26.04.2021

Azərbaycanın Rusiyaya birləşdirilməsi – Zəfər və Nailiyyət tariximiz

Aqil Adil
Azad Yazarlar Ocağı
Qarabağ Müharibəsi veteranı

Azərbaycan Rusiyaya birləşdirildiyi dövrdə digər Qazqaz ölkələri kimi vahid deyildi. Regionumuz dövlətçilik institutundan uzaq xanlıqlardan ibarət idi. Məsələnin qəliz tərəfi də bu idi ki, həmin xanlıqlar daim bir-biri ilə düşmənçilik edirdilər və bu düşmənçiliyin acısını sadə camaat, bir tikə çörəyi daşdan çıxan kasıb kəndlilər çəkirdi.
Rusiyaya birləşdiyimiz dövrdə ölkəmizin ərazisində Bakı, Gəncə, Dərbənd, Quba, Qarabağ, Naxçıvan, Talış, Şəki və Şirvan xanlıqları var idi ki, onların hansısa birliyini təsəvvürə gətirmək belə mümkün deyil. Maraqlısı budur ki, bu xanlıqların çoxu özlərini xanlıq da yox, “ölkə” adlandırırdılar- yəni hasısa bir vahid məmləkət yaratmaq ideyası önların xəyallarına da gəlmirdi. Azərbaycanın vahid dövlət şəklində birləşdirilməsi yalnız rusların gəlişindən sonra Quba xanı Fətəli xan tərəfindən ortaya atıldı ki, o da indi milli qəhrəman səviyyəsinə qaldırılmış Gəncə xanı Cavad xan tərəfindən zəhərlənərək öldürüldü.
Bu xanlıqladan başqa ölkəmizin ərazisində çoxlu sayda “məlikliklər” və “sultanlıqlar” vardı ki, onların idarəçiləri də özlərini yaşadıqları ərazinin “hakimi” adlandırırdılar və vahid dövlətin yaranması yolunda böyük əngəl idilər.
Azərbaycanın şimal hissəsində sünni müsəlmanların yaratdığı azad “camaatları” və Cənubi Azərbaycanda olan Ərdəbil, Qarabağ, Maku, Marağa, Təbriz və Urmiya xanlıqlarını da bura əlavə etsək, necə bir faciəli, dağınıq durumda olduğumuz tam aydınlığı ilə ortaya çıxır.
Vahid dövlət ənənəsi yalnız rusların regionumuza gəlişindən sonra yarandı.
Həmin dövrdə həm İranda hakimiyyəti ələ keçirmiş qacarlar, həm əsrlər boyu torpaqlarımıza göz dikmiş osmanlılar, hətta Səfəvi dövlətini çokdürərək regionin real gücünə çevrilmiş əfqanlar tez-tez ölkəmizə- sadaladığımız parakəndə xanlıqların ərazisinə hücumlar edir, zavalla və başıbəlalı xalqımızı çapıb talayır, min bir müsibətə düçar edirdilər. Hətta osmanlılarla işbirliyinə girmiş özbəklər, Osmanlının təhriki ilə Krımdan axışıb gələn karaimlər, Hacı Davudun ərsəyə gətirdiyi dövlətin forpostu olan avar feodallığı xalqımızın başbəlasına çevrilmişdi. Ardı-arası kəsilməyən hücumlar minlərlə, on minlərlə qurbanlar hesabına xalqımızın genosidə uğradılmasına gətirib çıxarmış, insanların sakit həyatını pozaraq səksəkəli ab-hava, qorxu atmosferi yaratmışdı.
Xanlarımızın təhlükələrə sinə gərmək üçün göstərdikləri səylər nəticəsiz qalmış, torpaqlarımızın çox hissəsi düşmən tapdağı altına düşmüş, kənd təsərrüfatı dağıdılmış, ticarət tam çökmüşdü.
Məhz belə bir acınacaqlı vəziyyətdə xanlarımız Tiflisdə və Dərbənddə oturan rus komandanlığına ard-arda müraciətlər etdi, ölkəmizin Rusiya ilə birləşməsi yolunda ilk səylər göstərildi.
İndi tarix təhrif olunub tam başqa yöndə göstərilsə də, fakt odur ki, xalqımızın həmin dövrdə güclü hərbi və siyasi himayəçiyə ehtiyacı vardı.
1801-ci ildə Rusiya Çarının sarayına ard-arda Talış, Bakı və Quba xanlıqları nümayəndələr göndərdilər və Rusiyanın himayəsinə götürülmək üçün kömək istədilər. Xatırladaq ki həmin dövrdə Gürcüstan artıq Rusiyanın tərkibinə birləşdirilmişdi. Artıq gürcü xalqını xarici təhlükələrdən rus əsrgərləri qorumaqdaydı. O cümlədən Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycanın bir hissəsi- Qazax, Borçalı və Şəmşəddil sultanlığının torpaqları da Rusiya tərkibinə daxil olmuşdu. Yəni xalqımızın bir hissəsi artıq Rusiya himayəsi altında idi. 
1803-1805-ci illərdə Qarabağ və Şəki xanlıqları da könüllü olaraq, öz ərizələri ilə, Çar administrasiyasına ard-arda elçi göndərdikdən sonra Rusiyanın tərkibinə götürüldü ki, müasir tarixşünaslığımızda həmin hadisələr təhrif olunaraq tam başqa rakursda göstərilir.
Rusiya İmperiyasının Xarici Siyasət Arxivində saxlananılan rəsmi sənəddə Dərbəndə gəlmiş Quba xanı Hüseynəli bəyin Rusiya himayəsini qəbul edərək sədaqət andı içməsi göstərilir. Andda deyilirdi: “Mən, Quba xanının oğlu Hüseynəli bəy öz əqidəmlə şəriət qaydası ilə Qurana and içirəm ki, imperatriça əlahəzrətlərinin təbəəliyində olub, öz təbəələrimlə, canım, ruhum və bütün pak vicdanımla imperatriça əlahəzrətlərinin təbiətən və sadiq qulu kimi qulluq edəcək, onların təbəələrinə qarşı heç bir zidd hərəkət göstərməyəcək, bütün Rusiya İmperiyasına öz təbəələrimlə sədaqət, hər cür xeyirxahlıq göstərəcəyəm”. Quba xanı nəinki həmişə sadiq olmağa and içirdi, hətta rus qoşunlarına döyüşlərdə hər cür yardım etməyi, rus əsgərlərinə mənzil ayırmağı da öz öhdəsinə götürürdü. Yəni rusların regionda olmasına bu dərəcədə ehtiyac vardı. Hüseynəli bəy Rusiyanın açıq və ya gizli düşmənləri ilə heç bir əlaqə saxlamayacağını da söz verirdi.
General Vasili Dolqorukov 1727-ci ildə imperatriçaya yazdığı hesabatında göstərirdi: “Dərbənddən tutmuş Rəştə kimi keçdiyim bütün yerlərdə xanlar, sultanlar və ağsaqqallar məni sevinclə qarşılayırlar və xahiş edirlər ki, onları Rusiya İmperiyası proteksiyasına qəbul edək. Onlar bizim ədalətimizi, artıq-əskik heç nə tələb etməməyimizi, möhkəm nəzarətimizi, heç kəsə xətər toxundurmamağımızı görürlər”. General Dolqorukov onu da bildirirdi ki ki, Osmanlı nəzarətində olan yerlərin əhalisi də osmanlıların yaratdığı zülmkarlıq, talançılıq, aşağılamaq və istibdad üzündən Rusiya proteksiyasına qoşulmaq arzusundadırlar.
1722-ci ilin payızında Talış camaatı kömək üçün Rusiyaya müraciət etmişdi. Gilan hakimləri rus qoşunun göndərilməsi üçün Astarxan qubernatoruna məktubla müraciət etmişdi. Gilan vəziri məktubunda yazırdı ki, “yerli sakinlər təcavüzkarların əlindən cana yığılıblar və çox istəyirlər ki, rus qoşunları gəlib onları müdafiə eləsin”.
İrandan Qacar qoşunlarının Azərbaycana basqın edəcəkləri xəbəri yayılan kimi Qarabağ, Talış və Gilan xanlıqları Rusiyaya müraciət edərək onların himayə altına alınmalarını xahiş etmişdilər və hərbi kömək istəmişdilər. Eyni xahişlə Rusiya dövlətinə Bakı xanlığı da müraciət etmişdi. Rus çinovniklərinin rəsmi məlumatında deyilirdi: “Bakı vilayətindən xahişnamə gəlmişdir ki, onları Rusiya himayəsinə qəbul edək”. Bakılılar məktublarında yazırdılar: “Biz mülkədarlar, rəislər, təbəələr və bütün vilayət, ən qədim dövrlərdən indiyə kimi əlahəzrət imperatriçaya həmişə sadiq olmuşuq və arzu edirik ki, Rusiyanın himayəsinə qəbul olunaq”.
Xatırladaq ki, tanınmış şair və ictimai xadim Molla Pənah Vaqif Azərbaycanda Rusiyaya meylin görkəmli carçılarından biri idi. O ölkəmizin Rusiyaya birləşdirilməsini arzulayırdı. Böyük istedada və dərin zəkaya malik olan şair Azərbaycanın bütövlikdə Rusiya dövlətinin himayəsinə keçməsini təbliğ edirdi və Rusiya təbəəliyini qəbul etmiş qonşu Gürcüstana böyük rəğbət bəsləyirdi. Məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə Qarabağ xanlıqının Kartli-Kaxetiya çarlığı ilə pozulmuş münasibətləri yenidən bərpa olunmuşdu. Vaqifin fikrincə 1783-cü ildə Rusiya dövlətinin himayəsinə keçən Kartli-Kaxetiya Çarlığı ilə yaxınlıq etmədən Qacar təhlükəsinə qarşı heç bir ciddi tədbir görmək mümkün olmayacaqdı. Qarabağ xanının vəziri işləyən Vaqifin təklifi üzrə xanlıq Kartli-Kaxetiya Çarlığı ilə İran təhlükəsinə qarşı birgə mübarizə aparmaq barədə ittifaqa girdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy yazır ki, qarabağlı İbrahim xan, Gürcüstan hakimi 2-ci İrakli, irəvanlı Məhəmməd xan, Talış hakimi Mir Mustafa xan bir-birlərinə təntənəli surətdə söz verdilər ki, Qacar şaha tabe olmasınlar, bir-birlərinə dəstək versinlər və vəziyyətdən xəbərdar etsinlər.
Bir müddət sonra xarici düşmənlərin çoxsaylı təcavüz və hücumlarından daim əziyyət çəkən İrəvan və Naxçıvan torpaqlarımız Rusiyanın tərkibinə götürüldü.
Rusiya və İran arasında 1813-cü ildə imzalanan Gülüstan müqaviləsi isə ölkəmizin Rusiyaya birləşdirilməsinə qanuni status verdi.
Məhz Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra ölkəmizdə dövlətçilik institutları, idarəetmə sistemləri formalaşdı, dağıdılmış kənd təsərrüfatı və ticarət sahələri öz qaydasına düşdü. İnsanlarımızın rifahı get-gedə yaxşılaşdı. Qori və Tiflis seminariyalarında, Bakıdakı rus-tatar məktəblərində xalqımız ilk dünyəvi təhsil aldı ki, bu da Şərqdə ilk müsəlman intibahına gətirib çıxardı.
Düşünürəm ki, xalqımızın bir çox vacib nailiyyətləri məhz Rusiya ilə bağlıdır və bu məsələlərə nə vaxtsa düzgün tarixi qiymət veriləcəyinə ümidvaram.

