14.06.2022

Muxtar Respublikada Naxçıvan Dövlət Universitetinə niyə “İsaxana” deyirlər?

Kanal 13-dəki çıxışımdan sonra Naxçıvandan maraqlı mesajlar alıram.
Onlardan ən maraqlısını oxucuların diqqətinə çatdırıram.

“Salam, Heydər bəy. Sizin çıxışlarınızı daimi izləyirəm. Deyilənlərin hamısı həqiqətdir. Ancaq iməcliklər həftənin 6-cı günü keçirilir bazar günü iməclik olmur. Təsadüfi hallarda bazar günü də iməclik olur. Bütün idarə və müəssisələr 6-cı gün saat 9-dan 5-ə kimi iməclikdə olurlar. İdarə isçiləri hər gün növbə ilə gedirlər. Hər idarədən gündə 2-3 nəfər. Gunortalar 1 saatlıq fasiləni elə işlədikləri yerdə keçirirlər.
Daha bir məsələ haqqinda yazım. Siz düz deyirsiniz ki, “xan” mühüm vəzifələrə ancaq və ancaq savadsız, qabiliyyətsiz adamları təyin edir. Dəhşətlisi odur ki, hüquq mühafizə orqanlarına əsasən məhkəmə və prokurorluq orqanlarına Naxçıvan Dövlət Universitetində 2-ci təhsil alan savadsız, hüquq sahəsidən elementar biliyi olmayan gicləri təyin edir. Onlar siz deyən kimi, mütı, yaltaq və savadsız olduqları üçün “xan” nə deyirsə, onu canla başla yerinə yetirirlər. Dəhşət odur ki, gedib pul verərək Naxçıvan universitetinin Bədən tərbiyyəsi və Əmək müəllimliyi ixtisasının diplomunu alırlar. Həmin ixtisası bitirib diplom alanlar 2-ci təhsil olaraq pulla hüquq fakültəsinə daxil olurlar və 2-ci kursdan başlayaraq adları tələbə kimi gedir. 3 ildən sonra isə hüquq ixtisası üzrə diplom alıb olurlar hüquqşunas, bir necə ildən sonra məhkəmə hakimi və ya prokuror təyin olunurlar. Ancaq hüquq orqanlarında 2-3 dərəcəli vəzifələrə hüquq ixtisası üzrə yüksək balla ali məktəbi başa vuran adamları qoyurlar ki, işləri həmin savadlı aşağı isçilər görsünlər. Məhz bu səbəbdən də Naxçıvanda həmin universitetə “İsaxana” adını veriblər. Yəni İsa Həbibbəylinin bazar universiteti. Həmin ali məktəbdə, əgər ali məktəb demək mümkünsə, orta məktəbdə dərs deməyə layiq olmayan müəllimlər dərs deyirlər.
“İsaxana”da tələbələrə bilik verilmir, əksinə hazırlıqlarda mənimsədikləri biliklər də tələbələrə unutdurulur.
Səhiyyə sahəsi də bu qaydada idarə olunur. Xəstəxanalara yüksək vəzifələrə ancaq Naxçıvan “isaxana”sında Tibb ixtisasinı bitirənləri qoyurlar. Bakıda Tibb universitetini bitrənlərə isə iş verilmir ki, niyə “isaxana”nın tibb ixtisasını oxumayıbsan? Ona gorə də işsiz qalmalısan. Burda Bakı Dövlət Universitetinin hüquq fakültəsini yüksək balla daxil olub bitirənlərə də iş vermirlər. Deyirlər, get, harda oxumusam, orda özunə iş tap. Həmin savadlı hüquqşunaslar Naxçıvanı tərk edib gedirlər, orada-burada özlərinə iş axtarırlar.
Bir sözlə, Naxçıvanda mühüm vəzifələrdə işləmək üçün gərək əlində “isaxana”nın 2-ci təhsilinin donqili diplomu ola. Bütün bu yaramazliqlara gorə də insanların hüquqları vaxtaşırı tapdalanır.
Naxçıvandakı reallıqlar budur, Heydər bəy. Nə vaxta qədər bu haqsızlıqlar hökm sürəcək, bilinmir”.

Heydər Oğuz              ovqat.com

11.06.2022


“Turanın döyüşçüləri – İşığın döyüşçüləridir. Əslində elə İşığın özüdürlər. Öz müqəddəs İmperatorlarının ardınca getməklə onlar Göyün hökmünə əməl edirlər, belə ki İmperator özü də Göyün hökmünü yerinə yetirir. Müharibə metafizikası da burdan təməl götürür: düşmənlə İmperiya adından vuruşmaqla döyüşçü çoxluğun birliyinin fundamental missiyasını həyata keçirir və bununla müharibə momentində ali vəhdətin təcəssümünə çevrilir”.

Aleksandr Duqin, “Turan”
Венецианский купец и путешественник Марко Поло о Чингисхане:


«Завоевав какую-либо область, он не обижал населения, не нарушал его прав, собственности, а только сажал среди них нескольких своих людей, уходя с остальными на дальнейшие завоевания. И когда люди покоренной страны убеждались, что он надежно защищает их от всех соседей и что они не терпят никакого зла под его властью, а также, когда они видели его благородство как государя, они тогда становились преданными ему телом и душой и из бывших врагов становились его преданными слугами. Создав себе таким образом огромную массу верных людей, - массу, которая, казалось, могла бы покрыть все лицо земли, он стал думать о всемирном завоевании».

