22.10.2021

Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru,
İzbor Klubunun üzvü Valeri Korovin:

— Geopolitik nöqteyi-nəzərdən iki cür Türkiyə vardır. Bir atlantik Türkiyə vardır ki, NATO üzvüdür, qərbyönümlüdür. Bir də avrasiyaçı Türkiyə vardır ki, ənənəçidir, antiqərbdir, antiamerikandir, ənənəvi islam dəyərləri üzərində bərqərar olmuşdur. Həmin təbii Türkiyə Avrasiya sivilizasiyasının ayrılmaz bir hissəsidir, gələcək çoxqütblü dünyanın qütblərindən biridir. Bax belə ənənəçi, avrasiyaçı, Qərb boyunduruğundan, Qərb dəyərlərindən uzaq Türkiyənin öz avrasiyaçı identikliyini saxlamış Rusiya ilə çoxlu ümumi cəhətləri var. Həmin ənənəçi Türkiyənin Rusiya ilə ümumi maraqları var ki, okeanın o üzündəki xain, hər yerə dürtülən, öz maraqlarından başqa heç kəsin maraqları ilə hesablaşmayan “müttəfiqin” ziddinə olaraq bu maraqları gücləndirmək lazımdır.
Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin:

— Qarabağda eskalasiya yaranmasında Qərb maraqlıdır, çünki yaranmış vəziyyət onu qane etmir. Regionun istənilən eskalasiyasının arxasında Qərb və onun agenturası durur, belə ki Qərb və ABŞ istənilən regiona məhz destabilizasiya yaratmaqla girirlər, öz maraqlarını diqtə edirlər və öz iradələrini yeridirlər. Provokasiyalar yolu ilə regiondakı vəziyyəti destabilləşdirmək – tipik amerikan fəndidir ki, bu yolla onlarla, yüzlərlə konflikt yaratmışlar. Bu tərəfdən digər tərəfdə dayanana atəş açırlar, o biri tərəfdən isə burda dayanana. Ukrayna Maydanını yada salmaq kifayətdir... Lakin regionda tezliklə sülh yaranacaq. Və sülh nə qədər dayanlıqlı olarsa, Azərbaycan və Ermənistan daha aktiv şəkildə Rusiyanın başlatdığı Avrasiya inteqrasiyası proyektlərində iştirak edəcəklər. Rusiya – sülhün qarantıdır. Rusiya sülhməramlıları olmasa, regionda bir anın içində partlayış olar.
Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü
Valeri Korovin:

— 30 illik konfliktə son qoyulmuşdur. Rusiya sülhməramlılarının regionda olması sülhün qarantıdır. Lakin radikallar, revanş axtaran millətçilər bundan narazıdırlar. O cümlədən Qərb, ilk növbədə ABŞ narazıdır. Belə də şey olar, axı sülh onların birbaşa iştirakı olmadan bərqərar olub, demək onların maraqları nəzərə alınmayıb. Qərb strateqləri deyirlər ki, belə olmaz, ABŞ və Fransanın iştirakını nəzərdə tutan Minsk formatına qayıtmaq lazımdır. Alınmayanda deyirlər ki, biz indi sülhü sizə göstərərik! Bütün provokasiyaların və gərginləşdirmələrin məqsədi budur ki, heç bir sülhün olmadığını, Rusiya sülhməramlarının işin öhdəsindən gələ bilmədiyini göstərsinlər. Qərb, ABŞ və tərəfdarları onların iştirakı olmadan sülh yaradılmasına razı deyillər, çünki bu zaman onlar öz şərtlərini diktə edə bilmirlər, onların maraqları nəzərə alınmır, onlardan heç nə asılı olmur. Onlarsa buna öyrəşməyiblər, axı Barak Obamanın dediyi kimi,
“dünya ağalarıdır”, “seçilmiş millətdirlər”.

21.10.2021

“Rusiya sülhməramlıları olmasa, regionda bir anın içində partlayış olar”


“Qarabağda eskalasiya yaranmasında Qərb maraqlıdır, çünki yaranmış vəziyyət onu qane etmir”.
Bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin caliber az saytına müsahibəsində bildirmişdir.
“30 illik konfliktə son qoyulmuşdur. Rusiya sülhməramlılarının regionda olması sülhün qarantıdır. Lakin radikallar, revanş axtaran millətçilər bundan narazıdırlar. O cümlədən Qərb, ilk növbədə ABŞ narazıdır. Belə də şey olar, axı sülh onların birbaşa iştirakı olmadan bərqərar olub, demək onların maraqları nəzərə alınmayıb. Qərb strateqləri deyirlər ki, belə olmaz, ABŞ və Fransanın iştirakını nəzərdə tutan Minsk formatına qayıtmaq lazımdır. Alınmayanda deyirlər ki, biz indi sülhü sizə göstərərik!”
Korovinin sözlərinə görə bütün provokasiyaların və gərginləşdirmələrin məqsədi budur ki, heç bir sülhün olmadığını, Rusiya sülhməramlarının işin öhdəsindən gəlmədiyini göstərsinlər: “Qərb, ABŞ və tərəfdarları onların iştirakı olmadan sülh yaradılmasına razı deyillər, axı bu zaman onlar öz şərtlərini diktə edə bilmirlər, onların maraqları nəzərə alınmır, onlardan heç nə asılı olmur. Onlarsa buna öyrəşməyiblər, axı Barak Obamanın dediyi kimi, “dünya ağalarıdır”, “seçilmiş millətdirlər”.
Politoloq qəti şəkildə bildirmişdir ki, regionun istənilən eskalasiyasının arxasında Qərb və onun agenturası durur, “belə ki Qərb və ABŞ istənilən regiona məhz destabilizasiya yaratmaqla girirlər, öz maraqlarını diqtə edirlər və öz iradələrini yeridirlər”: “Provokasiyalar yolu ilə regiondakı vəziyyəti destabilləşdirmək – tipik amerikan fəndidir ki, bu yolla onlarla, yüzlərlə konflikt yaratmışlar. Bu tərəfdən digər tərəfdə dayanana atəş açırlar, o biri tərəfdən isə burda dayanana. Ukrayna Maydanını yada salmaq kifayətdir”.
Jurnalistin Türkiyə barədə sualına Korovin belə cavab vermişdir ki, geopolitik nöqteyi-nəzərdən iki cür Türkiyə vardır: “Bir atlantik Türkiyə vardır ki, NATO üzvüdür, qərbyönümlüdür. Bir də avrasiyaçı Türkiyə vardır ki, ənənəçidir, antiqərbdir, antiamerikandir, ənənəvi islam dəyərləri üzərində bərqərar olmuşdur. Həmin təbii Türkiyə Avrasiya sivilizasiyasının ayrılmaz bir hissəsidir, gələcək çoxqütblü dünyanın qütblərindən biridir. Bax belə ənənəçi, avrasiyaçı, Qərb boyunduruğundan, Qərb dəyərlərindən uzaq Türkiyənin öz avrasiyaçı identikliyini saxlamış Rusiya ilə çoxlu ümumi cəhətləri var. Həmin ənənəçi Türkiyənin Rusiya ilə ümumi maraqları var ki, okeanın o üzündəki xain, hər yerə dürtülən, öz maraqlarından başqa heç kəsin maraqları ilə hesablaşmayan “müttəfiqin” ziddinə olaraq bu maraqları gücləndirmək lazımdır”.
Politoloqun fikrincə, regionda tezliklə sülh yaranacaq: “Və sülh nə qədər dayanlıqlı olarsa, Azərbaycan və Ermənistan daha aktiv şəkildə Rusiyanın başlatdığı Avrasiya inteqrasiyası proyektlərində iştirak edəcəklər. Rusiya – sülhün qarantıdır. Rusiya sülhməramlıları olmasa, regionda bir anın içində partlayış olar”.

Bu gün saxlanılan baş həkimin qaranlıq keçmişi: 125 min rüşvət, Eldar Həsənovun bacısı oğlunun həbsi və…

