tale məni ilk dəfə Robert Koçaryan və Serj Sarkisyanla görüşdürdü.
***
Bizə hələ Bakı aeroportunda dedilər ki, Azərbaycan-Ermənistan jurnalistlərinin görüşündə xoşagəlməz hadisələrin baş verməsi mümkündü. Bu əclaf Koçaryana “küncdən zərbə” endirməsək, həə... ağlı başına gələsi deyil.
“Müşkülləri həll edən”, küncdən solaxay zərbə endirən birisinə deyəsən dərin ehtiyac yaranmışdı. Dəstəmizin üzvləri - tanınmış jurnalistlər Arif Əliyev, Elxan Şahinoğlu, Şahin Hacıyev sükuta dalıb nəzərlərini mənə sancdıqları vaxt məsələnin nə yerdə olduğunu anında dərk etdim. Cilovumu buraxdım burda. Dedim, olacağa çarə yoxdu.
Yadımdadı, “VİP gözləmə otağı”nda bizlərə xüsusi bir sənədi imzalatmışdılar. Sənəddə, heyət üzvlərimizin hamısının, o cümlədən mənim həyatım 350 min ABŞ dolları həcmində sığortalanmışdı. Düzü, ilk dəfə idi ki, həyatımın dəqiq qiymətini öyrənirdim.
***
Koçaryanla görüşümüz zamanı həyəcanlı anlar az olmadı.
Hərbi vərdişlərini hələ tərgitməmişdi. Sərt ifadələrdən çəkinmirdi:
- İndi, 1998-ci ilin avqustunda, neft ixracı sahəsində misilsiz qiymət düşümü qeydə alınıb. Bu, hələ davam edəcək. Qoy Azərbaycan bizlə söhbəti zamanı neft amilinə çox da güvənməsin. Neft ixracatçılarının hamısı bu gün bankrotdurlar, biləsiz...
Gözlərim alışdı bu an. Özümdən ixtiyarsız, Koçaryanın nitqini kəsdim.
- Cənab prezident, olarmı Sizə bir sual verim?
Koçaryan bircə saniyə tərəddüddən sonra:
- Olar,- deyib, iti gözləri ilə mənə tuşlandı.
- “Neft ixracatı ilə məşğul olan ölkələr indi bankrotdur” elan edərkən, ilk növbədə Rusiyanımı nəzərdə tutursunuz? Ermənistanın baş sponsorunu, baş müttəfiqini. Dünyanın bir nömrəli neft ixracatçısını?
Rusiyanı bankrot elan etmək, bəli, bağışlanmaz səhv idi ölkənin yeni prezidenti üçün. Koçaryanın sir-sifəti, hamının gözü qarşısında anında dəyişdi, dönüb oldu meyit rəngində. Dodaqlarının bir küncü, əsəbdən dartındı. Azərbaycanlıları bir başqa cür görməyə alışmış səhra komandiri, qəfil vurulduğunu, yaralandığını sezdi. Bir saniyə yerində gicəlləndi. Gücü bircə ifadəyə çatdı:
- Yoooooxxxxxx....
Ürəyimdə, “itin dişi, donuzun dərisi” pıçıldasam da, dilimdə başqa kəlmələrdi:
- Beləsə, icazə verin, Sizin sonrakı sözlərinizə şübhə ilə yanaşım.
Koçaryanın dəmir barmaqları -görürdüm,- masanın səthinə sancıldı. Eşdi ey, az qala deşsin bu palıd masanı.
Hirsini birtəhər cilovladıqdan sonra o bir başqa səhvini buraxdı:
- Yaxına gəl...
***
Koçaryan sonra məni öz xüsusi qonağı elan etdi. Yadımdadı, zəng edib məni indiki prezident, o vaxtkı nazir Serj Sarkisyana tapşırdı.
Sarkisyanla çox danışıq... Dedi ki, Bakıda, Ali Partiya Məktəbində təhsil alarkən Xəzər sahillərinə gecələr çox səfər edib. Qara kürü, ağ balıq kababı üçün indi də darıxdığını qeyd etdi. Hətta köksünü ötürdü də... Dedi ki, Xəzərə yaxınlaşınca, həmişə əlini qara “Volqa”nın pəncərəsindən eşiyə çıxarmağı sevərmiş. Sərin dəniz havasını təkcə sinəsi ilə deyil, ovcunun içi ilə də duymaq, bəli, Sarkisyanın unudulmaz xatirələrindənmiş, sən demə...
Bu görüşlərimizdən sonra Koçaryan-Sarkisyan cütlüyü öz cinayətlərini davam etdirdi. 1999-cu ilin 27 oktyabr tarixində xəbər gəldi ki, bəs Ermənistan parlament binasında baş vermiş terror aktı nəticəsində baş nazir Vazgen Sarkisyan, parlament sədri Karen Damirçiyan, habelə digər vəzifə sahibləri, deputatlar müəmmalı şəkildə öz həyatını itirib. 30 oktyabr tarixində Yerevana Vladimir Putinin özü təşrif gətirir. Koçaryan-Sarkisyan tandemi ilə 5 saatlıq görüş keçirib, tez də Ermənistanı tərk edir.
Sarkisyanın arvadı Rita öz xatirələrində bu epizoda xüsusi diqqət yetirib: “Vazgen Sarkisyanın ölüm xəbəri ərimi yamanca sarsıtdı. Başladı ucadan hönkürməyə. Gözlərindən yaş töküldü”.
Görünür Serj Sarkisyan öz rəqiblərini sıradan çıxarıb, məzarı üzərində ağlayan, göz yaşı tökən saxtakarlardandı. Yəni, bu insanın göz yaşlarına qətiyyən inanmaq olmaz.
Akeksey Venediktov “Exo Moskvı” radiosundakı müzakirələrdə bu tarixi hadisəyə də toxunur. Sonra deyir ki, hakimiyyət kürsüsünə gedən yolda Serj Sarkisyan həm də Andranik Markaryanın cəsədi üzərindən adlayıb. 2008-ci il prezident seçkiləri zamanı guya məhz bu Markaryan qələbə çalmalıymış.
***
Bax, budur Sarkisyanın əsl şahmat oyunu. O həmişə ovcunun içiylə... bəli, məhz ovcunun içiylə hiss etmək istəyir öz qələbəsini. Ovcunun içində çox saxlayır şahmat fiqurlarını.
Sonra öz ənənəvi at gedişini edir.
Gəlin əvvəlki səhvləri təkrarlamayaq bu şahmat oyununda. Sarkisyana icazə verməyək ki, qələbəni öz ovuclarının içiylə hiss etsin.

