16.07.2022

Daha bir general saxlanıldı


Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində Dövlət Gömrük Komitəsinin daha bir yüksək vəzifəli əməkdaşı saxlanılıb.
Söhbət qurumun Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi general-mayor Məsum Rəsulovdan gedir.
Qeyd edək ki, adıçəkilən general 2006-cı ildə Dövlət Gömrük Komitəsində işə başlayıb. Onun qurumda ilk vəzifəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə Baş idarəsi Əməliyyat İdarəsinin rəisi olub.
Əlavə edək ki, son günlərdə DGK-nin bir neçə məmuru ayrı-ayrı vaxtlarda keçirilən əməliyyatlar nəticəsində saxlanılıb. Bunlar arasında Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov, “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov da var.

DTX Gömrük Komitəsində əməliyyatla bağlı məlunat yaydı, Generalın həbsinin detalları açıqlandı


Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlar əsasında 10 iyun 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilmişdir.
Araşdırmalar nəticəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlunun xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranmışdır.
Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Eləcə də aparılan istintaqla Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad Tofiq oğlu və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov Şükür İsbəndiyar oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin yük maşınlarının hər birinə görə sahiblərindən vasitəçilərdən istifadə etməklə təkrar külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilmişdir. 
Rəşad Babayev və Şükür Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, 1 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir.
Eyni zamanda, davam edən cinayət işi üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.
Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

13.07.2022

Nə bəla oldu, Rusiyanı günahkar çıxardırsız!

Nəzakət Məmmədova

Qərbin öz nəzəriyyəsi var: “Qərb və digərləri”. Yəni Qərb və yerdə qalanlar. Bu özünü arı sivilizasiya, dünya hegemonu görmək istəyən gücün yaratdığı bir təkəbbür və eyforiyadır. Yəni özünü başqalarından üstün görmək, digər sivilizasiyalara aşağı baxmaq.
***
NATO bəyəm xeyir qüvvəsidi? NATO dünyanın şər ittifaqıdı. Bu həmin NATO-du ki, onun Qladio kəşfiyyat orqanı Türkiyənin başına min oyun açıb. Bu həmin NATO-du ki, Türkiyənin sərhədləri boyunca kürd dövləti yaradıb, terroru yaymaq üçün əlindən gələni edib. Bu həmin NATO-du ki. Türkiyədə dəfələrlə çevrilişlər törədərək xalqı ağlar günlərə qoyub. Bu həmin NATO-du ki, Türkiyədə Darbe törətməklə hərbi çevrilişi yolu ilə hakimiyyəti yıxmaq istədi. Ərdoğan yaxşı ki sonuncu çevrilişə imkan vermədi, yoxsa regionda qan su yerinə axacaqdı. NATO Qərbin yırtıcı imperialist qüvvələrinin hərbi təşkilatıdır. Bizdə bəzi yoldaşlar NATO-nu az qala mələk elan eləyiblər. Utanmaz-utanmaz fəxrlə deyirlər ki, biz ordumuzu NATO sistemi üzrə formalaşdıracayıq. Hansı NATO? Hər yerə özbaşına soxulub işğalçılıq həyata keçirən NATO? Milonlarla dinc sakini heç nədən qıran NATO? Milyonlarla müsəlmanın qanını içən NATO? Bəlkə sizə NATO nəyə görəsə təcili surətdə lazımdır, amma Azərbaycan xalqına NATO lazım deyil. Azərbaycan xalqı NATO-nu öz düşməni hesab edir.
***
Bu gün bəzi yoldaşlar deyir biz Ukraynanı belə dəstəkləyirik, elə dəstəkləyirik... Siz bilirsizmi bu prosesin arxasında nə qədər təhlükəli məqamlar var? NATO Qərbin güc aləti olan hərbi təşkilatdır. Heç kəsə sirr deyil ki, NATO Qərbin sifarişlərini yerinə yetirən bir güc vasitəsidir. NATO Qərb ölkələrinin bir alyansı və ittifaqıdır. NATO Ukraynanı öz tərkibinə təkbaşına qəbul etmək istəmir, Gürcüstanla birgə qəbul etmək istəyir. NATO Ukrayna və Gürcüstanın birlikdə üzv qəbul edilməsi şərtini irəli sürüb, çünki Qara dəniz hövzəsini tam bütövlükdə özünə birləşdirmək istəyir. Təsəvvür edin belə bir məqamda bizim qonşu Gürcüstan NATO-ya qəbul olunarsa nə baş verər? Baxın, NATO-nun aparıcı ölkələri kimdi? Amerika və Fransa. Həmin ölkələr, xüsusən də Fransa Böyük Ermənistan yaradılması proyektinin əsas müəlliflərindən və sponsorlarından biridir. Bu gün Gürcüstan prezidenti Fransa vətəndaşıdır. Fransa Gürcüstanı hava hücumundan müdafiə sistemləri ilə təmin edib. Fransanın bu ölkə üzərində çox böyük təsiri var. Əgər Fransa Ukrayna ilə bir yerdə Gürcüstanı da NATO üzvlüyünə qəbul eləyərsə, bu çox ciddi və fəlakətli nəticələrə gətirib çıxaracaq. Təsəvvür edin, dünyanın ən aqressiv və yırtıcı hərbi birliyi düz gəlib bizim sərhədlərdə dayanacaq, qapımızı kəsdirəcək. Bunun sizcə Azərbaycan üçün nəticələri necə ola bilər? NATO Gürcüstanı üzvlüyə qəbul eləyərsə Gürcüstan ordusunun tərkibindəki hərbçilər Cavaxetiyadakı erməniləri ayağa qaldıracaqlar. Gürcüstan ordusundakı NATO tərəfdarı olan zabitlərin köməyi ilə ermənilərlə bağlı təxribat hazırlanacaq. Cavaxetiya bölgəsindəki ermənilər Ermənistana birləşdirilmək tələbi ilə meydana girəcəklər. Beləliklə Böyük Ermənistan planı həyata keçirilərək ermənilərin Qara dənizə çıxışı təmin ediləcək. Bunu təkcə mən demirəm, Türkiyə mətbuatı da bu barədə çox yazıb. Bu NATO-nun, Fransanın köhnə planıdı. İndi başa düşürsüzmü Gürcüstanın və Ukraynanın NATO-ya qəbul edilməsi bizə necə böyük təhdidlər yaradır? Söydüyünüz Rusiya isə əksinə, Böyük Ermənistan layihəsini dəstəkləmir. Rusiya Ermənistanın indiki sərhədləri daxilində qalmasını dəstəkləyir.
***
Burdan üzümü 30 ildi meydan sulayan bəzi politoloq yoldaşlara tuturam. Yapışmısız elə Rusiya, Rusiya, Rusiya... Nə bəla oldu, Rusiyanı günahkar çıxardırsız! Bir məsəl var, vətənpərvərlik əclafların son sığınacaq yeridir. Sadəcə insan olmaq lazımdı, insafla danışmaq lazımdı. Azərbaycanı bu gün istismar eləyən, çapıb talayan, sərvətlərini daşıyan Rusiya deyil. Rusiyanın öz təbii sərvətləri özünə kifayət eləyir. Zəhmət olmasa İsraili də, İngiltərəni də, ABŞ-ı da xatırladın. Heç olmasa arada onlardan da danışın, ədalət naminə adlarını çəkin, xalq da sizin yalanlarınıza inansın, niyyətinizin məkrli olmasından duyuq düşməsin.
***
Əziz xalqımız! Çox mürəkkəb bir dövr keçirik. Problemimiz ondadır ki, açıq deyək, bizdə xalq olaraq qlobal düşünmə qabiliyyəti zəifdir. Hər şeyə məişət prizmasından baxırıq. Regionda gedən proseslər çoxəsrlik rəqabətin növbəti təzahürüdür. Rusiya öz təsir zonasından sıxışdırılıb və haqlı olaraq mövqelərinə qayıtmaq istəyir. Bu yerlərə İngiltərə və onların əlaltıları - Türkiyə, Pakistan dürtülüb. Bizim region 3 əsrə yaxındır ingilis-rus rəqabəti zonasıdır. Ta Hindistana qədər ərazilərdə neçə əsrdir savaş gedir. Nadir şahın Hindistandan gətirdiyi qənimət almaz indi hardadı? Kuhe-nur. Britaniyada. Viktoriya və Albert muzeyində. İngilis, ya rus – bilin ki bu bölgədə iki gücdən biri hakim olacaq. 1988-dən başlayaraq ingilis agenti Qorbaçov satqının icazəsi ilə SSRİ-də Xalq cəbhələri adı altında satqın qurumlar xalq hərəkatına başladı. Biz də düşdük o zibilə. Böyük ölkə qəsdən dağıdıldı. Biz zavallı xalqlar rəzil günlərə qaldıq. Rusiyanı burdan çıxardılar. Azərbaycan da neft müqavilələri bağlayıb BP-ni bura gətirdi. Onun zibilinə keçmişik. İngilis təsiri bizim ölkədə məhv edilməlidir, vəssalam! Nə zaman ki, bu xalq bütün bəlaların ingilis-yəhudi cütlüyündən gəldiyini anlasa və tək xilas yolunun Rusiyanın bura qayıtmasında olduğunu dərk etsə, onda biz xilas olacağıq! Xalq Cümhuriyyəti deyilən oyuncaq qurum da elə ingilis proyekti idi. İngilislərə Rusiyanın baş-beynini cənubda xarab edən forpost lazım idi. 100 il əvvəl və indi. O da olduq biz. Rusiya həmişəlik bölgəyə qayıtmalıdır! Monopoliya, bahalıq, soyğunçuluq - hamısı aradan onda qalxacaq. Ancaq pul, pul, pul – indiki ağalarımızın kredosu budur. Hərdən məni bu fikirlərimə görə söyürlər, - söysünlər nə olsun ki?! Peyğəmbərlərə də daş atıb, çarmıxa çəkiblər. Fərqli düşünənlər bizim cəmiyyətdə həmişə diskreditasiyaya məruz qalıblar. Əsas odur vicdanımız, amalımız təmizdir. Türkiyə də, Pakistan da ingilislərin əlaltısı olaraq özləri ağ günlərə çıxıb, bizi də çıxardacaqlar. Cəhənnəmə gedən özünə yoldaş axtarar, bizimki ondandır. Hamımız bilməliyik ki, Rusiya olmasa hamımızı ingilis akulası hopp eləyib udar. Biz dəryada kiçik kilkəyik. Biz tale ortağıyıq hamımız bu ölkədə. Gəlin əyri oturub düz danışaq. İngilis yırtıcısı üçün fərqi nədir türk, talış, ləzgi. Əsas odur sərvətimizi aparıb özümüzü bir qarın çörəyə möhtac qoyublar, heç qanuni məhkəməyə belə layiq bilməyiblər. Gör biz onların gözündə nə gündəyik! Biz, ya Afrikadakı neandertallar, fərqimiz yoxdur onlarçün, balaca qara xalqıq. Özümüz xalq olaraq bu vəziyyətdən çıxa bilmərik, bizə ancaq və ancaq Rusiya kömək edə bilər.
***
Günəş həmişə olduğu kimi yenə Şimaldan doğacaq!

