31.07.2021

 “Azərbaycan və Rusiya xalqlarının ümumi düşməni var — ABŞ”.

Valeri Korovin


“Çoxminillik tarixi olan İran sivilizasiyası üçün ABŞ-da baş verən hadisələrə baxış bir növ həşəratların həyatını izləmək kimi bir şeydir. İranlılar bu hadisələrə kənardan baxır, səthi dəyərləndirmələr aparır, dərinliyinə girmirlər. Lakin bunu da qeyd etməliyik ki, prinsip etibarilə İran rəhbərliyi üçün ABŞ-da kimin hakimiyyətdə olmasının o qədər də əhəmiyyəti yoxdur. Çünki istənilən halda ABŞ İran üçün “Böyük Şeytan”dır. Bu cür yanaşma xüsusilə də İslam inqilabından sonra heç vaxt dəyişməmişdir”.

Valeri Korovin, “İranlılar ABŞ-a həşərat kimi baxırlar”

Valeri Korovin: “Şəbəkə müharibələrində mövcud vəziyyətin və növbəti hadisələrin “düzgün” anlaşılması üçün “şəbəkə kodu” ifadəsindən istifadə edirlər. Bu elə bir matrisadır ki, iştirakçılar baş verən hadisələri onun vasitəsilə qiymətləndirirlər. Şəbəkə kodu əvvəlcədən tərəflərin verəcəyi reaksiyasını görməyə imkan yaradır. Onu formalaşdıran şəxslər çoxlu faktorları nəzərə alıb bu və ya digər hadisə zamanı proses iştirakçılarının hansı reaksiya verəcəyini əvvəlcədən hesablayırlar. Verilmiş şəbəkə kodunu mənimsəyən şəbəkə əməliyyatı iştirakçısı hansı informasiyanı necə “düzgün” qiymətləndirmək və bundan sonra necə davranıb hansı qərarlar vermək lazım olduğunu anlayır. Bu “düzgünlük” də qabaqcadan nizamlanır. Qafqazda şəbəkə əməliyyatını başlamaq, Çeçenstanda vəziyyəti gərginləşdirmək üçün ABŞ tərəfindən məhz belə bir şəbəkə kodu formalaşdırılmışdı”.


"Vahhabilik Qərb üçün başa düşülən və əlverişli bir əməliyyat sistemidir ki, müsəlman kütlələrinin idarə edilməsi üçün istifadə olunur. Bütün dünya üzrə müsəlmanların istiqamətlənə biləcəyi hazır vahhabi mərkəzləri yaradılıb. Bu şəbəkə ABŞ-ın dəstəyi ilə qurulub. Bu şəbəkəyə ABŞ tərəfindən nəzarət edilir və ABŞ-ın ərəb dünyasındakı əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı tərəfindən maliyyə buraxılır.
Vahhabiliyi yaymaq asandır. Vahhabilik dayazdır, islamın sadə və əlçatan versiyası kimi hazırlanıb. Onu mənimsəmək ənənəvi islama nisbətən asandır. Ənənəvi islamı mənimsəmək çətindir, belə ki tarix, ənənə və mədəniyyət barədə dərin biliklər tələb edir ki, bu da unutduruma və elmi ateizm dövrü yaşamış bir xalq üçün çox çətindir. Məhz bu xüsusiyyətlərinə görə vahhabilik postsovet məkanında ənənəvi islam modellərinin yerinə uğurla oturmaqdaydı. İslamın bu versiyası sufizmi inkar edir, hansı ki sufizm çeçen islamının kökündə dayanır. Beləliklə, vahhabilik ənənəvi islamı asanlıqla əvəzləyə bilir. Sadə mənimsənilir, həm də nəzarət altındadır – amerikanlara da elə bu lazım idi. Yəni vahhabilik amerikan tərəfinə Çeçenistandakı vəziyyəti idarə etmək üçün lazım olan bütün kriteriyalara cavab verirdi".

Valeri Korovin, "ÇEÇENİSTANDA RUSİYA ÇEÇENLƏRLƏ YOX, AMERİKA İLƏ DÖYÜŞÜRDÜ"
Куда приходит Россия - наступает тишина.


