22.08.2020

 «Александр Дугин – выдающийся русский человек. Это звезда, встающая на нашем небосклоне. Во многом ему нет равных. Он проходит огромные исторические пласты, воскрешает прежние архетипы. Дугин совмещает русские традиции и модернистский авангард. Думаю, что его евразийский пафос обладает такой притягательностью, что будет собирать толпы поклонников и последователей. Дугин – один из ярчайших идеологов наших дней».

Александр Проханов

20.08.2020

Demokratik Bayquşlar

80-inci illərin sonlarında aktiv şəkildə meydanda görsənməyə başladılar. Əsas məqsədləri SSRİ-nin çökuşundə öz rollarını oynayıb Qərbin planlarını burda həyata keçirmək idi.
Bunların 80-ci illərin sonlarından 90-cı illərin əvvəllərinə kimi qısa müddətli siyasi aktivliyi Azərbaycana elə bir zərbə vurub ki, bəlkə əsrlər keçər o zərbənin yarası sağalmaz.
Azərbaycanda Qərbin misiyyasını həyata keçirib siyasi zibilliyə atıldıqdan sonra indi aktiv şəkildə dünyanın digər yerlərində Azərbaycanın xeyrinə oldu-olmadı demokartiya adı ilə keçirilən bütun işğallara dəstək olurlar. (Hətta Ermənistanda Paşiyan Qərbin adamıdı deyə hakimiyyətə gələndə sevinirdilər).
Liviya, Suriya, İraq, Ukraniyada baş verənlər, ordakı xalqların demokratiya nağılları ilə pis günə salınmasından heç bir vicdan əzabı çəkmədi, ibrət dərsi göturmədi bu insanlar. 
İndi də utanmadan Belarusiyadakı mitinqlərdə özlərinə əl qatıblar, ora da Qərbin "demokratiya" gətirməsini istəyirlər.
Bu bayquşların dəstəklədiyi hər bir siyasi proses sonda ordakı xalqları böyuk fəlakətlərə gətirib çıxarıb, ölkələrini xaraba qoyur.
Ona görə də Azərbaycan insanı, əsasən də gənclər bu siyasi meyidlərə, "demokratik bayquşlara" onların beynini, mənəviyyatını zəhərləməyə imkan verməməlidir!

Aftandil Babayev

19.08.2020

“Quran deyir, insanlar arasında möminlərə qarşı ən şiddətli düşmən yəhudilərdir. O sionistlər də deyir, bizim ən şiddətli düşmənimiz Qasim Süleymanidir. Nə anlama gəldi şimdi bu?!..” (Nureddin Şirin)

Belarus xalqı Lukaşenkoya təşəkkür etməlidir

Afiq Əliyev

Pomidordan başqa brendi olmayan ölkənin vətəndaşları, dünya və MDB ölkələrində öz sözünü demiş 10-larla brendi olan ölkəni diktatura rejimi adlandır.
Brendləri sayıram baxın.
Belaz - 500 tondan yuxarı yük daşıma qabiliyyəti olan yük maşını. İndiyədək 135 mindən çox qiqant maşın istehsal olunub.
MAZ - avtomobil zavodu. Bu zavodda həm yük maşınları, həm də sərnişin daşıyan avtobuslar və digər maşınlar istehsal olunur.
MTZ - Minsk traktor zavodu. Bu traktor zavodunda məhşur "Belarus" traktorlarından tutmuş bütün kənd təsərrüfatında istifadə edilən və dünyanın 140 ölkəsində satılan traktorlar istehsal edilir.
BMZ - Belarus metallurgiya zavodu. Bu zavodun istehsal etdiyi məhsullar dünyanın 100-dən çox ölkəsində satılır. Həmin bu zavodun istifadə etdiyi armaturlar keyfiyyətinə görə öndə gələnlərdən biridir. Həmin bu armaturlar "London 2012" Olimpiadasının və "Soçi 2014" Olimpiadasının obyektlərinin tikilməsində istifadə olunub.
"Belşina" - Avropada ən böyük şin zavodlarından biri. Zavodda yüngül və yük avtomobilləri üçün təkərlər istehsal olunur. 
"Naftan" - dünyanın 40-dan çox ölkəsinə 100-dən çox adda neft məhsulları satan neftayırma zavodu. Hətta bu məhsullar keyfiyyətinə görə Böyük Britaniya başda olmaqla Avropanın bir çox ölkələrində satılır.
MZKT "Volat" - ağır yüklərin daşınması üçün istifadə edilən texnikaların zavodu. Məsələn, bu zavodda istehsal olunan texnikalar kranlarda, ekskavatorların şassisində istifadə olunmaqla yanaşı "İskəndər", "S300", "S400", "S500", "Topol", "Tornado", "Polonez", "Tor-M2", "Bal" kimi ağır raket və qurğuların daşınmasında istifadə olunur.
"Atlant" - məişət texnikaları istehsal edən zavod. Zavodda bu brendlə dünyanın bir çox ölkələrində satılan keyfiyyətli texnikalar istehsal edilir. Məsələn, soyuducular, paltaryuyan maşınlar və s.
"Gefest" - mətbəx texnikaları istehsalı ilə məşğul olan zavod. Bu zavodda qaz-elektrik plitələrindən tutulmuş mikrodalğalı peçlər, mikserlərə qədər istehsal olunur. İstehsal olunan məhsulları 80% ixrac edilir.
"Belkomunnamaş" - sərnişin daşıyan texnikaları istehsal edən zavod. Zavodda avtobuslar, elektrobuslar, tramvaylar, trolleybuslar istehsal olunur.
"Marka" - ayaqqabı istehsalı ilə məşğul olan fabrik. Bu fabrikdə istehsal edilən keyfiyyətli ayaqqabılar Avropada, Rusiyada və bir çox ölkələrdə satılır.
"Santa Bremor" - balıq məhsulları istehsal edən zavod. Zavodda 1000-dən çox adda istehsal edilən məhsullar ABŞ-da Avropada və MDB-də satılır.
"Savuşkin" və "Babuşkin krınka" - süd məhsulları və meyvə şirələri istehsal edən kompaniyalardır. Bu zavodlarda istehsal olunan 250-dən süd məhsulları Avropada, MDB-də, ABŞ-da, Ərəb ölkələrində, Çində satılır.
"Kommunarka" - qənnadı məmulatları və şokolad istehsal edən kompaniya. Bu kompaniyanın da istehsal etdiyi 100-lərlə məhsul dünyanın bir çox ölkələrinə ixrac olunur.
Bütün bunlardan əlavə Belarusiyada daha böyük kompaniya və zavodlar var ki, onların istehsal etdiyi məhsullar keyfiyyətinə görə seçilir.
Məsələn, Belarusiyada kimyəvi məhsulları istehsal edən zavodları, mebel istehsal edən fabrikləri, trikotaj fabriklərini də bura əlavə etmək olar. Bütün bu istehsalat Belarusiyada Sovetin vaxtında da olub. Ancaq baxın görün keçmiş sovet respublikalarının hansı həmin sənayeni belə inkişaf etdirib?
Bütün bunları "Diktator" Lukaşenko inkişaf etdirib. Belarusiya xalqı əksinə ona təşəkkür etməlidir.

18.08.2020

Eldar Həsənovun anti-dövlət şəbəkəsində kimlər yer alıb?