https://t.me/qaynarxeber

12.07.2022

Kəlbəcərin partiya sədri o posta necə oturub


Cavid Qurbanovun YAP-a sədr gətirdiyi Həbib Misirov feysbukda məhəbbət yaşayır: "Səndən çocuğum olsun"

Bir zamanlar özünü "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanovun müşaviri kimi təqdim edən Həbib Misirovla bağlı şok yazışmalar ortaya çıxıb. 
32gun.az xəbər verir ki,  hazırda Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər rayon təşkilatının sədri vəzifəsində çalışan Həbib Misirov bir xanımla tanışlıq məqsədi ilə sosial şəbəkədə yazışıb.
Yazışmanın diqqət çəkən məqamı qadının H.Misirova "Səndən uşağım olsun" təklifidir.
Bu tanışlığın nə vaxt olduğu bizə məlum deyil.
Saytımıza verilən məlumatda həmçinin iddia olunur ki, Cavid Qurbanovun atası Qənbər Qurbanov dünyasını dəyişənə qədər Həbib Misirov  onun "baxıcısı" olub. Belə ki, mərhumun təmizlik işlərinə xsusi nəzarət edən şəxs olub.
İddiaya görə, bunun nəticəsində C.Qurbanov atası dünyasını dəyişdikdən sonra Həbib Misirovu mükafatlandıraraq, YAP Kəlbəcər rayon təşkilatının sədr gətirdib.

11.07.2022


Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq və Strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Deklarasiyasına görə Azərbaycanın strateji tərəfdaşı - Rusiyadır! Yolumuz Rusiya yoludur!

— Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edirlər.
— Tərəflər öz ərazilərində dövlət suverenliyinə və bir-birinin ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üçün qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildirirlər.
— Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı gücləndirmək və genişləndirmək niyyətlərini bəyan edirlər.
— Tərəflərdən heç biri digər Tərəfin ərazisində onun qurumları, təşkilatları, şirkətləri və digər təsərrüfat subyektləri tərəfindən bu və ya digər Tərəfin suveren hüquq və mənafelərinə xələl gətirə biləcək fəaliyyətin həyata keçirilməsinə icazə verməyəcək.
— Tərəflər Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı-faydalı hərtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə, iştirakçı dövlətlərin qarşısında duran təxirəsalınmaz ümumi problemlərin və vəzifələrin həlli üçün MDB-nin bir vasitə olaraq səmərəliliyinin artırılmasına kömək edəcəklər.
— Tərəflər beynəlxalq və regional səviyyədə hər iki dövlətin sivilizasiyalar və dinlər arasında dialoqun qurulması və dərinləşdirilməsi səylərini dəstəkləyəcəklər.
— Tərəflər özlərinin təsərrüfat subyektləri, o cümlədən hər iki dövlətin biznes və elm sahəsində qurum və təşkilatları arasında qarşılıqlı fəaliyyətin qurulması və dərinləşdirilməsinə lazımi köməklik göstərəcəklər.
— Tərəflər mədəniyyət və incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsinin tərəfdarıdırlar.
— Tərəflər hər iki ölkənin gənclər və tələbə təşkilatları, elm və mədəniyyət xadimləri arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə kömək edəcəklər.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq və Strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Deklarasiya

Azərbaycan Respublikası Prezidenti və Rusiya Federasiyası Prezidentləri,
ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini, habelə qarşılıqlı maraq doğuran beynəlxalq problemləri müzakirə edərək,
iki ölkə xalqları arasında hörmət, etimad və qarşılıqlı yaxınlaşma istəyinə əsaslanan ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərindən çıxış edərək,
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 1997-ci il iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləyə, 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsinə, 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsinə, Rusiya Federasiyasının Prezidentinin və Azərbaycan Respublikasının Prezidentinin 22 fevral 2006-cı il tarixli Birgə Bəyannaməsinə əsaslanaraq,
ədalətli dünya nizamının formalaşmasına və dövlətlərarası münasibətlərin hərtərəfli əməkdaşlıq və milli maraqlara qarşılıqlı hörmət əsasında inkişafına kömək etməyə səy göstərərək,
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında etimadın və strateji tərəfdaşlığın möhkəmlənməsinin regionda sülh və sabitliyə töhfə verəcəyinə əminlik ifadə edərək,
Qlobal enerji təhlükəsizliyinin təmin edilməsində hər iki ölkənin mühüm rolunu nəzərə alaraq,
Regionda ölkələrin normal inkişafına və onlar arasında hərtərəfli əməkdaşlığa mane olan həll olunmamış münaqişələrin mövcudluğundan xüsusi narahatlığını ifadə edərək,
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn hamılıqla tanınmış digər normalarına və hər şeydən əvvəl dövlətlərin suveren bərabərliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət, beynəlxalq hüququn qorunması və möhkəmləndirilməsi üçün güc tətbiqi və ya təhdidlərdən istifadə olunmaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, 
Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinə, habelə Rusiya Federasiyası və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyətə kömək etmək niyyətlərini bəyan edərək,
ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi prosesində mühüm amil kimi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ticarət-iqtisadi və investisiya əlaqələrinin artırılmasının və şaxələndirilməsinin, habelə yüksək texnologiyalar sahələrində əməkdaşlığın intensivləşdirilməsinin zəruriliyini vurğulayaraq,
Rusiya Federasiyası Prezidentinin Azərbaycan Respublikasına hazırkı səfərinin dostluq və strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirəcəyinə və genişləndirəcəyinə əminlik ifadə edərək,
aşağıdakıları bəyan edirlər:

I

Tərəflər strateji xarakter daşıyan bərabərhüquqlu, qarşılıqlı-faydalı və konstruktiv ikitərəfli münasibətlərin hərtərəfli inkişafını davam etdirəcəklər;
Tərəflər ikitərəfli münasibətlərin bütün spektri, qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu dərinləşdirəcək və genişləndirəcəkkər;
Tərəflər Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisi arasında 2001-ci il 9 yanvar tarixli əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq birbaşa parlamentlərarası əlaqələrin və beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın inkişafına kömək edəcəklər;
Tərəflər hər iki ölkədə yeni siyasi, iqtisadi və sosial reallıqlar nəzərə alınmaqla ikitərəfli münasibətlərin hüquqi bazasının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar;
Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edirlər;
Tərəflər sərhədyanı rayonlarda dostluq, mehriban qonşuluq, millətlərarası harmoniya, sülh və sabitlik mühitinin möhkəmləndirilməsi üçün tədbirlər görməyə və öz ərazilərində dövlət suverenliyinə və bir-birinin ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üçün qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildirirlər. 
Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın işindən məmnun olduqlarını bildirərək, müvafiq dövlətlərarası sənədin imzalanması məqsədilə danışıqlar prosesinin tezliklə başa çatdırılmasının tərəfdarıdırlar;
Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı gücləndirmək və genişləndirmək niyyətlərini bəyan edirlər;
Tərəflərdən heç biri digər Tərəfin ərazisində onun qurumları, təşkilatları, şirkətləri və digər təsərrüfat subyektləri tərəfindən bu və ya digər Tərəfin suveren hüquq və mənafelərinə xələl gətirə biləcək fəaliyyətin həyata keçirilməsinə icazə verməyəcək.