Xəbər verdiyimiz kimi “Qusar rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən rüşvət alan zaman iş başında saxlanılıb.
musavat.com xatırladır ki, Mübariz Zeynalovun adı ictimaiyyətə bir neçə qalmaqallı işlə tanışdır. Onlardan biri də Mübariz Zeynalovun yuxarı vəzifəyə getmək üçün rüşvət verməsi ilə bağlıdır.
M.Zeynalovun bir neçə nəfər tərəfindən aldadılaraq 125 min manatı əlindən alınmışdı. Həmin şəxslər guya M.Zeynalovun daha yüksək vəzifəyə qalxmasını təmin edəcəkdilər.
Mübariz Zeynalov o zaman rüşvəti necə vermişdi?
2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilən Rövşən Əliyev, Hətəmxan Çobanov və Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə araşdırması keçirilirdi.
Həmin işdə zərərçəkmiş şəxslərdən biri də Mübariz Zeynalov idi. Baş həkimin tələyə salınması planını ilk olaraq Elxan Hümbətov icra etməyə başlayıb. Belə ki Elxan baş həkimə zəng edərək xəstəxananın digər Samir adlı həkiminin ondan yuxarılara şikayət etdiyini deyib. Bildirib ki, Samir yüksək vəzifəli şəxsin adamıdır və buna görə də baş həkimin işi çətindir.
Elxan bu işin həll yolunu tapmaq üçün əvvəlcə baş həkimi görüşə çağırıb. Elxan həkimə deyib ki, adıçəkilən generalın yaxın adamının sürücüsüdür. Bu işdə vasitəçi olmaq ona tapşırılıb.
Baş həkim deyilənlərdən, çəkilən adlardan ehtiyat edib, Elxana Samir həkimlə heç bir probleminin olmadığını deyib. Amma elə olub ki, sonradan Elxanın dediklərinə inanıb. Elxan əvvəlcə baş həkimə məsləhət verib ki, Samir həkimlə yola getsin, onu incitməsin. Bu ərəfədə baş həkim çox qorxub, stress keçirib. Özü də bunu bir neçə dəfə etiraf edib. Daha sonrakı görüşə Elxan özü ilə yaxşı “geyinib-keçinmiş” Rövşəni gətirib. Həmin görüşdə Rövşəni general kimi təqdim edib.
Baş həkim M.Zeynalov o zaman yaşadıqlarını belə danışıb: "Dedilər ki, Samir sənin torbanı tikir, sənin yerinə keçmək istəyir. Elxan dedi ki, Samir vəzifəli şəxsin adamıdır. Onun adından istifadə edib mənim torbamı tikir. Sonra Elxan mənə söylədi ki, sənin işini ağsaqqala məruzə elədik. Ağsaqqal da deyib ki, narahat olmasın, həll olunub. Ağsaqqal məsələni həll edib. Bir gün sonra Elxan zəng edib söylədi ki, o boyda general gəlib, bir silkələn gör nə edirsən? Mən də dedim ki, üstümdə heç nə yoxdur. Sonra mənə dedi ki, onda flaşkart var. Söylədi ki, həmin flaşkartda mənimlə bağlı rüsvayedici məlumatlar var. Mən də həyəcanlandım. Bilmədim nə edim. Onunla görüşməyə razılaşıb geri qayıtdım. Evdən və tanışlardan pul alıb, 5 min düzəldib apardım. Mənə dedi ki, narahat olma. Pulu verdim, amma flaşkartı vermədi. Dedi ki, lazım deyil, qalsın. Mən ordan çıxıb evə gəldim. Axşam evə gələndə zəng edib söylədi ki, bu nədir gətirmisən? Dedi ki, generala veriləcək məbləğ deyil, biabırçılıqdır. Bu məbləğlə onun başını aşağı elədiyimi dedi. Mən də dedim ki, çıxarırlarsa, çıxarsınlar. Həmin pulu da verdim ki, məndən əl çəkin. Mənə dedi ki, ortada flaşkart var. Mən də çıxılmaz vəziyyətdə qaldım. Yenə 5 min borc alıb aparıb verdim. Flaşkartı istəsəm də vermədi. Dedi ki, onu məhv eləmək asan deyil. Həmin flaşkartda mənimlə bağlı videoların, telefon danışıqlarının, ailəmlə bağlı görüntülərin olduğunu dedi. Mən də yenə razılaşmadım. Ordan çıxıb gələndən sonra zəng edib dedi ki, gələcəyin təhlükədədir. Bildirdi ki, mən perspektivli adamam, gələcəkdə böyük layihələrdə onlarla işləyəcəm. Söylədi ki, əgər deyilən işi həll eləməsəm gələcəyim məhv olacaq. Məndən 100 min istədi. Nə edəcəyimi bilmədən evə qayıtdım. Çıxış yolu tapmağa başladım. Dost tanışdan xahiş elədim. Bir gün sonra da zəng elədi ki, 100 minin üstünə 10 min də qoy. Mən də dedim ki, nə elədin sən? Heç 100 mini düzəldə bilmirəm. Dedi ki, istəyirsən düzəltmə, axırda görəcəksən. Mən də razılaşdım. Həll edib pulu aparıb verdim".
Baş həkimin danışıqlarından məlum olub ki, məsələ bununla da bitməyib. Daha bir neçə min də "xərci" çıxıb. Növbəti görüşlərə isə daha yüksək "vəzifəli" şəxslər gəlib: "Sonra Elxan yenə zəng elədi. Dedi ki, yaxında Qubaya gələcək, oğlunun ad günüdür. Söylədi ki, ona əmi kimi hədiyyə alım. Məndən yeni çıxan “İphone” almağımı istədi. Mən də razılaşıb, aldım. 2-3 gün keçəndən sonra Elxan zəng elədi ki, Qubaya gəlirik. Sən də gəl, görüşək. Mən də razılaşdım ki, gələcəm. Qubaya gedəndə Elxanla 3 nəfər gəlmişdi. Birini general kimi, birini də Prezident Administrasiyasının vəzifəli şəxsi kimi təqdim elədi. Bir nəfər də sürücü Mübariz idi. Elxan məni çölə çıxardı. Dedi ki, mən sürücü deyiləm. Özünü DTX polkovniki kimi təqdim elədi. Hirsli-hirsli bildirdi ki, Administrasiyadan gələn qonağa vermək üçün 20 min lazımdır. Həm də mənə xəbərdarlıq elədi ki, nəzarətdəsən. Mən də dedim ki, o qədər pulum yoxdur. 5 minə razılaşdıq və Bakıya gələndə də 5 mini verdim. Cəmi 125 min manat nağd pul verdim, 1900 manat dəyərində də telefon aldım".
Amma plan burda da bitməyib. Bu dəfə isə ortaya Hətəmxan Çobanov çıxıb. Həkim danışıb ki, sonuncu söhbətlərdən bir neçə gün sonra Hətəmxan ona zəng edib: "Dedi ki, görüşməliyik. Gəlib Elxanın, Rövşənin mənə qarşı elədiklərindən danışdı. Mən də burda danışdıqlarımı eyni ilə ona danışdım. Söylədi ki, olanları yuxarılara çatdırmalıyıq. Özünü elə aparırdı ki, guya mənim halıma yanır. Sən demə buna pul çatmadığı üçün yanırmış. Bu vəziyyətdən istifadə edib o da məndən pul almaq istəyirdi".
Həbs edilən Elxan baş həkimin yalan danışdığını deyib. O bildirib ki, baş həkim vəzifəyə getmək üçün onunla danışıb: "Mən etdiklərimi deyirəm. Əməlimi etiraf edirəm. Amma bu baş həkim yalan danışır. Düzdür, mən baş həkimi aldatmışam. Amma ona hədə-qorxu gəlməmişəm. Vəzifəli şəxsin adını çəkib ondan pul almışam. Həmin pulla Mübariz Zeynalov Sumqayıta baş həkim gedəcəkdi. Bunu da baş həkim özü istəyirdi. Mən hardan bilirdim ki, Sumqayıta baş həkim lazımdır? Bunu mənə Mübariz demişdi. İndi burda yalan danışır. Özü rüşvət vermişdi, məsuliyyətdən yayınmağa çalışır".
Suallara cavab verən Elxan pulu geri qaytardığını deyib: "Həkimdən aldığım pulla xaricdən 3 maşın gətirmişdim. Sonra onları satıb pulu qaytardım".
Baş həkim Mübariz Zeynalov təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.
Maraqlı məqam isə pulu Mübariz Zeynalova kimin qaytarmasıdır. Çünki nə baş həkim, nə də Elxan ad çəkmir. Mübariz Zeynalov pulu tanımadığı şəxslərdən aldığını deyib. Elxan isə "tanışlarım aparıb" deməklə kifayətlənib.
Bu işdə tərəflərin ifadələrində adı keçən Ələkbər Həsənov var idi. Bu işdə adı dəfələrlə hallanan, "Nüfuzlu Həsənovlardandır", "Hörmətli Ələkbər müəllim" kimi təqdim edilən şəxs hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun qardaşıdır.
Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib. Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Ələkbər Həsənov həbs edilən şəxslərdən Elxan Hümbətovun dayısıdır. Elə Ələkbər Həsənovun vasitəsi ilə Mübariz Zeynalov Qusardan Sumqayıta baş həkim göndəriləcəkmiş. 125 min manat da məhz bunun üçün baş həkimdən alınıb.

İlkin Muradov                  musavat.com

20.10.2021

“İkinci soyuq müharibə” - bu, mövqelərin qorunması savaşıdır

Nurlan Qələndərli

Xarici mətbuatın məlumatına əsasən, Rusiyanın NATO-dakı nümayəndəliyinin və NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti dayandırılacaq. İnformasiya mənbələrində qeyd olunur ki, rəsmi Moskva bu qərarı Şimali Atlantika Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyi əməkdaşının akkreditasiyasının geri çağırılması ilə əlaqədar addımına cavab olaraq verib.
Ekspertlər isə qeyd edirlər ki, bu qarşılıqlı addımlar – həmlələr, əslində, birbaşa ABŞ-Rusiya münasibətlərində siyasi gərginliyinin növbəti fazasıdır.  Hətta bu dinamikanı “İkinci soyuq müharibə” kimi səciyyələndirənlər də var.
Ümumiyyətlə, yaxın dönəmin siyasi mənzərəsini analiz etdikdə görürük ki, Vaşinqton-Moskva münasibətləri 2014-cü ildən etibarən "İkinci soyuq müharibə" mərhələsinə qədəm qoyub. 2018-ci ildən isə hər iki ölkə qarşı tərəfin bir sıra siyasi xadimləri və biznesmenlərini daxil etdiyi "qara siyahı" tərtib edib. Beləliklə, tərəflər arasında siyasi konfrontasiya elementlərini təşkil edən bu hallar münasibətlərdə yaxınlaşmanın qarşısını alan, gərginliyi artıran faktorlardan birinə çevrilib.
Ötən müddət ərzində, həmçinin bəhs olunan güc mərkəzlərinin qlobal strateji rəqabətində yeni situasiya formalaşıb. Bu, tərəflərin bir-birini müəyyən geoiqtisadi və geosiyasi güzəştlərə məcbur etmək cəhdi ilə müşahidə olunur. Ekspertlərin qənaətinə əsasən, Qərb blokunun Rusiyaya yönəlik aqressiv və geosiyasi pressinq xarakterli strateji addımlarına Moskvanın cavab həmlələri kəskin - gərgin strateji rəqabətin və mübarizənin ifadəsidir. Bu, əsas etibarilə, tərəflərin ənənəvi təsir dairələrində - zonalarında mövqelərinin qorunması savaşıdır.
Yeni mərhələdə Birləşmiş Ştatların Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi və NATO-nun gücləndirilməsi cəhdləri də Rusiya tərəfindən diqqətlə izlənilir və yeni proseslərə təkan verir. Rusiyanın sərhədlərində NATO-nun varlığının artırılması, bu alyansın mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların fonunda Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə hərbi-siyasi mübarizənin şiddətlənəcəyi gözlənilir. Paralel olaraq Rusiya-Çin geoiqtisadi işbirliyinə qarşı ABŞ-Avropa İttifaqı iqtisadi-enerji əməkdaşlıq platformasının şaxələndiriləcəyi də proqnozlaşdırılır.
Əlbəttə, iki ölkənin rəsmiləri bəzi məsələlər ətrafında dialoq platformasının yaradılması barədə müəyyən fikirlər səsləndirsələr də kəskin mübarizə şəraitində əməkdaşlıq, yaxud qarşılıqlı inteqrasiyanın sabit prosesə çevrilməsi gözlənilmir. Həmçinin NATO-Rusiya gərginliyi fonunda silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi məsələsində də müəyyən suallar yaranır.
Görünən odur ki, bu problem üzrə razılaşmaların qısa müddətdə əldə edilməsi real deyil.
Bütövlükdə isə “İkinci soyuq müharibə” adlandırılan prosesin hansı hərbi-siyasi və geoiqtisadi nəticələr doğuracağını zaman göstərəcək. /yeniazerbaycan.com/

