21.09.2021

Pantürklər yal qablarına tüpürməzlər


Böyük Britaniyadan olan zabitlər Ermənistanda erməni hərbçilərə təlimlər keçirib. Təlimlərin müxtəlif sahələri əhatə etdiyi bildirilir.
"Fi Səbilillah" adlı facebook istifadəçisi bu barədə status paylaşaraq soruşur ki:
"Vse, pantürklər BP şirkətini dağıdıb Böyük Britaniya səfirliyinə od vuracaqlar! Sonra da nota verəcəklər)"

Statusun altına yazılan məzəli kommentlər maraq doğurduğundan həmin kommentləri oxucularımızın da nəzərinə çatdırmağı lüzum bildik.

Coşkun Mamedov:
O britaniya farslaridi

Azərbaycan Vətənim Mənim:
pantürklər yal qablarna tüpürməzlər

Rehim Bayramov:
O iran bayragi deyilll?

Rovnaq Quluzade:
Pantürkçülər və Ərdoqançılar hara baxır? Həə bildim ki İngiltərəyə duxları çatıb hürə bilməzlər. Ancaq diş ağardallar...

Səccad Rəhimov:
O fars tırların içində biritaniya əsgər və zabitləri idi.

Cemsid Huseynov:
Farslardı qaqa, Britaniya zabitlərinin hərbi mundirini geyinib iz azdırırlar.))

İmran Kerimov:
Britaniyaya olar

Zaur Huseynov:
od vurarriq Londona?)))


20.09.2021

Bu hiyləgərlərə uyanlara ar olsun!


Ay millətə qənim olanlar, 100 dəfə nahaqq danışanda bir dəfə də haqqı deyin!
Bu hiyləgərlərə uyan xalqa yazıqlar olsun! Öz marağını dərk etməyib, öz cibini güdənlərin saxta şüarlarına uyanlara ar olsun!
Rusiya, İran, Türkiyə bizim qonşumuzdu. Nə onlar burdan köçəndi, nə də biz. Ağıllı olub qonşularla ən gözəl münasibətləri qurmalıyıq.
İngilis, amerikan banklarında milyonlarını gizlədib milləti aldadan, qırğına verən məmur sinfinə ar olsun!
Allah sizə vicdan versin, ay haqqı nahaqqa verənlər!
Qonşularla normal münasibət sizə sərf etmir, ay yalançı vətən sevənlər!
Ona görə ki, ağalarınız sizə icazə vermir.
Millət də savadsızlıqdan sizin yalançı vətənşüvənliyinizə inanır.
Bu fitnəkarların məqsədi nədir? Nə etmək istəyirlər, məqsədləri nədir?
Bu böyüklükdə bazarı, turisti, faydalı əməkdaşlığı qoyub inglis-amerikanın nökəri olanlar hələ həyasızcasına İranı, rusu təhdid edir.
Qonşularla dost münasibətdə olmaq, ticari, siyasi münasibətləri daha da gücləndirməyə çalışmaq əvəzinə fitnəkarlıq edib bizi onlarla düşmən etmək niyyətləri var.
Rusiyanın, İranın qonşumuz olması bizi talibanın taleyini yaşamaqdan qoruyur. Çünki onlara sərhəddində ikinci taliban lazım deyil.
Ay millətə qənim olanlar, 100 dəfə nahaq danışanda bir dəfə də haqqı deyin!
İlahi ədalətə inanmaq lazımdı.

Sevda Əliyeva

“Biz Rusiya və İran xalqları Müqavimət cəbhəsində birgə dayanmalıyıq. Ona görə ki, bu yolda Qasim Süleymanı kimi ən yaxşı oğullarımız şəhid olublar”.

Aleksandr Duqin
“Qasim Süleymaninin ölümü təkcə İran üçün deyil, Rusiya üçün də böyük itki idi. Mənim yadımdadır, general öldürülərkən onun ölümü Rusiyada böyük kədərlə, Yaxın Şərqdə hərbi strategiya ilə məşğul olan adamlarımız arasında isə əsl matəmlə qarşılandı. Bu bizimçün böyük zərbə və hüzn oldu. Onun ölümü bizə bizlərdən birinin ölümü kimi təsir etdi. Sanki İran xalqının yox, rus xalqının hansısa böyük qəhrəmanı, vacib hərbi sərkərdələrindən biri öldürülmüşdü. Süleymani təkcə İran xalqının deyil, Rus xalqının da strateqi, çoxqütblü dünya uğrunda mübarizi sayılırdı. İran xalqı kimi rus xalqı da Süleymanini öz döyüşçüsü, öz əsgəri kimi görürdü. Süleymaninin ölümü – rus xalqının yaxın bir dostunun rəşadətli ölümü idi. O bizimçün böyük əhəmiyyət kəsb edirdi. Süleymaninin ölümünə rus strateqləri, rus hərbçiləri necə yanıb yaxılırdılar, necə heyfslənirdilər, bunu sözlə ifadə etmək çətindir. Onun alçaqcasına öldürülməsi burda ABŞ-a olan nifrəti, o cümlədən bu provokasiyanın arxasında duran İsrailə nifrəti daha da artırdı, qisas hissi yaratdı. Onun ölümünün Rusiyadakı nəticələri belə oldu. Süleymaninin ölümü Rusiya-İran müttəfiqliyində düşmənə qarşı bizim birgə mübarizəmizi daha da möhkəmləndirdi. Odur ki, Süleymanin özünü qurban verməsi hədər yerə olmayıb. Onun ruhu daim bizimlə olacaq”.

Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin: “Qasim Süleymanini itirəndə elə bildim ailə üzvümü itirdim
“Qasim Süleymani təkcə siyasi xadim, hərbi strateq deyildi, həm də əsl din xadimi idi. Onun şəxsiyyəti və mənəviyyatı təkcə geopolitik və hərbçi olmağa sığmırdı, o həm də ruhani bir şəxs idi. O əsl şəhid idi. Baxın, şəhid sözünün ərəbcə iki mənası var. Biri cəfakeş, digəri isə şahidlik edən mənasındadır. O adam şəhid sayılır ki, həqiqətə şahidlik edir. Belə adam öz həyatını hansısa şəxsi maraqlara qurban vermir, o öz ölümü ilə uğrunda vuruşduğu yolun müqəddəsliyinə şahidlik edir. O öz ölümü ilə şahidlik edir ki, bizim döyüşümüz haqq yolundadır. Bu mənada Süleymaninin ölümü əks-təsir məsələsidir. Onlar bizim qəhrəmanlarımızı öldürməklə biz zəfləmirik, əksinə güclənirik. Axı biz inanclı adamlarıq - biz xristianlar və müsəlmanlar Allaha inanırıq. Biz bilirik ki, Allah bizim qətiyyətimizi, haqq uğrunda fədailiyimizi, bu yolda canımıza belə heyfimizin gəlməməsini görürsə, demək Allah bizə kömək olacaq. Yaxşı, əgər Allah bizimlədirsə, bəs kim bizə qarşıdır? Bizim düşmənlərimiz materialistdirlər və düşünürlər bizim qəhrəmanlarımızı cismani məhv etməklə biz zəifləyəcəyik, ya geri çəkiləcəyik. Xeyr, əslində belə şəhidlərimiz çox olduqca biz get-gedə güclənirik. Çünki şəhid qəhrəmanlarımız bizə uca göylərdən kömək olacaqlar. Və bu kömək – metafora deyil, real gücə malikdir. Odur ki, bizi öldürmək olmaz. Kim Allahladırsa, ona heç kimin gücü çatmaz. Bu mənada general Süleymaninin, o cümlədən İraq xalqının qəhrəman oğlu Mühəndisinin öldürülməsi bizi əslində zəiflətmək iqtidarında deyil. Məsələn, Süleymanini itirməklə Rusiya-İran münasibətləri heç də zəifləməyib, İranın Yaxın Şərqdəki fəaliyyəti azalmayıb, İran İslam İnqilabı Keşikçiləri Korpusu, İran vətənpərvərləri öz mövqelərindən geri çəkilməyiblər. Əksinə mövqelərimiz daha da güclənib. Əgər insan öz həyatını haqq yolunda qurban verirsə, o mübarizəni zəiflətmir, daha da gücləndirir. Biz maddiyyatçı deyilik, biz qələbəni qoşunların sayı, ölülərin və sağların miqdarı ilə hesablamırıq. Biz reallığı haqqın dərəcəsi ilə ölçürük. Əgər insan öz həyatını haqq yolunda, ədalət uğrunda qurban verirsə, bu iş daha da güclənir. Odur ki, Qasim Süleymaninin işi yaşayır və davam edir. Onun ölümünə Rusiyadakı reaksiya bizim mövqelərimizi burda daha da gücləndirmişdir. O bizə arqument verdi, göstərdi ki, baxın, düşmənlərimiz hər şey edəcəklər ki, dostlarımızı, müttəfiqlərimizi məhv etsinlər, demək biz Rusiya-İran alyansında daha möhkəm durmalıyıq. Biz Rusiya və İran xalqları Müqavimət cəbhəsində birgə dayanmalıyıq. Ona görə ki, bu yolda Qasim Süleymanı kimi ən yaxşı oğullarımız can qoyublar”.

Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin
“Qasim Süleymani Müqavimətin, çoxqütblü dünya uğrunda mübarizənin qəhrəmanı idi. O Yaxın Şərqin şiə icmasının adi dini qrup olmaqdan çıxaraq siyasi gücə çevrilməsində çox işlər görmüşdür ki, bu da olduqca vacib məsələdir. Yəni o faktiki olaraq şiəliyi Yaxın Şərqin əsas subyektinə çevirməyi bacarmışdır. O sünnilərlə, müsəlmanlarla və digər xalqlarla birgə bütün ölkələr və sakinlər üçün ədalət, azadlıq və sərbəstlik istəyirdi. O İran, İraq, Suriya, Liviya və Livan xalqlarının böyük fədaisi idi. O Livan xalqının müstəqilliyi və müqaviməti üçün böyük işlər görmüşdür. Başqa sözlə, general Süleymani böyük qəhrəman və əsl strateq idi. Əlbəttə onun aramızdan getməsi, bu gün bizimlə olmaması hamımızçün böyük zərbədir”.

Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin:
“Qasim Süleymanini itirəndə elə bildim ailə üzvümü itirdim
“General Süleymani əsl qəhrəman idi. O təkcə İranın maraqları üçün, şiə dünyası uğrunda vuruşmurdu, o bütün Müqavimətin qəhrəmanı idi. O imperializmin hegemonluğuna qarşı, Qərbin islam dünyasında, Yaxın Şərqdə və ümumiyyətlə planetar səviyyədə öz şərtlərini yeritmək cəhdlərinə qarşı müqavimətin qəhrəmanı idi. Odur ki, mənimçün general Süleymanının itirilməsi elə bil ailə üzvümün, hətta bəlkə də daha əziz adamımın itirilməsi demək idi. O mənə çox yaxın olan
bir mənəviyyat adamı idi”.

Tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin:
 “Qasim Süleymanini itirəndə elə bildim ailə üzvümü itirdim

Duqin: Qasim Süleymanini itirəndə elə bildim ailə üzvümü itirdim


“General Süleymani əsl qəhrəman idi. O təkcə İranın maraqları üçün, şiə dünyası uğrunda vuruşmurdu, o bütün Müqavimətin qəhrəmanı idi. O imperializmin hegemonluğuna qarşı, Qərbin islam dünyasında, Yaxın Şərqdə və ümumiyyətlə planetar səviyyədə öz şərtlərini yeritmək cəhdlərinə qarşı müqavimətin qəhrəmanı idi. Odur ki, mənimçün general Süleymanının itirilməsi elə bil ailə üzvümün, hətta bəlkə də daha əziz adamımın itirilməsi demək idi. O mənə çox yaxın olan mənəviyyat adamı idi”. 
Bu sözləri tanınmış Rusiya politoloqu, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, İzbor Klubunun üzvü, professor Aleksandr Duqin avrasiya.info saytına açıqlamasında demişdir.
Politoloq Qasim Süleymanini “Müqavimətin, çoxqütblü dünya uğrunda mübarizənin qəhrəmanı” adlandıraraq bildirmişdir: “O Yaxın Şərqin şiə icmasının adi dini qrup olmaqdan çıxaraq siyasi gücə çevrilməsində çox işlər görmüşdür ki, bu da olduqca vacib məsələdir. Yəni o faktiki olaraq şiəliyi Yaxın Şərqin əsas subyektinə çevirməyi bacarmışdır. O sünnilərlə, müsəlmanlarla və digər xalqlarla birgə bütün ölkələr və sakinlər üçün
ədalət, azadlıq və sərbəstlik istəyirdi. O İran, İraq, Suriya, Liviya və Livan xalqlarının böyük fədaisi idi. O Livan xalqının müstəqilliyi və müqaviməti üçün böyük işlər görmüşdür. Başqa sözlə, general Süleymani böyük qəhrəman və əsl strateq idi. Əlbəttə onun aramızdan getməsi, bu gün bizimlə olmaması hamımızçün böyük zərbədir”.
Duqinin sözlərinə görə Süleymani təkcə siyasi xadim, hərbi strateq deyildi, həm də əsl din xadimi idi: “Onun şəxsiyyəti və mənəviyyatı təkcə geopolitik və hərbçi olmağa sığmırdı, o həm də ruhani bir şəxs idi. O əsl şəhid idi. Baxın, şəhid sözünün ərəbcə iki mənası var. Biri cəfakeş, digəri isə şahidlik edən mənasındadır. O adam şəhid sayılır ki, həqiqətə şahidlik edir. Belə adam öz həyatını hansısa şəxsi maraqlara qurban vermir, o öz ölümü ilə uğrunda vuruşduğu yolun müqəddəsliyinə şahidlik edir. O öz ölümü ilə şahidlik edir ki, bizim döyüşümüz haqq yolundadır. Bu mənada Süleymaninin ölümü əks-təsir məsələsidir. Onlar bizim qəhrəmanlarımızı öldürməklə biz zəfləmirik, əksinə güclənirik. Axı biz inanclı adamlarıq - biz xristianlar və müsəlmanlar Allaha inanırıq. Biz bilirik ki, Allah bizim qətiyyətimizi, haqq uğrunda fədailiyimizi, bu yolda canımıza belə heyfimizin gəlməməsini görürsə, demək Allah bizə kömək olacaq. Yaxşı, əgər Allah bizimlədirsə, bəs kim bizə qarşıdır? Bizim düşmənlərimiz materialistdirlər və düşünürlər bizim qəhrəmanlarımızı cismani məhv etməklə biz zəifləyəcəyik, ya geri çəkiləcəyik. Xeyr, əslində belə şəhidlərimiz çox olduqca biz get-gedə güclənirik. Çünki şəhid qəhrəmanlarımız bizə uca göylərdən kömək olacaqlar. Və bu kömək – metafora deyil, real gücə malikdir. Odur ki, bizi öldürmək olmaz. Kim Allahladırsa, ona heç kimin gücü çatmaz. Bu mənada general Süleymaninin, o cümlədən İraq xalqının qəhrəman oğlu Mühəndisinin öldürülməsi bizi əslində zəiflətmək iqtidarında deyil. Məsələn, Süleymanini itirməklə Rusiya-İran münasibətləri heç də zəifləməyib, İranın Yaxın Şərqdəki fəaliyyəti azalmayıb, İran İslam İnqilabı Keşikçiləri Korpusu, İran vətənpərvərləri öz mövqelərindən geri çəkilməyiblər. Əksinə mövqelərimiz daha da güclənib. Əgər insan öz həyatını haqq yolunda qurban verirsə, o mübarizəni zəiflətmir, daha da gücləndirir. Biz maddiyyatçı deyilik, biz qələbəni qoşunların sayı, ölülərin və sağların miqdarı ilə hesablamırıq. Biz reallığı haqqın dərəcəsi ilə ölçürük. Əgər insan öz həyatını haqq yolunda, ədalət uğrunda qurban verirsə, bu iş daha da güclənir. Odur ki, Qasim Süleymaninin işi yaşayır və davam edir. Onun ölümünə Rusiyadakı reaksiya bizim mövqelərimizi burda daha da gücləndirmişdir. O bizə arqument verdi, göstərdi ki, baxın, düşmənlərimiz hər şey edəcəklər ki, dostlarımızı, müttəfiqlərimizi məhv etsinlər, demək biz Rusiya-İran alyansında daha möhkəm durmalıyıq. Biz Rusiya və İran xalqları Müqavimət cəbhəsində birgə dayanmalıyıq. Ona görə ki, bu yolda Qasim Süleymanı kimi ən yaxşı oğullarımız can qoyublar”.
Politoloq rus xalqının Süleymaniyə verdiyi böyük önəmdən danışaraq bildirmişdir ki, onun ölümü Rusiyada əsl milli matəm kimi qarşılanmışdır: “Mənim yadımdadır ki, general Süleymani öldürülərkən onun ölümü Rusiyada böyük kədərlə, Yaxın Şərqdə hərbi strategiya ilə məşğul olan adamlarımız arasında isə əsl matəmlə qarşılandı. Bu bizimçün böyük zərbə və hüzn oldu. Onun ölümü bizə bizlərdən birinin ölümü kimi təsir etdi. Sanki İran xalqının yox, Rus xalqının hansısa böyük qəhrəmanı, vacib hərbi sərkərdələrindən biri öldürülmüşdü. Süleymani təkcə İran xalqının deyil, Rus xalqının da strateqi, çoxqütblü dünya uğrunda mübarizi sayılırdı. İran xalqı kimi Rus xalqı da Süleymanini öz döyüşçüsü, öz əsgəri kimi görürdü. Süleymaninin ölümü – rus xalqının yaxın bir dostunun rəşadətli ölümü idi. O bizimçün böyük əhəmiyyət kəsb edirdi. Süleymaninin ölümünə rus strateqləri, rus hərbçiləri necə yanıb yaxılırdılar, necə heyfslənirdilər, bunu sözlə ifadə etmək çətindir. Onun alçaqcasına öldürülməsi burda ABŞ-a olan nifrəti, o cümlədən bu provokasiyanın arxasında duran İsrailə nifrəti daha da artırdı, qisas hissi yaratdı. Onun ölümünün Rusiyadakı nəticələri belə oldu. Süleymaninin ölümü Rusiya-İran müttəfiqliyində düşmənə qarşı bizim birgə mübarizəmizi daha da möhkəmləndirdi. Odur ki, Süleymanin özünü qurban verməsi hədər yerə olmayıb. Onun ruhu daim bizimlə olacaq”.

19.09.2021

Amerikan ordusu planeti zibilləyir

Fransanın Orient XXI və Mediapart portalları ABŞ ordusunun dünyada törətdiyi ekoloji fəsadlarla bağlı maraqlı araşdırma dərc etmişlər.
Araşdırmada göstərilir ki, ABŞ qoşunları diskolasiya olunduqları bütün ərazilərdə iqlimə böyük zərər vururlar. Məsələn, ABŞ-ın İraqdakı nəhəng Balad hərbi bazasında uzun illər 25 min hərbi qulluqçu xidmət etmişdir. Həmin bazanın kənarında hər gün 140 ton məişət, qida və s. tullantısı yandırılırdı ki, bu da atmosferə böyük ziyan vururdu. Müqayisə üçün deyək ki, bu tullantı yaxınlıqda 40 min iraqlının yaşadığı Balad şəhərinin öz tullantısından 3 dəfə çoxdur. Amerikanlar ərazidə 4 hektar həcmində xəndək qazmışdılar ki, öz zir-zibillərini burda yandırırdılar. 2003-cü ildən sonra uzun illər ərzində həmin xəndək demək olar fasiləsiz, dayanmadan yanaraq ətrafa tüstü buludları buraxmışdır. 2006-cı ildə Ətraf Mühitin Vəziyyətininin Qiymətləndirilməsi Qrupu buranı dünyanın “ən pis ekoloji obyekti” adlandırmışdır. Balad hərbi hissəsindəki əsgərlər daim başağırısından şikayətlənirdilər, öskürürdülər və qurum tüpürürdülər. Ekspertlər müəyyənləşdirmişlər ki, belə hərbi bazaların yaxınlığında yaşayan əhali kütləvi şəkildə xərçəng xəstəliyinə yoluxurlar. ABŞ-ın indiki prezidenti Co Baydenin oğlu da bu bazada xidmət etmişdir və xərçəng xəstəliyinə tutularaq hərbi xidmətdən sonra ölmüşdür. 
Araşdırmada göstərilir ki, ABŞ bazalarının və aerodromlarının olduğu dünyanın hər yerində yeraltı suların ağır kimyəvi zəhərlərlə çirklənməsi müşahidə olunmaqdadır. Problemin biri də bununla bağlıdır ki, amerikanlar hərbi bazalarını tərk edərək çıxıb gedərkən öz zibillərini təmizləmirlər, böyük əraziləri çirklənmiş şəkildə qoyaraq gedirlər.
O cümlədən hesablanmışdır ki, ABŞ hərbi-dəniz gəmilərinin havaya buraxdığı qurum havanı və iqlimi zəhərləyir, regiondakı əhali və ətraf aləm üçün böyük təhlükələr törədir, sahilyanı ərazilərdə havanın keyfiyyətini kəskin şəkildə aşağı salır. Digər ölkələrin gəmilərindən fərqli olaraq ABŞ gəmiləri dizel yanacağında işləyir ki, bu da havaya böyük miqdarda azot oksidlərinin buraxılmasına səbəb olur.

Vüqar Səfərli: "Yazılanları oxuyanda adam özü-özünə nifrət edir"

“O binaların tikilməsinə Əli Həsənov nəzarət edirdi, bəzən mənimlə, bəzən də mənsiz gedib baxırdı...”
 
