Bəşəriyyətin gözəl yarısı haqqında
İstənilən ölkənin ən əsas zənginliyi insanlardır və təbii ki, müstəsna dərəcədə vacib olan bu mövzudan yan keçmək olmazdı.
İlk öncəsi, onu qeyd edək ki, qadınlara olan müraciət forması da II Dünya Müharibəsinin təsirindən yan keçməyib. Siz artlq əvvələr kiçik qızlara yönlənmiş “Fräulein” ifadəsini indiki Almaniyada (Avtriyada da həmçinin) eşitməziniz. Öncələr, almanlarda da qonşuları fransızlar (“madame” və “mademoiselle”) ingilislər (“missis” və “miss”), ispanlar (“señora” və “señorita”), italyanlar (“signora” və “signorina”) və başqaları kimi qadınların statusu müraciətdən bəlli olurdu – “Frau” evli xanım, “Fräulein” isə hələ izdivaca qirməmiş gənc qız mənasında işlədilirdi. II Dünya Müharibəsidən sonra, məğlubiyyətin acılığını dadmış və milli arxetipləri özülünədək sarsılmış alman cəmiyyəti bütün dəyərlərinin total təftişinə başlamışdı. Feminist qadınlar cəmiyyəti hələ 50-ci illərdən nədənsə bu günahsızlıq və bəkarət ifadə edən kəlmədə kişilərin qadın üzərində diskriminasıyası görərək, “nasistsayağı maskulin basqısına”, yəni “Fräulein” ifadəsinə qarşı çıxaraq onun ləğvini tələb etdilər və 1980-ci ildə buna rəsmi surətdə nail oldular. O zamandan bəri bu ifadə, qonşularına rəğmən almanların leksikonundan birdəfəlik çıxarıldı.
Evet dostlar, müasir zamanımızda dahi Goethe’nin faciəvi qəhrəmanı Faust daha öz sevgili Gretchen’inə müraciətən:
Mein schönes Fräulein, darf ich wagen,
Meinem Arm und Gelebt Ihr anzutragen? – kimi kəlmələri daha söyləyə bilməyəcəkdi…
Mein schönes Fräulein, darf ich wagen,
Meinem Arm und Gelebt Ihr anzutragen? – kimi kəlmələri daha söyləyə bilməyəcəkdi…
Yeri gəlmiş, bizdə də bu problem – xanımlara müraciət məsələsi hər halda mövcuddur. Xatirimdədir ki, 2005-in məşum mart ayında Hacı Məmmədovun həbsi ilə əlaqədar məsələn elə “Azadlıq” qəzetindəki məqalələr “Cahangir Hacıyevin arvadı oğurlandı” kimi ifadələrlə dolu idi. Açığını deyim ki, o qədər də nəzakətli olmayan bu tipli ifadələrin (“arvadı”) zamanı keçmiş və onun yerini yeniləri (sovetlərin “yoldaşı”, indinin “xanımı” və hətta ədəbi sayılan “zövcəsi”) tam da əvəz edə bilməmişdir. Bəlkə də bizdə bu birliyi layiqincə tam ifadə edə biləcək kəlmələr hələlik mövcud deyil.
Əlbəttə ki, qadınları maraqlandıran ən əsas məsələ kişilərdən fərqli olaraq karyera, futbol, müxtəlif cihazlar yox, daha çox sevgi və ailə məsələləridir. Almaniyada qadınlarla kişilərin intim birliyi çox böyük bir inkişaf yolu keçərək hal-hazırda bir neçə formanı özündə ehtiva edir, bunlardan hər halda mənə məlum olanları sadalayaq:
1) “Urlaubsfreunde” (“səfər dostları”) – bu, səfər zamanı birləşən cütlüklərdir, ildə 1-2 dəfə görüşərək səfərlərə çıxaraq Neapolun və yaxud Kanar adalarının gözəlliyini seyr edirlər, təbii ki, nəsil artırmadan;
2) “Wochenendefreunde” (“həftə sonu dostları”) – bunlar həftə sonu, şənbə-bazar günləri birgə istirahət etməyə üstünlük verənlərdir, buraya diskoteka, kino, kafe-barda istirahət, şəhərkənarı və ya dəniz gəzintisi daxil ola bilər (tərəflərdən hər biri öz xərcini kəndi parası ilə ödəyir), həftənin başqa günləri bir-birini narahat etmək tövsiyə edilmir;
3) “Zusammenleben” (“birgə həyat”) – birgə dam və çarpayını bölüşdürərək qarşılıqlı surətdə heç bir məsuliyyət daşımayan dost-sevgililər, ilk darıxmaya qədər davam edə bilər, uşaq-filandan söhbət belə gedə bilməz;
4) “Wilde Ehe” (hərfi mənada “vəhşi nikah”) – bu bizim anlamda ümumi məişəti nəzərdə tutan vətəndaş nikahi kimi bir şeydir, həqiqi simpatiya üzərində qurulan və kifayət qədər uzunömürlü olan bu tipli birlikdə də gələcək nəsil məsələsindən vaz keçilsə yaxşıdır;
5) “Ehe” və yaxud “Ehepaar” (“nikah” və yaxud “nakahlılar”, ya da “loru” dildə desək “ƏR-ARVAD”) – bunlar Almaniyada kifayər qədər az rast gəlinəcək klassik və rəsmi nikahda olan insanlardır, burada bütün mərasimlərə almanlarsayağı pedantlıq ilə riayət edilir, kilsədə adaxlanma, kiçik bir Party (“yığıncaq”), mütləq dünyaya övlad gətirilməsi və böyüdülməsi bir şərtdir. Nikah demək olar ki, bütün hallarda müqavilə əsasında tərtib olunur, yeri gəlmişkən çox sivil işdir, gələcəkdə ciddi problemlərdən xilas edir – bizim cəmiyyətə də bu barədə ətraflı düşünmək gərəkdir.
Elmir Mirzəyev
Комментариев нет:
Отправить комментарий