Putinin “sirri”: Dünya niyə onu çözə bilmir


Onun bir əsas məqsədi var: Rusiyanı yenidən fövqəldövlətə çevirmək. İdealı kimdir? Stalin. O anlayır ki, Rusiyanın keçdiyi tarixi yol onun güclü dövlət olmasını labüd edir. Bu, Rusiyanın dövlət olaraq mahiyyətinin, rus xalqının düşüncə tərzinin əsasını təşkil edir. Rus xalqı güclü çar, güclü baş katib, güclü prezidentə ikrahla yox, əksinə, hər zaman rəğbətlə yanaşıb və Putin onların əksəriyyətinin arzularının təcəssümüdür.
Konstitusiyaya görə, onun indiki prezidentlik müddəti 2024-cü ildə başa çatır. Qərbi narahat edən 2024-cü ildən sonra Rusiyada Putinin yaratdığı üsul-idarəçiliyin qalıb-qalmayacağıdır. Onları düşündürən budur ki, həmin müddətdən sonra Putinizm tarixə qovuşacaq, yoxsa, Rusiyanın dövlət siyasəti konsepsiyası kimi davam edəcək?!
Təbii ki o ölkəni təkbaşına idarə etmir, bu, fiziki cəhətdən də mümkün deyil. Prezidentin ətrafında etibarlı komandası var. Bu komandaya onun DTK dövründən tanıdığı dostları da daxildir. Putin oliqarxları sıxışdırdı, qubernatorların səlahiyyətlərini azaldıb, onları mərkəzi hakimiyyətə tabe etməyi bacardı. Onun Münhen təhlükəsizlik konfransındakı məşhur nitqi “Soyuq Müharibə”də məğlub olmuş SSRİ-nin siyasi-hüquqi varisi olan Rusiyanın bu məğlubiyyətlə barışmayaraq, revanş almaq strategiyasının dövlət başçısının dilindən parlaq, cəsarətli ifadəsi idi. Putinin özünün də qeyd etdiyi kimi, diplomatik şablonlardan uzaq həmin məşhur nitqi yeni dünya nizamınının bundan sonra yalnız Qərbin strateji planlaşmaları əsasında davam etməsinə imkan verilməyəcəyinə işarə idi. 1946-cı ildə başlayıb, 1991-ci ildə başa çatmış birinci Soyuq Müharibənin başlamasına “casus belli” Çörçillin Fulton nitqi olmuşdusa, İkinci Soyuq Müharibəyə “casus belli” Putinin 2007-ci ildəki Münhen nitqi oldu.
Rusiya fövqəldövlət olmaq iddiasını yenidən ortaya qoydu və bu iddiasını həyata keçirməyə başladı: Silah texnologiyalarının təkmilləşdirilməsi, yeni silah növlərinin hazırlanması, postsovet coğrafiyasına nəzarətin gücləndirilməsi, Ukrayna, Gürcüstan, Ermənistan, Qırğızıstan uğrunda Qərblə hibrid müharibəsi, dünyanın ayrı-ayrı bölgələrində nüfuz dairəsi uğrunda ABŞ-la və ümumən Qərblə rəqabət, birbaşa savaşlarda iştirak və Qərblə toqquşmalar, Rusiya İmperiyasının və SSRİ-nin ənənəvi rəqibləri olan Türkiyə və İranla müttəfiqlik, Avrasiyaçılığın yenidən dövlət konsepsiyası olaraq həyata keçirilməsi...
Hesab olunur ki, Putin Əfqanıstana Sovet qoşunları göndərmiş Brejnevdən sonra Rusiyanın ən aqressiv xarici siyasət yeridən dövlət başçısıdır. Qərbi narahat edən həm də odur ki, Putin uğurla Avropa İttifaqında parçalanma yaradır, ABŞ və onun NATO-dakı müttəfiqlərini bir-birinə qarşı qoya bilib.
Qərbdə Putini həm də bunda ittiham edirlər ki, o Rusiyanın qonşularında, xüsusilə Ukraynadakı demokratiyanın güclənməsində maraqlı deyil. Lakin elə Qərbin özündə bəzi siyasətçilər əmindirlər ki, Putinofobiya əsassız qorxudur, Rusiya SSRİ deyil və Putindən qorxmaq, hər problemin arxasında “Rusiya izi” axtarmaq mənasız təşvişdir.
Etiraf etmək lazımdır ki, Rusiya davranışlarında daim beynəlxalq hüquqa riayət etməyə çalışır. O hətta ən ağlasığmaz işləri belə hüquq müstəvisində çözməyə səy göstərir. Məsələn, bütün dünya Krımın qeyri-qanuni zəbt edilməsini iddia edir. Halbuki Krımın Konstitusiyası ona müstəqilliyini elan etmək və ya başqa bir dövlətə birləşmək hüququ verirdi. Rusiya Krımı ilhaq etməklə formal olaraq heç bir hüquq normasını pozmayıb. Sadəcə bunun Krımda yaşayan əhalinin iradəsi ilə olub-olmaması sual doğurur. Onlar doğurdanmı, bunu könüllü etdilər?! Sual ancaq bu ola bilər.
Putin Böyük Avrasiya strategiyasını inkişaf etdirməkdədir. Onun üçün Avropa ilə münasibətlər həlledici əhəmiyyət daşımır. Dövlət idarəçiliyində olduğu qədər qlobal siyasətdə də məharət göstərən Putin rus xalqının “güclü çar” arzularının təcəssümüdür. Qərb onu nə qədər “avtoritar”, “qeyri-demokratik” lider kimi təşbehlərlə "mükafatlandırsa" da, rus xalqı 2000-ci ildən bəri onu 4 dəfə prezident seçməyə tərəddüd etməyib. Demokratiya hər bir xalqın iradəsinin ifadəsidirsə, Qərb rus xalqının seçiminə hörmətlə yanaşmanı qəbul etməlidir.
Burda artıq məsələ Putində və onun şəxsiyyətinə deyil, rus xalqının təfəkkür tərzində, keçdiyi tarixi təkamül yolundadır. Eyni zamanda bugünkü situasiyaya nəzər salsaq, onun hakimiyyətə gəlməsindən sonra əhalinin sosial durumu yaxşılaşıb, demoqrafik artım müsbətə doğru dəyişib. Bunlar rusların Putinə rəğbətini xeyli artırıb. Yəqin ki, Putin 2024-cü ildə Kremldən getsə belə, onun strategiyasını uğurla davam etdirə biləcək varis mütləq olacaq.


Nəzakət Məmmədova

Открытое письмо Заместителю председателя Совета безопасности РФ Дмитрию Медведеву

Валерий Коровин

Уважаемый Дмитрий Анатольевич, обратиться с открытым письмом к Вам меня заставило два обстоятельства: первое - писать обычное, "закрытое" письмо не имеет никакого смысла, т.к. оно с наибольшей вероятностью не пройдёт дальше распаковщика писем вашей канцелярии, который тут же сунет его в шрёдер, если вообще станет распаковывать. В лучшем случае, оно будет двигаться до адресата настолько медленно и долго, что потеряет всякий смысл. Хотя согласен, "мы люди терпеливые", и умеем ждать. На нашей стороне Вечность.
Второе обстоятельство - на данный момент Вы не являетесь ни президентом РФ, ни премьером, что отсекает от Вас огромное, бесконечное количество проходимцев, прощелыг, стяжателей, движимых алчностью и жаждой наживы, а это даёт шанс. Вопросы безопасности реальны, гораздо более важны, первостепенны, но при этом сложны, и нажиться на них весьма затруднительно. Они интересны только идеалистам, людям с государственническим мышлением, искренним, истинным патриотам, не только бессребреникам, но и людям, готовым к самопожертвованию, а это устраняет поток страждущих, освобождает время от излишней суеты, даёт возможность задуматься, мыслить, уделять внимание самому важному - отсюда надежда, что это письмо всё же будет замечено.
Повод для его написания - статья в Коммерсанте - "Почему бессмысленны контакты с нынешним украинским руководством". Пять коротких полемических тезисов, с которыми я, возможно впервые, абсолютно согласен. Они есть квинтэссенция нашего политического опыта взаимодействия с постсоветской, и в первую очередь, постмайданной Украиной.
К этому добавить, по сути нечего, абсолютно точная, выверенная констатация очевидного - Украины, которую мы отстроили в советский период, и с инерцией существования которой мы имели дело в период постсоветской, после майдана 2014 года больше нет. Вообще Украины нет, есть захваченное нашими геополитическими оппонентами, важное для нас стратегическое пространство бывшей Украины.
Мало того, наши западные "партнёры" за постмайданный период отстроили такую политическую Систему, которая ассимилирует любого лидера, политическое, экспертное и медийное сообщество под себя, и даже такой, казалось бы, поначалу, как минимум нейтральный, а по сути, пророссийский, русский, совершенно не политик Зеленский был ассимилирован ей в два счёта со всей командой, став таким же украинствующим "зомби", как и весь нынешний политический класс. То есть это именно Система, ангажированные и адаптированные под западные интересы русофобствующие элиты, меньшинства, скупленная тонкая прослойка.
Но есть и массы, большинство, совершенно иная среда, русское - культурно, цивилизационно - большинство, представители русского народа, малоросские этносы, представители других народов полиэтничной Украины, сформировавшиеся и прожившие большую часть своей жизни в совершенно ином культурно-историческом (по определению Данилевского) пространстве, которое стремительно угасает.
С этим большинством и надо работать, к нему обращаться, его воспринимать как среду для социально-политических трансформаций. Это точка входа в ситуацию, если есть цель исторических трансформаций обращения ситуации вспять, возвращения Украины в единое стратегическое пространство Большой России, геополитического разворота, восстановления безопасности на пространстве этой, как вы выражаетесь «измученной страны».
Полностью солидаризируюсь с первыми четырьмя изложенными в статье тезисами. Огорчение возникает лишь в финале статьи, от некой, довольно безнадёжной констатации – что же нам делать в этой ситуации? «А ничего. Дождаться появления на Украине вменяемого руководства»… «Вот только с таким руководством Украины и стоит иметь дело. Россия умеет ждать. Мы люди терпеливые». Ждать нового руководства. Конечно, можно ждать его, но, как говорится, лучше ускориться. И для этого у нас есть все возможности – цивилизационные, культурно-исторические, политические и технологические.
В течение вот уже почти двадцати лет Центр геополитических экспертиз, который я на данный момент возглавляю, занимается изучением и разработкой технологии так называемых «сетевых войн», технологической модели постановки государств под свой стратегический контроль без использования обычных вооружений. Технологии, доведённой до стадии применения в США, официально принятой на вооружение Пентагоном, но изначально созданной в качестве концепта, как и многое другое, у нас в России.
В центре данного технологического подхода сети, а не платформы, доминировавшие в период индустриальных войн. Главный принцип – работа со смыслами – идеями, идеологиями, идеологемами - в среде сетевого пространства, с учётом контекста постмодерна – парадигмальной данности, которая у нас практически не изучена, но которая является основой функционирования всех сетей Запада, функционирования, как мы видим, успешного и эффективного. Цель сетевого воздействия – легитимность или, соответственно, делегитимация, - когда население отторгает власть, политический режим, политический класс, его систему ценностей, что лишает его власти не номинально (легально), но по факту.
Технология использования сетевых войн предполагает обращение к населению напрямую, как бы через голову национальной администрации, эффективность чего демонстрируют (а мы наблюдаем) западные политтехнологи. Но они действуют при отягчающих для них обстоятельствах – в чужеродной для них культурно-цивилизационной среде, а мы, если говорить конкретно об Украине – в своей. А значит наша задача проще, и, что, видимо, немаловажно, дешевле. Уж точно на порядок дешевле горячей войны.
Таким образом, обобщая суть своего обращения, могу предложить вашему вниманию всю полноту наработок Центра геополитических экспертиз, в качестве технологии для практического применения. Можно считать это офертой. Не обязательно ждать, пора действовать.
Сетевые технологии, активно используемые американцами по всему миру – это оружие обоюдоострое, оно действует не только в одну сторону, но и в другую. Достаточно иметь волю и ум. Россия семь лет ждёт. Мы привыкли ждать, да, мы умеем ждать, но не является ли это, в какой-то степени проявлением нерешительности, безволия, некой обречённости перед «злым роком неизбежности»? В конце концов, мы ничего не теряем, ибо уже многое, в том числе Украину, потеряли. Однако, как говорил классик, «Ничего не потеряно, пока не потеряно всё». Тем более, это именно Вы ввели 58-у армию в Южную Осетию, что спасло не только целый народ от геноцида, но и вернуло Россию на мировую арену в качестве Великой Державы. И мы это помним!