2009-2020-ci illərdə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş, hazırda isə 20 milyona yaxın büdcə vəsaitinin mənimsənilməsi ittihamıyla həbsdə olan Vüqar Səfərli özünü təqsirli bilmir. O sentyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən deyib ki, ona qarşı irəli sürülmüş ittihamlar əsassızdır.
Vüqar Səfərlinin sözlərinə görə, Fondun maliyyə məsələləri, qəzetlərə ayrılan vəsaitlər və s. haqda qərarları Müşahidə Şurası verib. Onun isə Müşahidə Şurasının qərarına müdaxilə etmək imkanı olmayıb.
Sabiq icraçı direktor deyir ki, 2009-cu ildə Fond yaradılıb, prezidentin onu bu quruma rəhbər təyin etməsindən sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev onu qəbul edib. Deyib ki, Fondun fəaliyyətinə nəzarəti Əli Həsənov həyata keçirəcək.
Vüqar Səfərliyə qarşı ittihamlardan biri budur ki, o, Əli Həsənovun oğluna məxsus binada fond üçün baha qiymətə ofis icarəyə götürüb. Nəticədə bu illər ərzində 800 min manata yaxın vəsait israf olunub. O isə bu ittihamla razılaşmır. Deyir ki, Dövlət Əmlak Komitəsi fond üçün yer tapmağı onların özünə həvalə etmişdi. Həmin yer icarəyə götürüləndə razılaşdırılıb, qiymətlərdən Maliyyə Nazirliyi də xəbərdar olub və buna razılıq verib: “Biz oranı Əli Həsənovun ailə üzvünə məxsusluğuna görə yox, əlverişli olduğuna görə seçdik. Nəşriyyata da, metroya da yaxın idi. Bizə dedilər ki, orda yerləşən digər qurumlar kvadrat metri 20-22 manata icarəyə götürüb, sizə 18 manata verərik. Maliyyə Nazirliyinin rəhbərliyilə əlaqə saxladım, onlar bildirdilər ki, normal qiymətdir, müqavilə bağlayın. Biz də bağladıq. Bu illər ərzində bir dəfə də bizə hər hansı dövlət qurumu irad bildirməyib ki, icarə haqqı bahadır. Biz hər il xərclərimizlə bağlı hesabat vermişik. Bu gün də fond həmin binada fəaliyyət göstərir”.
İttihamda yazılıb ki, Vüqar Səfərli rəhbərlik etdiyi quruma aid olmayan ofis üçün də icarə haqqı ödəyib. O ifadəsində bu məsələyə də toxunub: “2019-cu ilin yanvarında Prezident yanında Bilik Fondu fəaliyyətini dayandırdı. Bu qurum da həmin binada yerləşirdi. Əli Həsənov mənə dedi ki, bizim Fondun fəaliyyətinin genişlənməsini istəyirlər, buna görə Ramiz Mehdiyevin adına məktub yazım. Fondun avadanlıqları bizə verilsin, onların ofisinin icarəyə götürülməsi üçün də Maliyyə Nazirliyinə məktub göndərib. Maliyyə Nazirliyindən cavab gəldi ki, indi ilin ortasıdır, ehtiyat vəsait yoxdur, gələn ilin əvvəlində o ofisin icarəsi üçün də vəsait köçürüləcək. Həmin osifə Prezident Administrasiyasının təyin etdiyi bəzi blogerlər yerləşdirilmişdi. Cinayət işinin materiallarında yazılıb ki, guya ofis bazar qiymətinə görə 12-13 manat olmalıydı, dövlət rüsumu isə 47 qəpik idi. Gülünc rəqəmdir, kvadrat metri 47 qəpiyə harda icarəyə ofis var? Bunlar kvadrat metri 47 qəpikdən hesablayıb, bu illər ərzində ümumilikdə 22 min 326 manat icarə haqqı hesablayıblar. Guya biz 812 min 585 manat artıq ödəmişik, bu qədər vəsaiti israf eləmişik. Biz bunun vergisini də ödəyirdik, hesablamada onu da çıxmayıblar. 119 min 77 manat bunun vergisi eləyib”.
“Futbol+qol” qəzetinə maliyyə vəsaiti ayrılması haqda danışan Vüqar Səfərli deyib ki, ittiham aktında bu qəzetə həyat yoldaşının təsisçi olmasına görə pul ayrıldığı yazılıb, amma bu yalandır. Təqsirləndirilən şəxsin sözlərinə görə, hansı qəzetlərə maliyyə ayrılması məsələsində qərar verən Müşahidə Şurası olub: “Qəzetlərə maliyyə ayrılmasıyla bağlı qaydalar vardı. O qaydaları da Müşahidə Şurası müəyyənləşdirirdi. Mən sadəcə qərarları icra etmişəm. Müşahidə Şurasının iclaslarında iştirak etsəm də, qarışmağa ixtiyarım yox idi. Bütün iclasların videoyazıları var”.
Vüqar Səfərli bildirib ki, 2018-ci ilin sonunda Əli Həsənov onu çağırıb, prezidentin qəzetlərin səviyyəsindən narazı olduğunu deyib. Tapşırılıb ki, qəzetlərin sayı azaldılsın, keyfiyyət artırılsın. Bu istiqamətdə müzakirələrdən sonra bəzi qəzetlərə maliyyə dəstəyi göstərməkdən imtina olunub.
Sabiq icraçı direktor Səbail rayonu, “20-ci sahə” ərazisində jurnalistlər üçün binaların tikilməsi zamanı milyonlarla vəsaitin yeyintisi ittihamından ətraflı danışıb. O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintiyə Nəzarət Agentliyi tərəfindən yoxlamalar aparılıb, rəy verilib. Jurnalistlər üçün tikilən birinci bina 31 milyon 466 min, ikinci bina isə 26 milyon 208 min manat qiymətləndirilib: “Biz tikintini aparan şirkətə pulu əvvəldən ödəməmişik. Əksinə həmişə borclu olmuşuq. Mənim müdaxilə etmək imkanım və səlahiyyətim olmayıb. Vəsait birbaşa şirkətin hesabına köçürülüb. Bəs niyə istintaq həmin vəsaitin kimin əli ilə hesabdan çıxarıldığını aydınlaşdırmayıb? Mənim 64 yaşım var. İnsan həyatıyla oynamaq olmaz. Mən gördüyüm işlərə görə cavab verəcəm. Vəzifədə olan hər bir şəxs kimi, mənim də nöqsanlarım olub. Hamı gözəl bilir ki, o vəsaitlər necə gəlib, necə gedib. İstintaq bunu araşdırmayıb. Tikintini aparmış “Portos” şirkətinin bir müddət direktoru olmuş Ədalət Vəliyevin müraciəti var. O yazır ki, 16 milyon vurulmuş ziyanı ödəməyə hazırdır. Qohumlarının ona bağışladığı mülkü zərərin əvəzi kimi verir. Etiraf edir ki, biz eləmişik”.
Vüqar Səfərli vuğulayıb ki, onu tikintinin keyfiyyətsizliyinə görə də ittiham edirlər. Halbuki bu məsələnin ona aidiyyəti yoxdur: “O tikintilərə Əli Həsənov nəzarət edirdi. Mənimlə də, mənsiz də ora gedib baxırdı. Beton, armatur keyfiyyətsizdirsə, buna mən cavabdeh ola bilmərəm ki. Divarın suvağı 5 santimetr olmalıydı, 3 santimetr olub. Mən suvaq ölçən deyiləm axı...”
Keçmiş Fond rəhbərina qarşı ittihamlardan biri də cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasıdır. Vüqar Səfərli deyir ki, bankda üzərinə həbs qoyulmuş vəsait də, əmlaklar da cinayət yoluyla – yeyinti nəticəsində əldə olunmayıb. O iddia edir ki, əvvəldən biznesi olub və bunun hesabına əldə edib: “Sonradan vəzifədə olduğuma görə bizneslə məşğul ola bilməzdim. Ona görə əvvəlki biznes kənardan idarə olunub. O dövrdə əldə olunan gəlirlər depozit kimi banka qoyulub, hər il gəlir götürülüb. Bizim qəzetin satışından aylıq gəlirimiz təxminən 10 min olurdu. İstintaq bizim ailənin bu gəlirlərini nəzərə almayıb, hamısını yeyinti kimi qələmə verib”.
Vüqar Səfərli əlavə edib ki, onun rəhbərlik etdiyi dövrdə Fondun fəaliyyətilə bağlı yoxlamalarda özünün iştirakı təmin edilməyib, bu da qanunsuzdur: “Mən ərizəmi verib vəzifədən çıxandan sonra bir günün içində bütün işçilərdən də ərizə alıb, hamısını çıxarıblar. O cür təzyiq altında da onlardan izahat alınıb. İstintaq dövründə üzləşmə keçirilməyib. Müşahidə Şurası əsas qərar verən orqan olub. Amma nə sədrini dindiriblər, nə də üzvlərini. Soruşmayıblar ki, vəsaitlərin ayrılması haqda niyə qərar vermisiz?”
Keçmiş icraçı direktor xatırladıb ki, 2009-cu ildə 4 illik Fondun icraçı direktoru təyin ediləndən sonra prezident daha iki dəfə 2013 və 2017-ci illərdə daha iki dəfə ona etimad göstərib. Bundan başqa, üç dəfə də onu müxtəlif orden-medallarla təltif edib: “Möhtərəm prezident “Vətənə xidmətə görə” ordenini şəxsən özü təqdim etmişdi mənə. İndi isə ittihamda yazılanları oxuyanda adam özü-özünə nifrət eləyir. Elə saxlanılırıq ki, sanki xalq düşmənləriyik. Telekanallar elə təqdim edir, Vüqar Səfərli yeyib-dağıdıb. Əli Həsənovun mülküydü deyə, icarəhaqqı ödəməməliydik? Bu gün də fond orda yerləşir. Biz nə biləydik ki, belə vəziyyət yaranacaq, Əli Həsənovu çıxaracaqlar, hər şeydən bizə qarşı istifadə edəcəklər. Əgər mən artıq icarə pulu verirdimsə, bəs Maliyyə Nazirliyi bu illər ərzində hara baxırdı? Bu illər ərzində heç kim bizə irad tutmayıb”.
Vüqar Səfərli və onunla birlikdə mühakimə olunanların işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə araşdırılır. Məhkəmə qarşısında Vüqar Səfərli ilə yanaşı daha 10 nəfər dayanıb. Onların arasında “Portos” MMC-nin direktoru Nadir Məmmədov, həmin binaların keçmiş komendantı Bünyamin İsmayılov, fondun mühasibi olmuş Təhminə Yaqubova, “Altun” restoranının direktor müavini Təmkin Xəlilov, bu restoranın inzibatçısı Şahin İbrahimov, “Xəmsə” restoranının icarədarı Bəxtiyar Fətullayev və Valeh Orucov da var. Lakin təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və Nadir Məmmədov həbsdədir.
Vüqar Səfərli digər təqsirləndirilən şəxslərlə əlbir olub, 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, bundan əlavə, cinayət yoluyla əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. (Meydan TV)

17.09.2021

Zərdüşt Əlizadədən türkçülüklə bağlı ağır sözlər: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi”

“Kim deyir ki, Azərbaycanda şovinizm yoxdur? Türksən gözüm aydın, ol da türk. Gəl otur başımda. Bizdə də elələri var. Yəni cəmiyyətin ən az tərbiyəli, ən az savadlı hissəsi özünü millətçilik hesabına məğrur, qüdrətli hesab edir”.
Bu sözləri politoloq Zərdüşt Əlizadə şovinizmlə bağlı sualı cavablandırarkən söyləyib.
O bildirib ki, cəmiyyət də, xalq da öz konkret nailiyyətlərinə görə tanınır. Azərbaycan dünyada hələ elə bir əzəmətli iş görməyib ki, xalq bununla fəxr eləsin: “Şovinizmin ən parlaq nümunəsi Elçibəy idi də, türkük, türkük. Türk olub neyləmisən? Elədiyin göz qabağındadır”.
Zərdüşt Əlizadə bizim.media saytının “Amma heç gerçək tarixi, dövlətçilik ənənələri olmayan ermənilər də şovinistdirlər” müdaxiləsinə isə belə cavab verdi: “Onlar xəstə millətdir. Şovinizm onlarda milli xəstəliyə çevrilib, başlarına hava gəlib”.
Saytın sualı: "Buna görə də şovinizmin olmasının, yaxud olmamasının müsbət və mənfi tərəflərini sizdən öyrənmək istəyirdik. Hansı halda şovinizm yaxşı, hansı halda pisdir? Yoxsa ümumiyyətlə pisdir?"
Cavab: “Şovinizm ziyanlı bir şeydir. Milli qürur, dövlət millətçiliyi müsbət şeydir. Bu imkan verir ki, dövlət öz hüquqlarını, mənafeyini qorusun. Amma hər şeyin əndazəsi var da. Millətçilik əndazəsini keçəndə olur şovinizm. Milli qürur – bəli, mən fəxr edirəm ki, mənim millətimdə tarixən və indinin özündə də yaxşı, nəcib, müsbət insanlar olub. Onların əməlləri ilə fəxr eləməyə dəyər. Amma... Osmanlı sultanlarının elələri var ki, onlar Osmanlı dövlətinə baş ucalığı yox, ayıb gətiriblər. Azərbaycan tarixində elə rəhbərlər olub ki, bizim boyumuzu yerə soxublar. Elə ziyalılar var ki, biz onlardan utanırıq. Yaltaqlığından, ikiüzlülüyündən, boş-boş şeylər yazırlar. Amma elə sadə insanlar var ki, onlarla fəxr eləmək olar. Varlı deyillər, lakin çox mədəniyyətli insanlardlr. Hər şeyə nisbətdə baxmaq lazımdır. Hesab edirəm ki, şovinizmdən qaçmaq laızmdır, milli qürur hissi ilə yaşamaq olar, amma əsas şey dövlət millətçiliyi olmalıdır”.

Keçmiş səfir İsfəndiyar Vahabzadə sözlərinə görə cavab verməli olacaq

Eynulla Fətullayev

Postsovet məkanı İsfəndiyar Vahabzadə adlı insanın mövcudluğundan heç vaxt xəbər tutmaya bilərdi. Baxmayaraq ki, keçmiş diplomat İsfəndiyar bəy bu gün də özünün Vahabzadə soyadı ilə qürrələnir. Bəli, İsfəndiyar tanınmış Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğludur. Sonuncunun məşhurluğu elə də uzaqlara yayılmayıb, ən çoxu azad olunmuş Şərqi Zəngəzura qədər gedib çatır. Çünki mərhum Bəxtiyar Vahabzadə şair olmaqdan daha çox vətəndaş idi. Anadangəlmə çoxşaxəli poetik istedadına və gözəl üslubuna baxmayaraq, Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə şərq ədəbiyyatının stoiki Hüseyn Cavidlə və hətta “Azərbaycanın Yesenini” Mikayıl Müşfiqlə müqayisə oluna bilməz. Hər üç rusdan biri Bülbüloğlu soyadını eşidib, ancaq bircə rus belə Vahabzadə soyadını eşitməyib.
Bəli, Nekrasov sayğı söyləsək, “İlham almaq, şirin səslər və dualar üçün yaranmış” Vahabzadə soyadı ədəbiyyat vurğunu olan rus oxucularına heç nə söyləmir. Əks halda oğulun səhvini atanın xatirəsinə bağışlayardılar.
İsfəndiyar isə səhvə yox, ağır cinayətə yol verib. O, qayğısız yeniyetməlik illərindəki kimi hələ də seçilmiş bəyzadə psixologiyası ilə yaşayır. Yəni atanın xatirinə bağışlayar və unudarlar. Ancaq görünür, 67 yaşlı şəxsin həyatında ilk dəfə həqiqət anı yetişib - sözlərinə görə özü cavab verməli olacaq. Əgər İsfəndiyar Vahabzadənin cinayəti Zəngəzur dağlarına qədər baş versəydi, bağışlamaq və unutmaq olardı. Ancaq o özünün ədəbsiz sözləri ilə Azərbaycana dost olan bütün rus xalqını təhqir edib. Böyük mədəniyyəti olan bu böyük xalqı hərif Jirinovski ilə eyniləşdirib.
İsfəndiyarın videomüraciətinə baxandan sonra insanın qəlbində çirkin təəssürat qalır. Ölkəyə və hamımıza görə ayıbdır! Axı sanki zəncirindən qopmuş bu qəzəbli yaramaz onillər ərzində ölkəmizi səfir rütbəsində təmsil edib. Keçmiş səfir sınıq-salxaq rus dilində, sanki Çerkizondan olan yelbeyin gənc kimi Jirinovskiyə virtual müraciət edərək özünün “şərəfli karyera”sı boyu necə Rusiyaya və onun siyasətçilərinə nifrət etdiyindən danışır. Ancaq 67 yaşlı bəyzadə xatırlamağı unudur - o Əliyevin suveren demokratiyasından çox Brejnevin durğunluğunun məhsuludur.
Özünüz mühakimə edin, 70-ci illərdə elitar “şərqşünaslığ”ı (Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsi) təbii ki tanışlıqla, atasının partiya elitası və DTK ilə sıx əlaqələri hesabına bitirib dərhal da Sovet ölçülərinə görə başgicəlləndirici təyinat alır - İranda tərcüməçi. “Dəmir Pərdə”dən tullanıb “çürüməkdə olan kapitalizm”ə yalnız Sovet sisteminin seçdiyi və sınaqdan çıxardığı komsomolçular keçə bilərdilər. Və bir neçə il sonra İsfəndiyar SSRİ Müdafiə Nazirliyinin hərbi tərcüməçilərinin cərgəsinə qoşulur. Onillər sonra təsdiqləyək ki, Vahabzadə inqilabi bişkinlikli əsl kommunist kimi Baş Kəşfiyyat İdarəsinin nomenklaturasında, yəni sistemin birbaşa akvariumunda gözünü açır! İsfəndiyar beynəlmiləlçiliyin möhkəmləndirilməsi sahəsindəki bütün çıxış və təbliğatında sinfi düşmənləri və Amerika imperializminin agentlərini ifşa edir. 
Beynəlmiləlçilik borcunu yerinə yetirən bu cür qiymətli kadra tale tərəfindən Lenin komsomoluna və Stalin partiyasına aparan daha bir qırmızı cığır hazırlanır. Vahabzadə Bakı şəhər partiya komitəsində hələ Stalin vaxtlarından proletar diktaturasının cəzalandıran əlini təcəssüm edən ideologiya şöbəsində təlimatçıya qədər yüksəlməyə müvəffəq olur. Və kabinetində oturub yeni beynəlmiləl borcu yerinə yetirmək haqqında arzulara dalarkən qəfildən geosiyasi fəlakəti - böyük Sovet ölkəsinin dağılmasını sezir. Elə həmin pəncərədən də atasını tribunada SSRİ-ni xalqların türməsi elan edən saqqallı qeyri-formalların arasında görür. Yeni dövr gəlir, deməli, yeni ideoloji klişelər tapmaq və Lenin əleyhinə leksikonla silahlanmaq lazımdır. Və yenə də müəllimi atası olur.
İsfəndiyar Vahabzadə çox bəxtlidir. Yaman fələk Azərbaycan Xarici işlər naziri kürsüsünə postsovet dövrünün ən uğurlu dönüklərindən olan keçmiş MK katibi, nədənsə “qırmızı-kərpici Həsən” adlandırılan Həsən Həsənovu əyləşdirir. O isə yeni yaranan XİN-ə tərcüməçiləri də tanışlıq və dostbazlıq prinsipləri ilə toplayır. Həsənov jdanovçuluq ruhunda ətrafına tanınmış ədəbi dərnəkləri toplamağı, onların arasında lovğalanmağı, yaltaq şair və yazıçılara özünün siyasi əhəmiyyətini göstərməyi sevirdi. Beləliklə, “qırmızı-kərpici Həsən” XİN-də İsfəndiyar Vahabzadəni qanadı altına alır. Ardınca isə heç bir öhdəliyi olmayan qayğısız, nəzərəçarpmayan, şirin səfir həyatı. Vahabzadə yeyir, içir, geyinir, kabinetdə oturur, pulları sayır və çimərlikdə qaralırdı. Ancaq bir gün gözəl idilliya bitir. Vahabzadəni yaxşı məvaciblə layiqli təqaüdə yola salırlar. Onun kimiləri yalnız ömürlərinin sonunda əsas eyiblərini başa düşürlər - onlar ömür sürüblər, ancaq yaşamağı öyrənməyiblər. Ata isə artıq dünyadan köçüb.
Və Vahabzadə adi şantajı seçir, özü də anlamadan ləyaqətli adamların uşaqlıqdan qazandıqları dəyərlərə görə keçmədiyi sərhədləri keçir. Vahabzadə xidmət etdiyi hakimiyyəti təhqir etməyə başlayır, təzim göstərdiyi prezidentə virtual fəzada diş qıcayır, əvvəllər limuzininin tünd pəncərəsindən görmədiyi məzlumların hüquqları uğrunda mübarizə aparır... Nəhayət başqa xalqı təhqir edir.
Əlbəttə, Rusiyada İsfəndiyarı görməzdən gələ, ona əl yelləyə, bu zavallı adamın emosiya sıçrayışını diqqətdən kənarda qoya bilərdilər. Ancaq İsfəndiyar ikinci Qarabağ müharibəsindən sonra qəlblərdə ağır təəssürat qoyan istənilən sözdən yapışmaq üçün ən xırda şans axtaran jirinovskilərə, solovyovlara, erməni diasporasına və sair siyasi yaramazlara əvəzsiz xidmət göstərdi.
Ancaq tanınmış Vahabzadə soyadını daşıyan şəxsə də, bədnam Jirinovski soyadını daşıyan şəxsə də bir-birinə doğma olan iki xalqın tarixini özü tərəfindən bərkidilmiş mənəvi və mədəni bağlarını qırmaq müyəssər olmayacaq. Rusiya və ruslar, ədəbi-fəlsəfi rus dünyası azərbaycanlılar üçün olduqca çox şeydir. Bu, qəlbimizin bir parçası, dünyaya daha bir pəncərədir.
Və iki görkəmli siyasətçi - Vladimir Putin və İlham Əliyev iki ölkənin qarşılıqlı əlaqəsinin elə unikal sistemini qurmağa nail olub ki, bu sistem istənilən pis niyyəti yad cisim kimi kənarlaşdırır…

virtualaz.org

"İyrənc donuz" təfəkkürü və onu daşıyanlar

Nadir Qocabəyli

Rusiyada Jirinovskini dəstəkləyən xeyli insan var. Bu səbəbdən onun adı məzmununa uyğun gəlməyən Liberal-demokrat partiyası illərdir Dövlət Dumasında üçüncüdür. Ancaq Jurunovskiyə səs verənlər, ona əl çalanlar, onu dəstəkləyənlər üçün nə onun partiyasının adı, nə də məzmunu önəmli deyil. Mən də bu yazıda bundan bəhs etməyəcək, bu mövzuda danışmayacağam.
Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” məşhur operettasında liberal Həsən bəy məclisə belə bir sual verir: “Məşədi İbadın nəyi Rüstəm bəyin xoşuna gəlib ki?” İndi bu Jirinovskinin nəyi və harası o boyda rus xalqının xoşuna gəlir ki, illərdir onu parlament sayca üçüncü saxlayır? Jirinovski ağıllı deyil. İntellektual da deyil. Ona dövlətçi, millətçi, vətənpərvər də demək olmaz, çünki Jirinovski sadəcə hay-küyçü provokator, populist araqarışdırandır. Rusiyadakı ağıllı adamların, siyasətçilərin, ictimai xadimlərin, incəsənət ustalarının ondan xoşu gəlmir. Onunla əksər normal, sağlam düşüncəli ruslar arasında kobud dava-dalaş olub və konflikt var. Jirinovski əxlaqlı adam da deyil, tərbiyəli həyat tərzi keçirmir. Əyyaş və pozğundur. Bu haqda zaman-zaman video-süjetlər də yayılıb...
Elə isə, axı nəyi?! Gəlin bu suala cavab tapmağa çalışaq. Jirinovskini tanıdan, “ala itdən məşhur” edən nədir? Əlbəttə ilk növbədə həyasızlığı və abırsızlığı. Gəlin düşünək, dava salan, səs-küy qaldıran, necə deyərlər, tumanını başına keçirən adama hər yerdə diqqət olur. Jirinovski də hər zaman özünəməxsus həyasız ritorikası, mırıltını xatırladan səsi, utanmaz mimikaları və jestləri ilə yadda qalır. Etiraf edək ki, insanların, xüsusilə də kütlənin belə şeylərə marağı güclü olur. Ancaq Jirinovski təkcə çığırıb-bağırmaqla, söyüş və təhqir yağdırmaqla, dəli kimi əl-qol atmaqla kifayətlənmir. O həm də siyasi şüarlar söyləyir və bu şüarlar millətçi-şovinist, imperialist xarakterdə olur. Düşünün: millətçi-şovinist, imperialist şüarları bütün ölkələrdə və cəmiyyətlərdə dəstəkləyənlər var. Bunlar məhz özünü başqalarından üstün sayan, üstün yaradıldığını düşünən, başqalarını əzib, onların hesabına yaşamağı fəxr bilən pis adamlardır. Ən mədəni, inkişaf etmiş ölkələr belə onlardan sığortalanmayıb. Alman Hitlerin, italyan Mussolininin həmin bədniyyət, bədbəxt adamları başlarına toplayıb, dünyanın başına açdıqları müsibət hər kəsin yadındadır. Hazırda Fransada Mari Le Penin başçılıq etdiyi partiya buna ən bariz örnəkərdən biridir. Onlar gələn il prezident seçkilərində iştirak edəcəklər və millətçi-şovinist, mühafizəkar xanım seçkinin favoritlərindən hesab olunur.
Əlbəttə, yüksək intellektə malik, bilikli, səviyyəli adam şovinist, etnik millətçi ola bilməz. Onun üçün yaxşı insan, yaxşı münasibətlər, faydalı əməkdaşlıq, dostluq, inkişaf, tərəqqi önəmlidir. Ancaq təəssüflər olsun ki, bəşəriyyət hələ bütün insanların yüksək düşündüyü mərhələyə qədəm basmayıb. İrqi, etnik, şovinist meyillərdən, dini və hər cür digər fanatizmdən, şəxsiyyətə, bütə, kanonlara pərəstişdən qurtula bilməyən insanlar bütün millətlərdə mövcuddur və sayları da kifayət qədərdir. Bəşəriyyətin onlardan nə vaxt qurtulacağı tarix bəlli deyil. Hələlik görünən odur ki, onlar çoxdur, bəzi hallarda mütəşəkkildirlər və aparıcı olmasalar da, müəyyən gücə sahibdirlər. Eyni zamanda onları dəstəkləyən, onlara pul verən, onlardan öz xeyrinə istifadə edən hiyləgər insanlar, siyasətçilər, dövlətlər, böyük güclər var. Əksəriyyətə bəllidir ki, millətçi, etnik, şovinist şüarlarla ortaya çıxıb yaxasını cıran, şüvən salan şəxslərin milli kimliyini araşıdıranda onların çox zaman başqa millətlərdən olduğu ortaya çıxır. Görürsən ki, türkçülük edən adam heç türk-filan deyil, eyni zamanda slavyanofillik edənin də salavyanlıqla heç bir əlaqəsi yoxdur. İrançılar da onlar kimi.
Rasist, nasist, şovinist, faşist ovqatlı insanlar incisələr də, gec-tez dərk etməlidirlər ki, bu düşüncə son dərəcə geri və primitivdir. Əsas səbəb insanlığın kökünün bir olması, həm elmi, həm də dini baxımdan bir mənbəyə, qaynağa gedib çıxmasıdır. Dinlər də hamısı vahid və tək Tanrıya aparır. Odur ki, insanlar arasında lazımsız, yersiz mübahisələr, ədavət yaratmaq, münaqişələrə, müharibələrə rəvac vermək sadəcə böyük günahdır. Bu adamlar bilməlidir ki, etdikləri pisliklərdən təkcə başqaları yox, özləri də ziyan çəkir.
Bəzi soydaşlar Jirinovskiyə onun öz tərzində cavab verən İsfəndiyar Vahabzadəyə haqq qazandırır. Hətta onu tənqid edənləri təhqir edənlər, sağlam düşüncəyə təcavüz edənlər də var. Əlbəttə, oğru və əyri həmişə doğrudan bərk qışqırır. Ağıllılarsa axmaqlara borcludurlar. Odur ki, sağlam düşüncə sahibləri təmkinli və səbrli olmalıdırlar.
Gəlin bir anlıq hamımız səbrli davranaq və soyuq başla mühakimə yürüdək. Jirinovski kimisinə onun öz tərzində cavab vermək yaxşı hərəkət sayıla bilərmi? Əgər söyüş söymək, hər hansı xalqı təhqir etmək pisdirsə, Jirinovskinin bütöv bir xalqı “qoyun” adlandırması yekəbaşlıq və ədəbsizlikdirsə, İsfəndiyarın başqa bir xalqa “iyrənc, üfunətli donuz” deməsi necə yaxşı ola bilər? Jirinovski bizi söyübsə, biz də ellikcə onlarımı söyməliyik? Yaxud söyəni alqışlamalıyıq? Bu necə məntiq, necə sağlam təfəkkürdür?
Bəlkə Jirinovskinin bu mövqeyini bəyənməyən, təqdir etməyən ruslarla Vahabzadənin cavabını qəbul etməyən azərbaycanlıların birliyinə nail olaq? Çünki bu mövqe daha mütərəqqidir və müsbət nəticə verər, dostluğa, sağlam mühitin yaranmasına, əlaqələrin genişlənməsinə, ticarətə, alverə, qazanca, sevgiyə səbəb olar. Əksini düşünək: ruslar iki ayaqlarını bir başmağa dirəyib Jirinovskini müdafiə, bizi təhqir edir, azərbaycanlılar da Vahabzadənin ətrafında cəm olur və başlayırıq Rusiya ilə müharibəyə. Peşman olmayacağınızdan, ağlamayacağınızdan, göz yaşları tökməyəcəyinizdən əminsiniz? Mən əmin deyiləm.
Vaxtilə Zəlimxan Yandarbiyevin Boris Yeltsinin qarşısında papağını çıxarmaq istəməməsini böyük qəhrəmanlıq sayanlar Çeçenistanın sonrakı aqibətini gördülər. Əgər sonunda Çeçenistanı Ramzan Kadırov kimi birinə qoyacaqdılarsa, bütün bunları etməyinə dəyərdimi? Yandarbiyev o zaman ağıllı, müdrik, uzaqgörən siyasətçi olardı ki, papağını çıxarıb qoyardı qarşısına, böyük ölkənin rəhbəri ilə dil tapmağa çalışardı və xalqını bəlalardan qoruyardı.

azvision.az

Qərbdə mətbuat azadlığı


Qərbdə azadlıq var, amma zülmlə, pozğunluqla birgə olan azadlıq. Qərbdə qəzetlər azaddır və hər şeydən yazırlar. Amma onlar kimlərindir? Məgər xalqındır? Bu aydın məsələdir, gedib baxsınlar. Siz Avropa və Amerikada kapitalistlərə məxsus olmayan bir sanballı qəzet göstərin. Orda mətbuat azadlığı dedikdə öz sözünü danışan, istədiyini gözdən salan, istədiyini böyüdən, ictimai rəyi istədiyi tərəfə yönəldən kapitalistin azadlığı nəzərdə tutulur. Bu daha azadlıq olmadı ki! 

Ayətullah Seyid Əli Xamenei

Həmin trollar baxır hansı məqsədlə saxlanılıb - KİVDF İŞİ

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdəki icraçı direktoru Vüqar Səfərli istintaqda Əli Həsənov və Ramiz Mehdiyevə qarşı ifadə verib. Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, sonuncu da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.
Yada salaq ki, Vüqar Səfərli ifadəsində 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib. İfadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb: “Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm. Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm. 2019-cu ildə ilkin bağlanmış icarə müqaviləsinə dəyişiklik edilərək əvvəllər həmin binada yerləşən “Bilik Fondu”ndan boşalan ikinci mərtəbədəki 421 kvadratmetrlik sahəni də icarəyə götürdük. Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi. Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım. Əli Həsənovun dediyinə görə, həmin yeri icarəyə götürülən sahədə internet bloqerləri oturaraq fəaliyyət göstərməli idi. Həqiqətən də bir neçə bloqer həmin otaqlarda oturaraq qeyri-rəsmi formada fəaliyyət göstərirdilər".
Əslində Əli Həsənovun trol ordusu saxlaması xəbəri yeni deyil. 2019-cu ilin dekabrında Əməkdar jurnalist Azər Həsrət şəxsi profilində Əli Həsənovun idarə etdiyi “trol ordusu”nun ən fəal əsgərlərindən olduğunu etiraf edib. Sitat: “Yəqin kimlərsə bu yazımı Əli Həsənovun işdən azad edilməsini mübahisə mövzusuna çevirmək cəhdim kimi qələmə verəcək. Elədirmi? Bu sualın cavabını lap sonda verəcəm. Hələliksə görün nə deyirəm. Bəzən olur ki, etiraf anı gəlir. Uzun müddət müzakirələr olur, kimlərsə nəyisə etiraf etməkdən qorxur, çəkinir. Başqa biriləri də çəkinmədən etiraf edir. Biz ikincilərdənik. Etiraf etməkdən çəkinmərik. Bu dəfə də elədir. O məlum və məşhur "trol" məsələsilə bağlı etirafım olacaq. Bəli, Əli Həsənovun yönəltdiyi “trol ordusu”nun ən fəal əsgərlərindən biri də mənəm. Etiraf edirəm bunu. Boynuma alıram. O “trol”lardan biri, bir çox hallarda birincisi mənəm: Azər Həsrət".
Daha sonra Azər Həsrət özünün “trol fəaliyyətini” aşağıdaki səbəblərlə izah edir: “Hər şeydən öncə qeyd edim ki, bütün yazı-pozularım o ”troluq" fəaliyyəti çərçivəsində olmayıb. Bir çox yazılarım, çıxışlarım şəxsi təşəbbüsüm olub. Özəlliklə də baş verməkdə olan ictimai-siyasi proseslərə, Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin üzərinə gələnlərə verdiyim reaksiyalar anidən - şəxsi qərarımla olub. Yaxud da Azərbaycan dövlətinə yan baxan hər kəsin - istər dış, istər iç ünsürlərin qarşısına çıxmağı özümə borc bilmişəm, bu yöndə əlimdən gələni edib zərbələri öz üzərimə çəkmişəm. Həm də ümumilikdə hakimiyyətin üzərinə gələn bəlli radikal ünsürlərin də qarşısına çıxmağı özüm üçün bir vəzifə sanmışam, daim bunu etmişəm. Hətta bir çox hallarda ortada yeyib qıraqda dolananlar yaxasını kənara çəkərkən şəxsən mən heç bir dəvət, xahiş, tapşırıq gözləmədən hərəkətə keçmişəm... Əli Həsənovun “trol”u olaraq daim TV kanallarında çıxışlar etmiş, şərh və təhlillər yazaraq cəmiyyəti bilgiləndirməyə çalışmışam".
Azər Həsrətin həmin çıxışından 1 ay əvvəl, 2019-cu ilin noyabrında Əli Həsənov BBC Azərbaycanca-ya müsahibəsində “trol ordusu” saxlaması haqda suala belə cavab vermişdi: “Tamamilə yalandır. Əvvəla Azərbaycan mediasındakı bugünkü vəziyyət Azərbaycan cəmiyyətinin inkişafına adekvatdır. Azərbaycanda media azadlığı, söz azadlığı var, fikir plüarizmi mövcuddur. Bunu heç kim inkar edə bilməz. Bunu yazanların özü əgər belə yaza bilirsə, bu, o deməkdir ki, fikir plüarizmi var. O ki qaldı hansısa trollar ordusuna, guya o trollar ordusuna mən rəhbərlik edirəm, mənim getməyimlə o trollar ordusunun fəaliyyəti dayanacaq, bu da tamamilə yalan və böhtandır. Azərbaycanda heç bir trol ordusu yoxdur”.
2020-ci ildə Feysbuk-un rəsmi saytında sentyabr və oktyabr aylarının ilk günlərində dünya boyunca bloklanan saxta hesab şəbəkələri barədə hesabat dərc edilib. Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, Feysbuk ölkəyə bağlı 589 hesab, 7906 səhifə və 447 Instagram hesabını “əlaqələndirilmiş saxta davranışa” görə bağlayıb.
Bəs Vüqar Səfərlinin ifadəsi Əli Həsənovla yanaşı Ramiz Mehdiyevin də məhkəmədə dindirilməsi üçün əsas yaradırmı?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, məhkəmə istintaqının tam və hərtərəfli aparılması iş üzrə son nəticədə ədalətli qərar çıxarmağa imkan verir: “Çox təəssüf ki, son illər Azərbaycan məhkəmələrində daha çox tələm-tələsik qərar verilməsi, hökm çıxarılmasının şahidi oluruq. Məhkəmələrdə işin birbaşa nəticəsinə təsir edəcək ifadələr dinlənilmir, sübut-dəlillər araşdırılmır. Hakimlər tez bir zamanda işi yekunlaşdırıb qərar, hökm çıxarmağa tələsirlər. Halbuki Cinayət Prosessual Məcəlləsinin tələbinə görə, məhkəmə araşdırmasının obyektivliyini təmin etmək hakimin vəzifəsidir. Yəni Vüqar Səfərli deyirsə ki, bu məsələdə Əli Həsənovla və Ramiz Mehdiyevdən göstərişlər alıb, bu halda hər iki şəxs məhkəməyə şahid qismində dəvət olunub dindirilməlidirlər. Aydınlaşdırılmalıdır ki, onlar Vüqar Səfərliyə belə bir göstəriş veriblərmi? Veriblərsə, həmin göstərişin qanuni və ya qanunsuz olması məsələsi müzakirə, araşdırma predmeti ola bilər”.
Hüquqşünas Vüqar Səfərlinin trol saxlamaqla bağlı fikirlərinə də münasibət bildirib: “Vüqar Səfərlinin ifadəsindən belə aydın olur ki, Əli Həsənovun oğlunun icarəyə verdiyi ünvanda onun göstərişinə əsasən internet bloqerlər yerləşib, qeyri-rəsmi fəaliyyət göstəriblər. Belə anlaşılır ki, həmin internet bloqerlər sosial şəbəkələrdə Əli Həsənov və Ramiz Mehdiyevin ünvanına tənqid yazanlara qarşı fəaliyyət göstəriblər, onlara Prezident Administrasiyasından hazır cavablar, məqalələr göndərilib, həmin internet bloqerlər də özlərinin hesabları üzərindən paylaşıb onları müdafiə ediblər. Burada bir neçə məqam aydınlaşdırılmalıdır. Həmin internet bloqerlər kimlər olub? Həmin internet bloqerlərə ödənilən vəsaitin mənbəyi dövlət büdcəsi olubmu? Olubsa, həmin vəsaitin bloqerlərə ödənməsini kim tapşırıb? Əli Həsənovla Ramiz Mehdiyevin xeyrinə çalışan bu şəxslərin internet resursları üzərindən göstərdikləri fəaliyyət qanunidirmi? Belə götürəndə saxta hesabdan normal bir fikir yazılırsa, burada hər hansı bir hüquqi məsuliyyət yaranmır. Amma əgər anonim hesablarla konkret kimsə hədəfə alınırsa və onun şərəf və ləyaqətini nalayiq formada alçaldır və yaxud da qanunla qadağan olunmuş informasiyalar yayırsa, o zaman müvafiq maddə ilə cinayət işi başlana bilər".
Hüquqşünas saxta hesab sahiblərinin müəyyən edilməsinin mümkün olduğunu vurğulayıb: “Cinayət işi başlanarsa, bu halda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində İnformasiya Təhlükəsizliyi Departamenti həmin hesabın sahibini müəyyənləşdirə bilir. Bu hesab hansı nöqtədən, hansı İP-dən qoşulur, bu kimi texniki parametrləri müəyyən edə bilir və həmin şəxsin tapılması mümkündür. Əgər şəxs ölkə xaricindədirsə və böhtan və təhqirdən əlavə hər hansı cinayətə, məsələn, ölümlə hədələməyə yol verərsə, cinayət işi çərçivəsində onun müəyyən edilməsi və məsuliyyətə cəlb olunması tələb oluna bilər”.
Hüquqşünas deyir ki, internetdə bloq sahibi olub orada fikirləri bölüşmək, əlbəttə ki, qanuni fəaliyyətdir və buna görə kimsə təqsirləndirilə bilməz: “Amma internet üzərindən bir və bir neçə şəxsin maraqlarından çıxış edərək digər istifadəçiləri təhqir etmək, aşağılamaq cinayət məsuliyyəti yaradır. Bunu vəzifəli şəxslərin təhriki ilə ediblərsə, bu məsələ də araşdırılmalı, hüquqi qiymət verilməlidir. Həmin internet bloqer cinayəti kimin təhriki, maraqları çərçivəsində edibsə, həmin şəxsin də məsuliyət məsələsi müzakirə olunub hüquqi qiymət verilə bilər”.
“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı YAP-çı deputat Sevinc Hüseynovanın da fikirlərini öyrənib. Deputat deyib ki, internet bloqerlərin, trolların saxlanılmasının qanuni və ya qanunsuz olması araşdırılmalıdır: “Həmin trollar baxır hansı məqsədlə saxlanılıb. Ölkədə qanun nəyə icazə verirsə, o fəaliyyət olar. Hər kəs qanun qarşısında məsuliyyət daşıyır. Kimisə dəvət edib internetdə kimlərəsə qarşı istifadə etmək baxır hansı məqsədlə olub, indiki halda məhkəmənin qərarını gözləmək lazımdır. Hazırda iş aparılır, işin yekununda fikir bildirmək olar”. /“Yeni Müsavat”/

Cənub zonasında koronavirus faciələri: təkcə Masallıda gündə 8-10 nəfər ölür

Son aylar bütün Azərbaycanda olduğu kimi cənub rayonlarında da koronavirusa yoluxmada ciddi artım hökm sürür. Yoluxmalarla yanaşı ölümlər də artır və Masallıda, Astarada hər gün ölümlər qeydə alınır.
Koronavirusdan bu günlərdə ərini itirmiş qadın “Azadlıq” radiosuna deyir: “Ailəmizin bütün üzvləri koronavirusa tutulmuşdu. Gözləniləmədən oldu. Heç bilmədik yoluxma necə baş verdi. Xəstəlik həyat yoldaşımı kəskin tutdu. Müraciət etdik təcili yardıma. Xahiş etdik ki, onu xəstəxanada yerləşdirsinlər”.
Qadın ağır nəfəs alır. Hıcqırıq onu tutur. Bir qədər fasilə verir. Sonra sözünə davam edir: “Yoldaşımı Masallı xəstəxanasına yerləşdirdilər, 14 gün orada yatdı. Süni nəfəs aparatına qoşdular. Amma onu qurtara bilmədilər. Hələ inana bilmirəm. Elə bir ciddi xəstəliyi də yox idi. İndi digər ailə üzviləri nisbətən yaxşıdırlar. Amma qorxuruq”.
Bu ailə koronavirusa tutulmuş yeganə ailə deyil. Hər gün Astara rayonunda koronavirusdan ölənlər barəsində məlumatlar yayılır. Sentyabrın 1-ində təkcə Astara şəhərində 2 nəfər orta yaşlı qadın koronavirusdan vəfat edib. Rayonun kəndlərində də virus yayılmaqdadır.
Astara rayonun Ərçivan qəsəbə sakini Vaqif Əhmədoğlunun dediyinə görə ictimai yerlərdə virusa yoluxmuş adamları sağlam adamlardan ayırmaq olmur: “Eşitdiyimə görə, qəsəbəmizdə 24 ailədə virus tapılıb. Təhlükəli vəziyyət yaranıb. Bilmək olmur kim xəstədir, kim sağlam. Belə vəziyyətdə toylar var, ictimai nəqliyyat işləyir. Pensiya verəndə bankomatların qarşısında qələbəlik olur. Bir tədbir görülməlidir. Düzdür, marketlərin, iri ticarət mərkəzlərinin qarşısında polislər durur. Onlar vətəndaşlardan maska taxmağı və COVİD pasportu tələb edirlər...”
Astara rayon Mərkəzi Xəstəxanasının baş həkmi Oqtay Əmənullayevin sözlərinə görə, yoluxma halları artsa da vəziyyət nəzarət altındadır: “Yoluxmanın şiddətli vaxtıdır. Əsas peyvənddir. Peyvənd olunsalar kütləvi yoluxma da olmazdı”.
Həkimin fikrincə, yoluxmanın artmasının səbəbi əhalinin tələb edilən qaydalara əməl etməməsidir: “Məsafə gözləyirdilər, maska taxırdılar,  yoluxma da azalmışdı. İndi xəstələr evlərində gizlənirlər, test  vermirlər. Vəziyyəti ağırlaşanda artıq gec olur. Xəstələri Masallıya, Cəlilabada, Sabirabada, hətta Qobustana da göndəririk. Əsasən Masallı xəstəxanasına yollayırıq. Hazırda Cəlilabad xəstəxanasında yer var. Problem yoxdur. Ailədə yoluxma halını müəyyənləşdirəndən sonra dərmanla təmin edirik”.
Baş həkim vurğulayır ki, prosesə nəzarət edilir: “Müalicə paketi var. Dağ kəndlərində də yoluxanlar var. Çünki toyda içki içirlər, öpüşürlər. Əhalinin 70 faizini peyvənd eləmişik. Yoluxma 10-15 gündən sonra geri çəkiləcək”.
Regionda fəaliyyət göstərən jurnalist Zahir Əmənov isə deyir ki, Masallı rayonunda da yoluxma yüksəkdir: “Masallı xəstəxanası xəstə qəbul etmir. Ancaq koronavirusa tutulmuş adamlar orda yerləşdirilir”.
Masallı rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəşir Bəşirli də təsdiq edir ki, Masallı, Cəlilabad, Biləsuvar rayonlarında kütləvi yoluxma var: “Masallı xəstəxanasında xəstələrin yerləşdirilməsi problemi var idi. Cəlilabad rayonunda xəstəxananı açdılar. İndi xəstələrin yerləşdirilməsi problemi yoxdur”.
Həkim qeyd edir ki, virusu idarə etmək olmur: “Masallı xəstəxanası yoluxanlar üçün mərkəz hesab olunur. Buraya ən çox virusa tutulmuş böyrək çatışmazlığı olan xəstələr yerləşdirilir. Ən çox onların arasında ölüm baş verir. Reanimasiyada ağır xəstələr çoxdur. Hər gün adam ölür. Elə gün olur 5 nəfər, elə gün də olur ki, 8-10 nəfər rəhmətə gedir. Əhali maska taxmalıdır, peyvənd edilməlidir. Vaksin olunanlar xəstəliyi çox rahatlıqla keçirdirlər”.
Qeyd edək ki, Operativ Qərargahın açıqladığı rəqəmlərə görə, son həftələrdə hər gün Azərbaycanda 4 minə yaxın, bəzən daha çox yeni yoluxma qeydə alınır. Onlarla adam ölür. Aparılmış təhlillər göstərir ki, yoluxaraq vəziyyəti ağırlaşanların böyük əksəriyyəti peyvənd olunmayanlardır, o cümlədən ölənlərin 99 faizə yaxını bu kateqoriyadan olanlardır. /virtualaz.org/

16.09.2021

Qadınları sevin

Anar Abbasov

Qadınları sevin.
Üstündən yemək qoxusu gələnləri, makiyaj üçün zamanı olmayanları deyirəm, sevin.
Bazarlığını edib, əziyyətini çəkib, yemək bişirən, sonra sənin bir kəlimə "Çox dadlı düşüb" sözünə əriyən qadınlardan danışıram, onları sevin.
"Sən yemisənmi, ana?" soruşsan, "Məni iyi tutdu" deyən qadınları deyirəm, sevin.
Bir sorğu aparılmış. "Uşaq doğularkən öləcəyinizi bilsəniz o uşağı yenə dünyaya gətirərsinizmi?" Kişilər "Yox, qadınım yaşasın", qadınlarsa "Uşağım yaşasın" demiş, qadınları sevin.
Daha övladı dünyaya yenicə göz açmışkən ona gətirilən hər hədiyyəyə "Bunu qızıma cehiz qoşaram" deyən qadınları deyirəm, sevin.
Kişilərin iş rejimi dəyişməz. 9-da başlayar, 7 civarında bitər. Qadınlarınsa nə gecəsi, nə də gündüzü olar. Bunun baxçası var, bunun məktəbi var, bunun təmiz əyni-başı var, bunun valideynlər iclasında insan üzünə çıxması var, qadınları sevin.
Kişilər qürur küpüdürlər, biruzə verməzlər. Bunun neçə il öz evində əzab-əziyyətlə böyütdükdən sonra başqa bir evə gözü yaşlı gəlin yola salmağı var, qadınları sevin.
Evindən buraxmaqla bitdimi? O evə az qala gündə iki dəfə zəng edib "Qızım nəyin var, nəyin yox?" deməsi var. Filanca şeyim əksik deyərmi qızlar? Həyatı boyu. "Burda hər şey çox yaxşıdı, ana".
Çox nadir dilə gətirərlər qadınlar hansısa bir çatışmamazlıqlarını, qadınları sevin.
Elə sevin ki, onlar ana qucağını sizə dəyişdiklərinə peşman olmasınlar.
Qadınları sevin, sevməsəniz də özünüz bilərsiniz. Onlar yenə də sizi sevəcəklər...

"Ramiz Mehdiyev elmdən başqa hər işlə məşğuldur"

Fuad Əliyev: "İmkanı olan alimlər ölkəni tərk ediblər, imkanı olmayanlar isə evdə oturublar"

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News intenet TV kanalda pandemiya dövründə Səhiyyə Nazirliyi, TƏBİB və Elmlər Akademiyasının fəaliyyətinin müzakirəsi zamanı Səhiyyə Nazirliyi ilə TƏBİB-in paralel fəaliyyət göstərməsinin ziddiyətli olduğunu bildirib.
versus.az xəbər verir ki, pandemiyanın ilk günlərində TƏBİB-in yaranmasını məntiqsiz hesab edən partiya sədri əslində sadəcə olaraq Səhiyyə Nazirliyinə alternativ bir qurum yaradıldığını vurğulayıb.
Fuad Əliyev qeyd edib ki, TƏBİB yaranan gündən fəaliyyətə yalanlarla başlayıb: "Vaksinasiyanın könüllü olduğunu bəyan etdilər. Daha sonra könüllülik qalmaq şərtilə vaksinasiyanın mərhələli olacağını dedilər. Yəni ki birinci yaşlıları, sonra 50 yaş və başqaların vaksinasiya olacağını bəyan etdilər. İndi isə deyirlər ki, vaksinasiya məcburidir. Əgər bu məcburi olacaq idisə, bunu əvvəldən deyərdiz. Niyə bu qədər yalan danışdız, niyə vətəndaşlara bu qədər əziyyət verirsiz, saymırsız?"
ALDP sədri bildirib ki, verdikləri bu səhv qərarların nəticəsində indi səhiyyə müəsisələrində sıxlıq müşahidə olunur: "Deyirdilər könüllüdir. Vətəndaşlarımız da nə vaxtsa vaksinaya olacağını düşünərək, rahat oturmuşdular. İndi isə sentyabrın 1-dən COVİD pasportu olmayanları ictimai yerlərə və böyük marketlərə buraxmayacaqlarını eşidərək səhiyyə müəsisələrinə axın etdilər və bununla da orda sıxlıq yaranıb. İsti havada növbədə dura bilməyənlərin də əsəbləri korlanır. Kim deyə bilər ki, bu növbədə duranlar hamısı sağlamdı? Bəlkə bu növbələrdə duranların arasında COVİD daşıyıcılar var".
Fuad Əliyev bununla bağlı Baş nazir Əli Əsədova müraciət məktubu göndərdiyini və bu məktubda COVİD-pasportu ilə bağlı qərarın noyabrın 1-nə dəyişməsini xahiş etdiyini vurğulayıb.
ALDP sədri mətbuatda Azərbaycan aliminin hazırlayacağı vaksinlə bağlı məlumata skeptik yanaşıb. Bildirib ki, bu barədə eşidib, amma həmin alimi tanımır: "Bəlkə də həqiqətən hörmətli alimdir. Mən çox sevinərəm ki, Azərbaycan alimi yeni vaksin icad etsin və bütün dünyaya səs salsın. Amma təəssüf ki bu inandırıcı deyil. Nəyisə icad etmək üçün tədqiqatlar aparmaq lazımdır. Heyvanlar və sonra insanlar üzərində sınaq aparılmalıdır. Yüksək səviyyədə olan laboratoriyalar lazımdır. Bunların heç biri yoxdur Azərbaycanda. İkincisi, buna vaxt lazımdır, aylar keçməlidir. Bizim Milli Elmlər Akademiyamız o səviyyədə deyil ki, öz tədqiqatları ilə dünyaya səs salsın. Akademiyanın prezidenti Ramiz Mehdiyev elmdən başqa hər işlə məşğuldur. İmkanı olan alimlər ölkəni tərk ediblər, imkanı olmayanlar isə evdə oturublar. Savadlı kadırları işdən çıxardıblar. Bir ildən çoxdur ki, pandemiya tuğyan edir, bu müddət ərzində Ramiz Mehdiyev nə iş görüb? Hansı nailiyyətlərə imza atıb? Bu vəzifəyə təyin olunandan sonra ictimai-siyasi məsələlərlə bağlı bəyanatlar verib, bir elmdən danışmayıb".

Ramin Bayramlının ağlagəlməz cinayətləri: Dövlətdən nələr oğurlayıb... - ARAŞDIRMA

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının yeyinti hallarına yol verməsi ilə bağlı tükürpədici faktlar ortaya çıxıb.
Manşet.az xəbər verir ki,  R.Bayramlı bu əməllərini daha çox “SPEKTR MED” adlı MMC vasitəsilə həyata keçirib. O, TƏBİB-ə sədr təyin edildikdən sonra “SPEKTR MED” (VÖEN-i 2001534811) adlı MMC-ni satın alaraq, oraya özünün yaxın adamı - Hikmət adlı şəxsi direktor təyin edib.
Pandemiya dövründən faydalanan R.Bayramlı dövlətin COVID-19-la effektiv mübarizə aparılmasından ötrü xəstəxanaların laboratoriya təchizatının yaxşılaşdırılması üçün təşəbbüsündən istifadə edərək “səmərəli fəaliyyətə” başlayıb. Belə ki, R.Bayramlı laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin (onların bəzilərinin adı bizə məlumdur: “Sysmex Corporation”, “QIAGEN”, “Roche” və s.-dir – red.) xarici nümayəndələri ilə şəxsən görüşərək, onlardan “SPEKTR Med”ə eksklüziv partnyor səlahiyyətinin verilməsini istəyib.
R.Bayramlı həmin şirkətlər qarşısında belə bir şərt qoyub ki, onlar özlərinin Azərbaycan üzrə nümayəndəliyini digər firmalardan alaraq “SPEKTR Med”ə versinlər. Bunun qarşılığında isə bu xarici şirkətlərlə böyük məbləğdə müqavilələr bağlanılacaq, xeyli miqdarda laboratoriya cihazları və reaktiv-reagentlər alınacaq; şirkətlər bu şərtlə razılaşmayacaqları halda onlardan dövlət heç bir mal almayacaq, ölkəyə alternativ şirkətlər dəvət ediləcək.
R.Bayramlı şirkətlərin bu sövdələşmədən qaçmaması üçün onları buna da əmin edib ki, dövlət tərəfindən bu işlər TƏBİB-ə həvalə edilib, yəni bütün işlərə o baxır.
Sövdələşmə baş tutandan sonra tələbnamə üçün həmin firmaların mallarının siyahısı tutulub. Bunun əsasında TƏBİB sədri müəyyən edib ki, həmin şirkətlərdən nələri ala bilər. Bundan sonra isə R.Bayramlı pandemiya ilə mübarizə üçün Azərbaycanda kifayət qədər laboratoriya avadanlıqlarının olmadığını, bu vəziyyətdə virusla mübarizənin çətin olacağını əsas gətirərək külli miqdarda laboratoriya avadanlıqları və reaktivləri satın alıb.
COVID-19-la mübarizə işinin təşkili üçün tibb müəssisələrində yeni laboratoriyaların qurulması da R.Bayramlının “SPEKTR Med” şirkəti vasitəsilə həyata keçirilib.
Ramin Bayramlı bəzi xəstəxanaların satınalma, anbar və laboratoriya əməkdaşlarını da birbaşa özü vəzifəyə təyin edib. O həmin kadrları özünün inandığı şəxslərin arasından seçib.
Əsas yeyinti halları bundan sonra başlayıb.
R.Bayramlı “adamlarının” olduğu yerlərdə, əsasən də yeni qurulmuş laboratoriyalarda dövlət vəsaiti hesabına alınmış reaktiv-reagent, sərfiyyat mallarının bir hissəsini özünün təsis etdiyi “İnci” laboratoriyalarına göndərib.
“İnci” laboratoriyalarındakı reaktiv-reagentlərin böyük bir qismi dövlət müəssisələrində kağız üzərində “istifadə edilmiş” reagentlər olub. Pulsuz reagentlər əldə edə bilməkdən ötrü o analiz üçün istifadə edilən reagentlərin sayını sənəddə şişirdərək yazdırıb.
Məsələn, bir şəxsin analizi üçün 2 reagent lazım olduğu halda, sənəddə bu say 5 göstərilib və qalan 3 reaktiv-reagent “İnciLab”a göndərilib.
Kağız üzərində sənədləşmə qüsursuz icra olunduğundan bu faktın üstü uzun müddət açılmayıb.
Daha çox pul qazanmaq tamahında olan R.Bayramlı dövlətdən mənimsədiyi reaktiv-reagentləri istifadə edə bilmək üçün digər klinikalara “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidmətinin göstərilməsi üçün əməkdaşlıq təklif edib.
“İnciLab” klinikalara onların yaradacağı laboratoriyanın xərclərinin digər klinikalardan daha az olacağı, gəlirlərin isə onlardan daha çox olacağı vədini verib. Bu əməkdaşlıq sayəsində “İnci” laboratoriyaları bir neçə özəl tibb müəssisəsində “münasib qiymətə” koronavirusla bağlı laboratoriya xidməti göstərir.
Hazırda “İnciLab”ın mərkəzi filialı, HP Güvən Klinik filialı, Yeni Gəncə Tibb Mərkəzi filialı, Tovuz filialı, Sumqayıt filialı, İnci Diaqnostika Mərkəzi kimi 6 filialı var. Bu filiallar barədə “İnci” laboratoriyalarının rəsmi saytında da məlumat verilir.
Özünün şirkət yaratması ilə kifayətlənməyən R.Bayramlı yeyintilərin miqyasının və miqdarının artırılmasında qaynı Vüsaldan da istifadə edib. Belə ki, onun adına şirkət təsis edib. O, rayon xəstəxanalarının bir qisminə (hansına ki, özü rəhbərlər təyin edib) təsərrüfat mallarını Vüsalın rəhbəri olduğu şirkətdən almağı tapşırıb.
Bu, Bakupost.az saytının qısa müddətdə əldə etdiyi məlumatlardır. Ramin Bayramlının etdiyi qanunsuzlar isə, əlbəttə ki, bununla bitmir. Onun təkcə Yeni Klinikada fantastik məbləğdə qazanc götürdüyü bildirilir.
Qeyd edək ki, Hesablama Palatası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində (İTSDA) yoxlamalar aparıb. Bu günlərdə başa çatan audit 2019-2020-ci illəri əhatə edib. Yoxlama İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) də əhatə edib. Audit yaxın vaxtlarda Hesablama Palatasının Kollegiya iclasında müzakirəyə çıxarılacaq və prosedura uyğun olaraq Milli Məclisə də təqdim olunacaq.

bakupost.az

Qərb yolu tutan hansı xalq ağ günə çıxıb?

İbrahim Hümbətov

Deyir qulaq gündə bir xəbər eşitməsə kar olar.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, kiril əlifasından imtina edib latın əlifbasına keçməliyik.
Ukraynanın vacib və sanballı dövlət məmuru niyə belə əndrəbadi fikirlər səsləndirsin?
Çünki Ukrayna hökumətini Vaşinqton formalaşdırıb – orda da Ermənistan kimi Sem dayının irəli çəkdiyi adamlar dövlət postlarını oturublar.
Onlar da ki, ölkəni rus təsirindən tam azad etmək istəyirlər. Yəni ölkəni anqlosakson koloniyasına çevirmək niyyətindədirlər.
Qəribə burasıdır ki, kiril əlifbası Ukraynanın öz milli əlifbasıdır. Hətta kiril əlifbası ilkinliyinə görə Rusiyadan da çox Ukraynanın milli əlifbasıdır.
Bunlar da avropalı görünməyin yolunu belə görürlər – öz milli əlifbalarından imtina edib latın əlifbasına keçməkdə. Halbuki dəfələrlə sübut olunub ki, həmin Avropa da, Amerika da ukrainlərə üçüncü sort millət kimi baxırlar.
Dövlətlərin öz əlifbalarından imtina edərək latın əlifbalarına keçməsi – dünyanı ələ keçirib qlobal kənd kimi idarə etməyi qarşılarına məqsəd qoymuş iudey elitaların layihəsidir. Bu layihə 90-cı illərdə bizim də başımızda çatlayıb.
Çalışırlar ki, millətlər, xalqlar öz sifətlərini itirsinlər və yekdil iudey görüntüsü alsınlar.
Məhz bu məqsədlə milli adət-ənənələri və ailə dəyərlərini də hədəfə alıblar.
Nə üçün hamı latın əlifbasına keçməlidir? Ona görə ki bütün qədim əlifbalar itsin, tarixi yaddaş silinsin.
Bu yolla 200-300 il sonra qədim tarixə malik xalqların milli-mənəvi mirası yox olacaq. İudey ağalığı üçün tam münbit şərait yaranacaq.
Qlobal ağalar bütün dünyanı nökər kimi qabaqlarında diz çökdürmək istəyirlər.
Sovet İttifaqını dağıtdılar, region xalqlarının qara günləri başlandı. Sovet qorxusunu aradan qaldırandan sonra sionistlərin əlləri-qolları açıldı, Yaxın Şərqi xaosa sürükləyib xaraba qoydular. İraqda, Liviyada, Suriyada və s. qan su yerinə axdı. Bu ölkələrdən milyardlarla dollar qiyməti olan tarixi artefaktları oğurlayıb apardılar.
Amerikan hərbçilərinin İraq muzeylərini necə çapıb talaması kadrlarına əsəbsiz baxmaq olmur. Əllərində siyahılar vardı ki, hansı eksponatları yükləyib aparmaq lazımdır, qalanlarını isə sındırıb dağıdırdılar.
Azərbaycanın neftini-qazını da 30 ildi İsrail pulsuz daşıyıb aparır. Bu barədə hətta mətbuat belə bircə kəlmə də yazmır. Çünki bu mövzu tabu altındadır.
Stalinin dəstək verib dirçəltdiyi Çinə toxuna bilmədilər. İran da islam inqilabı hesabına tab gətirib dirçələ bildi. Hal-hazırda Rusiya, Çin və İran Qlobal Prediktora qarşı uğurla sinə gərməkdədir.
Təəssüf ki bizi zombiləşdirdikləri kimi ukrainləri də kifayət qədər qoyunlaşdıra biliblər. Bu gün bir qism ukrain yanlış təbliğatın sayəsində rusu özünə düşmən, okeanın o tayından təşrif buyurmuş, üzü üzlər görmüş amerikalını isə özünə qardaş və xilaskar bilməkdədir.
Təbliğat o dərəcədə aparılır ki, ukrainlərin yeni yetişən gənc nəsli öz Sovet keçmişlərinə nifrət edirlər. Halbuki həmin şanlı keçmişlə qürur duymalıdırlar.
Ukrayna dövləti artıq Sovet keçmişinə görə qonşu dövlət və qardaş slavyan xalqı olan Belorusiya ilə də düşmən vəziyyətinə gəlməkdədir.
Saytlar xəbər verir ki, Ukrayna ərazisindən atəş açılaraq Belorusiyanın sərhəddəki dövlət nişanı olan lövhə gülləbaran edilmişdir.


Ukraynalıların bunu okeanın o tayındakı ağalarının əmri ilə etdikləri şəksizdir.
Məqsəd Belorusiyada vəziyyəti gərginləşdirmək və Rusiya sərhədlərində qeyri-stabillik yaratmaqdır.
Amerikanlar yaradılmaqda olan, müqavilələri ard-arda imzalanan Avrasiya Birliyinin təşəkkülündən qorxuya düşüblər. Ukrainləri də məhz buna görə təxribata yönəldirlər.
Amma indi zaman artıq o zaman deyil. Bu hadisələr Avrasiya inteqrasiyasının daha da sürətlənməsinə səbəb olub. Belorusiya dövləti Belorusiya-Ukrayna sərhədlərinin möhkəmləndirilməsinə 1,5 milyard dollar pul ayırıb.
Ukrayna bu gedişlə hara gedəcək? Doğurdanmı onlar elə fikirləşirlər ki, təlxək və intim filmlərdəki rollarından başqa heç bir siyasi təcrübəsi olmayan yəhudi aktyoru Zelenski onları ağ günlərə çıxardacaq?
ABŞ və NATO-nun fitnəsinə uyaraq onlara qoşulanlardan kim ağ günlərə çıxıb?
Elə yaxın və bədnam qonşumuz Ermənistanı götürək. ABŞ-a və Sorosa arxalanıb bizə kəllə atdı, amma... dişləri qarnına töküldü.
Ukrayna da bu gün artıq ABŞ-ın təhriki ilə Belorusiyaya kəllə atmaqdadır. Bu isə onunçün sonun başlanğıcı olacaq.
Bir çox ekspertlərin də dediyi kimi, Gürcüstan, Ukrayna və Ermənistan Qərbyönümlü yol tutmaqla əslində özünüməhv mexanizmini işə salıblar. Gürcüstanın dövlət idarələri Vaşinqtondan gələn direktivlər əsasında idarə olunur. Xalq ac-yalavac halda olsa da, Qərb fondlarından maliyyələşən mətbuat ölkədəki demokratiyanı ağızdolusu tərifləyir. Ac qarına nə demokratiya, a kişi?! Camaat uşağına yedizdirməyə çörək tapmır, hakimiyyətdəkilər isə deyir məqsədimiz tam demokratik və azad dövlət qurmaqdır. Demokratiyanın əslində Qərbin kolonial oyunu olmasını biz öz timsalımızda artıq gözəl bilirik. ABŞ-a arxalanan Ermənistan da uçurumun kənarına gəlmişdir. Artıq ermənilər iş üçün Şuşaya gəlib Azərbaycan hökumətinə müraciət edirlər – Ermənistanın öz iqtisadiyyatı iflic vəziyyətindədir. Ukraynalılar da fəhləçilik üçün Polşaya və digər Avropa ölkələrinə axışmaqdadırlar. Bu da Qərbyönümlü yolun axırı!
Hər üç respublikada rusları işğalçı adlandırırdılar.
Hər üç respublika çörəyinə təpik atdı.
İndi bunun ağrısını yaşamaqda, acısını çəkməkdədirlər.
Biz gərək bu dərslərdən özümüzçün nəticə çıxaraq. Qərb kəşfiyyatına məxsus fondlarldan aldıqları tula payı ilə yemlənən politoloqların və jurnalistlərin fitnəsinə uymayaq. Nəinki bizim, keçmiş Sovet xalqlarının hamısının yalnız bir xilas yolu var: Ruslarla eyni ittifaqda olmaq, Avrasiya Birliyinə qoşulmaq.
“Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır”. Xalqımızın böyük oğlu Nəriman Nərimanovun bu sözləri daim yaddaşımızda olmalıdır.