musavat.com

18.07.2020

Маргарита Симоньян жестко обратилась к армянской власти

"Россия имеет полное моральное право плюнуть на вас и растереть"

Я обращаюсь к армянской власти. Именно к власти, а не к народу, частью которого я являюсь.
Обращаюсь только потому, что ваши интернет-войска унавозили мои соцсети требованиями (в хамской и агрессивной форме) 'выразить свою позицию'.
Просили — выражаю.
Посмотрите на себя со стороны. Посмотрите, что вы творите. Как вы себя ведете. Какие же вы армяне?
Армяне — честный, благородный и благодарный народ. Всегда таким был. А вы ведете себя, как (ЗАПРЕЩЕНО РОСКОМНАДЗОРОМ).
В ответ на многолетнее добро и защиту, которые вы получали от России, вы не признали Крым. Потому что это внутреннее дело Армении.
Исключительно из политической мести вы посадили Роберта Кочаряна — неизменного союзника России. Посадили специально, демонстративно, плюнув прямо в лицо своим 'российским друзьям'. Потому что это внутреннее дело Армении.
Вы наводнили страну антироссийскими НКО, которые на вашей территории обучают молодежь, как свергать власть в России. Вы стали плацдармом антироссийских сил на Кавказе. Потому что это внутреннее дело Армении.
Вы выгнали российских бизнесменов-армян. Вы не хотите у себя ничего, что связано с Россией. Потому что это внутреннее дело Армении.
Ваши медиа и соцсети ежечасно поливают помоями Россию, Путина, всех, кто поддерживает Путина, — особенно русских армян (например, меня). Вы разделили несчастный, и без того исчезающий армянский народ на врагов — русских армян — и 'настоящих' — тех, кто поддерживает вашу сиюминутную власть. Потому что это внутреннее дело Армении.
А теперь, когда на вашей границе война, когда само существование вашего режима под угрозой, когда армяне всего мира уже видят ожившие призраки янычар с кривыми ножами, которыми резали наших предков, вы вспомнили, что Россия снова должна вас спасать.
Разве это не внутреннее дело Армении?
После всего зла и захлебывающегося презрения, которое вы проявляли к России в последние годы, ваши информационные войска и вы сами считаете себя вправе ждать помощи?
На самом деле, после всего, что вы сделали, Россия имеет полное моральное право плюнуть на вас и растереть.
Но она так не поступит. Я уверена. Поможет и в этот раз.
Потому что Россия — такая. Великодушная и благородная, Родина моя, ненаглядная.
А вы — просто горстка вопящих политиканов, предавших интересы великого армянского народа ради минуты власти и мелкой личной мести.
Почитайте на ночь Нарекаци. Может, проснутся у вас остатки знаменитой армянской совестливости и умения ценить добро.
Если нет у вас Нарекаци — так я передам. У меня на тумбочке лежит.
А по поводу войны обеим сторонам я скажу только одно: остановитесь! Хуже войны нет ничего. Я это на своей шкуре знаю. Просто остановитесь, пока не поздно.