II

Tərəflər Avropada və bütövlükdə dünyada təhlükəsizliyin təmin edilməsinin vacibliyini qeyd edərək, beynəlxalq səviyyədə tanınmış sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyini bir daha təsdiq edərək, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bəyan edirlər;
Tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən Rusiya Federasiyasının Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə kömək etmək üçün gələcək səylərin qəbul edilməsinə mühüm əhəmiyyət verirlər;
Tərəflər Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsipləri əsasında tezliklə həllinin təmin edilməsinin və hər şeydən əvvəl dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına hörmətin vacibliyini vurğulayırlar;
Tərəflər qaçqınların və münaqişə zəminində məcburən köçkün düşənlərin tez bir zamanda könüllü surətdə və təhlükəsiz qayıtmasına kömək edəcəklər.

III

Tərəflər Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə mərkəzi rolunun gücləndirilməsini, beynəlxalq hüquqi nizama yeni təhdid və çağırışlara qarşı onun potensialından səmərəli istifadə edilməsi vəzifəsinin prioritetliyini qeyd edirlər;
Tərəflər terrorizm, separatizm, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi və transsərhəd cinayətkarlığına qarşı mübarizədə ikitərəfli əsasda və BMT çərçivəsində birgə fəaliyyətə hazır olduqlarını bəyan edirlər;
Aktual beynəlxalq problemlər üzrə üst-üstə düşən və ya yaxın mövqe tutan Tərəflər BMT, ATƏT, Avropa Şurası, universal və regional xarakterli digər təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətlərini bəyan edirlər;
Tərəflər kollektiv və hüquqi prinsiplərə əsaslanan daha demokratik və ədalətli dünya nizamının qurulması maraqları naminə dünya səhnəsində sıx əməkdaşlığı davam etdirəcəklər;
Tərəflər Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı-faydalı hərtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə, iştirakçı dövlətlərin qarşısında duran təxirəsalınmaz ümumi problemlərin və vəzifələrin həlli üçün MDB-nin bir vasitə olaraq səmərəliliyinin artırılmasına kömək edəcəklər;
Tərəflər beynəlxalq və regional səviyyədə hər iki dövlətin sivilizasiyalar və dinlər arasında dialoqun qurulması və dərinləşdirilməsi səylərini dəstəkləyəcəklər.

IV

Tərəflər ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı və təkmilləşdirilməsi üçün rəhbər mexanizm kimi İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyətini məmnunluqla qeyd edirlər;
Tərəflər iki ölkə arasında 2010-cu ilə qədər olan dövr üçün uzunmüddətli iqtisadi əməkdaşlıq Proqramının həyata keçirilməsi, hər iki ölkənin sürətlə və dinamik inkişaf edən iqtisadiyyatlarının potensialına uyğun olaraq iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki əməkdaşlığın səviyyəsinin yüksəldilməsi üçün əlavə tədbirlər görəcəklər;
Tərəflər özlərinin təsərrüfat subyektləri, o cümlədən hər iki dövlətin biznes və elm sahəsində qurum və təşkilatları arasında qarşılıqlı fəaliyyətin qurulması və dərinləşdirilməsinə lazımi köməklik göstərəcəklər;
Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə, yanacaq-energetika və sənaye kompleksi, əlvan metallurgiya, tikinti, rabitə və informasiyalaşdırma, yüngül sənaye, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı və sənaye əməkdaşlığını dərinləşdirmək niyyətindədirlər;
Tərəflər dünya iqtisadiyyatında formalaşan inteqrasiya meyllərini nəzərə almaqla kredit təşkilatlarının fəaliyyətinin tənzimlənməsinə, maliyyə institutları arasında əməkdaşlığın inkişafına, birgə müəssisələrin, o cümlədən maliyyə və sənaye qruplarının, müəssisələrin və digər təşkilati-iqtisadi strukturların yaradılmasına üstünlük verəcəklər;
Tərəflər öz iqtisadiyyatlarının şaxələndirilməsi və yeni texnoloji bazaya köçürülməsi sahəsində milli prioritetləri nəzərə almaqla və bunun üçün əlverişli hüquqi, maliyyə və iqtisadi şərait yaratmaqla ikitərəfli iqtisadi, ticarət, investisiya, elmi-texniki əlaqələri inkişaf etdirməyə davam edəcəklər;
Tərəflər dünya iqtisadiyyatında innovasiya amilinin mühüm rolunu nəzərə alaraq, hər iki ölkənin müvafiq hökuməti və elmi qurumları arasında əməkdaşlığın intensivləşdirilməsi, o cümlədən həyata keçirilməsi ilə milli iqtisadiyyatların innovativ inkişaf modelinə keçidi sahəsində əməkdaşlığı, tərəflərin əldə etdikləri təcrübə nəzərə alınmaqla birgə innovasiya layihələrini təşviq edəcəklər;
Tərəflər yüksək texnologiyalar və nanotexnologiyalar sahəsində əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini dərk edərək, bu sahələrdə əməkdaşlığın intensivləşdirilməsi üçün İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində işçi qrupun yaradılması məsələsinə baxacaqlar;
Tərəflər üçüncü ölkələrin bazarlarında birgə investisiya layihələrinin həyata keçirilməsi və iki ölkənin dünya kapital bazarına daha fəal inteqrasiyası məqsədilə əməkdaşlığa hazır olduqlarını bildirirlər;
Tərəflər dünya ərzaq qiymətlərinin sürətli artımının milli iqtisadiyyatlar və dünyanın ərzaq təhlükəsizliyi üçün mənfi nəticələrini nəzərə alaraq, dünya ərzaq siyasətinin və ticarətinin səmərəli arxitekturası, bu sahələrdə effektiv antiböhran proqramları işləyib hazırlamaq məqsədilə iki ölkənin müvafiq hökuməti və elmi qurumları arasında birbaşa təmasları, dialoqu və əməkdaşlığı təşviq edəcəklər;
Tərəflər kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və hər iki ölkənin bazarlarına çıxarılması sahəsində əməkdaşlığı genişləndirəcək, aqrar sahədə elmi qurumlar arasında hərtərəfli əlaqələri dərinləşdirəcəklər.

V

Tərəflər 2007-ci il oktyabrın 16-da Tehranda beş Xəzəryanı dövlətin prezidentlərnin imzaladığı İkinci Xəzər Zirvə Görüşünün yekun bəyannaməsini, o cümlədən Xəzər dənizi və Xəzər Hökumətlərarası İqtisadi Konfransı təhlükəsizlik məsələləri üzrə ekspertlərin görüşünün keçirilməsi ilə bağlı sammitdə əldə edilmiş razılaşmaları yüksək qiymətləndirirlər. Onlar Xəzər dənizinin hüquqi statusunun hərtərəfli həllinə ən qısa zamanda nail olmaq və Xəzəryanı dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün bu sazişləri ardıcıl surətdə həyata keçirəcəklər; 
Tərəflər Xəzər dənizində yaradılmış və mövcud beynəlxalq hüquqi nizama, o cümlədən yerin təkindən istifadə məqsədilə Xəzər dənizinin dibinin delimitasiyası haqqında Azərbaycan, Rusiya və Qazaxıstan arasında imzalanmış sazişlərə sadiq olduqlarını bir daha təsdiqləyir, digər Xəzəryanı dövlətləri də oxşar qarşılıqlı məqbul sazişlər bağlamağa çağırırlar;
Tərəflər Xəzər dənizinin dənizətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən dərin məmnunluqlarını bildirir, Xəzərdə ekoloji vəziyyət kökündən yaxşılaşdırmaq məqsədilə bu Konvensiyanın protokolları üzərində işlərin tezliklə başa çatdırılmasına töhfə vermək niyyətində olduqlarını bəyan edirlər. Onlar Xəzərdəki müəyyən fəaliyyət sahələrində, o cümlədən gəmiçilik və balıqçılıq sahəsində əməkdaşlıq sazişlərinin işlənib hazırlanmasına və bağlanmasına da töhfə verəcəklər.