OSMANLI İMPERİYASI AVROPA ŞƏRİNƏ QARŞI


Aleksandr Duqin, “Turan”, 7-ci hissə

Bir məsələyə diqqət yetirmək lazımdır ki, Qərbi Avropa Modern epoxasına qədəm qoyduğu dövrdə Osmanlı İmperiyası yaranır (Bizans İmperiyası isə yoxa çıxır). Odur ki Osmanlı-Avropa münasibətləri Avropanın özünün modernləşməsi ilə paralel cərəyan edir. Avropanın əsas modernizasiya qütbləri isə bildiyimiz kimi İngiltərə və Fransa idi. Odur ki Osmanlı İmperiyası əvvəldən axıra ənənəvi cəmiyyət olmaqla Avropa transformasiyalarının çətin sivilizasion reallığına qatlaşır. Bu transformasiyaların semantikası ən aşağısı 2 fundamental plasta malikdir:
1)ideoloji, yəni Modernin İngiltərə və Fransadan Avropanın digər regionlarına yayılması;
2)geopolitik, yəni Avropa dövlətlərinin öz aralarında daim dəyişən güclər balansı ki, burda Osmanlı İmperiyası “modul üzrə” götürülürdü – ona konfessional və dini mahiyyət nəzərə alınmadan konkret hərbi-strateji birlik kimi baxılırdı.
Məsələ ilə bağlı nəzərə almaq lazımdır ki, Rusiya İmperiyası Avropa dövlətlərinə baxanda daha çox ənənəvi cəmiyyət idi (Avropa dövlətlərindən Avstriya-Macarıstan və alman dövlətləri Qərbi Avropa dövlətlərinə baxanda daha çox konservativ identiklərini saxlamışdılar). Bu baxımdan Türkiyə və Rusiya münasibətlərində dini faktor daha çox önəm daşıyırdı.
Modernizm-Ənənəçilik oxu münasibətlərində Avropa ilə Osmanlı arasında konflikt xristian cəmiyyətlərinin öz aralarındakı konfliktlər sxeminə uyğun şəkildə başlayaraq inkişaf etdi – necə ki bəzilərində sekulyar dünyəvi burjua-milli paradiqmaya keçid olmuşdu, bəzilərində isə yox. Odur ki mason tipli burjua nasionalizminin normativ sosial-siyasi tərkibə çevrildiyi İngiltərə və Fransa həmin strukturları ənənəvi yaşam tərzinin saxlandığı cəmiyyətlərə də ixrac etməyə başladılar - bunlar modernizasiya ocaqları vəzifəsini yerinə yetirməyə başladılar. Özü də analoji ssenari həm xristian imperiyalarına – Avstriya-Macarıstana və Rusiyaya, həm də Osmanlı xilafətinə qarşı tətbiq olundu. Hər yerdə mason gizli cəmiyyətləri millətçi antiimperial ideoloji və inqilabi hərəkatların formalaşdırılması mərkəzlərinə çevrildi. Bu sxem üzrə Avstriya-Macarıstan və Rusiya imperiyaları süquta yetirilərək dağıdıldı, ərazilərində yeni burjua sekulyar millətçi təsisatların əsasları qoyuldu. Tam eyni şəkilıdə hadisələr Osmanlı İmperiyasında da cərəyan etdi ki, milli azadlıq mübarizəsinə rəhbərlik edən mason lojaları yunanlarda, bolqarlarda və serblərdə yaradıldı. Bu ümumilikdə Cənubi Amerikanın, ondan əvvəl isə Şimali Amerikanın dekolonizasiyası strategiyasını xatırladır. Eyni zamanda İngiltərə və Fransa aktiv şəkildə ərəb millətçiliyini də gücləndirdi, burjua-sekulyar formaları ərəb cəmiyyətlərinə də yaydılar ki, onları Osmanlı İmperiyasından ayrılmağa və düşmənçilik etməyə istiqamətləndirdilər. İngiltərə və Fransa ərəb dünyasında mason lojaları ilə yanaşı türklərin hakimiyyətinə qarşı çıxan digər cərəyanlara da dəstək verdilər. Bunlar əsasən radikal ərəb islamının Əl-Vahhab kimi nümayəndələri oldu. Ümumilikdə sələfi mahiyyətində olan ərəb islamı bir çox aspektlərdə Osmanlıda olan türk islamından fundamental şəkildə fərqlənirdi. 18-ci əsrdən başlayaraq sələfilik Avropa Moderninin avanqardında dayanan ölkələr tərəfindən dəstəkləndi və istiqamətləndirildi, nəticədə antiosman siyasətində effektiv geopolitoloji instrumentə çevrildi. Biz yenə bu iki faktorun çuğlaşmasını görürük ki, heç də təsadüfi ola bilməzdi. 
İngiltərə və Fransa sivilizasion nöqteyi nəzərdən Moderni təmsil edirlər ki, ənənəvi cəmiyyətə qarşı yönəlib, yəni Avropa Loqosunun özünə qarşıdır. Nooloji nöqteyi-nəzərdən İngiltərə və Fransa qara Loqosun revanşist əks-hücumunun avanqardını, titanizmin yüksəlişini təmsil edirlər. Modernin Ənənəyə qarşı mübarizəsi Noomaxiyanın mövzusudur ki, yerli, kökənli, hind-avropalı, işıqlı, apollon-dionis Loqosu ona qarşı olan Böyük Materin titanları və qara fəlsəfəsi tərəfindən hücuma məruz qalır. Bu mənada Osmanlı İmperiyasının Turan identikliyi də Avropa Moderni üçün nooloji düşmən sayılırdı. Əslində Osmanlı Modern Avropanın ekziztensial düşməni idi.
Osmanlıya qarşı mübarizədə sələfi islamının ərəb ocaqları, xüsusən də vahhabizm Modern Avropanın dayağına çevrildi. Vahhabiliyə xristian Reformasiyasının analoqu kimi də baxmaq olar, belə ki vahhabilər “ilkin islama” qayıtmağa çağırış etdikləri kimi Avropa protestantları da “ilkin xristanlığa” qayıtmağa çağırırlar. Vahhabilərin nəzərdə tutduğu “ilkin islam” semitizmin üstünlüyü ilə fərqlənirdi, Abbasilər xiləfətinə kimi formalaşdığından unversallaşmamışdı və daha çox antitürk mahiyyəti daşıyırdı. Protestantların da xristianlığında daha çox iudaizm üstünlük təşkil edirdi, katolik universallığına onlar cəhalətə qayıdış kimi baxırdılar. Sırf praktiki geopolitik mülahizələrdən başqa biz İngiltərə və Fransa ilə ərəb sələfi dünyası arasında dərin nooloji struktur əlaqələri də görürük – həm də biz vahhabilərin “ilkin islamını” öz baza impulsunda titanik struktur kimi interpretasiya etdik. Qara Loqosun iki tam fərqli forması, tarixi, məzmunu və stili – Avropa Moderni və ərəb vahhabizmi Osmanlı İmperiyasına qarşı mübarizədə taktiki məqsədlərin məcmuəsində paralel rezonansa girdilər. Bundan başqa gənctürklərin millətçiliyi, -hansı ki Atatürkün yaratdığı yeni Türkiyə Respublikasının əsasında dururdu-, mason qruplarının və gizli cəmiyyətlərinin ətrafında qurulmuşdu, türklər üçün millətçilik, avropalaşma, modernləşmə yolu təklif edirdi.
Beləliklə Modern-Ənənə liniyasında biz Modernin qütbü və müasir (anti)Avropanın avanqardı kimi İngiltərə-Fransanın ənənəvi cəmiyyətli Osmanlı İmperiyasına qarşı fundamental müxalifətdə durduğunu görürük. Ortalığa çıxan avropalaşma tərəfdarları millətçiliyin, modernizmin, burjua-demokratik təlimlərinin və nəzəriyyələrinin dominantlıq etdiyi antiimperiya qüvvələrinə bağlı idi. Həmin konfliktin nəticəsində baş verən Osmanlı İmperiyasının süqutu Modernin Ənənə üzərində qələbəsi idi. Bütün postosman təsisatlar isə (Türkiyə Respublikasının özü qarışıq) avropalaşmanın və modernləşmənin məhsulları idi. Həm ərəb ölkələri, həm Yunanıstan, həm Balkan dövlətləri, həm də Türkiyə Respublikasının özü modernist tallassokratik Qərbin birbaşa nəzarəti altında yaradılmışlar və üzərlərində bu sivilizasion möhürü daşıyırlar. Bununla yanaşı həmin ölkələrin millətçi ideologiyaları süni şəkildə və praqmatik məqsədlər üçün özlərində olan “ənənəvi” elementlərlə də bürünmüşdülər – Balkanlarda pravoslavlıq və neovizantizm, ərəb ölkələrində islam, Türkiyənin özündə turançılıq. Əgər müasir Türkiyədə Modern-Ənənə optikasından müxtəlif faktorların balansına baxsaq, əslində kemalizmin müxtəlif versiyalarını özündə ehtiva edən aşağıdakı elementləri görərik: 
–Avropa modernizmi, Fransa və İngiltərəyə orientasiya (vesternizasiya);
–türk burjua millətçiliyi, milli dövlətin absolyutizasiyası (suverenitet, realizm);
–postosmanizm geopolitikada, mədəniyyətdə və sosial-siyasi xüsusiyyətlərdə Osmanlı İmperiyasının müəyyən davamı kimi (ekspansionizm);
–türk islamı (sünni islamının xüsusi versiyası);
–turanizm türk sivilizasiyasının dərin identikliyi kimi, türk “Dasein”inin kökü kimi.
Osmanlılar bizanslılardan onların əsas rəqiblərini də miras almışdılar: bunlar qərbdə latınlar və xüsusən də venesiyalılar, şərqdə farslar (bu dəfə Səfəvi İranı qismində), şimalda slavyanlar – Moskva Rusiyası idi (bizanslılar da əvvəllər slavyan xalqları ilə, xüsusən bolqarlar ilə toqquşmuşdular). Geopolitik təlatümlərdə Osmanlı İmperiyası Qərbi Avropanın Mərkəzi Avropa ilə qarşıdurmasında vacib oyunçuya çevrildi. Yəni modernləşmiş İngiltərənin konservativ Qabsburqlar İmperiyasına qarşı mübarizəsində ortalığa girdi. Frank-osman ittifaqları da bununla izah olunur. Digər vəziyyətlərdə isə Osmanlı modernləşdirilmiş dövlətlərlə - İngiltərə və Fransa ilə ittifaqda onların Rusiyaya qarşı koalisyon mübarizəsində iştirak etdi (1853-1856-cı illər Krım müharibəsi).
Rusiya dövləti daim Osmanlı dövləti ilə ittifaqa girmək üçün yollar aradı, bu cəhdlər həmişə İngiltərə və Fransanın müdaxiləsi sayəsində nəticəsiz qaldı. 1831-ci ildə Misir sultanı Məhəmməd Əli və onun sərkərdə oğulluğu İbrahim paşa üsyan qaldırdılar, qoşun yeridərək az qala İstanbulu tutdular. Lakin Rusiya Osmanlının köməyinə yetişərək onu məhv olmaqdan xilas etdi. Çar 1-ci Nikolayın əmri ilə rus gəmiləri Bosfora girdi və misirliləri geri oturtdu. Osmanlı ilə Rusiya arasında geopolitik alyans qurulmasına bu cür imkanlar bir neçə dəfə yaransa da hər dəfə ortalığa girən Modern Avropa bu alyansa imkan vermədi. Bu iki ənənəvi cəmiyyətlərin, iki imperiyaların birləşməsinə xırda bir işarə, xırda bir cəhd belə modernist sekulyar Qərbdə dəhşət doğururdu. Avropalılar bunda özlərinə qarşı təhlükə görürdülər. Rusiya vizantizminin baş teoretiki Konstantin Leontyev də məhz belə bir ittifaqın yaradılmasının tərəfdarı idi.
Və nəhayət, Birinci Dünya Müharibəsində Osmanlı İmperiyası Mərkəzi Avropa ölkələrinin – Almaniya və Avstriya-Macarıstanın tərəfində çıxış etdi, yəni Antantaya – İngiltərə və Fransaya, o cümlədən Rusiyaya düşmən düşərgədə yer aldı. Beləliklə Osmanlı İmperiyasının geopolitikasında biz hər cür mümkün alyanslara rast gəlirik.
Ərəb dünyası Osmanlı İmperiyasına münasibətdə kəskin müxalif mövqe tutmuşdu, türk hakimiyyətinə işğalçıların ağalığı kimi baxırdı. Ərəblər Osmanlı dövlətinin islam xarakterini şübhə altına almırdılar, amma osmanlıları yadelli ağalar kimi görürdülər. 18-ci əsrin sonunda Səudiyyə Ərəbistanının beduin əhalisi arasında vahhabizm ideyası geniş yayılmağa başladı. Vahhabizm get-gedə antiosman islam hərəkatı formasına yüksəldi. Nəticədə vahhabizm 20-ci əsrdə kral Əbduləziz əs-Səudun yaratdığı Səudiyyə Ərəbistanının rəsmi ideologiyasına çevrildi.
Misirdə 1805-ci ildə hakimiyyətə Məhəmməd Əli paşa gəldikdən sonra Osmanlı hakimiyyəti təkcə nominal şəkildə tanınırdı, mahiyyətdə isə Misirin öz daxili və xarici siyasəti formalaşmışdı. Misir ordusu ərazilərini genişləndirmək üçün müharibələr apardı, Sədiyyə vahhabiləri ilə döyüşdü, Suriya və Adana torpaqlarını zəbt etdi, ölkəyə hücum edən ingilis qoşunları ilə vuruşarkən isə məğlubiyyətə uğradı və ölkə 1882-ci ilə ingilislər tərəfindən işğal olundu.
17-ci əsrdə və 18-ci əsrin əvvəllərində İraqda yerli şeyxlər formal şəkildə türklərə tabe olsalar da praktiki olaraq onlardan müstəqil hökmranlıq edirdilər, baxmayaraq ki Bağdadda osmanlı qubernatoru otururdu. 18-ci əsrin əvvəllərində İraqı Osmanlıdan asılı olmayan məmlüklər zəbt etdilər. Məmlüklər Bəsrədən tutmuş Dəclə və Fərat sahillərinə kimi əraziləri nəzarət altına aldılar. Ərəb identikliyi və müəyyən sosial-siyasi avtonomiyalar postkolonial etapı keçən Osmanlı İmperiyasının digər ərazilərində də formalaşdı.
20-ci əsrdə Osmanlı İmperiyasının süqutundan sonra ondan qopan ərəb ərazilərində Avropa ölkələrinin aktiv iştirakı ilə müstəmləkə prinsipi əsasında yeni ərəb dövlətləri yaradıldı. Bu ölkələrdə avropalılar tərəfindən süni şəkildə yaradılmış və yönəldilən ərəb millətçliyi ilkin olaraq antitürk xarakteri daşıyırdı.
Osmanlıların Persiyaya münasibəti düşməncəsinə idi, bu sahədə Osmanlı İmperiyasına Bizansın, bir az da dərindən baxsaq Romanın, qədim Elladanın geopolitikası miras qalmışdı ki, həmin məmləkətlər İranı Şərqdə özlərinin əsas rəqibləri və konkurentləri kimi görürdülər. İran-Osmanlı münasibətləri şiəliyi İranın rəsmi dininə çevirən Səfəvi sülaləsinin hökmranlığı dövründə əlavə ölçülər aldı. O dövrdən Osmanlı ilə İran arasındalı geopolitik didişmələr konfessional xarakterə gəldi: osmanlılar sünni, iranlılar isə şiə identikliyini təmsil etdilər. Maraqlıdır ki, islamın rəqabətdə olan bu iki versiyası 16-cı əsrdən başlayaraq qeyri-ərəblər tərəfindən təmsil olunmuşdur: sünnilik türklər, şiəlik isə iranlılar tərəfindən.
Rusiya ilə Osmanlı İmperiyasının ilk əvvəllər neytral münasibətləri vardı, belə ki Bizansın süqut edib Osmanlının yarandığı dövrdə Moskva Rusiyası hələ Qızıl Ordadan yenicə qurtularaq öz dövlətçiliyini təsdiqləməkdəydi və bundan sonra da uzun müddət türklərlə toqquşması olmamışdı. 17-ci əsrdə rusların qərb istiqamətində bir sıra uğurlarından sonra Moskoviyaya gəlib gedən yunanlar belə bir fikir ortalığa atdılar ki, ruslar Çarqradın azad edilməsi barədə düşünməlidirlər, belə ki Moskva özünü dünya pravoslavlığının qalası saymaqdadır.
Rusiya və Osmanlı İmperiyasının maraqları ciddi şəkildə Böyük Pyotrun dövründə toqquşdu. Böyük Pyotr Azovdan tutmuş Qara dəniz sahillərinə və Bessarabiyaya nəzarət uğrunda rus-osmanlı müharibələrinə start verdi.
O da maraqlıdır ki, Rusiya və Osmanlı imperiyaları geopolitik düşmənlərə məhz o zaman çevrildilər ki, Rusiyada artıq modernləşmə işləri başlanmışdı və Avropa təsiri öz sözünü deyirdi. Məhz o dövrdə Rusiya özünün ilkin pravoslav-xristian köklü identikliyini rədd edir (Pyotr özü pravoslavlığı Rusiyada yarımcan hala salır), “xristianlığın” müdafiəsi problemi antitürk xarici siyasət faktoruna çevrilməyə başlayır. Axı tarixə baxsaq Moskva Rusiyasının pravoslav fundamentalizmi Çarqradın türklər tərəfindən tutulmasına qarşı çıxmamışdı, əksinə alqışlamışdı. İran Peresvetovun vəsatətlərindən də gördüyümüz kimi Moskva Rusiyası “Tur həqiqəti” ilə qürur duyurdu, Çarqradın çökməsini təmiz pravoslav dinindən imtinaya və dövlətin siyasi cəhətdən çürüməsinə görə cəza kimi qiymətləndirirdi. Avropa modernizasiyasına yönəlmiş Pyotr isə öz evində pravoslav identikliyinin başına min oyun açdığı halda Osmanlı İmperiyası ilə münasibətlərə gələndə müsəlmanara qarşı “din keşikçisinə” çevrilir! Ola bilər bu Rusiya dövlətinin artmaqda olan obyektiv geopolitik maraqlarını pərdələmək üçün bəhanə idi. Amma digər tərəfdən bu tam olaraq Modern-Ənənə liniyası qarşıdurması strategiyasına uyğun gəlir. Düzdür, Pyotr Moderni daha çox üzdə imitasiya edirdi, amma əsas odur ki Pyotrun və onun ardıcıllarının moderləşdirdiyi və avropalaşdırdığı Rusiya Osmanlı İmperiyasının ənənəvi cəmiyyəti ilə silsilə müharibələrə başlayır. Özü də bunu “xristian dini” yolunda etdiyini bildirir, halbuki Rusiyanın özündə modernləşmə logikasına tam uyğun olaraq dini rədd etmə baş verirdi.
Pyotrun varislərinin 18-19-cu əsrlərdə davam etdirdikləri rus-osmanlı müharibələri nəticəsində osmanlılar Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda nəzarəti itirirlər. Rusiya isə özünün cənub ekspansiyasının geopolitik məqsədlərinə sıx şəkildə qatılır - isti dənizlərə çıxış əldə etməyə çalışır ki, buna da Qərbi Avropanın tallassokratik ölkələri olan İngiltərə və Fransa var-gücləri ilə müqavimət göstərirlər. Rusiya hər dəfə Osmanlı üzərində həlledici qələbəyə yaxınlaşanda, ya da Osmanlı ilə uğurlu və hər iki tərəfə xeyirli strateji ittifaq sazişi imzalamaq ərəfəsinə gələndə Qərb dövlətləri aktiv şəkildə araya girirlər, bu prosesə müdaxilə edərək inisiativi effektiv və inadlı şəkildə pozurlar. Oərb hər dəfə müxtəlif üsullarla müdaxilə edərək kontinental Rusiyanın yüksəlməsinin, Turan-Avrasiya rus-türk imperiya blokunun yaradılmasının qarşısını alır. Rus teoretiki Konstantin Leontyev də məhz Qərbin Modern cəmiyyətlərinə qarşı olan belə müştərək ənənəvi sivilizasiyaya əsaslanan vahid blokun yaradılmasını istəyirdi.
20-ci əsrdə rus-türk alyansı ideyasının vacibliyi avrasiyaçılar və kontinental məktəbin geopolitikləri tərəfindən əsaslı şəkildə araşdırılmışdır. Onlar vahid Avrasiya kökləri üzərində dayanaraq həm Rusiyada, həm də Türkiyədə olan telluokratik orierntasiyaların oxşarlığını yüksək qiymətləndirmişlər.

