19.04.2023

24-28 апреля состоится XIII Евразийский экономический форум молодёжи (ЕЭФМ)

24-28 апреля состоится XIII Евразийский экономический форум молодёжи (ЕЭФМ). 
Он пройдет одновременно в семи странах СНГ:

🇦🇿 Азербайджан
🇧🇾 Белоруссия
🇰🇿 Казахстан
🇰🇬 Киргизия
🇷🇺 Россия
🇺🇿 Узбекистан
🇹🇯 Таджикистан

🔹В нем примут участие более 11 тыс. конкурсантов и гостей из 96 стран. Тема — "Многополярный мир в фокусе новой действительности".
🔹В программе более 40 конкурсов. Лучшие работы попадут в сборник, победители получат денежные призы и дополнительные баллы к ЕГЭ.
🔹В рамках ЕЭФМ состоятся турнир по шахматам, соревнования по самбо, конкурс для молодых художников.
🔹”На полях” форума пройдет ежегодный совет ректоров из 60 российских и иностранных вузов, будут заключены новые соглашения о сотрудничестве.
🔹Впервые в истории ЕЭМФ будет организован медиафорум "Работа СМИ в условиях новой политической, экономической и международной реальности", в котором примут участие руководители более 40 СМИ стран СНГ.  

Источник: Интернет-портал СНГ

Российская Федерация борется с сатанизмом и спасает человечество

Талех Мамедов
Евразийское Движение Азербайджана

Затрагивая процессы, происходящие в эпоху глобализации, высказывая свое мнение о важной роли Российской Федерации в этот напряженный период, хочу отметить, что к происходящим процессам нужно подходить объективно.
Хочу сообщить факты, уточнив тему по нескольким направлениям.
При внимательном изучении всего этого становится очевидным, что внутренняя и внешняя политика РФ гуманистична и умеренна, не основанная на жестокости.
Но пакеты санкций, которые являются частью жестокой политики, проводимой против Российской Федерации в эту эпоху глобализации, еще раз доказывают, что США и Европейский союз вместе с другими союзными государствами сохраняют свою гегемонию под предлогом несправедливой демократии - они открыто проводят политику диктатуры под предлогом справедливости и демократии.
Информационная война на интернет-ресурсах иногда создает почву для дезинформации простых граждан вне процессов с очень разветвленным распространением искусственной и ложной информации, не отражающей действительности.
Таким образом, даже через интернет, который является неотъемлемой частью мира, непрерывно идут процессы нанесения вреда Российской Федерации и ее народу.
Жестокие капиталистические объединения, которые являются владельцами информации и социальных сетей, распространяют ложную информацию, используя истинную правду в своих интересах.
На самом деле Российская Федерация не только защищает себя, но даже пытается спасти человечество.
К сожалению, в некоторых случаях очень сложно объяснить словами истинную природу вопроса, поскольку религиозно-политический фактор своим важным воздействием ставит человечество в затруднительное положение.
Я хочу четко заявить, что принятие закона о присутствии людей третьего пола (ЛГБТ), а также искусственное сокращение населения с помощью медико-биологических и военных вмешательств является серьезным преступлением против Бога и его природы, а его имя - сатанизм.
Именно на фоне всего этого Российская Федерация борется с сатанизмом и спасает человечество!

18.04.2023

Sovet səmasında can qoyan, Gəncədə dəfn edilən ispanlar


Gəncə şəhərinin "Yeni Səbiskar" qəbiristanlığındakı "Fəxri Xiyaban"da maraqlı bir xatirə kompleksi var. Aypara formasında düzülmüş məzarların üzünü oxuduqda burda 1937-1939-cu illər aralığında həlak olan latın və slavyan mənşəli şəxslərin dəfn olunduğu aydın olur. Kompleksin baş tərəfində "Xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş ispan və sovet təyyarəçiləri" sözləri yazılan lövhə yerləşir.
Bəs bu təyyarəçilər kimlər olub və onları Gəncə şəhəri ilə nə bağlayır?
1936-cı ildə İspaniyada solçu respublikaçılar və millətçi mühafizəkarlar arasında vətəndaş müharibəsi başlayıb. Müharibənin gedişində Almaniya, Portuqaliya və İtaliya ispan millətçilərini, SSRİ və Meksika isə respublikaçıları dəstəkləyib. Tarixi mənbələrdən aydın olur ki, Sovet hökuməti o vaxt İspaniyadakı tərəfdarlarına "X Əməliyyatı" adı altında xeyli silah-sursat, təyyarə və hərbi mütəxəssislər yollayıb.
1937-ci ildən isə İspaniya Respublikasından olan kursantların SSRİ-dəki aviasiya məktəblərində təlim keçmələri barədə razılığa gəlinir və Gəncə şəhərində yalnız ispan kursantların yetişdirilməsi üçün 20 saylı Hərbi Pilot Məktəbi açılır.
Gəncə şəhərində yaşayan tarixçi Yahya Süleymanovun verdiyi məlumata görə, birinci dəfə 193 ispan kursantın təlimlərə cəlb olunduğu məlumdur: "Məktəbdə dərslər 6 aylıq olub. İki il ərzində 5 dəfə məzun buraxılıb. Sonuncu 185 nəfərlik qrupun təlimləri 1939-cu ilin mayında yekunlaşıb. Lakin bundan 1 ay qabaq İspaniyada general Frankonun rəhbərliyi ilə millətçilərdən ibarət diktatura rejimi qurulduğuna görə, pilotlar öz ölkələrinə geri dönə bilməyiblər. Həmin pilotlardan 84 nəfəri Meksikaya gedib, qalanları isə SSRİ-də qalıb" - deyə tarixçi bildirib.
Y.Süleymanov ispan kursantardan 44-nün İkinci Dünya Müharibəsi zamanı Sovet ordusu sıralarında xidmət keçdiklərini, əsasən Bakı şəhərinin hava hücumundan müdafiəsində iştirak etdiklərini söyləyib. "Azərbaycanda olan ispanlardan cəmi 25 nəfəri həyatını itirib. Onlardan bəziləri Bakıda, digərləri isə Gəncə şəhərində torpağa tapşırılıb" - Süleymanov deyib.
Tarixçi Gəncədə dəfn edilən ispan pilotların həlak olmasını ağır sınaqlar və təlimlərlə əlaqələndirib. "Altı ay hərbi təyyarəni öyrənmək üçün çox az bir müddətdir. Onların bu müddətə təyyarəçi kimi hazırlanması üçün təlimçilər gərgin iş rejmində işləyirdilər. Tez-tez təcrübəsiz kursantlar qəzalar törədirdi ki, bu da özləri ilə yanaşı təlimçilərin də həyatları bahasına başa gəlirdi. Buna görə 2 illik təlimlər müddətində 9 ispan kursant və 10 nəfər SSRİ-dən olan təlimçi həyatını itirib" - deyən tarixçi onların "Yeni Səbiskar" qəbiristanlığında torpağa tapşırıldığını və üzərlərində xatirə kompleksi yaradıldığını bildirib.
Sonralar SSRİ-də, o cümlədən Azərbaycanda ispanların xatirəsinə muzeylər açılıb. Belə muzeylərdən biri də Gəncə şəhəri 30 saylı məktəbdə yaradılan xatirə muzeyidir. Burada müxtəlif eksponatlar, fotosənədlər, kursantların və təlimatçıların xatirələri, onların təlimlərdə istifadə etdiyi hərbi geyim və təyyarə modelləri, qəzet yazıları, sənədlərin surətləri və kitablar toplanılıb. /sputnik.az/


QƏRBİN BİZƏ QARŞI APARDIĞI İNFORMASİYA MÜHARİBƏSİ


Valeri Korovin

Şəbəkə texnologiyalarının əsas prinsiplərini bilmədən müasir siyasi prosesi başa düşmək mümkün deyil. Bu texnologiyaların bir neçə daimi və dəyişməz cəhətləri var ki, bunları dəfələrlə diqqətə yetirmək lazımdır – ta o vaxta kimi ki Rusiyanın siyasi rəhbərliyi səviyyəsində strateji qərarlar qəbul edilərkən nəzərə alınsın.
Qlobal müqavimətdə əsas anlayış şəbəkədir – təşkilatlanmanın qeyri-mərkəzçi forması kimi, hansında ki birləşdirici faktor ümumi informasion meydandır. Belə şəbəkənin elementi insan da ola bilər, istənilən yön üzrə birləşmiş insanlar qrupu da. Amerikan şəbəkəsi özünə sosial təşkilatlanmanın hər cür təzahürlər spektrini birləşdirməyə çalışır. Burda milliyətçilər də var, kommunistlər də, liberallar da, xristianlar da, müsəlmanlar da, hətta buddistlər də. Belə şəbəkənin əsas hədəfi vətəndaş cəmiyyətinin dublikatını yaratmaq, onun bütün aktiv təzahürlərini əhatələməkdir ki, həmin imitasiya simulyakrını daim real vətəndaş cəmiyyətinin siyasi seçiminə qarşı qoymaq mümkün olsun.
Şəbəkə vətəndaş cəmiyyətinin dublikatını yaradır ki, onu özünün qatılmadığı hakimiyyətə qarşı qoya bilsin. Hansısa mənada şəbəkə çoxqütblülüyün parodiyasıdır, hansı ki çoxqütblülüyün əsasında avrasiyaçılar özlərinin alternativ şəbəkələrini yaradırlar və təkqütblü qloballaşmaya qarşı qlobal inqilabi müqavimət alyansı formalaşdırırlar. Axı şəbəkəyə maraqlı deyil ona daxil olan elementlər həqiqilikdə komministdilər, xristiandılar və ya tolkinçidilər. Ona maraqlıdır ki, hər bir konkret element öz ətrafında aktiv adamları birləşdirir və həmin şəbəkənin düşmənlərinə qarşı destruktiv finksiyanı yerinə yetirməyə qadirdir.
Şəbəkənin düşmənləri isə o rejimlərdir ki, vətəndaş cəmiyyətini Qərb konsepti kimi görərək inkar edirlər; axı şəbəkə məhz vətəndaş cəmiyyətinin əsasında mövcud ola və fəaliyyət göstərə bilər. Şəbəkənin qabağını kəsən ölkələr müəyyən müddət sonra özlərində Qərbyönlü “narıncı” inqilab etmək istəyən qüvvələrin aktivləşdiyini müşahidə edirlər, bəzən isə hətta ölkələrinə hərbi təcavüzlə üzləşirlər. Əgər Rusiyanın dəstəyini alırlarsa özlərinə qarşı birbaşa təcavüzdən canları qurtarır və bu zaman təkcə dağıdıcı iqtisadi sanksiyalara məruz qalırlar.
Şəbəkə vətəndaş cəmiyyətinin dublikatı, poddelkası olduğundan onun bütün fəaliyyəti də simulyativ olur. Bütün “məxməri inqilabların” əsas leytmotivi hakimiyyətin qeyri-legitimliyi, onu seçmiş vətəndaş cəmiyyətindən uzaq düşməsi barədə tezis olur. Əslində isə “dünya ictimaiyyəti” adı verilmiş həmin nəsnəni maraqlandırmır hakimiyyət ilə xalq arasında real uçurum var, ya yox. Bəyanatlarında onlar vətəndaş cəmiyyətinin amerikan şəbəkə tipininin simulyasiyasından ustalıqla istifadə edirlər. Məhz beləcə Putin müxalifətin bəyanatları ilə diktator kimi xarakterizə edildi, Rusiyadakı Qərbyönümlü və ya Qərbə münasibətdə neytral qüvvələr isə “totalitar rejimin qurbanları” kimi göstərildilər.
Cin Şarp özünün “Diktaturadan demokratiyaya” kitabında Qərbə qarşı olan hakimiyyətlərin qeyri-legitim olmasını göstərmək üçün çoxlu sayda simulyasiya üsulları təsvir edir. Burda etiraza çıxmış qızların ağ köynəklərində milis dubinkalarının zərbələrindən yaranmış qan izləri də var, saxta hazırlanmış pasportlar və pullar da, o cümlədən açıq diversiyalar, hökumət orqanlarına tabe olmama və sabotaj da. Amerikan şəbəkəsi Rusiyaya qarşı həm də Şarpın həmin metodları ilə işləyir. Liberalların “antidiktatura ritorikası” adlandırılan ritorikası uyğun liderin seçilməsini müəyyənləşdirir – beləsini ki zəif olsun, boz olsun, heç nə ilə seçilməsin, kənar təsirlərə meylli olsun və Qərb beləsi ilə asanca manipulyasiya edə bilsin.
Cin Şarpın təlimi qeyri-zorakı faktora əsaslanır ki, əslində daha çox qan-qadalıdır, axı o legitimliklə oynayır, halbuki zorakı yol özü leqallıqla birbaşa təmasa girir və buna görə də onun qarşısını almaq daha asandır. O vaxt ki şəbəkə qanunu tapdalayır, hökumətin tam hüququ olur ki, onun qarşısını alaraq durdursun və hakimiyyət bu hüquqdan aktiv şəkildə istifadə edir. Lakin şəbəkə qanunu tapdalamırsa hakimiyyət özü legitimlik məkanından çölə düşür.
Rusiya hakimiyyəti vətəndaş cəmiyyətinin dublikatına qarşı hüquq-mühafizə orqanlarının əməkdaşlarını çıxarmaqla məhz legitimlik dırmığını tapdalayır. Axı eyni zamanda elə həmin meyarlarla öz şəxsi şəbəkəni yaratsaydın, məsələn, gənclərdən ibarət ictimai və siyasi hərəkatlar qursaydın, amerikan şəbəkəsi kimi sən də vətəndaş cəmiyyətini simmetrik simulyasiya edə bilərdin. Amerikan şəbəkəsindən fərqli, ona əks bəyanatlar verən, liberal siyasi aktivliyə qarşı fikirlər yürüdən belə şəbəkədən istifadə imkan verərdi ki, hakimiyyətin legitimliyini saxlayasan və daha effektiv fəaliyyət göstərəsən.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