Маргарита Симоньян

Moskvadakı meyvə boykotu barədə

Rizvan Şıxızadə

Bildiyiniz kimi Moskvada azərbaycanlıların işlədiyi Fud Siti Bazarının rəhbərliyi tərəfindən erməni mallarının bazara girişi qadağan edilib. Soydaşlarımız bazara gətirilən erməni mallarını yerə töküb tapdalayırlar. Hər il Ermənistan kənd təsərrüfatı məhsulları göndərməklə bu bazardan milyonlarla gəlir əldə edirdi, indi bunun qarşısı alınıb.
Bu məsələnin müzakirəsi və yoluna qoyulması üçün bazara gəlmiş Ermənistanın Moskvadakı konsulu və erməni diaspora rəhbərləri bazarın iclas otağında gözləyərkən iclas otağına daxil olan rus mühafizəçilər onlardan bazarı tərk etmələrini tələb ediblər. Bazarı tərk etmək istəməyən erməni rəsmi şəxslərini bazardan iti qovan kimi qovublar.
Erməni mallarının boykotunun Rusiya hökumətinin razılığı ilə həyata keçirildiyi bildirilir.
Moskvada meyvə bazarlarında erməni mallarının baykot edilməsi böyük fəxrlə əslən azərbaycandan olan Yəhudi iş adamlarının adına yazılır. Sən demə onlar belə milləti sevirmiş. Ancaq əslində...
SSSR-i dağılandan sonra Rusiyada meyvə-tərəvəz satışı əsasən Azərbaycanlıların əlində olub. Moskvada müxtəlif bazarlar var idi. Sahibləri slavyanlar və başqa millətlər olsa idi bazara nəzarəti bizimkilər edirdi.
Təqribən 4-5 il bundan qabaq azərbaycnlı yəhudilər bu biznesə də əl qoydular. Moskvanın cənubunda çox nəhəng, bütün Rusiyanı meyvə-tərəvəz və ərzaqla təmin edən Fud-Siti bazarı tikildi.
Bazarı işə salmaq üçün böyük meyvə tacirlərini bazara gətirmək lazım idi. Bu işdə keçmiş "Pokrov" meyvə bazarının sahibi Şəmkirli Məhərrəm və o zamankı kriminal dünyanın lideri yardımçı oldu. Xoşluqla gələn gəldi, gəlməyəni də təzyiqlə saldılar bazara. Və Fud-Siti inkşaf eləməyə başladı.
Bazar sahibi olan yəhudilərin vəziyyəti yaxşılaşdıqca bazarda yer pulu, icarələr sürətlə bahalaşmağa başladı. Başqa bazarda 50 dollar verib 20 tonluq maşını bazara salanlar burada 500 dollar verməli oldular. Artıq ticarətçilərin başqa yolu yox idi.
İndi bəlkə icarə daha da bahalaşıb. Azərbaycanlıları o bazara salan Şəmkirli Məhərrəm və qanuni oğru sonralar peşman oldular. Biri müəmmalı şəkildə öldürüldü, biri isə həbs olundu.
Getdikcə bahalaşan icarə haqqını ödəyə bilməyən azərbaycanlılar tədricən rəqabətə tab gətirə bilməyib, yerlərini Orta Asiya xalqlarına verdilər.
İndi Fud-Sitidə 10-15 faiz azərbaycanlı varsa 50-60 faiz özbək-tacik var.
Ona görə də iki yeşik əriyi tapdalayıb videoya çəkməyi yəhudillərin "əməyi" hesab etməyin.
Minlərlə azərbaycanlı öz qazancından məhrum oldu məhz Qod Nissanov kimilərinin əlindən.