OSMANLI HAQQINDA “TUR HƏQİQƏTİ”: TÜRKLƏR İSTANBULU İŞĞAL ETMƏDİLƏR, AZAD ETDİLƏR


Aleksandr Duqin, “Turan”, 6-cı hissə

Osmanlı dövlətinin findamentini türk-pravoslav qardaşlığı qoymuşdur.
Tarixçilər bildirirlər ki, Konstantinopolun türklər tərəfindən fəthi yerli xalqlar tərəfindən faciə kimi qarşılanmışdır. Bizans İmperiyasının əsas pravoslav xalqları olan yunanlar, bolqarlar və serblər türklərdən asılı hala düşdülər ki, bu da tarixçilər tərəfindən sırf siyasi-dini fəlakət, bəd esxatoloji akkord kimi səciyyələndirilir. Roma İmperiyasının paytaxtı Konstantinopolun süqutundan sonra pravoslav dünyasında Moskvanın dünya pravoslavlarının paytaxtı kimi meydana girməsi ideologeması da meydana çıxdı: Moskva – Üçüncü Rim. Pravoslav yunanların katolik uniyasına etiraz etmələri qüdrətli pravoslav dövləti olan Moskva Rusiyasını məcbur etdi ki, Konstantinopolun süqutu ilə bağlı meydana çıxan çağırışlara cavab olaraq yeni tarixi-dini və siyasi cavablar axtarsın.
Çar İvan Qroznının dövründə rus Çarının statusunun Bizans İmperiyasının varisi kimi fiksasiyası və Moskva Rusiyasının Üçüncü Rim kimi formal təsdiqlənməsi baş verdi. Lakin maraqlıdır ki, elə həmin dövrdə İvan Peresvetov adlı müəllifin xalqa müraciəti meydana çıxdı. Bəzi tarixçilər İvan Peresvetovun elə çar İvan Qroznının özü olduğunu, bu mətni elə çarın özünün yazdığını bildirirlər.
İvan Peresvetov Konstantinopolun türklər tərəfindən fəthinə tam fərqli, qeyri-adi və gözlənilməz qiymət verirdi.
Peresvetov “Tur həqiqəti” deyilən həqiqəti açır, əsl adı Çarqrad olan, pravoslavların qədim şəhəri Konstantinopolun süqutunun əslində əhalinin pravoslav dinindən dönməsi və dövlətin siyasi cəhətdən çürüməsi ilə bağlı Allahın cəzası olduğunu bəyan edirdi.
Peresvetovun müraciətindən türklərin Konstantinopolu tutmaqla pravoslavları məhv etdikləri yox, xilas etdikləri aydınlaşırdı.
Peresvetov osmanlıların qələbəsini və bizanslıların məğlubiyyətini sonuncuların pravoslavlıqdan üz döndərmələri, pozğunluğun və korrupsiyanın baş alıb getməsi, yunan idarəçiliyinin daha effektiv olmaması ilə izah edirdi. O bildirirdi ki, siyasi idarəetmənin türk modeli yunan modelinə baxanda daha mükəmməldir, ədalətlidir və işləkdir. O Mehmed sultanı müdrik filosof adlandıraraq pozğun və korrupsiyalaşmış aristokratiya ilə əhatələnmiş iradəsiz və bivec imperator Konstantindən qat-qat üstün olmasını göstərirdi. O öz baxışını “Tur həqiqəti” adlandırırdı: onun fikrincə osmanlıların uğuru məhz idarəçiliklərindəki ədalətlə - “həqiqətlə” izah olunmalıdır.
Qeyd edək ki, bizanslıların pravoslavlıqdan üz döndərmələri Moskva – Üçüncü Rim teoriyasının rəsmi versiyasında da göstərilirdi ki, bizansllar Florensiya Uniyasının arxasınca getdilər, pravoslavlığı satdılar və buna görə də müsəlmanlar tərəfindən cəzalandırıldılar.
Peresvetov “Tur həqiqətini” izah edərkən danışırdı ki, sultan igidləri, düzləri, sədaqətliləri və ləyaqətliləri yüksəldir, rüşvəti yaxın buraxmır, hakimiyyətə bütün dinlərdən və etnoslardan olan adamları qoyur, öz şan-şöhrətinin və şəxsi maraqlarının yox, ilk növbədə dövlətçiliyin qayğısına qalır, adi əsgərləri ilə səfərlərə çıxaraq döyüşlərdə iştirak edir. Əslində İvan Qroznının özü olduğu güman edilən müəllif osmanlı paradiqmasında Turan idarəçiliyi görürdü, hind-avropa İmperiyası formulunun mahiyyətini üzə çıxarırdı: sərt mərkəzləşdirmə, hərbi aristokratiyanın cəsur və güclü əsgərlər içindən seçilməsi, etno-dini müxtəlifliyə fərq qoymadan hərtərəfli dözümlülük, dövlətin ordu kimi qurulması. Müəllif göstərirdi ki, belə “Tur həqiqətinin” mənbəsi və məramı Allah özüdür. Ona görə də müəllif bu fikrə gəlmişdi ki, Mehmed sultan elə gizli xristiandır ki var. Çünki o elə bir yol gedir ki, xristian çarı məhz o yolu getməlidir. Mehmed sultan da ona görə müdrik filosofdur ki, xristian kitablarını oxudu, İsa Peyğəmbərin nəsihətlərinə əməl etdi. Peresvetovun fikrincə belə “Tur həqiqətinə” qarşı kontrastına görə “yunan ikiüzlüyü” dururdu: rüşvət, ifrat dəbdəbə, yüksək dövlət postlarına adamları şəxsi keyfiyyətlərinə görə deyil, aristokrat tayfalardan olmalarına görə götürmək - bax bunlar da Bizans dövlətinin axırını gətirdi.
“Tur həqiqətini” İvan Qroznı dövlət proqramına çevrildi (qeyd edək ki, Qroznının anası Yelena Qlinskaya Krım xanı, etnik türk Mamayın soyundan idi). Bu yanaşma İvan Qroznının yaratdığı opriçnik ordusunda da özünü göstərdi ki, imperiya tipi ordu təşkilatı olması ilə osmanlı ordusunu xatırladırdı.
Peresvetov bildirirdi ki, rus çarında “Tur həqiqəti” pravoslav inamı ilə uzlaşmalıdır.
Görünən odur ki, məhz 15-ci əsrin ikinci yarısından Moskva dövləti qəti və birmənalı şəkildə tam Turan dövlətinə çevrilir, Çingizxanın İmperiyasını yenidən yaratmağa başlayır. Bu osmanlılarda müşahidə olunan Turan başlanğıcının (“Tur həqiqətinin”) əldə silah edilməsi sayəsində baş verir.
Beləliklə rus çarının və onun ideoloqunun “Tur həqiqətini” qavraması sayəsində Turan əhdinin qayıdışı gerçəkləşir. Bu əmanət hind-avropalılardan altaylar, xüsusən də türk-osmanlılar vasitəsilə yenidən slavyanlara çatdırılır ki, sonuncular Turan Loqosunun ilkin missiyasını öz istorialları strukturunda dərk edirlər.
Peresvetov belə deyirdi ki, əgər bizanslıların “xristian inamında Tur həqiqəti də olsaydı, onlarla mələklərin özləri söhbət edərdilər”.
Konstantinopolu tutduqdan sonra osmanlılar geopolitik Bizans İmperiyasını yenidən yaratmağa başladılar ki, bura həm pravoslavların inteqrasiyası, həm də islamın dirçəlişindən sonra itirilmiş Yaxın Şərq və Şimali Afrika torpaqlarının da qaytarılması daxil idi. Amma bu dəfə fəthlər dalğası Ərəb xilafətində olduğu kimi cənubdan şimala deyil, geri istiqamətə - mərkəzi Roma paytaxtı Konstantinopol olmaqla şimaldan cənuba baş aldı. Bu cəhətdən osmanlı sultanlarının hakimiyyəti olduqca maraqlı fenomendir. 
Dini faktoru və idarəedici elitanın etnik tərkibini (yunanların, slavyanların, farsların və s. daxil olduğu müxtəlif xalqlardan təşkil olunmuşdu) bir kənara qoysaq, biz ilk baxışda Bizansın, demək Romanın dirçəlişini görürük. 2-ci Mehmed Fatehin nəvəsi 1-ci Səlimin dövründə Yaxın Şərq və Şimali Afrika, o cümlədən Ərəbistan özü Konstantinopolun hakimiyyəti altına düşür, yəni Avropa paytaxtına tabe olur. Regionda ərəb (semit) Cənubu deyil, turan Şimali dominant gücə çevrilir. Odur ki Osmanlı İmperiyasına Bizans İmperiyasının birbaşa varisi kimi baxmaq tendensiyası da vardır. Bəzi tarixçilər bildirirlər ki, hətta 2-ci Mehmed pravoslavlığa keçmək istəyirdi ki, türkləri əsl bizanslı eləsin. Düzdür bu baş vermədi, amma bizans yunanlarının çoxu anlaqlı və könüllü şəkildə Osmanlı dövlətinə xidmətə getdilər ki, bu da dövlətin çiçəklənməsinə, möhkəmlənməsinə və qüdrətlənməsinə mühüm töhfələr verdi.
Müasir yunan geopolitiki Dimitris Kiçikis pravoslav yunanların türklərə dəstəyinin və Osmanlı İmperiyası quruculuğunda yaxından iştiraklarının izahını aydın şəkildə verir. Kiçikis öz tədqiqatlarında göstərir ki, türklər Konstantinopolu götürəndə şəhər işğal altında idi və yerli əhali yadellilərin zülmü altında inildəyirdi. Əslində türklər tərəfindən zəbt olunan zaman Konstantinopol onun həqiqi sahiblərinin – pravoslavların əlində olmayıb, genuyalıların və venesiyalıların, yəni anqlosakson katoliklərin əlində olub. Kiçikis yazır: “Konstantinopolun 1204-cü il franklar tərəfindən işğalı ilə Mistra və Trapezundun 1453-1461-ci illər arasında osmanlılar tərəfindən tutulması arasındakı dövrdə bizanslılar 2 düşərgəyə bölünmüşdülər – latın tərəfdarları və türk tərəfdarları. 1081-ci ildən etibarən Bizans imperiyası frankların müstəmləkə zülmü altında qalmışdı. Onun sakinləri daha dənizdə üzmürdülər və quruda hərəkət etmirdilər. Ticarətdən gələn bütün qazanclar xarici tacirlərin cibinə axırdı. Bunlar da əsasən venesiyalılar və genuyalılar idilər ki, eksterritorial hüquqlarla Bizans şəhərlərinin xüsusi təminatlı məhəllərində yaşayırdılar. Latınlar tərəfindən edilən belə iqtisadi istismar və pravoslav kilsəsindən tam tabeçilik tələb edən Romanın dini dözümsüzlüyü qarşısında zor gücü ilə tam latınlaşdırılacağını görən xalq üçün türklərin gəlişi yaranmış vəziyyətdən çıxış yolu kimi görünürdü”.
Bizansda türk tərəfdarları partiyasına xalq kütlələri dəstək verdilər ki, torpaq aristokratiyasının ağalığının güclənməsindən sonra acınacaqlı hala düşmüşdülər. Sosial krizisdən başqa dini krizis də vardı. Nəhəng monastır mülklərində kəndliləri istismar edib qul kimi işlədirdilər. Din xadimlərinin çoxu var-dövlət eşqi ilə alışıb yanırdılar, pozğun həyat tərzi sürürdülər, monaxlar isə ibadətxanalara məşuqələrini gətirirdilər. Xristian dininə etinasızlıq yaranmışdı. Türklər imperiyadakı bu cür ikiqat sosial-mənəvi krizisi görürdülər. Belə bir şəraitdə türklərin Konstantinopolu götürməsinə və Bizans məmləkətinə yiyələnməsinə yerli xalqlar özləri xeyir-dua verdilər.
Türklərin özlərini xarici səyahətçilər 15-ci əsrin birinci yarısında o dərəcədə yüksək mənəviyyatlı adamlar hesab edirdilər ki, “türk” adı sosial ədalətə can atan xeyirverən insanın sinoniminə çevrilmişdi. Nəticədə həm yunanlar, həm də türklər Bizansın osmanlılar tərəfindən götürülməsinə Allahın qisməti kimi yanaşmağa başladılar.
Beləliklə osmanlılar Konstantinopolu zəbt etməmişlər, yerli xalqların razılığı ilə götürmüşlər. Katolik zülmündən bezən pravoslavlar Konstantinopolun fəthindən sonra nəinki türklərə qarşı çıxdılar, əksinə onlara dəstək verdilər. İlkin Osmanlı dövləti elə türk-pravoslav dövləti olmuşdur. Fənərlilər – Konstantinopolun mərkəzində Fənər rayonunda yaşayan pravoslav yunanlara deyilirdi ki, onlar Osmanlı dövlətinin elitası sayılırdılar. Ümumdünya Pravoslavları Patriarxının rezidensiyası da bu rayonda yerləşirdi və Osmanlı dövlətinin himayəsi altında idi. Pravoslav ictimai-siyasi və din xadimləri Osmanlı sultanına sığınmışdılar. İoann 8-ci Paleoloqun katoliklərlə uniya bağlamaq üçün Florensiyaya 1439-cu il səfəri zamanı onu məsləhətçi qismində müşayiət edən 4 məşhur filosofdan 3-ü ordan geri türkmeylli qayıtdılar və Osmanlı hakimiyyətinə üz tutdular. Katoliklərlə uniya imzalanmasına qarşı çıxan Georgi Sxolariy Konstantinopolun fəthindən sonra 2-ci Mehmed tərəfindən Ümumdünya Patriarxı təyin olundu. Trapezund imperatorunun islamla siyası yaxınlaşma yolları axtaran kamerqeri Georgi Amirutsi 1461-ci ildə imperatoru Trapezundu könüllü şəkildə 2-ci Mehmedə verməyə inandıra bildi, sonra isə sultanın yanında xidmətə götürüldü və onun ən yaxın adamlarından birinə çevrildi. Georgi Amirutsinin islamı qəbul etmiş oğlu sultan tərəfindən nazir postuna təyin olundu. 1453-cü ilə kimi İtaliyaya gəlmiş Georgi Trapezundski Konstantinopolun fəthindən iki ay sonra 2-ci Mehmedə məktub göndərərək türk və yunan xalqlarını siyasi cəhətdən birləşdirməsini xahiş etdi. Beləcə latınmeyllilərin Qərblə ittifaqa olan bütün ümidləri puça çıxdı və türklərin yolu açıldı. Xalq latınları yox, türkləri dəstəklədi. Konstantinopolu tutduqdan sonra 2-ci Mehmed kilsənin arzusunu yerinə yetirərək pravoslav xalqını öz himayəsi altında bir yerə yığdı (11-ci əsrdə İmperiya qurulandan sonra bir neçə yerə - latınların, serblərin, bolqarların, türklərin yaratdırdıqları dövlətlərə bölünmüşdülər).
Georgi Trapezundski ellinizmlə türkizmin vəhdətinin və qarşılıqlı əlaqəsinin region üçün vacıbliyinə əsaslanaraq Türk-Yunan siyasi birliyi proyekti hazırladı. 2-ci Mehmed Fatehin Konstantinopola daxil olmasının səhəri günü Georgi Trapezundski ona 2 məktub göndərərək sultana gerbində ikibaşlı qartal olan türk-yunan dövləti yaratmağı məsləhət verdi. Konstantinopolun fəthindən iki ay sonra isə o “Xristian inamının həqiqəti barədə” adlı araşdırma hazırlayaraq sultana göndərdi. Bu araşdırmada o sübuta yetirirdi ki, islam və xristianlıq o qədər də prinsipial fərqlərə malik deyillər və sultan hər iki dindən olanları bərabərlik əsasında bir skipetr altında birləşdirməlidir. 2-ci Mehmed də öz növbəsində regionun layiqli imperatoru olmaqla pravoslav kilsəsinə ilk əvvəldən türk-ellin birgə hökmranlığının fundamentini təşkil edən və düz 19-cü əsrə kimi get-gedə artan imtiyazlar verdi.
Varisi olduğu Bizans İmperiyası qismində mövqeyinə görə Aralıq regionu ölkəsi olmaqla elə özünün qərbdəki Vena və şərqdəki Pekin analoqları kimi Osmanlı imperiyası da ümumdünya mahiyyətinə malik idi.
Bu dövlətin ümumbəşəri məna daşıdığını Georgi Trapezundski də 1466-cı ildə 2-ci Mehmed Fatehə yazdığı məktubunda göstərirdi: “Heç kəsin şübhəsi yoxdur ki, siz hüquqi cəhətcə romalıların imperatorusunuz. Həqiqilikdə imperator o adam sayılır ki, qanunla imperiya taxt-tacinin sahibi olsun. Roma İmperiyasının taxt-tacı isə Konstantinopoldur. Məntiqlə kim bu şəhərin sahibidir, o da imperatordur. Sən qılıncınla fəth etdiyin taxt-tacın insanların adından deyil, Allah tərəfindən sahibisən: demək sən elə romalıların qanuni imperatorusan. Və kim ki romalıların imperatorudur – o bütün dünyanın imperatorudur”. Bu namədə osmanlı sivilizasiyasının xüsusi missiyası aydın şəkildə ifadə olunub.
Tarixçilər Konstantinopoldakı Müqəddəs Sofiya Məbədinin məscidə çevrilməsinə pis hal kimi baxırlar. Onlar həmin məsələni müzakirə edərkən bunu qalibin məğlub edilən üzərində kobud dini zorakılıq aktı kimi səciyyələndirirlər. Elə müsəlmanlar özləri də bu işə yaxşı yanaşmırlar. Belə ki müsəlmanların nəzərində xristianlar da kitab əhlidirlər və onların ziyarətgahlarının təhqir edilməsi Qurana zidd sayılır. Məscidlər ayrıca tikilməlidir, minarələri isə kilsələrin günbəzlərindən uca olmalıdır ki, islamın üstünlüyü ifadə olunsun. Həm də kilsənin məscidə çevrilməsi islamı xristianlıqla eyniləşdirmək mənasına gəlir ki, bununla islamın mahiyyəti bir növ “aşağı salınır”. Beləliklə osmanlıların bu jesti nə müsəlmanlar, nə də xristanlar tərəfindən başa düşülür. Əslində isə bu məsələnin mahiyyəti tam fərqlidir. Türklərin din anlamında əsas tərəfi dini sinkretizm tutur. Türklər üçün müqəddəs məkan elə müqəddəs məkandır – o necə qurulub və onda hansı tanrıya ibadət edirlər, bu ikinci dərəcəli əhəmiyyət daşıyır. Türklər bu jestləri ilə bir daha bütün dünyaya mənəvi sivilizasiyanın varisləri olduqlarını göstərdilər. Sübut etdilər ki, Bizans irsinin layiqli davamçılarıdır. Onlar başqalarının bunu necə qəbul edəcəyinə fikir də vermədən bunu etdilər. Bəli, bu yad dindən olanların müqəddəs məkanını təhqir etmək deyil, bu teoloji cəhətdən səmimi, türk təfəkkürü kontekstində tam başa düşülən sinkretik bir gedişdir.
Analoji sinkretizmi biz yeniçərilərdə görürük ki, Osmanlı dövlətində ən nüfuzlu sufi ordeni olan bektaşilərin qollarından idi və dövlətin həyatında vacib sosial-siyasi rol oynadılar. Yeniçərilər əsasən xristian ailələrindən seçilirdilər. Onları uşaq yaşlarından götürüb tərbiyələndirirdilər və spesifik dini məzmunlu dövlətçilik ideyasının daşıyıcılarına çevirirdilər ki, bu məzmunda sufi islamı ekstatik praktikalar daxil olmaqla xristian monaxlığının bəzi asketik formaları ilə çuğlaşırdı. Onların analoqları Orta Asiya türklərində olan qulamlar və Səfəfilərdə olan qızılbaşlar idi. Sufi döyüşçüləri olan yeniçərilər osmanlı ordusunda hələ 1365-ci ildən, Konstantinopol alınmamışdan qabaq döyüş bölmələrindən biri kimi meydana çıxmışdılar və 1826-ci ildə, Osmanlının qürubu dövründə ləğv olundular. İmperiyanın bir çox dövrlərində yeniçərilərin rolu həlledici oldu. Onlar nəinki sultanın seçmə və sadiq qoşununu təşkil edirdilər, həm də osmanlı elitasının ali administrativ kadrları üçün mənbə rolu oynayırdılar. Yeniçəri ordusuna yalnız qeyri-türk ailələrə məxsus uşaqlar düşürdü. Bu yolla sultanlar “Tur həqiqətini” təsdiqləməyə və möhkəmlətməyə çalışırdılar: klan, ailə və korrupsiya strategiyalarından qaçırdılar ki, bu hallar ali hakimiyyəti laxladır və şəxsi maraqları dövlət maraqlarından yüksəyə qoya bilir. Türk yeniçəriləri ilə rus opriçnikləri arasında da paralellər aydın görünür. Yeniçəriləri “Portanın qulları” adlandırırdılar ki, bu da onların sırf İmperiyaya sədaqətli olmalarının göstəricisi idi. Yeniçərilər ordenində dini sufi ayinlər sıx şəkildə İmperiyanın metafizikası ilə onun iki versiyasında – bizans-xristian və turan versiyalarında birləşirdi. Hərb sənətindən başqa yeniçərilər xəttatlığı, hüququ, ilahiyyatı, ədəbiyyatı və dilləri öyrənirdilər.
Beləliklə Osmanlı İmperiyasında dominantlıq edən islam əvvəlki ərəb xilafətlərindəki islamdan bir çox fərqliliklərə malikdir. Ərəb xilafəti ilə Türk xilafəti arasındakı bu köklü fərqliliklər elə nominal şəkildə Abbasilər sülaləsinin sonuna qədər mövcud olmuşdur. Türk xilafəti dövründə isə Abbasilər dövründən yığılıb qalmış sintetik və universal cizgilər ön planda qabarmışdır. Nəticədə xüsusi sivilizasiya fenomeni olan türk islamı, yaxud osmanlı islamı meydana çıxmışdır.
Konstantinopolun fəthindən sonra türk-pravoslav qardaşlığının katolik Avropaya qarşı yeni müzəffər erası başlandı.

