16.12.2021

Cəmil Şirvanov yazır:


Üzeyir Cəfərov yenə də Müsavat tv-də hoqqa verir. Zalım oğlu Brüssel görüşünü şişirtmək üçün deyir ki, "Brüsseldə hətta iki düşmən lider üzbəüz oturub müəyyən razılığa gəliblər. Mən burda Paşinyanla cənab Əliyevi nəzərdə tuturam. Şarl Mişel özü onları tək buraxıb ki, təkbətək problemlərini həll etsinlər". 
Üzeyir müəllim, qadan alım! Orda kimlər nə razılıq əldə etdilər, sən başın? Bəsdürün də a kişi? Etiraf etmək bu qədərmi çətindir ki, regionun problemlərini Rusiya çözür, Qərb yox? Özünüzü öldürsəniz də xeyri yoxdur. Buraların ağası Rusiyadır. 
"Düşmən liderlər" dediyiniz şəxslərə qalsa iki xalq bir-birinin axırına çıxar. Sağ olsun Putin ki, qan tökülməsini dayandırdı. Yoxsa sizi də hərbi rütbəli şəxs kimi basıb aparıb Kəlbəcərin dağlarında ölümə tərk edəcəkdilər. Tak çto, Üzeyir müəllim, sizin də Putinə bir təşəkkür borcunuz var. Gizli də olsa bunu edin. Bir dənə dədə-baba məktubundan yazıb göndərin kişiyə.

Etibar Əliyev: Təhsil Nazirliyindəkilər dostluq, qohumluq, sinif-tələbə yoldaşı prinsipi ilə təyin olunublar

Deputat Etibar Əliyev təhsil sistemində olan nöqsanlar barədə kəskin fikirlər səsləndirmişdir.
Həmin fikirləri sizə təqdim edirik.

“Hələ də indiyə qədər şagirdlər və tələbələr üçün normal dərslik yaza bilmirik. Tərcümə dərslikləri yoxdur”.
***
“Bir dəfə bir universitetə getmişdik soruşdum ki, riyaziyyatı nədən tədris edirsiniz? Kitab göstərdilər, mən universitetə daxil olan ilin  – 1980-ci ilin dərsliklərindən tədrisi aparırlar. Riyaziyyatın tədrisi dəyişib artıq. O vaxtı texniki ali məktəblər üçün başqa, humanitar ali məktəblər üçün isə tamam başqa riyaziyyat var idi. Ən dəhşətli şey nədir? Universitetlərdə bizim vaxtımızda cəfəngiyyat bir elm tədris edirilər – dialektik materializm. Heç bir predmeti olamayan elm idi. İndi fəlsəfənin yerinə onu tədris edirlər. Bu o deməkdir ki, biz bütün bacarıqsızlıqları və qabiliyyətsizlikləri gəncliyin üzərinə qoya bilmərik. Burada ən çox məsuliyyəti müəllimlər daşıyır. Müəllimin özü yeni biliklərlə maraqlanmırsa, yeni paradiqmalarla tanış deyilsə, o öz üzərində çalışmırsa, tələbəyə köhnə bilikləri verə-verə gedirsə mən düşünürəm ki, biz Nobel kimi nüfuzlu mükafatlardan bir o qədər də aralanırıq”.
***
“Azərbaycanda müəllimlərin böyük kəsimi repetitorluqla məşğuldur. Repetitorluq çox maraqlı mövzudur. Hər bir ölkə üçün onun özünəməxsus xarakteri var. Məsələn, Koreyada ÜDM-nin 2,5%-i repetitorluğa xərclənir. Almaniya ilə Fransada təxminən 2,5 milyard avro, amma Finlandiyada bu rəqəm sıfırdır, yəni repetitorluğa vəsait xərclənmir. Nəyə görə? Bütün dərslər məktəbdə verilir və müəllimin üzərinə böyük məsuliyyət qoyulur ki, sən proqramı yerinə yetirməlisən və nəticə olmalıdır”.
***
“Təxminən bir il ərzində Azərbaycan vətəndaşları repetitora 200 milyon manatdan çox pul xərcləyir. Hər ailədə 300 manat civarında pul xərclənir. Müəllim dövlətin ona verdiyi əməkhaqqının müqabilində normal dərs keçmir, ancaq vətəndaşın verdiyi vəsaitə canla-başla yanaşır. Ona görə də hamı deyir mən müəllim yanına getmişəm. 700 bal toplayan da, 600 toplayan da, eləcə də 300 toplayan da bunu deyir”. 
***
“Artıq ibtidai sinifdən 11-ci sinifə qədər uşaqlar repetitor yanına gedir. Vətəndaş əməkhaqqını alan kimi, dərhal pulun uşağının hazırlığa aid olan hissəsini kənara qoyur. Bütün hallarda müəllimlər keyfiyyətli dərs deməlidirlər və bununla da peşələrinə hörmət etməlidirlər”.
***
“Təhsil Nazirliyində və onun tabeçiliyində olan müəssisələrə xeyli gənc kadr təyin olunub. Mən onların iş prinsipii başa düşə bilmirəm. Əksəriyyəti təhsilə aidiyyatı olmayan adamlardır. Özlərini təcrid olunmuş kimi aparırlar. Əksəriyyəti dostluq, qohumluq, sinif yoldaşı, tələbə yoldaşı prinsipi ilə təyin olunublar.Təhsil nazirliyinin mərkəzi aparatında demək olar ki, mütəxəssis yoxdur. Bunları ancaq qrant və lahiyələr düşündürür. Çünki ordan gələn pulu rahatlıqla silmək olur”. 
***
“Təyinatlara diqqət edin: Gəncə şəhərində Aqrar ixtisasa sahib olan bir adamı Təhsil şöbəsinə müdir qoyublar. Yaxud Bank sektorundan qovulmuş birisini Peşə Təhsili Agentliyinə direktor təyin ediblər, Bakı şəhər Təhsil idarəsində insan resursları şöbəsinə müdir vəzifəsinə Fövqəladə hallar nazirliyi orqanınlarında kiçik işlərdə işləmiş bir nəfəri təyin ediblər. Mənə məlumat veriblər ki, Fuad Babayev adlı bir məktəb direktoru 3 müavini olmuş qadını da direktor təyin etdirib və bu işi yüksək səviyydə bacardığına görə Bakı şəhər Təhsil idarəsinə sektor müdiri gətirilib. Onda bu imtahan oyunları nədir? Bakı məktəblərinə nazir müavini vəzifəsindən çıxarılmış Məhəbbət Vəliyeva indi də nəzarət edir. Çünki onların böyük əksəriyyətini əyri yollarla özü təyin elətdirib. Bakı şəhər Təhsil İdarəsinə təyin etdirdiyi xanım isə onun tapşırıqlarını icra edir. Azərbaycan məktəbləri uçurumun qırağındadır. Bütün bunlar təhsilə qeyri-ciddi və qeyri-peşəkar yanaşmalardır və belə çirkin işlərin qarşısı alınmalıdır”.

15.12.2021

Rusiyaya qarşı çıxanlar düşmən elan edildilər və Rusiya ərazisinə buraxılmayacaqlar


Rusiya Dövlət Dumasının deputatları sanksiyalar haqqında qanunvericiliyə düzəlişlər ediblər.
“Başlıca insan haqları və azadlıqlarının, Rusiya Federasiyası vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında iştirak etmiş şəxslərə təsir tədbirləri haqqında” və “Rusiya Federasiyasına giriş və çıxış qaydaları haqqında” qanunlarda düzəlişlər birinci oxunuşda qəbul olunmuşdur.
Qanuna əsasən Rusiyaya qarşı çıxış etmiş şəxslərə bir sıra sanksiyalar – Rusiya ərazisinə girişə qadağa, həmin adamların Rusiya ərazisindəki maliyyə və digər aktivlərinə həbs, o cümlədən əmlak və investisiyalar ilə bağlı istənilən sövdələşmələrinə qadağa, onların nəzarətində olan hüquqi şəxslərin və səlahiyyətlilərinin fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Əvvəllər bu qanun təkcə amerikanlara şamil olunurdu, indi bütün xaricilərə münasibətdə tətbiq olunacaq.
“Vətəndaşlarımızın hüquqlarının, ictimai və dövlət maraqlarımızın qorunması üçün əlavə instrumentlər də yaradılacaq” – Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsinin sədri Vasili Piskaryov bildirmişdir.
Qanunun qəbul olunması Rusiyanın Təhlükəsiz Şurası tərəfindən təklif edilmişdir. Qanun qüvvəyə mindikdən sonra müvafiq xidmətlər, nazirliklər və idarələr antirus fəaliyyətə qatılmış şəxslərin müəyyənləşdirilməsi istiqamətində fəaliyyətə başlayacaqlar.

Депутаты приняли в первом чтении поправки в законодательство о санкциях



Сейчас санкционные меры действуют только в отношении американских граждан. Законопроектом предложено распространить их на любых иностранцев, независимо от гражданской принадлежности

Депутаты Государственной Думы приняли в первом чтении поправки в законы «О мерах воздействия на лиц, причастных к нарушениям основополагающих прав и свобод человека, прав и свобод граждан Российской Федерации» и «О порядке выезда из Российской Федерации и въезда в Российскую Федерацию».
Законопроектом предлагается предусмотреть применение мер санкционного характера не только к гражданам США, причастным к нарушениям основополагающих прав и свобод человека, а также совершившим преступления в отношении граждан РФ, но и к иным гражданам иностранных государств вне зависимости от их гражданской принадлежности, а также к лицам без гражданства.
Среди санкционных мер, которые предусмотрены законом, — запрет на въезд в Российскую Федерацию, арест на территории России финансовых и иных активов, а также запрет на любые сделки с собственностью и инвестициями, приостановление деятельности на территории нашей страны находящихся под их контролем юридических лиц, а также полномочий в советах директоров или иных органах управления организаций, зарегистрированных на территории Российской Федерации.
«Будут созданы дополнительные инструменты защиты прав наших граждан, общественных и государственных интересов», — пояснил необходимость принятия поправок Председатель Комитета по безопасности и противодействию коррупции Василий Пискарев.
При этом, по его словам, «законопроект не предусматривает расширения ограничений в отношении некоммерческих организаций, участвующих в политической деятельности на территории нашего государства, и не затрагивает вопросов передачи несовершеннолетних граждан России на усыновление за рубеж». /duma.gov.ru/

14.12.2021

Tərtər hadisələrində bu kürd generalının ən sevimli işgəncə növü hərbçilərimizin cinsiyyət orqanına tok vermək olmuşdur.


Bəs sən öz soydaşlarının hakimiyyətdə möhkəmlənməsi üçün nələr etmisən?

13.12.2021

СЮНИК-ЗАНГЕЗУРСКИЙ КОРИДОР – РАЗБЛОКИРОВКА ВСЕХ ТРАНСПОРТНЫХ СВЯЗЕЙ В РЕГИОНЕ: ЗА И ПРОТИВ

Онлайн-конференция экспертного клуба «Кавказ-Евразия»

В конференции примут участие эксперты из Азербайджана, Армении, Ирана, Турции и России, будут обсуждаться позиции сторон – «за» и «против».

Обсуждаемые вопросы:

Геополитическая подоплёка Сюник-Зангезурского коридора и роль России в обеспечении безопасности;
Значение Сюник-Зангезурского коридора для евразийских интеграционных проектов; 
Экономические интересы сторон в реализации Сюник-Зангезурского коридора;
Возможность восстановления экономических связей Азербайджан-Армения посредством интенсификации двухсторонней торговли;
Обратная сторона коридора – издержки и угрозы для Азербайджана, Армении, Ирана, Турции и России.