17.07.2020

İsrailin azərbaycanlı generalın şəhid edilməsindəki rolu barədə

2020-ci ilin iyul döyüşlərində ermənilər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərinə zərbələr endirəndə, Azərbaycan ordusu “strateji müttəfiq” kimi xalqa sırınan İsrailin istehsalı olan pilotsuz uçuş aparatları vasitəsi ilə düşmənə cavab verməyi qərara aldı. Amma bu hücumlar Azərbaycan ordusu tarixində, eləcə də döyüşdə istifadə edilən PUA-ların tarixində ən böyük uğursuzluqla yadda qaldı. Belə ki, erməni tərəfi 35-40 il əvvə SSRİ-də istehsal edilən “9К33 Osa” markalı adi özüyeriyən zenit raket kompleksilə Azərbaycan ordusuna məxsus - İsrail istehsalı, və öz sinifində dünyanın ən modern və güclü PUA-sı sayılan, 30 milyon dollar dəyərində olan “Elbit Hermes 900” pilotsuz uçuş aparatını vurub yerə salmağa müvəffəq oldu ki, indiyədək dünyanın heç bir ordusu bunu etməyə nail olmamışdı! Bu təyyarədən sonda Azərbaycanın daha iki PUA-sını vurdu. Qiyməti 30 milyon dollar olan bir hərbi texnikanın 40 il əvvəl istehsal edilən bir sadə raketlə vurulması ondan xəbər verir ki, İsrail istehsalı olan silahlar barədə uydurulan miflərin hamısı puç və yalandır! Xatırladaq ki, bu bahalı, əslində isə puç İsrail silahından 15 ədəd alınıb. Nəticədə Azərbaycan ordusu İsraildən aldığı və birgə istehsal etdiyi PUA-lar vasitəsilə ermənilərə qarşı effektli cavab verə bilmədiyini, əvəzində isə “Elbit Hermes 900” PUA-larını ermənilərin vurmasını, Azərbaycanın yüksək rütbəli say-seçmə zabitlərinin dəqiq koordinatlarının ermənilərə məlum olduğunu və bu üzdən də şəhid edildiklərini görəndən sonra, İsrail tərəfindən aldadıldığını və İsraillə hərbi əməkdaşlığın ölkəyə necə baha başa gəldiyini anladı... 

Həmid Türki

https://hemidturki.livejournal.com/3333.html?fbclid=IwAR0-YKT5-6o0z65cfP6q5shffxYB5K4FTsqjadCpN4w8lv-CQs7uNR0iDoA