Erməni faşizminin daha bir sübutu

Ermənistanda azərbaycanlı əhaliyə qarşı diskriminasiya siyasəti hələ Sovet dövründə başlamışdı. Bu ayrıseçkiliyə qarşı hətta 1968-ci ilin mart ayının 18-də Eçmiadzin rayonun Zəngibasar kəndinin azərbaycanlı sakinləri həmin dövrün Sovet lideri Leonid Brejnevə kollektiv məktubla müraciət etmişdilər. Məktubun Rusiya Dövlət Ən Yeni Tarix Arxivində saxlanılan məzmunundan və yazı tərzindən görünür ki, sadə adamlar tərəfindən yazılıb. Bir anlığa elə həmin 60-cı illərdə hər şeyin ermənilərin nəzarətində olduğu Dağlıq Qarabağla Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətini müqayisə edin. 
Həqiqəti çılpaqlığı ilə əks etdirən bu məktubun dilini və yazı tərzini olduğu kimi saxlayırıq. Zəngibasarlılar yazırdılar: 

Yoldaş Brejnev, kommunist partiyasının rəhbəri, yoldaş leninçilər. Siz Oktyabr inqilabının 50 illiyindən, Sovet ordusunun 50 illiyindən, Lenin milli siyasətindən, xalqlar dostluğundan danışırsınız. Bunlardan danışmayın, gəlin Ermənistanın Eçmiadzin rayonunda, elədə də həmin rayonun Zəngibasar kəndində azərbaycanlılara verilən erməni millətçilik və daşnak zülmündən danışın. Yaxşı olar ki, partiyanın Mərkəzi Komitəsi öz fikrini versin millətçiliyin aradan qaldırılmasına.
1. Sovxozun direktoru Stepanyan, partiya təşkilatı katibi Hayrapetyan və kənd sovetinin sədri Asatryan və katibi bütün kəndin rəhbərləri və onların əlaltıları bizi türk adlandırmaqla intiqam alırlar.
2. Sovxozun idarəsində, tarlada hər hansı bir yerdə bizə millətçi kimi yanaşır, türk deyib intiqam alırlar.
3. Bizim qadınlarımız və uşaqlarımız gecə teatra-kinoya gedə bilmirlər.
4. Həftədə bir dəfə kəndin içərisinə millətçilik ruhunda yazılmış şüarlar yapışdırırlar. Hayrapetyan və Stepanyan deyirlər belədir, istəmirsiniz köçün burdan gedin.
5. Zəngibasar kənd əhalisinin 50% azərbaycanlılar olduğu halda bunlardan heç birinə iş vermirlər. Qonşu kəndlərdən erməni gətirib işə yerləşdirirlər, ancaq həmin Zəngibasarda azərbaycanlılardan qoymurlar.
6. Sovxozun direktoru, partiya təşkilatının katibi, Sovxozun sədri, hesabdarlar, anbardarlar, kənd sovetinin sədri, katibi, poçtun naçalniki, bankonun sədri, bütün mağaza işçiləri, bağ briqadirləri, bağ qaroulları, həkimlər, kino işçiləri, sovxozun qaroullarına kimi hamısı ermənilərdir.
7. Azərbaycanlıların orta təhsilli kadrları işsiz qaldığı halda, heç I (birinci) sinif təhsili olmayan Hahabetyan Danel həmkarlar ittifaqının sədri işləyir. Danelin özü də hazırkı dövrün mülkədarıdır. Təsərrüfatı tanımadığı halda bir sürü inəyi və qoyunu sovxozda ozbaşına otlayır. Danelin dövlətə vurduğu ziyan xeyrindən çox olur.
8. Maqazinə gələn mallardan azərbaycanlılar məhrumdur. Gizlin halda öz adamlarına yalnız ermənilərə satırlar. Bir azərbaycanlı bir söz deyirsə türk deyib təhqir edirlər.
9. Sovxozun direktoru Stepanyan və partiya təşkilatı katibi Harapetyan azərbaycanlıları belə görmək istəmirlər. Nə qədər millətçilik sözləri var azərbaycanlılara deyirlər.
10. Bu təhqir və millətçilik zülümlərə dözə bilməyən azərbaycanlılar öz ata-baba yurdlarını tərk edib gedirlər. Get-gedə azərbaycanlılar azalır.
11. Bizim ərizə və şikayətlərimizə nəinki kənddə, heç rayonda da baxmırlar.
Biz bu haqda dəfələrlə respublika Mərkəzi Komitəsinə, Nazirlər Soveti və rayon təşkilatlarına da məlumat vermişiksə də, heç bir ölçü götürülməyib. Xahiş edirik 50 illiklərin keçirildiyi vaxt inkişaf etmiş millətçiliyi aradan qaldırasınız. Xahiş edirik tezliklə bunu aradan qaldırmaqla lazımi sərəncam verəsiniz. 

Kənd sakinləri adından məktubun (konvertin) üstündə J. Məmmədovun adı yazılmışdı. Məktub rus dilinə tərcümə edilib Ermənistan KP MK-ya göndərilmişdi. 1968-ci ilin aprel ayının 25-də Ermənistan rəhbərliyi də Moskvaya cavab vermişdi ki, məktub anonimdir və yoxlama zamanı faktlar öz təsdiqi tapmadı. Bununla da işi bağlamışdılar.

Monitor qarşısında çox oturanlar, BUNLARI BİLİRDİNİZ? – Ayaqyalın gəzin…

Bir çoxumuzun günü demək olar ki, kompüter qarşısında oturmaqla keçir. Hətta 2 saatdan çox oturmağın səhhətimizə “vurduğu zərbələri” özümüz də yaxşı bilirik. Hiss etdiyimiz halsızlıq, yorğunluq çox zaman qanazlığı və vitamin çatışmazlığı ilə əlaqələndirilsə də şüanın təsirlərindən də yan keçmək olmur. Bu halda işdə gümrah ola bilmirik, kompüter qarşısında gah yuxulayırıq, gah gərilirik.
Həkim-nevropatoloq Vüqar Əliyev bildirib ki, kompüter qarşısında çox oturan şəxslər mütləq 40-45 dəqiqədən bir fasilə verməlidirlər: “Fasilə vaxtı havaya çıxmaq əsas şərtdir. Gözləri tez-tez yaxına və uzağa baxaraq, məşq etdirmək lazımdır. Bu gözlərdəki yorğunluğu tez bir zamanda aradan qaldırır. Həmin müddət ərzində aqressiv dialoqlardan, gərgin mövzulardan yayının. Həmçinin, kofe və tünd olmayan çay qəbul etmək xeyirlidir. Çay təbii bitkilərdən olarsa daha yaxşıdır. Yemək və çay aralarında mütləqdir ki, meyvə yeyilsin. Səhər evdən çıxanda yaxşı qidalanıb, ofisdə isə ağır olmayan, tez həzmə gedən yeməklər qəbul edilməlidir. Məsələn, toyuq, balıq əti, tərəvəzlərdən daha çox istifadə olunmalıdır. Qazlı və sərinləşdirici içkilərdən, xəmir yeməklərindən, şirniyyat məhsullarından da qaçmalıyıq”.
Həkim onu da bildirdi ki, fəsildən fəsilə adaptasiya dövründə də insan orqanizmində müəyyən dəyişikliklər olur. Bu da əhvala və səhhətimizə ayrıca təsir edir. Bu səbəblə də ətraf mühitin təsirlərini də nəzərə almaq lazımdır.
Psixoloq Gülşən Rüstəmova isə deyir ki, insanlarda yorğunluq iki cür olur: Zehni və fiziki yorğunluq. Bunlar bir-birindən fərqli olduğu üçün, aradan qaldırılması yolları da fərqlidir: “Zehni yorğunluq adətən sinxron həyat tərzindən meydana gəlir. Yəni hər gün eyni saatda, eyni iş, eyni tərz, bütün bunlar sinxron qaydada gedirsə, insanda zehni yorğunluq yaranır. Fiziki yorğunluq hər gün eyni işləri görəndə də meydana gələ bilər, öz bacarığından yuxarı işləri görəndə də. Fiziki yorğunluğun səbəblərini insan özü təyin edə bilir ki, onun orqanizminə, sağlamlığına hansı iş uyğundur, uyğun deyil. Zehni yorğunluğu aradan qaldırmaq üçün gördüyünüz işin tam əksini etmək olar. Məsələn, bütün günü oturaq halda kompüterin arxasında işləyən şəxs gəzməlidir, təbiətin rənglərinə baxmalıdır. Təbiətin ünsürləri insan psixologiyasına yaxşı təsir göstərir. Ayaqyalın torpaq üzərində yerimək, hava almaq, duş qəbul etmək, əl və ayaqları suya salmaq, şam yandırmaq və ya ocaq ətrafında oturmaq psixologiyaya çox yaxşı təsir edir. Bu ümumi bir cavabdır, hər insan üçün individual yanaşma mövcudur”.
Psixoloq əlavə etdi ki, fiziki yorğunluğu aradan qaldırmaq üçün yatmaq lazımdır. Bədənimiz üfüqi hal alan zaman orqanizmdə bütün maddələr mübadiləsi, qan dövranı və tənəffüs sistemi istirahət edir. Bu hallarda istənilən elektron cihazdan uzaq durmaq lazımdır. /iqtisadiyyat.az/