VI

Tərəflər 2007-2009-cu illərdə Humanitar sahədə Əməkdaşlıq Proqramı əsasında mədəniyyət və incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsinin tərəfdarıdırlar;
Tərəflər hər iki ölkənin gənclər və tələbə təşkilatları, elm və mədəniyyət xadimləri arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə kömək edəcəklər;
Tərəflər Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı və Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənddəki filiallarının fəaliyyətinə xüsusi əhəmiyyət verirlər;
Tərəflər Rusiyada və Azərbaycanda müvafiq olaraq geniş Azərbaycan və rus diasporalarının etnik, dil, mədəni və dini kimliklərinin qorunub saxlanması və hər iki icmanın xüsusi rolunu nəzərə alaraq iki dost ölkə xalqlarının inkişafı üçün əlverişli şəraitin təmin edilməsinə töhfə verəcəklər;
Tərəflər Rusiyanın müvafiq profilli bir və ya bir neçə iri universitetində Azərbaycan tərəfinin dəstəyi ilə Azərbaycan dili, ədəbiyyatı, tarixi, incəsənəti fakültələrinin açılmasını nəzərdən keçirmək niyyətində olduqlarını bəyan edirlər ki, bu da iki ölkə və xalq arasında daha dərin anlaşma və qarşılıqlı fəaliyyətə doğru səylərin simvoluna çevriləcək;
Tərəflər Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında hər iki ölkədə diplomatik nümayəndəliklərin yerləşdirilməsi və saxlanması şərtləri haqqında, o cümlədən diplomatik nümayəndəliklərin yerləşdirilməsi və saxlanması şərtləri haqqında Saziş layihəsinin razılaşdırılması prosedurunun başa çatdırılması üçün, o cümlədən mülkiyyət hüquqlarının qeydiyyatı məqsədilə təxirəsalınmaz tədbirlər görəcəklər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası bu Bəyannamənin iki ölkə arasında ikitərəfli münasibətlərin hərtərəfli inkişafının intensivləşdirilməsinə və dərinləşməsinə xidmət edəcəyinə əminliklərini ifadə edirlər.

3 iyul 2008-ci ildə Bakıda Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmişdir.

Tərcümə etdi: Nadir Qocabəyli

10.07.2022

Aleksandr Duqin: Liberallar sadəcə rədd olmalıdırlar!


Avrasiya Hərəkatının lideri Aleksandr Duqin özünün telegram kanalında liberalların Rusiyadakı dövranının sonunun gəlməsi, onların bütün elitadan qovulması barədə yazısı maraq doğurur.
Siyasətçinin fikrincə, liberallar bütün idarəetmə vəzifələrindən qovulmalı, 6-cı kolonun fəaliyyətinə göz yumulmamalıdır.

"Liberallar Rusiyanı 30 il idarə etdilər. Əvvəlcə açıq şəkildə, sonra altıncı kolon şəklində. Lakin onların bizə, cəmiyyətimizə, kimliyimizə, tariximizə olan nifrəti hədsiz idi. Və onlar üçün rus vətənpərvəri, ya da Kadırov, fərqi yoxdur. Onlar Rusiyanı güclü və azad edən, ona sadiq olan və öz taleyini Vətəndən kənarda görməyən hər şeyin düşmənidirlər.
İndi onlar xalqımızı qətlə yetirən, Toçka-U-dan şəhərlərimizi atəşə tutan, rus əsgərlərini diri-diri yandıran düşmənlərə birbaşa şərik kimi görünürlər. Pivovarovlar, Mau, Çubayslar, Qluxovskilər, Yeltsin Mərkəzləri, Memoriallar, “Novaya qazeta”lar, “Exo Moskvı”lar və onların keçmiş işçiləri qalan liberal mediaya səpələniblər, prezidentə, xalqa, orduya, cəmiyyətə zəhər səpməkdə davam edirlər. Təbii ki indi əvvəlki kimi açıq deyil.
Biz hələ qalib gəlməmişik, amma onlar artıq məğlub olublar. Və onların sonu qaçılmazdır. Bu, əvvəlcədən müəyyən edilmiş bir şeydir.
Onlar ölkəni idarə edib bizi məsxərəyə qoydular, ekranlardan düşmədilər, müəssisələri, teatrları, kanalları, neftimizi, qazımızı, alüminiumumuzu, poladımızı ələ keçirdilər.
Lakin 24 fevral 2022-ci il tarixi dərhal onları suverenliklərindən məhrum etdi. Liberal elita artıq suveren deyil.
Yalnız Prezident suverendir.
Bu gün xalq hələ suveren deyil, sabah həm prezident, həm də xalq olacaq. Və bunların arasında heç bir ziddiyyət yoxdur. Yalnız Rusiyaya nifrət edənlərlə ziddiyyətlər var. Yəni liberallarla, xarici agentlərlə, atlantistlərlə, qərbçilərlə.
Qisasçı və qan çanağı olmağa lüzum yoxdur. Onlar sadəcə rədd olmalıdırlar. Yaxşı olar ki könüllü. Və mümkün qədər tez.
Vaxtınız bitdi. Tarixin saatı Rusiya istiqamətində işləyir. Əşyalarınızla birlikdə çıxışa doğru!"

Niyə TALIŞDA (Cənub bölgəsində) iş yerləri və infrastruktur inkişaf olunmur?

Elcan Rövşənoğlu

Gəlin sizə bir az "nağıl" danışım.
Yadınıza gəlirsə əgər, bizim "Xəzər Lənkəran" adlı bir futbol komandamız var idi... 2004-cü ildən tutmuş dağıldığı günə kimi, biz talışlar hər həftə öz doğma komandamızın oyununu gözləyirdik və ona dəli kimi azərkeşlik edirdik. Bakı "Neftçi"si ilə qarşılaşma hətta "böyük oyun" adını almışdı. Yox, sizə futbol haqda danışmaq fikrim yoxdur, sadəcə Lənkərandakı "Pal süd" yadıma düşdü. Düşündüm ki, niyə Talış bölgəsində bu cür müəssisələr, fabriklər, zavodlar və s. olmamalıdır ? Soruşacaqsız guya harda var ki, orda da olsun? Niyə ki, Qubada, Qusarda, Qəbələdə və s. turizm üçün kifayət qədər işlər görülüb, bəs Talişda buna nə mane olur?
Əvvəlcə nəticədən danışıb daha sonra səbəbi izah etmək istəyirəm. Bütün bunların olmaması cənub regionundan əhalinin kütləvi şəkildə paytaxta köç etməsi, sahibsiz qalan evlərin dağılması, ana dilimizin məhv olub aradan itməsi və bir çox böhranlı hallarla nəticələnib.
Rusiya bazarlarını sitrus meyvələri, tərəvəzlərlə təmin edən cənub regionunda nəyə görə konserv zavodları fəaliyyət göstərməməlidir? Füsunkar təbiəti, gözəl meşələri, hündür dağları olan Lerik niyə ən geridə qalmış rayon olmalıdır? Bir tərəfində dəniz, bir tərəfində meşələr və dağlar olan Astara nəyə görə dünya turistlərinin diqqətini cəlb etməməlidir? Niyə Lənkəran adı gələndə narkomaniya və narkotik vasitələr yada düşməlidir? Hər zaman namusu, əxlaqı ilə seçilən bir reqionda niyə fahişəliyin yaşı azalmalı, özü isə çoxalmalıdır?
Deməli başqa səbəblər var. Görünür bizim regionun inkişafı kimlərəsə sərf eləmir. Məsələn, Rusiyada yaşayan separatçılara. Bilirəm bir çoxunuz bunu oxuyub ironiya ilə gülümsədiniz, amma mən buna izahat vermək istəyirəm. Yazıma əbəs yerə "Xəzər Lənkəran" ilə başlamadım. Məhz "Xəzər"in ev oyunlarında tamaşaçıların arasında Zabil Məhərrəmovun ələ salıb, ələ aldığı bəzi tamaşaçılar olurdu. Onlar Zabilin sifarişi ilə separatçı lozunqlar səsləndirib kütləyə təsir edərək onların dövlətə və dövlətçiliyə qarşı çıxarmağa çalışırdılar. Çünki Talış regionunun Azərbaycan dövləti tərkibindəki inkişafı separatizm tərəfdarlarına heç cür sərf etmir. Ona görə də Zabil və onun kimi marionet qüvvələr məhz bu məqsədlə çirkin işlərlə əl atırlar.
Nə qədər ki, talışlar Zabil, Zairəddin və onların əlaltıları ilə təmasda olacaqlar, onların tapşırıqlarını yerinə yetirəcəklər bizim regionda heç vaxt, heç nə qaydasına düşməyəcək!
P.S.: Regionumuzun inkişafı, "Separatçılığa yox!"dan asılıdır!

Qeyd: Dəfələrlə məhz Rusiya tərəfinin təşəbbüsü ilə separatizmi qadağan edən dövlətlərarası müqavilələr imzalanıb, sazişlər bağlanıb.

Rusiya talış separatizmini dəstəkləmir!