İsrailin azərbaycanlı generalın şəhid edilməsindəki rolu barədə

2020-ci ilin iyul döyüşlərində ermənilər artilleriya qurğularından istifadə etməklə Azərbaycan mövqelərinə zərbələr endirəndə, Azərbaycan ordusu “strateji müttəfiq” kimi xalqa sırınan İsrailin istehsalı olan pilotsuz uçuş aparatları vasitəsi ilə düşmənə cavab verməyi qərara aldı. Amma bu hücumlar Azərbaycan ordusu tarixində, eləcə də döyüşdə istifadə edilən PUA-ların tarixində ən böyük uğursuzluqla yadda qaldı. Belə ki, erməni tərəfi 35-40 il əvvə SSRİ-də istehsal edilən “9К33 Osa” markalı adi özüyeriyən zenit raket kompleksilə Azərbaycan ordusuna məxsus - İsrail istehsalı, və öz sinifində dünyanın ən modern və güclü PUA-sı sayılan, 30 milyon dollar dəyərində olan “Elbit Hermes 900” pilotsuz uçuş aparatını vurub yerə salmağa müvəffəq oldu ki, indiyədək dünyanın heç bir ordusu bunu etməyə nail olmamışdı! Bu təyyarədən sonda Azərbaycanın daha iki PUA-sını vurdu. Qiyməti 30 milyon dollar olan bir hərbi texnikanın 40 il əvvəl istehsal edilən bir sadə raketlə vurulması ondan xəbər verir ki, İsrail istehsalı olan silahlar barədə uydurulan miflərin hamısı puç və yalandır! Xatırladaq ki, bu bahalı, əslində isə puç İsrail silahından 15 ədəd alınıb. Nəticədə Azərbaycan ordusu İsraildən aldığı və birgə istehsal etdiyi PUA-lar vasitəsilə ermənilərə qarşı effektli cavab verə bilmədiyini, əvəzində isə “Elbit Hermes 900” PUA-larını ermənilərin vurmasını, Azərbaycanın yüksək rütbəli say-seçmə zabitlərinin dəqiq koordinatlarının ermənilərə məlum olduğunu və bu üzdən də şəhid edildiklərini görəndən sonra, İsrail tərəfindən aldadıldığını və İsraillə hərbi əməkdaşlığın ölkəyə necə baha başa gəldiyini anladı... 
İsrail isə yenə də media və informasiya təbliğatı vasitəsilə Azərbaycanı aldatmağa qalxdı. Belə ki, məşhur Mossad cəsusu - vahhabi Səud rejimi və İsrail arasındakı münasibətlərin yaxşılaşdırlması məqsədi ilə Səudiyyə Ərəbistanına leqal səfər edən ilk İsrail vətəndaşı, icazəsiz olaraq işğal altında olan Dağlıq Qarabağa səfər etdiyinə görə və orada Qarabağın müstəqilliyinin tanınmasına çağırışlar edərək erməni separatçıların xeyrinə təbliğatlar apardığına görə Azərbaycanın arzuolunmaz şəxslər siyahısına daxil olunmasından sonra, Ukrayna pasportu ilə qanunsuz Azərbaycan ərazisinə daxil olması və ölkənin sərhəd xidmətini aldatması ilə öyündüyünə görə Belorusiyada həbs edilərək Azərbaycana ekstradiyisa olunan, Azərbaycanda 1 il həbsdə yatandan sonra Mossadın və İsrail hakimiyyətinin təzyiqləri ilə əfv edilərək İsrailə qaytarılan blogger Aleksandr Lapşin öz feysbuk səhifəsində “Elbit Hermes 900” pilotsuzunun vurulması ilə bağlı status paylaşaraq, bu statusu Rusiya və Ermənistanın aparıcı KİV-lərində yaydı. Mossad cəsusu Lapşin sözü gedən statusda, “Elbit Hermes 900” pilotsuzunu tərifləyərək, “bu təyyarələrin 2009-cu ildən bəri Suriya, İraq, Livan, Sudan, Əfqanıstandakı hərbi əməliyyatlarda istifadə olunduğunu, ABŞ və Meksikanın sərhədinə nəzarət etdiyini, həm Kolumbiya, həm də Braziliyada narko-kartellərinin hərəkətlərini izlədiyini önə çəkərək, indiyə qədər heç kimin onu vura bilməməsindən” ağızdolusu danışır. Daha sonra cəsus Lapşin təyyarənin vurulmasının günahını İsrailin üstündən götürüb Azərbaycan ordusunun üzərinə ataraq həyasızcasına iddia edir ki: “Yalnız fərsiz və səriştəsizlər bütün orduların “uçan beyini” olan bu aparatı zərbə altına qoya bilərdi”...

Həmid Türki

https://hemidturki.livejournal.com/3333.html?fbclid=IwAR0-YKT5-6o0z65cfP6q5shffxYB5K4FTsqjadCpN4w8lv-CQs7uNR0iDoA

Azərbaycan əhalisini izləyən İsrail mobil rabitə operatorları

Ermənistan, İran əleyhinə addım ataraq “İsraildə erməni səfirliyinin açılması” müqabilində  İsraildən BÖYÜK İMTİYAZ alandan, yəni  “Azərbaycanın hərbi sirrləri İsrail tərəfindən Ermənistana ötürülməsindən” dərhal sonra, erməni terrorçu birləşmələri Azərbaycanın hərbi mövqelərinə qarşı hücuma keçdilər. Təbii ki, Azərbaycan ordusu özünün ən təcrübəli və döyüş taktikasına yaxşı bələd olan yüksək rütbəli zabitlərini “hadisə yerinə” göndərdi. Azərbaycandakı Bakcell mobil rabitə operatorunun birbaşa sahibi və digər mobil rabitə operatorlarının isə dolayısı yolla sahibi olan sionist rejimi İsrail, öz cəsus peykləri vasitəsilə azərbaycanlı zabitlərin üzərində olan mobil telefonlarının dəqiq koordinatlarını, onların sahiblərinin dosyesi ilə birgə Ermənistana ötürdü. Beləliklə erməni kəşfiyyatı İsraildən aldığı Azərbaycana aid hərbi sirrlərin düzgünlüyünə şübhə etmədiyi üçün, İsrailin tuşatdığı - general-mayor Polad Həşimovu və onunla birlikdə olan digər yüksək rütbəli zabitlərimizi hədəf aldı.