15.04.2023

Elxan Şükürlü - CAVABSIZ CAVAB

İran kəşfiyyatıyla əlaqəli iş adamlarıyla böyük biznes ortaqlığına malik məşhur azərbaycanlı oliqarxın “çirkli para”sıyla bünövrəsi qoyulan və hazırda da ölkəmizin informasiya-təbliğat siyasətində önəmli yer tutan media-holdinqlərimizdən birində məni sevə-sevə, sığallaya-sığallaya SEPAH-a bağlamağa çalışan, nəsihətlərlə dopdolu geniş bir material yayılıb.
Təşəbbüsün media-holdinqin rəhbərindən və onu yayan saytın baş redaktorundan gəldiyinə qətiyyən inanmıram. Çünki hər ikisiylə çox normal münasibətlərim, hətta bölüşüləcək ortaq keçmişimiz var: ən azından, bir-birimizi çox yaxşı, dərindən tanıyırıq! 
Zəng vurub nəyisə dərhal dəqiqləşdirə biləcəkləri halda, manşetdən uzun-uzadı nəsihət-məktub yaymağa nə ehtiyac vardı?!
Heç indiyədək hansısa fikrimlə razılaşmadıqlarına eyham belə etməyiblər. Əksinə, tez-tez də şərhlərimi verirlər, sağ olsunlar…
Adlarını çəkmirəm, lakin biləsiniz ki, hər ikisi çox istedadlı yazar, tanınmış qələm ustaları, öz qabiliyyətləriylə özlərinə yol açmış şəxslərdir. Ancaq nə edəsən ki, indi əksər istedadlı yazarlarımız kimi, onlar da zamanında ehtiyac ucbatından xislətcə oğru və əyyaş, heç bir mənəvi ölçüsü olmayan bəzi para sahiblərinin qurduğu mediada çalışmağa məcbur qalıblar və indi də dövlətin media siyasətini yönləndirənlərin göstərişləriylə oturub-qalxmağa məhkumdurlar. 
Bəli, ehtiyac çox pis şeydir, adamı hər işə sövq edir. Eləsi var çətinliyə dözür, müəyyən hədləri gözləyir; eləsi də var dözmür, komfort həyat üçün özünü hər yola qoyur. Hətta Həzrəti Əli kimi adam belə, tez-tez deyərmiş: “Ehtiyac bu qapıdan girəndə, iman o biri qapıdan çıxar”.
…Əleyhimə materialı vermiş holdinq rəhbəri və sayt baş redaktoru imanlarını, vicdanlarını hələ itirməmiş şəxslər olduqlarından, həm onlara verilən tapşırığı yaxşı icra ediblər, həm də bu zaman məni aşağılamamağa, ölçülü davranmağa çalışblar. Bunu qiymətləndirirəm. Şər-böhtandırsa, başqa cür də davrana bilərdilər. 
Onlara göstəriş verənlərdən fərqli olaraq, keçmş həmkarlarım yaxşı bilirlər ki, mənim bu yazıya cavabım nə səpkidə, hansı üslubda olar və insafən, buna eyham da vurublar. 
Ancaq mən buna – öz keçmiş həmkarlarıma media üzərindən cavab verməyə, hansısa fikrimi əsaslandırmağa qalxmayacağam! Çünki Azərbaycanda medianın indi necə, kimlər tərəfindən idarə olunduğunu, hansı prinsiplərlə işlədiyini çox yaxşı bilənlərdənəm və elə belələriylə bir sırada durmamaq üçün də zamanında onlarla əməkdaşlığa deyil, Azərbaycanın ən yaxşı analitik saytlarından biri olan strateq az-ı çəkib bağlamağa üstünlük verdik. 
Çoxunu yaxşı tanıdığımdan, bilirdim ki, Azərbaycan mediasını idarə edənlərin əksəriyyəti bir gün bizim saytı da dost, qardaş, həmkar saydığım, ən çətin günümdə mənə dayaq durmuş, hansısa alçağın qarşısında sınmama imkan verməmiş insanların da üstünə qaldıracaq qədər aşağı, prinsipsiz, mənəvi ölçüsü olmayan kəslərdir! Bir gün seçim qarşısında qalmayım deyə, öz ziyanıma olan variantı seçdim – saytı çəkib bağladım! Və indi Azərbaycan mediasının salındığı rəzil durumu gördükcə, bir daha əmin oluram ki, nə qədər doğru qərar vermişik!
Əlbəttə, hər kəsdən mənim kimi davranmasını da gözləyə bilmərəm! Hərənin öz xarakteri, öz yolu, öz axarı, öz səmti, öz cığırı var... Başqasına ağıl öyrətməkdənsə, dərs keçməyə qalxmaqdansa, elə hər kəs öz yolunu getsə, daha yaxşı olar! Zaman bir gün kimin kim olduğunu ortaya qoyacaq!
Ancaq diqqətimi həmkarlarımın yazısının altındakı rəylərdən birinin müəllifi xüsusilə çəkdi. Kim olsa yaxşıdır? Rəhmətlik Heydər Əliyevin öz imzalı-möhürlü sərəncamıyla alnına silinməz “siyasi riyakar” damğasını yapışdırıb, tutduğu yüksək dövlət vəzifəsindən rüsvayçılıqla qovduğu, qovulandan sonra da Rəsul Quliyevə sığınıb Heydər Əliyevin əleyhinə qondarma imzalarla iftira yağdıran, sonra sürüşkənliyinə görə Rəsul Quliyevin yanından da qovulan və gəlib dünənədək söydüyü İsa Qəmbərin yanına qısılan, burada da daxili rahatlıq tapmayan və indi, ahıl yaşında, bir ayağı gorda ola-ola, dünənədək aşağıladığı İlham Əliyevə mədhiyyə oxumaqla özünü təzədən bazara çıxarmağa çalışan məşhur eynəkli isim…
Mənim nədə səhv etdiyimi arayan dostlar, mən səhvlərimi yaxşı bilir və onları da zamanla ardan qaldırmağa çalışıram, sizinləsə işim yoxdur, aramaq haqqınızdır. Ancaq içinizdən bir ağıllısı o eynəkli riyakar qocaya başa salsın ki, ayıbdır, onun istismar müddəti çoxdan bitib, özünü bu basabasa soxmasın! Təngənəfəs olar, bağrı çatlayar, baiskar biz sayılarıq!
Sizə isə qayğıkeşliyinizə görə, təşəkkürlər! Mesajı aldım! Ancaq mənim harada səhv etdiyimi aramağa və “doğru yol”a yönləndirməyə girişdiyiniz bir ərəfədə, mənim də sizə və sizin üzərinizdən dövlətin media siyasətini yürüdən məlum anti-milli şəbəkəyə bircə sualım var: əgər bir təhlilçinin iki cümləlik çıxışı sizin apardığınız informasiya-təbliğat işini alt-üst edirsə, dağıtmaq istədiyiniz İrandakı 25-30 milyonluq azərbaycanlı sizin deyil də, onun fikirlərinə inanırsa, daha hər il o milyonlarla manatı boş-boşuna sizin ciblərinizə niyə axıdırlar ki?! Yoxsa bu “yenilər” də sizin hüsnü-camalınızın aşiqləridir?! 
Ayıbdır, cah-cəlallı şüşə imarətlərdə əyləşib, başqasının dəmir qapısını daşlamayın! 
Su axar, çuxurunu tapar! Çalışın, axarınız  qurumasın, çuxurunuz dağılmasın!

13.04.2023

"Üçüncü əl" Bakı ilə Tehranı savaşa sövq edir

Elxan Şükürlü

İsrailin Qüdsdəki “Əl-Əqsa” məscidinə basqınından dərhal sonra Türkiyə prezidenti Ərdoğanla İran prezidenti Rəisi arasında keçirilən və İslam dünyasının həmrəyliyinin çox gərəkli olduğunun xüsusi vurğulandığı telefon danışığının ardınca, son günlər bir-birinə meydan oxuyan Azərbaycan və İran Xarici İşlər Nazirlikləri arasında da danışıqlar baş tutub.
Azərbaycan və İran Xarici İşlər nazirlərinin telefon danışıqları barədə hər iki tərəfdən verilən rəsmi açıqlamalarda seçilən cümlələrin ümumi ruhunun mövcud gərginliyin götürülməsinə hesablandığı aşkar görünür.
Ancaq bu, İran-Azərbaycan münasibətlərində körüklənən gərginliyin dərhal aradan götürüləcəyi qənaəti və arxayınlığı yaratmamalıdır. 
Çünki həm İranın, həm də Azərbaycanın içərisində münasibətlərin məhz bu ərəfədə gərgin saxlanılmasında hədisz maraqlı tərəflər var və bu “üçüncü əl” qətiyyən sakit durmayacaq.
Bu “üçüncü əl”in sahibləri çox yaxşı bilirlər ki, İran-Azərbaycan münasibətlərinin süni şəkildə gərginləşdirilib müharibə həddinə çatdırılması seçkilərə hazırlaşan və daxildən ciddi təhlükələr gözləyən Ərdoğan Türkiyəsini də zorən bu savaşa çəkəcək, bu həssas siyasi şəraitdə Türkiyə kəşfiyyatının, təhlükəsizlik qüvvələrinin diqqətini içdən, əsas hədəflərdən yayındırmağa və əlavə problemlərlə yüklənməyə vadar edəcək.
Dəfələrlə vurğulamışıq ki, Türkiyədəki 14 may seçkiləri regionumuzun və Türkiyənin geopolitik taleyini həll edəcək hadisədir, Ərdoğanın seçilməməsini və Türkiyədə qarışıqlıq düşməsini istəyənlərin hamısı məhz bu ərəfədə hərəkətə gətiriləcək.
FETÖ-nün əliylə 2016-cı ildə devirməyə çalışdıqları Ərdoğanın son illərdə həyata keçirdiyi Rusiya və İranla yaxınlaşma siyasətində, "3+3" formatının reallaşmasında bzim ölkəmiz - Azərbaycan çox önəmli yer tutur, bir növ, bağ rolunu oynayır.
İndi Ərdoğanın əsas düşmənləri üçün ən zəif həlqə də məhz Azərbaycandır.
Azərbaycan üzərindən "Karlov sui-qəsdi"nə, "təyyarə qalmaqalı"na bənzər ssenarilərlə qurulan oyunlar, təşkil edilən fitnəkar addımlar Ərdoğanın həm Rusiya, həm də İranla münasibətlərini korlayaraq onun təklənməsinə və yenidən Qərb çətiri altına sığınmasına gətirib çıxara bilər. 
Azərbaycan cəmiyyəti və dövləti indi həmişəkindən daha ayıq-sayıq davranmalı, zorən çəkildiyi ssenarilərdən yayınmağı bacarmalı, fitnəyə qətiyyən uymamalıdır. Əks halda bizi qurucusu biz olmadığımız bir oyuna çəkib orda rahatca məğlub edəcəklər.

