Bu gün Qərb QHT-lərinin bir az yüksək aktivliyi Şimali Qafqazda, ən yüksək aktivliyi isə Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgəsində müşahidə edilir. Artıq amerikan demokratiyasının küləyinin hansı tərəflərdə əsəcəyini təqribən müəyyən etmək mümkündür. Qərbə aid bütün QHT-ləri saymaq mənasızdır, çünki onlar həddindən artıq çoxdular. Demək olar hər yerdə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (İRİ), müxtəlif növ “açıq cəmiyyət institutları” və ya “xeyriyyə fondlarının” nümayəndəlikləri mövcuddur. Bir müddət əvvəl ABŞ-ın prezidenti öz həmvətənlərinə ”bütün dünyada demokratiyanın inkişafı” işində göstərdikləri səyə görə minnətdarlıq etdi və Beynəlxal Respublika İnstitutunun aparatını əldə edilmiş nailiyyətlərlə - “qızılgül”, “narıncı”, “bənövşəyi” və “qərənfil” inqilabları ilə kifayətlənməməyə çağırdı. Amerikanların bu mövzuda açıqlığı, səmimiliyi, özlərinin haqlı olduqlarına zərrə qədər şübhə etməmələri heyrət doğurmaya bilməz. Bu səmimilik bizim öz “zəkamıza” həddən ziyadə güvənməyimizin nəticəsi deyilmi? Biz hələ də Şərq Blokunun və SSRİ-nin süqutunu düşünüb ah çəkirik, amerikanlar isə artıq Asiyada bizim düz böyrümüzdə yerləşiblər. Biz elə şərəfimizə sahib çıxmaq barədə ağzımızı açan kimi Gürcüstanı və Ukraynanı itirdik... Rusiya ərazisində fəaliyyət göstərən Qərb QHT-lərindən şübhələnmək doğru qiymətləndirilməlidir. Lakin şəbəkə müharibəsi çox sürətli bir prosesdir. Kim ləng düşünəcəksə, daha sürətlə uduzacaq. Vaxt yoxdur...
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
27.06.2021
Rusiya ərazisində fəalliyyət göstərən yüzlərlə xarici mənşəli qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti dayandırıldı. Qərbdəkilər çox arzulayırlar ki, Rusiyanın ictimai təşkilatlarını maliyyələşdirsinlər, burda xeyriyyəçiliklə məşğul olsunlar, qrant paylasınlar. O dərəcədə çox arzulayırlar, bunun üçün elə ürəkdən qışqırırlar ki, hətta Vaşinqtonda qışqıranların səsi bura gəlib çıxır! ABŞ Prezidenti Administrasiyası Rusiyada amerikan QHT-lərinin qeydiyyatdan keçməsi prosesinin tezliklə bitməsi barədə həm dua edir, hətta alınmayanda bizi hədələyir də! Sözlərindən belə çıxır ki, “siz Allah, artıq dözə bilmirik, icazə verin xeyriyyəçiliklə məşğul olaq, icazə verin sizlərə pul paylayıb savaba bataq”. Adi rus insanı çaşqınlıq içində qaşlarını çataraq bu adamların öz pullarını necə gəldi, hara gəldi xərcləmək üçün belə canfəşanlıq etmələrinin səbəbini anlaya bilmir. Adi rus insanının bu barədə suallarına əlbəttə ki şəbəkə müharibələri konsepsiyasını yaratmış və bu konsepsiyanın ABŞ-ın hərbi strategiyasına daxil edilməsinə nail olmuş vitse-admiral Artur K. Sibrovski cavab verə bilər. Həmin konsepsiyanın məzmunu ondan ibarətdir ki, düşmənin ərazisi adi silahlardan istifadə edilmədən tutulmalıdır. Bunu elə ustalıqla həyata keçirirlər ki, düşmən sonradan ikiəllli başını tutur və gözlərini döyərək təəccüb içində qalır ki, bu necə oldu! ABŞ bu yolla Şərqi Avropanı, sonra Pribaltikanı, MDB ölkələrini, Asiya respublikalarını, Gürcüstanı, sonra isə Ukraynanı ələ keçirmişdir. Hücum davam edir. Növbədə Şimali Qafqazdır. Lakin alınmadı, Rusiya hökuməti şübhələnməyə başladı və yolu kəsdi. Birdən birə Moskvanın ağlına belə bir fikir gəldi: “Dayan görüm! Əgər amerikan doktrinasında bu cür yazılıbsa, onda düşmən... doğrudandamı bizik? Qoy bir də diqqətlə baxaq görək...” Şəbəkə müharibəsi düşməni, neytral qüvvələri, eləcə də dostları manipulyasiya etməklə aparılır. Sibrovski bunu “davranış modelinin formalaşdırılmasına yönəlmiş hərəkətlərin məcmusu” adlandırır. Bu, müdaxilə edilməsi planlaşdırılan ərazidə “hərbi əməliyyatların” bütün potensial iştirakçıları üzərində hələ bu müdaxilə həyata keçirilməmişdən əvvəl total nəzarəti yaratmaq anlamına gəlir. Bununçün potensial aktiv iştirakçılarda maddi maraq yaratmaq və təmin etmək, lakin əsasən onları ideya baxımından motivasiya etmək lazımdır. Həmin üsulla bir qayda olaraq ələ keçirdikləri və öz tərəflərinə çəkdikləri aktiv iştirakçılar bunlardır: məmurlar, jurnalistlər, diplomatlar, hüquq müdafiəçiləri, ictimai fəal şəxslər, alimlər və s. Şəbəkənin yaradılmasında məqsəd onlardan əsas hücum anında – adətən seçkilər, hakimiyyət dəyişikliyi zamanı “həmin ölkələrin, xalqların, orduların və hökumətlərin müstəqilliyinə, suverenliyinə, subyektliliyinə son qoymaq və idarəolunan proqramlaşdırılmış bir mexanizmə çevrilməsində istifadə etməkdir”. Vitse-admiral Sibrovskinin belə şəbəkənin yaradılmasının əsas elementi, şəbəkə müharibəsinin əsas silahı kimi açıqca QHT-ləri qeyd etməsinə yalnız heyrətlənmək qalır.
ABŞ-IN RUSİYADA PUL PAYLAYAN XEYİR MƏLƏKLƏRİ
Rusiya ərazisində fəalliyyət göstərən yüzlərlə xarici mənşəli qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyəti dayandırıldı. Dövlət Reqistrasiyası Federal Xidmətinin məmurları ilk əvvəl onları sakitləşdirdilər ki, bəs onlar nizamnamə üzrə fəaliyyətlərini və Rusiya təşkilatlarını maliyyələşdirmələrini dayandırmalıdırlar, lakin təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər- bununla belə onların dövlət qeydiyyatından keçmək üçün hər cür imkanı qalır.
Məmurlar onları sakitləşdirirdilər, çünki onlar həyəcan keçirirdilər. Axı qərbdəkilər çox arzulayırlar ki, Rusiyanın ictimai təşkilatlarını maliyyələşdirsinlər, burda xeyriyyəçiliklə məşğul olsunlar, qrant paylasınlar. O dərəcədə çox arzulayırlar, bunun üçün elə ürəkdən qışqırırlar ki, hətta Vaşinqtonda qışqıranların səsi bura gəlib çıxır! ABŞ Prezidenti Administrasiyası Rusiyada amerikan QHT-lərinin qeydiyyatdan keçməsi prosesinin tezliklə bitməsi barədə həm dua edir, hətta alınmayanda bizi hədələyir də! Sözlərindən belə çıxır ki, “siz Allah, artıq dözə bilmirik, icazə verin xeyriyyəçiliklə məşğul olaq, icazə verin sizlərə pul paylayıb savaba bataq”.