Без надежды на обратную связь или даже вообще на какую-либо реакцию, но с надеждой на восстановление Величия России в её единстве и целостности с пространством потерянной ныне бывшей Украины Коровин Валерий Михайлович, директор Центра геополитических экспертиз.

19.10.2021

Rus agentinin canlı portreti – Sergey Narışkin


“Financial Times” iddia edirdi ki, Putin Medvedyev prezident olanda onu güdməyi, nəzarətdə saxlamağı Narışkinə tapşırmışdı

Dünyada indi elə sanballı qələm sahibi yoxdur ki, “rus agentləri”, “Rusiyanın 5-ci kolonu” mövzusunda yazmasın. Çox götür-qoydan sonra qərara gəldim ki, mən də bu mövzudan kənarda qalmayım. Düşündüm kimdir indi dünyadakı rus agentura zəncirinin başçısı? Kimdə, hansı şəxsin simasında rus agentinin bütün ştrix-kodları birləşib? Gördüm ki, bu tələblərə cavab verən yalnız bircə şəxs var dünyada - RF Xarici Kəşfiyyat Xidməti sədri Sergey Narışkinin şəxsən özü.
***
DOSYE: Sergey Narışkin. Doğum tarixi: 27 oktyabr 1954. İndiki Sankt-Peterburq. O vaxtkı Leninqrad. Gözə girməyi hələ uşaqlıq dövründən sevməyib. Sinif rəhbərindən xahiş edib ki, onu oturduğu birinci sıradan ikinciyə keçirsin. Ənənələrə, dostluğa sadiqlik Narışkin üçün boşboğazlıq deyil, həqiqətdir. Məktəbli eyni partanı yalnız bircə nəfərlə-sinif əlaçısı Aleksey Pastuxov ilə bölüşüb. İndi kirvədirlər. Nəvələri ilə gəzişməyi sevirlər.
BOYU: 178 cm. Bu təbii cəhətindən idmanda, agentura işində gen-bol istifadə edib həmişə. Kənarda sakitcə durub. Başqalarının başı üzərindən öz hədəflərini uzun-uzadı güdüb.
ÇƏKİSİ: Uzun illərdi sabitdir. Gör neçə ildir bir qram belə nə artır, nə əskilir - düz 76 kq.
ULDUZ BÜRCÜ: Əqrəb. Çox təhlükəlidir. Qurbanlarını uzun-uzadı güdüb qəfildən mütləq sancacaq.
VƏZİFƏSİ: RF Xarici Kəşfiyyat Xidmətinin sədri (2016-cı ildən üzü bəri).
HOBBİSİ: Üzgüçülük. Üzməyi hələ lap uşaqkən Peterburqun Fontanka çayında öyrənib. Səhər ertədən, hələ tam ayılmamış özünü atır mərmər hovuza. 300-500 metr məsafəni birnəfəsə üzür. Putin, Medvedyevlə iş gününü beləcə açır.
2004-cü ildən Putinin İcra Aparatında birinci şəxsdir. 2007-də hakimiyyət Medvedyevə keçən vaxt yenə də öz vəzifəsində qalıb. «Financial Times» qəzetinin jurnalisti Çarlz Klover iddia edir: “Putin sadəlövh Medvedyevi güdməyi, nəzarətdə saxlamağı Narışkinə tapşırmışdı. Putindən sonra əvvəlki vəzifəsində qalmağının əsas səbəbi məhz budur”.
***
NARIŞKİNİN QIZILLARI: O əsli-nəcabəti rus tarixinin dərinliklərinə gedən qədim zadəgan nəslindəndir. Rəsmi bioqrafiyasının 1978-82-ci illərə aid hissəsinə məsləhət görərdim inanmayasız. Mətbuatın bu barədə yazdıqlarının hamısı yumşaq dillə desək, yağlı yalandı. Tam həqiqət isə hətta bu gün belə sadə qulaqlar üçün deyil. Həmin illərdə o mərhum Heydər Əliyevin vaxti ilə bitirdiyi 101 saylı Ümumittifaq Kəşfiyyat Məktəbini qurtarıb. Vladimir Putinlə ilk tanışlığı da məhz bu ünvanda baş tutub. Mükəmməl fransızcası, ingiliscəsi o unudulmaz günlərinin yadigarıdır.
İnqilabdan əvvəlki var-dövlətdən Narışkinlərin qismətinə düşən darısqal üç otaqlı kasıb mənzildir. Ünvan, Sankt-Peterburqun düz göbəyində, Fontanka çayının qranit sahillərində yerləşirdi. Sergey Narışkin uzun illər bu darısqal mənzili öz qardaşı, valideynləri, babası ilə bölüşüb. Çox kasıb həyat tərzi sürüb o vaxt. Ağlına belə gətirə bilməyib ki, babalarının möhtəşəm sərvəti bu ünvandan çox da uzaqlarda deyil, elə qonşu Çaykovski küçəsindəki məxfi bir hücrədə gizlədilib. 2012-ci ildə qara fəhlələr bu ünvanda təmir işləri apararkən qapısı kərpiclə hörülmüş çox məxfi bir hücrə aşkarlayırlar. İçəri keçib görürlər aman Allah... bu nədir belə? Fəhlələr, gözlərinə inanmayıblar əvvəlcə. Sonra görüblər yox eeeyyy... gördükləri misilsiz sərvət ilğım-filan deyil. Ağ həqiqətdir. Aşkarlanmış xəzinədəki qır-qızılın, xalis gümüşün ümumi çəkisi ağlasığmazdı. Xəzinə, dünyada aşkarlanmış ən zəngin dəfinələr siyahısına daxildir indi.
***
Bax buna deyərlər tale. Qismət.
Halal payın həmişə burnunun ucunda gizlənsin. Sən isə onu görməyəsən. Kasıbçılıq içində yaşayıb batasan. Həsrət dolu baxışlarla baxasan Piterdəki köhnə dədə-baba mülklərinə....
Zadəgan mənşəyi, itirilmiş ailə sərvətləri barədə şirin xatirələr görünür həmişə Sergey Narışkini təqib edib. Valideynləri görünür bu mövzuya üstüörtülü toxunublar bəzən. Sergeyə bu barədə nəsə danışıblar. Bəlkə ipucu, gizli bir xəritə də ötürüblər Sergeyə. O da tənbəllik eləməyib.
Girişib xəzinə axtarışına...
Bu zaman da...
Bu zaman da düşüb KQB nəzarətinə.
İlk görüş məhz o zaman - Leninqradda xəzinə axtarışı zamanı baş verib bəlkə də.
***
Beləliklə, Sergey Narışkin hələ məktəbli günlərindən üzü bəri düşüb nəzarətə. Əməliyyat-axtarış işindəki anadangəlmə istedadı vaxtında qiymətləndirilib. Marina Orlova adlı bir qız o günləri belə xatırlayır: “Sergeyə sinfimizin günəşi desəm yanılmaram. Qızlarımızın hamısı ona vurulmuşdu. Gitarada gözəl romanslar ifa edərdi. İkinci sırada əyləşsə də, əli həmişə öndədir. Hazırcavabdır. Çətin ev tapşırıqları üzərində uzun zaman başını sallayardı. Bizlərdən ”canlı piramida" qurmağı sevərdi. Çıxardıq bir-birimizin kürəkləri üstə. Beləcənə qonşu sinif üzərinə hücuma keçərdik. Sergey bir əlaçı kimi bütün məktəblərarası yarışmaların qalibidir. Son buraxılış imtahanlarını verincə özünü paltarlı-paltarlı atdı Fontanka çayına. Gördük başı görsənmir. Həyəcanlandıq bir an. Sonra gördük yox ey... Sergey qarşı sahildədir. Ordan bizə əl edir".
***
Rusiya hakim elitasını Vladimir Putin müxtəlif idman oyunlarına cəlb edərək bu yolla tam nəzarətdə saxlayır. Nazirlərindən tutmuş sıravi işçilərədək hamını bax bu cür dişinə vurur bir-bir. Sergey Lavrov raftinq üzgüçülüyünü körükləyir öz idarəsində. Putin ambidekstriyanı.
Sergey Narışkinə gəldikdə o oxşar ssenarini üzgüçülük hovuzlarında həyata keçirir. 2007-ci ildən üzü bəri bütün nazirlər heyətini yığır üzgüçülük zallarına. Allah, ağzındakı fitin bircə səsi ilə hamını finiş xəttinə səsləyir. Qalibləri özü seçir adətən. Məğlubları öz aktivindən birdəfəlik pozub silir.
Misal üçün, 2014-cü ilin su yarışmalarında Rusiyanın 11 nazirliyi təmsil olunub. Qələbə çələngini Sergey Narışkin götürüb taxıb Denis Manturovun - Rusiya sənaye və ticarət nazirinin yoğun boynuna. Ona uzun ömür və can sağlığı arzulayıb.
Vaxtilə o özü də oxşar imtahanlardan keçib axı. Dəfinə ovçusu kimi bir cür yadda qalıb KQB kuratorları arasında. Mahir üzgüçü kimi bir başqa cür.
***
Leninqraddakı 101 saylı Kəşfiyyat Məktəbini bitirənə qədər anandan əmdiyin süd burnundan gələr. Gərək aylarla öz yaddaşını itiləyəsən. Müxtəlif soyuq-isti silah növlərindən anında istifadə etməyi bacarasan. Aylarla, illərlə qapalı ərazilərdə qalasan təkbaşına. Sonra ordan qaçmağı bacarasan. İtmiş əşyaları tapmaq istedadı gərək mütləq... mütləq olsun səndə. Gözəgörünməz olasan hətta. Bağlı seyflərə maneəsiz sızasan.
Sergey Narışkin 1978-82-ci illərdə bütün bu əməliyyat-axtarış tədbirlərinin zərgər incəliklərinə yiyələnir. Dönür olur həmkarı Vladimir Putin kimi xüsusi təyinatlı agent. Sonra öz texniki savadını Leninqrad Politexnik İnstitutunda bir xeyli cilalayır. Axır öz təyinatını gör hara alır - Brüsselə!
NATO ali qurumlarının toplandığı bu ünvanda Narışkin öz köhnə qohumları - ağqvardiyaçılarla əlaqə qurmağı bacarır. Bu xətti əsas tutaraq qalxır texniki şpionajın Olimp zirvələrinə.
***
ONUN QARA KÖLGƏSİ: SSRİ-nin süqutundan sonra tale Sergey Narışkini yenidən Vladimir Putin ilə görüşdürür. Hər ikisi Peterburq meriyasında eyni işlə - xarici investisiyalarla məşğul olurlar. Narışkin bir ara özəl bank sektorunda da çalışıb. “Filipp Morriss”, “Ford”, “Katarpiller” kimi nəhəngləri Peterburqa gətirib yerləşdirən qara kölgə də məhz ona məxsusdur. Başqa heç bir köpəkoğlu bu ağırçəkili şirkətləri dartıb Rusiya bataqlıqlarına gətirə bilməzdi axı...
Avropa Yenidənqurma və İnkişaf Bankından milyon dollarla ölçülən investisiya çantasını da məhz o özü şəxsən gətirib Leninqrad vilayətinə. 2007-ci ildəki “Rusiya iqtisadiyyatına xaricdən 90 milyard yatırım gözlənilir” proqnozu az sonra özünü tam doğruldub.
***
VURAN ƏL: Sabiq Moskva meri Yuriy Lujkova qarşı uzun zaman kimsə gözün üstə qaşın var deyə bilməyib. Lujkov kəsən başa zaval yoxmuş bir vaxt Moskvada. Ancaq bir gün Moskva Olimpində Lujkovun öhdəsindən gələcək qəhrəmanı axır tapırlar. Jurnalist kameralarının iti gözü qarşısında Narışkin üzünü tutur Lujkova: “Moskvadakı talançılıq bütün hədləri vurub aşıb. Özünüzə təzə iş yeri axtarın”.
Lakin Narışkinin özünü də bəzi maliyyə qalmaqallarında ittiham edənlər var. Mətbuat iddia edir - "2010-cu ildə “Sizin gizli müşavir” qəzetində Narışkinə, arvadı Tatyana Yakubçikə qarşı silsilə məqalələr işıq üzü görür. İddia edilir guya Narışkinlər Leninqrad vilayətindəki spirt istehsalına nəzarət edirlər. Rəqiblərini qanunsuzcasına sıradan çıxarırlar. Qurbanlardan biri yerli biznesmen Aleksandr Tabaçnikovdu guya".
***
Narışkin barədə bildiklərimiz bu qədər. Ancaq bizə bu da bəsdir. Rus agentinin canlı portreti artıq hazırdır. Tanış olun bu uzun plaş və iti xəncər cəngavəri ilə. Uşaqkən o dəfinə tapmaq qızdırmasını yaşayıb. Bəlkə tapıb da bu xəzinəni. Ən azı izinə düşüb bəlkə də. O vaxt da məxfi qurumların diqqətini özünə çəkib. Əla idmançı, üzgüçüdür. Arvadı ilə təhsil aldığı ocaqda tanış olub. Gözə soxulmağı əsla sevməz. Ənənələrə, köhnə dostlara sadiqdir. Son anda, son nəfəsində hisslərinə azadlıq verməsə bağrı çatlar. Son zəngi bu cür yaşayıb o.
İmtahanlarını verincə bədənini tullayıb Fontankanın soyuq sularına. Əsilli-nəcabətli nəsildəndi. Ancaq quru bəydi bir növ. Ciblərini eşələsən bir o qədər nağd pul tapammazsan. Pulu, görünür başqa yerdə gizləyir o. Yolunu gözləyənlər var. Xaricdə güclü biznes tərəfdaşları mövcuddu. Bir neçə dildə sərbəst danışır. Yazı masası öz səliqəsi ilə başqalarından həmişə seçilib. Atəş açarkən əlləri titrəmir adətən. Qurbanlarını çox tez də unudur. Vicdan əzabları çəkmir sonra.
Soyuqqanlıdır. Danışmağı da bacarır, susmağı da. Bir neçə dildə sərbəst danışır.
Yaddaşı çox möhkəmdir.
Hə... yaddan lap çıxarmışdım. O həm də Azərbaycanın böyük dostudur. 2012-ci ildə o bizim tərəfdən “Dostluq” ordeninə layiq görülüb.