12.04.2023

KEÇMİŞ SOVET RESPUBLİKALARINDA DESTABİLİZASİYA ABŞ-A NƏ ÜÇÜN LAZIMDIR


Valeri Korovin

Gürcüstan ABŞ-ın Qafqazda möhkəmlənməsi üçün vacib geopolitoloji plasdarmdır. Qafqaz keçidinin elementi kimi Gürcüstandan Rusiya hipotetik olaraq İrana birbaşa strateji çıxış alır və İranla birbaşa strateji münasibətlər qurur. İran isə öz növbəsində Hind okeanına birbaşa çıxışa malikdir. Rusiyanın isti dənizlərə çıxış cəhdi geopolitik terminologiyada ABŞ-ın əsas geopolitoloji təhlükəsi sayılır. İsti dənizlərə ən qısa yol isə Rusiyadan İrana cənublu-şimallı Qafqaz vasitəsilədir. Məhz buna görə Gürcüstan Avrasiya kontinentində amerikan imperiyası ocağı qurmağa yollanmış ABŞ-ın Qafqazdakı şəbəkə müharibəsinin əsas hədəfinə çevrilmişdir.
Amerikan geopolitikasının əsas məqsədi Rusiyanı Cənubi Qafqaz vasitəsilə İrana çıxmağa qoymamaqdır. ABŞ öz məqsədini həyata keçirərkən ya Gürcüstandan başqa Azərbaycan və Ermənistanın da olduğu bu çox da böyük olmayan məkanda maksimum dərəcədə qeyri-stabillik yaratmağa çalışır, ya da ideal variantda burda özünün birbaşa hərbi-strateji nəzarətini qurmaq istəyir ki, fiziki olaraq Rusiyanın Hind okeanına çıxışının qarşısını alsın. Gürcüstanda “rəngli inqilab” ssenarisi həyata keçirilərkən məqsəd də elə bu idi. Və bu məqsəd baş tutdu: Gürcüstan Rusiyanın hələ SSRİ-nin dağılması dövründən, hətta keçmiş Sovet siyasi funksioneri Şevardnadzenin vaxtından qoruyub saxladığı geopolitik nəzarətindən çıxarıldı və tam ABŞ-ın geopolitoloji nəzarəti altına düşdü. Gürcüstana amerikan hərbi bazaları yerləşdirildi, orda amerikan instruktorları fəaliyyət göstərir və bu gün əminliklə demək olar ki, Gürcüstan suverenliyini tam itirərək atlantik inkişaf xətti götürüb. Təsəvvür etmək olar ki, bu plasdarmı hərbi güc yolu ilə götürmək istəsəydilər neçəyə başa gələrdi – məsələn, əgər Gürcüstan KTMT hərbi blokuna üzv olsaydı, ya da heç olmasa sadəcə hərbi təcavüzə müqavimət göstərən real suveren dövlət olsaydı. Cənubi Osetiyanı 2008-ci ildə güc yolu ilə tutmaq cəhdindən qat-qat baha başa gələrdi. Lakin amerikanlar Gürcüstanı boş əllə tutdular, hətta əhalinin müəyyən hissəsi və demək olar elitanın hamısı bu faktı alqışladı, hesab etdi ki, nəhayət rus təsirindən qurtardıq, amerikan quluna çevrilmələrinin isə fərqinə varmadılar.
O ki qaldı Ukraynaya, burda da məqsəd oxşar idi. Ukrayna Rusiya üçün bir növ Avropaya körpü rolunu oynayır. Zbiqnev Bjezinskinin yazdığı kimi, Ukraynasız Rusiya Avrasiya məmləkəti olmaqdan çıxır və Asiya məmləkətinə çevrilir. Bundan başqa Ukrayna Amerikanın qurduğu sanitar kordonun vacib elementi sayılır – bu kordon Rusiyanı Avropa İttifaqı ölkələrindən, yəni Mərkəzi Avropadan ayırır və Rusiyaya Avropa İttifaqı ilə tammənalı strateji əməkdaşlıq qurmağa imkan vermir. Məhz bu əməkdaşlıq yolunda, ilk növbədə Almaniya ilə əməkdaşlıq yolunun üstündə amerikan sanitar kordonu formalaşdırılır ki, bu kordon soyuq şimal dənizləri sahillərdən başlayaraq Baltika ölkələrini ötməklə Ukraynanı, Moldaviyanı keçərək aşağıda Gürctüstana kimi uzanır. Belorusiyadan isə yan keçir, belə ki bu ölkə həmin sanitar kordonun qərb istiqamətində yarıq sayılır, lakin Belorusiyanın əvəzinə çəpər funksiyasını Polşa yerinə yetirir. Ardınca Ukrayna, Moldaviya və aşağıda Gürcüstan gəlir ki, bu zolaq qeyri-stabillik zonası olaraq Rusiyanı Avropadan ayırır. Amerikanlar burdakı ölkələrdə bircə fit çalmaqla “rəngli inqilablar” həyata keçirərək özlərinin vacib strateji, geopolitoloji hədəflərini yerinə yetirirlər. Bu məkanın Rusiya ilə müttəfiqlik münasibətləri zonasında yerləşməsinin amerikan iqtisadiyyatına necə zərərli olmasını təsəvvür edin.
Tarixdən bildiyimiz kimi, Avropada böyük müharibə həddən artıq qanlı-qadalı və baha tədbirdir. Lakin belə müharibə olmasa dünya nəzarətini heç cür qurmaq olmaz. Bu başqa məsələdir ki, Avropadakı siyasi rejimləri “məxməri inqilablar” ssenarisi ilə dəyişdirəsən. Əvvəl Şərqi Avropada, Qarşılıqlı İqtisadi Yardım Soveti və keçmiş sosialist bloku ölkələrində bu prosesləri başladılar. Sonra isə NATO-da müttəfiq olan ölkələrə də keçdilər; axı bildiyimiz kimi şəbəkə müharibəsi həm düşmənlərə, həm neytral qüvvələrə, həm də dostlara qarşı aparılır. Xərclər müqayisəolunmazdır, amma nəticələr olduqca yüksəkdir. Axı heç vaxt bitməyən, daim davam edən şəbəkə müharibəsinin nəticələrindən fərqli olaraq hərbi qələbə heç də zəbt olunmuş ərazi üzərində nəzarət və idarəçilik qarantiyası vermir. Rusiyanı Avropadan ayıran zolağı amerikanlar məhz Rusiyaya qarşı aparılan şəbəkə müharibəsi çərçivəsində bu dövlətlərdə ardıcıl olaraq “məxməri inqilablara” təşviq etmə yolu ilə özlərinin vacib strateji, geopolitoloji niyyətlərini yerinə yetirmək etmək üçün yaratmışlar.
ABŞ-ın Şimali Qafqaz regionunda əsas hədəfi özünün strateji plasdarmını genişləndirməkdir ki, gələcəkdə Avrasiya kontinentinin içərisinə, Rusiyanın cənubuna geopolitik hücum edə bilsin. Və Çeçenistan da bu cəhddə müəyyən dağıntı triggeri rolu oynayırdı. Əgər Rusiyanın subyektlərindən birinin onun tərkibindən çıxması ilə bağlı həmin tarixi presedent baş tutsaydı, bu digər regionların da uçqun sürüşkənliyi effekti ilə ayrılmasına şərait yaradacaqdı; əvvəlcə Şimali Qafqazın “milli respublikalar” adlandırılan respublikaları, ardınca isə qalanları – Volqaboyunun, Sibirin “milli respublikaları” ayrılacaqdılar. Amerikanlara ayrılmaq presedentini yaratmaq nəyin bahasına olursa olsun lazım idi. Mahiyyətcə ABŞ bu hədəfinə nail olmasının yarım addımlığında idi. Rusiya, onun bütövlüyü, onun subyektivliyi həmin iki Çeçen kampaniyasında tükdən asılı qalmışdı. Ona görə də böyük Rusiyanın dağılmasına gətirib çıxaracaq həmin prosesə ciddi resurslar ayrılmışdı. Çeçen alovlanmasının qarşısının alınması həqiqətən tarixi hadisə oldu. Təkcə bu jesti ilə Putin öz tarixi missiyasını realizasiya etdi, tarixə hər şeydən əlavə Rusiyanın dağılmasının qarşısını real alan şəxs kimi düşdü. Və bununla hesablaşmamaq olmaz.
Ardınca həmin qeyri-stabillik zonası şimala doğru, Şimali Qafqaza, Qafqaz aşırımının o biri tərəfinə hərəkət etməliydi. Qərb strateqlərinin niyyətlərinə görə Qafqaz alışmalıdır, daim hərəkətdə olaraq, sonsuz sosial transformasiyalara uğrayaraq daim yanmalıdır, burda qaynar mərhələyə yönələn permanent lokal konfliktlər baş verməlidir. Yəni bu zonanı adlayıb İranla birbaşa strateji əlaqə yaratmaq heç xəyala da gəlməsin. Hazırki amerikan təsiri, hətta az-çox iştirakı saxlanılarsa, Qafqaz daim qeyri-stabillik təhlükəsi ilə üz-üzə qalacaq, talançılığa və dağıntıya məhkum olacaq, amerikan qlobal maraqları yolunda qurbanlıq qoyun olacaq. Və nə qədər ki bu ərazi Rusiyanın birbaşa strateji nəzarətinə qayıtmayıb, bundan sonra da konfliktlərlə, qarşıdurmalarla, separat təmayüllərlə didilərək parçalanacaq, hansını ki biz Azərbaycanla da, Gürcüstanla da bağlı müşahidə edirik.
ABŞ bu ərazini sonsuz amerikan xaosuna mübtəla edib və tam, birmənalı və dönməz şəkildə Rusiyanın strateji orientasiyasına yönəlməyincə xaosa get-gedə daha dərindən oturacaq.
Yalnız belə geopolitik perspektivsizliklə üzləşsələr atlantistlər geri çəkilməyə məcbur qalacaqlar.
Məhz onda burda xaos dayanacaq, normal, stabil həyat və əmin-amanlıq başlanacaq.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

06.04.2023

Заявления о “зверствах” российской армии в Украине являются составной частью информационной войны