Для одних - долгожданная, для других - гробовая…

30.07.2021

ÇEÇENİSTANDA RUSİYA ÇEÇENLƏRLƏ YOX, AMERİKA İLƏ DÖYÜŞÜRDÜ


Əli minlərlə insanın, o cümlədən qadın və uşaqların qanına bulaşmış terrorist Şamil Basayevin öldürülməsi əlamətdar hadisə idi. O da bizim Ben Ladenimiz idi. İndi isə 90-cı illərdən xatırladığımız, o vaxt İçkeriya adlanan qondarma qurumun rəhbərlərindən biri də qalmayıb- Dudayev, Yandarbiyev, Masxadov, Basayev – hamısı zərəsizləşdirilib. Terrora son qoyulub.
Basayevin zərərsizləşdirilməsi ortaya çıxıb təslim olmaq istəyən müxtəlif terror və digər cinayətkar dəstə üzvlərinin sayını daha da artırdı. Keçmiş çeçen döyüşçülərinin kütləvi şəkildə silahı yerə qoyaraq öz cinayətlərini etiraf etməsi çeçen terror müqavimətinin sındırıldığını deməyə imkan verirdi. O cümlədən hadisələrin belə axar alması Qərbin Rusiya siyasi məkanının destabilizasiya nöqtəsi kimi Çeçenistana marağının azalmasına səbəb olmuşdu.
1999-cu ildən hakimiyyətdə olan Putin çeçen münaqişəsinin həll edilməsində qətiyyət və ardıcıllıq nümayiş etdirdi. Böyük mənada o Rusiyanın Çeçenistanda öz ərazi bütövlüyünü güzəştə gedəcəyi barədə fikirlərə heç bir şans qoymadı. Ona görə də arxasında Qərbin ərəb terrorçu qruplaşmaları vasitəsilə durduğu “çeçen müqaviməti” adlı qondarma konfliktin son illərində Rusiya özünün işi axıradək aparacağını, regionda separatizmə yuvarlanmağa icazə verməyəcəyini nümayiş etdirən bir qətiyyət göstərdi. Rusiya bundan sonra belə məsələlərdə daim qətiyyətli və konkret olacaq. Məhz buna görə də Qərb indi daha Rusiyanın Şimali Qafqaz ərazilərinə “pul qoymur”, Cənubi Qafqaz respublikalarına “pul buraxmağa” başlayıb. Şimali Qafqazda döyüşçülərin müqavimət göstərməsi üçün stimul yoxdur. Mübarizənin perspektivinə inam itib.
Belə demək olarsa Basayev məsələsini ona görə bu qədər uzatdıq ki, uzunmüddətli antiterror əməliyyatının sonunda effektiv bir nöqtə qoyaq. Terrorçular üzücü məngənədən keçirildi və tam ruhdan salındı. Onlar çeçen xalqının azadlığı və öz müqəddəratını həll etməsi uğunda vuruşmurdular (bu artıq əldə olunmuşdu), Qərbdən gələn sifarişi yerinə yetirirdilər - Çeçenistanın Rusiyanın tərkibindən çıxmasına çalışırdılar. Biz geopolitik rəqibimizin əlinə oynayan bu ünsürlərə imkan verə bilməzdik. Əlbəttə ki çeçen separatizmi ilə mübarizə ölkəmizə baha başa gəldi, xüsusilə də insan itkisi baxımından. Lakin təəssüflər olsun ki, bundan başqa yolumuz yox idi. Axı Çeçenistanda gedən müharibədə Rusiya çeçenlərlə deyil, Amerika ilə döyüşürdü. Rusiya hakimiyyyətinin hərəkətlərindəki ən əsas amil ardıcıllıq idi. Putin onun tərəfindən seçilən strategiyaya insanların şübhə ilə yanaşmasına heç bir imkan yaratmadı.
Basayevin zərərsizləşdirilməsi daha çox sayda döyüşçünü “qalibin əfvinə sığınmağa” vadar etdi. General Troşevin dedediyi kimi, çeçenlər federal silahlı qüvvələrdən və öz soydaşlarından qorxmurdular, Basayevdən qorxurdular. Basayev qeyri-ənənəvi islamın vahhabi versiyasının axırıncı simvolik fiquru idi. O Çeçenistanı beynəlxalq terrorçu şəbəkələrlə əlaqələndirən sonuncu element idi. Məhz o və onun kimiləri 90-cı illərin əvvəllərində ənənələrə bağlı xalq olan, öz dəyərləri üstündə əsən, atalarının irsini davam etdirən çeçenlərin arasında qeyri-ənənəvi islamı yaymağa girişdilər. Çeçen xalqının bir hissəsi məhz ərəb ölkələrindən bura transfer olunan qeyri-ənənəvi islamın sayəsində radikallaşdırılmışdı. Basayev vahhabizmin hakim təriqət olmasını təkid edən, Çeçenistanı şəriət dövləti görmək istəyən sonuncu şəxs idi. Bu isə çeçen adət-ənənələri ilə daban-dabana zidd idi, çünki çeçenlərin minilliklər boyu öz cəmiyyətlərinə qoyduqları qayda-qanunlar şəritət qaydalarından kəskin fərqlənir. Çeçenlərin heç vaxt öz dövlətləri olmayıb, onlar toplum halında yaşayan xalqdır. Basayevin zorla bu cəmiyyətə əkmək istədiyi dəyərlər çeçen xalqına yad dəyərlər idi. Bütün bunlar isə respublikanı Rusiyanın tərkibindən ayırıb öz nəzarətlərinə salmaq məqsədi güdürdü. Çeçenistanın inkişafının belə bir ssenarisi yalnız terror və qorxu atmosferində mümkün ola bilərdi. Amma Basayevin məhv edilməsi ilə Çeçenistanda elə bir şəxs qalmadı ki, çeçen xalqını islam mübarizəsi adı altında vahhabizmə yuvarlanmağa məcbur edə bilsin.
Basayevin məhv edilməsindən sonra döyüşü dayandırmaq prosesi dərhal qarşılıqlı xarakter daşıdı. Federal qüvvələri təmsil edənlər də buna əməl etdilər. Milli Antiterror Komitəsinin rəhbəri Nikolay Patruşev silahı yerə qoyan döyüşçülərin amnistiya edildiyini elan etdi ki, bu qərarı Ramzan Kadırov da dəstəklədi. O bildirdi ki, qəsdən cinayət törətməmiş şəxslərin çoxu mülki həyata qayıtmaq imkanına malik olacaqlar. Bütün antiterror əməliyyatları boyunca qanunsuz hərbi birləşmələrə qoşulmuş 7000-dən çox şəxs federal qüvvələrə təslim olmuşdu. Aydın məsələ idi ki, amnistiya xarici dövlətlərdən gəlmiş muzdlu döyüşçülərə şamil edilmirdi.
Çeçenistanda elə bir ailə yoxdur ki, on ildən çox davam edən hadisələrdə bu və ya digər dərəcədə iştirakçı olmasın. Hər bir kəs bu müharibədən zərər də çəkmişdir. Çeçenlər elə də çoxsaylı xalq deyillər. Əgər hakimiyyət belə bir addımı atmağa qərar verməsə idi, müharibə heç vaxt bitməyəcəkdi və onlar öz respublikalarında mülki quruculuq işləri ilə məşğul ola bilməyəcəkdilər. Çünki müharibənin isti fazası bitəndən sonra çeçenlərin çoxunun başının üstündən ədalət mühakiməsinin “domokl qılıncı” asılacaqdı. Az qala hər kəs istintaqa çağırılacaqdı, barmaq izləri götürüləcəkdi və s. İstək olan təqdirdə çeçenlərin çoxunun bu və ya digər dərəcədə qanunsuz hərbi birləşmələrlə əlaqəsini aşkarlamaq mümkün olacaqdı. Ən nəhayət geniş mənada atasının, qardaşının və ya digər qohumunun qisasını almaq üçün əlinə silah alan istənilən şəxsi terrorçu adlandırmaq imkanı yaranacaqdı. Gizli deyil ki, bir çox çeçen onları qanunsuz hərbi birləşmələrə qoşulmağa məcbur edən qohumlarının onları cəzalandıracağı qorxusu ilə yaşayırdılar. Çeçenistanın sonuncu beynəlxalq terrorçusununun məhv edilməsi fonunda amnistiya qərarı sözün əsl mənasında sülhün bərqərar edilməsi üçün həlledici jest oldu.
Məlum məsələdir ki, terrorçular “separatçı aysberqin” yalnız yuxarı, görünən hissəsidir. Bu işin arxasında Qərb və NATO kəşfiyyatı dayanır. Lakin liderlərinin məhv edilməsi bütün şəbəkənin məhv edilməsində əsas məqamdır. Xattab, Qelayev, Masxadov, Yandarbiyev, Raduyev və ardınca Basayev - məhv edilmişlər. Daha başqa fiqur qalmayıb.
***
Rusiya SSRİ-nin süqutundan sonra başlayan və indiyə qədər davam edən şəbəkə müharibəsi adlı problemlə ilk dəfə məhz Çeçenistanda üzləşdi. Çeçenistan - real şəbəkə müharibəsinə bariz bir nümunədir. Çeçenistandakı hadisələr tipik şəbəkə yanaşmasını nümayiş etdirir: amerikanlar müxtəlif, ilk baxışda bir-biri ilə əlaqəli olmayan güc mərkəzlərini öz maraqları üçün istifadə edirdilər.
Şəbəkə müharibələri geopolitik modelləri inkar etmir. Çeçenistanda şəbəkə əməliyyatı aparıldığı bütün müddət ərzində həm də Avrasiya materikinin strateji mühasirəsini nəzərdə tutan, geopolitikada “Anakoda strategiyası” adlanan strategiya da həyata keçirilirdi. Çeçenistan Rusiyanın cənuba doğru çıxışının düz mərkəzində, Avropadan Çinə qədər ərazini əhatə edən sanitar kordonunun (amerikanların yaratdığı mühasirə hasarı) Qafqazdan keçən hissəsində yerləşir. Rusiyanın cənubdakı isti dənizlərə çıxışının qısa yolu İrandandır. Lakin bu yolun üzərində, Azərbaycanda və Gürcüstanda nazik bir boğazla Rusiyanın yolunu kəsməyə nail olublar. ABŞ-ın məqsədi bu boğazı böyütmək, İranı Rusiyadan daha kəskin surətdə ayırmaq, Moskva-Tehran geopolitik oxunu kəsməkdir. Bu strategiyanı məhz Qafqazın mərkəzində yerləşən Çeçenstanda şəbəkə əməliyyatı həyata keçirməklə reallaşdırırdılar.
Çeçenistan şəbəkə əməliyyatının ta əvvəlindən ona bir neçə güc mərkəzi qoşulmuşdu. İlk növbədə ona ingilislər əl qoymuşdular. İngilislər hətta 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərindən bu əməliyyata qatılmışdılar. O vaxt Qroznı Bakıdan sonra ikinci neft şəhəri sayılırdı ki, ingilislər burda neft yataqlarının işlənməsi ilə məşğul idilər. Hələ o vaxt ingilislər Qafqazda yerləşən neft yataqlarına külli miqdarda pul qoymuşdular. Onlar bu layihəyə xeyli resurs, vaxt, güc və enerji sərf etmişdilər. Sovetlər milliləşdirmə siyasəti həyata keçirdilər və hər şey batdı. Və budur! SSRİ-nin süqutundan sonra amerikalılar ingilislərə xatırlatdılar ki, sizin də burda maraqlarınız var. Belə bir şəraitdə ingilislər öz praqmatik düşüncələrinə əsaslanaraq amerikanların şəbəkə müharibəsinə itirilmişi qaytarmaq, zonaya maliyyə-iqtisadi təsirlərini bərpa etmək, podratçılıq qazanmaq, sahibsiz qalmış neft istehsalı sənayesini yenidən almaq naminə qoşuldular. Axı amerikanlara bu əməliyyatı maliyyələşdirmək üçün Qafqaza yenidən ingilis pullarının axması lazım idi.
Çeçenistanda şəbəkə əməliyyatının ikinci oyunçusu Səudiyyə Ərəbistanı oldu. Bu ölkə vasitəsilə bütün ərəb dünyası, ilk növbədə vahhabi şəbəkələri bu əməliyyata qoşuldular. Səudlar maraqlıdırlar ki, islamın vahhabi variantını mümkün qədər hər yerə yaysınlar, vahhabi hərəkatını ərəb dünyasından kənara da ixrac etsinlər. Bu sırf təsir dairəsini genişləndirmək istəyindən irəli gəlir. Amerikanlar onları yüngülcə dürtmələdilər ki, Çeçenistanda Sovet dövründə zəifləmiş islamı “dirçəltmək” olar. Başa saldılar ki, burda vahhabiliyi asanlıqla təlqin etmək, Qafqaza güclü təsir imkanları qazanmaq, ardınca müsəlmanların yaşadığı Volqaboyuna çıxış əldə etmək olar. Səudların işə qatılması ilə amerikanlar islam internasionalının vahhabi şəbəkəsinin tükənməyən insan resurslarını və maliyyə dəstəyini qazanmış oldular. Həm də vahhabilik Qərb üçün başa düşülən və əlverişli bir əməliyyat sistemidir ki, müsəlman kütlələrinin idarə edilməsi üçün istifadə olunur. Bütün dünya üzrə müsəlmanların istiqamətlənə biləcəyi hazır vahhabi mərkəzləri yaradılıb. Bu şəbəkə ABŞ-ın dəstəyi ilə qurulub. Bu şəbəkəyə ABŞ tərəfindən nəzarət edilir və ABŞ-ın ərəb dünyasındakı əsas müttəfiqi olan Səudiyyə Ərəbistanı tərəfindən maliyyə buraxılır.
Vahhabiliyi yaymaq da asandır. Vahhabilik dayazdır, islamın sadə və əlçatan versiyası kimi hazırlanıb. Onu mənimsəmək ənənəvi islama nisbətən asandır. Ənənəvi islamı mənimsəmək çətindir, belə ki tarix, ənənə və mədəniyyət barədə dərin biliklər tələb edir ki, bu da unutduruma və elmi ateizm dövrü yaşamış bir xalq üçün çox çətindir. Məhz bu xüsusiyyətlərinə görə vahhabilik postsovet məkanında ənənəvi islam modellərinin yerinə uğurla oturmaqdaydı. İslamın bu versiyası sufizmi inkar edir, hansı ki sufizm çeçen islamının kökündə dayanır. Beləliklə, vahhabilik ənənəvi islamı asanlıqla əvəzləyə bilir. Sadə mənimsənilir, həm də nəzarət altındadır – amerikanlara da elə bu lazım idi. Yəni vahhabilik amerikan tərəfinə Çeçenistandakı vəziyyəti idarə etmək üçün lazım olan bütün kriteriyalara cavab verirdi.
Amerikanlara uğurlu əməliyyat keçirmək üçün güclü propaqanda təzyiqi maşınının işə salınması və konflikti daimi olaraq informasiya sferasında qızışdırmaq lazım idi. Bunun üçün 3-cü güc mərkəzindən – Şərqi Avropa dövlətlərindən istifadə edildi. Bu dövlətlər Sovet keçmişindən narazılıqla qopmuşdular, Rusiyadan təzəcə üz çevirmişdilər və Rusiyaya qarşı öz neqativ mövqelərini nümayiş etdirmək üçün hər fürsətdən istifadə edərək bütün məsələlərdə amerikanyönlü mövqe tuturdular. Çeçenistan onlarçün antirus canfəşanlıq nümayiş etdirmək və Amerikanın gözündə yaxşı görünmək üçün yeni bir bəhanə oldu. Bilmək vacibdir ki, bu gün Avropada antirus isterikasının avanqardında Polşa, Pribaltika və bəzi digər Şərqi Avropa ölkələri dayanır – onlar hər vasitə və bəhanə ilə özlərinin Rusiyaya nifrətlərini bildirmək əzmindədirlər.
Nəhayət, Çeçenistanı qarışdıranlardan biri də Türkiyə idi ki, bura ilə sərhəddəki Azərbaycana öz təsirini gücləndirmək istəyirdi.
Amerikanların prosesə qatdığı iştirakçıların heç birinə nəyisə izah etməyə ehtiyac yox idi, hər kəs özünün xeyrini və marağını gözəl bilirdi. Bununla belə yekun qlobal nəticənin sahibi elə amerikanlar olacaqdı. ABŞ birbaşa heç kəsə əmr vermirdi ki, bəs ey türklər, siz Azərbaycandan silah çatdırılması məsələsini həll edin, siz vahhabilər müqavimətin yeni iştirakçılarını maliyyələşdirin və artmasını təmin edin, siz polyaklar isə bütün dünyaya haray-həşir salın ki, ruslar orda bütöv xalqı qırırlar, çeçenlərin günahsız qocalarını və uşaqlarını öldürürlər. Bunları etmək üçün Vaşinqton onlara birbaşa göstərişlər vermirdi, detallı direktivlər yollamırdı. Amma əməliyyatın ümumi axarı müxtəlif mərhələlərdə birbaşa amerikan agenturası tərəfindən korrektə edilirdi. Şəbəkə müharibəsi iştirakçılarının hərəsinin öz maraqlarına uyğun davrandığına baxmayaraq, fəaliyyətin qlobal ssenarisi ABŞ tərəfindən yazılmışdı. Şəbəkə müharibəsinin mahiyyəti də elə bundan ibarətdir – addım-addım idarə edilmədən elə özül sərhəd şəraiti yaradılır ki, bu şərait əməliyyatın uğurla başa çatdırılması üçün lazım olan bütün oyunçuları qatılmağa məcbur edir.
Şəbəkə müharibələrində mövcud vəziyyətin və növbəti hadisələrin “düzgün” anlaşılması üçün “şəbəkə kodu” ifadəsindən istifadə edirlər. Bu elə bir matrisadır ki, iştirakçılar baş verən hadisələri onun vasitəsilə qiymətləndirirlər. Şəbəkə kodu əvvəlcədən tərəflərin verəcəyi reaksiyasını görməyə imkan yaradır. Onu formalaşdıran şəxslər çoxlu faktorları nəzərə alıb bu və ya digər hadisə zamanı proses iştirakçılarının hansı reaksiya verəcəyini əvvəlcədən hesablayırlar. Verilmiş şəbəkə kodunu mənimsəyən şəbəkə əməliyyatı iştirakçısı hansı informasiyanı necə “düzgün” qiymətləndirmək və bundan sonra necə davranıb hansı qərarlar vermək lazım olduğunu anlayır. Bu “düzgünlük” də qabaqcadan nizamlanır. Qafqazda şəbəkə əməliyyatını başlamaq, Çeçenstanda vəziyyəti gərginləşdirmək üçün ABŞ tərəfindən məhz belə bir şəbəkə kodu formalaşdırılmışdı.
Çeçenistana dair şəbəkə kodu formalaşdırılarkən keçmişdə çeçenlərlə Sovet hökuməti arasında olan narazılıq nəzərə alındı. Sovet hökumətinin dağılması ərəfəsində çeçenlərdə bu narazılıq özünü qabarıq şəkildə biruzə verdi. Çeçenistanda şəbəkə əməliyyatına start verilərkən bu narazılıq dayaq nöqtəsi kimi götürüldü. Bundan başqa, Çeçenistan faktiki olaraq monoetnik qurumdur, yəni əhalinin əksəriyyəti etnos daxilində klanlara bölünən etnik çeçenlərdən ibarətdir. Bu faktor da şəbəkə əməliyyatının sürətli və uğurlu aparılması üçün zəmin rolunu oynadı. Çeçenistanın ruslar tərəfindən işğal edilməsi fikrini şişirtmək bu əməliyyatın əsas mövzularından biri oldu.
Daha bir bənd çeçenlərin ənənəvi həyat tərzlərinə əsaslanaraq öz sosial modellərini yaratmaq imkanlarının olmamasını nəzərə almaqdır. Bu məsələ də tutarlı şəbəkə kodunun hazırlanmasında mühüm rol oynadı. Sadaladığımız başlanğıc nöqtələri şəbəkə kodunu qabaqcadan hesablamaq üçün nəzərə alındı. Beləliklə bütün növbəti addımlar belə formada planlaşdırıldı ki, həmin addımlara verilən reaksiyalar baş ssenarist – ABŞ üçün gözlənilən olsun. Həm də çeçenlərin özlərinin mövcud olan və amerikanlar tərəfindən formalaşdırılmış başlanğıc nöqtələrinə əsaslanaraq hansı addımları atacaqları belə gözlənilən olmalı idi. Axı dediyimiz kimi, bütün bunlar şəbəkə müharibəsinin baş ssenaristinə özül sərhəd şəraitini düzgün hazırlamağa və vəziyyəti əvvəlcədən görüb qiymətləndirməyə imkan yaradır.
Bəs Rusiya tərəfində hansı şəbəkə kodu mövcud idi? Rusiya Çeçenistanda onun əleyhinə başlanan şəbəkə müharibəsinə qarşılıq olaraq nə qoyurdu? Rusiya tərəfinin şəbəkə kodu onunla motivasiya olunurdu ki, Çeçenistanda Konstitusiya quruluşunu qoruyub saxlamaq lazımdır. Lakin hamı 1996-cı ili xatırlayır. Rusiya vətəndaşlarının Yeltsin Konstitusiyasına münasibəti məlum idi. Əhalinin 99%-i Yeltsinə də, onun konstitusiyasına da, onun liberal və islahatçı məmurlarına da nifrət edirdi. Və Konstitusiyanın legitimliyinin sıfıra bərabər olduğu bir şəraitdə çeçen separatizminə müqavimət göstərmək üçün əsas motivasiya kimi həmin konstitusiya götürülürdü.
Rusiya tərəfinin digər cavab motivasiyası Rusiyanın bütövlüyünün qorunub saxlanması idi. Yeltsinin regionlara xitabən “Nə qədər suverenlik istəyirsiniz götürün” deməsinin fonunda Rusiyanın hansı bütövlüyündən danışmaq olardı?! O an bütövlük kimi dəyər inandırıcı motiv deyildi. Vətənpərvərlik haqqında isə danışmağa dəyməzdi, çünki Qərb maraqlarına işləyən Yeltsinin dövründə vətənpərvərlik qadağan olunmuşdu. Vətənpərvərsənsə - donuz və marginal sayılırdın! Dibdə otur və səsin çıxmasın. Lap yaxşı olardı ki, Ali Soveti qorumaq uğrunda öləydin. Belə şəraitdə vətənpərvər motivasiya nə kara gələ bilərdi?
Rusiya tərəfindən hərəkətdə olan yeganə motivasiya – həlak olmuş dostlarının qisasını almaq idi. Lakin bu siyasi proseslərlə ayaqlaşmayan motivasiya idi. Ona görə də həmin dövr üçün Rusiya tərəfinin cavab motivasiyaları acınacaqlı, onun mövcud olan şəbəkə kodu isə depressiv və məğlub durumda idi. Bütün baş verənlər əhali tərəfindən məhz bu şəbəkə kodu vasitəsilə dərk olunurdu. Çeçenlərin nizamlı və təsdiqlənmiş arqumentlərinə qarşı Mərkəzi hakimiyyət tərəfindən qoyulmuş istənilən əsaslandırma sadəcə bərbad kəkələmək təsiri bağışlayırdı. Çeçenistandakı şəbəkə müharibəsinin ilk mərhələsindəki məğlubiyyətimiz elə bizim şəbəkə kodumuz tərəfindən proqramlaşdırılmışdı.
Ardınca amerikanlar rıçaqı buraxdılar və prosesi işə saldılar. Vahhabilik – Səudiyyə Ərəbistanı, ingilislərin maliyyə resursları qoşuldu, Türkiyədən Azərbaycan vasitəsilə silah daşınması kanalları açıldı, polyaklar “ulamağa” başladılar, onların ulamasına Şərqi Avropa ölkələri də ağız-ağıza verdi, bu ulaşmadan bütün Avropa dikəldi və tezbazar ATƏT-in missiyası yaradıldı. İngilislər öz iqtisadi maraqlarını yada saldılar, nə vaxtsa qoyduqları və itirdikləri pulları, 19-cu əsrin sonlarında Qroznı ətrafında tikdikləri “ingilis evlərini” geri istədilər. Amerikanlar tərəfindən hazırlanmış bütün şəbəkə mexanizmi işə salındı. Lakin amerikanların özləri sanki kənarda durmuşdular və heç kəsə birbaşa göstəriş vermirdilər. Onlar artıq bura kimi öz işlərini görmüşdülər. Lazım olan konteksti qurmuşdular, özül sərhəd şəraiti yaratmışdılar. Şəbəkə müharibəsi aparacaq iştirakçıları seçmişdilər və elə yerləşdirmişdilər ki, hər biri prosesdə öz işini, təyinatını, vəzifəsini, yerini, missiyasını bilirdi və bu istiqamətdə işləyirdi. Bu cür formalaşdırılmış model çərçivəsində nə baş verirsə versin, amerikanların xeyrinə baş verəcəkdi. Proses iştirakçılarından hər birinin istənilən fəaliyyəti ABŞ-ın güclənməsinə, Rusiyanın isə zəifləməsinə xidmət edirdi.
Bir az sonra amerikanlar işə Qərbin siyasi və diplomatik dəstəyini də qoşdular. Aslan Masxadovu Londonda fəxri karaul, artilleriya tağımları və kral keşikçiləri ilə, paytaxtın müsəlman cəmiyyətinin fakellərlə salamlaması, zurna-baraban sədaları altında təntənəli surətdə qarşıladılar. Rusiyaya nifrət bax bu cür ucuz alınırdı!
Bütün proses əlbəttə ki maliyyə tələb edirdi. Amma şəbəkə müharibəsi sifarişçi tərəfindən birbaşa maliyyələşdirilmir. Ümumiyyətlə, amerikanlar heç nəyi birbaşa maliyyələşdirmirlər, çünki bu onların dərhal ifşa olunması, iç üzlərinin açılması deməkdir. Əməliyyatda dolayı maliyyələşdirmə yollarından istifadə olunurdu, pullar başqa mərkəzlərdən axırdı. Məsələn, britaniyalı maliyyəçi Ceyms Qoldsmit neft şirkətlərinin səhmləri ilə spekulyasiya edərək külli miqdarda maliyyə vəsaiti əldə etmişdi. Bu şirkətlər əsasən Xəzər dənizində neft hasilatı üzrə investisiya qoyan şirkətlər idi. Beləliklə, Çeçenistandakı vəziyyət britaniyalı maliyyəçinin maraq dairəsinə düşmüşdü. O Xəzər dənizində neft hasilatı ilə məşğul olan şirkətlərin səhmlərindən ibarət səhm bazarı açmağa çalışırdı. O Bakıda hansı şirkətlərin çalışdığına, Çeçenistan neftinin hansı perspektivlərinin olduğuna, neftin daşınmasına görə kimin hansı istiqamətə meyllənməsinə- Çeçenistandan Novorossiyskə və ya Rusiyanı yan keçməklə neft daşımalarına fikir verirdi. Çeçenistandakı vəziyyətdən asılı olaraq bu şirkətlərin səhmlərinin qiyməti gah aşağı düşür, gah da yuxarı qalxırdı. Cinayətkar qrupları maliyyələşdirib Çeçenistanda vəziyyəti gərginləşdirən kimi Bakı-Tbilisi-Ceyhan marşrutu ilə tranzit həyata keçirən şirkətlərin səhmləri bahalaşır, Novorossiyskdən məhsul göndərənlərin səhmlərinin kotirovkası aşağı düşürdü. Onları almaq üçün uyğun şərait yaranırdı. Daha sonra sakitlik, atəşkəs yaranan kimi həmin səhmlərin kotirovkası yenidən yuxarı qalxır, Bakı-Tbilisi-Ceyhan xəttininki isə aşağı düşürdü. Məhz bu formada, Çeçenistandakı vəziyyətdən asılı olaraq birja oyunları həyata keçirilirdi ki, bu oyunlar külli miqdarda qazanc gətirirdi. Qoldsmit Çeçenistandakı prosesə aktiv şəkildə qoşulmuşdu və burda vəziyyətin pisləşməsi hesabına birjanın vəziyyətini formalaşırdı. O çeçen döyüşçülərini maliyyələşdirmək yolu ilə vəziyyəti gərginləşdirirdi və bu işdən böyük pullar qazanırdı. Beləcə Çeçenistanda birbaşa amerikan pulları yox idi.
Bəs bu zaman Rusiya tərəfində nə baş verirdi? Rusiya cəmiyyəti vəziyyətə prinsip etibarilə nəzarət edə bilməməsinə görə federal mərkəzi yıxıb-sürüyürdü. Korrupsiyaya qurşanmış məmurlar sabotaj həyata keçirir, Qərb tərəfindən maliyyələşdirilərək formalaşdırılan, Qərb şəbəkə koduna işləyən Rusiya media orqanları meydan sulayırdı. Çeçenistanda hər hansı bir əlamətdar hadisə, federal qüvvələrin hər hansı bir uğurlu əməliyyatı baş verən kimi mətbuat vay-şüvən qaldırır, ümumi isterika yaranır, hüquq müdafiəçiləri boğazlarını yırtır, hakimiyyət isə belə vəziyyətdə özünü itirir və geri çəkilirdi. Cəmiyyətdə ruh düşkünlüyü yaranırdı. Ekranlarda daim meyitlər, tabutlar, ağlayan analar və Yeltsinin sərxoş vəziyyətdə mahnı oxuması göstərilirdi. Açıq-aşkar görünürdü ki, hakimiyyət heç nəyə nəzarət etmir. Belə bir vəziyyətdə oliqarxlar istədiklərini edirdilər. Generallar çeçen döyüşçülərinə silah satırdılar, korrupsiya baş alıb gedirdi, məmurlar məsuliyyət hissini itirmişdilər. Yeltsinin hərc-mərclik sistemi barizliyi ilə ortalıqdaydı. Ölkədəki ümumi siyasi vəziyyətə amerikanların formalaşdırdığı şəbəkə koduna yiyələnənlər- liberal jurnalistlər, Qərbyönümlü oliqarxlar nəzarət edirdilər. Onlar hər bir konkret vəziyyətdə nəyi necə etmək lazım olduğunu yaxşı bilirdilər.
Bütün bunlar nəyə görə baş verirdi? Ona görə ki, Amerika Çeçenistanda Rusiyaya qarşı şəbəkə müharibəsi aparırdı və cəmiyyətdən tutmuş hakimiyyətə kimi bütün digər baş verənlər də həmin hadisədən qaynaqlanırdi. Bütün bu neqativlər tipik şəbəkə əməliyyatının nəticələri idi. Şəbəkə kodunu düzgün oxuyan şəxslər prosesləri idarə edir və konflikti qızışdırırdılar. Sadəcə çeçenlərin motivasiyasını onların yadına salırdılar ki, onlar işğalçılarla döyüşürlər. Belə vəziyyətdə Kreml çaşqınlıq içində qalmışdı, generallar gözünü Kremlə dikmişdi, korrupsiya hər yerdə təntənəsini sürürdü, cəmiyyət ruhdan salınmışdı, Qərb və onun adamları- oliqarxlar ölkədə ağalıq edirdilər. Rusiya tərəfinin motivasiyası dumanlı idi. Belə vəziyyət şəbəkə müharibəsinin uğurlu fazası nəticəsində yaranmışdı. Bu mərhələnin yekun hədəfi isə Rusiya dövlətini tamamilə parçalamaq, bununla da Rusiya dövlətçiliyini məhv etmək, Rusiyanın məhvinin nəticəsi olaraq materiklərin müharibəsində yekun qələbə qazanmaq, Amerikanın şəriksiz dünya hegemonluğunu təmin etmək idi.
Lakin burda qaynar faza dayandı. Rusiya tərəfi təzyiqlərə dözməyərək kapitulyasiya etdi. Lakin bu kapitulyasiya çeçen silahlı dəstələri qarşısında deyil -onlar şəbəkə əməliyyatının məsrəf materialları idi ki, şəbəkə strateqləri onların maraqlarını nəzərə almırdılar- Amerika qarşısında kapitulyasiya idi. Rusiya şəbəkə əməliyyatı nəticəsində məğlub edilmişdi. Bu, geopolitik məntiqin və şəbəkə strategiyasının iqnor edilməsinə görə ödənilən bədəl idi. O vaxt nəinki bu strategiyanı nəzərə almırdılar, hətta heç kəs bu barədə heç nə eşitməmişdi də!
Rusiya məğlub edildi, müharibə separatçıların şərtləri əsasında dayandırıldı. Onlar federal qüvvələrin olmadığı ərazilərdə nəzarəti ələ keçirərək Rusiya Konstitusiyasını və qanunlarını veclərinə almadan istədiklərini edə bilərdilər. Rusiya tərəfinin yeganə şərti – hələlik Çeçenistanın Rusiyanın tərkibindən çıxdığını cəmiyyətə bildirməmək, bunu formal elan etməmək idi. Onsuz da hazırki mərhələdə bu tələb olunmurdu, çünki əgər Rusiyanın tərkibindən çıxış elan edilsə idi, ümumilikdə Rusiyanın idarəolunmaz bir süqutu başlayacaqdı ki, amerikanlar hələ belə bir vəziyyəti idarə etməyə hazır deyildilər.
Lakin ardınca çeçen cəmiyyətinin içində didişmələr üzə çıxmağa başladı. “Qələbə” və xarici rəqibin öz-özünə kənara çəkilməsi motivasiya böhranına səbəb oldu.
İlk növbədə çeçenlər öz “müstəqil” dövlətlərinin Konstitusiyasını tərtib edərkən aşkara çıxdı ki, çeçenlərin ənənəvi cəmiyyəti, onların babalarının adətləri, milli qayda-qanunları vahhabilərin onlara kənardan gətirdiyi model ilə qətiyyən üst-üstə düşmür və ziddiyyət təşkil edir. Beləcə daxili münaqişələr başlandı. Çeçenlərin motivasiyası sarsıldı.
Rusiya isə həmin vaxt öz motivasiyasını qaydasına salmağa başladı. Vladimir Putinin şəxsi avtoriteti sayəsində əvvəllər hamının nifrət etdiyi Konstitusiyanın dəyəri yüksəklərə qaldırıldı. Putin Konstitusiyanın tələblərini xalqın onu dəstəklədiyi qədər hakimiyyətdə qalmaq imkanından da üstün tutaraq Konstitusiyanın hər şeydən vacib olduğunu əhaliyə çatdırdı.
Yeltsinizm dövründə baş verənlərə baxmayaraq Putinin hakimiyyəti dövründə Rusiyanın bütövlüyünün qorunması milli ideyaya çevrildi. Federasiya Şurasının regional qiyamı yatırıldı, həddini aşmış qubernatorlar qovuldu, bütün ərazilər səlahiyyətli nümayəndələr vasitəsilə Mərkəzə tabe edildi. Vətənpərvərlik Putinin dövlətçilik modelinin əsas amili oldu.
Çeçenlərin motivasiyası isə sındığı üçün onlar tərəfindən bu şəbəkə kodunu yaradanlar daha incə işləməyə başladılar. Şəbəkə strategiyasının növbəti mərhələsinə Qafqazdakı digər etnoslar ilə işləmək, Rusiyadakı etnik qruplarla əlaqə qurmaq, çeçenlərin Moskvadakı diasporasını prosesə qatmaq və s. daxil edildi.
Şəbəkə müharibəsi davam edirdi, lakin daha əvvəlki kimi kəskin deyil, incə səviyyədə aparılırdı. Köhnə motivasiyaları korrektə edib yeni motivasiyalar qondarmaq və əsaslandırmaq üçün çeçen ideoloji institutları yaradılmağa başlandı. İşin bu mərhələsində çeçen elitasına birbaşa ingilis kəşfiyyatının təsir agentləri də qoşuldular. Əgər əvvəllər hər şey yağ kimi gedirdisə və onların prosesə birbaşa müdaxiləsinə ehtiyac yox idisə, sonradan, yəni çeçenlər öz qədim ənənəvi arxiteplərinə qayıtmağa başladıqdan sonra ingilis mütəxəssisləri Çeçenistanda vəziyyəti “yoluna qoymaq” və idarə etmək üçün daha çox cəlb edildilər.
Məhz bu zaman Çeçenistan rəhbərliyinin yanında əslən Polşa yəhudisi olan ingilis biznesmeni Mansur Yaximçik peyda oldu. O bir vaxtlar Polşada antikommunist hərəkatının fəal üzvlərindən olmuşdu və Krakov şəhərində “Həmrəylik” təşkilatına liderlik etmişdi. Təsəvvür edin ki, Polşa yəhudisində birdən birə Çeçenistandakı islamın sufi versiyasına maraq yarandı və o müsəlmanlığı qəbul edərək Çeçenistana gəldi.
Yaximçik İçkeriya vətəndaşlığını qəbul etdi və prezidentin xarici ticarət məsələləri üzrə müşaviri təyin olundu. Onun vasitəsilə çeçen liderləri ilə ingilis maliyyə elitası arasında əlaqələr qurmağa başladılar. O çeçen liderlərini ingilis lordları ilə, o zaman BP neft şirkətinin müşaviri kimi çalışan Marqaret Tetçer ilə və digər böyük şirkətlərin rəhbərləri ilə görüşdürdü.
Beləcə çeçenlər onlara yad olan vahhabiliyi rədd edib öz milli və dini arxetiplərinə qayıdan kimi, ölkələrinin bərpası ilə məşğul olmağa başlayan kimi Çeçenistanda maraqlı bir polyak-ingilis-yəhudi tipi peyda oldu və çeçenlərin yaşayışı ilə yaxından maraqlanmağa başladı. Məhz Yaximçikin iştirakı ilə 1997-ci ilin aprelində Qafqaz İnvestisiya Fondu yaradıldı. Vaşinqtonda Qafqaz-Amerika Sənaye-Ticarət Palatası qeydiyyata alındı. Qoldsmit maliyyə qrupunun nümayəndəsi lord Makalpayn isə Çeçenistanın neft sektoruna 3 milyard dollar pul qoyacaqlarına söz verdi, bir şərtlə ki Çeçenistanın bütün neft yataqları müddətsiz olaraq ona icarəyə verilməli idi. Bu əslində elə bütün neft yataqlarının ingilislərə satılması demək idi.
Çeçenistandakı şəbəkə əməliyyatı müharibənin isti mərhələsi başlamamış start götürmüşdü, hər iki hərbi kampaniya zamanı fəaliyyətdə idi və indi də davam etməkdədir. Çeçenistandakı vəziyyətlə bağlı zəif nöqtələr hələ də mövcuddur və Qərb strateqləri bu zəif nöqtələrdən əleyhimizə istifadə etməyə çalışırlar. Ənənəvi model Sovet dövründə təzyiqlə aradan qaldırılıb. Dünyəvi model qalib gəlib və Mərkəzin gücü ilə bərqərar olub. Belə olan halda hər zaman təzyiqlə yatırılan çeçen arxiteplərinə düşmən tərəfindən müraciət etmək üçün zəmin var. Elə əsaslar var ki, münaqişəni yenidən alovlandırmaq heç bir xərc tələb etmir. Nəzarət azca azaldılsa, yenidən xarici siyasət strategiyası Qərbin xeyrinə dəyişəcək, Çeçenistanda digər fiqurlara “qoyuluş” ediləcək, hər şey əvvəlki kimi başlayacaq. Şəbəkə müharibəsi dayandırıla bilməz. Lakin onu əks istiqamətə yönəltmək mümkündür.


Müəllif: Valeri Korovin


Tərcümə: Cəmil Şirvanov

Türkiyədəki yanğınları hökumət özü törədib

Artıq neçə gündür Türkiyənin müxtəlif bölgələrində güclü meşə yanğınları başlayıb.
Yanğın ətrafda yaşayan əhaliyə və heyvanlara ciddi şəkildə zərər vurur.
Şəkilin birinci hissəsində gördüyünüz bir vaxtlar yanmış meşənin boş ərazisidir. İkinci hissəsində gördüyünüz isə oliqarxların meşəliyin yanmış hissəsində inşa etdirdikləri otel və əyləncə mərkəzidir.
Bundan əvvəldə Türkiyənin bir neçə vilayətində meşələri qırıb sanaye sahələri yaratmağa cəhd etmişdilər.
Hazırki barbar, quldur AKP iqtidarı yanğının teroristlər tərəfindən törədildiyini iddia edir. Xalq isə bu şəkili tivitterdə paylaşaraq AKP-nin əsl mahiyyətini ifşa edir.
Şəkil barədə belə yazılmışdır: "13 yıl önce Bodrum Güvercinlik'teki y(a)ngın çıkan arazi için bakan tarafından tekrar yeşillendirileceği söylenmişti. Bakın yeşillendirilmiş".
Kapitalizm həm ağacları kəsdi, həm də kölgəsini satdı!

Emin Khalili

29.07.2021

Türkiyə Azərbaycanı da Əfqanıstan məsələsinə çəkmək istəyir

Rüstəm İsmayılbəyli

Azərbaycan mətbuatı bunu çox yazmadı, heç müzakirəyə açılmadı, amma dünən Türkiyə parlamentinin sədri Mustafa Şentop dedi ki, Kabil hava limanını qorumaq barədə Azərbaycanla danışıqlar gedir.
Məsələ bundan ibarətdir ki, bütün NATO və amerikan qoşunları Əfqanıstanı tərk edir, Taliban hər gün Kabilə doğru irəliləyir və ABŞ Türkiyədən istəyib ki, Kabildəki beynəlxalq hava limanını qorusun.
Taliban da açıq-açıq cavab verib ki, Türkiyə daxil olmaqla istənilən xarici qoşunu işğalçı statusunda görüb, mübarizə aparacaqlar.
Türkiyə də Azərbaycanı söhbətin içinə çəkmək istəyir.
Nəyə gücümüz çatar, bilmirəm, amma mümkün olduğu qədər buna qarşı çıxmaq lazımdır.
NATO-nun, ABŞ-ın itki verməkdən bezdiyi, qalmaq istəmədiyi Əfqanıstanda, Talibana qarşı nəyisə qorumaq Azərbaycan əsgərinin vəzifəsi ola bilməz.
Əfqanıstan bizim məsələmiz deyil, olmayıb, olmamalıdır.
SSRİ-nin, ABŞ-ın bacarmadığı, minlərlə itki verdiyi Talibanın qabağına hansısa siyasi reytinq naminə Azərbaycan əsgəri qurban kimi qoyulmamalıdır.

Heç bir Qərb ölkəsi Sovetlər kim gedib başqa xalqların inkişafı üçun zavodlar, fabriklər açmayıb və açmayacaq


Şəninə əsrlərdir şeirlər yazılan pərvanələr nəyə görə işığa doğru belə fədakarcasına can atır?
Səbəb odur ki, qaranlıqda işıq görən uçan həşaratlar və kəpənəklərdə qapalı otaq sindromu yaranır. Necə ki sərçələr evə girdikdən sonra, ordan çıxmaq üçun özlərini pəncərə şuşələrinə çırpırlar. Bu canlılar da qaranlıqda işıq görəndə onu çıxış yolu hesab edirlər. Sonra işıq onların gözlərini elə qamaşdırır ki onlar çıxış olmasa belə, daim işığın ətrafına firlanib özunu ona çırpırlar və beləcə həlak olurlar.
Bu misalı Sovet dağılandan sonra yetim qalmış ölkələrdən ən çox Gürcustan və Ukraniyaya aid eləmək olar. Onlar çıxış yolu kimi Qərbi gördulər, bu yolda torpaq itirdilər, iqtisadiyyatları məhv oldu, amma Qərb onlara sözdə demokratiyadan başqa heç nə vermədi.
Düzdu Qərblə muttəfiq olub inkişaf edən Yaponiya və Cənubi Koreya nümunələri var, amma onlar hər şeyi özləri ediblər. Heç bir Qərb ölkəsi Sovetlər kim gedib başqa xalqların inkişafı üçun zavodlar, fabriklər açmayıb və açmayacaq. Orda səhiyyəni, təhsili inkişaf etdirməyəcək, əksinə məhv edəcək. Sərvətlərini talayacaq, xalqını avamlaşdıracaq.
Bütun bunları da demokratiya yalanı ilə, kapitalizm ilə, BP kimi şirkətləri ölkələrə soxmaqla edir və edəcək.

P.S.: Şəkildə SSRİ-nin Əfqanıstanda tikdiyi onlarla obyektdən biridir. Bu stansiya hələ də əfqanlara işıq verir, Mingəçevirin bizə verdiyi kimi.


Aftandil Babayev

Əli rahi - həqiqətdir

Azər Bandoj

Əli şahi - vilayətdir.
Əli mahi - imamətdir.
Əli rahi - həqiqətdir.
Əli nuri - hidayətdir.
Əli şəmsi - ədalətdir.
Əli mehrü məhəbbətdir.
Əli babi - kəramətdir.
Əli dəryayi - hikmətdir.
Əli zikri ibadətdir.
Əli miskinlərin ahi.
Əli zülmətlərin mahi
Əli kamillərin rahi.
Əli aşiqlərin cahi.
Əli mö'minlərin şahi.
Əli üşşaqə dərgahi.
Əli, Allah qədəmgahi.
Əli, dərki - huvəllahi.
Əli, məhvi - cəhalətdir.
Əli əvvəl, Əli axir.
Əli batin, Əli zahir.
Əli əbdü, Əli Qadir.
Əli pakü, Əli Tahir.
Əli baqi, Əli hazir.
Əli mehvər, Əli zair.
Əli zikrü, Əli Zakir.
Əli şükrü, Əli Şakir.
Əli bəhri - kəmalətdir.
Əlidir mə'neyi - vahid,
Əlidir mə'neyi - tövhid,
Əlidir mə'neyi - mə'bud
Əlidir mə'neyi - abid,
Əlidir mə'neyi - zahid,
Əlidir mə'neyi - raşid,
Əlidir mə'neyi - mürşid,
Əlidir mə'neyi - xalid,
Əli mə'nayi - xilqətdir.
Əlidir şahi - mərdanım.
Əlidir xanü sultanım.
Əlidir cismdə canım.
Əlidir canü cananım.
Əlidir dərdü dərmanım.
Əlidir mahi - tabanım.
Əlidir ləhzəvü anım.
Əlidir küfrü imanım.
Əli eşqi lətafətdir.
Əlinin ismi ə'zəmdir.
Əlinin ismi Adəmdir.
Əlinin ismi Xatəmdir.
Əlinin ismi zəm - zəmdir.
Əlinin eşqi purğəmdir.
Əli pərvanə həm şəmdir.
Əli həqq ilə bahəmdir.
Əli dərd ilə məlhəmdir.
Niyə Bandoj, belin xəmdir?
Əlini mədh qıl, dəmdir.
Əli mədhi şərafətdir.

Ermənilərin İran isteriyası


AXC dövründə Azərbaycanın xarici siyasəti əsl fəlakət idi. Rusiya ilə münasibətlərdəki aşkar düşmənçilik qısa müddətə Moskva ilə İrəvanı "qardaşa" çevirdi. İranın əleyhinə ritorika Tehranı İrəvanla yaxınlaşdırdı. AXC hakimiyyətinin "qanlı imperiya" adlandırdığı Çin isə Ermənistana milyonlarla dollar həcmində yardım göstərdi.
Qardaş ölkə Özbəkistandan Azərbaycana, Elçibəyin yanına qaçan bir rejim müxalifi dissident isə Bakı ilə Daşkəndin arasında böyük uçurum yaratdı. Bunların hamısının baiskarı isə siyasətin nə demək olsduğunu anlamayan təsadüfi AXC-Müsavat hakimiyyəti idi.
İqtisadiyyatın və əhalisinin sosial həyatının sıx bağlı olduğu ölkələrin demək olar ki, hamısı ilə əlaqələrini pozan cəbhəçilər Qərbə inteqrasiyadan danışsalar da, əsl şoku elə Qərbin 1992-ci ildə qəbul etdiyi bir qanun layihəsindən sonra yaşadılar. 1992-ci ildə ABŞ Konqresi Azərbaycanın əleyhinə məşhur "907-ci düzəliş" qəbul edərək, "qərbpərəst" anti-Çin və anti-Rusiya AXC-Müsavat hakimiyyətinə böyük "sürpriz" etdi. ABŞ təcavüzə məruz qalan, əhalisi soyqırıma uğradılan, torpaqları işğal olunan Azərbaycanı "erməniləri blokadada saxlamaqda" ittiham edirdi. Bu, AXC-nin arzuladığı "Qərb demokratiyasının" əsl sifəti idi. Nəticə isə 20% torpaqların itirilməsi, AXC hakimiyyətinin tam deqradasiyası və onun ardınca gələn dövlət çevrilişi oldu.
Yaxın tariximizin bu məqamlarına diqqət yetirməkdə məqsədimiz var. Aradan 30 ilə yaxın vaxt keçib. Qarabağı azad edən Azərbaycanın dostları artıb. Düzgün və balanslı xarici siyasətin nəticəsində beynəlxalq müstəvidə söz sahibi olan dövlətə çevrilmişik. AXC-Müsavat hakimiyyətinin yarıtmaz, ölkəmizin və xalqımızın maraqlarına zidd siyasətinin fəsadları çətinliklə də olsa, bir-bir aradan qaldırılıb.
Amma Ermənistan yenə də əvvəlki meyarlarla fikirləşir. Məsələn, İranın yeni seçilmiş prezidentinin Azərbaycan prezidentinə yazdığı məktub onların isteriyasına səbəb olur. Yaxud Qurban bayramında Şuşadakı Gövhər ağa məscidində İranın ali dini lideri Əli Xameneinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Ocaq Nicatın imamlığı ilə bayram namazının qılınması... Yenə Ermənistan KİV-ləri və ekspert dairələri vay-şüvən qaldıraraq, "Əsas müttəfiqlərindən birinin itirildiyini" yazırlar.
Erməni seqmentindəki şərh və reaksiyalara diqqət yetirsək görürük ki, onları Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Nicatın aşağıdakı sözləri hiddətləndirib: "Şuşada namaz qılamaq mənim ən böyük arzum idi. Şuşanı görəndə çox narahat oldum. Belə bir şəhəri işğal etmək, dağıtmaq və sonra da qoyub qaçmaq... Belə olmaz. Allahdan arzu edirəm ki, O bizə bu gözəl şəhəri dağıdan işğalçıların cəzasəna çatdığı günü göstərsin".
Sosial şəbəkənin erməni seqmentində İbrahim Rəisinin İlham Əliyevə yazdığı məktubdan bu hissənin ətrafında da böyük müzakirələr açılıb: "Azərbaycan xalqını ərazilərinin azad olunması münasibəti ilə təbrik edirəm. Hesab edirəm ki, işğal olunmuş ərazilər üzərində Azərbaycanın suverenitetinin bərpası, İran və Azərbaycan araslndakı dövlət sərhəd xəttinin tam bərpası bölgəmizdə əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bu, regionumuzda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək".
Bu mövzular ətrafındakı polemikalarda erməni istifadəçilərin 90%-i İranı "riyakarlıqda" ittiham edərək Paşinyanı dərhal ABŞ və Qərbin Tehrana qarşı tətbiq etdiyi sanksiyalarına qoşulmağa çağırırlar. Geridə qalanlar isə bunu Paşinyan diplomatiyasının iflası kimi qiymətləndirirlər.

Şahin Ömər              azvision.az

28.07.2021

İran sizə birtərəfli qaydada dəstək verməyə borcludurmu?

Afik Əli

Dedim yazmayacam, amma məcbur edirsiniz deyə yenə yazıram.
Bəziləri görürəm yenə yazırlar, tələb edirlər ki, "ay, bizə niyə dəstək olmur məlum dövlət tərəfindən?", "ay, bəs islam adından niyə istifadə edirlər?", "biz ancaq özümümüzü sevməliyik" və s.
Bu kimi fikirlər səsləndirməklə "hamı bizə borcludur" prinsipi ilə sözlər danışırlar.
Yaxşı, əgər biz özümüzü sevməliyiksə, yalnız özümüz barədə düşünməliyiksə, niyə başqasından həmin sevgini bizə göstərməsini tələb edirik?!
Hər şey qarşılıqlı olmalı deyilmi?
Əgər tələb ediriksə, deməli bizdən də tələb edə bilərlər.
Əgər müsəlmançılıq, islam adına, əsasən də qonşu İrandan bizim qarşılığını verə bilməyəcəyimiz fəaliyyət tələb ediriksə, deməli onlar da tələb edə bilərlər.
Ermənilərin məscidləri dağıtmasına görə onlardan diqqət tələb edirsinizsə, əgər həqiqətən dərdiniz Allah evidirsə, İsrailin də Fələstində dağıtıqları məscidlərə görə də narahat olmalısınız!
Niyə buna görə narahat olmursunuz?
Ancaq özünüzə tələb edirsiniz? Hanı sizin müsəlman həmrəyliyiniz?
Ümumiyyətlə sizin həqiqətən islam adına danışmağınıza nə kimi ixtiyarınız var? Baxın məsələn, İran 79-cu ildən bəri Amerika ilə müharibə vəziyyətindədir. Bircə dəfə özünüzü  müsəlman kimi aparıb İrana görə Amerika ilə əlaqələri kəsməyi çağırmısınız? Amerika ilə əlaqələri kəsmək cəhənnəmə, heç olmasa onlara etiraz etmisiniz? Amerika dəfələrlə İranı müharibə ilə hədələyəndə bircə dəfə narahat olmusunuz?
"Əşi, biz də müsəlmanıq, onlar da müsəlmandır və müsəlmana qarşı hədə bizə də hədədir" - kimi sözlərlə heç olmasa etiraz etmisiniz?
Etməmisiniz, bəlkə də Amerikaya İranı dağıtmaq üçün dəstək də vermisiniz.
Əgər siz bunu etməmisinizsə, İrandan niyə bunu qarşılıqsız gözləyirsiniz?
Halbuki İran sənin qarşılığına baxmayaraq 92-ci ildən bəri sənə dayaqdır. Əlindən nə kömək gəlibsə onu edib. Silahdırsa silah, ərzaqdırsa ərzaq...
Elə günlərdə kömək edib ki, sənin bu gün qardaş dediyin Türkiyə o vaxtı düşmənə ərzaq yardımları edirdi.
Deyirəm, təmiz özünüzü qoymusunuz bədbəxt günə.
İslam dünyasından ədalət tələb edirsiniz. Halbuki islam düşmənləri ilə çiyin-çiyinə hərəkət edirsiniz.
Məsələn, NATO ilə İraqda, Əfqanıstanda "sülhqayırma" əməliyyatlarında - müsəlmanların işğalında birgə fəaliyyət göstərmək kimi hərəkət edirsiniz. İslam düşməni, müsəlmanları qətl edib, torpaqlarını işğal edən İsraillə yüksək səviyyədə əlaqə qurmusunuz. Bu kimi işlərdən sonra islam ölkələrindən, əsasən də İrandan islami ədalət tələb etmək heç bir ədalətə sığışmır axı... 
Ayrı daha nə qaldı?..

27.07.2021

İnflyasiya ABŞ-ı dağılmaq həddinə gətirib

İbrahim Hümbətov

ABŞ-da 1861-1865-ci illər Vətəndaş Müharibəsi zamanı ilk dəfə olaraq “Anakonda” adı almış strategiya tətbiq olundu. Şimallılar üsyana qalxmış cənublularla döyüşə girmək əvəzinə onların həm dənizdən, həm də qurudan gələn yollarını bağlayaraq mühasirədə saxladılar. Beləcə düşmənin canını döyüş yolu ilə yox, təminatını kəsməklə aldılar. Bu strategiya amerikanların elə xoşuna gəldi ki, sonralar onu bütün dünyada, müharibəyə girdikləri bütün ölkələrə qarşı tətbiq etməyə başladılar. Məsələn, Soyuq müharibə dövründə strateji planda SSRİ-yə qarşı tətbiq etdilər. Artıq İkinci Dünya Müharibəsinin gedişatında Amerika bazalarının iki xətti qurulmağa başlamışdı. NATO adlanan “sağ əl” Qrenlandiyadan Kəraçiyə qədər uzanırdı. Həmin vaxt “sol əl” isə Alyaskadan Filippinə qədər olan ərazidə yerləşən, ABŞ-la ikitərəfli hərbi müqavilələri olan müttəfiqlər sistemini özündə ehtiva edirdi ki, müharibə bitəndən sonra işğal edilmiş Yaponiya, daha sonra Cənubi Koreya və Tayvan da bura daxil oldu. Plana görə bu “əllər” sonda sıxılıb SSRİ-ni boğmalı idi.
Belə strateji formadan başqa amerikanlar “Anakonda” strategiyasını yerli səviyyədə, operatif formada da tətbiq edirdilər. Məsələn, bu yaxınlarda Əfqanıstanın Tora Bora dağlarında keçirdikləri əməliyyatlar planı buna bariz misaldır.
Amerikanlar tarix boyu bu strategiyanı özlərinin xaricdəki düşmənlərinə tətbiq etmişlər. Lakin maraqlıdır ki, bu strategiya indi ABŞ daxilində onların özlərinə tətbiq olunmağa başlamışdır. Daxildəki “Anakonda” amerikan hərbiçlərini hədəfə almışdır və ABŞ hərb maşınını boğub məhv etməklə məşğuldur. Bu ölkə daxilində get-gedə artan inflyasiyadır ki, ölkəni artıq iflic vəziyyətinə gətirmişdir. Hesablanmışdır ki, 2020-ci ildə ABŞ büdcəsi ölkənin xərclərini ödəməyə bəs etməyəcək və ölkə SSRİ kimi dağılmaq həddinə gələcək. Artıq Pentaqon hay-həşir qaldırmışdır ki, ordunu saxlamaq iqtidarında deyil və nə az nə çox - əlavə 20 milyard dollar pul istəmişdir.
İndi bildiz ABŞ-ın yeni prezidenti Co Bayden niyə NATO ölkələri ilə “münasibətləri yaxşılaşdırmaq” və digər “yeni partnoylarla sıx qarşılıqlı əlaqələr qurmaq” fikrindədir? ABŞ özünün xaricdəki bir sıra fəaliyyətlərini bu ölkələr hesabına görmək fikrindədir. Bu lox ölkələr ABŞ-ın xaricdəki bir sıra funksiyalarını öz üzərlərinə götürüb yerinə yetirməlidirlər. Axı məlumdur ki, ABŞ xaricdəki bazalarının saxlanmasına və digər hərbi fəaliyyətlərə görə nəhəng məbləğlər xərcləyir və ABŞ büdcəsini də gücdən salan əsas məsələlərdən biri də budur. İndi NATO tələsinə keçmiş ölkələr əllərini ciblərini salmalıdırdılar və ABŞ-ın öz büdcəsinə qənaət etməsinə şərait yaratmalıdırlar.
Necə ki, nəxi Bakı nefti SSRİ dağılandan sonra ABŞ-ı 11 dəfə məhv olmaqdan xilas etdi, dağılmaqdan qurtardı, ABŞ yenə də lox ölkələr hesabına vəziyyətdən çıxmağa çalışır.
Xatırladaq ki, ABŞ-ın müdafiə sənayesi də bərbad vəziyyətdədir və büdcəki pulların havaya sovrulmasında mühüm rol oynamışdır. 5-ci nəsil qırıcı-bombardmançı F-35 təyyarəsinin düzəldilməsinə 1,5 trilyon dollar pul sərf olundu. Təyyarənin yaradılmasında ABŞ-dan başqa İngiltərə, Fransa, İtaliya, Kanada, Türkiyə, Avstraliya, Norveç, Niderland və Daniya da iştirak etdilər və maliyyə yatırdılar. F-35-in qiymətinin 80-90 milyon dollar olacağı proqnozlaşdırılsa da, gec və məşəqqətli başa gəldiyindən məbləğ 237 milyon dollara qalxdı. Bu təyyarə Yer üzünün və bəşər tarixinin ən bahalı təyyarəsidir: onun təkcə motorunun puluna Çinin JF-17 döyüş təyyarəsi almaq olar. Amma 1,5 trilyon pul havaya sovruldu. Təyyarə hazırlanıb orduya satılandan sonra aydınlaşdı ki, o bəyan edilən xarakteristikaya qətiyyən cavab vermir. Gündən-günə ortalığa çıxan texniki deffektlər və uğursuz konstruktor yanaşmaları pilot və mexanikləri bezdirdi. Gah sürətli uçuş zamanı təyyarənin qapağı qopub düşür, gah güclü küləkdən elektronikası sıradan çıxır, gah da gəmi göyərtəsinə düzgün qona bilmirdi. Təyyarə öz daşıdığı aviabomba və raketlərlə normal inteqrasiya olunmurdu. Təyyarədəki Qatlinq pulemyotundan düzgün atəş açmaq alınmırdı. Saxlandığı anqar isti olmalıdır, yoxsa təyyarənin kompüterləri donaraq işə düşmür. Sürətlə uçarkən quyruq hissəsi həddən artıq qızır. Təyyarənin radar sistemi hədəfi tez-tez itirdiyindən və əmrləri mütəmadi yerinə yetirmədiyindən təkmilləşdirilməlidir. Konstruktorlar təyyarə kabinəsinin pəncərəsinə az yer saxlayıb bildirmişdilər ki, pilotun başına keçirilmiş şlemin gözlüyündən ətrafı hərtərəfli görmək olacaq, amma sınaqlar göstərdi ki, döyüş şəraitində həmin şlem yaxşı işləmir və pəncərədən real görüntü olmasa normal uçuş həyata keçirmək mümkün deyil. ABŞ pilotları F-35-i yağışlı havada sürəndə Allaha yalvarırlar ki, ildırım çaxmasın: ildırım təyyarəni kəllə-mayallaq edir. Yanacaq bakına xırda mərmi qırıntısının dəyməsi kifayətdir ki, təyyarə alışsın. Təyyarənin katapultu da deffektlidir: çəkisi 61 kq-dan az olan pilotlar katapult edərkən qol-qıçları sınır. Təyyarənin idarəetməsinin interfeysində də tez-tez problemlər yaranır. Tərcübəli pilotlar bildirirlər ki, F-35-ə qoyulmuş yöndəmsiz top təyyarənin döyüş qabiliyyətini azaldır. ABŞ hərbi ekspertlərinin rəyinə görə, F-35 normal istismara yaramır və pilotlara onda uçmağı öyrətmək hədərdir. Ekspert rəyində ilk növbədə təyyarənin 15 dərəcədən aşağı hava temperaturunda uça bilməməsi, kabinədə normal görüntünün olmaması və digər qüsurlar göstərilir. Rəydə qeyd olunur ki, “pilotun vacib tapşırıqları təhlükəsiz yerinə yetirəcəyinə arxayınlığı yoxdur”.
ABŞ F-35 təyyarəsini ona görə istehsal etmək istəyirdi ki, onun bu seriyadan olan F-16, F-22 təyyarələrinin qırxı çoxdan çıxmışdır. Yəni bu bu seriyadan olan qırıcı təyyarələrin istifadə müddəti çoxdan bitmişdir. ABŞ həmin köhnə “spisət” təyyarələri baha qiymətə NATO-dakı Türkiyə kimi lox ölkələrə itələməyə müvəffəq olmuşdur. Türk pilotları indi həmin təyyarələri sürəndə nəzir boyun alırlar ki, sağ-salamaq geri qayıtsınlar.
Beləliklə, büdcə boşdur və ümid yenə də lox ölkələrə qalıb. Lakin Rusiyanın, İranın və Çinin güclənmələri, dünyada öz sözünü deyən yeni geopolitik qütblərə çevrilmələri, region ölkələrinin onların başına yığışaraq ətraflarında yer almaları, get-gedə daha çox ölkələərin onların yer aldığı bloklara meyllənmələri vəziyyəti qəlizləşdirmişdir - lox ölkələrin sayı sürətlə azalmaqdadır. Bu isə ABŞ-ın hegemonluğunun tezliklə bitəcəyindən xəbər verən əlamətlərdəndir.
Böyük Şeytanın başının yerə gələcəyi gün uzaqda deyil, səbrli olun.

Allah xalqımızı belə kriptlərdən qorusun

İlham Ali Soy

Mirmahmud Mirəlioğlunun LAF TV-də ağzına gələni danışması, səsləndirdiyi şovinist fikirlər heç də təsadüf deyildir.
Çünki Əbülfəz Elçibəy kimi adamın yanında yetişmiş birisinin siyasi təfəkkürü başqa cür formalaşa bilməzdi.
Mirmahmudun öz lideri ilə çox oxşar cəhətləri vardır.
1) Hər ikisi etnik mənsubiyyətinə görə ərəbdilər.
2) Hər ikisi ərəb olduqlarına baxmayaraq türk şovinizmi ilə tanınmışlar. (Yazıq türklərin öz içindən belə şovinistlər çıxmır heç!)
3) İkisi də çox dərin müxalifətçi və Əliyevlərə qarşı barışmaz mübariz olduqları üçün digər müxalifətçilərdən fərqli olaraq ayrı-seçkiləyə məruz qalıblar. Belə ki, hər ikisinin övladı yağlı, totuq-motuq FHN-də işləyir.
4) Ərəb olduqlarına görə hər ikisi bu coğrafiyaya gəlmədilər və öz siyasi karyeralarını minillərlə bu coğrafiyada yaşamış aborigenlərə qarşı nifrət üzərində qurmuşlar.
Gördüyünüz kimi, Mirmahmudun öz liderinə çox bənzərliyi var.
Lakin bir məsələ var ki, onu qeyd etməsəm Elçibəyin haqqına girmiş olaram.
Elçibəydən fərqli olaraq Mirmahmud Mirəlioğlu seyid olmağın qaymağını da yeməyi bacarır. Buna “seyidcan”, “ağa” kimi müraciətlər olunanda “haray-haray mən türkəm” deyərək qəti etiraz etməz, əksinə xoşallanar. Məclislərdə də hörmətli seyid kimi başda oturar.
Allah bizi belə kriptlərdən qorusun!

Şeyx və Yanukoviç

Ülfat Abadov

ABŞ və Qərb sırf dövlət maraqları üçün Ukraynada çevrilişə maraqlı idi.
Adını da qoymuşdular demokratiya, söz azadlığı, korrupsiyaya qarşı mübarizə.
Qulağa xoş gələn sözlər idi.
Hər şey itstədikləri kimi alındı.
Hər şeylərini Qərbin qulluğuna vermiş QHT-lər, müxalifət və bunlara inanan xalqın bəsirətsiz bir hissəsi ABŞ-dan gələn pulların hesabına, ölkədə olan Qərb səfirliklərinin dəstəyi ilə maydan hərəkatına start verdi.
Bizim kimi demokratiyadan sarı hüdü gedən ölkələr orda baş verənlərə baxıb ağzının suyunu axıdırdı. Mövcud vəziyyəti düzgün qiymətləndirən insanlar isə bu işə qarşı çıxırdılar, amma həmişə olduğu kimi hamısına Vətən xaini, agent damğası vururdular. Elə bil ABŞ səfirliyindən gizli tapşırıq alan bunlar deyildi, biz idik)))
Nəticə nə oldu? Qısaca bəzilərini qeyd edirəm.
Heç bir demokratiya-filan gül açmadı, yüngülvari söz azadlığı istisna olmaq.
Ədalətli seçki yoxdur. Qriven dollar qarşısında 8-dən 27-yə yüksəlib. Ölkəyə turizmdən güclü gəlir gətirən Krım əldən gedib, böyük kömür yataqları olan şəhərlər itrilib, Rusiya kimi böyük bir bazara çıxış qapanıb. Xalqın gəlirləri il-ildən azalır. Əhali get-gedə dilənçi kökünə düşür.
İndi sizə sual verim.
Yanukoviç qalsa idi Ukrayna az itirərdi, yoxsa indi?
Sözümun canı budur ki Şeyx də Yanukoviç kimi süddən çıxmış ağ qaşıq deyil. Amma və lakin onun yerinə daha xeyirli alternativ yoxdursa və onun dəyişməyində düşmənin marağı varsa, bu gün amma hələ ki Şeyxin qalması daha məqsədəuyğundur.

26.07.2021

“Ruslar işğal etmirlər, xalqları azad edirlər”.

“Müqəddəs kitabda deyilir: «O gələcək və sakitcə hər şeyi düzəldəcək». Bu ruslar haqqındadır”.

Valeri Korovin

 


Евразийский союз или НАТО?


Процессы интеграции на постсоветском пространстве стали главной темой международной конференции «Евразийский союз: перспективы, вызовы, идеологемы».
Как сообщает корреспондент портала «Евразия», организатором мероприятия выступило Международное «Евразийское движение» (МЕД) при участии Ассоциации «Российский дом международного научно-технического сотрудничества».
В рамках конференции были проанализированы следующие темы: «Ключевые идеологические константы послания президента России Федеральному собранию: евразийство и многополярность», «Евразийский союз: вызовы и перспективы», «Евразийское решение для Закавказья», «Интеграционные проекты с участием России и их положительные последствия», «Дестабилизирующий фактор США на евразийском пространстве» и «Этносоциологическая карта Закавказья в евразийском проекте».
С докладами выступили эксперты, политологи, журналисты, представители академического сообщества из России и стран постсоветского пространства – Азербайджана, Армении, Грузии. Некоторые докладчики присоединились по видеомосту.
Большинство участников конференции в той или иной степени затрагивали темы, связанные с Южным и Северным Кавказом.
Директор Центра геополитических экспертиз, член Изборского клуба Валерий Коровин в своём докладе, озаглавленном «Евразийский проект для Кавказа», сделал акцент на двух базовых тезисах, без которых нельзя двигаться в сторону евразийской интеграции.
«Первый [тезис] заключается в понимании, что Запад реализует в Закавказье свой принцип “колония-метрополия”, выкачивая ресурсы и дестабилизируя регион. Россия же всегда, заходя на определённую территорию, сразу же начинала заниматься её облагораживанием. Запад несёт истощение, Россия несёт развитие», - объяснил докладчик.
Второй принцип, по его словам, заключается в следовании геополитической логике, в которой неуместна многовекторность.
«Геополитический вектор не отменим, - констатировал он. - Нельзя балансировать между двумя бульдозерами, привязанным за руки – вас разорвет».
При этом, по мнению Коровина, важно не опускаться до бытовых вещей, а взглянуть с цивилизационных позиций и понять, что является на самом деле источником дестабилизации на Кавказе и что может выбрать каждая из республик Закавказья для помещения в проект, близкий им.
«Понять, близок ли им парад европейских уродов с превращением человека в постчеловека? Остановитесь и сделайте выбор. Предлагаю нашим друзьям поразмыслить - что является источником развития, а что несет хаос и разрушение», - сказал директор ЦГЭ. 
При этом, отметил он, не стоит забывать ещё и о том, что только российские военные обеспечивают суверенитет любого постсоветсткого государства, поскольку ни одно из них самостоятельно не способно отстоять свой суверенитет перед лицом американских террористических сетей, как это случилось в Сирии.
В свою очередь, профессор Российской Академии Естествознания Гагик Огаджанян в своём докладе «Евразийство - как инструмент интеграции народов на примере армян и азербайджанцев» констатировал, что, рассуждая о судьбе Закавказья, сложно было бы придумать что-то более мудрое в качестве объединяющего начала для народов Южного Кавказа, чем евразийство.
«Евразийство – это и есть Русский мир, это – имперскость, это именно то, что позволило сохраниться народам, населяющим значительную часть евразийского континента, - уверен он. - Это и есть сущность Русского мира, который неоднократно создавал в различных видах союз во благо народов, которые имеют счастье быть сопричастными к нему. Это – синергия, как в русской сказке “Репка”. Это увеличение эффективности деятельности в результате объединения в единое целое, в единую систему».
Подытоживая, Огаджанян подчеркнул, что принцип русского имперского начала – не поработить народы, территории, а подключить их к общему благу.
«Это и есть способность сопротивляться глобальному злу», - отметил он. Докладчик из Армении, присоединившийся к дискуссии по видеомосту, политический аналитик, председатель общественной организации «Интеграция и развитие», координатор Евразийского экспертного клуба Арам Сафарян выступил с докладом на тему «Об ожиданиях Армении от развития и углубления интеграционных процессов на евразийском пространстве».
«В Армении много обсуждают тему сближения с Россией и увеличения военного, экономического, культурного присутствия России в Армении, - рассказал он. - Многие силы говорят даже о создании Союзного государства России и Армении либо же о вхождении Армении в Союзное государство России и Белоруссии. Другие силы говорят о необходимости обновления договора о сотрудничестве для того, чтобы Россия больше присутствовала в жизни Армении. Нужно создать новые союзнические стратегические отношения! Этот интеграционный процесс нужен и полезен для нашей страны! Наша маленькая страна получит большие возможности для развития, укрепляя отношения с Россией».
Сафарян убеждён, что голос маленькой Армении поможет установить мир и стабильность в регионе.
«Мы хотим привлечь научное и экспертное сообщество, чтобы нейтрализовать угрозы и вызовы. Я думаю, что в ближайшие годы мы станем свидетелями укрепления экономических и культурных отношения между Россией и Арменией», - отметил он.
При этом важным также, по его словам, является вопрос безопасности. «Российская военная база является военно-политическим оплотом и гарантом безопасности Армении. Мы хотели бы иметь больший уровень безопасности, большую защиту», - добавил Сафарян.

evrazia.org

Millimizin üzvü “patı”dan öldü


Azərbaycan millisinin üzvü olan ağırlıqqaldıran Allahyar Abışov vəfat edib.
Sportfm.az xəbər verir ki, 26 yaşında qəflətən dünyasını dəyişən idmançının bacısı Rəna Abışova ölkə çempionunun müəmmalı vəfatı ilə bağlı detalları açıqlayıb:
"Qardaşım gözəl idmançı idi, milli komandanın şərəfini qoruyurdu, nə oldusa pandemiya dövründə oldu. Bu müddət ərzində idmandan uzaq düşdü. Namaz qılan Allahyar son 4-5 ayda pis uşaqlara qoşulmuşdu, heç özümüz də bilmirdik nələr baş verir. Ona uğurlarına görə mənzil də verilmişdi. Bir müddət öncə eşitdik ki, həmin uşaqlarla “patı”ya qurşanıb, amma artıq gec idi. Qardaşım bu maddəni yüksək dozada qəbul etdiyi üçün ölüb, elə deyirlər. Xahiş edirəm, hər kəs bunu paylaşsın, başqa gənclər ölməsin, bizi bu bəladan qurtarın".
Qeyd edək ki, 62 kiloqrama qədər ştanqçılar arasında Avropa çempionatının bürünc mükafatçısı olan yığmamızın üzvünün ölümünün səbəbinin aşkara çıxarılması üçün tibbi ekspertiza təyin edilib.

25.07.2021

Övladınızın patı- şüşə çəkdiyindən necə şübhələnməli? - 12 ƏSAS ƏLAMƏTƏ DİQQƏT!

Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan şüşə-patı bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.
Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr – 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.
Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?
medicina.az həkim psixiatr, narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı-şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb.
Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib.

“El arasında şüşə, patı adı ilə məlum olan, əslində tibbi adı metamfetamin olan narkotik maddədir. Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır. Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub ki, yapon əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, müharibə dəhşətlərindən qorxmasınlar. Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir. Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrinin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.
Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:
- Göz bəbəkləri daralır ki, birinci qəbuldan sonra bu baş verir.
- Sifət qızarmış olur.
- Gözlər şüşəyə bənzəyir, donuq olur, elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur.
- Baxışları bir nöqtəyə dikilir.
- İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur.
- Hamının sözünü kəsir, özü durmadan danışır.
- Ətrafdakıların onun sözünə reaksiyasına əhəmiyyət vermir.
- Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır.
- Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər.
- Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.
- Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə.
- Tənəffüs səthi və fasiləli olur.
- Nəbz çox tezləşmiş, sürətlidir.
- Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur.
Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.
Bütün sintetik narkotiklərin – “şüşə”, “kokos”, “spayz” hamısının oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər”.

"Putinlə çox yaxın əlaqələrim var, bir-birimizə inanırıq" - İlham Əliyev


Rusiya Prezidentinin dəvəti ilə mən növbəti dəfə Rusiyaya səfər etmişəm və səfər zamanı çox geniş fikir mübadiləsi aparıldı - ilk növbədə, ikitərəfli məsələlərlə bağlı və əlbəttə, postmünaqişə vəziyyəti ilə bağlı.
Azvision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu”.
Azərbaycan Prezidenti qeyd edib ki, hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik. “Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, “Şimal-Cənub” nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burda bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.