Tofiq Ələkbərov
Çox soyuqdur. Mart ayının dəyişkən havası var.İndi isə bu şıltaq fəslin insanın içini ürpərdən soyuğu , iliklərimə qədər dolur.Sanki damarlarımda qan donub. Dişlərim tak-tak, tak-tak bir birinə dəyir.Hər aldığım nəfəsdə boğazım buz kimi olur. Mənimsə gedəcək bir yerim yoxdur. Əynimdə nazik paltarlar var.Hələ 1 il əvvəl mənə palto vermişdilər. Biraz cırılmışdı deyə dükan sahibi atmaq əvəzinə mənə verdi , sağ olsun.Amma 1 ay qabaq ocağın yanında isinərkən yandı.Bir neçə dostum da var bu küçələrdə.Ayaq barmaqlarım donduğundan isinmək üçün gəzməkdə əziyyət çəkirdim.Məcbur olub səkidə oturmuşam.Yorğun gözlərlə ətrafı süzürəm.Bir dənə də skamya yoxdur.”Zibilə qalsın ,yenə yerdə yatmalı olacam” deyə ürəyimdə deyirəm.Bəzən düşünürəm ki , sanki asfalt hava ilə yarışa girir.Kim daha soyuq , kim daha isti olar deyə.Yayda hava isti olanda asfalt daha da isti olur.Yalın ayaqla üstünə basmaq olmur.Qışda , soyuq havada isə asfaltdan gələn soyuq daha betər olur.Mənə - yıxılana bir təpik də o vurur.Bugün də mənim iki bir-biri ilə yarışa girən düşmənim var.Hansının soyuqluğundan öləcəm deyə mübahisə edirlər.Mənsə iki soyuq od arasında qalmışam...
Başı “daha vacib” işlərə qarışan dövlət mənim kimilərə qayğının 1000-də 1-ni belə göstərmir.Yaxşı ki , əksəriyyətini qaragüruhların , biqeyrətlərin , başıboş tələbələrin , əxlaqsızların və bunlar kimibir çoxlarının təşkil etdiyi cəmiyyətin içində xeyirxah , mərhəmətli , ağıllı , yaxşı insanlar da var idi.Bu insanlar son ümidlərdir , can verən son ümidlər.Bu “son ümidlər”in hesabına 3 ildir isti ev yeməyinə həsrət qalan qarnım az da olsa doyurdu.Onların hesabına apardığım bu ölüm dirim mübarizəsində hələ ki qalib tərəf mən idim.Həyatda qalmaq ümidlərim komada , cihaza bağlı olaraq yaşayır.Görünür ki, cihaz hansısa bir əl tərəfindən söndürüləcək.Mütləq hansısa bir əl...Çünki mən istəsəm də özüm öz əlimlə cihazı söndürə bilmərəm.Artıq 3 il keçir...Zavodda işləyirdim.Dəzgahlarla dolu bir zavod.Artıq 3 ildir ki , o dəzgahlardan biri onları məndən alıb.Əllərimi...Dirsəkdən bir qarış aşağı...Bundan sonra olanlar oldu.Ancaq həyatdan aldığım zərbələrin başlanğıcı daha əvvələ gedib çıxır...
Ata-anam mən uşaq ikən avtomobil qəzasında həlak olmuşdular.Mən kağız kimi əzilmiş maşından sağ olaraq qurtulmuşdum.Bəziləri buna möcüzə dedi.Bəziləri tale ilə əlaqələndirdilər.Amma məncə bu sadəcə Allahın istəyi idi.Beləliklə kimsəsiz qaldım.Qohumlarsa ... Ehhhh...Onlar heç nəyə yaramır.Əksər qohumluqlar pul üzərində qurulub , qan yox.