Талех Мамедов
Евразийское Движение Азербайджана

Основной линией российского политического и военного руководства в Украине является максимальное сокращение потерь среди гражданского населения и недопущение разрушения гражданских объектов.
И вообще насилие в отношении гражданского населения чуждо Российской / Советской Армии. Даже после вторжения на территорию фашистской Германии в 1944-45 гг. тех ужасных злодеяний, которые фашисты совершили в СССР, Красной Армии было дано специальное указание не мстить мирному населению. И этот приказ строго соблюдался.
А вот армии США и других стран НАТО славятся страшной бойней. Достаточно вспомнить Хиросиму и Нагасаки, где США с помощью ядерного оружия уничтожили сотни тысяч японцев- опустошили мирные города. Кровавый след простирается для американцев и за пределы его страны: Корея, Вьетнам, Югославия, Ирак, Сирия, Ливия - это лишь некоторые из тех стран, где американцы виновны в массовых убийствах или где такие преступления совершаются руками местных наемников.
Кровавые провокации являются торговой маркой империализма США. Достаточно вспомнить “инцидент Рачака” в Косово, где террорист был представлен как убийство югославскими военными якобы гражданского лица с 34 погибшими ранеными. Независимые финские эксперты опровергли это утверждение. Но работа сделана. Инцидент в Рачаке стал основой для вмешательства НАТО в Югославию. Тысячи людей были убиты и ранены во время безжалостных бомбардировок мирных городов в течение 78 дней, в результате чего стране был нанесен ущерб на сумму более 100 миллиардов долларов.
Очевидно, что заявления о “зверствах” российской армии в Украине являются составной частью информационной войны, которую ведут США и их союзники против России, давая им повод поддержать неонацистов.
На такие провокации надеются и нынешние проевропейские элиты Украины.
Весь мир с ужасом смотрит на то, как неонацисты в Украине используют мирное население в качестве живого щита.

03.04.2023

Я Русская


Я Русская, а это значит:
Пред родом предков я в долгу.
Я Русская, а это значит:
Другой быть просто не могу!

Я Русская, а это значит:
Во мне мятежная душа,
Меня не купишь за копейку
И не продашь за три гроша.

Я Русская, а это значит:
Во мне течет такая кровь,
Она на подлость не способна,
Зато способна на любовь.

Я Русская, а это значит:
Люблю синь неба, ширь полей,
Как на просторе кони скачут
И сказки про богатырей.

Я Русская, а это значит:
На шее православный крест,
Любовь дал Бог, даст Бог удачи.
Но, главное, была бы честь.

Я Русская, а это значит:
Пред родом предков я в долгу.
Я Русская, а это значит:
Другой быть просто не могу!

01.04.2023

Meyxanaçı Vüqarın atası sənət yoldaşları haqda ŞOK DETALLARI AÇIQLADI

"Vüqarın heç bir sənət dostu məni itirib-axtarmır. Xəstəyəm, ayaq barmaqlarım kəsilib. Bütün günü evdəyəm, asta-asta evin içində gəzirəm. 
Təzə-təzə gəlib-gedirdilər. Rəhmətlik öləndən sonra qapını bağlayıb getdilər. Həyatdır da. Bir az efirlərdə danışdılar, sonra hər şey dayandı. Heç kimdən nəsə ummuram, heç vaxt onlardan nəsə gözləmirəm. Şükür Allaha, heç nəyə ehtiyacım yoxdur. Əlbəttə ki, gəlsələr qapım onların üzünə hər zaman açıqdır. İstərdim ki, gəlib Vüqarın məzarı üstünə getsinlər, onun xatirəsini əziz tutsunlar. Vüqarın məzarı üstünə hər cümə axşamı gedib-gəlirəm. Bununla təskinlik, təsəlli tapıram".
Bunu açıqlamasında məşhur meyxanaçı Vüqar Biləcərinin atası Zakir Paşayev deyib.
"Heç vaxt pulla meyxana, qəzəl yazmayıb. Yalandan saytlarda yazıblar ki, Vüqar 20 manata meyxana yazıb. Bu ağ yalandır. Kimsə sifariş edibsə belə, Vüqar onlara hədiyyə kimi yazıb. O könül sevindirməyi xoşlayırdı. Hacı Şahin üçün dediyi meyxananı bu günlərdə dinlədim. Meyxananı elə deyib ki, elə bil sanki Hacı Şahini ölümündən sonra vəsf edir. Vüqar dindar, əli Quranlı biri idi. Pis yola çəkdilər. Allah onu pis yola çəkənlərin evini yıxsın. Gedib 15 gün xəstəxanada yatdı, artıq gec idi. Dəfnində böyük izdiham yaşanmışdı. Pandemiya olmasaydı qapımıza 5-10 min adam yığılardı. Yutubda Vüqarın meyxanaları qarşıma çıxır, izləmirəm. Baxıram, sonra da ürəyim ağrıyır. Çalışıram ki, izləməyim, çünki pis oluram. Elə zənn edirəm ki, yanımdadır, nə vaxtsa gələcək. Qapı açılan kimi elə bilirəm bu dəqiqə Vüqar içəri girəcək. Mən itirdiyimi itirmişəm, ürəyim partlayır. Şəkilləri ilə danışıram".
Zakir Paşayev Vüqarın valideynlərinə sevgisindən də danışıb: "Vüqar ata-ana istəyən oğul idi. Onun yerini digər övladlarım vermir. O ayrı idi, ondan yox idi. Anası onun ölümündən sonra çox yaşamadı. O qədər çox sevirdi ki, anasını. Xəstə olduğunu biləndə ayaqlarından da öpürdü. Vüqar öləndən sonra adından istifadə edənlər də oldu. Gərək halallıq olsun. Evdəki əlyazmalarını, bir neçə qəzəllərini, külliyatını apardılar. Sevdiyi bir şəxs var idi. Sinif yoldaşı idi, nəsə onların münasibəti alınmadı. Vüqar əsəbi, hövsələsiz biri idi. Onunla evlənməyinə razılıq vermişdim, amma sonradan həyatında peyda olan xanımla evliliyinə razı deyildim. Heç anası da razı deyildi".

28.03.2023

Qlobal maliyyə mərkəzləri regionu müharibəyə sürükləyir

Elşən Manafov

Hazırda İran və Azərbaycan arasında münasibətlərdə yaşanan gərginlik əslində heç bir vəchlə bu dövlətlərin milli, regional təhlukəsizlik maraqlarina cavab vermir, bu gərginlik daha çox bölgə və ətrafinda geosiyasi reallıqları qlobal maliyyə və beynəlxalq guc mərkəzlərinin dəyişdirməsi cəhdlərindən irəli gəlir.
İranin nuvə enerjisinin zənginləşdirilməsi istiqamətində çalışmalarında 84%-lik həddə çatması onun perspektivdə nuvə enerjisinə və deməli nuvə silahına yiyələnə biləcəyi ilə bağlı amillərin gerçəkləşməsinə şərait yarada bilər ki, bu da imperialist, neomüstəmləkəçi dairələri və beynəlxalq sionizmi ciddi şəkildə narahat edir.
Bu ehtimalların gerçəkliyə çevrilmə imkanları kifayət qədər real olduğundan İranı beynəlxalq terrorizmə "dəstək verməkdə" ittiham edən, onu islam inqilabı ideyaları "ixrac etməkdə" günahlandiran dairələr rəsmi Tehrandan muəyyən edilmiş qırmızı xətti keçməməyi, araşdırmaları dayandırmağı tələb edirlər, zira İranin nuvə enerjisinə sahiblənməsi ABŞ-ın yeni dunya nizamı, "idarə olunan" xaos nəzəriyyəsinə ciddi təhdid kimi qəbul olunur, onun bölgədə jandarm rolunu oynamaq istəyinin qarşısına sədd çəkir, nəhayət İsrailə də anladir ki, İrana olan hücum cavabsız qalmayacaq və bu cavab İsrailin öz gələcək varlığını sual altinda qoyacaq.
Halbuki İran Qərbin bütün tələblərinə rəğmən MAQATE (Beynəlxalq Atom Energetikası) ilə əməkdaşlığı daim davam etdirmiş, bu sahədə olan araşdırmalarında şəffaflığı təmin etmişdir ki, MAQATE-nin də illik hesabatlarında bu məsələlər qabarıq şəkildə öz əksini tapıb. Bununla yanaşi İran nuvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququnun da olduğunu dəfələrlə məlum dairələrin nəzər-diqqətinə çatdırıb. Üstəlik İsrailin qeyri-rəsmi səviyyədə nuvə silahına malik olmasından beynəlxalq güclərin xəbərdardırlar, lakin susurlar.
Uzun illərdir ki, Qərb heç bir hüquqa, BMT qətnamələrinə istinad etmədən İranın neft, qaz, maliyyə, bank sistemlərinə embarqo qoyub, sanksiyalar tətbiq edib. Məqsəd İranda sosial, iqtisadi durumu ağırlaşdırmaq, milli zəmində qarşıdurmalar yaratmaqla legitimliyi şübhə dogurmayan teokratik iqtidarı hakimiyyətdən uzaqlaşdırmaqdır.
Həhayət hazırda Ukraynada Qərb və Rusiya arasında dünyanın gələcək geosiyasi durumu ilə bağlı yaşanan qarşıdurmada İranın Rusiyaya silah ixracı, dronların Rusiya Silahlı Quvvələrinə verilməsi Qərbdə İranla bağlı əməliyyatları rəsmi Tehranı təhdid edəcək müstəviyə keçirmək üçün qərarın verilməsinə səbəb olmuşdur. Bu məqsədlə İran ətrafinda regional halqanı sixmaq və "Anakonda" əməliyyatını keçirmək barədə qərar verilmişdir.
Azərbaycani bu halqada məlum bənd rolunda çıxış etməyə sövq edən tərəf əlbəttə Qərb, ilk növbədə ABŞ və şubhəsiz ki, İsraildir.
Ermənistanla 44 gunluk savaşda İsraillə hərbi sahədə əməkdaşlığımızın dərinləşməsi, habelə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilən neftin 34%-nin İsrail tərəfindən idxalı etiraf etmək lazımdır ki, Tel-Əviv-in əlinə yaxşə kart-blanş verib. İranın Ermənistanla münasibətləri rakursunda bizim İsraillə yaxınlaşmağımız, hətta uzun sürən tərəddudlərdən sonra Tel-Əviv-də səfirliyin açılması milli və regional təhlükəsizliyimiz maraqları baxımından anlaşılan idi. Lakin Tehranda Azərbaycan səfirliyinə olan terror aksiyası, habelə Zəngəzur dəhlizi ətrafinda İranin sərgilədiyi mövqe münasibətlərimizdə daha çox xarici güclərin maraqlarina cavab verə biləcək tendensiyaların özunə yer etməsinə şərait yaratdı.
Ustəlik rəsmi Tehranın fikrincə bizim Zəngilan və Füzulidə hava limanları inşa edərək istifadəyə verməyimiz İranla Qərb, habelə İsrail arasinda yaşana biləcək hərbi qarşıdurmada həmin limanlardan İrana qarşı bəlli dairələrin hücumlarinin gerçəkləşdirilməsi üçün platsdarm rolunu oynaya bilər. Həmin limanlarin tikilməsi ilə bağlı rəsmi Bakının açıqlamaları isə (bölgənin gələcək inkişafinda, habelə bu bölgəyə beynəlxalq turizmin dəvət edilməsində limanların oynaya biləcəyi rol) əlbəttə rəsmi Tehrana inandırıcı təsir bağışlamır.
Zəngəzur dəhlizi ilə bagli məsələyə gəlincə dəhlizin istifadəyə veriləcəyi təqdirdə yükdaşınmaların həcminin əhəmiyyətli şəkildə artacağı, yüklərin məlum dəhliz vasitəsilə daha tez və sürətlə daşınması üçün şəraitin yaxşılaşacağı, bölgə dövlətlərinin tranzit mənfəətlərindən bəhrələnəcəyi bəllidir, lakin rəsmi Tehran dəhliz vasitəsilə bölgəyə NATO təsirinin artacağından, habelə Türkiyədən Azərbaycana, Mərkəzi Asiyaya, habelə Çinə İran ərazisi ilə gedən daşinmalarda tranzit gəlirlərində 15%-lik payını itirəcəyindən ehtiyat edir.
Bütün bu problemləri isə qarşılıqlı güzəştlər hesabına, qarşılıqlı maraqlar çərçivəsində həll etmək və əlbəttə qarşılıqlı mənfəət götürmək mümkündur.
Düşünürük ki, belə imkanlar var, onlar tükənməyib və deməli regionu məlum qlobal maliyyə mərkəzlərinin, imperialist dairələrin maraqlarına görə münaqişəyə sürükləməyə dəyməz.