Həmid Türki

https://hemidturki.livejournal.com/3333.html?fbclid=IwAR0-YKT5-6o0z65cfP6q5shffxYB5K4FTsqjadCpN4w8lv-CQs7uNR0iDoA

Azərbaycan əhalisini izləyən İsrail mobil rabitə operatorları

İsrail Azərbaycanın hərbi sirrlərini Ermənistana ötürüb

Azərbaycan əhalisini izləyən İsrail mobil rabitə operatorları

Ermənistan, İran əleyhinə addım ataraq “İsraildə erməni səfirliyinin açılması” müqabilində  İsraildən BÖYÜK İMTİYAZ alandan, yəni “Azərbaycanın hərbi sirrləri İsrail tərəfindən Ermənistana ötürülməsindən” dərhal sonra, erməni terrorçu birləşmələri Azərbaycanın hərbi mövqelərinə qarşı hücuma keçdilər. Təbii ki, Azərbaycan ordusu özünün ən təcrübəli və döyüş taktikasına yaxşı bələd olan yüksək rütbəli zabitlərini “hadisə yerinə” göndərdi. Azərbaycandakı Bakcell mobil rabitə operatorunun birbaşa sahibi və digər mobil rabitə operatorlarının isə dolayısı yolla sahibi olan sionist rejimi İsrail, öz cəsus peykləri vasitəsilə azərbaycanlı zabitlərin üzərində olan mobil telefonlarının dəqiq koordinatlarını, onların sahiblərinin dosyesi ilə birgə Ermənistana ötürür.
Beləliklə erməni kəşfiyyatı İsraildən aldığı Azərbaycana aid hərbi sirrlərin düzgünlüyünə şübhə etmədiyi üçün, İsrailin tuşatdığı - general-mayor Polad Həşimovu və onunla birlikdə olan digər yüksək rütbəli zabitlərimizi hədəf alır... Həticədə, həm ermənilər Azərbaycan xalqına ağır zərbə vurur, həm də Şəhid Hacı Qasimi Azərbaycan xalqının yaddaşından silməyə çalışan İsrail, Azərbaycan ictimaiyyəti üçün iranlı Şəhid Generalın əvəzinə, azərbaycanlı Şəhid General “yaradır”... 
Lakin İsrailin alçaq planı baş tutsa da, Şeytan xislətli sionist rejimi əsas hədəfinə çatmadı.
Şəhid general Polad Həşimovun şəhadətindən dərhal sonra Azərbaycanın sosial şəbəkələrində İsrail trolları Mossaddan aldıqları növbəti şüarı dövriyyəyə buxaxırlar: “İranlı generalın şəkillərini vuranlar, niyə azərbaycanlı generalın şəkillərini profillərində yerləşdirmirlər?”... Beləliklə, çoxlu azərbaycanlı sosial şəbəkə istifadəçiləri azərbaycanlı Şəhid Generalın şəkillərini öz profilə şəkillərinin yerində yerləşdirdilər. Amma qeyd edək ki, İsrail bu dəfə də nakam qaldı. Çünki dindar olmayan azərbaycan vətəndaşları öz müqəddəs Şəhid Generallarının şəkillərini dərhal öz profillərində yerləşdirsələr də, Azərbaycanın şiə dini camiəsi İsrailin hiyləsini vaxtında başa düşdü və Şəhid Hacı Qasimin şəklini Şəhid Polad Həşimovun şəkli ilə BİRLİKDƏ dərc etdilər.
Beləliklə, İsrail Azərbaycanın hərbi sirrlərini ermənilərə ötürməklə işğalçı Ermənistan dövləti üçün atəşkəs rejimi vaxtı ən böyük “qələbəsini” təmin etsə də, Şəhid Hacı Qasimi xatirəsini və müqəddəs yolunu Azərbaycan xalqının yaddaşından silməkdən ötrü ölkə ictimaiyyəti üçün azərbaycanlı Şəhid General obrazı yaratmağa çalışsa da, əsas hədəfini nail olmadı və İnşaAllah olmayacaq! Çünki İsrailin hədəfi Azərbaycanın adi ictimaiyyəti deyildi, bəlkə ŞİƏ DİNİ İCTİMAİYYƏTİ idi ki, onlar da son günlərdə şəhid olan Azərbaycan oğullarını təkcə Azərbaycanın deyil, məhz İslam dünyasının şəhidi kimi qəbul edərək, İsrailin gözünə ox batıran yollarına davam etdilər!

Həmid Türki

https://hemidturki.livejournal.com/3333.html?fbclid=IwAR0-YKT5-6o0z65cfP6q5shffxYB5K4FTsqjadCpN4w8lv-CQs7uNR0iDoA