Beləliklə uşaq evində böyüyən bir qoca oldum.Orada fiziki olaraq böyüyərkən , savadım – istər elmi , istərsə də bədii – böyüyürdü.Yaşımı tamamlayıb oradan çıxarıldım.Evlənmişdim.Kirayə qalırdim.Bu dövlətə savadlı adamlar lazım olmadığından , mən də mənim əllərimi alan zavodda adi işçi kimi işləyirdim.Ancaq əllərim məni tərk etdikdən sonra ...Təbii ki , işdən çıxarıldım.Həyat yoldaşım mənə bir illik yoldaş oldu.Özünə əlləri olan birini tapdı.Kirayə qaldığımdan evdən də çıxmalı oldum.Və divarsız , tavansız evim olan küçələrdə qaldım.Küçədə hər cür iyrncliyi gördüm.Dəhşətə gəlmişdim.Qızlar haqqında ağzına gələni danışan , özlərini kişi adlandıran gədələri gördüm.Bir qızı 1 gün arayla 3 fərqli oğlanla gəzən gördüm.Əxlaqsız “rəngliləri” gördüm.Müştərini aldadan satıcını...Qadına , uşağa fikir vermədən dilindən ( onu dibindən kəsərdim ) söyüş əskik olmayan “kişiləri”...Bütün puunu , əmlakını qumarda uduzan adamın , bəlkə bu dəfə udaram ümidi ilə , xanımını qumar masasına yatıran və o oyunu da uduzan axmaqları gördüm.Bəlkə “axmaq” sözü yumşaq olduşAmma onlara daha ağır , daha çox söz deməklə ağız yormağa dəyməz.Və bunlar kimi , hətta bəzən bunlardan da betər bir çox hadisənin şahidi oldum.Sahibinin yanında gəzən , qiyməti 1000 dollarlarla ölçülən itləri gördüm.Onların 1 aylıq yeməyinə , dərmanlarına verilən pulun mənim 1 ildə diləndiyimdən çox olduğunu görəndə həyata nifrət etdim.Amma “son ümidlər”i gördükcə həyata sarılırdım.Könlümün viranələrində olan həyata sevgi mənim bu həyatda uzun müddət yaşamağıma bəs etmir.Çünki insanın ətini kəsən soyuq hava , Bakının bezdirici küləkləri uzaqlardan özü ilə xəstəlik gətirdi.Artıq hiss edirəm ki , son sözlərimi deyirəm.Son gördüyüm adam da sənsən.Şükür Allaha ki , son gördüyüm adam “son ümidlər”dəndir.Bu danışdıqlarım da həyatda qoyduğum izdir.Həyat gözəldir.Həyatı gözəl olana.Ancaq mənim kimilər heç vaxt “həyat gözəldir” deməz.Çünki iyrənc bir həyatımız olur...”
Son 4 cümləni deməmişdən qabaq möhkəm öskürdü.Sözlərini dedikdən sonra isə ruhu əbədi olaraq bədəni tərk etdi.O bunları mənə danışdı ki , onu nəşr etdirim.Özündən sonra yaxşı bir iz qoymaq istəyirdi.Deyəcəksiniz necə belə bədii və ağıllı danışdı.Axı küçədə yaşayırdı.Cavabı çox sadədir.Axı o uşaq evində böyüyərkən elmi və bədii savadını da böyütmüşdü.Bəli Yusif özündən sonra çox gözəl bir iz qoydu.Bəziləri milyonlara sahib olsada , öldükdən sonra heç nə ilə yadda qalmırlar.Ancaq Yusif küçədə ölsə də , öldükdən sonra milyonlara sahib oldu.Əsər çoz oxundu.Başqa dillərə tərcümə olnundu.Ölümdən əəvəl insanın dedikləri hamını maraqlandırırdı.Mən – adım Turaldır – Yusifin digərləri ilə əlaqəsində vasitəçi oldum.Bu bir neçə səhifəlik kitabın satışından əldə etdiyim gəlirin hesabına küçədə gördüklərimə yardım etdim.İki ev aldım . Onları bu evə yerləşdirdim.İndiyə kimi baxıram onlara.Yusif öldü.Amma bu qədər insanı ölümdən xilas etdi .Yusif bir Qasırğa kimi gəldi , keçdi.Qasırğa kimi qısa müddətdə.Qasırğa kimi izini saxlayaraq...

Комментариев нет:
Отправить комментарий