KEÇMİŞ SOVET RESPUBLİKALARINA QARŞI ŞƏBƏKƏ MÜHARİBƏSİ


Valeri Korovin

Tipik şəbəkə əməliyyatlarına postsovet məkanında törədilmiş “rəngli inqilablar” aiddir. Gürcüstanda “qızılgül inqilabı”, Ukraynada “Yevromaydan”a adlamış “narıncı inqilab”, Moldaviyada twitter-inqilabla müşahidə olunan “rəngli” çevrilişlər törətmək cəhdləri, Azərbaycanda, Özbəkistanda, Belorusiyada hökumətləri şəbəkə vasitələri ilə ardıcıl devirmək səyləri “effektlər bazasında əməliyyatların” tipik nümunələridir. Sirr deyil ki, Rusiya üçün də 2007-2008-ci illərdə hakimiyyəti dəyişdirməyi reallaşdırmaq niyyətilə şəbəkə əməliyyatı hazırlanmışdı. Lakin həkimiyyəti zəbt etmək o səbəbdən alınmadı ki, bu texnologiya Rusiyada vaxtında ifşa olundu, mətbuatda şəkəbə agenturası aşkarlanaraq üzə çıxarıldı, ona müəyyən maneələr və məhdudiyyətlər qoyuldu ki, nəticədə şəbəkə bliskriqinin qarşısı alındı, proses dalana dirəndi.
Postsovet məkanı şəbəkə müharibələrinin aparılması üçün prioritet zonaya çevrilib. Belə ki ingilis geopolitiki Makkinderin dediyi kimi, “kim xartlendə nəzarət edir, dünyaya nəzarət edir”.
Şaxələnmiş Qərb şəbəkələri hal-hazırda Rusiyanın özündə də mövcuddur. Bunlar Yeltsinin hakimiyyəti dövründə yaradılmışdır ki, ilk əvvəl qrantlar sistemi yolu ilə maliyyələşirdilər. Bunlar qeyri-hökumət təşkilatları və ictimai fondlardır ki, indi çoxunun fəaliyyəti Qərbin düşmən şəbəkəsi kimi tanınmaları səbəbindən dayandırılıb. Bunların əsas məqsədi elitaları, cəmiyyətin aktiv hissəsini cəlib etmək, onları liberal, amerikanyönlü mahiyyətdə format etmək idi. Həmin məqsəd müəyyən qədər reallaşdırıla bildi, nəticədə siyasi elitalar və mediaelitanın çox hissəsi 1990-cı illərin başlanğıcında Yeltsin islahatları dövründə yetişmiş və ideoloji formalaşmış kadrlarla minalandı.
Putinin hakimiyyətə gəlişi ilə onlar əriməyə başladılar, lakin belə şəbəkələrin və mərkəzlərin aktivləşərək vəziyyəti 1990-cı illərin əvvəlindəki hala gətirmələri təhlükəsi qalmaqdadır. Onlar hər cür zəiflikdən, Putin dövründə formalaşmış dövlət kursundan yayınmalardan yararlana bilərlər. Həmin şəbəkələri bir tərəfdən öz aktivliklərinə görə, digər tərəfdən onlardan keçən informasiya axınına görə müəyyənləşdirmək olar. Onların aktivliyi Rusiyada siyasi vəziyyəti öz xeyirlərinə formalaşdıra bilər, hal-hazırda dondurulmuş atlantist proyekti yenidən reallığa çevirər, elitanı liberal və qərbçi yönə kökləyər. Bu şəbəkə aşkarlanaraq ifşa edilməlidir ki, belə halda zərərsizləşdiriləcək; əks halda öz rolunu oynayaraq üstünlük qazanacaq, Rusiya siyasi məkanını ideoloi cəhətdən yenidən tutacaq və zəfər çalacaq.
Hələ SSRİ-nin mövcudluğu dövründə Şərqi Avropada start götürməklə “məxməri inqilablar” Avropanın bütün sosialist rejimlərini yıxdılar, Yuqoslaviyanı dağıtdılar və axıcı şəkildə Rusiyanın strateji nəzarət zonası hesab etdiyimiz məkana yerləşdilər. “Məxməri inqilablar” postsovet MDB məkanında baş qaldırdılar. Bütün bunlar həmin ssenarinin Rusiyanın özündə də reallaşa biləcəyi perspektivləri barədə düşünməyə vadar etdi.
Bəs “məxməri inqilablar” baş tutduqları ölkələrə nələr gətirdilər? Postsovet məkanının suveren dövlətlərinin rejimlərini domino prinsipi ilə yıxan nəsnənin arxasında nə dayanır?
“Məxməri inqilablar” ssenarisinin həyata keçirildiyi hər yerdə biz bu gün suverenliyin ya qismən, ya da tamamilə itirilməsini müşahidə edirik.
MDB ölkələrində baş verən “məxməri inqilabların” hamısı ABŞ-ın aktiv dəstəyi və iştirakı ilə başladılmış, təşkil olunmuş və həyata keçirilmişdir. Bu başlıca qanunauyğunluqdur – geopolitoloji qanunauyğunluq. Məqsəd Rusiyanı postsovet məkanından sıxışdırıb çıxarmaq, onun təsir zonasını azaltmaqdır. Son onilliklərin geopolitoloji məntiqi belə olub: SSRİ-nin Avropadakı və üçüncü dünya ölkələrindəki təsirini kənarlaşdırmaq, SSRİ-ni Avropadan sıxışdırıb çıxarmaq, SSRİ-ni dağıtmaq, Rusiyanın postsovet məkanındakı təsirini azaltmaq, Rusiyanı postsovet məkanından çıxarmaq. Qərbin həmin amansız məntiqinin növbəti addımı isə Rusiyanın dağıdılmasıdır. Bu addım qabaqcadan proqramlaşdırılıb, soyuqqanlıdır, yetərincə ölçülüb-biçilib və ABŞ onun reallaşdırılması üçün çox şeyindən keçməyə hazırdır. Bu gün biz postsovet respublikalarında Rusiyanın gələcəyini müşahidə edirik.
Bütün “məxməri inqilabların” ilkin səbəbi ABŞ-ın təkbaşına dünya ağalığı qurmaq strategiyasıdır ki, bu işə onlar istənilən qüvvəni qatırlar, kriminalı da cəlb edirlər, qurbanlar verirlər, alət kimi istifadə edirlər. Müvafiq olaraq vəziyyətin gərginləşdirilməsi və ardınca hakim rejimin dəyişdirilməsi üçün istənilən imkanlar – istər sosial qeyri-stabillik, istər hakimiyyətdən narazılıq, istər rusofobiya olsun – məhz bir məqsədlə istifadə olunur: amerikan təsirini qurmaq üçün. Özü də ssenari, müşahidə etdiyimiz kimi, o qədər də rəngarəng olmur: adətən seçkilərdən bəhanə kimi istifadə olunur, ardınca isə məlum sxem üzrə həyata keçirilir. İşləyir də. Efffektivdir. Demək gələcəkdə də tətbiq olunacaq.
“Məxməri inqilab” – siyasi rejimlərin devrilməsu Cin Şarpın hazırladığı “qeyri-zorakı mübarizə” metodlarına əsaslanır. Bu bütünlüklə və tam olaraq amerikan şəbəkə texnologiyasının məhsuludur; həmin texnologiyanın əsas hissəsidir ki, bu gün politologiyada “şəbəkə müharibəsi” adlanır. Məsələnin məğzi ərazi üzərində nəzarətə imkan dərəcəsində adi silah-sursatdan istifadə etmədən nail olmaqdır. İdealdır: “yumşaq güc” də adlandırılan “soft power” tətbiq olunmaqla həyata keçirilir. Amerikan politoloqu Cozef Nay-kiçik bunu belə təyinatlandırır: “Dövlətin, ittifaqın və ya koalisiyanın beynəlxalq işlərdə arzuolunan nəticələri sərt gücə xas olan sıxışdırma, yeritmə, məcbur etmə yolu ilə deyil, inandırma yolu ilə əldə etmə qabiliyyətidir. Yumşaq güc başqalarını beynəlxalq arenanın müəyyən davranış normalarına riayətə sövq etməklə və lazım olanları öz razılığı ilə etməyə yönəltməklə işləyir ki, nəticədə faktiki olaraq zor tətbir etmədən arzulolunan nəticəni əldə etməyə gətirib çıxarır”.
Beləliklə, ABŞ müharibə aparılmasının yeni texnologiyasından istifadə edir ki, arzuolunan nəticəni praktiki olaraq qansız əldə etməyə imkan verir. “Altıncı nəsil müharibəsi” – texnoloji sənət əsəridir ki, Pentaqonun tam kompetensiyasındadır və bu gün MDB məkanında amerikan hərbi idarəsinin birbaşa komandanlığı və nəzarəti ilə ciddi-cəhdlə reallaşdırılır.
Adətən şəbəkə müharibələri işə düşərkən nəticəyə sosial şəbəkələrin köməyilə nail olunur, yəni cəmiyyətin özünün köməyilə. Ayrıca seqmentdə müəyyən şəkildə ictimai rəy formalaşdırılır, məsələn, hakim rejimə qarşı yönəlmiş formada. Cəmiyyətin şəbəkəni (yəni bir-birləri ilə qarşılıqlı əlaqədə olan iştirakçıları) təmsil edən həmin seqmenti vasitəsilə mövcud hakimiyyətə təzyiq olunur; hakimiyyət məcbur edilir ki, ölkənin idarəçiliyindən imtina etsin və siyasi səhnədən getsin.
Beləliklə, “məxməri inqilab” hakimiyyətin nisbətən qansız və ucuz dəyişdirilməsidir: sosial şəbəkələrdə qızışdırmaqla aşağıdan təzyiqin təşkil edilməsindən istifadə yolu ilə. Və bu aşağıdan, sosial şəbəkələrdən təzyiq, bildiyimiz kimi spontan baş verən hadisə deyil, təhrik olunur, texnoloji təşkil edilir. Şəbəkə texnologiyalarının və “məxməri inqilabların” əsaslandığı xüsusiyyət də budur. Hakimiyyətə ünvanlanmış açıq-aydın ittihamlar bəhanə götürülərək etiraz dalğası lazım olan istiqamətə yönəldilir, “iştirak psixozunun” təsiri altında inkişaf etdirilir – bizi bunu təəccüblü ardıcıllıqla müşahidə edirik. Yəni bu elə amerikan polittexnologiyasından nəşət götürən həmin texnoloji prosesdir.
Beləliklə, bugün xüsusən postsovet məkanında və ərəb dünyasında baş verən bütün “məxməri inqilablar” ABŞ tərəfindən təşkil olunmuşdur ki, əvvəllər Rusiyanın təsir zonasında olan və ya neytral qalan, başqa metodlarla girilməsi mümkün olmayan bu dövlətlərdə və ərazilərdə öz geopolitoloji nəzarətini qura bilsin.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

"Əvəz Zeynallının pul alıb, karusel edəcəyini heç gözləməzdim" - Elçin Sadıqov

Vəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib.
Faktmedia az xəbər verir ki, E.Sadıqov hər hansı cinayət əməli törətmədiyini bildirib. O Əvəz Zeynallının onu aldatdığını əlavə edib: “Bu müddət ərzində dinmədim, səbr etdim. Düşündüm ki, yoldaşı nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir bütün görüşlərimdə Ə.Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma bu gün Ə.Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib. Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. R.Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq”.
Elçin Sadıqov əlavə edib ki, həmin gündən sonra Əvəz Zeynallı dayanmayıb, əskinə hər gün Məmmədova və ailə üzvlərinə qarşı danışmağa başlayıb: “Əvəzin dayanmadığını gördük, hətta 26 avqust 2022-ci il tarixli çıxışında Əvəz adımı çəkməsə də Məmmədovun müdafiə işinə də ilişmişdi. Məcbur olduq Əvəzlə danışmağa. Əvəz mənə fantastik məbləğ demişdi. Sonra razılaşdıq. Pulu aldı. Cəmi 4 gün sonra yenə hədyanlar danışdı. Mən Əvəzin bunu mənə edəcəyini, yəni pul alıb yenə danışacağını, karusel edəcəyini heç gözləməzdim. Bu da Məmmədovların haqlı narazılığına səbəb oldu. Həmin gün narazılıq olmasın deyə öz pulumdan Məmmədovların pulunu geri qaytardım. Və sonra mənə dedi ki, ona pul yox, sənədlər verdiyimi deyim. Özü də elə dedi. Sənəd adı gələn kimi ikimizi də tutdular. Halbuki CM-nin 312-ci maddəsinin qeydini bilən hər kəs bilir ki, mənim əməlimdə heç vaxt cinayət tərkibi olmayıb. Məni vəsatətə görə həbs etmişdilər”.
Vəkil qeyd edib ki, Əvəz Zeynallıya qarşı müxtəlif ittihamlar və çoxlu epizodlar var: “Bəlkə də maddələrinin sayını özü də bilmir. Amma yenə də mənim adımı çəkib şou düzəldir. Onda belə çıxır ki, o biri ittihamların hamısı düzdür, ona görə Əvəz onları pərdələməyə çalışır”.

27.03.2023

Alman faşistlərinin ordusunda döyüşmüş latışlara qoyulmuş heykəli aşırdılar


Latviyanın Bauska şəhərində faşist Almaniyasının SS ordusunda xidmət etmiş latış legionerlərinə qoyulmuş heykəli aşırıblar.
Heykəl 2012-ci ildə qoyulmuşdu.
Latviya jurnalistlərinin araşdırmasına görə heykəli ölkəyə gəlmiş ukraynalı qaçqınlar dağıtmışlar.
Səbəb latış legionerlərinin 1941-45-ci illərdə Ukrayna ərazisində törətdikləri vəhşiliklər və qətliamlar olmuşdur.

25.03.2023

İNTERNET ŞƏBƏKƏNİN MODELİ KİMİ


Valeri Korovin

Sosial şəbəkələr adından da göründüyü kimi sosial anlayışdır: süni toplanmış kollektiv subyektliyi nəzərdə tutur ki, cəmiiyyətin bir hissəsini təmsil edir və onun mühitlərini, sosial qruplarını və siniflərini əks etdirir. Deməli sosial şəbəkələr ordinar deyil, onların iştirakçıları isə sosial statusundan asılı olaraq dəyişib yenidən konfiqurasiya ola bilirlər ki, bu da belə şəbəkələri kifayət qədər çevik edir.
Sosial şəbəkələri öz məqsədlərinə uyğun istifadə etmək üçün (QHT-lərlə bağlı da vəziyyətdə olduğu kimi) ya onları yaratmaq, ya da hazır şəkildə almaq lazımdır. Hər iki yanaşmada investisiya tələb olunur. Lakin şəbəkə strategiyasının həyata keçirilməsi üçün hər bir halda belə şəbəkələr olmalıdır. Bu insanlardan ibarət, təbii və ya süni yolla formalaşmış offline-şəbəkələr ola bilər. Təbii şəbəkələrə, məsələn, istənilən etnik qrupları, böyük tarixə malik müəyyən dini icmaları aid etmək olar. Süni şəbəkələrə isə bitkilərdən hazırlanmış dərman satanları, sektantları, avtomobilçilərin qarşılıqlı yardım şəbəkələrini aid etmək olar.
Bununla belə sosial şəbəkələrin işlədilməsi olduqca mürəkkəb və çoxşaxəli prosesdir. Sosial şəbəkənin subyekti kimi tək halda evində və ya iş yerində öz kompüteri arxasında oturub işləyən internet istifadəçisini götürmək olar. O Qlobal şəbəkəyə çoxlu sayda özü kimi istifadəçi-userlərin qatıldığı çoxlu əlaqələrlə və qovşaqlarla qoşulur. Onları istənilən vacib obrazla düzgün düzüb qoşmaq, konfiqurasiya etmək kifayət edir. İnternet varsa şəbəkənin subyekti tək işləyən element, istənilən ayrıca user ola bilir, hansı ki eyni zamanda öz baza xarakteristikalarına malik müəyyən cəmiyyətin – sosiumun hissəciyinə çevrilir.
Belə istifadəçiyə heç bir sosial funksiya yerinə yetirmək lazım deyil, o heç yerə getmir, heç kimlə görüşmür, şəbəkənin işləməsini dəstəkləmək üçün xüsusi olaraq heç nə həyata keçirmir. Sadəcə öz internetə qoşulmuş kompüteri arxasında oturur. Belələliklə, internet şəbəkənin qat-qat effektiv modelidir. Tam uyğun gələn belə useri sosial şəbəkə adlandırılan istənilən lokal şəbəkəyə qatmaq olur. Məsələn, eyni user odnoklassniki şəbəkəsinin də iştirakçısı ola bilər, facebook-da da akkauntu ola bilər, livejournal-da da blog işlədə bilər – bununla o həmin şəbəkələrin çoxlu sayda istifadəçiləri ilə əlaqələrə malik olur. Üstəgəl eyni zamanda onlarla sistemə, onlayn sosial şəbəkəyə də girişi ola bilər. User öz niyyətinə uyğun olaraq asanca bir şəbəkədən istifadədən çıxıb digər şəbəkəyə keçə bilər.
İnternetdən başqa kiberməkanı formalaşdıran digər şəbəkələri də bura aid etmək olar.
Beləliklə, bütün şəbəkə onlayn-məkanı tərifində də deyildiyi kimi “internetdən, o cümlədən internetdən girilməsi mümkün olmayan çoxlu sayda başqa kompüter şəbəkələrindən ibarətdir”. 
Məhz bütün bunlar birlikdə ideal şəbəkə modelini əks etdirir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

22.03.2023

ABŞ SOSİAL ŞƏBƏKƏLƏRDƏN ÖLKƏLƏRDƏ İNQİLAB ETMƏK ÜÇÜN YARARLANIR


Valeri Korovin

Əgər müəyyən aralıq hesablaması aparsaq, aydın olar ki, şəbəkə müharibəsi heç də həmişə internetlə bağlı olan nəsnə deyil, amma sırf şəbəkə ilə bağlı anlayışdır. Şəbəkənin iştirakçıları – subyektlər, aktorlar, obyektlər, qovşaqlar – ənənəvi cəmilləylərdə olduğu kimi vertikal yox, horizontal qurulurlar. Şəbəkə düzxətli deyil və mürəkkəbdir, onun bütün qovşaqları bir-biri ilə sonsuz sayda əlaqələr vasitəsilə bağlıdır. Fransız filosof-postmodernisti Jil Delöz bunu rizoma və ya ticərti sistemi deyilən konseptin köməyilə təsvir edir. Əgər şəbəkənin elementlərindən biri düşüb ortalıqdan çıxırsa əlaqə itmir, başqa qovşaqlar vasitəsilə davam edir. Bitki ticərtilərindən birinin düşməsi ilə fəaliyyət dayanmır, inkişaf gedir – şəbəkənin işi davam edir. Halbuki ənənəvi cəmiyyətlərin vertikal quruluşlarında elementlərdən birinin düşüb ortalıqdan çıxması ilə əlaqə qırılır, fəaliyyət dayanır, belə ki verilən siqnal artıq ard-arda bir-birinə ötürülmür, nəticədə həmin vertikallıq dağıdılmağa həssas olur. Şəbəkə isə bu sarıdan praktiki olaraq möhkəmdir, dağıdılmağa qarşı davamlıdır və şəbəkə müharibəsinin də əsasında bu durur.
Şəbəkə müharibələri – məhz hərbi texnologiyadır ki, Pentaqon tərəfindən rəsmi olaraq istifadəyə götürülmüşdür. Şəbəkə müharibələrinin əsasında “effects-based operations” – effektlər bazasında əməliyyatlar (EBƏ) deyilən texnoloji yanaşma durur. Açıq mənbələrdə bunu müəyyən qədər geniş şəkildə amerikan eksperti Edvard Alan Smit özünün eyniadlı kitabında izah etmişdir. Həmin texnologiya amerikan şəbəkə imperiyası tərəfindən onunçün silahlandırmaya götürülmüşdür ki, əraziləri az məsrəflərlə tutmaq mümkün olsun. Söhbət ilk növbədə Avrasiya kontinentindəki dövlətlərin tutulmasından və parçalanmasından gedir ki, bəzi hadisələrdə bu proseslər hərbi güc işə salınmadan aparılır. Bu gün həmin texnologiya daha çevikdir, müasirdir, incədir, eyni zamanda effektivdir və həssadır. Belə vəziyyətdə adi silahlardan ancaq ifrat hallarda, yekun mərhələsində istifadə olunur. Amma çox vaxt məkanlar üzərində nəzarətə ümumiyyətlə hərbi güc sərf etmədən nail olunur – “rəndli inqilablar” yolu ilə. Uğurlu nümunələr kifayət qədərdir; Ukraynada 2014-cü ilin fevral silahlı qiyamına zəmin yaratmış məxməri “narıncı inqilab”, Gürcüstanda “qızılgül inqilabı” da bunların sırasındadır. Buna kimi bənzər hadisələr Şərqi Avropada, xüsusən Yuqoslaviyada baş verirdi, daha sonra postsovet məkanına adladı. Daha əvvəl isə Sovet İttifaqı birbaşa hərbi təcavüz olmadan məhv edilmişdi. Elə Pribaltika respublikaları da həmin qeyri-zorakı müqavimət texnologiyası işə salınmaqla Sovet İttifaqından qoparılmışdır – amerikan polittexnoloqu Cin Şarpın hazırladığı yanaşma yolu ilə.
Belə proseslərin əsasında həmişə şəbəkə durur.
Şəbəkə texnologiyasının köməyi ilə bu və ya digər ərazini qopararaq üzərində ABŞ-ın strateji nəzarətinin qurulması üçün həmin ərazini ilk əvvəl şəbəkələşdirmək, yəni şəbəkə ilə örtmək lazımdır. Necə olması vacib deyil, amma şəbəkə olmalıdır ki, onun vasitəsilə sosial məkanla işə başlamaq mümkün olsun. Şəbəkə hər cür aşağı və ya yuxarı keyfiyyətdə ola bilər, lakin söhbət ictimai transformasiyalardan, sosiumdan gedirsə, bu şübhəsiz ki sosial şəbəkədir. Əksər hallarda belə şəbəkənin əsasında ictimai-siyasi strukturlar və ya qeyri-hökumət təşkilatları (QHT) durur. Şəbəkələşdirmək üçün qeyri-hökumət təşkilatlarını ya konkret tapşırıqlara uyğun olaraq sırıfdan yaradırlar, ya da hazır şəbəkələrdən istifadə olunur. Bir qayda olaraq yaradılmış QHT öz əsas məqsədi kimi hanısısa humanitar, sosial əhəmiyyətli və ya mədəni niyyətləri realizasiya edəcəyini bəyan edir. Görünüşdə bu tamamilə heç bir ziyanı olmayan fəaliyyət də ola bilər, məsələn, mədəni obyektlərin tədqiqi, humanitar yardım, kimisi nədəsə konsultasiya etmək üzrə layihələrin realizasiyası və ya hansısa dövlətçilik fəaliyyəti üzərində vətəndaş nəzarəti. QHT nadir hallarda hansısa siyasi, özü də pozucu məqsədlərini açıq bəyan edir.
ABŞ-ın öz maraqları çərçivəsində düşmən ərazisində yaratdığı və inkişaf etdirdiyi şəbəkənin tipik nümunəsi Soros Fondudur. Postovet məkanına daxil olmaqla bu fond sırf humanitar işlərlə məşğul olacağını bəyan etmişdi: kitab, dərslik nəşri, alimlərə kömək və humanitar proqramların realizasiyası. Lakin Soros Fondunun irəli çəkdiyi qeyri-hökumət təşkilatlarının hamısı son nəticədə amerikan maraqlarına işləməyə başladılar, onların çoxu mövcud rejimlərin devrilməsində birbaşa iştirak etdilər.
Əksər hallarda “humanitar” fondlar tərəfindən hazır, fəaliyyətdə olan şəbəkələr pulla alınır. Bu o zaman baş verir ki, həmfikirlər və entuziastlar ictimai əhəmiyyətli məqsədlərin realizasiyası üçün hansısa cəmiyyətlər, hərəkatlar və ya şəbəkə komünitiləri yaradırlar. Lakin onların fəaliyyəti ciddi səviyyəyə qalxan zaman onlar genişlənmələri və inkişafları üçün lazım olan maliyyənin çağışmadığını hiss edirlər. Elə həmin vaxt da Qərb fondlarının nümayəndələri peyda olurlar ki, onlara böyük olmayan məbləğlər verirlər. Nəticədə məbləğlər alan təşkilatlar özlərini onları dəstəkləyənlərə borclu hesab edirlər və lazım olan saatda, yəni bu və ya digər ərazidə hansısa amerikan proyekti işə salınanda onlar ya birbaşa həmin proyektin realizasiyasına qatılırlar, ya da imkan dairəsində həmin proyektin iştirakçısına çevrilirlər.
Lazım olan anlarda QHT-yə onun “xeyirverənləri” müraciət edirlər: zəhmət olmasa filan yerə gəlin, dəstək verin, belə və belə deyin, çıxın, bunu edin, onu edin... Lakin birbaşa müraciət etməyə də bilərlər – axı bu sifarişçinin maskasını açıb ifşa edər – sadəcə hüdudlar şəraitini elə formalaşdırırlar ki, təşkilat özü lazım olan yerə çıxır və dəstək verir. Bax bu şəbəkə effektivliyinin yüksək səviyyəsidir. Ukraynada amerikanlar çoxlu sayda şəbəkəni böyük olmayan məbləğlərə aldılar, sonra isə onlardan xahiş etdilər ki, Maydana çıxsınlar, sadəcə orda dayansınlar. Burda çətin nə va ki? Onlar sadəcə çıxırlar və kütləvilik görüntüsü yaradırlar ki, bunun köməyilə mövcud siyasi rejim dəyişdirilir və hakimiyyətə amerikanyönlü rejim gətirilir. Doğrudan da çətin heç nə yoxdur: hətta əgər Maydandakı bu kütləvilik qanuni siyasi rejimi silahlı yolla devirən ekstremistlərin fəaliyyəti üçün lazım olan fon rolunu oynayırsa da. Necə ki 2014-cü ilin fevralında baş verdi.
Bununla yanaşı ictimai təşkilatlara sırf Maydana çıxdıqlarına görə pul vermirlər – pulu statistlərə, siyasi strukturlara verirlər. QHT-lər pulu ona görə alırlar ki, özlərinə maraqlı olan işlə məşğul olsunlar, diyarın xüsusiyyətlərini öyrənsinlər, KİV yaratsınlar, pensionerləri konsultasiya etsinlər. Onlara pulu sosial əhəmiyyətli fəaliyyətə görə verirlər və heç nə soruşmurlar. Lakin hansısa momentdə onlara deyirlər: biz sizə pul veririk, siz yenə öz diyarşünaslıq araşdırmalarınızı davam etdirə bilərsiz, lakin indi bizim sizin dəstəyinizə ehtiyacımız var, sadəcə Maydana gəlib əliinizdə plakatları tutmağınız gərəkdir, alınar, eləmi? Əlbəttə alınar, burda çətin heç nə yoxdur.
Məxsusi olaraq bu və ya digər maliyyələşmədə amerikan izi həmişə aydın görünmür. Amerikan fondları – ABŞ dövlətinin pullarıdır, mahiyyətcə amerikan vergiödəyicilərinin pullarıdır. Lakin Avrasiya kontinentinə bu pullar əsasən Avropanın pulayıran fondları vasitəsilə daxil olur ki, qrant operatorları adlanırlar. Məsələn, trotskistlər vasitəsilə, antifaşistlər vasitəsilə, antiqlobalistlər vasitəsilə, ekoloqlar vasitəsilə, insan hüquqları və demokratiya carçıları vasitəsilə. Bu pulları alan adamlar onu tam ziyansız strukturlardan alırlar, məsələn, ekoloqlardan, hansılar ki deyir bu pullar xeyirxah məqsədlərçün, təmiz mühit uğrunda mübarizə üçün, tullantısız texnologiyaların inkişafı və dəstəyi üçün ayrılıb. Lakin vaxtı çatanda həmin şəbəkə siyasi formada istifadə olunur, hətta əgər o başlanğıcda ümumiyyətlə siyasətə istiqamətlənməmişdisə də. Bəzən məqsədlərçün istifadə olunan QHT-nin aktivistlərinin hətta belə niyyəti də olmur, onları qarasına istifadə edirlər. Onlara demirlər ki, küçələrə çıxmaqla onlar amerikan maraqlarına işləməli olacaqlar. Bu barədə ümumiyyətlə susurlar. Lakin elələri də var buna şüurlu şəkildə gedirlər ki, bunlar siyasi aktivistlərdir.

Valeri Korovin, “Şəbəkə müharibəsi”

19.03.2023

Кодекс чести русского офицера. Составлен в 1804 году, актуален навсегда!


1. Не обещай, если ты не уверен, что исполнишь обещание.
2. Держи себя просто, с достоинством, без фатовства. 
3. Необходимо помнить ту границу, где кончается полная достоинства вежливость и начинается низкопоклонство.
4. Не пиши необдуманных писем и рапортов сгоряча. 
5. Меньше откровенничай — пожалеешь. Помни: язык мой — враг мой.
6. Не кути — лихость не докажешь, а себя скомпрометируешь.
7. Не спеши сходиться на короткую ногу с человеком, которого недостаточно узнал.
8. Избегай денежных счетов с товарищами. Деньги всегда портят отношения.
9. Не принимай на свой счет обидных замечаний, острот, насмешек, сказанных вслед. Что часто бывает на улицах и в общественных местах.
10. Если о ком-то не можешь сказать ничего хорошего, то воздержись говорить и плохое…
11. Ни чьим советом не пренебрегай — выслушай. Право же, последовать ему или нет, остается за тобой. 
12. Сила офицера не в порывах, а в нерушимом спокойствии.
13. Береги репутацию доверившейся тебе женщины, кто бы она ни была.
14. В жизни бывают положения, когда надо заставить молчать свое сердце и жить рассудком.
15. Тайна, сообщенная тобой хотя бы одному человеку, перестает быть тайной.
16. Будь всегда начеку и не распускайся.
17. На публичных маскарадах офицерам не принято танцевать. 
18. Старайся, чтобы в споре слова твои были мягки, а аргументы тверды. 
19. Разговаривая, избегай жестикуляции и не повышай голос.
20. Если вошел в общество, в среде которого находится человек, с которым ты в ссоре, то здороваясь со всеми, принято подать руку и ему, конечно, в том случае, если этого нельзя избежать. Не обратив внимания присутствующих или хозяев. Подача руки не подает повода к излишним разговорам, а тебя ни к чему не обязывает.
21. Ничто так не научает, как осознание своей ошибки. Это одно из главных средств самовоспитания. 
22. Когда два человека ссорятся, всегда оба виноваты.
23. Авторитет приобретается знанием дела и службы. Важно, чтобы подчиненные не боялись тебя, а уважали.
24. Нет ничего хуже нерешительности. Лучше худшее решение, чем колебание или бездействие.
25. Тот, кто ничего не боится, более могуществен, чем тот, кого боятся все.
26. Душа — Богу, сердце — женщине, долг — Отечеству, честь — никому!