Qalmaqallı şeirləri ilə tanınmış Azad Yazarlar Ocağının üzvü Sevinc Pərvanə ilə əməkdaşımız Tural Balabəylinin söhbəti
-Ayrı-ayrı zamanlarda ədəbiyyatda sözünü demiş yazarlar- Şərif Ağayar, Nərmin Kamal və.s AYO-nu tərk etdilər. AYO-nun parçalanmasına səbəb nədi?
-Özünüzü güclü yazar hesab edirsizmi?
-Son zamanlarda kimlərin əsərini oxumusuz?
Tural Balabəyli
“AYO-çuluq əslində bir cərəyan, yaradıcı axındır”
“Elə bil hansısa müharibəyə əsgərlər yığırlar”
-AYO niyə AYB-ni bəyənmir?
-Ənənəvi sualdır bu artıq. Məlum məsələdir. Məncə indi o steretop AYO üçün sındırılıb. Artıq qocaman yazıçılarla qardaşlaşmadadır AYO. Məndən soruşmaq istəsən, AYB-nin sevmədiyim xüsusiyyətləri: yazarlara siyasi dünyagörüşlərinə görə qoyduğu fərq (əgər bu guya bir QHT-dirsə, ayrı-seçkilik niyə qoyulur o zaman?); kəmiyyətə üstünlük verib böyük bir yazar ordusu saxlaması; (elə bil hansısa müharibəyə əsgərlər yığırlar); bir də maddi məsələlərdir ki, sonuncuyla AYB üzvləri özləri də razıdırlar mənimlə...
-Ayrı-ayrı zamanlarda ədəbiyyatda sözünü demiş yazarlar- Şərif Ağayar, Nərmin Kamal və.s AYO-nu tərk etdilər. AYO-nun parçalanmasına səbəb nədi?
-Bax, AYO-nun parçalanmasına səbəb elə budur. AYO təşkilati məsələlərdə axsadı. Rasim AYO-ya oğlanlarından biri kimi baxırdı. Qeydinə qalırdı. AYO-çuları bir arada saxlamağı bacarırdı. Bu onu göstərir ki, demokratiyadan dəm vursaq da, demokratik ola bilmirik. Bizə elə lazımdır ki, başımızın üstündə bir nəfər əli çomaqlı şəxs dayansın. Düzdü, Rasimin çomağı yox idi, amma ideologiyaya çevirə bilmişdi ayoçuluğu. Daha Aqşin kimi yol göstərmirdi: “Gedən getsin, qapımız açıqdır!”. Əslində, AYO öz işini layiqincə gördü. Biz nə istəyirdik? Estetik qələbə. Onu da əldə etmişik. AYB-nin gənc üzvlərinin hamısı AYO-çulara bənzəməyə çalışdılar zaman-zaman.
-Əslində məndən soruşsalar, deyərəm ki, bu sədrlikdi, nədi, gəlin boş verək getsin. İstənilən, heç tanımadığımız bir adam da özünü AYO-çu sayırsa, saysın. AYO-çuluq əslində bir cərəyan, yaradıcı axın kimi qalsın yaddaşlarda. Belə də olacaq.
-Fikirləşdiyini yazırsan yoxsa duyduğunu?
-İkisi də olmalıdır. Düşüncəsiz və duyğusuz şeir yazmazlar ki…
-Yazdıqlarınız niyə tənqidə tuş gəlir?
-Normaldır. Ümumi düşüncəyə, ümumi axına qarşı gedirəm ona görə.
-Özünüzü güclü yazar hesab edirsizmi?
-Güclü-gücsüz yazıçı yoxdu məncə. Yazıçı var, qrafoman var. Özümü yazar hesab edirəm. Yəni, mənimçün hobbi olmaqdan çıxıb bu iş çoxdan.
-Son zamanlarda kimlərin əsərini oxumusuz?
-Son zamanlar sözünü aydınlaşdırmaq mənimçün çətindir beynimdə. Çünki ilk uşağım olan vaxtdan bəri, artıq altı ildən çoxdu ki, mən özümə zaman ayırmaqda çətinlik çəkirəm. Hərdən Elsevərə deyirəm ki, məni özümə verin, verməsəniz, cinayət törədəcəm, məni tutub bir-iki il iş versinlər. Həbsxanada yazıb-oxumağa bol vaxtım olsun. Təkrar oxuduğum əsərlər olur, “Quqark”ı, Orxan Pamukun “Yeni həyat”ını oxudum sən dediyin son zamanlarda. İndi Çexovu oxuyuram. Orxan Pamukun “Yeni həyat”da güldüyü Çexov qəhrəmanlarıyla üzbəüz olmaqdan xoşum gəlir. Günümün çox hissəsini qızlarımla cizgi filmləri seyr etməklə məşğulam. Onlarla bərabər uşaqlaşıram, içimdəki uşaq oyanır, uşaq şeirləri yazıram. Belə…
-Musahibəyə görə təşşəkkür.
-Sənə də sağ ol, mənə də...
Комментариев нет:
Отправить комментарий