09.07.2022

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 yanvar 2002-ci il tarixli Birgə Bəyanatında Rusiya ilə inteqrasiyanın zəruriliyi əks olunub:

— Tərəflər iki dost dövlət arasında hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edirlər.
— Tərəflər iki ölkə xalqlarının hərtərəfli şəkildə daha da yaxınlaşmasının, mədəniyyət, elm və təhsil, informasiya, turizm və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin, habelə Azərbaycan və Rusiya xalqları arasında ənənəvi dostluq və etimad tellərinin möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin zəruriliyinə diqqət yetirirlər.
— Tərəflər inteqrasiya və əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadilələri üçün Müstəqil Dövlətlər Birliyinin əhəmiyyətini qeyd etdilər.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Deklarasiyası,
9 yanvar 2001-ci il

— Azərbaycan Respublikası və Rusiya Federasiyası siyasi, ticarət-iqtisadi, hərbi, humanitar, mədəniyyət, elm, təhsil, informasiya, turizm və idman sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi xəttinə tərəfdar olduqlarını təsdiq edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqlara cavab verən ikitərəfli hərbi və hərbi texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirirlər.
— Onlar Azərbaycan Respublikasında yaşayan rusları və Rusiya Federasiyasında yaşayan azərbaycanlıları Azərbaycan və Rusiya cəmiyyətinin üzvi hissəsi, xalqların yaxınlığının saxlanılmasına və aralarındakı dostluq münasibətlərinin möhkəmləndirilməsinə kömək edən amil hesab edirlər.
— Hər iki dövlət mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişafının və genişləndirilməsinin, habelə hər iki ölkənin xalqları arasında ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin əhəmiyyətini qeyd edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası ənənəvi siyasi, iqtisadi, elmi, mədəni-tarixi əlaqələrin inkişafına imkan yaratmaq səylərini ifadə edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda regionun dinc gələcəyi üçün təhlükə törədən terrorizmin, ekstremizmin və təcavüzkar separatizmin yayılması ilə əlaqədar ciddi narahat olduqlarını bildirirlər. Bunları nəzərə alaraq, onlar özlərinin xarici siyasət, güc və hüquq-mühafizə strukturlarının səmərəli qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini davam etdirəcəklər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlığın dərinləşdirilməsi Tərəflərin milli maraqlarına cavab verir.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, onların qarşılıqlı etimad ruhunda həm ikitərəfli münasibətlər sahəsində, həm də beynəlxalq arenada sıx və dinamik əməkdaşlığı hər iki xalqın və dövlətin maraqlarına cavab verir və özlərinin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi, 9 yanvar 2001-ci il

Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti,
Azərbaycan-Rusiya münasibətlərinin vəziyyətini və perspektivini hərtərəfli müzakirə edərək;
çoxəsrlik dostluq ənənələrinə, Azərbaycan və rus xalqlarının tarixi talelərinin ümumiliyinə əsaslanaraq,
ikitərəfli münasibətlər üçün böyük əhəmiyyət kəsb edən və hər iki ölkə arasında strateji tərəfdaşlığın əsasını qoyan 3 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləyə əsaslanaraq,
Qafqazın bu günü və gələcəyi üçün öz məsuliyyətlərini dərk edərək,
Azərbaycan-Rusiya dostluğunun və strateji tərəfdaşlığının möhkəmləndirilməsinin regional təhlükəsizliyi və əməkdaşlığın irəliləyişində və təminində mühüm amil olduğuna inanaraq,
regionda dövlətlərin normal inkişafına, onların geniş iqtisadi və digər qarşılıqlı əlaqələrinə maneçilik törədən münaqişələrin həll olunmaması ilə əlaqədar xüsusi narahatlıq bildirərək,
hər iki dövlətin ali rəhbərləri arasında daimi və sıx əlaqələrin saxlanılmasına, ikitərəfli, regional və beynəlxalq problemlərə dair müntəzəm fikir mübadilələrinin aparılmasına hazır olduqlarından çıxış edərək,
beynəlxalq hüququn hamı tərəfindən tanınmış normalarına, BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və ATƏT-in digər sənədlərinə qəti şəkildə tərəfdar çıxaraq,
aşağıdakıları bəyan edirlər:

Azərbaycan Respublikası və Rusiya Federasiyası ikitərəfli əlaqələri, onların dövlət suverenliyinə və müstəqilliyinə qarşılıqlı hörmət, bərabər hüquqluq, daxili işlərə qarışmama, zor işlətməmə və ya zor işlətməklə hədələməmək, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, mübahisələrin sülh yolu ilə həll olunması, insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməsi, öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipləri, habelə beynəlxalq hüququn digər ümumtanınmış normaları əsasında yeni, daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaqla qətiyyətlidirlər. Onlar iqtisadi islahatların və demokratik dəyişikliklərin həyata keçirilməsində bir-birinin səylərini dəstəkləyəcəklər. Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazı sülh, mehriban qonşuluq və tərəqqi regionuna çevirmək istiqamətində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirirlər. Ali səviyyədə Azərbaycan-Rusiya konstruktiv dialoqunun sonrakı inkişafı bu vəzifələrin yerinə yetirilməsinin mühüm zəmini olacaqdır.

I

Azərbaycan Respublikası və Rusiya Federasiyası siyasi, ticarət-iqtisadi, hərbi, humanitar, mədəniyyət, elm, təhsil, informasiya, turizm və idman sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi xəttinə tərəfdar olduqlarını təsdiq edirlər.
Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti qarşılıqlı maraq kəsb edən məsələlərə dair müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət sahəsində məsləhətləşmələr təcrübəsini faydalı sayır və genişləndirilməsinə lüzum olduğunu hesab edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası parlamentlərarası əlaqələrin inkişafına, habelə qanun yaradıcılığı fəaliyyətində, demokratik institutların formalaşmasında və fəaliyyətində təcrübə mübadiləsinə kömək edəcəklər.
Onlar qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət verirlər və ticarət dövriyyəsinin həcminin artmasına, yanacaq-energetika kompleksi də daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində kooperasiyanın inkişafına hər cür imkan yaradacaqlar.
Azərbaycan Respublikası və Rusiya Federasiyası maliyyə və bank strukturları ilə bağlı qarşılıqlı əlaqələrin inkişafını, investisiya layihələrinin həyata keçirilməsini, birgə müəssisələrin və digər təsərrüfat birliklərinin yaradılmasını dəstəkləyəcəklər.
Onlar Azərbaycan Respublikası və Rusiya Federasiyasının subyektləri, həmçinin onların təsərrüfat subyektləri arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini faydalı sayırlar.
Hər iki dövlət Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin daha da gücləndirilməsi zəruriyyətini qeyd edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqlara cavab verən, üçüncü dövlətə qarşı yönəlməyən, habelə Azərbaycan Respublikası və Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə zidd olmayan uzun müddətli əsasda ikitərəfli hərbi və hərbi texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirirlər.
Onlar Azərbaycan Respublikasında yaşayan rusları və Rusiya Federasiyasında yaşayan azərbaycanlıları Azərbaycan və Rusiya cəmiyyətinin üzvi hissəsi, xalqların yaxınlığının saxlanılmasına və aralarındakı dostluq münasibətlərinin möhkəmləndirilməsinə kömək edən amil hesab edirlər.
Hər iki dövlət mədəniyyət, elm və təhsil sahəsində əməkdaşlığın daha da inkişafının və genişləndirilməsinin, habelə hər iki ölkənin xalqları arasında ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi üçün bu sahələrdə hərtərəfli mübadilələrin əhəmiyyətini qeyd edirlər.
Onlar Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyasının mühüm əhəmiyyətini vurğulayır və dövlət komissiyalarının işlərinin davam etdirilməsinin zəruriliyini təsdiq edirlər.
Prezidentlər Xəzər problemləri üzrə hər iki dövlətin yanaşmalarının yaxınlaşmasını qeyd edir, bununla əlaqədar qəbul olunmuş Azərbaycan Respublikası və Rusiya Federasiyasının Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyannaməsini alqışlayır və hər iki dövlətin müntəzəm, o cümlədən də beş Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi işçi qrupu formatında əlaqələrini davam etdirməyə hazır olduqlarını bildirirlər.