Haqqında məhkəmənin hökmü ilə 3 aylıq həbs qətimkan seçilən və hazırda əməlləri ilə bağlı istintaq araşdırması aparılan keçmiş səfir Eldar Həsənovun şəbəkəsinin üzvləri bir-bir ortaya çıxır. Əslində hər şey təbii proses olaraq baş verir. Eldar Həsənovun həbs edilməsi onun müxtəlif yollarla dəstəklədiyi, maliyyələşdirdiyi şəxsləri və qrupların hay-küy salmasına səbəb oldu.
Bu kateqoriyaya iki qrup aiddir: Birinci qrup Eldar Həsənova “vəfa borcu”nu yerinə yetirir, ikinci qrup isə başsız qalmağın, gələn pulun kəsilməsinin dərdindədir.
İkinci qrup daha çox radikal müxalifəti və Avropada “söyüş müxalifəti” kimi tanınanları özündə birləşdirir.
Eldar Həsənovun həbsindən sonra konkret şəxslərin – Natiq Adilovun, Qənimət Zahidin, Arif Məmmədovun və digərlərinin müdafiə kampaniyasına başlaması bunu təsdiqləyir. Onlar Eldar Həsənovun gedişindən sonra pullarının kəsilməsindən və himayəsiz qalmalarından narahat olublar.
Müşahidələr onu göstərir ki, Eldar Həsənovun özündə radikal müxalifəti, QHT sektorunun nümayəndələrini, diaspor üzvlərini və digərlərini birləşdirən şəbəkəsi mövcud olub. Bu şəbəkə daim onun müdafiəsini təşkil edib və Eldar Həsənov bundan daha çox hakimiyyət daxilində rəqib hesab etdiklərinə qarşı istifadə edib. Bəlkə də bütövlükdə hakimiyyətə qarşı istifadə etmək niyyəti də olub, lakin bunun üçün zaman və şərait yetişməyib. Bu məsələni aydınlaşdırmaq bir qədər çətindir, lakin şəbəkənin üzvlərinin kimliyi tədricən ortaya çıxır.
Araşdırmalarımız və əldə etdiyimiz məlumatlara görə, Eldar Həsənovun diaspor təşkilatlarında da adamları var. Redaksiyamıza daxil olan məlumatda belə şəxslərdən birinin adı konkret olaraq çəkilir.
Hikmət Cavadov “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu”nun sədridir, Azərbaycan üçün siyasi-iqtisadi sferada ən vacib ölkələrdən birində diaspora rəhbərlik edir, daha doğrusu etmək istəyir.
Hikmət Cavadovun Ukraynadakı diasporu parçaladığı və Azərbaycanın bu ölkədəki Səfirliyinin fəaliyyətini bir çox hallarda məqsədli şəkildə blokladığı haqda məlumatlar var.
Misal üçün, bu ilin fevralında Ukrayna Ali Radasında Xocalı soyqırımının tanınması məsələsi müzakirəyə çıxarılacaqdı. Bundan öncə qondarma “erməni soyqırımı” məsələsi gündəmə gəlmiş, lakin rədd cavabı almışdı. Azərbaycan dövləti diplomatiyası sayəsində Ukraynanın qanunverici orqanında Xocalı soyqırımının gündəmə gəlməsinə ciddi hazırlıqlar aparmışdı. Müzakirələrə bir neçə gün qalmış Hikmət Cavadov bunu özünün fəaliyyətinin nəticəsi kimi göstərmək üçün “Ukraynanın Ali Radasında Xocalıda azərbaycanlıların soyqırımının tanınması məsələsinin müzakirə ediləcəyi gözlənilir” xəbərini paylaşdı, bir çox media orqanı bu xəbəri yayımladı. Bundan xəbər tutan Ukraynadakı erməni lobbisi hərəkətə keçdi və nəticədə həssaslıqla hazırlanan proses baş tutmadı. Bu sıradan bir səhvə də bənzəmirdi və əsas məqsədin Azərbaycan səfirliyinin fəaliyyətinin nəticə verməməsinə nail olmaq planına bənzəyirdi.
Əldə etdiyimiz məlumatlara görə, Hikmət Cavadov bir çox tapşırıqları Eldar Həsənovdan alırmış. Eldar Həsənovun Hikmət Cavadovu səfir olduğu ölkədə keçirdiyi tədbirlərə tez-tez dəvət etməsi, səfərini maliyyələşdirməsi haqda deyilənlər də bu şübhələri artırır.
Hikmət Cavavodun “Azərbaycan diasporu” adı altındakı fəaliyyətində iki məqam xüsusilə diqqət çəkir.
Birincisi, onun Azərbaycan-Ukrayna və Azərbaycan-Rusiya strateji münasibətlərinə zərbə vuracaq cəhdlər etməsidir.
2018-ci ilin sentyabrında Ukrayna Dövlət Təhlükəsizlik Xidməti Hikmət Cavadovun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar qəbul edib. Qərarda bildirilirdi ki, Hikmət Cavadov media vasitəsi ilə, həmçinin ictimai çıxışları zamanı etiraz əhval-ruhiyyəsinin qaldırılması, Ukrayna dövlətinin ali idarəetmə orqanlarına inamsızlığın formalaşdırılması məqsədi ilə Ukraynanın dövlət orqanları və Ukraynada yaşayan digər millətlərin nümayəndələri haqqında fitnəkar şüarları səsləndirir. Eyni zamanda, o Ukraynada hakimiyyət nümayəndələrinə qarşı hörmətsizlik və təhqir nümayiş etdirir, bu da öz növbəsində kütləvi mitinq iştirakçıları və hüquq-mühafizə orqanları arasında fiziki qarşıdurma üçün şərait yaradır, məsuliyyəti xüsusilə Ukrayna Cinayət Məcəlləsinin 294-cü maddəsi (Kütləvi iğtişaşlar) və 161-ci maddəsində (İrqindən, millətindən və ya dinindən asılı olaraq vətəndaşların bərabərliyinin pozulması) nəzərdə tutulur. Həm də Hikmət Cavadov sözügedən hərəkətləri ilə Ukraynada dinlərarası və millətlərarası vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Sadalanan məsələlərlə əlaqədar Hikmət Cavadovun Azərbaycana və ya üçüncü ölkəyə məcburi qaytarılması haqqında qərar verilir.
Bu, Ukraynada Azərbaycan dövləti adına fəaliyyət göstərdiyini iddia edən Hikmət Cavadovun Bakı-Kiyev münasibətlərinə təhlükə yaratdığı nümunələrindən biridir. Ancaq sonradan Hikmət Cavadov haqqında qərar icra edilmədi və bu, şübhəli suallar yaratdı. Bu qərardan sonra Hikmət Cavadovun Rusiyaya qarşı sərt çıxışlar etməsi fonunda onun Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlığa başladığı ehtimalını artırır.
Mümkündür ki, Hikmət Cavadov özünü xilas etmək üçün belə bir əməkdaşlığa getsin. Amma bununla həm də Rusiya-Azərbaycan münasibətlərinə təhlükə yaratmağa başladı. Çünki Rusiyanın rəhbər dairələrinin münaqişədə olduqları Ukraynada Azərbaycan diaspor təşkilatı rəhbərinin Moskvaya qarşı çıxışını Bakının mövqeyi kimi qəbul etməsi o qədər də təəccüblü deyil.
İkincisi, Hikmət Cavadov Odessanın keçmiş qubernatoru Mixail Saakaşvilinin yaratdığı yeni “Təmizlik Uğrunda Hərəkat”ını yaxından dəstəkləməklə də Bakı-Kiyev münasibətlərində soyuqluq yaradıb. Çünki rəsmi Kiyev özünü Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının icraedicisi kimi təqdim edən şəxsin bu addımını Bakıdan verilmiş “göstəriş” kimi qəbul edir. Hikmət Cavadov Saakaşvilinin sərhəddə qarşılanmasından tutmuş, Kiyevdəki mitinqlərinə qədər bir çox prosesdə iştirak etdi. 
Media yazırdı ki, Saakaşvili Hikmət Cavadovla söhbətində bu mitinqlərə dəstək verdiyi üçün Azərbaycan diaspor nümayəndələrinə təşəkkürünü bildirib: “Saakaşvili qeyd edib ki, Ukraynadakı azərbaycanlıların ona verdiyi dəstəkdən xəbərdardır və bu barədə məlumatları daimi olaraq izləyir. Öz növbəsində diaspor rəhbəri Hikmət Cavadov da Saakaşviliyə onu sona kimi dəstəkləyəcəklərini və hər gün etirazçıların yanında olduqlarını deyib...”
Hikmət Cavadov indi də Saakaşvilinin fəaliyyətini açıq mətnlə müdafiə edir və bu, rəsmi Kiyevin narazılığına və şübhələrinə səbəb olur.
Maraqlı məqam odur ki, Saakaşvilini Hikmət Cavadovla yanaşı Azərbaycanın radikal müxalifəti də dəstəkləyir və hər iki tərəfin tezisləri sanki eyni “mətbəxdə hazırlanıb”.
Bu məqam Eldar Həsənova uzanan şəbəkəni aydınlaşdırmağa imkan verir.
Hazırda radikal müxalifət və xaricdəki “söyüş müxalifəti” də Eldar Həsənovu müdafiə edir. Keçmiş səfiri müdafiə edən müxalifəti Hikmət Cavadovla birləşdirən məqam Saakaşvili, ümumilikdə etiraz kampaniyalarıdır. Hikmət Cavadov da öz növbəsində keçmiş səfirin üzərindəki əməyi unutmur.
Bu mənzərə onu deməyə əsas verir ki, Eldar Həsənovun himayə etdiyi şəbəkə - radikal müxalifət və özünü hakimiyyətin tərəfdarı kimi göstərənlər, onun tapşırığı ilə Azərbaycan dövlətinin strateji maraqlarına zərbə vurmaqla məşğul olub. Bu ehtimalların təsdiqlənməsi üçün istintaqın nəticələrini gözləməyə ehtiyac var, lakin indiyə qədərki proseslər belə şübhələrin yaranmasına imkan verir...

Zaur Hacılı                   demokrat.az

Eldar Həsənovun həbsi və başsız qalan radikallar

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Səbail rayon məhkəməsinin qərarı ilə onun haqqında 3 aylıq həbs-qətiimkan tədbiri seçilib. Bu gün isə Prezident İlham Əliyevin Sərəncamı ilə Eldar Həsənov vəzifəsindən azad edilib.
Hazırda keçmiş səfirlə bağlı istintaq davam edir və bütün suallara cavab da proses yekunlaşandan sonra tapılacaq. Lakin cəmiyyəti Eldar Həsənovun həbsinin arxasındakı nüanslar maraqlandırır.
İlkin versiyalardan biri odur ki, Eldar Həsənov səfir olduğu Serbiyada işğalçı Ermənistana silah satılması məsələsinə barmaqarası baxıb, ya işini düzgün yerinə yetirməyib, ya da prosesdən xəbəri olsa da, bu barədə vaxtında məruzə etməyib. Bu silah versiyası əslində daha dərinə gedən məsələdir. Mümkündür ki, istintaqdan sonra da hər şey açıqlanmasın.
Ən diqqət çəkən məqam isə keçmiş baş prokuror və artıq sabiq səfir Eldar Həsənovun həbsinə verilən reaksiyalar, müdafiəsinə qalxan şəxslərdir. Bu şəxslər arasında ən diqqət çəkən adlar Arif Məmmədov, Qənimət Zahid və Natiq Adilovdur.
Eldar Həsənov mövcud iqtidarın nümayəndəsidir, yəni, adıçəkilən şəxslərsə müxalifətin. Bəs onları birləşdirən nədir, müxalifət keçmiş səfirin həbsini niyə ürəkağrısı ilə qarşılayır?
Misal üçün, Natiq Adilov dolayısı ilə Eldar Həsənovun xidmətlərini xatırladır və buna baxmayaraq, həbs edildiyini bildirir. Arif Məmmədov və Qənimət Zahid də eyni motivli çıxışlarında keçmiş səfirin müdafiəsinə qalxırlar. Bu, müdafiə kampaniyası Eldar Həsənovla adıçəkilən şəxslərin olduğu düşərgənin gizli əlaqələrindən xəbər verir.
Burada media cameəsinə yaxşı məlum olan, hətta, lətifəyə çevrilən məşhur hadisə yada düşür.
Deməli, Qənimət Zahid hələ Bakıda olarkən Eldar Həsənov mütəmadi olaraq onunla əlaqə saxlayır və "Azadlıq" qəzetinin vasitəsilə hakimiyyətdə rəqibi hesab etdiklərinə qarşı hücumlar təşkil edirmiş. Təbii ki, külli miqdarda ödənişlər qarşılığında. Eldar Həsənov hər dəfə Qənimət Zahidlə əlaqə saxlayanda söhbətə zarafatla başlayır, "məndən niyə yazmırsan, qorxma, nə qədər istəsən pul verəcəm, arada məndən də yaz" deyə bildirirmiş.
Bu hadisə Eldar Həsənovun radikal müxalifəti maliyyələşdirdiyinin kiçik detallarından biridir.
Keçmiş baş prokuror səfir göndəriləndən sonra da eyni fəaliyyəti davam etdirib, hətta Qənimət Zahid də daxil olmaqla bir sıra müxalifət nümayəndəsinin Avropada oturum almasına, daha sonra maliyyə ilə təmin edilməsinə köməklik göstərib.
Bir müddət öncə Eldar Həsənovun adı Arif Məmmədovla əlaqədə hallanırdı. Həmin vaxt ilk cavab "Azadlıq" qəzetindən gəldi. Qəzet yazırdı ki, "bu, hakimiyyət daxilində Eldar Həsənovun rəqiblərinin işidir". Hətta məqalədə konkret adlar da çəkilirdi.
Bütün bu faktlar fonunda adıçəkilən şəxslərin qismində radikal müxalifətin, o cümlədən radikal qüvvələrin Avropadakı qanadının ağlaşma qurması təsadüfi deyil. Çünki Eldar Həsənovun "söyüş müxalifəti" kimi tanınan qruplarla əlaqəsinin olduğu, onların maliyyələşməsi işində yer aldığı haqda məlumatlar kifayət qədərdir. Mümkündür ki, həbsin motivləri arasında bu detallar da var, lakin hər şeyi istintaq müəyyənləşdirəcək.
İndi bəlli olan yeganə məsələ Arif Məmmədovun, Qənimət Zahidin, Natiq Adilovun Eldar Həsənovun həbs edilməsinə göz yaşı tökməsinin, onun müdafiəsinə qalxmasının əsl səbəbidir. Görünür ki, "bosları" barmaqlıq arxasına gedəndən sonra başsız və pulsuz qalıblar. Ona görə də öz narahatlıqlarını biruzə verməyə başlayıblar...

Zaur Hacılı                      demokrat.az

17.08.2020

Böyük türk dövlətinin qurulması ancaq sionizmə sərf edir

Səqəleyn Carçısı

Məncə Türk əsgərinin gəlməsi ardınca vahhabiləri göndərmək üçün cığır açmaq rolunu oynayır.
Ərdoğan İŞİD vahhabilərini gətirib Azərbaycana yığmaqla məşğuldu.
Sadəcə ilk addımda ordu göndərdi ki, bütün diqqətlər ora yönəlsin. Yəni vahhabilərin gəlməyi heç kimin gözünə dəyməsin.
Həm də təkcə Naxçıvana deyil, Bakıya da göndərdi. Amma ən çox təbliğ olunan Naxçıvan oldu.
Diqqəti Naxçıvana çəkmək, fikiri yayındırmaq üçün bu variantdan istifadə elədilər ki, əhali İŞİD-in necə gətirilib yerləşdirilməsinə diqqət verməsin. 
***
Hadisələri düzgün təhlil etsək Suriyada nələr baş verdiyini icmali şəkildə başa düşmək olar.
Ərdoğan Suriyada mövcudluğunu itirəcəyini başa düşdü və Rusiyaya qaçdı.
Bunun ən bariz sübutu Putinin Ərdoğanı uzun müddət ayaq üstə gözlətməsi oldu.
Putin qəsdən görüşə gecikdi və Ərdoğana oturmaq üçün bircə stol da verilmədi.
Ayaqüstə gözlətdi sındırmaq üçün.
Bunu türkiyəli siyasətçilər də təhlil edib deyirlər ki, Putin Ərdoğanı sındırmaq üçün belə elədi.
Ərdoğan özünü bizə dost kimi sırıya bilib.
Bizim düşüncəsiz pantürklər Ərdoğan şalvarına da batırsa, yeni bir adət kimi qəbul edəcək qədər düşüncəsizdirlər.
Ərdoğan da bundan istifadə edib ordusunu göndərdi, ardınca da İŞİD-i bura salmaq niyyətindədir. Qırğın gedəcək, Rus ordusu şimaldan girəcək. İŞİD-i qıracaq, özü də çıxmayacaq.
Müqavimət qüvvələri İŞİD planına Suriya və İraqda mane oldular, Azərbaycanda da İŞİD başlasa, başlayan kimi müqavimət ordusu girib İŞİD-i qıracaq, heç Suriya vəziyyətinə çatmağa da qoymayacaqlar.
Suriyaya müqavimət qüvvələri çox gec girdi.
Amma burda isə təhlillər göstərir ki, o qədər gecikməzlər. Çünki təcrübə var ki, İŞİD başlasa viran qoyacaq. Ona görə dərhal müqavimət qüvvələri İŞİD-i susduracaqlar və Ərdoğan heç bir qələt edə bilməyəcək.
Türk dünyasının bütün siyasi liderləri sionistə xidmət edir- fakt budur. 6 türk ölkəsi var, 6-sı da sionizmin yanındadır. Bunlar birləşsə də sionistlər heç vaxt ədalətli müsəlmanın bunlara başçı olmasına imkan verməz. Heç vaxt islama xidmət edən bir hakimiyyət qurmasına imkan verməz. Sionistlər də zatən böyük İsraili bu ərazilərdə qurmaq istəyirlər.
Ona görə də türk dünyasının birləşib bu ərazilərin hamısına hakim olmasını və bütün türk dünyasını da özlərinin idarə etmələrini istəyirlər ki, bölgədə tək güc olsun, onu da özləri idarə etsinlər, sonra da istədikləri vaxt o türk dünyasının idarəsini birbaşa öz əllərinə keçirib tədricən siyasəti dəyişsinlər, axırda da adını dəyişib "Böyük İsrail Projesi"-ni həyata keçirmiş olsunlar.
Sionistlərə türk dünyasının birləşməsi çox sərf edir. Amma İran və İranın dəstəklədiyi müqavimət qüvvələri də buna heç vaxt imkan verməzlər.
Sionistlər əl-ayağa düşüb daha aktiv fəaliyyət rejiminə keçiblər.
Hər halda böyük türk dövlətinin qurulması sionistlərdən başqa heç kimə sərf etmir.
Əslində heç türklərin özünə də sərf etmir.
Çünki, biz türklərin əksəri müsəlmandır.
Bəli, böyük türk dövlətinin qurulması ancaq sionizmə sərf edir. İslama qəti sərf etmir.
İslama sərf etməyən şey təbii ki müsəlmana da sərf etmir.

Türk ordusu bizə dəstək olsa, Gəncəni də verəcəyik

Elxan Xəlilov

Məlumata görə 5-10 nəfər gedib Türk səfirliyinin qarşısında piketi keçirdib ki, türk ordusu burda qalsın.
Bunlar kimdir ümumiyyətlə, hansı haqla Azərbaycan xalqının adından çağırış edirlər?
Gedib Türkiyə səfirliyinə yalvarırlar ki, ordunu burda saxlayın, bizi qoruyun...
Şübhəsiz ki, bunların arxasında Türkiyənin kəşfiyyat orqanları durur.
10 milyonuq, danışanda özümüzü boz qurda, şirə, pələngə oxsadırıq. Ayıbdır bizə! Türk kişisi gəlib bizim torpaqları alacaq?
Onda alacaqsa hər şeyimizi verək də onlara- onsuz da vermişik...
1993-də öndərləri hamıya dalını çevirdi, Turkiyədən yapışdı, Türkiyə də buna dalını çevirdi, Qarabağ getdi, indi də Gəncəni vermək istəyirlər yəqin- bəs etməyib...
Baza yerləşdirmək uşaq oyunu deyil, hər hər ölkənin də başı üçün deyil...
Türk ordusu NATO deməkdir.
Rus ölüb ki, qulağının dibində NATO baza yaratsın?
Altını üstünə çevirərlər Azərbaycanın, heç kim də qabağa durmaz...
Rusiya Ukraynanı ikiyə böldi, Krımı aldı, mustəqilliyiini də tanıdı, Gürcüstanı 3 yerə böldü, Abxaziyanı aldı, dövlət kimi tanıdı...
Heç kimin də duxu çatmadı bir söz desin...
Neçə illərdir o dövlətlərə bir NATO əsgərinin ayağı dəyməyib...
Siz kimlə zarafat edirsiniz?
Ümumiyyətlə kimlərsə Azərbaycanı məhv etmək istəyir- burda patriotizm söhbəti yoxdur...
Böyük Ermənistan dövlətini qurmaq üçün Azərbaycanı oda atmaq, parçalamaq istəyirlər...
Rus ayısını qəzəbləndirmək, aylıtmaq üçün nə lazımdır onu da edirlər...
İki böyük dövlətin maraqları arasında toppuz bizim başınızda catlamasa yaxşıdır...
Tarixdə bu bir dəfə olub- millət atılmır ki, ayılmır.

Generalın işdən çıxarılmasının şok səbəbi - "Hafka"dan 100 min alıb

"Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nurəddin Mustafayevin işdən çıxarılmasının səbəbi mənə tam məlumdur".
pia.az xəbər verir ki, bunu vəkil Adəm Məmmədov bildirib.
"Belə ki, yaxından tanıdığım İsmayıl Kəngərli adlı vəkil general rütbəli baş idarə rəisi Nurəddin Mustafayevlə apardığı danışıqları xüsusi vasitə ilə qeydə almışdır. Vəkil ilə general arasında "Hafka" ləqəbli Hafiz Məmmədov adlı iş adamının tələbkar olduğu qətnamənin icrası ilə bağlı müzakirələri olmuşdur. Həmin müzakirədə baş idarə rəisi icra sənədinin icrası ilə əlaqədar 100 min manat pul almasına baxmayaraq, nə qətnaməni icra etmir, nə də pulu geri qaytarmırmış. Bu danışıqlar vəkil İsmayıl Kəngərli tərəfindən qeydə alındıqdan sonra diskə köçürdərək şikayət ərizəsilə birlikdə Prezident Administrasiyasına göndərmişdir. General və vəkil arasında olan səs yazısı böyük səs-küyə səbəb olmuşdur. Vəkil İsmayıl Kəngərli bir müddət bundan əvvəl analoji üsulla korrupsiyaya qarşı mübarizə idarəsinin bir prokurorun cinayət məsuliyyətinə cəlb edilməsinə, eyni zamanda həmin idarənin bir müstəntiqini isə vəzifədən azad olunmasına nail olmuşdur. Nurəddin Mustafayevin rütbəsi general olmasına baxmayaraq, nədənsə mətbuat onun rütbəsini baş ədliyyə müşaviri (polkovnik) kimi təqdim edir"- deyə A.Məmmədov qeyd edib.
Xatırladaq ki, Ədliyyə Nazirliyi N.Mustafayevin ölkədə aparılan islahatlar, o cümlədən kadr dəyişiklikləri ilə bağlı işlərin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər çərçivəsində tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayıb.
İ.Kəngərlinin isə məsələyə reaksiyası belə olub: "Azərbaycanın "məhşur" vəkili sayılan Adəm Məmmədov mənim adımdan həqiqətə uyğun olmayan məlumatları yayaraq mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma ləkə vurmaqla qərəzli məlumatlar yayır. Vəkillər Kollegiyasının sədri Anar Baghirovdan xahiş edirəm hazırki bu statusu rəsmi müraciət kimi qəbul edərək bu tipli qərəzli məlumat yayan vəkil barəsində intizam icraatının başlayasınız".

Eldar Həsənov, Əli Həsənov, Abbas Abbasov, “Quska” və... daha kimlər? - Sensasion şəbəkə

Heydər Əliyevin komandasının ambisioz fiqurlarından biri - səfir Eldar Həsənov Serbiyadan ayağı ilə gətirələrək qandallandı. Bu həbs qərarı bir günün, bir ilin işi deyil, dərinə getmək, keçmişə boylanmaq lazımdır. Niyə E.Həsənov, nə üçün, nə etmişdi...
Yada salır ki, 2000-ci ildə danlanaraq baş prokuror kimi böyük postdan uzaqlaşdırmaqla Eldar Həsənov mövcud hakimiyyətə olan qisasçılıq fəaliyyətini düz 20 il davam etdirə bildi. Yəni, səfir göndərilməsini (siyasi sürgün) heç cür həzm etmirdi.
Söylənə bilər ki, onun iqtidarın yüksək eşelonuna qarşı fəaliyyəti təsbit olunmuşdusa, nə üçün bu günə qədər göz yumulurdu. Məsələnin mürəkkəbliyi də ondan ibarətdir ki, köhnə qvardiyanın ağır artilleriyalarından biri olan E.Həsənovu vəzifəsiz qoymaq istəmirdilər.
Bu, onun daha iri çaplı hücumlara keçmək, gizli şəkildə apardığı işin daha da böyüməsinə səbəb ola bilərdi. Çünki incik məmur sıradan kadr deyildi və böyük ambisiyaları, hakimiyyətdə daha yüksək vəzifə tutmaq arzuları varıydı.
Məsələn, bir zamanlar Eldar Həsənov MTN rəhbəri, sonra Baş nazir olmaq xəyalına düşmüşdü. Amma onu yaxına buraxmadılar, bu, cəza idi.
Getdikcə hikkəsi artan sabiq baş prokuror öz nüfuzu, çevrəsi və resursları hesabına iqtidar əleyhinə samizdat işini gücləndirməyə başladı.
Bu həbsin dərinliyinə nəzər yetirəndə 2003 hadisələrini də unutmaq olmaz. Bəli, E.Həsənov o zaman müxalifətin hakimiyyətə gəlməsinə gizli dəstəyini vermiş, bəzi tənqidçi qəzetləri yemləmişdi.
Odur ki, səfir Serbiyadan gətirilib niyə həbsə göndərildi demək üçün son 20 ilə baxmaq vacibdir.
İkincisi, Eldar Həsənovun Təhlükəsizlik Şurasının katibi, keçmiş daxili işlər naziri Ramil Usubovla münasibətləri yaxşı olmasa da, (serb rəsmilərlə görüşdə yan-yana oturmuşdular - müəllif) köhnə qvardiya üzvüydü, Ramiz Mehdiyev klanı ilə əlaqələri mehriban-düşmənçilik idi.
Amma onun son illərdəki fəaliyyəti artıq bağışlanmaz həddə çatmışdı və bir gün sonra həbs ediləcəyini bilmədən Bakıya gəlir, rəsmi görüşdə iştirak edir və barəsində cinayət işi açılır.
Əslində, onun aldadıldığını, ya da ələ keçməsinin çətinliyini söyləmək absurddur. E.Həsənov daha əvvəllər də Bakıya gəlib - gedib, onda tutardılar, habelə, istəsələr Belqraddan ekstradisiya oluna bilərdi. Sadəcə, hər şey Xarici İşlər Nazirliyindəki həbslər və prezidentin bəzi səfir-diplomatların dövlətə, vətənə xəyanət etdiyini söyləməsindən sonra baş verdi. Nəticədə ilk kəlləsi gedən E.Həsənov oldu.
Heç də istisna olunmur ki, neçə-neçə səfirlər olduqları ölkədə siyasi sığınacaq istəyəcək, konsulluq əməkdaşları qaçıb gizlənəcək, həmçinin daha neçə səfir həbs olunaraq Bakıya gətiriləcək. Çünki xəyanətkar şəbəkənin miqyası böyükdür və E.Həsənovla məhdudlaşa bilməz. Xəyanətkar şəbəkə demişkən, sabiq baş prokurorla yanaşı hakimiyyət əleyhinə oxşar dəstəyi digər sabiqlər də verib.
Almaniyada sığınacaq almış keçmiş deputat Hüseyn Abdullayevin (Quska) Türkiyədə tutularaq gətirilməsindən sonra verdiyi ifadələrdə oradakı yutuberlərə, söyüşcül bloqerlərə maliyyə dəstəyi verdiyini etiraf etdiyi bildirilir.
Bəzi kluarlarda, qeyri-rəsmi söhbətlərdə səslənən iddialara görə, prezidentin keçmiş köməkçisi Əli Həsənov da iqtidar rəhbərinə qarşı xaricdən söyüş, təhqir püskürən mühacir şəbəkənin əsas dayaqlarından olub.
Elə bunun nəticəsidir ki, prezident onu işdən azad edəndə heç qəbula çağırıb göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirmədi. Eynilə Eldar Həsənovun da Serbiyada otura-otura həm kəlbəcərlilərə, həm mühacirlərə, simvolik olaraq “söyüş müxalifəti” adlanan virtual fəallara maliyyə səstəyi göstərdiyi iddiaları yer almaqdadır. Ona görə də E.Həsənovun həbsinin real motivinin səfirlikdəki maliyyə maxinasiyaları ilə bağlı olması az səbəbdir.
Düzdür, ona verilən rəsmi ittihamlar sırf maliyyə yeyintiləridir. Ancaq barmağını qatlayın görək hansı korrupsiya yoxdur?!
Sadəcə, 2000-ci ildən iqtidara qarşı əlindən gələn pisliyi əsgirməyən, siyasi iddiaları olan, 2003-də istəyinə nail ola bilmədikdən sonra axır illərdə mühacir şəbəkəni prezident İlham Əliyevə qarşı təşkilatlandıran E.Həsənovun gec-tez dörd divarlıq hücrəyə salınacağı gözlənilən idi.
Əslində prezidentin sabiq köməkçisi Əli Həsənovun da həbs ehtimalı yüksək idi. Amma onun bütün maliyyə rıçaqlarının əlindən alınması ilə tam tərki-silah ediblər, səksəkə içində yaşamaqdadır.
Bəli, hakimiyyət rəsmilərinin leksikonundan düşməyən “xaricdəki bəzi dairələr”, “5-ci kolon”, “xəyanətkar şəbəkə” və s. adlandırdığı qüvvələr deyərkən təkcə Avropadakı təsisatlar, fondlar, Avropa Parlamentində və AŞ PA-dakı deputatlar deyil, həm də hakimiyyətdən küskün, intiqam və revanş hissi ilə yaşayan sabiqlərdən söhbət gedir. /anaxeber.info/