25.04.2021

6-cı kolonun dövlətçiliyimizə qarşı yaratdığı təhlükə barədə

Cəmil Şirvanov
Avrasiya Hərəkatı Azərbaycan təşkilatının
sədr müavini

Xalqımız 6-cı kolona qarşı mübarizəyə qalxmalıdır

5-ci kolonun kim olduğunu hamı bilir. Hətta Qərbin özündə 5-ci kolon dedikdə xarici ölkələrdə Qərbə işləyən, atlantik maraqları qoruyan, NATO-çu diskursu ifadə edən təsir agentləri qrupu nəzərdə tutulur. Lakin maraqlıdır ki, Azərbaycanda bizim daim sudan quru çıxmağı bacaran liberallarımız bu yarlıkı Rusiya və İranyönlülərə yapışdırıblar. Necə deyərlər, kor kora kor deməsə məsələsi...
Tanınmış Rusiya geopolitiki, professor Aleksandr Duqin öz tədqiqatlarında sadə sözlərlə desək, dünyanı iki yerə bölür, dünya tarixini Su və Quru sivilizasiyalarının planetar dueli fonunda təqdim edir. Su (Dəniz) sivilizasiyası dedikdə o Qərbi, Quru sivilizasiyası dedikdə isə Rusiya və İranın yerləşdiyi məkanı nəzərdə tutur. O Kontentlərin Böyük Müharibəsindən bəhs edir ki, bu elə tarixin qərinələrindən gələn Xeyirlə Şərin müharibəsidir. SSRİ-nin dağılmasından sonra bu çarpışma daha da kəskin şəkil almışdır.
Müasir geopolitika ölkələri və cəmiyyətləri rayonlaşdıraraq iki qrupa bölür. Bir qrupda Su sivilizasiyasına, yəni Qərbə aid olan, ticarət-kolonial tipli imperiyanı əks etdirən ərazilər, ölkələr, siyasi və ictimai hərəkatlar toplanıb, digər qrupda isə Quru sivilizasiyasına aid olan, yəni ənənəvi dəyərləri qoruyan imperiya tipli məkanlardır.
Amerikan təsiri altında olan Şimali Amerika, Avropa Birliyi, dünyadakı amerikanyönümlü rejimlər və siyasi strukturlar- bunlar atlantizmə, Dəniz sivilizasiyasına aid olan məkanlardır. Quru sivilizasiyasına isə mərkəzində Rusiya duran və ona bağlı olan strateji zonalar aiddir. Dünya beləcə iki yerə bölünərək müharibə vəziyyətinə gəlib.
Elə indinin özündə də Rusiyanın tərəfinə avrasiyaçı, ənənəvi dini dəstəkləyən, yəni Quru yolla hərəkət edən mədəniyyətlər və cəmiyyətlər can atır, ABŞ və NATO-nun tərəfinə isə atlantik, satanist, yəni Dəniz yolu ilə hərəkət edən mədəniyyət və cəmiyyətlər meyllənir.
Duqinə görə iki cür müxalifət var. Biri küçə aksiyaları keçirən eksplisit müxalifət, digəri isə onlara dəstək verən, oliqarxlardan, media-holdinq rəhbərlərindən, müxalifət nazirlərinin kurasiyaçılarından, hakimiyyət koridorlarındakı əlaqələrini hələ də saxlamış keçmiş məmurlardan ibarət implisit müxalifət. Gizli müxalifət adı da verə biləcəyimiz ikinci qism müxalifət birincilər kimi radikal olmasalar, daha mülayim, qalstuklu qərbçilərdir.
Geopolitik nöqteyi-nəzərdən hər iki qrup xalqın düşmənidir, çünki Qərb agenturasıdırlar, NATO maraqları üçün çalışırlar və istənilən xəyanətə əl atmağa hazırdırlar ki, təki ölkəmiz tam ABŞ nəzarətinə düşsün. Aydındır ki, 6-cı kolon 5-ci kolondan daha təhlükəlidir. Məhz bu səbəbə görə Duqin 6-cı kolonu xalqların “ekzistensial düşməni” adlandırılır. 
Hər iki qrup sözdə xalqın qayğısına qalmaqdan dəm vursa da, cəmiyyətin həssas nöqtələrinə toxunaraq reytinq qazanmağa çalışsa da, əslində kapitalizmin, bazar iqtisadiyyatının tam bərqərar olmasında, bank sələminin daim ayaqda qalmasında, ölkəmizin təbii resurslarının BP tərəfindən talanmasında maraqlıdırlar, çünki buna qarşı getmək- onların kislorodunun bağlanması, qərbli donorlarının üz döndərməsi ilə nəticələnə bilər. Bu qruplar daim xalqın rifahının yaxşılaşdırılmasına, sosial ədalətin bərqərar olmasına qarşı gedəcəklər, avrasiyaçılığı, ölkəmizin Rusiya ilə inteqrasiyasını sabotaj edəcəklər. Təsəvvür edin ki, xalqımızı o qədər zombiləşdiriblər ki, liberal müxalifət açıq-aşkar xalqın düşməni olsa da, xalq onu öz xilaskarı, hüquqlarının müdafiəçisi kimi qəbul edir. Başa düşmək lazımdır ki, həmin müxalifət rəhbərləri ara-sıra şiəliyi, ənənəvi islamçıları dəstəkləsələr də, hakimiyyətə gələn kimi ilk növbədə şiə din xadimlərini məhv edəcəklər, çünki bunu onların mənsub olduğu atlantik sistem tələb edir.
Həm 5-ci, həm də 6-cı kolon bizə düşmən olan sivilizasiyaya- Qərb sivilizasiyasına işləyir. Xalqçılıq mövqeyindən baxanda hər iki qrupun eyni ağası var: Sem dayı. Hər iki qrupun qibləsi Pensilvaniyadadır. Hər iki qrupun idealı, orientiri eynidir- ABŞ, Qərb, liberalizm, bankir sistemi, qlobal maliyyə oliqarxiyası. Onlar Azərbaycanı Hindistan və Banqladeş kimi İngilətərənin zəlil koloniyasına çevirmək istəyirlər. Müxalifət nazirlərinin bir çoxu da Qərbin ərsəyə gətirdiyi oliqarx məmurlar kimi Londonda mülklər alıblar.
Düşünürəm ki, ölkəmizdə yeni siyasi dövr- bu iki təhlükəli qrupa qarşı mübarizə erası başlamışdır. Əsl satqınlar da onlardır və likvidasiya olmasalar, cəmiyyətimiz üçün böyük təhlükələr törədəcəklər. Onlar istəyirlər ki, xalqımızı sionistlərin, satanistlərin cənginə versinlər, ölkəmizi koloniyaya çevirərək bizi anqlosaksonların quluna çevirsinlər. Bİz artıq bunu başa düşməliyik, 5-ci və ya 6-cı kolon olmasından asılı olmayaraq atlantistlərə qarşı mübarizədə birləşməliyik.
Bu gün siyasətdə, iqtisadiyyatda, ticarətdə, mədəniyyətdə, təhsildə hegemonluq edən 6-cı kolon əsasən nurçulardan ibarətdir. Onlar ənənəvi dinimizə qarşı kəskin mövqe tutublar, xalqımızın səfalətli halda yaşamasının birbaşa baiskarlarıdır. Effektiv dövlət menecerlərinin, loyal oliqarxların, Qərb səfirliklərinin yolunu su yoluna döndərən deputatların, bir əli BP-nin cibində olan siyasətçilərin bir qismi nurçulardan ibarətdir. Nə qədər ki, onlar Azərbaycanda hegemondurlar, Azərbaycan inkişaf etməyəcək.
6-cı kolon əslində ən təhlükəli müxalifətdir- dövlətçiliyimizə qarşı atlantik müxalifətdir. Hansısa ştatdankənar vəziyyət, siyasi xaos yaranarsa onlar baş qaldıracaqlar. Araşdırsaz görərsiz ki, Ukrayna təkcə Yevromaydanda özünü yırtan 5-ci kolonun badına getmədi, əslində Yanukoviç administrasiyasındakı və iqtidarın “Regionlar Partiyası”ndakı 6-cı kolon nümayəndələrinin badına getdi. Ukraynadakı çevrilişi əslində müxalifət yox, hakimiyyətdəki Qərb agenturası həyata keçirdi. Vaşinqton strateqləri belə ssenaridən dəfələrlə Azərbaycan üçün də hazırlayıblar, lakin dövlətimizin ayıq-sayıqlığı nəticəsində bu mümkün olmayıb.
Prezidentimizin böyük bir tarixi zəfərə imza atması- Qarabağın geri alınması əslində 5-ci kolonda olduğu kimi 6-cı kolonda da nifrət doğurmuşdur, çünki bu müharibədə Ermənistanı onların ağaları- Qərb dəstəkləyirdi. Biz əslində Qərbi sındıraraq torpaqlarımızı geri qaytardıq. Məhz buna görə prezidentimizin adı tarixə qızıl hərflərlə yazıldı.  Qarabağ müharibəsində açıq-aşkar gördük ki, prezident xalqın tərəfindədir. Onun uğurları- bizim də uğurlarımızdır. Onun yıxılması- xalqımızın sonunun başlanğıcı deməkdir.
Biz bu gün həm 5-ci, həm də 6-cı kolondan olan atlanistlərə qarşı sıx birləşməliyik- xalqımızı gözlənilən qlobal təhlükələrdən qorumağın əsas yolu da budur.

24.04.2021

AVRASİYA BİRLİYİ BİZƏ NİYƏ LAZIMDIR?