Həmid Herisçi                             musavat.com

Vətən müharibəsini qanlarıyla yazan oğullar sözün əsl mənasında dastan yazdılar


Xocavənd uğrunda gedən döyüşlər zamanı çəkilmiş videodan foto kadr...
Şəkildəki Lerikimizin fəxri, Kəlvəz kəndində anadan XTQ-nin giziri Şəhidimiz Tağıyev Ramiqdir. Yaralı döyüş yoldaşı Lerikimizin fəxri XTQ-nin giziri Şəhid Həşimov Tərzanı döyüş meydanından çıxartmağa çalışır. Arxadaki tüstülər ard-arda düşən mərmilərdən geriyə qalan "mənzərədir". Həmin videonu izləyənlər bilir, xarici filmlərdə gördüyümüz döyüş səhnələri var, hansı ki Oskar mükafatına layiq görülən, o filmlər bu canavarların etdiklərinin yanında heç nədir. 
Təsəvvür edin, eyni anda həm döyüşürsən, həm də yaralı döyüş yoldaşını ərazidən çıxartmağa çalışırsan. Bir ümid - bəlkə onu xilas etmək mümkün oldu. İllərdir birgə, çiynini çiyninə verdiyin silahdaşın, qardaşdan irəli döyüş yoldaşın göz görə-görə qollarında Şəhadətə ucalır. Amma sən maksimum təmkinli və soyuqqanlı olmalısan. Düşdüyün yerin cəhənnəmdən fərqi yoxdur, lakin sən o cəhənnəmdən sağ çıxmağı bacarmalısan - özündən əvvəl döyüş yoldaşların üçün bunu etməlisən. Başqa seçimin yoxdur. Elə belə də oldu, Ramiq bu döyüşdən sağ çıxdı. Çünki onu irəlidə Şuşa uğrunda gedən döyüşlər gözləyirdi... Həmin döyüşlərə isə daha hirsli, daha emosianal qatıldı.  Gücünü, canını, qanını qoydu. Döyüş meydanında tarix yazdı, lakin bir qədər sonra geridə itirdiyi dağ qardaşlarına qovuşdu. Şəhadət şərbətini içmək Tağıyev Ramiqə də nəsib oldu.
Vətən müharibəsini qanlarıyla yazan oğullar sözün əsl mənasında dastan yazdılar.
Gələcək nəsillərə bu miras mütləq ötürülməlidir ki, bu oğulların zəhməti, qanı, canı bahasına yenidən qazanılmış Vətən torpağı bir daha işğal qoşunlarına yar olmasın...

"LERİK" facebook səhifəsi

18.10.2021

"İraqla müharibədə İrana İsrail kömək edib" yalanına cavab

Reyhun Babayev

Deyilən sözlər yalandır. İranda İnqilab olandan dərhal sonra Xomeyni bəyan etdi ki, İslam İnqilabının məqsədi - İnqilabın İslam dünyasına yayılması və müsəlmanların zalımların işğalından azad edilməsidir. Bundan ötrü ilk növbədə Qüdsün işğaldan azad edilməsinin vacibliyini dedi və bu yolda dərhal hərəkətə keçdi. Belə olan halda İsraillə necə münasibətlər yaxşı ola bilər?
"İsrail kömək edib" yalanına cavab verirəm: Səddam İrana hücum edəndə bütün dünya Səddamı silahlandırırdı, amma İrana silah satılması qadağan idi. İran Səddamın ordusunun qarşısında bir təhər davam gətirsə də, İraq tanklarını vuran raketlərə malik deyildi. Bu səbəbdən də İran çoxlu canlı itki verirdi. İran hər yolla olur olsun silah almaq qərarına gəldi.
Belə ki 1984-cü ildə, Livandakı Hizbullah təşkilatı İranın göstərişi ilə Livandakı ABŞ hərbi bazasına hücum edərək çoxlu sayda ABŞ hərbiçisini girov götürdü və onları girovluqdan azad etməyə şərt kimi - İrana tank əleyhinə raketlər satılmasını ABŞ-dan tələb etdi. Özü də silahların təcili şəkildə Tehrana çatdırılması tələbini ortaya qoydu. ABŞ çıxılmaz vəziyyətdə qalıb İrana tank əleyhinə TOW raketləri satmaq məcburiyyətində qaldı. Bu raketləri təcili çatdırıb öz hərbçilərini azad etməkdən ötrü isə ABŞ-ın İsraildə olan hərbi bazasındakı raketləri İrana göndərməli oldular. Yəni ABŞ İsraillə razılığa gəldi ki, silahlar təcili şəkildə İrana çatdırılması üçün İsraildəki ABŞ raketləri İrana göndərilsin və ABŞ sonradan o silahların yerini doldursun. ABŞ həm də silahları ona görə İsraildən götürüb verdi ki, öz hərbçilərinin İranın əlində girov olduğu və buna görə İranla razılaşmaya gedib İrana uduzduğunun üstü açıllmasın.
Beləliklə, İran ABŞ-ı mələdə-mələdə ondan raketləri satın aldı və bu raketlər hesabına Səddamın hücumlarının qarşısı aldı.
Silahlar İrana çatdırılıb qurtarandan sonra Hizbullah ABŞ hərbçilərini buraxdı. İran sonradan özü həmin raketləri kopyalayıb arsenalını gücləndiri.
Bu hadisənin adı "İran kontras" və ya "İranqeyt" kimi tarixə düşüb. Amma xarici mənbələr arasında çox az mənbə var ki, İranın o silahları necə əldə etdiyini yazsın. Hamı yazır ABŞ İrana silah satdı və İsrailin vasitəsilə - amma ABŞ hərbçilərinin İran tərəfindən girov götürüldüyünü isə çox az sayt yazır.
Həqiqət budur. Yəni İran silahsız qalanda elə bir addım atdı ki, özünün ən böyük düşmənləri olan ABŞ və İsrail İrana silah verdilər ki, onların kuklası olan Səddama qarşı vuruşsun.
İran həmişəki kimi düşmənlərinə elə bir od vurdu ki, bunu heç cür unuda bilmirlər.
Odur ki, müxtəlif yalanlarla üstünü malalamağa çalışırlar.

Azərbaycan Prezidenti Qarabağda hərbi əməliyyatların dayandırılmasında Putinin xüsusi rolunu qeyd edib


“Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın qurban getməsindən qaçmağa imkan verib”.
SalamNews xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, Üçtərəfli Bəyanata müvafiq olaraq Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxarıb.
Prezident deyib: “O vaxta qədər Azərbaycanın Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad edib. Beləliklə, artıq qeyd edildiyi kimi, münaqişə hərbi-siyasi yolla həll edilib. Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlıları yerləşdirilib. Nəqliyyat kommunikasiyalarının açılması məsələlərinin həlli üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb”.

Üçüncü Böyük Vladimir: Putinin min illik geosiyasəti

Nəzakət Məmmədova

Rusiya tarixində üç böyük Vladimir olub - Vladimir Monomax, Vladimir Lenin, Vladimir Putin. Məhz Üçünçü Vladimir - prezident Putin dünya siyasətinin axarını dəyişdirdi, ona yeni impuls verdi, tənəzzülə uğrayan, parçalanmaq təhlükəsində olan ölkəsini fövqəldövlət statusuna iddiasını gerçəkləşdirməyə başladı.
Vurmağı və müdafiə olunmağı yaxşı bacaran peşəkar samboçu, peşəkar çekist və dünya siyasətini dəyişən adam. Onun titullarını çox sadalamaq olar. Müharibədən və blokadadan çıxmış Leninqradda, çox ağır şəraitdə yaşayan şəhərdə doğulan Putinin uşaqlığı onun bütün həyatına, dünyagörüşünə təsir göstərib. Ata Sobçak 1996-cı il seçkilərində qalib gəlsəydi, Putin Peterburqda qalardı və Rusiya tarixi başqa cür inkişaf edərdi.
1999-cu ildə yorğun Yeltsinin ətrafı baş nazir vəzifəsinə yeni namizəd axtarırdı. Duma Putinin namizədliyini təsdiq edəndə çoxları düşündü ki, o da əvvəlki baş nazirlər kimi 3 ay sonra bu vəzifənin öhdəsindən gələ bilməyib istefaya gedəcək.
İki prezidentlik müddətini bir dəfə baş nazir postu ilə əvəz edən və bundan sonra daha 6 il üçüncü müddətə dövlət başçısı olacaq Putin - böyük Putin yenidən Rusiya prezidenti seçildi. Həm də heç bir saxtakarlıq olmadan. Buna ehtiyacı yox idi, çünki onun ölkədə reytinqi çox yüksəkdir. Seçkidən əvvəl rəy sorğusu mərkəzləri də elə seçkidəki nəticələrə yaxın proqnozlar əldə etmişdilər.
O bəlkə də Qərbdə ən çox tənqid olunan siyasətçidir. Artıq Qərbdə bir paranoya var: fransız kriminalistləri hər hadisədə “qadın izi”, antisemitlər “yəhudi izi”, ermənilər “türk izi” axtardıqları kimi dünya siyasətində hər hadisədə “Putin izi” axtarılır. Amma hər şey göründüyü kimi deyil. Məsələn, onu diktator olmaqda ittiham edirlər, halbuki Rusiyada tarix boyu bir diktatura olub, o da fəhlə-kəndli diktaturasının hökm sürdüyü sosializm. Rusiya elə bir ölkədir ki, orda diktatura rejimi qurmaq mümkün deyil.
Putin qaydalara riayət edən oyunçudur. Məsələn, özü etiraf edib ki, düşməninə də hörmət edə bilər, amma satqınlara əsla! Onun bu yanaşması çekist keçmişindən gələn yanaşmadır. Dövlət düşmənlərinə qarşı amansız olmaq onun peşə fəaliyyəti və bundan irəli gələn tələblərin formalaşdırdığı düşüncə tərzinin nəticəsidir. O Kremldə otursa da, Lubyanka düşüncəsi ilə Rusiyanı dünya siyasətində söz sahibi edib.
Bir vaxtlar oliqarxlardan Putinə qarşı istifadə etməyi düşünən Qərb bunun mümkün olmayacağını anlayanda onları sanksiyalar siyahısına əlavə etdi. Putin siyasi hakimiyyəti Yeltsindən təhvil almışdı, Qərbdə olduğu kimi oliqarxların dəstəyilə hakimiyyətə gəlməmişdi. Məsələn, ABŞ prezidentləri böyük maliyyə oliqarxlarının dəstəyi ilə hakimiyyətə gəlir və öz daxili, eləcə də xarici siyasətlərində ilk növbədə onların maraqlarını əsas götürürlər. Fransada, Almaniyada, digər Avropa ölkələrində də belədir. Oliqarxlar siyasətçilərin seçki kampaniyalarını maliyyələşdirir, onları hakimiyyətə gətirir və bu, “demokratik seçki” adlanır. Əslində burada heç bir demokratiya elementi yoxdur.
Rusiya Bizansın mənəvi varisi hesab edilir və Putinin siyasəti Üçüncü Romanın - Moskvanın dünya siyasətindəki rolunun artmasına yönəlib. Burda o öz adaşı, Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmiş, 988-ci ildə rus torpağında xristianlığı qəbul etmiş Vladimirin siyasətinə daha çox üstünlük verir. O emosional qərarlar qəbul etmir, sərəncamında olan onlarla elmi-tədqiqat institutlarının, alimlərin tövsiyələri əsasında hərəkət etdiyini özü də gizlətmir. Görünür Üçüncü Roma məsələsində Rus Pravoslav Kilsəsi ilə bərabər Kremlin ideoloqu Duqinin də rolu var.
Putin də əksər ruslar kimi Rusiyanın bir zamanlar Bizansla müqayisədə barbar olan Avropadan daha üstün olduğunu düşünür. Əgər müdafiə sənayesini həm də mülki sənayeyə transfer edə bilsə, Rusiya sürətlə inkişaf edəcək. Bu, Putinin ən böyük xidmətlərindən biri olacaq. Bir tərəfdən Bizansın varisi olmaqla öyünən Putin Rusiyası digər tərəfdən də Antarktika üzərində hüquqlarını bərqərar etməyə çalışır. Krımı həm də 1030 il əvvəl Vladimirin xristianlığı qəbul etdiyi torpaq, Dnepri minlərlə insanın vəftiz olunduğu müqəddəs çay kimi görən Putin, təbii ki bizans mədəniyyətinin Avroatlantik sistemə, katolik sivilizasiyasına daxil edilməsinə göz yuma bilməzdi.
Putin öz siyasi, ideoloji baxışlarına görə Rus Pravoslav ideologiyasını həyata keçirən və geosiyasi strategiyasını bunun üzərində quran siyasətçidir. O min ildən bəri formalaşan rus-slavyan-pravoslav cəmiyyətinin siyasi sifarişidir. Rus xalqı isə Böyük Vladimirdən Vladimir Putinə qədər belə bir lideri sevib və qəbul edib. Qədim Rusu xristian aləminə qəbul etdirən Vladimir kimi bugünkü Vladimir Putin də müasir dünyaya Rusu qəbul etdirmək üçün çalışır.









17.10.2021

Müasirlik anlamı

Nurlan Qələndərli

MÜASİRLİK: NƏDİR VƏ NƏ DEYİL?

Hər şeyin mahiyyəti formasında deyil, məzmunundadır, o cümlədən al qırmızı ilə simvollaşdırılmış müasirliyin də... İndi kimsə bəyənmədiyini, yaxud onun baxışlarını, düşüncələrini təqdir etməyəni "müasirlik silahı" ilə hədəfə çevirir. "O müasir deyil", yaxud "müasir olsa, bunu edər(etməz)di" kimi primitiv ittihamlar aktualdır. Əslində isə, müasirliyin anlamını - mahiyyətini və məzmununu anlamadan müasir olmağa çalışmaq absurddur...

MÜASİRLİK NƏ DEYİL?!

* məsuliyyətsizlik deyil: insanın məsuliyyətini dərk etmədən özbaşınalığa yol verməsi - "sərhədləri aşmaq" adı altında dəyərləri ayaqlar altına ataraq öz bildiyini etməsi deyil;
* sərhədləri aşaraq "azadlıq" adı altında azğınlıq "qazanmaq" deyil;
* müasirlik zahirdə (geyimdə, görüntüdə) deyil, daxildə - mahiyyətdədir, düşüncədə, təfəkkürdə və mənəviyyatdadır...