Среди участников:

Валерий Коровин, директор Центра геополитических экспертиз;
Владимир Киреев, руководитель аналитического отдела Международного Евразийского движения;
Дмитрий Родионов, директор Центра геополитических исследований Института Инновационного Развития;
Назакет Мамедова, политолог, координатор экспертного клуба «Кавказ-Евразия»;
Анар Гасанов, кандидат филологических наук, политолог, старший преподаватель Филологического факультета РУДН; 
Анар Эюбов, заместитель декана Русской школы при Экономическом Университете Азербайджана, кандидат исторических наук;
Андрей Арешев, политолог, редактор сайта Научного общества кавказоведов kavkazoved.info; 
Арсен Геворгян, эксперт, независимый политолог, руководитель этнопроекта «Армения-Иран»;
Парвиз Немати, шеф-редактор информационного сайта «Васти Пресс»,  аналитик;
Мехмет Перинчек, эксперт, политолог.

Дата: 14 декабря 2021
Начало: 17-00
Платформа: Zoom
Трансляция на Youtube:  https://youtu.be/BDrY976j7SE

“Regionçuluq, qohumbazlıq, yerliçilik daha çox Gömrük nazirliyində büruzə verir”


Keçmiş deputat Nazim Baydəmirli iş adamları, sahibkarlar, eləcə də digər vətəndaşların gömrükdə incidilməsi və bürokratik əngəllərlə üzləşməsi barədə danışıb.
Onu fikirlərini qısa olaraq sizə təqdim edirik.

“Gömrük orqanları qəsdən bəyannamə qiymətini şişirdirlər və nəticə etibarilə də proqnoz göstəricilərini artırmaq məqsədilə süni qiymət artımı yaradırlar. Sahibkarlar öz mallarını gömrük orqanlarının anbarlarında saxladığına, yaxud da maşına demarj verdiklərinə görə məcbur olurlar ki, onların dediyi ilə razılaşalar. Bununla da, bəyannamə qiymətini artırmasına razı olurlar. Bütün bunlar maddi itkilərə səbəb olan proseslər olduğuna görə, iş adamları daha çox belə süründürməçiliyə məruz qalırlar və bilərəkdən də sahibkarlara ziyan vurulur”.
***
“İlk növbədə idarəetmədə gömrük orqanlarının korrupsiya halları ilə uzunmüddətdir məşğul olmaları və beləliklə, regionçuluq, qohumbazlıq, yerliçilik bu qurumda daha çox biruzə verir. Təbii ki, Azərbaycanda bunu bilməyən yoxdur. Eyni regiondan olan şəxslərin, bir-birinə qohum olan şəxslərin bir qurumda rəhbər vəzifədə olması, sıravi işçilərin də qanunu pozmasına şərait yaradır. Beləliklə, məmurlar qanunla deyil, bir-birilə problemlərini həll edərək, bağlayaraq, gizlədərək vətəndaşı daha çox incidirlər. Bunun aradan qaldırılmasının yeganə yolu şəffaflıq, idarəetmədə bu tipin neqativlərini aradan qaldırmaqdan və korrupsiyanın, rüşvətin yox edilməsindən keçir”.
***
“Eləcə də dövlət orqanlarının bir çoxu vətəndaşların hüquqlarını pozur. Gələcəkdə vətəndaşlar öz hüquqlarını bərpa etmək üçün məhkəmələrə müraciət etdikdə isə məhkəmələr birmənalı olaraq dövlət orqanlarının tərəfini tutur”.

12.12.2021

Baş qərargah rəisi general Kərim Vəliyevin ana vətəni ABŞ-dır. Şanlı generalımızın bütün qohum-əqrəbası ABŞ-da yaşayır. Anası Leyla Vəkilova da ABŞ-da qızının yanında yaşayıb, orda dünyasını dəyişib və orda dəfn olunub.


Baş qərargahımızın da pultu ABŞ-ın əlindədir.

11.12.2021

Politoloq Sahil İsgəndərov: Putin Azərbaycanın qələbəsində payı olan, əziyyəti olan adamdır

Politoloq Sahil İsgəndərov “Sputnik Azərbaycan” kanalına müsahibə verərək Azərbaycanın Soçi görüşündən uğurla çıxdığını, Brüssel görüşündən isə xeyirli heç nə gözləmədiyini bildirib.
Həmin müsahibədən maraqlı fikirləri sizə təqdim edirik.

“Brüssel görüşündən müsbət heç nə gözləmək olmaz. Brüssel ABŞ-ın bir növ yamağıdır. Əgər Avropa İttifaqı, ABŞ sərhədlərin müəyyənləşdirilməsini, kommunikasiyaların açılmasını istəsəydilər bunun üçün əməli tədbir görərdilər. Müharibə bitən kimi Ermənistana 2,6 milyard avro ayırıb onun mövqeyinin möhkəmlənməsinə rəvac verməzdilər. Əraziləri dağılan Azərbaycana isə 1 avro belə yardım etmədilər”.
***
“Putin Paşinyanı Soçi görüşünə dizin-dizin süründürüb gətirdi və lazım olan şərtləri qəbul etməyə məcbur elədi”.
***
“Putin Soçi görüşündəki çıxışlarında  məhz İlham Əliyevlə apardığı danışıqlara və Əliyevin mövqeyinə istinad edirdi. Bu o deməkdir ki, Rusiya üçün Azərbaycanın mövqeyi önəmlidir”.
***
“Paşinyan Soçi görüşünün 9 noyabrda keçirilməsi planını pozmuşdu. Putin buna görə onu cəzalandırdı və zorla Soçi görüşünə gətirdi. Putin həm öz imzasına hörmət edən adamdır, həm də belə şeyləri bağışlayan adam deyil”.
***
“Putin Azərbaycanın qələbəsində payı olan, əziyyəti olan adamdır”.
***
“Brüssel uzun illər ərzində Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində bir dəfə əlini tərpədib hərəkət eləmədi. İndi xeyirdimi ortalığa düşüblər?”
***
“Azərbaycan tərəfinin Brüsseldən heç bir gözləntisi yoxdur. Çünki Qərb Qarabağ məsələsində həmişə qeyri-konstruktiv mövqe nümayiş etdirib”.
***
“Qərb Qarabağ münaqişənin ədalətli həll edilməsinə heç bir töhvə verməyib. Əksinə Ermənistanın haqsız mövqeyini dəstəkləyib, ona külli miqdarda maddi yardımlar edib”.
***
“Qərb həmişə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib və indi də bu mövqeyindən əl çəkmək fikrində deyil. İndi onlar bizə başlanğıc nöqtəyə qayıtmağı və hər şeyi sıfırdan başlamağı təklif edirlər. Ona görə də Brüssel görüşündən müsbət heç nə gözləməyin”.
***
“Müharibə bitən kimi Qərb Ermənistana 2,6 milyard avro ayırıb onun mövqeyinin möhkəmləndirməyə çalışdı. Əraziləri dağılan Azərbaycana isə 1 avro belə yardım etmədilər”.

10.12.2021

Vidadi İsgəndərli:

“Azərbaycanda əsas müharibə ermənilərlə azərbaycanlılar arasında deyil, azərbaycanlılarla kürdlər arasında gedir. Təhlükənin miqyası ondadır ki, kürdlər düşmənçiliyi əlaltından edirlər. Bəli, bu gün ölkəmizdə ən dəhşətli savaş azərbaycanlılarla assimilyasiya olunmuş kürdlər arasındadır...”
***
“Rövşən Cavadov silahlı üsyana qalxarkən Heydər Əliyev Azərbaycanda heç kəsə inanmadı, Türkiyədən 3 təyyarə kürd gətizdirdi. Bunu Rəsul Quliyev öz müsahibəsində də dedi. Bunlar hakimiyyətin indi Naxçıvanda yedizdirib-içizdirdiyi həmin 4 minə yaxın kürdlərdir. Onları təhlükə yaranarkən hər bir dəqiqə Azərbaycana ata bilərlər”.
***
“1994-95-ci illərdə Azərbaycan xalqı yeməyə çörək tapmırdı, amma Bəylər Əyyubov hər bir kürd ailəsinə 300 manat pul ayırmışdı”.
***
“Hakimiyyətdəki assimilyasiya olunmuş kürdlər Azərbaycanı faktiki olaraq kürd respublikasına çeviriblər”.

Vidadi İsgəndərli: Azərbaycanda əsas savaş kürdlərlə azərbaycanlılar arasında savaş gedir

Tanınmış müxalifətçi mühacir Vidadi İsgəndərli “Azad söz” youtube kanalına müsahibə verərək qalmaqallı fikirlər səsləndirmişdir.
Həmin maraqlı fikirlərdən bəzilərini sizə təqdim edirik.

“Bu gün erməni-azərbaycanlı savaşından da dəhşətli savaş azərbaycanlılarla assimilyasiya olunmuş kürdlər arasında gedir”.
***
“Azərbaycanda əsas düşmənçilik ermənilərlə azərbaycanlılar arasında deyil, azərbaycanlılarla kürdlər arasındadır. Çünki ermənilər açıq düşmənçilik edirlər, kürdlər isə əlaltından edirlər”.
***
“Rövşən Cavadov silahlı üsyana qalxarkən Heydər Əliyev Azərbaycanda heç kəsə inanmadı, Türkiyədən 3 təyyarə kürd gətizdirdi. Bunu Rəsul Quliyev öz müsahibəsində də dedi. Bunlar İlham Əliyevin və Vasif Talıbovun indi Naxçıvanda yedizdirib-içizdirdiyi həmin 4 minə yaxın kürdlərdir. Onları təhlükə yaranarkən hər bir dəqiqə Azərbaycana ata bilərlər”.
***
“1994-95-ci illərdə Azərbaycan xalqı yeməyə çörək tapmırdı, amma Bəylər Əyyubov hər bir kürd ailəsinə 300 manat pul ayırmışdı”.
***
“Hakimiyyətdəki assimilyasiya olunmuş kürdlər Azərbaycanı faktiki olaraq kürd respublikasına çeviriblər”.

Əgər qoysansa öz yerini bilməlisən

Şəkildə gördüyünüz qadının adı Saule Omarovadır. Qazaxıstanda doğulub və uşaqlığı orda keçib. Sonra isə ABŞ-a miqrasiya edib. Oxuyub, işləyib, karyera qurub. Əl-qərəz, bu yaxınlarda Maliyyə Nazirliyində pul dövriyyəsinə nəzarət idarəsinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmüşdü. Lakin bu namizədlik heç də ABŞ esteblişmenti tərəfindən birmənalı qarşılanmadı.
Senatda bu vəzifəyə təyin edilən şəxs araşdırılır, sorğulanır. Həmin üzbəüz sorğulardan birinin az bir hissəsinə baxmışdım. Senator qadına elə kinayəli suallar verir, onun SSRİ-dəki keçmişinə işarə edirdi ki, sanki SSRİ-də doğulmaq qəbahət imiş. Bir sözlə qoy kimi baxırdılar ona. Az qala DTK agenti deyəcəkdilər. Saule isə "Mən kommunist deyiləm, heç vaxt da olmamışam, mən və ailəm kommunist rejiminin qurbanlarıyıq, kommunizmə nifrət edirəm" və bu kimi şeylər danışaraq öz kökündən, keçmişindən qaçmağa çalışırdı. Arvad (arvada elə arvad deyərlər) bir o qalmışdı desin ki, "kommunist olanın var-yoxuna lənət".
Ancaq bütün bunlar kifayət etmədi. Ömrü boyu xidmət etdiyi ABŞ dövləti ona "açar" vəzifəni verməmək üçün hər cür həyasızlığa gedirdi. Və bu gün Saule Sovet keçmişinin bu qədər araşdırılmasından bezib namizədliyini geri götürdü.
Bax belə, əzizlərim! Bu hamıya dərs olsun. Bir qoy heç vaxt gedib Amerikada açar vəzifə tuta bilməz. Ona qarşı ayrı-seçkilik edəcəklər. Hətta keçmişinə, əslinə-kökünə söysən də, qatı liberal olsan da xeyri yoxdur. Əgər qoysansa öz yerini bilməlisən.