Nadir Qocabəyli

Həyat nəhəng və uzun bir prosesdir, insan da onun kiçik bir zərrəsi, əvvəli və sonu görünməyən sonsuz zəncirin kiçik bir halqası... 
Odur ki, "bu işlərin axırı necə olacaq, filan şey nə zaman olacaq?" kimi suallarla özümüzü yorub, narahat olmamalıyıq. Bir tamaşada deyildiyi kimi, o şey ki olmalıdır, mütləq olacaq... Kimin nə deməsindən asılı olmayaraq...
İnsan sadəcə öz kiçik dünyasında baş verəcək şeylərə hazır olmağa çalışmalıdır. Yəni qışa hazırlaşdığımız kimi, bizi gözləyən ictimai-siyasi, geosiyasi hadisələrə də hazırlaşmalıyıq ki, qəfil yaxalanmayaq...
Bir də ki, həyatımızda bizdən kənarda baş verənlərdən daha çox içimizdə gedən prosesin böyük rolu var. Azərbaycan SSRİ-nin tərkibində də Belorusdan, Litvadan, lap elə Gürcüstandan fərqli yaşayırdı, müstəqil olanda da fərqli yaşayır. Demək istəyirəm ki, kənardan bizə xoşbəxtlik gəlməyəcək, ancaq xoşbəxt ola bilməyimiz üçün minimal şərait formalaşa bilər. Bu da özümüzdən asılıdır. 
Avrasiya İqtisadi Birliyində olmaq sadə azərbaycanlıya ən çox ona görə sərfəlidir ki, Rusiya və digər keçmiş Sovet respublikaları arasındakı gömrük rəzaləti aradan qalxa, azad iqtisadi məkan, bazar yarana bilər. SSRİ vaxtında olduğu kimi. Azərbaycan kəndlisi öz məhsulunu aparıb Rusiyada, Belarusda sata, oralardan da lazım olanı alıb gətirə biləcək. Yadımdadır, mən uşaq ikən qonşumuzun böyük oğlu Yeni İl bayramına yaxın təyyarə ilə Murmansk şəhərinə iki çamadan nar apardı. Nar öz bağçalarının məhsulu idi. Mənimlə oynayan balaca  qardaşları deyirdi ki, xeyli pulla qayıdıb. Yeni il axşamı ruslar narın birinə 300 rubl verirlərmiş. O vaxt 300 rubl böyük pul idi. Əgər oğlan 100 ədəd nar satmışdısa, 30 min pul qazanmışdı. O vaxt o pula 6 ədəd Jiquli almaq olardı. Bəlkə də, uşaqlar bir az şişirdirdilər, amma olmasın 300, olsun 100 rubl, lap 50 rubl. Hər halda iki çamadan nara bir Jiqulinin pulunu qazanmaq əla idi. Qonşuların vəziyyəti həqiqətən bir dövr yaxşı oldu, bunu hiss etməmək mümkün deyildi...
Amma indi gömrükdən 10 kilo nar keçirmək olmur... Pyatiqorskda bir dost yaşayır, mənə dedi ki, qışda burada əncir mürəbbəsi uçur. Götür gəl, kasıbçılığın daşını at. Bizdə də əncir yerə tökülür vallah, təkcə həyətimizin məhsulundan bişirdiyimizin çoxunu ona-buna pay veririk. Ancaq beşcə balon keçirə bilməzsən o tərəfə, elə qiymət oxuyacaqlar, Samur çayına tökməkdən başqa çarən qalmayacaq... Belə misallar çoxdur.
Azərbaycan aqrar ölkədir və camaatımız da əsasən bu işlərə yatqındır. Bir dövr bu işlərlə məşğul olub varlansaq, yavaş-yavaş digər sahələrə də keçəcəyik. Zatən elə belə də olur. Birdən birə İT istehsalına başlaya bilməzsən...
İkincisi, Rusiya hakimiyyəti Qafqazı NATO-ya təslim etməmək üçün ermənilərdən bizə qarşı istifadə etmək siyasətini dayandıra bilər. Bunun nəticəsində bizdəki bu erməni ritorikası da dayanar. Bu siyasət bilirsiniz bizə nə qədər ziyan vurur? Belimizi qırır. 
Üçüncüsü, Avrasiya Birliyi həm də Ermənistandakı və Azərbaycandakı müharibə partiyalarını taxtdan sala, regionumuza əbədi sülh gələ bilər. Erməniləri susdurmağın ən yaxşı yolu orada hakimiyyətə Azərbaycan və Türkiyə ilə dostluğu təbliğ edən anti-daşnakların gətirilməsidir. Orada belə qüvvələr var, sadəcə zəifdirlər. Biz fəaliyyətimizi onları gücləndirmək yönündə qurmalıyıq. Yoxsa burdan ora söyüş göndərməklə heç nəyə nail ola bilməyəcəyik. Ədavət daha da qızışacaq və müharibə partiyaları kef-damaqlarını sürdürməyə davam edəcəklər. Avrasiya Birliyi bu işdə bizə dəstək verə bilər, əminəm ki, verəcək də. Ancaq yenə deyirəm, çox şey özümüzdən asılıdır...
Vətənpərvərliyimizi, millətçilik duyğulamızı içimizdə saxlamalı,  yerdi gəldi-gəlmədi istismar etməməliyik. Ağıllı millətlər məhz belə edir. Siyasətində xalqının maraqlarından zərrə qədər kənara çıxmadığı halda, sözdə humanizmdən, sülhdən, beynəlmiləlçilikdən danışır. Əliəyrilər isə daha çox millətdən və vətəndən danışır, əməldə millətin anasını ağladırlar. Siz heç ingilisin ingilisçilikdən, almanın germançılıqdan, rusların slavyan birliyindən, çinlilərin çinçilikdən, yəhudinin cühudçuluqdan danışdığını eşitdiniz? Xeyr, onlar bu haqda danışmırlar, amma hər şeyi öz millətləri, dövlətləri üçün edirlər. Bizsə yalnız şüar söyləyir, buna qarşı çıxanın ağzını yumur, öz millətimizi dilənçi gününə qoyuruq... Ölkədə elə bir vəhşi durum yaradılıb ki, Məmməd Araz demişkən, "yal davası, qəpik davası, çəpik davası" gedir...
Bu siyasətə alət olmamaq, boyun əyməmək də öz əlimizdədir. Özümüzdə təpər olmasa, heç bir Putin, heç bir Bayden, heç bir Avropa Birliyi, Avrasiya Birliyi bizə kömək etməyəcək. Onların öz maraqları var... 
Amma Avrasiya Birliyi bizim üçün öz problemlərimizi həll etməkdə açar rolunu oynaya bilər. Proses mürəkkəb və uzundur. Əsas hədəfi müəyyən etmək və ağılla, tədbirlə ona doğru getməkdir...

23.04.2021

“Azərbaycan tezliklə Avrasiya Birliyinə üzv olacaqdır”

“ABŞ-ın 1996-cı ildə yaratdığı GUAM birliyi öz gücünü itirmişdir”

Tanınmış rusiyalı politoloq Fuad Hacıyev Rusiya-Azərbaycan əlaqələrinə dair analitik məqalə ilə çıxış etmişdir. “Bakı- AİB-ə gedən çətin yol” adlı məqalə Beynəlxalq Avrasiya Hərəkatının evrazia.org saytında dərc olunmuşdur. Həmin məqalədən bəzi tezisləri sizlərə təqdim edirik.
Müəllif məqalədə göstərmişdir ki, SSRİ-nin dağılması ilə Qafqazın siyasi səhnəsində köhnə unudulmuş oyunçular- ABŞ, İngiltərə, Türkiyə və s. yenidən peyda olmuşlar, lakin indi elə bir vəziyyət yaranmışdır ki, Rusiyanın aparıcı rolu yenidən önə çıxmışdır, axı məhz Rusiyaya postsovet respublikalarının yüzminlərlə, hətta milyonlarla sakinləri, qaçqınları, əmək miqrantları, ticarətlə məşğul olmaq istəyən adamları axışır. Rusiya və Sovet dövrü regionun görünməmiş texniki və sosial-mədəni inkişafı ilə yadda qalmışdır. Bu isə ona gətirib çıxarmışdır ki, vaxtilə vahid olan ölkənin parçalanmış hissələrinin yenidən reinteqrasion modelinin hazırlanması gündəmə gəlmişdir.
Fuad Hacıyevin fikrincə birləşmə proseslərinə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 1994-cı ildə irəli sürdüyü Avrasiya Birliyi yaratmaq ideyası yenidən start vermişdir.
Müəllif Azərbaycanı Qafqazın ən vacib dövləti kimi səciyyələndirərək bildirir ki, 1994-cü ildə Azərbaycanın imzaladığı neft kontraktı Rusiya tərəfindən soyuq qarşılanmışdır. Bu kontraktda amerikan şirkətlərinin geniş şəkildə təmsil olunması onu göstərir ki, kontrakt ABŞ hökuməti tərəfindən maliyyələşdirilmişdir. Lakin 2003-cü ildə Rusiya Azərbaycana 5 milyard məbləğində silah-sursat vermişdir ki, həmin rus silahı, zirehli texnikası və artilleriyası İkinci Qarabağ müharibəsindəki qələbədə mühüm rol oynamışdır. Bu isə Rusiya-Azərbaycan münasibətlərinin istiləşməsinə mühüm təsir göstərmişdir. Hal-hazırda Rusiya və Azərbaycan arasında avtomobilqayırma, kənd təsərrüfatı maşınqayırması, kimya və dərman sənayesi və digər sahələrdə əməkdaşlıq surətlə genişlənməkdədir.
ABŞ-ın 1996-cı ildə yaratdığı GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldava birliyi) heç bir effekt vermədən öz gücünü itirmişdir. Bu təşkilatın axırıncı sammiti 2008-ci ildə keçirilmişdir. GUAM-ın qarşısına qoyduğu heç bir məqsədə nail olunmamışdır. Nə birgə sülhməramlı batalyon, nə də birgə azad ticarət zonası yaradılmamışdır.
Müəllif vurğulayır ki, Azərbaycan heç vaxt Ukrayna, Gürcüstan və Ermənistan kimi sərt antirus bəyənatlar səsləndirməmişdir. İkinci Qarabağ müharibəsində Rusiyanın Azərbaycana dəstəyindən sonra isə Azərbaycan GUAM birliyinə olan marağını tam itirmişdir və Rusiyayönlü mövqe tutmuşdur.
Müəllifin fikrincə, vaxtilə bir yerdə olmuş respublikaların Avropaya inteqrasiya cəhdləri heç bir nəticə verməmişdir. Türkiyə nümanəsində Azərbaycan başa düşmüşdür ki, ABŞ heç vaxt çətin anda dəstək verməyəcəkdir. ABŞ uzun illər söz versə də hələ də Ukrayna və Gürcüstanı NATO-nun tərkibinə götürməmişdir. Kritik anlarda bu ölkələrə hərbi köməyə tələsməmişdir. Bundan başqa ABŞ bu ölkələrə heç bir əsaslı iqtisadi kömək də göstərməmişdir.
Postsovet respublikaları artıq başa düşmüşlər ki, ABŞ onların ərazi bütövlüyünü nəinki dəstəkləyəcəkdir, heç bu barədə diplomatik bəyanatlar vermək fikrindən də uzaqdır. ABŞ-ın 1992-ci ildə Azərbaycana qarşı qəbul etdiyi 907-ci düzəliş hələ də ləğv edilməmişdir. Artıq Bakıda başa düşmüşlər ki, postsovet ölkələri ABŞ-a ona görə lazımdır ki, onlardan Rusiyaya qarşı istifadə etsin. Odur ki, ABŞ-Azərbaycan münasibətlərində heç bir proqres gözlənilmir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirmişdir ki, yeganə maneə olan Qarabağ konfliktinin həll olunması ilə Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzv olmasına yol açılmışdır. Polad Bülbüloğlunun fikrincə AİB-ə üzv olmaq onun ölkəsinin iqtisadiyyatı üçün xeyirlidir.
Gürcüstan artıq Hərbi-Gürcüstan yolunun modernləşdirilməsinə start vermişdir ki, bu yolun düzəldilməsi Rusiyanın regiona gəlişini daha sürətləndirəcəkdir. Hərbi-Gürcüstan yolunda 6 körpü, 6 tunel, 22,7 km uzunluğunda yeni yol tikiləcəkdir.
2001-ci ildə yaradılmış AİB-də inteqrasiya işləri get-gedə geniş vüsət almaqdadır. İqtisadçılar hesablamışlar ki, bir ölkənin normal iqtisadi inkişafı üçün onun 300 milyon əhalisi olmalıdır. AİB-in 184 milyon əhalisi var. Azərbaycanın 10 milyon əhalisi də bura birləşəcək. İran bu birliyə böyük maraq göstərir. İranın 84 milyon əhalisi olduğunu nəzərə alsaq, bu birliyi böyük perspektilər gözləyir.
Bundan başqa, Qafqaz respublikalarının AİB-ə birləşdirilməsi tarixən oturuşmuş iqtisadi, humanitar və s. amillərlə diqtə olunur. Politoloqların bir çoxu Azərbaycan və Gürcüstanı Rus dünyasinin bir hissəsi hesab edirlər. Azərbaycanda aparıcı Rusiya ali məktəblərinin filiallarının get-gedə artması da vacib faktorlardan biridir. Azərbaycanın xarici ticarətində də məhz Rusiya birinci rol oynayır- Azərbaycan mallarının çoxu Rusiyaya ixrac olunur.
Həm də Azərbaycanın mövqeyi elədir ki, ölkənin AİB-ə daxil olması ilə Gürcüstan da bu birliyə daxil olmağa məcbur qalacaqdır. Müəllif qeyd edir ki, Gürcüstan da nə vaxtsa Avropa Birliyində onu pərişanlıqdan heç nə gözləmədiyini başa düşəcəkdir.

13.04.2021

"Putin mənə dedi ki, qərblilərin bəyanatlarını onların..." - Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukrayna televiziyalarından birinə açıqlamasında Rusiya prezidenti Vladimir Putinin fövqəladə vəziyyətlərdə danışıqlarda nalayiq ifadələrdən istifadə etdiyini açıqlayıb.
Saakaşvili Rusiya dövlət başçısının dünya liderləri ilə davaranışlarında kobudluğa yol verdiyini də dilə gətirib: “Bir dəfə o, Fransanın sabiq prezidenti Nikolya Sarkozinin üzünə nalayiq söyüşlər işlətdi, üstünə hücum çəkdi. Hətta onun mükəmməl bir tərcüməçisi vardı. Bu sözlərdən onun gözləri bərəlmişdi. Nalayiq sözlərdən Putin hər bir dövlət başçısının çəkisinə uyğun olaraq istifadə edir. O, bu yöndə individualdır. Kiçik ölkələrin prezidentlərinə isə ümumiyyətlə fikir vermir”.
Saakaşvili həmçinin 2008-ci ilin avqust hadisələri zamanı Putinin reaksiyalarına da toxunub: ”Mən ona zəng elədim və bildirdim ki, bütün sivil dünya Rusiyanın Gürcüstana təcavüzünü pisləyən bəyanatla çıxış edir. O isə bütün dünyanı “bir yerə yolladı”. Mənə dedi ki, qərblilərin bəyanatlarını onların “bir yerinə” sox”.
Saakaşvili sonda Putinin rəğbət bəslədiyi dövlət başçıları məsələsinə də aydınlıq gətirib. Ad çəkməyi məqsədəmüvafiq bilməyən sabiq prezident əlavə edib ki, Putinin daha çox sovet ruhlu ölkə başçılarına hörməti var. /aktual.az/
“Rusiyanın barışcıl qüvvələri Qarabağda xüsusi missiya- sülhməramlılıq missiyası icra edirlər. Onla bu işi müvəffəqiyyətlə icra edirlər. Bəzən dünyada, o cümlədən Azərbaycanda Rusiya sülhməramlı missiyasının fəaliyyəti ilə bağlı o qədər də dəqiq olmayan fərziyyələr irəli sürülür. Rusiya sülhməramlılarının bu gün Azərbaycan ərazisində olması eyni zamanda azad edilmiş torpaqlara Azərbaycan əhalisinin qayıtması üçün də müsbət rol oynayacaq. Onların fəaliyyəti müsbətdir və əminəm ki, bu fəaliyyət belə də davam edəcək”.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev

PREZİDENT QƏRBƏ SAVAŞ AÇDI: Tam ifşa olunublar, Azərbaycanı qarışdırmaq istəyirdilər

Prezident İlham Əliyevin YAP-ın qurultayında giriş nitqi (ixtisarla)

Biz hazırlıq dövründə əlbəttə ki, beynəlxalq vəziyyəti də öz xeyrimizə çevirməli idik. Çünki 1990-cı illərdə bilmirəm nədənsə, yəqin ki, bu da 1990-cı illərin əvvəlindən Xalq Cəbhəsi-Müsavat dövründən gələn bir fəsaddır, çünki onlar bir il ərzində demək olar ki, bütün ölkələrlə münasibətləri yerə vurdular. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər. Onlar idi günahkar, bunu biz açıq bilirik, onlar idi günahkar. Özlərini necə deyərlər, əlaltı kimi aparmaqla hesab edirdilər ki, özləri üçün bir sığınacaq yeri tapa bilərlər. Ona görə biz bu yaranmış stereotipləri dağıtmalı idik. Nə üçün hesab olunmalıdır ki, hansısa ölkə Ermənistanla yaxın münasibətlərdədir, Azərbaycanla yox? Nə üçün? Dedim ki, baxaq görək nədir, bunun əsasında bir fundamental məsələ var, bir fundamental ixtilaf var? Yoxdur. Sadəcə olaraq, ambisiyalar, səriştəsizlik, ağılsızlıq və xaricdən idarə olunma. O siqnalları xaricdən alırdılar ki, bu ölkə ilə yaxınlaşma, bu ölkə ilə yaxınlaşmaq olmaz, bu ölkədən uzaq dur. Beləliklə, yaşadığımız bölgədə Xalq Cəbhəsi-Müsavat cütlüyü bizi təcrid etdi. Biz təcrid edilmiş vəziyyətdə idik, Ermənistan yox. Amma biz nəyə gətirib çıxartdıq? İndi Ermənistan təcrid edilmiş vəziyyətdədir, biz isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurduq və bu da bir hazırlıq idi. Mən bunu açıq demək istəyirəm, əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi. Ermənistan isə özünü təcrid etdi. Yəni biz onları regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdik, onların iqtisadiyyatını çökdürdük və bunu qürur hissi ilə deyə bilərik, bunu hər bir müstəqil iqtisadi ekspert deyə bilər ki, bunun əsas amili bizik. Ermənistanı qeyri-müəyyən, qeyri-sabit və gələcəyi olmayan ölkə kimi təqdim etdik. İqtisadi çətinliklər artdıqca oradan köç daha da geniş vüsət almışdır. Demoqrafik problemlər yarandı və bu, özlüyündə iqtisadi bazarın daralmasına gətirib çıxardı. İqtisadi bazar dar olanda heç kim investisiya qoymayacaq. Orada nəyə investisiya qoyacaq, əgər orada adam yoxdursa, pul yoxdursa? Sən bu investisiyanın gərək sonra pulunu çıxarasan, gərək bazar olsun investisiyaların pulunu çıxarmaq üçün.
***
Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar arasında, – bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 90-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bunlar bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var nəinki Azərbaycanda. Bir-birini indi didirlər, necə deyərlər, başqa məsələnin mövzusudur.
***
Ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna necə deyərlər fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün. Onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin bu demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlamasaydı o onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri. İndi özünü orada bir müxalifət lideri adlandıran bir adam var, o da keçmişdən qalan naftalindən çıxarıblar onu, onu da indi çağırıblar, ona da ölkədən çıxmağa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur o öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, o təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin, desin. Öz zibilini yalasın. Adam qalmayıb Ermənistanda ki, onu lağa qoymasın. Hansısa adlar veriblər indi özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq – hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkindirmək ki, başımız qarışsın, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın bax bu əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsin ki, işğal edilmiş torpaqlar əbədi ermənilərin əlində olsun. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Onlar kimi iyrənc bəlkə də Azərbaycan tarixində insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik.

İlham Əliyev

“Bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik” - PREZİDENT

"2003-cü ildə hakimiyyətə gələrək, prezident vəzifəsinə başlayaraq, söz vermişdim ki, ərazi bütövlüyümüzü qoruyacam, bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi". 
Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.
“Halbuki təzyiqlər, təhdidlər olmuşdu, mənə qarşı çevriliş cəhdləri olmuşdu. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdi. Alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda narıncı inqilab təşkil etmək istəmişdilər. Artıq narıncı bantları başlarına bağlamışdılar, narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək idi.  Mən bunu qoymurdum, ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da narıncı inqilab dəbi var idi. Orda-burda inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu? İndi hər kəs bunu görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər. 17 ildir orda böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu, yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün cəhdlərə, təzyiqlərə baxmayaraq Qarabağ məsələsində bir faiz güzəştə getmədim”- deyə Prezident vurğulayıb. 

12.04.2021

"Yeni Azərbaycan" qəzetinin sabiq baş redaktoru Hikmət Babaoğlunu hoqqabazlıqda suçladı

Tanınmış publisist-jurnalist Xeyrəddin Qoca moderator.az-a göndərdiyi bu dəfəki yazısında "Yeni Azərbaycan" qəzetini və onun baş redaktoru Hikmət Babaoğlunu həqiqəti təhrif etməkdə qınayıb.
 
"Aprelin 10-unda "Yeni Azərbaycan" qəzetinin ilk nömrəsinin işıq üzü görməsindən 28 il keçir. Hələ qəzetin 20 illik yubileyində mənim "Xalq qəzet"inin 7 aprel 2013-cü il tarixli sayında ""Yeni Azərbaycan" yeni Azərbaycan uğrunda mübarizədə" adlı müsahibəm dərc edilmişdir. Həmin müsahibə mənim 2018-ci ildə buraxılan "Yazdıqlarım... Yazılanlar..."adlı kitabımda da çap olunmuşdur. Yazını ixtisarla yenidən hörmətli oxuculara çatdırmağa məcburam. Çünki "Yeni Azərbaycan" qəzeti başda baş redaktor Hikmət Babaoğlu olmaqla bilərəkdən həqiqəti təhrif edir!
"-Xeyrəddin müəllim, Yeni Azərbaycan qəzeti necə yarandı?
-Bilirsiniz ki, 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyası yaradıldı. Mən də "Heydər Əliyev Partiyası" adlandırılan bu partiyanın yaradılmasında iştirak etdim, kiçik xidmətlər göstərdim. Sonra Heydər Əliyev Bakıya gəldi, partiya üzvləri ilə görüşdü. Görüşdən sonra Heydər Əliyev "Siyasi Şura üzvləri qalsın" dedi. Mən də Siyasi Şuranın üzvü idim. Yeri gəlmişkən, qeyd edim ki, Naxçıvanda YAP təsis olunanda Heydər Əliyev mənə İdarə Heyətinin üzvü olmağı təklif etdi. Mən isə bildirdim ki, jurnalist olduğumçün tez-tez keçiriləcək iclaslarda iştirak edə bilməyəcəyimdən ehtiyat edirəm. Heydər Əliyev də "Onda səni Siyasi Şuranın üzvü seçərik" deyə bildirdi.
...Siyasi Şura yığışdı. Orada bəzi məsələlər müzakirə olundu, o cümlədən, partiyanın qəzetinin yaradılmasının vacibliyi Siyasi Şura üzvlərinin nəzərinə çatdırıldı.
Bəziləri dedi ki, gəlin qəzetin adını "Yeni Azərbaycan" qoyaq, partiyanın adına uyğundur. Mən isə bildirdim ki, "yeni" sözü ilə çıxan qəzetlər çoxdur, bəlkə başqa ad seçək. Heydər Əliyev "Qəzetin adının "Proqress" qoyulması necə olar?" deyə soruşdu (O, həmişə insanların fikrini öyrənmək istəyirdi). Hərə bir fikir söylədi, axırda qəzetin "Yeni Azərbaycan" adı ilə çıxarılması qərara alındı. Sonra üzünü mənə tutub dedi: "Xeyrəddin Qoca, mən bilirəm, sən "Səs" qəzetinin redaktoru olmaqdan imtina etmisən ki, partiyanın qəzeti yaradılacaq... Sən olarsan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru. Biz hələ görüşəcəyik..."
-Heydər Əliyev hansı görüşü nəzərdə tuturdu?
-O 1993-cü il martın 26-da Rafael Allahverdiyevlə məni qəzetin yaradılmasına hazırlıqla əlaqədar Naxçıvana çağırdı. Heydər Əliyev artıq Naxçıvan MR-nın Ali Məclisinin sədri idi. Söhbət zamanı mənə dedi ki, qəzet aprelin 10-unda çıxmalıdır.
-Bəs siz 15 gün müddətinə qəzeti necə buraxdınız?
-Elə məni də o narahat edirdi. Heydər Əliyevə narahatçılığımın səbəbini bildirdim. Dedim ki, belə az vaxtda qəzeti çıxarmaq çətindir. İş otaqları yox, müxbirlər yox, yazılar yox, heç bir avadanlıq yox! Heydər Əliyev dilləndi; "Bürokrat olma, get qəzeti çıxart!" İndi mənim təkbaşına işə necə girişdiyimi təsəvvür edin. Əlbəttə, Heydər Əliyev dediyi gün- aprelin 10-unda qəzetin ilk nömrəsini çıxardım. Hiss etdim ki, kişi məndən çox məmnun oldu. Çünki o məni heç zaman üzümə tərifləmirdi. Gülümsəməyindən hər şeyi anlayırdım..."
İndi görün, Hikmət Babaoğlu "Yeni Azərbaycan" qəzetinin 10 aprel 2021-ci il tarixli sayında nə yazır: "Həmin dövrdə (YAP yarıdılanda-  X.Q.) müxalifətdə olan Yeni Azırbaycan Partiyasının təşkilatlanması və fəaliyyətinin ictimaiyyətə çatdırılması üçün kütləvi informasiya vasitələrinə çıxış vacib idi. Ona görə də partiyanın rəsmi mətbu orqanının yaradılması ideyası ortaya çıxdı. Təşəbbüskarlar bu ideyanı gerçəkləşdirmək məqsədilə partiyanın yaradıcısı Ulu Öndərlə məsləhətləşmək üçün Naxçıvana yola düşdülər. Hikmət Babaoğlu, Naxçıvana yola düşən "təşəbbüskarlar" kimlər idilər? 
Hikmət Babaoğlu davam edir: "1993-cü ilin mart ayının 26-sında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə görüşən, onun xeyir-duasını alan redaksiya heyəti (?!) aprel ayının 10-unda qəzetin ilk nömrəsinin işıq üzü görməsinə nail oldu". Hikmət Babaoğlu, Rəfael Allahverdiyevlə mən Heydər Əliyevlə görüşəndə redaksiya heyəti vardı? Həm də "qəzetin ilk nömrəsi" yox, "ilk sayı" yazılmalıdır!
Qəzetin 20 illiyində də Hikmət Babaoğlu eyni ilə belə uyuşmaz fikirlər yazmaqla, az qala demək istəyirdi ki, qəzetin ilk nömrəsini o çıxarıb! 
O zaman redaksiyaya gedib Hikmətə iradlarımı bildirdim. O xeyli susandan, heç bir arqument gətirə bilmədikdən sonra dilləndi: "Uşaqlar səhv ediblər". Mən də onun üzünə dedim ki, "Səhvi sən, həm də bilərəkdən etmisən!" Gördüyünüz kimi, Hikmət Babaoğlu "səhv" etməkdə davam edir! Mən 2013-cü ildə onun bu "səhvini" üzünə desəm də, mətbuata çıxarmadım, yəni çox açıb-ağartmadım. Lakin partiyanın bəzi üzvləri belə "səhvlərə" tez-tez yol verdiklərindən, nəhayət bunları yazmağın vaxtı çatmışdır. Məsələn, hamı bilməlidir ki, "91-lər"in Heydər Əliyevə Müraciəti əvvəl "İki sahil" qəzetində, bir gün sonra "Səs" qəzetində dərc olunmuşdur! Mən bu faktı iki dəfə "Azərbaycan" qəzetində Heydər Əliyev haqqında yazdığım məqalələrdə qeyd etmişəm. Bəs niyə "Səs"qəzetinin adı 28 ildir "qəhrəman qəzet" kimi hallandırılır? Hətta "525-ci qəzet"ə dövlət tərəfindən 10 000 manat ayrılanda, "Səs" qəzetinə 20 000 manat ayrılır - niyə? Çünki "Əlincə" xeyriyyə Cəmiyyətinin orqanı olan "Səs" qəzetini qabağa vermək üçün o zaman Fərəməz Maqsud və Əli Nağıyev Heydər Əliyevə saxta məlumat vermişlər ki, guya "91-lər"in Müraciəti "Səs" qəzetində dərc olunub! Bax belə! Hələ bu harasıdır? Partiyada daim insanların, o cümlədən mənim haqqım yeyilib. Susmuşuq, əzab çəkmişik, dinməmişik. İndiyə qədər belə haqsızlıqlar davam etdiyi üçün kimsə bu haqda danışmalıdır. Bilirəm ki, qarğa-quzğun kimi töküləşəcəklər üstümə, amma daha dözmək olmur! Və bilirəm ki, rəhmətlik Ümummilli Liderimiz Heydər Əliyevin və YAP-ın indiki sədri, Azərbaycan Prezidenti İlham Əliyevin bəzi faktlardan xəbərləri olmayıb. YAP-dakı çuğullar nə qədər adamların işsiz qalması üçün rəylər yaradıb yayıblar, böyük haqsızlıqlar ediblər! Partiya üzvlərinin əməyini "gizlətmək" üçün dəridən-qabıqdan çıxıblar! Mən isə Ümummili Liderdən və onun varisindən daim diqqət və qayğı gördüyümdən, məni tamamilə sıradan çıxara bilməyiblər!
Yenə fakta keçək. 
Təsəvvür edin, mənim 14 sentyabr 1990-cı ildə baş redaktoru olduğum "Dan ulduzu" qəzetində Heydər Əliyevin doğma vətəni Naxçıvanda necə hərarətlə qarşılanması haqqında "Xalq məhəbbəti... Böhtançıların aqibəti..." adlı yazım dərc olunur, 1996-cı ildə Naxçıvanda tərtib olunub Bakıda çıxan "Qayıdış 1990-1993" kitabında "Böhtançıların aqibəti..." başlığı altında dərc olunur, imzamın altında "Şərq qapısı"(?) qəzeti, 11-12 dekabr 1992-ci il" (?) yazılır. Yazını oxuyanlar isə açıq-aydın görürlər ki, əhvalatlar 1990-cı ildə Heydər Əliyevin Naxçıvana qayıdışı ilə əlaqədardır! Kitabı tərtib edənlər bunu bilərəkdən etmişlər ki, mənim 1990-cı ildə heç kimin yaza bilmədiklərini yazdığımı "gizlətsinlər!" Axı 1990-cı ildə Heydər Əliyev haqqında mənim yazdıqlarımı heç kim yazmağa cəsarət etmirdi... 1992-ci ildə Ümummilli Liderimiz haqqında hər kəs yaza bilərdi... Bunu qeyd etməklə özümü "gözə soxmaq" fikrindən çox uzağam, çünki bu, mənim borcum idi.
Nəzərinizə bir faktı da çatdırım. Mən 50 ildir ki, Azərbaycan televiziyalarında və efirlərdə çıxışlar edirəm. YAP yaranandan indiyədək mənə bircə dəfə də çıxış üçün söz verilməmişdir. Bunu kimlər və nə üçün edirlər? Səbəb məlumdur, mənim kimi adamları unutdurub, özlərini önə çıxarmaq istəyirlər. Özlərini önə çıxarmaq istəyənlərin isə partiyada heç bir xidmətləri, xalq içərisində isə heç bir hörmətləri yoxdur! Sadəcə vəzifədən-vəzifəyə dırmanırlar...
Buna necə dözmək olar ki, partiyanın necə yaradılmasından söhbət gedir, gənc partiya üzvləri çıxıb bilmədikləri məsələdən danışırlar, "91-lər"ə isə qətiyyən söz verilmir! Konfrans xatirinə konfranslar keçirirlər, təzə vəzifəyə qoyulan adama söz verilər ki, özlərinə dost qazansınlar ki, sabah ondan bir xahiş edəndə etiraz edə bilməsin! O təzə vəzifəyə qoyulan da nəinki azərbaycanca danışa bilmir, ümümiyyətlə mənasız  məntiqsiz danışır...
Partiyaya indiyədək rəhbərlik edənlərin özləri partiyaya və dövlətə qarşı sadiq olmadıqları üçün həmişə qeyri-səmimi danışırdılar... 
Yaxşıdır ki, partiyanın sədri son qurultayda böyük dəyişikliklər etdi, belələrinin əlindən bəzi səlahiyyətlərini aldı!
Faktları sadalamaqla bitən deyil.
Mən bu yazını yazmaya da bilərdim. Görürəm artıq bəziləri dözülməz hərəkətləri ilə partiyanın adına ləkə gətirirlər! Nəhayət, hərə öz yerini bilməli, kimin kim olduğu aşkara çıxarılmalıdır!"

11.04.2021

"Rusiya Türkiyədən qorxur" mifi barədə

Sadiq Əkbər

Yerli əjdaha siyasətçi və ekspertlərin gəldiyi qənaət: "Rusiya Türkiyədən qorxur".
Bu fikri Qarabağ müharibəsi başlayandan camaata yeritməyə çalışırlar.
Əslində düz deyir: Rusiya qorxduğu üçün 10 noyabrda Qarabağ məsələsində gecə Ərdoğanı görüntülü yığmadı ki, narahat etməyim, birdən əsəbiləşər)))
Rusiya qorxduğu üçün keçən il səfər etməkdən imtina etdi, Ərdoğanı Moskvaya çağırıb qapı arxasında saxladı.
Rusiya qorxduğu üçün Türkiyənin dəstəklədiyi terror təşkilatının Suriyada burnunu əzdi.
Rusiya qorxduğu üçün vurulan təyyarəsinə görə üzr istətdirdi.
Rusiya qorxduğu üçün Qarabağ məsələsində son nöqtəni qoydu və Moskvaya Türkiyə tərəfini dəvət etmədi.
Rusiya qorxduğu üçün yenə Ukrayna məsələsində öz yumruğunu hər kəsə göstərdi.
Rusiya qorxduğu üçün öz S400-ü Türkiyəyə verir, deyir özünü qoru, üstünə gələcəm)))
Və sonda bilmək lazımdı ki, hər iki dövlət bir-birinə lazımdı.
Məncə nə rus türkü, nə də türk rusu itirmək istəməz.

Saxta “Nemiroff”, “Beluqa” araqları bu sexlərdə hazırlanırmış

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının qorunması istiqamətində tədbirləri davam etdirir.
sfera.az xəbər verir ki daxil olan məlumat əsasında Agentliyin Bərdə regional bölməsinin əməkdaşları hüquq-mühafizə orqanları ilə birgə Mingəçevir şəhəri,  M.F.Axundov küçəsi ev 8, mənzil 4 ünvanında Yusubzadə Şəmsəddin Rəzəddin oğluna məxsus saxta alkoqollu içkilərin istehsalı sexində reyd keçirib. Reyd zamanı sexdə qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi, istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğu və müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək müəyyən miqdarda mənşəyi məlum olmayan spirt və xammallar (su və müxtəlif meyvə aromatları) əlavə olunaraq alkoqollu içkilər hazırlandığı aşkar edilib. Baxış zamanı məlum olub ki, mənşəyi məlum olmayan xammalların və hazır məhsulların keyfiyyət və təhlükəsizlik göstəriciləri yoxlanılmadan, müxtəlif markalı "Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart", "Banketnaya", "Baykal", "Talka" və s. əmtəə nişanlı istehsalçılara məxsus alkoqollu içkilər hazırlanaraq satışa verilir.
Eyni zamanda müəssisədə müxtəlif brend markalı istehsalçılara məxsus 450 ədəd şüşə butulka, 3500 ədəd qapaq, 6500 ədəd aksiz marka, 500 ədəd "Ruskıy Standart" etiketi , 400 ədəd stiker, 1500 ədəd QR-kod, filtr üçün istifadə edilən kristal duz, mənşəyi məlum olmayan spirt aşkar edilib və bütün xammal, ləvazimatlar araşdırmaların aparılması üçün götürülmüşdür.
Aşkarlanan müxtəlif əmtəə nişanlı alkoqollu içkilərdən nümunələr götürülərək aidiyyatı üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Eyni zamanda qanunsuz istehsal olunan alkoqollu içkilərin  satış şəbəkələrinin müəyyən olunması istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

10.04.2021

Deputatdan Əli Həsənova sərt ittiham

"Deyirlər Əli Həsənov mətbuatı məhv elədi. Tamamilə doğrudur. Bunun əyani sübutu səhər tezdən qəzet köşklərini seyr etməkdir”.
Bunu Milli Məclisin deputatı Etibar Əliyev yazılı mətbuat sahəsindəki vəziyyətdən danışarkən bildirib.
Onun sözlərinə görə, qəzet və jurnal maarifçilik, ideologiya və təşviqat işlərinin əsas alətidir.
"Qəzet həm də arxivdir. Sayt, filan arxiv ola bilməz. Bəs kitab mağazalarını kim yerlə-yeksan etdi? Əli Həsənov "AzərKitab" deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu. Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra "AzərKitab"ın ləğvinə nail ola bildi. Bu qurumun 127 kitab mağazası kitab tarixindən silindi”.
E.Əliyev bildirib ki, Əli Həsənovun siyasəti sayəsində "Kitab evi", "Kitab passajı", "Akademkitab" kafelərə və paltar mağazalarına çevrildi.
"Kitab satılan yerlərin demək olar ki, əksəriyyəti icarəyə verilən yerlərdir. Görürsünüzmü, bir adam ölkəyə nə böyüklükdə zərbə vura bilərmiş. Elə bir situasiya yaranıb ki, indi bunları bərpa etmək də mümkün deyil. Bir stəkan suya qara rəngli məhluldan bir damcı qatmaq çox asandır. Ancaq həmin damcının rəngini təmizləmək demək olar ki, mümkün deyil”. /qaynarinfo.az/

NATO generalları: Rusiya istəsə Latviya, Litva və Estoniyanı cəmi 60 saata tuta bilər

NATO-nun istefada olan generalı Henrix Braus alyansın ciddi zəifliyini bəyan edib. 
Qalanews xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" nəşri yazır.
Brausun sözlərinə görə, NATO-nun Rusiya ilə toqquşması halında "axilles" beşinci heyəti Baltikyanı ölkələr olacaq. General hesab edir ki, rus əhalisinin əhəmiyyətli payı və coğrafi mövqeyi səbəbindən regionu hərbi vasitələrlə qorumaq çətin olacaq.
O "Rand" Korporasiyasının Tədqiqat Mərkəzinin məruzəsinə istinad edərək bildirib ki, onun hesablamalarına görə, Rusiya Riqa, Vilnüs və Tallinni 60 saatdan az müddətdə işğal edə bilər.
ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq Baş Komandanı Ben Xoces isə öz növbəsində bölmələrin alyansın şərq sərhədlərinə köçürülməsində baş verən ciddi problemlərdən danışıb. O bildirib ki, gömrükdə sənədlərin hazırlanması çox vaxt aparır. Regiondakı yollar və körpülər ağır texnikaya uyğunlaşdırılmayıb. Belə ki, o özü bir dəfə tuneldə tanklarla ilişib qalıb.

İcra başçısı bütün əmlaklarını satışa çıxarıb

İcra başçılarının həbsindən sonra əndişəyə düşən əksər vəzifəli şəxslər öz əmlaklarını, xüsusən də villalarını və bahalı maşınlarını satışa çıxarıb, yaxud da başqasının adına sənədləşdiriblər. 
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı “Hürriyyət” qəzeti yayıb. Yazıda bildirilir ki, hazırda elə rayon rəhbərləri var ki, onların sərvəti həbs olunan icra başçılarının sərvətindən nəinki on, hətta yüz dəfələrlə artıqdır. Qəzet bununla bağlı araşdırma apardığını, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun da bir sıra əmlakları satışa çıxardığını iddia edir.
Qeyd olunur ki, icra başçısı oğlunun adına və ikisinin dəyəri yarım milyon dollardan çox olan avtomobili (dövlət nömrə nişanının yalnız “9” rəqəmlərindən ibarət olduğu bildirilir) başqa şəxsin adına keçirilib. “Təkcə oğluna məxsus avtomobilləri deyil, son illərdə qanunsuz yollarla əldə etdiyi milyonlarla dollar dəyəri olan obyektlərini də müxtəlif şəxslərin adına rəsmiləşdirib”.
Yazıda A. Qasımovun icra başçısının varidatının bir qisminin siyahısı da verilib:
– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş “Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən “Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonunda  yerləşən məşhur “Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;
– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də (“Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxsin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;
– Sabunçu rayonu Ramana qəsəbəsində, “Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;
– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində (“Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;
– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.
– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir. Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan “Mercedes-Maybach”, 300-350 min dollarlıq “Gelendevagen Brabus”, 220 min dollarlıq “Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə “Range Rover Sport”, “Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. 
– Nizami rayonunda Vərəm Disponserinə yaxın ərazidə “Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.
– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;
– Xızı rayonu, “6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;
– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.

09.04.2021

GÖMRÜK GENOSİDİ: GÖMRÜK ÖLKƏDƏ BAHALAŞMAYA NECƏ SƏBƏB OLUR?

"Ölkədə qiymət artımının ən böyük baiskarlarından biri Gömrük Komitəsidir”

İqtisadçı ekspert Natiq Cəfərli bu fikirdədir.
O bahalaşma mexanizmini izah edərək Gömrük Komitəsinin spiralvari qiymət artımına təkan verdiyini deyir:
"Bir çox iş adamlarından aldığım məlumata görə yanvar ayından başlayaraq Gömrük Komitəsi rəsmi qaimələri tanımaqdan tam imtina edib, özündən yeni sxem icad eləyib. Sadə dildə izah etməyə çalışım. Məsələn, Kamal dayı mal gətirir, Almaniyadan alıb, rəsmi qaimədə malın ədədinin (ya bir kq-nın) qiyməti 6 avrodur (12 manat). Gömrük deyir ki, mən bu qaiməyə inanmıram, həm də Kamal dayının gətirdiyi mal bazarda 18 manata satılır, ona görə də malın dəyərini 12 manatdan yox, 18 manatdan hesablayacam. Kamal kişi deyir, a kişi, atan yaxşı, anan yaxşı, bazarda 18 manatdırsa, sən 18 manat qiymət qoyub daha çox rüsum alacaqsansa, mən qiyməti artırmalı olacam axı! Gömrük də cavab verir ki, bunun mənə dəxli yoxdur, uzaqbaşı 1 manat güzəşt edib qiyməti 17 manata rəsmiləşdirə bilərəm. Kamal dayı məcbur qalıb razı olur, malını çıxardır, malın maya dəyəri şişir. Kamal kişi bazara əvvəl eyni malı topdan 16 manata verirdi, mal da 18 manata satılırdı, indi bütün xərclər, o cümlədən Gömrüyün yeni qaimə qiymətini malın üzərinə gələndə mayası 16 manat olur, Kamal kişi məcbur olub malını topdan 18 manata satır, o zaman da malın pərakəndə qiyməti artıq 20 manata qalxır. Hə, indi məsələnin ardı da var axı, gələn ay eyni malı Kamal kişi yenə sifarış edib gətirir, adamın işi budur, gəlir Gömrüyə, ona deyirlər ki, qaiməni boş ver, baxdıq bazara, satış qiyməti artıq 18 deyil, 20 manatdır, deməli, 19 manatdan rəsmiləşdirəcəyik. Bax beləcə, Gömrük spiralvari qiymət artımına təkan verir, sonra da Komitə sədri pandemiya şəraitində, iqtisadi aktivliyin çökdüyü dövrdə hər ay çıxıb deyir ki, biz daha çox pul yığmışıq, elə bil ayaqqabı istehsal edib pul qazanırlar! Yığdıqları hər manatın son ödəyicisi bizik - vətəndaşlardır...”

08.04.2021

Ukraynanın "Bayraktar"ı rusa nə edə bilər?

Aftandil Babayev

Ayaqyalın Hüsilər bir neçə yüz dollarlıq dronlarla demək olar ki hər ay Səduiyyənin milyard dollarlıq "Patriot"larla qoruduğu obyektlərini vürub darmadağın edir.
Türklər də Suriyada olan bir neçə rus "Pantsir"lərini vurmuşdu (baxmayaraq ki "Pantsir" vurulana qədər 28 dronu vurmuşdu).
Silahdan, hərbdən başı çıxmayanlar fikirləşir bu bahalı sistemlər nəyə lazımdı ki əgər dronlar onları rahatlıqla keçə bilirsə.
İş ondadır ki, nə Səudiyyənin, nə də Suriyanın ABŞ və Rusiyadakı kimi inkişaf etmiş bir neçə təbəqədən ibarət, bir-bir ilə inteqrasiya vəziyyətində işləyən havadan mudafiə sistemi yoxdur. Ona görə orda olan "Patriot" və "Pantsir" təkbaşına, öz radarlarına güvənib işləmək məcburiyətində qalır və dronları tam görə bilmir.
Əgər siz ABŞ-da, yaxud da Rusiyada olan bir "Patriot"u, "Pantsir"i vurmaq istəsəz, dronunuzu, ya da təyyarənizi qaldırıb hələ o ölkəyə çatmamış, o HHM-i idarə edən hərbçilər sizdən xəbərdar olacaq. Sadəcə gözləyəcəklər ki siz onların raketlərinin hədəf məsafəsinə girəsiz. 
Zatən "Pantsir" sizi vurmamışdan qabaq, qarşınıza çoxlu sayda başqa HHM sistemləri, havada daim patrulda olan reaktiv qırıcı təyyarələr çıxacaq və bu ölkələrin hava məkanına daxil olmamış artıq işiniz bitmiş olacaq.
Təsəvvur edin bu ölkələr səsdən dəfələrlə sürətlə hərəkət edə bilən hipersonik raketləri vürmaq üçun texnalogiyalarını inkişaf elətdirir. Rusiyanınkının heç onda biri olmayan İran hava mudafiə sistemi, "Bayraktar"dan 20 dəfə baha olan dünyanın ən inkişaf etmiş "Global Havk" dronunu vurub salır. 
Ukraynanın "Bayraktar"ı rusa nə edə bilər?!
Halbuki Ukrayna kimi ölkələri yer üzundən silməyə bircə rus sualtı qayığı bəs edər!

07.04.2021

Крах операции "Лассо"

После поспешного ухода в 1992 г. российских войск из Чечни на ее аэродромах было оставлено 265 самолетов двух учебных авиаполков Армавирского ВВАУЛ Войск ПВО и учебного авиационного центра бывшего ДОСААФ СССР, которые потенциально могли использоваться в боевых действиях. Из них 260 машин являлись чешскими учебно-боевыми самолетами (149 - Л-29 "Дельфин" и 111 - Л-39 "Альбатрос"), каждый из которых мог нести два блока неуправляемых ракетных снарядов (НУРС) УБ-16 или до 250 кг бомбовой нагрузки. Остальными самолетами были три МиГ-17 и два МиГ-15. Чеченская авиация базировалась на трех аэродромах - Грозный-Северный, Ханкала и Калиновская. ПВО аэродромов обеспечивалась 8-10 ЗСУ-23-4 "Шилка", установками ЗУ-23 и пулеметами ДШК, приспособленными для стрельбы по воздушным целям.
При подготовке к боевым действиям лидеры самопровозглашенной Чеченской Республики Ичкерия значительное внимание уделяли авиации и способам ее применения. Например, чеченцы изучили опыт Швеции, Швейцарии, Германии и других стран по использованию в качестве взлетно-посадочной полосы прямолинейных участков шоссе с твердым покрытием, для чего велась их активная подготовка. Придавалось значение и восстановлению самолетного парка. По данным федеральной разведки, к ноябрю 1994 г. из указанного количества чеченских самолетов в боеспособном состоянии находились не более 40%, или около 100 машин. Остальные машины использовались в качестве источника запчастей или были неисправны.
Наличие и подготовка чеченского летного состава оставляла желать много лучшего. К началу боевых действий, по данным командующего ПВО Сухопутных войск РФ, Чечня насчитывала 41 подготовленного летчика, причем состав их был разнороден: большинство из них, предположительно, были либо призванными из запаса, либо пилотами гражданской авиации, либо летчиками, прошедшими начальную летную подготовку. Помимо них в Грозном находились 8-10 опытных летчиков-наемников, бывших офицеров Советской Армии, прибывших из различных стран СНГ.
Надо полагать, что именно они провели в строю эскадрилью самолетов Л-29 6 сентября 1994 г. во время военного парада по случаю Дня независимости. Помимо указанного летного состава в Турцию была направлена из Чечни группа курсантов (от 40 до 100 человек, по разным данным) для обучению летного дела, но к моменту начала боевых действий они еще не вернулись. Сам генерал Джохар Дудаев, бывший летчик дальней авиации, был явно не в счет.
К 30 ноября по меньшей мере одна чеченская эскадрилья самолетов Л-29 "Альбатрос" (12 машин) находилась в состоянии боевой готовности.
По некоторым данным, согласно одному из планов Дудаева под кодовым обозначением "Лассо", в 1994 г. с помощью этих самолетов планировалось нанесение ударов по АЭС и химическим производствам на территории РФ.
После того как штурм Грозного отрядами антидудаевской группировки 26 ноября 1994 г. закончился провалом, стало ясно, что наведение конституционного порядка в Чечне и военные операции по ликвидации "незаконных вооруженных формирований" (НВФ), а по сути своей - настоящей армии, может быть обеспечено только с помощью федеральных войск.
К вечеру 29 ноября на нескольких аэродромах Северо-Кавказского военного округа (СКВО) с большими трудностями удалось сосредоточить "оперативно-целесообразную и боеготовую авиационную группировку" численностью около 140 боевых самолетов, включая истребители-бомбардировщики Су-17М, фронтовые бомбардировщики Су-24М и штурмовики Су-25. Основу группировки составили подразделения 4-й воздушной армии (ныне - 4-я армия ВВС и ПВО). Позднее они были усилены частями разведывательной, бомбардировочной и дальней авиации (Ту-22М3) из других округов.
И без того непростой процесс создания группировки в данном случае осложнялся общим состоянием Военно-воздушных сил. По словам генерал-полковника авиации Петра Дейнекина, Главнокомандующего ВВС РФ в то время, отсутствие должного уровня финансирования не только не позволило вести работы по совершенствованию аэродромной сети, но и "создать необходимые запасы материальных средств: боеприпасов, горюче-смазочных материалов, запчастей и продовольствия. К началу операции они составили не более 50% от установленных норм". В ходе операции восполнение расходов этих средств в значительной степени осуществлялось не за счет промышленных поставок, а из запасов других авиаобъединений. Недостаток запчастей и агрегатов вызвал трудности с обеспечением исправности самолетного парка.
Недостаток материальной обеспеченности привел к тому, что значительная часть летного состава утратила навыки полетов в сложных метеоусловиях и применения авиационного оружия. А предстояла работа в крайне сложных, характерных для Северо-Кавказского региона метеоусловиях, особенно в осенне-зимний период (низкая облачность, обледенение самолетов и вертолетов в воздухе и аэродромов на земле, снегопады и туманы).
Одновременно с ВВС силами авиации СКВО на трех аэродромах (Моздок, Беслан и Кизляр) была создана группировка армейской авиации в составе 55 вертолетов (Ми-24, Ми-26, Ми-8 и специальное звено управления и связи на Ми-9). Летчиков для Ми-24 и Ми-8 собирали из трех полков. 50% командиров экипажей составляли летчики, прошедшие войну в Афганистане и имевшие подготовку по уровню 1-го класса, т.е. способные выполнять межаэродромные полеты при нижней кромке облачности 100 м и видимостью 1 км. Однако их годовой налет составлял всего 40-50 часов при норме 100-150 часов.
Переброску личного состава и боевой техники на аэродромы Моздок и Беслан выполняли самолеты военно-транспортной авиации (Ан-12, Ан-22, Ан-26, Ан-124 и Ил-76). В район конфликта было также направлено авиационное соединение войск МВД. На аэродроме Моздок первоначально базировалась практически вся авиация, и с него выполняли полеты почти все самолеты и вертолеты.
Данные армейской и авиационной разведки показывали, что дудаевцы активно готовятся к боевым действиям - возводятся блокпосты, укрепрайоны, выдвигается на огневые позиции бронетанковая техника, на аэродромы подвозятся горючее и боеприпасы. Первыми самолетами, которые приступили к действиям, были фронтовые разведчики Су-24МР, обеспечившие в конце ноября воздушную разведку чеченских аэродромов и других военных объектов. С них велась аэрофотосъемка основных объектов.
Хотя чеченская авиация располагала только возможностями по применению неуправляемого оружия, она представляла угрозу для авиабаз, военных объектов, а также федеральных войск при выдвижении в заданные районы. Было принято решение нанести упреждающий удар по чеченским аэродромам с целью уничтожения авиационной группировки Дудаева на земле. Первый удар был нанесен штурмовиками Су-25 рано утром 1 декабря 1994 г. по аэродромам Калиновская и Ханкала, где базировались боевые чеченские самолеты. Атака производилась с применением НУРС и авиационных бомб. В результате налета была уничтожена на земле вся боевая авиация Дудаева. Чеченская ПВО аэродромов была застигнута врасплох благодаря эффекту внезапности, не было потеряно ни одного из атакующих самолетов.
Во второй половине дня налету подвергся аэропорт Грозный-Северный, где российской авиацией были уничтожены прочие чеченские самолеты, в том числе и личный самолет Дудаева, и несколько вертолетов. Утверждают, что удары наносились штурмовиками настолько прицельно, что практически не были повреждены взлетно-посадочные полосы, а здания аэровокзального комплекса и аэродромное оборудование получили минимальные повреждения. На этот раз по атакующим самолетам велся сильный зенитный огонь, но не было потеряно ни одной машины.

Rusiyanın yanındayıq

Rauf Qubadov

Faktlar və rəqəmlər göstərir ki, Azərbaycan xalqı və dövləti Rusiyaya yaxın olduğu qədər heç bir ölkəyə yaxın deyil.
3 milyon orda yaşayan və 6-7 milyon da orda anadan olan azərbaycanlılar, hər gün Rusiyada yaşayan millətlərlə, təşkilatlarla, dövlət orqanları ilə, təhsili ilə və s. sıx əlaqədədir.
Rusiyanın elə bir  şəhəri yoxdu ki, orda azərbaycanlı yaşamasın. Bütün şəhərlərində Azərbaycan diasporası fəaliyyət göstərir.
Azərbaycanda onların köməlik etdikləri qohum-əqrabası qalıb. 
Sadəcə onlar internetdə fikirlərini yazmırlar.
Türkiyəyönümlülər, Qərbyönümlülər kimi vay-şüvən qoparmırlar.
Hakimiyyət tam Rusiya hakimiyyəti ilə sıx əlaqədədir. Razılaşırlar.
Azərbaycanda lap, Rusiyanın əleyhinə olsun 2 min internetdə yazan. Onlar da Azərbaycan hakimiyyətinə qulluq edənlərdir. Yəni yazdıqları yalandır, milləti aldadırlar.
Onlar da hakimiyyətlə razılaşırlarsa, hakimiyyətin Rusiya ilə əlaqələrinə də razılaşırlar. Həm də hakimiyyəti dəstəkləyirlər.
Belə çıxır ki, Azərbaycanda yaşayanlar hamısı razılaşır. 
Ticarət əlaqəsi ən çox Rusiya ilədir.
Dövlətimiz Rusiyanın yaratdığı MDB-nin üzvüdür.
Siyasətdə Rusiyanın yanındadır.
Hərbi sahədə Rusiya ilədir.
Azərbaycanın nefti və qazı dünya bazarında Rusiyanın yanındadır.
Ən böyük diaspora Rus icmasidir.
Ölkəmizdə 400-dən artıq Rus məktəbi var.
Küçədə də gənclər və uşaqlar arasında Rus dilində danışanların artdığı hiss olunur.
Kommunikasiya xətlərinin bərpası Rusiyanın təşəbbüsü ilədir. Həm də bu Avrasiya Birliyinə daxil olmaq üçün əsas şərtdir.
Və s.
Çox sadalamaq olar, amma burda saxlayaq, dərinə getməyək.
Mənə başqa bir ölkə göstərin ki, belə əlaqəsi olsun.
Yaşasın Azərbaycan-Rusiya qardaşlığı! Sionistlər aramıza girə bilməz.

04.04.2021

RUSİYADA MİQRASİYANIN VƏZİYYƏTİ HAQQINDA BİR NEÇƏ KƏLMƏ

Cəmil Şirvanov

Bəzi facebook dostlarım, elə real həyatda da tanıdıqlarım arasında, xüsusilə də miqrasiya nədir, onun axınının necə baş verdiyini bilməyənlər, miqrasiya haqqında düşüncələri Almaniyada və ya ABŞ-da yaşayan, pizza daşımaqdan başqa bir işə yaramayan dostunun ya qohumunun söylədikləri əsasında formalaşan şəxslər Rusiya haqqında danışanda deyirlər ki, bəs Rusiyada vəziyyət belə yaxşıdırsa niyə hamı ordan kütləvi köç edir?
Bu sualdan da görünür ki, sual verən şəxsin konkret ölkə, ümumilikdə isə dünyanın miqrasiya prosesindən anladığı şeylərin səviyyəsi plintusdan aşağıdır.
Ümumilikdə bir şeyi bilmək lazımdır ki, dünyanın istənilən ölkəsindən xaricə köçənlərin sayı onun əhalisinin 1%-ni təşkil etmir. Yəni, əhalinin 99 %-i öz ölkəsində yaşamağı və ölməyi seçir.
Gələk Rusiyaya. Belə bir qəbul edilmiş informasiya var: “Hər il yüz minlərlə adam Rusiyadan bezib çıxıb gedir daha yaxşı yaşayışı olan ölkələrə. Əsasən də Qərb ölkələrinə”.
Rusiyadan çıxıb gedənlərin statistikasına baxsaq görərik ki, 2019-cu ildə (2020-ci ilin statistikasından sitat gətirmək koronavirusla bağlı karantin rejiminə görə doğru olmaz) Rusiyadan çıxıb gedənlərin sayı 416 131 nəfər təşkil etmişdir. Bu böyük rəqəmdir. Xüsusilə də 10 il bundan əvvəlki rəqəmlərə nisbətdə 10 dəfədən çoxdur.
Bəs Rusiyaya müvəqqəti və daimi əsaslarla yaşamağa gələn xarici ölkə vətəndaşlarının sayı nə qədərdir? Gedənlərdən daha çox: 701 234 nəfər.  Deyə bilərsiz ki, bu rəqəmə daxil olanlar Orta Asiya, Ukrayna, Cənubi Qafqaz ölkələrindən gələnlərdir. Buradan da belə bir fikir ortaya çıxır ki, ruslar çıxıb gedir, yerinə qeyri-ruslar gəlir. Bu Rusiya üçün faciədir filan. İlk baxışda hər şey doğrudur. Amma ilk baxışdan.
Gəlin Rusiya vətəndaşlarının hansı ölkələrə “qaçdıqlarını” araşdıraq. Məsələn, 2019-cu ildə ölkədən gedən 416 131 nəfərdən 361 997 nəfəri MDB ölkələrinə getmişdir. Qeyd edim ki, bu ölkələrin arasında 17 614 nəfər Azərbaycan Respublikasına gəlib.
Məlum məsələdir ki, bu statistikada göstərilənlər heç də Rusiyadan bezib qaçan ruslar deyil. Sovetlərin süqutundan sonra MDB ölkələrindən Rusiyaya və əks istiqamətə gedən kütlənin statistikasına fikir versək görürük ki, gedib-gələnlər təqribən eyni adamlardır. Yəni, azərbaycanlı gedib Rusiya vətəndaşlığını alır, ordan artıq rus miqrantı kimi çıxır. Geri dönəndə də eyni cür qarışıqlıq yaradır. Həm öz vətəninin statistikasında, həm də sonradan vətəndaşlığını aldığı Rusiyanın statistikasında. 
MDB ölkələrinə gedən və gələnləri kənara qoysaq görərik ki, hər il 50-60 min arası Rusiya vətəndaşı ölkəsini 1 aydan çox müddətə tərk edir. Əgər nəzərə alsaq ki, bu statistikaya həm də keçmiş Sovet ölkələri olan Latviya, Litva, Estoniya və Gürcüstan da daxildir, onda məlum olur ki, Rusiyadan daha uzaqlara köçən vətəndaşların sayı 45 000 nəfəri keçmir. 
Bəs Rusiyaya gələnlərin vətənləri haradır? Yuxarıdakı statistika ilə müəyyən etdik ki, Rusiyaya 1 aydan artıq müddətə gələn xarici ölkə vətəndaşlarının demək olar yarısı keçmiş Sovet ölkələrindən olanlardır. Bəs qalan yarısı hardan gəlir? Əlbəttə ki, Avropadan və digər ölkələrdən.
Məsələn, hər il bir aydan çox müddətə Rusiyaya daxil olan Almaniya, ABŞ və İngiltərə vətəndaşlarının sayı aşağı-yuxarı 400 000 civarındadır.
Hələ Rusiyadan qaçıb gedən, terrorizmlə əlqaəli olan şəxslərin xaricdə yaşaması da bu statistikaya düşür. Yəni, məsuliyyətdən yayınmaq üçün qaçanlar da bura daxildir.
Məsələnin başqa tərəfi də var. Rusiyadan Avropa Birliyinə gedənlərin statistikası aparılır və burda da Rusiyanı yıxıb-sürüyürlər. Baltikyanı ölkələrdə Sovet dövründən bəri ruslar yaşayır ki, onlar hələ də Rusiya vətəndaşlığını daşıyırlar. Yerli hökumətlər onlara vətəndaşlıq vermək istəmir, onlar da buna heç həvəsli deyillər. Rusiya pasportu daşıyırlar, amma orada yaşayırlar- çünki onların yurdları oradır. Orada doğulub orada yaşayıblar. Baxmayaraq ki, “demokratik” Avropada olan belə diskriminasiya dünyanın heç yerində yoxdur. Bu şəxslər də Avropa Birliyinə köçüb yaşayan Rusiya vətəndaşları statistikasına daxil edilir. Əslində isə onlar heç yerə köç etməyiblər- orda doğulublar, orda da yaşayırlar. Bu statistikadan 180 000 nəfər Baltikyanı ölkələrdə yaşayan Rusiya vətəndaşlarını çıxsaq demək olar ki, ortalıqda heç nə qalmır.
Bu hələ hamısı deyil. Hər iki tərəfə gedənlərin getmə səbəbi adi məişət səbəbləri də var. Məsələn, xarici ölkə vətəndaşları ilə evlilik. Rusiya vətəndaşı olan qızların xarici ölkə vətəndaşlarına ərə gedərək əri ilə onun vətəninə köçmə halları da minlərlərlədir.
Sözümün canı odur ki, heç də sizin dediyiniz kimi Rusiyadan kütləvi şəkildə qaçan yoxdur, əzizlərim.

КТО ЗАДУМАЛ УНИЧТОЖИТЬ РОССИЮ: У ГЕЙТСА И ГРЕФА ЕСТЬ ЗАКАЗЧИК - "БОЛЬШОЙ ПАПА"

Философ Александр Дугин назвал конкретные личности, стоящие за новым глобалистским проектом "Большая перезагрузка". Гейтс, Сорос и Греф - это "епископат" системы, её "большой папа" появится в будущем.
На фоне глобальной пандемии коронавирусной инфекции COVID-19 в 2020 году пошли разговоры о так называемой "Большой перезагрузке". Кто стоит за новым глобалистским проектом и как от него защититься, рассказал в эфире Царьграда философ Александр Дугин.
По его словам, идею глобализма можно сравнить с религией. У неё есть определённые лидеры, которые её продвигают, и исполнители, являющиеся "паствой". Дугин подчеркнул, что попытка охарактеризовать глобалистов как просто жадных людей или сатанистов - это сильное упрощение проблемы. В центре этого всего стоит именно либеральная идея.
При этом Дугин считает, что известные идеологи глобализма, такие как Джордж Сорос, Билл Гейтс или Герман Греф, - это всего лишь "епископы" этой религии глобализма. "Большой папа", который стоит за всем этим, ещё не показал себя. И глобалисты ещё пока ждут его пришествия, отметил философ в эфире программы "Царьград. Главное".
Дугин добавил, что ждать этого "папу" осталось совсем не долго. Потому что маски с либералов падают на глазах. Западная либеральная философия и политика становятся всё более тоталитарными, чего не было раньше. Всё чаще и чаще современные постмодернисты и философы открыто говорят, что их враг - это человечество. Раньше такое даже представить было нельзя, отмечает Дугин.
В этой связи Россия должна понять, с чем она имеет дело, и стать прежде всего интеллектуальным лидером. Потому что без идеализации власти справиться с этой угрозой невозможно.

tsargrad.tv