BƏS NƏDİR MÜASİRLİK?!

İbtidai icma, quldarlıq və feodalizm dövrləri insanından fərqli olaraq:
* sivilizasiyanın inkişafının indiki mərhələsində yüksək mədəni dəyərləri mənimsəyərək əməldə nümayiş etdirməkdir;
* insana sayğıdır, toplumun üzvü olan insanın haqqına girməməkdir;
* "güclü olan haqlı deyil, haqlı olan güclüdür" prinsipini qəbul etmək, ona əməl olunmasına çalışmaqdır;
* ədalətli olmaq, özünə rəva görmədiyini başqasına etməməkdir və s.
Ən əsası, o həm də fərd olaraq istədiyini etmək deyil, istənilməyəni etməməkdir...

16.10.2021

Azərbaycanın ilk “vor zakonu”

Məhərrəmdən hamı qorxurdu. Çünki nə qərar qəbul edəcəyini qabaqcadan bilmək mümkün deyildi. Adətən sakit keçən sxodkaya əgər Məhərrəm gəlirdisə, adlı-sanlı oğrular çalışırlarmış ki, iştirak eləməsinlər. Çünki dəmir məntiqli və son dərəcə güzəştsiz adam olan Rəşidoğlundan nə desən, gözləmək mümkün idi.
Bir dəfə nə təhər olmuşdusa, Qurd Cəbrayılla Zal Rüstəmin mübahisəsi düşmüşdü. Öz dilimizdə söz güləşdirə-güləşdirə yavaş-yavaş səslərini başlarına atan cavanlar heç "dayı" dedikləri Vasya Solomanın otağa nə vaxt girdiyindən də xəbər tutmamışdılar. Dünyagörmüş kişi söhbətin məzmunundan baş çıxara bilməsə də, boğazını yırta-yırta bir-birinə nəsə sübut etmək istəyən cavanlara gözucu baxıb istehza ilə gülümsündü, sonra da səsini bir azca ucaldaraq amiranə dedi: "Ne Maqerramniçayte!"
Sizə söhbət açacağımız əhvalatlar 1932-1935-ci illər arasında cərəyan edib. Məhz o illərdə artıq şəhərin kölgə hakimiyyəti qanuni oğruların əlinə keçmişdi.
İyirminci illərin ortalarından Bakıda kriminal aləmin danılmaz lideri kimi Rəşid oğlu Məhərrəm qəbul edilirdi. O, ilk qanuni lotu kimi şəhərdəki vəziyyətə istər qazamatda, istərsə də azadlıqda yalnız öz nüfuzu hesabına nəzarət edirdi. Məlumdur ki, Rusiyada "vor v zakone" kimi tanınan şəxslərə Azərbaycanda "lotu" deyirdilər. Bu da ondan irəli gəlirdi ki, bizim mentalitetimiz "oğru" sözünü qəbul eləyə bilmirdi.
Rəşid oğlu Məhərrəm neçə illər öz adını şərəflə daşımışdı. Onun verdiyi fitvaya heç kim şəkk edə bilməzdi, çünki həddindən artıq ədalətli, qərəzsiz adam olduğunu hamı bilirdi. O "lotu" adının məsuliyyətini də yaxşı dərk edirdi. Yanına şikayətə gələnlərin birinin də xahişini diqqətsiz qoymaz, mütləq ölçü götürərdi. Bakıda Məhərrəmin canına and içərdilər və bu ad cayıllar arasında çox əziz sayılırdı. Hamı çalışardı ki, andına sadiq qalsın.
Tarixdə Məhərrəmin adına and içib, sonra öz andını pozan neçə-neçə adamın cəzalandırılması da yaşayır. Elə buna görə də onun adına yalandan and içməyə heç kəsin cəsarəti çatmazdı.
TT Nəriman və Krasavçik Ağakərim danışırdılar ki, Rəşid oğlu Məhərrəmin yanına Rusiya oğruları da ölkənin cənub regionundakı problemlərini həll eləmək üçün tez-tez gələrdilər. Bakı türmələrindən uzaqlara etap gedəndə dustaqların hamısını təmin eləmək də Rəşid oğlunun boynuna düşürdü. Elə həmin illərdə Bakıda yaradılan ilk obşakın məqsədi məhz etapa gedən dustaqları ərzaq və isti geyimlə təmin eləmək, müharibədən əlil qayıdanlara, başsız qalan ailələrə yardım göstərmək idi. Obşakdakı pullara Məhərrəm birbaşa özü nəzarət edirdi. Deyilənlərə görə, 1930-cu ildə Bakı peresılkasından etapa gedən iki yüz dustağın uzun sürən səfər boyu ehtiyaclarını ödəmək üçün nə lazımdırsa, Rəşid oğlu Məhərrəm üç gün müddətində təmin etmişdi. Onun bu hərəkəti o vaxtkı Sovetlər İttifaqının bütün guşələrində hallanırdı.
Lakin zaman keçdikcə Rəşid oğlu Məhərrəm Bakı kriminalitetinin zirvəsində tutduğu mövqedən yavaş-yavaş, könüllü olaraq geri çəkilirdi. Və bu çəkilmə təbii ki şəhərdə kölgə hakimiyyəti uğrunda mübarizə aparan müxtəlif kriminal qruplaşmalar arasında qarşıdurmaya apardı. Bu dəstələr liderlik uğrunda mübarizyə girişdilər. Araşdırmalar göstərir ki, Rəşid oğlu Məhərrəmin bu işlərdən könüllü kənarlaşması konkret bir hadisə ilə əlaqədardır.
İyirminci illərin sonu, otuzuncu illərin əvvəllərində hakimiyyətdə tam möhkəmlənmiş Şura hökuməti qadın azadlığı uğrunda geniş mübarizəyə başlamışdı. Bu mübarizənin tərkib hissəsi kimi Azərbaycan qadınlarının əsrlərdən bəri baş örtüyü kimi istifadə etdikləri çadraya qarşı mübarizə seçilmişdi. Bir çox problemlər kimi qadın azadlığı probleminin də həllinə kökdən deyil, əhəmiyyətsiz zahiri detallardan başlayırdılar.
Azərbaycanda müxtəlif qadın dərnəklərinin, klubların yaradılması təşviq edilir və qız-gəlinlər bolşevik təbliğatına uyaraq, öz ərlərinin, atalarının, qardaşlarının kəskin etirazına rəğmən baş örtüklərindən imtina edirdilər. Təbii ki uzun illər şəriət qanunları əsasında yaşayan xalq bu hərəkatı çox çətinliklə qəbul edirdi. İndi şəhərimizin “Nizami” metrosunun yaxınlığında şəninə gözəl heykəl ucaldılan "Azad qadın" məhz həmin dövrün simvoludur. Çoxlarının güman etdiyi kimi bu heykəl abstrakt təfəkkürün məhsulu deyil. Onun həyati prototipi əslən şamaxılı olan Səriyyə Xəlilova adlı bir qadındır. Səriyyənin üç qardaşı da vardı: Soltan Əhməd, Ağamehdi və Ələkbər. Ataları oxumuş adam olduğundan el məclislərində mollalıq edirdi. Şura hökumətinin isə İslam dininə münasibəti hamıya məlum idi - “Din həyatın tiryəkidir” - Lenin deyirdi.
Kişi hökumət məmurlarının bütün təzyiqlərinə baxmayaraq ilahiyyatdan, mollalıqdan əl çəkmirdi. Oğlanları isə öz məhəllələrinin sayılan, hörmətli cayıllarından sayılırdılar.
Günlərin birində Səriyyə də məktəbdə komsomol təbliğatına uyaraq nümayişkəranə tərzdə çadrasını başından atır. Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünməsi qardaşların başını məhəllə içərisində çox aşağı eləmişdi. Artıq camaat onları bir-birinə barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirdilər. Bu vəziyyətə dözə bilməyən Ələkbər bədxah adamların fitnə-felinə uyaraq əlini bacı qanına bulayır, bıçaqlayır onu. Bədbəxt ata isə öz sevimli oğlunun həyatını xilas etmək üçün qətli öz boynuna götürməkdən başqa çarə tapmır. Ömründə bir kəsin toyuğuna "kiş" deməmiş ahıl kişi dəhşətli qatil kimi cəmiyyətə təqdim edilir, zindana salınır.
Səriyyə Xəlilovanın qətlə yetirilməsi bütün Bakıda böyük əks-səda doğurur. Hökumət isə öz növbəsində bu acınacaqlı ailə münaqişəsinə siyasi don geydirərək onu köhnəliklə yeniliyin mübarizəsi kimi qələmə verməyə çalışırdı. Həmin günlərdə Bakının bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya, “El atasına” müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirdilər. O dövrdə Sovet cəza maşını belə süni məclislərdə çı-xarılan qərarları əlində əsas tutaraq ziyanlı saydığı hər bir şəxsi cəzalandıra bilirdi. Beləliklə, çox müxtəsər bir məhkəmə təşkil edərək ondan siyasi şou düzəldib zavallı atanı ölüm cəzasına məhkum edirlər. Və heç bir tərəddüdə yol vermədən onu da Bayıl qazamatının həyətində güllələyirlər.
Amma Səriyyəni qardaşı Ələkbər tərəfindən öldürüldüyü bütün şəhərə, həm də güc strukturlarına məlum idi. Onun qətiyyəti, namus-qeyrət naminə bacısına belə güzəştə getməməsi Bakıda böyük əks-səda doğurmuşdu. Atasına ölüm cəzası kəsilən məhkəmədə onunla yanaşı müttəhimlər kürsüsündə əyləşən Ələkbər on il həbs cəzasına məhkum edilmişdi.
Ələkbər qazamata gətiriləndə neçə müddətdən bəri bakılıların dilində dolaşan qətl olayının sorağı gəlib bura da çıxmışdı. O vaxt Rəşid oğlu Məhərrəm də kiçmanda otururdu.
Cavan, yaraşıqlı, qəddü- qamətli və ən başlıcası qeyrətli Ələkbəri təbii ki Rəşidoğlu yaxşı qarşılayır. Tapşırır ki, ona kameradakı ən hörmətli yeri versinlər, yeyib içməkdən korluq çəkməsin. Bir neçə gündən sonra isə özü də nadzorlarla danışıb həmin kameraya keçərək Ələkbərlə görüşür. Ələkbər isə cavan olduğundan dustaqların Rəşid oğlu Məhərrəmin tapşırığı ilə ona göstərdiyi hörməti qorxu kimi qiymətləndirir. Məhz elə bu səbəbdən Məhərrəmlə ilk görüşündəcə oğru qanunlarında ən müqəddəs, toxunulmaz sayılan obşaka nəzarətə iddialı olduğunu ortaya qoyur. Bu isə ad-sanı bütün ölkədə tanınan lotunun mötəbərliyinə şübhə etmək demək idi.
Onun bu hərəkətindən son dərəcə əsəbiləşmiş dustaqlar Ələkbərin qətlinə fərman verən fitvanı öz liderlərindən, Məhərrəmdən gözləyirdilər. Həmin anda lotunun gözü ilə verəcəyi bircə işarə kifayət idi ki, Ələkbərin böyük tikəsini qulağı boyda edələr. Neçə ilin caniləri olan bu dustaqlar onsuz da son iki-üç gün ərzində bu özündən müştəbehin saymazlığından, naşılığından, ədasından kifayət qədər cana doymuşdular.
Rəşid oğlu Məhərrəm bu vəziyyəti gözəl bilirdi. Elə ona görə də Ələkbərin iddiasına səmimi bir təbəssümlə gülümsünür, əlini cavan oğlanın çiyninə qoyaraq soruşur: "Bacararsan?" Bu yerdə Ələkbər ya intuisiyasının gücündənmi, ya da elə təsadüfdənmi həyatını xilas edən bir cavab verir: "Sən yol göstərsən, bacararam".
Bu cavab Ələkbərin Məhərrəmin böyüklüyünü qəbul etməsinin etirafı kimi qarşılanır və tarıma çəkilmiş əsəblər bircə anda boşalır. İndi hamı Məhərrəmin qərarını gözləyirdi. Rəşid oğlu Məhərrəm isə azacıq fikrə gedəndən sonra öz qərarını kameradakı yoldaşlarının qarşısında elan edir: "Bu gündən etibarən obşakı idarə etməyi Ələkbərə tapşırıram".
Təbii ki çoxları üçün Rəşid oğlu Məhərrəmin bu qərarı qətiyyən məntiqli deyildi. Çünki onun hörmətini, əqidəsini cavan Ələkbərin ponyatkası, ideyası ilə bir tərəziyə qoymaq heç kəsin ağlına belə gəlməzdi. Amma öz liderlərinin hər bir kəlməsini sözsüz qəbul edən cayıllar, patsanlar onun bu qərarını dərin təəssüf hissi ilə qarşılayırlar. Əksəriyyət bunu Bakı kriminalitetinin nüfuzdan düşməsi kimi qəbul edirdi.
Amma Rəşid oğlu Məhərrəm tamam başqa məntiqə əsaslanırdı. Ələkbərin görkəmi, qətiyyəti onda belə bir qənaət yaratmışdı ki, tükənməz enerji, düzgünlük, ədalət tələb edən obşaka nəzarət işinə o daha artıq yarayar. Rəşid oğlu Məhərrəm inanırdı ki, gözlənilməz qərarı digər yoldaşları tərəfindən şübhəsiz qəbul ediləcək və liderlərinin seçiminə hörmət etdiklərindən onlar Ələkbərə hətta xırda xətalara yol vesə belə, bir müddət toxunmayacaqlar. Bu cavan oğlan da həmin müddət ərzində lazımi təcrübə toplayaraq işə girişəcək...
1932-ci ilin əvvəllərində baş vermiş həmin bu hadisədən az sonra Rəşid oğlu Məhərrəm Rusiyaya etap edilir, həmin dövr üçün ən ağır lagerlərin yerləşdiyi Kolımaya göndərilir. Onu artıq Sibirdə gözləyirdilər və orda obşakın natəmiz əllərə təhvil verilməsilə bağlı çağrılan sxodkadan sonra qətlə yetirirlər.

Bəhram Çələbi             femida.az

“Vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb olacaq” - Partiya sədri

Peyvənd əleyhinə açıqlamaları ilə tez-tez gündəmə gələn Türkiyənin Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın yeni açıqlaması müzakirə obyekti olub.
Partiya rəhbəri bu dəfə vaksinlərin əks təsirindən söz açaraq qeyri-adi iddialar irəli sürüb. Belə ki, Ərbakan RNA texnologiyasına əsaslanan peyvəndləri vurduranların yarı insan, yarı meymun uşaqlar dünyaya gətirə biləcəyini deyib: “Bu vaksinlər 3 qulaqlı, 5 gözlü məxluqların doğulmasına səbəb ola bilər”.
Vaksin vurdurmadığını və vurdurmaq fikri olmadığını deyən F.Erbakan Kayseridəki mətbuat konfransında yerli peyvənddən də söz açıb. O son çarə olaraq TURKOVAC-a üstünlük verə biləcəyini qeyd edib.
“Əslində vaksin vurdurmağa ehtiyac olmadığını düşünürəm. Mənə görə, ümumiyyətlə, peyvənd vurdurmamaq yaxşıdır və bu, mənim şəxsi seçimimdir. Amma məcbur qalsam, təbii ki dövlətin qaydalarına qarşı gələ bilmərəm. Ona görə də vaksinlər arasında TURKOVAC-ın daha uyğun olduğunu fikirləşirəm”, – deyə siyasətçi əlavə edib. /sfera.az/

14.10.2021

İran öz texnikası əsasında döyüş robotları yaradır


İslam İnqilabı Keşikçiləri Korpusunun komandirinin əməliyyatlar üzrə müavini general Abbas Nilforoşan bildirib ki, quruda döyüşmək üçün cəbhə robotlarının bölmələri İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) tərəfindən yaradılacaq.
Nilforoşanın sözlərinə görə, yeni mexanizmlər "yüngül və təhlükəsiz" mübarizə üçün istifadə olunacaq. İranlı general həmçinin, yeni robot maşınların sərhədlərdə və digər həssas hədəflərdə təhlükəsizliyi yaxşılaşdıracağını, xüsusilə də "sionist rejimin" İrana qarşı müharibədə yeni bir yanaşma əldə etdiyini, "boz və təhlükəsiz" şəraitdə döyüşməyi seçdiyini söylədi.
O həmçinin yerüstü döyüş bölgəsi üçün ön xətt robot bölmələrindən istifadə planlarını açıqlayıb...

T.me/cihad_313 

13.10.2021

Vahhabi yoldaşlara

Əxi, inan ki, tarixdə bundan daha artıq fürsətlər düşüb. Amma bu, “rafizilər”i çökdürə bilməyib. Bax ən gözəl fürsətlərdən biri Peyğəmbər (s) vəfat edən kimi vəsiyyəti pozmaq oldu. Şiələri evlərə həbs edib, bəzilərini də öldürdülər. Həzrət Əli (ə) kimi insanı 25 il ev dustağı etdilər. Amma bu onları çökdürmədi.
Sonra Həzrət Fatiməni (s) küçədə döydülər, evini yandırdılar, mirasını əlindən aldılar. Nəhayət Peyğəmbərin (s) bir parçası, çənnət xanımı bu yaralardan xiffət çəkib öldü. Əli (ə) öz şiələri ilə onu gecə dəfn etdi ki, müsəlmanlardan olan iblislərdən qorusun. Amma bu onları çökdürmədi.
Sonra sənin sələflərin qoşun yığıb üç cəbhədə Həzrət Əliyə (ə) hücum çəkdilər. Yüz minlərlə şiənin qanı haqsız yerə axıdıldı. Nəhayət Əlini (ə) namaz üstə öldürdülər, az keçməmiş “dayın” müaviyə İmam Həsəni (ə) öldürdü. Sonra əmr sahibiniz Yəzid İmam Hüseyni (ə) öldürdü. Qız-gəlinini əsir alıb at-döşü apardı. On illərlə məscidlərin minbərlərindən Əliyə (ə) və ailəsinə lənətlər oxundu. Amma bu onları çökdürmədi.
Sonra onların yerinə gələn əmr sahiblərin bir-bir Əhli-Beytdən (ə) olan hər kəsi təqib etdi, başın kəsdi, həbsə atdı. On iki İmamdan (ə) yerdə qalan səkkiz İmamı da müxtəlif üsullarla qətlə yetirdilər. Onların tərəfdarlarını diri-diri başı aşağı quyulara atdılar. Amma bu onları çökdürmədi.
Sonra qalaq-qalaq hədislər uyduraraq Əhli-Beytin (ə) və şiələrin fəzilətini aradan aparmaq istədilər. Saxta kitablar yazıb xəlifələrin pulu ilə üzünü çıxarıb aləmə yaydılar. Halalı haram, haramı halal etdilər. Amma bu onları çökdürmədi.
Nəhayət əmr sahibin Mötəmid Abbasi 11-ci İmam Həsən Əsgərinin (ə) yataq otağına da öz cəsus kənizlərini yerləşdirərək İmam Mehdinin (ə.f) doğuluşuna əngəl olmaq istədi. Amma bu da onları, yəni rafizi dediyin şiələri çökdürmədi.
Nəhayət İblisin əlinə oynayan “Xilafətin” elə İblisin əli ilə də dağıldı. Belə də olmalı idi, çünki şeytanla işbirliyinə gedənin aqibəti bəri başdan məlumdur...
Bura kimi öyrənsən bəsdi. Amma əslində bundan sonra da günümüzə kimi şiəni məhv etmək istəyənlər növbəyə dayandı. Alınmadı.
Və alınmayacaq da!
Sən bu İblis qoşununda bir zərrəsən, aldanaraq şeytana qulluq etməyə məcbur olmusan. İŞİD də yarananda məqsədi şiəni məhv etmək idi. Onun da aqibəti sənə bəllidir. 
Nə qədər gec deyil, ölüm ayağında balıq kimi ağzını açıb-yummamısan - bu iddiadan çəkil. Allah, Peyğəmbəri (s) və onun Əhli-Beytini (ə) Quranla bir tutub. Əlini (ə) və onun şiələrini nicat tapmış dəstə adlandırıb. İlahi hakimləri özü təyin edib. Şiələr də məhz bu yolu tutub gedənlərdir...


Səyavuş Yəhyayev