Adi rus insanı çaşqınlıq içində qaşlarını çataraq bu adamların öz pullarını necə gəldi, hara gəldi xərcləmək üçün belə canfəşanlıq etmələrinin səbəbini anlaya bilmir. Adi rus insanının bu barədə suallarına əlbəttə ki şəbəkə müharibələri konsepsiyasını yaratmış və bu konsepsiyanın ABŞ-ın hərbi strategiyasına daxil edilməsinə nail olmuş vitse-admiral Artur K. Sibrovski cavab verə bilər.
Həmin konsepsiyanın məzmunu ondan ibarətdir ki, düşmənin ərazisi adi silahlardan istifadə edilmədən tutulmalıdır. Bunu elə ustalıqla həyata keçirirlər ki, düşmən sonradan ikiəllli başını tutur və gözlərini döyərək təəccüb içində qalır ki, bu necə oldu! ABŞ bu yolla Şərqi Avropanı, sonra Pribaltikanı, MDB ölkələrini, Asiya respublikalarını, Gürcüstanı, sonra isə Ukraynanı ələ keçirmişdir. Hücum davam edir. Növbədə Şimali Qafqazdır.
Lakin alınmadı, Rusiya hökuməti şübhələnməyə başladı və yolu kəsdi. Birdən birə Moskvanın ağlına belə bir fikir gəldi: “Dayan görüm! Əgər amerikan doktrinasında bu cür yazılıbsa, onda düşmən... doğrudandamı bizik? Qoy bir də diqqətlə baxaq görək...”
Şəbəkə müharibəsinin nə əvvəli var, nə axırı. O həmişə davam edir. Bu müharibə düşməni, neytral qüvvələri, eləcə də dostları manipulyasiya etməklə aparılır. Sibrovski bunu “davranış modelinin formalaşdırılmasına yönəlmiş hərəkətlərin məcmusu” adlandırır. Bu, müdaxilə edilməsi planlaşdırılan ərazidə “hərbi əməliyyatların” bütün potensial iştirakçıları üzərində hələ bu müdaxilə həyata keçirilməmişdən əvvəl total nəzarəti yaratmaq anlamına gəlir. Bununçün potensial aktiv iştirakçılarda maddi maraq yaratmaq və təmin etmək, lakin əsasən onları ideya baxımından motivasiya etmək lazımdır. Həmin üsulla bir qayda olaraq ələ keçirdikləri və öz tərəflərinə çəkdikləri aktiv iştirakçılar bunlardır: məmurlar, jurnalistlər, diplomatlar, hüquq müdafiəçiləri, ictimai fəal şəxslər, alimlər və s.
Şəbəkənin yaradılmasında məqsəd onlardan əsas hücum anında – adətən seçkilər, hakimiyyət dəyişikliyi zamanı “həmin ölkələrin, xalqların, orduların və hökumətlərin müstəqilliyinə, suverenliyinə, subyektliliyinə son qoymaq və idarəolunan proqramlaşdırılmış bir mexanizmə çevrilməsində istifadə etməkdir”. Vitse-admiral Sibrovskinin belə şəbəkənin yaradılmasının əsas elementi, şəbəkə müharibəsinin əsas silahı kimi açıqca QHT-ləri qeyd etməsinə yalnız heyrətlənmək qalır.
Bu gün Qərb QHT-lərinin bir az yüksək aktivliyi Şimali Qafqazda, ən yüksək aktivliyi isə Qaraçay-Çərkəz və Kabardin-Balkar bölgəsində müşahidə edilir. Artıq amerikan demokratiyasının küləyinin hansı tərəflərdə əsəcəyini təqribən müəyyən etmək mümkündür. Qərbə aid bütün QHT-ləri saymaq mənasızdır, çünki onlar həddindən artıq çoxdular. Demək olar hər yerdə ABŞ-ın Beynəlxalq Respublika İnstitutu (İRİ), müxtəlif növ “açıq cəmiyyət institutları” və ya “xeyriyyə fondlarının” nümayəndəlikləri mövcuddur. Bir müddət əvvəl ABŞ-ın prezidenti öz həmvətənlərinə ”bütün dünyada demokratiyanın inkişafı” işində göstərdikləri səyə görə minnətdarlıq etdi və Beynəlxal Respublika İnstitutunun aparatını əldə edilmiş nailiyyətlərlə - “qızılgül”, “narıncı”, “bənövşəyi” və “qərənfil” inqilabları ilə kifayətlənməməyə çağırdı.
Amerikanların bu mövzuda açıqlığı, səmimiliyi, özlərinin haqlı olduqlarına zərrə qədər şübhə etməmələri heyrət doğurmaya bilməz. Bu səmimilik bizim öz “zəkamıza” həddən ziyadə güvənməyimizin nəticəsi deyilmi? Biz hələ də Şərq Blokunun və SSRİ-nin süqutunu düşünüb ah çəkirik, amerikanlar isə artıq Asiyada bizim düz böyrümüzdə yerləşiblər. Biz elə şərəfimizə sahib çıxmaq barədə ağzımızı açan kimi Gürcüstanı və Ukraynanı itirdik...
Rusiya ərazisində fəaliyyət göstərən Qərb QHT-lərindən şübhələnmək doğru qiymətləndirilməlidir. Lakin şəbəkə müharibəsi çox sürətli bir prosesdir. Kim ləng düşünəcəksə, daha sürətlə uduzacaq. Vaxt yoxdur...
Postsovet məkanın gələcəyini necə görürsünüz?
Turan ekspress teleqram kanalı azərbaycanlı tanınmışlar arasında “Postsovet məkanın gələcəyini necə görürsünüz?” adlı sorğu keçirib. Həmin sorğuya verilmiş bəzi cavabları sizlərə təqdim edirik.
Gənc aktivist Zöhrə İsmayılova:
–Postsovet məkanı artıq öz taleyi haqqında qərarı verməlidir. Bu gün verəcəyimiz qərar bizim sabahımızı və gələcəyimizi müəyyən edir. 30 ildə hadisələr göstərdi ki, postsovet məkanında yerləşən ölkələr özünün xilası üçün yeni ideyalar ətrafında birləşməlidir. Bu ideya artıq yaranıb: Avrasiyaçılıq. Növbə bu ideya və vahid hədəflər üçün birləşməkdir. Ağlı başında olan, gələcəyi görən hər kəs bizim artıq gecikdiyimizin fərqindədir. Regionda sülh və əmin-amanlıq prosesini sürətləndirib, inteqrasiya üçün artıq lazımi müqavilələr bağlanmalıdır. Ən çətin məsələ ilkin addımdır, bu atılandan sonra davamı gələcək. Ən çox fayda götürən – sadə xalqlar olacaq. Xalqlar fayda götürdükcə bu hədəf üçün bizim xalqa da həmin yolda yardımçı olacaq. İstəməyən insanlar olacaq, hansı ki, onlar satılıb və bizim inkişafımızı istəmirlər – başa düşüləndir. Onlar bizim hədəfimizə maneə ola bilməz. Dövlətimizin suverenliyi və inkişafı naminə Avrasiya Birliyində bizim hədəfimiz olmalıdır.
Politoloq Cəmil Şirvanov:
–Postsovet məkanı ABŞ tərəfindən böyük təsirə, bəzi epizodlarda isə açıq-aşkar işğala məruz qalsa da artıq get-gedə vəziyyət dəyişmək üzrədir. Hazırda sözü gedən məkanda tam müstəqillik qazanıb yenidən ittifaq qurmağa çalışan qüvvələrlə- avrasiyaçılarla bu müstəqilliyin bərpasına və ittifaqın yaranmasına mane olmağa çalışan qüvvələr- atlantistlər arasında qızğın mübarizə gedir. Bu mübarizə hər sahədə- hərbi, siyasi, iqtisadi, mədəni, informasiya və s. getməkdədir. Bu mübarizənin 10 il əvvəlki vəziyyətinə nəzər salanda avrasiyaçıların vəziyyətinin acınacaqlı olduğunu görürük. Amma indi situasiya xeyli dəyişib. Bu müharibənin əsaslı dönüşünün başlanması artıq baş verib. Əsaslı dönüşün başa çatmasına isə az qalıb. Coğrafi, etnik, mədəni, sivilizasion, daha dəqiq desək iqtisadi şərtləri nəzərə alıb demək olar ki, postsovet məkanındakı ölkələrin yenidən bir ittifaqda birləşməsindən başqa yolu qalmayıb. Ya belə bir ittifaqda birləşib birlikdə inkişaf etməliyik, ya da gecə yarısı küçədə kişi müdafiəsindən məhrum şəkildə gəzən qız uşağı kimi hər an zorlanmaya məruz qalacağıq. Hər rastlaşacağımız qoluzorlu əclaf- qlobal güclər ölkəmizi zorlayacaq. Bir yolumuz birləşib müdafiəmizi, inkişafımızı birlikdə təmin etmək, ikinci yolumuz isə hər yoldan ötənə zorlanmaq və ya bir tikə çörəkdən ötrü boyun əyməkdir. Düşünürəm ki, bəzi postsovet ölkələrində atlantistlərin hakimiyyətdə olmasına baxmayaraq o ölkələrin xalqlarının əsasən avrasiyaçı mahiyyəti onların uzun müddət hakimiyyətdə qalmasına imkan verməyəcək. Avrasiyaçılar hakimiyyətə gəldikdə inteqrasiya prosesi sürətlənəcək. Avrasiya Birliyi postsovet məkanının yeganə çıxış yoludur. Və bu Birlik nəinki postsovet məkanını, uzaq perspektivdə bütün materiki əhatə edəcək.
Şairə və yazar Gülnarə İsrafil:
–Possovet ölkələri hazırda təklənmiş vəziyyətdədir rusun qayrəti də budur ki, yenidən öz papağının altında toplasın. Mənə görə bu ölkələrin hətta insan yaşamının keçmişi buxovla məhdudlanır. Əgər yenidən belə bir gələcək düşünsək, keçmişdən fərqli olmayacaq. Sadəcə qarşılıqlı əməkdaşlıq dirçəliş ola bilər. Söhbət on beş ölkədən və onun vəziyyətindən gedirsə. Çox istərdim ki, Azərbaycanın özünün xalqı dolandırmaq üçün idxalı və ixracı yüksək səviyyədə inkişaf etdirilsin. Bu həm xalqın, həm də ölkələrarası əməkdaşlığın xeyrinədir. Possovet termini dilimizdən tamamilə çıxarılmalıdır. Bir Rusiya və bir də azadlığını qanı bahasına bərpa edən ölkələr var. İndi dəngələr dəyişib. Regionda bütün dövlətlər gücünü, iqtidarını qoruyacaq səviyyədə strateji gələcəyə malik ola, inkişafını təmin edərsə, post deyilən gələcəkdən söhbət əsla gedə bilməz.
Jurnalist və politoloq Nadir Qocabəyli:
–Keçmiş sovet respublikaları yenidən öz iqtisadi güclərini, siyasi-strateji mövqelərini, mədəni əlaqələrini daha sıx birləşdirməyə məhkumdurlar. Biz yenidən vahid bir orqanizm halında birləşməliyik. Əks təqdirdə kənardan, xüsusilə də Qərbdən gələn təhlükələrə qarşı müqavimət gücümüz olmayacaq. Biz hər şeyimizi- maddi və mənəvi sərvətlərimizi, torpağımızı, ən asası da özümüzü itirə bilərik. Bu proses artıq 30 ildir gedir və biz onun dəhşətlərini müşahidə etməkdəyik. Yeganə çıxış yolumuz yenidən toparlanmaq, bütün səyləri birləşdirmək, düşmənin hücumunu dəf etməkdir. Atlantist qlobalistlərin bizi məhv etmək, Yer üzündən silmək planı artıq kimsədə şübhə doğurmur. Biz artıq gecikirik. Bir çox insanlar artıq çarəsidir. “Nə olar-olar” deyərək, özünü şüurlu surətdə təhlükəyə atmağa ehtiyac yoxdur. Odur ki, nicat yolu yalnız birləşməkdədir. Bu Birliyin modeli artıq mövcuddur: Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Düşünürəm ki, bütün postsovet respublikaları təxirə salmadan bu təşkilatlarda təmsil olunmağın xalqlarımızın maraqlarına hərtərəfli cavab verən, onların təhlükəsizliyini tam təmin edən yollarını tapmalı və gecikmədən qərar qəbul etməlidirlər. Sərhədlər açılmalı, hamı üçün bərabər, ədalətli Avrasiya vətəndaşlığı tətbiq olunmalı, gömrük məntəqələrinin tədricən aradan qaldırılması istiqamətində konkret işlər görülməli, münaqişələrə birdəfəlik son qoyulmalı, xalqlar arasında dostluq və əməkdaşlıq münasibətləri təbliğ olunmalı, Avrasiya insanının öz geniş ərazisində sərbəst hərəkəti üçün bütün maneələr götürülməlidir. Avrasiya iqtisadi məkanının çiçəklənməsi, sürətli inkişaf və tərəqqi yoluna qədəm qoyması üçün maksimum şərait yaradılmalıdır. Keçmiş Sovet xalqları daha azad, daha şəffaf, daha ləyaqətli, daha demokratik əsaslarla yenidən birləşməlidirlər. Avrasiya dünyanın ən inkişaf etmiş, ən zəngin, eyni zamanda, ən xoşbəxt məkanına çevrilməlidir. Biz düşmənimizi tanıyırıq, onun kim olduğunu bilirik, ancaq o gizlənmək üçün bizi- Sovet xalqlarını, qonşu millətləri bir-birinə düşmən edir və təəssüflər olsun ki, bir çox insan bu tələyə düşür. Avrasiya Birliyi dövlətləri bu halın aradan qaldırılması istiqamətində güclü iş aparmalı, bütün səylər ümumi vahid qlobal düşmənə qarşı yönəldilməlidir. Xırda münaqişələrdən, çəpər davalarından, cılız hədəflərdən yayınmalı, böyük amallar uğrunda çarpışmalıyıq. Biz təhlükədəyik, planetimiz təhlükədədir. Bu təhlükəni yalnız Sovet xalqları dəf edə bilər.
Publisist Sadiq Əkbər:
–Postsovet ölkələrindən demək olar ki, Gürcüstandan başqa hamısı Rusiyanın nəzarətindədir. İndilərdə Qərb Ukraynanı qızışdırıb rusa qarşı “buynuz” çıxartdırdılar, lakin inanmıram rus Ukraynanı onlara “yem” etsin. Gələcək barədə dəqiq bir fikrim yoxdur. Lakin zənn edirəm ki, Qərbdən qorunmaq üçün, Qərb vandalizminin qarşını almaq üçün birlik lazımdır. Zatən Rusiya da buna çalışır. Düşünürəm ki, bu birlik qismən də olsa yarana bilər.
Blogger Aftandil Babayev:
–Postsovet ölkələri hamısı ayrı-ayrılıqda məhvə məhkumdur. Bir hissəsini Qərb şirkətləri talayır, bir hissəsini Səudiyyə, Qətər vahhabiləri radikallaşdırır. Bir tərəfdən də Çin və Türkiyə. Əgər Avrasiya Birliyi və ya SSRİ kimi bir ittifaqda birləşməsələr, bü ölkələrin normal gələcəyi olmayacaq.
@turan_ekspressi
"Biz itlə dostluq etməliyik, amma təbii ki, çomağı da əldən verməməliyik..."
Biz Rusiya ilə necə münasibət qurmalıyıq ki, Vladimir Putinin dostu, hüquq professoru İlham Rəhimovun iki gün öncə ölkə mediasına müsahibəsində dediyi kimi, Qarabağdakı sülhməramlılar bir müddət sonra çıxıb getsinlər? Bunun üçün rəsmi Bakı və bütövlükdə Azərbaycan xalqı hansı addımları atmalıdır?
Politoloq Qulu Məhərrəmli Moderator.az-ın bu sualına cavabında deyir ki, rəsmi Moskva ilə son dərəcə ehtiyatlı olmalıyıq və qəzəbli Rusiyanın verə biləcəyi zərərləri heç zaman yaddan çıxarmamalıyıq:
"Mənə elə gəlir ki, biz Rusiyanın regiondakı siyasətiylə, xüsusən onun sabahkı günüylə, perspektiviylə bağlı proqnozlar verəndə çox ehtiyatlı olmalıyıq. Çünki Rusiya bu dünyanın və regionun ən gözlənilməz ölkələrindən biridir. O, Cənubi Qafqazı özünün maraq zonası elan edib, çünki Yaxın Şərqdə, Şərqi Avropada, Çində, Yaponiyaya yaxın bölgələrdə bir çox maraqlarından əli çıxıb. Amma o Qafqazın üzərində çox möhkəm dayanıb. Ukraynanı Avropayla özü arasında sipər hesab edir. Krımda gözümüzün qabağında olan teatr tamaşaları oynanılır. Ona görə də onun Qafqazda maraqları məncə, çox dərindədir və Rusiya Qafqazdan öz xoşuyla əl çəkməyəcək. Konkret olaraq Azərbaycan-Ermənistan münasibətlərində Rusiyanın indi ən aktiv siyasət yeritmək fazasıdır. Ona görə ki, bu dəqiqə həm Azərbaycana, həm də Ermənistana real təsir etmək imkanları Rusiyanın əlində cəmlənib. Nə qədər Azərbaycana bu təsirlər dolayısıyla idi, amma bu dəqiqə birbaşadır. Xankəndində olan hərbi kontingent bizim üçün yaxşı heç nə vəd etmir. İndi onun adını sülhməramlı qoysaq da, amma strateji məqsəd bəllidir. Mənim düşüncəmə görə yaxın zaman üçün Rusiyanın planları bundan ibarətdir ki, o, Qarabağ kartıyla daha aktiv surətdə oynasın. O, Qarabağ kartını müstəqil görmək istəyir, yəni Rusiyanın bilavasitə əlaltısı olsun. Ermənistana, Azərbaycana lazım olanda oksigen, ümid versin, öz planlanlarını reallaşdırmaq üçün konkret addımlar atsın. Bunlar hamısı Rusiyanın yaxın planlarında var.
Mənə elə gəlir ki, dünya bunu görür, bu çox bəsit, amma çox təhlükəli bir oyundur. Dünənə qədər respublika quran, müstəqillik istəyən bir toplum, dünyanı da buna cəlb etmək istəyirdi, insan haqlarından danışırdı və sair. Nağılların sona yetdiyi dövrdür, indi onlar Rusiyanın əlində, qucağında onun istədiklərini etməyə məcburdurlar. Yəni bununla həm özlərini ifşa edirlər, həm onların insan haqları ilə bağlı uydurmaları üzə çıxır və guya müstəqilliyə nail olmaq və sair bu kimi gülünc iddiaları tam çılpaqlığıyla görünür. Bunu bütün dünya, Ermənistanın himayədarları, diasporu, Ermənistana rəğbəti olan ölkələr məsələni tam mahiyyətiylə görə bilirlər. Bu dəqiqə Qarabağ ermənilərinin heç bir siyasi gələcəyi yoxdu, onun ancaq və ancaq oynadığı rol Rusiyanın əlini gücləndirmək, onun Ermənistana və paralel olaraq Azərbaycana təzyiq imkanlarını artırmağa xidmət edir.
Ona görə “özləri missiyalarını bitirib, bezib gedəcəklər” deməyin heç bir real əsası yoxdur. İndiki halda biz birinci növbədə Rusiyayla olan münasibətləri indiyə qədər yeritdiyimiz siyasətin davamı olaraq etməliyik. Çünki Azərbaycanın addım-addım, səbrlə atdığı addımlar hər halda Rusiyayla münasibətləri normal saxlamağa imkan verdi. Yəni impulsivlik olmadı, bəzilərinə belə göründü ki, Azərbaycan həddən artıq Rusiyayönümlü siyasət yeridir, amma müharibə dövrü məlum oldu ki, yalnız və yalnız hər iki tərəf üçün bazanı mötəbər etmək üçün siyasət yeridilib. Qarşılıqlı iqtisadi münasibətlərimiz sahmanda olmalıdır, Rusiya bizim üçün bazardı, biz Rusiya üçün eyni zamanda bir bazarıq. Qarşılıqlı əlaqələr, faydalanmayla bağlı Rusiyayla işləməliyik, amma biz heç bir halda ehtiyatı əldən verməli deyilik. Çalışmaq lazımdır ki, Ermənistandan gələn müsbət mesajlara dərindən təhlil edib reaksiya verək, bütün hallarda birbaşa əlaqələr labüddür, bunlar reallaşmalıdır.
Ola bilər, ilkin mərhələdə Gürcüstan və yaxud Amerikanın əliylə üçüncü bir dövlət bu məsələlərdə aktivləşsin. Əgər doğrudan da Ermənistanda qərbyönümlü siyasət dərinləşəcəksə, mütləq və mütləq Türkiyəylə münasibətləri yaxşılaşdırmalıdır. Çünki Ermənistanın Qərbə, Avropaya yolu yalnız və yalnız Türkiyədən keçir. Bu baxımdan hesab edirəm ki, çox təmkinlə addım-addım məqsədə doğru getməliyik və qəzəbli Rusiyanın verə biləcəyi zərərləri heç zaman yaddan çıxarmalı deyilik. Ona görə biz itlə dostluq etməliyik, amma təbii ki, çomağı da əldən verməməliyik. “Ehtiyat igidin yaraşığıdır” məsəli burda tam yerinə düşür".
Qərbə inteqrasiya ölkələrə heç nə vermir
Dünyanın iqtisadi balansına dəqiq baxsaq, bəzi liberalist çobanların Qərbin saxta inkişaf etmiş iqtisadiyyatını göylərə qaldırmaq üçün dezo və mutfilm nağıllar danışmasını aydın görərik.
Rusiya və Çinin valyutasını lağa qoyaraq elə fikir yaradırlar ki, guya Qərb ölkələri ilə iqtisadi əlaqələr olmasa dünya ölkələri ölər.
Bu gülünc nəzəriyyələri asanca alt-üst etmək olar.
Misal üçün, götürək Yaponiyanı. Yaponiya iqtisadiyyatı dünyanın ən böyük 3-cü qtisadiyyatıdır. Amma valyuta sisteminə baxın! 1 dollar 110 yapon yeni edir. Yəni ölkələrin iqtisadi tempi nə valyutadan, nə də ki Qərbdən asılı deyil. Yaponiyanın inkişafınada heç bir ABŞ və Avropa ölkəsi investisiya ayırmayıb. Müasir Yaponiya iqtisadiyyatı Edo dövründə böyüməyə başlamışdır. Ümumi Daxili Məhsul (ÜDM) 4 trilyon dollardır.
İndi Avropa ölkələrinin iqtisadi tempinə baxaq. Çox az təbii resurslara malik olan Yaponiya ilə Aİ-dəki ölkələrin bəzi Ümumi Daxili Məhsul fərqinə baxaq:
Bolqarıstan (128 milyard dollar);
Portuqaliya (ÜDM-i yoxdur);
İspaniya (200 milyard dollar);
Çexiya (250 milyard dollar);
Slovakiya (117 milyard dollar);
Polşa (600 milyard dollar);
Rumuniya (289 milyard dollar);
Malta (22 milyard dollar);
Yunanıstan (194 milyard dollar).
Baxın, bu ölkələrin ÜDM-ləri Yaponiyanın ÜDM-indən qat-qat aşağıdır.
İndi gəlin inkişaf etmiş Qərbi Avropa ölkələri ilə Yaponiya arasında işsizlik faizlərinə baxaq:
Yaponiya işsizlik faizi 1.6%;
Almaniya işsizlik faizi 5%;
Fransa işsizlik faizi 8.34%;
İtaliya işsizlik faizi 11.69%;
İspaniya işsizlik faizi 13.96 %;
Avstriya işsizlik faizi 5.77%;
Belcika işsizlik faizi 6%;
İsveçrə işsizlik faizi 4.85%;
Lüksemburq işsizlik faizi 6.24%.
Yaponiyanın idxal etdiyi əsas mallar mexaniki avadanlıqlar və alətlər, qalıq yanacaqlar, ərzaq (əsasən mal əti), kimyəvi maddələr, parça və sənaye üçün xammaldır. Yaponiyanın böyük iqtisadi təcrübəsi var və ölkədə texnologiya sahəsində tanınmış bir çox şirkət yerləşir: nəqliyyat vasitələri, elektrik avadanlıqları, dəzgah, əlvan və polad metallar, gəmi, parça, kimyəvi maddələr, qida emalı və s. Yaponiya elm və texnologiya sahəsində də Qərbdən qat-qat üstündür. Yaponiya bütün dünyada istehsal olunmuş sənaye robotlarının 20 %-ni (300.000/1,3 milyon) istehsal etmişdir. Yaponiyanın ən böyük idxal ortaqları Çin, Avstraliya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Kanada, Rusiya, İndoneziya, Malayziya, Qətər, Sinqapurdur.
Yəni ölkələrin inkişafı, elm ve texnologiyasi Qərbə görə ölçülmür!
26.06.2021
Liberallar, gözləriniz aydın! Rusiyanın bir çox bölgələrində keçmiş NKVD geyimi bərpa olunub. Rusiya Fövqəladə Hallar Nazirliyi Sibirdəki QULAQ lagerlərinin təmirinə və genişlənməsinə başlayıb.
Uzun illər ABŞ və Qərb səfirliklərindən aldıqları qrant hesabına arvad-uşaq başı saxlayan politoloqlarımız, üzü Xəzərə tərəf düzül!
Soydaşlarımızla fəxr etdiyimiz anlar
Dünən erməni əsilli Ukrayna vətəndaşı, vicdanlı alim-araşdırmaçı, ermənilərin yalanlarını, ingilislərin əlində alət olduqlarını mütəmadi olaraq ifşa edən fb dostum Filipp Ekozyans rus dilində təxminən belə bir status yazmışdı:
"11-ci əsrdə Qafqaza köçüb gəlkdikləri deyilən köçərilər aradan keçən min il ərzində niyə heç yerə köçməyiblər?.." Sual əlbəttə, ritorik, yumoristik və ironik idi...
Ancaq mən bu sual üzərində dayanmacaq, ona cavab verməyəcəyəm. Çünki Filippin statusunun altına şərh yazan çoxsaylı azərbaycanlılar bu suala xeyli səviyyəli və savadlı cavablar vermişdilər. Odur ki, heç ora da nəsə yazmadım...
Ancaq rusca hələ də bu qədər savadlı yazmağı bacaran, ağıllı, bilikli, mühakiməli, məntiqli soydaşım olduğuna görə fəxr etdim. Və bir daha əmin oldum ki, Azərbaycanın intellektual eltiası, ziyalı təbəqəsi hələ də əsasən rusca oxuyan, yazan və danışan azərbaycanlılardır. Onların adlarına və soyadlarına baxdım, hamısı xalis azərbaycanlı idi...
Yaxşı mənada paxıllığım tutdu. Dedim, kaş ki, mənim də statuslarımın altına belə səviyyəli şərhlər yazan olaydı, ancaq azərbaycanca. Düzdür, özümü Filip qədər intellektual saymıram. Səbəbi odur ki, azəbaycanca oxuyub Filip səviyyəsində olmaq xeyli müşkül məsələdir. Ancaq arada mən də babat şeylər yazıram, bununla belə səviyyəli polemikalar olmur...
Baxıram, heç azərbaycan dilində yazılan başqa statusların altında da gözümə dəymir...
https://profliqa.blogspot.com/2020/11/blog-post_62.html?fbclid=IwAR3ZNe6xkcjJcXKJnBLQ_mR-EnS6b22I5ynbOCmY_1Jiw8MKaovuwTCFQbQ
https://ok.ru/profile/558649478042/album/864897252762
Gülnarə İsrafil - Yuxular karım olur
Elə yuxum gəlir ki,
Yuxular karım olur.
Üşüyən torpaq altda,
Bütövüm, yarım olur.
Başıma bir daş düşür,
Başım daşla qarışır.
Ovcumda göy ümidlər,
Yaşa dolur, qırışır.
Üç hərfli kəlməyə
Həbs olunur fəsillər.
Yana düşür, quruyur,
Laylalı yumru əllər.
O müqəddəs gecənin
Dilindən sözüm düşür.
Öz ömrümün dibində
Sivrilir gözüm, üşür.
Eləcə yuxum gəlir,
Uzun çillə yuxusu...
Hər dəm üstümə yağır
Zillət, zülmət qoxusu.
Dizim qırılır yaman,
Diz çökürəm, diz üstə.
Bu dünyadan qopuram,
Qıvrılıram üz üstə.
25.06.2021
Qarabağ münaqişəsi Rusiyanın həlledici töhfəsi ilə dayandırılıb
"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağda münaqişə dayandırılıb".
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirakçıları salamlayarkən bildirib.
“Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər. Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”, - o deyib.
Onun sözlərinə görə, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, “ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə” kömək göstərmək niyyətindədir.
Pandemiya saxtadır, insanları öldürən havaya səpilən kimyəvi maddədir– Həkimin ŞOK AÇIQLAMASI
"Koronavirus infeksiyası deyilən xəstəlik yoxdur, insanlar kimyəvi silahla xəstələndirirlər, bu maddə hava ilə səpilir. İndiki vaksinlərin tərkibində şimpanze meymunu, donuz və siçan genləri var".
Uzun müddət Moskvada yaşayıb işləmiş psixiatr Abdulla Şıxlınski dünyada bir çox mütəxəssislər kimi pandemiya və koronavirusun varlığına inanmayan və hər şeyin düşünülmüş ssenari olduğuna inanan insanlar qrupuna daxildir.
O Azərbaycanda, əslində, pandemiyaya ehtiyac yaradacaq bir vəziyyətin olmadığını deyir. Deyir ki, nəinki pandemiya, heç epidemiya da olmayıb.
Bəs bu qədər insanın xəstələnib,ölümünə səbəb olan nədir? Psixiatrın açıqlamasını təqdim edir.
“Koronavirus adlanan virus 1950-ci ildən elmə məlumdur, o ağır xəstəlik, özü də belə pandemiya törətmək qabiliyyətinə malik deyil, bu virus impotentdir. İmpotent - yəni heç bir qüvvəsi olmayan.
Bəs yayılan nədir? Bu süni olaraq yaradılmış kimyəvi silahdır. Kimyəvi maddə şəklində hava ilə yayılır, səpilir.
Bəzi mənbələrə görə bu maddənin adı beriliumftolitdir. Bunu deyən alimləri, həkimləri məsxərəyə qoyurlar, ələ salırlar, ciddi qəbul etmirlər, insanlığın düşməni adlandırırlar. Ən mötəbər alimlər, həkimlər artıq bunu sübut edib.
Koronavirus sadə bir virusdur, insan bədənində də, heyvan bədənində yaşayır, həmişə olub, olacaq. Amma o insanı öldürə bilmir. Bunlar hamısı mif və yalandır. Həqiqətdə koronavirus infeksiyası adında xəstəlik yoxdur. Bu kodlaşdırılmış addır.
Koronavirus sadəcə layihənin adıdır. “Koronavirus pandemiyası” layihəsinin məqsədi Yer kürəsi əhalisinin sayını kəskin azaltmaqdır.
Çox sayda insan kimyəvi silahın təsirindən öldü və ya yarımcan oldu, qalanları da vaksinlərin nəticəsində aradan çıxacaq.
İndi tətbiq olunan bütün vaksinlər tərkibcə 3 komponentdən ibarətdir.
Birincisi, heyvan genləridir- şimpanze, donuz və ya siçan. Bu genlər insan DNT-nə yaddır. Bədənə daxil olan kimi immun sistemi kəskin reaksiya verir, çoxlu miqdarda antitellər yaranır və DNT-nin strukturunu dəyişən məlumat göndərilir. Yeni DNT sintez olunmağa başlayır. Antitellər isə bədənin öz hüceyrələrinə qarşı müharibəsinə səbəb olur, buna autoimmun proseslər deyirlər. Öz-özünü məhv etmək prosesi işə salınır.
İkinci komponenti – infeksion xəstəlik törədicisidir. Ona görə çox insanlarda peyvənddən sonra qızdırma yaranır. Bu müxtəlif virus və infeksiyaların törədicisi ola bilər. İkinci dozadan sorna bədəndə infeksion xəstəlik mənzərəsi yaradır. Adam var peyvənddən sonra qrip kimi xəstələnir, halbuki bu pandemya müddətində bir dəfə xəstələnməyib.
Üçüncü komponent isə aylardır dünyanın ağıllı qüvvələri tərəfindən deyilən və digər “ağıllı” professorların da məsxərəyə qoyduğu çip məsələsidir. Maye çip. Deyirlər vaksin maye halındadır, onda orada necə dəmir kimi maddə ola bilər ki? Ağlasığmazdır!
Deyim necə olur. Vaksin bədənə vurulur, bu komponent beynin hematoensefalik baryerini keçir, bura beynin qapısı da deyirlər. Maye çip beyinin orta hissəsində sonradan bərkiyərək oturur, çox mikroskopik bir çipə çevrilir. Bu çipdən daimi mərkəzi sistemə siqnallar göndərilir. Bu proses bəzi yaşlı insanlarda formalaşanda beyin və onurğa beyin sistemini sıradan çıxara və qısa müddətdə iflic ola bilər. Beyin kötüyündə olan mərkəzlər getdikcə öz fəaliyyətini dayandırır.
Bu haqda geniş məlumatı ötən ay məşhur rus alimi, beynəlxalq səviyyədə genetik xəstəliklər üzrə professor Pavel Vorobyev Metropol mehmanxanasında Rusiya alimlərinin pandemiya ilə bağlı dəyirmi masasında açıq-aşkar bəyan etdi. Bu bəyənatı məşhur mikrobioloq Zverev də təsdiqlədi. Onlar vaksinlərin dediyim tərkibdən ibarət olduğunu demiş və insanlığa zərərini açıqlamışdılar.
Avropada da bunu təsdiqləyən çox alimlər var. Həqiqətən də indi insanlara vurulan vaksinlər infeksion xəstəlik, eləcə də impotent koronavirusa qarşı yox, əksinə infeksion xəstəliyi yaratmaq və yaymaq üçün yaradılıb.
Vaksin adlandırılan şübhəli maddə orqanizmdə hiperkoaqulyasiya yaradır. Bu nədir? Qanın damarlarda qatılaşması, tromboz. Vaksin vurdurub səyahətə çıxan bir çox insanlar təyyarə havaya qalxan kimi ürək beyin tutmasından, trombozdan ölüblər. Buna səbəb vaksin olub.
İtaliya, Almaniya, Fransa aviaşirkətləri artıq buna qarşı protesto verib ki, peyvənd olunmuş sərnişinlərdə təyyarə havaya qalxan kimi vəziyyəti pisləşir, biz nə edək?
İnsan vaksininin hazırlanması 25 ildən az vaxta mümkün deyil. Bəzi insafsız, vicdansız, həkimlik adına layiq olmayanları çıxardıb onların dili ilə dünyaya yalan informasiya verirlər ki, 2-3 həftəyə də vaksin hazırlaya bilərik. Belə texnologiya yoxdur. Vaksin hazırlamaq uşaq oyuncağı deyil.
Amma indi insanlara vurulan vaksin olmadığı üçün, bəli onu tez hazırlamaq olar və mən deyərdim ki, o pandemiya oyunundan qabaq hazırlanıb hazır saxlanılmışdı.
Bu gün insanlar reaktiv psixoz vəziyyətinə gətirilib.
İmmun pasportların ortaya atılması 2 ildir ümidləri üzülmüş insanları dalana dirəyib: bu pasport olmasa heç yerə faktiki olaraq gedə bilməyəcəksiz, məscidlərə girə bilməyəcəksiz, ölkəni tərk etmək olmayacaq.
İnsanlar televiziya və kütləvi informasiya vasitələri ilə zombiləşdirilib.
Ümidsiz vəziyyətdə olan insan hər deyilənə inanır. Nə desən razı olur. Bundan da istifadə edib insanları inandırıb, zombi kimi yönəldirlər.
İnsanlar qorxdu ki, gözümün qabağında atam, qardaşım, qonşum öldüsə, xəstəxanalar dolubsa, deməli mən də yoluxub ölə bilərəm.
Bəli, nsanlar ölürdü, amma koronavirusdan yox. Təhlükə var. İnsanların haqqıdır ki, nədən öldüyünü bilsin. Bunu kimsə onlara deməlidir ki, sizi kimyəvi maddə ilə xəstələndiriblər.
Bu gün dünyada nəhəng Biopisxoterror aparılır.
Mən özümü piar etmək üçün bunları demirəm. Əksinə, məni söyürlər. Azərbaycanda çox alimlər, həkimlər bunu bilir, amma məndən açıq danışanı yoxdur. Mən çəkinmirəm. Çox həkimlər isə təəssüf ki, satılıb.
Nə vaxtsa bu baş verənlərin əsl üzü ortaya çıxacaq, gerçəklər açılacaq. Hətta ola bilsin layihənin müəllifləri beynəlxalq tribunala çıxarılıb cavab verməli olacaqlar”. /medicina az/
“BİZON energy” energetik içki deyilmiş — İnsanları aldadırmışlar
Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən məlumat verilib.
Bildirilib ki, “Avrora” MMC tərəfindən istehsal olunan “BİZON energy” alkoqolsuz içkilərinin üzərində “ENERGY” və “CHARGE YOUR POWER” sözlərinin istifadə olunması istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.
Dövlət Xidməti tərəfindən “Avrora” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Qeyd edək ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.
"Oxuduğum "Ayətəl Kürsü"lər, nənəm Tutubəyimin cəddi onlara qənim olsun" - İşdən çıxarılan rektor
Manset.az-a açıqlama verən N.Əliyeva onun haqqında yazanlara, danışanlara qarğış edib:
“Yazmağa mövzu tapmırlar. Bu dünyada yeganə mövzu Bakı Slavyan Universitetidir. Müharibədən çıxmış ölkəmiz gözəl günləri yaşayır. Bu gözəl günlərə özünü həsr eləmiş insanlar var. Canını bu torpaq uğrunda qurban verən qəhrəman oğullarımızdan yazsınlar. Mən artıq bu şeylərdən yorulmuşam. Ərizəmi də yazdım, indi məndən nə istəyirlər? Kim mənim haqqımda nə yazırsa, cavabını Allahdan alsın. Həqiqəti yazmayanlar Nurlana xanım kimi ədalətsizliyə tuşlansınlar. Mənim haqqımda çox şey yazırlar, nə olsun? Yazırlar ermənidir. Nurlana xanımın hər gün oxuduğu "Ayətəl Kürsü"lər, hər gün oxuduğu dualar onlara qənim olsun. Nurlana xanımın nənəsi Tutbəyimin, Hacı seyidin cəddi onlara qənim olsun. Allahdan alsınlar paylarını. Nurlana xanım peşəkarlıqla, vicdanla, insan kimi, ölkənin anası kimi işlədi. Mən peşəkar pedoqoji təhsil təşkilatçısı kimi çalışdım. Bundan artıq mənə heç nə lazım deyil. 75 yaşım var, vicdanımın qarşısında rahat həyatımı sürürəm. Qurtardıq!”
Adil Əliyev: Hamıdan xahiş edirəm ki, YAŞAT-a 10 manat köçürsün
“Hamıdan xahiş edirəm ki, heç olmasa, YAŞAT Fonduna 10 manat da olsa pul köçürsünlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu vitse-spiker Adil Əliyev parlamentdə müraciətində deyib. O qeyd edib ki, Fondun pulu azalır: “Ona görə də biz qələbəmizi bizə yaşadanları daim diqqətdə saxlamalıyıq. Bu məqsədlə də hər kəsdən xahiş edirəm ki, bu məsələni diqqətdə saxlasın, heç olmasa 10 manat belə olsa Fonda pul köçürülsün”.
Yalanların ifşası: Çinin Uyğur türkləri azad və şad-xürrəm yaşayırlar
Video sübut. Global Times beynəlxalq kanalı uyğurlar haqqında Qərbin saxta və fake xəbərlərini darmadağın etdi. Saxta Qərb mediaları və onların köpəkləri olan pançı çayxana facebook səhifələri bütün günü ulaşaraq, Çinin uyğurları soyqırım edib kökünü kəsdiyini deyir. Bu da sübut! Uyğurların çox rahat şəkildə öz milli bayramlarını və dini ibadətlərini yerinə yetirməsi göz önündədir. Heç bir doğrama, asma və kəsmə yoxdur)))
Əsas məsələyə gələk. Videoda görürsüz ki, uyğurlar təkcə öz bölgələrində (Xinjang, Şərqi Türküstan) deyil, Çinin digər şəhər və qəsəbələrində də rahat şəkildə milli dini adət-ənənələrini və bayramlarını qeyd edirlər. Çinin Pekin, Şanxay, Honk-Konq və Tibet kimi yerlərində uyğurlar görün necə rahat və sərbəst hərəkət edirlər!
Qərbin mutfilim tipli saxta demokratik xəbərlərinə inanmayın!
Əli Məhədzadə
Elçibəyə milli qəhrəman demək olarmı?
Sadəlöhv həmvətənlərimizin bəziləri hələ də Elçibəyi milli qəhrəman səviyyəsinə qaldıraraq mədh edirlər.
Elçibəy olsa-olsa Türkiyə xalqının milli qəhrəmanı ola bilər, Azərbaycan xalqının yox. Onun sayəsində Azərbaycan xalqı ac qalsa da milli sərvətlərini Türkiyə, ardınca da İsrail yedi.
Məhz onun vaxtında Azərbaycan xalqının adı dəyişdirilərək “türk”, dilimiz isə “türk dili” adlandırıldı. Elçibəy xalqçılıq əvəzinə radikal millətçilik yaydı. Bununla da etnoslar arasında narazılıq yaradıldı, talış və ləzgi separatizmi baş qaldırdı. Azərbaycan dağılmaq təhlükəsi ilə üzləşdi. Müharibədə bacarıqsızslığı və dövlət idarəçiliyindən baş çıxara bilməməsi Surət Hüseynovun qiyamı ilə nəticələndi, çoxlu nahaq qanlar töküldü.
Elçibəydən milli qəhrəman ola bilməz, çünki o ölkəmizdə milli ədavətin qızışdırılmasında böyük rol oynamışdır, qardaş qanı tökülməsinə baiskar olmuşdur.
Elçibəyin sayəsində biz Qarabağ müharibəsini uduzduq. Qarabağda bizə qarşı vuruşan erməni ordusunun komandirlərindən olan Monte Melkonyan deyirdi: “Elçibəy dünyada ən yaxşı adamdır. O bizim silah-sursatla təhcizatımızı günü-gündən çoxaldır Azərbaycan hərbi texnikasının bizim sərhədlərdə cəmlənməsi o deməkdir ki, tezliklə bu silah və texnika bizim əlimizə keçəcək! Elçibəy bu gün iki dövlət saxlayır: Azərbaycan və Arsax”.
44 günlük İkinci Qarabağ savaşı zamanı əsgərlərimizin başına yağan mərmilər məhz Elçibəyin sayəsində ermənilərin əlinə keçmiş mərmilər idi. Trofey kimi götürülmüş maşın və hərbi texnikanın da çoxu elə bizim köhnə maşınlarımız idi.
Təsəvvür etmək çətin deyil ki, bu adam bir az da hakimiyyətdə qalsaydı, xalqımızın başına daha hansı bəlalar gələcəkdi.
Gənc nəslin bir çox məsələlərdən xəbəri yoxdur. Yaşlı nəsil isə həmin ağrılı, üzücü günləri yaşayıb, ölkəmizin həmin dövrdə üz-üzə qaldığı təhlükənin miqyasını bələddir.
Xalqımız həmin müsibətləri heç vaxt unutmayacaq. Elçibəyin dövründə biz faktiki olaraq “milli aşağılanma” adlanan biabırçılığa düçar olmuşduq.
Və bir daha İlham Əliyevə “Çox sağ ol” deyək ki, bu ağır yükü çiyinlərimizdən götürdü...
Elçibəyi yıxan elə Elçibəyin özü oldu
Əbülfəz Elçibəyə nifrət edənlərlə müqayisədə sevənlər dəfələrlə çoxdur. Nə qədər qəribə olsa da nifrət edənlərin böyük əksəriyyəti onu çox yaxşı tanıyan keçmiş silahdaşlarıdır. Daha qəribəsi odur ki, Elçibəyi ideallaşdıranların mütləq əksəriyyətinin onun fəaliyyətindən, atdığı addımlardan, verdiyi bəyanatlardan heç bir anlayışı yoxdur. Bir onu bilirlər ki: "Ə.Elçibəy təmiz adam idi, Azərbaycanı demokratikləşdirmək, inkişaf etdirmək, bütöv Azərbaycan yaratmaq xəyalları vardı və buna qiyam qaldıran Sürət Hüseynov imkan vermədi. Özünün Bakıya dəvət etdiyi Heydər Əliyev isə ona kömək eləmək əvəzinə, qiyamçı ilə birləşdi".
Bu cür adamlara həqiqəti izah etməyə çalışmaq, uydurulmuş yox, real tarixi qəbul etdirmək çox çətindir. Nə qədər arqument gətirsən də inanmayacaqlar ki, prezident Ə.Elçibəyi nə S.Hüseynov, nə də digərləri yıxmadı. Onu yıxan elə Ə.Elçibəyin özü oldu. Bir il ərzində hakimiyyətdə olub o qədər dəhşətli səhvlər buraxan şəxsin hakimiyyətdə qalması mümkün deyildi.
Bu cür adamlara üzümü tutub "Tariximizi yaxşı oxuyun"deməyəcəyəm. Çünki o dövrü öyrənməyə imkan verən kitablar yox dərəcəsindədir. Təəssüf ki, gecə-gündüz böyük Heydər Əliyevə sədaqətdən dəm vuranların onun ünvanına söylənilən böhtanlara cavab verən obyektiv tarixi kitabların çapına yardımçı olmaq kimi bir dərdi yoxdur. Çap olunanların böyük əksəriyyəti isə son dərəcə keyfiyyətsiz və birtərəflidir. Bu səbəbdən istəsəniz də o dövrü öyrənmək imkanınız olmayacaq.
Ancaq düşünməyə çalışın.
Tutaq ki, hakimiyyəti onun əlindən qiyamçılar aldılar və onu prezidentlikdən uzaqlaşdırdılar. Bəs Ə.Elçibəyi “demokratik müxalifət”in liderliyindən kim uzaqlaşdırdı və necə oldu ki, o 1998-ci il prezident seçkilərində müxalifətin vahid namizədi ola bilmədi?
Necə oldu ki, 1999-cu ildə ərk eləyib, “Musavat” partiyasını “qorxaqlıqda” günahlandıran Ə.Elçibəyə İ.Qəmbər onun "qoçaqlıqlarını" xatırlatdı?
Lideri olduğu və böyük əziyyətlə yaratdığı AXC-ni (AXCP-ni) Ə.Elçibəyin əlindən Heydər Əliyevmi aldı? Partiyada ona qarşı qiyamı S.Hüseynovmu qaldırdı?
AXC Ali Məclisinin, Rəyasət heyətinin iclaslarında Ə.Elçibəyi hörmətsiz vəziyyətə salan, onun etibarından və siyasi səhvlərindən istifadə edib partiyanı ələ keçirənlər indi qəbrini ziyarətə gedəndə xəcalət çəkirlərmi?
Ə.Elçibəyi sevdiyini iddia edən, o rəzalətin şahidləri həmin hadisələr barədə danışmaqdan qorxduqlarına görə “vicdan” əzabı çəkirlərmi?
Nəhayət, onun öldüyü gün, avqustun 22-də, üzərində Ə.Elçibəyin çox böyük haqqı olan “Azadlıq” (faktiki sahibi Ə.Kərimli idi) qəzetində ona ünvanlanan ağır ittihamlara görə “Böyükbəy sevənlər” əzab çəkirlərmi?
Əbülfəz Elçibəyə sevgisini yeri gəldi-gəlmədi gözə soxan, həm ona, həm də ona xəyanət edənlərə heyran olmaq “istedadı” “nümayiş etdirən”, bilmədikləri məsələlər barədə hökm verən qardaşlarım! Bəlkə bir az düşünəsiniz?
Duqin: İlham Əliyev — müdrik və uğurlu siyasətçidir
Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, “Kremlin ideoloqu” sayılan Aleksandr Duqin caliber az saytına müsahibə vermişdir.
Qərbin Çinə təzyiqləri ilə bağlı saytın sualına A.Duqin cavab olaraq bildirib: “ABŞ-da hamı gözləyirdi ki, Donald Trampın tənqidçisi olan Co Bayden Çin ilə münasibətləri yaxşılaşdıracaq, Rusiya ilə münasibətləri isə pisləşdirəcək. Lakin məlim oldu ki, eks-prezidentin hərəkətləri və Ağ Evin indiki rəhbərinin siyasəti bir-birindən çox az fərqlənir. Hər ikisi Rusiyaya, eyni zamanda Çinə qarşı çıxış edirdilər və edirlər. Rusiya və Çin ortalığa çıxmış iki qütbdür ki, Amerikanın dünya hegemonu kimi ağalığını məhdudlaşdırırlar. Buna Çini əsas iqtisadi konkurent sayan Tramp da reaksiya verirdi. Çin ABŞ-a iqtisadi sahədə, Rusiya isə ABŞ-a hərbi-strateji nöqteyi-nəzərdən tabe olmur. Beləcə iki qütb ortalığa çıxır ki, ABŞ-ın təkhakimiyyətliliyini məhdudlaşdırırlar və qlobalist proyektə mane olurlar”.
Politoloqun sözlərinə görə, qlobalistlər Rusiyanı və Çini qlobalizasiya layihəsi üçün təhlükə sayırlar və onların öz suverenliklərindən fövqəlmilli orqan saydıqları Qərb və ABŞ-ın xeyrinə imtina etmələrini istəyirlər: “Çinin “Bir kəmər, bir yol” layihəsinin sayəsində Avrasiya sahillərinin bütün ərazisi boyu Çinin geopolitik, iqtisadi modelinin ekspansiyası baş verir. Əslində isə Qərb liberal qlobalizasiyasının binası od tutub yanır”.
Duqin ABŞ-ın Çinə təzyiqlərinin Azərbaycanın Çin ilə get-gedə genişlənən, o cümlədən sözügedən “Bir kəmər, bir yol” layihəsi çərçivəsində artan iqtisadi əlaqələrinə yarada biləcək təhlükəyə də toxunaraq bunları demişdir: “Çin ilə əməkdaşlıq yalnız o ölkələr üçün “toksiki” ola bilər ki, həmin ölkələr ABŞ-ın nəzarəti zonasında qalmağı arzulasınlar. Ölkə çoxqütblülük əsasında özünün suveren, müstəqil siyasətini qurursa, bu Çin ilə iqtisadi partnyorluq da ola bilər, Rusiya ilə hərbi-siyasi əməkdaşlıq da. Yeri gəlmişkən, nəyə görə Qarabağın azad olunmasından sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İqtisadi Birliyinə daxil olmaq məsələsi qoyulmasın? Buna maneə yoxdur. Ardıcıl hərəkət etmək lazımdır. Mənim fikrimcə Türkiyəni də AİB-ə dəvət etmək lazımdır. Biz hamımız Avrasiya gücləri kimi hərəkət etməliyik”.
Duqin İlham Əliyevin regionda oynadığı mühüm rola toxunaraq bunları demişdir: “İlham Əliyev – suveren Azərbaycan tərəfdarıdır. O qəhrəmancasına ölkənin ərazi bötövlüyünün bərpasına nail oldu. Yeri gəlmişkən, bu prosesdə Vaşinqton deyil, Rusiya və Türkiyə öz rollarını oynadılar... Mən Azərbaycanın inamlı dostuyam. Azərbaycan avrasiyaçılıqda açar ölkə kimi böyük əhəmiyyətə malikdir. Bakı – Moskva üçün vacib strateji partnyordur. Azərbaycan çoxqütblü dünyanın qalası ola bilər və olmalıdır. İlham Əliyev müdrik və uğurlu siyasətçidir. O atasının yolu ilə gedir, onun vəsiyyətlərini sadəcə dəbdəbə ilə yerinə yetirir. Və həmişə yeni çağırışlara hazır olmaq lazımdır ki, İlham Əliyev bunun öhdəsindən gələcək. Mən ona inanıram, o öz xalqı və dövləti üçün ardıcıl düzgün yol seçmişdir”.
Подписаться на:
Комментарии (Atom)















