II

Azərbaycan Respublikası və Rusiya Federasiyası ənənəvi siyasi, iqtisadi, elmi, mədəni-tarixi əlaqələrin və Qafqazda humanitar təmasların, millətlərarası barışığın və sülhün möhkəmləndirilməsinin inkişafına imkan yaratmaq səylərini ifadə edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına yanaşmaların müəyyən edilməsində bu regionun dövlətlərinin əsas rol oynaması fikrindən çıxış edirlər.
Prezidentlər bununla əlaqədar Azərbaycan Respublikası, Ermənistan Respublikası, Gürcüstan və Rusiya Federasiyası tərkibində yüksək səviyyədə əlaqələrin mühüm əhəmiyyətini vurğulayırlar və onun nəticələrinin daha səmərəli olmasına nail olacaqlar.
Onlar 20 iyun 2000-ci ildə Moskva şəhərində Qafqaz dövlətləri başçılarının görüşündə əldə edilmiş razılıqları, xüsusilə də belə görüşlərin bundan sonra ildə iki dəfədən az olmayaraq keçirilməsi ilə bağlı fikri alqışlayırlar.
Hər iki dövlətin başçısı hesab edir ki, regionda etibarlı təhlükəsizliyin təmin olunmasının və çoxtərəfli əməkdaşlığın canlandırılmasının zəruri şərti lokal münaqişələrin sülh yolu ilə, ədalətli və davamlı şəkildə həll olunmasıdır. Onlar Qafqaz dövlətləri arasında sülhün, mehriban qonşuluğun bərpa edilməsi və saxlanılmasının əsası olan ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə və beynəlxalq hüququn digər norma və prinsiplərinə qəti tərəfdar olduqlarını bildirirlər.
Bu konteksdə Azərbaycan Respublikası və Rusiya Federasiyası Dağlıq Qarabağ münaqişəsinin müvafiq BMT TŞ qətnamələri və ATƏT qərarları əsasında siyasi yolla həll olunmasına tərəfdar çıxırlar.
Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında yüksək səviyyədə aparılan birbaşa dialoqu alqışlayır, onun Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll olunmasına kömək edəcəyinə əmin olduğunu bildirir.
Azərbaycan Respublikası Dağlıq-Qarabağ münaqişəsinin həll olunmasında, Rusiya Federasiyasının, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinin daha da fəallaşmasına ümid etdiyini bildirir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda regionun dinc gələcəyi üçün təhlükə törədən terrorizmin, ekstremizmin və təcavüzkar separatizmin yayılması ilə əlaqədar ciddi narahat olduqlarını bildirirlər.
Bunları nəzərə alaraq, onlar özlərinin xarici siyasət, güc və hüquq-mühafizə strukturlarının səmərəli qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini davam etdirəcəklər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazdakı münaqişələr nəticəsində qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına tezliklə, könüllü və təhlükəsiz şəkildə qayıtmalarına bundan sonra hər vasitə ilə kömək edəcəklər.
Onlar regiondakı beynəlxalq nəqliyyat əlaqələrinin tezliklə tam bərpası üçün zəruri səy göstərəcəklərini, Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə, Rusiyanın isə Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizinə qoşulmasına qarşılıqlı yardım edəcəklərinə hazır olduqlarını bəyan edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazın nadir təbiətinin qorunması, beynəlxalq turizmin inkişafı, texnogen qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələlərində hərtərəfli əməkdaşlığa xüsusi diqqət yetirəcəklər.
Onlar qeyd edirlər ki, demokratiyanın inkişafı və insan hüquqlarına və azadlıqlarına əməl edilməsi hər iki ölkənin və bütövlükdə regionun layiqli gələcəyinin əsası, Qafqaz dövlətlərinin ümumavropa və dünya strukturlarına inteqrasiyasının mühüm şərtidir.
Hər iki dövlət beynəlxalq birliyin regionda etimad mühitinin yaradılmasına və davamlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş təşəbbüslərini alqışlayır.

III

Azərbaycan Respublikası və Rusiya Federasiyası BMT, ATƏT, Avropa Şurası, MDB, digər beynəlxalq təşkilatlar və universal və regional xarakterli forumlar çərçivəsində sıx və konstruktiv qarşılıqlı fəaliyyətlərini inkişaf etdirəcəklər.
Onlar əmindirlər ki, Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlığın dərinləşdirilməsi Tərəflərin milli maraqlarına cavab verir və ümumbəşəri tendensiyalar istiqamətində gedir.
Hər iki dövlət MDV-də çoxtərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, xüsusən Birlikdə mükəmməl bazar infrastrukturlarının yaradılmasının zəruri şərti olan azad ticarət zonalarının yaradılmasına, gələcəkdə əmtəə, xidmət, işçi qüvvəsi və kommersiyanın azad dövriyyəsinə əsaslanan ümumi iqtisadi məkanın inkişafına böyük əhəmiyyət verirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası BMT və onun Təhlükəsizlik Şurasının beynəlxalq məsələlərdə, ilk növbədə isə çoxqütblü dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsində mərkəzi rolunun möhkəmləndirilməsinə kömək edəcəklər.
Onlar minilliyin Zirvə görüşünün siyasi nəticələrini yüksək qiymətləndirirlər, onun səmərəli həyata keçirilməsi məqsədilə öz aralarında və bütün maraqlı dövlətlərlə sıx qarşılıqlı fəaliyyət göstərmək niyyətindədirlər.
Hər iki dövlət ərazi, etnik, dinlərarası və digər münaqişələri BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qərarlarına ciddi şəkildə əməl etməklə həll olunmasına səy göstərəcəklər.
Onlar hüquq müdafiəsi və humanitar bəhanələrlə suveren dövlətlərin daxili işlərinə qarışmağa yönəlmiş hər cür hərəkətlərin və cəhdin əleyhinə qətiyyətlə çıxış edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası silahlanma və tərksilaha nəzarət sahəsində mövcud müqavilələr sisteminin saxlanılmasının, kütləvi qırğın silahlarının və onları daşıma vasitələrinin yayılmaması prosesinin irəli aparılmasının, istisnasız olaraq bütün dövlətlərin təhlükəsizlik maraqlarının təmin olunmasının tərəfdarıdırlar. Onlar 26 may 1972-ci il tarixli raket əleyhinə müdafiə sisteminin məhdudlaşdırılması haqqında Müqavilənin müasir şəraitdə strateji sabitliyin təməl daşı kimi mövcud dəyərini saxlamasına razıdırlar və bu istiqamətdə göstərilən beynəlxalq səyləri dəstəkləyirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası nüvə silahının yayılmaması haqqında Müqavilənin qüvvəsinin müzakirəsinə dair 2000-ci il Konfransının qərarlarının mühümlüyünü qeyd edirlər və atom enerjisindən dinc istifadə sahəsində bərabərhüquqlu beynəlxalq əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsini alqışlayırlar. Azərbaycan Respublikası və Rusiya Federasiyası AEBA-nın himayəsi altında yeniləşdirilmiş nüvə texnologiyasının və nüvə yanacağının təbii təhlükəsiz dövriyyəsinin konseptual işlənilib hazırlanmasına dair beynəlxalq layihənin təşkili haqqında təklifləri dəstəkləyirlər.
Onlar 1999-cu ilin noyabrında, İstanbulda ATƏT-in Zirvə görüşündə imzalanmış Avropada adi silahlı qüvvələrə dair Müqavilənin uyğunlaşdırılması haqqında Sazişin Avropa təhlükəsizliyinin təmini üçün əhəmiyyətini qeyd edirlər.
Rusiya Federasiyası Azərbaycan Respublikasının Avropa Şurasına daxil olmasını dəstəkləyir və alqışlayır.
Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, onların qarşılıqlı etimad ruhunda həm ikitərəfli münasibətlər sahəsində, həm də beynəlxalq arenada sıx və dinamik əməkdaşlığı hər iki xalqın və dövlətin maraqlarına cavab verir və özlərinin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.

Bakı şəhərində 9 yanvar 2001-ci ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində tərtib edilmişdir, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 6 fevral 2004-cü ildə imzalanmış Moskva Bəyannaməsi ilə Azərbaycanın Avropaya inteqrasiya xəttinə son verilib, ölkənin Rusiya ilə strateji əməkdaşlıq dövrü başlayıb:

— Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmini və münaqişələrin həll edilməsi, regionun davamlı inkişafı üçün şəraitin yaradılması məqsədilə bütün zəruri tədbirləri görəcəklər. Tərəflər əvvəlki kimi eyni fikirdədirlər ki, Qafqazda təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına yanaşmaların müəyyən edilməsində əsas rolu bu regionun dövlətləri oynayır.
— Tərəflər Müstəqil Dövlətlər Birliyində qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, iştirakçı dövlətlər qarşısında duran aktual ümumi problem və məsələlərin həll edilməsi instrumenti kimi
MDB-nin səmərəliliyinin artırılmasına fəal yardım etməyə hazırdırlar.
— Tərəflər təsdiq edirlər ki, MDB formatında əməkdaşlığın möhkəmləndirilməsi onların milli maraqlarına cavab verir.
— Tərəflər universal və regional xarakterli təşkilatlar və forumlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti artırmaq qabiliyyətini təsdiq edirlər.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsinə əsasən ölkələr arasında ictimai-siyasi, mədəni və iqtisadi əməkdaşlıq yüksələn xətlə davam etdirilməlidir:

— Tərəflər bütün digər səviyyələrdə ikitərəfli təmasların dərinləşdirilməsinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki ölkənin qanunvericilik və icra hakimiyyəti orqanları arasında ikitərəfli xarici siyasət və digər məsləhətləşmələr praktikasının inkişaf etdirilməsinə, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər.
— Tərəflər öz ərazilərində bir-birinin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəldilən təşkilat, qrup və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbir görəcəklər.
— Tərəflərdən heç biri digər tərəfə qarşı yönəldilən hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsilə hər hansı bir fəaliyyət və ya tədbirdə iştirak etməyəcək, habelə öz ərazisindən digər tərəfə qarşı təcavüz və ya başqa zorakı fəaliyyət məqsədilə istifadə etməyə yol verməyəcəkdir.
— Tərəflər iki dövlətin biznes və elm sahələrinin institut və təşkilatlarını Hökumətlərarası Komissiyanın əməli işinə cəlb edəcək, Azərbaycan-Rusiya biznes-forumunun yaradılmasına səy göstərəcəklər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası iki ölkənin xalqlarının tarixi və mədəni yaxınlığını nəzərə alaraq təsdiq edirlər ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə təmasların və əməkdaşlığın inkişafı möhkəm və obyektiv əsasa malikdir. Tərəflər humanitar, informasiya əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər. Bu kimi əməkdaşlıq iki ölkənin dövlət orqanları tərəfindən dəstəklənəcəkdir; onun həm də işgüzar dairələrin müvafiq diqqətinə ehtiyacı vardır.
— Tərəflər gənclər və tələbələrin mübadiləsi, kütləvi informasiya vasitələri arasında əlaqələr yolu ilə humanitar sahədə təmasların inkişafına kömək edəcəklər, tələbə və şagirdlərin birgə təhsil proqramlarının hazırlanması, mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi, təhsil proqramlarının mübadiləsi vasitəsilə milli təhsil sistemi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər, qarşılıqlı əsasda Azərbaycan və rus dillərinin öyrənilməsinə və ədəbiyyatının yayılmasına, habelə elm, ədəbiyyat və incəsənət xadimləri arasında əlaqələrin inkişaf etdirilməsinə kömək göstərəcəklər.
— Tərəflər Azərbaycan Respublikasında yaşayan ruslar və Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün əlverişli şəraitin yaradılmasını məmnunluqla vurğulayır, iki dost ölkənin xalqlarının yaxınlaşmasında hər iki icmanın xüsusi rolunu qeyd edirlər.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsi, 6 aprel 2004-cü il


Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti,
Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasının rəsmi səfəri zamanı ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini, habelə qarşılıqlı maraq doğuran regional və universal məsələləri müzakirə edərək,
Azərbaycan və Rusiya xalqlarının qarşılıqlı yaxınlaşmasına yönəldilmiş ənənəvi məramdan çıxış edərək,
Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını qoyan 3 iyul 1997-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqaviləyə, 9 yanvar 2001-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsinə, 25 yanvar 2002-ci il tarixli Azərbaycan Respublikasının Prezidenti H. Ə. Əliyevin və Rusiya Federasiyasının Prezidenti V. V. Putinin Birgə Bəyanatına əsaslanaraq, hərtərəfli əməkdaşlıq, qarşılıqlı etimad və bir-birinin mənafelərinə hörmət əsasında dostluq əlaqələrinin inkişafına əlavə təkan verməyə hazır olduqlarını ifadə edərək,
Azərbaycan-Rusiya əlaqələrinin daha da genişləndirilməsi və dərinləşdirilməsinin regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəyini dərk edərək,
regionda ölkələrin normal inkişafına, onların tam miqyaslı iqtisadi və digər qarşılıqlı fəaliyyətlərinə maneçilik törədən münaqişələrin həllini tapmaması ilə əlaqədar xüsusi narahatlıq bildirərək,
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və suveren bərabərliyinə hörmət edilməsi, zor işlətməmək və ya zorla hədələməmək daxil olmaqla, hamılıqla tanınmış beynəlxalq hüququn normalarına tərəfdar olduqlarını təsdiq edərək,
hər iki dövlətdə demokratik institutların, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının yaradılmasında əldə edilmiş müsbət nəticələri nəzərə alaraq və bu proseslərin dönməzliyinə əmin olaraq,
bununla bəyan edirlər:

I

Azərbaycan Respublikası və Rusiya Federasiyası siyasi təmasları bundan sonra da səmərəli şəkildə inkişaf etdirəcək və strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirəcəklər.
Tərəflər ikitərəfli əlaqələrə dinamizmin və konstruktiv təmayül verən yüksək səviyyədə Azərbaycan-Rusiya müntəzəm siyasi dialoqunun xüsusi rolunu qeyd edirlər.
Tərəflər bütün digər səviyyələrdə ikitərəfli təmasların dərinləşdirilməsinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki ölkənin qanunvericilik və icra hakimiyyəti orqanları arasında ikitərəfli xarici siyasət və digər məsləhətləşmələr praktikasının inkişaf etdirilməsinə, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər.
İnkişaf etdirilən müqavilə-hüquq bazası Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əlaqələrin hərtərəfli inkişafının təminatı üçün etibarlı əsasdır.
Tərəflər yeni qlobal çağırış və təhlükələrə, hər şeydən əvvəl beynəlxalq terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq, insan alveri və silahların qanunsuz ticarətinə qarşı fəaliyyət göstərmək məqsədilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın səmərəliliyini artıracaqlar.
Tərəflər sərhəd sahəsində əməkdaşlığı inkişaf etdirəcək və öz ərazilərində bir-birinin dövlət suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəldilən təşkilat, qrup və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbir görəcəklər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin elimitasiyasının başa çatdırılması üzrə fəal iş davam etdiriləcəkdir.
Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki ölkənin təhlükəsizliyinin təmini maraqlarına cavab verən, üçüncü ölkələrə qarşı yönəlməyən, habelə Azərbaycan Respublikası və Rusiya Federasiyasının beynəlxalq öhdəliklərinə zidd olmayan ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığı möhkəmləndirəcəklər.
Tərəflərdən heç biri digər tərəfə qarşı yönəldilən hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsilə hər hansı bir fəaliyyət və ya tədbirdə iştirak etməyəcək, habelə öz ərazisindən digər tərəfə qarşı təcavüz və ya başqa zorakı fəaliyyət məqsədilə istifadə etməyə yol verməyəcəkdir.

II

Azərbaycan Respublikası və Rusiya Federasiyası iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq səviyyəsinin onların dinamik surətdə yüksələn bazar iqtisadiyyatının potensial və imkanlarına tam şəkildə cavab verməsi üçün əlavə tədbirlər həyata keçirəcəklər.
Tərəflər:
daimi fəaliyyət göstərən orqan kimi, qarşılıqlı iqtisadi ikitərəfli fəaliyyətin inkişafı məsələlərinin kompleksli və təcrübəli şəkildə müzakirə edilməsində vacib rol oynayan Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın təşəbbüskar fəaliyyətini təşviq edəcəklər;
iki dövlətin biznes və elm sahələrinin institut və təşkilatlarını Hökumətlərarası Komissiyanın əməli işinə cəlb edəcək, Azərbaycan-Rusiya biznes-forumunun yaradılmasına səy göstərəcəklər;
qarşılıqlı ticarətin həcminin artırılmasına, o cümlədən onun artımının, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və sığorta edilməsi, gömrük prosedurlarının nizama salınması və s. sahələrdə əməkdaşlığın qarşısını alan maneələrin aradan qaldırılması yolu ilə yardım göstərəcəklər;
iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə yanacaq-energetika sektorunda, əlvan metallurgiya, kimya və yüngül sənayedə, maşınqayırma sahələrində, aqrosənaye kompleksində, nəqliyyat və nəqliyyat infrastrukturunda geniş kooperasiyaya səy göstərəcəklər;
maliyyə və bank strukturlarının qarşılıqlı fəaliyyətinin inkişafına, hər iki dövlətin ərazisində onların nümayəndəliklərinin açılmasına, birgə sərmayə layihələrinin həyata keçirilməsinə, yeni beynəlxalq standartlara və iqtisadi reallıqlara uyğun olaraq birgə maliyyə-sənaye qrupları, müəssisələr və digər təşkilati-təsərrüfat strukturlarının formalaşdırılmasına kömək edəcəklər;
Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri və onların təsərrüfat strukturları arasında birbaşa əlaqələrin inkişaf etdirilməsini təşviq edəcəklər;
nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsində səmərəli qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər;
ikitərəfli, regional və qlobal səviyyələrdə ətraf mühitin mühafizəsi məsələləri üzrə qarşılıqlı fəaliyyəti artıracaqlar;
onların iqtisadi əlaqələrinin müqavilə-hüquq bazasının mütəmadi şəkildə təkmilləşdirilməsinə xüsusi diqqət yetirəcəklər.
Tərəflər iki ölkənin iqtisadi inkişafı üçün energetika sahəsində həyata keçirilən tammiqyaslı əməkdaşlığın müsbət rolunu qeyd edirlər və bu istiqamətdə birgə səylərin davam etdirilməsində maraqlı olduqlarını təsdiq edirlər.
Tərəflər Rusiya Federasiyasının ərazisindən Azərbaycan neftinin nəqli və Rusiya Federasiyasından Azərbaycan Respublikasına təbii qazın təchizi sahələrində hüquqi əsasda uzunmüddətli ikitərəfli qarşılıqlı fəaliyyətdə maraqlı olduqlarını təsdiq etdilər.
Rusiya Federasiyası Azərbaycan Respublikasına "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında Sazişə qoşulması ilə əlaqədar dəstək verəcəkdir.