 Cəmil Şirvanov 

09.12.2021

Dedim ki, təcrübəsiz əsgərlərləri qabağa verməyin, bu iş mənim işimdir, buraxın gedim döyüşüm - kəşfiyyatçı Elmar Allahverdiyev

Vətən müharibəsi iştirakçısı, kəşfiyyatçı Elmar Allahverdiyev 1986-cı il noyabrın 4-də Şəki rayonunun Cəfərabad kəndində anadan olub. 2002-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi liseydə, 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisası üzrə təhsil alıb. 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-tədris Mərkəzində zabit, 2010-2011-ci illərdə isə Silahlı Qüvvəllərin Təlim-tədris mərkəzində kəşfiyyat kurslarını uğurla bitirib. 2010-cu ildən 2013-cü ilə qədər N saylı hərbi hissədə taqım komandiri kimi fəaliyyətə başlayıb. 2013-2016-cı illərdə o öz istəyi ilə xidmətini Tərtər rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri kimi davam etdirib. 2016-2017- ci illərdə Goranboy rayonu N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2017-ci ildə məlum “Tərtər işi” zamanı tutulub, 10 ay həbsdə qaldıqdan sonra bəraət alıb. 2020-ci ilin oktyabr ayında könüllü kimi Vətən müharibəsinə qatılıb, noyabrın 5-də Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb.

- Hərbçi həyatının çətinlikləri məlumdur. İstəyirsinizsə, söhbətə sizi bu peşəyə gətirən səbəblərdən başlayaq...
- Mənim hərbçi olmağımda anamın xüsusi rolu olub. Anam uzun illər hərbi məktəbdə tarix fənnini tədris edib. Dayılarım hərbçi olub. Anamın ən böyük arzularından biri məni hərbçi görmək idi. Elə anamın hərb sənətinə olan marağı da mənim bu peşəni seçməyimə səbəb oldu. Ona görə də anamın təkidi ilə 8-ci sinifdə oxuyanda ailəlikcə Bakıya köçdük. Burda Cəmşid Naxçıvanski adına Hərbi liseyə imtahan verdim və qəbul olundum. Bir müddət sonra Milli Qəhrəman Mübariz İbrahimovla dostlaşdıq. Çox yaxın dost olduq. Sonralar qəhrəmancasına şəhid olan Fərid Əhmədovla tanışlığımız yarandı. 2010-cu ildə dostum Mübariz İbrahimovun və Fərid Əhmədovun şəhid olması məni çox sarsıtdı. Bakıda xidmət zamanı fikrim ancaq kəşfiyyatçı kimi xidmətimi cəbhə bölgəsində davam etdirmək idi. Nəhayət, dözmədim və ərizə yazıb bildirdim ki, xidmətimi döyüş bölgəsində davam etdirmək istəyirəm. Müsbət cavab gəldi və məni Tərtərə Fərid Əhmədovun xidmət etdiyi hərbi hissəyə göndərdilər. Həmin hərbi hissəyə göndəriləndə mənə oraların necə çətin yer olduğunu demişdilər. Fərid Əhmədovdan sonra ora xidmətə göndərilən bir çox bölük komandirləri ən çox 6 ay dözə bilmişdilər. Mən Fəridin çarpayısında yatanda artıq məni qarşıda hansı çətinliklərin gözlədiyini bilirdim. Amma onu da bilirdim ki, bunun öhdəsindən gəlməliyəm.

- Cəbhə bölgəsində ilk təcrübəniz zamanı nə kimi çətinliklər yaşadınız?
- Nə qədər hazırlıqlı olsan, təlimlər keçsən də, real döyüş şəraiti tamam başqadır. Tərtər istiqaməti ən çətin ərazi olub. Hələ 90-cı illərdə gedən döyüşlərdə ən ağır itki verdiklərinə görə ermənilər Tərtər camaatından çəkinirdi. Ona görə də düşmən bu ərazidə tez-tez təxribat törədirdi. Çətinlik sözsüz ki, var idi. Amma insan elə varlıqdır ki, düşdüyü hər situasiyaya uyğunlaşır, çətinliklərə istər-istəməz qatlaşır. Kəşfiyyatçının isə ən çətin gününün ömrü uzağı bir gün çəkir. Bunu öz təcrübəmdən deyirəm. Mən səhv etməkdən qorxurdum. Çünki komandirin səhv əmri çox böyük faciələrə, itkilərə səbəb ola bilər. 2014-cü ildən bu istiqamətdə ilk döyüş tapşırıqlarını icra etməyə başlamışdım. Komandiri olduğum 8-10 nəfərdən ibarət kəşfiyyat qrupu ilə çox uğurlu nəticələr əldə etmişdik. 2015-ci ildə Silahlı Qüvvələrdə son iki ili döyüş tapşırıqlarının icrası və düşmənin verdiyi itkilərə görə birinci yerə çıxmışdıq. Müdafiə naziri, general Zakir Həsənovla dəfələrlə görüşlərimiz olub, məni təltif edib.

- Ən çətin kəşfiyyat tapşırığınız hansı olub?
- Öz işini mükəmməl biləndə, ərazini və düşməni düzgün qiymətləndirəndə kəşfiyyatçı üçün heç bir tapşırıq çətin olmur. Ona görə də döyüşdə kəşfiyyatçının ölümü ən sonuncu amil ola bilər. Komandirin verdiyi ani qərardan asılıdır hər şey. Komandir ani qərarlar zamanı düzgün davrananda kəşfiyyatçı da itki vermir. Ən əsas da bu işlərin gizlin aparılması vacibdir. Mən rəhbərlik etdiyim əməliyyatlar haqqında heç vaxt, heç kimə açıqlama vermədim. Ona görə də Aprel döyüşləri də daxil olmaqla 3 il ərzində mənim rəhbəri olduğum bölük şəhid vermədi.

- Aprel döyüşlərindən söz düşmüşkən, döyüş necə başladı?
- 2016-cı ilin mart ayında bayramdan sonra bizi təlim adı ilə Stansiya Mingəçevir deyilən əraziyə göndərdilər. Bizə deyilmişdi ki, Silahlı Qüvvələr gününə hazırlıqla bağlı təlimə gedirik. Amma ora çatanda gördüyümüz ərazi və qurulan plan artıq nəsə deyirdi bizə. Təlimlərdə iştirak etdik, iki gün qalmış bizə dedilər ki, real döyüş olacaq. Döyüş istiqamətinin Seysulan istiqaməti olduğu bildirildi. Aprelin 1-də günorta qəfil əmr gəldi, biz maşınlarla öz bölmələrimizə qayıtdıq. Şəxsi heyətə istirahət əmri gəldi. O zaman başa düşdüm ki, axşam döyüş olacaq. Bizə məlumat gəlmişdi ki, neytral ərazi deyilən keçidlər, sağ-sol cinahlar minalardan təmizlənib. İki gün əvvəl bu barədə istehkamçı bölmələrə tapşırıq verilmişdi. Artıq birinci gün məruzə olundu ki, deyilən ərazi təmizdir. Ayın 1-də gecə saat 11-12 radələrində bizə artıq döyüş istiqamətində hərəkət əmri verildi. Həmin istiqamətə məsafə uzun idi, hərbi hissənin 30 kilometr müdafiə zolağı vardı. Düşmənin müşahidəsinə düşməmək üçün o istiqamətdə təxminən 7-8 kilometr piyada irəlilədik. Saat 4-ün yarısı artilleriya qüvvələri hərəkətə keçməliydi, mən saat 4-də döyüş əmrini icra etməliydim. 4-ün yarısında artilleriya qüvvələrimiz düşmənə sarsıdıcı zərbələr vurdu. Əslində, bu, mənim qrupum üçün keçdiyimiz təlimlərlə müqayisədə çox rahat tapşırıq idi. Təmiz ərazidə irəliləyib döyüşmək elə də çətin olmur. Biz əvvəlki döyüş tapşırıqlarını artilleriyasız yerinə yetirmişdik, minaları özümüz təmizləyə-təmizləyə düşmən mövqeyinə keçirdik. Burda isə düşmən mövqelərini artilleriya susdururdu və biz rahat şəkildə ərazini keçib mövqeyə çatırdıq. Aprel döyüşlərində ərazi yaxşı təmizlənməmişdi. Ərazinin təmizlənməməsi, döyüşə təcrübəsiz, gənc əsgərlərin qatılması bizi xeyli ləngitdi. Qorxulu, çətin vəziyyət yaranmışdı. Açığını deyim, nə qədər təcrübəli olsam da, belə qarışıq vəziyyətdə nə edəcəyimi bilmirdim. Şəhidlər var idi. Rəhbərə məruzə etdim ki, şəhidləri ortadan götürmək lazımdır, gənc əsgərlər bunu görür və psixoloji cəhətdən tab gətirmirlər. Mən orda bir hadisənin şahidi oldum. Snayper atırdı, bu an əsgər başını qaldırdı və böyrümdə vuruldu. Baş nahiyəsindən dəydi və beyni yerə səpildi. Vurulan əsgər ortada qalıb, o anda digər əsgər gözümə sataşdı. Şəhid olan əsgərin yoldaşı idi. Yoldaşının vəziyyətini görən əsgərin əlində silah necə donub heykələ çevrildiyinin, necə yerə çırpıldığının şahidi oldum. O mənzərəyə şahid olmaq ağır idi. Çox çətinliklə də olsa, biz düşmən mövqeyinə girib iki nəfər erməni əsgərini tutduq. Onları əsir götürmək fikrim var idi. Əsgərimə komanda verdim ki, ona de, təslim olsun. Elə bunu deyəndə erməni əsgəri bizim əsgərin üstünə qumbara tulladı. Orda hisslərimə hakim ola bilmədim, əmr verdim ki, ikisini də öldürün. Artıq mövqe bizdədir və arxaya məruzə edirəm ki, mövqe bizdədir, qüvvə göndərin otuzduraq səngərə. Əsgəri səngərə salmalıyam. Çünki artilleriya vursa, hamısı qırılacaq. Amma arxa cəbhə ilə rabitə kəsildi. Kömək gəlmədiyi üçün düşmən itirilmiş ərazini geri almaq istəyirdi və məni sıxmağa başlamışdı. Əlbəttə ki, mən 19 nəfərlə uzaqbaşı 2-3 saat döyüşə bilərdim. Bölüyümə komanda verdim ki, çıxırıq, amma topa yox. İki-iki, üçü-üç giriş nöqtəmizi göstərdim ki, bu qaydada keçəcəyik. Şəxsi heyəti sağ-salamat təhlükəsiz əraziyə gətirmişdim, bu zaman xəbər gəldi ki, iki kəşfiyyatçı qalıb orda. Çevrilib gördüm həqiqətən də uşaqlardan ikisi yoxdur. Kəşfiyyatçının düşmən mövqeyində qalması nə deməkdir? Bu an ərazidən bir ZİL keçirdi. Maşını saxlayıb sürücünü dartıb yerə saldım, qrupuma dedim hamınız minin maşına, qayıdırıq döyüş bölgəsinə. Mən o uşaqları orda qoya bilməzdim. Ora çatanda gördüm heç kim yoxdur. Başladım səslənməyə. Bir neçə dəqiqə sonra səsimə səs verdilər. Sual verdim ki, niyə qaldınız orda? Dedilər, komandir, yanımızda 15 yaralı var. Hətta tabor komandiri də vardı aralarında. Yaralılar da qışqırır ki, bizi burdan çıxardın. Yaralıları çıxaranda bölüyümdən bir nəfər öz minamıza düşdü. Mən çox pis vəziyyətə düşmüşdüm. Kəşfiyyatçının döyüş meydanında ölümü çox pis hadisədir. Aprel döyüşləri də çətin və ağır döyüş idi. Amma biz öhdəsindən gəldik.

- “Tərtər işi” ilə bağlı 10 ay həbsdə yatmısınız. Bəraət alıb həbsdən çıxdıqdan sonra psixoloji və sosial vəziyyətiniz necə oldu?
- Çox pis. Sağlamlığım yaxşı deyildi. Uzun müddət mənə heç yerdə iş vermədilər. İşsizlik, ailədə çətin vəziyyət, 4 körpə ilə kirayədə çətin günlər yaşadım. Amma ən ağırı üstümdəki “vətən xaini” ləkəsi ilə gəzmək idi. Uzun müddətdən sonra türk iş adamı mənim günahsız olduğuma inandı və mənə iş verdi.

- Şəhid general Polad Həşimovla çox yaxın münasibətləriniz olub. Onun şəhid olması xəbərini eşidəndə hansı hissləri keçirdiniz?
- Bəli, Polad Həşimovla bizim çox yaxşı münasibətlərimiz olub. Həm bir şəxsiyyət, həm də bir hərbçi kimi Polad Həşimovdan, onun qəhrəmanlıqlarından saatlarla danışmaq olar. 2020-ci ilin iyulunda döyüş baş verəndə mən Şəkidə ata yurdumda idim. Polad Həşimovla İlqar Mirzəyevin şəhid olduğunu eşidəndə 3 gün bir otağa qapandım.

- Məlum məsələdir ki, dəfələrlə düşmənlə üz-üzə gəlmisiniz, onları məhv etmisiniz. Olubmu ki, düşməni öldürmək istəməyib buraxasınız?
- Düşmən mənim torpağımı zəbt edib, mənim dinc əhalimə divan tutubsa, onun qarşılığını hökmən almalıdır. Döyüş meydanında mərhəmət hissi hərbçiyə yaddır. Müharibə zamanı yalnız dinc əhali üçün keçərlidir mərhəmət. Amma düşmən bunu belə bacarmır. Gəncə terroru, Bərdə hadisəsi, bundan əvvəl Xocalı faciəsi nümunədir. Mənim bölüyümdə bir kəşfiyyatçı var idi - Elnur Fərzəliyev. Aprel döyüşləri zamanı erməni hərbçinin başını kəsmişdi. Ermənilər onun başına pul qoymuşdular. Açığı, bizə həmin hadisəyə görə çox irad bildirdilər yuxarıdan. Amma mən öldürdüyüm heç bir erməni hərbçiyə görə peşman deyiləm. Çünki Aprel döyüşləri zamanı onlar bizim bir neçə şəhidimizin cəsədinə işgəncə vermişdilər. Kəsilən erməni hərbçisinin başını şəxsən mən özüm aparıb erməni zabitlərə təhvil verib 16 şəhidimizi təhvil almışam. Orda erməni zabiti ilə aramızda belə bir dialoq olmuşdu. Mən şəhidləri təhvil alıb gedəndə məni arxadan çağırdı. Dedi, komandir, biz bildik sən kimsən, səninlə döyüş meydanında görüşəcəyik. Mən güldüm. O qıcıqlandı. Dedi şübhə edirsən? Dedim yox, inşallah döyüş meydanında görüşərik.

- Vətən müharibəsinə nə zaman qoşuldunuz?
- Müharibə başlayanda tez telefonumda nömrəsi olan kəşfiyyatçı dostlarımı yığmağa başladım. 60 nömrənin demək olar ki, 40-na zəng çatmadı. Dedilər, həlak olublar. Mən iki dəfə könüllü yazıldım. Heç bir xəbər çıxmadı. Özüm bir də zəng vurdum. Kimliyimi biləndən sonra dedilər ki, sənə ehtiyac yoxdur. Mən də onlara dedim ki, təcrübəsiz əsgərlərləri qabağa verməyin, bu iş mənim işimdir, buraxın gedim döyüşüm. Məni oktyabr ayına kimi orduya buraxmadılar. Oktyabrın 16-da məni orduya çağırdılar. Qızğın döyüşlər gedirdi, irəliləyiş də var idi. Öz istəyimlə 2-ci Ordu Korpusuna göndərildim. Füzuli istiqamətində kəşfiyyat bölük komandiri kimi döyüşlərə qatıldım. Sırf o istiqamətə çatanda mən üçüncü bölük komandiri idim. Mənə qədər iki zabit, iki komandir kəşfiyyat rəisləri şəhid olmuşdu. Ağır döyüşlər getmişdi, nəticə də var idi, kəndlər, rayonlar azad olunmuşdu.

- Füzuli istiqamətində gərgin döyüşlər olduğunu bilirik. Amma o anların canlı şahidi sizsiniz. Nə baş verirdi orda?
- Döyüşün əvvəllərində bir qədər çətinlik var idi. Məsələn, düşmənin bir bunkeri var idi, oranı tutmaq üçün altı dəfə hücum olmuşdu, amma bunkeri götürə bilməmişdik. Çünki ora çox zirehli yer idi. Hətta aviasiya da vurdu, amma dağılmadı. Sağından-solundan ötüb hücuma davam etmək lazım idi. O hücumun qabağında erməni bunkerdən çıxıb döyüşməyə cürət edə bilməyəcəkdi, axırda təslim olacaqdı. Nəhayət, sonuncu - 7-ci addım uğurlu oldu və bunkeri götürdük. Bununla da Füzuli rayonu işğaldan azad olundu. Gecə ilə əmr gəldi, bizi Hadrut istiqamətinə verdilər. Hadrut istiqamətində Tehran Mənsimovun tabeçiliyinə verildim, bir həftəyə kimi onun tabeçiliyində döyüşdüm...

- Vətən müharibəsi dövründə ən ağır əməliyyatınız hansı istiqamətdə oldu?
- Şuşa istiqamətində. Biz Topxana meşəsi deyilən yerdə kolon şəkilində düşmənin artilleriya pusqusuna düşdük. Birinci və axırıncı maşını vurdular və 30-dan çox maşın, 500-ə yaxın şəxsi heyət qaldıq ortada. Təsəvvür edin nə geri qayıda bilirik, nə irəli gedə bilirik. O anda polkovnik Tehran Mənsimov qışqırdı ki, şəxsi heyət düşür enişə. Düşmən bizim sağımızda idi, enişə düşməsəydik, bizi vuracaqdılar. Həqiqətən də şəxsi heyət enişə düşəndə artilleriya başladı maşınları vurmağa. Hətta düşmən atdığı mərmilərdən biri gəlib bizim qradımıza düşdü, qradın üzü çöndü və başladı özümüzə mərmi yağdırmağa. Amma hər şey polkovnikin doğru qərarından asılı oldu. Komandir düzgün qərar verdi ki, şəxsi heyət piyada bu yerdən uzaqlaşmalıdır. Sonra bir-bir sürücülər gəlib maşınları çıxarda biləcəkdi. Elə də oldu. O yerdən piyada çıxdıq və heç bir canlı itki vermədik. Düşmən kolonu tutub, amma bilmir ki, şəxsi heyət enişlə çıxıb ordan. Biz o istiqamətdə Tuğa gəldik. Orda da üç gün çətin yerdə yüksəkliyi tutub saxlamalı idik və bunu bacardıq. O yüksəkliyi tutub saxladıq. Düşmənin əks hücumlarına məruz qaldıq. Şükür Allaha, ora qədər hər şey yaxşı idi, şəhid verməmişdik. Qarşımızda Daşaltı dururdu. Daşaltını ilk dəfə görəcəkdim. Strateji baxımdan əhəmiyyətli kənd idi. Bilirdim ki, bizi hansı çətinlik gözləyir. Qolumda hərbi saat var idi. O saatla özüm üçün təsadüfən kəndin kompasla dərəcəsini çıxartmışdım. Kəndə girəndə yenə pusquya düşdük və o qayalıqlarda xeyli şəhid verdik. Qızğın döyüşlər getdi.

- Yaralıları o qayalıqlardan, pusqudan necə çıxardınız?
- Saatla çıxartdığım dərəcə mənə yaralıları ordan çıxartmaqda çox kömək oldu. Yol ilə qayıda bilmirdim, çünki ordan qayıtsam, vuracaqdılar məni. Meşəyə girməli idim. Meşə də qaranlıq idi. Mən tərs bucaqda geri qayıtmalı idim. Amma şükürlər olsun ki, yaralıları haradan gəlmişdimsə, ora çatdıra bildim.

- Komandir üçün müharibədə ən dəhşətli situasiya nədir?
- Təsəvvür edə bilməyəcəyiniz qədər çətin və dəhşətlidir müharibə. Ağır yaralı olduğu halda əsgərə sakit olmağı əmr etmək çox çətin idi. Təsəvvür edin, əsgərin əzaları yoxdur, onun ağrısını siz öz canınızda hiss edə bilirsiniz, amma onu susdurmaq məcburiyyətindəsiniz. Yaralı əsgərlər dəhşətli ağrılarına rəğmən səslərini çıxartmamalı idi. Çünki düşmənin harada gizləndiyini təxmin etmək çətin idi. Biz o yerlərə nabələd idik. Orxan adında bir qazimiz var. Artilleriyanın zərbəsindən gözlərini itirmişdi. Mənim yanımda yaralandı. Yanımda sanitar ləvazimatlar da yox idi. Elə bir vəziyyət yaranıb ki, mən onu ordan çıxartmalıyam. Çıxartmışam, amma əlim sanitara çatmır. Başımdan çeçenka papağı çıxardıb Orxanın gözlərinə sıxmışam. Hələ dalda nə qədər yaralı var! Birinin çənəsi dağılıb, mərmi birinin qolunu aparıb, birinin ayağını. Mən bunların hamısını ordan çıxartmalıyam. 3 gündür də elə bir yorğunçuluq vardı ki, təsəvür edə bilmirəm sizə o yorğunluğu. Su da tapmırıq içməyə. Dodaqlarımız, ağzımızda dilimiz çatlayırdı susuzluqdan. Yarpaqlardan yaralılara şeh içirdə-içirdə aparırdım. Orxanın da övladı olacaqdı. Tez-tez deyirdi ki, komandir, mən balamı görə bilməyəcəm. Qulağına dedim ki, mən sənə söz verirəm, sən balanı qoxlayacaqsan. Mən onu gətirib tibbi maşına mindirdim. Orxanı təhvil verib yenidən qayıtdım bölüyün olduğu yerə. Artıq biz Daşaltının üst hissəsini, sağ cinahını götürmüşdük.

- Döyüş meydanında tez-tez xatırladığınız hadisə varmı?
- Unudulmayan anlar çoxdur. Amma bir şey heç vaxt yadımdan çıxmayacaq. Noyabrın 4-ü mənim ad günüm idi. O ad günümü heç vaxt yadımdan çıxarmaram. Həmin gün biz o qayalıqlarda nə qədər üşümüşdük. Döyüşə gedəndə istər-istəməz yüngül geyimdə olursan. Nazik geyinirsən ki, qaçanda, manevrlər edəndə ağırlıq olmasın. Amma özümüzlə götürürdük qalın geyim. Çantamız qalmışdı arxada. Səhərə qədər bütün şəxsi heyət o qayalıqda titrədik. Hərəkət də edə bilmirdik ki, heç olmasa bir az isinək. Düşmən gecə vaxtı işıq verirdi ki, yerimizi öyrənsin. Dərhal komanda verirdim ki, tərpənməyin. Yerimizdən tərpənməyəndə texnika təxmin edə bilmirdi ki, bu, daşdır, yoxsa adam. Amma bizdəki texnika tam fərqli idi. Daha güclü idi. Canda istiliyə qədər bilirdi. Əgər onlarda da bizdəki kimi güclü texnika olsaydı, biz o meşəlikdən salamat çıxa bilməzdik.

- Daşaltı istiqamətində o vəziyyətdə nə qədər qaldınız?
- Daşaltı istiqamətində hava sutkanın çox vaxtı dumanlı olurdu. Dumanlı havada piyada döyüşçünün hərəkəti daha rahatdır. Pis cəhəti odur ki, Harop, Bayraktar dumanlı havada işləyə bilmir ki, sənin qarşındakı zirehlini dağıtsın, rahat gedib o mövqeyi götürəsən. Biz o vəziyyətdə bir sutka qaldıq. Noyabrın 5-də artıq hücum oldu və biz bölüklə birlikdə ilk dəfə kəndə daxil olduq. Kəndə girəndə 21 nəfər idik. Xeyli şəhidimiz vardı. Kəndə girdik. Tam axtarış etmirdik, evlərə girmirdik. Çünki bilirdim ki, bu evlərdə erməni varsa da, artıq özü çıxıb təslim olardı. Kəndin çıxacağında qarşımıza bulaq çıxdı. Suyu görəndə hamımızın gözünə işıq gəldi. Tapşırığa əsasən bizi artıq yuxarıda Xüsusi təyinatlılar gözləyirdi, mən onlara yaxınlaşıb birləşməliydim. Əlimlə işarə etdim ki, mühafizəni tutub iki-iki su içib çıxırıq. Hamımız topa şəkildə bulağın başına yığışa bilməzdik. Elə də etdik. Birinci iki əsgər gedib su içib qayıdanda bizi atəşə tutdular. Güllə yağmağa başladı. Məndən 300 metr yuxarıda Şuşa yolu idi, mən o yolu tutmalıydım. Qarşımızda 6 aşırım vardı. Birini qalxdıq. İkinci aşırımı qalxanda yuxarıdakı əsgər qışqırdı ki, komandir, bunlara bax, silahı atıb qaçıblar. Baxdım ki, hamısı iriçaplı silahlardır. Amma silahlar səliqə ilə düzülüb. Atılıb qaçılana oxşamırdı. Anladım ki, düşmən özü üçün təyin edib hər şeyi. Bu nöqtəni keçdiksə, deməli ölü nöqtəyə keçirik və bizi rahatlıqla öldürə bilərlər. Əraziyə baxdım. Yoldan arx keçirdi. Qarşıda meşə var idi. Bildim ki, kimdirsə meşədə olacaq. Gördüm meşədən ata bilər mənə. Anladım ki, tələdəyik. Elə bu an istədim qışqıram ki, solu tut, bir anda başımıza güllə qar kimi yağdı. Elə birinci atışda uşaqların neçəsini götürdü. Dal-dala süründüm. Bir yandan da qışqırıram ki, arxa gir. Arxa girəndə düz başımın yanında güllə açıldı. Allaha yalvarırdım ki, güllə bircə başıma dəyməsin. Əlimə, ayağıma dəysə, sürünüb çıxacam. Amma başıma dəysə, öləcəm. Mənsə şəxsi heyəti görünməz nöqtəyə salmalıydım. Qışqırıram ki, dala sürünün. Mən çıxdım, amma baxdım ki, qabağıma heç kim gəlmir. O anda bildim ki, şəhid olublar. Mən ölü sahəni keçmişəm. Arxamda əsgərlər vardı. Dedim, bu yoldan çıxmayacağıq. Məni bulaqda görürsə, deməli hər yerdə görür. Çünki atəş məni ancaq döngələrdə tutur. Başa saldım ki, burdan qayalıqdan qəfil keçəcəyik. Daşaltıda girişdəki situasiya oldu. Girişdə də artilleriya arxanı bağladı. Minamyotlar arxa nöqtəni vurmağa başladı ki, çıxa bilməyək. Ayağa durdum ki, çıxam, minamyot düz böyrümə düşdü, məni qayalıqdan aşağı tulladı, düşdüm qayalığın dibinə. İstədim durum, gördüm dura bilmirəm, ayağımdan yaralanmışdım. Başımı yuxarı qaldırdım ki, görüm uşaqlardan kim gəlir. Səs gəlmədi, elə bildim hamısı şəhid olub, mən tək qalmışam. Sonra gördüm iki nəfər dığırlanıb gəldi. Dedilər, meşədən çıxıb üstümüzə gəlirlər. Qismətdən əsgərin birində balaca rabitə var idi. Yoxladım, gördüm, danışıq var. Artilleriyaya dedim ki, yolun solunu vur. Sağ olsun, dərhal da cavab oldu, vurdular dediyim yeri.

- Yaralı və silahsız vəziyyətdə hara getdiniz?
- Daşaltının sol tərəfində qayalıqda bir erməni qəbiristanlığı var idi. Fikirləşdim ki, nə qədər də olmasa, düşmən öz ölüsünə hörmət edər, qəbiristanlığı vurmaz, bəlkə orda sağ qalarıq. Gəldik qəbiristanlığa çıxdıq, iki gün orda qaldıq. Yaralı idim. Dizim oynaqdan aralanmışdı, belim də ciddi zədələnmişdi. Ağrıdan hərəkət edə bilmirdim. Bu an arxamdan Tehran Mənsimov gəlirdi. Məndən sonra o pusquya düşdü. Onun pusqudan çıxması təxminən 5 saat çəkdi.

- Müharibə bitdi, qələbə qazandıq. Bu qələbədə sizin də payınızın olmasına baxmayaraq hələ də sizə qarşı təzyiqlər olduğunu deyirsiniz.
- Mən nə müxalifətçiyəm, nə hansısa partiyanın üzvüyəm, nə də dövlətə qarşı olan bir insanam. Mən bu dövlət üçün, xalq üçün yaşamışam özümü dərk edəndən. 17 ilimi vermişəm hərbiyə. Müxalif kanala çıxıb ölkə başçısının tərəfini tutmuşam. Belə müxalifətçi olur? Biz hərbçi kimi and içəndə nə deyib and içirik? Bu xalqa, dövlətə ömür boyu şərəflə xidmət edib onu qoruyacağıq. Mən öz vətəndaşıma, dövlətimə sadiqəm. Bu ölkənin əsgəriyəm. Anam mənim üzümə qarşı bir söz dedi müharibəyə gedəndə. Mesaj yazdım ki, ana, birdən mənə bir şey olsa, balalarım sənə əmanətdir, onlara yaxşı bax. Mənə yazdı ki, mən səni vətənə vermişəm, yolun açıq olsun. Şəxsiyyət vəsiqəmin vaxtı keçib, amma yenisini al bilmirəm. COVİD pasportu almalıyam, iş tapmalıyam, bu mənə lazımdır. Amma qanunsuz şəkildə şəxsiyyət vəsiqəmi vermirlər. Heç bir səbəb də göstərmirlər, heç bir arqument gətirə bilmirlər, vermirlər, vəssalam. ASAN xidmətə yaxınlaşıb şəxsiyyət vəsiqəmin ödənişini də etmişəm. Yenə müraciət edəcəm və bu, mənim sonuncu müraciətim olacaq. Ölkə rəhbərliyindən xahiş edirəm, bu məsələni araşdırsınlar, Azərbaycan Ordusunu, əsgərini, zabitini təhqir edən, alçaldan, şərləyən, ləkələyən qüvvələr cəzalandırılsınlar.

Günel MUSA, "525-ci qəzet"

Məktəblərdə rus dili keçmək olmaz, din haqda da danışmaq qadağandı, amma milliyyətçiliyi təbliğ etmək olar?

Ruslan Xəlilov

Aydındı. Deməli məktəblərdə rus dili keçmək olmaz, din haqda da danışmaq qadağandı, amma milliyyətçiliyi təbliğ etmək olar.
Ülkücü ocaqları açmaq ideyasını dəstəkləmək olar.
Məktəblərdə, universitetlərdə milliyyətçi idelogiyası ilə uşaqların və yeniyetmələrin beynini zəhərləmək olar.
Ədalətli yanaşmadı.
Hətta məncə, ölkədə bir-birini sevənlər bir-birinə ancaq "aşkım" xitabı ilə müraciət etməlidi. Başqa müraciət növləri böyük Turan ideyasına ziddi. Əsas Azərbaycan deyil ki.
Təbliğat deyib bar-bar bağıranlar bir nəslin bu cür zərərli təbliğatla beyninin yuyulduğundan xəbərsizdi.
5-10 ilə Hitlerdən yadigar bu ideoloji təbliğatın fəsadlarını görəcəksiz. Bu kütlə özü kimi düşünməyənləri, başqa yolu tutanları edam edəcək potensialdadı. 
Fanatik dindarlıqla radikal milliyyətçilik arasında mənim üçün heç bir prinsipial fərq yoxdu.

08.12.2021

Rus dilinə qarşı çıxan Aygün xanımın qarnının ağrısına mən sizə deyim!

Cəmil Şirvanov

Aygün Muradxanlı yenə də gündəmdədir. İndi də özünü hamıdan ağıllı göstərib 34 faiz şagirdimizin rus dilində təhsil almasını müstəqilliyimizə təhdid hesab edir. Deyir ki, elə hər şey burdan başlayır, filan-bəsməkan. 
Aygün xanımın bu fikirlərinə qarşı sual yaranır:
Görəsən gürcü, fars, ingilis dillərində dərs keçirilən məktəblərdə yetişən şəxslər də müstəqilliyə təhdiddir, yoxsa təhdid ancaq rusdillilərdir? 
Əgər Aygünün məntiqi ilə yanaşsaq ölkə çoxdan əldən gedib, mübarizə aparmağa da dəyməz. Çünki ölkənin bütün siyasi elitası evində ailə üzvləri, işdə iş yoldaşları, dostları və qohumları ilə rus dilində danışırlar. Hətta bəziləri Azərbaycan dilində danışa da bilmir. Yəni ölkə çoxdan əldən gedib, vətənpərvər xanımciyəz! 
İndi gəlin mən Aygün xanımın qarnının ağrısına diaqnoz qoyum, siz də oxuyun və agah olun ki, problemi nədədir.
Deməli, postsovet məkanında rusofobiyanın yayılması, rus dili ilə, rus mədəniyyəti ilə, bir sözlə rusa aid nə varsa onunla mübarizə aparılması, rusun demonizasiyası, rusun dərisinin rənginəcən pislənməsi, təhdid, təhlükə, vəhşi kimi təqdim edilməsi və bütün bunların insanların beyninə yeridilməsi sistemli şəkildə aparılır. Bunun üçün xüsusi strategiya var. Buna geopolitiklər "şəbəkə müharibəsi" deyirlər. Admiral Sibrovskinin strategiyası kimi ABŞ-ın hərbi doktrinasında yer alır və xüsusi əhəmiyyətə malikdir. Məqsəd geopolitik rəqibin öz məkanında və təsir dairəsində olan insanları - potensial döyüşçülər kimi yetişdirmək, rəqibi müharibəsiz tabe etmək üçün insanlar və şərait yetişdirmək, belə alınmasa belə müharibə zamanı daha çox insanı öz maraqları naminə döyüşməyə sövq etmək və s.
Rusiya, Çin, İran kimi baş ağrıları və bir sıra digər kiçik çaplı ölkələr ABŞ üçün rəsmən düşmən, rəqib (bunu necə adlandırmağın artıq əhəmiyyəti yoxdur) ölkələrdir. Bu ölkələrin əleyhinə bütün "yumşaq" qüvvələr səfərbər edilib. Rusiya, İran və Çin haqqında nə desəniz uydururlar ki, onların mövqeyini zəiflətsinlər.
Əlbəttə ki "şəbəkə müharibəsində" hər şey birbaşa ABŞ-dan idarə edilmir. Onlar elə bir strategiya qururlar ki, Amerikanın müttəfiqləri də bu müharibəyə qoşulur, resurslar xərcləyir, idarə edir və s. Və bütün bunlar könüllü surətdə olur. Çünki həmin müttəfiqlərin də öz maraqları olur. Onlarla birlikdə Amerika da qazanır.
Azərbaycanda mövcud olan media holdinqlərin, onların patronlarının da bu şəbəkə müharibəsinin əsgərləri olduqlarını bilirik. Media patronları birbaşa ABŞ-ı göstərməsə də, onun müttəfiqləri olan Türkiyəni, İsraili, Avropa İttifaqını və digər subyektləri işarə edir. Amma mahiyyət dəyişmir. Onlar Amerikan ordusudurlar, patronları isə ordu komandanları. 
Aygün Muradxanlı da vətənpərvər qılığına girmiş NATO  əsgəridir.
Bir az ayıq olsaq, nə qədər öz əsl simalarını gizlətsələr də kimin kim olduğunu müəyyən edə bilərik.

Korovin: Ukrayna ilə Rusiya arasında müharibə olmasında ABŞ maraqlıdır


Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İzbor Klubunun üzvü Valeri Korovin ukraina ru nəşrinə eksklüziv şərh verib.
Politoloqun şərhinin qısa məzmununu sizə təqdim edirik.

Rusiya rəhbərliyi indiki Ukrayna dövlətçiliyinin likvidasiyasında maraqlı deyil. Əgər istəsəydi bunu 2014-cü ildə edərdi.
***
Ukrayna Rusiya ilə müharibədə maraqlı deyil – bu onun ordusunun məhvi və dövlətçiliyinin süqutu ilə nəticələnə bilər.
***
Ukrayna ilə Rusiya arasında müharibə olmasında ABŞ maraqlıdır – bu yolla Rusiyanın zəiflətmək istəyir.

DİQQƏT: Azərbaycanlı həkimdən ŞOK ETİRAF – “vaksin” əslində vaksin deyil

Həkim-psixiatr, biotibbi etika və dientologiya üzrə mütəxəssis
Abdulla Şıxlinski

Covid-19: Həkimlər nə üçün bu fırıldağı həyata keçirirlər?!
“Koronavirus” adlı qlobal fırıldağı realizə etmək üçün Dünyəvi Dövlətə 2 qrup insan lazımdır:
1. Həkimlərin fırıldaqçı və satqın bir hissəsi.
2. Kütləvi İnformasiya Vasitələrinin Dünyəvi Dövlətə xidmət edən, pul üçün media qanunlarını daim tapdalayıb keçməyə hazır olan nümayəndələri.
***
COVİD proyekti qlobalistlər tərəfindən 2015-ci ildə təsdiq edilmişdir. Onlar 3-cü Dünya müharibəsini “pandemiya” pərdəsi altında aparırlar və bunu özləri də açıqca bəyan edirlər. Vaksinasiya bu proyektin son və həlledici mərhələsidir. Bu proyekt insanların nadanlığı və avamlığı nəticəsində geniş vüsətlə həyata keçirilir. Necə deyərlər, insan nadanlığı Dib Dövləti üçün xarüqələr yaradır. “Koronavirus” kodlaşdırılmış adını daşıyan, əslində koronavirusa heç bir aidiyyatı olmayan, idarə olunan xəstəlik Dünyəvi Dövlətə lazım olduqda gücləndirilir - xəstələrin sayı artır, lazım olmadıqda isə zəiflədilir - xəstələrin sayı azalır.
***
“Koronavirus” adı ilə məşhur olan, insanları qorxudan, dəli-divanə edən xəstəliyin həqiqi adı “Ağciyərlərin toksiki pnevmoniyası”dır. Bədbəxt, avam camaat bu xəstəliyin nə olduğunu, bunun əhali arasında necə yayıldığını, təbii ki başa düşmür və mənə elə gəlir ki, heç vaxt da başa düşməyəcək. Hər halda, sadə izahata ehtiyac var. Əvvəla kimyəvi silah əhali arasında Dünyəvi Dövlətin yerlərdəki emissarları tərəfindən yayılır. Bunu etmək elə də çətin deyil, hərbi toksikologiya dərsliklərini vərəqləmək bu prosesi başa düşmək üçün kifayət edir: havadan təyyarələrlə, ayrı-ayrı insanlar tərəfindən bağlı konteynerlərin ağzını açıb insanların çox toplaşdığı yerlərə qoymaqla, qapalı sahələrə xüsusi aerozollar fısqırtmaqla kimyəvi silahın yayılması təmin olunur.
Xəstəliyin tez yayılması üçün bu ən gözəl vasitədir. Məhz ona görə də 2020-ci ilin yayında hamının yaxşı tanıdığı tibbi çinovniklərdən biri çox arxayınlıqla sanki fala baxırmış kimi insanlara bunları bəyan etdi: “Koronavirusa inanmayanlar çox tezliklə öz fikirlərini dəyişəcəklər. Hər bir ailədən heç olmazsa bir meyit çıxacaqdır”. Belə “məsuliyyətli” bəyanatı bu cür qətiyyətlə yalnız o adam verə bilərdi ki, bu xəstəliyin yayılmasında onun özü də iştirak edir. Məhz həmin çinovnik lap bu yaxınlarda vaksinasiya başlayanda ikinci cəsarətli bəyanat verdi: “Hamı vaksinləşməlidir, əgər vaksinlərdən kimsə ölsə və ya şikəst olsa, narahat olmayın, dövlət bu adamların ailələrinə pul verəcəkdir”.
Birinci dəfə olduğu kimi, bu dəfə də bu çinovnik demək istəyirdi ki, vaksinlər sizi ya öldürəcək, ya da şikəst edəcəkdir. Və o, tamamilə haqlıdır: çünki bu çinovnik və vaksinasiyanı təbliğ edən, Dünyəvi Dövlətin emissarları olan başqa həkimlər çox yaxşı bilirlər ki, yeni insan vaksini hazırlamaq üçün 25 il vaxt lazımdır, hətta bir ilə belə vaksin hazırlamaq mümkün deyil.
***
HAL-HAZIRDA “VAKSİN” ADI İLƏ BÜTÜN DÜNYADA İNSANLARA VURULAN ŞÜBHƏLİ MADDƏ PLANETDƏ İNSANLARIN SAYINI AZALTMAQ ÜÇÜN OLAN MADDƏDİR. BU QLOBAL PROSESDİR, DÜNYANIN HƏR YERİNDƏ HƏYATA KEÇİRİLİR. Nəhayət, ən mühüm məsələlərdən biri də odur ki, koronavirusa qarşı vaksin hazırlamaq prinsipcə mümkün deyil. “Koronavirus respirator virusdur, respirator virusa qarşı vaksin olmur” (Akademik İqor Alekseeviç Qundarov).
Dünyanın hər yerində əhalinin böyük bir hissəsi Dünyəvi Dövlətin tətbiq etdiyi psixotexnoloji metodlar nəticəsində Qlobal oliqarxlara, milyarderlərə xidmət edən, qlobalistlərin nökərləri olan bir qrup yerli həkimlərin təsiri altına düşmüşdür – bu həkimlərin məsləhəti ilə maska taxıb özlərini bədbəxt edir. Maskada gəzən insanların ağciyərlərində geridönməz proseslər əmələ gəlir. Kütləvi informasiya vasitələrinin, xüsusən də televiziyanın insanlara tətbiq etdiyi “Ayıq halda hipnoz” (psixoterapiyada bu, belə adlanır) əhalini zombi vəziyyətinə salmışdır. İnsanların şüurunda yalnız 2 söz fırlanır: COVİD19 və VAKSİNASİYA. Cəmiyyətin müəyyən bir hissəsi, hətta ziyalıların bir hissəsi nə dünyəvi dövlətin kimyəvi silah nəticəsində xəstəliyi artırdığına, nə də vaksinlərin mövcud olmadığına inanırlar.
***
COVİD-19 proyektinin arxasınca COVİD-20, 21, 22 və.s. proyektlərinin olacağını qlobalistlər heç də gizlətmirlər, amma sadə insan kütləsi bu prosesin sonunu gözləyir, son isə görünmür… Dünyəvi Dövlətin yerlərdə emissarları olan həkimlər COVİD layihəsindən çox böyük xeyir görürlər. İnsanlar məhv olurlar, “pandemiya” pərdəsi altında qlobalistlər bütün ölkələrin iqtisadiyyatını dağıdırlar, amma bu həkimlər xarici banklardakı hesablarına yeni dollarlar keçirirlər, yaxşı vəzifələrə təyin olunurlar, belə həkimlərin elmi işləri növbədənkənar təsdiq olunur, “Kafedra müdiri”, “Şöbə müdiri”, “Baş həkim” vəzifələrini alırlar.
Bütün bunların əvəzində onlardan aşağıdakılar tələb olunur: televiziyada, youtubda və başqa informasiya resurslarında daima insanlara yalan danışmaq, maska taxmağı, vaksinləşməni təbliğ etmək və yalandan özünün də vaksinləşdiyini elan etmək. Bu adamların heç biri vaksin vurdurmur, onlar çox gözəl bilirlər ki, “vaksin” əslində vaksin deyil.
***
Məşhur mikrobioloq akademik Çumakov yazır: “Vaksin adı ilə insanlara yeridilən maddə ən gec halda 180 gündən sonra öz öldürücü təsirini göstərəcəkdir – cavan adamlar sonsuz olacaq, yaşlı adamlar sadəcə məhv olub aradan gedəcəklər”. Bax bu “vaksinləri” bir qrup ağ xalatlı “şeytanlar” insanlara məsləhət görürlər, bunun əvəzində bu satılmış həkimlərin nəinki özləri, hətta qohumları, yaxın adamları müxtəlif gəlirli vəzifələrə təyin olunur, onlara böyük şəhərlərin 4-5 mərkəzi rayonlarında tamamilə pulsuz, təzə tikilmiş evlər verilir, bu adamlar bütün maddi vəziyyətlərini insanların bədbəxtliyi üzərində yaxşılaşdıraraq, onları yeni pandemiyalarla qorxudurlar.
***
Hal-hazırda bu həkimlər Bill Qeytsin rəhbərliyi altında yeni mutasiya olunmuş koronavirus haqqında danışırlar, halbuki “koronavirus mutasiya olunmaq qabiliyyətinə malik deyil” – akademik Filatov bildirir.
Dünyəvi Dövlət belə həkimlərin əli ilə yeni pandemiyalar təşkil etməyə hazırlaşır. Bill Qeyts bu haqda sonsuz sayda bəyanatlar vermişdir və bu bəyanatlar bütün mətbuat səhifələrində vardır. Artıq sübuta ehtiyac yoxdur. Çox maraqlıdır ki, hamı xalqın adından danışır- ağxalatlı satılmış həkimlər də, Avropa mühacirətində əyləşib bütün məmurları tənqid edən müxalifətçilər də, müxtəlif youtube kanallarda özlərini ağıllı göstərməyə çalışan bəzi qabiliyyətsiz adamlar da.
Lakin bu adları çəkilən qüvvələr özləri də çıxışlarında daima insanları aldadır, koronavirus oyunu haqqında əsl həqiqətləri danışmırlar. Bu insanlar hələ də alverdən və puldan ayrıla bilmirlər, bu bədbəxtlər məhz koronavirus və vaksinasiya oyunlarının qurbanı olacaqlarını düşünmək istəmirlər, “Filmin Sonu” sözlərinin tezliklə yazılacağına inanmırlar. Son dərəcə güclü olan insan nadanlığı, ölkədə baş alıb gedən kütləvi savadsızlıq qlobal qüvvələrin dəyirmanına çox yaxşı su tökdü.
***
İnsanların 95%-i hələ də Dünyəvi Dövlətin nə olduğunu bilmir, ümumiyyətlə, bu məfhumun mənasını başa düşmür, öz potensial qatillərini tanımır. Soros deyir: ”İnsanların savadlanmasına imkan verməyin, qoyunlarla işləmək bizə daha rahatdır”. Sorosun sözlərində həqiqət varmı? Bu suala özünüz cavab verin. Bütün insanlar özlərini ağıllı hesab edirlər, lakin yaramaz, satqın, “Covid” layihəsinə xidmət edən həkimlərin sözlərinə inanırlar, iki maskanı üst-üstdən taxırlar.
Dünyəvi Dövlət tərəfindən istifadə olunan sxemlərə çox dəqiq əməl edən , lakin daima xalqın adından danışan, koronavirus “vaksin”ini bəşəriyyətin xilaskarı kimi təqdim edib, hamını vaksinləşdirməyə çalışan ən məşhur həkimlər müxtəlif ölkələrdə koronavirus statistikasını saxtalaşdırırlar.
Dünyanın ən tanınmış tibb alimləri hal-hazırkı “vaksinasiya”nın tam əsassız olduğunu qeyd edirlər. İnsan vaksini hazırlamaq üçün 25 il vaxt lazımdır, “vaksin” adlandırılan hal-hazırkı maddənin təhlükəsizliyi sübut edilməmişdir. Akademik Onişenko və Akademik Qundarov çıxışlarında qeyd edirlər: ”Koronavirus əleyhinə vaksin vurmaq cinayətdir, belə vaksin yoxdur, heç vaxt da olmayacaqdır”.
***
Oksfordda son günlər vaksinləşmiş 5 adam dünyasını dəyişmişdir. Dünya şöhrətli mikrobioloq, tibb elmləri doktoru, professor Vladimir Sergeyev “Azad Mətbuat” agentliyinə verdiyi sonuncu müsahibəsində deyir: ”Hələ dünyanın heç bir yerində belə qısa müddətə vaksin hazırlamaq mümkün olmamışdır. Hal-hazırkı BİOLOGİYA və TƏBABƏT elmi 25 ildən tez təhlükəsiz və keyfiyyətli vaksin hazırlamağa qadir deyildir”. Dünyanın ən tanınmış elm ulduzları koronavirus əleyhinə vaksinin mövcüd olmadığını söyləyir, Azərbaycanın pul gücünə elmi dərəcə almış həkimləri isə insanları vaksinləşməyə çağırırlar. Dediklərimə şübhə ilə yanaşan insanlar Dünyəvi Dövlətin məşhur üzvlərinin demək olar hər gün etdikləri çıxışlarına, məşhur Amerikan sosioloqu, “Yalançı koronavirus pandemiyası”nın ideoloqu Jeyms Overtonun elmi məqalələrinə nəzər sala bilərlər. Dünyəvi Dövlət açıq bəyan edir: ”Biz yeni pandemiyaların yaranmasını təmin edəcəyik, insanları elə vəziyyətə gətirəcəyik ki, onlar özləri vaksinləşmək üçün bizə yalvarsınlar. Bütün dünya 2-3 dəfə total vaksinasiya olunmalıdır, lazımsız millətlər və insanlar vaksinasiya nəticəsində qırılıb aradan çıxmalıdır, bütün bunlardan sonra məhdudlaşdırıcı tədbirləri aradan qaldırmaq olar”.
***
Qlobalistlərin fikrincə, onların artıq yaratmış olduqları yeni dünyəvi qaydalarda maska taxmaq əsas yer tutacaqdır - maska insanı qorumaq üçün deyil, onu itaətə öyrətmək üçündür.
Çox maraqlıdır ki, Faşist Almaniyası da ölüm düşərgələrində saxladıqları əsirlərə maska taxdırırdı. “Maska altında hamı eyniləşir, şüurlar bərabərləşir, qullar daha da cəsarətsizləşir” – faşizmin ideoloqu Gebbels deyirdi. Görkəmli filosof, professor Andrey İliç Fursov sonuncu müsahibələrindən birində qeyd edir: “Qlobalistlərin “qara proyekt” adlandırdıqları layihədə deyilir ki, bütün dünya ölkələrinin iqtisadiyyatı məhv edilməlidir, dünya vahid nöqtədən idarə edilməlidir, bunun üçün ən yaxşı vasitə insanları qorxudub evdə oturtmaq (Evdə Qal, virus gəlir, bayıra çıxma!), distansiyalı təhsilə keçmək, “koronavirus təhlükəsi” altında fabrikləri, zavodları bağlamaq, insanların hərəkətlərini məhdudlaşdırmaq, sərhədləri bağlamaqdır. Biz artıq buna nail olduq, dünya iqtisadiyyatı aqoniya vəziyyətindədir, BƏŞƏRİYYƏT DİZİ ÜSTƏ ÇÖKMÜŞDÜR”.
***
İnsanlara qlobalistlərin tapşırığı və göstərişləri ilə zülm verib məhv etməyə çalışan ağxalatlı “həkimlər” unutmamalıdırlar: həqiqət onlarsız da yaşayacaq, bəs onlar özləri həqiqətsiz yaşaya biləcəklərmi?!
1.Pandemiya – dünyanın bütün qitələrini müəyyən bir xəstəlik epidemiyası əhatə etdikdə elan olunur. Dünyanın heç bir ölkəsində indiki günə qədər epidemiya göstəriciləri olmamışdır və indi də yoxdur. Pandemiya elan etmək üçün bütün ölkələrdə epidemiya göstəriciləri olmalıdır. Dünyanın bir sıra ölkələrində bu günə qədər heç koronavirusun adı da yoxdur. Ümumdünya Səhiyyə Təşkilatının Direktorunun şəxsi təşəbbüsü ilə, ÜST-in Assambleyasının qərarı olmadan elan edilmiş pandemiya saxta və qeyri – qanunidir. ÜST-in öz nizamnaməsinə görə pandemiya yalnız Assambleya tərəfindən elan edilə bilər, lakin assambleya belə qərar qəbul etməyib, deməli elan edilmiş pandemiya beynəlxalq legitimliyə malik deyil.
2.Epidemiya. Ölkə əhalisinin 5% və daha çox hissəsi müəyyən xəstəliyə tutulduqda epidemiya elan edilir. Belə sayda xəstə dünyanın heç bir ölkəsində olmamışdır, indi də yoxdur.
3.Karantin – artıq təsdiq olunmuş xəstəlik diaqnozu olan xəstələrin xəstəliyin qarşısının alınması məqsədi ilə izolyasiyasına deyilir. Bütün (həm xəstə, həm sağlam) əhalinin zorla evdə saxlanılması, onların müəyyən saat məhdudiyyətində açıq havaya buraxılması, hərəkətlərinin məhdudlaşdırılması karantin deyil, İNSAN HÜQUQLARININ KOBUD SURƏTDƏ POZULMASIDIR.
4.Maska – fərdi qoruyucu vasitə deyil, maska heç bir mikrobioloji agentdən (o cümlədən viruslardan) qorumur. Maska müəyyən müddətdən sonra ağciyərlərdə emfizema, vərəm, anaerob pnevmoniyanın inkişafına səbəb olur.
5. Vaksinasiya – mürəkkəb immunobioloji preparatın(vaksinin) orqanizmə daxil edilməsidir. Bu proses tibbi-eksperimental prosesdir.Vaksinasiya edilməmişdən əvvəl hər bir vətəndaş yazılı surətdə özünün notarius tərəfindən təsdiq edilmiş imzası ilə bu prosedura könüllü razılıq verməlidir. Belə razılığın olmadığı hallarda vaksinasiya zorla aparılmış tibbi-eksperimental əməliyyat kimi qiymətləndirilir. Təhlükəsiz və effektiv insan vaksini hazırlamaq üçün 25 il, veterinariya vaksinləri hazırlamaq üçün 18 il vaxt tələb olunur. 6 aya, 1ilə vaksin hazırlanmasını bəyan edən həkimlər ağ yalan danışırlar və bu cinayətləri üçün gec-tez əhali qarşısında cavab verməli olacaqlar.
6.Testlər – koronavirus infeksiyasını laborator yolla aşkarlayan, dəqiqləşdirən heç bir müayinə metodu, o cümlədən test müayinəsi metodu yoxdur. Test müayinəsi sadəcə olaraq tibbi biznesdir, ÜST və onun yerlərdəki nümayəndələri test biznesindən kapital gəliri əldə edirlər.
Testlərin saxta olduğu artıq bir neçə ölkələrin alimləri tərəfindən aşkar edilmişdir – Tanzaniya, Bolqariya, Yunanıstan ÜST-nin ölkələrə satdığı testləri mütəxəssislərin iştirakı ilə sınaqdan keçirmişdir: Dizel yanacağında, palma yağında “müsbət” nəticə verən həmin testlər, bədən hərarəti 38-dərəcə “S” olan, guya koronaviruslu xəstələrdə təkrari müayinələr nəticəsində “mənfi” cavabı vermişdir.
Bir-neçə həkim-maqnatların işlətdiyi koronavirus testi aparan laboratoriyalarda insanların müflisləşmiş olduğu indiki vaxtda saxta test müayinələrini çox baha qiymətlərə apararaq, insanları demək olar ki, bu testləşməyə məcbur edirlər. Bütün bu qəddar və yaramaz əməliyyatlar məhz həkimlərin əli ilə aparılır. Qlobalistlərin xidmətində olan, hamıdan çox cənfəşanlıq edən, media səhifələrində bu çirkin qlobal siyasəti ifşa edən həkimlərə nəlayiq söyüşlər və hədələr yağdıran, “Covid-fırıldaq” proyektindən fantastik pullar qazanan bir həkim-radioloq belə təklif verir: “Adamları evdən bayıra buraxmayın, və onları ev şəraitində təkrari və təkrari testlər etməyə məcbur edin”.
Məhz belə həkimlərin səyi nəticəsində insanlar aylarla karantinlərdə oturur, iş yerlərini itirir, ümidsizlikdən intihar edirlər.