“Rusiya dövləti daim Osmanlı dövləti ilə ittifaqa girmək üçün yollar aradı, bu cəhdlər həmişə İngiltərə və Fransanın müdaxiləsi sayəsində nəticəsiz qaldı. 1831-ci ildə Misir sultanı Məhəmməd Əli və onun sərkərdə oğulluğu İbrahim paşa üsyan qaldırdılar, qoşun yeridərək az qala İstanbulu tutdular. Lakin Rusiya Osmanlının köməyinə yetişərək onu məhv olmaqdan xilas etdi. Çar 1-ci Nikolayın əmri ilə rus gəmiləri Bosfora girdi və misirliləri geri oturtdu. Osmanlı ilə Rusiya arasında geopolitik alyans qurulmasına bu cür imkanlar bir neçə dəfə yaransa da hər dəfə ortalığa girən Modern Avropa bu alyansa imkan vermədi. Bu iki ənənəvi cəmiyyətlərin, iki imperiyaların birləşməsinə xırda bir işarə, xırda bir cəhd belə modernist sekulyar Qərbdə dəhşət doğururdu. Avropalılar bunda özlərinə qarşı təhlükə görürdülər. Rusiya vizantizminin baş teoretiki Konstantin Leontyev də məhz belə bir ittifaqın yaradılmasının tərəfdarı idi.
Rusiya hər dəfə Osmanlı ilə uğurlu və hər iki tərəfə xeyirli strateji ittifaq sazişi imzalamaq ərəfəsinə gələndə Qərb dövlətləri aktiv şəkildə araya girdilər, bu prosesə müdaxilə edərək inisiativi effektiv və inadlı şəkildə pozdular. Oərb hər dəfə müxtəlif üsullarla müdaxilə edərək kontinental Turan-Avrasiya rus-türk imperiya blokunun yaradılmasının qarşısını aldı. Konstantin Leontyev məhz Qərbin Modern cəmiyyətlərinə qarşı olan belə müştərək ənənəvi sivilizasiyaya əsaslanan vahid blokun yaradılmasını istəyirdi.
20-ci əsrdə rus-türk alyansı ideyasının vacibliyi avrasiyaçılar və kontinental məktəbin geopolitikləri tərəfindən əsaslı şəkildə araşdırılmışdır. Onlar vahid Avrasiya kökləri üzərində dayanaraq həm Rusiyada, həm də Türkiyədə olan telluokratik orierntasiyaların oxşarlığını yüksək qiymətləndirmişlər”.

Aleksandr Duqin, "Turan"
Aleksandr Duqin, “Turan”


“Tarixçilər Konstantinopoldakı Müqəddəs Sofiya Məbədinin məscidə çevrilməsinə pis hal kimi baxırlar. Onlar həmin məsələni müzakirə edərkən bunu qalibin məğlub edilən üzərində kobud dini zorakılıq aktı kimi səciyyələndirirlər. Elə müsəlmanlar özləri də bu işə yaxşı yanaşmırlar. Belə ki müsəlmanların nəzərində xristianlar da kitab əhlidirlər və onların ziyarətgahlarının təhqir edilməsi Qurana zidd sayılır. Məscidlər ayrıca tikilməlidir, minarələri isə kilsələrin günbəzlərindən uca olmalıdır ki, islamın üstünlüyü ifadə olunsun. Həm də kilsənin məscidə çevrilməsi islamı xristianlıqla eyniləşdirmək mənasına gəlir ki, bununla islamın mahiyyəti bir növ “aşağı salınır”. Beləliklə osmanlıların bu jesti nə müsəlmanlar, nə də xristanlar tərəfindən başa düşülür. Əslində isə bu məsələnin mahiyyəti tam fərqlidir. Türklərin din anlamında əsas tərəfi dini sinkretizm tutur. Türklər üçün müqəddəs məkan elə müqəddəs məkandır – o necə qurulub və onda hansı tanrıya ibadət edirlər, bu ikinci dərəcəli əhəmiyyət daşıyır. Türklər bu jestləri ilə bir daha bütün dünyaya mənəvi sivilizasiyanın varisləri olduqlarını göstərdilər. Sübut etdilər ki, Bizans irsinin layiqli davamçılarıdır. Onlar başqalarının bunu necə qəbul edəcəyinə fikir də vermədən bunu etdilər. Bəli, bu yad dindən olanların müqəddəs məkanını təhqir etmək deyil, bu teoloji cəhətdən səmimi, türk təfəkkürü kontekstində tam başa düşülən sinkretik bir gedişdir”.

08.06.2022


“Türk mədəniyyət stili hind-avropa stili ilə çox eyniliklərə malikdir: hərbi dəyərlər, sərt patriarxat, qəhrəmanlıq, müqəddəs imperator, göy dünyasına orientasiya və vertikal simmetriyalar, ulu İmperiya idealını (“əbədi el” – “əbədi Rim”, hansı ki aralarındakı paralelləri hər ikisinin qurucusu olan müqəddəs qurd obrazında da görmək olur) yüksəldən sonsuz iradə və s. Türk tenqriliyinə və onunla bağlı vertikal şamanizmə qədim Turan inamlarının versiyası kimi baxmaq olar ki, digər patriarxal günəşli olimpiya sivilizasiyalarının, xüsusən də Avropa sivilizasiyalarının əsasına oturduqlarına görə qohum idilər. Bununla yanaşı türklər həmin günəşli mirası elə bir neçə min qabaq qəhrəman günəşli Aralıq Dənizi Loqosu qurucularının nəşət götürdükləri mənbələrdən almışdılar”.

Aleksandr Duqin, “Turan”

“Rus-türk birliyinin öz məxsusi tarixi çalarları vardır. Hərbi-siyası mənada aktivliyi ilə fərqlənən Oğuz dövləti dəfələrlə Kiyev Rusu ilə hərbi ittifaqa girdi. Oğuzlar ruslarla ittifaqda Ural və Volqa çayları arasında peçenqləri (kanqlıları) məğlub etdilər. 965-ci ildə oğuzlar Kiyev knyazı Svyatoslav ilə birləşib xəzərlərin üstünə getdilər ki, nəticədə Xəzər xaqanlığı darmadağın edildi. 985-ci ildə oğuzlar yenidən Rus ilə ittifaq bağladılar, bu dəfə Kiyev knyazı Vladimir ilə Volqa bulqarlarına qarşı birləşdilər”.

Aleksandr Duqin, “Turan”

06.06.2022

России необходимо вмешиваться во внутриполитические процессы в странах бывшего СССР

"России необходимо вмешиваться во внутриполитические процессы в странах постсоветского пространства, поддерживать пророссийские силы и гуманитарным, сетевым способом влиять на ситуацию. Все последние, как минимум, три десятилетия Россия придерживалась принципа невмешательства во внутриполитические процессы постсоветских стран. И вот мы видим, к чему это привело на постсоветском пространстве в целом, и на Украине, в частности. Невмешательство России означает карт-бланш для политтехнологов Запада, для либералов и глобалистов, которые еще как вмешиваются, полностью переформатируя внутриполитические процессы во всех государствах под себя. Поэтому нам не то что нужно, а просто необходимо вмешиваться во внутриполитические процессы, поддерживать пророссийские силы и гуманитарным, сетевым способом влиять на ситуацию. Уже горит. Потому что альтернативой этому является специальная военная операция, которая в разы дороже".

Директор Центра геополитических экспертиз Валерий Коровин

Коровин: России необходимо вмешиваться во внутриполитические процессы в странах бывшего СССР


России необходимо вмешиваться во внутриполитические процессы в странах постсоветского пространства, поддерживать пророссийские силы и гуманитарным, сетевым способом влиять на ситуацию. Об этом Федеральному агентству новостей заявил директор Центра геополитических экспертиз Валерий Коровин, комментируя ситуацию вокруг бывшего президента Молдавии Игоря Додона, которому грозит 20 лет лишения свободы.
«Я надеюсь, что российское руководство не оставит без внимания данную ситуацию, — сказал Коровин. — Потому что все последние, как минимум, три десятилетия Россия придерживалась принципа невмешательства во внутриполитические процессы постсоветских стран. И вот мы видим, к чему это привело на постсоветском пространстве в целом, и на Украине, в частности».
По мнению эксперта, невмешательство России означает карт-бланш для политтехнологов Запада, для либералов и глобалистов, которые еще как вмешиваются, полностью переформатируя внутриполитические процессы во всех государствах под себя.
«Поэтому нам не то что нужно, а просто необходимо вмешиваться во внутриполитические процессы, поддерживать пророссийские силы и гуманитарным, сетевым способом влиять на ситуацию. Уже горит. Потому что альтернативой этому является специальная военная операция, которая в разы дороже», — подытожил Валерий Коровин.
Напомним, что бывший президент Молдавии Игорь Додон был задержан 24 мая 2022 года в день рождения действующего президента страны Майи Санду, которая на свое 50-летие отправилась в США.
Обыски дома и на рабочем месте Додона продолжались 11 часов. Ему инкриминируется сразу четыре статьи: незаконное обогащение, финансирование политической партии со стороны криминальной организации и измена Родине. И хотя на данный момент он находится по домашним арестом, Додон может быть приговорен к 20 годам лишения свободы.
31 мая апелляционная палата Кишинева рассмотрел жалобы обвинения и защиты на домашний арест экс-президента страны и оставил данное решение без изменения.
Игорь Додон занимал должность президента Республики Молдова с 2016 по 2020 год, последовательно реализуя курс на укрепление суверенитета страны, а также на налаживание взаимовыгодных партнерских отношений с Россией. /riafan.ru/

“Türk Loqosu İkinci Türküt Xaqanlığı dövründə və kontekstində, o cümlədən əvvəlki dağılmış İmperiyanın şərq hissəsində, Xalxa rayonunda daha tam formulada təcəssüm etdi. Türk Loqosu konseptual və territorial olaraq (hansı ki Avrasiyasının geosof strukturu üçün olduqca vacibdir) digər möhtəşəm çöl imperiyasının ocağını vurğulandırır ki, taleyinə bu zonadan yaranmaq yazılmışdı. Düzdür, bu imperiyanın əsasında türk yox, monqol tayfası dururdu, di gəl ki özünün absolyut, ekzistensial və ideoloji orientirinə türklərdəki kimi imperiya köçəri metafizikasını, etikasını və inamını çevirmişdi. Biz Çingizxanı və onun dünya İmperiyasını nəzərdə tuturuq. Bu İmperiyanın əsasında türküt Loqosunun ali horizontu ilə hətta oxşar da deyil, tam eyni olan, üst-üstə düşən ideya durur. Bu ona görə təəccüblü deyil ki, Çingizxanın dövründə türklər etnik mənada imperiyanın əsasını təşkil edirdilər, baxmayaraq ki siyasi idarəedici elita monqollar idi. Göytürklərlə paralel olaraq qərbdə və şimalda digər türk dövlətləri də yarandı: şimalda qırğızların xanlığı, qərbdə Uyğur Xaqanlığı (744-847) göytürklərin əsas rəqibi olan Türkeş Xaqanlığı (698-766), o cümlədən Orta Asiyanın geniş ərazilərinə nəzarət edən qüdrətli karluq və basmıl tayfaları. Onlar hamısı türkütərin düşməni, rəqibi idilər və onların məhvinə bais oldular. Bir məsələyə diqqət yetirmək lazımdır ki, tipoloji cəhətdən teleslərə yaxın olan bu türk xalqlarında köçəri hərbi cəmiyyətin türk paradiqması vacib bir komponentdən mərhum idi: mərkəzləşməyə orientasiya etmirdilər, xaqan hakimiyyətini və universal İmperiya quruculuğunu absolyutlaşdırmırdılar – bütün bunlar təkcə türkütlərə xas idi. Bu fərqlənmə onlara Birinci Xaqanlığı yaratmağa və İkinci Xaqanlıq (Tonyukuk) dövründə şanlı keçmişi və imperativ gələcəyi müəyyənləşdirən sivilizasiya identikliyini qavramağa imkan verdi. Türkütlərdən başqa qalan türklərin çoxunda da zəif mərkəzləşmə hakimiyyətinə malik hərbi demokratiya üstünlük təşkil etdi ki, bu da onların taleyini müəyyənləşdirdi və yaratdıqları siyasi təsisatların efemerliyinə bais oldu”.

Aleksandr Duqin, “Turan”

“İradə, azadlıq, döyüşdə igidlik, ali hökmdarın ətrafında sıx mərkəzləşmə Türk identikliyinin kökündə duran Turan paradiqmasının fundamentini təşkil edir. Düzdür, bütün türk tayfaları və siyasi təsisatları tam mənada bu identikliyə uyğun gəlmirdi. Digər tərəfdən bu cizgilər Turanın başqa xalqlarına da -xüsusən Böyük Çölün nəhəng məkanlarının inteqrasiyasına yönəlmiş qüdrətli, azad və geniş ərazilərə malik dövlətlər yaratmağa nail olduqları dövrlərdə- xas idi. Bu logika ilə - hərbi başlanğıcın, azadlığa can atmanın, iradənin, köçəri həyat tərzinin və ali hökmdara sədaqətin absolyut dəyər səviyyəsinə qaldırılması əsasında formalaşan mədəni paradiqma ilə özlərinin əzəmətli dövrlərində skiflər, saklar, sarmatlar, alanlar, hunlar və monqollar da imperiya yaratmışlar. Lakin təkcə Birinci və İkinci Xaqanlığın yaradıcıları olan türkütlər bu ideala daha çox uyğun gəlirlər. Qutluqun 682-ci il üsyanından sonra türkütlər mərkəzi Xalxada olmaqla “Əbədi El” yaratdılar, hansı ki türküt ideoloqu və sərkərdəsi, xanın müşaviri Tonyukukun və dahi hərbi məmur Kül-təkinin dövründə çiçəklənərək gücləndi, sonda isə Tan İmperiyası və türkütlərin rəqibi olan uyğurlar tərəfindən darmadağın edildi. Posthun istorialının təmiz Turan idealı da məhz göytürklərin həmin “Əbədi El”ində təcəssüm etmişdi”.

Aleksandr Duqin, “Turan”
“Türklər müharibə üçün doğulublar. Türk qövmü özü-özlüyündə döyüş ordusudur. Qədim türk cəmiyyətlərində uşaqdan böyüyə kimi hamı döyüşə hazırlanırdı. Hətta adi maldarlar ordu-xalqın bir hissəsi idilər. Qədim türk cəmiyyətlərində həm sakral hökmdar, həm xaqan, həm aristokratiya, həm də sadə camaat döyüşçü idilər - büsbütün ordu-xalqı təşkil edirdilər. Turanın hind-avropa sisteminin özəyini təşkil edən hərb dominantı türklərdə özünü daha qabarıq kontrastda büruzə verirdi. Tədricən hind-avropa köçərilərində müşahidə olunan hərbi başlanğıcın güclənməsi tendensiyası türklərdə ifrat və radikal hal aldı. Onlar Avrasiyanın Böyük Çöl istorialında hind-avropa estafetini qəbul etdilər və əsas güclərdən birinə (bəlkə də ən əsasına) çevrildilər. Türklər öz köçəri həyat tərzləri və hərbi ruhları ilə Böyük Çölün ağası, Turanın söz sahibi oldular”.

Aleksandr Duqin, “Turan”

ŞƏMSİ SƏMƏDZADƏ KİMİN ÖLÜMÜNƏ GÖRƏ ÖMÜRLÜK HƏBS ALIB?

Prezidentin imzaladığı əfv Sərəncamı ilə ömürlük həbsdən azad edilən Şəmsi Səmədzadə ilə bağlı mövzu medianın diqqətindən düşmür. Nəzərinizə çatdırım ki, Şəmsi Səmədzadə 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək ömürlük cəzaya məhkum edilib. 
Qeyri-rəsmi məlumatlarda deyilir ki, Şəmsi Səmədzadə sabiq Baş prokuror Zakir Qaralova sillə vurduğu üçün bu ağır cəzaya məhkum edilib. Hətta o həbsdən azad edilən gün jurnalistlərlə keçirdiyi brifinqdə belə həbsinin səbəbi kimi məhz bu versiyanın üzərində dayandı.
Şəmsi Səmədzadə 1964-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. Həmin kənd Azərbaycanın Kəlbəcər rayonu ilə həmsərhəddir. Şəmsi Səmədzadə müsahibələrində deyir ki, Səmənd ağanın soyundandır. Səmənd ağa həmin mahalın çox nüfuzlu şəxslərindən olub. Şəmsi Sımədzadə həmin kişinin oğul yox, qız nəvəsidir.
1988-ci ildə Qərbi Azərbaycandan deportasiya ediləndən sonra Şəmsi Səmədoğlu əvvəlki Xanlar, indiki Göygöl rayonunun Quşqara kəndində məskunlaşıblar. Sonra Şəmsi həmin kəndin adını atasının şərəfinə Səmədabad edib. Hazırd isə kəndin adı Səmədabad deyil.
Qaçqınlıqdan sonra Şəmsi Səmədoğlu elə də imkanlı adam olmayıb. Əslən Naxçıvandan olan “Spirt Miri” kimi tanınan spirt zavodunun müdirinin sürücüsü işləyib. Ötən əsrin 90-cı illərin əvvəlində hökm sürən hərçmərclik Mirinin həyatının sonu ilə nəticələnir. Həmin vaxt Miridən aylıq haqq istəyən kriminal avtoritetlər “yox” cavabını alırlar.
Məhz bunun nəticəsində də Miri müəmmalı şəkildə öldürülür. Bəzi versiyalarda Mirinin ölümündə Şəmsinin əlinin olduğuna dair fikirlər səslənir. 
Ancaq məlumatlı şəxslər bunun inandırıcı saymırlar. Çünki Mirinin ölümündən sonra Şəmsi onun ailəsinə və övladlarına xüsusi qayğı  ilə yanaşıb. Təbiətən zirəng olan Şəmsi Mirinin ölümündən sonra spirt zavoda nəzarəti tam ələ keçirir.
Zavodu yaxın qohumlarından birinin adına sənədləşdirir, ancaq faktiki olaraq sahibi özü olur. Əlinə külli miqdarda pul gələndən sonra, Şəmsi nüfuz qazanmağa başlayır. Həmin zonada ən çox qohum-əqrabaya malik adam olmaqla yanaşı, həm də pullu olmaq onun personasını daha da cazibədar edir. Tanıyanlar Şəmsini əliaçıq və pul xərcləyən adam kimi xarakterizə edirlər.  
Şəmsinin ömürlüyə göndərildiyi rəsmi ittiham Zakir Qaralova sillə vurmaqla  bağlı deyil, 120-ci (qəsdən adam öldürmə) maddəsinin ən ağır bəndləri ilə əlaqəlidir. 1993-cü cı ildə Şəmsinin Ramiz adlı xalası oğlu, Çingiz adlı başqa bir qohumu və adını bilmədiyim üçüncü bir şəxs Vüqar adlı polis zabitinin ölümündə təqsirli bilinərək həbs edilirlər.
Həmin cinayət işində Şəmsinin də adı hallansa da, o məsuliyyətdən kənar qala bilib. Qohumları isə cinayət sübut olunmadığına görə qısa müddət sonra azadlığa çıxırlar. 
Nəhayət 2000-ci ildə Şəmsi iqtisadi, mahiyyətli hüquqpozmalarda təqsirli bilinərək həbs edilir. Həmin həbs müddətində Vüqar adlı polis zabitinin ölümü ilə bağlı cinayət işi yenidən qaldırılır və Şəmsi Səmədzadəyə həmin qətlin təşkilatısı kimi ittiham elan olunur. Nəticədə o ömürlük cəzaya məhkum edilir.
Qeyd edək ki, Şəmsi Səmədzadə siyasətə də meyilli adam olub. O AMİP-in rəsmi üzvü olmasa da qonşu kəndlisi olan Etibar Məmmədovun hakimiyyətə qarşı ən radikal mövqe sərgiləyən vaxtlarında ona ciddi maliyə dəstəyi verib. 
Şəmsi Səmədzadənin hazırda maddi vəziyyəti elə də ürəkaçan deyil. Əlində olan nə vardısa hamısı alınıb, satılıb, xərclənib. Ancaq ehtimal olunur ki, Qərbi Azərbaycanlıların kompakt yaşadığı Gəncəbasar zonasında onun yenidən parlamsı üçün şərait yaradılacaq. Niyəsi barədə növbəti yazıda…

P.S. Şəmsi Səmədzadənin və bütün dustaqların azad edilməsini ikiəlli alqışlayıram. Mənim bu yöndə yazılarım qətiyyən Şəmsinin azad edilməsinə etiraz mahiyyətini daşımır. Sadəcə, çox maraqlı persona və proses olduğuna görə, bu mövzuya bir jurnalist kimi marağım yaranıb. Allah onun və heç kimin yolunu bir də oralara salmasın…

Məhəmmədəli Qəribli

04.06.2022

İmperializm bizə məxsus olan sərvətin 90%-ini oğurlayıb aparır


Bəs sizi kraliçanın yubileyinə çağırmışdılar?
İngiltərədə kraliça Elizabetin taxta çıxmasının 70 illiyi qeyd olunur. Bu, Mau Mau qətliamından Julian Assanjın qanunsuz həbsinə qədər uzanan bir monarxiya hekayəsidir. Ancaq Elizabetin cinayətləri başqa yazının mövzusudur. Bu gün maraqlı olan Bakıda qurulan tamaşadır.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi kraliçanın yubileyi ilə bağlı tədbir keçirib. Tədbirdə kimə daş atsanız, gedib müxalifətçiyə dəyərdi. Cəhbəçilərdən Müsavatçılara, Nidaçılardan Meydan Tv jurnalistlərinə qədər bütün liberal-milliyətçi müxalifət orda idi.
Biz yadımıza sala bilmədik, siz deyin, axırıncı dəfə Əli Kərimli ilə İsa Qəmbəri hansı xarici dövlətin rəsmi tədbirində görmüşdünüz?
Eyni adamlar bir ay qabaq İlham Əliyevin Londondakı mülklərindən danışırdı. Bəs Əliyev Londonda o mülkləri necə ala bilir? Necə olur ki, bunlar İngiltərədə çirkli pulların yuyulması hesab olunmur? Necə olur ki, Bakıda müxalifət liderləri bunu başa düşmür?
Bütün bu sualların cavabı imperializmdir.
BP və konsorsiumun Azərbaycan xalqının boğazına keçirdiyi müstəmləkəçi imperializm.
İmperializm bizə məxsus olan sərvətin 90%-ini oğurlayıb aparır. Ancaq nə hakimiyyəti, nə də müxalifəti unutmur. Birinə icazə verir ki, oğurladığı pullarla Londonda malikanələr alsın, o birinə qrant verir ki, bunları araşdırsın, tənqid eləsin. Biri kraliçaya at hədiyyə edir, o biri kraliçanın tədbirində boy göstərir.
Vəziyyət tragikomikdir.
Qərb həm iqtidarla sövdələşir, həm müxalifətlə. Bununla da imperializm məfhumunu tamamilə ictimai müzakirədən kənar tuta bilir. Bu tamaşa 30 ilə yaxındır qoyulub - aktyorlar dəyişir, ssenari isə yox.
Azərbaycanda anti-imperialist olmayan heç bir siyasi xətt xalqa azadlıq və rifah gətirə bilməz.
Ya kraliçanın muzdlularını Vətənimizdən qovub, müstəqil sosialist Azərbaycanı quracağıq, ya da həyatımızın sonuna kimi belə sürunəcəyik.

©️ İşçinin Səsi

Xalqımızın genosid tarixi: Nicatımız – Rusiyadır!


1500-cü illərdən başlayaraq 300 il ərzində osmanlılar rafizi (dindən çıxmış) adı qoyduqları Azərbaycan şiələrinə qan uddurdular. Onlar dəfələrlə hücum edib Şuşanı, Gəncəni, Şamaxını, Bakını, Dərbəndi viran qoydular.
Osmanlılar Təbrizdə 200 min, Ərdəbildə 100 min, Salyanda 20 min, Astarada 10 min şiənin başını kəsdilər.
Belə bir şəraitdə regionda rus ordusunun peyda olması qoy xalqları faciəli sonluqdan qurtardı. Məhz rus qoşunları Qafqaza girəndən sonra yırtıcı osmanlıların ayağı burdan kəsildi.
1720-ci illərdə Puştun yəhudiləri hücum edərək Səfəvi dövlətini çökürtdülər. İmperiyanın zəifləməsindən istifadə edən cənubdan kürdlər, şimaldan isə gilzəyilər ağır zərbələr endirdilər.
Puştun yəhudiləri Səfəvi paytaxtını 8 ay mühasirədə saxladılar, əhali İmam Hüseyn müsibəti çəkdi, aclıqdan it, pişik, siçan və ağac yarpağı yedi.
İranı tutan puştunlar şiələrin qanını içdilər. 3 minə yaxın şiə dindarının başını kəsdilər. Bir gecənin içində 300-ə yaxın Səfəvi aristokratını arvad-uşağı qarışıq qılıncdan keçirib Səfəvilərin kökünü kəsdilər.
Puştunlar dəfələrlə müsəlmanların müqəddəs şəhəri Məşhədə hücum etdilər. Herat və Məşhəd şəhərlərini 1 ilə yaxın mühasirədə saxlayaraq tutdular və bu şəhərlərin qüreyşi əhalisini tam qılıncdan keçirdilər.
1790-cı illərdə İranda hakimiyyəti zəbt etmiş Qacar yəhudiləri İran və Azərbaycanda kütləvi qətliamlar törətdilər. Onlar türkmənlərin başından təpələr düzəltdilər, talış varlılarını qıraraq mülklərini ələ keçirdilər.
Qacarlar Azərbaycan zadəganlarının gözlərinə mil çəkərək kor etdilər, xəzinələri daşıyıb apardılar, hətta İmam Rza məscidinin sərvətini də çapdılar. Xalqın mal-qoyununu zorla əlindən aldılar, hər yerdə ağır vergi və töycülər qoydular, xalqın yaşayışı dözülməz həddə çatdı.
Qacar qoşununun keçdiyi bütün kənd və qəsəbələrdən camaat didərgin düşdü. İran və Azərbaycan tam xarabalığa çevrildi. Qacarlar türkmənləri diri-diri gəcə çəkir, varlıları şaqqalayaraq yarı bölür, gözlərini çıxarır, başına qurğuşun tökürdülər. Bəzən evlərdə kişilər qadınları düşmən əlinə düşməsin deyə öldürürdülər.
Qacarlar hətta dindar Talış mahalının kişilərinə saqqal vergisi təyin etdilər. Nəticədə üsyan qaldıran talışları ucdantutma qırdılar, evlərinə od vurdular, mal-qaralarını qovub apardılar.
Talış əhalisinin qacarlar tərəfindən tam məhv edilməsinin qarşısını köməyə gələn rus donanması aldı. Gilana daxil olan rus ordusu Qacar ordusunu cənuba doğru qovdu.
Qacarların Gəncəyə hakim təyin etdikləri Cavad xan Qacar qoşunu ilə hücum edərək Şəmşəddil, Qazax və Borçalı mahallarını qırıb çapdı, bu torpaqları öz şəxsi mülkü elan edərək yerli xalqa ağır xərac qoydu. Yerli feodallar gürcülər vasitəsilə kömək üçün Rusiya dövlətinə müraciət etdilər.
İndi qarabağlılara, salyanlılara, şamaxılılara, şəkililərə, irəvanlılara, talışlara qarşı genosiddə yaxından iştirak etmiş, əli dirsəyə kimi azərbaycanlı qanına batmış Cavad xan ABŞ səfirliyinin pulu ilə xalqımıza milli-qıllı qəhrəman kimi sırıdılır!
1730-cu illərdə Dağıstan iudeyləri Hacı Davudun rəhbərliyi altında Şirvana və Qarabağa soyğunçuluq yürüşləri etdilər, şiələri qırıb çatdılar. Dağlılar Şamaxını, o cümlədən Gəncə və Şəkini tutdular, burdakı şiə məmurlarını və ruhanilərini qətlə yetirdilər, xalqı soyub taladılar.
Tiflis şiələri özlərini sığortalamaq üçün avarlara xərac ödəməyə razılaşdılar. Hacı Davudun ordusu hətta Ərdəbilə çataraq şəhəri dağıtdı.
Hacı Davudun ordusu dövrün İŞİD-inə çevrildi və hər yerdə şiə başı kəsdi. Şiələrin böyük genosidi başlandı. Nəticədə Dağıstan və Azərbaycanın şimal əraziləri şiələrdən təmizləndi.
İran hökuməti Rusiyadan kömək istədi, nümayəndə göndərərək yalvardı ki, Çar regiona qoşun yeritsin.
1774-cü ildə Avar yəhudiləri Qazi Aşultinskinin başçılığı altında Azərbaycan hakimi Fətəli xanın Dərbənd və Salyan torpaqlarına hücum etdilər, şiələri qırdılar, əllərini keçəni çapıb apardılar.
1830-1850-ci illərdə Şeyx Şamil Azərbaycan ellərini çapıb taladı. İndi imam adı verilmiş Şamilin başçılıq etdiyi iudey quldurlarının əsas gəliri Azərbaycanın şimalındakı ləzgi kəndlərini soymaqdan, Borçalıya talançılıq yürüşlərindən çıxırdı.
Şamilin bandası 1852-ci ildə Gəncə yaxınlığında poçtu qarət etmişdi ki, o fəaliyyətdə olduğu dövrdə ən böyük gəlirini – 15 min 230 rubl gümüş pulu məhz burdan aparmışdı.
Şamilin başına yığdığı quldurlar Tuşetiya, Kaxetiya və Car-Balakən vilayətlərində özlərindən sonra dağılmış kəndlər, yanmış evlər, ahu-nalə çəkən insanlar saxladılar. Bütün Qafqaz faktiki olaraq fəlakət və müsibətlə üz-üzə qaldı.
Vəziyyət yalnız rusların müdaxiləsindən sonra düzəldi. Şamilin bandası darmadağın edildikdən sonra Car-Balakən, Şirvan, Şəki və Azərbaycanın digər şimal elləri rahat nəfəs aldılar.
Ruslar olmayan dövrlərdə Avarıstan daim regionun İsrailinə çevrilmişdir. Avarıstan İsrail kimi torpaqlarını genişləndirməsə də, region xalqlarını qul halına salır, ətraf ellərə basqınlar edir, əhalinin var-dövlətini çapıb aparırdı. Əsrlər boyu avar qaçaq-quldur dəstələrinin çörəyi Azərbaycan, Gürcüstan və Ləzgistan ellərinə hücumlardan çıxmışdır. Hətta Bakı varlıları Dağıstan avarlarına töycü – indiki dillə desək “reket haqqı” ödəmişlər.
Bu basqın və təzyiq yalnız ruslar regoina gəldikdən sonra dayanmışdır. Ruslar Ləzgi Kordon Liniyası yaratdılar - sərhəd çəkdilər və bu hücumların qarşısını aldılar.
1918-ci ildə ingilislər Bakını tutub Bakı İngilis General Qubernatorluğu yaratdılar. Onlar azərbaycanlılara neft buruqlarına 15 verst (16 km) radiusda yaxınlaşmağı qadağan etdilər. İndi həmin dövlət bizə allı-güllü Azərbaycan Demokratik Cümhuriyyəti kimi sırıdılır. Halbuki həmin dövlət azərbaycanlılara nə qara qəpik pul, nə də bir qarış torpaq belə verməmişdir!
1990-cı illərdə Azərbaycanda Qərb agenturası diversiya və təxribatlar yolu ilə hakimiyyəti ələ keçirdi.
Neft İngiltərəyə ərməğan edildi, Bakı-Tbilisi-Ceyhan kəməri ilə pulsuz İsrailə axıdıldı.
NATO-nun dəstək verdiyi kürdlərdən başqa azərbaycanlılar ac-yalavac hala salındı.
Xalqı təbii qidalanmadan ayırıb Türkiyədəki kimi sintetik qida yedirtdilər, on minlərlə insan xərçəng xəstəliyi tutdu.
Türkiyədən bura əxlaqsızlıq, nurçuluq, vahhabilik, millətçillik gətirildi. Xalqın genefondu təhlükə altına düşdü.
Mənəvi terror həyata keçirildi, milyonlarla azərbaycanlı vətənindən didərgin düşdü.
Nicatımız – Rusiyadır!
“Azərbaycanın əbədi xoşbəxtliyi Rusiya ilə bağlıdır”. Nəriman Nərimanov.
“Rusiya olmasa regionda bir anın içində partlayış olar”. Rusfer Eynullah.
“Rusiya sülhməramlılarının regionda olması sülhün və əmin-amanlığın qarantıdır”. Valeri Korovin.
“Rusiya həmişə müharibələri saxlayır, artıq bir neçə əsrdir ki, neçə-neçə müharibəni saxlayıb və qan-qadanın qarşısını alıb”. Valeri Korovin.
“Ruslar işğal etmirlər, xalqları azad edirlər”. Valeri Korovin.
"Əgər Dağıstan, Tatarıstan və ya başqa bir subyektdən Rusiya getsə, elə səhəri gün qırhaqır başlayacaq və xalq ac qalacaq”. İslam Saydayev, amnistiya olunmuş keçmiş separatçı, dudayevçi, politoloq.
 “Ruslar hardan gedirsə, orda kriminal keçmişə malik aferistlər, talançı ünsürlər baş qaldırır. Nicatımız Rusiyadır". İslam Saydayev, amnistiya olunmuş keçmiş separatçı, dudayevçi, politoloq.

Aleksandr Duqin: Türklər — anadangəlmə döyüşçülərdir


Tarixən Avrasiyanın Böyük Çölündə altay xalqları dominantlıq etmişlər. Onların içində əsas üstünlük türk tayfalarına məxsus olmuşdur. Türklər hətta monqolların hökmranlığı dövründə Turan sivilizasiyasında fundamental rol oynamışlar. Bundan başqa, türklər monqollarla çoxsaylı tarixi və mədəni tellərlə bağlanmışlar – nə vaxtsa ümumi olmuş altay dilindən tutmuş simvolik hun mənşəyinə kimi. Prioritet hərbi orientasiya tarix boyu bütün türk cəmiyyətlərinin hamısına xas olmuşdur. Türküt atlıları döyüşdə məğlubedilməz idilər. Çinlilər onlarla çöl şəraitində birbaşa toqquşarkən məğlubiyyətə uğrayırdılar, çünki türklər kimi hərbiyə əsas önəm vermirdilər, sivilizasiyanın ali prioritetləri kimi tam başqa dəyərlərə və orientirlərə - mədəniyyət, incəsənət, fəlsəfə və s. üstünlük verirdilər. Odur ki çinlilər türkütlərə münasibətdə intriqalar yaratmaq yoluna, iqtisadi sövdələşmələrə və “təsir agentlərinin” ələ alınmasına girişirdilər. Onlar bu işlərdə türklərdən pərgar idilər. Türklər üzbəüz və açıq döyüşdə sərt, aqressiv və məğlubedilməz olsalar da sadə qəlbli, müəyyən qədər də sadəlövh idilər. Bununla yanaşı onlar şan-şöhrətə həvəsli idilər. Material zənginliklərə də ona görə can atırdılar ki, öz hərbi qüdrətlərini möhkəmləndirsinlər və şan-şöhrətə tez çatsınlar. Türklər Turan köçərilərinin döyüş ruhunu digər xalqlara baxanda daha çox özlərində saxlamışlar. Bu mənada onlar posthun dövründə Turan Loqosunun ən parlaq və ifadəli daşıyıcıları oldular.
***
Avrasiyann Böyük Çölü sivilizasiyaların interpretasiyası üçün semantik keçid mərkəzi rolunu oynayırdı. Eramıza qədər 3 min il ərzində bu məkandan dünyaya impuls və enerjilər saçıldı ki, nəticədə bir tərəfdə Anadolu, Yunanıstan, Roma, Avropa, digər tərəfdə İran, Hindistan, Əfqanıstan mədəniyyətlərinin yaranaraq ayaqda qalmasında mühüm rol oynadı. Eramızın ilk əsrlərindən isə bu missiyanı Avrasiyanın digər möhtəşəm xalqları – Altay qrupuna daxil olan türklər, monqollar və mancurlar öz üzərlərinə götürdülər. Onlar bu missiyanı min il ərzində şərəflə daşıdılar. Turan Loqosunun – Apollon Loqosunun təsiri Altay xalqları olan türklər, monqollar və mancurlar üçün o dərəcədə həlledici oldu ki, bu xalqlara və onların finksiyalarına Avrasiya sivilizasiyaları balansında vəhdət şəklində baxmaq olar. Türklərin öz ağalıqlarını təsdiq etdikləri hər yerdə hakimiyyət vertikalı gücləndi, patriarxat strukturu bərqərar oldu, göydəki işıqlı tanrılar kultu formalaşdı.
***
Altay xalqları qrupunda hind-avropa başlanğıcı o qədər gücləndi ki, məhz onlar Turan partlayışını davam etdirdilər. Hind-avropalılar oturaq həyat tərzinə keçdikdən sonra Avrasiya çöllərində estafet türklərin əlinə keçdi. Türklərin sayəsində Avrasiyanın hər yerində Apollon Loqosu bərqərar oldu. Köçəri həyat tərzini saxlayan hind-avropa xalqlarının bir qisminin və əfqan tayfalarının fəallığı müşahidə olunsa da, Turanın yeni söz sahibləri və ağaları türklər oldular. Siyasi səhnəyə girəndən sonra türklər morfolofji nöqteyi-nəzərdən Turanın hind-avropalılarının əvvəlki minilliklərdə daşıdıqları missiyanı uğurla davam etdirdilər. Və nəhayət, patriarxatın, Apollon Loqosunun dramatik hind-avropa partlayışı onunla tamamlandı ki, Turan torpaqları slavyanların, rusların nəzarətinə keçdi. Türklərdən sonra ruslar Turanın dramatik istorialını qapadılar, Avrasiyanın ekzistensial horizontlarının hərəkət və təyinat dialektikasına nöqtə qoydular.
***
Turan sivilizasiyasını araşdırarkən biz nomadik sivilizasiya ilə qarşılaşırıq ki, burda döyüşkən (patriarxal) başlanğıca malik tellurik tipli mədəniyyət üstünlük təşkil edir. Turanın təsiri ekspansiya ilə bağlıdır (Genonun genişlənmə prinsipi). Turanın cənub və qərb istiqamətlərində ekspansiyası doğrudan da tarixən yeni dövlətlərin və mədəniyyətlərin requlyar şəkildə yaranmasına gətirib çıxamışdır, o cümlədən Turan xalqlarının idarəedici sinif, patriarxal stil qanunvericiləri və əsas işlənən dil daşıyıcıları olduqları mükəmməl sivilizasiyaların formalaşmasına səbəb olmuşdur. Məhz köçərilər fəth edilmiş əkinçilərdən yığılan xəracın toplanması və qorunması üçün baza qismində şəhər-qalaların bünövrəsini qoymuşlar. Onlar islənilən sosial differensial cəmiyyətin hərbi aristokratiyasının özülünə çevrilmişlər. Bu mənada Turan faktoru dövlətyaradıcı faktordur. Turandakı türk rejiminə aşağıdakı cəhətlər xarakterikdir: kəskin fərqliliyin yüksək dərəcəsi, işığa və kristal aydınlığa canatma, maddiyyatdan və cismanilikdən təmizlənmə cəhdi, Göyün, nur daşıyıcılarının və uçuş stixiyasının sakralizasiyası, yüksək sürət və təşviqat, döyüşkənlik və igidlik, ölümə atılan çağırış, kişilik (virillik), kəsici və deşici silah, dualizm və əksliklər cütü, tabeliyə və gücə əsaslanan ierarxiya. Bütün bunlar onu deməyə əsas verir ki, Turan horizontu müsbət Apollon Loqosuna malikdir.
***
Semantik derivativlər göstərir ki, köçəri həyat tərzinə və kurqan mədəniyyətinə əsaslanan Turanın semantik özəyində qala ideyası, kişilik ideyası, qüdrət ideyası dururdu. Bu ideyalar Turana bütün tarixi boyunca bağlı qaldı. Turan identikliyini və Turan ekzistensial horizontunu da bir çox hallarda elə bu ideyalar müəyyənləşdirir. Hind-avropa mədəniyyətlərinin mənbəyini də məhz bu ideyalarda axtarmaq lazımdır.
***
Türklər Avrasiya tarixində öz möhtəşəm yeri olan xalqlardan biridir. Türklər anadangəlmə döyüşçülərdir. 550-ci ildən 560-cı ilə kimi 10 il ərzində türkütlər Şərqdə Sarı Dənizdən Qafqaza kimi bütün xalqları özlərinə tabe etdirdilər və qısa bir zamanda nəhəng İmperiya yaratdılar. Bu İmperiya yüksək dərəcəli mərkəzləşdirməyə, böyük xanın (xaqanın) şəksiz hakimiyyətinə və ona sadiq olan hərbi aristokratiyaya əsaslanırdı. Bununla yanaşı Avrasiya köç imperiyalarının bütün qurucuları kimi türkütlərin də hökmranlığının əsas instrumenti alilik dərəcəsinə qaldırılmış misilsiz bir xüsusiyyət idi – döyüşdə mərdlik və igidlik, xan (xaqan) və dövlət uğrunda ölmək və öldürməyə hazırlıq. Etiraz etmək olar ki, bəs istənilən dövlət döyüşçülər tərəfindən qurulur, döyüşçülər də prinsipial olaraq məhz ekzistensial orientasiya ilə fərqlənirlər – ölümün üzünə dik baxmağa istiqamətlənirlər. Lakin sivilizasiyanın Turan stili bu prinsipi bütün cəmiyyətin əsasına qaldırmaqdan, sivilizasiyanın bütün digər istiqamətlərini ona tabe etdirməkdən ibarət oldu. Türk üçün həyat – döyüşdür, yerdə qalanlar isə sadəcə döyüşün atributlarıdır: döyüşə hazırlıq, döyüşdən sonrakı istirahət – bu da onunçün ki, yenidən döyüşə atıla biləsən. Döyüşçü prinsipinin absolyutizasiyası (Dyumezilin üçhissəli modelinin ikinci funksiyası) təkcə ilkin hind-avropa sivilizasiyasının deyil, türk sivilizasiyasının da fərqləndirici xüsusiyyətidir. Türklərdə döyüş logikası qazanc logikasını üstələdi, o cümlədən rasional hesablardan, mənəvi horizontlardan, dinc əməkdən və bədii yaradıcılıqdan irəli çıxdı. Bütün bu momentlər türk sivilizasiyasına xaricdən – fəth etdikləri xalqlardan gəldi. Lakin 6-cı əsrdən 20-ci, hətta 21-ci əsrə kimi saxlanmış türk identikliyinin davamlılığı məhz hərbi ilkinliyin üstünlüyü və bunun əsasında qurulmuş döyüş etikası ilə izah olunur. Türklərin böyüklüyü də məhz bundadır.
***
Döyüşçülər istənilən xalqda və cəmiyyətdə var ki, onlar az-çox vacib rol oynayırlar. Lakin türklərin döyüşçü xüsusiyyəti tam fərqlidir. Avrasiyanın qədim köç imperiyalarından türklərə miras qalmış və gələcək nəsillərinə ötürülmüş Türk prinsipi (bununla yanaşı məhz türk “Dasein”inin əsasını təşkil etməklə) cəmiyyətin özünü ordu kimi başa düşməkdən, həyatını müharibə kimi qavramaqdan, bütün qalan aspektləri və praktikaları isə paralel marginallaşdırmaqdan ibarətdir. Hərbçilər xalq və cəmiyyət üçün deyil, xalq və cəmiyyət hərbçilər üçündür – türklərin həyat kredosu budur! Bununla yanaşı belə radikal hərbi təşəkkül heç bir mədəni-dini forma ilə sıx bağlı olmamışdır. Bu formalar möhkəmlənir, əxz olunur, dəyişir, müəyyən müddət ərzində qorunur, lakin türklərin təbiətinə transformasiya olunmur – təkcə müharibədə, müharibə üçün və müharibə zamanı ekzistensiya olunur. Türk öz mövcudluğunu müharibədə qavrayır.
***
Türklər ordu-xalqdırlar. Absolyuta qaldırılmış müharibə onun aparılması üçün vacib olan iki xüsusiyyəti ön plana çəkdi: cəsurluq (qədim türkcədə bayatur) və qüvvət (qədim türkcədə böke). Lakin türk antropologiyasının kökünə oturan bu iki xüsusiyyət daha çox effekt vermələri üçün cəngavər sədaqətinin və şərəfinin strukturlarında sinxronizasiya etməliydi ki, bunun hesabına igidlər və qəhrəmanlar şəxsi hislərini dəf etsinlər, məğlubedilməz, qüdrətli, yolu üstündə hər şeyi darmadağın edən qarşısıalınmaz çöl döyüşkənliklərində konsentrasiya olsunlar. Beləcə Turan kontekstində “orda” anlayışı meydana çıxdı ki, eyni zamanda həm xalqı, həm də ordunu bildirir, özü də xalq ordu kimi, cəmiyyət ordu kimi anlamına gəlir. “Orda” anlayışının qədim rus analoqu kimi “polk” göstərilə bilər ki, etimoloji cəhətdən almanların “volk”, yəni xalq anlayışı ilə bağlıdır və müəyyən mənada yunan sözü olan “laos” ilə uzlaşır”.
***
Türklər müharibə üçün doğulublar. Türk qövmü özü-özlüyündə döyüş ordusudur. Qədim türk cəmiyyətlərində uşaqdan böyüyə kimi hamı döyüşə hazırlanırdı. Hətta adi maldarlar ordu-xalqın bir hissəsi idilər. Qədim türk cəmiyyətlərində həm sakral hökmdar, həm xaqan, həm aristokratiya, həm də sadə camaat döyüşçü idilər - büsbütün ordu-xalqı təşkil edirdilər. Turanın hind-avropa sisteminin özəyini təşkil edən hərb dominantı türklərdə özünü daha qabarıq kontrastda büruzə verirdi. Tədricən hind-avropa köçərilərində müşahidə olunan hərbi başlanğıcın güclənməsi tendensiyası türklərdə ifrat və radikal hal aldı. Onlar Avrasiyanın Böyük Çöl istorialında hind-avropa estafetini qəbul etdilər və əsas güclərdən birinə (bəlkə də ən əsasına) çevrildilər. Türklər öz köçəri həyat tərzləri və hərbi ruhları ilə Böyük Çölün ağası, Turanın söz sahibi oldular.
***
Türklər fəth etdikləri xalqlarla delikat davranırdılar. Türklərin eksklüzivlikləri və qüdrətləri məxsusi olaraq müharibə məsələləri və birbaşa administrativ-siyasi hakimiyyət ilə bağlı idi: bu işlərdə onlar inadkar idilər. Lakin bütün başqa məsələlərdə onlar kifayət qədər çeviklik, diqqətcillik, müxtəlif etnosların, sosial və professional qrupların maraqlarını nəzərə alma bacarığı nümayiş etdirirdilər, dini məsələlərə münasibətdə isə son dərəcə delikatlılıq göstərirdilər. Beləcə hərbi dominantlıq təkcə bir sahədə (türklərçün vacib olan) üstünlük təşkil edirdi, qalan sahələrdə isə türklər mülayim və ötəri davranırdılar. Bu səbəbdən türklər (eynən Turan istorialının ilkin etaplarındakı köçəri hind-avropalılar kimi) fəth etdikləri xalqların içində hərbi elita kimi qalırdılar, mövcud sosial normalara gözəl adaptasiya olmuş azlıq kimi yaşam sürürdülər. Bununla yanaşı onlar hərbi aristokratiya yoluna qədəm qoymağı, “uzun nizə və iti qılınc” etikasını qəbul etməyi arzulayan avtoxton xalqların nümayəndələri üçün ümumi hərbi məişət stili verirdilər.
***
Türklər dünya xalqlarına dinclik gətirmişlər. Lev Qumilyov Qərb Xaqanlığının ilk hökmdarları barədə danışarkən haqlı olaraq bildirir: “Etiraf etmək lazımdır ki, İstemi və Qara-Çurin Türk təkcə ordu sərkərdəsi deyildilər, həm də gözəl administrator idilər. Onlar fateh kimi gəldikləri ölkələr üçün “modus vivendi” yaratdılar. O vaxta kimi dağınıq hala düşmüş və güclərini daimi xırda müharibələrdə tükətmiş qəbilələr dinc həyatın dadını çıxardılar, öz köçəri heyvandarlıq təsərrüfatlarının inkişafı üçün hər cür imkan əldə etdilər. Bu ilk növbədə vəhdət və birlik təfəkkürünün meydana çıxmasına gətirdi ki, o vaxtdan türklərin adı ilə bağlı oldu. Belə nəticəyə gəlmək olar ki, məhz hökmran təbəqə təşkil edən türkütlərin azsaylılığı ortalığa çıxan yeni sistemin davamlılığını və sabitliyini təmin etdi. Xan drujinasının təminatı o qədər də üzücü xərc aparmırdı, odur ki xərac ödəyənlərdə protest yaratmırdı, həm də vahid hakimiyyətin olmasının xeyri göz qabağında idi. Məmləkət qarşısında duran əsas xarici siyasət məsələsi böyük karvan yolları uğrunda mübarizə idi ki, xaqanlığın cənub vilayətlərinin ticarət şəhərlərinin tələbatı üçün həyati vacib məsələ idi və xaqanlığın şimal təbəələri üçün də gəlir vəd edirdi. Odur ki bu məsələdə də ölkənin və dinastiyanın maraqları üst-üstə düşürdü. Elə real gücün hakimiyyətdə deyil, xalqda olması səbəbindən biz tədricən Qərbi Türküt Xaqanlığının süqut etdiyi 659-cu ilə kimi onun tarixini təşkil edən bütün institutların və güclər nisbətinin get-gedə evolyusiyaya uğramasının şahidi oluruq. Türklərlə üz-üzə gələn müsəlmanlar da onların ətraf xalqlarla ümumi dil tapmaq bacarıqlarını təəccüblü şəkildə qeyd edirdilər. Türklər bu xüsusiyyətlərini yeni ölkəyə ya fateh kimi, ya qonaq kimi, ya muzdlu kimi, ya hərbi əsir kimi gəlmələrindən asılı olmayaraq hər dəfə nümayiş etdirmişlər. Nəticədə türklər digər xalqların nümayəndələri ilə müqayisədə karyeralarını daha böyük uğurla quraraq hər bir şəraitdə irəliləyə bilmişlər”.
***
Türk İmperiyası — müqəddəs imperiya idi. İlk Türküt Xaqanlığı dövründə imperiya prinsipini türklərin Aşina dinastiyası özündə təcəssüm etdirdi. Aşinalar türkütlərin ali təbəqəsi olmaqla, bəzi tarixçilərin fikrincə etnos olmaqdan da çox digər türklərdən fərqli, hind-avropa cizgilərinə malik xüsusi dinastik kasta idilər. Türkütlər ilkinliklərində imperiya orientasiyasında idilər, öz rəhbərlərinə isə xaqanların sakral soyu kimi baxırdılar. Halbuki onlarda hakimlik birbaşa xətlə atadan oğula ötürülmürdü, mirasın nərdivan sisteminə uyğun şəkildə tayfanın ağsaqqalına keçirdi. Bu şəkildə Türküt Xaqanlığı əslində sakral İmperiya idi ki, ona Göyün (Tenqrinin) seçilmiş soyu Aşinalardan olan müqəddəs imperator-xaqan rəhbərlik edirdi. Sonralar göytürklərin ikinci Türküt Xaqanlığı dövründə bu ideya qavranıldı və qədim türk abidələri olan Orxan yazılarında əksini tapdı.
***
Turanın döyüşçüləri – İşığın döyüşçüləridir. Əslində elə İşığın özüdürlər. Öz müqəddəs İmperatorlarının ardınca getməklə onlar Göyün hökmünə əməl edirlər, belə ki İmperator özü də Göyün hökmünü yerinə yetirir. Müharibə metafizikası da burdan təməl götürür: düşmənlə İmperiya adından vuruşmaqla döyüşçü çoxluğun birliyinin fundamental missiyasını həyata keçirir və bununla müharibə momentində ali vəhdətin təcəssümünə çevrilir.
***
Türk mədəniyyət stili hind-avropa stili ilə çox eyniliklərə malikdir: hərbi dəyərlər, sərt patriarxat, qəhrəmanlıq, müqəddəs imperator, göy dünyasına orientasiya və vertikal simmetriyalar, ulu İmperiya idealını (“Əbədi El” – “Əbədi Rim”, hansı ki aralarındakı paralelləri hər ikisinin qurucusu olan müqəddəs qurd obrazında da görmək olur) yüksəldən sonsuz iradə və s. Türk tenqriliyinə və onunla bağlı vertikal şamanizmə qədim Turan inamlarının versiyası kimi baxmaq olar ki, digər patriarxal günəşli olimpiya sivilizasiyalarının, xüsusən də Avropa sivilizasiyalarının əsasına oturduqlarına görə qohum idilər. Bununla yanaşı türklər həmin günəşli mirası elə bir neçə min qabaq qəhrəman günəşli Aralıq Dənizi Loqosu qurucularının nəşət götürdükləri mənbələrdən almışdılar.
***
İradə, azadlıq, döyüşdə igidlik, ali hökmdarın ətrafında sıx mərkəzləşmə Türk identikliyinin kökündə duran Turan paradiqmasının fundamentini təşkil edir. Düzdür, bütün türk tayfaları və siyasi təsisatları tam mənada bu identikliyə uyğun gəlmirdi. Digər tərəfdən bu cizgilər Turanın başqa xalqlarına da -xüsusən Böyük Çölün nəhəng məkanlarının inteqrasiyasına yönəlmiş qüdrətli, azad və geniş ərazilərə malik dövlətlər yaratmağa nail olduqları dövrlərdə- xas idi. Bu logika ilə - hərbi başlanğıcın, azadlığa can atmanın, iradənin, köçəri həyat tərzinin və ali hökmdara sədaqətin absolyut dəyər səviyyəsinə qaldırılması əsasında formalaşan mədəni paradiqma ilə özlərinin əzəmətli dövrlərində skiflər, saklar, sarmatlar, alanlar, hunlar və monqollar da imperiya yaratmışlar. Lakin təkcə Birinci və İkinci Xaqanlığın yaradıcıları olan türkütlər bu ideala daha çox uyğun gəlirlər. Qutluqun 682-ci il üsyanından sonra türkütlər mərkəzi Xalxada olmaqla “Əbədi El” yaratdılar, hansı ki türküt ideoloqu və sərkərdəsi, xanın müşaviri Tonyukukun və dahi hərbi məmur Kül-təkinin dövründə çiçəklənərək gücləndi, sonda isə Tan İmperiyası və türkütlərin rəqibi olan uyğurlar tərəfindən darmadağın edildi. Posthun istorialının təmiz Turan idealı da məhz göytürklərin həmin “Əbədi El”ində təcəssüm etmişdi.
***
Türk Loqosu İkinci Türküt Xaqanlığı dövründə və kontekstində, o cümlədən əvvəlki dağılmış İmperiyanın şərq hissəsində, Xalxa rayonunda daha tam formulada təcəssüm etdi. Türk Loqosu konseptual və territorial olaraq (hansı ki Avrasiyasının geosof strukturu üçün olduqca vacibdir) digər möhtəşəm çöl imperiyasının ocağını vurğulandırır ki, taleyinə bu zonadan yaranmaq yazılmışdı. Düzdür, bu imperiyanın əsasında türk yox, monqol tayfası dururdu, di gəl ki özünün absolyut, ekzistensial və ideoloji orientirinə türklərdəki kimi imperiya köçəri metafizikasını, etikasını və inamını çevirmişdi. Biz Çingizxanı və onun dünya İmperiyasını nəzərdə tuturuq. Bu İmperiyanın əsasında türküt Loqosunun ali horizontu ilə hətta oxşar da deyil, tam eyni olan, üst-üstə düşən ideya durur. Bu ona görə təəccüblü deyil ki, Çingizxanın dövründə türklər etnik mənada imperiyanın əsasını təşkil edirdilər, baxmayaraq ki siyasi idarəedici elita monqollar idi. Göytürklərlə paralel olaraq qərbdə və şimalda digər türk dövlətləri də yarandı: şimalda qırğızların xanlığı, qərbdə Uyğur Xaqanlığı (744-847) göytürklərin əsas rəqibi olan Türkeş Xaqanlığı (698-766), o cümlədən Orta Asiyanın geniş ərazilərinə nəzarət edən qüdrətli karluq və basmıl tayfaları. Onlar hamısı türkütərin düşməni, rəqibi idilər və onların məhvinə bais oldular. Bir məsələyə diqqət yetirmək lazımdır ki, tipoloji cəhətdən teleslərə yaxın olan bu türk xalqlarında köçəri hərbi cəmiyyətin türk paradiqması vacib bir komponentdən mərhum idi: mərkəzləşməyə orientasiya etmirdilər, xaqan hakimiyyətini və universal İmperiya quruculuğunu absolyutlaşdırmırdılar – bütün bunlar təkcə türkütlərə xas idi. Bu fərqlənmə onlara Birinci Xaqanlığı yaratmağa və İkinci Xaqanlıq (Tonyukuk) dövründə şanlı keçmişi və imperativ gələcəyi müəyyənləşdirən sivilizasiya identikliyini qavramağa imkan verdi. Türkütlərdən başqa qalan türklərin çoxunda da zəif mərkəzləşmə hakimiyyətinə malik hərbi demokratiya üstünlük təşkil etdi ki, bu da onların taleyini müəyyənləşdirdi və yaratdıqları siyasi təsisatların efemerliyinə bais oldu.
***
Turan Loqosu ilə İran Loqosu tam üst-üstə düşürlər, belə ki eyni köklərə malikdirlər.
***
Türklərin dominant olduğu Səfəvi və Osmanlı dövlətlərinin hər ikisi möhtəşəm idi. Səfəvi dövləti təkcə fəlsəfi-dünyəvi orientasiyaya malik deyildi, həm də hərbi mahiyyətli idi. Osmanlı dövləti isə hərbi mahiyyətindən əlavə sufi ordenlərinin mükəmməl mənəviyyatı, eyni zamanda həm Yunan, həm də İran mirasına əsaslanan yüksək təfəkkür mədəniyyəti (ellinizmin və iranizmin vəhdəti), o cümlədən türk poetikasının dərin təbiiliyi ilə seçilirdi.
***
Səfəvi dövlətinin möhkəmlənməsində əsas rolu türklər oynadılar. Səfəvi şahənşahlarının dayaqları uzun müddət çox hissəsi iranlılaşmış türklərdən ibarət şiə qızılbaşlar olaraq qaldılar. Talışlar türklərdən sonra Səfəvi dövlətinə dəstək verməyə başladılar. Sonrakı dövrdə qızılbaşların ictimai və dini-siyasi birliyinə İranın etnik qruplarından olan oturaq həyat tərzi keçirən talışlar, o cümlədən ayrı-ayrı dini və sufi ordenləri, məsələn, qaradağlılar – Qaracadağ dağlıq rayonunun sufiləri də qoşuldular.
***
Səfəviləri məğlub edərək hakimiyyətə oturan əfqan Xötəki sülaləsinin dövründə İranın rəsmi dini sünnilik oldu. Nadir şahın dövründə də İranın rəsmi dini sünnilik elan edildi. Lakin məhz türklərin sayəsində şiəlik əvvəlki möntəşəmliyini bərpa edə bildi, yenidən İranın aparıcı dininə çevrildi. Məhz türklərin döyüşkənliyi və əzmkarlığı hesabına İranda qısa sünnilik epoxasından sonra şiəlik yenidən bərqərar oldu, sonrakı hökmdarların dövründə əsas dini forma kimi möhkəmləndi və indiki dövrə qədər davam etdi.
***
Rus-türk birliyinin öz məxsusi tarixi çalarları vardır. Hərbi-siyası mənada aktivliyi ilə fərqlənən Oğuz dövləti dəfələrlə Kiyev Rusu ilə hərbi ittifaqa girdi. Oğuzlar ruslarla ittifaqda Ural və Volqa çayları arasında peçenqləri (kanqlıları) məğlub etdilər. 965-ci ildə oğuzlar Kiyev knyazı Svyatoslav ilə birləşib xəzərlərin üstünə getdilər ki, nəticədə Xəzər xaqanlığı darmadağın edildi. 985-ci ildə oğuzlar yenidən Rus ilə ittifaq bağladılar, bu dəfə Kiyev knyazı Vladimir ilə Volqa bulqarlarına qarşı birləşdilər.
***
Ortaq tariximizə əsaslanan, lakin yeni üfüqlərə, yeni formalara, ideoloji-siyasi hədəflərə çatmağa yönəlmiş gələcəyin dövlətini, böyük məkanı - Avrasiya Birliyini yaratmaq lazımdır. Köhnədən nəsə qalmalıdır, amma biz irəliyə doğru getməliyik. Avrasiya Birliyinin əsas özəlliklərindən biri odur ki, burda türklər üstünlük təşkil edirlər. Türklərin üstünlük təşkil etdiyi bütün qurumlar gözəldir və bizim üçün ilham mənbəyi olmalıdır.


Aleksandr Duqin, “Turan”