16.08.2020

BELARUS

• İşsizliyin olmadığı, hər kəsin normal maaşlı işi olan ölkə.
• Demək olar ki hamının evi olduğu ölkə.
• İntiharların dünya üzrə ən az olduğu ölkələrdən biri.
• Pulsuz və yüksək səviyyədə səhiyyənin olduğu ölkə.
• Pulsuz və yüksək səviyyədə orta və ali təhsilin olduğu ölkə.
• Bütün uşaqların baxçalarda pulsuz təlim tərbiyə aldığı ölkə.
• Rüşvətin demək olar ki olmadığı ölkə.
• Güclü sənayeyə və texnologiyaya malik ölkə (Təyyarədən, qatardan, maşından tutmuş əksər cihaz və aparatların istehsalı).
• Keyfiyyətli dərman sənayesinə və tibbi avadanlıq istehsalına malik ölkə.
• Şəhər və kəndləri tamamilə təmiz və abad, yolları şüşə kimi bir ölkə.
• Gözəl təbiəti olan, meşəliklər içində yerləşmiş bir ölkə.
• İnsanları sağlam, təhsilli, sadə, mehriban olan ölkə.
• Dünyada ən təbii və ən keyfiyyətli ərzaq istehsal edən ölkə.
• Ərzaq və gündəlik tələbat malları və zəruri xidmətlər üzrə Avropada qiymətlərin ən ucuz olduğu ölkə.
• İnkişaf etmiş aqrar təsərrüfat- bütün işlərin mexanizmlərlə görüldüyü ölkə.
• Dünyada yaşayış üçün ən təhlükəsiz ölkələrdən biri (terror və kriminal hadisələrin minimum səviyyəsi).
• Sosial problemlərin olmadığı, bütün əlillərin, qocaların, xəstələrin normal sosial təminat aldığı ölkə.
• Bir çox iri müəssisələrdə və təsərrüfatlarda işçilərə pulsuz ev verilən ölkə.
• Xəstəliklərin ən az səviyyədə olduğu ölkələrdən biri.
• Kəndlərində belə mədəniyyət evləri, klublar, xalq teatrları, kitabxana və kinoteatrların fəaliyyət göstərdiyi ölkə.
• Doğulan uşağa 5 min dollar birdəfəlik, 200 dollar civarında aylıq müavinət verən ölkə.
• Qanunların və insan hüquqlarının şah olduğu, vətəndaş şikayətlərinin dərhal həll olunduğu ölkə.
• Məmurların zəngin həyat tərzi yaşaya bilmədiyi ölkə.
• Bizdə 15-20 min manat civarında satılan avtomobilləri 2-3 min manata almağın mümkün olduğu ölkə.
• Təbəqələr arasında uçurumun olmadığı ölkə.
• Karantin elan etmədiyi halda, koronavirus pandemiyasından ən az itki ilə çıxmağı bacaran ölkə.
• İşçi hüquqlarının yüksək səviyyədə qorunduğu ölkə.
• Kommunal xidmətlərin və nəqliyyatda gediş qiymətlərinin ən ucuz olduğu ölkələrdən biri.
• Dünyada ən çox kitab qəzet oxuyan ölkələrdən biri.
• Çox sayda pulsuz attraksion və əyləncə parklarının olduğu ölkə.
• Müharibədən tam dağılmış halda çıxmasına baxmayaraq hazırda dünyanın ən nümunəvi və abad ölkələrindən birinə çevrilmiş dövlət.
• İttifaqdan çıxdıqdan sonra heç nəyi dağıtmayan, əksinə inkişaf etdirən yeganə ölkə.
• Nəhayət məhz bu nailiyyətləri əldə etdiyinə görə qlobal mafiya tərəfindən dağıdılmasına cəhdlər edilən, lakin xalqla hökumətin birliyi sayəsində planların baş tutmadığı ölkə.

Elçin Bayramlı

“Onlar şeytanın belə tapa bilməyəcəyi üsullar fikirləşiblər, lakin unudurlar ki, DTX...”

Cümşüd Nuriyev: “Bu qurumlarda hər şey fərdi maraqlara hesablanıb”

“Ölkənin taleyində rolu olan dövlət şirkətləri öz statuslarına uyğun şəkildə hərəkət etməldirlər. Lakin çox təəssüflər olsun ki, Azərbaycanda bəzi qurumlar dövlətin mövqeyindən daha çox, öz fərdi mövqeyindən çıxış edirlər”.
Bunu moderator.az-a açıqlamasında siaysi elmlər doktoru, politoloq Cümşüd Nuriyev bildirib. Ekspertin sözlərinə görə, bəzi qurumlarda məmurlar korrupsiya yolu ilə daha çox vəsait qazanmaq üçün olduqca hiyləgər üsul və vasitələr fikirləşib tapıblar: “Bu qurumlarda hər şey fərdi maraqlara hesablanıb. Onlar müxtəlif fırıldaqlarla məşğuldurlar. Onlar korrupsiya ilə bağlı elə şeylər fikirləşib tapırlar ki, bunu şeytan da fikirlərşib tapa bilməz. Bunu yalnız DTX tapıb, ifşa edə bilər. Buna inanıram. Çünki DTX-nın fəaliyyəti onu göstərir ki, bu qurum iqtisadi fırıldaq mexanizmilərini açmaq istiqamətində də ciddi iş ortaya qoyur, bu yöndə zamanla daha da püxtələşir. Bu baxımdan DTX-nin bu qurumlarla bağlı da lazımi addımlar atması tamamilə mümkündür. Hesab edirəm ki, fəaliyyətində ciddi nöqsanlara yol verən, dövlət büdcəsinin formalaşmasında lazımınca iştirak etməyən, korrupsiyaya yol verən qurumlarda islahatların həyata keçirilməsi, onların fəaliyyətinin yenidən, daha sağlam şəkildə təşkili istiqamətində konkret addımların atılması gözləniləndir”.

11.08.2020

İndi deyirsiz Böcək Türkiyə Nəhəng Rusiyaya xod eləyəcək?!


Dedim siz pantürklərə Putini bir balaca bunu tanıdım. Görün sizin Türkiyəniz bunun qabağında nəsə eləyə bilər.
Suriyada İŞİD-ın nəslin kəsdi. Başda ABŞ, NATO koalisiyası olmaqla bütün dünya güclərini Suriyada şumladı. Qəddafini, Səddamı almağa öyrəşmiş ABŞ və dostlarına Bəşər Əsədi vermədi. ABŞ-ın öyündüyü nəhəng avionos gəmilərinə qarşı çirkon raketi çıxartdı. ABŞ generalları özləri etiraf etdi ki, bu raketin qabağında bizim avionos gəmilərimiz su üstündə metallolom nisbətindədi.
Amerika jurnalistlərinə Putin "ABŞ niyə icazəsiz Suriyaya girib?" sualını verdi. Jurnalist "Çünki dünyada ABŞ hegemon dövlətdi" dedi. Cavabında Putin istehzayla gülüb "Sizə bunu kim deyib, o oxuduğunuz qəzetləri tərsinə çevirib oxuyun" dedi. Bir gecəyə ABŞ-ın içində nəhəng körpünün üstündə öz şəklini asdırdı (halbuki kameralar ora zillənmişdi). İndiyə kimi ABŞ kəşfiyyatı başa düşə, tapa bilmir kim o şəkli ordan asıb və ora zillənən kameralara niyə düşməyib. Hətta, ABŞ da əfsanələr dolanmağa başladı ki, Putin cinlərlə (demonlarla) iş görür.
Demək olar Meksika və bütün Latın Amerikası ölkələrini əlinə alıb. Hamısı ruspərəstdir. Hələ orda ABŞ-a tuşlanmış yerləşdirdiyi bazalarını demirəm. O vaxt ABŞ-ın Rusiyada törətdiyi quş qripinə qarşı Kaliforniyada süni qasırğa düzəltdi. Bunu mən demirəm, ABŞ kanalları deyirdi. Bu günkü gündə ABŞ-da qarışıqlıq törədənlər, xalqı ayağa qaldıranlar ABŞ vətəndaşı olan rus kəşviyyatçılarıdı. Videolara baxsaz görəcəksiz.
İsrail Suriyada İran qoşununa raket atdı, İran cavabında İsraili vurmağına and içdi. Putin də dedi özünüz bilərsiz, mən qarışmıram. Yadınızdadı İsrail baş naziri uçdu Rusiyaya. Bağlı qapılar arxası? Yalvarırdı Putinə. Putin onu öpdürdü, dəstək verdiyi İrana dedi "əl dəymə yetimə, indi bir qələtdir eləyib".
Telman onun əlindən Türkiyəyə qaçdı. Putin aldadıb Soçini ona düzəltdirdi, sonra Türkiyənin lat-lüt etdiyi Telman İsrailə qaçdı.
Mübariz Lukoyl-la iş görməkdən imtina elədi. Zəng elədi Ərdoğana, saldırdı içəri, lat-lüt edib. Xodorkovskinin pulların alıb 9 il içəridə saxladı. Adamları Putinə 12 milyard təklif elədilər ki, onu çıxart, razı olmadı. Axırda anası xəstələnmişdi deyə çıxartdı. Çıxan kimi qaçdı Almaniyaya. Milyarderi Almaniya rəsmi dairələri qarşıladı. Polşa prezidentini nazirləriylə birgə havada vurdurdu (nəyəsə razılaşmadığına görə). Yerinə öz adamın təyin etdi, o da qol çəkdi. Hansısa neft şirkətinin böyüyünü Domodedovo hava limanında öldürtdü. Çeçenləri maliyyələşdirən hansısa milyarderi birbaşa ərəb ölkəsində məsciddən gələn yerdə öldürtdü. Ona bu barədə ünvanlanan suala açıq-aşkar "O terrorist idi və ölməliydi" dedi. Yəni əcəb eləmişəm. Nemçovu da öldürtdü.
Ərəb kralını ayağına gətizdirib öpdürdü. Türkiyədə səfirini öldürdülər, ekspertizaya nəzarəti öz əlinə aldı. Birbaşa təyyarəylə Türkiyəyə girdi, axtarışa başladı. Türkiyə kəşfiyyatı boynunu büküb durmuşdu. Harda görünüb belə şey?
Türkiyə bütov nizamlı orduyla Suriyada Rusiyaya məxsus iki təyyarəni vurdu. Yaxdı. Putin iki balaca təyyarə qaldırdı 80 türk əsgərini öldürdü. Ərdoğan da kefini pozmadan dedi: "Biz şəhid təpəsini dolduracayıq". Guya bomba söz dedi. Camaat ayağa qalxdı, müxalif partiyalar Ərdoğanın partiyasıyla əlbəyaxaya çıxdı. Ərdoğan gördü işlər şuluqdu, Putinə zəng elədi. O isə cavab vermədi. Axırda Ərdoğan Bakıya gəldi, İlham Əliyevə yalvardı ki, "bəs sənin aran yaxşıdı, denən məni qəbul eləsin". Bizimki də ürəyiyumşaq, zəng elədi. Putin də keçə bilmədi. Ərdoğan heyəti ilə getdi, qapıda gözləyib bağışlanmasını xahiş elədi. Putin də keçdi.
Yadınızdadı, ABŞ Ərdoğana xod elədi. Ərdoğan da dedi: "Ey, Amerka, sıkıysa Rusiyaya caldır". Yəni gücün mənə çatmasın.
İndi deyirsiz Böcək Türkiyə Nəhəng Rusiyaya xod eləyəcək?! Gəlib qulağının dibində ərazi iddiası edəcək? Ayılın bir az. Evdən çıxanda güzgünün qabağından beyninizi götürmək yadınızdan çıxmasın.
Sovet dağılandan sonra məlum oldu ki, ABŞ heç də Sovetlə dibə dib getmirmiş. Hamısı özü haqda yalan informasiyalar imiş. Tək Rusiyanın əlində avara qalıb. Gör onda birləşmiş 15 respublikanın yanında bu nə imiş! Cücə.
Putin Krımı alıb körpü tikdirdi. Abxaziyanı, Osetiyanı, Donbası, Luqanskini aldı.
Putin demir, eləyir. Ərdoğanınızdan fərqli olaraq. Putin deyir: "Rusiyanın sərhəddinin ucu bucağı yoxdu". Mesaj atır, meydan sulayır. Heç kimdən də qorxmur.
Nə isə... Hardan hara gəldim...

Nəsimi Həsənov

10.08.2020

Laura adlı xristian xanım, Beyrutdakı məlum partlayışdan və xaricdən dəstəklənən iğtişaşlardan sonra tvitter səhifəsində belə yazıb: 

Əmmamənin sapı şərəfdir. Şərəf belə o sapdan şərəflənir. Xristian yaranmışıq və çarmıxımız həmişə ucadır. Sən isə qələbə bayrağını ucaltdın və müsəlmanları qoruduğun kimi, xristianları da qorudun. İsanın qanına and olsun ki, səninlə həmrəy olacaq və yoluna vəfadar qalacağıq. İsrailin qəlbinə qorxu salmaq üçün bayrağını həmişə uca tutacağıq. Yalnız torpağımızı İŞİD-dən və israildən azad edən şəhidlərlə qürur duyacağıq. Ey əhd sahibi, səninlə əhd bağlayaraq deyirik ki, İncili ağuşumuza aldığımız kimi, Quranı da ağuşumuza alacağıq.

Yaxın Şərqdə “Böyük İsrail” planı: İranla İsrail müharibə etsə nə olacaq?

“ABŞ Türkiyəni itirməsi müqabilində onun sərhədində Kürdüstan dövlətinin yaradılmasının tərəfdarıdır. Eyni zamanda ABŞ və İsrailin istəyi İran və Türkiyənin parçalanmasına çalışmaqdır”. “İsrail daim öz təhlükəsizliyi üçün ərəb ölkələrini təhdid kimi görür”Bu sözləri politoloq Nəzakət Məmmədova Yaxın Şərqdəki Qüds probleminin beynəlxalq aləmdə yaratdığı vəziyyəti şərh edərkən pia.az-a açıqlamasında qeyd edib.


ABŞ prezidentinin Qüdslə bağlı ifadə etdiyi fikirlər qlobal siyasəti silkələməkdə davam edir. Artıq müsəlman ölkələri gücü bir yerə qoyub, Qüdslə bağlı yaranmış vəziyyətdən çıxış yolları axtarmağa qərar veriblər. Qərb analitiklərinə görə, Tramp məlum qərarı ilə Yaxın Şərqdə böyük xaosun yaranmasına təkan verib. Hazırkı vəziyyətdə isə Yaxın Şərqdə Qüds problemi artıq demək olar ki, Suriya problemini ikinci plana atır. Gərginlik fonunda bir çox analitiklər İranla İsrail arasında böyük savaşın ola biləcəyini də istisna etmirlər. Belə bir ehtimal nə dərəcədə doğrudur? İranla İsrail arasında müharibə regionda hansı nəticələr doğura bilər və bu müharibənin baş verdiyi şəraitdə sünni ərəblər və Türkiyə hansı mövqedən çıxış edə bilərlər? Bununla yanaşı, bəzi iddialara əsasən İsrail Yaxın Şərqdəki xalqları özünə tabe edib, böyük bir imperiya yaratmağa cəhd edir. Hesab etmək olarmı ki, Tramp bu məqsədin həyata keçirilməsi üçün alətə çevrilir?

Mövzu ilə bağlı pia.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

İndiki şəraitdə Yaxın Şərqdə regional lider olmaq uğrunda Türkiyə, İran, İsrail və Səudiyyə Ərəbistanı arasında ciddi mübarizənin mövcud olduğunu bildirən politoloq Nəzakət Məmmədova görə, baş verən proseslərdən aydın olur ki, Yaxın Şərqdə liderlik mübarizəsi ilə yanaşı bir sıra siyasi oyunlar da oynanılır. Bunlardan biri də İran və Türkiyənin zəiflədilməsi və parçalanmasına çalışmaqdır: “İsrailin öz ərazilərini genişləndirmək istəyi və böyük İsrail dövləti yaratmaq planı həmişə müzakirə mövzusu olub və bu gün də geniş müzakirə olunur. Əvvəllər bu inandırıcı görünməsə də, sonrakı illərdə Yaxın Şərqdə baş verən real proseslər məlum planın olduğunu isbat etdi. Bu plan Yaxın Şərqdəki indiki ərəb ölkələrinin xəritədən silinməsi, 22 ərəb ölkəsinin sayının azaldılmağa çalışılması, mövcud olanların isə mənsəb və etnik əsaslarla parçalanaraq zəiflədilməsi fonunda İsrailin nüfuzunun artırılmasından ibarətdir. İsrail daim öz təhlükəsizliyi üçün ərəb ölkələrini təhdid kimi görür. İsrail dövlətinin yarandığı 1948-ci ildən bəri, bu dövlətlə ərəb ölkələrinin birləşmiş koalisiyaları arasında böyük müharibələr baş verib. Buna görə də İsrail ərəb ölkələrindən qorxur. İsrailin öz nüfuzuna qarşı qurduğu plana Yaxın və Orta Şərqin bir sıra ölkələri narazılığını bildirir. Ancaq İordaniya, Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələri regional maraqları çərçivəsində və ABŞ-ın təsirləri ilə İsrailin planına qarşı heç bir müqavimət göstərmirlər. Qüds hadisəsində də gördüyümüz kimi, əksər ərəb ölkələri etiraz etməyə önəm vermirlər. İsrailin planına qarşı vaxtilə İraq, Suriya və bəzi ərəb ölkələri müqavimət göstərirdilər. Lakin aydındır ki, bu ölkələrin aqibəti çox pis oldu. İndiki şəraitdə daha çox Türkiyə və İran bu məsələyə qarşı açıq şəkildə müqavimət göstərməyə çalışır. 

Tramp adminstrasiyasının mövqeyinə gəlincə, biz ABŞ deyəndə bütöv bir dövləti nəzərdə tuturuq. Elə bilirik ki, bu dövlətin vahid mövqedən çıxış edən siyasi elitası var. Halbuki bu, düşündüyümüz kimi deyil. ABŞ-ın özündə bir neçə güc mərkəzləri mövcuddur və onların arasındakı mübarizə ABŞ-ın beynəlxalq aləmdəki xarici siyasətinə birbaşa təsir göstərir.

ABŞ-da güc mərkəzləri kimi hərbi elita götürülür və onun başında Pentaqon və ABŞ-ın silah istehsal edən nəhəng konsernləri durur. Digəri maliyyə güc mərkəzləridir. Onlar maliyyə vasitəsilə dünya siyasətinə təsir göstərməyə çalışırlar. Başqa mərkəz isə lobbiçiliklə məşğul olan qurumlardır. Onların arasındakı mübarizə ABŞ-ın xarici siyasətinə təsirsiz ötüşmür.

Hazırda görünən odur ki, yəhudi lobbisinin tərəfində olan Tramp adminstrasiyası ilə Pentaqon arasında böyük bir mübarizə gedir. Baxmayaraq ki, Trampın hakimiyyətə gəlməsində Pentaqonun müəyyən dərəcədə köməyi olmuşdu. Onlar elə hesab edirdilər ki, Tramp idarə olunan prezidentdir və asanlıqla idarə edib qərarlar qəbul etdirə bilərlər. Lakin belə olmadı. İndiki şəraitdə Pentaqon dövlət içində dövlətdir. Çünki onun milyardlarla dollar büdcəsi  var. ABŞ-ın Yaxın Şərqdəki hərbi aqressiya siyasətinə rəbərlik edən qurum da Pentaqondur. Trampın Qüdslə bağlı qərarı Pentaqonun planına da müəyyən dərəcədə mane oldu. Çünki ABŞ-la ərəb ölkələrinin münasibətləri pisləşdi. ABŞ-ın ərəb ölkələrinə satdığı silahın milyard dollarla vəsaiti silah istehsal edən şirkətlərə və Pentaqona gedirdi. 

Son zamanlar ABŞ-la NATO-nun münasibətlərinin kəskinləşməsi də müşahidə olunur. Bu da Pentaqonun mənafelərinə toxunan bir addımdır. Çünki Pentaqon ABŞ-la NATO münasibətləri tənzimləyən bir qurumdur. Tramp NATO-nun avropalı üzvlərindən illik ümumi daxili məhsulun 2%-nin üzvlük haqqı kimi ödəməyi tələb etmişdi və bildirmişdi ki, əks halda onları Rusiyanın təhdidindən qorumayacaqlar.

Təbii ki, bu tələb Pentaqon və avropalı NATO müttəfiqlərini qane etmədi və Trampın Qüds qərarının Avropa tərəfindən tanınmamasına səbəb oldu. Yəni, hazırda ABŞ-da yəhudi diasporası və Pentaqon katolik elitası arasında gedən mübarizə dövlətin xarici siyasətinə çox mənfi təsir göstərir. Bu vəziyyət ABŞ-ı dünya ölkələri ilə üz-üzə qoydu. Tək İsrailə görə ABŞ bütün ərəb ölkələri və dünya ictimaiyyəti qarşısında nüfuzunu xeyli dərəcədə itirdi.

Hal-hazırda Yaxın Şərqdə bir neçə ölkə regional lider olmaq uğrunda mübarizə aparır. Bu ölkələrə Türkiyə, İran, İsrail və Səudiyyə Ərəbistanı daxildir. Bu ölkələrdən Türkiyənin mövqeyini ABŞ dəstəkləmir. Əslində məlum ərazilər vaxtilə Osmanlı imperiyasının nəzarətində olub. Britaniya imperiyası öz keçmiş koloniyalarında təsirlərini saxlaya bilir, Rusiya postsovet məkanının zamanında Rusiya imperiyasının tərkibində olduğunu əsas götürür. Belə olan halda Osmanlı imperiyası ilə bağlı Türkiyənin iddiası da normal haldır. Bu baxımdan Türkiyəyə də rol verilməlidir. Məsələ burasındadır ki, nəinki Türkiyəyə rol verilməsi, hətta dövlətin parçalanması məsələ önə çəkilir. Yəni, burada Türkiyənin ərazisinin böyük dövlətlər arasında bölünməsini və ABŞ-ın özünə və İsrailə yeni müttəfiq dövlət yaratmaq istəyi nəzərdə tutulur.

İranın mövqeyinə gəlincə, kəskin şəkildə Səudiyyə Ərəbistanı və İsraillə üz-üzə gəlib. Türkiyə ilə İranın münasibətlərinin də çox yaxın olduğunu demək olmaz. Baxmayaraq ki, son dövrlərdə Suriya məsələsində Ruisya-Türkiyə-İran yaxınlaşması baş verdi. Türkiyə və İran imperiya keçmişi olan ölkələrdir. Belə ölkələr həmişə o keçmişlə öyünür, nüfuzunu geri qaytarmaq istəyir. Türkiyə-İran yaxınlaşması taktiki müttəfiqlikdir.

Hal-hazırda gündəmdə olan mövzu İran-İsrail və İran-Səudiyyə münasibətləridir. Hesab edirəm ki, ABŞ daha çox Yaxın Şərqdə Səudiyyə və İsrailin hegemonluğunu təmin etmək istəyir. Və gələcəkdə Suriya və İraqın şimalında bir kürd dövləti yaratmağı planlayır. Hansı ki, həmin ərazilərdə ABŞ-Türkiyə münasibətləri pisləşmişdi. ABŞ Türkiyəni itirməsi müqabilində onun sərhədində Kürdüstan dövlətinin yaradılmasının tərəfdarıdır. Eyni zamanda ABŞ və İsrailin istəyi İran və Türkiyənin parçalanmasına çalışmaqdır.

Əslində İran çox güclü dövlətdir. İranın Yaxın Şərqdə çox böyük bir siyasəti var. Nəzərə alsaq ki, İranın əlində Hizbullah kimi böyük bir ordu var. Hizbullah kimi bir təşkilatın Suriyada Əsəd rejiminin hakimiyyətdə qalmasında çox böyük rolu oldu. İranın hərbi gücünü işə salaraq öz maraqlarını həyata keçirir.

Bu baxımdan İranı asanlıqla məğlub etmək mümkün deyil. İran Suriyada Əsəd hakimiyyətinin qalmasında Rusiya ilə bərabər iştirak edən bir dövlət oldu. Eyni zamanda Suriyanın bölünməsinə imkan vermədi. Yəni, İran artıq öz gücünü göstərib. İranın Yaxın Şərqdə çox böyük geosiyasi maraqları var. Hal-hazırda proseslərin sonunu proqnozlaşdırmaq çox çətindir. Nəticələr ölkələrin daxili və xarici siyasətindən asılıdır. Yəqin ki, zamanla hansı dövlətin lider olacağını görəcəyik”.


Gülşən ŞƏRİF

Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevin müdhiş gəlirləri

“Bu ilin iyun ayının 23 də işdən sonra Nərimanov parkinda tranzit rəsmiləşdirilən hər maşına görə 50 dolları şəxsi avtomobilində rüşvət aldığı yerdə Enerji Resursları və Dəniz Nəqliyyatı Baş gömrük İdarəsinin şöbə rəisi Ceyhun Babayev Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsi tərəfindən yaxalanmışdır. Əməliyyat zamanı çəkilən video görüntüdən göründüyü kimi şöbə rəisi çox dəqiq “haq-hesab” aparır”. Bu barədə dia.az-a göndərilən məlumatda bildirilir.
Daha sonra məqalədə deyilir: “Şöbə rəisi tabe olduğu idarə rəisi kimdir? TQDK tərəfindən ən aşağı, ödənişlı, hətta kecid balını toplaya bilməyən, cəmi 154 balla sonradan Naxçıvan Dövlət Üniversitetinə qara qüvvələr sayəsində “qəbul” olunan Rəfail Niftəliyevdir. Saxta diplomu leqallaşdırmaq üçün magistratura oxuyur, orda da saxtakarlığa yol verir. Bakıda dövlət müəsisəsində işlədiyi halda Naxçıvanda əyani magistraturani bitirdiyi məlum olmuşdur. Bunlar başa düşmürlər ki, DSMF-də bütün insanların iş stajı var. DSMF-nun bazası və ya əmək kitabçası fakt olaraq qalır.
Araşdırma zamanı məlum olmuşdur ki, İdarədə ayda 450-500 maşın tranzit rəsmiləşdirilir. İdarənin fəaliyyəti müddətində 22 ay 450 maşın 50 dollardan 495 min ABŞ dolları – 841 min manat edir. Bu məbləğ bir tranzit şöbəsinin “gəliridir”. Hansı ki gömrük əməkdaşı tranzit rəsmiləşdirilən malın dəyərinə və müşayiət sənədlərinə müdaxilə edə bilməz.
İndi də keçək Rəfail Niftəliyevin “gəlir” mənbəyi olan Rəsmiləşdirmə şöbəsinə…
Əldə etdiyimiz məlumata görə, Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsində idxal edilən malların rəsmiləşdirmə qiymətləri barədə yuxarı dairələrdə araşdırma aparılır. Tək bir adda bir çeşiddə Qazaxıstan Respublikasından idxal edilən “BARS” markalı akumlyatorlarının idxalı zamanı milyonlarla büdcənin pulları mənimsənilməsi aşkar edilmişdir.
Azərbaycanın hüquq mühafizə orqanı tərəfindən Qazaxıstanın Prokurorluq orqanına sorğu göndərilmiş və qiymət cədvəli- “prays list” alınmışdı. Saxtalaşdırma Qazaxıstanda zavodda getdiyinə görə qiymət cədvəli “prays list” zavoddan deyil, Prokurorluqdan alınıb. Bir vaqon “Bars” markalı akumlyatorun qiyməti 120 000 dollardan çox olduğu halda Rəfail Niftəliyevin “himayədarlığı” sayəsində 68000-70000 dollara sənədləşdirilib.
Müstəqil ekspert hesablamalarından əldə etdiyimiz məlumata görə hətta yükü maya dəyərindən də aşağı rəsmiləşdirilib. Hər vaqonda 50 000 dollar malın dəyəri saxtalaşdırılıb. Tək ƏDV-də 18 faiz 9000 dollar büdcənin pulu mənimsənilib. Son dörd ildə 146 vaqon idxal edilib. 146*9000 dollar =1314000 dollar. Manatla 223 3800 manat mənimsənilib. Ay maşallah!
Yuxarı dairələrdə aparılan araşdırmanin nəticəsindən asılı olaraq İdarə rəisi Rəfail Niftəliyev Baş idarə rəisi Telman Mehdiyev haqqında ciddi tədbir görülməsi gözlənilir. Bəs yükü buraxan inspetrorlar? Saxta diplomlu İdarə rəisi Rəfail Niftəliyevlə Pərviz İbrahimov büdcənin pulunu yeyib dağıdacaq, inspektorlar məsuliyyət daşıyacaq?
Nəzərə alsaq ki şöbə rəısi Ceyhun Babayevin rüşvət qismində aldığı pullar dövlət büdcəsinin deyildi. İş adamından rüşvət qismində alınırdı. Amma 2 233 800 manat isə büdcənin pulunun mənimsənilməsidir. Pandemiyanin pis vaxtında 190 manatdan 11746 ailənin cörək puludur.
Səfər Mehdiyevin baldızı oğlu İdarə rəisi Rəfail Niftəliyevin iki əməliyyatda gəliri 841000+2233000 =3 074 800 manat. Həqiqətən də “Ginnessin Rekordlar kitabı”na düşəsidi… Universitetin keçid balını toplaya bilmiyəsən, cəmi 154 balla “qara qüvvələrin” sayəsində saxta diplom alasan. Bakıda dövlət müəsisəsində işləyəsən, Naxçıvanda əyani oxuyasan. Gömrüyə test üsulundan kənar birbaşa rəis təyin olunasan. Sonra da milyon qazanasan… Uşaqdakı “fərasətə” bax. Vaqona 9000 dollar!
Növbəti sayımızda: BARS akumlyatorunun sahibi kimdi? Saxtalaşdırılan 50000 dollar qara pullar Respublikadan necə şıxır? Büdcədən yayındırılan 2233800 manat kimlərin arasında bölünür? Qara maskalılar yaxın günlərdə ER və DNBGİ-dən kimləri aparması gözlənilir? Ceyhun Babayevin yanina Kürdəxanıya kimlərin getməsi gözlənilir?
İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq. /dia.az/

09.08.2020

Rizvan Şıxızadə - Türk ordusunun gəlişinin nəticələri

Müharibə sözdə rahat, ancaq əməldə sözlə deyiləsi mümkün olmayan fəlakətdir.
Dünyanı idarə edən güclər başımıza müharibə zınqırovunu salıblar- nə dalaşa bilirik, nə barışa. Nə müharibə, nə də sülh dünya güclərinə sərf etmir, əksinə indiki vəziyyət onları qane edir. Yəni iki qonşu dövlət, xalq bir-biri ilə düşmənçilik şəraitində yaşayır, sərvətləri talanır, silah sənayesinə milyardlarla dolları gedir və hər iki dövləti müharibə ilə qorxudub nəzarəti təmin edirlər.
"Qarabağ"ın açarı Rusiyanın əlindədir. Rusiyanın həm Ermənistana, həm də Azərbaycana təsiri o qədər güclüdür ki istənilən vaxt bu məsələni həll edə bilər. Deməli biz əgər milli hisslərlə yox, siyasi baxışla yanaşsaydıq Rusiyanı öz tərəfimizə çəkib məsələdə müsbət nəticəyə nail olardıq.
Biz isə 90-cı illərdə müharibənin qızğın vaxtında Rusiyaya məxsus hərbi hissələri tez-bazar ölkədən qovduq, ermənilər isə onlara pul verib özü üçün istifadə etdilər. Nəticədə 20 mindən çox şəhid verdik, ölkənin 20%-i işğal olundu.
İlham Əliyev höküməti Rusiya ilə nə qədər yaxın olsa da Qərb və Türkiyədən yaxa qurtara bilmir.
Qərb Türkiyənin əli ilə NATO-nu Qafqaza gətirmək istəyir. Bu çox təhlükəli oyundur. Köhnə Sovet respublikalarından Gürcüstan və Ukraniya buna cəhd etdilər, Putinin ciddi müqaviməti ilə rastlaşdılar. Gürcüstan 5 günlük müharibədə az qala müstəqilliyini itirəcəkdi. Ukraniya da oxşar taleyi yaşadı, öz ərazilərinin xeyli hissəsini itirdi.
İndi Azərbaycanı bu səhvə sürükləmək istəyirlər- guya Türk ordusu məskən salıb, Qarabağı işğaldan azad edəcək.
Qarabağ müharibəsi zamanı Türkiyə və İranın Azərbaycana açıq dəstək verə bilməməsi Rusiyadan ehtiyat etmələrinin nəticəsi idi.
Heç Ərdoğan hakimiyyətinin də Rusiyanın marağında olan Qafqazda nəsə edəcəyi inandırıcı deyil. Lap əgər olsa belə, Türkiyənin Rusiyaya qalib gəlməsi inandırıcı deyil.
Arada fasilələrlə 10 dəfə Rusiya və Turkiyə (Osmanlı) arasında müharibə olub, 7 dəfə qalib tərəf ruslar, 2 dəfə türklər, daha 1 dəfə isə bərabərlik bərpa olunub.
Hər vətəndaşın qəlbində nəsə arzusu ola bilər- kimsə Turan arzulaya bilər, kimsə İran- ancaq bu gün NATO-nun ölkəmizdə möhkəmlənməsi Azərbaycan dövlətinin süqutu ilə nəticələnə bilər.

06.08.2020

Nigar Köçərli gömrükdəki "hoqqabazlıqlar"dan yazdı: "Onlarla insan bu tələyə düşür”

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Dövlət Gömrük Komitəsini tənqid atəşinə tutub.
Nigar Köçərli sosial şəbəkədə gömrükdəki rüşvət və süründürməçilik barədə geniş post yazıb.
Onun sözlərinə görə, DGK rəhbərliyində dəyişiklik ediləndən sonra prinsipal olaraq rüşvət verməyən bir şəxs kimi onun işi bir qədər asanlaşıb. “Amma açıq demək lazımdır ki, hər şey yenə də əvvəlki kimi qalır. Doğrudur, gömrükdə təmiz insanlar da var. Bununla belə, həqiqət bundan ibarətdir ki, gömrük nazirlərin və çinovniklərin ac balaları üçün “çörək yeri” olub”,- deyə Nigar Köçərli bildirib.
O gömrükdəki süründürməçiliyə diqqət çəkərək qeyd edib ki, bir məhsulun gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazım olur. Vətəndaşlar bir möhür vurdurmaq üçün alçaldılmış şəkildə kabinetləri gəzirlər. “Mən bu yaxınlarda Türkiyəyə kitab apardım. Orada bu məsələ 20 dəqiqəyə həll olundu. Amma Azərbaycanda gömrük rəsmiləşdirilməsi üçün 4 gün vaxt lazımdır. Əgər bu vaxta qədər rəsmiləşdirmə baş tutmasa o zaman səni cərimələr gözləyir”,- deyə xanım Köçərli vurğulayıb.
“Əli və Nino”nun sahibi gömrükdəki broker şirkətlərinə də diqqət çəkib. O xüsusilə “Ramal Trans” MMC-nin adını qeyd edib. Nigar Köçərlinin sözlərinə görə, sahibkarlar bu şirkətə 500-600 civarında pul ödəməlidir. Bu pulun nəyə görə ödənildiyini isə heç kim bilmir: “Qəbzlər də qəribədir. Deyilir ki, guya bu məbləğ yükün boşaldılması üçündür. Amma bizi də məcbur edirlər ki, 200 manat ödəyək. Gömrüyün mətbuat xidməti deyir: “Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyətı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?”.
Nigar Köçərli qısa idxal bəyannaməsinə də toxunub: “Bu yəqin ki, Azərbaycanın gömrük tarixində qara səhifədir. Heç kəs bilmir ki, bu bəyannamə nə üçündür. Hətta ağıllı gömrük işçiləri də anlayır ki, bu mənasızdır. Təəvvür edin, qısa idxal bəyannaməsini portala yerləşdirmək üçün vaxtı ötürsəniz, o zaman 1500 manat cərimə olunacaqsız. Axı bu məhsul onsuz da gömrüyə gələcək və biz adi bəyannamə verəcəyik. O zaman mal gəlməmiş qisa idxal bəyannaməsinə nə ehtiyac var? Hər gün onlarla insan bu tələyə düşür”. /demokratik.az/

02.08.2020

ВОЕННЫЙ ВРАЧ. РАНЕНИЕ

Рассказывает полковник медицинской службы В.О. Сидельников:
– Во время боевых выходов в Афганистане я был дважды серьёзно ранен. Но особенно хорошо запомнился день 9 августа 1982 года, когда меня действительно здорово зацепило. Стояли мы тогда в Сурхруде. Где-то что-то надо было блокировать, засада какая-то была. Я, как и положено, находился на броне рядом с командиром батальона. Тут вдруг начинается стрельба… Командир говорит: «Док, двигай в кишлак, есть работёнка. Там на месте сам разберись».
Сажусь с фельдшером Колей на родной 683-й. Подлетаю к кишлаку и вижу: несут солдата. Выясняется: когда он находился на крыше дома, кому-то из наших что-то показалось, и они его случайно обстреляли. Он с этой крыши со страху загремел и сильно ушибся. Ничего серьёзного. Только я начал его в машину укладывать, как слышу характерный шуршащий звук. Бум!.. Это нас из миномёта накрыли. Хорошо, не зацепило никого. Командир взвода заорал во весь голос: «Давайте, отъезжайте быстрей!». Мы и поехали.
Тут метрах в ста пятидесяти от дороги, на горе, я заметил «духов», которые перебегали от камня к камню. Они здорово маскировались – в покрывала замотаны были. Сядет «дух» в таком покрывале рядом с валуном – ну точь-в-точь камень, почти не видно его. Разглядел, как несколько таких же фигур на фоне камушков перемещаются. Потом слышу – пи-ии-у… Это пули просвистели. Я говорю водителю: «Коля, проскочим?». Он: «Товарищ капитан, нас сразу же из граника (гранатомёта. – Ред.) долбанут. Давайте подождём, пока рота подойдёт».
Связываюсь с командиром. Он меня спрашивает, что с раненым. Говорю: «Всё в порядке, ничего страшного». – «Вертушка нужна?». – «Нужна». Командир обрадовался. Ведь если мы вызываем вертушки, то – всё, уходим.
«Духи» стали быстро обходить нас справа по горе. Понимаю, что ждать больше нельзя… Кричу водителю: «Коля, вперёд!». И он так рванул!..
Вдруг – ба-ам!.. Я сначала не понял ничего. Смотрю, у меня что-то потекло по ноге в левый ботинок. Чувствую – захлюпало. Думаю: «О-о-па, приехал!..». Тут водитель: «Товарищ капитан, что с вами?». – «Зацепило меня». – «Я осторожно, на первой поеду». – «Коля, гони!». И чувствую, во рту горечь появилась. Что-то мне плохо стало: перед глазами круги пошли. Правда, боли не было. Боль пришла потом. Сначала было такое ощущение, что я ногу отсидел. Сперва на стопе, потом на подошве пошли иголочки. Какой-то страх-не-страх появился, а мысль: что там, под маскхалатом? Вдруг совсем уже разнесло?..
Едем дальше. Чувствую, меня затошнило и стало совсем плохо, навалилась боль адская. На броне лежал чей-то забытый эрдэ (РД-54. Рюкзак десантника. – Ред.). В рюкзаке было специальное металлическое зеркальце. Солдаты «зайчиков» им пускали, когда надо было сигнал подать. Я его открыл и себя увидел: белые глаза, и сквозь пыль проступает абсолютно белое лицо. Было сложное чувство: как будто бледность моя отдельно, а пыль – отдельно. Жара, а мне холодно – самый настоящий шок. У меня упало давление, появились головокружение, слабость, тахикардия… Ведь кровищи с меня налилось – ого-го!.. Встаю – а у меня вся левая штанина маскхалата, от бедра до берца, как в кровавом киселе. Кровопотеря была приличная. Я начал сам себя перевязывать. Когда до комбата доехали, Володя Ступак меня спрашивает: «Вовка, сильно тебя зацепило?». Я – краше в гроб кладут – отвечаю ему с бравадой: «Да нет, ерунда…». Володя выразительно постучал себя пальцем у виска, давая понять, что оценил по достоинству мой «бравый» ответ.
Так мои геройские подвиги во время этого выхода и закончились. Загрузили меня в вертолёт и отправили в Кабульский госпиталь, а оттуда – в Ташкент. Там я «весело и интересно» провёл два с половиной месяца. Но, слава Богу, с ногой всё обошлось благополучно.
Тихий уголок в моем доме, куда я ставлю мои любимые иконы.

Əli Həsənovun ailə üzvləri də koronavirusa görə dövlətdən yardım alıblar – SİYAHIDA DİGƏR SABİQ VƏ İNDİKİ NAZİRLƏRİN ADLARI DA VAR

Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında indiki və sabiq məmurların ailə üzvləri də var.
Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan sahibkarlardan biri sabiq Təhsil naziri Misir Mərdanovun qızı Samirə Mərdanovadır. Samirə Mərdanovanın sahibi olduğu “Bakı Beynəlxalq Təhsil Kompleksi” və “Göyərçin” uşaq bağçası da muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıblar. Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən “Bakı Beynəlxalq Təhsil Kompleksi”ndə illik təhsil haqqı 6000-8000 manat arasında dəyişir. Məktəblə bağlı maraqlı məqamlardan biri odur ki, “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC rəsmi dövlət qeydiyyatına alınmazdan əvvəl məktəbə şagird qəbulu elan edib. Üstəlik “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-nin binasının istismarına 26.07.2019-cu il tarixində rəsmi icazə verilib. Amma görünən odur ki, məktəb binanın istismara verilməsindən 2 il əvvəl fəaliyyətə başlayıb.
Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlardan biri də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Sona Vəliyevanın rəsmi və qeyri-rəsmi sahibi olduğu onlarla şirkət muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb. Bu şirkətlər arasında Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi Qəzeti” də yer alıb. Bundan başqa maliyyə yardımı alan şirkətlər arasında “Kaspi Kursları”, “Kaspi Liseyi”, “Kaspi Tur” kimi şirkətləri də var.
İllik təhsil haqqının 12000-15500 manat arasında dəyişdiyi “Avropa Azərbaycan Məktəbi” də dövlətdən yardım alan müəssisələr arasında yer alıb. Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan bu məktəb Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.
Dövlətdən maliyyə yardımı alanlar arasında sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvləri var. İllik təhsil haqqının orta hesabla 5000 manat olduğu “Qərb Universiteti Tam Orta Məktəbi” də pandemiyaya görə dövlətdən maliyyə yardımı alıb. Bu məktəb Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırovanın adına rəsmiləşdirilib. /yeniavaz.com/

Azərbaycanın meyvə və tərəvəzinin 90 faizi Rusiya bazarına ixrac olunur – Nə qədər qazanc olur?

Azərbaycanın meyvə və tərəvəz ixracının 90 faizi Rusiya bazarının payına düşür.
Bunu trend.az-a Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 327 min ton meyvə və tərəvəz ixrac edib.
B.Quliyev bildirib ki, Azərbaycanın meyvə-tərəvəz ixracının əsasını pomidor, fındıq və alma təşkil edib: “2020-ci ilin əvvəlindən Azərbaycan 328 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib. Pomidor ixracından gəlirlər 162 milyon dollar, alma ixracından isə 21,499 milyon dollar təşkil edib”.
Assosiasiya rəhbəri bildirib ki, Azərbaycandan məhsul ixracı dayanmasa da, müvəqqəti olaraq azalıb. Onun sözlərinə görə, azalma ilk növbədə fermerlərə sərf etmir, çünki onlar itkilərlə üzləşir: “Azərbaycandan meyvə və tərəvəzin əsas idxalçıları Rusiya və Belarusdur”.

“Rəsul Quliyev Amerika kəşfiyyatına işləyir”

“Rəsul Quliyev 30 ildir oturub Amerikada, Amerika xüsusi kəşfiyyatına işləyir, ona görə, oradakı erməni lobbisinin dili ilə danışır”

Bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a verdiyi müsahibədə sabiq spikerin Ermənistana torpaq verilməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Rəsul Quliyev deyir, Qarabağın bir hissəsini ermənilərə verib münaqişəni həll etmək olar. Necə yəni? Torpağı vermək olar?”
Daha sonra S.Novruzov ad çəkmədən 90-cı illərdə mərhum prezident Heydər Əliyevin yanında Qarabağla bağlı keçirilən iclası xatırladıb: “Yaxşı xatirimdədir, ümummilli lider Heydər Əliyev Dağlıq Qarabağla əlaqədar bir toplantı keçirirdi. Keçmiş strukturların, hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasətçilər hamısı iştirak ediblər. Orada məsələ qalxdı ki, Dağlıq Qarabağ Ermənistana verilsin, ətraf əraziləri geri alaq. Cənab Prezident İlham Əliyev də həmin toplantıda iştirak edirdi. Heydər Əliyev, İlham Əliyev və Murtuz Ələsgərov bu fikirləri səsləndirənlərin başına bir oyun açdılar, gəl görəsən. Dedilər ki, Azərbaycanın 1 metr torpağını belə ermənilərə vermək mümkün deyil. Ümummilli lider dedi “bu torpaq sənindir ki, verirsən?” Görün vəziyyət necə idi? Ona görə Rəsul Quliyevin dedikləri sayıqlamadan başqa bir şey deyil”.

01.08.2020

Zahid Oruc: “Rusofobiyadan, assimilyasiyadan danışan və Kremldən alınan yüksək orden-medallarda siyasi təbəəlik axtaran liberal demokratiyamız hətta Şnobel mükafatını hakimiyyət uğrunda mübarizədə sinələrinin görkəmli yerindən asır, Strasburq, Brüssel və Vaşinqtondan gələn hər bir dəvəti, az qala, siyasi şəhadət ünvanı kimi təqdim edirlər”.

“Yol əhvalatı”nın “Mustafa”sı 40 ildən sonra danışdı: "Parkda nəzarətçi işləyirəm”

Ən çox sevilən Azərbaycan kinolarından biri, hər dəfə böyük rəğbətlə izlənilən və frazalarının dillər əzbəri olduğu “Yol əhvalatı” filminin çəkilməsindən 40 il ötür. Komediya janrında lentə alınan ekran əsərində Azərbaycanın görkəmli aktyorları Siyavuş Aslan, Yaşar Nuri, Sofa Bəsirzadə, Zərnigar Ağakişiyeva, Hacı İsmayılov, Eldəniz Zeynalov, Həmidə Ömərovanın yaddaqalan obrazları ilə yanaşı Vaxtanq Pançulidzenin yaratdığı utancaq və sadəlövh Mustafa obrazı da var. Bəlkə də, çoxları bilmir ki, bu obraz gürcü aktyorun canlandırdığı ilk azərbaycanlı deyil. Belə ki aktyor, rejissor Rezo Esadzenin 1975-ci ildə lentə aldığı və böyük aktrisamız Nəsibə Zeynalovanın da rol aldığı “İlk baxışdan sevgi” komediya bədii filmində 16 yaşlı Murad Rəsulov rolunda çəkilib.
report.az-ın Gürcüstan bürosunun müxbiri 2 Avqust – Azərbaycanın Milli Kino Günü ərəfəsində “Mustafa” – Vaxtanq Pançulidze ilə görüşüb və ondan müsahibə alıb.
Keçmiş aktyoru indi hər gün Tbilisinin Muştaidi parkında görmək mümkündür. Vaxtilə nəinki Gürcüstan, bir neçə keçmiş sovet respublikasında da populyar olan aktyor hazırda bu məkanda uşaq atraksionlarına nəzarət edir. İş başında olan batono Vaxtanqa yaxınlaşıb azərbaycanlı jurnalist olduğumu və ondan müsahibə almaq istədiyimi bildirirəm. O tərəddüd etmədən və dərhal razı olur, hətta nəzarət etdiyi yelləncək meydançasını da müvəqqəti bağlayır.
V.Pançulidze Azərbaycan mətbuatına bu vaxta qədər geniş müsahibə verməyib.
İlk olaraq “Yol əhvalatı” filminə necə dəvət olunduğunu maraqlanıram. O 1980-ci ilə qayıdır. Amma xatirələri elə yeni, elə xoşdur ki, sanki ekran əsərində 40 il deyil, 40 gün bundan öncə çəkilib.

– Batono Vaxtanq necə oldu ki, bu filmdə baş rollardan birinə çəkildiniz?
– 1980-ci ildə Teatr İnstitutunda oxuyurdum. Aprel-mart ayları olardı. Filmin ikinci rejissoru Tbilisiyə mənə görə gəlmişdi. Bu vaxta qədər bir neçə gürcü filmində baş rollarda çəkilmişdim. Bu filmlərdən biri Azərbaycanda da çəkilişləri aparılan “İlk baxışdan sevgi” filmi idi. Məni Azərbaycanda tanıyanlar var idi. Biz universitetdə görüşdük və məndən çəkilməyə vaxtımın olub-olmadığını soruşdu. Çəkilişlər mayda başlayacaqdı və mən dərslərdən azad olacaqdım. Razılıq verdim. Sınaq çəkilişləri olmadı. Mənə artıq Mustafa roluna təsdiqləndiyimi bildirdilər. Mayda Bakıya getdim və çəkilişlərə hazırlıq başladı.

– Azərbaycanlı obrazı yaratmaq Sizin üçün çətin olmadı?
– Xeyr. Bilirsiniz, Azərbaycana gələn kimi çox doğma mühitlə qarşılaşdım. Çəkiliş qrupunun hər bir üzvü mənə isti münasibət göstərirdi. Özümü evdəki kimi hiss edirdim. Çəkilişlər Bakıya gedəndən 2-3 həftə sonra başladı. Bu müddət ərzində Bakıda gəzirdim, tarixi və görməli yerlərə gedirdim. Çəkiliş heyətinin üzvləri məni darıxmağa qoymurdular. Bundan öncə Bakıda olmuşdum. Elə o vaxtdan şəhəri çox bəyənmişdim. Bakıda gəzərkən böyük zövq alırdım, insanları maraqla seyr edirdim. Bakı hələ o vaxt ən gözəl şəhərlərdən biri idi. Dünyada iki sevimli şəhərim var – Tbilisi və Bakı. Mustafa obrazı da mənə çox yaxın oldu və onu yaratmaq çətinlik yaratmadı. Xüsusən ona görə ki, Siyavuş Aslan kimi böyük aktyorla bir çəkilirdim. O hər gün çəkilişlərdən öncə məni rola kökləyirdi. Mənə xəbərdarlıq etmişdilər ki, Siyavuş Aslan böyük aktyordur. Bu, həqiqətən də belə idi. O həm də çox sadə və mehriban insan idi. Mənə elə yanaşırdı ki, sanki uzun illərdir bir-birimizi tanıyırıq. Siyavuş Aslanla dostlaşdıq, yanında özümü onun köhnə dostu kimi hiss edirdim. Bu münasibətə görə mənə asan oldu. O yalnız böyük aktyor deyil, həm də böyük insan idi. Əgər aktyor böyükdürsə və üstəlik yaxşı insandırsa, onunla birgə çəkilmək çox asandır. Belə dəstəkdən sonra Mustafa obrazını anlamamaq və onu oynamamaq qeyri-mümkün idi. Azərbaycanlı həmkarlarım mənə rolun alınmasında 99% kömək etdilər.

– Bəs tərəf müqabiliniz Həmidə Ömərova ilə sevgili cütlük yaratmaq asan oldumu?
– Həmidə mənə dəstək verirdi. Onunla bir yerdə çəkilmək çox xoş idi. O, istedadlı aktrisadır. Həmidə elə onda çox gözəl idi. İndi, daha da gözəldi. Televiziya kanallarında onu hərdən görürəm. O sanki ildən-ilə cavanlaşır. Bir dəfə Azərbaycanın televiziya kanallarından biri veriliş hazırlayırdı. Veriliş üçün mənim Həmidə ilə telefon danışığım oldu. Mən ona ildən-ilə daha da gözələşdiyini və buna təəccüb etdiyimi dedim. O əvvəl olduğundan daha cavandır. Həmidə çox yaxşı insandır. O məni Bakıya dəvət edib.

– Yaratdığınız “Mustafa”dan razı qaldınızmı?
– Bu rol oynadığım ən yaxşı rollardan biridir. Filmdə də görünür ki, mən sərbəstəm və heç bir gərginliyim yoxdur. Rolun uğurlu alınmasına görə azərbaycanlı həmkarlarım və dostlarıma minnətdaram. Onlar mənə obrazı canlandırmağıma və rolun öhdəsindən gəlməyə çox kömək etdilər.

– Çəkilişlər zamanı hansı çətin və gülməli məqamlar olub?
– Mustafa filmdə yük maşını sürür. Mən minik avtomobili sürürdüm, amma yük maşını idarə edə bilmirdim. Bu, xüsusi çətinliklər yaratmadı. Kinoda hər şey mümkündür. Yük avtomobili ilə olan səhnələrin lentə alınması üçün yolları ya bağlayardılar, ya da boşaldırdılar. Gülməli hadisələr də təbii olub. Mustafa obrazı üçün bığ qoyma idi. Bir gün çəkilişlər arasında fasilə zamanı nahar etmək üçün bir mağazaya yollandım. Sən demə, yemək yeyərkən bığı çıxarmağı unutmuşam. Mağazadan çıxanda isə bığı yerə salmışam. Bundan xəbərsiz çəkiliş meydançasına daxil olmuşdum. Rejissor Teymur Bəkirzadə mənimlə növbəti səhnələr barədə danışırdı, amma bığsız olduğumu sezməmişdi. Birdən Siyavuş Aslan mənə baxdı və harada olduğumu soruşdu. Nahar fasiləsinə çıxdığımı söyləyəndə o “Pulun əvəzinə ödənişi bığınla etmisən?” dedi (gülür). Dərhal mağazaya qaçıb bığımı giriş qapısının yanında tapdım. Bakıda “İnturist” mehmanxanasına yerləşdirilməm zamanı da yaddaqalan hadisə baş verdi. Mənim üçün öncədən otaq bron etsələr də, sonradan kiməsə vermişdilər. Bütün nömrələr dolu idi. İkinci rejissor bununla bağlı mehmanxananın direktoruna şikayət etdi. O, rəhbərliyə filmin əsas qəhrəmanı üçün otaq təşkil etməyi xahiş etdi. Direktor mənim Tbilisidən olduğumu biləndə bu şəhəri çox sevdiyini dedi və mənim üçün otaq dərhal hazır oldu.

– Filmin premyerasında iştirak etmisinizmi?
– Təəssüf edirəm ki, tədbirə qatıla bilmədim. Həmin vaxt Moskvada çəkilişlərdə idim. İlk nümayişdə iştirak etmək üçün Moskvanı tərk etməyimə icazə vermədilər.

– “Yol əhvalatı”ndan sonra Azərbaycandan yeni dəvətlər oldumu?
– Təəssüflər olsun ki, xeyr. Əgər dəvət etsələr, böyük məmnuniyyətlə razı olaram. Film çəkiləndən sonra Bakıya növbəti dəfə 1982-ci ildə səfər etdim. Kinoaktyorlar Teatrı ilə Azərbaycana qastrol səfərinə getmişdik. Məni tanıdılar və kinostudiyaya dəvət etdilər.

– Filmə görə aldığınız qonorarın məbləği maraqlıdır…
– Kifayət qədər yaxşı qonorar verdilər. Səhv etmirəmsə, 3 min rubl. O vaxt 25 yaşım vardı və bu məbləğ mənim üçün çox böyük idi.

– Kino sahəsindən çox uzaqlaşmısınız. Sizin kinodan getdiyinizi demək olarmı?
– 90-cı illər çox çətin dövr idi. Bütün sahələrdə olduğu kimi, kinoda da durğunluq yaşanmışdı. 2000-ci ildən kino sənayesi bərpa olunsa da, məni dəvət etmədilər. Səbəbini bilmirəm. Lakin kinoda belə hallar tez-tez baş verir. Səni çəkirlər, sonra isə unudurlar. 90-cı illərdən başlayaraq filmlərə çəkilmirəm. 1998-ci ildə Gürcüstanda yaşamaq çox çətin idi. Yunanıstanda yaşayan dostum məni ora dəvət etdi. Orada normal yaşadım və işlədim. Vətənə 2004-cü ildə qayıtdım. 2-3 il işsiz qaldım. Daha sonra Muştaidi parkında işə düzəldim. İşimi bəyənirəm. Təmiz havada işləmək, uşaqlarla ünsiyyətdə olmaq xoşdur. Məni parkın ziyarətçiləri tanıyır. Hər gün mənə fotoşəkil çəkdirmək üçün yaxınlaşırlar. Bu, məni qətiyyən yormur, əksinə çox xoşdur. Məni sevən izləyicilərimi mən də sevirəm.

– Azərbaycandan dəvət olsa, razılaşarsınızmı?

– Əlbəttə. Böyük məmnuniyyətlə. Hətta eyni vaxtda bir neçə filmə çəkilməyə belə hazıram. Dəvət alsam, Gürcüstanda hər şeydən imtina edib Bakıya gedərəm. Çünki burada hamı məni unudub… “Yol əhvalatı”nın çəkilişləri zamanı mənə çox isti və doğma münasibət göstərildi. Bunu heç vaxt unutmaram. Mənim bir arzum var. İstəyirəm 2-3 ay Bakıda yaşayım, şəhər və çəkilişlərlə bağlı xatirələrimi yeniləyim.

– Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. Azərbaycanlı həmkar və dostlarınıza nə arzu edərdiniz?
– Azərbaycandakı bütün dostlarımı ürəkdən təbrik edirəm. Mənə göstərdikləri dəstəyə görə onlara dərin minnətdarlığımı bildirirəm və yaradıcılıq uğurları arzulayıram. Bakıda yaşadığım və çəkilişlərin aparıldığı ayları böyük zövqlə tez-tez xatırlayıram. Həmin vaxtlar həyatımın ən unudulmaz anları olub. Demək olar ki, hər gün o günləri yada salıram. Sizinlə müsahibədən sonra bu xatirələr yenidən təzələnəcək və ən azı bir il mənimlə olacaq. Azərbaycan xalqı səmimidir. Azərbaycanlıların ürəyində yalnız sevgi yaşayır və onlar həmişə xeyirxahlıq etmək istəyirlər. Sevdiyim Bakının sakinlərinə də salam çatdırıram. Onlar Bakı kimi gözəl şəhərdə yaşadıqlarına görə Allaha minnətdar olmalıdırlar.