Oğlunu tutdurdu, atasına “səni də içəri basarıq” dedi və 360 min dollara “işi həll etdi”

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-nin İstintaq İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin və onunla birgə mühakimə olunan üç MTN əməkdaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hakim önünə general-mayorla yanaşı MTN-in İbtidai İstintaq İdarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov çıxarılıblar. Məhkəmə prosesinə jurnalistlər buraxılmır, mətbuat nümayəndələrinin iştirakına icazə verilmir.
virtualaz.org-un xəbərinə görə, Şıxəliyev və digərləri mütəşəkkil dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə ələ keçiriblər.
“MTN işi” üzrə zərərçəkənlərdən biri də iş adamı Bahəddin Sultanovdur. Əvvəllər “JEK” rəisi və Biləcəri qəsəbəsi üzrə icra nümayəndəsi işləmiş B.Sultanov sonradan bizneslə məşğul olub. Bakı-Sumqayıt yolunun “VAZ-ın kruqu” deyilən hissəsində 4 hektar torpaq sahəsi alaraq orada mal-qara saxlamaq üçün fermalar, inzibati binalar tikdirərək bütün bunları oğlu İntiqam Sultanovun adına sənədləşdirib. İstintaqa verdiyi ifadəsində B.Sultanov göstərib ki, 2007-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirirdi. Amma tikinti işlərini tamamlamaq üçün vəsaiti çatmadığından kredit götürmək üçün Bakıya gəlib. O ailəvi dostluq münasibətində olduğu “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovun (dələduzluqda və mənimsəmədə təqsirləndirilərək həbs edilib-red.) yanına yollanıb, ondan 1 milyon dollar kredit istəyib. Z.Yusifov da razılaşıb. Ona oğlunun adına olan fermanı və torpaq sahəsini banka girov qoymaqla kredit götürə biləcəyini deyib. İş adamı oğluna fermanın və torpağın sənədlərini götürüb Z.Yusifovun yanına getməyi, kredit müqaviləsi bağlamağı tapşırıb. “İntiqamla Zal Yusifov arasında 1 milyon dollar kredit verilməsinə dair müqavilə imzalandı. Müqavilə Xırdalan şəhərində 1 saylı notariat kontorunda tərtib edildi”, - zərərçəkmiş ifadəsində deyir. İş adamı deyir ki, 1 milyonluq kredit müqaviləsi imzalanmasına baxmayaraq “Texnikabank”ın filial rəhbərindən pulu ala bilməyiblər. Z.Yusifov İ.Sultanova guya pulu alması barədə sənədlərə qol çəkdirib. Pulun ayrıldığını, sadəcə bankda nağd pul olmadığından işin gecikdiyini deyib və kredit verməkdən yayınıb. İş adamı filial müdirindən ya pulu verməyi, ya da kredit müqaviləsinə xitam verib torpağın və fermanın sənədlərini geri qaytarmasını tələb edib. Z.Yusifov isə ona kreditin guya ödənildiyi, banka borcu olmadığı haqda arayış verib, torpağın sənədlərini qaytarıb. Bir müddət sonra B.Soltanov həmin fermanı və torpağı 810 min manata sataraq pulun bir hissəsini Alma-Atadakı tikintiyə yönəldib, qalanını isə evdə saxlayıb.
B.Sultanovun ifadəsinə görə, 2009-cu ilin əvvəlində oğlu İ.Sultanov MTN-nin müstəntiqi Vüsal Ələkbərov tərəfindən nazirliyə çağırılıb.
B.Sultanov bildirir: “Oğlumla birlikdə mən də getdim. Müstəntiq Masis rayonundan olduğumu biləndə anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu dedi. Atam Abdullanın qəssab Əliylə dost olduqlarını, onu yaxşı tanıdığımı dedim. Müstəntiq bizə “Zal Yusifovla birlikdə dövlətin pulunu yeyəndə bilmirdiniz axırı belə olacaq?” deyə bildirdi. Müstəntiqə belə halın baş vermədiyini, kreditin faktiki olaraq götürülmədiyini, bu barədə notariusda sənəd olduğunu desəm də, xeyri olmadı. Müstəntiq bankdan əslində götürmədiyim 1 milyon dolları ödəməyi tələb etdi”.
Bu minvalla iş adamı ilə oğlu dəfələrlə MTN-ə çağırılaraq sorğu-sual ediliblər. B.Sultanov torpağın girovluqdan azad edilməsi haqda notariusun məktubunu təqdim etdikdə, müstəntiq məktubun boş sənəd olduğunu deyir və krediti ödəməyi tələb edir. Əli hər yerdən üzülən iş adamı başına gələnləri vaxtilə Binəqədi rayon Polis İdarəsinin rəis müavini işləyən dostu Rasim Musayevə (general Rasim Musayev vəfat edib - red.) danışıb: “Rasim Musayev MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub, məni incitməməyi, nə söhbət varsa danışaraq həll etməyi tapşırıb. Bundan sonra müstəntiq məni yenidən nazirliyə çağırdı”.  
Bu dəfə müstəntiq V.Əkbərov iş adamını yenidən MTN-ə çağırıb deyir ki, R.Musayevin zəngindən sonra  general Mövlam Şıxəliyev məsələni “yuxarıya” (Eldar Mahmudovu nəzərdə tutub - red.) məruzə edib. “Yuxarı”dan isə deyiblər ki, bu işin həlli üçün 500 min dollar lazımdır. Pul veriləcəyi təqdirdə oğlu İ.Soltanovun adının kredit götürüb qaytarmayanların siyahısından çıxarılacağı bildirilib.
“Müstəntiqə dedim ki, hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə bilərəm. Mənə dedi ki, onda bizdən küsmə, nəticə yaxşı olmayacaq. 2009-cu ilin iyununda iki dəfə öz otağına çağırıb tezliklə krediti qaytarmağımı tələb etdi. Oğluma və mənə heç kimin kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu dedi. Hətta həmin ərəfədə Mövlam Şıxəliyev də müstəntiqin otağına gələrək məni təhqir edərək krediti ödəməyimi tələb etdi”, - B.Sultanov bildirir.
Nəhayət, iyun ayının 15-də iş adamının oğlu MTN əməkdaşları tərəfindən həbs olunur. Oğlu həbs olunsa da B.Sultanovdan yenə də əl çəkmirlər. Müstəntiq iş adamını yenə də yanına çağırır, ona “rəhbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni də tutub içəri salaq” deyir: “Qorxub Vüsaldan kömək istədim. O da dedi ki, Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir. On dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360 min dollar tələb etdiyini, əks halda həbs olunmağımı göstəriş verdiyini dedi. Pulu həm məni tutmamaq, həm də oğlumu həbsdən azad etmək üçün istəyirdi. Məcbur olub razılaşdım”.
Müstəntiq iş adamından özü üçün də əlavə olaraq 10 min manat istəyib. Hətta övladının canına and içərək 360 min dollardan ona heç nə çatmadığını deyib. Həmin gün qardaşı Mirzə Paşayevlə telefon əlaqəsi saxlayan iş adamı evdən 250 min dolları götürməyi, yerdə qalanını da dost-tanışdan borc yığıb düzəltməyi və MTN-ə gətirməyi xahiş edib.
Zərərçəkənin ifadəsindən:  “Müstəntiq dedi ki, pul gəlsin, səni buraxaq, sonra da oğlun İntiqamı buraxarıq. Etiraz etmədim, gecəni müstəntiqin otağında gözlədim. Ertəsi gün müstəntiqin otağına  Mövlam Şıxəliyev daxil oldu, məni nalayiq şəkildə təhqir edərək müstəntiqdən niyə içəri hələ içəri salınmadığımı soruşdu. Müstıntiq ona “Rəis, indi gəlirlər, çatırlar” dedi. Günorta saatlarında qardaşım kirvəmizlə birgə müstəntiqin otağının qarşısına gəldi. İçəri girmədən mənimlə uzaqdan salamlaşdı. Müstəntiq qardaşım və kirvəmlə birgə Mövlam Şıxəliyevin otağına getdi. Geri qayıdıb mənimlə bir az söhbət elədi, dedi ki, pulu verdik, bir daş altda, bir daş üstə. Səni tutmayacayıq, oğlunu da buraxacayıq, puldan mənə bir qəpik çatmır, mənim də şirinliyimi gətir”.
Həmin gün günorta saatlarında MTN-dən buraxılan iş adamı axşamtərəfi müstəntiqin “şirinliyi”ni vermək üçün yenidən nazirliyin binasının yaxınlığına gəlib: “Evdən on min dollar götürüb yenidən MTN-ə qayıtdım. Parlament prospekti ilə hərəkət edərək deyilən vaxtda MTN-in hasarının tinində, ara yolda maşında gözlədim. Bir avtomobil gəldi, Vüsal əli ilə işarə etdi, arxasınca gəlməyimi bildirdi. Maşını onun arxasınca sürdüm. Bir az irəlidə dayandıq. Öz maşınımdan düşüb Vüsalın maşınının arxa oturacağında əyləşdim. Qabaq oturacaqda bir nəfər oturmuşdu, üzünü tam görmədim. On min dolları aldı, dedi, kağız verərəm, oğlunu da götürüb gedərsən”.
İki gündən sonra müstəntiq V.Əliyev B.Sultanova zəng vurub nazirliyə çağırtdırıb. Nazirliyin giriş qapısında oğlunun həbsdən azad edilməsi ilə bağlı qərarı ona verib. “Mən də həmin qərarı Bakı İstintaq Təcridxanasına təqdim etdim. İntiqamı həbsdən azad etdilər. İntiqamın işi Zal Yusifovgilin işi ilə birgə məhkəmə göndərildi. Məhkəmədə oğluma 2 il şərti cəza təyin olundu” - o bildirir.
Qeyd edək ki, general M.Şıxəliyev ona qarşı irəli sürülən ittihamlarla razılaşmayıb, zərərçəkənləri tanımadığını, onlardan pul almadığını iddia edib, ittiham aktını isə “fərziyyələrlə tərtib olunmuş bədii əsər” adlandırıb...

İnarə Rafiqqızı            virtualaz.org

07.12.2021

Tofiq Şahmuradov:

"Bu gün Ağdərədə Aterk istiqamətində Sərsəng su anbarına çatmamış perevalda rus sülhməramlılarının müşaət etdiyi Kəlbəcərə gedən kalonumuz meşə zolağından atəşə tutulub. Bizim Hərbi polisin maşının önündə Rus süıhməramlılarının Uralı maşını gedir,Nivanın arxasında sülhməramlılara aid UAZ maşını gedirmiş. Perevala dönməyə az qalmış maşın atəşə tutulub. Maşının atəşə tutulduğun görən sürücü maşını saxlamıyaraq sürəti artıraq atəş zolağından çıxıb sağ salamat. Atəş konkret olaraq bizə məxsus maşına açılıb. Bu işdə günahkar bir başa rus sülhməramlılarıdır. Orda qanunsuz silahlıları tərk silah etmək 10 noyabr müqaviləsinə görə rusiyanın öhdəliyi idi. Rusiya götürdüyü öhdəlikləri yerinə yetirməlidir,yada rədd olmalıdır torpağımızdan. Azərbaycan dövləti separatçıları öz qandıqları dildə başa sala bilər. Azərbaycan SQ onları maksimum 1 həftəyə tərk silah edə bilər və buna qadirdir! Azərbaycan ordusu 44 günlük müharibədədə nəyin ki,Rusiyaya o cümlədən ermənilərin bütün havadarlarına bunu göstərdi".

Tofiq Şahmuradov kimi NATO agenturasına aid olan jurnalistlərimizin əsas fəaliyyət istiqamətlərindən biri antirus təbliğatıdır.
Çünki rus gəlsə yenə bunların hamısını yığıb Sibirə şalban daşımağa göndərəcək, Azərbaycanı basıb yeyə bilməyəcəklər.

05.12.2021

Jurnalist Səxavət Məmməd yazır ki, rus sülhməramlıları Xankəndində rəssam Ayvazovskiyə heykəl qoyuflar, araşdırmışam Ayvazovskinin nənəsinin babası erməni oluf.


Azərbaycan xalqı çuşka kürd jurnalistikasının əlində əsir-yesir qalıb.