III

Azərbaycan Respublikası və Rusiya Federasiyası iki ölkənin xalqlarının tarixi və mədəni yaxınlığını, Azərbaycan və Rusiya müvafiq surətdə böyük Azərbaycan və Rusiya diasporlarının mövcudluğunu nəzərə alaraq təsdiq edirlər ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə təmasların və əməkdaşlığın inkişafı möhkəm və obyektiv əsasa malikdir.
Tərəflər humanitar, informasiya əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə, mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyətə yardım göstərəcəklər.
Bu kimi əməkdaşlıq iki ölkənin dövlət orqanları tərəfindən dəstəklənəcəkdir; onun həm də işgüzar dairələrin müvafiq diqqətinə ehtiyacı vardır.
Tərəflər:
gənclər və tələbələrin mübadiləsi, kütləvi informasiya vasitələri arasında əlaqələr yolu ilə humanitar sahədə təmasların inkişafına kömək edəcəklər;
tələbə və şagirdlərin birgə təhsil proqramlarının hazırlanması, mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi, təhsil proqramlarının mübadiləsi vasitəsilə milli təhsil sistemi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər;
qarşılıqlı əsasda Azərbaycan və rus dillərinin öyrənilməsinə və ədəbiyyatının yayılmasına, habelə elm, ədəbiyyat və incəsənət xadimləri arasında əlaqələrin inkişaf etdirilməsinə kömək göstərəcəklər;
milli azlıqların əmik, dil, mədəni və dini xüsusiyyətlərinin qorunması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin təmin edilməsinə kömək edəcəklər;
Azərbaycan Mədəniyyət Mərkəzinin Moskvada və Rusiya Mədəniyyət Mərkəzinin Bakıda fəaliyyət göstərməyə başlaması üçün zəruri şərait yaradacaq, Bakı Slavyan Universitetinin fəaliyyətini hərtərəfli dəstəkləyəcəklər;
faşizm üzərində Qələbənin 60 illiyinin bayram edilməsinə həsr olunmuş tədbirlərin həyata keçirilməsinə, Böyük Vətən müharibəsi veteranlarının dəstəklənməsinə kömək edəcəklər.
Azərbaycan İlinin Rusiyada və Rusiya İlinin Azərbaycanda keçirilməsinin müddəti və qaydası müəyyən ediləcəkdir.
Tərəflər Azərbaycan Respublikasında yaşayan ruslar və Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün əlverişli şəraitin yaradılmasını məmnunluqla vurğulayır, iki dost ölkənin xalqlarının yaxınlaşmasında hər iki icmanın xüsusi rolunu qeyd edirlər.
Rusiya Federasiyasının Prezidenti rus dilinin Azərbaycan Respublikasında dəstəklənməsi tədbirlərini müsbət qiymətləndirdi. Azərbaycan Respublikasının Prezidenti öz növbəsində Rusiyada Azərbaycan diasporunun ehtiyaclarına Rusiya tərəfinin diqqətini məmnunluqla qeyd etdi.

IV

Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmini və münaqişələrin həll edilməsi, regionun davamlı inkişafı üçün şəraitin yaradılması məqsədilə bütün zəruri tədbirləri görəcəklər.
Onlar regional problemlərin müzakirə edilməsi üçün Azərbaycan Respublikası, Ermənistan Respublikası, Gürcüstan və Rusiya Federasiyasının rəhbərlərinin müntəzəm görüşlərinin keçirilməsinə tərəfdar olduqlarını bildirirlər.
Tərəflər əvvəlki kimi eyni fikirdədirlər ki, Qafqazda təhlükəsizliyin təmininə və əməkdaşlığın inkişafına yanaşmaların müəyyən edilməsində əsas rolu bu regionun dövlətləri oynayır.
Tərəflər Qafqaz dövlətləri arasında bir-birinin suverenliyinə, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və riayət edilməsinə əsaslanan qarşılıqlı etimadın yaradılmasının müstəsna əhəmiyyətini qeyd edirlər.
Tərəflər, bundan çıxış edərək regionda etibarlı təhlükəsizliyin təmini və çoxtərəfli əməkdaşlığın təşkil edilməsi üçün mövcud münaqişələrin tezliklə həll edilməsinin zəruriliyini təsdiq edirlər.
Bu kontekstdə Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT qərarlarının yerinə yetirilməsinə qəti şəkildə tərəfdar olduqlarını bildirirlər.
Rusiya Federasiyası Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə yönəlmiş yüksək səviyyəli birbaşa dialoqu alqışlayır.
Azərbaycan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrləri, o cümlədən Rusiya Federasiyası tərəfindən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsinə kömək məqsədilə bundan sonra da səylər göstərilməsinin zəruriliyini qeyd edir.
Tərəflər Qafqazdakı münaqişələr nəticəsində qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına tezliklə könüllü və təhlükəsiz şəkildə qayıtmalarına hər vasitə ilə kömək etməyə hazır olduqlarını bəyan edirlər.

V

Azərbaycan Respublikası və Rusiya Federasiyası Xəzər regionunun sülh, sabitlik, mehriban qonşuluq və Əməkdaşlıq zonası olmasına hərtərəfli kömək edəcəklər.
Tərəflər son illərdə Azərbaycan, Rusiya və Qazaxıstan arasında dəniz dibinin istifadəsi məqsədilə Xəzər dənizinin dibinin bölünməsi üzrə ikitərəfli və çoxtərəfli sazişlərin, 0 cümlədən 23 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Sazişin və 4 may 2003-cü il tarixli Azərbaycan Respublikası, Rusiya Federasiyası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Sazişin imzalanmasına müstəsna əhəmiyyət verir, bu sazişlərin Xəzər dənizinin yeni hüquqi statusunun müəyyən edilməsinə fundamental töhfə olduğunu hesab edir və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə tərəfdar olduqlarını bildirirlər.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması və tezliklə bağlanmasında, ilk növbədə dənizin dibindən istifadə edilməsi, ekologiya, balıqçılıq və gəmiçilik məsələlərinin tənzimlənməsi ilə status probleminin konsensus əsasında həllinin mərhələli irəliləyişində Əməkdaşlıq davam etdiriləcəkdir. Bununla əlaqədar olaraq Tərəflər Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun fəaliyyətini müsbət qiymətləndirirlər.
Tərəflər 2003-cü ilin noyabrında Tehranda Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasını bütün Xəzəryanı dövlətlərin imzalanmasını alqışlayırlar.
Xəzəryanı dövlətlərin prezidentlərinin görüşlərinə müntəzəmlik xarakterinin verilməsi haqqında Aşqabad razılaşmasına əməl edərək Tərəflər ikinci Xəzər Zirvə Görüşünün hazırlanmasına başlamağı və bu məqsədlə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünün keçirilməsini zəruri sayırlar.

VI

Azərbaycan Respublikası və Rusiya Federasiyası bütün dövlətlərin suveren bərabərliyinə, ərazi bütövlüyünə və onların daxili işlərinə müdaxilə edilməməsi, zor işlətməyin və ya zorla hədələməyin yolverilməzliyi, habelə beynəlxalq hüququn hamılıqla tanınmış digər normalarına əsaslanan beynəlxalq siyasi, iqtisadi və hüquqi qaydanın möhkəmləndirilməsi məqsədilə beynəlxalq arenada sıx qarşılıqlı fəaliyyəti davam etdirəcəklər.
Tərəflər çoxqütblü dünyada sülhün və təhlükəsizliyin dəstəklənməsində yeganə universal mexanizm kimi BMT-nin mərkəzi rolunun möhkəmləndirilməsinə, bu təşkilatın bütövlüyünün, təsirliliyinin və səmərəliliyinin möhkəmləndirilməsinə hərtərəfli kömək edəcəklər.
Tərəflər Müstəqil Dövlətlər Birliyində qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə, iştirakçı dövlətlər qarşısında duran aktual ümumi problem və məsələlərin həll edilməsi instrumenti kimi MDB-nin səmərəliliyinin artırılmasına fəal yardım etməyə hazırdırlar.
Tərəflər təsdiq edirlər ki, MDB formatında əməkdaşlığın möhkəmləndirilməsi onların milli maraqlarına cavab verir və ümumdünyəvi tendensiyalar istiqamətində gedir.
Tərəflər universal və regional xarakterli təşkilatlar və forumlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti artırmaq qabiliyyətini təsdiq edirlər.

Azərbaycan Respublikası və Rusiya Federasiyası əmin olduqlarını ifadə edirlər ki, bu Bəyannamə Azərbaycan-Rusiya strateji tərəfdaşlığına əlavə təkan verəcək və regional və qlobal tendensiyaların müsbət istiqamətdə inkişafına kömək edəcəkdir.
Moskva şəhərində 6 fevral 2004-cü ildə iki əsl nüsxədə Azərbaycan və rus dillərində tərtib edilmişdir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin