26.12.2020

760 dollara alınan maşına Gömrük Komitəsi rüşvətlə birlikdə görün nə qədər rüsum alır. 2013-cü il Almaniya istehsalı olan, 1.7 mühərrikli "Opel astra" markalı avtomobil üçün tələb olunan gömrük rüsumu belədir:
Aksiz vergisi 510 manat;
Mühərrikin işçi həcminə görə 3468 manat;
Əməliyyat xərcləri 60 manat;
Vəsiqə üçün 30 manat;
ƏDV 1007 manat;
Elektron gömrük xidmətinin göstərilməsinə görə 30 manat.

paylaşdı @İntiqam_valehoglu

Lap feodalizm dövründə olduğu kimi:
4-ünü alırsan, 3-ü iudeylərin, 1-i sənin!

“Təkcə Tuğda 600-ə yaxın erməni məhv etdik” - XTQ komandiri

"Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin Xüsusi şöbəsinin rəisi polkovnik Səid Əhmədovun "Yeni Sabah”a müsahibəsi

- Necə oldu ki, hərbçi olmağa qərar verdiniz?
- Məndə hərbiyə maraq hələ orta məktəbdə oxuyanda yaranıb. 1992-ci ildə doğulduğum Füzuli rayonunun Merdinli kəndində Sərhəd qoşunlarının hərbçilərini mağazaya girəndə gördüm, həmin vaxt 5-6-cı sinifdə oxuyurdum, onların forması çox xoşuma gəldi, sonra atamın əsgərlik şəkillərinə baxdıqca həmin formanı mən də geyinmək istədim. Lakin bu haqda qəti qərarı kəndimiz işğal olunanda verdim. 1993-cü ilin avqustun 23-ü bizim kəndimiz işğal olundu, valideynlərim əmim qızlarını və bacımı götürüb avtomobillə, mən də əmim, dayım oğlanları ilə piyada kənddən çıxdım. İlk günlər Beyləqanın kəndlərindən birində qaldıq, yolun qırağında yata-yata gəlib oraya çıxmışdıq. Həqiqətən, çox ağrılı illər idi.

- O hadisə sizin həyata baxışınızda nələri dəyişdi? Həmin vaxt hansı hislər sizdə baş qaldırdı?
- Elə ağır tale yaşayanda istər-istəməz adamda düşmənə qarşı nifrət hissi yaranır. 1992-ci ilin aprel ayında anamın xalasıoğlunun olduğu posta ermənilər hücum etmişdi, orada onları doğrayıb qaynatmışdılar. Sonra öz xalamoğlu Əliyev Saday ermənilərlə döyüşdə şəhid oldu. Qisas hissim daha da artdı. Elə həmin vaxt qarşıma məqsəd qoydum ki, böyüyəndə əsgər olacam və bu torpaqları azad edəcəm.1997-ci ildə orta məktəbi bitirdim və sənədlərimi ailəmin istəyi ilə Bakı Dövlət Universitetinə verdim, lakin sonra öz arzumdan vaz keçə bilmədim, evdə orada təhsil almayacağımı, hərbçi olmaq istədiyimi dedim. Atam bunu normal qarşıladı. Beləliklə, Azərbaycan Ali Hərbi Məktəbinə (Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi) müraciət etdim. İmtahan verdim və  470 balla oraya mən oraya qəbul oldum. Bizim taqım komandirlərimiz türklər oldu. Çünki o vaxt Heydər Əliyev onlarla müqavilə bağlamışdı, bizə dərsi Kara Harb Okulunun müəllimləri və komandirləri keçirdi. Hərbi biliklərə dərindən yiyələnmək üçün gecə-gündüz çalışırdım. Çünki düşünürdüm ki, sabah komandir olanda tabeliyimdə olan əsgərlər mənim savadsızlığımın qurbanı olmasınlar.
 
- Tədris prosesi çətin idi? Məsələn, hansısa kursantın məktəbi tərk etmə halları ilə rastlaşırdız?
- Oraya mənlə birlikdə 850 nəfər qəbul olmuşdu, lakin bitirəndə 437 nəfər idik. Təəssüf ki, digərləri çətinliyə, nizamlılığa dözə bilmədi. Bir də biz öz daxilimdə heç kimdən saxtakarlıq etməməyi tələb edirdik. Təlimlərdə ağıla gəlməyəcək çətinliklərlə üzləşirdik, ayağımızın altı təmiz yara olurdu. Corabın içinə quru torpaq tökürdük ki, ayağımız oraya yapışsın, yara olsa da, yeriyəndə ayağımız sürüşməsin. Biz o məktəbi bu cür yollardan keçərək bitirdik.

- Bəs təyinatı hara aldınız?
-Təyinat alıb Salyanski kazarmaya gəldik. Orada 4 il leytenant rütbəsi üçün xidmət göstərdik, 1 il də dinləyici kimi təkmilləşdirmə kursu keçdik. Bir gün Polkovnik Pərviz Əliyev gəlib dedi ki, 437 nəfərin  içərisindən ilk 20-lik qabağa çıxsın. Mən də balım yüksək olduğu üçün 11-ci sıradaydım, qabağa çıxıb xüsusi təyinatlı olmaq istədiyimi dedim və oraya da seçildim, sonra bizi Şamaxıya paliqona apardılar. Orada 3 ay komando kursu keçdik. Daha sonra paraşüt, dağçılıq kurslarında iştirak etdik.

- Bu gün xüsusi təyinatlıların təlimləri ilə bağlı çoxlu video-materiallar var. Lakin bizə maraqlıdır ki, orada sizə əsas nəyi öyrədirdilər?
- O təlimlərdə əsasən psixoloji və fiziki dözümlülük öyrədilirdi. Bunun üçün bizə hətta işgəncə verirdilər. Çünki bizi yetişdirirdilər ki, əsir düşəndə döyüş yoldaşlarımızı satmayaq, dövlət sirrini verməyək. 

- Zabit olub xüsusi təyinatlılara cəlb edilənlər arasında bunlara dözə bilməyən olurdu?
- Bəli, tərk edənlər vardı. Biz kursa 67 nəfər qəbul olduq, amma 32 nəfər kursu bitirdik. Bizə hətta 3 ay təlimdən sonra 2 ay da hərbi hissədə əlavə sınaq təlimi keçildi. Nəhayət, təyinatlarımızı verdilər.

- Təlimlər zamanı ac qalmağı da öyrədirdilər?
- Bir həftəlik "Həyatda qala bilmə” proqramı var. O həftə ərzində yeməksiz, susuz olursan, hər şeyi özün tapmalısan. Bu təlimdə silahsız ovu necə ovlaya biləcəyin, zəhərli ilanı necə yemək lazım olduğu dərs kimi keçilir. Elə kurslar var ki, onları ifadə etmək, doğrudan, çox çətindir.

- Bəs sizin heç ürəyinizdən bu işi yarıda kəsmək keçibmi?
- Açıq danışmaq istəyirəm, başlarda olub. Bizdə çox adam sonradan heç vaxt elə düşünmədiyini deyir. Amma əlbəttə, hamının bezdiyi vaxtlar olur. Çətinliklərə görə əsəbi olursan, anlıq qərar verirsən, amma sonra gözünün qarşısına şəhidlər, torpaqlar gəlir və sən sakitləşirsən.

- Vətən müharibəsi başlayanda siz haradaydız?
- Biz həmin vaxt Naxçıvanda xidmət edirdik. Elə ilk gündən orada əsgərlər tərəfindən komandana döyüş bölgəsinə getmək üçün müraciətlər edildi. Əslində biz orada olsaq da, burdakılara kömək edirdik. Məsələn, düşmənin gələn kalonları haqqında onlara məlumat verirdik. Bir gün təlimdə dərs keçərkən bizim rəis mənə zəng vurub məndən harada olduğumu və torpağımda döyüşmək istəyib-istəmədiyimi soruşdu. Mən də təbii olaraq bunu uşaqlıqdan arzum olduğunu dedim. Məni çağırıb, "sənə 165 nəfərdən ibarət qrup ayırmışıq, buradan döyüşə gedirsən”,- dedi. Biz də hazırlaşdıq, oktyabrın 1-i  Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinə gəldik. Beləliklə, döyüş yolumuz başladı və atəşkəs olana qədər qədər biz mübarizəmizi davam etdirdik. Bizə ilk döyüş tapşırığında deyildi ki, Füzulinin Ağbulaq kəndində düşmən qrupu var və oradan bizə hücum edəcəklər. Nəticədə mən qrupu 3 hissəyə böldüm. Ara məsafəsini təyin etdikdən sonra həmin istiqamətdə gecə hərəkət etdik. Həmin ərazidəki yüksəklikdə düşmənin minaatan batareyası vardı, o, bizim kolonların gəlməsinə imkan vermirdi, hədəfimiz onu məhv etmək idi. Bunun üçün gecə Ağbulaq kəndinin arxası ilə hərəkət etdik. Həmin vaxt digər qruplar Füzulinin Məngəlata istiqamətində hücuma keçmişdi. Əraziyə çatanda gördük ki, orada böyük bir mövqe qurublar və 16 nəfərlik heyət var. Bir hissə isə Ağbulaq kəndindəki məktəbin içində gizlənmişdi. Oradakı canlı qüvvələri təxminən 80-90 nəfərdən ibarət idi. Bir qədər gözlədikdən sonra səhər 5-6 radələrində hücum etdik və onları yerindəcə məhv elədik, hətta 2-3 erməni əsgərini də əsir götürdük.

- Bu zaman xüsusi təyinatlılar arasında kimsə şəhid oldumu?
- Bəli, bizim qrupdan 2 nəfər şəhid oldu, 3 nəfər də yaralandı. Amma deyə bilərəm ki, döyüşün vəziyyətinə görə oradan çox yaxşı çıxdıq. Çünki biz basqın edəndə ciddi müqvimətlə üzləşdik.

- Döyüşdən sonra Azərbaycan ordusu yeni mövqelər əldə etdimi?
 - Əlbəttə. Sonradan bizim qruplar yenidən bölündü, çünki şəhid verdikcə qruplar azalırdı. Bu dəfəki bölgüdən sonra bizim qrupa Hadrut meşəsini verdilər. Xas deyilən yerdən bizə qarşı minaatanla hücuma başladılar. Biz bu dəfə Mamedzor kəndinə hücum edəcəkdik, Tuğa gedən yolun üstündə yerləşir. Bir qədər gözlədik, onlar minaatanla atəş açması nəticəsində 4 şəhid verdik, 8 nəfər isə yaralandı. Sürücü Nağıyev vardı. Mina düz onun yanına düşdü, ayaqlarını qopardı, qanaxmadan həyatını itirdi. Bir mina da əsgər Rüstəmovun üzərinə düşdü, dəhşətli idi, sözlə ifadə etmək olmur. Yaralılara isə özümüz ilkin tibbi yardımı göstərdik. Şəhidlərimizi, yaralılarımızı götürüb aşağı düşürdük, onların koordinatlarını ötürdük, sonra yolumuza davam etdik. Digər qrupla birləşib həmin kəndə basqın elədik və bu əməliyyatımız da uğurlu alındı.

- 44 günlük müharibədə hansı bölgələrdə döyüşdə oldunuz?
- Biz Cəbrayıl və Füzulinin kəndlərini keçdikdən sonra Şuşa istiqamətinə qalxdıq, Zəngilan tərəfdə döyüşmədik. Harada yüksəklik vardısa, daha çox oraya gedirdik. Demək olar ki, bu istiqamətdə olan bütün döyüşlərdə iştirak elədim. Hər gün döyüşdəydik.

- Öz kəndinizdə oldunuzmu?
- Şuşanı işğaldan azad etdikdən sonra biz bir müddət orada qaldıq. Digərlərini isə paradla bağlı aşağı düşürdülər. Elə o zaman mən öz kəndimizə gedib baş çəkdim.

- Hadrutda ağır döyüş oldu?
- Hadrutda ermənilərin qüvvəsi çox idi. Hətta onlar Hadruta Qarabağın açarı deyirdilər. Düşünmürdülər ki, Hadrutu verə bilərlər. Çünki dinc əhalinin hamısı oradaydı. Ermənilər oraya hədsiz qoşun yığmışdı. Demək olar ki, iki gün Hadrut uğrunda döyüşdük. Bizim orada itkilərimiz oldu, amma qarşı tərəfin itkisi lap çox idi. Onlar yazdıqları rəqəmlər qətiyyən həqiqəti əks etdirmir. Ermənilər 20 minə yaxın itki verdilər. Təkcə Tuğ kəndində 600-ə yaxın erməni məhv etdik.

- Sizin o əraziləri tanımamağınız hər hansısa çətinlik yaradırdı?
- Bu, bizdə artıq vərdiş halını almışdı. Düzü, biz həmin ərazilərlə bağlı müəyyən qədər məlumatlı idik. Həmçinin xəritə də vardı və bizim istiqamətdə xüsusi təyinatlıdan başqa heç kim yox idi.

- Ermənilər sizə ən çox hansı ərazilərdə müqavimət göstərdilər?
- Hadrutdan Tuğa çıxan yolun sağında yüksəklik vardı, 54 nəfərlik heyətlə oraya hücum edildi və 22 nəfər sağ qaldı, digərləri yaralandı və şəhid oldu. Qrupumuzun həmin hücumu zamanı hava dumanlı idi. Orada düşmən olduğunu bilmirdik. Qrup pusquya düşmüşdü. Amma yenə də qalib gəldik.

- Bəs sizin erməniləri pusquya saldığınız hallar oldumu?
- Xocavəndin Maşdağlar kəndində, bir də Şuşaya gedən yolun üzərində onları pusquya düşürdük. 100-dən artıq qüvvələri vardı ki, biz onları orada məhv etdik.

- Döyüş zamanı heç ac qaldığınız vaxtlar oldumu?
- Xeyr, çünki təminatımız çox yüksək səviyyədə idi. Sadəcə döyüş şəraiti ilə əlaqədar bir az yorğunluq, yuxusuzluq vardı. Demək olar ki, yatmırdıq. Haradasa dayananda 3-5 dəqiqəlik gözümüzü aldadırdıq. Yorğan-döşəyimiz də torpağımız idi.

- Şuşa döyüşü neçə gün davam etdi?
- Bizim əvvəlcədən oraya qruplarımız təyin olundu. Özüm də orada şəxsən iştirak etmişəm. Laçın və Kəlbəcər həmin vaxt boşaldılmamışdı. Ona görə Laçın koridorunu bağladıq ki, düşmənə yardım göstərilməsin. Şuşanın sağ və sol cinahlarında qüvvələrimizi yerləşdirmişdik. Noyabrın 3-ü Şuşaya hücuma başladıq. Naxçıvan heyətini oraya gətirmişdik, qrup rəhbəri də mən idim. Şuşaya Daşaltının sol tərəfindən yol çəkiblər, biz həmin istiqamətdən hücuma keçdik. Demək olar ki, noyabrın 5-i Şuşanı düşməndən azad etdik. Lakin noyabrın 6-7-si şəhərdə axtarış oldu və orada qalan, gizlənən  ermənilər tapıldı. Bu əməliyyat zamanı möcüzə kimi görünən bir hadisə yaşandı. Xüsusi təyinatlılarımızdan birinə erməni əsgəri 8 güllə vurdu, amma o yıxılmadan erməninin üstünə yeridi və onu boğub öldürdü. Bu gün həmin xüsusi təyinatlımız sağdır. O yaralı vəziyyətdə döyüşə davam etmək istəyirdi, biz icazə vermədik.

- Şuşa azad olunandan sonra şəhərdə küçə döyüşləri oldu?
- Bəli, onlar şəhərdə bizə PDM və bir tankla əks hücum elədilər. Kapitan Namazov Emin vardı. O, qumbaraatanla PDM-i vurdu. Tank dərhal geri qayıtdı. Biz Şuşada çox iriçaplı silahlardan istifadə etmədik ki, dağıntı olmasın. Həm də onlar küçə döyüşləri üçün bir o qədər faydalı deyildi. Hadrutla müqayisədə Şuşada mülki əhali az idi.

- İstəyərdim ki, biraz da Azərbaycan Ordusunun mülki əhaliyə münasibətindən danışasınız...
- Biz mülki əhalini hədəf almırdıq, hətta tapşırıq verilmişdi ki, qadın və qızlarla rastlaşan zaman onları dərhal buraxın, çıxıb getsinlər. Bizim qadınları girov götürmə şansımız çox olub, sadəcə bunu etməmişik, çünki onların ordusuna qarşı mübarizə aparırdıq.

 - Yanınızda şəhid olan silahdaşlarınızın son sözləri nə olurdu?
- Bizim bir zabitimiz vardı. O həmişə deyirdi ki, komandir, biz şəhid olsaq da dayanmayın. Şuşanın Sığınaq kəndində şəhid oldu. Son sözü də o oldu ki, mənim qisasım ancaq Şuşa azad ediləndə alınacaq. Orada bizə şəhid analarının məktublarını çatdırırdılar. O məktublar bizə ancaq ruh yüksəkliyi verirdi. Çünki balalarının qanını ancaq torpaqları azad edəndə qaytara biləcəyimizi yazırdılar. Digər tərəfdən Prezidentimiz çıxışları da bizi ruhlandırırdı. Bunu bütün ordu etiraf edə bilər.

- Hər hansısa bir bölgədə olanda digər ərazi barədə məlumat alırdınızmı?
- Bəli, hansı istiqamətdən hansı qrupun hücuma keçdiyini bizə deyirdilər.

- Həmin müddətdə ailənizlə əlaqə saxlaya bilirdiniz?
- Döyüş ərəfəsində bircə dəfə ailə üzvlərimlə danışma şansım olub. Onda da ən çox oğlum və qızımla danışdım. Çünki yoldaşım müəllimdir, dərs saatına təsadüf etmişdi. Biz danışanda oğlum, "Ata, heç vaxt qorxma, geri çəkilmə, burada deməsinlər ki, sənin atan qorxub döyüşmədi. Şəhid də olsan, torpağımızı al, anama və bacıma mən baxaram”,- dedi. Bunu 11 yaşlı uşaq dedi. Həmin an içim təbii ki, qürur hissi ilə doldu. Qızımın isə 15 yaşı var. O, məndən sağ qayıtmağımı tələb edirdi. "Ata, özünü qoru, ermənini öldür, amma bizim yanımıza da sağ qayıt”,- deyirdi. Yoldaşımla sonuncu dəfə evdən çıxanda danışmışdım, ona hər şeyi izah eləyib halallaşmışdım. Uşaqları ona tapşırdım, bir də qürurunu əyməməyini xahiş etdim.

- Ölümün sizə nəfəs qədər yaxın olduğu anlar yaşadınızmı?
- Hadrut meşəsində Nağıyev minaya düşəndə, mən ona kömək etməyə cəhd etdim. Yanımdakı yoldaş, polkovnik Emin mənə yerimdən qalxmamalı olduğumu dedi.  Mən dözə bilməyib Nağıyevə tərəf addım atanda Emin ayağımdan geri çəkdi, elə həmin an yaxınlığıma mərmi düşdü, əgər o məni geri çəkməsəydi, üstümə düşəcəkdi. Ölüm o qədər yaxın idi ki, qəlpələr başımda olan kaskanı kəsdi. Bir neçə saat sonra travma səbəbilə qulağımdan qan gəldi.

- Yaddaşınıza ömürlük həkk olan hadisə varmı?
- Bəli, bizim bir gizir vardı, hazırda soyadı yadımda deyil. Nişanlıydı, bir gün döyüş zamanı ağır yaralandı, qəlpə içini dağıtmışdı və ağzından qan gəlirdi. O sön nəfəsində, "Həmişə oğlum olmasını arzulayardım, amma mənə övlad qismət olmadı, Allah onu mənə yaşatmadı, mən şəhid oluram, komandir”,-dedi. Bu hadisə heç vaxt ağlımdan çıxmayacaq. O haqqını bizə halal edib  şəhid oldu.

- Hansısa əsgərimiz döyüşlər zamanı xüsusi qəhrəmanlıq göstərdimi?
- Naxçıvan heyətinin içərisində Haqverdiyev Əli vardı. O çox balaca, arıq, təxminən 55-60 kilo çəkisi olan bir oğlanıydı. Amma üzərində pulemyot götürmüşdü. Qarşımıza düşmən qrupu çıxanda Əli özünü qabağa atdı. Tək canına "pulemyot kalaşnikof”la düşmənin 15 nəfərlik qrupunu məhv elədi.  Ondan başqa Muradov Röyal, Həşimov Tural kimi yaxşı döyüşən gənclər vardı. Onlar gizir idilər, amma həqiqətən zabitlər qədər ürəkli, bacarıqlıydılar. Qrup komandiri vəzifəsini icra edirdilər, çünki zabitləri şəhid olmuşdu. Bizdə əsgər yoldaşımız şəhid olanda qisas hissi daha da artırdı. Qorxu hissi ümumiyyətlə yaxınımıza gəlmirdi. Düzü bizə indi daha dərindən təsir edir ki, filankəs şəhid olub. Həmin müddətdə biz ancaq qisas hissini keçirirdik. Naxçıvan heyətində Salmanov Oruc vardı. O döyüşdə yaralandı, döyüş şiddətli olduğu üçün biz onu çıxara bilmirdik, qarşıya Şuşaya çatmağı məqsəd qoymuşduq. Biz ona ilk tibbi yardımı göstərdik, koordinatını ötürdük, təxliyə qrupu onu çıxarmağa gələndə düşmən pusqusuna düşdü, orada həmin maşın 1 şəhid, 2 yaralı verdi. Nəticədə Salmanov da çıxarıla bilmədi. 
Biz döyüşdən qayıdanda gördük ki, o hələ də ordaydı, insan qanaxmadan elə arıqlamışdı ki, məni görəndə güclə tanıdı, onu çıxaracağımızı deyib təskinlik verdim. Yanımda Hüseynov Elvin vardı. Planlaşdırdıq ki, qucağımızda növbəli şəkildə daşıyaq. Götürüb birtəhər aşağı düşürdük, təxliyə yerinə təhvil verdik. Səhər saat 6-dan yola düşüb döyüşmüşük, axşam saat 7-də onu təxliyə yerinə çatdırmışıq. Həkimlər ona ilkin tibbi yardım göstərdi. Təəssüf ki, qolunun biri kəsildi, amma şükür ki bu gün sağdır.

- Döyüşdən sonra yəqin ki, aranızda söhbətləşirdiz. Bu zaman əsgərlər daha çox nədən danışırdılar?
- Bizim istirahətimiz yox idi. Ona görə də həqiqətən, söhbət etməyə vaxt tapmırdıq. Yığışıb ocaq filan qalaya bilməzdik, çünki bununla yerimizi bəlli etmiş olardıq. Üşüsək belə ocaq qalaya bilməzdik. Adətən qısaqol geyinirdik, çünki çox hərəkət edirdik.

- Dayanmadan ən çox neçə saat yol getmisiz?
- Axşam saat 7-dən səhər 5-dək biz dayanmadan hərəkət edirdik. Yemək üzərimizdə olurdu, amma yorğunluq səbəbilə heç iştahımız olmurdu. Bizə çoxlu şokolad, enerji içkiləri gəlirdi, elə onlarla qidalanırdıq. Yeməyə bir o qədər meyil etmirdik.

- İşğaldan azad edilən ərazilərdə boş qalan evlərə girirdiniz? Orada nələrlə rastlaşırdız?
- Bəli, evlərdə ermənilərin olub-olmadığına baxmaq üçün girirdik. Onların evində olduqca çox turşu və içki olurdu. Sanki iş-gücləri ancaq yeyib-içməkdən ibarət idi. Bir də çoxlu donuzları olurdu. Amma həqiqətən biz onların heç birinə əl vurmadıq. Çünki mənim zabit yoldaşlarımın əksəriyyəti namaz qılan idi. Əsas kompotlarından istifadə elədik. Evlərində heç hazır yeməyə rast gəlmirdik. Lakin evlərin hamısı əşyalarla doluydu. Elə evlər vardı ki, yaşayanlar pulu, qızılı, dəyərli olan hər şeyi tərk edib qaçmışdı. Kimsə yandırmaq istəyəndə qoymurdum ki, artıq bizimdir. Bildirim ki, biz oradan heç nə götürmürdük, əslində götürsək də nəsə deməzdilər, amma əlimizi vurmurduq.

- Son olaraq qələbəmiz barədə nə demək istəyərsiz?
- Müharibənin qələbə ilə təmin olunmasında arxa cəbhənin də rolu böyük idi. Cəbhəboyu kəndlərdə yaşayan əhali əsgərlərə öz övladları kimi qayğı göstərirdilər. Müharibə olduğum dövrdə Naxçıvanda qalan ailəmin bütün təminatını yerli rəhbərlik öz üzərinə götürmüşdü. Həm Vasif Talıbov, həm də Kərəm Mustafayev əsgər ailələrinin qayğıları ilə şəxsən maraqlanırdı. Qarabağda olduğum iki ay ərzində ailə üzvlərimin marketə gedib bir məhsul belə almasına ehtiyac olmayıb.

Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdi?

Ötən ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb.
yeniavaz.com ötən il dərc etdiyi və rəsmi məlumatlara istinadən apardığı hesablamanı təqdim edir.
Araşdırmalar göstərir ki, istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i və ya 4,98 milyard manatı ticarət müəssisələri, 49,3%-i və ya 11,93 milyard manatı fərdi sahibkarlar tərəfindən, 30,1%-i və ya 7,26 milyard manatı isə bazar və yarmarkalarda satılıb.
2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə  0,1% artıb, bazar və yarmarkalarda isə 5,2% azalıb.
Rəqəmlərdən də göründüyü kimi, son bir ildə ticarət müəssisələrində pərakəndə ticarət dövriyyəsinin həcmi digər sahələrlə müqayisədə daha çox artıb. Bəs görəsən, milyardlarla dövriyyəsi olan bu müəssisələrin - supermarketlərin sahibləri kimlərdir?
- Azərbaycanda aparıcı supermarketlər şəbəkəsinə sahib olan ARAZ, OBA, FAVORİT  və SPAR  marketərinin sahibi kimi "Veysəloğlu" MMC göstərilir. Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanınada  qeydiyyatda olan "Veysəloğlu" MMC-nin nizamnamə kapitalı 7 milyon 825 min 972,67 manatdır. 2006-cı ilin may ayının 22-də dövlət qeydiyyatına alınan "Veysəloğlu" MMC-nin qanuni təmsilçisi Bəxtiyar Allahverdi Adil oğludur. Bəxtiyar Allahverdi eyni zamanda "Veysəloğlu" şirkətinin baş direktorudur.
Onu da bildirək ki, Bakı şəhəri Nizami rayonu 2-ci eninə, ev 2 ünvanınada bənzər adda daha 2 şirkət "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC və "Veysəloğlu Grup" MMC-də qeydə alınıb. 2004-cü ildə dövlət qeydiyyatına alınan və 1 milyon manat nizamnamə kapitalı olan "Veysəloğlu-Yaycılı Qardaşlar" MMC -nin qanuni təmsilçisi İsmayılov Ələddin Mehdi oğludur.
2017-ci ilin aprel ayının 5-də dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 100 manat olan "Veysəloğlu Grup" MMC-nin qanuni təmsilçisi Talıbov Aydın Veysəl oğludur.
Məlumat üçün bildirək ki, mətbuatda "Veysəloğlu" şirkəti və ona məxsus olan ARAZ, OBA və SPAR supermarketərinin sahibinin də məhz Aydın Talıbov olduğu bildirilir. Ehtimal etmək olar ki, şirkətin adı da Aydın Talıbovun atasının adına görə bu cür adlandırılıb.
Qeyd edək ki, Aydın Talıbov 1965-ci ildə Naxçıvan MR-nin Şərur rayonun Siyaqut kəndində anadan olub. Aydın Talıbov Naxçıvan MR-nin Ali Məclisinin sədri Vasif Talıbovun da məzun olduğu Siyaqut kənd orta məktəbini bitirərək ali təhsilini İqtisadyyat  Universitetində davam etdirib. 1994-cü ildən biznes fəaliyyətinə başlayıb. Ötən il Azərbaycanın iqtisadi inkişafında göstərdiyi xidmətlərinə görə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
Bu ilin mart ayənda "Veysəloğlu" Şirkətlər Qrupu Vergilər Nazirliyi tərəfindən 2 milyon manat cərimə olunub. Lakin şirkətdən verilən açıqlamada Vergilər Nazirliyinin yazdığı cərimə ilə razılaşmadıqlarını və yenidən araşdırma aparılması üçün nazirliyə şikayət məktubu ilə müraciət ediblər.
- Ölkənin aparıcı supermarketlərindən biri də BRAVO hesab olunur. BRAVO supermarketlərinin sahibi kimi "Azərbaycan Supermarket" MMC göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatda olan və nizamnamə kapitalı 2 min manat təşkil edən  "Azərbaycan Supermarket" MMC-nin qanuni təmsilçisi Mikayılov Zaur Rauf oğludur. "Azərbaycan Supermarket" MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında  "Paşa İnşaat", "Paşa Technology", "Paşa Sığorta" kimi şirkətlərin də olduğu qeyd olunub.
- Böyük supermarketlərdən biri də NEPTUN hesab olunur. Bu marketin 2003-cü ildən fəaliyyət göstərdiyi bildirilir. Supermarketin "Sahil Trading" MMC-yə bağlı olduğu qeyd olunur. Bakı şəhər Nəsimi rayonu Şəmsi Bədəlbəyli küçəsi ev 102 ünvanında qeydiyyata olan və nizamnamə kapitalı 10 manat təşkil edən "Sahil Trading" MMC-nin qanuni təmsilçisi İbrahimov Vüqar Abbas oğludur.
Onu da bildirək ki, "Sahil Trading" əsasən Türkiyədən qida məhsullarının idxalı ilə məşğuldur və bu şirkət də bu ilin iyun ayında Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən cərimələnib.
- Uzun illərdir fəaliyyət göstərən aparıcı supermarketlərin biri də BİZİM MARKET hesab olunur. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 1C ünvanında qeydiyyatda olan "Bizim Market" MMC-nin nizamnamə kapitalı 7 milyon 361 min 853 manat təşkil edir. 2005-ci ildə qeydiyyatdan keçən şirkətin qanuni təmsilçisi Musayev Emil Daşdəmir oğludur. Xatırlayırsınızsa, 2016-cı ildə bəzi iri supermarketlər İqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün ondan kömək istəmişdilər. Qeyd edək ki, həmin müraciəti imzalayanlardan biri də özünü BİZİM MARKET-in təsisçisi kimi təqdim edən Rasim Salmanov olub. Məlumat üçün bildirək ki, uzun müddətdir Rasim Salmanov haqqında mətbuatda müxtəlif məlumatlar yayılır. Bildirilir ki, 2016-cı ildə Rasim Salmanovun şikayəti əsasında həyat yoldaşının bacısı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev həbs olunublar. Həmin şəxslər qohumları Rasim Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sahib Quliyev 11 il, anası Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra mətbuata açıqlama verən Rasim Salmanovun qayınanası Xanımbacı İsmayılova bildirib ki, Rasim Salmanov keçmiş Milli təhlükəsizlik naziri (MTN) Eldar Mahmudovun Vüqar adlı qaynı ilə yaxın dost olub və bu şəxs Rasim Salmanovun biznesinə havadarlıq edib.
- BAZARSTORE və AL MARKET supermarketləri müvafiq olaraq "Bazarstore" MMC və "Al Market" MMC-yə məxsusdur və bu şirkətlərin də ölkənin aparıcı holdinqlərindən olan "Azərsun Holdinq"ə bağlı olduğu bildirilir. "Bazarstore" MMC 1999-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 13 milyon 968 min 451 manat olan şirkətin qanuni təmsilçisi Burhan Sevahildir. Burhan Sevahil daha əvvəl Türkiyənin tanınmış supermarketlərində rəhbər vəzifələrdə çalışıb. "Al Market" MMC isə 2018-ci ilin sentyabr ayında qeydiyyatdan keçib və nizamnamə kapitalı 3 milyon 488 min 321 manat olub. Qanuni təmsilçisi Adem Tansel Tuzcudur. "Azərsun Holdinq" MMC 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 90 milyon manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri isə Abdolbari Gözəldir.

25.12.2020

Şuşanı ermənidən aldıq, Bayram Səfərovdan ala bilməyəcəyik

"Sabah bizi bunlar Şuşaya buraxmayacaqlar"

"Bank şotu olsaydı, Şuşada döyuşənlər buna yardım edərdi"

"Azərbaycan Reallığı" facebook səhifəsi Şuşanın icra başçısı Bayram Səfərovun Bakıda mülklərinin siyahısını dərc edib.
Həmin siyahı vətəndaşların hiddəsinə səbəb olub. Statusun altından müxtəlif kommentlər yazıblar. Həmin statusu və kommentləri sizə təqdim edirik.

"28 il işğal altında olan Şuşa şəhərinin icra başçısı Bayram Səfərovun sərvətlərinin natamam siyahısı:
▪️Xətai rayonu, General Mehmandarov, ev 68, m. 9 ünvanında mənzil;
▪️Novxanıda yerləşən 6 milyon dollarlıq villa;
▪️Dərnəgüldə daha bir mənzil;
▪️Əhmədlidəki Leyla PALACE Şadlıq sarayı, restoran və PUB;
▪️Nərimanov metrosu ərazisində bir neçə obyekti;
▪️"Qala” restoranı;
▪️"Kosmos” Restoranı;
▪️Nərimanov parkında yerləşən "İstanbul” kafesi;
▪️La Vita Cafe and Restoran;
▪️Novxanı yolunun üzərində yerləşən aqlay daş plitələr istehsal edən sexləri;
▪️Novxanıda mal-qara ferması;
▪️Fermanın yaxınlığında gön-dəri sexi;
▪️Binəqədidə hektarlarla torpağı;
▪️M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən mədəniyyət və istirahət parkı;
▪️Bakının müxtəlif yerlərində obyektləri və Sədərək, Binə bazarlarında çoxlu sayda dükanları;
▪️Rufis adlı oğlunun adına "Kəklik" MMC şirkəti;
▪️Oğlu polkovnik-leytenant Xəlil Səfərov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin rəisidir;
▪️Qiyməti 50-60 min dollar olan "58-AA-001” dövlət nömrə nişanlı "Lincoln MKS” model avtomobil".

Fazil Tagiyev:
Dəyməyin.. Bir 50 ildən sonra bunu nəvələrimizə Azərbaycanın milli , qaymax ziyalısı kimi sırıyıb deyəcəklər ki :A bə demirsən bavam Bayram Bakıda nə qədər bina tikib xalxın xidmətinə verif ...Özüdə xeyriyyəçi olufdur ..Qapıya 
İsmayıl Ali:
Şuşanı ermənidən aldıge bunnan ala bilməyəcəyik
Zehra Ceferova:
Bunların gözünü qara torpaq da doyurmaz az qlırlar kasıb əhalinın əlində olan qəpiyidə alsınlar allah Sabirə rəhmət etsin qoy mən tox olum özgələrac olur olsun nə işim var
Iqrar Qasimov:
Qardaş, "kişi" bu qədər var-dövləti qoyub hara getsin? Suşani deyirsinizsə onu məsafədən disdant idarə edir də.
Yegane Quliyeva:
Onu bilirem ki hec narahat olmayin Susa seheri abadlasdirlan kimi yeni butun qaytarllan rayonlarin en gorkemli yerleri yene onlarindi Bu torpaqin qara dasi goyermez qardas
Ziko Salyanski:
Birde 10 Af 123 nömrəli Toyota Secuya. Tank boyda maşını var ))))
Rashad Imanov:
Şuşani alacaqdi nesib olmadi.gerek maşini ve villalari şuşanin dirçelmesine vere. belke bagişlandi
Fariz Bayramov:
Belə yaraşıqlı dövlət məmuru hələ yer üzərinə gəlməyib. Siz bir onun çöhrəsindəki gözəlliyinə baxın. Adam baxdıqca baxmaq istəyir. Heç bilsəz Şuşa onun yolunu necə səbirsizliklə gozləyir.
Xatirə Hüseynova:
Aha beməli bu kişi özünü yuxulu görsədirmiş yatmırmış pul qazanırmış bu varidatı qoyub necə getsin Şuşaya birdən alıah eləmiş minaya fılan düşərdi
Cahangir Abasov:
Bu neye lazimdi buvaxdacan ne edib bu dovletcun ??ancaq yatib iclaslarda hani evladlari kimdiler harda yawayirlar muharibe vaxdi hardaydilar neynediler bu xalqcun cxsaydilar xalqimiz bilerdiki bular Wuwa icra hakiminin evladlaridi yoxdular itibler?
Heqiqet Kerimova:
Şuşaya yeni nəfəs verildi igidlərimiz və şəhid qanları sayəsində və buna layiq cavan, savadlı yeni icra başçısı da təyin olunsaydı məncə yerinə düşərdi. Çünki bunların amalı yenilik etmək yox yalnız pul qazanmaqdır.
Amina Hasanova
İlahi bunlar neyləyir nə yaxşı ki ölüm var yoxsa,
Senuber Kerimova
Allah gözünü doydursun. Gedəndə belinə şələləyib gedər.
Cavid Cavid:
Nati yoxdu bilmirlar alsinlar alindan
Həmid Ömərov:
Bu lap acından ölür ki
Elnur Rustem:
Ta bunu novxaninin icra bawcisi qoyaydilar kiwi hele Suwa alinmamiwdan bu qeder serveti var Susaya kocsun 5 misline catdiracaq agaci var suyu var torpaq satacaq hele goreceyi gunler qabaqdadi
Puste Huseynova:
Kişi şuşanı fikirləşib indi satıb şuşanı abadlaşdıracaq bunda nə var ey böyüdürsünüz. kişi yata yata qəpik qəpik toplayıb gözlərinə qara sular enib köynəyinin boynu 45 razmer olub siz allah kişini böyütməyin. özü fikir çəkməkdən onsuzda böyüyüb
Samire Namazova:
Halal olsun cox qabiliyyetli, bacarıqlı ve tamahkar insandı indi ondan soruşun ki, bu serveti kimlerin haqqıdır. Olende qebire nece sığdıracaq bu böyda malı mülkü.
Nuriyev Aydın:
Mən bir söz demək istəyirəm kim nədən kasibciliq qörursə o boşduqu doldurmaq istəyir bu yetimin doquluşu kasibdir bundan əvvəlkinin deyəsən gözu tox idi deyirdilər natavanin qohumlaridir
Elchin Mahmudov:
Bayram Seferov birlikde islemisem....AZRITTIFAQ SISTEMINDE hemise imkani olub...Kasiba da dayaq olub....
Jamila Karimova:
Deyir ki vaxt tapib Susaya geda bilmamishem. Prezidentimiz vaxt tapdi, DTX Reisi Ali myallim Nagiyev vaxt tapdi! Bu badbaxt o gadar meshguldur, var yoxunu saymagdan bashi acilmir. Haradan vaxt tapsin!
Gulnana Jabrayilova:
Bu sərvətlərin hərəsini 1 şəhid ailəsin, 1 qaziyə vermək lazımdır biz qələbəmiz üçün onlara minnətdar olmalıyıq.
Elchin Orucov:
Day denen buna gore gedmek istemirde Wuwaya!
Oruc Mamedov:
Ay qardaş bu adam qojalıf dağ dərədə gəzə bilməz
Vəfa Suleymanli:
millətin qanını içə içə əldə edib
Mehri-Rauf:
Yazigin hec nəyi yoxuymus ki.
Lala Abdullayeva:
Bu niye olmur goresen...
Xezer Gulverdiyev:
Az deyilmi?
Mahmud Məmmədli:
Çox hozu və kobud, savadsız adamdı... görmüşəm üzbəüz sohbet etmişəm, vətəndaş ona müraciət edəndə ilk fikirləşdiyi şey bunun ağzını necə kola verim, qətiyyən vətəndaşın problmiyle maraqlanib onu həll etməklə bağlı əməli iş görən adam deyil, yola verməyi yaxşı bacarır.
Diana Guseynova:
Когда смотришь,как сейчас живут семьи шехидов, скольким раненым нужна помощь в лечении за рубежём (такие сложные операции необходимы), сердце кровью обливается,что не можешь ничем помочь.💔😢А они на миллионах сидят и всё им мало. Надо всё конфисковать в пользу шехидов и инвалидов... Срочно начать лечить и восстанавливать наших ребят, защищавших ценой своей жизни и здоровья нашу землю... Нельзя молча смотреть на всё это, когда наши ребята погибают от ран... из -за нехватки денег и не имея возможности получить квалифицированное лечение за рубежем.
AylinVidadi Suleymanzade:
Goz doymur aman Allah🙄
Ramiz Muradov:
BAXİRAM SƏHRLƏRƏ, ADAM UTANİR, SUSA QACQİNLARİ SUMQAYİTDA ,DƏNİZ KƏNARİNDA PANSİATDA ZULM CƏKƏNDƏ BU ADAM KEF ELƏYİRDİ, DOGURDANDA BİZ DÖZUMLU XALQQİG... HANİ BUNUN BİR QOPUMUNDAN OLAN SƏHİD... HANİ BUNUN BALALARİ, SABAH BİZİ BULAR SUSAYA BURAXMAYACAQLAR.
Habil Alizade:
qardaş bunlar bir öludu yaşasinda ölende adam kimi ölmeyeceyler
Ирина Гусейнова:
Откуда все это у него???
Hasan Dallayev:
Bu "Shusha" nisgili chekerek bu qeder yiqib, chekmeseydi gor ne qeder yiqardi.
Sarvar Huseynli:
Bunu vezifesinden azad edin!!!
Şamil Musayev:
Qardaşlar deyəsən bu kişi Şuşanı satıb bunları alıb 😃😄😀
Behrus Ezizov:
erməni Şuşanı işğal etmişdi bu rüşvətxor da Bakını. Şuşaya da getmir,ona layiq olduğu yeri göstərmək lazımdı.
Shahin Abdullayev:
Bu ki ermeniye oxwayir.
Sarxan Mammadov:
Linkoln model avtomobildən sonra axırıncı bəndə Şuşa şəhərini də əlavə eliyin, artıq Şuşa da onundur.
Məqsəd Şamilov:
İcra başçıları onsuzda ac canavar kimi bir kasıb iki daşı daş üstə qoyanda bütün aləmi tökürlər yazıq kasıbın başına bu icra başçısından soruşan yoxdumu, ki, sən bu qədər var dövləti haradan almısan buların, dərisini soymaq lazımdır, və bütün mal mülkünü müsadirə etmək lazımdır. ALLAHIN LƏNƏTİ OLSUN sizin kimilərə arsız adamlarsız.
Tahir Humbetov:
Resulzadedeki Park da bunundu 🤣
Maya Almuradova:
Sənin sakinlərin yataqxanada yaşayır amMa sən tək canına Bakını zəpt etmİsən. Bakı Azərbaycandı.
Fariz Muradov:
Mene maraqli budur kiii bu gune qeder bunu gormurduleerki
Uqur Uqur:
Vətən mùharibəsində hansı qohumu iştirak edib və neçə əzizi şəhid olub bu məxluqun ????? Bilən varsa yazsın ......
Афа Зохрабова:
Бунларын гозу доймур. Бурунларыннан гялсин.
Asim Huseynov:
Narahat olmayın bir gün haq ədalət öz yerini tapacaq bunlarında bir vaxtı var
Аида Ибрагимова:
Cinde olsaydi bunu yerinde edam ederdiler. ona gore orada ruwvet yoxdur da
Аида Ибрагимова:
insan ne qeder gozu doymazdi. bu pullari hardan alib. atasindan qalib yoxsa. bu dovletden xalqdan ogurlanan pullardir, haram xowu olsun. burunlarindan gelsin ogrular
Safaqat Babayeva:
Bunun kimiler satiblar hele Qarabagi, Wuwani! BUTUN SERVETLÈRI DOVLETE KECIRILMELIDIR.
Anar Ahmedov:
Yaziqin neyi var ki axi? deyir min yeyenin olsun bir deyenin olmasin... deye deye muflus edeceksiz bunu.😀
Aida Kamal:
Aaaa bu lap kasıb imis ki🤪🤪🤪bank sotu olsaydı SUSADA döyusənlər buna yardım edərdi😡😡😡
Agayar Allahverdiyev:
İndi deyin görək bu adamın yadına Şuşa düşərmi heç əsla yox bu adam ancaq talançılıqla məşğul olub belə çıxır
Ilahe Zekereli:
Bu harinlamis yeyib talasin ciblerini doldursun milletinde zulumle boyutduyu usagi bu torpaq ugrunda sehid olsun haram xosu olsun bunun kimilerin o sehidlerin haqqi
Froza Qasimova:
Ay allah bu qeder var dövləti neynirsən 5 metr ag aparacaqsan zehmetle qazanmayıbsansa onu heç vaxt yemeyeceksen
Rasul Ahmadov:
Görəsən orduya yardım fonduna pul köçürmək yadına düşüb?
Ариф Гасанов:
Bu ölkədə belə adamlara qarşı ağır repressiya siyasəti olmasa və real tədbirlər görülməsə heç nə dəyişməyəcək! Belə ünsürlərin kökünü kəsmək üçün, repressiyalar ən azından 5-10 il müddətində davamlı olaraq aparılmalıdır!
Ilhame Mehdiyeva:
Maraqlı nedı wuwa 30 ıldı işgalda ıdı ora pul ayrılmıyıbkı deyek abadlıqa ayrılan pulları yeyıb bes bu qadar mal mulk hardandı
Ilhame Mehdiyeva:
Maraqlıdı bu ıwhal altında olan wuwanı abad elemıyıb kı ordan pul qalsın buna hardandı bu qadar mal mulk)
Almaz Ezizova:
Əncam niyə çəkilmir bəs-Allah başınıza daş ələsin-göz doymur,vay bunların hamısı qudurublar,tutulub əllərindən alınmalı-elə tək bunun yox,eləcə də Ramiz, Abel ,Əli Həsənov,Hadı və bütün məmurlardan,deputat,icra başçıları, orqan işində olanlar, istənilən vəzifədə olmuş adamların hamısını Prezident yoxlatmalı və yığdıqları əllərindən alınmalı-Dövlətə təhvil verilməlidir !
Solmaz Ceferova:
Bu azerbaycanliya oxsamlr
Niyazi Əliyev:
Indi bunlari birdefe caxib buraxmaq lazimdi
Arzu Karimova:
Hec qismet olmasin. halal maasla bunlari almaq olmaz. virus da muharibe de kasiblar ucundu
Solmaz Ceferova:
Bu da gacgln olub? Gacgln bu deyil ey gacgln bizik ki adlmlza bir daxal da yoxdu
Fərid Ömər:
o birilərə baxanda azdı 😃
Fərrux Nağıyev:
Hamısı xalıqın haqqıdır yığıb qurub o qədər var dövləti olan heç yerə getməz getsə də oralarıda satın alar bəy xan kimi yaşayarlar belələri çoxdu
Ayxan Dergahov:
Guya hansi icra bascinin en azi o qeder serveti yoxdur? Sebeb cox sade ve aydindir. (Normal düsünen her bir kes ücün)
Mehemmed Ezizov:
BELƏLƏRİNİN VARINI MÜLKÜNÜ DÖVLƏTİNİNE ELINDEN ALMAQ LAZIMDI... KASIBA EVI OLMAYIB EVLENMEK ISTEYEN CAVANLARA VERMEK LAZIMDI.
Ирада Габибзаде:
Novxanı onun işğal altındadır😂😂😂
Samir Mehdiyev:
Susanı Ermenilerden azad elediy inşallah bunnanda azad ederiy
Sarvar Mammadov:
Bayram Səfərovun 1992 ci ildən tanıyıram həmişə imkanlı və səxavətli olub. Başqa heç bir neqativ hal eşitmədim
Sarvar Mammadov: 
1992 ci ildən sonra imkanli və varli adam olub....????? AMMA HEC VAXT İNSAN OLMAYİB... SUSAYA LAYİQ ADAM SECİN...
Sehran Süleymanova:
Menim oglum tay boyrekle susani alir bunun oglanlari qoz....qirir
Musa Musa:
Buna da az qalb qara masqalar aparar birgun. hala ki daydirilar
Rehime Quliyeva:
Niye Susaya getmir neyi gozleyir her wey qaydasina salinsin buda mufteden gedib oturub yesin
Iman Cumsudoglu:
Neyi var alib Wuwanin azad olunmasinda iwtirak edenlerin arasinda bolmek lazimdi
Hamil Guliyev:
Olmayan rayonun yeni bundan qabaq serefsizlerin elinde idi ....icrasi bu vari nece yiqib.Axi bunun bir kicik otaqi olub demek oqurlayib.Ayib olsun.Susa kimi yerin icra bascisi...Umumiyyetle men icra bascilarina nifret edirem. Bunlari bir stat kimi kimi leqv etmek lazimdir onnan sonra olke duzelecek.
Nar Narnar:
Belədisə wuwa nəyinə lazımdı
Диляра Абдуллаева:
Bogazinda qalsin!!!!
Эльшад Исламов:
Elə cıxırki Şuşa işgalda olmayıb daaa!!!!! Sən demə Şuşa Bakıda yerləşirmiş
Afsar Şabiyev:
Əlindən alınsın və həbs edilsin millətin istəyi bu amma millətin istəyi bu məmləkətdə işləmir ona görə özümüzü Yormayaq
Nəcəvəli Niyazov:
Şuşa vardı ki icra başcısına nə gərək vardı. o da eləmə tənbəllik yaradıb özü üçün. bunlara heç kim güc gələ bilməz. taaki bunları optovoy yox etməsələr.
Parviz Gasimov:
Halal maaşla alıb də.
Sevindik Huseynov:
Bu bədbəxtin heç nəy yoxuymuş ki buna təcili dövlət fondundan kömək lazımdı ayaqda qalmağa.
Ilhame Mehdiyeva:
Zalım balası bu pula Yerevanı hop almaq olar kı
Aziza Aziz:
Goresen bu boyda servetin hec olmasa 1% ni wuwa ugrunda geden doyuwlere yardim edibmi
Besir Bazayev:
Bu yazığın heç nəyi yoxdur ki. Hərə bir az yardım edək bir təhər dolana bilsin.
Tələt Bağırov:
28 il üzünü görmədiyi Şuşadan aralıda bu qədər imkanlar əldə edibsə, deməli, bacarıqlı adamdır. Gör indi Şuşada oturub nələr edəcək.
Cavansir Mamedov:
Bunlarin coxunun burda obyektleri evleri var. Bunlar hec qarabaga qayidarlar?
Iman Cumsudoglu:
Her weyi elinden alinsa,meleye meleye geder
Murad Tohfe:
Belə siyahalı sərvəti olanları yazandan sonra. Xalqın sərvətini niyə qaytarırlar Xalqın özünə. BELƏ Məmurlar çoxdu hamısının sərvəti Xalq qaytarılmalıdır. MƏNİMLƏ RAZISINIZMI???
Iks Ceferova:
Ele bunun xalqdan oqurladiqlarini xalqa qaytarib, WUWANI berpa etmek olar.
Leyla Muhammad:
Buğalar barın buğalar niyə ölmür bəs bunların uşaqları vətən torpaq uğrunda
Hüseyn Hüseynov:
Bəziləri deyir ki bu Şuşaya niyə getməyib. Bakıda bu kişinin Şuşadan böyük əmlakı ərazisi varkən niyə getsin ki?
Vatan Aşki Millet Aşki:
Vallah bu memurarın ogurladıglarnı xalqdan el qoyulsa Azerbaycanda butun usaqlara rahat usaq pulu duser
Aziza Aziz:
Hec olmasa indiki veziyyetde soyuqda qarda o torpaqlari qoruyan esgerlere bir az yardim gondersin
Ceyhun Abbasov:
Bundan soruşmaq lazimdi hansi pulnan almisan rayonun işğal altindaydi baxin görun hele bu Şuşaya gedib
Sənubər Muradlı:
Şəhidlər vətən uğrunda can verdi. Bunlar da haram dövlət yığdı. Heyf
Раифа Юнисова:
Her işi görüb üz gözünü plastik emeliyyat etdirmeyib .çox eybecerdi.
Süsən Ismayilova:
Аллах сени кулдурсун
Sakhavat Aliyev:
Bu ela bilirdi ki bakı şuşadı bakıya hücüma Kecib bakımı alıb inşallah ğöruna apararsan yıqdıqlarını
Oruc Soltanov:
Yaziq acindan olu rki buna komek lazimdi kart hesabin nomresin paymawsin imkanli wexsler buna yardim elesin yada yawat fonde muraciyet elesin
Tehran Əhmədov:
yoxa lənət
Əkbər Hətəmov:
Bayram kişi öz komandası ilə yəgin ki gələcək planları hazırlayıb hesabıayıllar ki, Şuşaya köçəndə torpaqları əhaliyə necə və neçiyə satacaqlar. Qaldımı bu İcra Başçılarının bu qədər var əldə etmələrinə, Sovet Hökumətinin dövründə hər bir kəndin rayonun şəhərin Deputatları olurdu Dövlətin rayona ayırdığı büdcəyə Rayon deputatları nəzarət edirdilər.. İndi Deputatlar soveti yoxdur. İcra Hakimiyyətinin başçısı büdcəni təkbaşına xərcləyir kefi nə qədər istəsə mənimsəyir.
Efqan Novruzov:
Buna şüşa o vaxtı lazımdı ordakı otellerden ticaret obyektlerini ele keçirsin malın mülkün artırsın.
Mehri Aliyeva:
Alinsin elinden verilsin esgerlere. Onlar buna layiqdiler. Bu ki qarin altda yatmir. Onlar yatir, onlara da duwur ozde hallaliqla.
Анар Намаз:
bu boynu yoğunun bu qədər sərvəti var buna Şuşa lazımdı
Alizamin Agamaliyev:
Yazığın heç nəyi yoxdu ki
Mamedov Habil:
Buna susa lazım olmaz hec vaxt ona görə getmir şuşuya
Bibican Bibican:
Biz bir ev alib icinde rahatca yaşaya bilmirik... hardandír bu pullar bunlara?????
Dadas Ismayilov:
dövlətden ogradigi pulardi bedhebet bax gör sreke oxşayır haram yeməkdən
Sevil Ismayilova:
Bular hardan yigiblar bulari
Hüseyin Qazi Bəy:
cox kasıbdır
Ilham Həsənli:
Bircə onu deyə bilərəm ki, çox nankor adamdır. Bu qədər var dövlət, sərvət, bu qədər obyektləri var və heç birinə də Şuşanın adını verməyib. Çox ayıb olsun.
Elbrus İsmayilov:
yerin melum yoldas Stalin
Nurlan Aliyev:
Bu hələ havada ola-ola sərvəti yığıb. İndi Şuşanı verin ona baxın sərvətinə!

https://www.facebook.com/azerbaijanreality89/posts/1330736043955358

24.12.2020

Partiya sədri: “Şuşanın icra başçısının nə iti azıb Bakıda?” — “Heç olmasa pul yemək üçün, şirkətini tenderə soxmaq üçün get!”

“Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyir ki, hələ də Şuşaya gedə bilməyib. Ayıbdır! Nə vaxt gedəcəksən? Camaat az qala rüşvət verir, minalı yollarla Şuşaya gedir, torpağa ayaq basırlar. Bayram Səfərov əvvəlcə erməni var idi, gedə bilmirdi, sonra döyüşlər oldu, gedə bilmədi, indi də minalara görə gedə bilmir. Şuşa Bakıdadır? Şuşanın icra başçısının nə iti azıb Bakıda? Getsin Şuşaya, açılışlarda iştirak eləsin, yardım paylasın. Şuşanın icra başçısı, get xəritə çək, bil ki, haranı, neçəyə satacaqsan... Yemək üçün, şirkətini tenderə soxmaq üçün get!”.
Bunu AĞ Partiyanın sədri Tural Abbaslı "Müsavat TV"-nin canlı yayımında deyib.
T.Abbaslı Xankəndinin deputatı Tural Gəncəliyevi də tənqid edib: “Hələ də Bakıdadır. Get deputatı olduğun əraziyə, hər ailəyə bir ev al ver! Get otur orda, millət vəkilisən, buraxmayacaqlar?! Səsinizi çıxarın. İşğaldan azad edilən digər rayonların deputatları haradadırlar? Hamısı yaxasına bir nişan taxıb, Bakının küçələrində “Mercedes”də gəzirlər, postlardan da yoxlanışsız keçirlər. Sən get rusun postun yoxlanışsız keç! Sən ora get, döşündəki Milli Məclisin döş nişanını görsünlər, bilsinlər ki, bura kimin torpağıdır. Necə olur Fransadan senatorlar gəlmək istəyirlər, amma sən gedə bilmirsən? Canlarından qorxurlar. Hansısa deputat desə ki, işğaldan azad edilmiş ərazilərə gedirəm, kim qadağa qoyacaq ki? Hətta Kamil Zeynallı da gedir. Gedin ayağınız, 200 minlik avtomobilləriniz vətən torpağına bulaşsın... Döyüşlər gedən zaman Kəlbəcər, Laçın, Şuşa, Cəbrayıl, Zəngilan, Füzulinin icra başçısı simvolik də olsa hərbi forma geyindimi? Gərək tapşırıq verələr?”.

23.12.2020

Paşinyanı ifşa etdi: Hər ay aeroportdan təhdidlə 300 dollar alırdı

Ermənistan Mülki Aviasiya Baş İdarəsinin keçmiş əməkdaşı Hasmik Manukyan Facebook səhifəsində baş naziri Paşinyanın keçmişini açıb töküb:
“Nikol Paşinyanın şərəfsiz keçmişindən bir hekayə paylaşmaq istərdim.
Nikol Paşinyan şantaj yolu ilə Mülki Aviasiya Baş İdarəsindən pul istədi və qəzetlərinin alınıb təyyarələrə yerləşdirildiyinə nail oldu.
Gəlin əvvəldən başlayım. 1999-2001-ci illərdə Mülki Aviasiya Baş İdarəsində çalışırdım. O illər çətin idi, hökumət sektoru tənzimləməyə çalışırdı, ancaq Departamenti hədəf alan və çirkli yalanlar dərc edərək, hətta əldə edilən yüksək keyfiyyətli təyyarələr haqqında pis və köhnəlmişdir deyərək pis şeylər yazan bir qəzet var idi.
Bəzi oxşar məqalələri oxuduqdan sonra şöbə aydınlıq və təkzib üçün qəzetin redaksiyasına müraciət etdi, ancaq qəzetin sahibinin məşğul olduğu, əsl sahibinin Nikol olduğu bildirildi.
Qısaca desək, bütün bunlardan sonra Departament Nikola hər ay 300 dollar rüşvət verərdi (o zaman bu çox böyük bir pul idi) və Nikol şantaj yolu ilə qəzetinin təyyarələrdə sərnişinlərə paylanmasına da nail oldu.
Budur gerçəklik! İndi bu ədəbsiz və yalançı əclafın özünü necə müqəddəs kimi göstərdiyini görəndə ürəyim partlayır”.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovanesyan isə qadının bu paylaşımından sonra Facebook səhifəsində onun şəklini paylaşıb “Bu türkdür” deyə Hasmik Manukyanı hədəfə gətirməyə çalışır.

22.12.2020

“Kommersant”ın müxbiri Aleksandr Çernux Laçın şəhərində rastlaşdığı ermənilərin söhbətini yazır
Evində bizi qonaq edən Arek deyir:
– Azərbaycanlıları ziyarət edərkən onların da qonaqpərvər olduqlarını öyrənəcəksiniz. Onlar heyvan deyillər, onlar da insanlardır. Mən onları günahlandırmıram, əzizlərim. Bizi bir-birimizə vuruşduranlar günahkardır. Odeey, Rusiyada ermənilər və azərbaycanlılar birlikdə işləyirlər, ticarət edirlər… Hər şey yenidən yaxşı olacaq. İki dəfə qaçqın oldum, amma heç vaxt azərbaycanlıları günahlandırmıram.
“Kommersant”ın müxbiri Aleksandr Çernux Laçın şəhərində rastlaşdığı ermənilərin söhbətini yazır

Sovet dövrünü və xalqların dostluğunu bir daha xatırlayırlar. “İcazə verin, sizə bir əhvalat danışım”, – deyir Arek. “1994-cü ildə Rusiyaya getmişdim. Qardaşım Volqoqradda yaşayırdı. Onun yanına gəldim və bir müddət orda qaldım. Volqoqraddakı bir dəmir yolu stansiyasında dayanmışdım. Yanımdan bir kişi keçirdi. Birdən dayanıb yaxından mənə baxıb: “Arek, sənsən?”- dedi. Ona baxan kimi tanıdım: “İmran dayı, sənsən?”- dedim. “And içirəm, – Arek ayağa qalxdı və barmağını təntənəli şəkildə qaldırdı, – and içirəm ki, qucaqlaşıb ağlaşdıq… İmran azərbaycanlı idi. Kirovabadda bir mühəndis idi, bir yerdə işləmişdik. Onun atası ilə mənim atam qan qardaşları kimi idilər. Soruşdum ki, sən hara, bura hara? Dedi: “Sizdən sonra ailəmi də götürüb Volqoqrada gəldim. İndi burda yaşayıram”. Sonra İmran dayıgilə qonaq getdim. Arvadı məni görəndə, çörəyə and içirəm, – Arek əlinə bir parça lavaş götürür – and içirəm, diz çökdü və ağladı: “İsk, sağsan?! Oğlunuz sağdır? Qardaşlar, bacılar, hamısı sağdır?”. Bax, qardaş, biz azərbaycanlılarla belə mehriban yaşayırdıq”.
– İndi onlarla əlaqə saxlayırsan?
– Əlbəttə ki, biz hələ də dostuq. Yeri cənnət olsun, İmran dayı artıq aramızda deyil. Ancaq qardaşımın ailəsi ilə onun ailəsi hamısı çox yaxşı dostlardı. Ad günü və ya başqa bir şad gündə-hamı bir-birinin yanına gedir. Arada mən də Volqoqrada gedirəm, onları hökmən ziyarət edirəm.
– Müharibə bunu dəyişdirmədi?
– Bir həftə əvvəl qardaşıma zəng eləmişdim. İmran dayının qohumları məni soruşublar. “Arek necədir, onunla nə baş verir?”. Görürsən, əzizim, onlarla çox yaxşı yaşaya bilərik. Qardaşlar kimi.
“Adi insanlar əvvəlki kimi qaldılar”, – deyə Arek deyir. Sumqayıtda 1988-ci il hadisələrində erməniləri mənzillərində gizlədən nə qədər azərbaycanlıların olduğunu bilirsinizmi?”
“Kommersant”ın müxbiri Aleksandr Çernux Laçın şəhərində rastlaşdığı ermənilərin söhbətini yazır
– Adi insanlar günahkar deyil! Dövlət günahkardır! – digər yaşlı kişi əsəbləşir. – Saratova bacımı ziyarətə gedəndə, bilirsiniz orada neçə azərbaycanlı dostlarımla görüşürəm?
O təntənəli şəkildə əlindəki ən adi təraş maşınkasını bizə göstərir:
– Bilirsən bunu kim mənə verib? Azərbaycanlı verib, and olsun sənə! Dostum Saratova gəlmişdi. Mənə baxıb demişdi: qardaş, niyə saçını qırxmırsan? Bütün marketi gəzdi və mənə bir təraş maşınkası, bir ülgüc aldı… On beş il əvvəl olub bu hadisə. Mən hələ də bir azərbaycanlının verdiyi təraş maşınkası ilə qırxıram saçımı. İndi yoxdu, ölüb… Onu heç vaxt unutmayacağam.

Moskva metrosu və Nyu-York metrosu arsındakı fərq

Moskva metrosu





Nyu-York metrosu





Nyu-York metrolarından sidik iyi gəlir. Amma boşşeydi, sən belə şeylərə inanma, liberal bolitoloxlarımıza inan, belə getməz, Rusiya çox çəkməz, tezliklə dağılajax.